Məhkəmə qərarları › İş №1-1(092)-4/2022

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-4/2022

04.02.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-4/2022 04.02.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1980-ci ildə Şərur rayonunun Qarahəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 3 azyaşlı uşaq atası, orta təhsilli, məhkum olunmayan, Şərur rayonunun Qarahəsənli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, N №-li hərbi hissədə xidmət edən, MAHHXHQ-su əsgər, barəsində 20 dekabr 2021-ci il tarixdən “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs şərti adı “Mina” olan döyüş mövqeyində N nömrəli hərbi hissənin 12-ci bölüyünün 2-ci taqımının 2-ci manqasının komandiri vəzifəsində post böyüyü kimi xidmət edərkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” və 47-ci maddəsində nəzərdə tutulan “komandir (rəis) tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir” tələblərini pozaraq 2021-ci ilin avqust ayının 15-də saat 15 radələrində “Mina” mövqeyinin yataqxanasında tabeliyində olan əsgər Zərərçəkmiş şəxs7 vintaçanı yerə salaraq səs etməsi səbəbindən ağac budağı ilə sağ diz nahiyəsinə, təkrarən 2021-ci ilin sentyabr ayının ortalarında günorta saatlarında ayaqqabısını təyin olunmuş yerə düzgün qoymadığına görə yataqxanada ağac budağı ilə sağrı nahiyəsinə, bundan bir neçə gün sonra sentyabr ayının ortalarında axşam saatlarında ayaqqabısını səliqəsiz qoyduğuna görə yataqxanada ağac budağı ilə sağrı nahiyəsinə, 2021-ci ilin sentyabr ayının axırlarında gecə saatlarında ayıq növbədə olarkən rabitənin yanında mürgülədiyinə görə yataqxanada ağac budağı ilə baş nahiyəsinə, 2021-ci ilin oktyabr ayının əvvəllərində səhər saatlarında ayaqqabısını səliqəsiz qoyduğuna görə yataqxanada ağac budağı ilə sağrı nahiyəsinə, 2021-ci ilin oktyabr ayının əvvələrində gecə saatlarında rabitə növbəsində olarkən yuxladığına görə yataqxanada ağac budağı ilə baş nahiyəsinə zərbələr vurmaqla; 2021-ci ilin avqust ayının ortalarında saat 06 radələrində tabeliyində olan əsgər Zərərçəkmiş şəxs3 müşahidə mövqeyinin divarına söykənib mürgülədiyinə görə onu yataqxanaya aparıb ağac budağı ilə sol qol və kürək nahiyəsinə, 16 sentyabr 2021-ci ildə saat 13 radələrində səngərdə işləyərkən torpağı göstərdiyi yerə atmadığına görə şillə ilə boyun nahiyəsinə, 2021-ci il sentyabr ayının əvvəllərində səhər saatlarında ayaqqabısını səliqəsiz qoyduğuna görə yataqxanada ağac budağı ilə sağrı nahiyəsinə, 2021-ci ilin sentyabr ayının sonlarında gecə rabitə növbəsində olarkən yuxladığına görə yataqxanada ağac budağı ilə baş nahiyəsinə, 2021-ci il oktyabr ayının əvvəllərində ayaqqabısını səliqəsiz qoyduğuna görə yataqxanada ağac budağı ilə sağrı nahiyəsinə, 2021-ci ilin oktyabr ayının əvvəllərində gecə rabitə növbəsində olarkən mürgülədiyinə görə yataqxanada ağac budağı ilə baş nahiyəsinə zərbələr vurmaqla; 2021-ci ilin avqust ayının 18-də saat 15 radələrində tabeliyində olan əsgər Zərərçəkmiş şəxs6 yataqxananın qarşısında vəzifə borcunu yaxşı danışa bilməməsinə görə şillə ilə sifət, təpik ilə, ağac budağı ilə sol qol-kürək nahiyələrinə, 2021-ci ilin sentyabr ayının əvvəllərində günorta saatlarında ayaqqabısını səliqəsiz qoyduğuna görə yataqxanada ağac budağı ilə sağrı nahiyəsinə, 2021-ci ilin sentyabr ayının ortalarında səhər saatlarında ayaqqabısını təyin olunmuş yerə qoymadığına görə yataqxanada ağac budağı ilə sağrı nahiyəsinə, 2021-ci ilin sentyabr ayının sonlarında axşam saatlarında ayaqqabısını təyin olunmuş yerdə çıxarmadığına görə yataqxanada ağac budağı ilə sağrı nahiyəsinə, 2021-ci ilin oktyabr ayının əvvəllərində ayaqqabısını səliqəsiz qoyduğuna görə yataqxanada ağac budağı ilə sağrı nahiyəsinə zərbələr vurmaqla; 2021-ci ilin sentyabr ayının əvvəllərində yataqxanada tabeliyində olan əsgər Zərərçəkmiş şəxs1 gecə rabitə növbəsində olarkən mürgülədiyinə görə şillə ilə sifətinə, həmin hadisədən bir neçə gün sonra sentyabr ayının əvvəllərində gecə saatlarında yataqxanada yuxladığına görə şillə ilə sifətinə, bundan bir neçə gün sonra sentyabr ayının əvvəllərində təkrarən gecə rabitə növbəsində olarkən mürgülədiyinə görə yataqxanada şillə ilə sifətinə, 2021-ci ilin sentyabr ayının ortalarında rabitə növbəsində olarkən yuxladığı üçün həmin səbəbdən ardıcıl iki gün hər dəfə sifətinə şillə zərbələri vurmaqla; 2021-ci ilin sentyabr ayının əvvəllərində gecə saatlarında tabeliyində olan əsgər Zərərçəkmiş şəxs4 ayıq növbədə olarkən yataqxanada rabitənin yanında yuxladığına görə ağac budağı ilə kürək nahiyəsinə, 2021-ci ilin sentyabr ayının ortalarında səhər saatlarında ayaqqabısını səliqəsiz qoyduğuna görə yataqxanada ağac budağı ilə kürək nahiyəsinə, bundan bir neçə gün sonra sentyabr ayının ortalarında axşam saatlarında ayaqqabısını səliqəsiz qoyduğuna görə yataqxanada ağac budağı ilə baş nahiyəsinə, 2021-ci ilin sentyabr ayının axırlarında səhər saatlarında ayaqqabısını təyin olunmuş yerdə düzgün qoymadığına görə ağac budağı ilə sağ qol nahiyəsinə, 2021-ci ilin oktyabr ayının əvvəllərində səhər saatlarında ayaqqabısını düz qoymadığına görə yataqxanada ağac budağı ilə sağrı nahiyəsinə zərbələr vurmaqla, 2021-ci ilin sentyabr ayınının ortalarında səhər saatlarında tabeliyində olan əsgər Zərərçəkmiş şəxs5 yataqxanada ayaqqabısını səliqəsiz qoyduğuna görə ağac budağı ilə sağrı nahiyəsinə, bundan bir neçə gün sonra sentyabr ayının ortalarında səhər saatlarında yataqxanada ayaqqabısını səliqəsiz qoymasına görə ağac budağı ilə sağrı nahiyəsinə, 2021-ci ilin sentyabr ayının axırlarında gecə vaxtı rabitə növbəsində mürgülədiyinə görə yataqxanada ağac budağı ilə baş nahiyəsinə, 2021-ci ilin oktyabr ayının əvvəllərində gecə rabitə növbəsində olarkən mürgülədiyinə görə yataqxanada ağac budağı ilə baş nahiyəsinə, 2021-ci ilin oktyabr ayının 07-də saat 11 radələrində yataqxanada çayı gec aparmasına görə şillə ilə sifət nahiyəsinə zərbələr vurmaqla; 02 oktyabr 2021-ci il tarixdə, saat 09 radələrində yataqxananın qarşısında 5 litrlik su qabında saxlanılan dizel yanacağının yerində olmaması səbəbindən tabeliyində olan əsgər Zərərçəkmiş şəxs2 sifətinə şillə zərbəsi vurmaqla; Bundan başqa 14 sentyabr 2021-ci ildə saat 15 radələrində yataqxananın qarşısında vəzifə borclarını yaxşı danışa bilmədiklərinə görə tabeliyində olan əsgərlər Zərərçəkmiş şəxs4 sifət nahiyəsinə şillə zərbələri, qarın nahiyəsinə isə təpik zərbələri, Zərərçəkmiş şəxs7 Hüseyin oğlunun və Zərərçəkmiş şəxs6 isə sifət nahiyələrinə şillə zərbələri vurmaqla; 2021-ci ilin oktyabr ayının 5-də saat 18 radələrində tabeliyində olan əsgərlər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 yataqxananın sağ tərəfində odun sobasını göstərdiyi qaydada təmizləmədiklərinə görə Zərərçəkmiş şəxs4 sifətinə şillə zərbələri, Zərərçəkmiş şəxs5 sifətinə şillə, sol bud nahiyəsinə təpik zərbəsi vurmaqla, öz tabeliyində olan şəxsləri müxtəlif vaxtlarda vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar tabeliyində olan iki və ya daha çox şəxsə qarşı, təkrar zor tətbiq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci və 329.2.2-ci maddələri ilə ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində N nömrəli hərbi hissənin 4cü taborun, 12-ci bölüyndə “Mina” mövqeyində manqa komandiri vəzifəsində xidmət etdiyini, zərərçəkmiş əsgərlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 xidmət müddətində görüb tanıdığını, hərbi hissə komandirinin müvafiq əmri ilə onların xidmət etdiyi manqanın bilavasitə rəisi olduğunu, nizam - intizamın yüksək səviyədə olması üçün tez-tez manqanın yerləşdiyi ərazidə yoxlamalar apardığını, 02 oktyabr 2021-ci ildə saat 09 radələrində bölüyün yerləşdiyi ərazidə yoxlama apararkən orada olan və ehtiyat üçün saxlanılan su qablarındaki dizel yanacaqlarının birinin boş olduğunu görüb əşəbləşərək mövqedə xidmət edən əsgərlərdən qabda olan yanacağın necə olamasını soruşaraq yaxınlıqda olan əsgər Zərərçəkmiş şəxs2 yanına çağırıb yanacağın necə olmasını ondan soruşduğunu, onu bir az danladığını, yanacağa cavabdeh olduğunu onun yadına saldığını və əli ilə onun sifətinə bir şillə vurduğunu, gedib yanacaq olan yerə baxdıqda yanacaq qabının deşildiyini bu səbəbdən də qabdaki yanacağın yerə töküldüyünü gördüyünü, 18 avqust 2021-ci ildə yataqxananın qarşısında əsgər Zərərçəkmiş şəxs6 yanına çağırıb vəzifə borcunu yaxşı bilmədiyinə görə əli ilə onun sifətindən 2 şillə, sağrı nahiyəsindən isə 3 təpik, əlindəki ağacla isə kürək nahiyəsindən 3 dəfə vurduğunu, avqust ayının ortalarında səhər saat 06 radələrində döyüş növbətçiliyini dəyişmək üçün müşahidəyə getdiyini, xidmətdə olan əsgər Zərərçəkmiş şəxs3 səngərin divarına söykənib mürgüləməsini görərək yataqxanaya gəldikdən sonra Zərərçəkmiş şəxs3 yanına çağıraraq postda niyə yuxlamasını soruşduğunu və sonra onun ağacla sol qoluna 3 dəfə, kürəyinə isə 2 dəfə vurduğunu, 16 sentyabr 2021-ci il tarixdə günorta saatlarında səngərlərinin içərisini düzgün təmizləmədiklərinə görə əsəbləşərək əsgər Zərərçəkmiş şəxs3 boyun nahiyəsindən bir şillə vurduğunu, 2021-ci il oktyabr ayının 5-ndə təxminən saat 18 radələrində yataqxananın həyətində əsgərlər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 odun sobasını təmizləyərkən düzgün təmizləmədiklərinə, ətrafı toz etdiklərinə görə əsəbləşərək hər ikisinin sifətinindən və kürəyindən şillə və təpiklə vuraraq döydüyünü, Zərərçəkmiş şəxs5 dizindən təpiklə vurduğuna görə onun sol bud nahiyəsinin hiss olunacaq dərəcədə göyərdiyini və şişdiyini, 15 avqust 2021-ci ildə təxminən saat 15 radələrində yataqxanada istirahət etdiyini, həmin vaxt içəridə olan əsgər Zərərçəkmiş şəxs7 kitab rəfində olan vintaçanı əlindən yerə salaraq yataqxanada bərk səs-küy saldlğını, bu səbəbdən də əsəbləşərək onu yanına çağırıb niyə səs küy saldığını soruşaraq ağacla sağ diz nahiyəsindən 2 dəfə bərkdən vurduğunu, onun yerə çökdüyünü, dizinə baxdıqda sağ dizinin şişməsini gördüyünü, Zərərçəkmiş şəxs7 bir neçə gün axsadığını, ona bu barədə heç kəsə heç nə deməməsini tapşırdığını, bir dəfə də vəzifə borclarını yaxşı bilmədiyi üçün Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs6 sifətlərinin hər iki sol və sağ tərəflərindən iki şillə vurduğunu, Zərərçəkmiş şəxs4 isə sifətinə sağ əli ilə iki şillə, qarın nahiyəsindən isə ayağı ila bir təpik də vurduğunu, 07 oktyabr 2021-ci ildə təxminən saat 11 radələrində Zərərçəkmiş şəxs5 çayı bir az gec gətiridyi üçün əsəbləşib sifətindən sağ əli ilə bir şillə vurduğunu, əsgər Zərərçəkmiş şəxs6 yataqxanada ayaqabılarını təyin olunmuş yerdə qoymadığı üçün ağacla sağrı nahiyəsindən bir neçə dəfə vurduğunu, 2021-ci ilin yadında qalmayan tarixində əsgər Zərərçəkmiş şəxs6 sağrı nahiyəsindən 4 dəfə ağacla vurduğunu lakin nəyə görə vurmasını xatırlamadığını, əsgər Zərərçəkmiş şəxs5 ayaqqabılarını yataqxananın girişində səliqəsiz qoyduğu üçün, müxtəlif vaxtlarda yenə onun sağrı nahiyəsindən ağacla bir- iki dəfə vurduğunu, 2021-ci ilin sentyabr və oktyabr ayları ərzində iki dəfə əsgər Zərərçəkmiş şəxs3 ayaqabılarını səliqəsiz qoyduğu üçün ağacla belindən, rabitə növbəsində yuxladığı üçün müxtəlif vaxtlarda iki dəfə ağacla başından, yataqxanada ayaqqabısını səliqəsiz qoyduğu üçün Zərərçəkmiş şəxs4 ağac budağı ilə müxtəlif yerlərindən, əsgər Zərərçəkmiş şəxs7 yadında qalmayan vaxtlarda rabitədə naryadda olduğu vaxtlarda yuxladığı üçün və yataqxanada ayaqabılarını səliqəsiz qoyduğu üçün ağacla döydüyünü, zərərçəkmiş şəxslərdən üzr istədiyini, zərərçəkmiş şəxslərin də onu bağışladıqlarını, etdiyi əməldən peşman olduğunu göstərdi.. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində N nömrəli hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün qumbaraatanı vəzifəsində xidmət etdiyini, manqa komandirləri post böyüyü MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs olduğunu, 18 avqust 2021-ci ildə təxminən saat 15 radələrində Təqsirləndirilən şəxs yataqxananın qarşısında ondan əsgərin vəzifə borcunu soruşduqda vəzifə borcunu yaxşı danışa bilmədiyini, ona görə də Təqsirləndirilən şəxs əsəbləşərək onun sifətindən 2 şillə, sağ ayağı ilə isə sağrı nahiyəsindən 3 təpik, əlində tutduğu ağacla kürək nahiyəsindən 3-4 dəfə vurduğunu, vurduğu yerlərin bərk ağrıdığını, 14 sentyabr 2021-ci il tarixdə təxminən saat 15 rədələrində yataqxananın qarşısında Təqsirləndirilən şəxs onu, əsgər Zərərçəkmiş şəxs4 və əsgər Zərərçəkmiş şəxs7 yanına çağırıb onlardan əsgərin vəzifə borclarını soruşduğunu, lakin heç hansının vəzifə borclarını danışa bilmədiklərini, bu səbəbdən də Təqsirləndirilən şəxs əsəbləşərək əli ilə hər üçünün də sifətindən iki şillə, əsgər Zərərçəkmiş şəxs4 qarın nahiyəsindən isə sağ ayağı ilə bir təpik də vurduğunu, 2021-ci ilin sentyabr ayının əvvəllərində günorta yeməyindən sonra, sentyabr ayının ortalarında səhər yeməyindən sonra, sentyabr ayının axırlarında axşam saatlarında və oktyabr ayının əvvəllərində yataqxanada ayaqqabısını səliqəsiz qoyduğu üçün Təqsirləndirilən şəxs ağacla onun qol nahiyəsindən, sarğı yerindən və başqa yerlərindən bir neçə dəfə vurduğunu, 2021-ci il oktyabr ayının əvvəllərində əsgər Zərərçəkmiş şəxs5 ona çayı gec apardığı üçün onun sifətindən bir şillə vurmasını dediyini, 2021-ci il sentyabr ayının ortalarında əsgər Zərərçəkmiş şəxs5 sudan qayıdan zaman, və bir dəfə də yadında qalmayan vaxt yataqxanada ayaqqabısını səliqəsiz qoyduğu üçün Təqsirləndirilən şəxs ağacla onun sağrı nahiyəsindən vurduğunu gördüyünü, 2021-ci il sentyabr və oktyabr ayının əvvəllərində əsgər Zərərçəkmiş şəxs3 də yataqxanada ayaqqabısını səliqəsiz qoyduğu üçün ağacla onun sağrı nahiyəsindən bir dəfə vurduğunu gördüyünü, Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində 2-ci manqada baş atıcısı vəzifəsində, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs tabeçiliyində xidmət etdiyini, 02 oktyabr 2021-ci ildə saat 09 radələrində Təqsirləndirilən şəxs xidmət yerinə gedərək yanacaq doldurulmuş qablardan birinin deşilərək içərisindəki yanacağın yerə töküldüyünü görüb əsəbləşərək yataqxananın qarşısında onu yanına çağırıb bərk danlayaraq əli ilə sifətinin sol tərəfindən bir şillə vurduğunu, 2021-ci ilin avqust ayının ortalarında səhər saatlarında Təqsirləndirilən şəxs növbədə olan əsgər Zərərçəkmiş şəxs3 və Kənan Mirzəyevi dəyişmək üçün posta getdiyini, bir azdan onları dəyişib yataqxanaya gətirdiyini, yataqxanada əsgər Zərərçəkmiş şəxs3 müşahidədə niyə yatmasını soruşaraq onun sol qolundan 3 dəfə, kürəyindən 2 dəfə vurduğunu gördüyünü, 2021-ci ilin avqust ayının 18-də təxminən saat 15 radələrində Təqsirləndirilən şəxs mövqenin yataqxanasının qarşısında əsgər Zərərçəkmiş şəxs6 vəzifə borcunu soruşduğunu, Zərərçəkmiş şəxs6 vəzifə borcunu bilmədiyi üçün ona irad tutub sifətinin sol tərəfindən iki şillə, sağrı nahiyəsindən 3 təpik zərbəsi və ağacla kürək nahiyəsindən 3 dəfə vurduğunu gördüyünü, 16 sentyabr 2021-ci ildə təxminən saat 13 radələrində şəxsi heyətdən bir neçə əsgərin postun səngərlərinin içərisini təmizlədiyini, əsgər Zərərçəkmiş şəxs3 səngərdə olan torpağı göstərilən yerə atmadığı üçün Təqsirləndirilən şəxs onun boyunundan bir şillə vurduğunu gördüyünü, Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onu bağışladığını ondan hər hansı bir şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs5 ifadəsində MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs onun bilavasitə rəisi olduğunu, 05 oktyabr 2021-ci il tarixdə təxminən saat 18 radələrində əsgər Zərərçəkmiş şəxs4la birlikdə odun sobasını təmizləyərkən ətrafı toz etdiklərini, orada olan post böyüyü Təqsirləndirilən şəxs əsəbləşərək əvvəlcə Zərərçəkmiş şəxs4 sifətinə sağ əli ilə 2 şillə vurduqdan sonra onun da sifətinin sol tərəfindən sağ əli ilə 2 şillə, sağ ayağı ilə də sol bud nahiyəsindən bir təpik vurduğunu, onu vurmasına görə sol budunun bir müddət ağrıdığını və göyərdiyini, 07 oktyabr 2021-ci ildə təxminən saat 11 radələrində yataqxananı təmizlərkən Təqsirləndirilən şəxs ona çay gətirməsini dediyini, onun çayı bir az gec apardığını, bu səbəbdən də əsəbləşib sağ əli ilə onun sifətindən bir şillə vurduğunu, üzünün qızardığını və bir müddət ağrıdığını, 2021-ci il sentyabr ayının ortalarında səhər saatlarında və sentyabr ayının axırlarında yataqxanaya girərkən ayaqqabılarını səliqəsiz qoyduğu üçün Təqsirləndirilən şəxs ağacla onun sağrı nahiyəsindən və sifətindən vurduğunu, 2021-ci il sentyabr ayının axırlarında gecə vaxtı rabitə növbətçisi olarkən orada bir az mürgülədiyini, bunu görən Təqsirləndirilən şəxs ağacla başından bir dəfə bərk vurduğunu, bundan bir neçə gün sonra 2021-ci il oktyabr ayının əvvəllərində yenə də gecə rabitə növbəsində olarkən çox yorğun olduğu üçün rabitənin yanında yenə bir az yuxladığını, bu səbəbdən də ağacla başından bir dəfə vuraraq onu danladığını, 14 sentyabr 2021-ci ildə təxminən saat 15 rədələrində yataqxananın qarşısında Təqsirləndirilən şəxs əsgərlər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs7 əsgərin vəzifə borcunu soruşsa da yaxşı danışa bilmədiklərindən hər üçünü də şillə və təpiklə döydüyünü gördüyünü, 2021-ci ilin sentyabr ayının ortalarında təxminən saat 13 radələrində səngərlərin içərisini təmizləyərkən əsgər Zərərçəkmiş şəxs3 səngərin içərisində olan torpağı göstərilən yerə atmadığı üçün Təqsirləndirilən şəxs əsəbləşərək onun boynundan bir şillə vurduğunu gördüyünü, 02 oktyabr 2021-ci ildə saat 09 radələrində Təqsirləndirilən şəxs yataqxananın qarşısında əsgər Zərərçəkmiş şəxs7 plastik su qabının içində olan dizel yanacağının harda olduğunu soruşaraq cavabdeh kimi əsgər Zərərçəkmiş şəxs2 yanına çağırıb sağ əli ilə Zərərçəkmiş şəxs2 sifətinin sol tərəfindən bir şillə vurduğunu, 2021-ci il sentyabr ayının əvvəllərində günorta yeməyindən sonra əsgər Zərərçəkmiş şəxs6 yataqxanaya daxil olan zaman ayaqqabısını səliqəsiz qoyduğu üçün ağacla onun sağrı nahiyəsindən bir dəfə vurduğunu, 2021-ci ilin sentyabr ayında və oktyabr ayının əvvəllərində əsgər Zərərçəkmiş şəxs4 yataqxanada ayaqqabılarını yenə lazım olan yerə qoymadığı üçün ağacla onun kürəyindən və sifətindən vurub onu danladığını gördüyünü, Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onu bağışladığını ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində xidmət etdiyi postda 2021-ci il avqust ayının ortalarında gecə saat 04:00-dan 06:00-dək döyüş növbətçiliyinə təyin olunduğunu, təxminən saat 06 radələrində müşahidədə olarkən səngərin divarına söykənib bir az gözlərini yumaraq mürgülədiyini, müşahidəni dəyişməyə gələn post böyüyü Təqsirləndirilən şəxs onun mürgülədiyini görüb ona ciddi irad tutduğunu, yataqxanada onu yanına çağırıb nəyə görə postda yatmasını soruşaraq əsəbləşib əlində olan ağacla onun sol qolundan 3 dəfə, kürəyindən 2 dəfə vurduğunu, 2021-ci il sentyabr ayının 16-sı təxminən saat 13 radələrində səngərin içərisindəki torpaqları təmizləyərkən torpaqları lazım olan yerə atmadıqlarını, Təqsirləndirilən şəxs əsəbləşərək onun boynundan bir şillə vurduğunu, 2021-ci il sentyabr ayının əvvəllərində səhər saatlarında yataqxanada ayaqqabılarını təyin olunmuş yerdə səliqəsiz çıxardığı üçün onun sağrısından ağacla bir dəfə, 2021-ci il sentyabr ayının axırlarında gecə rabitə növbətçisi olarkən rabitənin yanında yuxladığı üçün başından bir dəfə vurduğunu, 2021-ci ilin oktyabr ayının əvvəllərində yataqxanın giriş hissəsində ayaqqabılarını yenə səliqəsiz qoyduğu üçün ağacla onun sağrı nahiyəsindən bir dəfə, 2021-ci ilin oktyabr ayının əvvələrində gecə rabitə növbəsində olarkən rabitənin yanında mürgülədiyi üçün baş nahiyəsindən ağacla bir dəfə vurduğunu, 2021-ci ildə təxminən saat 15 rədələrində yataqxananın qarşısında Təqsirləndirilən şəxs əsgərlər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs7 vəzifə borclarını soruduğunu, vəzifə borclarını yaxşı danışa bilmədikləri üçün əsəbləşərək hər üç əsgərin sifətlərindən 2-3 dəfə vurduğunu, Zərərçəkmiş şəxs4 ayaq hissəsindən əlavə bir təpik də vurduğunu gördüyünü, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 05 oktyabr 2021-ci ildə təxminən saat 18 radələrində yataqxanadakı sobanın külünü səhv boşaltdıqları üçün, ətrafı toz etdiklərinə görə onların hər ikisini şillə və təpiklə döydüyünü gördüyünü, 15 avqust 2021-ci il tarixdə təxminən saat 15 radələrində Təqsirləndirilən şəxs yataqxanada istirahət edərkən əsgər Zərərçəkmiş şəxs7 əlindəki vintaçanı yerə salıb bərk səs-küy etdiyini, Təqsirləndirilən şəxs yuxudan ayılıb onun yanına gələrək onu danlayıb ağacla dizindən iki dəfə vurduğundan onun dizinin bir müddət şişdiyini və axsadığını, 2021-ci il avqust ayının 18-də təxminən saat 15 radələrində yataqxananın qarşısında Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs6 vəzifə borcunu soruşduğunu, Zərərçəkmiş şəxs6 vəzifə borcunu zəif danışdığından onun sifətindən iki şillə, sağrısından 3 təpik də vurduğunu gördüyünü, 2021-ci ilin sentyabr ayının axırlarında və oktyabr ayının əvvəllərində əsgər Zərərçəkmiş şəxs6 yataqxananın girişində ayaqqabılarını səliqəsiz qoyduğu üçün ağacla döydüyünü, 2021-ci ilin sentyabr ayının ortalarında axşam saatlarında əsgər Zərərçəkmiş şəxs4 yataqxananın girişində ayaqqabılarını səliqəsiz qoyduğu üçün ağacla onun da başından vurduğunu, 2021-ci il sentyabr ayının ortalarında günorta saatlarında Zərərçəkmiş şəxs7 ayaqqabılarını yataqxanada təyin olunmuş yerdə səhv qoyduğu üçün Təqsirləndirilən şəxs ağacla onun sağrı hissəsindən bir dəfə vurduğunu gördüyünü, Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onu bağışladığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində N nömrəli hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün qumbaraatanı vəzifəsində xidmət etdiyini, manqa komandirləri post böyüyü MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs olduğunu, 2021-ci il sentyabr ayının əvvəllərində yorğun olduğundan yataqxanada rabitənin yanında bir az yuxladığını, post böyüyü Təqsirləndirilən şəxs onun yatmasını görüb niyə yatdığını deyərək ağacla kürəyindən bir dəfə vurduğunu, kürəyində bərk ağrı olduğunu, 2021-ci il sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ona, əsgər Zərərçəkmiş şəxs6 və əsgər Zərərçəkmiş şəxs7 əsgərin vəzifə borcunu öyrənmələrini tapşırdığını, bir müddət sonra yataqxananın qarşısında onlardan vəzifə borclarını soruşduğunu, lakin vəzifə borclarını zəif danışdıqları üçün əsəbləşərək sağ və sol əli ilə hər üçünün sifət nahiyəsinə iki-üç şllə vurduğunu, daha sonra sağ ayağı ilə onun qarın nahiyəsindən bir təpik də vurduğunu, 05 oktyabr 2021-ci ildə təxminən saat 18 radələrində əsgər Zərərçəkmiş şəxs5lə birlikdə sobanın içərisindəki külü boşaldarkən ətrafı toz etdiklərini, bu səbəbdən də həmin vaxt orada olan Təqsirləndirilən şəxs onları yanına çağıraraq sifətlərinə bir-iki şillə vuraraq döydüyünü, 2021-ci il sentyabr ayının ortalarında səhər saatlarında, 2021-ci il sentyabr ayının axırlarında səhər saatlarında, 2021-ci il oktyabr ayının əvvəllərində səhər saatlarında yatqxananın girişində ayaqqabılarını düz qoymadığı üçün ağacla onu döydüyünü, 2021-ci ilin avqust ayının ortalarında təxminən saat 06 radələrində Təqsirləndirilən şəxs döyüş növbətçiliyini dəyişərək əsgərlər Zərərçəkmiş şəxs3 və Kənan Mirzəyevi yataqxanaya gətirdiyini, daha sonra Zərərçəkmiş şəxs3 yanına çağırıb nəyə görə müşahidədə yatmasını soruşaraq yataqxanada ağacla onun sol qol nahiyəsindən 3 dəfə, kürək nahiyəsindən 2 dəfə vurduğunu gördüyünü, 2021ci il oktyabr ayının əvvəllərində əsgər Zərərçəkmiş şəxs6 yataqxanada ayaqqabısını səliqsiz qoyduğu üçün onun sağrısından ağacla bir dəfə vurduğunu, 2021-ci il sentyabr ayının ortalarında əsgər Zərərçəkmiş şəxs5 yataqxanaya daxil olan zaman ayaqqabılarını səliqəsiz qoyduğu üçün ağacla onun da sağrı nahiyəsindən bir dəfə vurduğunu, 2021-ci il sentyabr ayının ortasında, günorta saatlarında və oktyabr ayının əvvəllərində ayaqqabılarını səliqəsiz qoyduğu üçün əsgər N. Tağıyevin də sağrısından ağacla bir dəfə vurduğunu, Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində N nömrəli hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün qumbaraatanı vəzifəsində xidmət etdiyini, manqa komandirləri post böyüyü MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs olduğunu, 5 avqust 2021-ci ildə təxminən saat 15 radələrində yataqxanada olan kitab rəfinə qoyulmuş vintaçanı götürərkən əlindən yerə düşdüyünü, bu zaman bərk səs-küy olduğunu, yataqxanada istirahət edən manqa komandiri Təqsirləndirilən şəxs yerindən qalxıb onun yanına gələrək nəyə görə səs-küy saldığını soruşub əsəbləşərək ağacla onun sağ dizindən 2 dəfə vurduğunu, sağ dizinin bərk ağrıdığını, həmin səbəbdən bir neçə gün axsadığını, 14 sentyabr 2021-ci ildə təxminən saat 15 radələrində Təqsirləndirilən şəxs onu, əsgər Zərərçəkmiş şəxs6 və əsgər Zərərçəkmiş şəxs4 yataqxananın qarşısında düzərək onlardan əsgərin vəzifə borclarını soruşduğunu, vəzifə borclarını yaxşı danışa bilmədiklərindən hər üçünün də sağ və sol sifətlərindən vuraraq döydüyünü, 2021-ci il sentyabr ayının ortalarında günorta saatlarında döyüş növbətçiliyindən çıxıb yataqxanaya gəldikdən sonra yataqxanada ayaqqabılarını səliqəsiz qoyduğu üçün ağacla onun sağrısından bir dəfə vurduğunu, bundan təxminən 5 gün sonra axşam saatlarında və oktyabr ayının əvvəllərində yataqxanaya girəndə yenə də ayaqqabılarını səliqəsiz qoyduğu üçün onun sağrı nahiyəsindən ağacla bir dəfə vurduğunu, 2021-ci il sentyabr ayının axırlarlarında gecə saatlarında ayıq növbədə olduğu üçün rabitənin yanında durarkən çox yorğun olduğundan bir az yuxladığını, bunu görən Təqsirləndirilən şəxs onun baş nahiyəsindən ağacla bir dəfə vurduğunu, 2021-ci il oktyabr ayının əvvəllərində gecə rabitə növbəsində yenə yuxladığı üçün ağacla onun baş nahiyəsindən bir dəfə vurduğunu, xəsarət almasa da baş nahiyəsində güclü ağrı olduğunu, 02 oktyabr 2021-ci ildə saat 09 radələrində yataqxananın qarşısında olarkən Təqsirləndirilən şəxs əlində olan içərisində dizel yanacağı saxlanılan 5 litrlik içində neft olan plastik su qabından neftin necə olmasını Zərərçəkmiş şəxs2 soruşaraq əsəbi halda sağ əli ilə onun sifətinin sol tərəfindən bir şillə vurduğunu gördüyünü, 2021-ci il avqust ayının ortalarında təxminən saat 06 radələrində Təqsirləndirilən şəxs müşahidəni dəyişdikdən sonra əsgər Zərərçəkmiş şəxs3 yanına çağırıb ona niyə xidmətdə yatdığını deyib ağacla onun sol qolundan və kürəyindən vurduğunu gördüyünü, sentyabr ayının axırlarında səhər saatlarında əsgər Zərərçəkmiş şəxs4 ayaqqabısını yataqxanada təyin olunmayan yerə qoyduğu üçün onun sağ qolundan ağacla bir dəfə vurduğunu gördüyünü, Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onu bağışladığını, ondan hər hansı bir şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində N nömrəli hərbi hissənin 12-ci bölüyünün 2-ci taqım komandiri vəzifəsində xidmət etdiyini, 12 oktyabr 2021-ci ildə yoxlama məqsədi ilə “Mina” postuna getdiyini, şəxsi heyətlə söhbət edərkən əsgər Zərərçəkmiş şəxs6 ona Təqsirləndirilən şəxs şəxsi heyəti incitməsini dediyini, ondan nəyə görə onları döyməsini, incitməsini soruşduqda Z.Məmmmədovun onu və postda xidmət edən digər şəxsi heyəti hər hansı səhvə yol verdikdə dəfələrlə müxtəlif nahiyələrindən vuraraq zor tətbiq etməsini dediyi, orada xidmət edən digər əsgərlərlə də söhbət edəndə onların da Zərərçəkmiş şəxs6 dediyi sözləri təsdiqlədiyini, bu barədə yuxarı komandanlığa məruzə etdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində 01 fevral 2021ci il tarixindən N nömrəli hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün komandiri vəzifəsində işlədiyini, 12 oktyabr 2021-ci ildə 2-ci taqım komandiri leytenant Şahid1 ona Təqsirləndirilən şəxs “Mina” mövqeyində xidmət edən şəxsi heyəti müxtəlif vaxtlarda vurmasını, döyməsini, onlara qarşı zor tətbiq etməsini dediyini, bu barədə tabor komandiri mayor Elnur İbrahimxəlilova məruzə etdiyini, sonraki araşdırmalarda həqiqətən də əsgərlər tərəfindən göstərilən halların mövcud olduğunu göstərdi. İbtidai istintaq zamanı ifadəsi alınmış məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş Zərərçəkmiş şəxs1 ifadəsində 29 iyun 2021-ci ildən 08 oktyabr 2021-ci ilədək N nömrəli hərbi hissənin 4-cü taborunun 12-ci bölüyünün 2-ci taqımının 2-ci manqasınının atıcı-sanitarı vəzifəsində xidmət etdiyini, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs şərti adı “Mina” olan mövqedə xidmət etdiyi müddətdə görüb tanıdığını, onunla hər hansı qohumluq, ədavət və düşmənçilik münasibəti olmadığını, 2021-ci il sentyabr ayının əvvələrində gecə vaxtı rabitə növbəsində olarkən mürgülədiyi üçün Təqsirləndirilən şəxs onun sifətinin sol tərəfindən bir şillə zərbəsi vurduğunu, bundan təxminən 2 gün sonra gecə vaxtı rabitə növbəsində olarkən yenə də yuxladığı üçün Təqsirləndirilən şəxs sağ əli ilə onun sifətinin sol tərəfindən bir şillə zərbəsi də vurduğunu, bundan təxminən 3 gün sonra gecə rabitə növbəsində olarkən mürgülədiyi üçün Təqsirləndirilən şəxs onun sifətinin sol tərəfində bir şillə zərbəsi vurduğunu, 2021-ci ilin sentyabr ayının ortalarında da ardıcıl iki gün rabitə növbəsində olarkən yuxladığı üçün Təqsirləndirilən şəxs onun sifətinin sol tərəfindən bir şillə zərbəsi vuruduğunu, postda xidmət edən əsgərlərdən kimsə xidmət vaxtı ya da rabitə növbəsində olarkən yuxulayırdısa və ya yataqxanada ayaqqabıllarını səliqəsiz qoyurdusa, Təqsirləndirilən şəxs xoşu gəlməyən nəsə edirdisə Təqsirləndirilən şəxs həmin əsgərin üzündən, başından və ya digər nahiyələrindən şillə ilə və ya ağac budağı ilə vurduğunu, Təqsirləndirilən şəxs hər hansı şikayətinin və ya tələbinin olmadığını göstərmişdi. Zərərçəkmiş şəxs4 barəsində məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspert müayinəsindən keçirilmiş, 01 noyabr 2021-ci il tarixli 257 №-li ekspert rəyində Zərərçəkmiş şəxs4 bədən səthində 2021-ci ilin sentyabr və oktyabr aylarında törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Zərərçəkmiş şəxs3 barəsində məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspert müayinəsindən keçirilmiş, 01 noyabr 2021-ci il tarixli 258 №-li ekspert rəyində Zərərçəkmiş şəxs3 bədən səthində 2021-ci ilin avqust, sentyabr və oktyabr aylarında törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Zərərçəkmiş şəxs2 barəsində məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspert müayinəsindən keçirilmiş, 01 noyabr 2021-ci il tarixli 259 №-li ekspert rəyində Zərərçəkmiş şəxs2 bədən səthində xx.xx.2021-ci ildə törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Zərərçəkmiş şəxs6 barəsində məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspert müayinəsindən keçirilmiş, 01 noyabr 2021-ci il tarixli 260 №-li ekspert rəyində Zərərçəkmiş şəxs6 bədən səthində 2021-ci ilin avqust, sentyabr və oktyabr aylarında törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Zərərçəkmiş şəxs5 barəsində məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspert müayinəsindən keçirilmiş, 01 noyabr 2021-ci il tarixli 261 №-li ekspert rəyində Zərərçəkmiş şəxs5 bədən səthində 2021-ci ilin sentyabr və oktyabr aylarında törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Zərərçəkmiş şəxs1 barəsində məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspert müayinəsindən keçirilmiş, 01 noyabr 2021-ci il tarixli 262 №-li ekspert rəyində Zərərçəkmiş şəxs1 bədən səthində 2021-ci ilin sentyabr ayında törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Zərərçəkmiş şəxs7 barəsində məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspert müayinəsindən keçirilmiş, 01 noyabr 2021-ci il tarixli 263 №-li ekspert rəyində Zərərçəkmiş şəxs7 bədən səthində 2021-ci ilin avqust, sentyabr və oktyabr aylarında törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 20-də olan N saylı hərbi hissə komandirinin verdiyi N nömrəli əmrddən çıxarışdan göründüyü kimi müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər X2 28 may 2020-ci il tarixdə 084 saylı əç nömrəli əmrlə N saylı hərbi hissənin 4-cü tabor 12-ci bölüyün 2-ci taqım 2-ci manqasının komandiri vəzifəsinə təyin edilmişdir və bir başa zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs7 komandiri hesab edilir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 98-da olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsindən alınmış tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Odur ki, ona residivə görə cəza təyin etmək üçün heç bir əsas yoxdur. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 26-da olan N saylı hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün səmimi etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə də kifayət qədər sübuta yetirilir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 94-da olan arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs 04 noyabr 2021-ci il tarixdə N №-li hərbi hissədə hərbi həkim komissiyasından keçirilmiş, təqdim olunmuş 2613 №-li arayışda onun sağlam olmaqla hərbi xidmətə yararlı olduğu göstərildiyindən məhkəmə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respubilkası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən cəza təyin edilməsinin ümumi əsaslarını–törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2 -ci maddələri ilə tövsif edilmiş və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci maddələrinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs bağışlamasını, ondan şikayət və tələblərinin olmamasını, himayəsində üç az yaşlı övladının olmasını, törətdiyi əməli səmimi etiraf edib zərərçəkmiş şəxslərdən üzr istəməsini cəzanı yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə şəraitini, himayəsində üç azyaşlı uşağının olmasını, habelə digər cəzanı yüngülləşdirən halları nəzərə alıraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi, lakin törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq və eləcə də Təqsirləndirilən şəxs təyin olunan cəzanı çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilib sınaq müddəti verilməklə şərti məhkum etmənin təyinini əsaslı və eləcə də ədalətli hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət hazırda xidmət etdiyi N saylı hərbi hissə komandanlığına, hərbi xidmətdən tərxis olunarsa yaşayış yeri üzrə Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam“ qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sınaq müddəti ərzində üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək, davranışı ilə islah olunmasını sübut etmək bir vəzifə olaraq onun üzərinə qoyulmalıdır. Cinayət işi üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 383-385-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza şərti hesab olunsun və onun üzərində 2(iki) il sınaq müddəti müəyyən edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs davranışına nəzarət xidmət etdiyi N saylı hərbi hissə komandanlığına, hərbi xidmətdən tərxis olunarsa Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək, davranışı ilə islah olunmasını sübut etmək bir vəzifə olaraq onun üzərinə qoyulsun. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar