Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-44/2023 14.12.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxx 1988-ci il tarixdə Culfa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaq atası, tam orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 03 noyabr 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, N №-li hərbi hissədə xidmət edən, kiçik gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq M Ü ƏYYƏN E T D İ : Təqsirləndirilən şəxs hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırmış və qanunsuz hazırlamışdır. Belə ki, Bağırov X4 Nazirliyinin Culfa şəhərində yerləşən N №-li hərbi hissəsində döyüş maşın komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmət edərkən, 22 avqust 2023-cü il tarixdə "xxxx" ASC-nin Culfa filialına kredit götürmək üçün müraciət etmiş, ona kredit götürməsi üçün xidmət müddəti barədə arayış təqdim etməli olduğu bildirilmiş, həmin arayışın hərbi hissədən alınması müəyyən müddət aparacağından krediti tez əldə etmək üçün həmin arayışı qanunsuz özü hazırlamaq qərarına gəlmiş, bu məqsədlə 27 avqust 2023-cü ildə Culfa şəhəri, Təbriz küçəsində yerləşən vətəndaş X1 məxsus ofis ləvazimatları mağazasında arayışın məzmununda yazılacaq “Arayış, Verilir, Təqsirləndirilən şəxs ondan ötrü ki, o həqiqətən 27 avqust 2021-ci ildən N nömrəli hərbi hissədə xidmət edir və qalan xidmət müddəti 27 avqust 2026-cı ildə başa çatacaq. X11-a təqdim etmək üçün verilir və məlumat xarakteri daşıyır.” mətnini kompüterdə yazdıraraq çap etdirmiş, sonra ünvan 1 ünvanında yerləşən yaşadığı evdə daha əvvəl, yəni 10 iyul 2023-cü il tarixdə hərbi hissə tərəfindən ona verilmiş xidmət yeri barədə arayışın üzərindəki hərbi hissəyə məxsus ştamp və üzərində “Hərbi hissə komandiri (imza) Kamil Məmmədov” yazıları olan möhür hissəsini kəsərək mağazada çap etdirdiyi mətnin olduğu kağızın üzərinə kağız yapışdırıcısı ilə yapışdırmış, sonra arayışın küncündəki ştampın üzərində qələmlə yazılan nömrəsini, tarixini və yazıları ağardıcı qələm vasitəsi ilə ağardıb pozmuş, 28 avqust 2023-cü ildə, saat N radələrində hazırladığı arayışın hərbi hissədə olan “Epson” markalı rəngli printerdə surətini çıxarıb ştamp əksinin üzərinə “28, avqust, 23, 943, Culfa” sözlərini mavi rəngli diyircəkli qələmlə yazmaqla hüquq verən digər rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz hazırlamış və həmin arayışı həmin gün saat 14:N radələrində digər sənədlərlə birgə kredit almaq üçün "xxxx" ASC-nin Culfa filialına təqdim etsə də, bank əməkdaşları tərəfindən həmin sənədin qanunsuz hazırlanması aşkar edildiyindən kredit ala bilməmişdir Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş kiçik gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində hal hazırda N saylı hərbi hissədə xidmət etdiyini, törətdiyi əməli isə N saylı hərbi hissədə xidmət edərkən həyata keçirdiyini, yadında qaldığı təxminən 2023-cü ilin may-iyun aylarında uşaqlarının oxuduğu məktəbdən işlədiyi yer barədə arayış istədiklərindən, xidmət etdiyi N saylı hərbi hissədən bu barədə arayış alsa da sonradan həmin arayışa ehtiyac olmadığından onu geri qaytarmayaraq nəyəsə lazım olacağını fikirləşərək evdə saxladığını, 2021-ci ilin sonlarında "xxxx"dan 5000 manat məbləğində onlayn formada kredit götürdüyünü, həmin məbləğdən müəyyən qismini ödəsə də ödənilməmiş 3600 manat qaldığını, 2022-ci ilin sonlarında yenidən "xxxx"dan onlayn formada 8000 manat kredit götürdüyünü, ödənilməmiş kreditilə birlikdə 10600 manat krediti borcunun olduğunu, həmin kreditdən müəyyən qismini ödəsə də təxminən 6500 manat banka kredit borcunun qaldığını, anasının gözlərində görmə qabiliyyəti azaldığından onun müalicəsi üçün təqribən 3000 manat pula ehtiyac olduğunu, 22 avqust 2023-cü ildə yenidən "xxxx"ın Culfa filialından kredit götürmək üçün müraciət etdiyini, bank işçisinin ona 8000 manat kredit verə biləcəyini, həmin məbləğın 6500 manatını kredit borcuna siləcəklərini, cəmi isə 1500 manat götürə biləcəyini deyib kredit götürmək üçün iş yerindən müqaviləsi barədə arayış təqdim etməli olduğunu dediyini, hərbi hissədən həmin arayışı ala bilməyəcəyini düşünüb bir neçə ay öncə uşaqlarının oxuduğu məktəb üçün aldığı arayışı tez olması üçün qanunsuz olaraq hazırlamaq, arayışın üzərində müəyyən düzəlişlər etmək fikrinə düşərək təcili ehtiyacı olduğundan bankdan kredit götürməsi fikiri qəti olduğundan 27 avqust 2023-cü ildə, işin sonuna yaxın Culfa şəhərində, ofis ləvazimatları mağazasına gedərək oranın işçisi Hüseyn Alcəfərov adlı şəxsə arayış lazım olduğunu, kompüterdə həmin arayışın yazılmasında ona köməklik etməsini xahiş edərək əvvəlcədən başqa kağıza yazdığı arayışın məzmununu ona verdiyini, H.Alcəfərovun da kağıza baxaraq həmin sözləri arayışa yazaraq printerdən çıxarıb ona verdiyini, onun da həmin arayışı götürərək Culfa şəhərində yaşadığı evə gəldiyini, hərbi hissə tərəfindən verilən həmin arayışın yuxarı sol küncündə olan hərbi hissənin ştampı olan hissəsini və həmin arayışın üzərindəki hərbi hissənin möhür yerini, komandirin ad-soyad və imzası olan hissəni kəsib kompüterdə yazdırdığı mətnin üstünə kağız yapıştırıcısı ilə yapışdırdığını, sonra kağızın küncündə olan ştampın üzərində qələmlə yazılan nömrəsini, tarixini və yazıları ağardıcı vasitəsi ilə ağartdığını, həmin hazırladığı arayışın surətini hərbi hissədə olan rəngli printerdən çıxararaq kredit götürmək məqsədi ilə saxtalaşdırdığı arayışı banka təqdim etməyi düşünüb səhərsi gün yəni 28 avqust 2023-cü ildə əlavə düzəlişlər edərək hazırladığı saxta arayışı özü ilə hərbi hissəyə apararaq təxminən saat N radələrində hərbi hissədə, xidmət etdiyi taborun qərargah rəisi kapitan Şahid5 otağına gedərək həmin vaxt otaqda heç kimin olmamasından istifadə edərək evdə hazırladığı arayışın surətini tabora məxsusi “Epson” markalı rəngli printerdə gizlin çıxartdığını, bundan sonra hərbi hissənin 3-cü yataqxanasının böyründə surətini çıxardığı arayışın küncündə olan ştampın üzərinə “28, avqust, 23, 943, Culfa” sözlərini mavi rəngli qələmlə yazdığını, sonra həmin arayışın əslini yandırıb surətini çıxardığı və evdə hazırladığı arayışı çantasına qoyaraq kredit götürmək məqsədi ilə həmin gün saat təqribən 14:N radələrində "xxxx"ın Culfa filialına gedərək digər sənədlərilə birgə kredit almaq üçün hazırladığı arayışı bank işçisinə təqdim etdiyini, adını bılmədiyi bank işçisi onun təqdim etdiyi sənədləri götürüb baxaraq həmin arayışa xüsusi diqqət yetirərək həmin arayışın hərbi hissə tərəfindən verilib-verilməməsini ondan soruşduğunu, onun da onlara yalandan arayışın hərbi hissə tərəfindən verildiyini bildirdiyini, sonra bank işçısi arayışı da götürərək bank müdürünün otağına getdiyini, bir az sonra gələrək ona sənədlərin hazırlandığını, ancaq sistem işləmədiyindən kreditin bir az yubanacağını, burada gözləməməsini, zəng vuranda gəlməyini dediyini, sonraki günlərdə kreditlə bağlı heç kəsin onu banka çağırmadıqlarını, yəqin nə vaxtsa çağırarlar fikirləşdiyini, bir müddət sonra isə Naxçıvan Hərbi Prokurorluğundan çağırılaraq saxta və qanunsuz olaraq hərbi hissənin adından arayış hazırlayıb banka təqdim etdiyi üçün barəsində cinayət işinin qaldırıldığını dediklərini, üç azyaşlı övladının olduğunu, ailəsinin yeganə qazanc gətirəni olmasını, tutduğu əməldən peşman olduğunu bildirib, məhkəmədən bütün bunları nəzərə almasını xahiş etdiyini göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində “Kapital Bank ASC”-nin Culfa filialında müştərilərlə iş üzrə mütəxəssis vəzifəsində işlədiyini, sonralar tanıdığı kiçik gizir Təqsirləndirilən şəxs 28 avqust 2023-cü ildə günorta saatlarında "xxxx" ASC-nin Culfa filialında işdə olarkən hərbi formada ona müraciət edərək kredit götürmək istədiyini bildirdiyini, gizir və maxe rütbəli hərbi qulluqçulara bankdan kredit verilməsi üçün onlardan hərbi vəsiqə, şəxsiyyət vəsiqəsinin surəti və ya əsli, nə qədər xidmət müddətinin qalması ilə bağlı hərbi hissədən verilmiş arayış tələb olunduğundan, gizir Təqsirləndirilən şəxs da lazım olan sənədləri təqdim etdiyini, həmin şəxsin əvvəllər də bir neçə dəfə onun işlədiyi bankdan kredit götürdüyünü manitordan gördüyünü, bundan sonra ona kredit verilməsini rəsmiləşdirməyə başladığını, Təqsirləndirilən şəxs kassa sənədlərinə imza etdikdən sonra sənədləri təsdiq etməsi üçün filial müdiri Şahid2 apardığını, bu zaman müdir xidmət müddəti ilə bağlı verilən arayışın üzərinə imza çəkməklə və tarix yazmaqla onu təsdiq etmiş hesab olunduğundan, arayışın üzərinə Şahid2 imzasını çəkib tarix yazan zaman ona həmin arayışın saxta olmasından şübhələndiyini deyib frauda yəni saxtalaşdırmaya qarşı mübarizə şöbəsinə bu barədə məlumat verməsini bildirdiyini onun da öz növbəsində həmin şöbənin əməkdaşı ilə əlaqə saxlayaraq arayışın şübhəli olduğunu ona dediyini, arayışın saxta olmasına şübhələr yarandığından ona kredit verilməsini dayandıraraq arayışın saxta olub-olmamasını araşdırmaq üçün yoxlanış şöbəsinə göndərdiklərini, xüsusi yoxlama zamanı arayışın saxta olduğu və kiçik gizir Təqsirləndirilən şəxs tərəfindən saxtalaşdırıldığını bildiklərini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Kapital Bank” ASC-nin Culfa filialının müdiri Şahid2 ifadəsində kiçik gizir Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, 28 avqust 2023-cü ildə günorta saatlarında bankda müştərilərlə iş üzrə mütəxəssis vəzifəsində işləyən Şahid1 Təqsirləndirilən şəxs adlı vətəndaşın kredit vərəqəsini təsdiqləməsi üçün ona gətirərək kredit götürən şəxsin hərbiçi olduğunu dediyini, ümumiyyətlə hərbi qulluqçuların götürdükləri kreditin qaytarılmasında problemlər yarandığından bir qayda olaraq hərbi qulluqçulara kredit verilməsi üçün şəxsi vəsiqə, şəxsiyyət vəsiqəsinin əsli və ya surəti, nə qədər xidmət müddətlərinin qalması ilə əlaqədar arayış tələb olunduğundan, Təqsirləndirilən şəxs da kredit götürmək üçün həmin sənədləri təqdim etdiyini, onun sənədlərinə baxarkən müqavilə müddətinin nə qədər qalması barədə arayışın üzərinə imzasını çəkib onun altından “xx.xx.2023” tarixli dərkənar qoyulduğunu gördüyünü, arayışın saxta olmasından şübhələndiklərini, arayışa diqqətlə baxdıqda, ştampda olan “Culfa” sözünün altındakı xəttin tam olmadığını, arayışın məzmununun altında isə xəttin olduğunu və möhürün yuxarı hissəsini kəsib keçdiyini, həmçinin rənglərinin solğun olduğunu gördüklərini, buna görə arayışın saxta olmasından şübhələndiklərindən bu barədə bankın frauda (saxtalaşdırmaya) qarşı mübarizə şöbəsinə məlumat verərək bankın əməkdaşına həmin şəxsə kredit verilməsi prosesini dayandırması barədə göstəriş verib həmin arayışı aidyyəti üzrə frauda şöbəsinə göndərdiklərini, sonrakı aparılmış araşdırma zamanı şəxsin həmin arayışı özü tərəfindən saxtalaşdırdığını bildiklərini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində 2023-cü ilin avqust ayının sonlarında mülki formada bir nəfərin mağazaya gələrək kompüterdə bir arayışın yazılmasında ona köməklik etməsini xahiş etdiyini, həmin vaxt mağazaya gəlibgedən çox olduğundan ona yazını bir az gec yaza biləcəyini dediyini, həmin şəxsin ona kağızda əl yazısı ilə mətnini xatırlamadığı, deyəsən hansısa hərbi hissədə xidməti ilə bağlı yazı verdiyini, onun verdiyi həmin mətni kompüterdə tez yazıb, sonra printerdə çap edərək yazma və çap etmə haqqını alaraq ona verdiyini, bir neçə gün sonra Təqsirləndirilən şəxs adlı həmin şəxsin onun yazdığı arayışla saxta arayış hazırlayıb bankdan pul götürmək məqsədi ilə oraya təqdim etdiyini, bankda isə həmin arayışın saxda olduğunu bildiklərini öyrəndiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N saylı hərbi hissənin kadırlar idarəsinin rəisi vəzifəsində xidmət edən mayor Şahid4 ifadəsində adətən banklardan kredit götürmək istəyən gizir və maxe heyyətinin bank tərəfindən onlardan nə qədər xidmət müddətinin qalması ilə bağlı arayış tələb edildiyindən həmin arayışlar hərbi hissənin kadrlar bölməsi tərəfindən hazırlanaraq raportla hərbi hissə komandirinə, hərbi hissə komandiri isə öz növbəsində daha yuxarı komandanlığa bu barədə raportla müraciət etməli olduğunu, müvafiq razılıq alındıqdan sonra kargüzarlıq həmin razılığa əsasən həmin hərbiçinin xidməti ilə əlaqədar arayışı hazırlayıb şəxsə təqdim olunduğunu və ümumiyətlə bankdan kredit götürülməsi üçün arayışların bu qaydada verildiyini, kiçik gizir Təqsirləndirilən şəxs isə hərbi xidmət müddəti barədə arayış üçün hərbi hissə komandanlığına müraciət etmədiyini, bu barədə ona komandanlıq tərəfindən də hər hansı bir tapşırıq verilmədiyini, əgər həmin şəxsin bu barədə müraciəti olsaydı yəqin ki, heç bir çətinlik olmayacağını, 2023-cü ilin may-iyun aylarında Təqsirləndirilən şəxs övladlarının oxuduğu məktəbdən tələb edilən arayışda onun hərbi xidmət müddətinin nə zaman bitməsi ilə bağlı hər hansı bir məlumatın göstərilmədiyini və verilmiş arayşın aidiyyatına təqdim olunub olunmadığını bilmədiyini, Təqsirləndirilən şəxs artıq N saylı hərbi hissədə xidmət etdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N saylı hərbi hissənin kargüzarlığının məsul işçisi gizir Şahid6 ifadəsində 2023-cü ilin sentyabr ayının əvvəllərində hərbi hissədə olarkən gizir Təqsirləndirilən şəxs saxta arayış hazırlayıb banka təqdim etməsini eşitdiyini, lakin onun hansı formada həmin arayışı hazırlamasını bilmədiyini, hərbi hissədə müəyyən edilmiş qaydalara əsasən arayış almaq istəyən hərbi qulluqçu raportla yuxarı rəisinə, rəisi isə hərbi hissə komandirinə, hərbi hissə komandiri isə Ordu Qərargahına raport göndərməli olduğunu, müvafiq razılıq olduqdan sonra isə arayışın hazırlanması hərbi hissə komandiri tərəfindən Kadrlar bölməsinin rəisinə tapşırıldığını, arayışların bu qaydada verildiyini, kiçik gizir Təqsirləndirilən şəxs hərbi hissə komandanlığına və kargüzarlığa arayışla bağlı heç bir müraciəti daxil olmadığını, eyni zamanda onun hansı səbəbə görə arayış almaq üçün yuxarı rəisinə müraciət etməməsi ilə bağlı məlumatının olmadığını, hərbi qulluqçuların belə arayışlarla bağlı heç bir çətinlik və süründürməçilik hallarına məruz qalmadıqlarını göstərdi. İbtidai istintaq zamanı ifadəsi alınmış, məhkəmə istintaqında ifadəsi tədqiq edilmiş şahid N saylı hərbi hissənin 1-ci tabor komandirinin birinci müavini-qərərgah rəisi kapitan Şahid5 ifadəsində kiçik gizir Təqsirləndirilən şəxs hərbi xidmət müddətindən görüb tanıdığını, 2023-cü ilin sentyabr ayının əvvəllərində onun hərbi hissə tərəfindən verilməli olan, xidmət müddətinin nə zaman bitməsi ilə əlaqədar saxta arayış hazırlayıb onun xidməti otağında olan “Erson-382” markalı printerdə çıxararaq banka təqdim etməsini eşitdiyini, bu səbəbdən də Təqsirləndirilən şəxs yanına çağırıb ondan saxta arayışı necə hazırlamasını, niyə onun otağında çıxarmasını ondan soruşduğunu, onun da hadisəni olduğu kimi ətraflı ona danışdığını, taborun printerinin onun otağında olduğunu, taborun bütün yazılarının həmin printerdə çıxarıldığını, sonrakı günlərdə Təqsirləndirilən şəxs barəsində prokurorluqda araşdırma aparıldığını və bu səbəbdən də onun barəsində cinayət işinin açıldığını eşitdiyini, göstərmişdi. Cinayət işi üzrə 18 sentyabr 2023-cü il tarixdə kompleks məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmiş, 03 oktyabr 2023-cü il tarixli, 4/1598-5/1345 №-li ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş, Təqsirləndirilən şəxs adına olan 28 avqust 2023-cü il tarixli, 943 nömrəli arayışın künc ştampında olan “28 avqust 23 943 Culfa” rəqəmli yazıları – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına verilmiş 28 avqust 2023-cü il tarixli, 943 nömrəli arayışın çap mətni, üzərində olan möhür və ştamp əksləri, “Kamil Məmmədov” adının qarşısındakı imza hər hansı bir texniki qurğu (skayner, fotoaparat və s.) vasitəsilə kompüterə köçürülmüş və qrafik qurğu təminatından istifadə etməklə birbaşa axınlı printerdə çap edilmişdirlər. Təqdim edilmiş Təqsirləndirilən şəxs adına verilmiş 28 avqust 2023-cü il tarixli, 943 nömrəli arayışın üzərində olan “28, avqust, 23, 943, Culfa” yazıları hər hansı texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdirlər. Cinayət işinin materiallarına əlavə edilmiş 30 oktyabr 2023-cü il tarixli, 1101 №-li arayışdan görünür ki, kiçik gizir Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs – N №-li hərbi hissədə xidmət edən kiçik gizir, Müdafiə nazirinin müavini - X7 komandanının 21 iyun 2017-ci il tarixli 04N №-li əmri ilə N №-li hərbi hissənin 1-ci taborunun 1-ci bölüyündə manqa komandiri-döyüş maşın komandiri vəzifəsinə təyin edilmişdir. X7 komandanının müavini-qərargah rəisinin 16 sentyabr 2023cü il tarixli, 095 gm №-li əmri ilə Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin 1-ci taborunun 2-ci bölüyündə manqa komandiri-döyüş maşın komandiri vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs kiçik gizir Təqsirləndirilən şəxs barəsində olan 30 oktyabr 2023cü il tarixli, 1101 №-li arayışda onun hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən alınmış tələbnamədə kiçik gizir Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə edilmişdir. Y.Budaqov adına Naxçıvan MR X2 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs xəstəxanada psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatında dayanmadığı göstərilmişdir 30 mart 2013-cü il tarixli AZ-İİ 852891 nömrəli, 16 dekabr 2015-ci il tarixli AZ-İİİ 308392 nömrəli, 24 iyul 2017-ci il tarixli AZ-İİİ 752757 nömrəli doğum haqqında şəhədətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı övladı- 15 fevral 2013-cü il təvəllüdlü X9, 30 noyabr 2015-ci il təvəllüdlü X8 və 04 iyul 2017-ci il təvəllüdlü X10 vardır. Beləliklə,məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməli tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə həmin Məcəllə ilə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə həmin Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsinin dispozisiyasında isə göstərilir ki, hüquq verən vəya vəzifədən azad edən vəsiqənin və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma vəya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikası saxta dövlət təltifini, ştampı , möhürü vəya blankı hazırlama və ya satma 3000 min manatdan 6000 manatadək cərimə vəya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən himayəsində üç azyaşlı uşağının olmasını, əməlini səmimi etraf edib peşiman olmasını, ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən əməl olmasını, ailənin yeganə qazanc gətirəni olmasını, anasının xəstə olmasını, uzun müddət Azərbaycan Respublikası Silahlı Qüvvələrdə xidmət etməsini də cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün halla rmövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olabilməz. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Beləki, həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza vəya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən,cəza sosial ədalətin bərpası,məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4№-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır.Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu vəs.)əsasən müəyyən edilir. Həmin qərara əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən vəya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatı nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini müəyyən edərkən konkret cinayət hərəkətinin törədilmə vəziyyətinin məcmusunu (təqsirin forması,motiv, üsul,cinayətin törədilmə şəraiti və mərhələsi,dərəcəsi və xarakteri və s.)nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının tətbiq edilməsini ədalət və humanizm prinsipləri baxımından cəzanın məqsədlərinə uyğun hesab etmir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsin cəza siyasətinin məqsədlərinə uyğun hesab etməyərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.4 və 50.1-ci maddələrini tətbiq edilməklə aylıq pul təminatından dövlət nəfinə pul tutulmaqla hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının verilməsini məqsədəmüvafiq və qanunun tələblərinə uyğun hesab edir. Beləki, Azərbaycan Respublikası CM-nin 49.4-cümaddəsinə əsasən islah işləri birinci qrup əlillərə və hərbi qulluqçulara təyin edilmir, Azərbaycan Respublikası CM-nin 50.1-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 50.2-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikası CM-nin 50.3-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş həddə pul tutlmaqla hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə yeni xidmət etdiyi hərbi hissə komandanlığına həvalə olunmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcrid etmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında ”25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında ”30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. İş üzrə məhkəmə məsrəfləri- kompleks məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizası üzrə tədqiqatın dəyər olani 127 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Cinayət işi üzrə xüsusi müsadirə və mülki iddia yoxdur. Cinayət iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs adına hazırlanmış 28 avqust 2023-cü il tarixli 943 nömrəli arayış ciayət işinin materiallarına əlavə edilməlidir. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiyə etmiş Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 345-349,351-353,356, 358,383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 50.1-ci maddəsi tətbiq edilməklə aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz pul tutulmaqla 10 (on) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə xidmət etdiyi yeni hərbi hissə komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri- kompleks məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizası üzrə tədqiqatın dəyəri 127 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə və mülki iddia yoxdur. Cinayət iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs adına hazırlanmış 28 avqust 2023-cü il tarixli 943 nömrəli arayış ciayət işinin materiallarına əlavə edilsin. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülsün. Hökmdən 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №1-1(092)-44/2023
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-44/2023
14.12.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver