Məhkəmə qərarları › İş №1-1(092)-39/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-39/2025

13.08.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-39/2025 13.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə 03 avqust 1985-ci il tarixdə Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində anadan olmuş, ali hərbi təhsilli, evli, iki uşaq atası, Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Müşviq qəsəbəsində yaşayan, barəsində 1N aprel N0N5-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, polkovnik-leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N7.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Əliyev X1 Nazirliyinin N nömrəli hərbi hissə komandirinin müavini vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən 30 yanvar N0N5-ci il tarixdə saat N4 radələrində ünvan 1 ünvanında yerləşən yaşadığı evdə olan vaxt arvadı Zərərçəkmiş şəxs onun “Whatsapp” sosial şəbəkəsində aktiv olduğunu görüb kiminlə yazışdığını soruşduqda aralarında mübahisə yaranmış, yaranmış mübahisə zəmnində sağ əli ilə Zərərçəkmiş şəxs sifətinin sol tərəfindən sillə, daha sonra sol qolundan iki yumruq zərbəsi və başından bir yumruq zərbəsi vurmuş, həmin vaxt Zərərçəkmiş şəxs özünü müdafiə etmək üçün sağ əlini yumruq zərbələrinin qarşısına tutduqda zərbə sağ əlinin baş barmağına dəydiyindən sonuncuya dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid “sağ əlin İ barmağının şişkinliyi və distal falanqasının sınığı” xəsarətini yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs polkovnik-leytenant Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N7.1-ci maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş polkovnik-leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N7.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində Zərərçəkmiş şəxs onun arvadı olduğunu, həmçinin xalası qızı olduğunu, aralarında qohumluq münasibəti olduğunu, düşmənçiliyi olmadığını, 30 yanvar N0N5-ci il tarixdə saat 00 radələrində ünvan N ünvanında olan yaşadığı evin mətbəxində yemək yeyərkən Zərərçəkmiş şəxs yanına gəlib ona “Whatsapp” sosial şəbəkəsində aktiv görsəndiyini dediyini və kimlə danışdığını soruşduğunu, o, isə Zərərçəkmiş şəxs heç nə demədiyini və yanından getməsini bildirdiyini, Zərərçəkmiş şəxs evin zalına getdiyini, lakin yenədə deyinib onun kimləsə yazışdığını dediyini, o, mətbəxdən qalxıb Zərərçəkmiş şəxs yanına getdiyini və deyindiyi üçün sakit durmasını dediyini, həmin vaxt Zərərçəkmiş şəxs ona yenədə başqa qadınla yazışdığını dedikdə o, əsəbiləşdiyindən sağ əli ilə Zərərçəkmiş şəxs sifətinin sol tərəfindən bir dəfə sillə və yumruqla yavaş sol qolundan bir iki zərbə vurduğunu, həmin vaxt Zərərçəkmiş şəxs ona cavab qaytardığını və əsəbi olduğu üçün xatırladığı qədər sağ əli ilə başından yavaş bir yumruq zərbəsi vurduğunu, daha sonra Zərərçəkmiş şəxs otaqdan çıxmasını dediyini, növbəti gün günorta saatlarında Zərərçəkmiş şəxs zəng edib harada olduğunu soruşduğunu, Zərərçəkmiş şəxs isə ona işdə olduğunu və vurduğu üçün barmağı şişdiyindən hospitala gedəcəyini dediyini, o, Zərərçəkmiş şəxs yalan danışdığını düşündüyündən heç yerə getməməsini və evə gəlməsini dediyini, evdə olduğu vaxt da Zərərçəkmiş şəxs barmağında hər hansı şişkinlik görmədiyini, həmçinin mübahisələri olmadığını, etdiyi əməldən peşman olduğunu, barışıq üçün cəhd göstərsədə Zərərçəkmiş şəxs onunla barışmadığını, hərbi qulluqçu olduğundan dövlət tərəfindən verilən və ipoteka ilə aldığı evləri Zərərçəkmiş şəxs onun adına salınmasını, o halda barışacağını bildirdiyini göstərmişdir. Təqsirləndirilən şəxs polkovnik-leytenant Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə məhkəmədə ifadə vermiş zərər çəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs onun həyat yoldaşı olduğunu, həmçinin xalasının oğlu olduğunu, onunla 1N fevral N011-ci il tarixdə ailə həyatı qurduğunu, aralarında qohumluq münasibətləri olduğunu, düşmənçiliyi olmadığını, 30 yanvar N0N5-ci il tarixdə saat 00 radələrində yaşadıqları evin zalında oturduğu zaman qızı Şahid yanına gəlib atasının telefonda yazışdığını dediyini, o, mətbəxə gedib Təqsirləndirilən şəxs “evdə uşaqlar var, ayıbdır” dediyini, Təqsirləndirilən şəxs ona getməsini bildirdiyini, o, zala getdikdən sonra Təqsirləndirilən şəxs arxasınca gəlib ona nə dediyini soruşduğunu, o, isə evlərində qız uşağı böyütdüklərini, elədiyi hərəkətlərin düzgün olmadığını dedikdə Təqsirləndirilən şəxs yumruq və sillə ilə bir neçə dəfə onun qolundan və üzündən vurduğunu, həmçinin başından yumruq zərbəsi vurduğunu, o, həmin vaxt özünü müdafiə etmək üçün sağ əlini Təqsirləndirilən şəxs yumruq zərbələrinin qarşısına tutan zaman yumruq zərbəsi sağ əlinin baş barmağına dəydiyini, həmin vaxt barmağı bərk ağrıdığını, Təqsirləndirilən şəxs ona otaqdan çıxmağını dediyini, onun isə dərhal otaqdan çıxdığını, növbəti gün işdə olduğu vaxt barmağının şişdiyini gördüyünü, Təqsirləndirilən şəxs ona telefonla zəng edib harada olduğunu soruşduğunu, onun isə işdə olduğunu və barmağı şişdiyi üçün hospitala gedəcəyini dediyini, Təqsirləndirilən şəxs isə ona heç yerə getməyəcəyini və evə gəlməsini dediyini, onun isə heç nə deməyib evə getdiyini, həmin vaxtdan barmağı ağrısa belə heç yerə müraciət etmədiyini, daha sonra 0N fevral N0N5-ci il tarixdə ekspert müayinəsi zamanı sağ əlinin baş barmağında sınıq və bədəninin müxtəlif nahiyələrində xəsarətlər aşkar edildiyini, Təqsirləndirilən şəxs ondan üzr istəməsinə baxmayaraq onu bağışlamadığını, Tərlanın adına olan evləri onun adına keçiriləcəyi halda barışacağını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid az yaşlı şahid baxılan iş üzrə atasına qarşı ifadə verməmək hüququ ona izah olundu, onun izahat vermək istədiyini, o, ifadəsində yatmağa hazırlaşırdığı vaxt anasıgilin otağından səs gədiyini gördüyünü, otağından çıxıb anasıgilin otağına getdiyini, atasının yerdə anasını təpikliyərək telefonunu istədiyini gördüyünü, anasını telefonu vermədiyini, atasının onu görüb otağına keçməsini dediyini, atasının yenə anasından telefonunu istədiyini, yenə anasını yerdə təpiklədiyini, anasının isə telefonu vermədiyini gördüyünü, atası onu görüb yenə otağa keç dediyini, onun otağa keçmədiyini, atasının sol qolunu onun sol çiyninə qoyub otağına apardığını, onun bu zaman arxaya baxanda anasının telefonu götürüb hamama qaçdığını, hamamın qapısını kiritlədiyini, atasının gəlib anasına qapını aç yoxsa qıracam dediyini, anasının qapını açıb kolidora keçdiyini, atasının telefonu götürüb mətbəxə keçdiyini, bıçaq götürdüyünü, bıçağın kafelə dəyib qırıldığını, sonra atasının yeni bıçaq götürüb telefona vurduğunu, həmin bıçaqla anasının üstünə gəlib sən yığışıb gedirsen Mələk qalır dediyini, anasının sənədləri götürəndə qızıl qabı əlinə dəyib sənədin içinə düşdüyünü, bu zaman atasının anasına ay bədbəxt sənin burda evin dağlılır sən qızıl götürürsən dediyini, anasının əsəbləşib atasının yaxasından tutduğunu, atasının əsəbləşib anasınının saçından tutub yatağa atdığını, anası durarkən atası təkrar onu yatağa atdığını, anası təkrar ayağa duranda atasının qarşısına keçib anama dəymə dediyini, anası ilə otağa keçib onun tableti ilə kirvələrinin arvadına, nənəsinə, babasına və xalasına yazdıqlarını, kirvələrinə anasının Tərlan məni döyür bizə gəlin yazdığını, nənəsinə və babasına Tərlanın anasını döyür yazdıqlarını, babasına Tərlanın anasını yenə döyürdüyünü, polisə xəbər verin yazdıqlarını, 10 dəqiqə sonra atasının gəlib qapını döydüyünü, onların qapını açdıqlarını, atasının anasına polis kimdi ki, mənim evimə gəlsin dediyini, sonra kirvələrinin, polisin gəldiyini göstərmişdir. Məhkəmə istintaqında ifadə vermiş zərər çəkmiş şəxsin, şahidin və elan olunaraq tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının rəyində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruq və sillə ilə bir neçə dəfə qolundan, üzündən, həmçinin başından yumruq zərbəsi vurduğu, tam sübuta yetirildiyindən Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsinin qeyd olunan hissəsini özünü müdafiə xarakteri daşıdığı kimi qiymətləndirir. Belə ki, iş üzrə məhkəmə istintaqında dinlənilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin, şahidin və məhkəmə-tibbi ekspertizasının rəyi və iş üzrə digər zəruri sənədlərlə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsinə əlavə edilmiş, (Cinayət işinin başlanması və icraata qəbul olunması barədə) N5 fevral N0N5-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 4N-ci vərəqəsinə əlavə edilmiş, məhkəmə-tibbi ekspertin 0N fevral N0N5-ci il tarixli 86 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər: sol bazusunda N ədəd, sağ bazusunda 1 ədəd qançırlar, sağ bazusunda sıyrıq, üst dodağında qançır, sağ əlin İ barmağının distal falanqasının sınığı, sağ qulaq sırğalığında sıyrıq, bel nahiyyəsinin sol yarısında N ədəd qançır bərk küt əşyanın təsirindən törəndiyi, eləcə də qərarın təsvir hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.N0N5-ci il tarixdə döyülmə nəticəsində əmələ gəlməyə uyğun olduğu, sağ əlin İ barmağının şişkinliyi və sınığı sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edildiyi, qalmış xəsarətlər isə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələrinin təyin edilmədiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 54-cü vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin sabiq qərargah rəisi polkovnik-leytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə komandanlıq tərəfindən mənfi xarakterizə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 55-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin NN fevral N0N5-ci il tarixli 55 №-i əmrindən çıxarışda polkovnik-leytenant Əliyev X1 nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.N0N5-ci il tarixli 063 nömrəli əmri ilə N nömrəli hərbi hissənin mühəndis təminatı şöbə rəisinin baş köməkçisi vəzifəsinə təyin edildiyinə görə NN fevral N0N5-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarıldığı və xidmətini davam etmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərildiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 6N-ci vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən alınmış tələbnamədə Gəncə Hərbi Məhkəməsinin xx.xx.N016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 341.N.1 və 341.N.3-cü maddələri ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi və Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsi tətbiq edilərək N il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edildiyi göstərilmişdir və hazırda məhkumluğu ödənilmişdir. Cinayət işinin 1-ci cildinin 1N4-cü vərəqəsinə əlavə edilmiş “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X3 tərəfindən verilmiş 14 may N0N5-ci il tarixli, 18-1-NN/N-713/N0N5 nömrəli məktubda Təqsirləndirilən şəxs “Ağdaş RMX” PHŞ-nin Poliklinika şöbəsində ruhiəsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda olmadığı və “Ağdaş RMX” PHŞ-nə müraciət etmədiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 148-ci vərəqəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X3 tərəfindən verilmiş 15 may N0N5-ci il tarixli, 3-N8-N9/N-4801/N0N5 nömrəli məktubda Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 18N-ci vərəqəsinə əlavə edilmiş 1005 №-li arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs N7 avqust N0NN-ci ildə N05 nömrəli hərbi hissənin Qarnizon hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda fəqərələrarası diskin sol paramedian yırtığı xəstəliyi, hərbi xidmət dövründə alındığı, neyrocərrahiyə əməliyyatı məsləhət görüldüyü və müalicədən sonra təkrar şəhadətləndirilməyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 183-cü vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissədən verilmiş xidməti xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin mühəndis təminatı şöbə rəisinin baş köməkçisi vəzifəsində xidmət edən polkovnikleytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə komandanlıq tərəfindən müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 1-ci cildinin N19-cu vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N oktyabr N0NN-ci il tarixli N0N №-li əmrindən çıxarışda polkovnik-leytenant Təqsirləndirilən şəxs Müdafiə nazirinin müavini-XN Komandanının xx.xx.N0NN-ci il tarixli N əmri ilə N nömrəli hərbi hissə komandirinin müavini vəzifəsinə təyin edildiyi göstərilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 1N7.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar ilə təsdiq olunur. Cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs polkovnik-leytenant Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N7.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin polkovnikleytenant Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında polkovnik-leytenant Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs arvadı Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” N5 iyun N003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N7.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsi, himayəsində iki azyaşlı uşağın olması, zərərçəkmiş şəxslə barışıq üçün cəhd göstərməsi cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 0N aprel N01N-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü mad.). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, təqsirləndirilən şəxs polkovnik-leytenant Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, məhkəmə istintaqında özünü tam təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istədiyini, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alır. Bu səbəbdən də məhkəmə hesab edir ki, polkovnik-leytenant Təqsirləndirilən şəxs məhkəmədə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədiyindən, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N7.1-ci maddəsinin sanksiyası daxilində nəzərdə tutulmuş islah işi cəza növü əvəzinə Cinayət Məcəlləsinin 50.1-ci maddəsi tətbiq etməklə hərbi xidmət üzrə məhdudlaşdırma cəza növü təyin olunması daha ədalətli olar. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral N017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxs polkovnik-leytenant Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına alternativ cəza kimi təsbit edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təqsirli bilinən şəxslər barəsində tətbiqi ilə bağlı qeyd etmək lazımdır ki, Cinayət Məcəlləsinin 5N-1.6-cı maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması cəzası hərbi qulluqçulara ... təyin edilmir. Bu səbəbdəndə də məhkəmə hesab edir ki, təqsirli bilinən şəxs hal-hazırda ordu sıralarında şöbə rəisinin baş köməkçisi vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində xidmət etdiyindən bu cəza növünün təyin edilməsi cinayət qanunvericiliyi ilə mümkün deyil. Məhkəmə təqsirləndirilən şəxs polkovnik-leytenant Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini ədalətli və məqsədə uyğun hesab etmir. Belə ki, məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, yuxarıda sadalanan və təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən halların məcmusunu (polkovnik-leytenant Təqsirləndirilən şəxs məhkəmə istintaqında zərərçəkmiş şəxsdən üzr istəməsini) müstəsna hal hesab edərək, təqsirkar polkovnik-leytenant Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.1-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən və hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara Cinayət Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən və başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir. Məhkəmə hesab edir ki, müstəsna hal kimi qiymətləndirilmiş cəzanı yüngülləşdirən halların məcmusu təqsirli bilinən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, onun şəxsiyyətinin təhlükəli olmadığına inam yaradır. Sadalanan bu səbəblər məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, polkovnik-leytenant Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N7.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası əvəzinə Cinayət Məcəlləsinin 50.1-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin olunması onun islah olunması və bununla cəzanın məqsədlərinə nail olunması mümkündür. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Həmçinin “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, 4 saylı qərarının 8-ci bəndində göstərilmişdir ki, cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Məhkəmə polkovnik-leytenant Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 1N aprel N0N5-ci il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, polkovnik-leytenant Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.8-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza hərbi qulluqçuların xidmət yeri üzrə hərbi hissə komandiri tərəfindən icra edilir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hökmün icrası təqsirli bilinən şəxsin hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, təqsirli bilinən şəxs polkovnik-leytenant Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-ballistik ekspertizası tədqiqatının dəyəri 67 (altmış yeddi) manat hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxs polkovnik-leytenant Təqsirləndirilən şəxs alınaraq VÖEN ********** AZN1NABZ******************** №-li hesaba, məhkəmə-əmtəəşünaslıq ekspertizsı tədqiqatının dəyəri 40 (qırx) manat hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxs polkovnik-leytenant Təqsirləndirilən şəxs alınaraq VÖEN ********** AZN1NABZ********************4 №-li hesaba ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.N, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N7.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində Cinayət Məcəlləsinin 50.1-ci maddəsi tətbiq edilməklə aylıq pul təminatından 15% (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il 5 (beş) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə məhkəmə-ballistik ekspertizası tədqiqatının dəyəri 67 (altmış yeddi) manat hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxs polkovnik-leytenant Təqsirləndirilən şəxs alınaraq VÖEN ********** AZN1NABZ******************** №-li hesaba, məhkəmə-əmtəəşünaslıq ekspertizsı tədqiqatının dəyəri 40 (qırx) manat hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxs polkovnik-leytenant Təqsirləndirilən şəxs alınaraq VÖEN ********** AZN1NABZ********************4 №-li hesaba ödənilməlsin. İş üzrə mülki iddia, xüsusi müsadirə edilə bilən əmlak, maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N0 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar