Məhkəmə qərarları › İş №1-1(092)-42/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-42/2024

04.07.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-42/2024 04.07.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Seyidov Eyvaz Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1996-cı il tarixdə Şahbuz rayonunun Aşağı Remeşen kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, yaşayış yeri üzrə Şahbuz rayonunun Qızıl Qışlaq kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü motoatıcı taborunun minaatan batareyasının baş çavuşu vəzifəsində, kiçik gizir hərbi rütbəsində xidmət edən, 18 aprel N0N4-cü il tarixində barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1 və 3N9.N.N-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxslərə qarşı təkrarən zor tətbiq etmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü motoatıcı taborunun minaatan batareyasının baş çavuşu vəzifəsində, kiçik gizir hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən 06 yanvar N0N4-cü il tarixdə, saat 16 radələrində tabeliyində olan, həmin batareyanın N-ci taqımının 1-ci manqasında heyət nəfəri vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs1, həmin batareyanın atəş-dəstək qrupunun radiotelefonçusu vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs3 və həmin batareyanın 1-ci tağımının 3cü manqasında baş tuşlayıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxsN bir-biriləri ilə mübahisə etmələri və əsgər Zərərçəkmiş şəxsN əsgər Zərərçəkmiş şəxs1 nalayiq ifadə işlətməsi səbəbindən həmin gün saat N radələrində hərbi hissənin 3-cü motoatıcı taborunun əsgər yataqxanasında sağ əli ilə hər birinin sifətinin sol tərəfindən bir sillə zərbəsi vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı öz tabeliyində olan iki və daha çox şəxsə qarşı zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olarkən N0N4-cü ilin yanvar ayının sonlarında, saat N radələrində hərbi hissənin 3-cü motoatıcı taborunun əsgər yataqxanasında tabeliyində olan, həmin batareyanın atəşdəstək qrupunun radiotelefonçusu vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs3 həmin batareyanın baş çavuşu vəzifəsində xidmət edən şəxsin ad-soyadını soruşmuş, sonuncunun ona həmin şəxsin ad-soyadını səhv deməsi səbəbindən həmin vaxt sağ əlinin içi ilə əsgər Zərərçəkmiş şəxs3 başından 3-4 zərbə vurmaqla, rəis kimi hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş kiçik gizir Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1 və 3N9.N.N-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, 06 yanvar N0N4-cü il tarixdə, hərbi hissə üzrə yeməkxana növbətçisi olarkən həmin gün saat 17 radələrində minaatan batareyasında xidmət edən manqa komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Hüseyn Həsənov onun mobil telefonuna zəng vurub batareyada xidmət edən əsgərlər Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 mübahisə etmələri və bir-birinə qarşı nalayiq ifadə işlətmələri ilə bağlı ona məlumat vermiş, bu səbəbdən də, o, həmin gün axşam yeməyində həmin əsgərlərə “yatmayın, məni gözləyin” demiş, axşam yeməkxananı bağlayandan sonra təqribən saat NN:05 radələrində yataqxanaya gələrək onları cərgəyə düzmüş, “qudurubsuz?” deyərək, həmin əsgərlərdən heç bir söz soruşmadan sağ əli ilə əsgər Zərərçəkmiş şəxs3, əsgər Zərərçəkmiş şəxsN və əsgər Zərərçəkmiş şəxs1 sifətinin sol tərəfindən bir sillə vurmuş, bundan sonra onlardan nə üçün söyüş söymələrini soruşmuş, əsgər Zərərçəkmiş şəxsN ona hadisəni izah edəndən sonra əsgər Zərərçəkmiş şəxs3 günahının olmadığını, sadəcə əsgər Zərərçəkmiş şəxsN əsgər Zərərçəkmiş şəxs1 nalayiq ifadə işlətdiyini, əsgər Zərərçəkmiş şəxs3 nalayiq ifadə işlətmədiyini öyrənmişdir. Buna görə əsgər Zərərçəkmiş şəxs3 günahı olmadığını görüb ondan üzr istəmiş, onu yatmağa göndərmiş, sonra əsgərlər Zərərçəkmiş şəxsN və Zərərçəkmiş şəxs1la söhbət etmiş, söhbət zamanı əsgər Zərərçəkmiş şəxs1 şikayətinin olub-olmamasını soruşmuş, o, da əsgər Zərərçəkmiş şəxsN şikayətinin olmadığını bildirmişdir. Bundan başqa, o, N0N4-cü ilin yanvar ayının sonlarında, saat 19 radələrində əsgər yataqxanasında olarkən həmin vaxt əsgərlərdən kimsə əsgər Zərərçəkmiş şəxs3 “batareyanın baş çavuşu kimdir?” deyə soruşmuş, əsgər Zərərçəkmiş şəxs3 isə batareyada xidmət edən başqa hərbi qulluqçunun adını çəkmişdir. Həmin vaxt bunu eşidib əsəbiləşmiş, əsgər Zərərçəkmiş şəxs3 yanına çağıraraq, ondan “batareyanın baş çavuşu kimdir?” deyə soruşmuş, bu zaman əsgər Zərərçəkmiş şəxs3 batareyanın baş çavuşunun adını düzgün deyə bilmədiyi üçün ona əsəbiləşib sağ əlinin içi ilə əsgər Zərərçəkmiş şəxs3 başına 3-4 dəfə toxunaraq, ona “sən nə vaxt öyrənəcəksən, batareyanın baş çavuşu mənəm, indi öyrəndin?” demiş, həmin vaxt Zərərçəkmiş şəxs3 ağlamağa başlamış, buna görə onun könlünü alaraq vəzifəli şəxslərin ad-soyadını bilməyin onun vəzifə borcu olduğunu demişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində tabeliyində olan əsgərlərə qarşı etdiyi əməllərindən peşman olduğunu, hadisədən sonra onlardan üzr istəyərək onlarla barışdığını, zərərçəkmiş şəxslərin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələblərinin olmadığını, özünün yeni ailə qurduğunu bildirərək barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə məhkəmə istintaqında özünü tam təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs1 ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, 06 yanvar N0N4-cü il tarixdə 3-cü taborun artilleriya batareyasının baş çavuşu gizir Xəndan Əzimli ona və əsgər Zərərçəkmiş şəxs3 həmin gün saat 15 radələrində metal stəkanları götürüb sıraya düzülmələri tapşırığını vermiş, həmin vaxt o, və əsgər Zərərçəkmiş şəxs3 stəkanlarını götürsə də, digər əsgərlərə bu barədə deməyi unutmuşdur. Batareyanın digər əsgərləri əsgər çayxanasından gəldikdən sonra gizir Xəndan Əzimli əsgər Zərərçəkmiş şəxsN, Şahid1, ŞahidN və digər əsgərləri stəkanlarını götürməyə göndərmiş, daha sonra hamının stəkanını yoxlamış, stəkanlar çirkli olduğundan stəkanların duzla çöl ayaqyolunda yuyulması göstərişini verilmiş, ayaqyolunda olarkən əsgər Zərərçəkmiş şəxsN ondan “niyə bizə vaxtında demədiniz?” deyə soruşmuş, o, isə bu barədə onlara deməyi unutduğunu bildirmiş, buna görə əsgər Zərərçəkmiş şəxsN həmin vaxt onunla mübahisə edərək ünvanına nalayiq ifadə işlətmiş, bunu isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Elgün İbrahimov görərək bu barədə batareyada manqa komandiri vəzifəsində xidmət edən MAHHXHQ-su əsgər Hüseyn Həsənova demiş, o isə həmin gün minaatan batareyasının baş çavuşu kiçik gizir Təqsirləndirilən şəxs məlumat vermişdir. Həmin gün kiçik gizir Təqsirləndirilən şəxs yeməkxana növbətçisi olarkən axşam yeməyindən sonra onlara “yatmayın məni gözləyin, axşam gəlib sizi başa salacam” demiş, bu səbəbdən də onlar gecə yat komandasından sonra yatmayaraq yataqxanada kiçik gizir Təqsirləndirilən şəxs gözləmişlər. Həmin gün axşam təqribən saat N radələrində kiçik gizir Təqsirləndirilən şəxs yataqxanaya gəlib onları sıraya düzərək sağ əli ilə hər birinin sifətinin sol tərəfindən bir sillə zərbəsi vurmuş, sonra onlardan hadisə barədə soruşmuşdur. Həmin vaxt əsgər Zərərçəkmiş şəxsN ona baş verənlər barədə məlumat verib əsgər Zərərçəkmiş şəxs1 onlara stəkanlara baxış keçirilməsini deməyi üçün onunla mübahisə edib ona nalayiq ifadə işlətdiyini, ancaq əsgər Zərərçəkmiş şəxs3 günahının olmadığını demiş, bundan sonra kiçik gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs3 onu günahsız yerə vurduğunu bildirib yatmağa göndərmiş, sonra ondan əsgər Zərərçəkmiş şəxsN hər hansı şikayətinin olub-olmamasını öyrənmiş, həmin vaxt əsgər Zərərçəkmiş şəxsN ondan üzr istədiyindən şikayətinin olmadığını bildirmiş, bundan sonra kiçik gizir Təqsirləndirilən şəxs onları yatmağa göndərmişdir. Həmçinin əsgər Zərərçəkmiş şəxs1 ifadəsində kiçik gizir Təqsirləndirilən şəxs ondan üzr istədiyini, özünün onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs3 ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N nömrəli hərbi hissənin 3-cü motoatıcı taborunun minaatan batareyasının atəş-dəstək qrupunun radiotelefonçusu vəzifəsində xidmət edərkən 6 yanvar N0N4-cü ildə minaatan batareyası ilə eyni yataqxanada olan 3-cü taborun artilleriya batareyasının baş çavuşu gizir Xəndan Əzimlinin ona və əsgər Zərərçəkmiş şəxs1 dolabçalarda olan metal stəkanlara baxış keçirilməsi barədə verdiyi tapşırığı digər əsgərlərə demədiyi üçün ayaqyolunda əsgər Zərərçəkmiş şəxsNla əsgər Zərərçəkmiş şəxs1 sözləşmiş, lakin həmin vaxt o, stəkanı yuyub ayaqyolundan çıxaraq yataqxanaya qayıtdığından orada nə baş verdiyini görməmişdir. Sonradan əsgər Zərərçəkmiş şəxsN əsgər Zərərçəkmiş şəxs1la mübahisə edib onun ünvanına nalayiq ifadə işlətməsini, həmin vaxt MAHHXHQ-su əsgər Elgün İbrahimovun onları görüb əsgər Zərərçəkmiş şəxsN irad tutmasını əsgər yoldaşlarından eşitmişdir. Həmin gün axşam kiçik gizir Təqsirləndirilən şəxs şam yeməyi zamanı onlara “yatmayın məni gözləyin, axşam gəlib sizi başa salacam” demiş, o, əsgər Zərərçəkmiş şəxsN və əsgər Zərərçəkmiş şəxs1 yatmayıb onu gözləmişlər. Təqribən saat N radələrində kiçik gizir Təqsirləndirilən şəxs yataqxanaya gələrək onları sıraya düzmüş, Təqsirləndirilən şəxs heç nə demədən, onlardan heç nə soruşmadan sağ əli ilə onun, əsgər Zərərçəkmiş şəxsN və Zərərçəkmiş şəxs1 sifətinin sol tərəfindən yüngülvari bir sillə zərbəsi vurmuş, bundan sonra onlardan nə baş verdiyini soruşmuş, həmin vaxt əsgər Zərərçəkmiş şəxsN ona əsgər Zərərçəkmiş şəxs1la aralarında olan mübahisə barədə məlumat verdikdən sonra kiçik gizir Təqsirləndirilən şəxs ona “səni günahsız yerə vurdum, sən get yat” demiş, buna görə gedib yatmış, sonra nə olduğunu bilməmişdir. Bundan başqa, N0N4-cü ilin yanvar ayının sonlarında, saat 19:40 radələrində yataqxanada olan zaman əsgər yoldaşlarından kimsə ondan “batareyanın baş çavuşu kimdir?” deyə soruşmuş, bunu bilmədiyindən batareyada xidmət edən MAHHXHQ-su baş çavuş Arzu Qurbanovun adını demiş, həmin vaxt yataqxanada olan kiçik gizir Təqsirləndirilən şəxs onu eşidib yanına çağırmış, ondan “batareyanın baş çavuşu kimdir?” deyə soruşanda, o, yenə batareyanın baş çavuşunun Arzu Qurbanovun olduğunu bildirmiş, buna görə kiçik gizir Təqsirləndirilən şəxs sağ əlinin içi ilə onun başından 3 zərbə vurmuş, həmin vaxt əsgər yoldaşları gülüşdüyündən və bu səbəbdən də özünü pis hiss etdiyindən ağlamağa başlamışdır. Həmçinin əsgər Zərərçəkmiş şəxs3 ifadəsində kiçik gizir Təqsirləndirilən şəxs ondan üzr istədiyini, özünün onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş N nömrəli hərbi hissənin 3-cü taborunun minaatan batareyasında baş tuşlayıcı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş Zərərçəkmiş şəxsN oxşar məzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ifadələrində göstərilənləri təsdiq etmiş, həmçinin kiçik gizir Təqsirləndirilən şəxs ondan üzr istədiyini, özünün onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, N0N4-cü ilin yanvar ayının əvvəllərində artilleriya batareyasının baş çavuşu gizir Xəndan Əzimli əsgər Zərərçəkmiş şəxs1 metal stəkanlara baxış keçiriləcəyəni demiş, ancaq o, digər əsgərlərə bu barədə demədiyi üçün həmin gün günorta düzülüşündə gizir Xəndan Əzimli onlara irad tutmuşdur. Həmin gün ayaqyolunun yanında stəkanları duzla yuyarkən əsgər Zərərçəkmiş şəxsN əsgər Zərərçəkmiş şəxs1 “bizə niyə vaxtında stəkanları yumağımızı və sıraya durmağımızı deməyibsən?” deyib mübahisə edərək onun ünvanına nalayiq ifadə işlətmiş, bu sözü isə MAHHXHQ əsgər Elgün İbrahimov eşidib onlara irad tutmuşdur. Həmin vaxt ayaqyolundan çıxıb sıraya getmiş, daha sonra nə baş verməsini bilməmiş, həmin gün saat 16 radələrində batareyada xidmət edən MAHHXHQ-su əsgər Hüseyn Həsənov onları taborun qarşısında düzərək əsgərlər Zərərçəkmiş şəxsN və əsgər Zərərçəkmiş şəxs1 sıranın önünə çıxaran zaman əsgər Zərərçəkmiş şəxsN söyüş söyənin özü olduğunu bildirmişdir. Daha sonra MAHHXHQ-su əsgər Hüseyn Həsənov əsgərlər Zərərçəkmiş şəxsN və Zərərçəkmiş şəxs1 kiçik gizir Təqsirləndirilən şəxs məruzə etdiyi üçün Şirinovun şam yeməyi zamanı əsgərlər Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 yatmayıb onu gözləmələrini deməsini, kiçik gizir Təqsirləndirilən şəxs həmin gün saat N radələrində yataqxanaya gəlib həmin səbəbə görə əsgər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxsN və Zərərçəkmiş şəxs1 sifətindən bir sillə vurub, sonra da Zərərçəkmiş şəxsNla Zərərçəkmiş şəxs1 barışdırdığını cinayət işinin ibtidai araşdırması zamanı əsgər yoldaşı Zərərçəkmiş şəxs1 eşitmişdir. Həmçinin əsgər Şahid1 verdiyi ifadəsində qeyd etmişdir ki, N0N4-cü ilin yanvar ayının sonlarında təxminən saat 19:40 radələrində əsgərlərlə yataqxanada olan zaman kimsə əsgər Zərərçəkmiş şəxs3 batareyanın baş çavuşu kimdir deyə soruşmuş, əsgər Zərərçəkmiş şəxs3 isə baş çavuşun MAHHXHQ-su baş çavuş Arzu Qurbanov olduğunu demiş, buna görə kiçik gizir Təqsirləndirilən şəxs yataqxanada onu yanına çağıraraq ondan “batareyanın baş çavuşu kimdir?” deyə soruşmuş, əsgər Zərərçəkmiş şəxs3 isə düzgün cavab verə bilmədiyindən kiçik gizir Təqsirləndirilən şəxs onun başından bir dəfə əlinin içi ilə vurmasını və həmin vaxt Zərərçəkmiş şəxs3 gözlərinin dolmasını görmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər ŞahidN, əsgər Şahid3, əsgər X9 və əsgər Şahid5 ittihamın mahiyyətinə uyğun oxşar məzmunlu ifadələr verərək, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin və Şahid1 ifadələrində göstərilənləri təsdiq etmişlər. Həmçinin şahid qismində dindirilmiş şəxslər Təqsirləndirilən şəxs həmişə əsgərlərə qarşı səmimi, mülayim, mehriban olduğunu, əsgərlərlə öz qardaşı kimi davrandığını, əsgərlərin bir problemi olanda ona yaxınlaşdıqlarını da bildirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, şahidlərin ifadələri bir-birini istisna etmir. Məhkəmə onların bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq hesab edir ki, hadisələrin təqsirləndirilən şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. Təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisələr ilə əlaqəsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi ilə bağlı ittiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmasa da, cinayətin Təqsirləndirilən şəxs tərəfindən “tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək” məqsədi ilə törədilməsi məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri ilə təsdiq olunmur. Həmçinin qeyd etmək zəruridir ki, ona istinad olunan cinayətin Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan məqsədlə törədilməsini təsdiq edən heç bir sübuta (izahat və ya ifadəyə) cinayət işinin materiallarında da rast gəlinmir. Qeyd etmək lazımdır ki, məqsəd şəxsin əməlinin obyektiv gerçəklikdə yaradacağı arzuolunan dəyişikliklər barəsində təsəvvürləridir. Məqsəd də motiv kimi maddi tələbatla, sərvətlə bağlı olur. İnsan malik olmadığı sərvəti əldə etmək üçün səy və fəaliyyətini ona yönəldir. Bu baxımdan da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət hadisələrinin törədilməsi zamanı onun “tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək” məqsədi olmamışdır. Belə ki, cinayətin törədilməsi zamanı kiçik gizir Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər arasında tabelik münasibətləri olduğundan, kiçik gizir Təqsirləndirilən şəxs tutduğu vəzifəsinə və hərbi rütbəsinə görə zərərçəkmiş əsgərlərə rəis hesab olunduğundan, bu səbəbdən də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsinin 9-cu bəndinin tələblərinə əsasən zərərçəkmiş şəxslər tabelikdə olan şəxs kimi onlara rəisi hesab olunan kiçik gizir Təqsirləndirilən şəxs sözsüz tabe olmağa borclu olduqlarından, məhkəmə hesab edir ki, cinayət hadisələrinin törədilməsi zamanı kiçik gizir Təqsirləndirilən şəxs əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirmək, bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirməklə bağlı hər hansı bir xüsusi səy göstərməsi ağlabatan deyildir. Çünki kiçik gizir Təqsirləndirilən şəxs əsgər heyəti üzərində malik olduğu üstünlüyü Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsinin tələblərindən irəli gələn bir məsələ olmuşdur. Beləliklə də, məhkəmə hesab edir ki, cinayətin “tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək” məqsədi ilə törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticənin əsasını ehtimallar və şəxsi mülahizələr təşkil etdiyindən, cinayətin məqsədi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə kiçik gizir Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1 və 3N9.N.N-ci maddələri ilə irəli sürülmüş ittihamdan çıxarılmalıdır. Məhkəmə hesab edir ki, ittihamın bu hissədə əsassız hesab edilməsinə dair məhkəmənin gəldiyi nəticə cinayətin tövsifinin dəyişməsinə, faktiki hallar baxımından ittihamın həcminin genişləndirilməsinə, dolayısıyla təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işi başlamaq haqqında” xx.xx.N0N4-cü il tarixli qərarlardan görünür ki, əsgərlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN və Zərərçəkmiş şəxs3 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar (i.v İ cild 1-N). Məhkəmə hesab edir ki, bu sübutla cinayət işi üzrə zərərçəkmiş şəxslərin kimliyi öz təsdiqini tapır. N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N3-cü il tarixli, 303 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, X1N Komandanının birinci müavini-qərargah rəisinin N3 oktyabr N0N3-cü il tarixli, 0113 gm №-li əmri ilə kiçik gizir Təqsirləndirilən şəxs N №-li hərbi hissənin 3-cü motoatıcı taborunun minaatan batareyasının baş çavuşu vəzifəsinə təyin edilmişdir (İ.v İ cild 67). N №-li hərbi hissə komandirinin N sentyabr N0N3-cü il tarixli, N6N №-li əmrindən edilmiş çıxarışdan görünür ki, X1N X11 Üzrə müavininin N sentyabr N0N3-cü il tarixli, 03 №-li sərəncamı ilə N nömrəli hərbi hissədən gəldikləri üçün əsgər Zərərçəkmiş şəxs1 həmin tarixdən N №-li hərbi hissənin 3-cü motoatıcı taborunun minaatan batareyasının Nci taqımının 1-ci manqasının heyət nəfəri vəzifəsinə, əsgər Zərərçəkmiş şəxs3 isə hərbi hissənin 3-cü motoatıcı taborunun minaatan batareyasının atəş-dəstək qrupunun radiotelefonçusu vəzifəsinə təyin edilərək, şəxsi heyətin siyahısına və bütün növ təminat növlərinə daxil edilmişlər (İ.v İ cild 76). N №-li hərbi hissə komandirinin N yanvar N0N3-cü il tarixli, 4 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Hüseynov XN X2 birinci müavini-qərargah rəisinin N yanvar N0N3-cü il tarixli, 01 №-li sərəncamı ilə N nömrəli hərbi hissədən gəldiyi üçün həmin tarixdən N №-li hərbi hissənin 3-cü motoatıcı taborunun minaatan batareyasının 1-ci taqımının 3-cü manqasının baş tuşlayıcısı vəzifəsinə təyin edilərək, şəxsi heyətin siyahısına və bütün növ təminat növlərinə daxil edilmişdir (İ.v İ cild 74). N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş N7 fevral N0N4-cü il tarixli, N44 №-li və 05 aprel N0N4-cü il tarixli, 401 №-li arayışlardan görünür ki, kiçik gizir Təqsirləndirilən şəxs ilə əsgərlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN və Zərərçəkmiş şəxs3 arasında tabelik münasibətləri olmuş, kiçik gizir Təqsirləndirilən şəxs onlara rəis hesab olunmuşdur (i.v İ cild 138, İİ cild 96). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN və Zərərçəkmiş şəxs3 hərbi qulluqçu olmaları və onlar arasında tabelik münasibətlərinin olması öz təsdiqini tapır. X7 “Məhkəmə-Tibbi Ekspertizası”nın 05 mart N0N4-cü il tarixli, 179 və 18N №-li, o cümlədən 11 mart N0N4-cü il tarixli, N0N №-li ekspert rəylərindən görünür ki, ekspert müayinələri zamanı əsgərlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN və Zərərçəkmiş şəxs3 bədən səthlərində hadisə ilə bağlı hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. (İ.v İ cild N08, N11, NN4). Məhkəmə hesab edir ki, bu sübutla baş vermiş hadisələr nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN və Zərərçəkmiş şəxs3 sağlamlıqlarına zərər vurulmaması öz təsdiqini tapır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat statistik informasiya bölməsindən alınmış xx.xx.N0N4-cü il tarixli tələbnamədən görünür ki, kiçik gizir Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v İİ cild 53). Məhkəmə hesab edir ki, bu sübutla Təqsirləndirilən şəxs məhkumluğunun olmaması öz təsdiqini tapır. N05 №-li hərbi hissə tərəfindən təqdim edilmiş N8 mart N0N4-cü il tarixli, N36 №-li arayışdan görünür ki, kiçik gizir Təqsirləndirilən şəxs N8 mart N0N4-cü il tarixdə N05 №-li hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və kiçik gizir Təqsirləndirilən şəxs sağlam olmaqla hərbi xidmətə yararlı hesab edilmişdir (i.v İİ cild 1N0). Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X3 tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış xx.xx.N0N4-cü il tarixli, 559 №-li cavab məktubundan görünür ki, yaşayış yeri üzrə Şahbuz rayonunun Qızıl Qışlaq kəndində qeydiyyatda olan xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs həmin tibb müəssisəsində psixi və nevroloji xəstə kimi dispanser qeydiyyatı olmamışdır (i.v İİ cild 50). Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Şahbuz rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış xx.xx.N0N4-cü il tarixli, 146 №-li cavab məktubundan görünür ki, Şahbuz rayonunun Qızıl Qışlaq kəndi sakini 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs həmin tibb mərkəzində ruhi-əsəb və narkoloji xəstə kimi qeydiyyatı olmamışdır (i.v İİ cild 65). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs sağlamlıq və hərbi xidmətə yararlılıq vəziyyəti, onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasların olmaması öz təsdiqini tapır. N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş N6 fevral N0N4-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs kiçik gizir Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur (İ.v İ cild 87). Məhkəmə hesab edir ki, bu sübutla kiçik gizir Təqsirləndirilən şəxs bir hərbi qulluqçu kimi şəxsiyyətini və işə münasibətini xarakterizə edən hallar öz təsdiqini tapır. “Qətimkan tədbirinin seçilməsi haqqında” 18 aprel N0N4-cü il tarixli qərardan görünür ki, həmin tarixdə kiçik gizir Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ.v İİ cild 151-15N). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi öz təsdiqini tapır. Şahbuz rayon İcra Hakimiyyəti Başçısının Qızıl Qışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.N0N4-cü il tarixli, 03-59 №-li arayışdan, o cümlədən AZ-İİ 5166N8 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Şahbuz rayonunun Qızıl Qışlaq kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır, o, xx.xx.N0N4-cü il tarixdə Şahbuz rayon sakini X6 ilə rəsmi nikaha daxil olmuşdur və onun ailə üzvləri-1969-cı il təvəllüdlü atası X1, 197N-ci il təvəllüdlü anası X1, N0NN-ci il təvəllüdlü qardaşı X5, N001-ci il təvəllüdlü arvadı Şirinova (Hüseynova) Günel Etibar qızından ibarətdir (İ.v İİ cild). Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisələr ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə Cinayət Məcəlləsinin 3N9.N.1 və 3N9.N.N-ci maddələrinin tərkib əlamətlərinin eyniliyi, cinayətlərin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən halların mövcudluğu və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr N005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci N8.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.N-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N6.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N44.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar N009-cu il, “Xirvisari Finlandiyaya qarşı” N7 sentyabr N001-ci il, “X10rşı” 09 dekabr 1994cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 199N-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverni Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart N010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 3N9.N.1 və 3N9.N.N-ci maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar..... Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinə əsasən komandir (rəis) Azərbaycan Respublikasının siyasətini ardıcıllıqla və möhkəm surətdə həyata keçirməli; tabeliyində olanların təlim-tərbiyəsinin təşkiledicisi və rəhbəri olmalı; hərbi hissənin, gəminin (bölmənin) idarə olunması üsullarını daim təkmilləşdirməli; kadrlarla bacarıqla işləməli; öz təşkilatçılıq qabiliyyətini inkişaf etdirməli və metodik vərdişini təkmilləşdirməli; tabeliyində olanların təlim-tərbiyəsinin səmərəliliyinin artırılması işinə kömək göstərə biləcək bütün yenilikləri həyata keçirməli; tabeliyində olanlara qarşı yüksək tələbkarlıq və prinsipiallıq göstərməklə nöqsanlara göz yummamalı, tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, kiçik gizir Təqsirləndirilən şəxs rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxslərə qarşı təkrarən zor tətbiq etməsi ilə müşayiət olunan əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1 və 3N9.N.N-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin dispozitiv şərti (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan iki və ya daha çox şəxsə qarşı, o cümlədən təkrarən zor tətbiq etməsi) mövcud olmuşdur. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsləri, o cümlədən şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında kiçik gizir Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxslərə qarşı və təkrarən zor tətbiq etməsi mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməllərinə görə təqsirli bilinib, həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1 və 3N9.N.N-ci maddələri az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1N və 59.N-ci maddələrinin müddəalarına müvafiq olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən üzr istəyərək onlarla barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələri və N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş N6 fevral N0N4-cü il tarixli xidməti xasiyyətnamə ilə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul N013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral N017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirli bilinən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzanın növü və həddinin seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, kiçik gizir Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1 və 3N9.N.N-ci maddələrinin sanksiyasında-bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində müəyyən edilmiş (maddə 59.1.1N) və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1 və 3N9.N.N-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.N-ci və 58.3-cü maddələrinin müddəalarına əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1 və 3N9.N.N-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, təqsirli bilinən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən üzr istəyərək onlarla barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, şahidlərin onu müsbət xarakterizə etmələrini, Təqsirləndirilən şəxs yenicə ailə həyatı qurmasını, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkmədən də onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını qanuni, əsaslı, ədalətli, o cümlədən sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətli hesab edir. Məhkəmə hesab edir ki, cinayətin baş vermə şəraiti, cəzanı yüngülləşdirən halların məcmusu, o cümlədən təqsirkarın cinayətin törədilməsindən sonrakı davranışı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, onun şəxsiyyətinin təhlükəli olmadığına inam yaradır. Sadalanan bu səbəblər məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, bu hökmlə Təqsirləndirilən şəxs təyin ediləcək cəza onun tərəfindən real çəkilmədən də, onun islah olunması və bununla da cəzanın məqsədlərinə nail olunması mümkündür. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı real çəkilməli olan cəzanın təyin edilməsi onun yeni qurduğu ailəsi ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirli bilinən şəxsin özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək üçün Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən edilməli və onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidmət etdiyi müddət ərzində xidməti vəzifələrinin icrasını layiqincə yerinə yetirməklə nümunəvi xidmət aparmaq, xüsusilə tabeliyində olan şəxslərə münasibətdə nəzakətli və təmkinli olmaq, hərbi nəzakət və davranış qaydalarına ciddi riayət etmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə müvafiq icra və probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.N-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Həmin məcəllənin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru, hərbi qulluqçular üzərində isə hərbi hissələrin və ya müəssisələrin komandanlığı həyata keçirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr N0N1-ci il tarixli qərarında göstərilmişdir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 198N-ci il tarixli qərar; X15rşı iş üzrə N oktyabr 1984-cü il tarixli qərar) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilən hazırki məhkəmə aktı bu tələblərə cavab verir. Məhkəmə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 18 aprel N0N4-cü il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələblərinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci-təqsirli bilinən Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli olan haqdan ibarətdir. Belə ki, cinayət işi üzrə 16 may N0N4-cü il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından o, məhkəmənin müvafiq qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, onun hüquqlarının müdafiəsi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi həvalə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.N-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 9N.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral N001-ci il tarixli, 31 №-li qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.N və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, təqsirli bilinən şəxsə göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına onun vəkil işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına N40 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3N9.N.1 və 3N9.N.N-ci maddələri ilə təqsirli bilinərək N (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş N (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti dövründə Təqsirləndirilən şəxs davranışına nəzarət hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə müvafiq İcra və Probasiya şöbəsinə həvalə olunsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidmət etdiyi müddət ərzində xidməti vəzifələrinin icrasını layiqincə yerinə yetirməklə nümunəvi xidmət aparmaq, xüsusilə tabeliyində olan şəxslərə münasibətdə nəzakətli və təmkinli olmaq, hərbi nəzakət və davranış qaydalarına ciddi riayət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri bu hökm icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. İş üzrə məhkəmə xərci- Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına N40 (iki yüz qırx) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N0 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar