Məhkəmə qərarları › İş №1-1(092)-44/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-44/2024

18.07.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-44/2024 18.07.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Seyidov Eyvaz Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx N04-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (hərbi bilet SX № 0736454), tam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin 3-cü motoatıcı taborunun 7-ci bölüyünün 3-cü taqımının 2-ci manqasında heyət nəfəri-atıcı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən, 16 yanvar N23-cü il tarixdə Azərbaycan Respublikası SHXÇDX-nin Yasamal rayon idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, barəsində 22 may N24-cü il tarixdə “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü motoatıcı taborunun 12-ci bölüyünün 2-ci pulemyot manqasında tuşlayıcı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 18 mart N24-cü il tarixdə, saat 22:00-dan 00:00dək həmin bölüyün Sədərək rayonu ərazisində yerləşən, şərti adı “Qaya” adlanan döyüş mövqeyində döyüş növbətçiliyində olarkən, saat 22:30 radələrində son vaxtlar ona qarşı kobud rəftar etməsinin səbəbini öyrənmək üçün tabelik münasibətində olmadığı, həmin bölüyün 2-ci taqımının 3-cü manqasında atıcı-qumbaraatan köməkçisi vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs həmin mövqenin müşahidə məntəqəsinə çağırıb onunla söhbət edərkən sonuncunun onunla yüksək səs tonu ilə danışması səbəbindən aralarında yaranmış mübahisə zamanı tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını tənzimləyən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42, 138-ci bəndlərində göstərilmiş «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı, yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməlidir» tələblərini kobud surətdə pozub, əvvəlcə əsgər Zərərçəkmiş şəxs sol göz nahiyəsinə bir yumruq zərbəsi vurmuş, ardınca yaxasından tutub sifətinin sol tərəfinə üç yumruq zərbəsi endirərək ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid “sol almacıq nahiyəsinin küt travması, yumşaq toxumalarının əzilməsi, sol periorbital hematoma, subkonyuktival qansızma” xəsarətini yetirməklə sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş əsgər Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində 18 mart N24-cü il tarixdə, saat 22:00-dan 00:00-dək əsgər Şahid1 ilə döyüş növbətçiliyinə təyin olunduğunu, döyüş növbəsini qəbul etdikdən təxminən 15 dəqiqə sonra ərazidə olan əsgər Şahid2 əsgər Zərərçəkmiş şəxs çağırmasını xahiş etdiyini, saat 22:30 radələrində əsgər Zərərçəkmiş şəxslə əsgər Şahid2 müşahidə məntəqəsinə gəldiyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs niyə ona qarşı aqressiv davrandığını soruşduğunu, bu zaman əsgər Zərərçəkmiş şəxs yaxınlıqda olan əsgər Şahid2 və əsgər Şahid1 “siz kənarda durun, biz tək söhbət edək” dediyini, onlar getdikdən sonra təkrar niyə ona qarşı aqressiv davranmasını soruşduğunu, əsgər Zərərçəkmiş şəxs ona nalayiq ifadə işlədib “sən əsgərləri mənə qarşı doldurursan, arxamdan iş çevirirsən” dediyini, ondan niyə bu fikirdə olduğunu, ona qarşı nə hərəkət etdiyini soruşduğunu, həmin vaxt əsgər Zərərçəkmiş şəxs ona qarşı səsini ucaldaraq təkrar “sən əsgərləri mənə qarşı doldurursan, arxamdan iş çevirirsən” dediyini, bu səbəbdən əsəblərini saxlaya bilməyib sağ əli ilə onun sifətindən bir yumruq vurduğunu, əsgər Zərərçəkmiş şəxs həmin vaxt onun yaxasından tutduğundan, o da əsgər Zərərçəkmiş şəxs yaxasından tutaraq sifətinin sol tərəfindən əlavə olaraq 3 yumruq vurduğunu, həmin vaxt əsgər Zərərçəkmiş şəxs onu özündən uzaqlaşdırmaq məqsədilə itələyən zaman dırnağı onun sifətinin sağ tərəfini siyirdiyini, bu zaman səsə çöldə olan əsgərlər Şahid2la Şahid1 oraya gəlib onları ayırdığını, daha sonra bir az sakitləşib niyə mübahisə etdiklərini danışarkən əsgər Zərərçəkmiş şəxs ona “səni səhv başa düşmüşəm, elə bilmişəm ki, əsgərləri sən mənə qarşı doldurursan” dediyini, onun da əsgər Zərərçəkmiş şəxs “mən əsgərləri sənə qarşı doldurmurdum, sadəcə məsləhət verirdim ki, sonra savaşıb problem yaratmayasınız” dediyini sonra bir-birilərindən üzr istəyib barışdığını, əsgər Zərərçəkmiş şəxs də yataqxanaya getdiyini, barışdıqları üçün bu barədə heç kəsə, heç nə demədiklərini, N mart N24-cü ildə səhər saatlarında əsgər Zərərçəkmiş şəxs sol gözünün ətrafı və içərisi qızardığından, bunu manqa komandiri MAHHXHQ-su əsgər Şahid4 görüb, ondan nə olduğunu soruşduğunu, əsgər Zərərçəkmiş şəxs də əsgər Fərid Əmiyevin kaskası dəydiyi üçün gözünün qızardığını dediyini, bu barədə məruzə edilərək əsgər Zərərçəkmiş şəxs bölük mərkəzinə göndərildiyini, orada əsgər Zərərçəkmiş şəxs bölük komandiri baş leytenant Şahid3 hadisənin necə baş verdiyini dediyini, onu əsgər Ramal Məmmədovun vurduğunu etiraf etdiyini, daha sonra həmin halla bağlı araşdırma aparılaraq ekspert müayinəsindən keçirildiyini, müayinə zamanı əsgər Zərərçəkmiş şəxs xəsarət aşkar edildiyindən sonrakı günlərdə barəsində cinayət işi başlandığını göstərmişdir. Həmçinin əsgər Təqsirləndirilən şəxs ifadəsində əsgər Zərərçəkmiş şəxs qarşı etdiyi əməlindən peşman olduğunu, hadisədən sonra ondan üzr istəyərək onunla barışdığını, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əmələ görə məhkəmə istintaqında özünü təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, müvafiq ekspert rəyi, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əmələ görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən 18 mart N24-cü il tarixdə, saat 22:N radələrində əsgər Şahid2 yataqxanada ona əsgər Təqsirləndirilən şəxs müşahidə məntəqəsində onu çağırdığını dediyini, buna görə əsgər Şahid2la müşahidə məntəqəsinə getdiyini, müşahidə məntəqəsinin içərisində əsgər Təqsirləndirilən şəxs ondan “niyə mənə kin saxlayıb, mənimlə aqressiv davranırsan?” deyə soruşduğunu, həmin vaxt yanlarında olan əsgərlər Şahid2la, Şahid1 onların söhbətlərinə şahid olmalarını istəmədiyi üçün onlardan çöldə gözləmələrini xahiş etdiyini, onlar çıxdıqdan sonra əsgər Təqsirləndirilən şəxs təkrar eyni sualı verdiyini, o, isə cavabında nalayiq ifadə işlədib əsgərləri ona qarşı doldurduğunu, arxasından iş çevirdiyini dediyini. bundan sonra əsgər Təqsirləndirilən şəxs ondan təkrar nə üçün aqressiv davranmasının səbəbini soruşduqda ona səsini ucaltdığını, bu zaman əsgər Təqsirləndirilən şəxs onun sifətinin sol gözündən bir yumruq zərbəsi vurduğunu, həmin vaxt əsgər Təqsirləndirilən şəxs yaxasından tutduğunu, əsgər Təqsirləndirilən şəxs da onun yaxasından tutub sifətinin sol tərəfindən 3 yumruq zərbəsi vurduğunu, bu zaman əsgər Təqsirləndirilən şəxs özünü müdafiə etmək, onu özündən kənarlaşdırmaq üçün əli ilə onun yaxasından itələdiyini, həmin vaxt özü də bilmədən sol əli onun sifətinin sağ tərəfinə dəyib sifətinin sağ tərəfini siyirdiyini, onların səsinə çöldə olan əsgərlər Şahid2 və Şahid1 gələrək onları araladığını, ondan sonra sakitləşib əsgər Təqsirləndirilən şəxsla orada niyə mübahisə etmələrini danışdığını, həmin vaxt əsgər Təqsirləndirilən şəxs əsgərləri ona qarşı doldurmadığını, onunla hər hansı problemi olmadığını, əksinə özünün də problem istəmədiyini dediyini, onun da əsgər Təqsirləndirilən şəxs “səni səhv başa düşmüşəm, elə bilmişəm ki, sən əsgərləri mənə qarşı doldurursan” dediyini, sonra birbirindən üzr istəyib barışdığını, N mart N24-cü ildə, səhər saatlarında sol gözünün içərisi qızardığı, ətrafı isə göyərdiyi üçün mövqe böyüyü MAHHXHQ-su əsgər Şahid4 onu görüb nə olduğunu soruşduğu zaman yalan danışaraq növbədə olarkən axşam əsgər Fərid Əmiyevin kaskasının dəydiyini və gözünün göyərdiyini dediyini, mübahisə etmələri bilinsə, buraxılışa və zabit hazırlığı kursuna gedə bilməyəcəyi üçün MAHHXHQ-su əsgər Şahid4 yalan söylədiyini, bundan sonra MAHHXHQ-su əsgər Şahid4 dərhal bu barədə bölük komandiri baş leytenant Şahid3 məruzə edib onu bölük mərkəzinə göndərdiyini, daha əvvəl əsgər Fərid Əmiyevin ona “soruşsalar, de ki, mənim kaskam dəyibdir, sən zabitliyə, həm də buraxılışa gedəcəksən, sənə problem olmasın” dediyi üçün həqiqəti gizlətdiyini, amma bölük mərkəzinə endikdən sonra əsgər Fərid Əmiyevə problem olacağını düşünüb bölük komandiri baş leytenant Şahid3 həqiqəti olduğu kimi dediyini göstərmişdir. Həmçinin əsgər Zərərçəkmiş şəxs ifadəsində hadisədən sonra əsgər Təqsirləndirilən şəxs ondan üzr istədiyini, özünün onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, əsgər Təqsirləndirilən şəxs barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən 18 mart N24-cü il tarixdə, saat 22:00-dan 00:00-dək 3-cü növbə olaraq əsgər Təqsirləndirilən şəxsla döyüş növbətçiliyinə təyin olunduğunu, növbədə olarkən əsgər Təqsirləndirilən şəxs ərazidə olan əsgər Şahid2 əsgər Zərərçəkmiş şəxs çağırmasını dediyini, bir az sonra saat 22:30 radələrində hava müşahidəsini aparan zaman əsgər Zərərçəkmiş şəxslə Şahid2 müşahidə məntəqəsinə gəldiyini, həmin vaxt əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs niyə ona qarşı aqressiv davrandığın soruşduğunu, əsgər Zərərçəkmiş şəxs ona və əsgər Şahid2 çölə çıxmalarını dediyini, buna görə müşahidə məntəqəsinin qarşısına çıxıb onlardan aralandığını, təxminən 5 dəqiqə keçəndən sonra müşahidə məntəqəsindən səs-küy gəldiyini eşidib dərhal müşahidə məntəqəsinə getdiyini, həmin vaxt əsgərlər Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs bir-birinin yaxasından tutduqlarını gördüyünü, dərhal müşahidə məntəqəsinin içərisinə girib onları ayırdığını, sonra əsgər Təqsirləndirilən şəxsla əsgər Zərərçəkmiş şəxs söhbət etdiyini, bir-birilərini başa düşdükdən sonra barışdıqlarını, əsgər Təqsirləndirilən şəxsla əsgər Zərərçəkmiş şəxs söhbət edən zaman onların bir-biri ilə mübahisə etdiklərini, əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs sol gözündən yumruqla vurduğunu öyrəndiyini, sonra əsgərlər Şahid2la Zərərçəkmiş şəxs yataqxanaya getdiyini, onun isə əsgər Təqsirləndirilən şəxsla döyüş növbətçiliyininə davam etdiyini, N mart N24-cü il tarixdə manqa komandiri MAHHXHQ-su əsgər Şahid4 əsgər Zərərçəkmiş şəxs sol gözünün göyərməsini görüb ondan nə baş verdiyini soruşduqda əsgər Zərərçəkmiş şəxs ona növbədə olarkən əsgər Fərid Əmiyevin kaskasının onun gözünə dəydiyini bildirdiyini, Şahid4 isə bu barədə aidiyyəti üzrə bölük komandiri baş leytenant Şahid3 məruzə etdiyini, əsgər Zərərçəkmiş şəxs “Qaraağac” bölük mərkəzinə göndərildiyini, orada əsgər Zərərçəkmiş şəxs bölük komandirinə həqiqəti deyərək əsgər Təqsirləndirilən şəxs onu vurduğunu bildirdiyini, sonrakı günlərdə əsgər Təqsirləndirilən şəxs həmin məsələ ilə bağlı hərbi hissəyə endirildiyini, onun barəsində cinayət işi başlandığını eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid2 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən 18 mart N24-cü il tarixdə, saat 22:00-dan 00:00dək əsgər Təqsirləndirilən şəxsla əsgər Şahid1 3-cü növbə olaraq döyüş növbəsinə təyin edildiyini, saat 22:N radələrində mövqedə döyüş növbətçiliyində olarkən əsgər Təqsirləndirilən şəxs ondan əsgər Zərərçəkmiş şəxs çağırmağını xahiş etdiyini, mövqeyin müşahidə məntəqəsi yataqxanaya çox yaxın olduğundan, yataqxanaya gedib əsgər Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxs onu çağırdığını dediyini, bundan sonra əsgər Zərərçəkmiş şəxslə birlikdə müşahidə məntəqəsinə getdiyini, orada əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs ona qarşı niyə aqressiv olduğunu soruşduğunu, həmin vaxt əsgər Zərərçəkmiş şəxs ondan və əsgər Şahid1 çöldə gözləmələrini xahiş etdiyini, buna görə onların müşahidə məntəqəsindən çıxdıqlarını, təxminən 5 dəqiqə sonra müşahidə məntəqəsindən səs-küy gəldiyini, əsgər Şahid1la oraya getdikdə əsgərlər Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs bir-birinin yaxasından tutduqlarını gördüyünü, əsgər Şahid1la tez içəri girib onları ayırdıqlarını, daha sonra onların söhbət etdiyini, əsgər Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxs əsgərləri doldurub üzərinə göndərdiyini dediyini, əsgər Təqsirləndirilən şəxs isə ona “sizin yaxşılığınızı istəmişəm, zarafat edirdiniz, götürmürdünüz, mən də əsgər yoldaşlarıma deyirdim ki, əgər zarafat etməyi bacarmırsınızsa əsgər Zərərçəkmiş şəxslə zarafat etməyin” dediyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs sifətində hər hansı xəsarət görmədiyini, sonra onlar söhbət edib bir-birilərini başa düşdüyünü, əsgər Zərərçəkmiş şəxslə yataqxanaya gəldiyini, daha sonra N mart N24-cü il tarixdə səhər saatlarında əsgər Zərərçəkmiş şəxs sol gözünün göyərdiyini görmüş, həmin vaxt manqa komandiri MAHHXHQ-su əsgər Şahid4 ondan nə üçün gözünün göyərdiyini soruşduğunu, əsgər Zərərçəkmiş şəxs isə ona axşam əsgər Fərid Əmiyevlə növbədə olarkən onun kaskasının gözünə dəydiyini dediyini, MAHHXHQ-su əsgər Şahid4 bu barədə bölük komandirinə məruzə etdikdən sonra əsgər Zərərçəkmiş şəxs “Qaraağac” bölük mərkəzinə göndərildiyini, orada əsgər Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxsla mübahisə etdiyini, Təqsirləndirilən şəxs ona zor tətbiq edib gözündən vurduğunu bölük komandirinə bildirdiyini, daha sonra bu barədə araşdırma aparılaraq izahatı alındığını, sonrakı günlərdə əsgər Təqsirləndirilən şəxs barəsində cinayət işi başlandığını eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş baş leytenant Şahid3 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən N mart N24-cü il tarixdə səhər saatlarında bölük mərkəzində olarkən şərti olaraq “Qaya” adlanan döyüş mövqeyinin başçısı MAHHXHQ-su əsgər Şahid4 rabitə ilə axşam döyüş növbəsində olarkən əsgər Fərid Əmiyevin kaskasının əsgər Zərərçəkmiş şəxs sol gözünə dəyməsi və onun xəsarət alması barədə məlumat verdiyini, əsgər Zərərçəkmiş şəxs hansı şəraitdə xəsarət almasını müəyyənləşdirmək üçün onun bölük mərkəzinə gətirilməsi barədə tapşırıq verdiyini, əsgər Zərərçəkmiş şəxs bölük mərkəzində olarkən xidməti otağında ondan bu barədə soruşanda əsgər Zərərçəkmiş şəxs əvvəlcə axşam əsgər Fərid Əmiyevin kaskasının onun gözünə dəydiyini dediyini, onun gözünə baxanda bunun kaska izi olmadığını, onun həqiqəti demədiyini gördüyünü, buna görə əsgər Zərərçəkmiş şəxslə söhbət edərək ona düzünü danışmasını, dediklərinin inandırıcı olmadığını, yalan danışmağın ona xeyri olmadığını dediyini, bundan sonra əsgər Zərərçəkmiş şəxs ona həqiqəti deyərək, 18 mart N24-cü il tarixdə 22:30-22:40 radələrində əsgər Təqsirləndirilən şəxs onu müşahidə məntəqəsinə çağırdığını, həmin vaxt əsgər Təqsirləndirilən şəxs ondan nə üçün ona qarşı soyuq münasibət saxladığını, aqressiv davrandığını soruşduğunu, onun da əsgər Təqsirləndirilən şəxs əsgərləri ona qarşı doldurduğunu dediyini, bu zaman aralarında mübahisə yarandığını və həmin vaxt əsgər Təqsirləndirilən şəxs onun sifətindən 3-4 dəfə yumruqla vurduğunu dediyini, daha sonra özünün bu barədə tabor komandanlığına məruzə etdiyini, araşdırma aparıldığını, sonrakı günlərdə əsgər Təqsirləndirilən şəxs hərbi hissəyə endirildiyini, barəsində cinayət işi başlandığını eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş MAHHXHQ-su əsgər Şahid4 oxşar məzmunlu ifadə verərək, məhkəmə istintaqında dindirilmiş şəxslərin ifadələrində göstərilənləri təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, şahidlərin ifadələri bir-birini istisna etmir. Məhkəmə onların bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisələrin təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəyini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işi başlama və icraata qəbul etmək haqqında” 23 aprel N24-cü il tarixli qərardan görünür ki, əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs qarşı törətdiyi əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin tərkibi olduğundan, onun barəsində həmin maddə ilə cinayət işi başlanmış və əsgər Zərərçəkmiş şəxs həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 1-2). Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”nin 05 aprel N24-cü il tarixli 655 №-li ekspert rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs almış olduğu xəsarət-“sol almacıq nahiyəsinin küt travması, yumşaq toxumalarının əzilməsi, sol periorbital hematoma, subkonyuktival qansızma”-küt əşyanın təsiri nəticəsində törənmişdir, müayinə olunanın dediyi şəraitdə törənməsi istisna olunmur, xəsarətlərin yetirilmə müddəti müayinə olunanın dediyi vaxta uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir (i.v İ cild 76-78). Əsgər Təqsirləndirilən şəxs məxsus SX ******* №-li Hərbi biletin sürətindən görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar N23-cü il tarixdə AR SHXÇDX-nin Yasamal rayon idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır və o, tam orta təhsillidir (İ.v İ cild 199-N4). N №-li hərbi hissə komandirinin N aprel N23-cü il tarixli, 94 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Məmmədov X1 Ümumqoşun Ordu X5 üzrə müavininin N aprel N23-cü il tarixli, 02 №-li sərəncamı ilə N №-li hərbi hissədən gəldiyinə görə, N aprel N23-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminata qoyulmuş və 4-cü motoatıcı taborunun 12-ci bölüyünün 2-ci pulemyot manqasında tuşlayıcı vəzifəsinə təyin edilmişdir (i.v İ cild 44). N №-li hərbi hissə komandirinin N aprel N24-cü il tarixli, 108 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Məmmədov X1 Ümumqoşun Ordu X5 üzrə müavininin 27 mart N24-cü il tarixli, 33 №-li sərəncamı ilə N №-li hərbi hissədən gəldiyinə görə, N aprel N24-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminata qoyulmuş və hərbi hissənin 3-cü taborunun 7-ci bölüyünün 3-cü taqımının 2-ci manqasının heyət nəfəri-atıcı vəzifəsinə təyin edilmişdir (i.v İ cild 129). N №-li hərbi hissə komandirinin N sentyabr N23-cü il tarixli, 262 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Nəqiyev X2 Ümumqoşun Ordu X5 üzrə müavininin N sentyabr N23-cü il tarixli, 3 nömrəli sərəncamı ilə N №-li hərbi hissədən gəldiyinə görə, N sentyabr N23-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminata qoyulmuş və hərbi hissənin 3-cü motoatıcı taborunun 9-cu motoatıcı bölüyünün 2-ci taqımının 2-ci manqasında atıcı-qumbaraatan köməkçisi vəzifəsinə təyin edilmişdir (i.v İ cild 45). N nömrəli hərbi hissə tərəfindən təqdim olunan 27 mart N24-cü il tarixli, 746 №-li arayışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında hər hansı tabelik münasibətləri olmamışdır (i.v İ cild 29). N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş 25 mart N24-cü il tarixli xidməti xasiyyətnamələrdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs müsbət xarakterizə edilmişlər (i.v İ cild 30-31). Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat statistik informasiya bölməsindən alınmış 04 aprel N24-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v İ cild 55). N5 №-li hərbi hissə tərəfindən təqdim edilmiş 10 aprel N24-cü il tarixli, 263 №-li arayışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs 10 aprel N24-cü il tarixdə N5 №-li hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və Təqsirləndirilən şəxs sağlam olmaqla hərbi xidmətə yararlı hesab edilmişdir (i.v İ cild 79). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış 06 may N24-cü il tarixli, 5851 №-li cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tibb müəssisəsində müalicədə olmamışdır (i.v İ cild 166). Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış 07 may N24-cü il tarixli, xx/xx-5397 №-li cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə narkoloji qeydiyyatı olmamışdır (i.v İ cild 168). “Qətimkan tədbirinin seçilməsi haqqında” 22 may N24-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmişdir (İ.v İ cild 197-198). "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə qeydiyyatda olduğu və yaşadığı ünvan- ünvan 3 (i.v İ cild 223). Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 332.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr N05-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N11-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar N09-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr N01-ci il, “X4rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverni Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart N10-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər..... Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 2-ci maddəsinə əsasən hərbi qulluqçu hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və vicdanla yerinə yetirməli; ...............döyüşçü yoldaşlığına sadiq olmalı, öz yoldaşlarına sözü və işi ilə kömək etməli, onları nalayiq hərəkətlərdən çəkindirməlidir. Həmin Nizamnamənin 5-ci maddəsinə əsasən hərbi qulluqçu ..........., əsgəri nəzakət və əsgəri salamlaşma qaydalarına ciddi riayət etməli, həmişə hərbi forma üzrə geyinməli, təmiz və səliqəli olmalıdır. Həmin Nizamnamənin 42-ci maddəsinə əsasən hərbi qulluqçular həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməli, ictimai yerlərdə və küçədə özlərini ləyaqətlə aparmalıdırlar. Həmin Nizamnamənin 138-ci maddəsinə əsasən isə ..... igid və intizamlı olmaq; nalayiq hərəkətlər etməmək və yoldaşlarını da belə hərəkətlərdən çəkindirmək; ..... hərbi nəzakət, davranış və əsgəri salamlaşma qaydalarına ciddi riayət etmək;....əsgərin vəzifəsidir. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəsinin 4-cü motoatıcı taborunun 12-ci bölüyünün 2-ci pulemyot manqasında tuşlayıcı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 18 mart N24cü il tarixdə, saat 22:00-dan 00:00-dək həmin bölüyün Sədərək rayonu ərazisində yerləşən, şərti adı “Qaya” adlanan döyüş mövqeyində döyüş növbətçiliyində olarkən, saat 22:30 radələrində son vaxtlar ona qarşı kobud rəftar etməsinin səbəbini öyrənmək üçün tabelik münasibətində olmadığı, həmin bölüyün 2-ci taqımının 3-cü manqasında atıcıqumbaraatan köməkçisi vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs həmin mövqenin müşahidə məntəqəsinə çağırıb onunla söhbət edərkən sonuncunun onunla yüksək səs tonu ilə danışması səbəbindən aralarında yaranmış mübahisə zamanı əvvəlcə əsgər Zərərçəkmiş şəxs sol göz nahiyəsinə bir yumruq zərbəsi vurmuş, ardınca yaxasından tutub sifətinin sol tərəfinə üç yumruq zərbəsi endirərək ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid “sol almacıq nahiyəsinin küt travması, yumşaq toxumalarının əzilməsi, sol periorbital hematoma, subkonyuktival qansızma” ilə müşayiət olunan xəsarət yetirmişdir. Bununla da əsgər Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurma) mövcud olmuşdur. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsi, o cümlədən şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertinin 05 aprel N24-cü il tarixli, 655 №-li rəyi və işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında əsgər Təqsirləndirilən şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, onun sağlamlığına qəsdən yüngül zərər vurması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, qanunla müəyyən edilmiş qaydada ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinin müddəalarına müvafiq olaraq əsgər Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri və N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş 25 mart N24-cü il tarixli xidməti xasiyyətnamə ilə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul N13-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun N03-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun N03-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral N17-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirli bilinən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzanın növü və həddinin seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, əsgər Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında- bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qeyd etmək zəruridir ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində müəyyən edilmiş (59.1.12) və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışdığından ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni bir il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında biri-birinə alternativ cəza növü kimi nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və azadlıqdan məhrumetmə cəzalarının təyin edilməsini qanuni, ədalətli və məqsədə uyğun hesab etmir. Məhkəmə əsgər Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına alternativ cəza kimi təsbit edilmiş hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəzalarının təqsirli bilinən şəxs barəsində tətbiq edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.4-cü maddəsinin tələbinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzası müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına tətbiq olunmur, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 54.1-ci maddəsinə əsasən intizam xarakterli hərbi hissədə saxlama növündə cəza isə hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa üç aydan iki ilədək müddətə təyin edilə bilər. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirkar Təqsirləndirilən şəxs hal-hazırda ordu sıralarında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olması səbəbindən, o cümlədən onun qanunla müəyyən edilmiş xidmət müddətini başa vurması səbəbindən ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında daha yüngül cəza növü kimi nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəzalarının təyin edilməsi cinayət qanunvericiliyi ilə mümkün deyil. Əsgər Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi qanunla müəyyən edilmiş xidmət müddətini başa vurması ilə bağlı qeyd etmək zəruridir ki, o, 16 yanvar N23-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırıldığından və orta təhsilli olduğundan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 38.1.1-ci maddəsinə əsasən onun xidmət müddəti 1 il 6 ay olmuşdur ki, bu müddət də 16 iyul N24-cü il tarixində tamam olmuşdur. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun təqsirli bilindiyi maddənin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının da işin faktiki hallarına, təqsirli bilinən şəxsin şəxsiyyətinə, əməlin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla ağır olması qənaətinə gəlir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirli bilinən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə onun cəmiyyətdən təcrid edilməsi Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Məhkəmə hesab edir ki, əsgər Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növlərinin ona təyin edilməsinin mümkünsüzlüyü, özü-özlüyündə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəza növünün təyin edilməsi üçün şərtsiz əsas ola bilməz. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, yuxarıda sadalanan və təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən halların məcmusunu, cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni cinayətin törədilməsindən bilavasitə sonra əsgər Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, onun qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmasını müstəsna hal hesab edərək, təqsirkar Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunmasını, onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növünün- cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli, o cümlədən sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətli hesab edir. Məhkəmə hesab edir ki, müstəsna hal kimi qiymətləndirilmiş cəzanı yüngülləşdirən halların məcmusu, o cümlədən təqsirkarın cinayətin törədilməsindən sonrakı davranışı, həmçinin onun qanunla müəyyən edilmiş xidmət müddətini başa vurması, yəni cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında sosial şəraitin ciddi şəkildə dəyişiləcəyi törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, o cümlədən təqsirkarın şəxsiyyətinin təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Məhkəmənin qənaətinə görə təqsirkarın şəxsiyyəti barədə verilən bu proqnoz təqsirkar barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzaların tətbiq edilmədən də sonuncunun islah olunması və bununla cəzanın məqsədlərinə nail olunması mümkündür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində qeyd olunur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Həmçinin “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun N03-cü il tarixli, 4 saylı qərarının 8-ci bəndində göstərilmişdir ki, cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Cinayət Məcəlləsinin 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-nin 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. Qeyd etmək lazımdır ki, məhkəmə əsgər Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, ona cərimə cəzasının təyin edilməsi ilə bağlı nəticəyə gələrkən həm dövlət ittihamçısının, həm də müdafiə tərəfinin bu barədə xahiş və təkliflərini də nəzərə almışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; X9rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, əsgər Təqsirləndirilən şəxs barəsində qəbul edilən hazırki məhkəmə aktı bu tələblərə cavab verir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə əsasən əsas cəza kimi cərimə növündə cəzanın icrası məhkumun yaşadığı və ya işlədiyi yerin, yaxud onun əmlakının olduğu yerin icra məmuru tərəfindən həyata keçirilir. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş xidmət müddətini başa vurması səbəbindən, onun barəsində olan hazırki hökm qanuni qüvvəyə mindikdən sonra o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılacağından, məhkəmə hesab edir ki, hökmün icrası onun yaşayış yeri üzrə müvafiq icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə əsgər Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 22 may N24-cü il tarixində seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələblərinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci-təqsirli bilinən Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli olan haqdan ibarətdir. Belə ki, cinayət işi üzrə 12 iyun N24-cü il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından o, məhkəmənin müvafiq qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, onun hüquqlarının müdafiəsi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral N01-ci il tarixli, 31 №-li qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, təqsirli bilinən şəxsə göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi vəkil işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində həmin məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 1000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Yasamal rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. İş üzrə məhkəmə xərci-Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan N gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar