Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-43/2024 18.09.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Seyidov Eyvaz Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1999-cu il tarixdə Cəlilabad rayonunun Səhrədabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali-hərbi təhsilli, subay, əvvəllər məhkum olunmamış, yaşayış yeri üzrə Cəlilabad rayonunun Səhrədabad kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin zenit-raket artilleriya batareyasının 1-ci zenit-raket artilleriya taqımının komandiri vəzifəsində, kiçik leytenant hərbi rütbəsində xidmət edən, 08 may N0N4-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxslərə qarşı təkrarən zor tətbiq etmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin Naxçıvan şəhərində yerləşən N nömrəli hərbi hissəsinin zenit-raket artilleriya batareyasının 1-ci zenit-raket artilleriya taqımının komandiri vəzifəsində, kiçik leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən N0N3-cü ilin oktyabr ayının əvvəllərində saat 15 radələrində batareyanın əsgər yataqxanasının qarşısında keçirilən sıra hazırlığı zamanı tabeliyində olan, həmin batareyanın N-ci zenit-raket artilleriya taqımının 1-ci manqasının baş mexanik-sürücüsü, əsgər Zərərçəkmiş şəxsN sırada danışdığı üçün həmin vaxt xidməti otağında sağ əli ilə sonuncunun sinə nahiyəsinə 1 yumruq zərbəsi vurmuş, sonuncu zərbənin təsirindən arxaya doğru gedərək kürəyi orada olan dolaba dəymiş, bundan sonra sifətinin sağ və sol tərəfinə N sillə zərbəsi, qarın nahiyəsinə isə 1 yumruq zərbəsi vurub ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən N0N3-cü ilin oktyabr ayının əvvəllərində şam yeməyindən sonra saat N0 radələrində xidmət etdiyi zenit-raket artilleriya batareyasının şəxsi heyətini sıraya düzüb əsgər yataqxanasına aparan zaman tabeliyində olan, həmin batareyanın 1-ci zenit-raket artilleriya taqımının 1-ci manqasının baş mexanik-sürücüsü əsgər Zərərçəkmiş şəxs3 sırada danışdığını görüb əsgər yataqxanasının qarşısında əsgər Zərərçəkmiş şəxs3 çənə nahiyəsinə bir yumruq zərbəsi vurub ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən N0N3-cü ilin noyabr ayının sonlarında saat 10 radələrində tabeliyində olan, həmin batareyanın N-ci zenit-raket artilleriya taqımının 1-ci manqasının baş mexanik-sürücüsü, əsgər Zərərçəkmiş şəxsN batareyanın əsgər yataqxanasının qarşısında başqa bölmənin əsgəri ilə söhbət etdiyini görüb ona xidməti otağının qarşısına getməsini tapşırmış və bir qədər sonra xidməti otağının qarşısına gəlib, başqa bölmənin əsgəri ilə söhbət etməsi səbəbindən əsgər Zərərçəkmiş şəxsN sifət nahiyəsinə dörd sillə zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən N3 yanvar N0N4-cü il tarixdə saat 09:30-da xidmət etdiyi zenit-raket artilleriya batareyasının şəxsi heyətinin səhər idmanından qayıdıb əsgər yataqxanasının qarşısında düzülən zaman batareyanın baş çavuşu, gizir Şahid7 tərəfindən şəxsi heyətə dərhal əsgər yataqxanasına getmələri üçün “qaçaraq” komandası verilməsinə baxmayaraq batareyanın 1-ci zenit-raket artilleriya taqımının 4-cü manqasının baş mexanik-sürücüsü, əsgər Zərərçəkmiş şəxs1 sıradan kənara çıxıb yeriyərək getdiyini görüb, sonuncuya komandanı düzgün icra etməsini bildirdikdə əsgər Zərərçəkmiş şəxs1 ayağının ağrıması səbəbindən qaça bilmədiyini demiş və bu zaman o, əsgər Zərərçəkmiş şəxs1 batareya komandirinin xidməti otağına getməsini tapşırmışıdır. Bir neçə dəqiqə sonra o, əsgər yataqxanasına gəldikdə əsgər Zərərçəkmiş şəxs1 orada olduğunu, bölük komandirinin xidməti otağına getmədiyini görüb irad tutduğu üçün aralarında mübahisə yaranmış və mübahisə zamanı o, sağ əli ilə əsgər Zərərçəkmiş şəxs1 sifətinin sol tərəfinə bir sillə zərbəsi vurub, zərbənin təsirindən yerə yıxılmasından sonra isə qarın nahiyəsinə daha bir təpik zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş kiçik leytenant Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən özünün N0N3-cü ilin oktyabr ayının əvvəllərində batareya komandiri vəzifələrini icra edərkən saat 15 radələrində şəxsi heyətin nahar yeməyindən qayıtdığını, onun öz xidməti otağında olduğunu, onunla eyni batareyada xidmət edən MAHHXHQ-su kiçik çavuş Şahid4 şəxsi heyətə sıra hazırlığı keçdiyini, bu vaxt əsgər Zərərçəkmiş şəxsN qapını döyüb içəriyə girdiyini, ondan nə səbəbə gəlməsini soruşduqda ona Şahid4 göndərdiyini dediyini, təkrar ondan Şahid4 nəyə görə göndərməsini soruşanda Zərərçəkmiş şəxsN sırada danışıb-güldüyünü bildirdiyini, bu vaxt əsəbləşib Zərərçəkmiş şəxsN bir-iki sillə və yumruq zərbəsi vurduğunu, daha sonra Zərərçəkmiş şəxsN çölə çıxmasını və gedib Şahid4 üzr istəməsini bildirdiyini, ona başqa zərbə vurmadığını, nalayiq ifadə işlətmədiyini, onun da ona hər hansı qarşılıq vermədiyini və ya nalayiq ifadə işlətmədiyini, Zərərçəkmiş şəxsN qarşı zor təbiq etməsi barədə yuxarı komandir və rəislərdən heç kəsin məlumatı olmadığını, xidmət müddətində batareyada xidmətə yeni təyin olunmuş əsgərlərə digər bölmələrin əsgərləri ilə tez-tez ünsiyyət qurmağı qadağan etdiyini, köhnə əsgərlərlə aralarında hər hansı problem yaşanmamasını istədiyini, N0N3-cü ilin oktyabr ayının əvvəllərində batareyada cavabdeh qaldığını, şəxsi heyəti axşam yeməyinə aparanda batareyanın su qabını da özləri ilə götürmələrini və yeməkdən sonra su doldurub yataqxanaya gətirmələrini tapşırdığını, axşam yeməyi qurtardıqdan sonra şəxsi heyəti yeməkdən çıxarıb yataqxanaya aparanda əsgərlər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxsN sıranın arxa tərəfində su qabını gətirərkən Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxsNla danışdığını gördüyünü, dönüb ona tərəf bir neçə dəfə baxsa da Zərərçəkmiş şəxs3 əhəmiyyət vermədiyini, şəxsi heyəti yataqxanaya göndərdikdən sonra Zərərçəkmiş şəxs3 yanına çağırıb ondan nəyə görə sırada gələrkən danışdığını soruşduğunu, Zərərçəkmiş şəxs3 heç nə cavab vermədiyini, əsəbləşdiyi üçün sağ əli ilə onun çənə nahiyəsindən bir yumruq zərbəsi vurduğunu, həmçinin N0N3-cü ilin noyabr ayının sonlarında, saat 10 radələrində yataqxanaya gələndə əsgər Zərərçəkmiş şəxsN başqa bölmənin əsgəri ilə yataqxananın giriş hissəsində dayanıb söhbət etdiyini gördüyünü, ona otağının qarşısına getməsini tapşırdığını, bir az sonra özünün də oraya getdiyini, Zərərçəkmiş şəxsN başqa bölmənin əsgərləri ilə söhbət etməməyi dediyini, nəyə görə tapşırığının yerinə yetirmədiyini soruşduğunu, onun cavab vermədiyini, əsəbləşib Zərərçəkmiş şəxsN sifətindən 3-4 sillə zərbəsi vurduğunu, N3 yanvar N0N4-cü il tarixdə batareyanın şəxsi heyəti ilə birlikdə səhər idmanına çıxdığını, batareya komandiri kapitan Şahid3 də onlarla birlikdə idmanda olduğunu, hava soyuq olduğu və qar yağdığı üçün saat 09:30 radələrində idmanı bitirib yataqxananın qarşısına gəldiklərini, bundan sonra batareya komandiri bölüyün baş çavuşu gizir Şahid7 şəxsi heyəti içəriyə aparıb dərsə hazırlamasını tapşırdığını, gizir Şahid7 şəxsi heyətə qaçaraq yataqxanaya getmələrini dediyini, özü isə siqaret çəkmək üçün kənara çəkildiyini, bu vaxt əsgər Zərərçəkmiş şəxs1 sıradan kənara çıxdığını, qaçmadığını, yavaş-yavaş yeridiyini görüb yanına çağırıb nəyə görə gizir Bağırovun komandasını icra etmədiyini soruşduğunu, o da ayağının ağrıdığını bildirdiyini, ona inanmayıb komandanı yerinə yetirməsini, qaçaraq yataqxanaya getməsini desə də Zərərçəkmiş şəxs1 qaçmayacağını dedikdə ona batareya komandirinin otağına getməsini tapşırdığını, özü də siqaretini çəkdikdən sonra yataqxanaya getdiyini, həmin vaxt Zərərçəkmiş şəxs1 orada olduğunu batareya komandirinin otağına getmədiyini gördüyünü, ondan niyə getmədiyini soruşduqda Zərərçəkmiş şəxs1 nəsə cavab verdiyini, ona “ə get batareya komandirinin yanına” dediyini, Zərərçəkmiş şəxs1 da ona “Ə deyil, cənab kiçik leytenant, əsgər Salmanlıdır” deyə cavab verdiyini, Zərərçəkmiş şəxs1 ona kinayə ilə cavab verməsindən əsəbləşib sağ əli ilə sifətinin sol tərəfindən bir sillə zərbəsi vurduğunu, Zərərçəkmiş şəxs1 yerə yıxıldığını, yerdə olarkən sinəsindən bir təpik zərbəsi daha vurduğunu, bundan sonra ona hər hansı zor tətbiq etmədiyini, çəkilib kənarda dayandığını, səs-küyə batareya komandiri Şahid3 içəriyə girib nə olduğunu soruşduğunu, əsgərlərin onunla Zərərçəkmiş şəxs1 arasında mübahisə baş verməsini dediyini, Şahid3 onları hərbi hissə komandiri polkovnik Ümman Nəcəfovun yanına apardığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində tabeliyində olan əsgərlərə qarşı etdiyi əməllərindən peşman olduğunu, hadisədən sonra onlardan üzr istəyərək onlarla barışdığını, zərərçəkmiş şəxslərin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələblərinin olmadığını, N1 yanvar N0N4-cü il tarixdə rütbədən kəsildiyini və bu vəziyyətin psixoloji basqısı altında N3 yanvar N0N4-cü il tarixdə əsgər Zərərçəkmiş şəxs1 qarşı qanunsuz hərəkətlərə yol verdiyini, bu kimi qanunsuz hərəkətlərə yol verərkən hər hansı bir məqsədinin, o cümlədən şəxsi heyət üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək kimi məqsədinin olmadığını bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə məhkəmə istintaqında özünü tam təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs1 ifadəsində və ona verilmiş sualları cavablandırarkən N0N4-cü ilin yanvar ayının N3-də xidmət etdiyi batareyanın şəxsi heyəti ilə birlikdə səhər idmanına çıxdığını, səhər idmanını batareya komandiri kapitan Şahid3 keçdiyini, həmin vaxt batareyanın zabit-gizirlərinin də səhər idmanına çıxdığını, idmanı hərbi hissənin idman şəhərciyində keçdikdən sonra şəxsi heyətlə birlikdə yataqxanaya qayıtdığını, şəxsi heyəti yataqxanaya bölüyün baş çavuşu gizir Şahid7 gətirdiyini, saat 09:30 radələrində qar yağdığı üçün “qaç” komandası verərək yataqxanaya girmələrini dediyini, həmin vaxt varikoseli və sağ ayağının altında yara olduğu üçün bir-iki addım qaçdıqdan sonra qaça bilmədiyini, arxadakı əsgərlərin rahat qaçaraq yataqxanaya daxil olmaları üçün sıradan çıxdığını, bu vaxt yataqxananın qarşısında siqaret çəkən kiçik leytenant Təqsirləndirilən şəxs onun qaçmadığını görüb uzaq məsafəni, təxminən 300 metr məsafəni göstərərək oraya qaçıb qayıtmağını dediyini, o isə qaça bilməyəcəyini bildirdiyini, bu vaxt Təqsirləndirilən şəxs ona bölük komandirinin yanına getməsini dediyini, bölük komandirinin otağı yataqxananın içərisində olduğundan yataqxanaya girib üst geyimini çıxardan zaman kiçik leytenant Təqsirləndirilən şəxs yataqxanaya daxil olduğunu, ona tərəf gələ-gələ “ə sənə demirəm qaç bölük komandirinin yanına” dediyini, o da üst geyimini yığıb yerinə qoyub gedəcəyini bildirdikdə Təqsirləndirilən şəxs yenidən ona “ə qaç bölük komandirinin yanına” dediyini, Təqsirləndirilən şəxs onunla həmin tonla danışmasına əsəbləşib ona “ə deyil, yoldaş əsgərdi cənab leytenant” deyə cavab verdiyini, bu vaxt Təqsirləndirilən şəxs onun yanına gəlib yataqxanada, çarpayıların yanında sağ əlinin içi ilə sol üzünün çənə nahiyəsindən bir sillə zərbəsi vurduğunu, həmin zərbənin təsirindən yerə yıxıldığını, yerdə yıxılı vəziyyətdə olarkən Təqsirləndirilən şəxs onun qarnının yuxarı hissəsindən bir təpik zərbəsi vurduğunu, həmin zərbə ona möhkəm dəydiyindən, güclü ağrı hiss etdiyini, lakin huşunu itirmədiyini, halsız olduğunu, nəfəs almaqda çətinlik çəkdiyini, əsgər yoldaşlarının onu çarpayıya uzatdıqlarını, ona içmək üçün su verdiklərini, bölük komandiri Şahid3 onun yanına gəldiyini, təxminən N0-N5 dəqiqə sonra özünə gəldikdə bölük komandirinin onu otağına çağırdığını, oraya gedəndə içəridə kapitan Şahid3 və taqım komandiri Təqsirləndirilən şəxs olduğunu, Şahid3 Təqsirləndirilən şəxs danladığını, içəri girdikdən sonra Təqsirləndirilən şəxs Şahid3 “əsgər mənim komandamı icra etmir” dediyini, bundan sonra həmin gün saat 19 radələrində bölük komandirinin, onun və Təqsirləndirilən şəxs hərbi hissə komandirinin yanına apardığını, hərbi hissə komandirinin yanında olarkən “cənab polkovnik kiçik leytenant Təqsirləndirilən şəxs mənim başımdan tutub get bölük komandirinin yanına dedi, aramızda sözlü mübahisə oldu” deyə bildirdiyini, hərbi hissə komandiri ondan Təqsirləndirilən şəxs onu vurubvurmamasını soruşanda vurmadığını dediyini, sonra ondan hər hansı problem olubolmamasını soruşduğunu, ona problem olmadığını deyib otaqdan çıxdığını, bundan sonrakı müddətlərdə öz xidməti ilə məşğul olduğunu, Təqsirləndirilən şəxslə aralarında başqa mübahisə olmadığını, Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq etdiyi üçün hər hansı xəsarət almadığını, həmçinin N0N3-cü ilin oktyabr ayının əvvəllərində saat 15 radələrində onunla eyni batareyada xidmət edən kiçik çavuş Şahid4 şəxsi heyətə sıra hazırlığı keçdiyini, bu vaxt onunla eyni batareyada xidmət edən əsgər Zərərçəkmiş şəxsN sırada danışıb-güldüyü üçün Şahid4 onu taqım komandiri Təqsirləndirilən şəxs yanına göndərdiyini, bir az keçdikdən sonra sıra hazırlığı vaxtı ayağı sürüşdüyü üçün əsgərlərin güldüyündən onun da güldüyünü, Şahid4 ona da taqım komandiri Təqsirləndirilən şəxs yanına getməsini bildirdiyini, Təqsirləndirilən şəxs otağının qarşısına gedəndə əsgər Zərərçəkmiş şəxsN otaqdan çıxdığını, onun üz-gözünün qızardığını, pörtmüş vəziyyətdə olduğunu, daha sonra Təqsirləndirilən şəxs otağının qapısını döyüb içriyə girdiyini, Təqsirləndirilən şəxs ondan nəyə görə gəldiyini soruşduqda, sırada güldüyü üçün Şahid4 göndərdiyini bildirdiyini, Təqsirləndirilən şəxs onun üzərinə gələrək əlini yumruq vəziyyətinə gətirib vurmaq istədiyini, lakin vurmadığını, “xəbərin var səndən qabaqkı əsgəri nə günə qoymuşam?” dediyini, daha sonra ona otaqdan çıxıb sıraya getməsini bildirdiyi üçün çıxıb getdiyini, həmin vaxt Təqsirləndirilən şəxs ona hər hansı zor tətbiq etmədiyini və ya nalayiq ifadə işlətmədiyini, sıra hazırlığından sonra əsgər Zərərçəkmiş şəxsN Təqsirləndirilən şəxs otağında olarkən nə baş verdiyini soruşduğunu, Zərərçəkmiş şəxsN Təqsirləndirilən şəxs otaqda onu döydüyünü bildirdiyini, onun və əsgər yoldaşlarının Zərərçəkmiş şəxsN gedib şikayət etməsini desələr də Zərərçəkmiş şəxsN qorxduğu üçün bu barədə heç kəsə məruzə etmədiyini bildirmişdir. Həmçinin əsgər Zərərçəkmiş şəxs1 ifadəsində kiçik leytenant Təqsirləndirilən şəxs ondan üzr istədiyini, özünün onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını, xidmət yerləri dəyişdirilsə də, Təqsirləndirilən şəxs hər gün onlarla maraqlandığını bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxsN ifadəsində və ona verilmiş sualları cavablandırarkən N0N3-cü ilin oktyabr ayının əvvəllərində saat 15 radələrində xidmət etdiyi bölüyün şəxsi heyəti ilə birlikdə hərbi hissənin yataqxanasının qarşısında təyin olunmuş yerdə sıra hazırlığı keçərkən sırada əsgər yoldaşına nəsə deyəndə onunla eyni batareyda xidmət edən MAHHXHQ-su kiçik çavuş Şahid4 bunu görüb ona danışdığına görə irad tutaraq, onu taqım komandiri kiçik leytenant Təqsirləndirilən şəxs yanına göndərdiyini, həmin vaxt özünün kiçik leytenant Təqsirləndirilən şəxs yataqxananın içərisində olan xidməti otağına getdiyini, xidməti otaqda olarkən kiçik leytenant Təqsirləndirilən şəxs ona nə üçün gəldiyini soruşduğunu, o da sırada danışdığını, kiçik çavuş Şahid4 irad tutduğunu və bu səbəbdən onun yanına göndərdiyini bildirdiyini, bundan sonra kiçik leytenant Təqsirləndirilən şəxs oturduğu yerdən duraraq onun yanına gəldiyini və sağ əli ilə sinəsindən bir yumruq zərbəsi vurduğunu, onun durduğu yerdən arxaya doğru gedərək kürəyi arxadakı dolaba dəydikdən sonra dayandığını, daha sonra Təqsirləndirilən şəxs ona “siz gör nə qədər qudurubsuz ki, çavuş sizi mənim yanıma yollayır” dediyini sağ əli ilə sifətinin sol tərəfindən, sol əli ilə də sifətinin sağ tərəfindən bir sillə zərbəsi vurduğunu, daha sonra isə sol əli qarnından bir yumruq zərbəsi daha vurduğunu, həmin zərbələrdən hər hansı xəsarət almasa da möhkəm ağrı hiss etdiyini, əsəbləşsə də komandir olduğu üçün ona heç nə demədiyini, Təqsirləndirilən şəxs ondan “əsgər mənə əsəb göstərirsən?” deyə soruşduğunu, ona “xeyr göstərmirəm” dediyini, sonda isə ondan sərt şəkildə “əsgər mən səni vurmuşam” deyə soruşduğunu, onun isə cavabında “xeyr” dedikdə Təqsirləndirilən şəxs ona “get çavuşdan üzr istə” dediyi üçün kiçik çavuş Şahid4 yanına gedərək ondan üzr istədiyini, həmin vaxt onun üzünün qızardığını və bunu görən əsgər Zərərçəkmiş şəxs1 nə üçün üzünün qızardığını soruşduqda o, da ona və yanındakı əsgər ŞahidN Təqsirləndirilən şəxs vurduğunu dediyini, Təqsirləndirilən şəxs pislik etmək istəmədiyindən, həm də təkrar zor tətbiq etməsindən qorxduğundan bu barədə yuxarı rəis və komandirlərindən heç kəsə məruzə etmədiyini, Təqsirləndirilən şəxs onu vurduğu zaman onun otağında heç kəsin olmadığını Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq etməsindən hər hansı xəsarət almadığını, bundan əlavə N0N3-cü ilin noyabr ayının sonlarında bölüyün şəxsi heyəti ilə birlikdə hərbi hissənin idman şəhərciyində səhər idmanı eden vaxt təxminən saat 10 radələrində idman qurtardığı üçün yataqxanaya qayıtdığını, yataqxananın qarşısında əvvəlcədən tanıdığı N nömrəli hərbi hissənin N-ci taborunun 6-cı bölüyünün əsgəri X1 görərək onun yanına gedib söhbət etdiyini, X10 söhbət edən zaman kiçik leytenant Təqsirləndirilən şəxs onların olduğu istiqamətə gəlib yaxınlaşdığını və onun qolundan tutaraq yataqxanaya xidməti otağının qarşısına apardığını, xidməti otağının qapısının yanında olarkən ona “sənə deməmişəm ki, başqa bölüyün əsgərləri ilə söhbət eləmə, niyə öz bölüyümüzün əsgərlərinə qoşulmursan” deyərək sifətinin sağ və sol tərəflərindən ümumilikdə 3-4 sillə zərbəsi vurduğunu, daha sonra isə oradan uzaqlaşdığını, həmin vaxt yanlarında heç kəsin olmadığını, Təqsirləndirilən şəxs onu vurduğunu görənin olmadığını, Təqsirləndirilən şəxs ona başqa zərbə vurmadığını və ya hər hansı nalayiq ifadə işlətmədiyini, Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq etdiyindən hər hansı xəsarət almadığını, N0N3-cü ilin oktyabr ayının əvvəllərində axşam yeməyindən sonra saat N0:00 radələrində əsgər Zərərçəkmiş şəxs3lə birlikdə batareyaya su aparmaq üçün hərbi hissənin yeməkxanasından su qabını doldurduğunu, su qabını doldurduqdan sonra yeməkxanadan çölə çıxdığını, həmin vaxt şəxsi heyətin onları gözlədiyini, Təqsirləndirilən şəxs şəxsi heyətə “addımla marş” komandası verərək yataqxanaya doğru apardığını, onlar su qabı daşıdığından təxminən 5-6 metr sıranın arxasından aralı düşdüklərini, həmin vaxt sakit səslə söhbət etdiyini, Zərərçəkmiş şəxs3 ona söz dediyi vaxt kiçik leytenant Təqsirləndirilən şəxs arxaya dönərək onun danışdığını görüb “sıradan sonra yanıma yaxınlaşarsan” dediyini, yataqxananın qarşısına çatdıqdan sonra su qabını içəri qoyaraq sıraya durduğunu, daha sonra kiçik leytenant Təqsirləndirilən şəxs şəxsi heyətə “yat” komandasına hazırlaşmaları üçün tapşırıq verdiyini və sıranın dağıldığını, bundan sonra əsgər Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs yanına getdiyini, onun da yataqxanaya daxil olduğunu, ləvazımatını götürərək yuyunmaq üçün yataqxanadan çölə çıxdığını, yataqxanadan çıxdıqdan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3lə yataqxananın qarşısında olan ağaclıq sahədə söhbət etdiklərini gördüyünü, yataqxananın qabağında olan ağaclığın arxasında dayanaraq onların söhbətinin yekunlaşmasını və nə olacağını gözlədiyini, bu vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 çənəsindən bir dəfə yumruq zərbəsi vurmasını gördüyünü, həmçinin N3 yanvar N0N4-cü il tarixdə saat 09:30 radələrində səhər idmanından qayıtdıqdan sonra şəxsi heyətin yataqxananın qarşısında düzüldüyünü, batareyanın baş çavuşu gizir Şahid7 şəxsi heyətə “yataqxanaya daxil ol, qaçaraq marş” komandası verdiyini, həmin vaxt şəxsi heyətin qaçaraq yataqxanaya daxil olmağa başladığını, onunla eyni batareyada xidmət edən əsgər Zərərçəkmiş şəxs1 1-N addım qaçdıqdan sonra dayanaraq yeriməyə başladığını, bunu görən kiçik leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 yanına çağırdığını, batareyanın şəxsi heyəti ilə birlikdə yataqxanaya daxil olduğunu, yataqxanada üst geyimini çıxardıqdan sonra çarpayının yanında stulda oturduğunu, təxminən 5 dəqiqə keçdikdən sonra yataqxanada kiminsə yıxılma səsini eşitdiyini və ora yaxınlaşdığını, qarşısında əsgərlər olduğu üçün əvvəlcə yerə yıxılanın kim olduğunu görə bilmədiyini, bir az da yaxınlaşdıqdan sonra Zərərçəkmiş şəxs1 yerə yıxıldığını, batareyanın əsgərləri Şahid5, ŞahidN və Şahid1 kiçik leytenant Təqsirləndirilən şəxs tutub aralaşdıraraq kənarlaşdırdıqlarını gördüyünü, daha sonra əsgərlərin yerdə uzanan Zərərçəkmiş şəxs1 qaldırıb çarpıyaya uzadaraq üzünə su vurduqlarını və bu vaxt kiçik leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 üzündən vurub yerə yıxdığını, yerdə onun qarın nahiyəsinin yuxarı hissəsindən bir dəfə təpiklə vurduğunu öyrəndiyini, daha sonra bölük komandirinin gələrək şəxsi heyətə çöldə “düzül” komandası verdiyindən şəxsi heyətin çölə çıxıb yataqxananın qarşısında düzüldüyünü, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Şahid3 hərbi hissənin qərargahına tərəf getdiklərini bildirmişdir. Həmçinin əsgər Zərərçəkmiş şəxsN ifadəsində kiçik leytenant Təqsirləndirilən şəxs məqəsdinin onları nizam-intizama gətirmək olduğunu, intizam pozuntusuna yol vermədikləri halda onun əsgərlərə qarşı münasibətinin yaxşı olduğunu, onları vurandan sonra könüllərini aldığını, onlarla deyib-güldüyünü, kiçik leytenant Təqsirləndirilən şəxs ondan üzr istədiyini, özünün onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını, xidmət yerləri dəyişdirilsə də, Təqsirləndirilən şəxs hər gün onlarla maraqlandığını bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs3 ifadəsində və ona verilmiş sualları cavablandırarkən N0N3-cü ilin oktyabr ayının əvvəllərində xidmət etdiyi bölmədə olan zaman şəxsi heyətlə birlikdə axşam yeməyinə getdikdən sonra yeməkxanadan çıxan zaman onunla eyni bölükdə xidmət edən əsgər yoldaşı Zərərçəkmiş şəxsN ilə birlikdə batareyanın su qabını yataqxanaya aparmaq üçün doldurduğunu, bölüyün şəxsi heyəti sırada düzülmüş qaydada qabaqda gedərkən, o və Zərərçəkmiş şəxsN su qabı ilə arxada gəldiyini, üzərlərində başçı həmin gün cavabdeh olan kiçik leytenant Təqsirləndirilən şəxs olduğunu, su qabını apardıqları üçün 5-6 metr şəxsi heyətdən aralıda getdiklərini, əsgər Zərərçəkmiş şəxsNla sürücü olduqları üçün onlara təhkim olunduğunu, maşınlar haqqında söhbət etdiklərini, bu vaxt sıranın yanında gedən kiçik leytenant Təqsirləndirilən şəxs geriyə dönərək onun danışdığını gördüyünü, başını aşağı-yuxarı yelləyib düzülüşdən sonra ona yaxınlaşmasını bildirdiyini, bir az sonra onlar yataqxananın qarşısına çatanda şəxsi heyətin bir cərgə düzüldüyünü, o və əsgər Zərərçəkmiş şəxsN yataqxanaya gedib su qabını yerinə qoyduqdan sonra çölə çıxaraq Təqsirləndirilən şəxs icazə alaraq sıraya durduğunu, bundan sonra Təqsirləndirilən şəxs şəxsi heyətə yuyunub hazırlanmaları barədə tapşırıq verdiyini, şəxsi heyət tapşırığın yerinə yetirilməsi üçün dağıldığını, Təqsirləndirilən şəxs yataqxananın qarşısında olan ağaclıq sahənin yanında dayanıb bir neçə dəqiqə gözlədikdən sonra onun yanına gedərək “cənab leytenant əsgər Piriyev əmrinizlə gəldi” deyə məruzə etdiyini, Təqsirləndirilən şəxs ondan sıranın arxasında gələrkən nəyə görə danışdığını soruşduğunu, ona heç bir cavab vermədiyini, bu vaxt Təqsirləndirilən şəxs bir daha ondan “niyə?” deyərək soruşub sağ əli ilə çənəsinin alt nahiyəsindən bir yumruq zərbəsi vurduğunu, Təqsirləndirilən şəxs vurduğu yumruq zərbəsinin təsirindən hər hansı xəsarət almadığını, bu haqda heç kəsə, heç nə demədiyini, sonradan əsgər Zərərçəkmiş şəxsN Təqsirləndirilən şəxs onu yumruqla vurmasını gördüyünü deyərək ondan səbəbini soruşduğunu, o da ona su gətirən vaxt söhbət etdikləri üçün vurduğunu bildirdiyini, Təqsirləndirilən şəxs onu vurması barədə heç kəsə məruzə etmədiyini, bundan əlavə N3 yanvar N0N4-cü il tarixdə batareyanın şəxsi heyəti ilə birlikdə səhər idmanına çıxdığını, idman qurtardıqdan sonra gizir Şahid7 icazə alaraq hərbi hissənin maşın parkına getdiyini, maşınların möhürlərinə baxıb qayıtdıqda təxminən saat 09:30 radələrində yataqxanaya getdikdə onunla eyni batareyada xidmət edən əsgər Zərərçəkmiş şəxs1 yerdə yıxılı vəziyyətdə uzandığını və huşunun özündə olmadığını gördüyünü, batareyanın digər əsgərlərinin isə kiçik leytenant Təqsirləndirilən şəxs tutub kənara çəkməyə çalışdıqlarını, bu vaxt bölük komandiri kapitan Yünis Tarverdiyevin içəriyə girdiyini Təqsirləndirilən şəxs sakitləşdiyini, Şahid3 nə olduğunu soruşanda əsgər yoldaşları Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 vurduğunu dediklərini, bundan sonra Şahid3 və digərlərinin Zərərçəkmiş şəxs1 kömək edərək çarpayıya uzatdıqlarını, şəxsi heyətə çöldə düzülməsi komandası verildiyi üçün onların çölə çıxdığını, sonradan şəxsi heyət səhər idmanından qayıtdıqdan sonra əsgər Zərərçəkmiş şəxs1 gizir Şahid7 “qaçaraq marş” komandasını icra etmədiyindən kiçik leytenant Təqsirləndirilən şəxs onu vurduğunu eşitdiyini, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 hansı zərbələri vurduğunu dəqiq bilmədiyini göstərmişdir. Həmçinin əsgər Zərərçəkmiş şəxs3 ifadəsində kiçik leytenant Təqsirləndirilən şəxs ondan üzr istədiyini, özünün onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını, xidmət yerləri dəyişdirilsə də, Təqsirləndirilən şəxs hər gün onlarla maraqlandığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N0N4-cü ilin yanvar ayının N3də səhər saatlarında bölüyün şəxsi heyəti ilə birlikdə səhər idmanından qayıtdıqdan sonra şəxsi heyət yataqxananın qarşısında düzülmüş, səhər idmanına bölüyün digər zabit-gizir heyəti də çıxmış, yataqxananın qarşısında olanda batareya komandiri kapitan Şahid3 şəxsi heyətə gedib üst-başını səliqəyə salıb dərsə hazırlaşmalarını tapşırmış, bundan sonra bölüyün baş çavuşu gizir Şahid7 yataqxananın qarşısında düzülən şəxsi heyətə “batareya bir kolonda yataqxanaya qaçaraq marş” komandası vermiş, şəxsi heyət qaçaraq yataqxanaya daxil olmağa başlamış, bu vaxt sıranın ön tərəflərində olan əsgər Zərərçəkmiş şəxs1 bir neçə addım atdıqdan sonra kolondan çıxıb yavaş-yavaş getdiyi üçün yataqxananın qarşısında olan kiçik leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 qaçmadığını görüb ondan niyə qaçmadığını soruşub irad bildirmiş, həmin vaxt o yataqxanaya daxil olduğu üçün əsgər Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs nə cavab verdiyini və çöldə olan söhbətləri eşitməmişdir. Yataqxanada üst geyimini çıxaran vaxt əsgər Zərərçəkmiş şəxs1 içəriyə girib buşlatını çıxarıb çarpayıdan asmış və Təqsirləndirilən şəxs onu batareya komandirinin otağına göndərdiyini bildirmişdir. Bu vaxt Təqsirləndirilən şəxs içəriyə girib əsgər Zərərçəkmiş şəxs1 “ə sənə demədim get otağa” demiş, Zərərçəkmiş şəxs1 isə ona “üst geyimini yerinə qoyub gedəcəm” cavabını vermiş, bundan sonra Təqsirləndirilən şəxs ona “ə qaç bölük komandirinin yanına” demiş, Zərərçəkmiş şəxs1 isə Təqsirləndirilən şəxs “ə deyil, yoldaş əsgərdi cənab leytenant” deyə cavab vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yaxınlaşıb əsəbi şəkildə “əsgər sənə demədim get otağa” deyərək əlinin içi ilə Zərərçəkmiş şəxs1 üz nahiyəsindən bir sillə zərbəsi vurmuş, Zərərçəkmiş şəxs1 həmin zərbənin təsirindən yerə yıxılmış, yerdə olarkən Təqsirləndirilən şəxs onun qarın nahiyəsindən bir təpik zərbəsi daha vurmuş, bu vaxt o və əsgər yoldaşları Təqsirləndirilən şəxs tutub kənara çəkmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 başqa zərbə vurmamışdır. Zərərçəkmiş şəxs1 yerdə uzanmış vəziyyətdə olmuş, nəfəs almaqda çətinlik çəkmiş, onun huşu özündə olmuş, səs-küyə batareya komandiri kapitan Şahid3 içəriyə gəlib nə olduğunu soruşmuş, ona Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 vurduğunu bildirmişlər. Həmçinin əsgər Şahid1 verdiyi ifadəsində kiçik leytenant Təqsirləndirilən şəxs vəzifə borclarını tələb edən, intizamlı zabit olduğunu, verdiyi tapşırıqların düzgün icrasını tələb edən, sıra intizamının pozulmasını sevməyən bir zabit olduğunu, onun əsgərlərə qarşı mehriban olduğunu da qeyd etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş kapitan Şahid3 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N0N4-cü ilin yanvar ayının N3də batareyanın şəxsi heyətini səhər idmanına çıxarmış, saat 09:30 radələrində şəxsi heyəti yataqxanaya gətirib çöldə düzmüş, daha sonra batareyanın taqım komandiri kiçik leytenant Təqsirləndirilən şəxs və baş çavuşu gizir Şahid7, şəxsi heyəti dərsə hazırlamaları ilə bağlı tapşırıq vermiş, özü də xidməti otağına getmişdir. Xidməti otağında olarkən yataqxanadan səs-küy gəldiyini eşidib oraya getmiş, içəriyə girdikdə batareyanın şəxsi heyətinin yataqların yanında toplaşdığını görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs də orada olmuş, kənarda dayanmış, əsgərlərin yanına getdikdə Zərərçəkmiş şəxs1 yerdə yarıuzanmış vəziyyətdə çarpayıya söykəndiyini, onun halsız olduğunu, lakin huşunu itirmədiyi, ağladığını görmüş, əsgərlərdən nə baş verdiyini soruşmuş, onlar Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 mübahisə etdiklərini, Əliyevin əsgər Salmanlını sillə ilə vurduğunu demişlər. Həmin vaxt o, əsgərlərlə birlikdə Zərərçəkmiş şəxs1 kömək edib onu çarpayıda uzatmış, daha sonra şəxsi heyətə çöldə düzülmələrini tapşırmışdır. Bir-iki dəqiqə sonra Zərərçəkmiş şəxs1 özünə gəldikdə onu və Təqsirləndirilən şəxs xidməti otağına aparmış, Təqsirləndirilən şəxs danlayıb nizamnamə qaydalarını pozduğu üçün ona irad tutmuş, ondan Zərərçəkmiş şəxs1 hansı zərbələri vurduğunu soruşmuş, o da əli ilə üzündən itələdiyini demişdir. Zərərçəkmiş şəxs1 narahat olub ağladığı üçün ondan heç nə soruşmamış, daha sonra hərbi hissə komandiri polkovnik Ümman Nəcəfova zəng vurub Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 arasında mübahisə olduğunu demiş, bundan sonra Ümman Nəcəfov onların hər ikisini yanına aparmasını bildirmiş, o əvvəlcə çölə çıxıb şəxsi heyətlə nizmam-intizam, qarşılıqlı münasibət qaydaları barəsində söhbət etmiş, daha sonra Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 hərbi hissənin qərargahına aparıb komandirə təqdim etmişdir. Hərbi hissə komandiri Zərərçəkmiş şəxs1 nə məsələ olduğunu soruşmuş, o da gizir Şahid7 şəxsi heyətə qaçaraq komandası verdiyini, ayağı ağrıdığı üçün qaça bilmədiyini buna görə də Təqsirləndirilən şəxs ona irad tutub üzündən yavaş itələdiyini bildirmiş, hərbi hissə komandiri nə qədər israrla soruşsa da Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona hər hansı zərbə vurduğunu deməmişdir. O da həmin halın şahidi olmadığı üçün bu barədə heç nə deyə bilməmişdir. Bundan sonra hərbi hissə komandiri Ümman Nəcəfov əsgər Zərərçəkmiş şəxs1 hər hansı şikayətinin olubolmadığını soruşmuş, o da hər hansı şikayətinin olmadığını demiş və hərbi hissə komandiri onları öz batareyalarına göndərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər ŞahidN, əsgər Şahid5, əsgər X3, MAHHXHQ-su kiçik-çavuş Şahid4 və gizir Şahid7 ittihamın mahiyyətinə uyğun oxşar məzmunlu ifadələr verərək, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin və Şahid1 və Şahid3 ifadələrində göstərilənləri təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, şahidlərin ifadələri bir-birini istisna etmir. Məhkəmə onların bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq hesab edir ki, hadisələrin təqsirləndirilən şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. Təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisələr ilə əlaqəsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi ilə bağlı ittiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmasa da, cinayətin Təqsirləndirilən şəxs tərəfindən “tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək” məqsədi ilə törədilməsi məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri ilə təsdiq olunmur. Həmçinin qeyd etmək zəruridir ki, ona istinad olunan cinayətin Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan məqsədlə törədilməsini təsdiq edən heç bir sübuta (izahat və ya ifadəyə) cinayət işinin materiallarında da rast gəlinmir. Qeyd etmək lazımdır ki, məqsəd şəxsin əməlinin obyektiv gerçəklikdə yaradacağı arzuolunan dəyişikliklər barəsində təsəvvürləridir. Məqsəd də motiv kimi maddi tələbatla, sərvətlə bağlı olur. İnsan malik olmadığı sərvəti əldə etmək üçün səy və fəaliyyətini ona yönəldir. Bu baxımdan da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət hadisələrinin törədilməsi zamanı onun “tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək” məqsədi olmamışdır. Belə ki, cinayətin törədilməsi zamanı kiçik leytenant Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslər arasında tabelik münasibətləri olduğundan, kiçik leytenant Təqsirləndirilən şəxs tutduğu vəzifəsinə və hərbi rütbəsinə görə zərərçəkmiş əsgərlərə rəis hesab olunduğundan, bu səbəbdən də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsinin 9-cu bəndinin tələblərinə əsasən zərərçəkmiş şəxslər tabelikdə olan şəxs kimi onlara rəisi hesab olunan kiçik leytenant Təqsirləndirilən şəxs sözsüz tabe olmağa borclu olduqlarından, məhkəmə hesab edir ki, cinayət hadisələrinin törədilməsi zamanı kiçik leytenant Təqsirləndirilən şəxs əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirmək, bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirməklə bağlı hər hansı bir xüsusi səy göstərməsi ağlabatan deyildir. Çünki kiçik leytenant Təqsirləndirilən şəxs əsgər heyəti üzərində malik olduğu üstünlüyü Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsinin tələblərindən irəli gələn bir məsələ olmuşdur. Beləliklə də, məhkəmə hesab edir ki, cinayətin “tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək” məqsədi ilə törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticənin əsasını ehtimallar və şəxsi mülahizələr təşkil etdiyindən, cinayətin məqsədi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə kiçik leytenant Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi ilə irəli sürülmüş ittihamdan çıxarılmalıdır. Məhkəmə hesab edir ki, ittihamın bu hissədə əsassız hesab edilməsinə dair məhkəmənin gəldiyi nəticə cinayətin tövsifinin dəyişməsinə, faktiki hallar baxımından ittihamın həcminin genişləndirilməsinə, dolayısıyla təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işi başlamaq haqqında” xx.xx.N0N4-cü il tarixli qərarlardan görünür ki, kiçik leytenant Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə əsgərlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxsN zərərçəkmiş şəxs qismində tanınmışlar (i.v İ cild 1-N). Məhkəmə hesab edir ki, bu sübutla cinayət işi üzrə zərərçəkmiş şəxslərin kimliyi öz təsdiqini tapır. N nömrəli hərbi hissə komandirinin N4 avqust N0NN-ci il tarixli, N40 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, Müdafiə nazirinin müavini–X9 Komandanının N3 avqust N0NN-ci il tarixli, 066 №-li əmri ilə kiçik leytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəsinin zenit-raket artilleriya batareyasının 1-ci zenit-raket artilleriya taqımının komandiri vəzifəsinə təyin edilmişdir (İ.v İ cild 41). N15 №-li hərbi hissə komandirinin N sentyabr N0N3-cü il tarixli, N55 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, X9 X7 üzrə müavininin N sentyabr N0N3-cü il tarixli, 03 №-li sərəncamı ilə N nömrəli hərbi hissədən gəldikləri üçün əsgər Zərərçəkmiş şəxs3 həmin tarixdən N15 №-li hərbi hissənin zenit-raket artilleriya batareyasının, 1-ci zenit-raket artilleriya taqımının 1-ci manqasının baş mexanik-sürücüsü vəzifəsinə, əsgər Zərərçəkmiş şəxs1 N15 №-li hərbi hissənin zenit-raket artilleriya batareyasının, 1-ci zenit-raket artilleriya taqımının 4-cü manqasının mexanik-sürücüsü vəzifəsinə, əsgər Zərərçəkmiş şəxsN zenit-raket artilleriya batareyasının, N-ci zenit-raket artilleriya taqımının 1-ci manqasının baş mexanik-sürücüsü vəzifəsinə təyin edilərək, şəxsi heyətin siyahısına və bütün növ təminat növlərinə daxil edilmişlər (İ.v İ cild 79). N15 №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş 17 fevral N0N4-cü il tarixli, 53 №-li və N6 fevral N0N4-cü il tarixli, 98 №-li arayışlardan görünür ki, kiçik leytenant Təqsirləndirilən şəxs ilə əsgərlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN və Zərərçəkmiş şəxs3 arasında tabelik münasibətləri olmuş, kiçik gizir X5 onlara rəis hesab olunmuşdur (i.v İ cild 44, 77). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN və Zərərçəkmiş şəxs3 hərbi qulluqçu olmaları və onlar arasında tabelik münasibətlərinin olması öz təsdiqini tapır. X4 “Məhkəmə-Tibbi Ekspertizası”nın 19 fevral N0N4-cü il tarixli, N17, N18 və N19 №-li ekspert rəylərindən görünür ki, ekspert müayinələri zamanı əsgərlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN və Zərərçəkmiş şəxs3 bədən səthlərində hadisə ilə bağlı hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. (İ.v İ cild 91, 9N, 93). Məhkəmə hesab edir ki, bu sübutlarla baş vermiş hadisələr nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN və Zərərçəkmiş şəxs3 sağlamlıqlarına zərər vurulmaması öz təsdiqini tapır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat statistik informasiya bölməsindən alınmış xx.xx.N0N4-cü il tarixli tələbnamədən görünür ki, kiçik leytenant Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v İ cild 96). Məhkəmə hesab edir ki, bu sübutla Təqsirləndirilən şəxs məhkumluğunun olmaması öz təsdiqini tapır. N05 №-li hərbi hissə tərəfindən təqdim edilmiş N9 fevral N0N4-cü il tarixli, 131 №-li arayışdan görünür ki, kiçik leytenant Təqsirləndirilən şəxs N9 fevral N0N4-cü il tarixdə N05 №-li hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və kiçik leytenant Təqsirləndirilən şəxs sağlam olmaqla hərbi xidmətə yararlı hesab edilmişdir (i.v İ cild 109). “Cəlilabad rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış xx.xx.N0N4-cü il tarixli, 18-1-3N/N-676/N0N4 №-li cavab məktubundan görünür ki, yaşayış yeri üzrə Cəlilabad rayonunun Sərhədabad kəndində qeydiyyatda olmaqla yaşayan Əliyev XN rayon Mərkəzi Xəstəxanası PHŞ-nin poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində xəstə kimi qeydiyyatda yoxdur (i.v İ cild 173). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs sağlamlıq və hərbi xidmətə yararlılıq vəziyyəti, onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasların olmaması öz təsdiqini tapır. N15 №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş N6 fevral N0N4-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs kiçik leytenant Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur (İ.v İ cild 73). Məhkəmə hesab edir ki, bu sübutla kiçik leytenant Təqsirləndirilən şəxs bir hərbi qulluqçu kimi şəxsiyyətini və işə münasibətini xarakterizə edən hallar öz təsdiqini tapır. “Qətimkan tədbirinin seçilməsi haqqında” 08 may N0N4-cü il tarixli qərardan görünür ki, həmin tarixdə kiçik leytenant Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ.v İ cild N31-N3N). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi öz təsdiqini tapır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisələr ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətlərin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən halların mövcudluğu və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr N005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci N8.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.N-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N6.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N44.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar N009-cu il, “Xirvisari Finlandiyaya qarşı” N7 sentyabr N001-ci il, “X6rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 199N-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverni Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart N010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 3N9.N.1ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar..... Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinə əsasən komandir (rəis) Azərbaycan Respublikasının siyasətini ardıcıllıqla və möhkəm surətdə həyata keçirməli; tabeliyində olanların təlim-tərbiyəsinin təşkiledicisi və rəhbəri olmalı; hərbi hissənin, gəminin (bölmənin) idarə olunması üsullarını daim təkmilləşdirməli; kadrlarla bacarıqla işləməli; öz təşkilatçılıq qabiliyyətini inkişaf etdirməli və metodik vərdişini təkmilləşdirməli; tabeliyində olanların təlim-tərbiyəsinin səmərəliliyinin artırılması işinə kömək göstərə biləcək bütün yenilikləri həyata keçirməli; tabeliyində olanlara qarşı yüksək tələbkarlıq və prinsipiallıq göstərməklə nöqsanlara göz yummamalı, tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, kiçik leytenant Təqsirləndirilən şəxs rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxslərə qarşı təkrarən zor tətbiq etməsi ilə müşayiət olunan əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin dispozitiv şərti (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində şəxsə qarşı təkrarən zor tətbiq etməsi) mövcud olmuşdur. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsləri, o cümlədən şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında kiçik leytenant Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxslərə qarşı təkrarən zor tətbiq etməsi mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməllərinə görə təqsirli bilinib, həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1N və 59.N-ci maddələrinin müddəalarına müvafiq olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən üzr istəyərək onlarla barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələri ilə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul N013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral N017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirli bilinən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzanın növü və həddinin seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, kiçik leytenant Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsinin sanksiyasında-bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində müəyyən edilmiş (maddə 59.1.1N) və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.N-ci və 58.3-cü maddələrinin müddəalarına əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Əlavə olaraq qeyd etmək lazımdır ki, məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etsəydi belə, bu Təqsirləndirilən şəxs zabit olması səbəbindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 54-cü maddəsinin tələblərinə görə də, mümkün olmayacaqdı. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 54-cü maddəsinə əsasən hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa, üç aydan iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilə bilər. Həmçinin məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, təqsirli bilinən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni təqsirləndirilən şəxsin məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən üzr istəyərək onlarla barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, zərərçəkmiş şəxslərə zor tətbiq etdikdən sonra onların könüllərini almasını, onlarla deyib-gülməsini, intizam pozuntusuna yol vermədikləri halda onun əsgərlərə qarşı münasibətinin yaxşı olmasını, o cümlədən onun yeni xidmətə başlamasını və gənc zabit olmasını, həmçinin Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkmədən də onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını qanuni, əsaslı, ədalətli, o cümlədən sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətli hesab edir. Məhkəmə hesab edir ki, cinayətin baş vermə şəraiti, cəzanı yüngülləşdirən halların məcmusu, o cümlədən təqsirkarın cinayətin törədilməsindən sonrakı davranışı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, onun şəxsiyyətinin təhlükəli olmadığına inam yaradır. Sadalanan bu səbəblər məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, bu hökmlə Təqsirləndirilən şəxs təyin ediləcək cəza onun tərəfindən real çəkilmədən də, onun islah olunması və bununla da cəzanın məqsədlərinə nail olunması mümkündür. Başqa sözlə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı real çəkilməli olan cəzanın təyin edilməsi onun ailə münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, N0N1-ci ilin iyun ayından onun Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi etdiyi xidmətinin sonlandırılmasına səbəb ola, həmçinin bu münasibətlərlə bağlı təqsirli bilinən şəxsi ciddi məhrumiyyətlərə düçar edə bilər ki, bu kimi hallar da məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək üçün Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən edilməli və onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidmət etdiyi müddət ərzində xidməti vəzifələrinin icrasını layiqincə yerinə yetirməklə nümunəvi xidmət aparmaq, xüsusilə tabeliyində olan şəxslərə münasibətdə nəzakətli və təmkinli olmaq, hərbi nəzakət və davranış qaydalarına ciddi riayət etmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət hazırda xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə müvafiq icra və probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.N-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Həmin məcəllənin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru, hərbi qulluqçular üzərində isə hərbi hissələrin və ya müəssisələrin komandanlığı həyata keçirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr N0N1-ci il tarixli qərarında göstərilmişdir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 198N-ci il tarixli qərar; X13rşı iş üzrə N6 oktyabr 1984-cü il tarixli qərar) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilən hazırki məhkəmə aktı bu tələblərə cavab verir. Məhkəmə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 08 may N0N4-cü il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələblərinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci-təqsirli bilinən Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli olan haqdan ibarətdir. Belə ki, cinayət işi üzrə 07 iyun N0N4-cü il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından o, məhkəmənin müvafiq qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, onun hüquqlarının müdafiəsi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi həvalə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.N-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 9N.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral N001-ci il tarixli, 31 №-li qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.N və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, təqsirli bilinən şəxsə göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına onun vəkil işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi ilə təqsirli bilinərək N (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş N (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası N (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidmət etdiyi müddət ərzində xidməti vəzifələrinin icrasını layiqincə yerinə yetirməklə nümunəvi xidmət aparmaq, xüsusilə tabeliyində olan şəxslərə münasibətdə nəzakətli və təmkinli olmaq, hərbi nəzakət və davranış qaydalarına ciddi riayət etmək vəzifələri qoyulsun. Sınaq müddəti dövründə Təqsirləndirilən şəxs davranışına nəzarət hazırda xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə müvafiq İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri bu hökm icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. İş üzrə məhkəmə xərci-Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 300 ( üç yüz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N0 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev
Məhkəmə qərarları › İş №1-1(092)-43/2024
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-43/2024
18.09.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver