Məhkəmə qərarları › İş №1-1(092)-40/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №1-1(092)-40/2025

18.06.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1-1(092)-40/2025 18.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim İbrahimov İlham Sadət oğlunun sədrliyi, məhkəmə iclas katibi Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Hərbi X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi, Culfa rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN və Təqsirləndirilən şəxs iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin inzibati binasında 18 avqust 1994-cü il tarixdə Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında yaşayan, N nömrəli hərbi hissənin reaktiv artilleriya batareyasının 1-ci reaktiv artilleriya taqımının atəşi idarəetmə manqasının sürücüsü, N1 may N0N5-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, MAHHX HQ əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Xudiyev XN Nazirliyinin Culfa şəhərində yerləşən N nömrəli hərbi hissəsinin reaktiv artilleriya batareyasının 1-ci reaktiv artilleriya taqımının atəşi idarəetmə manqasının sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 11 aprel N0N5-ci il tarixdə saat 16:30-da müvafiq sürücülük vəsiqəsi olmaqla idarə etdiyi, N nömrəli hərbi hissə komandirinin N yanvar N0N5-ci il tarixli, 7 nömrəli əmri ilə ona təhkim edilmiş və texniki cəhətdən saz vəziyyətdə olan «QAZ 3308» markalı «C 780 MR» hərbi nömrə nişanlı avtomobillə Culfa rayonu Ərəfsə kəndi ərazisində yerləşən atəş mövqelərində mühəndis işlərini yekunlaşdıran reaktiv artilleriya batareyasının şəxsi heyətini götürüb hərbi hissəyə qayıdarkən asfalt yolda icazə verilən 30 km/saat sürət həddindən yüksək sürətlə, təxminən 40 km/saat sürətlə asfalt yolun öz hərəkət zolağında hərəkət edib Culfa rayonu Qazançı kəndi ərazisində, Culfa-Ərəfsə yolunun 35 kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin «yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar» və 64-cü maddəsinin «maksimum hərəkət sürətinin məhdudlaşdırılması yol nişanı» kimi tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub yolun 30 metr radiuslu döngəli və 0.115 faiz enişli olmasını nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməyərək yolun öz hərəkət zolağının döngəli hissəsində avtomobili asfalt yolun sağ tərəfinə doğru hərəkət etdirdikdən sonra torpaq yola keçməmək üçün sükanı anidən və kəskin şəkildə sola döndərməsi səbəbindən idarəetməni itirdiyi üçün avtomobil asfalt örtük üzərində sağ tərəfi üstə aşıb süründükdən sonra tərs çevrilərək dayanmış və törətdiyi qəza ilə ehtiyatsızlıqdan avtomobilin arxa yük yerində əyləşmiş N nömrəli hərbi hissənin reaktiv artilleriya batareyasının atəş dəstək qrupunun kəşfiyyatçısı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olan Zərərçəkmiş şəxsN dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid «bədənin müxtəlif nahiyələrinin qansızma, qançır, sıyrıqları ilə müşayiət olunan sağ mil sümüyünün tipik yerdən qapalı sınığı» və həmin batareyanın 1-ci reaktiv artilleriya taqım komandirinin müavini-manqa komandiri vəzifəsində, baş çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olan Zərərçəkmiş şəxs1 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid «ağ ciyərlərin kontuziyası və sol tərəfli pnevmotoraksa müşayiət olunan sol Vİİ və Vİİİ qabırğaların qapalı, yerini dəyişmiş sınıqları» xəsarətlərini almasına səbəb olmuşdur. Məhkəmə hazırlıq iclası zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxsN təqsirləndirilən şəxs MAHHX HQ əsgər Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin, həmçinin ödəniləcək heç bir maddi ziyanın olmadığını bildirmiş və bu barədə ərizələrini məhkəməyə təqdim etmişdir. Dövlət ittihamçısı vəsatətlə müraciət edərək cinayət işinin hazırlıq iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxsN təqsirləndirilən şəxsi bağışladığını, onlara dəymiş ziyanı ödədiyini, ondan şikayət və tələblərinin olmadığını bildirdiklərini, həmçinin hərbi hissəyə dəymiş ziyanı ödədiyini nəzərə alaraq qanunvericiliyin tələbinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən təklif etdi. Təqsirləndirilən şəxs dövlət ittihamçısının təklifini, müdafiəçisinin fikirləri ilə razı olduğunu bildirərək zərərçəkmiş şəxslərlə barışdıqlarını bildirərək cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə vəsatətlə əlaqədar tərəflərin fikirlərini dinləyib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-in N63.1-ci maddəsinin qeyd hissəsində göstərilir ki, Cinayət Məcəlləsinin N63.1 və ya N63.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.1-ci maddəsinin qeydinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.1-ci maddəsinin qeyd hissəsinə əsasən N63.1-ci maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.N-ci və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə hazırlıq iclası gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11–ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsinin nəticəsinə dair məhkəmənin qəbul etdiyi qərarların növündə həmin Məcəlləsnin 300.1.7-ci maddəsində cinayət işi üzrə icraata xitam verilməsinin əsasları müəyyən edilmişdir. Məhkəmə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxsN ərizəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.1-ci maddəsinin qeyd hissəsini, həmçinin Cinayət-Prosessual Məcəlləsinin 43.1.N-ci və 39.1.11-ci və 300.1.7-ci maddələrinə əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində olan Cinayət Məcəlləsinin N63.1-ci maddəsi ilə cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 09 mart N0NN-ci il tarixli qərarında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63-cü maddəsinin qeyd hissəsinə müvafiq olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3N7.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsindən irəli gələn eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin tətbiqi sahəsinə daxil edilmədiyindən, bu prinsipin pozulmasına gətirib çıxarmır. Şəxsin həm az ağır zərər, həm də yüngül bədən xəsarəti yetirdiyi zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3N7.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi həmin Məcəllənin 9.1-ci maddəsində ifadə olunan ümumhüquqi ədalətlilik prinsipinin pozulması kimi qəbul edilməlidir. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına əsasən Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməməlidir. Qərar qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınaraq N nömrəli hərbi hissəyə məsul saxlanca verilmiş “QAZ 3308” markalı, “C 780 MR” hərbi nömrə nişanlı avtomobil istifadəyə yararlı olduğundan N nömrəli hərbi hissənin istifadəsinə verilməlidir. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat ekspertizasının xərci 80 (səksən) manat qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs alınaraq Naxçıvan MR Maliyyə Nazirliyinin VÖEN ********** hesab AZN1NABZ******************** ödənilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 300, 344-347, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Qərar qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınaraq N nömrəli hərbi hissəyə məsul saxlanca verilmiş “QAZ 3308” markalı, “C 780 MR” hərbi nömrə nişanlı avtomobil istifadəyə yararlı olduğundan N nömrəli hərbi hissənin istifadəsinə verilsin. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat ekspertizasının xərci 80 (səksən) manat qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs alınaraq Naxçıvan MR Maliyyə Nazirliyinin VÖEN ********** hesab AZN1NABZ******************** ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan apellyasiya şikayəti və ya protest Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə elan olunduğu andan N0 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər. Sədrlik edən İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar