Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-40/2024 20.06.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları, Naxçıvan MR Hərbi Məhkəməsinin inzibati binasında xx xxxx 2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi bina 85 ev 12-də qeydiyyatda olan, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin hərbi qulluqçusu barəsində 19 aprel 2024-cü il tarixdə komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbiri seçilmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs N №-li hərbi hissəsinin 5-ci taborunun 17-ci bölüyünün 1-ci taqımının 2-ci manqasının şərti olaraq “21-ci mövqe” adlanan döyüş mövqeyində atıcıqumbaraatan köməkçisi vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 20 fevral 2024-cü il tarixdə saat 08:00-dan 10:00-dək aralarında tabelik münasibəti olmayan, həmin taqımda pulemyot manqasında heyət nəfəri vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs ilə birgə döyüş növbətçiliyinə təyin olunmuş, növbəyə çıxmamışdan əvvəl saat 07:45-də mövqeyin yeməkxanasında özünün və əsgər Zərərçəkmiş şəxs istifadə etmələri üçün verilmiş birdəfəlik istifadə üçün olan kofeni suya qatmaqla hazırlamış, Zərərçəkmiş şəxs buna etiraz edərək kofeni sonra istifadə edəcəyini dedikdə, o, narazılıq edərək birdəfəlik istifadə üçün verilmiş digər kofe paketini əsgər Zərərçəkmiş şəxs üzərinə atmış və bu zəmində aralarında mübahisə yaransa da həmin vaxt orada olan digər xidmət yoldaşları müdaxilə edərək mübahisə etmələrinə imkan verməmişlər. Döyüş növbətçiliyinə çıxdıqdan sonra saat 08:10-da mövqeyin müşahidə məntəqəsində əsgər Təqsirləndirilən şəxs bir qədər əvvəl aralarında olan mübahisəni davam etdirməyə başlamış və mübahisə zamanı o, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını tənzimləyən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı”, 42-ci maddəsində göstərilən “hərbi qulluqçular həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməli”, 138-ci bəndlərində göstərilmiş “əsgər hərbi nizamnamələrin tələblərini möhkəm bilməli və vicdanla yerinə yetirməlidir” kimi tələblərini kobud surətdə pozub əsgər Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir yumruq zərbəsi vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid “üst dodağın əzilmiş-cırılmış yarası” xəsarətini yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində 20 fevral 2024-cü il tarixdə, saat 08:00-dan 10:00-dək əsgər yoldaşı Zərərçəkmiş şəxslə xidmət etdikləri bölüyün 21-ci mövqeyində döyüş növbətçiliyinə təyin olunduqlarını, xidmətə çıxmamışdan əvvəl saat təqribən 07:45 radələrində mövqeyin yeməkxanasında onlara verilmiş birdəfəlik istifadə üçün nəzərdə tutulmuş kofe paketini açıb su ilə qataraq özünə və əsgər yoldaşı Zərərçəkmiş şəxs isti kofe hazırladığını, Zərərçəkmiş şəxs də niyə onun icazəsi olmadan kofesini açdığını, hələlik çay içəcəyini bildirib nələrsə dediyini, onun sözlərinə əsəbləşərək cibində olan başqa bir kofeni çıxararaq ona tərəf tulladığını, bu səbəbdən də aralarında mübahisə yarandığını və həmin vaxt Zərərçəkmiş şəxs ünvansız ortalığa var-yox söyüşü söydüyünü, həmin söyüşü özünə götürdüyünü, var-yox söyüşünün ona ağır təsir etdiyini, qarşılıqlı bir birləri ilə mübahisə etdiklərini, orada olanların onların mübahisə etmələrinə imkan vermədiklərini, onları ayırdıqlarını, saat 08 radələrində MAHHXHQ-su əsgər Şahid3 hər ikisini təlimatlandırıb müşahidə məntəqəsinə apardığını, saat 08:10 radələrində döyüş mövqeyində Zərərçəkmiş şəxs yaxınlaşaraq nə üçün ona var-yox söyüşü söyməsini soruşduqda Zərərçəkmiş şəxs də “ birinci sənə söyüş söymürdüm ortalığa söyürdüm, niyə icazəsiz məndən soruşmadan mənim kofemi açmısan, mən onu xidmətdən çıxdıqdan sonra açıb içəcəkdim, ona görə də söyüş söydüm” dediyini, bundan sonra əsəbiləşib Zərərçəkmiş şəxs ağız nahiyəsindən bir yumruq zərbəsi vurduğunu, Zərərçəkmiş şəxs də onu əli ilə kənara itələdiyini, ayağı sürüşdüyü üçün yerə yıxıldığını, yumuruğun təsirindən Zərərçəkmiş şəxs dodağının yaralanaraq qanadığını, Zərərçəkmiş şəxs də onun başından yumruqla bir-iki dəfə vurduğunu, tez cibindən dəsmalını çıxararaq yaralanmış yerə qoymaq üçün ona verdiyini, müşahidədən yenicə ayrılmış MAHHXHQ-su əsgər Şahid3 onların dalaşmaq səsini eşidərək müşahidə məntəqəsinə gələrək onları aralaşdırdığını və mövqenin əsgər yataqxanasına zəng edərək hadisə barədə mövqeyin post böyüyü taqım komandiri baş leytenant Şahid4 məruzə etdiyini, daha sonra post böyüyü taqım komandiri baş leytenant Şahid4 əsgərlər Şahid1 və Kainat Kazımzadə ilə birlikdə müşahidə məntəqəsinə gələrək onların hər ikisini dəyişərək yataqxanaya aparıb baş vermiş hadisə barədə yuxarı komandanlığa məruzə etdiyini, zərərçəkmiş şəxsdən üzr istədiyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin də onu bağışladığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin 5-ci taborunun əsgəri Şahid1 ifadəsində 20 fevral 2024-cü il tarixdə 21-ci mövqenin yeməkxanasında əsgər Şahid2 ilə təmizlik işləri görərkən saat 07:45 radələrində yeməkxanada Təqsirləndirilən şəxs özü və Zərərçəkmiş şəxs birdəfəlik istifadə üçün olan kofe hazırladığını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “kofeləri hazırlamışam, götür iç gedək, yubanırıq” dediyini, Zərərçəkmiş şəxs isə “ məndən icazəsiz mənim kofemi niyə hazırlamısan, mən sonra içəcəkdim, mənim kofemi özümə ver” deyərək narazılıq etdiyini, bu zaman Təqsirləndirilən şəxs da cibindən çıxararaq digər birdəfəlik istifadə üçün olan kofe paketini əsgər Zərərçəkmiş şəxs üzərinə tulladığını, əsgər Zərərçəkmiş şəxs isə onun ünvanına nalayiq ifadələr işlətdiyini, bu səbəbdən də aralarında ciddi mübahisə yarandığından tez əsgər Şahid2lə onları aralaşdırdıqlarını, bir azdan baş atıcı MAHHXHQsu əsgər Şahid3 oraya gələrək onları döyüş növbətçiliyini dəyişmək üçün müşahidə məntəqəsinə apardığını, bir müddət sonra yataqxanada olarkən baş atıcı Şahid3 rabitə ilə mövqenin yataqxanasına zəng edərək Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs mövqenin müşahidə məntəqəsində dalaşmaları barədə taqım komandiri baş leytenant Şahid4 məruzə etdiyindən Şahid4 onu və əsgər Kainat Kazımzadəni döyüş növbətçiliyini dəyişmək üçün müşahidə məntəqəsinə apardığını, müşahidə məntəqəsində Zərərçəkmiş şəxs üst dodağından qan gəldiyini gördüyünü, sonradan hadisənin baş vermə səbəbini əsgər yoldaşlarından öyrəndiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin 5-ci taborun əsgəri Şahid2 ifadəsində 20 fevral 2024-cü il tarixdə səhər saatlarında yeməkxanada əsgər Şahid1la təmizlik işləri görərkən saat 07:45 radələrində yeməkxanada əsgər Təqsirləndirilən şəxs özü və əsgər Zərərçəkmiş şəxs birdəfəlik istifadə üçün olan kofe hazırladığını gördüyünü, həmin vaxt Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs “kofeləri hazırlamışam, götür iç gedək xidmətə” dediyini, əsgər Zərərçəkmiş şəxs isə əsgər Təqsirləndirilən şəxs “mənim kofemi niyə məndən icazəsiz hazırlamısan, mən sonra içəcəkdim, mənim kofemi özümə ver” deyərək narazılıq etdikdə aralarında mübahisə yarandığını, Təqsirləndirilən şəxs isə digər birdəfəlik istifadə üçün olan kofe paketini cibindən çıxararaq Zərərçəkmiş şəxs üzərinə tulladığını, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “başın gedib sənin, kofeni niyə üstümə atırsan?” deyərək ona qarşı nalayiq ifadə işlətdiyini, Təqsirləndirilən şəxs da onun üzərinə getdiyini, həmin vaxt Şahid1la onların yanına gələrək tez onları aralaşdırdıqlarını, bundan sonra baş atıcı Şahid3 saat təqribən 08 radələrində Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs döyüş növbətçiliyini dəyişmək üçün apardığını, sonradan yataqxanada olarkən baş atıcı Şahid3 rabitə ilə mövqenin yataqxanasına zəng edərək Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs mövqenin müşahidə məntəqəsində dalaşmaları barədə taqım komandiri baş leytenant Şahid4 məruzə etdiyini, onun da öz növbəsində əsgərlər Kainat Kazımzadə və Şahid1 döyüş növbətçiliyini dəyişmək üçün müşahidə məntəqəsinə apardığını,əsgər Zərərçəkmiş şəxs kazarmaya gəldikdə onun dodağının qan içində olduğunu gördüyünü, Zərərçəkmiş şəxs bunun səbəbini soruşduqda hadisəni olduğu kimi ona danışdığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 2-ci taqımının 1-ci manqasının baş atıcısı vəzifəsində xidmət edən MAHHXHQ-su əsgər Şahid3 ifadəsində 20 fevral 2024-cü il tarixdə, əsgər Zərərçəkmiş şəxslə əsgər Təqsirləndirilən şəxs 08:00-dan 10:00-dək birgə döyüş növbətçiliyinə təyin olunduqlarını, dəyişdirici olduğundan Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs saat 07:50 radələrində mövqenin silah otağına apararaq silahlarını təhvil verdiyini və onları təlimatlandırıb xidmət etdikləri mövqenin müşahidə məntəqəsinə apardığını, onların xidmətə çıxmamışdan qabaq mübahisə etmələrindən xəbərinin olmadığını, onlara növbətçiliklə bağlı təlimat verib oradan təxminən 20-30 metr aralanarkən döyüş mövqeyindən bərk səs-küy gəldiyini eşidib təcili onların yanına qayıtdığını, müşahidə məntəqəsində Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs dalaşdığını görüb onları aralaşdırarkən əsgər Zərərçəkmiş şəxs dodaq və ağzından qan gəldiyini gördüyünü, dərhal onların yanına gedib onları aralaşdıraraq mövqenin yataqxanasına zəng edib post böyüyü baş leytenant Şahid4 baş vermiş hadisə barədə məruzə etdiyini, bir neçə dəqiqə sonra Şahid4 döyüş növbətçiliyini dəyişmək üçün əsgər Kainat Kazımzadə və əsgər Şahid1la birlikdə müşahidə məntəqəsinə gələrək döyüş növbətçiliyini dəyişib hər iki əsgəri yataqxanaya, oradan isə hərbi hissəyə göndərdiyini, sonradan onların döyüş növbətçiliyində niyə dalaşmalarının səbəbini öyrəndiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 2-ci taqımının komandiri vəzifəsində xidmət edən baş leytenant Şahid4 ifadəsində 20 fevral 2024-cü il tarixdə əsgərlər Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs 08:00-dan 10:00-dək döyüş növbətçisi təyin olunduqlarını, həmin vaxt dəyişdiricı isə mövqeyin baş atıcısı MAHHXHQ-su əsgər Şahid3 olduğunu, saat 08:10 radələrində mövqenin yataqxanasında istirahət edərkən həmin vaxt Şahid3 yataqxananın rabitəsinə zəng edərək əsgərlər Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs mövqenin müşahidə məntəqəsində dalaşdıqlarını bildirdiyini, dərhal mövqenin digər əsgərləri Kainat Kazımzadə və Şahid1la dalaşan əsgəri dəyişmək üçün müşahidə məntəqəsinə getdiyini, orada əsgər Zərərçəkmiş şəxs üst dodağından və ağzından qan gəldiyini görüb tez döyüş növbətçiliyini dəyişərək əsgərlər Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs mövqenin yataqxanasına gətirdiyini, orada onlardan hansı səbəbə dalaşdıqlarını soruşub ətraflı öyrəndikdən sonra baş vermiş hadisə barədə aidiyyəti üzrə yuxarı komandanlığa məruzə edib hər ikisini hərbi hissəyə göndərdiyini göstərdi. Hərbi xidmətdən tərxis olunmuş, ailə vəziyyəti ilə əlaqədar teleqrama ilə müraciət edərək məhkəmə iclaslarında iştirak edə bilməyən, ifadəsi məhkəmə baxışı iclaslarında tədqiq edilərək elan edilmiş Zərərçəkmiş şəxs ifadəsində N №-li hərbi hissənin 5-ci taborunun 17-ci bölüyündə əsgər hərbi rütbəsində xidmət edərkən 20 fevral 2024-cü il tarixdə, saat 08:00-dan 10:00-dək əsgər Təqsirləndirilən şəxsla 21-ci döyüş növbətçiliyinə təyin olunduqlarını, saat 07:45 radələrində mövqenin yeməkxanasında növbəyə çıxmaq üçün hazırlaşarkən, əsgər Təqsirləndirilən şəxs ona “kofeləri hazırlamışam, istidir götür iç gedək” dediyini, onun, isə həmin vaxt çay içmək istədiyindən Təqsirləndirilən şəxs nə üçün onun kofesini hazırladığını, sonra içəcəyini dediyini, Təqsirləndirilən şəxs isə ona artıq kofeni suya qatdığını bildirdiyini, həmin səbəbdən də aralarında mübahisə yarandığını, əsgər Təqsirləndirilən şəxs əsəbi halda cibindən digər birdəfəlik istifadə üçün olan kofe paketini çıxarıb onun üzərinə tulladığını, bu zaman Təqsirləndirilən şəxs ünvanlasa da ortalığa nalayiq ifadələr, var-yox söyüşü söydüyünü, həmin söyüşə görə Təqsirləndirilən şəxs onun üzərinə gələrkən orada, yeməkxanada olan əsgərlər Şahid2 və Şahid1 onları aralaşdırdıqlarını, saat 08 radələrində mövqeyin baş atıcısı Şahid3 onları müşahidə məntəqəsinə apardığını, orada Təqsirləndirilən şəxs ona yaxınlaşaraq nə üçün ona varyox söyüşü söyməsini soruşduqda Təqsirləndirilən şəxs “söyülməli adamı söyərlər” dediyini, Təqsirləndirilən şəxs da əsəbləşib anidən onun ağız nahiyəsindən bir dəfə yumruqla vurduqda, Təqsirləndirilən şəxs əli ilə kənara itələdiyini, Təqsirləndirilən şəxs yerə yıxıldığını, yerdə olan zaman Təqsirləndirilən şəxs başından 2-3 dəfə yumruqla vurduğunu, hadisə nəticəsində dodağının partlayaraq qanadığını, dodağının qanını kəsmək üçün Təqsirləndirilən şəxs tez cibindən dəsmalını çıxarıb ona verdiyini, həmin vaxt özünün xəsarət almadığını, bu zaman MAHHXHQ-su əsgər Şahid3 səs küyə müşahidə məntəqəsinə qayıdaraq onları aralaşdırıb mövqenin yataqxanasına zəng edərək post böyüyü taqım komandiri baş leytenant Şahid4 hadisə barədə məruzə etdiyini, daha sonra taqım komandiri baş leytenant Şahid4 xidmətə başqa əsgərlər göndərərək onları aşağı düşürüb hadisə barədə yuxarı komandanlığa məruzə etdiyini, Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərmişdi. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi özünün səmimi etirafı ilə yanaşı şahidlərin ifadələri, ekspert rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 79-də olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 02 aprel 2024-cü il tarixli qərardan görünür ki, xx xxxxxxx 2004-cü ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, N №-li hərbi hissə xidmət edən əsgər Zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə-tibbi ekspertin 04 mart 2024-cü il tarixli 104 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onda “üst dodağın əzilmiş-cırılmış yarası” xəsarəti aşkar edilmişdir. Qeyd edilən xəsarət küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olduğu göstərilmişdir. Həmin xəsarətin cinayətin törədilmə şəraitinə uyğun törənməsinin istisna olunmadığı göstərilmişdir. N №-li hərbi hissə komandirinin N sentyabr 2023-cü il tarixli 262 №-li əmri ilə Təqsirləndirilən şəxs N №-li hərbi hissənin kəşfiyyat bölüyünün kəşfiyyat-müşahidə taqımının vizual kəşfiyyat manqasında kəşfiyyatçı-müşahidəçi vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N oktyabr 2023-cü il tarixli 288 №-li əmri ilə Təqsirləndirilən şəxs hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 2-ci taqımının 1-ci manqasında atıcı-qumbaraatan köməkçisi vəzifəsinə təyin olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdə, izahatlarda və hərbi biletində Təqsirləndirilən şəxs yalnışlıqla ali təhsilli şəxs kimi göstərilsə də cinayət işində bunu təsdiq edəcək heç bir rəsmi sənəd və notarial qaydada onun ali təhsilli olmasını təsdiq edən diplomun, sənədin üzü olmadığından (məhkəmə iclasında Təqsirləndirilən şəxs da izahatında ali təhsilli olmadığını, oxuduğu inistitutda kəsrinin olduğunu, bu səbəbdən də ali təhsilli olmasını təsdiq edən diplom ala bilmədiyini göstərdi) məhkəmə onun təhsilini ali yox, orta təhsilli kimi qəbul edir. Hərbi-Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 129 nömrəli arayışından görünür ki, təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən alınmış tələbnaməyə əsasən əsgər Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, qanunla müəyyən edilmiş qaydada cəzalanmalıdr. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə tövsif edilmiş və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin hüquqi tövsifi ondan ibarətdir ki, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmadır və həmin maddənin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən törədilmiş əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs hadisəni təsadüfi axarı zəminində ilk dəfə olaraq zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, əməlin az əhəmiyyətli olmasını, hadisəni törətdikdən sonra ona yardım göstərməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin onu bağışlamasını və ondan hər hansı bir şikayət və tələbinin olmamasın, xidmət yerinin dağlıq ərazilər olmasını cəzasını yüngülləşdirici hallar kimi hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının onun barəsində tətbiq edilməsini qeyri mümkün sayır ona görə ki, o, müddətli həqiqi hərbi xidmət qulluqçusudur, qanunla müddətli həqiqi hərbi xidmət qulluqçularına isə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası tətbiq edilmir. Azadlıqdan məhrum etmə cəzası isə daha ağır cəza növü olduğundan həmin cəzanın da onun barəsində tətbiq edilməsini bir halda qanunun tələbləri baxımından, digər halda isə ədalət və humanizm prinsipləri baxımından mümkün saymır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyətini, əməlin böyük ictimai təhlükə törətməyən əməl olmasını, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, ailəsinin həyat şəraitinə təsirini eləcə də işdə olan digər yüngülləşdirici halları nəzərə alaraq onun törətdiyi əmələ görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzasını verməyi və eləcə də Təqsirləndirilən şəxs təyin olunan cəzanı çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilib sınaq müddəti verilməklə şərti məhkum etmənin təyinini və xidmətini davam etdirməsi üçün xidmət etdiyi hərbi hissənin komandanlığının sərəncamına verilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3 və 70.2-ci maddələrində göstərilən hallar Təqsirləndirilən şəxs barəsində tətbiq ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini həm məqsədə müvafiq, həm də mümkün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti və işin halları ilə bağlı yuxarıda göstərilənlər onun hazırki vəziyyətdə ictimai təhlükəli olmamasına dəlalət edir. Bundan başqa, ona təyin ediləcək cəzanın real icra edilməsi onun ailəsinin həyat şəraitinə mənfi təsir göstərə bildiyindən real təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsini həm mümkün həm də, məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət hazırda xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına, hərbi xidmətdən tərxis olunarsa daimi yaşadığı yer üzrə Bakı şəhəri, Nəsimi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, sınaq müddətində komandanlığın icazəsi olmadan, tərxis olunduqdan sonra isə davranışına nəzarət edən orqana, yəni daimi yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək və davranışları ilə islah olunmasını sübut etmək vəzifələri ona bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarında qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülməlidir. Cinayət iş üzrə ittiham aktının elektron variantının saxlanıldığı bir ədəd CD diski cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş intizam xarakterli hərbi hissədə saxlama cəzası şərti olaraq tətbiq olunsun və onun barəsində 6 (altı) ay sınaq müddəti təyin edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışlarına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək və davranışları ilə islah olunmalarını sübut etmək vəzifələri qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərində nəzarət N saylı hərbi hissə komandanlığı, hərbi xidmətdən tərxis olunarsa Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. . Cinayət işi üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülsün. Hökmdən 20 gün müddətində Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №1-1(092)-40/2024
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-40/2024
20.06.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver