Məhkəmə qərarları › İş №1-1(092)-4/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-4/2025

07.01.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-4/2025 07.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Seyidov Eyvaz Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Naxçıvan "Asan" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1987-ci il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), ali hərbi təhsilli, evli (himayəsində iki azyaşlı uşağı olan), əvvəllər məhkum olunmamış, yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin 1-ci motoatıcı tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsində, mayor hərbi rütbəsində xidmət edən, 21 oktyabr N4-cü il tarixdə barəsində “başqa yerə getməmək haqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxslərə qarşı təkrarən zor tətbiq etmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 5-ci taborunda tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsində, mayor hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən N4-cü ilin iyul ayının əvvəllərində günorta yeməyindən sonra taborun 17-ci bölüyünün yerləşdiyi, rayonun Gənzə kəndi ərazisindəki “Kiçik Soyuq” adlanan döyüş mövqeyində olan zaman tabeliyində olan, həmin bölüyün 3-cü taqımının 3cü manqasında atıcı-qumbaratan köməkçisi vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs2 bölüyün əsgər yataqxanasının giriş hissəsində olan və yataqxanada geyilməsi üçün nəzərdə tutulmuş yüngül ayaqqabıları səliqəli şəkildə düzməsini tapşırmış və bir qədər sonra, yəni saat 14 radələrində əsgər Zərərçəkmiş şəxs2 verdiyi tapşırığı yerinə yetirmədiyini görüb, yataqxananın girişində onun sifətinə bir sillə zərbəsi vuraraq, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, N4-cü ilin iyul ayının əvvəllərində taborun 17-ci bölüyünün yerləşdiyi, Ordubad rayonunun Gənzə kəndi ərazisindəki “Kiçik Soyuq” adlanan döyüş mövqeyində bölüyün şəxsi heyətinin səhər düzülüşü zamanı tabeliyində olan, həmin bölüyün 3-cü taqımının 3-cü manqasında pulemyotçu vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs1 bölükdəki generatorun saxlanıldığı otağı təmizləməsini tapşırmış və bir qədər sonra, yəni saat 12 radələrində oraya gedib baxdıqda əsgər Zərərçəkmiş şəxs1 işini yekunlaşdırmadığını görüb ünvanına nalayiq ifadələr işlədərək, əli ilə başının arxasına bir sillə zərbəsi vuraraq, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, N4-cü ilin iyul ayının sonlarında taborun 17-ci bölüyünün yerləşdiyi, Ordubad rayonunun Gənzə kəndi ərazisindəki “Kiçik Soyuq” adlanan döyüş mövqeyində tabeliyində olan, həmin bölüyün 3-cü taqımının 3-cü manqasında pulemyotçu vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs1 bölüyün əsgər yataqxanasındakı televizoru təmir etməyi tapşırmış və həmin gün saat 15 radələrində yataqxanada əsgər Zərərçəkmiş şəxs1 televizoru təmir edə bilmədiyini dedikdə onun başının arxasına bir sillə zərbəsi, arxa (sağrı) nahiyəsinə isə bir təpik zərbəsi vuraraq, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, N4-cü ilin avqust ayının ortalarında saat 15 radələrində taborun 17-ci bölüyünün yerləşdiyi, Ordubad rayonunun Gənzə kəndi ərazisindəki “Kiçik Soyuq” adlanan döyüş mövqeyində bölüyün şəxsi heyətinin sıra düzülüşü zamanı tabeliyində olan, həmin bölüyün 3-cü taqımının 3-cü manqasında atıcı-qumbaratan köməkçisi vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs2 sıraya gecikdiyini görüb yanına çağıraraq əsgər yataqxanasının qarşısında əsgər Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadələr işlətmiş və daha sonra arxa (sağrı) nahiyəsinə bir təpik zərbəsi vuraraq, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 25 avqust N4-cü il tarixdə taborun 17-ci bölüyünün yerləşdiyi, Ordubad rayonunun Gənzə kəndi ərazisindəki “Kiçik Soyuq” adlanan döyüş mövqeyində tabeliyində olan, həmin bölüyün 1-ci taqımının 3-cü manqasında tuşlayıcı vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs3 yeməkxanaya gedib şəxsi heyətin yuyunması üçün su qızdırmasını tapşırmış və bir qədər sonra, yəni saat 18 radələrində əsgər Zərərçəkmiş şəxs3 əsgər yataqxanasından çıxdığını görüb, nə üçün yeməkxanada olmadığını soruşaraq onun qulağından tutmuş, daha sonra özünə tərəf çəkib silkələyərək, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş mayor Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən özünün 23 iyul N3-cü ildən 07 oktyabr N4-cü ilədək N №-li hərbi hissənin “Kiçik soyuq” və “Böyük soyuq” mövqelərində xidmət aparan taborunda tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsində xidmət etdiyini, əsgərlər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 həmin taborun 17-ci bölüyündə xidmət edərkən tanıdığını, “Kiçik soyuq” mövqeyinin 17-ci bölüyün bölük mərkəzi olduğunu, N4-cü ilin iyul ayının əvvəllərində “Kiçik soyuq” mövqeyində olarkən 17ci bölüyün əsgəri Zərərçəkmiş şəxs2 yataqxana ayaqqabılarını səliqəli şəkildə düzməsini tapşırdığını, həmin gün saat 14 radələrində yataqxanaya girdikdə ayaqqabıların düzülmədiyini görüb Zərərçəkmiş şəxs2 yanına, yataqxananın girişinə çağırdığını, Zərərçəkmiş şəxs2 niyə ayaqqabıların düzülmədiyini soruşduğunu, əsəbləşərək onun sifətindən sillə ilə bir dəfə vurduğunu, bundan başqa N4-cü ilin avqust ayının ortalarında saat 15 radələrində “Kiçik soyuq” mövqeyinin yataqxanasının qarşısında onun tərəfindən düzülüş verildiyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs2 düzülüşə gecikdiyini, bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs2 oraya gəldikdə ona niyə düzülüşə gecikdiyini dediyini, sonra ona qarşı nalayiq ifadə işlədərək arxasından təpiklə 1 dəfə vurduğunu, bundan başqa N4-cü ilin iyul ayının əvvələrində səhər düzülüşündə 17-ci bölüyün əsgəri Zərərçəkmiş şəxs1 mövqenin yataqxanasının arxasında olan generator otağını təmizləməsini tapşırdığını, həmin gün saat 12 radələrində onun gördüyü işlərə baxmaq üçün generator otağına getdiyini, Zərərçəkmiş şəxs1 səhərdən göstəriş versə də, hələ orada təmizlik işlərini bitirmədiyi üçün ona qarşı nalayiq ifadə işlədərək boyun nahiyəsindən sillə ilə bir dəfə vurduğunu, bundan başqa N4-cü ilin iyul ayının sonlarında “Kiçik Soyuq” mövqeyinin yataqxanasında olan televizorun xarab olduğunu, Zərərçəkmiş şəxs1 televizoru-televizorda olan kanalları düzəltməsini tapşırdığını, həmin gün saat 15 radələrində yataqxanaya gəldikdə Zərərçəkmiş şəxs1 ona televizoru düzəldə bilmədiyini, antenanın aparatının xarab olduğunu dediyini, buna əsəbləşərək ona “düzəldə bilməyəcəkdinsə vaxtında deyərdin” deyib sillə ilə bir dəfə başının arxasından, təpiklə bir dəfə arxasından vurduğunu, bundan başqa N4-cü ilin avqust ayının axırlarında həftənin bazar günü olduğundan şəxsi heyətin saçlarını kəsdirib yuyunduğunu, 17-ci bölüyün əsgəri Zərərçəkmiş şəxs3 yeməkxanada su qızdırmasını, əsgərlərin suyu aparıb hamamda yuyunmalarını tapşırdığını, həmin gün saat 18 radələrində yataqxanaya girəndə girişdə Zərərçəkmiş şəxs3 gördüyünü, ondan nə üçün yeməkxanada deyil də yataqxanada olduğunu soruşaraq sonra onun qulağından tutub dartaraq özünə tərəf çəkib silkələməyə başladığını, sonra onun qulağını buraxdığını, Zərərçəkmiş şəxs3 oradan çıxıb getdiyini bildirmişdir. Həmçinin mayor Təqsirləndirilən şəxs ifadəsində tabeliyində olan əsgərlərə qarşı etdiyi əməllərindən peşman olduğunu, hadisələrin baş verdiyi dövrdə mövqeyə tez-tez yoxlamaların gəldiyini və bu yoxlamaların mövqedə aşkar etdikləri hər bir nöqsan barəsində ona irad bildirdiklərini, hadisələrin də bu vəziyyətin psixoloji basqısı altında baş verdiyini, bu hadisələr baş verənədək 18 illik zabit həyatında tabeliyində olan heç kəsə qarşı zor tətbiq etmədiyini, himayəsində iki azyaşlı övladının olduğunu, ailədə yeganə qazanc gətirən şəxs olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə məhkəmə istintaqında özünü tam təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs1 ifadəsində və ona verilmiş sualları cavablandırarkən N4-cü ilin iyul ayının əvvələrində səhər düzülüşündə mayor Təqsirləndirilən şəxs ona mövqenin yataqxanasının arxasında olan generator otağını təmizləməyi tapşırdığını, oranı təmizləyərkən saat 12 radələrində gördüyü işlərə baxmaq üçün mayor Təqsirləndirilən şəxs oraya gəldiyini, həmin vaxt hələ təmizlik işlərini bitirmədiyini, mayor Təqsirləndirilən şəxs ondan işləri bitirib-bitirmədiyini soruşduqda ona işləri bitirmədiyini dediyini, buna görə mayor Təqsirləndirilən şəxs ona orada nalayiq ifadələr işlədib başının arxasından bir sillə vurduğunu, sonra mayor Təqsirləndirilən şəxs oradan çıxıb getdiyini, bundan başqa N4-cü ilin iyul ayının sonlarında “Kiçik soyuq” mövqeyinin yataqxanasında olan televizor və televizorun qoşulduğu peyk antenasının aparatının xarab olduğunu, mövqedə televizorun xarab olduğu zamanlar onun düzəltdiyini, buna görə mayor Təqsirləndirilən şəxs ona televizoru düzəltməyi tapşırdığını, yataqxananın içərisində televizora baxdıqda peyk antenasının aparatı xarab olduğundan düzəldə bilmədiyini, saat 15 radələrində mayor Təqsirləndirilən şəxs yataqxanaya gəldiyini, ona televizorun düzəlmədiyini, aparatın dəyişilməli olduğunu dediyini, mayor Təqsirləndirilən şəxs həmin vaxt yataqxanada ona əsəbləşərək üzərinə qışqırıb “düzəldə bilməyəcəkdinsə əvvəlcədən deyərdin” dediyini və başının arxasından bir sillə, arxa nahiyəsindən isə bir təpik vurduğunu, mayor Təqsirləndirilən şəxs hər iki epizod üzrə ona zor tətbiq etməsi nəticəsində heç bir xəsarət almadığını, güclü fiziki ağrı hiss etmədiyini bildirmişdir. Həmçinin əsgər Zərərçəkmiş şəxs1 ifadəsində mayor Təqsirləndirilən şəxsla barışdığını, özünün onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs2 ifadəsində və ona verilmiş sualları cavablandırarkən N4-cü ilin iyul ayının əvvəllərində günorta yeməyindən sonra mayor Təqsirləndirilən şəxs ona “Kiçik soyuq” mövqeyinin yataqxanasının girişində olan yataqxana ayaqqabılarını səliqəli düzməsini tapşırdığını, siqaret çəkməyə getdiyi üçün ayaqqabıları düzmədiyini, həmin gün saat 14 radələrində mayor Təqsirləndirilən şəxs yataqxanaya girdikdə ayaqqabıların düzülmədiyini görüb onu yanına çağırdığını, yataqxananın girişində ondan nə üçün ayaqqabıların düzülmədiyini soruşub sifətinə bir sillə vurduğunu, gedib ayaqqabıları düzməyini deyərək oradan getdiyini, bundan başqa N4-cü ilin avqust ayının ortalarında saat 15 radələrində mayor Təqsirləndirilən şəxs tərəfindən bölməyə düzülüş verildiyini, ayaqyolunda olduğu üçün sıraya gecikdiyini, düzülüş yataqxananın qarşısındakı düzülüş yerində olduğunu, düzülüş yerinə çatdıqda mayor Təqsirləndirilən şəxs onu görüb yanına çağırdığını, ona nalayiq ifadələr işlədərək arxa nahiyəsindən bir təpik zərbəsi vurduğunu, mayor Təqsirləndirilən şəxs hər iki epizod üzrə ona zor tətbiq etməsi nəticəsində heç bir xəsarət almadığını, güclü fiziki ağrı hiss etmədiyini bildirmişdir. Həmçinin əsgər Zərərçəkmiş şəxs2 ifadəsində mayor Təqsirləndirilən şəxs ondan üzr istədiyini, özünün onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində və ona verilmiş sualları cavablandırarkən özünün N №-li hərbi hissənin “Kiçik soyuq” adlandırılan mövqeyində xidmət etdiyi dövrdə 25 avqust N4-cü ildə həftənin istirahət günü olduğundan şəxsi heyətin saçlarını kəsdirib yuyunduğunu, mayor Təqsirləndirilən şəxs bu məqsədlə ona yeməkxanada su qızdırmasını, şəxsi heyətin həmin su ilə hamamda yuyunmasını tapşırdığını, özünün bu tapşırığı icra etdiyini və mövqedəki əsgərlərin hamısının yuyunduğunu, hamı yuyunub qurtardıqdan sonra özünün saçını kəsdirdiyini, saat 18 radələrində yataqxanadan çıxıb hamama yuyunmağa getmək istəyərkən yataxananın girişində mayor Təqsirləndirilən şəxs onu görüb yanına çağırdığını, ona nə üçün yeməkxanada deyil yataqxanada olduğunu deyərək əli ilə onun sağ qulağından tutub silkələməyə başladığını, həmin vaxt qulağında ağrı hiss etsə də, bu ağrının elə də güclü olmadığını bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs3 ifadəsində özünün mayor Təqsirləndirilən şəxs bağışladığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını, onun cəzalanmasını istəmədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən 25 avqust N4-cü ildə həftənin istirahət günü olduğundan xidmət etikləri mövqedə şəxsi heyətin saçını kəsdirdiyini, həmin gün saat 18 radələrində əsgər Zərərçəkmiş şəxs3 yataqxanaya gəldiyini, onun da saçını kəsdiyini, Zərərçəkmiş şəxs3 yataqxanadan çıxıb saçını yumağa gedərkən yataqxananın girişində mayor Təqsirləndirilən şəxs onun qulağından əli ilə tutub silkələdiyini gördüyünü, bundan sonra özünün əsgər Zərərçəkmiş şəxs3 bunun səbəbini soruşduqda Zərərçəkmiş şəxs3 mayor Təqsirləndirilən şəxs onu yataqxanada görüb nə üçün yeməkxanada şəxsi heyətin yuyunması üçün su qızdırmadığını deyərək onun qulağından tutub silkələdiyini dediyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid2 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən N4-cü ilin iyul ayının sonlarında saat 15 radələrində telefonla danışmaq üçün yataqxanaya getdiyini, rabitə otağının qarşısına çatdıqda dəhlizdə olarkən çarpayılar olan otağın qapısı açıq olduğundan içərisinin göründüyünü, həmin yerə baxdıqda mayor Təqsirləndirilən şəxs nəsə deyərək əsgər Zərərçəkmiş şəxs1 başının arxasından əlinin içi ilə bir dəfə və təpiklə arxa nahiyəsindən bir zərbə vurduğunu gördüyünü, həmin zaman Zərərçəkmiş şəxs1 cəld gəlib onun yanından keçib yataqxanadan çölə çıxdığını, Zərərçəkmiş şəxs1 onun yanından keçəndə ondan nə olmasını soruşduğunu, amma onun cavab vermədiyini, sonradan mayor Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 televizoru təmir edə bilmədiyi üçün döydüyünü eşitdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş baş leytenant Şahid6, əsgər Şahid3, əsgər Şahid5 və əsgər Şahid4 oxşar məzmunlu ifadələr verərək, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin və şahidlər Şahid1 və Şahid2 ifadələrində göstərilənləri təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, onların ifadələri bir-birini istisna etmir. Məhkəmə ifadələrin bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisələrin təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslər tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. Təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisələr ilə əlaqəsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi ilə bağlı ittiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmasa da, cinayət hadisələrinin törədilməsi zamanı zərərçəkmiş şəxslərə “”Güclü” fiziki ağrının yetirilməsi ilə bağlı ittiham tərəfinin mövqeyi məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin (istər zərərçəkmiş şəxslərin, istərsə də təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə təsdiq olunmur. Həmçinin qeyd etmək zəruridir ki, cinayət hadisələrinin törədilməsi zamanı zərərçəkmiş şəxslərin məruz qaldıqları fiziki təsir nəticəsində ağrı hiss etmələri ilə bağlı cinayət işinin materiallarında sübutlara (izahat və ya ifadələrə) rast gəlinsə də, bu fiziki ağrıların “Güclü” olması ilə bağlı iş materiallarında da heç bir sübuta rast gəlinmir. Bu baxımdan da məhkəmə hesab edir ki, cinayət hadisələrinin törədilməsi zamanı zərərçəkmiş şəxslərə “”Güclü” fiziki ağrının yetirilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticənin əsasını ehtimallar və şəxsi mülahizələr təşkil etdiyindən, ittihamın bu hissəsi mayor Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1ci maddəsi ilə irəli sürülmüş ittihamdan çıxarılmalıdır. Məhkəmə hesab edir ki, ittihamın bu hissədə əsassız hesab edilməsinə dair məhkəmənin gəldiyi nəticə cinayətin tövsifinin dəyişməsinə, faktiki hallar baxımından ittihamın həcminin genişləndirilməsinə, dolayısıyla təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işi başlamaq haqqında” xx.xx.N4-cü il tarixli qərarlardan görünür ki, mayor Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə əsgərlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışlar (i.v İ cild 1-2). Məhkəmə hesab edir ki, bu sübutla cinayət işi üzrə zərərçəkmiş şəxslərin kimliyi öz təsdiqini tapır. N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli, N5 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, Müdafiə nazirinin müavini–X9 Komandanının 21 iyul N3-cü il tarixli, 047 №-li əmri ilə mayor Təqsirləndirilən şəxs hərbi hissənin 5-ci motoatıcı tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsinə təyin edilmişdir (İ.v İ cild 50). N №-li hərbi hissə komandirinin N oktyabr N3-cü il tarixli, 284 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, həmin əmr ilə əsgər Zərərçəkmiş şəxs1 hərbi hissənin 5-ci motoatıcı taborunun, 17-ci motoatıcı bölüyünün, 3-cü motoatıcı taqımının, 3-cü manqasında pulemyotçu vəzifəsinə təyin edilmişdir (İ.v İ cild 59). N №-li hərbi hissə komandirinin N aprel N4-cü il tarixli, 95 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, həmin əmr ilə əsgər Zərərçəkmiş şəxs2 həmin tarixdən hərbi hissənin 5-ci motoatıcı taborunun, 17-ci motoatıcı bölüyünün, 3-cü motoatıcı taqımının, 3cü manqasında atıcı-qumbaraatan köməkçisi vəzifəsinə təyin edilmişdir (İ.v İ cild 54). N №-li hərbi hissə komandirinin N iyul N4-cü il tarixli, 185 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, həmin əmr ilə əsgər Zərərçəkmiş şəxs3 hərbi hissənin 5-ci motoatıcı taborunun, 17-ci motoatıcı bölüyünün, 1-ci taqımının, 3-cü manqasında tuşlayıcı vəzifəsinə təyin edilmişdir (İ.v İ cild 64). N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş 09 sentyabr N4-cü il tarixli, 865 №-li və arayışdan görünür ki, mayor Təqsirləndirilən şəxs ilə əsgərlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 arasında tabelik münasibətləri olmuş, mayor Təqsirləndirilən şəxs onlara rəis hesab olunmuşdur (i.v İ cild 49). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 hərbi qulluqçu olmaları və onlar arasında tabelik münasibətlərinin olması öz təsdiqini tapır. X7 “Məhkəmə-Tibbi Ekspertizası”nın 05 sentyabr N4-cü il tarixli, 482, 483 və 484 №li ekspert rəylərindən görünür ki, ekspert müayinələri zamanı əsgərlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 bədən səthlərində hadisə ilə bağlı hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. (İ.v İ cild 79, 80, 81). Məhkəmə hesab edir ki, bu sübutlarla baş vermiş hadisələr nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 sağlamlıqlarına zərər vurulmaması öz təsdiqini tapır. X1 Sistemindən çıxarılmış məlumatdan görünür ki, təqsirləndirilən şəxs mayor Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v İ cild 46). Məhkəmə hesab edir ki, bu sübutla mayor Təqsirləndirilən şəxs məhkumluğunun olmaması və ona residivə görə cəza təyin etmək üçün əsasların olmaması öz təsdiqini tapır. N5 №-li hərbi hissə tərəfindən təqdim edilmiş 25 sentyabr N4-cü il tarixli, 867 №-li arayışdan görünür ki, mayor Təqsirləndirilən şəxs 25 sentyabr N4-cü il tarixdə N5 №-li hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və mayor Təqsirləndirilən şəxs sağlam olmaqla hərbi xidmətə yararlı hesab edilmişdir (i.v İ cild 90). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X12i tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış xx.xx.N4-cü il tarixli, xx/xx/11491 №-li cavab məktubundan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həmin tibb mərkəzində narkoloji xəstə kimi qeydiyyatı yoxdur (i.v İ cild 181). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış xx.xx.N4-cü il tarixli, 12473 №-li cavab məktubundan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həmin tibb müəssisəsində müalicədə olmamışıdır (i.v İ cild 179). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs sağlamlıq və hərbi xidmətə yararlılıq vəziyyəti, onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasların olmaması öz təsdiqini tapır. N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş 12 sentyabr N4-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs mayor Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmuşdur (İ.v İ cild 52). Məhkəmə hesab edir ki, bu sübutla mayor Təqsirləndirilən şəxs bir hərbi qulluqçu kimi şəxsiyyətini və işə münasibətini xarakterizə edən hallar öz təsdiqini tapır. N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xx.xx.N4-cü il tarixli arayışdan, AZ-T 015485 №-li nikah haqqında, AZ-İİİ 300521 və AZ-İİİ 978747 №-li doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs rəsmi nikahda olmaqla, onun ailə üzvləri 1994-cü il təvəllüdlü arvadı Abuzərova (Mirzəyeva) Ülviyyə Təbriz qızından, N14-cü il təvəllüdlü oğlu- X5 və N17-ci il təvəllüdlü qızı-X3 ibarətdir (i.v İ cild 74-74, İİ cild). Naxçıvan Muxtar Respublikası ƏƏSMN-nin tabeliyində X4 Kəngərli rayon Sektorunun müdiri tərəfindən verilmiş xx.xx.N4-cü il tarixli, 3-14-9-2/2-A-9199/N4 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı X6 heç bir yerdə işləmir (i.v İİİ cild). Məhkəmə hesab edir ki, bu sübutlarla mayor Təqsirləndirilən şəxs rəsmi nikahda olması, himayəsində iki azyaşlı övladının olması və ailədə yeganə qazanc gətirən şəxs olması kimi hallar öz təsdiqini tapır. “Şübhəli şəxs qismində tanımaq və qətimkan tədbirinin seçilməsi haqqında” 21 oktyabr N4-cü il tarixli qərardan görünür ki, həmin tarixdə mayor Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ.v İ cild 182-183). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi öz təsdiqini tapır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisələr ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətlərin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən halların mövcudluğu və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr N05-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N11-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 329.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinə əsasən komandir (rəis) Azərbaycan Respublikasının siyasətini ardıcıllıqla və möhkəm surətdə həyata keçirməli; tabeliyində olanların təlim-tərbiyəsinin təşkiledicisi və rəhbəri olmalı; hərbi hissənin, gəminin (bölmənin) idarə olunması üsullarını daim təkmilləşdirməli; kadrlarla bacarıqla işləməli; öz təşkilatçılıq qabiliyyətini inkişaf etdirməli və metodik vərdişini təkmilləşdirməli; tabeliyində olanların təlim-tərbiyəsinin səmərəliliyinin artırılması işinə kömək göstərə biləcək bütün yenilikləri həyata keçirməli; tabeliyində olanlara qarşı yüksək tələbkarlıq və prinsipiallıq göstərməklə nöqsanlara göz yummamalı, tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, mayor Təqsirləndirilən şəxs rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxslərə qarşı təkrarən zor tətbiq etməsi ilə müşayiət olunan əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin dispozitiv şərti (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində şəxsə qarşı təkrarən zor tətbiq etməsi) mövcud olmuşdur. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsləri, o cümlədən şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında mayor Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxslərə qarşı təkrarən zor tətbiq etməsi mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməllərinə görə təqsirli bilinib, həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinin müddəalarına müvafiq olaraq Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələri, N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xx.xx.N4-cü il tarixli arayış, AZ-T 015485 №-li nikah haqqında, AZ-İİİ 300521 və AZ-İİİ 978747 №-li doğum haqqında şəhadətnamələrin surətləri, eləcə də Təqsirləndirilən şəxs arvadı X2 adına verilmiş xx.xx.N4-cü il tarixli, 3-14-9-2/2-A-9199/N4 №-li arayış və N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xx.xx.N4-cü il tarixli xidməti xasiyyətnamə ilə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul N13-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun N03-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun N03-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral N17-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirli bilinən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzanın növü və həddinin seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, mayor Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinin sanksiyasında-bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində müəyyən edilmiş (maddə 59.1.12) və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrinin müddəalarına əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Əlavə olaraq qeyd etmək lazımdır ki, məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etsəydi belə, bu Təqsirləndirilən şəxs zabit olması səbəbindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 54-cü maddəsinin tələblərinə görə də, mümkün olmayacaqdı. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 54-cü maddəsinə əsasən hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa, üç aydan iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilə bilər. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, təqsirkar Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (cinayət hadisələrinin həyata keçirilmə üsulunu, baş vermiş nəticələrin ağırlıq dərəcəsini və.s), həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini (təqsirkar şəxsin məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, evli və himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilməsini, həmçinin cəzanın onun ailəsinin həyat şəraitinə təsirini), o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkmədən də onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını qanuni, əsaslı, ədalətli, o cümlədən sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətli hesab edir. Məhkəmə hesab edir ki, cəzanı yüngülləşdirən halların məcmusu törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, Təqsirləndirilən şəxs şəxsiyyətinin təhlükəli olmadığına inam yaradır. Sadalanan bu səbəblər məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza onun tərəfindən real çəkilmədən də, onun islah olunması və bununla da cəzanın məqsədlərinə nail olunması mümkündür. Başqa sözlə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı real çəkilməli olan cəzanın təyin edilməsi onun ailə münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, 18 illik qulluq stajı olan bir zabit kimi onun özünü və heç bir yerdən dolanışıq üçün əlavə gəliri olmayan ailəsini, xüsusən himayəsində olan 2 (iki) azyaşlı uşağını ciddi məhrumiyyətlərə düçar edə bilər ki, bu kimi hallar da cəzanın məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək üçün Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən edilməli və onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidmət etdiyi müddət ərzində tabeliyində olan şəxslərə münasibətdə nəzakətli və təmkinli olmaq, hərbi nəzakət və davranış qaydalarına ciddi riayət etmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət hazırda xidmət etdiyi Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə müvafiq icra və probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Həmin məcəllənin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru, hərbi qulluqçular üzərində isə hərbi hissələrin və ya müəssisələrin komandanlığı həyata keçirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr N1-ci il tarixli qərarında göstərilmişdir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkəmə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 21 oktyabr N4-cü il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələblərinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci-təqsirli bilinən Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli olan haqdan ibarətdir. Belə ki, cinayət işi üzrə 19 noyabr N4-cü il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından o, məhkəmənin müvafiq qərarı ilə dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi ilə təmin edilmiş, onun hüquqlarının müdafiəsi Naxçıvan "Asan" Vəkil Bürosunun vəkili Müdafiəçi həvalə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral N01-ci il tarixli, 31 №-li qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, təqsirli bilinən şəxsə göstərilmiş hüquqi yardıma görə Naxçıvan "Asan" Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına onun vəkil işlədiyi Naxçıvan Asan Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidmət etdiyi müddət ərzində tabeliyində olan şəxslərə münasibətdə nəzakətli və təmkinli olmaq, hərbi nəzakət və davranış qaydalarına ciddi riayət etmək vəzifələri qoyulsun. Sınaq müddəti dövründə Təqsirləndirilən şəxs davranışına nəzarət hazırda xidmət etdiyi Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə müvafiq İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri bu hökm icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. İş üzrə məhkəmə xərci-Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi işlədiyi Naxçıvan "Asan" Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan N gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar