Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-4/2023 07.02.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Həsənov Polad Vəli oğlunun sədrliyi, hakimlər Hüseynov Səxavət Səməd oğlu və Orucəliyev Abil Elmar oğlundan ibarət tərkibdə, Zeynalova Nuray Hikmət qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxxxxxx 1992-ci ildə Babək rayonunun Cəhri kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki uşaq atası, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmayan, Babək rayonunun Cəhri qəsəbəsində daimi qeydiyyatda olan, “Naxçıvan” X1 təminat qrupunun komandiri vəzifəsində xidmət edən, barəsində 28 sentyabr 2022-ci ildə Naxçıvan MR Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Gizir Təqsirləndirilən şəxs ittiham olunur ona görə ki, “Naxçıvan” X2 Ordubad rayonu ərazisində yerləşən 23-cü sərhəd zastavasında təminat qrupunun komandiri vəzifəsində xidmət edərkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar» və 47-ci maddəsində göstərilən «komandir (rəis)… tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətini alçalda biləcək hərəkətlər etməməlidir» tələblərini pozaraq öz tabeliyində olan, həmin zastavada aşpaz vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs1 2022-ci ilin fevral ayının axırlarında günorta vaxtı yeməkxanada çay dəmləmək üçün suyu qaynatmadığını bəhanə edərək nalayiq ifadələr işlədib sifətinə şillə zərbəsi vurmaqla, təkrarən 2022-ci ilin iyun ayının əvvəllərində günorta vaxtı yeməkxananın mətbəxində kompotu düzgün hazırlamaması səbəbindən nalayiq ifadələr işlədib yaxasından tutub arxaya itələyib divara çırpdıqdan sonra yaxasından tutub dartıb yerə yıxıb yerdə yaxasından tutaraq silkələməklə, 2022-ci ilin iyun ayının sonlarında saat 21 radələrində tapşırığına əsasən əti aparıb zastavanın ərazisində onun yaşadığı xidməti evin qarşısına qoyduqdan sonra ona məlumat verməməsi və itlərin həmin əti yeməsi səbəbindən yataqxananın qarşısında nalayiq ifadələr işlədib sifətinə şillə zərbəsi vurmaqla, 2022-ci ilin iyul ayının əvvəllərində saat 15 radələrində heç bir səbəb olmadan zastava binasının giriş hissəsində qulağından yapışıb dartmaqla, 2022-ci ilin iyul ayının əvvəllərində saat 17 radələrində heç bir səbəb olmadan mətbəxdən çıxanda yataqxananın dəhlizində əlinin içi ilə belinə vurmaqla, 2022-ci ilin iyul ayında xidmətə çıxarkən sursat çantasını çıxarıb yerə qoyması səbəbindən rabitə vasitəsilə ona qarşı nalayiq ifadələr işlətməklə, 2022-ci ilin avqust ayının 14-də saat 19 radələrində ərzaq anbarında işləyərkən torbanın cırılaraq ətin yerə düşməsi səbəbindən yataqxananın qarşısındakı siqaret çəkilən yerin yanında nalayiq ifadələr işlədib sifətinə şillə zərbələri vurmaqla, bundan başqa 2022ci ilin fevral ayından avqust ayınadək olan müddətdə müxtəlif vaxtlarda səbəbsiz yerə ona qarşı nalayiq ifadələr deyib onu mütəmadi olaraq, həmçinin bəzi vaxtlarda istirahət vaxtı yuxudan qaldırıb işlətməklə, işlədərkən nalayiq ifadələr deməklə, onunla prinsip aparıb pis rəftar etməklə, həmin hərəkətləri ilə yanaşı kürəyindən şillə zərbələri vurmaqla ona qarşı zor tətbiq etməsi nəticəsində Zərərçəkmiş şəxs1 emosional gərginlik halı keçirərək avqust ayının 24-də saat 05:30-dan 09:30-dək müşahidə qülləsində “zastava gözətçisi” sərhəd naryadına təyin edilib xidmət apararkən saat 06:25 radələrində ona təhkim olunmuş AK-74 markalı ******* №-li avtomat silahı tək atəş vəziyyətinə gətirib sol döş nahiyyəsindən bir atəş açaraq özünə “İİİ dərəcəli travmatik-hemoragik şok, hemotoraks (döş boşluğuna qanın yığılması), hemoperitoneum (qarın boşluğuna qanın yığışması) və dalağın çıxarılması ilə nəticələnən, giriş dəliyi döş qəfəsinin sol yarısının ön səthində, çıxış dəliyi döş qəfəsinin sol yarısının arxa səthində olan, döş və qarın boşluqlarına nüfuz edən yara kanalı boyunca yumşaq toxumaların və sol ağciyərin, diafraqmanın, qara ciyərin, mədənin, sol böyrəyin zədələnməsi ilə müşahidə olunan, öndən-arxaya, bir qədər sağdan-sola və cuzi yuxarıdan-aşağı istiqamətli, döş qəfəsinin və qarın boşluğunun müştərək bir ədəd dəlib-keçən odlu silah yaralanması” ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət yetirərək özünü öldürməyə cəhd etmişdir. Bundan başqa gizir Təqsirləndirilən şəxs “Naxçıvan” X2 Ordubad rayonu ərazisində yerləşən 23-cü sərhəd zastavasında, təminat qrupunun komandiri vəzifəsində xidmət edərkən qeyd olunan Nizamnamənin tələblərini pozaraq öz tabeliyində olan əsgər Zərərçəkmiş şəxs5 2021-ci ilin dekabr ayında axşam vaxtı yeməkxanada aşpaz təyin edilərkən tapşırdığı işi düzgün yerinə yetirə bilməməsi səbəbindən kürəyinə şillə zərbəsi vurmaqla, təkrarən 2022-ci ilin yanvar ayının əvvəllərində axşam vaxtı yeməkxanada tapşırılan işi gec yerinə yetirməsi səbəbindən kürəyinə şillə zərbəsi vurmaqla, 2022-ci ilin yanvar ayının ortalarında axşam vaxtı yeməkxanada aşpaz təyin olunduğu vaxt tapşırılan işi yaxşı icra etməməsi səbəbindən kürəyinə şillə zərbəsi vurmaqla; -əsgər X4 2022-ci ilin aprel ayının əvvəllərində saat 15 radələrində yeməkxananın mətbəxində səbəbsiz yerə qoluna yumruqla vurmaqla, 2022-ci ilin aprel ayının əvvəllərində, bir neçə gün ara ilə günorta vaxtı, 3 dəfə ayrı-ayrı vaxtlarda səbəbsiz yerə, ələ salmaq məqsədilə yeməkxananın mətbəxində belinə şillə zərbəsi vurmaqla; -əsgər Zərərçəkmiş şəxs4 2022-ci ilin aprel ayının əvvəllərində saat 14-15 radələrində yataqxananın qarşısındakı siqaret çəkilən yerin yanında səhhətində problem olduğundan tapşırılan işi yerinə yetirə bilməməsi səbəbindən belinə şillə zərbəsi vurmaqla; -əsgər Zərərçəkmiş şəxs3 2022-ci ilin may ayının ortalarında saat 12 radələrində rabitə otağında səbəbsiz yerə kürəyinə şillə zərbəsi vurmaqla, 2022-ci ilin may ayının axırlarında saat 15 radələrində rabitə otağında səbəbsiz yerə, ələ salmaq məqsədilə kürəyinə şillə zərbəsi vurmaqla; -əsgər Zərərçəkmiş şəxs7 2022-ci ilin iyul ayının ortalarında saat 15 radələrində yataqxananın qarşısındakı siqaret çəkilən yerdə səbəbsiz yerə, ələ salmaq məqsədilə sifətinə və belinə şillə zərbəsi vurmaqla; -əsgər Zərərçəkmiş şəxs2 2022-ci ilin iyul ayının əvvəllərində saat 19 radələrində yeməkxanada səbəbsiz yerə boynunu qolunun arasına salaraq sıxmaqla, 2022-ci ilin iyul ayının ortalarında saat 14 radələrində yeməkxananın mətbəxində səbəbsiz yerə, ələ salmaq məqsədilə belinə şillə zərbəsi, qoluna yumruqla vurmaqla öz tabeliyində olan şəxslərə qarşı zor təbiq etmiş, bununla da Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəis kimi öz tabeliyində olan şəxslərə qarşı təkrarən zor tətbiq etməsi Zərərçəkmiş şəxs1 özünü öldürməyə cəhd edərək ağır xəsarətlər alması ilə ağır nəticələrə səbəb olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş gizir Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, xidmət yeri 23-cü sərhəd zastavası olmuşdur. 2022-ci ilin fevral ayının axırlarında günorta vaxtı yeməkxanaya gəldikdə əsgər Zərərçəkmiş şəxs1 çayın hazır olub-olmadığını soruşmuş, Zərərçəkmiş şəxs1 da hazır olduğunu bildirmişdir. Ancaq əlini çaydana vurduqda suyun yaxşı qaynamadığını görərək ona irad tutmuş, Zərərçəkmiş şəxs1 isə suyun qaynadığını demişdir. Zərərçəkmiş şəxs1 ona cavab qaytarmasına görə əsəbləşmiş, ona nalayiq söz deyərək sifətindən şillə ilə bir dəfə vurmuşdur. Bundan başqa 2022-ci ilin iyun ayının əvvəllərində mətbəxə gedəndə Zərərçəkmiş şəxs1 kompotu başqa meyvədən düzəltdiyini görüb ona iradını bildirmiş, Zərərçəkmiş şəxs1 da cavab verəndə ona nalayiq söz deyərək yaxasından tutub arxaya itələyib divara çırpmış, sonra yaxasından tutub dartıb yerə yıxmış, yerdə də yaxasından yapışıb silkələyəndə orada olan şəxlər onları aralaşdırmışlar. 2022-ci ilin iyun ayının sonlarında Zərərçəkmiş şəxs1 toyuq ətini doğrayıb aparıb zastavada yaşadığı evin qarşısına qoyub xəbər etməsini tapşırmış, həmin gün axşam saatlarında Zərərçəkmiş şəxs1 əti evin qarşısına qoyduqdan sonra evə xəbər etmədiyindən itlər əti yemişdir. Buna əsəbləşmiş və həmin vaxt xidmətə çıxıb, Zərərçəkmiş şəxs1 yataqxananın qarşısına çağırıb ona qarşı nalayiq söz deyərək üzündən şillə ilə bir dəfə vurmuşdur. 2022-ci ilin iyul ayının əvvəllərində saat 15-16 radələrində Zərərçəkmiş şəxs1 ona nəsə yalan danışmış, bir daha o cür hərəkət etməməsi üçün zastava binasının girişində onun qulağından tutub dartmışdır. 2022-ci ilin iyul ayının əvvəllərində axşamçağı mətbəxdən çıxanda Zərərçəkmiş şəxs1 yataqxananın dəhlizində görüb zarafatla onun belindən əlinin içi ilə bir dəfə vurmuşdur. 2022-ci ilin iyul ayında sursat çantasına keçilmiş, Zərərçəkmiş şəxs1 da həmin çantanı yerə çıxarıb qoymasını görmüş, buna görə rabitə ilə ona nalayiq sözlər demiş, 2022-ci ilin avqust ayının ortalarında saat 19-20 radələrində Zərərçəkmiş şəxs1 ərzaq anbarında işləyərkən selofan torbanın cırılaraq toyuq əti yerə düşdüyünə, ətin yeri çirkləndirdiyininə görə əsəbləşib Zərərçəkmiş şəxs1 siqaret çəkilən yerin yanına çağırıb orada ona nalayiq söz deyərək üzündən şillə ilə iki dəfə vurmuş, 2022-ci ilin fevral ayından avqust ayınadək olan müddətdə ayrı-ayrı vaxtlarda Zərərçəkmiş şəxs1 kürəyindən şillə ilə vurmuş, ona qarşı nalayiq ifadələr işlətmişdir. Zərərçəkmiş şəxs1 aşpaz olduğu üçün başqa əsgərlərdən daha çox işlətmiş, bəzi vaxtlarda vacib olduqda onu istirahət vaxtı və istirahət edərkən yuxudan oyadıb işlətmiş, işləyərkən hər hansı işi düzgün yerinə yetirməyəndə ona qarşı nalayiq ifadələr demişdir. Bundan əlavə 2021-ci ilin dekabr ayında axşam vaxtı əsgər Zərərçəkmiş şəxs5 aşpaz təyin edilmiş, ona nəsə iş tapşırmış, Zərərçəkmiş şəxs5 da işi düzgün etmədiyinə görə əsəbləşərək yeməkxanada onun kürəyindən şillə ilə bir dəfə vurmuş, 2022-ci ilin yanvar ayının əvvəllərində axşam vaxtı Zərərçəkmiş şəxs5 yenə iş tapşırmış, o da işi gec gördüyününə görə yeməkxanada onun kürəyindən şillə ilə bir dəfə vurmuş, 2022-ci ilin yanvar ayının ortalarında Zərərçəkmiş şəxs5 iş tapşırmış, o da işi yaxşı görmədiyinə görə axşam vaxtı yeməkxanada onun kürəyindən şillə ilə bir dəfə vurmuşdur. 2022-ci ilin aprel ayının əvvəllərində saat 15 radələrində yeməkxananın mətbəxində olarkən əsgər Zərərçəkmiş şəxs6 xatırlamadığı səbəbə görə qolundan yumruqla bir dəfə, 2022-ci ilin aprel ayının əvvəllərində ayrı-ayrı günlərdə isə səbəbsiz yerə gülə-gülə mətbəxdə Zərərçəkmiş şəxs6 belindən şillə ilə vurmuşdur. 2022-ci ilin aprel ayının əvvəllərində günorta vaxtı əsgər Zərərçəkmiş şəxs4 ərazidəki otları kəsməsini tapşırmış, Zərərçəkmiş şəxs4 isə ona varikosel xəstəliyinin olduğunu bildirdikdə o, da Zərərçəkmiş şəxs4 oturub otları əli ilə yolmasını demiş, Zərərçəkmiş şəxs4 buna etiraz etdikdə siqaret çəkilən yerin yanında onun belindən şillə ilə bir dəfə vurmuşdur. Əsgər Zərərçəkmiş şəxs3 2022-ci ilin may ayının ortalarında saat 12-13 radələrində rabitə otağında kürəyindən bir dəfə şillə ilə vurmuş, 2022-ci ilin may ayının axırlarında saat 15 radələrində yenə rabitə otağında Zərərçəkmiş şəxs3 kürəyindən hər iki halda heç bir səbəb olmadan zarafatla, gülə-gülə şillə ilə bir dəfə vurmuşdur. 2022-ci ilin iyul ayının ortalarında saat 15-16 radələrində siqaret çəkilən yerdə əsgər Zərərçəkmiş şəxs7 üzünə və belinə səbəbsiz yerə gülə-gülə şillə ilə vurmuş, 2022-ci ilin iyul ayının əvvəllərində axşam vaxtı yeməkxanada əsgər Zərərçəkmiş şəxs2 boynunu qolunun arasına salaraq sıxıb sonra ötürmüş, bundan başqa 2022-ci ilin iyul ayının ortalarında günorta vaxtı mətbəxdə Zərərçəkmiş şəxs2 belinə şillə ilə, qoluna yumruqla bir dəfə vurmuş, Zərərçəkmiş şəxs2 qarşı səbəbsiz yerə zarafatla bu cür hərəkətlər etmiş, həmin əsgərləri vurub-döysə də lakin heç biri hər hansı xəsarət almamışlar. 2022-ci ilin avqust ayının 23dən 24-nə zastava üzrə cavabdeh təyin edilmişdir. Zərərçəkmiş şəxs1 da 24 avqust 2022ci ildə saat 05:30-dan 09:30-dək zastava gözətçisi xidmətinə təyin edilmişdir. Xidmətə hazırlaşması üçün zastava növbətçisi kiçik çavuş Şahid4 saat 04:30-da onu yuxudan oyatmış, sonra Şahid4 gəlib ona Zərərçəkmiş şəxs1 özünü yorğun və halsız hiss etdiyini demiş, özü də yuxudan duranda yorğun və halsız olduğunu bildirərək gedib xidmətinə çıxmasını demişdir. Zərərçəkmiş şəxs1 saat 05:30-da Şahid4 aparıb xidmət yerinə təyin etmiş, gedərkən Zərərçəkmiş şəxs1 ona təhkim edilmiş avtomat silah, iki ədəd daraq və rabitə vasitəsi olmuşdur. Həmin gün saat 06:25 radələrində yataqxanada olarkən Şahid4lə Zərərçəkmiş şəxs6 qaçaraq gəlib müşahidə qülləsi tərəfdən bir atəş səsi gəldiyini demiş, özü də rabitə otağına getmiş, bir neçə dəfə Zərərçəkmiş şəxs1 rabitədə çağırsa da Zərərçəkmiş şəxs1 cavab verməmişdir. Sonra müşahidə qülləsində olan müşahidə kamerasını fırladıb ətrafa baxsa da Zərərçəkmiş şəxs1 görməmişdir. Müşahidə qülləsinə tərəf qaçmış, ondan başqa kiçik çavuşlar Şahid4lə Şahid1 də getmişlər. Müşahidə qülləsinə çatdıqdan sonra Zərərçəkmiş şəxs1 bir nəçə dəfə çağırsa da Zərərçəkmiş şəxs1 cavab verməmiş, sonra pilləkənlərlə müşahidə qülləsinə qalxmış, müşahidə qülləsinə girəndə Zərərçəkmiş şəxs1 yerdə oturaraq arxaya söykəndiyini görmüşdür. Müşahidə qülləsində Zərərçəkmiş şəxs1 başı müşahidə qülləsinin divarına dayanmış, kiteli və digər paltarları qana bulaşmış, yerə də qan tökülmüş, silahı yanına düşmüş vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs1 özünə sinəsinin sol tərəfindən atəş açıb vurduğunu görmüşdür. Zərərçəkmiş şəxs1 “cənab gizir məni bağışlayın, ölmək istəmirəm” demiş, yerə oturaraq onun başını dizləri üstünə qoyaraq ağlamış, sonra Şahid4 və oraya gəlmiş başqa əsgərlərin köməyi ilə Zərərçəkmiş şəxs1 aşağıya düşürdərək müşahidə qülləsinin altında yerə uzatmışlar. Gedib şəxsi avtomobilini müşahidə qülləsinin olduğu təpənin yaxınlığına sürüb gətirmiş, Zərərçəkmiş şəxs1 xərəklə aşağıya gətirib avtomobildə arxa oturacağa uzadaraq ilk olaraq Ordubad rayon xəstəxanasına aparmışdır. Orada Zərərçəkmiş şəxs1 ilk tibbi yardım olunduqdan sonra tibbi yardım avtomobili ilə hərbi hospitala aparılmışdır. Etdiyi əməllərdən peşman olmuşdur. Təqsirləndirilən şəxs son sözündə məhkəmədən ədalətli qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, gizir Təqsirləndirilən şəxs “Naxçıvan” X2 Ordubad rayonu ərazisində yerləşən 23-cü sərhəd zastavasında təminat qrupunun komandiri vəzifəsində xidmət edərkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar» və 47-ci maddəsində göstərilən «komandir (rəis)… tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətini alçalda biləcək hərəkətlər etməməlidir» tələblərini pozaraq öz tabeliyində olan, həmin zastavada aşpaz vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs1 2022-ci ilin fevral ayının axırlarında günorta vaxtı yeməkxanada çay dəmləmək üçün suyu qaynatmadığını bəhanə edərək nalayiq ifadələr işlədib sifətinə şillə zərbəsi vurmaqla, təkrarən 2022-ci ilin iyun ayının əvvəllərində günorta vaxtı yeməkxananın mətbəxində kompotu düzgün hazırlamaması səbəbindən nalayiq ifadələr işlədib yaxasından tutub arxaya itələyib divara çırpdıqdan sonra yaxasından tutub dartıb yerə yıxıb yerdə yaxasından tutaraq silkələməklə, 2022-ci ilin iyun ayının sonlarında saat 21 radələrində tapşırığına əsasən əti aparıb zastavanın ərazisində onun yaşadığı xidməti evin qarşısına qoyduqdan sonra ona məlumat verməməsi və itlərin həmin əti yeməsi səbəbindən yataqxananın qarşısında nalayiq ifadələr işlədib sifətinə şillə zərbəsi vurmaqla, 2022-ci ilin iyul ayının əvvəllərində saat 15 radələrində heç bir səbəb olmadan zastava binasının giriş hissəsində qulağından yapışıb dartmaqla, 2022-ci ilin iyul ayının əvvəllərində saat 17 radələrində heç bir səbəb olmadan mətbəxdən çıxanda yataqxananın dəhlizində əlinin içi ilə belinə vurmaqla, 2022-ci ilin iyul ayında xidmətə çıxarkən sursat çantasını çıxarıb yerə qoyması səbəbindən rabitə vasitəsilə ona qarşı nalayiq ifadələr işlətməklə, 2022-ci ilin avqust ayının 14-də saat 19 radələrində ərzaq anbarında işləyərkən torbanın cırılaraq ətin yerə düşməsi səbəbindən yataqxananın qarşısındakı siqaret çəkilən yerin yanında nalayiq ifadələr işlədib sifətinə şillə zərbələri vurmaqla, bundan başqa 2022-ci ilin fevral ayından avqust ayınadək olan müddətdə müxtəlif vaxtlarda səbəbsiz yerə ona qarşı nalayiq ifadələr deyib onu mütəmadi olaraq, həmçinin bəzi vaxtlarda istirahət vaxtı yuxudan qaldırıb işlətməklə, işlədərkən nalayiq ifadələr deməklə, onunla prinsip aparıb pis rəftar etməklə, həmin hərəkətləri ilə yanaşı kürəyindən şillə zərbələri vurmaqla ona qarşı zor tətbiq etməsi nəticəsində, Zərərçəkmiş şəxs1 onun bu hərəkətlərindən bezərək emosional gərginlik halı keçirərək avqust ayının 24-də saat 05:30-dan 09:30-dək müşahidə qülləsində “zastava gözətçisi” sərhəd naryadına təyin edilib xidmət apararkən saat 06:25 radələrində ona təhkim olunmuş AK-74 markalı ******* №-li avtomat silahı tək atəş vəziyyətinə gətirib sol döş nahiyyəsindən bir atəş açaraq özünə “İİİ dərəcəli travmatik-hemoragik şok, hemotoraks (döş boşluğuna qanın yığılması), hemoperitoneum (qarın boşluğuna qanın yığışması) və dalağın çıxarılması ilə nəticələnən, giriş dəliyi döş qəfəsinin sol yarısının ön səthində, çıxış dəliyi döş qəfəsinin sol yarısının arxa səthində olan, döş və qarın boşluqlarına nüfuz edən yara kanalı boyunca yumşaq toxumaların və sol ağciyərin, diafraqmanın, qara ciyərin, mədənin, sol böyrəyin zədələnməsi ilə müşahidə olunan, öndən-arxaya, bir qədər sağdansola və cuzi yuxarıdan-aşağı istiqamətli, döş qəfəsinin və qarın boşluğunun müştərək bir ədəd dəlib-keçən odlu silah yaralanması” ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət yetirməsi, bundan başqa gizir Təqsirləndirilən şəxs “Naxçıvan” X2 Ordubad rayonu ərazisində yerləşən 23-cü sərhəd zastavasında, təminat qrupunun komandiri vəzifəsində xidmət edərkən qeyd olunan Nizamnamənin tələblərini pozaraq öz tabeliyində olan əsgər Zərərçəkmiş şəxs5 2021-ci ilin dekabr ayında axşam vaxtı yeməkxanada aşpaz təyin edilərkən tapşırdığı işi düzgün yerinə yetirə bilməməsi səbəbindən kürəyinə şillə zərbəsi vurmaqla, təkrarən 2022-ci ilin yanvar ayının əvvəllərində axşam vaxtı yeməkxanada tapşırılan işi gec yerinə yetirməsi səbəbindən kürəyinə şillə zərbəsi vurmaqla, 2022-ci ilin yanvar ayının ortalarında axşam vaxtı yeməkxanada aşpaz təyin olunduğu vaxt tapşırılan işi yaxşı icra etməməsi səbəbindən kürəyinə şillə zərbəsi vurmaqla, əsgər Zərərçəkmiş şəxs6 2022-ci ilin aprel ayının əvvəllərində saat 15 radələrində yeməkxananın mətbəxində səbəbsiz yerə qoluna yumruqla vurmaqla, 2022-ci ilin aprel ayının əvvəllərində, bir neçə gün ara ilə günorta vaxtı, 3 dəfə ayrı-ayrı vaxtlarda səbəbsiz yerə, ələ salmaq məqsədilə yeməkxananın mətbəxində belinə şillə zərbəsi vurmaqla, əsgər Zərərçəkmiş şəxs4 2022-ci ilin aprel ayının əvvəllərində saat 14-15 radələrində yataqxananın qarşısındakı siqaret çəkilən yerin yanında səhhətində problem olduğundan tapşırılan işi yerinə yetirə bilməməsi səbəbindən belinə şillə zərbəsi vurmaqla, əsgər Zərərçəkmiş şəxs3 2022-ci ilin may ayının ortalarında, saat 12 radələrində rabitə otağında səbəbsiz yerə kürəyinə şillə zərbəsi vurmaqla, 2022-ci ilin may ayının axırlarında saat 15 radələrində rabitə otağında səbəbsiz yerə, ələ salmaq məqsədilə kürəyinə şillə zərbəsi vurmaqla, əsgər Zərərçəkmiş şəxs7 2022-ci ilin iyul ayının ortalarında saat 15 radələrində yataqxananın qarşısındakı siqaret çəkilən yerdə səbəbsiz yerə, ələ salmaq məqsədilə sifətinə və belinə şillə zərbəsi vurmaqla, əsgər Zərərçəkmiş şəxs2 2022-ci ilin iyul ayının əvvəllərində saat 19 radələrində yeməkxanada səbəbsiz yerə boynunu qolunun arasına salaraq sıxmaqla, 2022-ci ilin iyul ayının ortalarında saat 14 radələrində yeməkxananın mətbəxində səbəbsiz yerə, ələ salmaq məqsədilə belinə şillə zərbəsi, qoluna yumruqla vurmaqla öz tabeliyində olan şəxslərə qarşı zor təbiq etmiş, bununla da Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəis kimi öz tabeliyində olan şəxslərə qarşı təkrarən zor tətbiq etməsi ağır nəticələrə səbəb olmuşdur. Bununla o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır və Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi, məhkəmə istintaqı zamanı özünün etirafı, cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, 23-cü sərhəd zastavasının təminat qrupunda aşpaz vəzifəsində xidmət etmişdir. 2022-ci ilin fevral ayının axırlarında günorta vaxtı təminat qrup komandiri gizir Təqsirləndirilən şəxs ona çay dəmləməyi tapşırmış, o da çay dəmləmək üçün suyu qaynatmışdır. Gizir Təqsirləndirilən şəxs ona çayın qaynamadığını dedikdə əlini vurub baxmasını bildirmiş, gizir Təqsirləndirilən şəxs da nəyin düz, nəyin səhv olduğunu onun öyrədəcəyini deyərək nalayiq ifadələr işlədərək şillə ilə onun sifətindən bir dəfə vurmuşdur. 2022-ci ilin iyun ayının əvvəllərində aşpaz çıxdığı gün təzə doğranmış meyvələrdən gizir Təqsirləndirilən şəxs tapşırığı ilə kompot hazırlamış, lakin səhvən başqa meyvə ilə kompotu hazırlamışdır. Günorta vaxtı gizir Təqsirləndirilən şəxs da yeməkxananın mətbəxinə gələrək ona kompotu başqa meyvədən hazırladığını demiş, o da gizir Təqsirləndirilən şəxs bilmədiyini dedikdə gizir Təqsirləndirilən şəxs əsəbləşib onun yaxasından tutub arxaya itələyib divara çırpmış, nalayiq sözlər deyərək yaxasından yapışıb dartıb yerə yıxmış, yerdə də yaxasından tutub sirkələyəndə orada olan MAHHXHQ-su çavuş Cəfər Əmirovla əsgər Şahid2 onu gizir Təqsirləndirilən şəxs əlindən almışdır. 2022-ci ilin iyun ayının sonlarında aşpaz xidmətində olarkən gizir Təqsirləndirilən şəxs ona toyuq ətini doğrayıb aparıb evlərinin qapısına qoyub qapını döyüb xəbər etməsini tapşırmış, saat 21 radələrində əti aparıb qabda qapının qarşısına qoymuş, lakin gizir Təqsirləndirilən şəxs ailəli olduğu üçün utanıb qapını döyməmişdir. Gizir Təqsirləndirilən şəxs da xidmətə gedəndə yataqxananın qarşısında ona əti qapıya qoyduğunu, itlərin yediyini, niyə qapını döyüb demədiyini soruşduqda, ailəli olduğundan utanıb qapını döymədiyini dedikdə gizir Təqsirləndirilən şəxs buna əsəbləşib ona qarşı nalayiq sözlər deyib şillə ilə sifətindən bir dəfə vurmuşdur. 2022-ci ilin iyul ayının əvvəllərində saat 17 radələrində heç bir səbəb olmadan yataqxananın dəhlizində gizir Təqsirləndirilən şəxs əlinin içi ilə onu belindən vurmuşdur. 2022-ci ilin iyul ayında sursat çantasına keçilmiş, çantanı üzərlərində gəzdirməli olduqları halda, müşahidə qülləsinə xidmətə çıxarkən bilmədən çantanı çıxarıb yerə qoymuş, gizir Təqsirləndirilən şəxs da kamera ilə baxanda bunu görüb rabitə ilə əlaqə saxlayaraq ona qarşı nalayiq ifadə işlədib “cəhənnəm ol, tax üstünə, gələndə səninlə danışacam” demiş, xidmətdən çıxandan sonra bunun prinsipinə hər üç anbarı ona təmizlətmişdir. Gizir Təqsirləndirilən şəxs onu bir dəfə qulağından tutub dartmışdır, ancaq tarixini xatırlamır. 14 avqust 2022-ci ildə gizir Təqsirləndirilən şəxs ona gedib anbarları təmizləməyi tapşırmış, anbarda təmizlik işləri apararkən torbanın birinin altı cırılmış, don toyuq əti yerə düşmüş, toyuğu yerinə qoysa da qan ləkəsi yerdə qalmışdır. Həmin yeri də silənədək gizir Təqsirləndirilən şəxs gəlib bunu görmüş, səbəbini soruşduqda demiş, gizir Təqsirləndirilən şəxs da ona oranı təmizlədikdən sonra yanına getməsini tapşırmış, saat 19 radələrində siqaret çəkilən yerin yanında dayanan gizir Təqsirləndirilən şəxs yanına getmiş, gizir Təqsirləndirilən şəxs da orada ona qarşı nalayiq sözlər deyib şillə ilə sifətindən iki dəfə vurmuşdur. Bunlardan başqa zastavada xidmət etdiyi müddətdə 2022-ci ilin fevral ayından avqust ayınadək olan müddətdə müxtəlif vaxtlarda gizir Təqsirləndirilən şəxs mətbəxdə, yataqxanada və ya ərazidə olarkən yanından keçəndə səbəbsiz yerə onu kürəyindən şillə ilə vurub keçmiş, işləyərkən ona qarşı nalayiq sözlər demiş, ona artıq iş vermiş, xidmətdən çıxandan sonra istirahət etməli olduğu halda onu anbar təmizləməyə göndərmiş, anbarı təmizləyib qurtardıqdan sonra baxıb xoşunun gəlmədiyini deyərək bir də təmizləməsini tapşırmış, bəzən onu istirahət vaxtı yuxudan oyadıb anbarı təmizləməyə göndərmişdir. Cüzi hallara belə əsəbləşib onunla prinsip aparmışdır. Gizir Təqsirləndirilən şəxs bütün bu hərəkətlərinə görə bezmiş, onun üzünü görməməsi üçün hətta aşpaz çıxmaq istəməmiş, ondan zəhləsi getmiş, əsgərlərin ondan niyə gecə aşpazı çıxmaq istəmədiyini soruşduqda Təqsirləndirilən şəxs görə çıxmaq istəmədiyini demişdir. Gizir Təqsirləndirilən şəxs ona qarşı qanunsuz hərəkətləri, pis rəftarları davam etmiş, etdiyi hərəkətlər onu bezdirmiş, buna görə özünə xəsarət yetirmək qərarına gəlmişdir. Özünə xəsarət yetirmək istəməsində məqsədi yerinin başqa yerə dəyişdirilərək gizir Təqsirləndirilən şəxs yaxa qurtarmaq olmuşdur. 23 avqust 2022-ci ildə gecə saat 12:00-dək gizir Cavid Nəcəfovla birlikdə sahə gözətçisi xidmətində olub, sonra zastavaya gəlib yatmışdır. Xidmətin 05:30da olduğunu bilmirmiş. 24 avqust 2022-ci ildə saat 04:30-da hazırlaşıb xidmətə çıxması üçün zastava növbətçisi kiçik çavuş Şahid4 onu oyatmış, yuxudan duranda özünü yorğun və halsız hiss etdiyindən özünü pis hiss etdiyini bildirmişdir. Həmin vaxt cavabdeh gizir Təqsirləndirilən şəxs olduğundan bunu Şahid4 gizir Təqsirləndirilən şəxs demişdir. Gizir Təqsirləndirilən şəxs da onun xidmətə getməsini bildirmişdir.Sonra hazırlaşmış, yemək yemiş, gedib bir az sinif otağında oturmuş, saat 05:30-da adına təhkim edilmiş silahsursatı təhvil alaraq gizir Hüseynovun yanına gedib, ona məruzə etdikdən, sonra silah məntəqəsinin yanına silahları yoxlamaq üçün getmişdir. Ondan sonra əsgər yoldaşı kiçik çavuş Şahid4 onu vişkaya aparmışdır. Nihad qayıdıb ona “Eldar aman günüdür, özünə heç nə etmə” demişdir. O, da ona “yaxşı, heç nə etməyəcəyəm” demişdir. Növbədə olduğu vaxtda öz-özünə demişdir ki, “gedib qayıtsam, yenə həmin şey olacaq”. Saat 06:10-06:20 radələrində əsəbləşmiş, gözləri dolmuş, içi qızarmış, gözləri partlayacaq qədər yara olmuşdur. Sonra gözləri qaralmışdır. O dərəcə bezmiş ki, özünü öldürmək istəmişdir. Özünə xəsarət yetirmək qərarını qətiləşdirmiş, dəftərlərin birindən cırıb cibinə qoyduğu kağıza özünü öldürməklə bağlı sözlər yazıb kağızı müşahidə jurnalının içərisinə qoymuşdur. Gizir Təqsirləndirilən şəxs adını ailəli olduğu üçün tutulmamasına görə həmin kağıza yazmamışdır. Heç kəsin adını yazmamışdır. Sadəcə yazmış ki, haqqınızı halal edin. Birdə kiçik epizod kimi bir necə söz yazmışdır, tam yadında deyil. Sonra oturmuş, gözləri dolmuş, qaşınırmış. Orda ağ çamadan olmuş və çamadanın içində qələm var imiş. Onun üstündə oturmuş. Sonra daraqdan boş mərmini çıxartmış, darağı silaha birləşdirib silahı doldurmuş, qoruyucunu açmışdır. Silahı əvvəlcə anlına dayamış, oləcəyindən qorxduğu üçün aşağı, sinəsinə gətirmiş, 5-10 dəqiqə gözləmişdir. Düşünmüş ki, yolu yoxdur, getsə, yenə eyni epizodlar baş verəcək. Silahı çəkib özünü vurmuşdur. Özünü vuran kimi başı gedərək yıxılmış, çoxlu qan axmış, hər yeri qan içində olmuşdur. Rabitədə qışqırıb nə olduğunu soruşsalar da cavab verə bilməmişdir. Özünü vuranda sonra yerə oturmuş, elə bil qanı qatılaşmışdır. Ondan sonra kimin vişkaya gəldiyini xatırlamır. Yerdə uzanmağı yadına gəlir. Onu vişkadan kimin düşürdüyünü bilmir. Başını kimsə dizinin üstənə qoyub ağlayırmış. Onu aşağı düşürmuşlər. Birini öndən, birini arxadan buz qoymuşdular ki, qanı dayansın. Sonra bir neçə gün komada qalmışdır. 44 gün xəstəxanada yatdığını bilir. Gizir Hüseynovun pislikləri çox olub, yaxşılıqları da olub. Elə olub ki, yeni ildə onlara nəsə almağa kömək edib. Pulları çatmayanda onlara kömək edib. Bunları istintaqda qeyd etməsə də, hazırda and içmiş, vicdanı buna əl verməz. İstintaqda bunları demək yaddan çıxmışdır. Novruz bayramında onlara kömək edirmiş. Qurban bayramında onlar üçün qurban kəsdirirmiş. Yaxşılıqları olurdu, amma yaxşılıqdan çox pisliyi olurdu. Ailəsinə və uşağına görə gizir Təqsirləndirilən şəxs yazığı gəldiyinə görə ondan şikayətinin və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, 23-cü sərhəd zastavasında rabitəçi vəzifəsində xidmət etmiş, 2022-ci ilin may ayının ortalarında saat 12 radələrində rabitə otağında xidmətdə olarkən gizir Təqsirləndirilən şəxs arxadan ona yaxınlaşıb şillə ilə kürəyindən səbəbsiz yerə bir dəfə vurmuş, bundan başqa 2022-ci ilin may ayının axırlarında saat 15 radələrində rabitə otağında olarkən gizir Təqsirləndirilən şəxs şillə ilə kürəyindən bir dəfə vurub gülüb onu ələ salmış, gizir Təqsirləndirilən şəxs onu vuranda heç bir xəsarət almamışdır. 24 avqust 2022-ci ildə saat 06:00-da rabitə xidmətini əsgər Şahid2 təhvil almış, xidməti təhvil alanda əsgər Zərərçəkmiş şəxs1 artıq xidmətdə olmuşdur. Saat 06:24 radələrində əsgər Zərərçəkmiş şəxs6 ilə kiçik çavuş Şahid4 rabitə otağına gələrək zastava gözətçisinin müşahidə qülləsindən atəş səsi gəldiyini demişlər. Həmin vaxt cavabdeh gizir Təqsirləndirilən şəxs da orada olmuşdur. Rabitə ilə Zərərçəkmiş şəxs1la əlaqə saxlamaq istədikdə Zərərçəkmiş şəxs1 cavab verməmiş, rabitə otağında kameranı fırladıb baxanda Zərərçəkmiş şəxs1 görməmişlər. Gizir Təqsirləndirilən şəxs müşahidə qülləsinə tərəf qaçmış, bir neçə dəqiqə sonra zastava növbətçisi kiçik çavuş Şahid1lə əlaqə saxladıqda o, Zərərçəkmiş şəxs1 özünü vurduğunu bildirmişdir. Sərhəd komendantlığına zəng edərək hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs1 qüllədən aşağı düşürdülmüş, silah otağından oraya xərək aparılmış, sonra gizir Təqsirləndirilən şəxs öz avtomobili ilə Zərərçəkmiş şəxs1 aparmışdır. O, həmçinin bildirmişdir ki, gizir Təqsirləndirilən şəxs əsgərlərə iş tapşıranda Zərərçəkmiş şəxs1 ərzaq anbarını təmizləməyə göndərməyini, iş görərkən gizir Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 nalayiq sözlər dediyini, habelə Zərərçəkmiş şəxs1la pis davrandığını, iş görən vaxt işi təmiz görməyəndə ona acıqlandığını, hadisədən sonra gizir Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 kompotu səhv meyvə ilə bişirməsi səbəbindən kompotu yerə atıb sinəsindən tutub divara çırpıb sonra yerə yıxmasını eşitmişdir. Özünün isə, gizir Təqsirləndirilən şəxs heç biri şikayət və tələbinin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, 23-cü sərhəd zastavasında xidmət etmiş, 2022-ci ilin aprel ayının əvvəllərində gizir Təqsirləndirilən şəxs ona gedib ərazidəki otları lapatka ilə vurmasını demiş, o da özündə varikosel xəstəliyinin olduğundan gizir Təqsirləndirilən şəxs otları vura bilməyəcəyini demişdir. Gizir Təqsirləndirilən şəxs da ona lapatka ilə vura bilmirsə otları əli ilə yolmasını demiş, o da buna etiraz etdiyi üçün həmin gün saat 14-15 radələrində gizir Təqsirləndirilən şəxs siqaret çəkilən yerin yanında onun belindən şillə ilə bir dəfə vurmuşdur. Gizir Təqsirləndirilən şəxs onu vuranda heç bir xəsarət almamışdır. 24 avqust 2022-ci ildə saat 06-da MAHHXHQ-su çavuş Cəfər Əmirov başda olmaqla o və kiçik çavuş Şahid5 işçi qrupuna getmişlər. Sahədə olanda rabitədə əsgər Zərərçəkmiş şəxs1 müşahidə qülləsində zastava gözətçisi xidmətində olarkən silahı ilə özünü vurduğu deyilmiş, həmin sahədən müşahidə qülləsinin göründüyündən baxdıqda əsgərlərin oraya çıxdıqlarını görmüşdür. Sonra rabitədə Zərərçəkmiş şəxs1 hospitala aparıldığını eşitmişdir. 2022-ci ilin iyun ayının sonlarında gizir Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 anbardan toyuq ətini aparıb yaşadığı evin qapısına qoymasını demiş, Zərərçəkmiş şəxs1 da gizir Təqsirləndirilən şəxs qaldığı evin qapısına toyuq ətini aparıb qoymuş, lakin qapını döyüb xəbər etmədiyi üçün əti götürmədiklərindən itlər əti yemiş, buna görə gizir Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yataqxananın qarşısında şillə ilə sifətindən bir dəfə vurmuş və Zərərçəkmiş şəxs1 orada nalayiq sözlər demişdir. 2022-ci ilin fevral ayının axırlarında gizir Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 çay dəmləməsini tapşırmış, sonra gizir Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 çayın qaynamadığını deyərək irad tutmuş, yeməkxanada gizir Təqsirləndirilən şəxs buna görə Zərərçəkmiş şəxs1 şillə ilə bir dəfə sifətindən vuraraq ona nalayiq söz demişdir. Bundan başqa gizir Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayında tapşırdığı işi gec yerinə yetirdiyi üçün əsgər Zərərçəkmiş şəxs5 mətbəxdə şillə ilə bir dəfə kürəyindən vurmuş, həmçinin gizir Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayının ortalarında günorta vaxtı yeməkxananın mətbəxində əsgər Zərərçəkmiş şəxs2 belindən şillə ilə bir dəfə, 2022-ci ilin aprel ayında mətbəxdə əsgər Zərərçəkmiş şəxs6 belindən şillə ilə bir dəfə vurmuş, lakin bunların səbəbini bilməmişdir. O, həmçinin bildirmişdir ki, gizir Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 incitdiyini, onu xidmətdən çıxıb istirahət etməli olduğu halda ərzaq anbarında işlədib oranı təmizlətdiyini, işləyərkən ona nalayiq sözlər dediyini, Zərərçəkmiş şəxs1 özündən kompotu səhv hazırladığı üçün gizir Təqsirləndirilən şəxs onu vurduğunu eşitmişdir. Özünün isə, gizir Təqsirləndirilən şəxs heç biri şikayət və tələbinin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs6 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, 23-cü sərhəd zastavasında xidmət etmiş, gizir Təqsirləndirilən şəxs loğva, özündən razı, yekəxana, öz yerini bilməyən, əsgərlərlə düzgün rəftar etməyən bir insan olmuşdur. 2022-ci ilin aprel ayının əvvəllərində saat 15 radələrində mətbəxdə olarkən gizir Təqsirləndirilən şəxs səbəbsiz yerə onu yumruqla qolundan , 2022-ci ilin aprel ayının əvvəllərində, bir neçə gün ara ilə günorta vaxtı, 3 dəfə ayrı-ayrı vaxtlarda mətbəxdə olarkən belindən şillə ilə vurub gülərək ələ salmışdır. Gizir Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq etməsi ilə əlaqədar heç bir xəsarət almamışdır. 2022-ci ilin fevral ayında xidmətdən qayıdanda əsgərlərdən çayı dəmləyərkən gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 vurduğunu eşitmiş, necə vurmasını görməmişdir. 2022-ci ilin iyun ayında özü zastava gözətçisi xidmətində olmuşdur. Zərərçəkmiş şəxs1 əti gizir Təqsirləndirilən şəxs evinin qapısına qoymuş, utandığından qapını döyməmiş, itlər də əti yemişdi. Həmin gün gizir Təqsirləndirilən şəxs saat 21 radələrində Zərərçəkmiş şəxs1 üstünə qışqırmış, onların səslərini eşitmiş, amma gizir Təqsirləndirilən şəxs onu vurubvurmamasını görməmişdir. Gizir Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı nalayiq ifadələr işlətdiyini, 2022-ci ilin iyul ayında dəhlizə girəndə gizir Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qulağından tutub dartmasını görmüş, lakin bunun səbəbini bilməmişdir. Bundan başqa gizir Təqsirləndirilən şəxs bir neçə dəfə səbəbsiz yerə Zərərçəkmiş şəxs1 kürəyindən şillə ilə vurmuş, ona qarşı nalayiq ifadələr işlətmişdir. Gizir Təqsirləndirilən şəxs təminat qrup komandiri olduğundan əsgərləri işlərə o bölmüş, Zərərçəkmiş şəxs1 daha çox işlətmiş, anbarları ona təmizlətdirmiş, bəzən iş görəndən sonra bəyənmədiyini deyərək gedib yenidən təmizlətmişdir. Bəzən Zərərçəkmiş şəxs1 xidmətdən gələndən sonra anbarları təmizləyib istirahət edəndə onu yuxudan oyadıb yenidən təmizləməyə göndərirmiş. Zərərçəkmiş şəxs1 aşpaz çıxmasını dedikdə gizir Təqsirləndirilən şəxs üzünü görməmək üçün Zərərçəkmiş şəxs1 aşpaz çıxmaq istəmədiyini demiş, Zərərçəkmiş şəxs1 gizir Təqsirləndirilən şəxsla arası olmamışdır. 2022-ci ilin avqust ayının 23-dən 24-nə səhər vaxtlarınadək aşpaz olduğundan oyaq qalırmış. Zərərçəkmiş şəxs1 gecə xidmətdən gəlib yatmış, səhər müşahidə qülləsində xidmətə çıxacağından saat 04:30-da kiçik çavuş Şahid4 Zərərçəkmiş şəxs1 oyatmış, həmin vaxtlarda Zərərçəkmiş şəxs1 görəndə o, bikef və halsız görünmüş, Zərərçəkmiş şəxs1 yeməyini yeyəndən sonra sinif otağına gedib onlarla televizora baxmış, söhbət edəndə danışıb gülmüşdür. Saat 05:30-da N.Şahid1Ələkbərovu xidmətə aparmış, saat 06:20-də rabitəçi əsgər Zərərçəkmiş şəxs3 rabitə ilə əlaqə saxladıqda Zərərçəkmiş şəxs1 hər şeyin yaxşı olduğunu bildirmişdir. Bir qədər sonra siqaret çəkəndə müşahidə qülləsindən atəş səsi gəlmiş, bir neçə nəfərlə tez rabitə otağına getmiş, Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs1 rabitədə çağırmış, lakin Zərərçəkmiş şəxs1 cavab verməmişdir. Onlar kamera ilə ətrafa baxdıqda heç nə görməmişlər. Sonra müşahidə qülləsinə getmiş, pilləkənləri qalxmış, müşahidə qülləsinin qapısını aşağıdan yuxarıya itələyib açaraq içəri baxanda sağ tərəfdə Zərərçəkmiş şəxs1 arxası üstə uzandığını, sinəsinin sol tərəfində güllə yarası, döndərib arxaya baxanda kürəyində də geniş deşik olmasını görmüşdür. Zərərçəkmiş şəxs1 özündə olmuş, zarıldayıb öləcəyini soruşduqda ona heç nə olmadığını demişdir. Kitelinin əynində olsa da qabağının açıq olmuş, güllə əynindəki qısaqol köynəyi deşmişdi. Kiteli əynindən çıxartmış, sonra gizir Təqsirləndirilən şəxsla Şahid4 də oraya daxil oldublar. Gizir Təqsirləndirilən şəxs onu görüb ağlamış, Zərərçəkmiş şəxs1 niyə belə etməsini soruşduqda Zərərçəkmiş şəxs1 cavab verə bilməmiş, sonra köməkli şəkildə Zərərçəkmiş şəxs1 aşağı düşürdülmüşdür. O, həmçinin bildirmişdir ki, hadisədən sonra əsgərlərlə söhbət edəndə Zərərçəkmiş şəxs1 xidmətə çıxması üçün yuxudan oyadılanda gizir Təqsirləndirilən şəxs halsız olduğundan xidmətə getmək istəmədiyini bildirdiyini, gizir Təqsirləndirilən şəxs da ona xidmətə çıxmasını dediyini, gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs2 kürəyindən şillə ilə bir dəfə vurduğunu, gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs3 də 2022-ci ilin may ayında eyni qaydada vurduğunu eşitmişdir. Özünün isə, gizir Təqsirləndirilən şəxs heç biri şikayət və tələbinin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs7 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, 23-cü sərhəd zastavasında xidmət etmiş. 2022-ci ilin iyul ayının ortalarında saat 15 radələrində siqaret çəkilən yerdə olarkən gizir Təqsirləndirilən şəxs onu sifətindən şillə ilə bir dəfə, belindən də şillə ilə bir dəfə vuraraq gülüb ələ salmışdır. Gizir Təqsirləndirilən şəxs onu vursa da heç bir xəsarət almamışdır. 24 avqust 2022-ci il saat 06:30 radələrində xidmətini bitirib zastavaya gələndə müşahidə qülləsi tərəfdən bir atəş səsi eşitmiş, zastavaya çatdıqda nə olmasını əsgərlərdən soruşduqda əsgərlər əsgər Zərərçəkmiş şəxs1 müşahidə qülləsində zastava gözətçisi xidmətində olarkən silahdan atəş açaraq özünü vurduğunu demişlər. Oraya baxdıqda müşahidə qülləsinin altında əsgərlərin toplaşdığını görmüş, həmin vaxt kiminsə su gətirmələrini dediyi üçün su qabını götürərək oraya getmişdir. Gedərkən Zərərçəkmiş şəxs1 müşahidə qülləsinin altında yerə uzadıldığını, onun kitelinin qana bulaşdığını, onun özünü sol tərəfdən sinəsinin altından atəş açıb vurduğunu görmüşdür. Zərərçəkmiş şəxs1 həmin vaxt “ölmək istəmirəm, qoymayın” deyirmiş. Zərərçəkmiş şəxs1 özünə təhkim edilmiş silahdan atəş açıb özünü vurmuşdu. Əsgər Şahid3 apardığı xərəklə, Zərərçəkmiş şəxs1 bir qədər aşağıya düşürüldükdən sonra gizir Təqsirləndirilən şəxs avtomobili ilə xəstəxanaya aparılmışdır. O, həmçinin bildirmişdir ki, hadisədən sonra kiminsə gizir Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 özünü yorğun və yuxusuz hiss etdiyi üçün xidmətə çıxmaq istəmədiyini dediyini, gizir Təqsirləndirilən şəxs da ona hamının yorğun və yuxusuz olduğunu, heç nə olmayacağını deyərək Zərərçəkmiş şəxs1 xidmətə göndərdiyini dediyini eşitmişdir. Özünün isə, gizir Təqsirləndirilən şəxs heç biri şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş kiçik çavuş Şahid1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, 23-cü sərhəd zastavasında xidmət etmiş. Gizir Təqsirləndirilən şəxs bir neçə dəfə əsgər Zərərçəkmiş şəxs1 döyüb-incitməsini eşitmişdir. 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs1 aşpaz olanda çayı yaxşı dəmləmədiyinə görə gizir Təqsirləndirilən şəxs onun sifətindən şillə ilə vurub söyməsini, 2022-ci il iyun ayında kompotu səhv meyvə ilə bişirməsi səbəbindən gizir Təqsirləndirilən şəxs kompotu yerə atıb onun sinəsindən tutub divara çırpıb sonra yerə yıxmasını, bundan başqa Zərərçəkmiş şəxs1 toyuq ətini aparıb gizir Təqsirləndirilən şəxs qaldığı otağın qarşısına qoyduqdan sonra itlərin əti yeməsi səbəbindən onun Zərərçəkmiş şəxs1 şillə ilə vurmasını eşitmişdir. 2022-ci ilin iyul ayının əvvəllərində saat 17 radələrində yataqxananın dəhlizində gizir Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 mətbəxdən çıxanda səbəbsiz yerə belindən əlinin içi ilə bir dəfə vurmuş, sonra da heç nə demədən keçib getmişdir. 2022-ci ilin iyul ayının əvvələrində nahardan sonra saat 15 radələrində zastavanın giriş hissəsində gizir Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qulağından yapışıb dartmış, lakin nə səbəbdən qulağından tutmasını bilməmişdir. Gizir Təqsirləndirilən şəxs iş görərkən Zərərçəkmiş şəxs1 üstünə bir neçə dəfə acıqlanaraq qışqırmış, ona nəyisə düz etməyəndə nalayiq sözlər deyirmiş. Aşpazlardan ən çox Zərərçəkmiş şəxs1 anbarda işləyirmiş. Gizir Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayının əvvəllərində axşamçağı yeməkxanada əsgər Zərərçəkmiş şəxs2 boynunu qolunun arasına salıb sıxıb sonra ötürmüş, Zərərçəkmiş şəxs2 həmin vaxt stolda oturmuş, lakin gizir Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı nə üçün o cür hərəkət etməsinin səbəbini bilməmişdir. 2022-ci ilin aprel ayında mətbəxdə gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs6 belindən şillə ilə vurmuş, özü də həmin vaxt yeməkxanada çay içsə də, gizir Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 vurmasının səbəbini bilməmişdir. Digər vaxtlarda isə, gizir Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 vurmasını görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş kiçik çavuş Şahid5 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, 23-cü sərhəd zastavasında xidmət etmiş. Əsgər Zərərçəkmiş şəxs1 24 avqust 2022-ci ildə saat 05:30 radələrində müşahidə qülləsinə zastava gözətçisi xidmətinə çıxdığını, onun xidmətə çıxanda özünə təhkim edilmiş silah və sursatları götürdüyünü, özünün saat 06 radələrində sərhəddə işçi qrupu olduğundan sol cinaha işləməyə getdiyini, həmin gün saat 7-yə qalmış rabitə vasitəsilə hadisə barədə məruzə olunanda müşahidə qülləsində Zərərçəkmiş şəxs1 özünü atəş açıb vurduğunu, onu oradan çıxarıb hospitala göndərdiklərini eşitmişdir. Gizir Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 arasında problem olduğunu, gizir Təqsirləndirilən şəxs tez-tez ona qarşı nalayiq ifadələr işlətdiyini, 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs1 aşpaz olanda çayı yaxşı dəmləmədiyinə görə gizir Təqsirləndirilən şəxs onu sifətindən şillə ilə vurub söydüyünü, bundan başqa 2022-ci ilin iyul ayında gizir Təqsirləndirilən şəxs onun qulağından tutub dartmasını eşitmişdir. Gizir Təqsirləndirilən şəxs çox vaxt Zərərçəkmiş şəxs1 artıq iş vermiş, onu çox işlətmiş, işləyərkən söymüş, bununla da onunla pis rəftar etmişdir. Zərərçəkmiş şəxs1 da buna görə pis olmuşdu, gizir Təqsirləndirilən şəxsla arası olmamışdır. Başqa əsgərlər arasında da gizir Təqsirləndirilən şəxs qarşı narazılıq olmuş, Zərərçəkmiş şəxs1 gizir Təqsirləndirilən şəxs hərəkətlərinə görə bezmiş, ona görə özünə qapanmış, buna görə də özünə qəsd etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş kapitan Şahid6 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, 23-cü sərhəd zastavasının rəisi vəzifəsində xidmət etmişdir. Əsgər Zərərçəkmiş şəxs1 da 05 sentyabr 2021-ci ildə 23-cü sərhəd zastavasına xidmətə verilmiş və o, təminat qrupunda aşpaz vəzifəsinə təyin edilmişdir. 24 avqust 2022-ci ildə Zərərçəkmiş şəxs1 saat 05:30-dan 09:30-dək zastava gözətçisi sərhəd xidmətinə təyin edilmiş və xidmətini zastavadakı təpənin üzərində yerləşən müşahidə qülləsində aparmışdır. Həmin gün saat 06:25 radələrində evində olarkən qapı döyülmüş, əsgər Zərərçəkmiş şəxs3 həyacanla Zərərçəkmiş şəxs1 müşahidə qülləsində xidmətdə olarkən özünü avtomat silahdan atəş açıb vurduğunu məruzə etmişdir. Dərhal özü də müşahidə qülləsinə qaçmışdır. Gizir Təqsirləndirilən şəxs, kiçik çavuşlar Şahid1, Şahid4 Zərərçəkmiş şəxs1 müşahidə qülləsindən köməkli aşağıya endirmişlər. Sonra onu yerə uzatmışlar. Zərərçəkmiş şəxs1 öz sinəsinin sol tərəfindən atəş açıb vurduğunu görmüşdür. Ondan nə üçün özünü vurduğunu soruşduqda Zərərçəkmiş şəxs1 da “qoymayın ölüm” demiş, başqa söz deməmişdir. Sonra Zərərçəkmiş şəxs1 xəstəxanaya aparılmışdır. O, həmçinin bildirmişdir ki, hadisədən sonra gizir Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda, müxtəlif səbəblərdən Zərərçəkmiş şəxs1 vurub döydüyünü, Zərərçəkmiş şəxs1 gizir Təqsirləndirilən şəxs ona qarşı etdiyi hərəkətlərə görə özünü öldürmək istədiyini eşitmiş, kompotu düzgün hazırlamadığı və əti aparıb evinin qarşısına qoyduqdan sonra xəbər vermədiyi üçün itlərin əti yeməsi səbəbindən gizir Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurmasını hadisədən sonra eşitmişdir. 2022-ci ilin fevral ayının axırlarında müavini leytenant Elçin Zeynalov gizir Təqsirləndirilən şəxsla əsgər Zərərçəkmiş şəxs1la arasında problem olduğunu, gizir Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 şillə ilə sifətindən vurduğunu məruzə etmiş, onların hər ikisini yanına çağırtdırmış, nə baş verdiyini soruşduqda gizir Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 çayı yaxşı qaynada bilmədiyi üçün onu sifətindən şillə ilə vurduğunu demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, 23-cü sərhəd zastavasında xidmət etmişdir. 2022-ci ilin iyun ayının ortalarında saat 11 radələrində əsgər Zərərçəkmiş şəxs1 aşpaz, özü də ona köməkçi təyin olunmuşdu. Meyvədən kompot hazırlanmalı olduğu halda, Zərərçəkmiş şəxs1 kompotu düz hazırlamamış, buna görə gizir Təqsirləndirilən şəxs yeməkxananın mətbəxində kompotu əli ilə vurub yerə tökərək sonra Zərərçəkmiş şəxs1 yaxasından tutub arxaya itələyərək onu divara çırpmış, sonra yaxasından tutub dartıb yerə yıxmış, yerdə də yaxasından yapışıb silkələməyə başlamışdır. Həmin vaxt özü və orada olan MAHHXHQ-su çavuş Cəfər Əmirov gizir Təqsirləndirilən şəxs kənara çəkmiş, Zərərçəkmiş şəxs1 qarşı daha nəsə etməsinə imkan verməmişdir. Gizir Təqsirləndirilən şəxs da həmin vaxt Zərərçəkmiş şəxs1 qarşı nalayiq sözlər demiş, düzgün meyvə ilə kompot hazırlamasını deyərək oradan çıxıb getmişdir. 2022-ci ilin iyun ayının axırlarında gizir Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 zastavanın anbarından toyuq əti götürüb doğrayıb evinin qarşısına qoyub evdən götürmələri üçün xəbər etməsini demiş, lakin Zərərçəkmiş şəxs1 əti doğrayıb oraya qoysa da, qapını döyüb xəbər etməmişdi. itlər də sonradan həmin əti yeyib dağıtmışdır. Saat 21 radələrində gizir Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 çölə çağırıb qışqıraraq özünün evdə olduğunu, niyə qapını döyüb xəbər etmədiyini soruşmuş, özü isə zastava binasının içərisində xidmətə hazırlaşırmış, həmin vaxt bayırdan şillə səsi eşitmiş, gizir Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurduğunu bilmişdir. Zərərçəkmiş şəxs1 da yenidən əti hazırlayıb oraya qoyacağını demişdir. Sonra Zərərçəkmiş şəxs1 zastava binasına gəlmiş, lakin özü gizir Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 həmin vaxt şillə ilə neçə dəfə və harasından vurmasını görməmişdir. 2022-ci ilin fevral ayında xidmətdən gəldikdən sonra əsgərlərdən Zərərçəkmiş şəxs1 çayı dəmləyib qaynatdığı üçün gizir Təqsirləndirilən şəxs onu sifətindən şillə ilə vurub döyərək ona qarşı nalayiq ifadələr işlətdiyini eşitmişdir. 24 avqust 2022-ci ildə saat 05:20 radələrində Zərərçəkmiş şəxs1 zastava gözətçisi xidmətinə təyin olunmuş, Zərərçəkmiş şəxs1 müşahidə qülləsində xidmət aparmalı olduğunu bilmiş, özü isə, rabitəçi olduğu üçün Zərərçəkmiş şəxs1 gəlib rabitə otağından rabitə vasitəsi götürəndə kefsiz olduğunu görmüş, ondan bunun səbəbini soruşsa da, Zərərçəkmiş şəxs1 heç nə olmadığını deyərək çıxıb getmişdir. Zərərçəkmiş şəxs1 xidmət yerinə zastava növbətçisi kiçik çavuş Şahid4 aparıb təyin etmişdir. Həmin gün saat 06:25 radələrində rabitədə əsgər Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs1 səslədiyini eşitmiş, lakin Zərərçəkmiş şəxs1 cavab verməmiş, sonra özü də rabitə otağına getmiş, gizir Təqsirləndirilən şəxsla müşahidə qülləsindəki kameranı fırlatdıqda Zərərçəkmiş şəxs1 görünməmişlər. Bundan sonra gizir Təqsirləndirilən şəxs və əsgərlər müşahidə qülləsi tərəfə qaçmış, bir qədər sonra yeni zastava növbətçisi kiçik çavuş Şahid1 rabitə ilə məlumat verərək vəziyyətin pis olduğunu, Zərərçəkmiş şəxs1 özünü silahdan atəş açaraq vurduğunu, yaralı olduğunu bildirmişdir. Sonradan özü də oraya getmiş, çatanda Zərərçəkmiş şəxs1 yerə uzadıldığını görmüşdür. Zərərçəkmiş şəxs1 özünü güllə ilə sinəsinin altından vurmuş, üst-başı qan içində olmuş, ağrıdan zarımış, ölmək istəmədiyini deiyirmiş. Zərərçəkmiş şəxs1 xərəyə uzadılıb bir qədər aşağıya endirilərək gizir Təqsirləndirilən şəxs avtomobilinə qoyulub aparılmışdir. O, həmçinin bildirmişdir ki, gizir Təqsirləndirilən şəxs adi səbəblərdən tez-tez Zərərçəkmiş şəxs1 qarşı müxtəlif nalayiq sözlər demiş, onu başqa əsgərlərdən daha çox işlətmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid3 məhkəməyə verdiyi ifadəsində ibtidai istintaq zamanı vermiş olduğu ifadələrini xatırlamadığını, hadisənin üzərindən çox müddət keçdiyindən heç bir şeyi doğru-dürüst xatırlamadığını, nəyin düzgün nəyin yanlış olduğunu deyə bilməyəcəyini bildirmişdir. Özünün yaddaş problemi olduğundan hadisələr doğru dürüst yadında qalmır. O səbəbdən məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaqda vermiş olduğu ifadələr ziddiyyət təşkil edir. Hansı ifadəsinin doğru, hansının yanlış olduğunu xatırlamadığından deyə bilmir. Məhkəmə istintaqında iştirak etməyən Zərərçəkmiş şəxs2 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan edilərək cinayət prosesi tərəflərinin iştirakı ilə tədqiq edilmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadələrində 23-cü sərhəd zastavasında baş aşpaz vəzifəsində xidmət etdiyini, 2022-ci ilin iyul ayının əvvəllərində saat 19 radələrində özünün yeməkxanada stolda oturduğunu, gizir Təqsirləndirilən şəxs onun yanından keçəndə səbəbsiz yerə boynunu qolunun arasına salaraq sıxıb sonra buraxdığını, 2022-ci ilin iyul ayının ortalarında saat 14 radələrində yeməkxananın mətbəxində yemək hazırlayarkən gizir Təqsirləndirilən şəxs səbəbsiz yerə onu belindən şillə ilə, qolundan yumruqla bir dəfə vuraraq gülüb onu ələ saldığını, lakin heç bir xəsarət almadığını, 24 avqust 2022-ci ildə saat 06:25 radələrində əl-üzünü yuyarkən əsgər Zərərçəkmiş şəxs6 müşahidə qülləsi tərəfdən güllə səsi gəldiyini dediyini, sonra rabitə otağına getdiyini, cavabdeh gizir Təqsirləndirilən şəxs kameranı fırladıb ətrafa baxanda əsgər Zərərçəkmiş şəxs1 görmədiyini, sonra oraya getdiklərini, gizir Təqsirləndirilən şəxs pilləkənlə müşahidə qülləsinə qalxdığını, Zərərçəkmiş şəxs1 özünü silahdan atəş açaraq vurduğunu dediyini, Zərərçəkmiş şəxs1 aşağıya yendirdiklərini, müşahidə qülləsinin altında yerə uzatdıqlarını, Zərərçəkmiş şəxs1 ağrıdan zarıdığını, “kömək edin, qoymayın ölüm” dediyini, Zərərçəkmiş şəxs1 ona təhkim edilmiş silahdan atəş açıb özünü sinəsinin sol tərəfindən vurduğunu, kitelinin qana bulaşdığını, sonra Zərərçəkmiş şəxs1 gizir Təqsirləndirilən şəxs avtomobili ilə apardıqlarını, 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs1 çayı düzgün dəmləmədiyini, gizir Təqsirləndirilən şəxs buna görə Zərərçəkmiş şəxs1 şillə ilə sifətindən vurub ona qarşı nalayiq söz işlətdiyini, 2022-ci ilin iyun ayında kompotu düzgün hazırlamadığı üçün gizir Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yeməkxanada yaxasından tutub yerə yıxdığını, MAHHXHQ-su çavuş Cəfər Əmirovla əsgər Şahid2 onları aralaşdırdıqlarını əsgərlərdən eşitdiyini, həmçinin əsgərlərdən 2022-ci ilin iyun ayında gizir Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 əti doğrayıb qapılarının qarşısına qoyub xəbər etməsini tapşırdığını, lakin Zərərçəkmiş şəxs1 xəbər etmədiyi üçün itlərin əti dağıtdığını, buna görə axşam gizir Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 döydüyünü eşitdiyini, gizir Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bir işi yaxşı görməyəndə acıladığını, bəzən ona söyüş söydüyünü, özünün gizir Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında iştirak etməyən Zərərçəkmiş şəxs5 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan edilərək cinayət prosesi tərəflərinin iştirakı ilə tədqiq edilmişdir. Zərərçəkmiş şəxs5 ibtidai istintaqda verdiyi ifadələrində 23-cü sərhəd zastavasında xidmət etdiyini, 2021-ci ilin dekabr ayında özünün aşpaz çıxdığını, axşam vaxtı tapşırdığı işi düzgün yerinə yetirə bilmədiyindən gizir Təqsirləndirilən şəxs əsəbləşib şillə ilə onu kürəyindən vurduğunu, bundan başqa 2022-ci ilin yanvar ayının əvvəllərində axşam vaxtı gizir Təqsirləndirilən şəxs ona yenə nəsə iş tapşırdığını, işi gec gördüyü üçün gizir Təqsirləndirilən şəxs onu şillə ilə kürəyindən vurduğunu, 2022-ci ilin yanvar ayının ortalarında aşpaz çıxdığı vaxt axşam hansısa işi yaxşı görmədiyindən gizir Təqsirləndirilən şəxs onu kürəyindən şillə ilə vurduğunu, bütün bu hadisələrin yeməkxanda olduğunu, gizir Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq etməsi ilə əlaqədar heç bir xəsarət almadığını, 2022-ci ilin fevral ayında əsgər Zərərçəkmiş şəxs1 çay qaynatma məsələsinə görə gizir Təqsirləndirilən şəxs onu şillə ilə vurduğunu əsgərlərə deməsini eşitdiyini, tarixini xatırlamadığını Zərərçəkmiş şəxs1 gizir Təqsirləndirilən şəxs tapşırığı ilə əti aparıb onun yaşadığı evin qapısına qoyduğunu, qapını döyüb xəbər etmədiyi üçün ətin çöldə qaldığını, itlərin əti yediyini, buna görə gizir Təqsirləndirilən şəxs onu şillə ilə vurmasını əsgərlərdən eşitdiyini, bundan başqa gizir Təqsirləndirilən şəxs bir neçə dəfə Zərərçəkmiş şəxs1 şillə ilə kürəyindən vurmasını gördüyünü, özünün də arada mətbəx işinə cəlb edildiyini, həmin müddətlərdə gizir Təqsirləndirilən şəxs aşpazlar əsgər Zərərçəkmiş şəxs6 və əsgər Zərərçəkmiş şəxs2 kürəklərindən şillə ilə vurmasını gördüyünü, zastavada əsgərləri işlərə gizir Təqsirləndirilən şəxs böldüyünü, onun ancaq Zərərçəkmiş şəxs1 daha çox işlətdiyini, onu daha çox anbarlarda təmizlik işlərinə ayırdığını, 24 avqust 2022-ci ildə saat 01:30-dan 05:30-dək özünün sahədə xidmətdə olduğunu, saat 05:30-da xidmətdən qayıdanda Zərərçəkmiş şəxs1 müşahidə qülləsinə xidmətə çıxdığını gördüyünü, bir qədər sonra səsküy eşitdiyini, çölə çıxıb baxdıqda hamının müşahidə qülləsinə tərəf getdiyini gördüyünü, əsgərlərin Zərərçəkmiş şəxs1 müşahidə qülləsində özünü silahdan atəş açıb vurduğunu dediklərini, onu xərəyə qoyub aşağıya gətirdiklərini, Zərərçəkmiş şəxs1 ona təhkim edilmiş avtomat silahdan atəş açmaqla özünə xəsarət yetirdiyini, onun özünü sinə nahiyyəsindən vurduğunu eşitdiyini, özünün gizir Təqsirləndirilən şəxs heç bir şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında iştirak etməyən şahid kiçik çavuş Şahid4 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan edilərək cinayət prosesi tərəflərinin iştirakı ilə tədqiq edilmişdir. Şahid kiçik çavuş Şahid4 ibtidai istintaqda verdiyi ifadəsində 23-cü sərhəd zastavasında xidmət etdiyini, 23 avqust 2022-ci il saat 18-dən 24 avqust 2022-ci il səhər saat 06-dək zastava üzrə növbətçi təyin olunduğunu, saat 04:30-da yataqxanaya gedib qalxıb xidmətə hazır olması üçün əsgər Zərərçəkmiş şəxs1 yuxudan oyatdığını, onun həmin gün saat 05:30-dan 09:30-dək zastava gözətçisi xidmətinə yazıldığını, Zərərçəkmiş şəxs1 həmin gün gecə növbədən gəlib az yatdığından yuxulu olduğunu, zastava üzrə cavabdeh gizir Təqsirləndirilən şəxs müraciət edib özünü halsız hiss etdiyini, xidmətə çıxa bilməyəcəyini dedikdə gizir Təqsirləndirilən şəxs da ona gedib xidməti ilə məşğul olmasını dediyini, saat 05:20-də silah otağında Zərərçəkmiş şəxs1 ona təhkim olunmuş AK-74 markalı ******* №-li avtomat silahı təhvil verdiyini, saat 05:30-da aparıb onu xidmət yerinə təyin etdiyini, həmin gün saat 06:30 radələrində bulağın yanında əsgər Zərərçəkmiş şəxs6 ilə siqaret çəkərkən müşahidə qülləsi tərəfdən bir atəş səsi eşidib rabitə otağına qaçdıqlarını, gizir Təqsirləndirilən şəxs və yeni zastava növbətçisi kiçik çavuş Şahid1 də orada olduğunu, onlara atəş səsi barədə dediklərini, gizir Təqsirləndirilən şəxs müşahidə qülləsinin çölündə olan kameranı fırlatdıqda heç nə görmədiklərini, sonra ora ilə rabitə vasitəsilə əlaqə saxlamağa çalışsalar da cavab verən olmadığını, gizir Təqsirləndirilən şəxsla birlikdə müşahidə qülləsinə qaçdıqlarını, birlikdə müşahidə qülləsinə qalxdıqlarını, gizir Təqsirləndirilən şəxs alt hissədəki qapıdan içəriyə girdiyini, içəridə gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 özünü niyə vurmasını soruşduqda onun da “mən öləcəm, məni ölməyə qoymayın” dediyini, sonra Zərərçəkmiş şəxs1 köməkli aşağıya yendirdiklərini, onun qarnının sol tərəfindən atəş açıb özünü vurduğunu, arxa tərəfdən güllənin çıxdığını, qarın nahiyyəsinin qan olduğunu gördüyünü, 2022-ci ilin fevral ayının sonlarında, axşam tərəfi aşpaz olanda çayı dəmləyərkən gizir Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı nalayiq ifadə işlədib sifətindən şillə ilə vurduğunu, bir dəfə kompotu düzgün hazırlamadığından gizir Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurmasını, MAHHXHQ-su çavuş Cəfər Əmirovun onları ayırmasını eşitdiyini, bundan başqa bir dəfə əti aparıb gizir Təqsirləndirilən şəxs yaşadığı evin qapısını qoyub götürməsini xəbər vermədiyindən və itlərin əti yeməsi səbəbindən gizir Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 şillə ilə vurmasını, bir dəfə qulağından tutub dartmasını, həmçinin bir neçə dəfə ona səbəbsiz yerə şillə vurmasını eşitdiyini, bundan başqa aşpaz çıxmadığı vaxtlarda gizir Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 anbarda işlətdiyini, digər əsgərlərdən onu daha çox işlətdiyini, yüngül səbəbləri bahənə edərək onu təhqir edib şəxsi heyət içində alçaltdığını, Zərərçəkmiş şəxs1 buna görə gizir Təqsirləndirilən şəxs narazı olduğunu, onu çox işlətdiyini dediyini, onu görməyə gözünün olmadığını, 2022-ci ilin iyul ayında sursant çantasına yeni keçdikləri vaxt Zərərçəkmiş şəxs1 bilmədən çantanı çıxarıb yerə qoyduğu üçün gizir Təqsirləndirilən şəxs rabitə vasitəsi ilə ona nalayiq söz dediyini, bundan başqa gizir Təqsirləndirilən şəxs əsgərlər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs2 kürəklərindən şillə ilə vurub gülməsini gördüyünü, gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs3 də qarşı belə hərəkət etməsini eşitdiyini göstərmişdir. Cinayət işi üzrə 24 avqust 2022-ci ildə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, 29 avqust 2022-ci il tarixli, 185 №-li ekspert rəyində Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətin-İİİ dərəcəli travmatik-hemoragik şok, hemotoraks (döş boşluğuna qanın yığılması), hemoperitoneum (qarın boşluğuna qanın yığışması) və dalağın çıxarılması ilə nəticələnən, giriş dəliyinin döş qəfəsinin sol yarısının ön səthində, çıxış dəliyinin döş qəfəsinin sol yarısının arxa səthində olan, döş və qarın boşluqlarına nüfuz edən yara kanalı boyunca yumşaq toxumaların və sol ağciyərin, diafraqmanın, qara ciyərin, mədənin, sol böyrəyin zədələnməsi ilə müşahidə olunan, öndən-arxaya, bir qədər sağdan-sola və cuzi yuxarıdan-aşağı istiqamətli, döş qəfəsinin və qarın boşluğunun müştərək bir ədəd dəlib-keçən odlu silah yaralanmasının-odlu silahdan açılmış bir atəş nəticəsində mərminin (güllənin) təsirindən törəndiyi, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə əmələ gəlməsinin istisna edilmədiyi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olduğu, xəstəlik tarixinə istinədən giriş dəliyi ətrafında olan his ləkəsinə əsasən atəşin xəsarət nahiyyəsinə dirənmiş vəziyyətdə və ya çox yaxın məsafədən açıldığı, lakin xəsarət nahiyyəsinin paltarlarla örtülü olduğundan atəşin məsafəsinin və silahın kalibrinin daha dəqiq təyini üçün Zərərçəkmiş şəxs1 xəsarət alan zaman əynində olmuş paltarlarının kriminalistik müayinəsinin keçirilməsinin məqsədəuyğun olduğu, odlu silah güllə yaralanmasının giriş dəliyinin yerləşdiyi nahiyəyə və xüsusiyyətlərinə əsasən atəş zamanı silahın lüləsinin sonluğu döş qəfəsinin sol yarısının ön səthinə doğru olduğu vəziyyətdə silahın tətiyi əli çatan məsafədə olduğundan Zərərçəkmiş şəxs1 xəsarəti özünün törətməsinin mümkün olduğu, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində odlu silah zədəsindən başqa, o cümlədən şəxsin ekspertiza zamanı göstərdiyi hadisələrlə bağlı digər hər hansı xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Cinayət işi üzrə 02 sentyabr 2022-ci ildə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, 07 sentyabr 2022-ci il tarixli, 195 №-li ekspert rəyində əsgər Zərərçəkmiş şəxs2 məhkəmətibbi ekspertizası zamanı bədən səthində sözügedən hadisələrlə bağlı, yəni 2022-ci ilin iyul ayında törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Cinayət işi üzrə 02 sentyabr 2022-ci ildə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, 07 sentyabr 2022-ci il tarixli, 196 №-li ekspert rəyində əsgər Zərərçəkmiş şəxs3 məhkəmətibbi ekspertizası zamanı bədən səthində sözügedən hadisələrlə bağlı, yəni 2022-ci ilin may ayında törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Cinayət işi üzrə 02 sentyabr 2022-ci ildə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, 07 sentyabr 2022-ci il tarixli, 197 №-li ekspert rəyində əsgər Zərərçəkmiş şəxs4 məhkəmətibbi ekspertizası zamanı bədən səthində sözügedən hadisələrlə bağlı, yəni 2022-ci ilin aprel ayında törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Cinayət işi üzrə 02 sentyabr 2022-ci ildə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, 07 sentyabr 2022-ci il tarixli, 198 №-li ekspert rəyində əsgər Zərərçəkmiş şəxs5 məhkəmətibbi ekspertizası zamanı bədən səthində sözügedən hadisələrlə bağlı, yəni 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar aylarında törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Cinayət işi üzrə 02 sentyabr 2022-ci ildə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, 07 sentyabr 2022-ci il tarixli, 199 №-li ekspert rəyində əsgər Zərərçəkmiş şəxs6 məhkəmətibbi ekspertizası zamanı bədən səthində sözügedən hadisələrlə bağlı, yəni 2022-ci ilin aprel ayında törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Cinayət işi üzrə 02 sentyabr 2022-ci ildə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, 07 sentyabr 2022-ci il tarixli, 200 №-li ekspert rəyində əsgər Zərərçəkmiş şəxs7 məhkəmətibbi ekspertizası zamanı bədən səthində sözügedən hadisələrlə bağlı, yəni 2022-ci ilin iyul ayında törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Cinayət işi üzrə 26 avqust 2022-ci ildə məhkəmə-daktiloskopik ekspertizası təyin edilmiş, 31 avqust 2022-ci il tarixli, 236 №-li ekspert rəyində tədqiqata təqdim edilmiş «AK- 74» markalı «1236411» nömrə nişanlı avtomat silahın və iki ədəd darağın səthində əlbarmaq və papilyar naxış izlərinin aşkar edilmədiyi, təqdim edilmiş «AK-74» markalı «1236411» nömrə nişanlı avtomat silahın və iki ədəd darağın səthində heç bir əl-barmaq və papilyar naxış izləri aşkar edilmədiyindən Zərərçəkmiş şəxs1 daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izlərinin tədqiqatının aparılmadığı göstərilmişdir. Cinayət işi üzrə 26 avqust 2022-ci ildə məhkəmə-ballistik ekspertizası təyin edilmiş, 26 sentyabr 2022-ci il tarixli, 237-238 №-li ekspert rəyində tədqiqata təqdim edilmiş bir ədəd silahın 5,45 mm kalibrli olmaqla 1981-ci ildə zavod üsulu ilə istehsal edilmiş, «1236411» №-li «AK-74» konstruksiyalı, yivli avtomatik tüfəng olduğu, odlu döyüş silahı hesab edildiyi, saz olmaqla atəş açmaq üçün yararlı olduğu, çaxmağının döyüş bölməsindən çıxması üçün tətiyinə normal hesab edilən qüvvənin (1,5-1,7 kQ) sərf olunduğu, həmin silahın tətiyini çəkmədən ondan öz-özünə atəşin açılmasının mümkün olmadığı, tədqiqata təqdim edilmiş bir ədəd predmetin 1974-cü il nümunəli olmaqla zavod üsulu ilə istehsal edilmiş «AK-74», «AKC-74», «AKC-74У» və s. konstruksiyalı avtomat silahlarda, «PПК-74» və «PПКC-74» əl pulemyotlarında və s. silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş 5,45 mm kalibrli patronların hissəsi-gilizi olduğu, tədqiqat obyekti qismində təqdim edilmiş bir ədəd gilizin «1236411» №-li «AK-74» konstruksiyalı avtomat silahdan atıldığı, tədqiqata təqdim edilmiş bir ədəd patronun 5,45 mm kalibrli, 1974-cü il nümunəli olmaqla zavod üsulu ilə istehsal edilmiş, «AK-74», «AKC- 74», «AKC-74У» və s. konstruksiyalı avtomat silahlarda, «PПК-74» və «PПКC-74» əl pulemyotlarında və s. silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı olduğu, tədqiqata tədqim edilmiş bir ədəd patronun səthindəki mexaniki zədələrin silah detallarının izləri (vurucunun izi, əksetdiricinin izi, sandıqça bükümlərinin izi və s.) olmaqla zəruri əlamətlərə malik olmamaları səbəbindən eyniləşdirmə tədqiqatı üçün yararsız olduqları, həmin izlərin tədqiqata təqdim olunmuş «1236411» №-li «AK-74» konstruksiyalı avtomat silahın detallarından qalmağa xarakterik olduğunu müəyyən etməyin mümkün olmadığı, tədqiqata təqdim edilmiş qısaqol maykanın üzərində olan «a» zədəsinin giriş, kitelin üzərində olan «a» zədəsinin, qısaqol maykanın üzərində olan «b» zədəsinin çıxış zədələri olmaqla öndən-arxaya, nisbətən yuxarıdan aşağıya doğru istiqamətdə, yivli odlu silahdan açılmış bir atəş nəticəsində, silahın lüləsinin ön kəsiyinin paltara dirənmiş vəziyyətdə, mis metal tərkibli mərminin (güllənin) təsiri ilə yetirilməyə xarakterik olduğu, zədələrin zəruri əlamətlərə malik olmamaları səbəbindən zədələri yaratmış mərminingüllənin diametrini (kalibrini) müəyyən etməyin mümkün olmadığı, tədqiqata təqdim edilmiş bir ədəd hərbi şalvarın və bir ədəd hərbi panamanın üzərlərində odlu silahdan atılan atəş nəticəsində yaranmağa xarakterik zədələrin aşkar edilmədiyi göstərilmişdir. Cinayət işi üzrə 07 sentyabr 2022-ci ildə məhkəmə-ambulator psixiatrik ekspertizası təyin edilmiş, 13 sentyabr 2022-ci il tarixli, 63 №-li ekspert rəyində Zərərçəkmiş şəxs1 “nevrotik reaksiya”nın müşahidə olunduğu, “nevrotik reaksiya”nın Zərərçəkmiş şəxs1 xidmət dövründə müşahidə olunduğu, Zərərçəkmiş şəxs1 “nevrotik reaksiya”nın onun 24 avqust 2022-ci il tarixdə odlu silahdan atəş açıb özünü öldürmək istəyərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək imkanından məhrum etmədiyi, Zərərçəkmiş şəxs1 özünü öldürmək istəyərkən anlaqlı olduğu göstərilmişdir. Cinayət işi üzrə 12 sentyabr 2022-ci ildə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, 22 sentyabr 2022-ci il tarixli 262 nömrəli ekspert rəyində ekspertizaya təqdim olunmuş 207x147 mm ölçülü damalı dəftər vərəqəsinin bir tərəfində “Hərşeyə görə Sağolun...” sözləri ilə başlayıb, “...kişi kimi ölmək” sözləri ilə bitən, digər tərəfində isə “Daha Qeyrətlidi ...” sözləri ilə başlayıb, “...Sadəcə Şəhid olmaq istədim. oldumda” sözləri ilə bitən əlyazmaların Zərərçəkmiş şəxs1 tərəfindən icra olunduğu, ekspertizaya təqdim olunmuş 207x147 mm ölçülü damalı dəftər vərəqəsinin bir tərəfində “Hərşeyə görə Sağolun...” sözləri ilə başlayıb, “...kişi kimi ölmək” sözləri ilə bitən, digər tərəfində isə “Daha Qeyrətlidi ...” sözləri ilə başlayıb, “...Sadəcə Şəhid olmaq istədim. oldumda” sözləri ilə bitən əlyazmalarda yazının qeyri-adi psixofizioloji vəziyyətdə (həyacanlı, sərxoş və s.) icra olunmasını xarakterizə edən əlamətlərin müşahidə olunmadığı göstərilmişdir. Cinayət işi üzrə 19 sentyabr 2022-ci ildə məhkəmə-psixoloji ekspertizası təyin edilmiş, 26 sentyabr 2022-ci il tarixli, 267 №-li ekspert rəyində Zərərçəkmiş şəxs1 xarakter əlamətlərinə görə daha çox ekstrovertə (insanın psixi fəaliyyətinin xarici aləmə yönəlməsi) yaxın olduğu, davranışında müvazinətliliyinin üzə çıxmadığı, emosional cəhətdən labilliyinin (dəyişkənliyi) müşahidə olunmadığı, sinir sistemi tipinə görə qüvvətli olmaqla bir qədər ləng olduğu, təmkinli və öz “məni”nə qarşı həssas olmaqla münaqişədən uzaqlaşmağa meyilli olduğu, fərdi psixi xüsusiyyətlərində verbal (sözlü, məntiqi) və qeyriverbal (fiziki) aqressivlik əlamətlərinin müşahidə olunmadığı, fərdi-psixi xüsusiyyətləri içərisində hərəkət və əməllərinə, idrak imkanlarına təsir göstərə biləcək səviyyədə olan özünəməxsus yüksək həyacan, dəyişməz qəm-qüssə, həyatdan küskünlük, ümidsizlik, kəskin daxili inciklik, insanlardan uzaqlaşma, tənhalığa meyillilik, özünəqapanma və s. bu kimi psixogen, depressiv reaksiya əlamətlərinə rast gəlinmədiyi, özünə atəş açaraq xəsarət yetirməzdən əvvəlki dövrdə emosional gərginlik halında olduğu, həmin halın yaranmasına qismən sevdiyi qızın başqasına ərə verilməsi, ailəsi üçün darıxması və birbaşa olaraq xidmət etdiyi zastavada tabeçilik münasibətində olduğu gizir Təqsirləndirilən şəxs ona qarşı etmiş olduğu hərəkətlərdən bezməsinin səbəb olduğu, hadisədən əvvəlki dövrlərdə gizir Təqsirləndirilən şəxs tərəfindən ona qarşı edilmiş hərəkətlərdən Zərərçəkmiş şəxs1 vəziyyətində dəyişiklik yarandığı, buna görə emosional gərginlik halında olan Zərərçəkmiş şəxs1 öz davranış aktlarına nəzarətinin və idrak imkanlarının zəiflədiyi, onun “mən” obrazında dəyişiklik yarandığı, heç bir əsaslı səbəb olmadan mütəmadi olaraq gizir Təqsirləndirilən şəxs tərəfindən döyülərək, söyülərək şəxsiyyətinin alçaldılmasına dözə bilməyən Zərərçəkmiş şəxs1 öz davranış aktlarına şüurlu şəkildə nəzarətinin pozularaq xidmətdə olduğu müddətdə avtomat silahdan atəş açaraq özünə xəsarət yetirdiyi, Zərərçəkmiş şəxs1 özünə atəş açaraq xəsarət yetirməsindən əvvəlki dövrdə emosional gərginlik halını keçirməsinin qismən sevdiyi qızın başqasına ərə verilməsi, ailəsi üçün darıxması və birbaşa olaraq gizir Təqsirləndirilən şəxs ona qarşı etmiş olduğu hərəkətlərlə səbəbli nəticə əlaqəsində olduğu, Zərərçəkmiş şəxs1 hadisədən əvvəl keçirmiş olduğu emosional halın yaranmasının onun hərbi xidmətə münasibətinin və zastavada xidmətin çətin olması ilə səbəbli nəticə əlaqəsində olmadığı göstərilmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilmişdir ki, bu hal məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və işin digər halları ilə tam təsdiqini tapmışdır. Bundan başqa, məhkəmə şahid qismində dindirilmiş əsgər Şahid3 məhkəməyə verdiyi ifadəsinin sübut əhəmiyyətli olmadığı qənaətinə gəlmişdir belə ki, Şahid3 məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaqda vermiş olduğu ifadələr ziddiyyət təşkil etdiyindən aydınlaşdırıcı suallar verən zaman ibtidai istintaq zamanı vermiş olduğu ifadələrini xatırlamadığını, hadisənin üzərindən çox müddət keçdiyindən heç bir şeyi doğru-dürüst xatırlamadığını, nəyin düzgün nəyin yanlış olduğunu deyə bilməyəcəyini bildirmişdir. Özünün yaddaş problemi olduğundan hadisələr doğru dürüst yadında qalmır. O səbəbdən məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaqda vermiş olduğu ifadələr ziddiyyət təşkil edir. Hansı ifadəsinin doğru, hansının yanlış olduğunu xatırlamadığından deyə bilmir. Bütün bu sadalananlara görə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən əməllərdə cinayət tərkibi mövcuddur. Cinayət hadisəsi Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar» və 47-ci maddəsində göstərilən «komandir (rəis)… tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətini alçalda biləcək hərəkətlər etməməlidir» tələbini pozmaqla törədilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, iş üzrə Zərərçəkmiş şəxs1 özünə atəş açaraq xəsarət yetirən zaman niyyəti özünü öldürmək olmamış, məqsədi özünə xəsarət yetirərək Təqsirləndirilən şəxs ona qarşı olan qanunsuz əməllərindən yerinin dəyişdirilməsi yolu ilə yaxa qurtarmaq olmuşdur. Eyni zamanda dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı çıxışında Təqsirləndirilən şəxs verilmiş ittihamda dəyişiklik edilməsini və bu halın, Zərərçəkmiş şəxs1 özünə atəş açaraq xəsarət yetirən zaman niyyətinin özünü öldürmək olmaması və məqsədinin özünə xəsarət yetirərək Təqsirləndirilən şəxs ona qarşı olan qanunsuz əməllərindən yerinin dəyişdirilməsi yolu ilə yaxa qurtarmaq olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə bu halı nəzərə alaraq belə qənaətə gəlmişdir ki, bu hal Təqsirləndirilən şəxs törətdiyi əməllərin tövsifinə təsir etmir və onun törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.3-cü maddəsi ilə tövsif edilmişdir. Onun bu əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İş materiallarında olan xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs xidmət müddətində müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs aid xidməti vərəqədən, çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xidmət müddətində həm cəzalandırılmış, həm cəzaları üzərindən götürülmüş və həm də fəxri fərmanlarla təltif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin şikayət və tələblərinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını, xidmət müddətində müsbət xarakterizə olunmasını, xidmət müddətində fəxri fərmanlarla təltif edilməsini və törətdiyi əməllərdən səmimi peşman olmsını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cəzalanmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissənin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə, təqsirli bilindiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsiyyətinə uyğun, ədalətli cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakerinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsindən alınmış tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Odur ki, ona residivə görə cəza təyin etmək üçün heç bir əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 329.3-cü maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur və məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən cəza təyin edilməsinin ümumi əsaslarını-törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, həmin maddənin tələbinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs təyin olunacaq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı çəkməməsi üçün heç bir əsas yoxdur. Məhkəmə cəzaçəkmə müəsissəsinin növünü müəyyən edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1-ci və 56.1.2-ci maddələrinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəsissəsində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs əlavə cəzaların təyin olunması üçün zərurət yoxdur. Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdə N saylı hərbi hissədə hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və təqdim olunmuş 1029 №-li arayışda onun sağlam olmaqla, hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Məhkəmə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar müəyyən etməmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçiyə (Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi1) göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi1 təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Məhkəmə qətimkan tədbiri məsələsini müzakirə edərək belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində 28 sentyabr 2022-ci il tarixdə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlmişdir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd AK-74 markalı, ******* nömrəli avtomat silah, 2 ədəd avtomat silah darağı və 1 ədəd vurucu hissəsində 539/81 rəqəmləri həkk olunmuş patron hökm qanuni qüvvəyə mindikdən sonra “Naxçıvan” X3 xidməti istifadə üçün verilməli, 1 ədəd giliz, 1 ədəd papaq, 1 ədəd kitel, 1 ədəd şalvar, 1 ədəd mayka isə məhv edilməlidir. 1 vərəq əlyazma isə dindirmələr və üzləşdirmələr zamanı videoçəklişin aparıldığı 6 ədəd DVD yaddaş diski ilə birlikdə cinayət işinin materiallarına əlavə edilməlidir. Məhkəmə həmçinin cəza çəkilmə müddətinin hansı tarixdən başlanılmalı məsələsini də müzakirə edərək belə nəticəyə gəlmişdir ki, cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun barəsində həbs qətimkan tədbiri seçildiyi və həbsə alındığı gündən, yəni 28 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 3 (üç) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində 28 sentyabr 2022-ci il tarixdə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən müdafiəçiyə, Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi1 təqdim edəcəyi hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut olan 1 ədəd AK-74 markalı, ******* nömrəli avtomat silah, 2 ədəd avtomat silah darağı və 1 ədəd vurucu hissəsində 539/81 rəqəmləri həkk olunmuş patron hökm qanuni qüvvəyə mindikdən sonra “Naxçıvan” X3 xidməti istifadə üçün verilsin. 1 ədəd giliz, 1 ədəd papaq, 1 ədəd kitel, 1 ədəd şalvar, 1 ədəd mayka məhv edilsin. Dindirmələr və üzləşdirmələr zamanı videoçəklişin aparıldlğı 6 ədəd DVD yaddaş diski və 1 vərəq əlyazma cinayət işinin materiallarına əlavə edilsin. Hökmdən, apellyasiya şikayəti və ya protest Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə, hüququ olan şəxslər tərəfindən elan olunduğu, Təqsirləndirilən şəxs tərəfindən isə ona təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Polad Həsənov Hakimlər Səxavət Hüseynov Abil Orucəliyev
Məhkəmə qərarları › İş №1-1(092)-4/2023
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-4/2023
07.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver