Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-41/2025 13.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Burosunun vəkili Müdafiəçi iştirakları ilə, Naxçıvan MR Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxx 1993-cü il tarixdə Şərur rayonunun İbadulla kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,(FİN № xxxxxxx) evli, üç azyaşlı uşaq atası, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şərur rayonunun İbadulla kəndində daimi qeydiyyatda olmaqla orada yaşayan, N nömrəli hərbi hissədə, gizir hərbi rütbəsində xidmət edən, 13 may 2025-ci il tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏNETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Əliyev X3 Nazirliyinin Kəngərli rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin təlim poliqonunun ümumqoşun atış meydanının rəisi vəzifəsində, gizir hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən 28 noyabr 2024-cü il tarixdə saat 21 radələrində Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsində yerləşən “Qızıl Ay” restoranında keçirilən, əmisi oğlu Şəmil Əliyevin övladı Elman Əliyevin doğum günü məclisində iştirak edən zaman digər əmisi oğlu Zərərçəkmiş şəxs özü ilə məclisə gətirdiyi tanışı, Türkiyə Respublikası vətəndaşı X6 rəqs meydançasında rəqs edən arvadı və qızlarının, eləcə də qohumları olan digər qadınların yaxınlığında rəqs etdiyini görüb, Zərərçəkmiş şəxs iradını bildirərək tanışı X7 oradan uzaqlaşdırmasını tələb etməsinə baxmayaraq, əmisi oğlu Zərərçəkmiş şəxs bunu etmədiyi üçün restoranda çoxsaylı vətəndaşların olmasına məhəl qoymadan ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik edərək Zərərçəkmiş şəxslə mübahisə etmiş və mübahisə zamanı Zərərçəkmiş şəxs qarşı fiziki zorakılıq edib ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid “burnun yumşaq toxumalarının şişkinliyi və qançırı, alt dodağında yara, hər iki gözətrafı sahədə və göz qapaqlarında qançır, alnında, sol dirsək oynağı nahiyəsində, sağ əlin İİİ barmağında sıyrıqlar, burun sümüyünün sınığı” xəsarətlərini yetirərək, sonuncuya zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində 2024-cü ilin noyabr ayından N №-li hərbi hissədə gizir hərbi rütbəsində xidmət etdiyini, ailəli olduğunu, ailəsi ilə birlikdə Şərur rayonunun İbadulla kəndində yaşadığını, 28 noyabr 2024-cü il tarixdə əmisi oğlu Şəmilin oğluna ad günü tədbiri keçirdiyini, tədbirin Naxçıvan şəhəri ərazisində yerləşən Qızıl Ay restoranında keçirildiyini, dəvətli olduğundan bütün ailə üzvləri atası, anası Çəməngül, qardaşı Kamal, arvadı Qızbəsdi, qızları Gülnar, Nigar və Çəməngül ilə birlikdə orada iştirak etdiklərini, tədbirə onlardan başqa, əmisi Yusif, arvadı Pərvanə, oğlu Zərərçəkimş şəxs, qızı Leyla, Leylanın oğlan tanışı Oktay adlı Türkiyə vətəndaşının da gəldiyini, məclisdə onlardan başqa digər qohumların da olduğunu, məclisin axarında getdiyini, ailə üzvləri rəqs edərkən saat 21 radələrində əmisioğlu Şəmilin anası Rübabənin ona yaxınlaşıb rəqsə dəvət etdiyini, ayağa qalxıb bir-iki dəqiqə oynayıb yerinə oturduğunu, oturduğu yerdən zalda oynayan qızlarına əl çalmağa başladığını, sonra əmisi oğlu Zərərçəkimş şəxs bacısı Leylanın türk tanışı Oktayı ailə üzlərinin oynadığı yerə gətirərək onunla oynadığını, onun bu hərəkətinə əsəbləşərək yerindən qalxıb Zərərçəkimş şəxsun yanına gedərək onun qolundan tutub kənara çəkib ona “görürsənki ailə uşaq oynayır, o, şərəfsizi, yəni Oktayı niyə ailənin içinə gətirirsən” dedikdə Zərərçəkimş şəxs da qarşılıqlı “burda nə var” dediyini, ona kənarda oynamalarını, ailə uşağının yanında oynamamasını dedikdə Zərərçəkimş şəxsun içkili halda ortalığa nalayiq ifadə işlətdiyini, əsəblərini saxlaya bilməyib iki əliylə Zərərçəkimş şəxsun yaxasından tutub divara söykəyərkən Zərərçəkimş şəxs onun burnundan bir yumruq vurduğunu, qarşılıqlı onun da Zərərçəkimş şəxs boğazından tutub sıxdığını, burnunun qanadığını görüb onu ötürdüyünü, burnunun qanını silən zaman Zərərçəkimş şəxsun ona yenə nalayiq ifadə işlətdiyini, həmin vaxt Zərərçəkimş şəxsun sifətindən bir yumruq da vurduğunu, vuran zaman Zərərçəkimş şəxs yerə yıxıldığını, həmin vaxt atası Məhərrəmin onun qolundan tutub restorandan çölə çıxardığını, çöldə olan zaman polis əməkdaşlarının hadisəni görüb onları Polis idarəsinə apardıqlarını, Zərərçəkimş şəxsdan üzr istədiyini, törətdiyi əməldən peşman olduğunu göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs onun əmisi oğlu olduğunu, 28 noyabr 2024-cü il tarixdə digər əmisi oğlu Şəmilin oğluna ad günü tədbiri keçirdiyindən ailəsi ilə birlikdə tədbirin keçirildiyi yerdə, Naxçıvan şəhərində yerləşən “Qızıl Ay” restoranında olunduğunu, tədbirdə atası Yusif, anası Pərvanə, bacısı Leyla, bacısının sözlüsü Türkiyə vətəndaşı Oktayın da iştirak etdiyini, tədbirin saat 18:00-da başladığını, saat 21 radələrində bütün qohumlar, həmçinin Təqsirləndirilən şəxsin arvad uşağı oynayarkən bacısının sözlüsü Oktayı da rəqsə dəvət elədiyini, onunla oynamağa başladığını, həmin vaxt Təqsirləndirilən şəxsin Oktayın onun ailə üzvülərinin yanında oynamasından xoşu gəlməyib ona yaxınlaşaraq əsəbi halda onun qolundan yapışıb “gəl kənara sənə sözüm var” dediyini, hər ikisinin oynadığı yerin yanındakı sütunun arxasına keçdiklərini, orada Təqsirləndirilən şəxs “sən Oktayı niyə ortaya salıb oynadırsan, mənim ailə üzvülərim də oynayır, onu çıxar ortadan” dedikdə ona qarşı ədəbsiz söyüş işlədib, “onu heç kim ortadan çıxara bilməz” dediyini, Təqsirləndirilən şəxsin onun yaxasından və boğazından tutub divara çırpanda onun da Təqsirləndirilən şəxsin sifətindən bir yumruq vurduğunu, həmin vaxt Təqsirləndirilən şəxsin də onun boğazından tutduğunu, sonra isə Təqsirləndirilən şəxsin onun burun nahiyəsinə bir yumruq atdığını, yumruq onun burnuna və dodağına dəydiyini, burnu və dodağının qanadığını, yumruğun təsirindən gözlərində də qaralma əmələ gəldiyini, bədənində olan sıyrıqların isə Təqsirləndirilən şəxs onun yaxasından və boğazından tutanda onun əlindən çıxmaq istəyəndə yarandığını, Təqsirləndirilən şəxs onu vuranda yerə çökdüyünü, sonra Təqsirləndirilən şəxsi tutub kənara çəkdiklərini, daha sonra polislərin oraya gəlib onları şöbəyə apardığını, Təqsirləndirilən şəxs onun əmisi oğlu olduğunu, hadisədən sonra onunla barışdığını, ona görə ondan hər hansı şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində ailəsi ilə birlikdə Babək rayonunun Şəkərabad kəndində yaşadığını, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıdığını, hər ikisinin onun dayısı oğlu olduğunu, 28 noyabr 2024-cü il tarixdə digər dayısı oğlu Şəmilin oğluna “Qızıl Ay” restoranında ad günü keçirdiklərini, onun da həmin tədbirdə iştirak etdiyini, tədbirdə Şəmilin atası Elman, əmioğlusu Zərərçəkimş şəxs, əmisi Yusif, digər əmioğlusu Kamal, əmisi Məhərrəm ilə bir stolda oturduğunu, Təqsirləndirilən şəxsin isə başqa stolda əyləşdiyini, saat 21 radələrində qohumlarla rəqs edərkən Təqsirləndirilən şəxsin Zərərçəkimş şəxsun qolundan tutub restoranın içərisində olan kalonun arxasına apardığını gördüyünü, bir-iki dəqiqə keçməmiş onlar olan tərəfdə səsküy düşdüyünü, hər kəs bir-birinə qarışdığını, özünündə oraya getdiyini, həmin vaxt orada Zərərçəkimş şəxsla Təqsirləndirilən şəxsin bir-birini vurduğunu gördüyünü, onları birbirindən aralaşdırmaq istədiyini, Təqsirləndirilən şəxsin çölə çıxardığını, ailə uşağı narahat olduğu üçün onları maşına mindirib evə apardığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində 2022-ci ilin oktyabr ayında Şəmil Əliyevlə ailə qurduğunu, həmin evlilikdən Elman adlı oğlunun olduğunu, ailəsi Şəmillə Elmanın 1 yaşını “Qızıl Ay” restoranda qeyd eləməyi planlaşdırdıqlarını, məclisdə yaxın qohumları eləcə də ərinin əmisi oğlu Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə, digər əmisi oğlu Zərərçəkmiş şəxs, onun atası Yusif, anası Pərvanə, bacısı Leyla, Leylanın sözlüsü Oktayın iştirak etdiklərini, məclis öz axarında gedərkən saat 21 radələrində o, maması, Sərxan, Sərxanın yoldaşı, Pərvanə, Yusif, Təqsirləndirilən şəxsin yoldaşı, Kamalın yoldaşı, qaynanası oynağa başladıqlarını, əri Şəmil, Zərərçəkimş şəxs və Oktay isə onlardan bir az aralıda oynadıqlarını, oynadığı yerdə ərinin əmisi oğlu Təqsirləndirilən şəxs Zərərçəkimş şəxsun qolundan tutub kənara özləri oturan stola tərəf apardığını gördüyünü, onlar gedəndən sonra arxalarınca əri, onların arxasıncan isə Leylanın sözlüsü Oktayın, daha sonra Sərxanın getdiyini, onlar gedəndən sonra həmin istiqamətdən bərk səs-küy eşitdiyini, dava-dalaş olduğunu, hər kəsin onlar tərəfə getdiyini, onun, da onlar tərəfə getdiyini, orada Zərərçəkimş şəxsla Təqsirləndirilən şəxsin mübahisə etdiyini gördüyünü, kimin-kimi vurmasını görmədiyini, ancaq Zərərçəkimş şəxsun burnundan qan gəldiyini gördüyünü, Sərxanın Təqsirləndirilən şəxsi tutub kənara çəkdiyini, həmin vaxt pis olduğunu, oradan uzaqlaşıb qapının yanına getdiyini, orada stola söykənib dayandığını, həmin vaxt halı pisləşdiyi üçün yerə yıxıldığını, yerdə olanda onu əri Şəmil, xalası Məlahət, xalası oğlu Nicatın onudəhlizə apardıqlarını, orada onu ayıltmağa çalışdıqlarını, ayılandan sonra çölə çıxdığını, sonradan bildiyinə görə həmin vaxt mübahisəni Təqsirləndirilən şəxsin başlatdığını, Zərərçəkimş şəxs, əri Şəmil və Oktay oynayan zaman Təqsirləndirilən şəxs gəlib onun qolundan tutub kənara çəkib apardığını, sonradan eşitdiyinə görə Təqsirləndirilən şəxsin arvad uşağı oynayarkən, həmin vaxt tədbirdə iştirak edən Leylanın sözlüsü Oktayı da Leylanın qardaşı Zərərçəkimş şəxs rəqsə dəvət elədiyini və onunla oynamağa başladığını, həmin vaxt Təqsirləndirilən şəxsin Oktayın onlarla oynamasından xoşu gəlməyib Zərərçəkimş şəxsa yaxınlaşıb əsəbi halda onun qolundan yapışıb kənara çəkərək mübahisə etdiklərini, sonra qarşılıqlı bir birlərini vurduqlarını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X5 ifadəsində 28 noyabr 2024-cü il tarixdə xalasının qızı Nərmin oğluna ad günü tədbiri etdiyini, tədbirin “Qızıl Ay” restoranında keçirildiyini, oraya Nərminin qohumları və əri Şəmilin qohumları gəldiyini, onun da ailə üzləri ilə birlikdə orada iştirak etdiyini, məclis davam edərkən saat 20-21 radələrində birdən dava düşdüyünü, sonradan hərbi qulluqçu olduğunu bildiyi Təqsirləndirilən şəxs adlı şəxslə sonradan adının Zərərçəkimş şəxs olduğunu bildiyi bir nəfər şəxs savaşdığını, həmin vaxt hər kəsin bir-birinə qarışdığını, hərbi qulluqçunu bir nəfərin qucaqlayıb ortadan çıxardığını, digər şəxsin burnunun qanadığını, sonradan eşitdiyinə görə Təqsirləndirilən şəxsin arvad uşağı oynayarkən, həmin vaxt tədbirdə iştirak edən Leylanın sözlüsü Oktayı da Leylanın qardaşı Zərərçəkimş şəxs rəqsə dəvət elədiyini və onunla oynamağa başladığını, həmin vaxt Təqsirləndirilən şəxsin Oktayın onlarla oynamasından xoşu gəlmədiyi üçün Zərərçəkimş şəxsa yaxınlaşıb əsəbi halda onun qolundan yapışıb kənara çəkərək mübahisə etdiklərini, sonra qarşılıqlı bir birlərini vurduqlarını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində 2023-cü ilin may ayından “Qızıl Ay” restoranını icarə götürüb işlətdiyini, həmin restoranda ad günü, nişan və kiçik toy məclisləri keçirildiyini, 28 noyabr 2024-cü il tarixində restoranda yenə də ad günü tədbiri olduğunu, 60 nəfərlik qonaq olacağı barədə yeri qabaqcadan qonaq yiyəsi ilə razılaşdıqlarını, tədbir yiyəsinin ad və soyadı yadında qalmadığını, ancaq Şərur rayon sakinləri olduqlarını bildiyini, tədbirin saat 18-də başladığını, normal davam etdiyini, saat 21 radələrində restoranda qadınlar və uşaqlar rəqs edərkən ad və soyadını sonradan öyrəndiyi Zərərçəkimş şəxs adlı şəxs bir nəfər ad və soyadını bilmədiyi türk vətəndaşı ilə içkili halda oynaya-oynaya qadınların içərisinə gəldiyini, həmin vaxt kənarda duran sonradan hərbiçi olduğunu bildiyi bir nəfər oğlanın həmin iki nəfərə yaxınlaşaraq, Zərərçəkimş şəxsun qolundan tutub kənara çəkdiyini, onların kənarda söhbət etməyə başladığını, kənardan onlara baxdığını, söhbət etdikləri yerdə Zərərçəkimş şəxsun onunla söhbət edən oğlana bir yumruq vurduğunu, sonrada həmin oğlanın da ona bir yumruq vurduğunu, ətrafda olan qadınlar və kişilər onların başına yığışdıqlarını, həmin vaxt mübahisə olduğunu bilib polis şöbəsinə zəng vurduğunu, polis əməkdaşlarının restorana gəldiyini, orada mübahisə edən hər kəsi şöbəyə apardıqlarını, orada Zərərçəkimş şəxs və hərbiçi oğlanın mübahisə edib, bir-birini vurduğunu, başqa kiminsə kimisə vurmasını görmədiyini göstərdi. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 214-də olan cinayət işinin materiallarında olan 19 mart 2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərarla 10 noyabr 2002ci il tarixdə Şərur rayonunun İbadulla kəndində doğulmuş,Azərbaycan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasından keçirilmiş, təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 389 nömrəli və xx.xx.2025-ci il tarixli 180 №-li ekspert rəylərində Zərərçəkmiş şəxs “burnun yumşaq toxumalarının şişkinliyi və qançırı, alt dodağında yara, hər iki gözətrafı sahədə və göz qapaqlarında qançır, alnında, sol dirsək oynağı nahiyəsində, sağ əlin İİİ barmağında sıyrıqlar, burun sümüyünün sınığı” xəsarətini aldığı, bərk küt əşyanın təsirindən törəndiyi, qərarın təsviri hissəsində göstərilmiş müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə burun nahiyəsinə və sifətinə yumruqla vurma və boğma nəticəsində əmələ gələ biləcəyi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid olduğu göstərilmişdir. Naxçıvan şəhər Polis İdarəsinin 1-ci Polis bölməsindən Naxçıvan şəhər Polis İdarəsinə daxil olmuş raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhəri Ə.Qəmküsar küçəsində yerləşən “Qızıl Ay” restoranında mübahisə yaranması ilə bağlı 1-ci polis bölməsinə məlumat daxil olmuşdur. 21 may 2025-ci il tarixdə istintaq zamanı əldə edilərək cinayət işinin materiallarına əlavə edilmiş DVD diskdə olan hər kəs rəqs etdiyi yerdə bir nəfər şəxsin digər bir nəfər şəxsin qolundan tutub aparması ilə bağlı videogörüntülər təqsirləndirilən şəxs X4 tanınmaya təqdim edilmiş, o, DVD diskdə olan videogörüntüyə baxdıqdan sonra videogörüntüdə görünən üzərində boz rəngli şalvar, boz rəngli köynək və köynəyin üzərində qolsuz qara rəngli isti gödəkçə olan və hər kəsin rəqs etdiyi yerdə üzərində qara rəngli şalvar, qara rəngli köynək olan Zərərçəkmiş şəxs qolundan tutub aparan şəxsin özü olduğunu bildirmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsindən alınmış tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı olub-olmamasını aydınlaşdırmaq məqsədilə o, 05 iyun 2025-ci il tarixdə N №-li hərbi hissədə hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixiatriya xəstəxanası X9 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmadığı göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X9 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs mərkəzdə qeydiyyatda olmadığı göstərilmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyinin Yaqub Budaqov adına Naxçıvan MR X1 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs xəstəxanada psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmadığı göstərilmişdir. Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin giziri Təqsirləndirilən şəxs N №-li hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli N №-li əmrinə əsasən hərbi hissənin təlim poliqonunun ümumqoşun atış meydanının rəisi vəzifəsinə təyin edilmişdir N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə gizir Təqsirləndirilən şəxs komandanlıq tərəfindən müsbət xarakterizə edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi onun özünün həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə, ekspert rəyi və eləcə də işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmiş və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir ki, həmin maddənin (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hadisəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətdir) sanksiyasında min manatdan üç min manatadək miqdarında cərimə və ya bir ilədək müddətə islah işləri, və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, bu da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin təsnifatına görə Təqsirləndirilən şəxs əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “B.Yusifovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəsissə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər- təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında “Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış birgəyaşayış qaydalarının sistemi başa düşür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinaslıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər edilməsi başa düşülür. (2-ci bənd). Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşaiyət edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, gənc olmasını, törətmiş olduğu cinayətdə təqsirini boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkməsini, xidmətini davam etdirmək arzusunda olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, üç azyaşlı övladının olmasını, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarənda qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər hüquqi xarekterli tədbirlər işgəncə və digər qəddar, qeyri insani, yaxut ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş islah işləri, azadlığın məhdudlaşdırılması, və ya azadlıqdan məhrum etmə cəzasının onun barəsində tətbiq edilməsini qeyri mümkün sayır ona görə ki, o, gizirdir və həmin cəzalar daha ağır cəza növü olduğundan həmin cəzanın da onun barəsində real tətbiq edilməsini bir halda qanunun tələbləri baxımından, digər halda isə ədalət və humanizm prinsipləri baxımından mümkün saymır. Ona görə ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissədə xidmət edərkən xidmətinin əsas hissəsini düşmənlə biavasitə üzbəüz sərhəddə, ön, təmas xəttdində aparır. Xidmət etdiyi müddət ərzində xidməti vərəqələrində heç bir cəza almayıb. N saylı hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterize olunur. Törətdiyi əməli səmimi etraf edib. Zərərçəkmiş şəxs onu bağışlayıb. Ondan şikayət və tələbi yoxdur. Himayəsində 3 azyaşlı övladı var. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin müəyyən qərarlarında da cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, ailəsinin həyat şəraitinə təsirini, üç azyaşlı övladının olmasını, eləcə də işdə olan digər yüngülləşdirici halları nəzərə alaraq onun törətdiyi əmələ görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən miqdarda cərimə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələdək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat miqdarında pul köçürülməlidir. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan bir ədəd CD-R disk cinayət işinin materiallarına əlavə edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs rəqs etdiyi yerdə qolundan tutub aparmasını təsdiq edən videogörüntü olan 01 ədəd “DVD-R” tipli disk cinayət işinin materiallarına əlavə edilib saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş hər hansı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə , cinayət-hüquqi tədbiri tətbiq edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2200 ( iki min iki yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələdək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat miqdarında pul köçürülsün. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan bir ədəd CD-R disk cinayət işinin materiallarına əlavə edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs rəqs etdiyi yerdə qolundan tutub aparmasını təsdiq edən videogörüntü olan 01 ədəd “DVD-R” tipli disk cinayət işinin materiallarına əlavə edilib saxlanılsın. Hökmdən 20 gün müddətində Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №1-1(092)-41/2025
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-41/2025
13.08.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver