Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-42/2023 26.12.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Məmmədova Nərmin Fərəməz qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx N005-ci il tarixdə Tovuz rayonunun Əlibəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tam orta təhsilli, əvvəllər məhkum olunmamış, Tovuz rayonunun Əlibəyli kəndində daimi qeydiyyatda olmaqla yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 11-ci bölüyünün 1-ci taqımının N-ci manqasında pulemyotçu vəzifəsində xidmət edən əsgər, 18 oktyabr N-cü il tarixdə barəsində komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, əsgər Xəlilov X1 Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 1Nci bölüyünün 1-ci taqımının 3-cü manqasında kəşfiyyatçı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən N avqust N-cü il tarixdə, saat 19 radələrində təlim keçmək məqsədilə ezam olunduqları, Kəngərli rayonunun Qarabağlar kəndi ərazisində yerləşən “XN Mərkəzi”ndə həmin hərbi hissənin 4-cü taborunun 1N-ci bölüyünün 1-ci taqımının 3-cü manqasında kəşfiyyatçı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs, eləcə də bölüyün bir neçə əsgəri ilə söhbət edən zaman bir neçə gün əvvəl, yəni NN avqust N-cü il tarixdə sıra düzülüşü zamanı əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq söz işlətməsinin sonuncuya bildirilməsindən sonra aralarında mübahisə yaranmış və mübahisə zamanı o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” kimi tələbləri pozaraq əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq söz işlədib, sol ayağından bir təpik zərbəsi, sifətindən isə bir yumruq zərbəsi vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid “burun sümüyünün qapalı, yerini dəyişməyən sınığı” xəsarəti yetirməklə sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində N avqust N-cü il tarixdə, saat 19 radələrində “XN Mərkəzi”ndə düşərgədə olarkən, şam yeməyinə hazırlaşarkən əsgərlər Zərərçəkmiş şəxs, Şahid1, Şahid3 və ŞahidN kunqun qarşısında durub söhbət etdiklərini görüb onların yanlarına getdiyini, çatan zaman əsgər ŞahidN ona “sən çıx get, bizə problem yaradırsan” dedikdə “mən sizə nə problem yaradıram ki?” deyib onların yanında qaldığını, həmin vaxt əsgər Şahid1 əsgər Zərərçəkmiş şəxs “sən bilirsən NN avqustda sırada sənə kim ölüsünü, dirisini belə-belə edim söyüşünü edib?” dediyini, Zərərçəkmiş şəxs bilmədiyini bildirib “mənə söyüş söyənin ölüsünü, dirisini mən belə-belə edim” dediyini, söyüş işlətdiyinə görə Zərərçəkmiş şəxs “ölüvü də belə-belə edim, dirivi də” deyib sağ ayağı ilə onun sol ayağından bir təpik, sağ yumruğu ilə sifətindən bir yumruq zərbəsi vurduğunu, vurması nəticəsində əsgər Zərərçəkmiş şəxs burun sümüyünün sındığını, hərbi hissə komandiri N avqust N-cü il tarixdə, saat 19 radələrində əsgər Zərərçəkmiş şəxs sifətindən yumruqla vurduğuna görə ona 5 sutka həbs cəzası verdiyini, həmin cəzanı çəkdiyini, etdiyi əməldən peşman olduğunu, əsgər Zərərçəkmiş şəxslə barışdığını, ondan üzr istədiyini, Zərərçəkmiş şəxs onu bağışladığını göstərmişdir. Təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə məhkəmədə ifadə vermiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs ifadəsində N avqust N-cü il tarixdə, saat 19 radələrində “XN Mərkəzi”ndə düşərgədə olarkən, əsgər yoldaşları Şahid1, ŞahidN və Şahid3la birlikdə yuyunub gəldikdən sonra qaldıqları kunqun qarşısında dayanıb şam yeməyi üçün düzülüşü gözlədiklərini, saat 19:N0-də əsgər Təqsirləndirilən şəxs yanlarına gəlib söhbət etmək istədiyini, əsgərlərdən biri ona yanlarından getməsini, problem yaratmasını dedikdə Təqsirləndirilən şəxs getməyərək onlara problem yaratmadığını bildirdiyini, sonra əsgər Şahid1 “sən NN avqustda bilirsən sənin ölünü-dirini belə-belə edim söyüşünü kim söyüb?” dedikdə “bilmirəm kim söyüb, kim söyübsə onun ölüsünü-dirisini mən belə-belə edim” dediyini, həmin vaxt əsgər Təqsirləndirilən şəxs ona qarşı əvvəllər nalayiq ifadə işlətməsini bilmədiyini, nalayiq ifadə işlədəndən sonra əsgər Təqsirləndirilən şəxs ona “ölünü də, dirini də belə-belə edim” deyib sağ ayağı ilə sol ayağından bir təpik zərbəsi, sağ əli ilə burun nahiyəsindən bir yumruq zərbəsi vurduğunu, burnu qanadığını, əsgər Təqsirləndirilən şəxs bağışlayıb, onunla barışdığını, ondan hər hansı şikayəti və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 ifadəsində “XN Mərkəzi”ndə kursda olarkən, N avqust N-cü il tarixdə, saat 19:N0 radələrində əsgər yoldaşları ŞahidN, Şahid3 və Zərərçəkmiş şəxs ilə birlikdə yuyunduqdan sonra 14 nömrəli kunqun qarşısında durub şam yeməyi düzülüşünün olmasını gözləyib söhbət etdikləri vaxt əsgər Təqsirləndirilən şəxs yanlarına gəldiyini, əsgər ŞahidN ona “Xəlilov yanımızdan get, sən bizə problem yaradırsan” dediyini, əsgər Təqsirləndirilən şəxs “nə problem yaratmışam ki, sizə?” deyib yanlarından getmədiyini, əsgər Zərərçəkmiş şəxs “sən NN avqust N-cü il tarixdə sənə qarşı ölüvü, dirivi belə-belə edim söyüşünü söyən kimiydi bilirsən” sualını verdiyini, əsgər Zərərçəkmiş şəxs kimin onu söyməsini bilmədiyi üçün “bilmirəm, mənə deyənin ölüsünü, dirisini belə-belə edim” dediyini, əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs “ölüvü də belə-belə edim, dirivi də belə-belə edim” deyib sağ ayağı ilə əsgər Zərərçəkmiş şəxs sol ayağından bir təpik zərbəsi, sağ əli ilə isə burun nahiyəsindən bir yumruq zərbəsi vurduğunu göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər ŞahidN ifadəsində N avqust N-cü il tarixdə, saat 19:N0-də “XN Mərkəzi”ndə kursda olarkən, əsgər yoldaşları Şahid1, Şahid3 və Zərərçəkmiş şəxslə kunqun qarşısında durub söhbət edən zaman Təqsirləndirilən şəxs yanlarına gəldikdə ona problem yaratmasını, getməsini dediyini, əsgər Təqsirləndirilən şəxs “nə problem yaratmışam ki, sizə, getmirəm söhbət edirəm” cavabını verdiyini, əsgər Şahid1 əsgər Zərərçəkmiş şəxs “sən bilirsən NN avqust N-cü il tarixdə sırada sənə ölüvü, dirivi belə-belə edim söyüşünü kim edib?” sualını verdikdə Zərərçəkmiş şəxs kimin deməsini bilmədiyini deyib “mənə deyənin ölüsünü, dirisini beləbelə edim” dediyini, bu sözü eşidən əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs “ölüvü də belə-belə edim, dirivi də belə-belə edim” deyib sağ ayağı ilə əsgər Zərərçəkmiş şəxs sol ayağından bir təpik zərbəsi, sağ əli ilə isə burun nahiyəsindən bir yumruq zərbəsi vurduğunu, əsgər Zərərçəkmiş şəxs burnunun qanadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid3 ifadəsində N avqust N-cü il tarixdə, saat 19:N0-də şam yeməyinə hazırlıq zamanı “XN Mərkəzi”ndə kunqun qarşısında dayanıb əsgər yoldaşları ŞahidN, Şahid1 və Zərərçəkmiş şəxslə söhbət edən zaman əsgər Təqsirləndirilən şəxs yanlarına gəldiyini, ŞahidN “sən bizə problem yaradırsan, get yanımızdan” dedikdə əsgər Təqsirləndirilən şəxs “mən sizə nə problem yaratmışam, gəlmişəm söhbət edəm” dediyini, Şahid1 əsgər Zərərçəkmiş şəxs “NN avqust N-cü il tarixdə sırada sənə qarşı ölüvü, dirivi belə-belə edim söyüşünü kim söyüb bilirsən?” dediyini, Zərərçəkmiş şəxs “bilmirəm kimdi, ancaq mənə deyənin ölüsünü, dirisini mən belə-belə edim” dediyini, bunu eşidən kimi əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs “ölüvü də belə-belə edim, dirivi də belə-belə edim” deyib sağ ayağı ilə əsgər Zərərçəkmiş şəxs sol ayağından bir təpik zərbəsi, sağ əli ilə isə burun nahiyəsindən bir yumruq zərbəsi vurduğunu, Zərərçəkmiş şəxs burnunun qanadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid4 ifadəsində N avqust N-cü il tarixdə, saat 19 radələrində şam yeməyinə hazırlaşan vaxt “XN Mərkəzi”ndə kunqun yaxınlığında əsgər Şahid3la söhbət etdiyini, əsgərlər Zərərçəkmiş şəxs, Şahid1 və ŞahidN onların yaxınlığında dayanıb söhbət etdiklərini, həmin vaxt əsgər Təqsirləndirilən şəxs onların yanına gəldiyini, əsgər ŞahidN əsgər Təqsirləndirilən şəxs “sən bizim yanımıza gəlmə, sən gələndə söz-söhbət olur, problem çıxır” dedikdə Təqsirləndirilən şəxs “mən problem çıxartmağa gəlməmişəm, söhbət etməyə gəlmişəm, getmirəm” deyib yanlarında dayandığını, əsgər Şahid1 əsgər Zərərçəkmiş şəxs “səni əvvəlki günlərdə sırada söyüblər, xəbərin var?” dedikdə əsgər Zərərçəkmiş şəxs “məni söyənin ölüsünü, dirisini belə-belə edim” dediyini, həmin vaxt əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs söyüşündən sonra “ölüvü də belə-belə edim, dirivi də” deyib əsgər Zərərçəkmiş şəxs üstünə getdiyini, əsgər Təqsirləndirilən şəxs yumruqla əsgər Zərərçəkmiş şəxs burun nahiyəsindən vurduğunu, əsgər Zərərçəkmiş şəxs burnu qanadığı üçün tibb məntəqəsinə getdiyini, nəticədə əsgər Zərərçəkmiş şəxs burun sümüyünün sındığını göstərmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsinə əlavə edilmiş, “Cinayət işi başlama və icraata qəbul etmək haqqında” N0 sentyabr N-cü il tarixli qərardan məlum olur ki, əsgər Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin N1-ci vərəqəsinə əlavə edilmiş xidməti xasiyyətnamədən görünür ki, əsgər Təqsirləndirilən şəxs komandanlıq tərəfindən mənfi xarakterizə olunur. Cinayət işinin 1-ci cildinin N3-N4-cü vərəqələrinə əlavə edilmiş xidməti vərəqələrdən görünür ki, əsgər Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs xidmət müddətində bölük komandiri baş leytenant X.Əliyev tərəfindən həvəsləndirilməmiş, lakin xx.xx.N-cü il tarixdə sıra intizamını pozduqlarına görə (sırada tərpəndikləri üçün) töhmət və xx.xx.N-cü il tarixdə verilən tapşırığa laqeyid yanaşdıqlarına görə şiddətli töhmət cəzası ilə cəzalandırılmışdır. Cinayət işinin 1-ci cildinin 37-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.N-cü il tarixli, 138 №-li arayışdan məlum olur ki, əsgər Zərərçəkmiş şəxs ilə əsgər Təqsirləndirilən şəxs arasında hər hansı bir tabelik münasibətləri yoxdur. Cinayət işinin 1-ci cildinin 4N-ci vərəqəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsindən verilmiş tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı haqda heç bir məlumat yoxdur. Cinayət işinin 1-ci cildinin 46-cı vərəqəsinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 09 sentyabr N-cü il tarixli, 309 №-li rəyində əsgər Zərərçəkmiş şəxs almış olduğu xəsarət - burun sümüyünün qapalı, yerini dəyişməyən sınığı - bərk küt əşyanın təsirindən törənmişdir və eləcə də qərarın təsviri hissəsində göstərilmiş hadisə nəticəsində əmələ gəlməsi mümkündür, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətə aiddir. Cinayət işinin 1-ci cildinin 47-ci vərəqəsinə əlavə edilmiş 11 sentyabr N-cü il tarixli, 946 nömrəli arayışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 111-ci vərəqəsinə əlavə edilmiş “Tovuz rayon Mərkəzi xəstəxanası” X3 tərəfindən verilmiş xx.xx.N-cü il tarixli, 1451 №-li məktubdan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Tovuz RMX PHŞ-i Poliklinika şöbəsində həkim psixiatrın, həkim narkoloqun və həkim onkoloqun dispanser qeydiyyatında dayanmadıqları görünür. Cinayət işinin 1-ci cildinin 113-cü vərəqəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X3 tərəfindən verilmiş xx.xx.N-cü il tarixli, xx/xx-11657 №-li məktubdan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs mərkəzdə narkoloji qeydiyyatda dayanmadıqları görünür. Cinayət işinin 1-ci cildinin 115-ci vərəqəsinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X3 tərəfindən verilmiş xx.xx.N-cü il tarixli, 13340 №-li məktubdan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs xəstəxanada psixi xəstə kimi dispanser qeydiyyatda olmadıqları görünür. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 33N.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar ilə təsdiq olunur. Cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin əsgər Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” N5 iyun N003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci və 59.1.1N-ci maddələrinə əsasən təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsi, etdiyi əməldən peşman olması, zərər çəkmiş şəxs əsgər Zərərçəkmiş şəxslə barışması, ondan üzr istəməsi, zərər çəkmiş şəxsin onu bağışlaması, ondan hər hansı şikayəti və tələbinin olmaması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 0N aprel N01N-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü mad.). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alır. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışdığından və məhkəmədə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədiyindən, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində cəza təyin olunması daha ədalətli olar. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə intizam xarakterli hərbi hissədə saxlama cəza növünün təyin olunması haqqında qərar çıxarılmasını qanuni, əsaslı, ədalətli, o cümlədən sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətli hesab edir. N №-li hərbi hissə komandirinin N8 avqust N-cü il tarixli, N49 №-li əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs əsgər yoldaşına qarşı nəzakət qaydalarını pozaraq sifət nahiyyəsinə yumruq zərbəsi vurduğuna görə intizam qaydasında 05 sutka həbs cəzası verilmiş, N №-li hərbi hissə komandirinin N54 №-li əmrindən çıxarışdan və həbs kağızından görünür ki, əsgər Təqsirləndirilən şəxs 0N sentyabr N-cü il tarixdə cəzasını çəkib qurtardığından həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli 4 saylı “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” qərarın N1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs intizam qaydasında həbsdə saxlandığı 05 gün ona təyin olunmuş intizam xarakterli hərbi hissədə saxlama müddətinə hesablanaraq qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 54.N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 05 gün həbs müddəti intizam xarakterli hərbi hissədə saxlama cəzasına günə-gün hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 18 oktyabr N-cü il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hökmün icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığına həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun intizam xarakterli hərbi hissəyə (N nömrəli h/h) təhvil verildiyi vaxtdan hesablanmalıdır. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına N40 (iki yüz qırx) manat miqdarında pul köçürülməlidir. İttiham aktının elektron variantı olan bir ədəd CD cinayət işinə əlavə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.N, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilsin. Bu iş üzrə Təqsirləndirilən şəxs intizam qaydasında hauptvaxtda həbsdə saxlandığı 05 (beş) sutka təyin olunmuş cəza müddətinə hesablansın. Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) ay N5 (iyirmi beş) gün müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilsin. Hökmün icrası intizam xarakterli hərbi hissənin (N nömrəli h/h) komandirinə həvalə olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs intizam xarakterli hərbi hissəyə təhvil verildiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına N40 (iki yüz qırx) manat miqdarında pul ödənilsin. İttiham aktının elektron variantı olan bir ədəd CD cinayət işinə əlavə edilsin. Hökmdən elan olunduğu andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N0 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlham İbrahimov
Məhkəmə qərarları › İş №1-1(092)-42/2023
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-42/2023
26.12.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver