Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-4/2024 29.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakimlər: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Hüseynov Səxavət Səməd oğlu və Orucəliyev Abil Elmar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X30 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxsin hüquqi varisi: X7, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1998-ci il tarixdə Şərur rayonunun Zeyvə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, Şərur rayonunun Zeyvə kəndində daimi qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Naxçıvan” X6 18-ci sərhəd zastavasının rəisi vəzifəsini icra etmiş, baş leytenant, 13 iyul 2023-cü ildə barəsində həbs qətimkan tədbiri seçilmiş, Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 329.2.1, 329.2.2 və 329.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan iki və ya daha çox şəxsə qarşı, təkrarən zor tətbiq etmiş, ondan xidməti cəhətdən asılı olmuş X1 götürərək 14 saatadək, ayaq üstə xidmətdə artıq saxlamaqla, tabeliyində olan şəxslərə təkrarən və işgəncə verməklə, ondan xidməti cəhətdən asılı olan şəxsə qarşı alçaldıcı ifadələr işlətməklə və zor tətbiq etməsi ağır nəticələrə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs “Naxçıvan” X6 (2001 №-li hərbi hissə) Culfa rayonunun Gülüstan kəndi ərazisində yerləşən 18-ci sərhəd zastavasının rəisi vəzifəsini icra edərkən, 19 iyun 2023-cü il tarixdə, saat 08 radələrində zastavanın ərazisində olan zaman zastavanın 1-ci qrupunun pulemyot köməkçisi, əsgər Zərərçəkmiş şəxs3 səngərdə bərpa işləri ilə məşğul olan əsgərlərə 2 litrlik plastmas su qabının içərisində içməli su apardığını görüb, yanına çağıraraq baxdıqda suyun soyuq olduğunu bilib, suyu haradan götürdüyünü soruşmuş, əsgər Zərərçəkmiş şəxs3 suyu zastavanın təminat qrupunun aşbazı, əsgər Zərərçəkmiş şəxs2 verdiyini dedikdə, baş leytenant Təqsirləndirilən şəxs əsəbiləşərək yumruqla əsgər Zərərçəkmiş şəxs3 başının sağ tərəfindən bir zərbə vurub, əsgər Zərərçəkmiş şəxs2 çağırmasını tapşırmış, yanına gəldikdən sonra soyuq su verdiyinə görə əvvəlcə əsgər Zərərçəkmiş şəxs2 başına bir neçə sillə zərbəsi vurub, ardınca 2 litrlik plastmas su qabı ilə başına yenidən bir neçə zərbə endirərək və çiyin nahiyəsindən tutub silkələyərək, ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan iki və ya daha çox şəxsə zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 02 iyul 2023-cü il tarixdə, saat 14 radələrində zastavanın silah otağında yoxlama apararkən həmin gün zastava növbətçisi xidmətinə təyin edilmiş, zastavanın 2-ci qrupunun pulemyot köməkçisi, əsgər Zərərçəkmiş şəxs4 silahların sayı barədə düzgün məruzə etmədiyini görüb əsəbiləşərək, əsgər Zərərçəkmiş şəxs4 əynində olan kitelin yaxasından tutaraq önə və arxaya doğru bir neçə dəfə silkələmiş və daha sonra sol çiyin nahiyəsinə iki yumruq zərbəsi vurub ona güclü fiziki ağrı yetirməklə, təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2023-cü ilin iyul ayının əvvəllərində, saat 17 radələrində zastavanın silah otağına gəlib, həmin gün müşahidə məntəqəsi xidmətində olmuş, zastavanın təminat qrupunun aşbazı, əsgər Zərərçəkmiş şəxs5 xidmətdən sonra silahını yaxşı təmizləmədiyini görüb, əsəbiləşərək sonuncunu silah otağının qarşısına çağırmış, əsgər Zərərçəkmiş şəxs5 başında olan əsgər papağından tutub, bir neçə dəfə başını aşağı çəkərək silkələdikdən sonra başından bir yumruq zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə, təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olarkən, 08 iyul 2023-cü il tarixdə, saat 17 radələrində əsgər yataqxanasının qarşısındakı ağacların altında qoyulmuş masada oturan zaman rabitə növbətçisi xidmətində olan zastavanının texniki qrupunun baş rabitəçisi, əsgər Zərərçəkmiş şəxs1 çağıraraq, xidməti otağındakı stolun üzərində olan sənədləri gətirməsini tapşırmış, əsgər Zərərçəkmiş şəxs1 sənədləri gətirib ona verən zaman dəqiqləşdirmək məqsədilə həmin sənədlər olubolmamasını soruşduqda, sonuncunun verdiyi tapşırığı təkrar soruşmasına hirslənərək əsgər Zərərçəkmiş şəxs1 sifətindən bir sillə zərbəsi vuraraq ona fiziki ağrı yetirməklə, təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olarkən 08 iyul 2023-cü il tarixdə, saat 19 radələrində əsgər yataqxanasının qarşısında olan zaman rabitəçi xidmətində olan, zastavanın 3-cü qrupunun atıcısı, əsgər X14 çağıraraq qələm gətirməsini tapşırmış, əsgər K.S.Bəkiyev qələmi aparıb ona verən zaman əlindən yerə düşürdüyü üçün əsəbiləşərək, əvvəlcə sonuncunun ünvanına nalayiq söz işlətmiş və daha sonra sağ əli ilə boyun nahiyəsinin arxa tərəfindən bir zərbə vuraraq ona güclü fiziki ağrı yetirməklə, təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olarkən 2023-cü ilin iyul ayının 9-da gecə saat 02 radələrində zastavanın rabitə otağına gəlib rabitə vasitələrinin üzlüklərini yoxlayan zaman iki ədədinin yerində olmadığına görə həmin vaxt rabitə xidmətində olan əsgər X15 növbəni təhvil alan zaman bu barədə məruzə etməməsinə iradını bildirərək, əsgər K.S.Bəkiyevin xidməti istifadəsi üçün əyləşdiyi stulunu götürməklə onu həmin vaxtdan səhər saat 08:00-dək ayaqüstə saxladıb xidmət aparmağa məcbur etməklə ona mənəvi iztirablar yetirib əzab verərək təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə işgəncə vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə olarkən 09 iyul 2023-cü il tarixdə, saat 21 radələrində Culfa rayonunun Gülüstan kəndində yaşayan tanışının yas mərasimindən zastavaya qayıdan zaman rabitə otağında xidmətdə olan və onun zastavada olmamasından istifadə edərək yeməkxaya gedən X3 ona görünməməsi üçün yeməkxananın pəncərəsindən tullandığını görüb, pəncərədən düşən yerdə K.Bəkiyevin sağ çiynindən tutub silkələyərək, ünvanına nalayiq sözlər işlətməklə şəxsiyyətini, şərəf və ləyaqətini alçaltmışdır. Daha sonra Təqsirləndirilən şəxs əsgər K.S.Bəkiyevə qarşı olan qərəzli münasibətini davam etdirərək yeməkxananın pəncərəsindən tullanmasına görə saat 21:30-dan sonra zastavanın şəxsi heyətini yeməkxananın qarşısında düzüb sıranın qarşısında əsgər K.S.Bəkiyevin çiynindən tutub silkələyərək itələmiş, ardınca ünvanına nalayiq sözlər işlədərək şəxsi heyətin yanında şərəf və ləyaqətini alçaltmış və sonuncunun xidmət zamanı istifadə etdiyi oturacağı götürdüb rabitə otağında ayaqüstə xidmət aparmağa məcbur etməklə ona mənəvi iztirablar yetirib əzab verərək təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə işgəncə verməklə zor tətbiq etmişdir. Bundan sonra əsgər K.S.Bəkiyev ona rəis hesab edilən baş leytenant Təqsirləndirilən şəxs davamlı olaraq onun yol verdiyi hər xırda nöqsana görə mütəmadi olaraq ünvanına nalayiq ifadələr işlədib ləyaqətini alçaltması, onunla kobud, amansız rəftar etməsi, mənəvi-psixoloji basqılar göstərərək ona qarşı zor tətbiq etməsi, Təqsirləndirilən şəxs hadisədən bir gün əvvəl rabitə vasitələrinin üzlüklərini yoxlayarkən iki ədədinin yerində olmamasını görüb rabitə xidmətində olduğu zaman əyləşdiyi oturacağı götürərək xidmət zamanı ona oturmağı qadağan etməsi, onun rabitə xidmətinə çıxmaq istəməməsi, istirahət vaxtlarının kəsilməsi, baş leytenant Təqsirləndirilən şəxs hadisədən bir qədər əvvəl icazəsiz yeməkxanaya getməsinə görə onu sıranın qarşısına çıxararaq ünvanına nalayiq ifadələr işlədib ləyaqətini alçaltması və onun bu hərəkətinə görə əsgər yoldaşının doğum günü şənliyinin yarıda saxlanılaraq tortun kəsilməsinə icazə verilməməsi və rabitə otağında xidməti istifadəsində olan oturacağının yenidən götürülərək cəzalandırılması səbəbindən emosional halında müəyyən dəyişikliklər baş vermiş, emosional gərginlik halı keçirərək, həmin halın yaranmasını özündə əks etdirən, öz əlyazısı ilə yazdığı “Anam Atam bağışlayın məni. Mən demişdim Bu insana dözə bilmirəm. Allaha əmanət olun. Sizi çox sevrəm. Haqqınızı halal edin. Bəkiyevv” məzmunlu məktubu cibinə qoyub zastava rəisi baş leytenant Təqsirləndirilən şəxs tərəfindən ona qarşı törədilmiş qanunsuz və nizamnamədən kənar hərəkətlərə dözməyərək 09 iyul 2023-cü il tarixdə, saat 22:55-də zastavanın silah doldurub-boşaltma yerinin yaxınlığında zastava gözətçisi xidmətində olan əsgər yoldaşı Şahid4 yanına gedərək, silahını zastava rəisinin istədiyini bildirib aldatmaqla onun adına təhkim olunmuş “AK-74” markalı, 5.45 mm çaplı, “1232672” nömrəli avtomat silahını və sursat çantasını götürüb, yanından ayrılaraq silah doldurub-boşaltma yerinin qarşısına gəlmiş, orada ayaqüstə durmaqla patron sandıqçasından təlim patronu olan birinci patronu çıxarıb, sandıqçanı silaha birləşdirərək silahı tək-tək atəş rejimində döyüşə hazır vəziyyətə gətirməklə silahın lüləsini çənəaltı nahiyəsinə dirəmiş və silahdan qəsdən bir atəş açaraq özünə yetirilən anda həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid “odlu silah yarasının giriş dəliyi çənənin alt nahiyəsində, çıxış dəliyi təpə nahiyəsində olan, baş beyin toxumasının dağılması, baş beyinin ödemi və beyin toxumasına qansızma ilə müşayiət olunan, aşağıdan yuxarıya istiqamətli başın bir ədəd dəlib-keçən yarası” xəsarətlərini yetirməklə, aldığı xəsarətlərdən hadisə yerində ölmüş, bununla da baş leytenant Təqsirləndirilən şəxs tabeliyində olan şəxslərə təkrarən və işgəncə verməklə, ondan xidməti cəhətdən asılı olan şəxsə qarşı alçaldıcı ifadələr işlətməklə və zor tətbiq etməsi ağır nəticələrə səbəb olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri aşağıda göstərilən vəziyyətdə törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş baş leytenant Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 329.2.1, 329.2.2 və 329.3cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, məhkəmədə özünü müdafiə xarakterli ifadə vermişdir. O, ifadəsində 2023-cü il iyunun 2-dən 18-ci sərhəd zastavasının rəisi vəzifələrini icra etdiyini, X10 onun ən sevimli əsgəri olduğunu, xidmət müddəti ərzində tabeliyində olan əsgərlər Kənan Bəkiyevə, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və ya digər tabeliyində olan əsgərlərə qarşı zor tətbiq etmədiyini, 2023-cü il iyulun 8-dən 9nadək 18-ci sərhəd zastavasının cavabdehi olduğunu, cavabdeh olduğu müddətdə müavini leytenant Ağayevin ona əsgər Zərərçəkmiş şəxs4 ad günü olduğunu bildirdi və ad gününün keçirilməsi ilə bağlı ondan icazə istədiyini, onun da ad gününün keçirilməsinə icazə verdiyini, həm də şəxsi heyətin problemlərinin aşkarlanması üçün kollektiv söhbətləşmə aparılmasını tapşırdığını, həmin söhbətləşmədə mərhum əsgər Kənan Bəkiyevin də iştirak etdiyini, söhbətləşmə zamanı şəxsi heyətin bir-bir problemlərini dinlədiyini, həmçinin keçiriləcək ad günü barədə söhbət apardığını, mərhum əsgər Bəkiyev rabitə növbətçisi olmasına baxmayaraq, o daxil bütün növbətçiləri də həmin söhbətləşmədə iştirak etmələri üçün çağırdığını, söhbətləşmə zamanı mərhum əsgər Bəkiyev hər hansı problemi və ya şikayəti barədə nəsə bildirmədiyini, sonra günün nizam qaydasına uyğun olaraq digər tədbirlər həyata keçirildiyini, növbəti gün xidməti təhviltəslim işləri aparıldıqdan sonra istirahət etməli olan şəxslər istirahətə getdiyini, sərhəd komendantlığının qərargah rəisi vəzifələrini müvəqqəti icra edən kapitan Süleymanovun zastavanı yoxlamağa gəlməsini eşidib zastavaya gəldiyini, saat 19:00-a kimi yoxlama heyəti ilə zastavada olduğunu, həmin gün mərhum əsgər Bəkiyev rabitə növbətçiliyində olduğunu, onunla söhbət də etdiyini, lakin onun hər hansı problemi və ya şikayətinin olduğunu bildirmədiyini, saat 20:30 radələrində Culfa rayonu Gülüstan kəndində yaşayan tanıdığı yaxın şəxsin rəhmətə getdiyindən onun yas mərasimində iştirak etmək üçün zastava ərazisini tərk etdiyini, təxminən saat 21:40-21:45 radələrində zastavaya qayıtdığını, MAHHXHQ-su baş çavuş Şahid3 da onunla birlikdə olduğunu, zastavaya daxil olduqdan sonra zastavanın yeməkxanasından və kazarmanın daxilindən səs-küy eşitdiyini, günün nizam qaydasına əməl olunmadığına və özbaşınalıq olduğuna görə Eyvazova şəxsi heyətin axşam yoxlanışına düzülməsi, “yat” komandasına hazırlıq və digər tapşırıqların çatdırılması üçün sıra meydanında düzülməsi barədə göstəriş verdiyini, yas mərasimindən qayıtdıqdan sonra əsgər Zərərçəkmiş şəxs4 artıq ad gününün yekunlaşdığını, yeməkxananın pəncərəsinin qarşısından keçərkən mərhum əsgər Bəkiyev tullanaraq qarşısına düşdüyünü, qaranlıq olduğundan onu ilk öncə tanımayıb “sən kimsən” deyə soruşduğunu, onun da “mənəm, cənab baş leytenant, əsgər Bəkiyev” deyə bildirdiyini, sağ əlini onun sağ çiyninə qoyaraq “yaxşısan? nəsə olmadı?” deyə soruşduğunu, onun da heçnə olmadığını bildirdi və əlində olan rabitə vasitəsi ilə əlaqə qurmağa tələsdiyinə görə pəncərədən tullandığını bildirdiyini, gülümsəyərək başını silkələyib “get, xidmətinlə məşğul ol” deyə bildirdikdən sonra Eyvazova şəxsi heyətin sıra meydanında düzülməsini tapşırdığını, Sıra meydanında özbaşınalıq, günün nizam qaydasına əməl olunmama ilə bağlı iradları, tapşırıqlarını bildirdiyini, həmçinin sıranın sağ cinahında dayanmış əsgər Bəkiyevi yanına çağırıb “bəs sən niyə pəncərədən tullanırsan, ayağın qırılsa, travma alsan necə olar? Mən sizə belə öyrətmişəm? sən məndən iki yaş balacasan, ali təhsilli əsgərsən, digər əsgərlərə nümunə olmalısan, başa düşürsən?” dediyini, əsgər Bəkiyev də “bəli, cənab baş leytenant, başa düşdüm” deyə cavab verdiyini, cərgənin qarşısında əsgər Bəkiyevə qarşı heç bir nalayiq və ya təhqiramiz ifadə işlətmədiyini, nəinki əsgər Bəkiyevə, tabeliyimdə olan heç bir əsgərə qarşı nalayiq ifadə işlətmədiyini, şəxsi heyəti yatmağa göndərdikdən sonra sənədləşmə işlərinin aparılması üçün xidməti otağına getdiyini, bu zaman leytenant Ağayevin otağına gəlib yeməkdən sonra vaxt olmadığından tortu kəsmək üçün sinif otağına yığışdıqlarını, “yat” komandasından sonra kəsmək istədiklərini dediyini, onun da “bunu niyə indi deyirsən? sıranın qarşısında deyərdin, mən də şəxsi heyəti yatmağa göndərməzdim” deyə bildirdiyini, yeməkxanaya cavabdeh olan əsgər Zərərçəkmiş şəxs2 xarab olmaması üçün tortu kəsib soyuducuya qoymağı, şəxsi heyətin də xidmətdən qayıdarkən və ya yemək zamanı kəsib əsgərlərə verməsini tapşırdığını, onun da “oldu” deyib getdiyini, xidməti otağında olarkən gizir Quliyev Sahil otağa daxil olub onu yeməyə çağırdığını, lakin sənədləşmə işlərinin olduğu üçün yeməyə getmədiyini, onun da “sizi əsgər Bəkiyev əsəbiləşdirib” deyə soruşduğunu, ona “xeyr, o əsəbiləşdirməyib, hər zastavada olar belə şeylər” deyə bildirdiyini, onun da çıxıb getdiyini, sonra leytenant Ağayevin otağına gəldiyini və sənədləşmə işləri apardıqlarını, həmin vaxt boğunuq bir səs gəldiyini, həmin səsi güllə səsinə oxşatmadığını, leytenant Ağayevə “get bax gör tonqalda nəsə olar, partlayıb kiminsə gözünə dəyər” dediyini, sonra özünün də çölə çıxdıqda zastava gözətçisi əsgər Şahid4 Bəkiyevin özünü vurmasını dediyini, leytenant Ağayevlə getdikdə əsgər Bəkiyevin arxası üstə uzanmış vəziyyətdə, sağ əli yanında uzanmış və silahın da sağ əlinə yaxın vəziyyətdə olduğunu gördüyünü, tez qaçıb telefonunu götürüb “təcili yardıma”, habelə aidiyyatı qaydada yuxarı komandanlığa zəng vuraraq məlumat verdiyini, sərhəd komendantlığının komendantı mayor Şamıyevin gəldiyini, əsgər Bəkiyevin cibindən məktub çıxdığını və orada “ata, ana məni bağışlayın, sizi çox sevirəm, haqqınızı halal edin, mən sizə demişdim, bu adama dözə bilmirəm” yazıldığını bildirdiyini, lakin mətndən aşağıda əsgərin adı və ya digər məlumatlar qeyd edilmədiyini, sadəcə “Bəkiyev” yazıldığını, əsgər Bəkiyevin cibindən kağız çıxarılan zaman sərhəd zastavasında işıqların söndüyünü, onun X17 komandirinin əməliyyat-axtarış işləri üzrə müavini, polkovnikleytenant Zaur Mustafayev tərəfindən sərhəd zastavasının ərazisindən çıxarıldığını, yuxarı komandanlığa hadisə barədə məruzə edən zaman şəxsi heyətdən və gizir heyətindən kimsə boğuq səslə “mən sizə dedim ona gedib nəsə deməyin, özünə nəsə edər” deməsini eşitdiyini, daha sonra səs-küyün qopduğunu, Eyvazova hər kəsin içəri daxil olmasını tapşırdığını, sonra məlum oldu ki, əsgər Bəkiyev əsgər Hüseynovun silahını və daraqlarını zastava rəisi istəyir deyərək aldadıb aldığını, əsgər Hüseynov heç bir halda silahı başqa şəxsə verməməklə bağlı tələbi yerinə yetirmədiyini, Bəkiyev təlim mərmisini daraqdan çıxardıqdan sonra iki dəfə mərmini patron yuvasına yeridib sonra özünü vurmasını eşitdiyini, sonra əsgər Bəkiyevin gündə bir neçə dəfə ailəsindən pul istədiyini eşitdiyini, əsgərlərdən heç birini vurmadığını, təhqir etmədiyini, xidmətdən əlavə işlərə çıxartmadığını, hər bir əsgərin 8 saat yuxu yatdığını göstərmişdir. Daha sonra Təqsirləndirilən şəxs məhkəmə iclasında sualları cavablandırarkən də tabeliyində olan heç bir əsgərə qarşı zorakılıq etmədiyini, heç kimi təhqir etmədiyini bildirərək özünü müdafiə xarakterli ifadə vermişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, onun törətmiş olduğu cinayət əməlləri ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs1 əsgər Kənan Bəkiyev diviziyada rabitəçi kursu keçdiyindən zastava rəisi baş leytenant Təqsirləndirilən şəxs tərəfindən zastavada rabitəçi xidmətinə təyin olunduğunu, ancaq K.Bəkiyev rabitəçi çıxmaq istəmədiyini, tez-tez zastava rəisinə bu barədə dediyini, zastava rəisi baş leytenant Təqsirləndirilən şəxs hər dəfə K.Bəkiyev ona müraciət edəndə onu nalayiq ifadələrlə təhqir edərək “qanmaz, şərəfsiz, vicdansız, təxribatçı” kimi ifadələr işlədib mən yazıramsa rabitəçi xidmətinə deməli çıxmalısan dediyini, baş leytenant Təqsirləndirilən şəxs bütün əsgərlərə, o cümlədən K.Bəkiyevə qarşı münasibəti kobud olduğunu, K.Bəkiyevə tez-tez iradlar tutub təhqir etdiyini, 08 iyul 2023cü ildə, saat 18:00-da K.Bəkiyev rabitəçi xidmətini təhvil aldığını, saat 19 radələrində rabitə otağında K.Bəkiyevə sənədləri düzəltməkdə kömək edərkən zastava rəisi Təqsirləndirilən şəxs yataqxananın qarşısından rabitəçi deyə qışqıraraq K.Bəkiyevi yanına çağırdığını, K.Bəkiyev yataqxanadan çıxmaq istəyəndə ona qələm gətirməsini dediyini, K.Bəkiyev rabitə otağına qayıdıb qələm götürüb çölə çıxdığını, bir neçə dəqiqədən sonra K.Bəkiyevin rabitə otağına geri qayıtdığını, həmin vaxt onun əsəbi halda deyindiyini, ondan nə olmasını soruşduqda K.Bəkiyev qələmi rəisə verəndə əlimdən yerə düşdü, rəis boynumun dalından şapalaq vurub dedi ki, qanmaz əlini bişiriblər, qələmi niyə tuta bilmirsən dediyini, K.Bəkiyevə əsəbləşmə, təmkinli ol, məni də zastava rəisi tez-tez danlayır, düzələr dediyini, K.Bəkiyevin çox əsəbi olduğunu, gərginlik keçirdiyini, bunun əlindən bezmişəm, rabitəçi çıxmaq istəmirəm dediyini, 2023-cü ilin iyul ayının 08-dən 09na keçən gecə, saat 02 radələrində zastava üzrə cavabdeh olan baş leytenant Təqsirləndirilən şəxs əsgər K.Bəkiyevə rabitə vasitələrini ver yoxlayacam deyib rabitə vasitələrinin çexollarını sayanda 2 ədədi kəsir olduğuna görə rabitə otağında stulu götürüb K.Bəkiyevi səhərə qədər ayaqüstə xidmət aparmağa məcbur etdiyini, K.Bəkiyev gecə saat 02-dən səhər saat 08-dək ayaqüstə xidmətdə qaldığını, ayaqüstə saxlamaqla Təqsirləndirilən şəxs ona əziyyət verdiyini, həmin vaxt saat 06:15-də K.Bəkiyev onu oyadıb gəl rabitə çexolları kəsirdi, onu tapaq rəisə deyək məni xidmətdə artıq saxlayır, tapıb versək bəlkə tez buraxar dediyini, gedib rabitə otağına baxanda otaqda stul olmamasını gördüyünü, zastava rəisinin yanına gedib xidməti təhvil alım dedikdə o, xeyr, çexollar tapılmayınca təhvil-təslim olmayacaq dediyini, saat 07:30 radələrində K.Bəkiyev zastava növbətçisi kiçik çavuş Şahid22 silah otağını açmasını xahiş etdiyini, silah otağında sursat çantalarının içərisinə baxdıqda itmiş 2 ədəd rabitə çexolunu tapdığını, çexolların tapılması barədə baş leytenant Təqsirləndirilən şəxs məruzə etdikdə o, təhvil-təslim edin gəlib baxacam dediyini, saat 08 radələrində təhvil-təslim edərək rabitə xidmətini K.Bəkiyevdən təhvil aldığını, K.Bəkiyev buna görə gərginlik keçirdiyini, narahat, yuxusuz, səhərə qədər ayaq üstə qaldığından yorğun olduğunu, 09 iyul 2023-cü ildə, saat 18-də rabitə xidmətini K.Bəkiyevə təhvil verdiyini, həmin gün əsgər yoldaşı Zərərçəkmiş şəxs4 ad günü keçirildiyini, həmin vaxt zastava rəisi Gülüstan kəndində olan yas yerinə getdiyini, yataqxananın qarşısında yemək yedikdən sonra tort kəsib yemək üçün sinif otağına getdiklərini, tortu kəsməyə hazırlıq görəndə mətbəxdə qabların yuyulmasına kömək lazım olması deyildiyindən yeməkxanaya getdiyini, düzülüş bitdikdən sonra Təqsirləndirilən şəxs cavabdeh MAHHXHQ çavuş Şahid2 K.Bəkiyevin oturacaq stulunu götürməsi, yenə ayaqüstə xidmət aparması üçün tapşırıq verdiyini, şəxsi heyətə də “yat” komandası verdiyini, bundan sonra şəxsi heyət yatmağa getdiyini, bir neçə əsgərlə birlikdə yeməkxanaya qabları yumağa getdiyini, qabları yuyan vaxt saat 22:55 radələrində yataqxananın ön tərəfindən 1 atəş səsi gəlməsini eşitdiyini, pəncərədən baxan zaman kiminsə Bəkiyev özünü vurub deyə qışqırmasını eşitdiyini, silah doldurub-boşaltma yerinə getdikdə K.Bəkiyevin silah doldurub-boşaltma yerinin qarşısında yerdə uzanmış halda olmasını, başının qan olmasını, ayağının alt tərəfində silah olmasını, onun çənəsinin altından atəş açmasını gördüyünü, 08 iyul 2023-cü il tarixdə rabitə xidmətində olan zaman, saat 17 radələrində yataqxananın qarşısında ağaclıqda qoyulmuş stulda oturmuş baş leytenant Təqsirləndirilən şəxs onu çağırıb get mənim otağımda stolun üstündən sənədlərimi gətir dediyini, onun xidməti otağındakı sənədləri götürüb aparıb verdikdə həmin sənədlər olub-olmamasını dəqiqləşdirdiyini, təkrar soruşanda baş leytenant Təqsirləndirilən şəxs əsəbiləşib onun sifətindən bir şillə zərbəsi vurub şərəfsiz, bilirsən də bu sənəd olduğunu, niyə soruşursan dediyini, ona etiraz edib belə etməyin dedikdə Təqsirləndirilən şəxs cəhənnəm ol burdan dediyini, Təqsirləndirilən şəxs əsgər sevən zabit olmadığını, əsgərlərlə yüksək tonla danışdığını, onun “Mən əsgərlə söhbət etməyi, münasibət saxlamağı xoşlamıram” dediyini və heç kimlə mehriban davranmadığını, zastava rəisi baş leytenant Təqsirləndirilən şəxs bağışlamadığını, şikayət etdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs3 ifadəsində 08 iyul 2023-cü ildə, saat 02:00-da naryada çıxdığını, saat 06:00-da naryaddan çıxıb yataqxanaya gələn zaman Kənan Bəkiyevin rabitə otağında ayaqüstə dayanmasını gördüyünü, otaqda oturacaq stulu olmadığını, zastava növbətçisi kiçik çavuş Ülvi Həsənov sən naryada gedəndən baş leytenant Təqsirləndirilən şəxs K.Bəkiyevi ayaqüstə saxlayıb, oturmasına icazə verməyib dediyini, 09 iyul 2023-cü ildə, saat 21:30 radələrində zastava rəisi baş leytenant Təqsirləndirilən şəxs şəxsi heyəti sıraya düzdüyünü, həmin vaxt Təqsirləndirilən şəxs əsgər K.Bəkiyevi sıranın qarşısına çıxarıb sən ali təhsilli adamsan, ailə tərbiyən yoxdu, qanmazsan, eşşəksən, donuzsan, mən səni cəzalandırıb stolunu aldım, atepleniyanı qucaqlamışdın kimi sözlər dediyini, sonra şəxsi heyətə yat komandası verdiyini, qurutma otağını təmizlədikdən sonra, saat 22:10 radələrində yataqxanaya gedərkən K.Bəkiyevin ayaqüstə xidmət aparmasını, oturacaq stulunun otaqda olmamasını gördüyünü, baş leytenant Təqsirləndirilən şəxs ona ayaqüstə xidmət aparmasını deyib cəzalandırdığını, sonra yataqxanaya gedərək yatdığını, təxminən yarım saat yatdıqdan sonra çöldən səs eşitdiyini, kiminsə özünü vurması deyildiyindən paltarlarını geyinib çölə qaçdığını, silah yoxlama yerinə getdikdən sonra bir əsgərin arxası üstə yerdə uzanmasını gördüyünü, yaxınlaşanda həmin əsgərin Kənan Bəkiyev olmasını, onun başından beyninin çıxıb tökülməsini, başından qan axmasını, yerin qan olmasını gördüyünü, hadisədən bir neçə gün əvvəl K.Bəkiyevin rabitəçi olmaq istəməməsini baş leytenant Təqsirləndirilən şəxs deməsini eşitdiyini, 19 iyun 2023-cü il tarixdə, səhər saatlarında əsgərlər Şahid17la Şahid15 zastavanın arxasında səngər qazan zaman ondan su gətirməsini istədiklərini, əsgərlərə apardığı suyu aşbaz Zərərçəkmiş şəxs2 aldığını, aşbaz suyu soyuducudan götürüb verdiyini, su soyuq olduğunu, suyu əsgərlərə verəndə zastava rəisi baş leytenant Təqsirləndirilən şəxs görüb onu yanına çağırdığını, onun yanına gedəndən sonra Təqsirləndirilən şəxs suyu haradan götürməsini soruşduqda mətbəxdən almasını, Zərərçəkmiş şəxs2 verməsini dediyini, Təqsirləndirilən şəxs başının sağ tərəfindən əli yarı bükülü formada yumruqla bir dəfə vurub aşbazı çağırmasını tapşırdığını, gedib aşbaz Zərərçəkmiş şəxs2 çağırdığını, bundan sonra onların yanında durmadığını, zastava rəisi baş leytenant Təqsirləndirilən şəxs bağışlamadığını, onun bütün əsgərlərlə pis davrandığını, ondan şikayətçi olduğunu göstərmişdir. Məhkəmə baxışı iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs4 ifadəsində 02 iyul 2023-cü il tarixdə, saat 06:00-dan saat 18:00-dək zastava növbətçisi xidmətinə təyin olunduğunu, saat 14 radələrində baş leytenant Təqsirləndirilən şəxs silah otağında silahların sayı barədə səhv məruzə etdiyindən baş leytenant Təqsirləndirilən şəxs sinəsindən yapışıb onu önə və arxaya doğru 2-3 dəfə silkələdiyini, sonra sol çiyin nahiyəsindən 2 yumruq zərbəsi vuraraq niyə düzgün məruzə etmirsən, axşama kimi məruzəni öyrən mənə de dediyini, 09 iyul 2023-cü ildə ad günü olduğunu, baş leytenant Təqsirləndirilən şəxs icazə alaraq qeyd etdiklərini, K.Bəkiyev rabitə xidmətində olduğundan qonaqlıqda iştirak etmədiyini, zastava rəisi Gülüstan kəndində olan yas mərasiminə getdiyini, saat 20-21 radələrində yeyib-içməyi bitirib tort kəsib çay içmək üçün sinif otağına getdiklərini, sinif otağında əylənən zaman, tortu kəsməyə hazırlaşarkən şəxsi heyətə sıra meydanında zastava rəisi tərəfindən düzülüş verildiyini, düzülən zaman baş leytenant Təqsirləndirilən şəxs əsgər K.Bəkiyevi sıranın qarşısına çıxarıb əsgər yoldaşınıza görə düzülmüsüz, pəncərədən tullanıb buna görə düzülüş verilib dediyini, həmin vaxt öyrəndiyinə görə K.Bəkiyevin yeməkxanaya getdiyini, zastava rəisi yas yerindən qayıdanda K.Bəkiyev ona görünməsin deyə pəncərədən tullandığını, amma tullananda zastava rəisinin gördüyünü, onu təhqir etdiyini, buna görə düzülüş verildiyini, sonra baş leytenant Təqsirləndirilən şəxs sıranın qarşısında K.Bəkiyevə nalayiq ifadələr işlədib sizdə qapı yoxdur, pəncərədən evə girib-çıxırsız, valideynlərinə zəng edib deyəcəm belə qanmaz övladınız var, nə qədər danlasam da söz eşitmirsiz, yadına gəlir stulu götürmüşdüm atapleniyaya qısılıb qalmışdın kimi sözlər dediyini, həmin vaxt onun çiynindən tutub silkələdiyini, K.Bəkiyevin başı aşağı dayandığını, pis olduğunu, sonra Təqsirləndirilən şəxs leytenant Şahid1 bir də şəxsi heyət üçün mənə müraciət etmə, tortu da kəsmirsiz, səhər yeməyində şəxsi heyətə verərsiz, şəxsi heyətə yat komandası verdiyini, yataqxanaya gedəndə K.Bəkiyevi rabitə otağında gördüyünü, həmin vaxt o, iki əlini başına qoyub fikirli oturduğunu, həmin vaxt heç kimin gedib ona heç nə demədiyini, yataqxanada bədən baxışı keçirildiyini, sonra “yat” komandası verildiyini, saat təxminən 22:55 radələrində ilk olaraq boğuq səs, sonra qışqırıq səsi eşitdiyini, oyanıb pəncərədən nə olmasına baxan zaman zastava gözətçisi xidmətində olan əsgər Şahid4 əsgər özünü vurdu, özünü vurdu deyə qışqırmasını eşitdiyini, çölə çıxıb səs gələn tərəfə qaçdığını, çatan zaman K.Bəkiyevin meyitinin yerdə olmasını, hərəkət etməməsini, başının təpə hissəsinin dağılaraq beyninin çölə tökülməsini, silahın yerdə olmasını, yerdə mərmi və giliz olmasını gördüyünü, K.Bəkiyevin baş leytenant Təqsirləndirilən şəxs ona qarşı olan münasibətinə görə rabitədən uzaqlaşmaq istədiyini, Təqsirləndirilən şəxs hər şeyə irad tutduğunu, bezdirdiyini, K.Bəkiyevin buna görə rabitəçi çıxmaq istəmədiyini, müraciət etsə də Təqsirləndirilən şəxs ona sən təxribatçısan, qanmazın biri qanmaz, get sənədlərini yaz, xidmətə də çıxacaqsan dediyini, K.Bəkiyevində məcbur qalıb rabitə xidmətinə çıxdığını, 08 iyul 2023-cü ildə, axşam saatlarında əsgər Zərərçəkmiş şəxs1 Kənan rabitə otağına əsəbi gəldi, soruşduq nə olub, Kənan dedi ki, qələm əlimdən yerə düşdü rəis təhqir elədi, peysərimdən şapalaqla vurdu, həmin vaxt Kənan pis olmuşdu, həmin gün Təqsirləndirilən şəxs rabitə çexolları kəsir olduğundan K.Bəkiyevin stulunu götürdüb ayaqüstə saxlatmasını K.Bəkiyevdən eşitdiyini, K.Bəkiyevin saat 06-da xidməti təhvil verməyib, saat 08-də təhvil verdiyini, Təqsirləndirilən şəxs düzülüşdən sonra K.Bəkiyevin yenə stulunu götürdüb onu ayaqüstə xidmət aparmağa məcbur etdiyini, hadisədən sonra rabitə otağına girəndə rabitəçinin oturduğu stulun içəridə olmamasını gördüyünü, Təqsirləndirilən şəxs pəncərədən tullanmasını görüb K.Bəkiyevi təhqir etdiyini, Təqsirləndirilən şəxs əsgərləri sevmədiyini, onlarla kobud davrandığını, zastava rəisi baş leytenant Təqsirləndirilən şəxs bağışlamadığını, ondan şikayətçi olduğunu göstərmişdir. Məhkəmə baxışı iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs5 ifadəsində 2023-cü ilin iyul ayının əvvəllərində müşahidə məntəqəsi xidmətindən qayıtdıqdan sonra silahını təmizləyib silah otağına təhvil verdiyini, sonra yataqxanaya getdiyini, həmin vaxt baş leytenant Təqsirləndirilən şəxs silah otağına girib silahlara baxan zaman təmiz olmadığı üçün onun silahına irad tutduğunu, zastava növbətçisi əsgər Şahid21 zastava rəisinin onu çağırmasını dediyi üçün silah otağına getdiyini, saat 17 radələrində silah otağının qarşısında olan silah təmizlənmə yerində baş leytenant Təqsirləndirilən şəxs xidməti istifadəsində olan silahının təmiz olmamasına görə onun başında olan panama tipli papağından yapışıb bir neçə dəfə başını aşağı çəkərək silkələdiyini, sonra başının təpə nahiyəsindən bir yumruq zərbəsi vurduğunu, Təqsirləndirilən şəxs zastavaya yoxlama tərəfindən “şikayətlər qutusu” gətirərkən həmin qutudan kənarda ağacların altında oturaraq kiminsə qutuya nəsə yazıb atmağına maneçilik törətdiyini, şəxsi heyətə hər şey yaxşı olacaq, tort kəsəciyik, kabab yeyəcəyik kimi sözlər deyərək aldadıb məruzə etməyə qoymadığını, K.Bəkiyev sərhəd xidmətlərinə çıxanda onun yuxu saatlarını kəsdiyini, K.Bəkiyev rabitəçi çıxmaq istəmədiyini, sərhəd xidmətlərinə çıxmaq istədiyini, bu barədə baş leytenant Təqsirləndirilən şəxs da müraciət etdiyini, amma Təqsirləndirilən şəxs ona qanmaz, eşşək, xidmətə çıxacaqsan kimi nalayiq ifadələr işlədib onu məcbur rabitə xidmətinə çıxardığını, 09 iyul 2023-cü ildə əsgər Zərərçəkmiş şəxs4 ad gününü zastavada qeyd etdiklərini, həmin gün saat 18 radələrində sərhəd gözətçisi xidmətinə təyin olunduğundan ad günündə iştirak edə bilmədiyini, saat 22:50-də xidmətdən qayıdan zaman zastava istiqamətindən, “at damı” dedikləri yerin yanından bir atəş səsi, sonra qışqırıq səsi gəldiyini, həmin vaxt nə olmasını bilmədiyini, silah yoxlamanın yanına çatanda nə olmasını öyrənmək üçün fanarı yandırıb ətrafa baxarkən yerdə əsgər Kənan Bəkiyevin hərəkətsiz halda uzanmasını, silahının sağ ayağının yanında olmasını, yerdə mərmi və giliz olmasını gördüyünü, həmin vaxt zastava gözətçisi xidmətində olan əsgər Şahid4 zastavaya tərəf qaçıb qışqıraraq Bəkiyev özünü vurdu dediyini, baxan zaman K.Bəkiyevin çənəsinin altından mərminin girib başının təpə nahiyəsindən çıxmasını, çıxış yerinin böyük ölçülü olmasını, başından qan axmasını, yerin qan olmasını gördüyünü, həmin vaxt şəxsi heyətin silah yoxlamaya tərəf gəldiyini, K.Bəkiyevin meyitinə toxunmadan oradan zastavaya qayıtdığını, bir dəfə əsgər Zərərçəkmiş şəxs3 əsgərlərə su apardığına görə Təqsirləndirilən şəxs onun başından vurmasını dediyini, 2023-cü ilin iyul ayının 9-da K.Bəkiyev ona rabitə çexollarının padsumkanın içərisində qaldığını, onları itirdiyini, Təqsirləndirilən şəxs da rabitə çexolları yerində olmadığına görə stulunu aldığını, onu da 2 saat xidmətdə artıq saxladığını deyərək bu haldan şikayətləndiyini, Təqsirləndirilən şəxs əsgər K.Bəkiyevin qələm əlindən yerə düşdüyünə görə boynunun arxasından şillə ilə vurduğunu, həmin vaxt mətbəxdə yemək yeyən zaman pəncərədən baxarkən çöldə K.Bəkiyevin nəsə apardığını, həmin vaxt K.Bəkiyevin əlində olan əşyanın yerə düşdüyünü, K.Bəkiyevin əyilib qələmi götürmək istəyəndə Təqsirləndirilən şəxs şillə ilə onun başının arxasından vurmasını gördüyünü, zastava rəisi baş leytenant Təqsirləndirilən şəxs bağışlamadığını, ondan şikayətçi olduğunu göstərmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X19 ifadəsində oğlu Kənanın 03 aprel 2023-cü ildə əsgərliyə aparıldığını, Naxçıvan şəhərində yerləşən Sərhəd Qoşunlarına göndərildiyini, ilk olaraq 3 ay Sərhəd Qoşunlarında “gənc əsgər” kursu keçdiyini, Əri Seymurun xəstəliyi ilə bağlı təyyarə ilə səyahət etməsi mümkün olmadığından onun yanına gedə bilmədiyini, mobil telefonla danışdığını, çox vaxt onunla, dostu Eltunla danışdığını, danışanda ondan xidmətin necə keçdiyini soruşduğunu, Kənanın hər dəfə hər şeyin yaxşı olduğunu deyib razılıq etdiyini, “Gənc əsgər” kursunda olan zaman Kənana bir neçə dəfə pul göndərdiyini, pulu Naxçıvan şəhərində olan tanışlarına göndərdiyini, onların aparıb verdiyini, Kənanın pul çatanda xəbər etdiyini, göndərdiyi pulların tam şəkildə ona çatdığını, “Gənc əsgər” kursunu bitirdikdən sonra 07 iyun 2023-cü ildə Kənanın xidməti yerinin dəyişdirildiyini, onun Culfa rayonu, Gülüstan kəndi yaxınlığında yerləşən 18 saylı sərhəd zastavasına verildiyini, Kənan zastavaya veriləndən sonra da ilk başlarda orada olan xidmətdən şikayətlənmədiyini, amma sonradan şikayət etməyə başladığını, Kənan rabitə xidmətinə keçəndən sonra şikayət etdiyini, danışan zaman mən rabitəyə çıxmaq istəmirəm, mən postlara çıxmaq istəyirəm, 10 kilometr ərazidə xidmətə çıxaram, rabitədə olmaq istəmirəm deyə bildirdiyini, sonuncu dəfə Kənanla hadisədən 2-3 gün qabaq danışdığını, danışan zaman Kənan ona bu komandir, Tofiq məni çox əsəbləşdirir, bunu gülləliyəcəm, məni xidmətdə bezdirir dediyini, Tofiq onu rabitə xidmətində bezdirdiyi üçün Kənanın rabitəçi olmaq istəmədiyini, ona Kənan elə etmə, demə, bir yolu tapılar deyə bildirdiyini, Kənan atası ilə də danışdığını, ona da eyni qaydada şikayət etdiyini, əri Seymura Tofiq məni çox incidir, bezdirir, Allah axırını xeyr eləsin dediyini, Təqsirləndirilən şəxs başqa heç kimdən şikayətlənmədiyini, Kənan Tofiq bizi bezdirib, məndən başqa digərlərini də incidib, istirahətsiz işlədir, səngər qazdırır dediyini, onun əlindən bezdiyini, Tofiqin onu çox sıxışdırdığını dediyini, ona səbrli olmasını, xidmətdə belə halların olduğunu dediklərini, Kənan 18-ci sərhəd zastavasında xidmət etməyə başladıqdan sonra onun problemləri başladığını, xidmətdə olduğu müddətdə Kənana bir neçə dəfə içərisində şampun, sabun, corab, üzqırxan və.s kimi ləvazimatlar olan bağlama, həm də 50 manat və yuxarı məbləğdə pul göndərdiklərini, 18-ci zastavaya veriləndən sonra da bir dəfə, 22 iyun 2023cü ildə, saat 14 radələrində orada xidmət edən gizir Sahil Quliyevin 4169-7388-3185-2649 nömrəli bankomat kartına əri Seymurun 50 manat pul göndərdiyini, həmin vaxt S.Quliyevin Kənan bir neçə şey tapşırıb, ləvazimat, yemək, şirniyyat, su istəyir, ancaq özümdə pul yoxdur, kartıma 50 manat pul atın alıb verim dediyini, ancaq o, pulu həmin gün yox, bir neçə gün sonra Kənana verdiyini, Kənan zəng edən zaman ata pul çatıb, hər şey çatıb, ancaq mən demədən heç vaxt heç kimə pul atmayın dediyini, S.Quliyevin pulu aparıb verməyi yubatdığını, sonra Kənan danışan zaman pul da çatıb, digərləri də dediyini, Kənanın yeməyə, pul xərcləməyə meyilli, yemək yeməyi xoşlayan, pulu çox xərcləyən biri olduğunu, hər dəfə ona pul göndərəndə pulun çatıb-çatmamasını soruşduqda Kənan çatmasını bildirdiyini, Kənanla gizir S.Quliyevin, digər komandir heyətinin mobil nömrələri ilə danışdığını, bir dəfə S.Quliyevin mobil nömrəsinə 25 manat kontur da vurulduğunu, Kənan onun mobil telefonu ilə danışdığı üçün kontur yükləndiyini, bundan başqa digər vaxtlarda da bir çox halda Kənana 20-30-50 manat arası pul göndərildiyini, hər dəfə Kənan pul istədikdə ona pul göndərildiyini, pulu Zaur adlı tanışlarının aparıb verdiyini, Kənanın pulu başqa kiməsə verməsini, kiminsə ondan pul istəməsini, tələb etməsini, pul almaq üçün onu hədələməsini demədiyini, 09 iyul 2023-cü ildə saat 23:15 radələrində Kənanın xidmət etdiyi Diviziyadan zəng vurularaq Kənan sevgilisi ilə dalaşıb, cibindən məktub çıxıb, odlu silahdan atəş açıb, vəziyyəti çox ağırdır, durun gəlin deyildiyini, həmin vaxt dərhal Kənanın sevdiyi qız Mehriban Məmmədovaya zəng edib onun nə vaxt Kənanla danışmasını soruşduğunu, Mehriban ona 3-4 gün olar Kənanla danışdığını, çox yaxşı danışdıqlarını, problem olmadığını dediyini, dərhal əri X25 getdiyini, Hava Limanında olan zaman yaxın qohumları, dayısı oğlu Emilin, Seymurun xalası oğlu Telmanın gəldiyini, onların Naxçıvan şəhərinə getdiklərini, 10 iyul 2023-cü ildə, saat 15 radələrində Kənanın nəşinin gətirildiyini, həmin vaxt Kənanın rəhmətə getməsini bildiyini, gətiriləndən sonra Kənan əsgər yoldaşının silahını aldadıb alıb çənəsinin altından özünü vurub, başından çıxıb deyildiyini, yas mərasimi keçirilən zaman Sahil Quliyevlə və sonra Təqsirləndirilən şəxsla danışdıqlarını, S.Quliyev onlara nə edirsiz edin Tofiqdən yapışın, nə edibsə o edib, pəncərədən tullananda Kənanı tutub onu təhqir edib, ad günü olan gün olub, pəncərədən tullandığına görə ad gününü ləğv etdirib, Kənanı cərgənin qabağında təhqir edib, zor tətbiq edib dediyini, Təqsirləndirilən şəxs isə danışanda Sahil axırıncı dəfə Kənanı görüb, nə deyibsə Sahil ona deyib, sonra belə hadisə olub dediyini, S.Quliyevdən sən Kənanla söhbət edəndən sonra o gedib özünə nəsə edib? deyə soruşduqda o, mən həmin vaxt heç Kənanın yanına getməmişəm dediyini, sonradan Təqsirləndirilən şəxs oğlu Kənana qarşı etdiyi qanunsuz hərəkətlərə görə cəzalanmasını, həbs olunmasını eşitdiyini, Təqsirləndirilən şəxs Kənanı 08 iyul və 09 iyul 2023-cü ildə vurduğunu, söydüyünü, pəncərədən tullandığına görə sıranın qarşısında təhqir etdiyini, alçaltdığını, oğlu Kənanın ölməsində günahları olduğuna görə Tofiqdən şikayətçi olduğunu, onun oğlunun ölümündə əli olduğundan cəzalandırılmasını xahiş etdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş leytenant Şahid1 ifadəsində Zərərçəkmiş şəxs4 iyul ayının 9-da ad günü oluduğunu, bununla əlaqədar zastava rəisi baş leytenant Təqsirləndirilən şəxs yaxınlaşıb ad günü ilə bağlı müraciət etdiyini, həmin ayın 9-u şəxsi heyət lazım olan ərzaqla təmin olunduğunu, iyul ayının 9-da ad gününə başladıqlarını, həmin gün axşam zastava rəisi kəndə yasa getdiyini, onlarında ad günü keçirdiklərini, həmin vaxt rəhmətlik X20 rabitə növbətçisi olduğunu, kiçik çavuş Hasanovunda zastava növbətçisi olduğunu, digər əsgərlərin ad günündə iştirak etdiklərini, rəhmətlik Bəkiyev Kənan rabitə növbətçisi olduğundan yemək yemədiyini, sonra tort kəsmək üçün sinif otağına keçdiklərini, bu zaman zastava rəisinin içəri daxil olduğunu, daxil olan zaman ona göstəriş verdiyini, X34 pəncərədən qabağına tullandığını, ona şəxsiyyəti sıra meydanında düzülməsi barədə göstəriş verdiyini, onun da şəxsiyyəti sıra meydanında düzdüyünü, Təqsirləndirilən şəxs sıranın qabağına çıxdığını, əsgər Kənan Bəkiyevi yanına çağırdığını, ona “Sən düzəlməyəsən belə eləyəsən” nalayiq ifadələr işlədərək “sənin atan, anan evə pəncərədən girir” dediyini, sonra ona göstəriş verərək “birdə məndən şəxsi heyətin xahişin eləmə” dediyini, sonra şəxsiyyətə yat komandası verdiyini, sonra onun rəhmətlik K.Bəkiyevin ayaq üstə rabitə xidmətində olduğunu gördüyünü, stulların orada olmadığını, stulların rabitə otağından götürüldüyünü, sonra Təqsirləndirilən şəxs otağına getdiyini, orada olarkən boğuq səs gəldiyini, zastava rəisinin otağından çıxıb yataqxananın qarşısına getdiyini, həmin vaxt zastava gözətçisi Şahid4 at damının yanında əsgər özünü vurdu deyə qışqırdığını, oraya getdiyini, əsgər K.Bəkiyevin silah-doldurub boşaltma yerinin qarşısında özünə atəş açıb öldürdüyünü, arxası üstə yerə uzandığını, işıq salıb baxdıqda çənəsinin altından atəş açıb başının təpə nahiyəsindən çıxmasını gördüyünü, baş hissəsi qana bulaşdığını, hərəkətsiz halda durduğunu göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş MAHHXHQ çavuş Şahid2 ifadəsində 08 iyul 2023-cü ildə baş leytenant Təqsirləndirilən şəxs, 09 iyul 2023-cü ildə isə özü zastava üzrə cavabdeh olduğunu, 09 iyul 2023-cü ildə zastavada əsgər Zərərçəkmiş şəxs4 ad günü qeyd olunduğunu, yeyib-içmək bitdikdən sonra şəxsi heyətin sinif otağına getdiyini, rabitə otağına getdikdən sonra rabitə xidmətində olan əsgər K.Bəkiyev ona icazə verin gedim yemək yeyim, mənə çatmadı, getdim kabab hazır deyildi dedikdə ona get yeməyini ye gəl, mən xidməti otağımdayam, rabitə məndədir, zəng gəlsə cavab verəcəm deyə bildirdiyini, K.Bəkiyev çıxıb yeməkxanaya getdikdən bir neçə dəqiqə sonra zastava gözətçisi əsgər Yusif Quliyev zastava rəisinin gəlməsi barədə məlumat verdiyini, üzərində rabitə vasitəsi olan K.Bəkiyevin də bu məlumatdan xəbəri olduğunu, sonradan zastava rəisinə görünməmək üçün K.Bəkiyevin pəncərədən tullanmasını, zastava rəisinin bunu görüb düzülüş verməsini eşitdiyini, şəxsi heyətin sıra meydanında düzüldüyünü, leytenant Şahid1 başqa zabit-gizir-MAHHXHQ heyətini baş leytenant Təqsirləndirilən şəxs sıraya qoymadığını, rabitə otağında oturub rabitəçini əvəz edərkən pəncərədən baxaraq Təqsirləndirilən şəxs əsgər K.Bəkiyevi sıranın qabağına çıxarmasını gördüyünü, sonra düzülüş dağılaraq şəxsi heyətə “yat” komandası verildiyini, Təqsirləndirilən şəxs yataqxanaya girib “yat” komandası verib çıxandan sonra onu foyedə görüb rabitəçi stulunu götürüb qoysun sinif otağına, ayaqüstə xidmət aparsın dediyini, rabitə otağına gəlib K.Bəkiyevə rəis deyir ki, rabitəçi oturduğu stulu götürsün sinif otağına qoysun, ayaqüstə xidmət aparsın dediyini, K.Bəkiyev heç nə deməyib, stulu götürüb aparıb sinif otağına qoyub ayaqüstə xidmət etməyə başladığını, sonra yeməkxanaya getdiyini, yeməkxanada gizir Sahil Quliyev, əsgərlər Şahid16, Şahid13 və Şahid12 oturduğunu, yemək yedikləri vaxt atəş səsi eşitdiyini, yeməkxanadan çıxıb zastava binasına qaçan zaman baş leytenant Təqsirləndirilən şəxsla leytenant Şahid1 silah doldurub-boşaltma yerinə tərəf qaçmalarını görüb həmin istiqamətə getdiyini, silah yoxlama yerinə çatan zaman əsgər Kənan Bəkiyevin yerə uzanmış halda olmasını, başının təpə hissəsinin qanamasını gördüyünü, Kənan Bəkiyevin rabitə xidmətinə çıxmaq istəmədiyini, bu barədə zastava rəisinə desə də zastava rəisi onu azad etməyərək rabitə xidmətinə çıxardığını göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş MAHHXHQ baş çavuş Şahid3 ifadəsində 09 iyul 2023-cü ildə zastava rəisi baş leytenant Təqsirləndirilən şəxsla birlikdə Gülüstan kəndinə yas mərasiminə getdiyini, “yat” komandasına az qalmış yas mərasimindən zastavaya qayıtdığını, yeməkxananın yanından keçib zastavanın qarşısına keçəndə əsgər Kənan Bəkiyev pəncərədən tullanıb onların qabağına düşdüyünü, leytenant Şahid1 gəlib zastava rəisini qarşılamasını demək üçün qabaqda getdiyini, həmin vaxt Təqsirləndirilən şəxs K.Bəkiyevə hirslənib onun üstünə qışqıra-qışqıra alçaq, şərəfsiz kimi nalayiq ifadələr işlətdiyini, Təqsirləndirilən şəxs onun üstünə gedən zaman onların yanından aralanıb zastava binasının içərisinə getdiyini, Təqsirləndirilən şəxs toplanış komandası verdiyini, şəxsi heyətin sıra meydanında düzüldüyünü, gizir Sahil Quliyevlə əsgər Şahid12 tərəvəz anbarı tərəfdə kabab bişirdiklərindən onların yanına getdiyini, sıra dağılandan sonra Təqsirləndirilən şəxs onu çağırıb get leytenant Ağayevə kömək et, bədən baxışı keçirin, şəxsi heyət yatsın dediyini, bədən baxışı keçirmək üçün yataqxanaya gedəndə rabitə otağında stul olmamasını, K.Bəkiyevin ayaqüstə durmasını, həmin vaxt K.Bəkiyevin qanıqara, həvsələsiz, bikef halda olmasını gördüyünü, yataqxanaya gedərək şəxsi heyətlə söhbət edib, bədən baxışı keçirtdiyini, zastava rəisi Təqsirləndirilən şəxs xidməti otağına gedib ona gəl gedək yemək yeyək dedikdə Təqsirləndirilən şəxs hövsələm yoxdur, yemirəm dediyini, heç nə demədən yeməkxanaya getdiyini, yeməkxanada gizir Sahil Quliyev, əsgər Şahid12lə birlikdə oturub yemək yediklərini, yeməyini yeyib çölə çıxıb subaylar yataqxanasına getdiyini, təxminən 5 dəqiqə sonra gizir Sahil Quliyev də gəldiyini, onunla otaqda oturub söhbət edərkən, təxminən 15-20 dəqiqə sonra aşbaz Zərərçəkmiş şəxs2 otağa gəlib əsgər Bəkiyev özünü vurdu dediyini, dərhal otaqdan çıxıb zastava binasına qaçdığını, zastavanın qarşısında şəxsi heyətin çöldə olmasını görüb hadisənin baş verdiyi silah yoxlamaya tərəf getdiyini, oraya gedən zaman K.Bəkiyevin çənəsinin altından özünü vurmasını, mərminin başından çıxmasını, yerdə mərmi və giliz olmasını, silahın ayağının yanında yerdə olmasını, onun hərəkətsiz vəziyyətdə olmasını görüb ölməsini bildiyini, sonra zastavanın qarşısına gəlib şəxsi heyəti bir yerə yığıb söhbət edərək onları sakitləşdirdiyini, hadisədən sonra əsgər Şahid4 Bəkiyev gəlib mənə dedi ki, rəis silahla daraqları, padsumkanı istəyir, mən də ona verdim” dediyini, K.Bəkiyev onu aldadıb silahı aldığını, Kənan Bəkiyev rabitə xidmətinə çıxmaq istəmədiyini, bunu yaxınlaşıb Təqsirləndirilən şəxs desə də onu rabitə xidmətinə çıxardığını, 09 iyul 2023-cü ildə zastavaya gələndə xidməti təhvil verməli olan əsgərlərin hələ də xidmətdə olmalarını gördüyünü, soruşan zaman zastava rəisi iki saat artıq xidmət verib deyildiyini, sonradan K.Bəkiyevin rabitə çexolları kəsir olduğundan artıq xidmətdə qalmasını, ayaqüstə xidmət aparmasını eşitdiyini, hadisədən sonra pəncərədən tullandığı üçün Təqsirləndirilən şəxs K.Bəkiyevi təhqir edəndən sonra çiynindən tutub silkələməsini, sırada ona təhqir edici ifadələr işlədib, çiynindən tutub silkələməsini eşitdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş əsgər Şahid4 ifadəsində 09 iyun 2023-cü ildə, saat 20:45-dən saat 00:45-dək zastava gözətçisi xidmətinə təyin olunduğunu, xidmətə çıxmamışdan əvvəl ona təhkim olunmuş “AK-74” markalı, “1232672” nömrəli avtomat silah, içərisində 1 ədədi təlim, 29 ədədi dolu mərmi olan 2 ədəd daraq, rabitə vasitəsi, sursat çantası, fərdi sarğı paketi götürdüyünü, daraqların üzərində ştat nömrəsi olan “26” rəqəmi kağıza yazılıb yapışdırıldığını, daraqlar və fərdi-sarğı paketi sursat çantasının içərisinə qoyulduğunu, xidmət zamanı daraqları silaha birləşdirmədiyini, daraqlar sursat çantasında saxlanıldığını, xidmətini zastava ərazisi ilə sərhəd zolağı arasında olan ərazidə keçirməyə başladığını, xidməti yerinə zastavanın xidməti heyvanlarının saxlanıldığı yerin yanında olan qapıdan çıxıb getdiyini, xidmətə tək çıxdığını, həmin qapının yanında silah doldurub-boşaltma yeri olduğunu, saat 22:50 radələrində giriş qapısından 35-40 metr aralıda, “odunluq” dedikləri yerin yaxınlığında, asfalt yolun üzərində olarkən K.Bəkiyev ona yaxınlaşıb rəis deyir ki, silahla padsumkanı, daraqları versin dediyini, ona “bəs mən nə edim” deyə soruşduqda Bəkiyev də “rəis deyib, mənlik birşey yoxdur” dediyini, K.Bəkiyev rəisin tapşırığıdır, ver ərazini işıqlandır gəz dediyini, bu səbəbdən “AK-74” markalı, “1232672” nömrəli avtomat silahını, içərisində fərdi-sarğı paketi və 2 ədəd dolu daraq olan sursat çantasını, rabitə vasitəsini çıxarıb ona verdiyini, K.Bəkiyev silahı yoxlayacam, sonra gedəcəm deyib silah doldurub-boşaltma yerinin yanına getdiyini, ərazini işıqlandırıb xidmətini davam etdirdiyini, saat 22:55 radələrində Bəkiyevin getdiyi tərəfdən bir dəfə silahı doldurub-boşaltma səsi eşitdiyini, daha sonra ikinci dəfə həmin səsi eşitdikdə ona tərəf dönüb baxanda gördüm ki, K.Bəkiyev özünü vurmasını və arxası üstə yerə yıxılmasını gördüyünü, qaçıb zastavaya gələrək Bəkiyev özünü vurdu, gəlin deyə qışqırdığını, baş leytenant Təqsirləndirilən şəxs və əsgərlərin gəldiyini, əsgərləri zastava binasına göndərdiklərini, əsgər Kənan Bəkiyevin istirahət vaxtının kəsildiyini, baş leytenant Təqsirləndirilən şəxs onlarla çox pis davrandığını, şəxsi heyətlə acı danışdığını, yaxşı rəftar etmədiyini, 09 iyun 2023-cü ildə əsgər Zərərçəkmiş şəxs4 ad günü keçirildiyini, K.Bəkiyev rabitə növbətçisi olduğundan qonaqlıqda iştirak etmədiyini, hadisədən sonra K.Bəkiyevin cibindən “atam anam məni bağışlayın, bu insan məni bezdirib, haqqınızı halal edin” kimi sözlər yazılmış məktub çıxdığını, Kənan Bəkiyev rabitə növbətçisi təyin olunduqdan sonra əsgər yoldaşlarına rabitəçi olmaq istəməməsini dəfələrlə bildirdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş əsgər Şahid5 Davgeldivic oğlu ifadəsində 09 iyul 2023-cü ildə əsgər Zərərçəkmiş şəxs4 ad günü ilə əlaqədar olaraq zastavada qonaqlıq olduğunu, qonaqlıq zamanı yemək yeyildiyini, sonra samovarda çay hazırladığını, tort kəsilməsi ilə bağlı əsgərlərin sinif otağına getdiyini, sonra düzülüş verildiyini, həmin vaxt Təqsirləndirilən şəxs əsgər K.Bəkiyevi sıranın qarşısına çıxarıb üstünə qışqırdığını, onun çiynindən tutub möhkəm silkələdiyini, ona sənə belə tərbiyə veriblər, valideynlərinə zəng edib nə deyim mən, sizdə qapı yoxdu ki, pəncərədən tullanırsan dediyini, sonra “yat” komandası verildiyini, yatandan 40 dəqiqə sonra qışqırıq səsinə oyandığını, çölə çıxan zaman əsgər K.Bəkiyevin özünü öldürməsi deyildiyini, əsgərin özünü vurduğu yerə getmədiyini, əsgər yoldaşları K.Bəkiyevin çənəsinin altından atəş açıb özünü vurmasını dediyini, Təqsirləndirilən şəxs K.Bəkiyevin stulunu götürdüb, səhərə kimi ona ayaqüstə xidmət apartdırdığını, Təqsirləndirilən şəxs əsgərləri çox sıxdığını, incitdiyini, tez-tez danladığını, özünü şah, onları isə nökərləri kimi gördüyünü göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş əsgər Şahid6 ifadəsində 09 iyul 2023-cü ildə əsgər Zərərçəkmiş şəxs4 ad günü tədbiri keçirildiyini, zastava ərazisində, qarajların qarşısında, ağaclıqda stollar düzüldüyünü və qonaqlıq keçirildiyini, qonaqlıq bitdikdən sonra tort kəsib çay içmək üçün sinif otağına getdiklərini, bir qədər sonra zastavanın şəxsi heyətinə zastava rəisi baş leytenant Təqsirləndirilən şəxs tərəfindən düzülüş verildiyini, düzülüş yerinə gedən zaman zastava rəisi Təqsirləndirilən şəxs yas yerindən zastavaya qayıdanda əsgər K.Bəkiyevin pəncərədən tullanmasını görməsini, buna görə düzülüş verilməsini öyrəndiyini, düzülüş zamanı Təqsirləndirilən şəxs əsgər K.Bəkiyevi sıranın qarşısına çıxarıb çiynindən tutub silkələyərək ona sən bu qədər harınlamısan, bu qədər qudurmusan ki, pəncərədən tullanırsan, yəqin sizin evinizdə anan, atan, valideynlərin pəncərədən tullanır ki, sən də burda pəncərədən tullanırsan dedikdə K.Bəkiyev bu sözə etiraz edib yox dediyini, həmin vaxt K.Bəkiyev sıranın qarşısında pis olduğunu, başı aşağı dayandığını, sonra Təqsirləndirilən şəxs qanmazsan, sizə bir şeyi dəfələrlə başa salmaq lazımdır dediyini, həmin vaxt K.Bəkiyevə qarşı nalayiq ifadələr işlətdiyini, sonra Təqsirləndirilən şəxs cavabdeh MAHHXHQ çavuş Şahid2 hamısına “yat” komandası ver, ad günü keçirilməsin, tort kəsilməsin, tortu tullayın desə də tortun atılmadığını, sıra ilə yataqxanaya gedərək bədən baxışı keçirildiyini, həmin vaxtlarda Təqsirləndirilən şəxs cavabdeh MAHHXHQ çavuş Şahid2 Bəkiyevin stulunu götürün stulsuz xidmət aparsın dediyini, K.Bəkiyevin əvvəlki gün də gecə xidmətdə olan zaman stulsuz xidmət apardığını, xidmətdə artıq qaldığını, saat 06-da yox, saat 08-də xidməti təhvil verdiyini, “yat” komandası veriləndən bir qədər sonra, saat 22:55 radələrində gurultu səsi eşitdiyini, nə olmasını bilmək üçün pəncərədən baxan zaman təxminən 1-2 dəqiqə sonra zastava gözətçisi əsgər Şahid4 qışqıraraq əsgər özünü vurdu dediyini, çölə çıxaraq silah yoxlamanın yanına getdiyini, çatan zaman K.Bəkiyevin yerdə uzanmış halda, baş, çiyin tərəflərində qan, başında yara olmasını, beyninin çölə tökülməsini, silahın sağ ayağının yanında olmasını gördüyünü, sonra zastava binasına qayıtdığını, sonradan K.Bəkiyevin cibindən məktub çıxdığını, məktubda “Anam atam məni bağışlayın, mən bu insanla bacara bilmirdim” kimi sözlər yazıldığını, K.Bəkiyevin rabitəçi çıxmaq istəmədiyini, ona rabitəni öyrətdikdən sonra K.Bəkiyev mən rabitəçi çıxmaq istəmirəm dediyini, bu barədə Təqsirləndirilən şəxs dedikdə o, olmaz, öyrət rabitəçi çıxsın dediyini, sonra K.Bəkiyevin özü gedib rabitəçi çıxmaq istəməməsini desə də Təqsirləndirilən şəxs razı olmadığını, onu rabitəyə çıxardığını, Təqsirləndirilən şəxs əsgər K.Bəkiyev rabitəçi çıxanda ona tez-tez xidməti işlər tapşırdığını, hər səhvinə görə irad tutduğunu, xidmətini tez-tez yoxladığını, K.Bəkiyev də bundan bezib rabitədən uzaqlaşmaq istədiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş əsgər Şahid7 ifadəsində 09 iyul 2023-cü ildə əsgər yoldaşı Zərərçəkmiş şəxs4 ad günü tədbiri keçirildiyini, yemək yeyildikdən sonra tort kəsib çay içmək üçün sinif otağına getdiklərini, sinif otağında əyləndikdən bir qədər sonra şəxsi heyətə “toplanış” komandası verildiyini, sıra meydanında düzülən zaman baş leytenant Təqsirləndirilən şəxs əsgər K.Bəkiyevi sıranın qarşısına çıxartdığını, həmin vaxt K.Bəkiyevin yeməkxanaya getməsini, zastava rəisi gələndə K.Bəkiyev ona görünməmək üçün pəncərədən tullananda Təqsirləndirilən şəxs onu görməsini öyrəndiyini, sıranın qarşısında Təqsirləndirilən şəxs əsgər K.Bəkiyevin çiynindən tutub silkələyərək ona sizin evdə qapı yoxdu, pəncərədən keçib gedirlər, ay qanmaz, ay şəxsiyyətsiz, valideynlərinə deyim belə qanmaz övlad yetişdirmisiz dediyini, K.Bəkiyevin pis olduğunu, sonra leytenant Şahid1 tort kəsilmir, hamı gedir yatmağa, bir də bunlardan ötrü mənə heç nə demə dediyini, yataqxanada bədən baxışı keçirildikdən sonra “yat” komandası verildiyini, “yat” komandasından bir müddət keçəndən sonra, saat 22:55 radələrində boğuq atəş səsi eşitdiyini, sonra zastava ərazisindən qışqırıq səsləri gəldiyini, Bəkiyev özünü vurdu deyildiyini, dərhal çölə çıxıb səsin gəldiyi silah doldurub-boşaltma yerinə tərəf getdiyini, çatan zaman K.Bəkiyevin silah yoxlamanın qarşısında yerə uzanmasını, hərəkət etməməsini, başının təpə hissəsində böyük açılmış yara olmasını, başının ətrafının qan olmasını gördüyünü, K.Bəkiyev özünü çənəsinin altından atəş açıb vurduğunu, özünü öldürməmişdən qabaq ailəsinə məktub yazıb cibinə qoyduğunu, K.Bəkiyev “AK-74” markalı silahla özünü vurduğunu, silahı zastava gözətçisi əsgər Şahid4 aldığını, K.Bəkiyev silah yoxlamadan bir qədər aralıda, dəmiryoluna yaxın yerdə xidmət aparan zastava gözətçisi əsgər Şahid4 gedib silahı-sursatı rəis istəyir, deyir versin, fanarla xidmət aparsın deyib aldadaraq silahı ondan aldığını, K.Bəkiyev rabitəçi çıxmaq istəmədiyini, ancaq baş leytenant Təqsirləndirilən şəxs onu rabitəçi çıxardığını, baş leytenant Təqsirləndirilən şəxs zastava rəisi təyin olunandan sonra şəxsi heyətlə bərabər K.Bəkiyevin də istirahət vaxtını kəsdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş əsgər Şahid11 ifadəsində K.Bəkiyev ilk vaxtlar sərhəd xidmətlərinə çıxarıldığını, sonradan daxili xidmət olan rabitə xidmətinə çıxmağa başladığını, ancaq rabitə xidmətinə çıxdıqdan sonra həmin xidmətə çıxmaq istəməməsini, rabitədə sıxılıram, oturaq xidmətdir, sərhəd xidmətlərinə, sahəyə çıxmaq istəyirəm dediyini, bununla bağlı baş leytenant Təqsirləndirilən şəxs da müraciət etdiyini, Təqsirləndirilən şəxs səni rabitəçi təyin etmişəm, rabitəyə də çıxarsan dediyini, 09 iyul 2023-cü ildə axşam saatlarında əsgər Zərərçəkmiş şəxs4 ad günü qeyd edildiyini, ad günü yeyib-içməyindən sonra şəxsi heyət tort kəsilməsi üçün sinif otağına getdiyini, K.Bəkiyev rabitəçi olduğundan qonaqlıqda tam iştirak etmədiyini, həmin vaxt zastava rəisi Təqsirləndirilən şəxs zastavada olmadığını, Gülüstan kəndinə yas mərasiminə getdiyini, sinif otağında olan zaman zastavaya “toplanış” komandası verildiyini, komandanı zastava rəisi verdiyini, hər kəs gedib sıra meydanında düzüldüyünü, düzülən zaman K.Bəkiyevin mətbəxin pəncərəsindən tullanması, zastava rəisinin bunu görməsi, buna görə düzülüş verilməsi deyildiyini, düzülüş zamanı baş leytenant Təqsirləndirilən şəxs əsgər Kənan Bəkiyevi sıranın qarşısına çıxarıb ona pəncərədən niyə tullanırdın, neçə dəfə deyək sənə, ali təhsillisən, sizin evdə qapı yoxdu ki, pəncərədən tullanırsan, ay əclaf, ay qanmaz, nə edək valideynlərinə zəng edib deyək ki, bu dəlini niyə göndəribsiz üstümüzə dediyini, düzülüşdən sonra K.Bəkiyevin əhvalı korlandığını, sonra Təqsirləndirilən şəxs “yat” komandası verilsin, tort kəsilməyəcək, ad günü ləğv olunsun dediyini, bundan sonra xidmətə çıxanlardan başqa hamının yataqxanaya getdiyini, bir qədər sonra, yatan zaman qışqırıq səsinə oyandığını, çöldən qışqırıq səsi gəldiyindən çıxıb baxan zaman baş leytenant Təqsirləndirilən şəxs silah yoxlamanın yanına qaçdığını gördüyünü, silah yoxlamanın yanına gedib-qayıdanlar Bəkiyev özünü vurub, başı açılıb, ölüb dediklərini, buna görə qorxub oraya getmədiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş əsgər Şahid12 ifadəsində 09 iyul 2023-cü ildə zastavada əsgər Zərərçəkmiş şəxs4 ad günü tədbiri keçirildiyini, axşam saatlarında boksların yanında stolları düzüb qonaqlığa başladıqlarını, kabab bişirməyi bacardığı üçün tərəvəz anbarının qarşısında gizir Sahil Quliyevlə birlikdə kabab bişirdiyini, Kənan Bəkiyev rabitəçi olduğundan qonaqlıqda iştirak etmədiyini, bir ara gəlib ondan kabab hazırdı ya yox deyə soruşduğunu, ona yarım saata hazır olar gələrsən dediyini, K.Bəkiyev çıxıb getdiyini, sonra gəlmədiyini, əsgərlər yeyib sinif otağına getdiklərini, orada tort kəsib çay içiləcəyini, bir ara yeməkxanaya gedib boşqab götürən zaman Kənan Bəkiyev yeməkxanaya gəlib mətbəxə keçdiyini, boşqabı götürüb kabab bişirdiyi yerə getdiyini, həmin vaxt zastava rəisinin gəlməsi barədə məlumat verildiyini, bir qədər sonra zastavaya düzülüş komandası verildiyini, kabab bişirdiyi üçün sıraya getmədiyini, şəxsi heyətin sıra meydanında düzülməsini gördüyünü, bir qədər sonra sıranın dağıldığını, şəxsi heyətin yataqxanaya getdiyini, bişmiş kababları götürüb yeməkxanaya getdiyini, sonra yataqxanaya gedib Şahid22la Kənan Bəkiyevi yeməyə çağırdığını, zastava rəisinə bunlar yemək yeməyib dediyini, o, gedib yesinlər dedikdə kiçik çavuş Şahid22la yeməkxanaya qayıtdığını, K.Bəkiyevin gəlmədiyini, otaqda ayaqüstə fikirli halda gəzdiyini, ona deyən zaman sonra gələcəyini bildirdiyini, həmin vaxt yeməkxanada əsgərlər Şahid16, Şahid13, gizir Sahil Quliyev və Sadiq Eyvazov yemək yediklərini, gizir S.Quliyevlə Şahid3 yeməkxanadan çıxıb getdiyini, təxminən 10-15 dəqiqə sonra qışqırıq səsi eşitdiyini, çölə çıxıb nə olmasına baxan zaman əsgər Şahid4 bura gəlin, özünü vurdu deməsini eşidib qaçaraq silah yoxlama tərəfə getdiyini, çatan zaman Şahid4 nə olmasını soruşduqda o, əli ilə silah yoxlamanı göstərərək baxmasını bildirdiyini, gedib silah yoxlamanın yanına baxanda K.Bəkiyevin yerə uzanmasını, hərəkətsiz vəziyyətdə olmasını, başından qan axmasını, təpəsindən beyninin çıxıb çölə tökülməsini, çənəsinin altından da qan axmasını gördüyünü, silahın yerdə olduğunu, sonra sinif otağına qayıtdığını, sinif otağında olan zaman əsgərlərin söhbətlərindən yeməkxanada olanda K.Bəkiyevin rabitəyə zəng gəldiyindən, həm də zastava rəisi görməsin deyə pəncərədən tullanıb qaçmaq istəyəndə zastava rəisinin qarşısına düşməsini, zastava rəisinin bunu görüb düzülüş verməsini, düzülüşdə K.Bəkiyevi sıranın qarşısına çıxarıb təhqiredici sözlər deməsini eşitdiyini, Kənan Bəkiyev təyin olunduğu rabitə xidmətinə çıxmaq istəmədiyini, bunu zastava rəisinə desə də Təqsirləndirilən şəxs K.Bəkiyevi məcbur edib rabitəçi çıxardığını, Təqsirləndirilən şəxs şəxsi heyətin istirahət vaxtını kəsdiyini, 19 iyun 2023-cü il tarixdə, saat 08:00-dan saat 12:00-dək zastava gözətçisi xidmətinə təyin olunduğunu, xidmətdən qayıtdıqdan sonra Təqsirləndirilən şəxs əsgərlər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 vurmasını eşitdiyini, əsgər Zərərçəkmiş şəxs2 məni çağırdı yanına bir dənə suya görə butulka ilə başımdan vurdu dediyini, hadisədən əvvəl Təqsirləndirilən şəxs əsgər K.Bəkiyevi vurmasını bildiyini, Zərərçəkmiş şəxs1 ona K.Bəkiyev zastava rəisinin yanında rabitə otağına qayıdandan sonra əsəbi halda idi, nə olmasını soruşanda dedi ki, qələm əlimdən yerə düşdü, zastava rəisi boynumun arxasından şapalaqla vurdu dediyini, Zərərçəkmiş şəxs1 K.Bəkiyevdən xidməti təhvil alandan sonra ona zastava rəisi rabitənin təzə kabroları yerində olmadığına görə irad tutub, K.Bəkiyev silah otağına girib, onu gəlib tutub, rabitə otağı boş qalıb, bunlara görə onun stulunu götürüb ayaqüstə saxladıb dediyini, Təqsirləndirilən şəxs K.Bəkiyevin xidməti təhvil vermə vaxtını iki saat uzatdığını göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş əsgər Şahid13 ifadəsində 09 iyul 2023-cü ildə sərhəd gözətçisi xidmətinə təyin olunduğunu, 4 saat xidmət apardıqdan sonra zastavaya qayıtdığını, həmin vaxt əsgər Zərərçəkmiş şəxs4 ad günü qonaqlığı keçirildiyini, şəxsi heyət çöldə, qarajların yanında yemək yediyini, sonra tort kəsilməsi üçün sinif otağına getdiyini, sinif otağında mahnı qoyub əylənən zaman zastavaya toplanış komandası verildiyini, bütün şəxsi heyətin sıra meydanında düzüldüyünü, əsgərlər düzüləndən sonra baş leytenant Təqsirləndirilən şəxs əsgər Kənan Bəkiyevi sıranın qarşısına çıxarıb bu əsgərlər sənə görə düzülüb, pəncərədən niyə tullanırdın, evinizdə qapı yoxdu ki, pəncərədən girib çıxmısız, alçaq, şərəfsiz, zəng edim valideynlərinə deyim ki, niyə sənin kimi tərbiyəsiz əsgər göndəriblər bura dediyini, həmin vaxt Təqsirləndirilən şəxs onun çiyin nahiyəsindən tutub silkələdiyini, K.Bəkiyevin sakitcə, başı aşağı şəkildə dayandığını, Təqsirləndirilən şəxs onun valideynlərinə zəng edib deyəcəyini dedikdə K.Bəkiyev buna reaksiya verib xeyir dediyini, həmin düzülüşə kimi K.Bəkiyevin əhvalı yaxşı olduğunu, ancaq düzülüşdə Təqsirləndirilən şəxs onu şəxsi heyətin içində danlayandan sonra əhvalı pisləşdiyini, şəxsi heyətin ona görə düzülməsinin deyilməsi K.Bəkiyevə pis təsir etdiyini, sonra Təqsirləndirilən şəxs tort kəsilməyəcək, ad günü qurtardı, nə vaxt özünüzü ağıllı apararsız tort kəsilər, hamı getsin yatmağa, bədən baxışı keçirilsin, sonra yatılsın tapşırığını verdiyini, buna görə şəxsi heyət yataqxanaya getdiyini, xidmətdən gəlib yemək yemədiyi üçün yeməkxanaya getdiyini, yeməkxanaya gedən zaman K.Bəkiyevi rabitə otağında gördüyünü, həmin vaxt o, ayaqüstə dayandığını, oturacaq stulunun otaqda olmadığını, Təqsirləndirilən şəxs K.Bəkiyevin ayaqüstə xidmət aparması üçün oturacaq stulunu götürdüyünü, həmin vaxt K.Bəkiyevin əhvalının yaxşı olmadığını, K.Bəkiyev baş leytenant Təqsirləndirilən şəxs tərəfindən bütün şəxsi heyətin qarşısında sındırıldığını, yeməkxanada Sadiq Eyvazov, Şahid12 və Şahid22la birlikdə yemək yediyini, sonra gizir S.Quliyev yeməkxanaya gəlib onlarla birlikdə yemək yediyini, gizir S.Quliyev yeməyini bitirib yeməkxanadan çıxdığını, yeməkxanada olarkən səs gəlməsini eşitdiyini, ancaq nə səsi olmasını bilmədiyini, sonra zastavada səs-küy olduğunu, nə olmasını öyrənmək üçün çölə çıxanda zastava gözətçisi Şahid4 əsgər özünü vurdu, leytenant Şahid1 əsgər Bəkiyev özünü vurub deməsini eşitdiyini, yeməkxanadan silah yoxlama yerinə tərəf qaçdığını, çatan zaman əsgər K.Bəkiyevin hərəkətsiz halda yerə uzanmasını, çənəsinin altında və başında yara olmasını, silahın ayağının yanında yerdə olmasını, başının, yerin qan olmasını, yerdə giliz və mərmilər olmasını gördüyünü, K.Bəkiyevin çənəsinin altında ətrafı qaralmış mərminin giriş yarası olduğu, silahı çənəsinin altına dirəyib vurduğundan yaranın ətrafında barıt hisi olduğunu, K.Bəkiyev zastava gözətçisi xidmətində olan əsgər Şahid4 təhkim olunmuş “AK-74” markalı silahla özünü vurub öldürdüyünü, silahı ondan aldadaraq aldığını, həmin vaxt ona zastava rəisinin tapşırığı olaraq silahsız xidmət aparmasını deyib silahı ondan alandan sonra silah yoxlamanın yanına gedib orada özünü vurub öldürdüyünü, baş leytenant Təqsirləndirilən şəxs əsgərləri acılayıb kobud danışdığını, heç kimlə yaxşı rəftar etmədiyini, şəxsi heyətin bu hərəkətlərinə görə ondan çəkindiyini, Təqsirləndirilən şəxs zastavaya gətirilmiş “anonim sorğu” qutusunu yanına qoyub şəxsi heyətin müraciət etməsinə imkan vermədiyini, K.Bəkiyev rabitəçi çıxmaq istəmədiyini, digər sərhəd xidmətlərinə çıxmaq istədiyini, K.Bəkiyev zastava rəisi tez-tez onunla ünsiyyətdə olduğundan, onu bezdirdiyindən başqa xidmətlərə getmək istədiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş əsgər X11 ifadəsində əsgərlər Zərərçəkmiş şəxs1, Şahid6 və Kənan Bəkiyevlə birlikdə zastavada rabitə xidmətinə təyin olunduğunu, 09 iyul 2023-cü ildə əsgər Zərərçəkmiş şəxs4 ad günü keçirildiyini, xidmətdə olanlardan başqa digər şəxsi heyətin qonaqlıqda iştirak etdiyini, saat 21 radələrinədək ad günündə iştirak edib sonra tort kəsib çay içmək üçün sinif otağına getdiklərini, həmin vaxt düzülüş komandası verildiyini, düzülüş zamanı sərhəd gözətçisi xidmətinə təyin olunduğu üçün xidmətə çıxmağa hazırlaşdığını, düzülüşdə iştirak etmədiyini, xidmətə gedən zaman Təqsirləndirilən şəxs K.Bəkiyevi sıranın qarşısına çıxarmasını gördüyünü, şəxsi heyətə düzülüş K.Bəkiyev mətbəxin pəncərəsindən tullandığı üçün verildiyini, 19 və 20-ci sahələrdə xidmətdə olan zaman, saat 23 radələrində “UAZ” markalı avtomobillə iki nəfər gizir onları xidmətdə dəyişməyə gəlib onları zastavaya göndərdiklərini, gəlib silah yoxlamanın yanında maşından düşən zaman silah yoxlama yerinin qarşısında hansısa əsgərin yerə uzanmış halda olmasını, hərəkət etməməsini, üstünə plaş çadır örtülməsini görüb onun ölməsini bildiyini, sonra yataqxanaya gedib nə olmasını soruşan zaman əsgər yoldaşları Kənan Bəkiyev özünü atəş açıb vurub öldürüb dediyini, hadisə olandan sonra əsgər yoldaşları sırada olanda T.X24 dedi ki, sənin ailən belə tərbiyə verib göndərib xidmətə, sizin evdə pəncərədən girib-çıxırlar, zəng edib ailənə deyəcəm dediyini, onu sırada təhqir etdiyini, K.Bəkiyev rabitə xidmətinə təyin olunandan sonra bu xidmətə çıxmaq istəmədiyini, ancaq Təqsirləndirilən şəxs onu rabitə xidmətinə çıxardığını, Təqsirləndirilən şəxs ondan xidməti tələb edib sıxdığını, K.Bəkiyev buna görə rabitəni istəmədiyini, hadisədən bir gün əvvəl, gecə saatlarında K.Bəkiyevin ayaqüstə xidmət aparmasını gördüyünü, həmin vaxt rabitə üzlükləri sursat çantasında qaldığından onun tapa bilmədiyini, buna görə Təqsirləndirilən şəxs onu cəzalandırıb stulunu götürdərək ayaqüstə və xidmətdə 2 saat artıq saxladığını, hadisə olan günü Təqsirləndirilən şəxs düzülüşdən sonra K.Bəkiyevi cəzalandırmasını, ayaqüstə xidmət aparmasını deməsini, oturacaq stulunu götürməsini eşitdiyini, hadisədən əvvəlki gün Kənan Bəkiyev ona apardığım qələm yerə düşdü, baş leytenant Təqsirləndirilən şəxs mənə pis söz deyib boynumun dalından şapalaqla vurdu dediyini, bundan başqa Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 vurmasını, Təqsirləndirilən şəxs əsgərlərə soyuq su verdiklərinə görə əsgərlər Zərərçəkmiş şəxs3lə Zərərçəkmiş şəxs2 vurmasını eşitdiyini, Təqsirləndirilən şəxs zastavaya gətirilmiş anonim sorğu qutusunu yanına qoyub oturduğunu, çəkindiklərindən heç kimin gedib nəsə yazıb atmadığını göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş əsgər Şahid15 ifadəsində 2023-cü ilin iyun ayının sonlarında əsgər Şahid17la birlikdə zabitlər evinə yaxın yerləşən səngərdə işləyən zaman, saat 08 radələrində içməli su gətirməyi əsgər Zərərçəkmiş şəxs3 xahiş etdiyini, Zərərçəkmiş şəxs3 mətbəxdən 2 litrlik butulkada su gətirdiyini, Zərərçəkmiş şəxs3 suyu gətirən zaman baş leytenant Təqsirləndirilən şəxs onu görüb yanına çağırdığını, butulkadakı su soyuq olduğundan, soyuq su gətirdiyinə görə Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs3 əsəbiləşmiş, onun üstünə qışqırıb başından əli yarı bükülü halda yumruqla vurub aşbazı yanıma çağır dediyini, Zərərçəkmiş şəxs3 də aşbaz əsgər Zərərçəkmiş şəxs2 çağırdığını, Zərərçəkmiş şəxs2 baş leytenant Təqsirləndirilən şəxs yanına gəldikdən sonra Təqsirləndirilən şəxs soyuq su verdiyinə görə şapalaqla Zərərçəkmiş şəxs2 başından 2-3 dəfə vurduğunu, sonra əlindəki dolu su butulkası ilə başından bir neçə dəfə vurduğunu, sonra çiynindən yapışıb onu silkələyərək üstünə qışqırıb əsgərə soyuq su vermək olmaz dediyini, 09 iyul 2023-cü ildə Zərərçəkmiş şəxs4 ad günü qonaqlığı keçirildiyini, ad günü tədbirini zastavanın bokslarının yanında qeyd etməyə başladıqlarını, K.Bəkiyev rabitə növbətçisi olduğundan arada ad günü keçirilən yerə gəlib getdiyini, hamı ilə birgə oturmadığını, həmin vaxt baş leytenant Təqsirləndirilən şəxs Gülüstan kəndində yas yerinə getdiyini, yeməkləri yeyib qurtarandan sonra tortu kəsib çay içmək üçün sinif otağına getdiklərini, sinif otağında olan zaman zastava rəisinin tapşırığı ilə “düzülüş” komandası verildiyini, əsgər heyəti zastavanın qarşısında düzüldüyünü, baş leytenant Təqsirləndirilən şəxs sıranın qarşısına gəlib əsgər K.Bəkiyevi çağırdığını, onu sıranın qarşısına çıxarıb üstünə qışqıraraq ali təhsilli əsgərsən, sən niyə pəncərədən düşürsən, sizin evinizdə qapı yoxdu ki, pəncərədən girib-çıxırsız, sən tpoysan, qanmazsan kimi sözlər işlətdiyini, həmin sözləri deyən zaman onun çiynindən tutaraq silkələyib itələdiyini, K.Bəkiyev başını aşağı salıb heç nə demədiyini, təkcə Təqsirləndirilən şəxs ona sizin evdə qapı yoxdur, pəncərədən girib-çıxırsız deyəndə ona etiraz edib xeyr, elə deyil cavabını verdiyini, K.Bəkiyev deyilən sözlərdən pis olduğunu, şəxsi heyətin qarşısında ona elə sözlər deyildiyi üçün narahat olduğunu, Təqsirləndirilən şəxs ona dediyi sözlərə, etdiyi hərəkətlərə görə hamının kefi qaçdığını, həmin vaxt şəxsi heyət sinif otağında olanda K.Bəkiyevin rabitə otağından çıxıb yeməkxanaya getməsini, yeməkxanada olanda zastava rəisi Təqsirləndirilən şəxs zastavaya qayıtması məlumatını alıb onu yeməkxanada görməməsi, xidmət yerində görməsi üçün mətbəxin zastavanın qarşısına düşən pəncərəsindən tullanıb xidmət yerinə qaçmaq istəyəndə Təqsirləndirilən şəxs qarşısına düşməsini, buna görə Təqsirləndirilən şəxs onun üstünə qışqırıb, şəxsi heyətə düzülüş verməsini eşitdiyini, Təqsirləndirilən şəxs sonra şəxsi heyətə “yat” komandası verib tort kəsilməyəcək, bədən baxışı keçirilsin, sonra hamı yatsın dediyini, şəxsi heyətin yataqxanaya getdiyini, içəri keçən zaman Təqsirləndirilən şəxs cavabdeh MAHHXHQ çavuş Şahid2 K.Bəkiyevin stulunu götürün, ayaqüstə xidmət aparsın deyə tapşırıq verməsini eşitdiyini, içəri keçəndən sonra bədən baxışı keçirildiyini, sonra yatdıqlarını, bir qədər sonra çöldən səs gəldiyini, oyanıb pəncərəyə tərəf qaçdığını, zastava gözətçisinin vurdu, əsgər özünü vurdu deyə qışqırmasını eşitdiyini, səs silah yoxlama yeri tərəfdən gəldiyindən çölə çıxıb həmin istiqamətə qaçmağa başladığını, K.Bəkiyevin özünü vurması deyildiyini, çatan zaman K.Bəkiyevin yerdə hərəkətsiz halda, arxası üstə uzanmasını, başının ətrafının qan olmasını, silahın ayağının yanında yerdə olmasını gördüyünü, K.Bəkiyev rabitəçi çıxmaq istəmədiyini, Təqsirləndirilən şəxs rabitəyə çıxmaq istəməməsi barədə müraciət etdikdə o, üstünə qışqırıb söyərək, təhqir edərək get cəhənnəm ol yerinə, sənin başın işləmir, axmaqsan, xidmətini davam elə dediyini, onu zorla rabitəçi çıxartdığını, Təqsirləndirilən şəxs şəxsi heyətə qarşı münasibəti pis olduğunu, acı, kobud danışdığını, hadisə olandan sonra əsgər yoldaşlarından qələm əlindən yerə düşdüyünə görə Təqsirləndirilən şəxs K.Bəkiyevə ay qanmaz, ay eşşək əlini bişiriblər deyib boyunardı nahiyəsindən şapalaqla vurmasını, sonra Zərərçəkmiş şəxs1 vurmasını eşitdiyini, hadisə olan gün, səhər saatlarında rabitə üzlüklərinin rabitə otağında, rabitələrin üstündə olmamasını, buna görə Təqsirləndirilən şəxs K.Bəkiyevi cəzalandırıb stulunu götürdüb ayaqüstə, 2 saat da artıq xidmətdə saxlatmasını eşitdiyini, zastavaya yoxlama gələndə, “müraciətlər qutusu” gətiriləndə Təqsirləndirilən şəxs onun yanında olub hansısa əsgərin nəsə yazıb qutuya atmasına, kiminsə yoxlamaya müraciət etməsinə mane olduğunu göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş əsgər Şahid18 ifadəsində 09 iyul 2023-cü ildə əsgər Zərərçəkmiş şəxs4 ad günü olduğundan zastava rəisi ad günü tədbiri keçirilməsinə icazə verdiyini, axşam saatlarında qonaqlıq keçirildiyini, “yat” komandasından əvvəl sinif otağında olarkən, saat 21:40 radələrində zastava rəisi baş leytenant Təqsirləndirilən şəxs şəxsi heyətin çöldə düzülməsi barədə komanda verdiyini, sıra meydanında düzülərkən əsgər Kənan Bəkiyevi rabitə xidmətindən çağırıb sıranın qarşısında saxlayaraq eşşək baş, donuz, qılçan gözünə girsin kimi nalayiq ifadələr işlədərək evinizdə qapı yoxdur? evinizə pəncərədən girib-çıxırsız? dediyini, əsgər K.Bəkiyev sakitcə başını aşağı salıb utanaraq qulaq asdığını, pis olduğunu, sonra baş leytenant Təqsirləndirilən şəxs hər kəsi yatmağa göndərdiyini, şəxsi heyət yatmağa getdiyini, əsgər E.Musatafayevlə saat 22:30-da sərhəd gözətçisi xidmətinə getdiyini, xidmət yerinə gedəndən 15-20 dəqiqə sonra bir atəş səsi eşitdiyini, bir müddət sonra zastavaya maşınların gəlməsini gördüyünü, saat 02:30-da zastavaya qayıtdığını, zastavaya qayıdanda əsgər Kənan Bəkiyevin avtomat silahdan atəş açaraq özünü öldürməsini, əsgər Şahid4 at damının yanında zastava gözətçisi olarkən əsgər K.Bəkiyevin ona yaxınlaşıb silah-sursatı rəisin istəməsini deməsini, ona görə Şahid4 xidmətə çıxarkən götürdüyü silah-sursatı əsgər K.Bəkiyevə verməsini, K.Bəkiyev onun yanından aralanandan sonra silah doldurub-boşaltma yerinin yanında silahı bir-iki dəfə zarajat etməsini, sonra da həmin silahdan atəş açıb özünü öldürməsini bildiyini, 2023-cü ilin iyul ayının 08-dən 09-na keçən gecə, saat 02:30-da xidmətdən qayıdanda əsgər K.Bəkiyevin rabitə növbəsində olmasını, onun xidmət apardığı otaqda həmişə oturduğu stulun olmamasını, onun xidmətini ayaqüstə aparmasını gördüyünü, səhəri zastava rəisi Təqsirləndirilən şəxs əsgər K.Bəkiyevin oturduğu stulu götürdüb onu xidmətini oturmadan ayaqüstə aparmağa məcbur etməsini öyrəndiyini, 08 iyul 2023-cü ildə Təqsirləndirilən şəxs əsgər K.Bəkiyevdən qələm istədiyini, K.Bəkiyev gətirəndə qələmi yerə saldığını, buna görə Təqsirləndirilən şəxs K.Bəkiyevin boynunun arxasından şillə ilə vurduğunu, baş leytenant Təqsirləndirilən şəxs əsgər K.Bəkiyevi tez-tez danladığını, onunla kobud rəftar etdiyini, baş leytenant Təqsirləndirilən şəxs hər kəslə kobud rəftar etdiyini, hər kəsi ən xırda problemdə belə danladığını, 2023-cü ilin iyun ayının sonlarında, səhər saat 08 radələrində əsgər Zərərçəkmiş şəxs3 su istədiyini, suyu gətirən zaman zastava rəisi onu görüb yanına çağırdığını, Zərərçəkmiş şəxs3 əlindəki suya baxanda soyuq olduğunu görüb onun başından əli yarı bükülü vəziyyətdə yumruqla bir dəfə vurduğunu göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş əsgər Şahid19 ifadəsində 09 iyul 2023-cü ildə əsgər Zərərçəkmiş şəxs4 ad günü tədbiri keçirildiyini, saat 22 radələrində “yat” komandası verildiyini, saat 23 radələrində səsə oyandığını, nə olmasını bilmək üçün pəncərədən baxanda zastava gözətçisi Şahid4 əsgər Bəkiyev özünü vurdu deməsini eşitdiyini, K.Bəkiyevin özünü vurduğu silah doldurub-boşaltma yerinə getdiyini, çatan zaman K.Bəkiyevin hərəkətsiz vəziyyətdə yerdə yatmasını gördüyünü, hadisədən sonra əsgər Şahid4 deməsinə görə at damının yanında zastava gözətçisi olarkən əsgər K.Bəkiyev yaxınlaşıb rəisin silah-sursatı istəməsini dediyini, ona görə o, xidmətə çıxarkən götürdüyü silah-sursatı əsgər K.Bəkiyevə verdiyini, K.Bəkiyev yanından aralanandan sonra silah dolurub-boşaltma yerinin yanında silahı bir-iki dəfə doldurub-boşaltdıqdan sonra həmin silahdan atəş açıb özünü öldürdüyünü, K.Bəkiyevin zastava rəisi baş leytenant Təqsirləndirilən şəxsla münasibətləri yaxşı olmadığını, Təqsirləndirilən şəxs onu rabitəçi təyin etdiyini, lakin K.Bəkiyev rabitəçi olmaq istəmədiyini, 09 iyul 2023-cü ildə, saat 21 radələrində zastava binasının ətrafında gözətçi olan əsgər Yusif Quliyevə su verib gələndə zastava rəisi baş leytenant Təqsirləndirilən şəxs mətbəxin pəncərəsinin yanında əsgər Kənan Bəkiyevin sağ çiynindən tutub silkələyərək ona sənin niyə tərbiyən yoxdur ay şərəfsiz, ləyaqətsiz, alçaq dediyini gördüyünü, sonra yataqxanaya getdiyini, arxasınca K.Bəkiyev gəldiyini, Təqsirləndirilən şəxs K.Bəkiyevin pəncərədən tullanmasına görə şəxsi heyətə düzülüş verdiyini, sıra meydanında düzüldükdən sonra zastava rəisi Təqsirləndirilən şəxs əsgər K.Bəkiyevi sıranın qarşısına çıxarıb çiynindən tutub silkələyərək ona niyə pəncərədən tullanıb çölə çıxırsan, sizin evdə qapı yoxdur, sənin valdeyinlərinə zəng vurub deyəcəm ki, bu tərbiyəsizi niyə bura göndəribsiniz dediyini, sonra əsgər K.Bəkiyevə “şiddətli töhmət” verəcəyini dediyini, hər kəsin gözü qarşısında Təqsirləndirilən şəxs əsgər K.Bəkiyevə qarşı şərəfsiz, alçaq, ləyaqətsiz kimi ifadələr işlətdiyini, K.Bəkiyev pis olduğunu, başını aşağı salıb dayandığını, sonra şəxsi heyətə bədən baxışı keçiriləndən sonra “yat” komandası verildiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş əsgər Şahid20 ifadəsində baş leytenant Təqsirləndirilən şəxs zastavada xidmət edən əsgərlərə qarşı kobud rəftar etdiyini, Zərərçəkmiş şəxs3 ona 2023-cü ilin iyun ayının sonlarında səngərdə işləyən əsgərlərə su verməsini, baş leytenant Təqsirləndirilən şəxs görüb onu yanına çağırmasını, suyun soyuq olmasına görə əli ilə onun başından bir dəfə vurmasını dediyini, 2023-cü ilin iyun ayının sonlarında əsgər Zərərçəkmiş şəxs2 da səngərdə işləyən əsgərlərə su verməsi üçün əsgər Zərərçəkmiş şəxs3 soyuq su verdiyinə görə baş leytenant Təqsirləndirilən şəxs plastik su butulkası ilə Zərərçəkmiş şəxs2 başından iki dəfə vurmasını eşitdiyini, bunu Zərərçəkmiş şəxs2 dediyini, həmçinin əsgər Zərərçəkmiş şəxs1 baş leytenant Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayının 8-də zastavanın qarşısında onun sifətindən bir dəfə şillə ilə vurmasını deməsini eşitdiyini, bundan başqa əsgər Zərərçəkmiş şəxs1 təhvil-təslim vaxtı baş leytenant Təqsirləndirilən şəxs əsgər Kənan Bəkiyevə qələm gətirməsini deməsini, K.Bəkiyevin Təqsirləndirilən şəxs qələm aparmasını, həmin vaxt qələmin yerə düşməsini, buna görə K.Bəkiyevin əyilib qələmi götürəndə Təqsirləndirilən şəxs onun başından bir dəfə şillə ilə vurmasını dediyini eşitdiyini, baş leytenant Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayının əvvəllərində K.Bəkiyevi rabitəçi təyin etdiyini, K.Bəkiyev rabitə otağında xidmət apardığını, ancaq K.Bəkiyev rabitəçi olmaq istəmədiyini, bu barədə Təqsirləndirilən şəxs dedikdə o, ya rabitəçi olacaqsan, ya da bu zastavadan gedəcəksən dediyini, baş leytenant Təqsirləndirilən şəxs 08 iyul 2023-cü ildə K.Bəkiyevə rabitə otağında oturmağa icazə vermədiyini, onun oturduğu stulu götürüb silah otağına qoyduğunu, buna görə K.Bəkiyev rabitə otağında ayaqüstə xidmət apardığını, bir iki dəfə rabitə otağının qarşısından keçəndə K.Bəkiyevin ayaqüstə durmasını gördüyünü, 09 iyul 2023-cü ildə zastavanın əsgəri Zərərçəkmiş şəxs4 ad günü olduğundan kollektiv şəkildə ad günü keçirmək üçün zastava rəisi baş leytenant Təqsirləndirilən şəxs icazə alındığını, saat 20 radələrində zastavanın əsgər yeməkxanasının qarşısında stolları düzüb oturub yemək yediklərini, baş leytenant Təqsirləndirilən şəxs kənddə yas mərasiminə getdiyini, yemək yeyildikdən sonra, təxminən saat 21:30 radələrində tortla çay içmək üçün zastavanın sinif otağına getdiklərini, sinif otağında bir az oturduqdan sonra zastava rəisi baş leytenant Təqsirləndirilən şəxs zastavaya gəlib şəxsi heyətə sıra meydanında düzülüş verdiyini, saat 21:50 radələrində sıra meydanında düzüldüklərini, şəxsi heyət düzüldükdən sonra baş leytenant Təqsirləndirilən şəxs sıranın qarşısına gəlib əsgər K.Bəkiyevi sıranın qarşısına çıxararaq ona eşşək, donuz, qanmaz, evində qapı yoxdur, ali təhsilli adamsan, amma pəncərədən tullanırsan, sən bu zastavaya layiq əsgər deyilsən, səninlə xidmətə gələn prizivin ən axırıncı əsgərisən, stoluvu almışam, atepleniyanı qucaqlayıb dayanmışdın dediyini, bundan sonra sıranın dağıldığını və şəxsi heyətə yat komandasına hazırlaşmaq üçün vaxt verildiyini, şəxsi heyətin yat komandasına hazırlaşdığını, sonra zastava rəisinin müavini leytenant Şahid1 şəxsi heyətə bədən baxışı keçirdiyini, “yat” komandası verildikdən sonra yatdıqlarını, təxminən saat 22:55 radələrində çöldən qışqırıq səsi eşitdiyini, nə olmasını bilmək üçün paltarlarını geyinib çölə çıxdığını, çölə çıxdıqdan sonra K.Bəkiyevin avtomat silahla özünü vurmasını eşitdiyini, silah doldurub-boşaltma yerinə getdiyini, K.Bəkiyevin silah doldurub-boşaltma yerinin qarşısında özünü vurduğunu göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş kiçik çavuş Şahid22 ifadəsində 08 iyul 2023-cü il tarixdə, saat 18-dən 09 iyul 2023-cü il tarixə, saat 06-dək zastava növbətçisi xidmətinə təyin olunduğunu, əsgər Kənan Bəkiyevdə onunla eyni vaxtda rabitə xidmətinə çıxdığını, zastava üzrə cavabdeh baş leytenant Təqsirləndirilən şəxs olduğunu, saat 02 radələrində baş leytenant Təqsirləndirilən şəxs rabitə otağına gedib orada xidməti yoxladığını, həmin vaxt o, 2 ədəd rabitə üzlüklərinin kəsir olmasını aşkar etdiyini, buna görə xidmətdə olan K.Bəkiyevə irad tutduğunu, otaqdan çıxıb gedəndən sonra K.Bəkiyev yanına gəlib silah otağını aç, padsumkaların içərisinə baxaq, bəlkə kaburolar orada qalıb dediyini, silah otağını açıb birlikdə sursat çantalarına baxarkən baş leytenant Təqsirləndirilən şəxs gəlib onları silah otağında görüb onlara irad tutduğunu, K.Bəkiyevə xidmətdə 2 saat artıq qalmasını tapşırdığını, Təqsirləndirilən şəxs sonra K.Bəkiyevlə birlikdə rabitə otağına getdiyini, yataqxanaya gedib qayıdandan sonra K.Bəkiyevin rabitə otağında ayaqüstə dayanıb xidmət aparmasını gördüyünü, baş leytenant Təqsirləndirilən şəxs otaqda olmadığını, K.Bəkiyevdən nə üçün ayaqüstə durmasını, stulunun harada olmasını soruşduqda o, stulu rəis götürdü, dedi ki, xidməti ayaqüstə davam etdir dediyini, ona cəza verdiyini, K.Bəkiyev səhərə kimi ayaqüstə xidmət apardığını, K.Bəkiyevi saat 06da əsgər Zərərçəkmiş şəxs1 dəyişməli olduğu halda xidmət vaxtı artırıldığına görə gedib daxili xidmətləri oyatmadığını, bir qədər sonra əsgər Zərərçəkmiş şəxs1 gəlib ona silah otağını aç, padsumkalara baxım kaburoları axtarıb tapaq dediyini, silah otağını açıb sursat çantalarını ona verdiyini, Zərərçəkmiş şəxs1 sursat çantalarını bir-bir yoxlayıb üzlükləri tapdığını, sonra gedib bu barədə baş leytenant Təqsirləndirilən şəxs məruzə etdiyini, saat 08-də onlar xidməti təhvil verdiklərini, 08 iyul 2023-cü ildə, saat 18-də zastava növbətçisi xidmətini təhvil aldıqdan sonra rabitə otağında olarkən əsgər K.Bəkiyev otağa əsəbi şəkildə daxil olduğunu, əsəbi olmasını görüb səbəbini soruşduqda K.Bəkiyev ruçkanı rəisə aparıb verəndə ruçka əlimdən yerə düşdü, baş leytenant Məmmədov da şapalaqla boynumun dalından vurdu, dedi ki, qanmaz əlini bişiriblər, niyə tuta bilmirsən dediyini, həmin vaxt K.Bəkiyev əsəbi, narahat olduğunu, Təqsirləndirilən şəxs onun boynunun arxasından, peysər nahiyəsindən vurduğuna görə bunu pis hərəkət kimi qəbul etdiyini, K.Bəkiyev rabitə xidmətinə çıxmaq istəmədiyini, baş leytenant Təqsirləndirilən şəxs onu çox sıxdığını, hər balaca şeyə görə irad tutduğunu, danladığını, K.Bəkiyev müraciət edəndə ona sən təxribatçısan, axmaqsan, rabitə xidmətinə də çıxassan deyib onu məcburi rabitə xidmətində saxladığını, K.Bəkiyev onu bezdirdiyi üçün rabitədən çıxıb sərhəd xidmətlərinə getmək istədiyini, 09 iyul 2023-cü ildə, saat 18-də zastava növbətçisi xidmətinə çıxdığını, K.Bəkiyev də saat 18-də rabitə xidmətinə çıxdığını, həmin gün əsgər Zərərçəkmiş şəxs4 ad günü qeyd olunduğunu, ad günü üçün toyuq əti, çörək, sərin sular, pomidor, xiyar və 2 ədəd tort alındığını, baş leytenant Təqsirləndirilən şəxs da ad günü keçirməyə icazə verdiyini, ad gününü axşam saatlarında keçirtməyə başladıqlarını, K.Bəkiyevlə xidmətdə olduqlarından gedib qonaqlıqda iştirak etmədiyini, təxminən 10 dəqiqəliyinə gedib qayıtdıqlarını, sonra hava şəraiti pisləşdiyi üçün, külək olduğundan və hava qaraldığından əsgərlər tort kəsib çay içmək üçün sinif otağına getdiklərini, sinif otağında mahnı qoyub oynadıqlarını, K.Bəkiyev su içəcəyini deyib yeməkxanaya getdiyini, bir neçə dəqiqə sonra K.Bəkiyev bikef halda qayıtdığını, onun arxasınca zastava rəisi zastava binasına gəldiyini, zastavaya toplanış verildiyini, əsgərlər çıxıb sıra meydanında düzüldüyünü, K.Bəkiyev də sıraya çağırıldığını, həmin vaxt xidmətləri çıxardığı üçün sıraya getmədiyindən nə olmasını bilmədiyini, xidmətləri aparan zaman sıranın yanından keçərkən baş leytenant Təqsirləndirilən şəxs əsgər K.Bəkiyevə sən aprellərin üz qarasısan, sənə əvvəllər tutduğum iradların xeyri olmayıb, sən qanmazsan kimi sözlər deməsini eşitdiyini, qayıdıb gələn zaman sıranın dağıldığını, hamının içəri girdiyini, “yat” komandası verildiyi üçün əsgərlərin yataqxanaya getdiklərini, K.Bəkiyevin rabitə otağına getdiyini, nə üçün düzülüş olmasını soruşanda əsgərlər K.Bəkiyev zastava rəisinin gəlməsini eşidib yeməkxananın pəncərəsindən tullananda rəis bunu görüb, buna görə düzülüş etdi, sıranın qarşısında K.Bəkiyevi aşağılayan ifadələr işlətdi dediklərini, K.Bəkiyevin həmin vaxt danışmadığını, qəmgin şəkildə durduğunu, əsgərlərin hamısı yataqxanaya getdiklərini, əsgərlərdən heç kimin gedib rabitə otağında K.Bəkiyevə nəsə demədiklərini, sonra əsgər Şahid12 gəlib sizə yemək saxlamışıq, gəlin siz yemək yeyin yeməkxanada dediyini, gedib zastava rəisi Təqsirləndirilən şəxs icazə aldığını, sonra gəlib K.Bəkiyevə birinci sən get yemək ye gəl, sonra mən gedim, rabitə boş qalmasın dedikdə o, mən getmirəm, birinci sən get, mənim sənədlərim var yazım, sonra sən gələrsən gedərəm dediyini, həmin vaxt o, ayaqüstə olduğunu, həmin vaxt K.Bəkiyevin əhvalı əvvəlki kimi olmadığını, sakit, durğun olduğunu, düzülüşdən sonra əhvalı dəyişildiyini, pisləşdiyini, yeməkxanaya gedib əsgərlər Şahid12, Şahid16, gizir Sahil Quliyev, Sadiq Eyvazovla yemək yediyini, gizir S.Quliyev ona niyə Bəkiyev birinci gəlmədi, o da gələrdi, yemək yeyərdi, danlandığına görə pis olduğunu, gəlib yemək yeyərdi, həvsələsi açılardı dediyini, ona rabitə otağı boş qalmasın deyə növbəli şəkildə gəldik, özü dedi ki, birinci sən get dediyini, təxminən 15 dəqiqə sonra yeməkxanadan çıxıb xidmət yerinə qayıtdığını, binaya girən zaman bir atəş səsi eşitdiyini, səs silah yoxlama yeri tərəfdən gəldiyini, nə olmasını bilmədiyini, bir neçə saniyə sonra zastava gözətçisi xidmətində olan əsgər Şahid4 özünü vurdu, özünü vurdu deyə qışqıraraq zastavaya tərəf gəldiyini, səsə oraya getdiklərini, çatan zaman K.Bəkiyevin silah yoxlama yerinin qarşısında yerə uzanmış halda olmasını, hərəkət etməməsini, başının yanının, yerin qan olmasını, silahın ayağı tərəfdə yerdə olmasını gördüyünü, qorxub oradan uzaqlaşdığını, zastavanın qarşısına gəldiyini, 08 iyul 2023-cü ildə, zastava növbətçisi xidmətinə çıxmamışdan qabaq, zastava binasında olarkən zastava rəisi Təqsirləndirilən şəxs çöldən qışqırıq səsinin gəlməsini eşitdiyini, pəncərədən baxanda onun rabitə növbətçisi əsgər Zərərçəkmiş şəxs1 danlamasını gördüyünü, sonra Zərərçəkmiş şəxs1 içəri gəldikdə ondan nə olmasını soruşduğunu, ancaq Zərərçəkmiş şəxs1 nə olmasını ətraflı deməyərək elə bildiyin şeylər, zastava rəisinin həmişəki halı dediyini, lakin sonrakı günlərdə Zərərçəkmiş şəxs1 həmin vaxt Təqsirləndirilən şəxs şillə ilə sifətimdən vurdu dediyini, baş leytenant Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayında əsgərlər Zərərçəkmiş şəxs3lə Zərərçəkmiş şəxs2 soyuq su üstündə vurduğunu, Zərərçəkmiş şəxs3 səngərdə işləyənlərə soyuq su apardığını, Təqsirləndirilən şəxs bunu tutub suya görə onu vurduğunu, sonra suyu aşbazın verməsini bilib yanına çağıraraq aşbaz əsgər Zərərçəkmiş şəxs2 da vurduğunu göstərmişdir. Məhkəmə baxışı iclasında əlavə şahid qismində dindirilmiş X16 ifadəsində N nömrəli hərbi hissəyə ezam olunduğunu, baş leytenant Tofiq Hüseynovu tanıdığını, onun yaxşı zabit olduğunu, 09 iyul 2023-cü il tarixdə icazəli olduğunu, həmin gün Naxçıvan şəhərində yerləşən restoranda toyda olduğunu, toyda olarkən ona məlumat verildi ki, “zastavada əsgər özünü vurub”, içki qəbul etdiyindən zastavaya getmək istəmədiyini, ancaq sonra zastavaya qayıtdığını, zastavaya gələn zaman əsgər Kənan Bəkiyevin silah yoxlamanın yanında çənəsinin altından avtomat silahdan atəş açaraq özünü vurub öldürdüyünü gördüyünü, silahı da zastava gözətçisi xidmətində olan əsgərdən aldığını eşitdiyini, sonra hadisə olan gün əsgər Zərərçəkmiş şəxs4 ad günü olduğunu, zastava rəisi Gülüstan kəndində yas yerində olub, yasdan qayıdanda əsgər K.Bəkiyev yeməkxananın pəncərəsindən tullanıb onun qarşısına düşdüyünü eşitdiyini göstərmişdir. Cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli teleqramla məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs baş leytenant Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındığını, xidmət müddəti bitdiyindən hərbi xidmətdən ehtiyata buraxıldığını, hal-hazırda səhhətilə əlaqədar olaraq Şəki şəhərində müalicə olunduğu üçün məhkəmə baxış iclaslarında iştirak edə bilməyəcəyini, Təqsirləndirilən şəxs bağışladığını, ondan hər hansı bir şikayət və tələbinin olmamasını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsini, məhkəmə baxış iclasını onun iştirakı olmadan keçirilməsini, məhkəmədə teleqramının nəzərə alınmağını xahiş etmiş, Şahid23 xx.xx.2023-cü il tarixli, Şahid8 xx.xx.2023-cü il tarixli, Şahid16 xx.xx.2023-cü il tarixli, Şahid9 xx.xx.2023-cü il tarixli, Şahid24 xx.xx.2023cü il tarixli, Şahid21 xx.xx.2023-cü il tarixli, Şahid17 xx.xx.2023-cü il tarixli, Şahid10 xx.xx.2023-cü il tarixli və şahid X21 xx.xx.2023-cü il tarixli teleqramlarla məhkəməyə müraciət edərək məhkəmə baxışı iclasında səhhətləri ilə bağlı iştirak edə bilməyəcəklərini, məhkəmə baxışı iclaslarının onların iştirakları olmadan keçirilməsini, ibtidai istintaq dövrü verdikləri ifadələrini təsdiq etmələrini xahiş etmişdirlər. Məhkəmə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, şahidlər Şahid8, Şahid9, Şahid10, Şahid16, Şahid17, Şahid21, Şahid23, Şahid24 və X12 məhkəmə iclasına gəlmələrini istisna edən halları üzrlü səbəb hesab edərək, onların iştirakları olmadan məhkəmə baxışı iclasının keçirilməsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315-ci və 317-ci maddələrinə əsasən mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş, məhkəmə baxışı iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində 19 iyun 2023-cü il tarixdə səngərdə əsgərlər Şahid17la Şahid15 işləyən zaman, saat 08 radələrində əsgər Zərərçəkmiş şəxs3 gəlib ona “İsmayılovla Həsənov içməyə su istəyirlər, su ver aparım onlara” dediyindən ona 2 litrlik butulkada soyuq su vermiş, bir qədər sonra Zərərçəkmiş şəxs3 gəlib zastava rəisinin onu çağırmasını demiş, yeməkxananın qarşısında, zabitlər evinə gedən yolda dayanmış baş leytenant Təqsirləndirilən şəxs yanına getdikdə o, nə üçün əsgərlərə soyuq su verməsini soruşmuş və baş leytenant Təqsirləndirilən şəxs soyuq su verdiyinə görə ilk olaraq başından, təpə nahiyəsindən şapalaqla 2-3 zərbə vurmuş, sonra əlindəki su dolu 2 litrlik butulka ilə 3-4 dəfə başına zərbə vurmuş, zərbə vurandan sonra çiyin nahiyəsindən yapışıb önə-arxaya möhkəm silkələmişdir. Həmin vaxt baş leytenant Təqsirləndirilən şəxs əsgərlərə soyuq su aparıb verdiyinə görə əsgər Zərərçəkmiş şəxs3 də vurmuşdur. Bir dəfə baş leytenant Təqsirləndirilən şəxs qələm əlindən yerə düşdüyünə görə K.Bəkiyevi də vurmuşdur. 08 iyul 2023-cü ildən 09 iyul 2023-cü ilə keçən gecə K.Bəkiyev rabitə növbətçisi olarkən baş leytenant Təqsirləndirilən şəxs rabitə otağında rabitə çexollarının kəsir olmasını görüb ona irad tutmuş, buna görə onun oturduğu stulu götürüb saat 02 radələrindən saat 08 radələrinədək ayaqüstə xidmətdə saxlatmış, baş leytenant Təqsirləndirilən şəxs onu bilərəkdən ayaqüstə və xidmət vaxtı bitsə də artıq xidmətdə saxlamışdır. 09 iyul 2023-cü ildə şəxsi heyət əsgər Zərərçəkmiş şəxs4 ad günü qonaqlığı ilə bağlı yemək yemiş, sonra tort yemək üçün sinif otağına getmişlər. Saat 21 radələrində yeməkxanaya qayıtdıqda K.Bəkiyevin içəridə olmasını görmüş, zibil qabını götürüb gedib zibilləri atıb yeməkxanaya qayıtdıqda K.Bəkiyevin yeməkxananın sıra meydanına tərəf olan pəncərəsindən tullanıb qaçmasını görmüş, içəridə olarkən baş leytenant Təqsirləndirilən şəxs çöldən qışqırıq səsi gəlməsini eşitmiş, sonra zastavaya toplanış verilmiş, yeməkxana növbətçisi olduğundan toplanışa getməmiş, toplanış bitdikdən sonra baş leytenant Təqsirləndirilən şəxs onu yanına çağırıb əsgər K.Bəkiyevin nə üçün pəncərədən tullanmasını soruşmuş, ona “mən getmişdim zibil atmağa, qayıdıb içəri girəndə gördüm ki, pəncərədən tullandı” cavabını vermiş, sonradan sırada olarkən baş leytenant Təqsirləndirilən şəxs əsgər K.Bəkiyevi təhqir etməsini, ona “evinizdə qapı yoxdu pəncərədən girib çıxırsız” kimi sözlər deməsini eşitmişdir. Saat 22 radələrində şəxsi heyət yatmış, bir qədər sonra yuyunma otağına getmiş, oradan çıxıb yeməkxanaya gedərkən, saat 22:55 radələrində, zastavanın çıxış qapısından çıxanda atəş səsi eşitmiş, atəş səsi silah doldurub-boşaltma yeri ətrafından gəlmiş, həmin vaxt zastava gözətçisi əsgər Şahid4 qaçaraq qışqırıb “özünü vurdu, özünü vurdu” kimi sözlər demiş, baş leytenant Təqsirləndirilən şəxs, leytenant Şahid1 həmin istiqamətə qaçmış, silah doldurub-boşaltma yerinə çatanda K.Bəkiyevin arxası üstə yerə uzanmış halda olmasını, hərəkət etməməsini, başının üst hissəsində böyük yara olmasını, yaradan qan axmasını görmüş, K.Bəkiyev ölmüşdür. Yaxınlığında mərmi olmasını, silahın ayağının yanında yerdə olmasını görmüşdür. Hadisədən sonra K.Bəkiyevin gedib zastava rəisinin istədiyini deyib zastava gözətçisi əsgər Şahid4 silahını, darağını almasını, silah doldurub-boşaltma yerinin yanında silahı 2 dəfə doldurub boşaltmasını, 2-ci də çəkib özünü vurub öldürməsini eşitmişdir. Hadisə olandan sonra gedib gizir S.Quliyevlə MAHHXHQ baş çavuş Şahid3 qaldıqları zabitlər evindəki otaqdan çağırmışdır. Təqsirləndirilən şəxs əsgər Kənan Bəkiyevlə sevimli əsgəri kimi davranmasını görməmiş, əksinə onunla pis rəftar etmişdir. Bir dəfə Zərərçəkmiş şəxs4 ona “silah otağında düzgün məruzə etmədiyim üçün baş leytenant Təqsirləndirilən şəxs sinəmdən tutub silkələdi, sonra yumruqla çiynimdən vurdu” demişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid8 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində 09 iyul 2023-cü ildə, saat 22:30-dan saat 02:30-dək sərhəd gözətçisi xidmətinə təyin olunduğundan zastavanın sağ cinahına, 12-ci sahəyə getmiş, xidmətə əsgər Şahid18la çıxmış, xidmətə çıxandan təxminən 20-25 dəqiqə sonra zastava tərəfdən bir atəş səsi gəlməsini eşitmiş, nə olmasını öyrənmək üçün zastava rabitəçisinə zəng etsə də rabitəyə cavab verən olmamış, rabitə xidmətində əsgər Kənan Bəkiyev olmuş, bir qədər sonra əsgərlərdən biri rabitə ilə əlaqə saxlayıb “heç bir problem yoxdur, hər şey qaydasındadır” demiş, bundan sonra xidmətinə davam etmiş, saat 02:30-da xidməti təhvil verib zastavaya qayıtmış, qayıdan zaman zastavada qarışıqlıq düşməsini görmüş, silah yoxlamanın yanına gəldikdə yerdə qan olmasını görüb leytenant Şahid1 nə olmasını soruşmuş, o, “əsgər Kənan Bəkiyev özünü vurub öldürüb” demişdir. 09 iyul 2023-cü ildə, axşam saatlarında əsgər Zərərçəkmiş şəxs4 ad günü keçirilmiş, şəxsi heyət tort kəsib çay içmək üçün sinif otağına getmiş, sinif otağında olan zaman şəxsi heyətin sıra meydanında düzülməsi barədə tapşırıq verilmiş, sıra meydanında düzüldükdən sonra zastava rəisi Təqsirləndirilən şəxs K.Bəkiyevi sıranın qarşısına çıxartmış, Təqsirləndirilən şəxs K.Bəkiyevə hamının qarşısında “sənin kimin əsgərlərə görə zastava bu gündədir, mən hələ dünən sənin stulunu əlindən aldım ayaq üstə saxladım səni, sən düzəlmədin, nə edək ailənə zəng edək deyək ki, tərbiyəsiz övladı niyə göndərmisiz bura, sizdə evə pəncərədənmi girib-çıxırlar, ay axmaq, tpoy” kimi ifadələr işlətmiş, həmin sözləri ona qışqıra-qışqıra demiş, K.Bəkiyevin çiynindən tutub silkələmiş, itələyərək danışmış, K.Bəkiyev isə başını aşağı salmış, hamının içərisində şəxsiyyəti aşağı düşmüş, pis olmuşdur. Həmin vaxt K.Bəkiyevin zastava rəisi zastavaya gələndə ona görünməmək üçün pəncərədən tullananda Təqsirləndirilən şəxs bunu görüb irad tutmasını öyrənmiş, zastava rəisi ona qarşı ailəsinə toxunan ağır ifadələr işlətmişdir. Sonra Təqsirləndirilən şəxs “tort kəsilməyəcək, hamı “yat” komandasına içəridə düzülsün” demiş, buna görə hamı yataqxanaya getmiş, saat 22:30-da xidmətə çıxacağı üçün hazırlaşmış, K.Bəkiyev də rabitə otağına getmiş, silah-sursatı alıb, hazırlayıb sonra radiostansiya götürmək üçün rabitə otağına getmiş, həmin vaxt K.Bəkiyev ayaqüstə durmuş, bikef, həvsələsiz halda olmuş, stulu götürülmüş, ayaqüstə xidmət aparmış, bir gün qabaq da gecə səhərədək ayaqüstə xidmət aparmış, stulunu Təqsirləndirilən şəxs götürtmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid9 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində Kənan Bəkiyev əvvəllər sərhəd xidmətlərinə, sonradan rabitə növbətçisi xidmətinə təyin olunmuş, ancaq o, rabitə növbətçisi çıxmaq istəməmiş, digər sərhəd xidmətlərinə çıxmaq istəmiş, K.Bəkiyev bir neçə dəfə rabitə növbətçisi çıxmamaq üçün Təqsirləndirilən şəxs müraciət etmiş, bir dəfə müraciət edəndə Təqsirləndirilən şəxs “sən təxribatçısan, rabitə növbətçisi də çıxasan” deməsini eşitmişdir. 09 iyul 2023-cü ildə, axşam saatlarında əsgər Zərərçəkmiş şəxs4 ad günü qeyd olunmuş, buna görə pul yığılıb ərzaq - tort, şirin su, toyuq, çörək, pomidor, xiyar alınmış, boksların qarşısında qonaqlıq keçirilmiş, yemək bitdikdən sonra tort kəsib çay içmək üçün sinif otağına getmişlər. “Yat” komandasına az qalmış sıra meydanında düzülüş verilmiş, baş leytenant Təqsirləndirilən şəxs sıranın qarşısına çıxıb əsgər Kənan Bəkiyevi yanına çağırıb ona təhqiredici ifadələr işlədib “sizin evinizdə qapı yoxdur ki pəncərədən girib-çıxırsan, mən sənin ailənə necə zəng vurum deyim ki, sənin kimi qanmaz göndəriblər” kimi sözlər demiş, sonra “yat” komandası verilmiş, Təqsirləndirilən şəxs leytenant Şahid1 uca səslə, əsəbi halda “bir də bu şəxsi heyətə görə mənə yaxınlaşma” demiş, yataqxanaya gedib bədən baxışı keçirildikdən sonra yatmışlar. Bir az sonra Təqsirləndirilən şəxs içəri girib “kimin forması səliqəsiz qatlanıb durub təzədən qatlasın” demiş, sonra əsəbi halda otaqdan çıxmış, yatandan bir qədər sonra atəş səsinə oyanmış, nə olmasını bilmək üçün çölə çıxan zaman K.Bəkiyevin özünü vurmasını öyrənmiş, onun özünü vurduğu silah yoxlama yerinə getmiş, çatan zaman K.Bəkiyevin arxası üstə silah yerinin qarşısında yerə uzanmış halda olmasını, ayağının yanında, silah yoxlamanın qarşısında yerdə silah olmasını görmüş, K.Bəkiyev hərəkətsiz uzanmış, onun öldüyü deyilmiş, K.Bəkiyev zastava rəisinin istədiyini deyib zastava gözətçisi Şahid4 silahını, daraqlarını almış, sonra gedib silah yoxlamanın qarşısında çənəaltı nahiyəsində atəş açıb özünü vurub öldürmüşdür. Oradan aralanıb zastavanın qarşısına, sonra da sinif otağına getmiş, sinif otağında olan zaman K.Bəkiyevin əsgərlər ad günü tortu kəsmək üçün sinif otağında olanda yeməkxaya getməsini, zastava rəisinin gəlməsini eşidib görünməmək üçün pəncərədən tullanarkən onun qarşısına düşməsini, zastava rəisinin onun çiynindən tutub silkələməsini, irad bildirməsini, buna görə şəxsi heyəti düzməsini, hadisədən bir gün əvvəl K.Bəkiyevin rabitə növbətçisi olanda Təqsirləndirilən şəxs ondan qələm istəməsini, qələmi verəndə yerə düşdüyü üçün onun boynunun arxasından şapalaqla vurmasını, gecəsi rabitə çexolları kəsir olduğundan onu cəza kimi xidmətdə artıq saxlamasını, həm də stulunu götürüb K.Bəkiyevin ayaq üstə xidmət aparmasını, saat 06-da çıxmalı olduğu halda xidmətdən saat 08-də çıxmasını, sıra dağılandan sonra təkrar K.Bəkiyevin stulunun götürülməsi, onun ayaq üstə xidmət aparması barədə tapşırıq verməsini eşitmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxs3 səngərdə işləyən əsgərlərə su aparanda Təqsirləndirilən şəxs onu saxlamasını, suyun soyuq olmasına görə başından vurmasını, sonra da suyu verən əsgər aşbaz Zərərçəkmiş şəxs2 da başından butulka ilə bir neçə dəfə vurmasını eşitmişdir. Təqsirləndirilən şəxs “mən əsgərlə söhbət etməyi xoşlamıram, təklikdə söhbət etmirəm, kimin nə problemi var sırada desin, təklikdə gəlib otaqda deməsin” demiş, Təqsirləndirilən şəxs əsgərlərlə yaxın, yaxşı münasibət saxlamamış, Təqsirləndirilən şəxs K.Bəkiyevə hamının yanında “sən prizivin ən axırıcı əsgərisən” demişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid10 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində baş leytenant Təqsirləndirilən şəxs zastavada şəxsi heyətlə kobud rəftar etmiş, kobud şəkildə danışmış, kim müraciət edirdisə ona kobud şəkildə cavab vermiş, istirahət vaxtlarını kəsmiş, baş leytenant Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayının sonlarında əsgər Zərərçəkmiş şəxs2 başından plastik su butulkası ilə iki-üç dəfə vurmasını eşitmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 səngərdə işləyən əsgərlərə soyuq su göndərmiş, baş leytenant Təqsirləndirilən şəxs buna görə Zərərçəkmiş şəxs2 başından plastik su butulkası ilə vurmuşdur. Əsgər Zərərçəkmiş şəxs1 ona 08 iyul 2023-cü ildə, saat 18 radələrindən sonra baş leytenant Təqsirləndirilən şəxs əsgər K.Bəkiyevi yanına çağırmasını, həmin vaxt K.Bəkiyevin əlində olan qələmin yerə düşməsini, buna görə Təqsirləndirilən şəxs şillə ilə K.Bəkiyevin başının arxasından vurmasını demişdir. K.Bəkiyev zastavada rabitəçi xidmətinə təyin olunmuş, rabitə çexolları kəsir olduğundan Təqsirləndirilən şəxs 08 iyul 2023-cü ildə rabitə xidmətində K.Bəkiyevə rabitə otağında oturmağa icazə verməmiş, onun stolunu götürmüş, K.Bəkiyev ayaq üstə xidmət aparmış, həmin gün Təqsirləndirilən şəxs K.Bəkiyevi xidmətdə artıq saxlatmışdır. 09 iyul 2023-cü ildə əsgər Zərərçəkmiş şəxs4 ad günü keçirilmiş, yemək yeyildikdən sonra tortla çay içmək üçün zastavanın sinif otağına getmişlər. Bir az sonra zastava rəisi baş leytenant Təqsirləndirilən şəxs zastavaya gəlib şəxsi heyətə sıra meydanında düzülüş komandası vermiş, buna görə tort kəsilmədən təxminən saat 21:30 radələrindən sonra sıra meydanında düzülüş keçirilmiş, Təqsirləndirilən şəxs əsgər K.Bəkiyevi sıranın qarşısına çıxarıb danlayaraq ona “sən nə qanmaz əsgərsən, ali təhsilli əsgərsən amma pəncərədən tullanırsan, sizin evinizdə qapı yoxdur, donuzsan, eşşəksən, səndə çatışmır, prizivin ən axırıncı əsgərisən, sən bu zastavaya layiq əsgər deyilsən” demiş, bu sözlər K.Bəkiyevə çox pis təsir etmiş, onun əhval-ruhiyyəsi aşağı düşmüş, kefi qaçmışdır. Sonra şəxsi heyətə “yat” komandası verilmiş, yatmağa hazırlaşan zaman K.Bəkiyevin rabitə otağını boş qoyub mətbəxə getməsini, həmin vaxt baş leytenant Təqsirləndirilən şəxs zastavaya gəlməsini, zastavanın NBM-də duran zastava gözətçisinin K.Bəkiyevə zastava rəsinin gəlməsini bildirməsini, K.Bəkiyevin də mətbəxdə olduğundan rabitə otağına tez çatması üçün mətbəxin pəncərəsindən düşməsini, Təqsirləndirilən şəxs bunu görməsini eşitmişdir. Saat 22:55 radələrində çöldən atəş səsi gəlməsini eşitmiş, nə olmasını bilmək üçün pəncərəni açan zaman əsgərin özünü vurması deyilmiş, çölə çıxıb silah yoxlama yerinə tərəf getmiş, silah yoxlama yerinə çatanda əsgər Kənan Bəkiyevin avtomat silahla çənəsindən vurub özünü öldürməsini, yerdə arxası üstə uzanıqlı vəziyyətdə olmasını, başından qan axmasını görmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid16 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində 09 iyul 2023-cü ildə əsgər Zərərçəkmiş şəxs4 ad günü olduğundan tədbir keçirilmiş, buna görə baş leytenant Təqsirləndirilən şəxs razılığı alınmış, ad günü qonaqlığı başlamamışdan qabaq, saat 17-dən saat 21:30-dək əsgər Şahid13la müşahidə məntəqəsi - sərhəd güzətçisi xidmətinə təyin olunduğundan xidmət yerinə getmiş, ad günü qonaqlığında iştirak edə bilməmiş, xidmətdən qayıdan zaman artıq şəxsi heyət yeyib - içməyi bitirib tort kəsilməsi üçün sinif otağını hazırlamış, silah-sursatını təhvil verib yemək hazırlamaq üçün mətbəxə getmiş, yemək stolunu hazırlayan zaman əsgər K.Bəkiyev mətbəxə gəlmiş, bu vaxt rabitə ilə zastava rəisinin yas mərasimindən qayıdıb zastavaya gəlməsi deyilmiş, K.Bəkiyev onun xidməti yerində olmamasını görməsin deyə qapıdan yox, pəncərədən tullanmış, pəncərədən baxan zaman K.Bəkiyevin tullanaraq zastava rəisi Təqsirləndirilən şəxs qarşısına düşməsini görmüş, Təqsirləndirilən şəxs onu saxlayıb çiynindən tutub silkələyərək “sən nə qanmaz adamsan, nə eşşək adamsan” kimi təhqiredici ifadələr işlətmiş, sonra baş leytenant Təqsirləndirilən şəxs zastavaya sıra meydanında “toplanış” komandası vermiş, düzülüş zamanı Təqsirləndirilən şəxs əsgər K.Bəkiyevi sıranına qarşısına çıxarıb ona “sən nə qanmaz adamsan, sizin evdə qapı yoxdur ki, pəncərədən girib-çıxırsan, nə edək valideynlərinə zəng edib deyək ki, nə tərbiyəsiz, nə qanmaz əsgər göndərmisiz” demiş, həmin vaxt K.Bəkiyev sakit dayanmış, Təqsirləndirilən şəxs onun ailəsi ilə bağlı ifadə işlədəndə ona etiraz kimi “yox” demiş, Təqsirləndirilən şəxs ad gününü, tort kəsilməsini ləğv edib şəxsi heyətə “yat” komandası vermiş, şəxsi heyət yataqxanaya getmiş, xidmətdən gələnləri isə yeməkxanaya göndərmiş, yeməkxanaya Şahid13, kiçik çavuş Şahid22, əsgər Şahid12lə birlikdə getmiş, yeməkxanaya getməmişdən əvvəl gedib çəkməsini geyinib çölə çıxanda K.Bəkiyevin rabitə otağına ayaqüstə fikirli halda əlinin baş barmağını dişləyərək gəzməsini, otaqda oturacaq stulunun olmamasını görmüş, zastava rəisi onun oturacaq stulunu götürmüş, bir gün əvvəl rabitə çexolları itdiyindən baş leytenant Təqsirləndirilən şəxs əsgər K.Bəkiyevi xidmətdə 2 saat artıq saxlatmış, həm də stulunu götürdüb onu ayaqüstə xidmətə cəlb etmiş, K.Bəkiyev saat 06-da təhvil verməli olduğu xidməti saat 08-də təhvil vermişdir. Sonradan yeməkxanaya gizir Sahil Quliyevlə MAHHXHQ baş çavuş Şahid3 gəlmiş, gizir S.Quliyev kiçik çavuş Şahid22 “get Bəkiyevi də çağır” demiş, həmin vaxt kimsə “Təqsirləndirilən şəxs Bəkiyevi qoymur” demiş, MAHHXHQ baş çavuş Şahid3la gizir S.Quliyev yeməyi bitirib zabitlər evinə getmişlər. Yemək yeyən zaman bir atəş səsi eşitmiş, çölə çıxıb nə olmasına baxanda zastava gözətçisi xidmətində olan əsgər Şahid4 qışqırmasını eşitmiş, onun səsi silah yoxlamanın yanından gəldiyindən həmin istiqamətə qaçmış, çatan zaman K.Bəkiyevin silah yoxlamanın qarşısında yerə yıxılmış halda olmasını, hərəkət etməməsini, silahın sağ ayağının yanında yerdə olmasını, çənəsinin altında ətrafı qaralmış halda balaca ölçülü yara olmasını görmüş, Şahid4 “bəs nə oldu, necə oldu bu hadisə” deyə soruşduqda o, “Bəkiyev gəlib məni aldatdı, mənə dedi ki, rəis deyir ki, silahı-sursatı versin, burda fanarla xidmət aparsın, mən də silahımı, daraqları, hər şeyi ona verdim ki, aparsın rəisə, məndən aralanandan sonra silah yoxlamanın qarşısında darağı silaha birləşdirib zarajat edib silahı çənəsinə dayayıb özünü vurdu, silahı darağa birləşdirəndə ona qışqırıb dedim ki, nə edirsən, cavab vermədi, özünü vurandan sonra yerə yıxıldı” demişdir. 2023-cü ilin iyun ayının sonlarında saat 08-dən saat 12-dək nəzarət-buraxılış məntəqəsi tərəfdə zastava gözətçisi xidmətində olmuş, həmin vaxt zabitlər evinin yaxınlığındakı səngərdə əsgərlər işləmiş, əsgər Zərərçəkmiş şəxs3 işləyən əsgərlərə 2 litrlik plastik materiallı butulkada su aparmış, su soyuq olmuş, həmin vaxt baş leytenant Təqsirləndirilən şəxs mətbəxin qarşısında, zabitlər evinə gedən yolda əsgər Zərərçəkmiş şəxs3 tutub saxlamış, nəsə dedikdən sonra yumruqla başından vurub aşbazı çağırmasını tapşırmış, Zərərçəkmiş şəxs3 aşbaz əsgər Zərərçəkmiş şəxs2 çağırdıqdan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 başından şillə ilə 2-3 dəfə vurub, sonra içərisi dolu butulka ilə başından bir neçə dəfə vurmuş, sonra çiynindən yapışıb möhkəmcə silkələmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 vurmasını eşitmişdir. K.Bəkiyev rabitə xidmətinə çıxmaq istəməmiş, bu barədə baş leytenant Təqsirləndirilən şəxs demiş, ancaq Təqsirləndirilən şəxs razı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid17 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində 09 iyul 2023-cü ildə zastavada əsgər Zərərçəkmiş şəxs4 ad günü qeyd olunan zaman yeməkləri yeyib bitirdikdən sonra sinif otağına getmişlər. Tərəvəz anbarının yanında qaynadılmış samovardan çay süzüb sinif otağına aparıb paylayan zaman zastavaya düzülüş verilmiş, sıra meydanında düzülən zaman Təqsirləndirilən şəxs K.Bəkiyevi yanına çağırıb niyə pəncərədən düşməsini soruşmuş, sonra “kaş düşdüyün yerdə ayağın qırılıb gözüvə girərdi, sən nə qanmaz adamsan, prizivin ən əksik adamısan, sən nə axmaq adamsan, sənin ailənə zəng eləsəm desəm ki, belə bir axmaq övlad yetişdirmisiz, xoşuna gələr, sizin yəqin evinizdə pəncərədən düşüb çıxırlar” demiş, K.Bəkiyevin əhvalı korlanmış, pərt olmuş, Təqsirləndirilən şəxs “tort kəsilmir, hamı gedir yatmağa” demiş, sonra leytenant Şahid1 üzərinə qışqırıb “bu əsgərlərə görə bir də mənim üstümə xahişə gəlmə” demiş, içəri keçən zaman Təqsirləndirilən şəxs MAHHXHQ çavuş Şahid2 “Bəkiyevin stulunu götür, ayaq üstə stulsuz xidmət aparsın” tapşırığını vermiş, şəxsi heyət yatmağa getmiş, yatan zaman boğuq atəş səsi eşidib oyanmış, çöldən “əsgər özünü vurdu, əsgər özünü vurdu” deyə qışqırıq səsi gəlmiş, çölə çıxandan sonra silah yoxlama tərəfdən səs gəldiyindən oraya getmiş, çatan zaman silah yoxlamanın qabağında əsgər K.Bəkiyevi yerə uzanmış, beyni təpəsindən çıxmış halda görmüş, yerdə giliz və dolu mərmi görmüş, ona yaxınlaşıb nəbzini yoxlayarkən nəbzinin atmadığını, hərəkətsiz olmasını görüb öldüyünü bilmişdir. 09 iyul 2023-cü ildə, saat 06-da zastava növbətçisi xidmətini kiçik çavuş Ülvi Həsənovdan təhvil alacağı halda təhvil-təslim gec olmuş, saat 07:30 radələrində oyanan zaman K.Bəkiyevin rabitə otağında stulsuz, ayaq üstə xidmət aparmasını görmüş, rabitə üzlükləri kəsir olduğuna görə Təqsirləndirilən şəxs tərəfindən cəzalanmışdır. K.Bəkiyev pəncərədən tullanan zaman zastava rəisinin bunu görüb, ona irad tutub, çiynindən tutub silkələməsini, 08 iyul 2023-cü ildə K.Bəkiyev rabitə xidmətində olanda Təqsirləndirilən şəxs ondan qələm istəməsini, gətirib verəndə qələmin əlindən yerə düşməsini, buna görə Təqsirləndirilən şəxs onu təhqir edərək başından şillə ilə vurmasını eşitmişdir. K.Bəkiyev rabitəçi çıxmaq istəməmiş, Təqsirləndirilən şəxs onu zorla çıxarmış, Təqsirləndirilən şəxs ona “ya rabitəçi çıxasan, ya da bu zastavada xidmət etməyəsən” demişdir. 2023-cü ilin iyun ayının sonlarında əsgər Şahid15la birlikdə səngərlərdə təkmilləşdirmə işlərinə ayrılmış, həmin vaxt zabitlər eviylə üz-üzə olan səngərdə işləmiş, saat 08 radələrində əsgər Zərərçəkmiş şəxs3 içməyə su gətirməsini demiş, Zərərçəkmiş şəxs3 gedib mətbəxdən su gətirmiş, suyu gətirən zaman yolda baş leytenant Təqsirləndirilən şəxs onu yanına çağırmış, su soyuq olduğuna görə Təqsirləndirilən şəxs onun üstünə qışqırmış, əli yarı bükülü halda ona tərəf uzatmış, aralarında mane olduğundan tam olaraq nə olmasını görməmiş, sonra soruşduqda Zərərçəkmiş şəxs3 “Təqsirləndirilən şəxs həmin vaxt mənim başımdan vurdu” demiş, Təqsirləndirilən şəxs butulkanı götürüb suyu kimdən almasını soruşmuş, Zərərçəkmiş şəxs3 suyu aşbaz Zərərçəkmiş şəxs2 almasını dediyindən onu yanına çağırmış, sonra əsgər Zərərçəkmiş şəxs2 onun yanına gəlmiş, ona da soyuq su verməsinə görə hirslənib butulka ilə bir neçə dəfə başından vurmuş, butulkanın dəymə səsini eşitmiş, həmin vaxt onlara da hirslənməsin deyə başını aşağı salıb işlədiyindən Təqsirləndirilən şəxs onu vurmasını görməmiş, amma səsindən butulka ilə Zərərçəkmiş şəxs2 başından bir neçə dəfə vurmasını bilmişdir. Hadisədən sonra K.Bəkiyevin zastava gözətçisi xidmətində olan Şahid4 silahını, daraqlarını almasını, ona zastava rəisinin istəməsini deyib aldatmasını, silah-sursatı alandan sonra onun yanından aralanıb silah yoxlama yerinin yanında özünü çənəsinin altından vurub öldürməsini öyrənmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid21 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində 09 iyul 2023-cü il tarixdə əsgər Zərərçəkmiş şəxs4 ad günü olduğu üçün zastava rəisi baş leytenant Təqsirləndirilən şəxs tədbir keçirmələrinə icazə vermiş, saat 15:15-dən 19:15dək müşahidə məntəqəsi xidmətində olmuş, xidmətdən qayıtdıqdan sonra ad günü qonaqlığı üçün yeməklərin hazırlanmasını görmüş, silah otağına gedib silah-sursatı təvil verib sonra şəxsi heyətin yanına getmiş, əsgər Kənan Bəkiyev rabitə növbətçisi olduğundan rabitə otağında olmuş, yemək yeyilib qurtarandan sonra sinif otağına getmişlər. Sinif otağında olan zaman, saat 21:30-da cavabdeh MAHHXHQ çavuş Şahid2 şəxsi heyətin sıra meydanında düzülməsi barədə tapşırıq vermiş, sıra meydanına gedəndə kimsə “əsgərlərdən biri pəncərədən tullananda zastava rəisi görüb, ona görə düzülüş komandası verib” demiş, rabitəçi K.Bəkiyevdən kimin pəncərədən tullanmasını soruşduqda o, “mən tullanmışam” demiş, zastava rəisi K.Bəkiyevi sıra meydanına çağırmış, sıra meydanına gələndə zastava rəisi Təqsirləndirilən şəxs əli ilə K.Bəkiyevin çiynindən tutub silkələyərək “sən nə qanmaz adamsan, səni rabitəçi yazmışam istifadə edirsən, sən bilmirsən ki, pəncərədən çıxmaq olmaz, sənin ailən səni qanmaz yetişdirib, evizdə qapı yoxdur, yəqin ki, pəncərədən girib-çıxırsınız, sənə töhmət yazacam” demiş, həmin vaxt K.Bəkiyev ona “üzrlü sayın cənab baş leytenant” demiş, əsgər K.Bəkiyev utanaraq başını aşağı salmış, özünü pis hiss etmiş, ali təhsilli biri olaraq çox sıxılmış, zastava rəisi Təqsirləndirilən şəxs “nəyi üzrlü sayım, hər dəfə deyrsiz üzrlü sayın, yenə edirsiz” deyərək K.Bəkiyevi xidməti yerinə göndərmiş, şəxsi heyətə “yat” komandası verilmiş, yataqxanaya girəndən bir müddət sonra çöldən partlayış səsi gəlməsini eşitmiş, çölə çıxandan sonra silah doldurub-boşaltma yerinə tərəf getmiş, çatan zaman K.Bəkiyevin arxası üstə hərəkətsiz vəziyyətdə yerə uzanmasını, onun başının ətrafının qana bulaşmasını görmüş, yataqxananın qarşısına qayıtmış, əsgər Şahid4 “mən xidmətdə idim, əsgər Bəkiyev mənə yaxınlaşıb, zastava rəisinin silahsız xidmət aparılması dediyini çatdıraraq silah sursatı silah otağına aparmaq üçün məndən aldı, sonra silah doldurubboşaltma yerinin yanında silahı bir dəfə zarajat etdi, fikirləşdim ki, yəqin silahın boş olubolmadığını yoxlayır, sonra ikinci dəfə zarajat elədi və atəş açıb özünü vurdu” demişdir. Baş leytenant Təqsirləndirilən şəxs əsgər K.Bəkiyevi xidmətində olan hər xırda nöqsana görə danlamış, 08 iyul 2023-cü il tarixdə K.Bəkiyev rabitə növbətçisi olanda 2 ədəd rabitə üzlüyü yerində olmadığına görə baş leytenant Təqsirləndirilən şəxs onu cəzalandıraraq xidmət zamanı oturduğu stolu əlindən almış, xidmətini ayaq üstə aparması barədə göstəriş vermiş, 09 iyul 2023-cü ildə 04:30-da xidmətə gedən zaman əsgər K.Bəkiyevin növbəni ayaqüstə aparmasını görmüş, K.Bəkiyev həmin vaxt baş leytenant Təqsirləndirilən şəxs göstərişi ilə 2 saat artıq xidmət etmişdir. Zastava növbətçisi olan zaman, saat 17 radələrində əsgər Zərərçəkmiş şəxs5 xidmətdən gəlib silahı təhvil verib yataqxanaya getmiş, həmin vaxt zastava rəisi silah otağına gəlib Zərərçəkmiş şəxs5 silahının tozlu olduğunu görmüş, ona Zərərçəkmiş şəxs5 çağırmasını tapşırmış, Zərərçəkmiş şəxs5 çağırdıqdan sonra baş leytenant Təqsirləndirilən şəxs silah otağının qarşısında əsgər Zərərçəkmiş şəxs5 papağından tutub onun başını bir neçə dəfə aşağı çəkib buraxmış, sonra qışqıraraq irad bildirib silahını təmizləməsini tapşırmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid23 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində 09 iyul 2023-cü ildə əsgər yoldaşı Zərərçəkmiş şəxs4 ad günü keçirilmiş, qonaqlıq bitdikdən sonra şəxsi heyət tort kəsib çay içmək üçün sinif otağına getmiş, Zərərçəkmiş şəxs1lə birlikdə mətbəxdə qabları yumuş, həmin vaxt K.Bəkiyev mətbəxə gəlib yemək və su istəmiş, zastava gözətçisi əsgər Yusif Quliyev rabitə ilə məlumat verərək zastava rəisi baş leytenant Təqsirləndirilən şəxs yas yerindən qayıtmasını demiş, K.Bəkiyev qapıdan Təqsirləndirilən şəxs gəlməsini görüb ona görünməmək üçün arxa tərəfdəki pəncərədən tullanmışdır. Az müddət sonra şəxsi heyətə “toplanış” komandası verilmiş və hamı sıra meydanında düzülmüş, düzülüşü baş leytenant Təqsirləndirilən şəxs keçirtmiş, Təqsirləndirilən şəxs əsgər K.Bəkiyevi sıranın qarşısına çıxarıb çiynindən tutub silkələyərək “sən nə qanmaz əsgərsən, mən sənə nə qədər irad tutum, ali təhsilli əsgərsən, sənin evindəkilər sənə belə tərbiyə verib, evinizdə qapı yoxdu pəncərədən giribçıxırsız, valideynlərinə zəng vurum şikayət edim ki, niyə belə qanmaz əsgər böyüdüb göndəriblər” demiş, Təqsirləndirilən şəxs işlətdiyi ağır sözlərdən K.Bəkiyev sakitcə durmuş, pis olmuş, leytenant Şahid1 “bir də bu əsgərlərə görə mənə xahiş eləmə, tort da kəsilməsin, yat komandası verilsin” demiş, bundan sonra şəxsi heyət yataqxanaya getmiş, qabları yumaq üçün təkrar mətbəxə getmiş, mətbəxdə işləyən zaman atəş səsi eşitmiş, pəncərədən nə olmasına baxan zaman zastava gözətçisi əsgər Şahid4 “özünü vurdu, özünü vurdu” deyə qışqırmasını eşitmiş, səs gələn tərəfə, silah yoxlama yerinə tərəf qaçmış, çatanda yerdə K.Bəkiyevin hərəkətsiz bədənini görmüş, başında böyük yara olmuş, beyni çölə çıxmış, çənəsinin altında yara olmasını görüb onun çənəsinin altından özünü vurmasını bilmişdir. Sonradan K.Bəkiyevin Təqsirləndirilən şəxs aparıb qələm verəndə qələmin yerə düşməsini, buna görə Təqsirləndirilən şəxs ona təhriqedici söz işlədib boynunun arxasında şillə ilə vurmasını, Təqsirləndirilən şəxs hadisə olan günü K.Bəkiyevin stulunu götürdüb ayaqüstə xidmət aparmasını deməsini, onun da ayaqüstə qalmasını eşitmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid24 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində 09 iyul 2023-cü ildə əsgər Zərərçəkmiş şəxs4 ad günü keçirilmiş, zastava rəisi baş leytenant Təqsirləndirilən şəxs MAHHXHQ çavuş X22 kəndində yasa getmiş, K.Bəkiyev rabitə növbətçisi olduğundan ad günündə iştirak etməmiş, sonlarına yaxın gəlmiş, amma rabitəyə zəng gəldiyindən yerinə qayıtmışdır. Sonra şəxsi heyət sinif otağına gedib içərini düzəltmiş, orada tort kəsib çay içmək istəmişlər. X27 ilə saat 22-dən saat 02-dək sərhəd gözətçisi xidmətinə təyin olunduğundan saat 21:30 radələrində xidmətə hazırlaşmış, həmin vaxt zastava rəisi gəlmiş, az müddət sonra zastavaya toplanış verilmiş, şəxsi heyət tam formada sıra meydanında düzülmüş, sırada durmuş, lakin xidmətə çıxacağı üçün onu sıradan çıxarıb xidmətə hazırlaşmağa göndərmişlər. Hazırlaşıb çölə çıxan zaman Təqsirləndirilən şəxs K.Bəkiyevi sıranın qarşısına çıxarıb ona əsəbi halda qışqıraraq nəsə deməsini görmüş, xidmət yerinə getdiyi üçün nə deməsini eşitməmişdir. Xidmətdə olan zaman saat 23 radələrində əsgər Şahid8lə əlaqəyə çıxan zaman o, mərmi səsi eşidibeşitməməsini soruşmuş, nə olmasını soruşanda o, “zastavadan qışqırıq səsləri gəlir” demiş, zastavanın rabitə növbətçisi ilə əlaqəyə çıxmağa çalışmış, amma cavab verən olmamış, zastava növbətçisi ilə əlaqəyə çıxmış, o, problem olmasını demiş, sonra onları xidmətdə dəyişmişlər. Xidməti dəyişib zastavaya qayıdan zaman Kənan Bəkiyevin avtomat silahdan atəş açıb özünü vurmasını, çənəsinin altından atəş açmasını, güllənin başından çıxmasını, silah yoxlamanın qarşısında özünü vurmasını öyrənmiş, zastavaya gəlib sinif otağına getmiş, sinif otağında olan zaman K.Bəkiyevin gedib zastava rəisinin istədiyini deyib zastava gözətçisi xidmətində olan əsgər Şahid4 silahını, daraqlarını almasını eşitmişdir. Hadisədən sonra 09 iyul 2023-cü ildə sinif otağında ad gününü qeyd edən zaman zastava rəisi baş leytenant Təqsirləndirilən şəxs zastavaya gələndə K.Bəkiyevin rabitə növbətçisi olduğu halda yeməkxanada olmasını, görməsin deyə pəncərədən tullanan zaman Təqsirləndirilən şəxs qarşısına düşməsini, Təqsirləndirilən şəxs həmin vaxt onu təhqir edərək çiynindən tutub silkələməsini, buna görə zastavaya düzülüş verməsini, sırada onu hamının qarşısına çıxarıb “qanmaz, alçaq, sizin evinizdə qapı yoxdur ki, pəncərədən girirsiz” kimi nalayiq ifadələr işlətməsini, zastava rəisinin əsəbiləşib K.Bəkiyevin stulunu götürdüb ayaqüstə xidmət aparmasını eşitmişdir. 08 iyul 2023-cü ildə rabitə xidmətinə çıxmış K.Bəkiyev gecə saat 02-dən saat 08-dək stulsuz xidmət aparmış, saat 06-da xidməti təhvil verməli olduğu halda rabitə üzlükləri kəsir olduğuna görə Təqsirləndirilən şəxs onu cəzalı kimi həm ayaqüstə, həm də iki saat artıq xidmətdə saxlatmış, həmin gün saat 07 radələrində gözətçi dəstə xidmətindən gələn zaman K.Bəkiyevin rabitə otağında ayaqüstə dayanıb xidmət aparmasını, otaqda oturacaq stulu olmamasını görmüşdür. 08 iyul 2023-cü ildə, axşam saatlarında rabitə növbətçisini təhvil verəndən sonra əsgər Zərərçəkmiş şəxs1lə çardaqda siqaret çəkən zaman o, “bugun Təqsirləndirilən şəxs K.Bəkiyevdən ruçka gətirməsini istədi, K.Bəkiyev ruçkanı aparıb verən zaman əlindən yerə düşdü, buna görə Təqsirləndirilən şəxs ona hirslənib təhqir edici söz deyərək ənsəsindən şapalaqla vurdu” demişdir. Əsgərlər Şahid15la Şahid17 səngərdə işləyən zaman əsgər Zərərçəkmiş şəxs3 su gətirməsini istəmələrini, Zərərçəkmiş şəxs3 gedib mətbəxdə Zərərçəkmiş şəxs2 su alıb aparıb verəndə Təqsirləndirilən şəxs onu saxlayıb suyun soyuq olmasını görməsini, buna görə Zərərçəkmiş şəxs3 başından əli yarı bükülü şəkildə yumruqla vurmasını, sonra Zərərçəkmiş şəxs2 yanına çağırıb su dolu butulka ilə onun başından bir neçə dəfə vurmasını eşitmişdir. Həmin gün Zərərçəkmiş şəxs3 müşahidə məntəqəsi xidmətinə çıxmış, onun gözlərinin dolmasını görüb nə olmasını soruşanda Zərərçəkmiş şəxs3 boğunuq səslə “rəis məni vurdu” demiş, həmin vaxt hadisənin necə olmasını ona danışmış, sonra da gedib Zərərçəkmiş şəxs2 onun niyə vurulmasını soruşmuş, o da hadisənin necə olmasını izah etmişdir. Təqsirləndirilən şəxs K.Bəkiyevi məcburi rabitəçi çıxarmış, K.Bəkiyev çıxmaq istəməmiş, K.Bəkiyev rabitə növbətçisi çıxmaq istəməməsi barədə müraciət edəndə Təqsirləndirilən şəxs ona “sən təxribatçısan, ya rabitəçi çıxasan, ya da səni zastavadan elə rədd edəcəm ki, peşman olasan” demiş, buna görə K.Bəkiyev məcbur qalıb rabitəçi çıxmışdır. Zastavaya anonim sorğu qutusu, “şikayət və təkliflər” qutusu gətirilmiş, Təqsirləndirilən şəxs qutunu yanına qoyduraraq hansısa əsgərin şikayət yazıb atmasının qarşısını almışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş X21 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində 09 iyul 2023-cü ildə nəzarət buraxılış məntəqəsi ətrafı, zastavanın giriş qapısı tərəfdə saat 20-dən saat 24-dək zastava gözətçisi xidmətinə təyin olunmuş, həmin gün əsgər Zərərçəkmiş şəxs4 ad günü qeyd olunmuş, xidmətə çıxdığı üçün ad günü qonaqlığında iştirak etməmiş, həmin ərəfələrdə zastava rəisi baş leytenant Təqsirləndirilən şəxs MAHHXHQ baş çavuş X22 kəndində yas mərasiminə getmiş, onlar qayıdan zaman xidmətdə olmuş, zastava rəisinin qayıtması ilə bağlı rabitə ilə rabitə növbətçisinə məlumat vermiş, həmin vaxt rabitə növbətçisi əsgər K.Bəkiyev olmuş, bir qədər sonra baş leytenant Təqsirləndirilən şəxs zastavaya “toplanış” vermiş, xidmətdə olduğu üçün düzülüşə getməmişdir. Saat 22:50 radələrində partlayış səsi eşitmiş, bununla bağlı rabitə növbətçisinə məlumat ötürmək istəmiş, lakin rabitəyə cavab verən olmamış, həmin vaxt digər zastava gözətçisi əsgər Şahid4 qışqırıq səsini eşitmiş, o, “gəlin əsgər özünü vurdu” demiş, zastavanın arxa yolu ilə səs gələn tərəfə getmiş, həmin vaxt Şahid4 “at damı” dedikləri yerin yanında olmasını, silah yoxlamanın qarşısında əsgər K.Bəkiyevin yerdə uzanmış, hərəkətsiz halda olmasını görmüş, həmin vaxt baş leytenant Təqsirləndirilən şəxs və əsgərlər oraya gəlmiş, xidmət yerinə qayıtmışdır. Hadisədən sonra zastava rəisinin gəlməsi barədə məlumat verdikdən sonra K.Bəkiyevin pəncərədən tullanmasını, bunu zastava rəisinin görməsini, onu danlamasını, sonra düzülüş verməsini, düzülüşdə K.Bəkiyevə “sənə valideynlərin belə tərbiyə verib” deməsini, sıranın qarşısında onu danlamasını, ad gününü ləğv etməsini, tortun kəsilməsinə icazə verməyib şəxsi heyətə “yat” komandası verməsini eşitmişdir. Təqsirləndirilən şəxs əsgərlər Zərərçəkmiş şəxs2la Zərərçəkmiş şəxs3 vurmasını eşitmişdir. 08 iyul 2023-cü ildən 09 iyul 2023-cü ilə keçən gecə xidmətə gedən vaxt K.Bəkiyevin ayaqüstə rabitə otağında dayanmasını görüb stulunun niyə olmamasını soruşmuş, K.Bəkiyev “rabitənin qablarını itirmişəm, buna görə baş leytenant Təqsirləndirilən şəxs mənə cəza verib, stulumu götürüb, ayaqüstə xidmət aparıram” demiş, həmin gün K.Bəkiyev cəzalı kimi 2 saat artıq xidmətdə qalmışdır. Məhkəmə baxışı iclasında ifadə vermiş zərər çəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin vermiş olduqları ifadələri məhkəmə baxışına üzürlü səbəbdən gəlməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, şahidlər Şahid8, Şahid9, Şahid10, Şahid16, Şahid17, Şahid21, Şahid23, Şahid24 və X12 məhkəmə baxışında elan olunaraq tədqiq olunmuş ifadələrlə eynilik təşkil edir və Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli həmin ifadələrlə də sübuta yetir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Plenum qərarının tövsiyyəsinə görə şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən zərər çəkmiş şəxsin, şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə zərər çəkmiş çəkmiş şəxsin, şahidlərin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olur ki, onlar CPM-nin 329, 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmçinin qeyd olunan Plenum qərarında şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər CPM-nin yuxarıda qeyd olunan maddələri ilə yanaşı insan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması tövsiyyəsilə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı hər hansı bir cinayət törətmədiyi barədə verdiyi ifadələrə tənqidi yanaşır, həmin ifadələrin zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin həm ibtidai araşdırma, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə təkzib edildiyini nəzərə alaraq, həmin ifadələri təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşımaqla məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir və bu səbəbdən Təqsirləndirilən şəxs elan olunmuş ittihamların və barəsində çıxarılan ittiham hökmünün əsasına zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinin, ekspert rəyləri, K.Bəkiyevin yazmış olduğu “Anam Atam bağışlayın. Mən demişdim Bu insana dözə bilmirəm. Allaha əmanət olun sizi çox sevirəm Haqqınızı halal edin Bəkiyevv” sözləri ilə də tam sübuta yetir. Cinayət işinin 7-ci cildinin 24-29-cu vərəqələrinə əlavə edilmiş, məhkəmə-tibbi ekspertizasının 10 iyul 2023-cü il tarixli, 54 nömrəli rəyində X2 bədən səthi üzərindəki xəsarətlər – odlu silah yarasının giriş dəliyi çənənin alt nahiyəsində, çıxış dəliyi təpə nahiyəsində olan, baş beyin toxumasının dağılması, baş beyinin ödemi və beyin toxumasına qansızma ilə müşayiət olunan, aşağıdan yuxarıya istiqamətli başın bir ədəd dəlib-keçən yarasıdır. Yaralar odlu silahın təsirindən ölüm anında yaranmağa xarakterikdir. Xəsarətlər odlu silahla bir atəş ilə yetirilməyə xarakterikdir. Yaralar patronu mis tərkibli mərmi (güllə) ilə doldurulmuş odlu silahdan atəşin əlavə faktorlarının təsir etdiyi yaxın məsafənin birinci zonasından (dirənmiş vəziyyətindən 5 sm-dək məsafə hüdudunda) açılmış atəş nəticəsində törənməyə uyğun gəlir. Giriş yarasının ətrafında barıt dənəcikləri və hiss çöküntüsü vardır. Xəsarətlər həyati olub, odlu silah yaralanması nəticəsində törənmişdir və dərəcəsinə görə canlı şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa “ağır zərər vurmaya” aid olub, onun ölümü ilə nəticələnmişdir. K.S.Bəkiyev bu yaralanmanı özü-özünə yetirmişdir. Odlu silah yaralanması “AK-74”markalı, 5.45 mm çaplı avtomat silahdan açılmış mərminin təsirindən törənə bilər. Mərhum K.S.Bəkiyev ölümündən əvvəl alkoqol, ucucu-kefləndirici, psixatrop, narkotik və digər maddələrdən qəbul etməmişdir. Mərhum K.S.Bəkiyevin ölümünə səbəb baş beyin toxumasının dağılması, baş beyinin ödemi və beyin toxumasına qansızma olmuşdur. Ölüm yaralanma yetirildikdən dərhal sonra baş vermişdir. Ölümün müddəti meyitin müayinə gününə uyğundur. Mərhum K.S.Bəkiyevin bədən səthində əlbəyaxa mübarizəyə, zorakı öldürməyə xarakterik xəsarət və əlamətləri yoxdur. Mərhum K.S.Bəkiyevin düz bağırsağından götürülmüş yaxmada spermatozoid aşkar edilməmişdir. Cinayət işinin 2-ci cildinin 129-131-ci vərəqələrinə əlavə edilmiş, məhkəmə-tibbi ekspertizasının 12 iyul 2023-cü il tarixli, 840 nömrəli rəyində Zərərçəkmiş şəxs1 bədən səthi üzərində heç bir xəsarət və xəsarət izləri müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cildinin 129-131-ci vərəqələrinə əlavə edilmiş, məhkəmə-tibbi ekspertizasının 12 iyul 2023-cü il tarixli, 838 nömrəli rəyində Zərərçəkmiş şəxs2 bədən səthi üzərində heç bir xəsarət və xəsarət izləri müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cildinin 139-141-ci vərəqələrinə əlavə edilmiş, məhkəmə-tibbi ekspertizasının 12 iyul 2023-cü il tarixli, 839 nömrəli rəyində Zərərçəkmiş şəxs3 bədən səthi üzərində heç bir xəsarət və xəsarət izləri müəyyən edilməmişdir. Cinayət işinin 3-cü cildinin 244-cü vərəqəsinə əlavə edilmiş, məhkəmə-tibbi ekspertizasının 25 avqust 2023-cü il tarixli, 284 nömrəli rəyində Zərərçəkmiş şəxs4 bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir. Cinayət işinin 7-ci cildinin 227-ci vərəqəsinə əlavə edilmiş, məhkəmə-tibbi ekspertizasının 15 sentyabr 2023-cü il tarixli, 330 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs5 bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir. Cinayət işinin 3-cü cildinin 94-100-cü vərəqələrinə əlavə edilmiş, kompleks məhkəmə-daktiloskopik-ballistik və trasoloji ekspertizasının 04 avqust 2023-cü il tarixli, 686, 687, 688, 689 nömrəli rəyində göstərilmişdir ki: Tədqiqata təqdim edilmiş “AK 74” markalı, “1232672” nömrəli silahın və bir ədəd sandıqçanın səthində heç bir əl-barmaq və papilyar naxış izləri aşkar edilməmiş, “AK 74” markalı, “1232672” nömrəli silahın və bir ədəd sandıqçanın səthində heç bir əl-barmaq və papilyar naxış izləri aşkar edilmədiyindən X10 daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izləri ilə şəxsiyyətin eyniləşdirilməsi tədqiqatı aparılmamışdır. Tədqiqata tədqim edilmiş bir ədəd silah 5,45 mm kalibrli olmaqla, 1981-ci ildə zavod üsulu ilə istehsal edilmiş, “1232672” nömrəli “AK 74” konstruksiyalı yivli avtomatik tüfəngdir, odlu döyüş silahı hesab edilir, saz, atəş açmaq üçün yararlıdır, çaxmağının döyüş bölməsindən çıxması üçün tətiyinə normal hesab olunan qüvvə (2,1-2,3 kQ) sərf olunur, həmin silahın tətiyini çəkmədən ondan öz-özünə atəşin açılması mümkün deyildir. Təqdim edilmiş bir ədəd predmet 1974-cü il nümunəli olmaqla zavod üsulu ilə istehsal edilmiş, «АК-74», «АКС-74», «АКС-74У» və s. konsturksiyalı avtomat silahlarda, «РПК-74» və «РПКС-74» əl pulemyotlarında və s. silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 5,45 mm kalibrli olmaqla patronun hissəsidir-gilizidir. Təqdim edilmiş bir ədəd giliz “1232672” nömrəli “AK- 74” konstruksiyalı avtomat silahdan atılmışdır. Təqdim edilmiş 4 (dörd) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, 3 (üç) ədədi (“a”, “b” və “c” patronları) «АК-74», «АКС-74», «АКС-74У» və s. konsturksiyalı avtomat silahlarda, «РПК-74» və «РПКС-74» əl pulemyotlarında və s. silahlarda döyüş sursatı kimi istifadə edilən 5,45 mm kalibrli, 1974cü il nümunəli, digər 1 (bir) ədədi (“d” patronu) isə həmin silahlarda atəş (səs) effekti yaratmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilməyən, 5,45 mm kalibrli plastik gülləli (mərmili) patronlardır. Təqdim edilmiş 4 (dörd) ədəd patronun səthindəki mexaniki zədələr silah detallarının izləri (vurucunun izi (“a”, “b” və “c” patronlarında), əksetdiricinin izi, sandıqça bükümlərinin izi və s.) olmaqla zəruri əlamətlərə malik olmamaları səbəbindən eyniləşdirmə tədqiqatı üçün yararsızdırlar və həmin izlərin təqdim olunmuş “1232672” №-li “AK-74” konstruksiyalı avtomat silahın detallarından qalmağa xarakterik olduğunu müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş 1 ədəd hərbi panamanın üzərində olan zədə (“a” zədəsi) yivli odlu silahdan açılmış bir atəş nəticəsində, diametri təxminən 5 mm olan güllənin (mərminin) təsiri ilə yetirilməyə xarakterik çıxış zədəsidir, müvafiq giriş zədəsi olmadığından atəşin məsafə və istiqamətini müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş bir ədəd kitelin, bir ədəd qısaqol maykanın, bir ədəd hərbi şalvarın, bir ədəd qısa alt tumanının, bir cüt çəkmənin, bir cüt corabın, bir ədəd hərbi bel kəmərinin üzərlərində odlu silahdan açılan atəş nəticəsində yaranmağa xarakterik zədələr aşkar edilmədi. Təqdim edilmiş bir ədəd qısaqol maykanın və bir ədəd hərbi şalvarın üzərlərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri vardır, bir ədəd hərbi panamanın, bir ədəd kitelin, bir ədəd qısa alt tumanının, bir cüt çəkmənin, bir cüt corabın, bir ədəd hərbi bel kəmərinin üzərlərində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri yoxdur. Təqdim edilmiş, K.S.Bəkiyevə məxsus paltarların üzərində heç bir trasoloji zədə müşahidə edilməmiş, təqdim edilmiş bir ədəd kitelin və bir ədəd şalvarın səthlərində olan zədələr isə istismar nəticəsində yarana bilən qopma, sökülmə və ilişib cırılma zədələridir. Cinayət işinin 3-cü cildinin 203-205-ci vərəqələrinə əlavə edilmiş, məhkəməxətşünaslıq ekspertizasının 28 avqust 2023-cü il tarixli, 827 nömrəli rəyində göstərilmişdir ki: Ekspertizaya təqdim olunmuş 143x67 mm ölçülü, yuxarı və sağ kənarları nahamar damalı kağız parçasının bir tərəfində olan “Anam Atam bağışlayın. Mən demişdim Bu insana dözə bilmirəm. Allaha əmanət olun sizi çox sevirəm Haqqınızı halal edin Bəkiyevv” əlyazmalar X20 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş 143x67 mm ölçülü, yuxarı və sağ kənarları nahamar damalı kağız parçasının bir tərəfində olan “Anam Atam bağışlayın. Mən demişdim Bu insana dözə bilmirəm. Allaha əmanət olun sizi çox sevirəm Haqqınızı halal edin Bəkiyevv” əlyazmalarda yazının qeyri-adi psixofizioloji vəziyyətdə (həyəcanlı, yorğun, sərxoş, psixoloji gərgin vəziyyət və s.) icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmadı. Cinayət işinin 8-ci cildinin 58-61, 187-192-ci vərəqəsinə əlavə edilmiş, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 09 oktyabr 2023-cü il tarixli, 927 nömrəli məhkəmə-psixoloji ekspertizası rəyində Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərini tam dərk etmək, etdiyi hərəkətlərin mahiyyətini, xarakterini və mənasını dərk etmək, qavramaq, yadda saxlamaq və yada salmaq qabiliyyətinə malikdir, Təqsirləndirilən şəxs hadisə zamanı affekt (qəflətən baş vermiş güclü ruhi-həyəcan vəziyyəti) halında olmamışdır. Təqsirləndirilən şəxs fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunur. 20 sentyabr 2023-cü il tarixli, 280 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizası rəyində göstərilmişdir ki: Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyi yoxdur. Təqsirləndirilən şəxs öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və əməlini idarə etmiş, yaxud idarə edə bilmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törədən zaman anlaqlı olmuşdur, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmişdir və ya həmin əməli idarə edə bilmişdir. Hazırda Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik mövcud deyil. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir edə bilər. Cinayət işinin 7-ci cildinin 234-240-cı vərəqələrinə əlavə edilmiş, məhkəməpsixiatrik ekspertizasının 18 sentyabr 2023-cü il tarixli, 268 nömrəli rəyində göstərilmişdir ki: X13 “kəskin nevrotik reaksiya” müşahidə olunmuşdur, anamnezdən məlum olur ki, “Kəskin nevrotik reaksiya” hərbi xidmət dövründə müşahidə olunmuşdur, X13 xəstəlik onun 09 iyul 2023-cü il tarixdə avtomat silahdan çənəaltı nahiyəsinə atəş açaraq özünü öldürərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək imkanından məhrum etməmişdir. X13 “kəskin nevrotik reaksiya” hərbi xidmət müddətində baş leytenant Təqsirləndirilən şəxs tərəfindən ona qarşı edilmiş qanunsuz hərəkətlər, psixi sarsıntı nəticəsində yarana bilər. X20 özünü öldürərkən anlaqlı olmuşdur. Cinayət işinin 9-cu cildinin 93-98-ci vərəqələrinə əlavə edilmiş, komisyon məhkəməpsixoloji ekspertizasının 20 oktyabr 2023-cü il tarixli, 970 nömrəli rəyində X10 fərdi-psixi xüsusiyyətlərində onun özünü öldürməsinə təzahür etmiş olan bəzi psixogen-depsressiv reaksiya əlamətləri müşahidə olunur, X20 özünü öldürməzdən əvvəlki dövrdə emosional gərginlik halını keçirmişdir. X3 özünü öldürməzdən əvvəl keçirmiş olduğu emosional hall Təqsirləndirilən şəxs hərəkətləri ilə şərtlənmiş, bu halın yaranması X3 son məktub qeydində də öz əksini tapmışdır. X10 özünü öldürməzdən əvvəlki dövrdə keçirdiyi emosional gərginlik halı qarşılaşdığı səraitlə - zastava rəisi baş leytenant Təqsirləndirilən şəxs tərəfindən mütəmadi olaraq nizamnamədən kənar hərəkətlərə yol verməklə digər əsgər yoldaşlarının yanında təhqir edilərək alçaldılması, hadisədən bir gün əvvəl rabitə vasitələrinin çexollarını yoxlayarkən ikisinin çatışmaması səbəbindən, rabitə xidmətində olduğu zaman əyləşdiyi oturacağının baş leytenant Təqsirləndirilən şəxs tərəfindən götürülərək xidmət zamanı ona oturmağı qadağan etməsi, rabitə xidmətinə çıxmaq istəməməsi, istirahət vaxtlarının kəsilməsi, əsgər yoldaşının doğum günü şənliyinin onun hərəkəti üzündən yarımçıq qalaraq tortunun kəsilməməsi, bilavasitə hadisə baş verən günü baş leytenant Təqsirləndirilən şəxs tərəfindən sıranın qarşısına çıxarılaraq əsgər yoldaşlarının qarşısında təhqir edilərək alçaldılması və xidməti istifadəsində olan oturacağının yenidən götürülərək cəzalandırılması ilə səbəbli-nəticə əlaqəsində olmuşdur. Hərbi xidmətə münasibəti, hərbi xidmətin çətinlikləri, sevdiyi qızın olması və gizir X8 bnkomat kartına ailə üzvləri, yaxınları tərəfindən pul, mobil nömrəsinə kontur yüklənməsi X3 özünü öldürməsi ilə əlaqədar keçirmiş olduğu psixi-emosional hal ilə arasında səbəblinəticə əlaqəsi olmamışdır. Cinayət işinin 3-cü cildinin 216-cı vərəqəsinə əlavə edilmiş, “Naxçıvan” X17 tərəfindən verilmiş arayışda 18-ci sərhəd zastavasının rəisi, baş leytenant Təqsirləndirilən şəxs ilə əsgərlər X20, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 arasında tabelik münasibətlərinin olduğu, Təqsirləndirilən şəxs adları qeyd olunmuş əsgələrə rəis hesab olunduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 188,195-ci vərəqələrinə əlavə edilmiş, “Naxçıvan” X17 komandirinin 25/26 iyul 2020-ci il tarixli, 0175 nömrəli əmrindən çıxarışda 2020-ci il tarixdə Dövlət Sərhəd Xidməti Akademiyasını bitirərək vəzifələrinin icrasına başlamış, “Naxçıvan” X17 komandirinin 03/04 iyun 2023-cü il tarixli, 0126 №-li əmrindən çıxarışda 02 iyun 2023cü il tarixdən xüsusi göstərişədək 18-ci sərhəd zastava rəisinin vəzifələrini müvəqqəti icra etməsi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 196-cı vərəqəsinə əlavə edilmiş, Hərbi-həkim komissiyasının 12 iyul 2023-cü il tarixli, 734 nömrəli arayışda Təqsirləndirilən şəxs sağlam və hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Cinayət işinin 2-ci cildinin 75-ci vərəqəsinə əlavə edilmiş, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsindən alınmış tələbnamədə Təqsirləndirilən şəxs əməliyyat sorğu kartotekasında heç bir məlumat olmadığı göstərilmişdir. Cinayət işinin 2-ci cildinin 75-ci vərəqəsinə əlavə edilmiş, “Naxçıvan” X17 komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə edilmişdir. Cinayət işinin 9-cu cildinin 88-ci vərəqəsinə əlavə edilmiş Şərur rayon İcra Hakimiyyətinin Zeyvə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Cinayət işinin 9-cu cildinin 86-cı və 87-ci vərəqələrinə əlavə arayışlarda Təqsirləndirilən şəxs atası Hüseyn Məmmədovun Azərbaycan Respublikasının “Müharibə Veteranı, anası Rəna Məmmədovun 2-ci dərəcəli əlil olduğu göstərilmişdir. Cinayət işinin 9-cu cildinin 88-ci vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyinin Yaqub Budaqov adına Naxçıvan MR X5 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs xəstəxanada psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmadığı göstərilmişdir. Cinayət işinin 2-ci cildinin 144-cü vərəqəsinə əlavə edilmiş Şərur rayon X18 Hüquqi Şəxsindən sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs xəstəxanada psixonevroloji və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmadığı göstərilmişdir. Məhkəmə dövlət ittihamçısının Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə elan edilmiş ittihamdan məhkəmə baxışı zamanı həmin əməl Cinayət Məcəlləsinin 329.3-cü maddəsi ilə tam əhatə olunduğundan Cinayət Məcəlləsinin 125-ci maddəsinin ittihamdan xaric edilməsini təklif etmiş və məhkəmə bununla əlaqədar 29 yanvar 2024-cü il tarixli qərarla həmin maddənin ittihamdan xaric edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə tərkibi bu işlə bağlı Konstitusiya Məhkəməsinin mövqeyinə və Avropa Məhkəməsinin presedent hüququna əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs öz tabeliyində olan əsgərlərə qarşı ayrı-ayrı vaxtlarda zor tətbiq edib, onların şərəf və ləyaqətini alçaltmaq və işgəncə verməklə, həmçinin əsgər Kənan Bəkiyevi şəxsi heyətin qarşısında çiyin nahiyəsindən tutaraq “Qanmaz, heyvan, eşşək, donuz” və digər nalayiq ifadələrlə təhqir edərək, onun ləyaqətini alçaldaraq və “valideynlərinə deyəcəyini, töhmət verəcəyini” sözlərlə hədə-qorxu gələrək rabitə xidmətinə təyin edərək stulsuz xidmət etməyi barədə göstəriş verərək şəxsi heyət arasında ən ağır təhqirlər kimi qəbul edilən ifadələr işlətməsi yaratdığı psixoloji fəsadlara görə sonuncuya mənəvi iztirab verməsi davranışın üsulu və növünə görə ağır nəticəyə səbəb olma kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 37-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Həmin Qərarın 38-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirərkən zamanı və ya belə vəzifələrin yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxslərə zor tətbiq etməsi nizamnamə qaydaların pozaraq tabeliyində olan əsgərlərin şərəf və ləyaqətini alçaltması, zor tətbiq etməsi, təkrar, iki və ya daha artıq şəxsə qarşı, işgəncə verməklə törədilməsi ağır nəticələrə səbəb olduğundan təqsirləndirilən şəxsin əməlləri Cinayət Məcəlləsinin 329.2.1-ci və 329.2.2-ci maddələri ilə verilmiş ittiham həmin Məcəllənin 329.3-cü maddəsi ilə tam əhatə olunduğundan rəqəm ifadəsi ilə həmin Məcəllənin 329.2.1-ci və 329.2.2-ci maddələri ittihamdan xaric edilir. Beləliklə, məhkəmə tərkibi tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.3-cü maddəsi ilə tamamilə sübut olunur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulan əməllərinin cinayət olmasını aradan qaldıran hallar, eləcə də həmin maddədə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, həmin maddə ilə göstərilən cinayətləri törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Beləliklə, məhkəmə tərkibi tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulan cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayət əməllərinin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulan əməllərinin cinayət olmasını aradan qaldıran hallar, eləcə də həmin maddələrlə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, həmin maddələrdə göstərilən cinayətləri törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.3-cü maddəsi ilə təqsirli bilinib cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakterli qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 329.3-cü maddəsinin saksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, qeyd olunan cinayətlər təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.3-cü maddəsilə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətlər ağır cinayətlər kateqoriyasına aid olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəlini tutulduğu andan 12 iyul 2023-cü il tarixdən hesablamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında”, Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan “Naxçıvan” X9 məsul saxlanca verilmiş bir ədəd “1232672” №-li, “AK-74” konstruksiyalı avtomat silah, bir ədəd içərisində 25 ədəd patron olan daraq, üç ədəd 5.45 mm kalibrli patron bir ədəd 5.45 mm kalibrli plastik gülləli patron Sərhəd Diviziyasının istifadəsinə verilməli, “X35 11 S” markalı, “2201117SG” modelli mobil smartfon telefon və həmin mobil smartfon telefonun daxilində olan “SİM” danışıq kartı 4 GB həcmində “mikro SD” yaddaş kartı Təqsirləndirilən şəxs və ya onun etibar etdiyi şəxsə qaytarılmalı, bir ədəd hərbi panama, bir ədəd kitel, bir ədəd qısaqol mayka, bir ədəd hərbi şalvar, bir ədəd qısa alt tumanı, bir cüt çəkmə, bir cüt corab, bir ədəd hərbi bel kəməri istifadəyə yararsız olduğundan məhv edilməlidir. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd “DVD” disk, hadisə yerinə, meyitə baxış keçirilən zaman, üzləşdirmələr aparılan zaman video çəkilişlərin olduğu 2 (iki) ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 355, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəllənin 329.3-cü maddəsi ilə 06 (altı) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 12 iyul 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan “Naxçıvan” X9 məsul saxlanca verilmiş bir ədəd “1232672” №-li, “AK-74” konstruksiyalı avtomat silah, bir ədəd içərisində 25 ədəd patron olan daraq, üç ədəd 5.45 mm kalibrli patron bir ədəd 5.45 mm kalibrli plastik gülləli patron Sərhəd Diviziyasının istifadəsinə verilsin, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin maddi sübutlar otağında saxlanılan “X35 11 S” markalı, “2201117SG” modelli mobil smartfon telefon və həmin mobil smartfon telefonun daxilində olan “SİM” danışıq kartı 4 GB həcmində “mikro SD” yaddaş kartı Təqsirləndirilən şəxs və ya onun etibar etdiyi şəxsə qaytarılsın, bir ədəd hərbi panama, bir ədəd kitel, bir ədəd qısaqol mayka, bir ədəd hərbi şalvar, bir ədəd qısa alt tumanı, bir cüt çəkmə, bir cüt corab, bir ədəd hərbi bel kəməri istifadəyə yararsız olduğundan məhv edilsin. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd “DVD” disk, hadisə yerinə, meyitə baxış keçirilən zaman, üzləşdirmələr aparılan zaman video çəkilişlərin olduğu 2 (iki) ədəd “DVD” disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: İlham İbrahimov (sədrlik edən) Səxavət Hüseynov Abil Orucəliyev.
Məhkəmə qərarları › İş №1-1(092)-4/2024
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-4/2024
29.01.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver