Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-43/2025 12.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsN, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1996-cı il tarixdə Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində N azyaşlı uşağı olan, Kəngərli rayonun Yurdçu kəndində qeydiyyatda olmaqla yaşayan, N9 may N0N5-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63-1.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs alkoqollu içkinin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan bir nəfər zərərçəkmiş şəxsin sağlamlığına az ağır, bir nəfər zərərçəkmiş şəxsin sağlamlığına isə ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci motoatıcı taborunun maddi-texniki təminat taqımının 1-ci avtomobil manqasının sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət etdiyini, xidmət vaxtından sonra istirahət vaxtlarında N6 fevral N0N5-ci il tarixdə saat N1 radələrində müvafiq sürücülük vəsiqəsi olmaqla, etibarnamə əsasında idarə etdiyi özünə məxsus Seat İbiza ST markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə Kəngərli rayonunun Qarabağlar kəndindən həmin rayonun Qıvraq qəsəbəsinə gedən şose yolun N-ci km-da hərəkətdə olan zaman “X1N” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin “sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı”, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin “sürücü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli” və 64-cü maddəsinin 1-ci hissəsinin 3.N4-cü bəndinin (maksimum sürət məhdudlaşdırılması) yol nişanının tələblərinə riayət edərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri kobud surətdə pozaraq, avtomobili alkoqollu içkinin qəbulu nəticəsində sərxoş vəziyyətdə, 100 km/saat sürətlə idarə etdiyi üçün nasaz olduğundan yolun hərəkət hissəsində dayanmış Tofaş markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə həmin vaxt Tofaş markalı avtomobilin nasazlığını aradan qaldırmağa çalışan Zərərçəkmiş şəxsN ehtiyatsızlıqdan dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid “başın sol alın nahiyəsində yara, 1-ci əl darağı sümüynün əsasının sınığı” xəsarətlərini, Zərərçəkmiş şəxs1 isə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid “qapalı kəllə-beyin travması, tomporaldan parietala qədər xətti sınıq, sağ temperal payda epidural hematoma” xəsarətlərini almasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş müddətdən artıq həqiqi hərbi xidmət edən əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63-1.N-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində, N il əvvəl özünə Seat İbiza ST markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili aldığını, həmin avtomobili ayda bir-iki dəfə Türkiyə Respublikasına gedib bazarlıq edə bilməsi üçün qardaşı Şahid1 adına rəsmiləşdirdiyini, avtomobil qardaşının adına olsa da onun mülkiyyəti olduğunu, N6 fevral N0N5-ci il tarixdə axşam saatlarında arvadı ŞahidN ilə birlikdə Kəngərli rayonun Qarabağlar kəndinə toy məclisinə getdiyini, oraya Seat İbiza markalı avtomobili özü idarə etməklə həmin avtomobillə getdiyini, toy məclisində yemək vaxtı təxminən 400 ml araq spirtli içkisi qəbul etdiyini, saat N0:30 radələrində toydan çıxıb qardaşı Emin Rüstəmova zəng vuraraq Qarabağlar kəndinə gəlməsini, onun maşınını idarə edərək yaşadığı Yurdçu kəndinə qaytarmasını xahiş etdiyini, onun da birazdan gələcəyini dediyini, Aysu ilə birlikdə bir az gözlədikdən sonra avtomobillə yolun yarısını getməyi, yolda Eminlə qarşılaşdıqda maşını ona verməyi düşünüb Seat İbiza ST markalı maşını özü idarə etməklə hərəkətə başladığını, maşında onunla birlikdə ŞahidN başqa heç kəs olmadığını, Qarabağlar kəndindən Qıvraq qəsəbəsinə gedən şose yola çıxıb təxminən N km uzaqlaşdığını, həmin vaxt avtomobili təxminən 100 km/saat sürətlə idarə etdiyini, hava qaranlıq, yol işıqlandırılmayan yol olduğundan avtomobillər öz işıqlarını yandırıb hərəkət etdiklərini, qarşı tərəfdən gələn avtomobilin işıqları onun gözünə düşdüyündən önünü yaxşı görə bilmədiyini, həmin avtomobil yanından keçdikdən sonra anidən hərəkət etdiyi zolaqda yolun üzərində “Tofaş” markalı avtomobilin dayandığını gördüyünü, həmin avtomobillə arasında az məsafə olduğunu, dərhal idarə etdiyi Seat İbiza ST markalı avtomobilin əyləcini sıxdığını, avtomobil tormuzlasa da sürüşərək yolun üzərində olan Tofaş markalı avtomobilin arxa hissəsinə çırpıldığını, idarə etdiyi avtomobilin qəzanın baş verdiyi yerdə dayandığını, tofaş markalı avtomobilin isə yolun sağ tərəfinə düşdüyünü, dərhal avtomobildən yerə endiyini, Aysu qorxub narahat olduğundan ona da kömək edib yerə endirdiyini, qəzanın baş verdiyi yerdə iki nəfər kişi cinsli şəxs yaralı vəziyyətdə uzandığını, onların baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldıqlarını başa düşüb tez yanlarına getdiyini, həmin şəxslərdən birinin Zərərçəkmiş şəxs1 olduğunu, digərinin isə Hüseynin atası Zərərçəkmiş şəxsN olmasını sonradan öyrəndiyini, həmin vaxt hadisənin baş verdiyi yerə qardaşı Emin və Röyal gəlib çatdığını, onlar təcilli tibbi yardıma zəng vurduğunu, Hüseyn və Ramis təcili tibbi yardım maşını ilə xəstəxanaya təxliyyə edildiklərini, hadisədən sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxsN dəymiş ziyanı ödədiyini, Zərərçəkmiş şəxsN yeni Tofaş markalı avtomobil alıb verdiyini, onların hər ikisi ilə də barışıq əldə etdiyini göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əmələ görə məhkəmə istintaqında özünü təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə verilmiş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, ekspert rəyləri, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əmələ görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş N nömrəli hərbi hissənin N-ci motoatıcı taborunun müddətdən artıq həqiqi hərbi xidmət edən əsgər Zərərçəkmiş şəxs1 ifadəsində, N6 fevral N0N5-ci il tarixdə saat N0 radələrində daimi yaşadığı Qarabağlar kəndindən Qıvraq qəsəbəsinə getdiyini, oraya getmək üçün atası Zərərçəkmiş şəxsN məxsus olan “Tofaş” markalı, **-BA-*** nömrəli avtomobili sonuncunun ona əvvəlcədən verdiyi etibarnamə əsasında özü idarə etdiyini, avtomobillə Qarabağlar kəndindən çıxıb təxminən 1-N km aralandıqdan sonra avtomobildə nəsə nasazlıq olduğundan motor söndüyünü, nə qədər çalışsa da avtomobili işə sala bilmədiyini, avtomobil yol gedərkən dayandığı üçün onu yolun sağ zolağında, asfalt örtük üzərində saxladığını, yolun kənarı meyilli olduğundan avtomobili yoldan qırağa itələyib çıxarmadığını, avtomobili işə sala bilmədiyi üçün atası Ramisə zəng vurub məlumat verdiyini və ona kömək etməsi üçün gəlməsini xahiş etdiyini, təxminən 5-10 dəqiqə sonra atası Ramis tanımadığı bir nəfərin maşını ilə onun yanına gəldiyini, həmin şəxs atası Ramisi gətirdikdən sonra çıxıb getdiyini, bundan sonra Ramis avtomobilin motorxanasını açıb orada iş görməyə başladığını, o da onun yanında durduğunu, təxminən saat N1 radələrində Qarabağlar kəndi istiqamətindən Qıvraq qəsəbəsi istiqamətinə doğru bir avtomobilin sürətlə gəldiyini gördüyünü, hava qaranlıq olduğu üçün və avtomobilin işıqları yandığından onun markasını və nömrəsini görə bilmədiyini, bir neçə saniyə sonra güclü səs eşitdiyini, özünə gələndə Naxçıvan MR Mərkəzi xəstəxanasında olduğunu, sonradan atası ilə birlikdə Qarabağlar kənd yolunda avtomobilin motorxanasında iş görən vaxt Təqsirləndirilən şəxs idarə etdiyi “Seat İbiza ST” markalı avtomobillə “Tofaş” markalı avtomobilin arxasına dəydiyini və yol-nəqliyyat hadisəsi baş verdiyini öyrəndiyini, N6 fevral N0N5-ci il tarixdə saat N0:30 radələrində “Tofaş” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ zolağında, asfalt örtük üstündə dayandığını, yol meyilli olduğundan, avtomobili kənara çıxarmadığını, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın tamamilə ödənildiyini, onunla barışdığını şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Kəngərli rayonun Qarabağlar kənd sakini Zərərçəkmiş şəxsN ifadəsində Zərərçəkmiş şəxs1 onun oğlu olduğunu, onun N nömrəli hərbi hissədə xidmət etdiyini, Təqsirləndirilən şəxs baş vermiş yol-nəqliyyat hadisəsindən sonra tanıdığını, onunla hər hansı qohumluq münasibətləri, düşmənliyi və ya ədavəti olmadığını, “Tofaş” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olduğunu, həmin avtomobili çoxdan aldığını, avtomobili idarə edə bilməsi üçün oğlu Zərərçəkmiş şəxs1 nəqliyyat vasitəsini idarə etmə etibarnaməsi verdiyini, Hüseyn “Tofaş” markalı avtomobili etibarnamə əsasında idarə etdiyini, N6 fevral N0N5-ci il tarixdə, saat N0 radələrində yaşadığı Qarabağlar kəndinin mərkəzində olan vaxt oğlu Hüseyn ona məxsus olan “Tofaş” markalı avtomobillə Kəngərli rayonun Qıvraq qəsəbəsində yaşayan bacısıgilə qonaq gedərkən ona zəng edib Qarabağlar kəndindən təxminən N km aralıda avtomobilin xarab olduğunu deyərək oraya getməyini və nə olmasına baxmağını xahiş etdiyini, həmin istiqamətdə gedən bir avtomobillə Hüseynin yanına getdiyini, “Tofaş” markalı avtomobil Qarabağlar Qıvraq avtomobil yolunun N-ci kmda xarab olub yolun sağ zolağında, asfalt örtük üzərində dayandığını, Hüseynlə birlikdə avtomobilin motorxanasına baxıb nasazlığı aradan qaldırmağa çalışarkən avtomobilin yanacaq borusu cırıldığını gördüyünü, həmin problemi aradan qaldıran vaxt Hüseynlə birlikdə avtomobilin ön tərəfində motorxananın qarşısında dayandığını, hava sakit və qaranlıq, yol örtüyü quru olduğunu, həmin yol işıqlandırılmadığından yoldan keçən avtomobillərin işıqları yandığını, təxminən saat N0:50 radələrində avtomobilin motorxanasında iş görən vaxt Qarabağlar kəndi istiqamətindən bir avtomobilin sürətlə gəldiyini görüb yanında olan Hüseynə zarafatla “elə olar bu maşın bizi vurar” dediyini, biriki saniyə sonra həmin avtomobil ona məxsus olan “Tofaş” markalı avtomobillə toqquşduğunu, ondan sonra nə olması yadına gəlmədiyini, özünə gələndə Naxçıvan MR Mərkəzi Xəstəxanasında olduğunu, həmin vaxt Hüseynlə birlikdə Qarabağlar kəndinin yaxınlığındakı avtomobil yolunda ona məxsus olan “Tofaş” markalı avtomobili təmir edən vaxt sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsin idarə etdiyi “Seat İbiza ST” markalı avtomobilin “Tofaş” markalı avtomobillə toqquşduğunu, nəticədə onun və oğlu Hüseynin xəsarət aldıqlarını öyrəndiyini, hazırda hər ikisinin səhəti normal olduğunu, müalicə olunub sağaldıqlarını, Təqsirləndirilən şəxs onların müalicə xərclərini qarşıladığını, ona yeni “Tofaş” markalı avtomobil almaqla vurmuş olduğu ziyanı tam həcmdə ödədiyini, Təqsirləndirilən şəxsla barışdıqlarını, onun barəsində hər hansı şikayəti və ya tələbi, o cümlədən mülki iddiası olmadığını, N6 fevral N0N5-ci il tarixdə saat N0:30 radələrində “Tofaş” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ zolağında, asfalt örtük üstündə dayandığını, yol meyilli olduğundan oğlu Hüseyn avtomobili kənara çıxarmadığını, özü də nasazlığı qısa müddətdə aradan qaldıracağını düşündüyündən avtomobili yoldan kənara çıxarmadığını, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənildiyini, onunla barışdığını şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid Kəngərli rayonun Yurdçu kənd sakini X1 Elgün Sübahan oğlu əri olduğundan ona qarşı ifadə vermək istəmədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Kəngərli rayonun Yurdçu kənd sakini X6 ifadəsində Təqsirləndirilən şəxs onun qardaşı olduğunu, ona qarşı könüllü ifadə verdiyini, onun N nömrəli hərbi hissədə xidmət etdiyini, Zərərçəkmiş şəxsN və Zərərçəkmiş şəxs1 baş vermiş yol-nəqliyyat hadisəsindən sonra tanıdığını, onlarla hər hansı qohumluq münasibətləri, düşmənliyi və ya ədavəti olmadığını, təxminən N il əvvəl Elgün özünə “Seat İbiza ST” markalı avtomobil aldığını, hərbi qulluqçu olduğu üçün ölkə sərhədlərindən kənara çıxa bilmədiyində avtomobili ayda bir-iki dəfə Türkiyə Respublikasına gedib bazarlıq edə bilməsindən ötrü onun adına rəsmiləşdirdiyini, həmin avtomobilin pulunu Elgün verdiyini, avtomobil onun adına olsa da Elgünün mülkiyyəti olduğunu, Elgünə nəqliyyat vasitəsini idarə etmək etibarnaməsi verdiyini, o, həmin etibarnamə əsasında “Seat İbiza ST” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyini, N6 fevral N0N5-ci il tarixdə Kəngərli rayonun Yurdçu kəndində yaşadığı evdə olan vaxt saat N0:30 radələrində qardaşı Emin Rüstəmov ona zəng vurub Elgünün arvadı Aysu ilə birlikdə Qarabağlar kəndinə toya getdiyini, toyda spirtli içki qəbul etdiyini, buna görə də öz avtomobilini idarə etmək istəmədiyini və ona həmin kəndə gedib Elgünün avtomobilini idarə edərək qayıtmalarını dediyini bildirdiyini, onu öz avtomobili ilə Qarabağlar kəndinə aparmağını xahiş etdiyini, Eminə hazırlaşmasını, bir az sonra gələcəyini deyib 5-10 dəqiqə sonra özünə məxsus olan “Changan” markalı avtomobillə onu Yurdçu kəndində yaşadığı evdən götürdüyünü və birlikdə Qarabağlar kəndinə getdiklərini, həmin kəndə çatmağa təxminən N km qalarkən Qarabağlar-Qıvraq avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verdiyini görüb dərhal maşını saxlayaraq hadisənin baş verdiyi yerə getdiyini, Elgün və arvadı Aysu həmin yerdə olduğunu, onların səhətində hər hansı problem olmadığını, lakin hadisənin baş verdiyi yerdə, asfalt yolun üzərində sonradan adlarının Ramis və Hüseyn olduğunu öyrəndiyi şəxslər yaralı vəziyyətdə uzandıqlarını, Elgünün idarə etdiyi “Seat İbiza ST” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi qəzalı vəziyyətdə olmaqla asfalt yolun üzərində dayandığını, yoldan kənarda isə arxa hissəsindən qəzalı vəziyətdə olan “Tofaş” markalı avtomobil olduğunu, dərhal təcili tibbi yardım xidmətinə zəng vurub kömək istədiyini, bir neçə dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım maşını gəlib yaralı şəxsləri xəstəxanaya təxliyyə etdiklərini, “Seat İbiza ST” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil onun adına olsa da Elgünün avtomobili olduğunu, ona görə də hər hansı mülki idiası olmadığını göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin 1-ci cildinin 1-N-ci vərəqələrinə əlavə edilmiş, cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında N6 mart N0N5-ci il tarixli, 01 №-li qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63-1.N-ci maddəsi ilə cinayət işi başlanıb icraata qəbul edilmiş, iş üzrə Zərərçəkmiş şəxsN və Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdırlar. Cinayət işinin 1-ci cildinin 7-10-cu vərəqələrinə əlavə edilmiş, N6 fevral N0N5-ci il tarixdə Kəngərli Rayon Polis Şöbəsinin İstintaq və təhqiqat qrupunun təhqiqatçısı, polis leytenantı X10 tərəfindən hadisənin baş verdiyi Kəngərli rayon Qarabağar kəndindən Qıvraq qəsəbəsinə gedən avtomobil yolunun N-ci km-na baxış keçirilmiş, baxış zamanı hadisənin baş verdiyi avtomobil yolunun iki hərəkət zolağından ibarət olduğu, yolun quru, havanın sakit olduğu, yolun sağ zolağında kənardan mərkəzə doğru NN.8 metr uzunluğunda tormuz izi olduğu, tormuz izinin qurtardığı yerdən 4.9 metr məsafədə Seat İbiza markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı, həmin avtomobildən 18.N metr məsafə aralıda yolun asfalt örtüyündən 4.8 metr kənarda arxa hissəsi qəzalı olan Tofaş markalı, **-BA-*** qeydiyyat nişanlı avtomobil dayandığı müəyyən olunmuşdur. Cinayət işinin 1-ci cildinin 17-ci vərəqəsinə əlavə edilmiş, N6 fevral N0N5-ci il tarixdə saat N1:10-da Təqsirləndirilən şəxs sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən keçirilmiş, müayinə zamanı Təqsirləndirilən şəxs orqanizmində 110 promilli alkoqol aşkar olunmuşdur. Cinayət işinin 1-ci cildinin 36-37-ci vərəqələrinə əlavə edilmiş, N7 fevral N0N5-ci il tarixdə Kəngərli Rayon Polis Şöbəsinin İstintaq və təhqiqat qrupunun təhqiqatçısı, polis leytenantı X10 tərəfindən Seat İbiza markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin ön bufer, ön sağ və sol qanadlar, ön kaport, ön şüşə, sol güzgü və ön faralarında zədələr olduğu aşkar olunmuşdur. Cinayət işinin 1-ci cildinin 4N-43-cü vərəqələrinə əlavə edilmiş, N7 fevral N0N5-ci il tarixdə Kəngərli Rayon Polis Şöbəsinin İstintaq və təhqiqat qrupunun təhqiqatçısı, polis leytenantı X10 tərəfindən Tofaş markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin arxa bufer, arxa sağ və sol qanadlar, arxa qapılar və arxa şüşədə zədələr olduğu, avtomobilin işıq cihazlarının və şinlərinin nasaz olduğu müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 95-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N0 dekabr N0N4-cü il tarixli 358 №-li əmrindən çıxarışa əsasən təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu (əsgər) Təqsirləndirilən şəxs həmin hərbi hissənin N-ci motoatıcı taborun maddi-texniki təminat taqımının 1-ci avtomobil manqasının (Ağbulaq tabor mərkəzi) sürücüsü vəzifəsinə təyin olunmuşdur. Cinayət işinin 1-ci cildinin 96-cı vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N8 noyabr N0N4-cü il tarixli 336 №-li əmrindən çıxarışa əsasən zərər çəkmiş şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Zərərçəkmiş şəxs1 həmin hərbi hissənin N-ci motoatıcı taborun maddi-texniki təminat taqımının təsərrüfat manqasının (Ağbulaq tabor mərkəzi yüksəklik 1533,3 m) aşpazı vəzifəsinə təyin olunmuşdur. Cinayət işinin 1-ci cildinin 97-98-ci vərəqələrinə əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdən görünür ki, zərər çəkmiş şəxs MAHHX HQ əsgər Zərərçəkmiş şəxs1 və təqsirləndirilən şəxs MAHHX HQ əsgər Təqsirləndirilən şəxs xidmət etdiyi müddətdə müsbət xarakterizə edilmişdirlər. Cinayət işinin 1-ci cildinin 99-cu vərəqəsinə əlavə edilmiş xidməti vərəqədən çıxarışdan görünür ki, təqsirləndirilən şəxs MAHHX HQ əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandanlığı tərəfindən xidmət etdiyi müddətdə həvəsləndirilməyib, avtomobil texnikasının istismarında və reysə hazırlanmasında vəzifə borcunun icrasına laqeyd yanaşdığına görə ƏÜOK-ğı tərəfindən xx.xx.N0N4-cü il tarixli 144 №-li əmrlə “Töhmət” cəza növü ilə cəzalandırılmışdır. Cinayət işinin 1-ci cildinin 103-cü vərəqəsinə əlavə edilmiş xidməti vərəqədən çıxarışdan görünür ki, zərər çəkmiş şəxs MAHHX HQ əsgər Zərərçəkmiş şəxs1 N nömrəli hərbi hissə komandanlığı tərəfindən xidmət etdiyi müddətdə həvəsləndirilməyib, vəzifə borclarının icrasına laqeyid yanaşaraq ərzaqın təmizlənməsini, yuyulmasını təlimata uyğun bişirilməsini düzgün təşkil etmədiyinə görə N nömrəli hərbi hissə komandanlığı tərəfindən xx.xx.N0N3-cü il tarixli 158 №-li əmrlə “Töhmət” cəza növü ilə cəzalandırılmışdır. Cinayət işinin 1-ci cildinin 137-ci vərəqəsinə əlavə edilmiş xx.xx.N0N5-ci il tarixli, 10N №-li ekspert rəyində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsN bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: başın sol alın nahiyyəsində yara, İ əl darağı sümüyünün əsasının sınığı, küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törəndikləri, eləcə də avtomobil qəzası nəticəsində əmələ gəlmələrinin istisna olunmadığı, xəsarətlərin yetirilmə müddətinin qərarda göstərilən tarixə və şəraitə uyğun gəldiyi, qeyd edilən xəsarətlər sağlamlığın uzun müddətə (N1gündən çox) pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 140-cı vərəqəsinə əlavə edilmiş xx.xx.N0N5-ci il tarixli, 103 №-li ekspert rəyində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: Qapalı kəllə-beyin travması, temporaldan parietala qədər xətti sınıq, sağ temperal payda epidural hematoma küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törəndikləri, eləcə də avtomobil qəzası nəticəsində də əmələ gəlmələrinin inkar olunmadığı, xəsarətlərin yetirilmə müddətinin qərarda göstərilən tarixə və şəraitə uyğun gəldiyi, qeyd edilən xəsarətlər yetirilmə anı həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞİR zərər vurmaya aid olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 166-168-ci vərəqələrinə əlavə edilmiş 03 aprel N0N5-ci il tarixli, 310 №-li ekspert rəyində Seat İbiza markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X1N” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 64-cü maddəsinin 1-ci hissəsinin 3.N4 (Maksimum sürətin məhdudlaşdırılması) yol nişanının və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olduğu və onun həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 17N-ci vərəqəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası DİN-nin Əməliyyat və X3 tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cildinin N60-cı vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR XN verilən xx.xx.N0N5-ci il tarixli, 3.N8.34-4/N- 1493/N0N5 №-li məktubda Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmadığı görünür. Cinayət işinin N-ci cildinin 11-1N-ci vərəqələrinə əlavə edilmiş 11 iyun N0N5-ci il tarixli nöqsan aktında yol-nəqliyyat hadisəsi nəticəsində Tofaş markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə N8N0 manat məbləğində ziyan vurulduğu göstərilmiş, Zərərçəkmiş şəxsN ərizə ilə Naxçıvan hərbi prokurorluğuna müraciət edərək ona vurulmuş maddi ziyanın və çəkdiyi xərclərin Təqsirləndirilən şəxs tərəfindən tam həcmdə ödənildiyini, hər hansı mülki iddiası olmadığını bildirmişdir. Cinayət işinin N-ci cildinin 14-cü vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyinin X16 İdarəsi tərəfindən verilmiş xx.xx.N0N5-ci il tarixli, 3-13-43-14/N- 1430/N0N5 №-li məktubda Kəngərli rayon Qarabağlar kəndindən Qıvraq qəsəbəsinə gedən avtomobil yolunun N-ci kilometrində avtomobillərin sürət həddi 60 km/saat təyin edildiyi, Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilmiş şəxslərin siyahısına daxil olmadığı göstərilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi onun özünün həmin cinayəti törətdiyini məhkəmə iclasında tam etiraf etməsilə yanaşı, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri ilə, məhkəmə-tibbi və yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin N63-1.N-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, 59.1.1N-ci, 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki az yaşlı uşağının olmasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxsN ilə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konustitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 0N aprel N01N-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü mad.). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63-1.N-ci maddəsinin sanksiyasında dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını, ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-nin N63-1.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. “İnsan Hüquqlarının və X5 Haqqında” Konvensiyanın 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin N63-1.N-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzası da təyin edilməlidir. Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının icrasına nəzarət Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X16 İdarəsinə həvalə edilməlidir. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının başlanğıcı hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan az ağır cinayət törətməsinə görə məntəqə tipli cəza çəkmə müəssisələrində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəza çəkmə müəssisəsinə təhvil verildiyi vaxtdan başlasın. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Cinayət iş üzrə məhkəmədə təqsirləndirilən şəxs MAHHX HQ əsgər Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat miqdarında pul köçürülməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Seat İbiza ST markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Kəngərli rayon Yurdçu kənd sakini Şahid1 Sübhan oğluna, Tofaş markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Kəngərli rayon Qarabağlar kənd sakini X4 təhvil verilməlidir. İş üzrə məhkəmə yol-nəqliyyat hadisəsi tədqiqatının dəyəri 1N0 (bir yüz iyirmi) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs alınaraq VÖEN **********, AZN1NABZ******************** №-li hesaba ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.N, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63-1.N-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının icrasına nəzarət Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X16 İdarəsinə həvalə edilsin. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm icra olunanadək dəyişdirilmədən saxlansın. İş üzrə məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat miqdarında pul ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Seat İbiza ST markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Kəngərli rayon Yurdçu kənd sakini Şahid1 Sübhan oğluna, Tofaş markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Kəngərli rayon Qarabağlar kənd sakini X4 qaytarılsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisəsi tədqiqatının dəyəri 1N0 (bir yüz iyirmi) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs alınaraq VÖEN **********, AZN1NABZ******************** №-li hesaba ödənilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N0 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İlham İbrahimov
Məhkəmə qərarları › İş №1-1(092)-43/2025
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-43/2025
12.08.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver