Məhkəmə qərarları › İş №1-1(092)-44/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-44/2025

12.08.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-44/2025 12.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1995-ci il tarixdə Şərur rayonunun, Xök kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,(FİN № xxxxxxx) evli, orta təhsilli, bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Kəngərli rayonunun, Xök kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində N aprel N0N5-ci il tarixdən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏNETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Pənahov X5 Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci reaktiv artilleriya divizionunun 1-ci reaktiv artilleriya batareyasının saxlama və daşıma taqımının 3-cü nəqliyyat yükləyici maşın heyətində baş sürücümexanik vəzifəsində, gizir hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən N0N4-cü ilin iyul ayının sonlarında “Tiktok” sosial şəbəkəsində tanış olduğu xx.xx.N009-cu il təvəllüdlü Kəngərli rayonunun Şahtaxtı kənd sakini Zərərçəkmiş şəxs 16 yaşına çatmadığını bilərək cinsi ehtirasını təmin etmək məqsədilə onunla N0N4-cü ilin iyul ayının sonlarından dekabr ayının sonlarınadək Kəngərli rayonunun Şahtaxtı kəndindəki çöllük ərazidə, 08 yanvar N0N5-ci il tarixdə saat 16 radələrində Naxçıvan şəhərində yerləşən “Avtovağzal” adlanan otelin 503 nömrəli otağında, 13 mart N0N5-ci il tarixdə Kəngərli rayonunun Xök kəndində yerləşən yaşadığı evində, 15 mart N0N5-ci il tarixdə Naxçıvan şəhərində yerləşən kirayə tutduğu evdə dəfələrlə təkrarən qeyri təbii yolla cinsi əlaqədə olmuş və cinsi orqanını onun ağzına daxil etməklə sonuncuya qarşı seksual xarakterli hərəkətlər etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 15N.1-ci maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində cinayət hadisəsini törədərkən N nömrəli hərbi hissədə gizir hərbi rütbəsində xidmət etdiyini, hal-hazırda ordu sıralarından ehtiyata buraxıldığını, ona verilən ittihamla tam razı olduğunu, tez-tez özünə məxsus “Tiktok” sosial şəbəkəsinin istifadəçisi olduğunu, N0N4-cü ilin iyul ayının sonlarında “Tiktok” sosial şəbəkəsindən Zərərçəkmiş şəxs adlı şəxslə Whatsapp” sosial şəbəkələri vasitəsi ilə tanış olduğunu, həmin şəxsin paltarsız sosial şəbəkədə bədəninin çılpaq şəklllərini paylaşdığından diqqətini cəlb etdiyini, sonrakı yazışmalarda həmin şəxsin Qıvraq kənd orta məktəbinin 10cu sinifdə oxuyan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyini, sonradan həmin profilin geylərin profili olduğunu bilib Zərərçəkmiş şəxs bu səhifələri hansı səbəbdən izlədiyini soruşduqda onun seksual xarakterli izləmələri xoşladığını dediyini, bundan sonra onunla mütamadi olaraq seksual xarakterli mövzulardan söhbət etdiklərini, bir az söhbət etdikdən sonra Zərərçəkmiş şəxs ona “İnstagram” və “Whatsapp” sosial şəbəkələri vasitəsi ilə danışmaqlarını təklif etdiyindən hər ikisinin razılaşıb bir-birilərinə nömrə verdiklərini və görüşmək barədə razılaşdıqlarını, onunla razılaşdıqları kimi, N0N4-cü ilin avqust ayının əvvəllərində günorta saatlarında Şahtaxtı kəndində onun dediyi yerə gedərək orada onunla görüşərək seksual xarakterli söhbət etdikdən sonra ehtiraslanaraq Zərərçəkmiş şəxs şalvarını aşağı çəkib onun cinsiyyət orqanını əli ilə oynadıb ağzına salaraq bir neçə dəqiqə ağzında oynatdıqdan sonra qarşılıqlı Zərərçəkmiş şəxs də yerə oturub onun şalvarını çıxarıb cinsiyyət orqanını ağzına alaraq bir neçə dəqiqə onun cinsiyyət orqanını ağzında oynatdıqdan sonra ona cinsi əlaqədə olmaq istədiyini dediyini, Zərərçəkmiş şəxs də onunla razılaşdıqdan sonra qarşılıqlı bir birləri ilə cinsi əlaqədə olduqdan sonra Zərərçəkmiş şəxs 10 manat pul verib həmkəndlisi İsmayıla zəng edərək kəndlərinə aparmasını dediyini, sonrakı vaxtlarda mütamadi olaraq təqribən N0N4-cü ilin dekabr ayınadək Şahtaxtı kəndindəki çöllük ərazidə Zərərçəkmiş şəxslə görüşüb qarşılıqlı şəkildə cinsi əlaqədə olduqlarını və ona görüşdüyü vaxtlarda ona müəyyən məbləğlərdə pul verdiyini, dekabr ayının sonlarında Zərərçəkmiş şəxslə görüşüb onu evlərinə yola saldıqdan sonra Zərərçəkmiş şəxs ona telefonla zəng edib onunla münasibətdə olmasını anasının gördüyünü və onunla bir müddət görüşə bilməyəcəyini və görüşmədiyi vaxtlarda “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə görüntülü danışıb bir-birilərini boşaltmaqlarını razılaşdıqlarını, bir müddət onunla yalnız telefon vasitəsi ilə görüşdüyünü, təxminən N-3 gün sonra Zərərçəkmiş şəxs ona telefonla zəng edib Naxçıvan şəhərində olduğunu və görüşmək istədiyini dediyini, lakin danışan zaman Zərərçəkmiş şəxs narahat olduğunu hiss etdiyi üçün onun harada olmasını öyrənib taksi sürücüsü kimi işləyən İsmayılla “Cahan” ticarət mərkəzinin yanına getdiyini, orada Zərərçəkmiş şəxs telefonda kimləsə əsəbi halda danışaraq telefonunu söndürüb yerə çırpdığını, ondan nə baş verdiyini soruşduqda Zərərçəkmiş şəxs də ona “ deyəsən oxuduğum kursdan məni çıxarırlar ona görə əsəbiləşdiyim üçün telefonu yerə çırpdım” dediyini, sonra ona avtomobilə əyləşməsini dediyini, Zərərçəkmiş şəxs də onunla biraz sözlü mübahisə etdikdən sonra avtomobilə əyləşərək “Avtovağzal” adlanan otelə tərəf getdiklərini, yolda gedən zaman özünə məxsus “Redmi 1N” markalı mobil telefonu və əvvəlcədən aldığı işlətmədiyi yeni Naxtel mobil nömrəni Zərərçəkmiş şəxs verdiyini, lakin nömrəsini xatırlamadığını, daha sonra İsmayılın taksisi ilə avtovağzalın qarşısında düşərək avtovağzal otelinə gedərək orada qeydiyyatdan keçdikdən sonra otaq götürdüklərini, otaqda bir neçə dəqiqə söhbət etdikdən sonra qarşılıqlı olaraq ağız və arxa vasitəsi ilə cinsi əlaqədə olduqlarını, sonrakı vaxtlarda Zərərçəkmiş şəxs ona anasının ona onunla bir yerdə olmalarını gördüyü üçün ondan uzaq durmasını dediyini, o vaxtdan sonra təxminən bir ay onunla yazışmadığını və görüşmədiyini, 13 mart N0N5-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs ona telefonla zəng edib evdən qaçdığını dediyini, həmin vaxt hərbi hissədə naryad olduğu üçün Zərərçəkmiş şəxs taksiyə oturub onun iş yerinə gəlməsini bildirdiyini, təxminən 1 saat sonra Zərərçəkmiş şəxs onun xidmət etdiyi hərbi hissənin yanına gəldiyini, ondan nə baş verdiyini soruşduqda onun da telefon aldığını ailəsinin bildiyini dediyini, həmin vaxt Zərərçəkmiş şəxs atası ona zəng edib Zərərçəkmiş şəxslə onun nə əlaqəsinin olduğunu soruşduqda ona Zərərçəkmiş şəxs dostu olduğunu və Zərərçəkmiş şəxs evdən qovduqları üçün onun yanına gəldiyini, Zərərçəkmiş şəxsa sərbəst yaşamasına imkan verməsini dediyini, daha sonra Zərərçəkmiş şəxs onu gözləməsini deyib saat N1 radələrində xidmətini təhvil verib Zərərçəkmiş şəxslə birlikdə onu Xök kəndindəki yaşadığı evinə apardığını, evdə yoldaşı Təqsirləndirilən şəxs ondan Zərərçəkmiş şəxs kim olduğunu soruşduqda dostu olduğunu və ailəsi ilə dava etdiyi üçün evə gətirdiyini dediyini, yoldaşı da ona inanıb Zərərçəkmiş şəxs evlərinin nömrəsini alıb zəng edərək anasına Zərərçəkmiş şəxs onlarda olduğunu, sabah gətirəcəklərini dediyini, həmin gün Zərərçəkmiş şəxslə o, bir otaqda qalaraq qarşılıqlı cinsi əlaqədə olduqlarını, növbəti gün yoldaşı ilə birlikdə Zərərçəkmiş şəxs İsmayılın avtomobili ilə Şahtaxtı kəndinə evlərinə apardıqlarını, yoldaşı Təqsirləndirilən şəxs onların həyətlərinə girdiyini, özünün isə bayırda gözlədiyini, təxminən bir neçə dəqiqə sonra evin həyətindən bərk səs-küy gəldiyini, Zərərçəkmiş şəxs həyətdən qaçaraq çıxıb kənd mərkəzinə doğru getdiyini, bir neçə dəqiqə sonra yoldaşı Təqsirləndirilən şəxs da onların evinin həyətindən çıxdıqda Zərərçəkmiş şəxs anası onların yanlarına gəlib ona Zərərçəkmiş şəxs uzaq durmasını, ondan əl çəkməsini dediyini, onlar avtomobilə kəndə qayıdarkən yolda Famili də görüb özləri ilə evlərinə apardıqlarını, həmin gün Zərərçəkmiş şəxslə bir otaqda qaldıqlarını lakin onunla cinsi əlaqədə olmadığını, növbəti gün evdə Familə görə narazılıq olduğunu gördüyü üçün Zərərçəkmiş şəxs Naxçıvan şəhərində kirayə ev tutmasını və onunla orada birlikdə qalacaqlarını dediyini, səhərsi gün, təxminən günorta saatlarında Zərərçəkmiş şəxs ona zəng edib avtovağzalın arxasında kirayə ev tapdığını dediyini, işdən çıxdıqdan sonra onunla gedib həmin evi ev yiyəsi ilə N00 manata razılaşdıqlarını, pulunu da özünün verdiyini, həmin gecə Zərərçəkmiş şəxslə kirayələdikləri evdə qalaraq qarşılıqlı olaraq cinsi əlaqədə olduqlarını, növbəti gün, yəni 16 mart N0N5-ci il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxslə evdə olduqları vaxt bir nəfər polis işçisinin ona və Familə zəng edərək Kəngərli rayon Polis şöbəsinə gəlməsini dediklərini, təxminən bir neçə saat sonra Zərərçəkmiş şəxslə birlikdə Kəngərli rayon Polis şöbəsinə getdiklərini, orada polis əməkdaşları tərəfindən sorğu-sual edilərkən baş verənləri olduğu kimi onlara danışdığını, bir azyaşlı övladının olduğunu, artıq iş yerindən də çıxarıldığını, heç bir yerdə işləmədiyini, ailəsini saxlamaq üçün iş axtardığını, törətdiyi əməldən peşman olduğunu, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdiyini göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs ilə N0N4-cü ilin iyul ayının sonlarında “Tiktok” sosial şəbəkəsində tanış olduqlarını, sonradan öyrəndiyinə görə Təqsirləndirilən şəxs Kəngərli rayon Xök kəndindən olduğunu bildiyini, bundan sonra o, tez-tez Təqsirləndirilən şəxs yazışmağa başladığını, Təqsirləndirilən şəxs səhifəsini izləyərək onun səhifəsində izlənilən şəxslərə baxdıqda həmin şəxslərin əksəriyyətinin aktiv və passiv geylər olduğunu gördüyünü, bundan sonra Təqsirləndirilən şəxsla dostlaşıb yaxın söhbətlər etməyə başlayaraq onunla kişilərin bir-biri ilə cinsi münasibətindən söhbətlər etdiklərini, Təqsirləndirilən şəxs aktiv və ya passiv olduğunu soruşduqda həm aktiv, həm də passiv olduğunu yazdığını,Təqsirləndirilən şəxs da ondan qarşılıqlı soruşduqda həm aktiv həm də passiv olduğunu dediyini, həmçinin danışdığı vaxt Təqsirləndirilən şəxs Qıvraq məktəbində oxuduğunu və 15 yaşının olduğunu bildirdiyini, sonrakı vaxtlarda bir-birilərinə nömrələrini verib “Whatsapp” proqramı ilə danışmağa başladıqlarını, danışarkən Təqsirləndirilən şəxsın ona cinsi əlaqədə olacağı tədqirdə ona pul verəcəyini, bütün xərclərini özünün qarşılayacağını dedikdə onunla könüllü razılaşdıqdan sonra N0N4-cü ilin avqust ayının əvvəllərində saat 14-15 radələrində Təqsirləndirilən şəxs danışarkən onunla cinsi münasibətdə olmağa razılaşdığını, onunla razılaşdıqları kimi görüşərkən qarşılıqlı bir birlərinin cinsiyyət orqanını ağızlarına alaraq oynatdıqdan sonra cinsi əlaqədə olduqlarını, daha sonra bir birləri ilə yenə cinsi əlaqədə olmaları barədə razılaşdıqdan sonra Təqsirləndirilən şəxs tanımadığı taksi ilə evlərinə getdiyini, sonraki vaxtlarda da mütamadi olaraq Təqsirləndirilən şəxs çöllük ərazidə, həmin yerdə görüşməyə başladıqlarını, N-3 gündən bir, bəzən də bir-iki həftədən bir görüşüb eyni qaydada bir-biriləri ilə qarşılıqlı olaraq ağız və arxa vasitəsilə cinsi əlaqədə olduqlarını, hərdən də Təqsirləndirilən şəxs ona müxtəlif məbləğlərdə pul verdiyini, N0N4-cü ilin dekabr ayının yadında qalmayan tarixində Təqsirləndirilən şəxs çöllük ərazidə cinsi əlaqədə olduqdan sonra Təqsirləndirilən şəxsı aparan taksi ilə evlərinin yanında düşərkən anasının onları görüb ondan onların kim olduğunu soruşduqda o, da anasına dostu olduğunu dediyini, deyəsən anasının olanları bildiyindən Təqsirləndirilən şəxs danışdıqda anasının onunla cinsi əlaqədə olmasını gördüyünü və Təqsirləndirilən şəxs artıq görüşə bilməyəcəklərini, yalnız “Whatsapp” proqramından görüntülü zəng vurub danışaraq bir-birilərinə cinsi orqanlarını göstərmələri barədə razılaşdıqlarını, təqribən N0N4-cü ilin dekabr ayının axırlarında anasının hədələrindən sonra Təqsirləndirilən şəxsla bir daha görüşməyəcəkləri barədə razılaşdıqdan bir müddət sonra Naxçıvan şəhərindəki “Cahan” ticarət mərkəzinin qarşısında olduğu vaxt cinsi etiraslarını öldürmək üçün Təqsirləndirilən şəxsa zəng vuraraq onunla görüşməyə davam etmək istədiyini dediyini, Təqsirləndirilən şəxsın da onunla razılaşaraq ondan harada olduğunu soruşduqda “Cahan” ticarət mərkəzinin qarşısında, körpünün altında avtobus dayanacağında olduğunu dediyini, bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxsın İsmayıl adlı sürücü ilə onun yanına gəldiyini, həmin vaxt ona tibb kursundan zəng edilib onu kursdan çıxaracaqlarını dedikdə həmin vaxt onun əsəbləşərək ona zəng edən şəxsə nələrsə dediyini, telefonu mikrofona verib danışdığından Təqsirləndirilən şəxsında həmin söhbətləri eşitdiyini, onun da əsəbləşərək əvvəlcə özünün telefonunu yerə atdığını, sonra Təqsirləndirilən şəxsın həmin telefonu yerdən götürüb yenidən yerə çırpdığını, Təqsirləndirilən şəxsdan telefonu hansı səbəbdən qırdığını soruşduqda Təqsirləndirilən şəxsın da ona öz telefonunu verəcəyini dediyini, bundan sonra Təqsirləndirilən şəxsın təkidi ilə İsmayıl adlı şəxsin maşınına oturaraq Avtovağzal istiqamətə getdiklərini, yolda Təqsirləndirilən şəxsdan niyə onun telefonunu sındırdığını soruşduqda səbəbini deməyib ona öz telefonunu verəcəyini dediyini, yolda Təqsirləndirilən şəxs özünə məxsus “Redmi 1N” markalı mobil telefonunu və təzə Naxtel mobil nömrəsini verdiyini, Avtovağzal otelinin qarşısında düşdükdən sonra Təqsirləndirilən şəxs oteldə şəxsiyyət vəsiqələrini verib qeydiyyatdan keçərək özlərinə məxsus otağa keçib orada qarşılıqlı olaraq bir-birilərinin cinsi orqanlarını ağızlarına salıb cinsi əlaqədə olduqlarını, sonra oteldən çıxaraq evlərinə getdiyini, evlərində anası ona kursdan zəng vurulduğunu və onu bir oğlan gətirib apardığı üçün kursdan çıxarıldığını dediyini, onu kursdan çıxardıqlarına görə atasının da ona Təqsirləndirilən şəxsdan uzaq durmasını dediyini, bir müddət Təqsirləndirilən şəxsdan aralı durduqdan sonra gizlin də olsa Təqsirləndirilən şəxsla yenə danışmağa başladığını, 13 mart N0N5-ci il tarixdə Təqsirləndirilən şəxsın ona telefon almasına görə anası və atasının bilib onu danladığını, bu səbəbdən də qorxub evdən qaçaraq Təqsirləndirilən şəxsa zəng vurub evlərindən qaçdığını dediyini, daha sonra hərbi hissənin qarşısında Təqsirləndirilən şəxsı gözləyərək Təqsirləndirilən şəxs işdən çıxdıqdan sonra onu Xök kəndindəki yaşadığı evinə apardığını, Təqsirləndirilən şəxs evlərində onun dostu olduğunu və evlərində savaşdığı üçün gətirdiyini dediyini, həmin gün onların evində qalaraq yenə həmin gecə Təqsirləndirilən şəxsla cinsə əlaqədə olduqlarını, 14 mart N0N5-ci il tarixdə səhər vaxtı Təqsirləndirilən şəxs, arvadı və o, İsmayılın taksisi ilə onların evinə getdiklərini, atası onu və Təqsirləndirilən şəxsı evə buraxmadığını, o, da atası ilə yenə savaşıb oradan kənd mərkəzinə tərəf getdiyini, bir azdan Təqsirləndirilən şəxsın taksi ilə arxalarıncan gələrək onu da götürüb birlikdə Təqsirləndirilən şəxsın yaşadığı Xök kəndindəki evlərinə getdiklərini, həmin gecə də Təqsirləndirilən şəxsla onların evində qaldığını, ancaq həmin gecə cinsi əlaqədə olmadığını, orada olarkən Təqsirləndirilən şəxsın ona şəhərdə kirayə ev tutub ikisinin də birlikdə qalacağını dediyini, səhərsi gün birlikdə Naxçıvan şəhərinə getdiklərini, orada Təqsirləndirilən şəxs işə, onun isə kirayə ev axtarmağa getdiyini, bir müddət kirayə ev axtardıqdan sonra avtovağzalın arxasından N00 manata kirayə ev tapıb Təqsirləndirilən şəxsa bu barədə məlumat verdiyini, onun da razılaşıb pulu özünün verəcəyini dediyini, həmin vaxt anasının, atasının, qohumlarının ona zəng edib evə qayıtmağını dediklərini, zəng edənlərə gəlməyəcəyini deyib telefonu söndürdüyünü, həmin gecə Təqsirləndirilən şəxsla birlikdə Naxçıvan şəhərində kirayə tutduqları evdə qalaraq orada qarşılıqlı olaraq cinsi əlaqədə olduqlarını, 16 mart N0N5-ci il tarixdə səhər satlarında tanımadıqları bir şəxsin ona və Təqsirləndirilən şəxsa zəng vuraraq onları Kəngərli Rayon Polis Şöbəsinə dəvət etdiyini, Təqsirləndirilən şəxsla birlikdə Kəngərli Rayon Polis Şöbəsinə getdiyini, orada bütün olanları polis işçilərinə danışdıqlarını, Təqsirləndirilən şəxsın ona zor tətbiq etmədiyini, bütün baş verənləri müəyyən məbləğdə pul müqabilində könüllü olaraq etdiyini lakin ondan şikayətçi olduğunu, onu bağışlamadığını, onun qanun daxilində cəzalandırılmasını məhkəmədən xahiş etdiyini göstərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində, eyni zamanda şahid dindirilmiş Qanuni nümayəndə ifadəsində 13 mart N0N5-ci il tarixdə saat 18 radələrində arvadı Səminə Musayevə işdən gəlib ona tanımadıqları Təqsirləndirilən şəxs adlı bir hərbiçinin oğlu Zərərçəkmiş şəxsə telefon alıb verdiyini dediyini, o, da Zərərçəkmiş şəxsi yanına çağırıb Təqsirləndirilən şəxsla nə əlaqəsinin olmasını və telefon işlədib-işlətmədiyini soruşduğunu, Zərərçəkmiş şəxsin isə ona Təqsirləndirilən şəxs ilə dost olduğunu və telefon işlətmədiyini dediyini, o, da Zərərçəkmiş şəxsdən Təqsirləndirilən şəxsın mobil nömrəsini alıb ona zəng etdiyini, lakin Təqsirləndirilən şəxs telefona cavab vermədiyini, sonra arvadı Səminə Təqsirləndirilən şəxs ev nömrələrinə zəng etdiyini, lakin yenə də telefona cavab vermədiklərini, həmin vaxt Zərərçəkmiş şəxsın anası ilə mübahisə edərək evdən çıxaraq harasa getdiyini, yenidən Təqsirləndirilən şəxs zəng edərək ondan oğlu Zərərçəkmiş şəxslə nə əlaqəsinin olduğunu soruşduğunu, Təqsirləndirilən şəxs da ona Zərərçəkmiş şəxsin onun dostu olduğunu, ona öz həyatını yaşamağa imkan vermələrini dediyini, o, da Təqsirləndirilən şəxsın dediklərindən əsəbləşərək onu polislə hədələdiyini, çox əsəbi olduğunu, bundan sonra axşam saatlarına qədər Zərərçəkmiş şəxs gözləsə də oğlu Zərərçəkmiş şəxsın evə gəlmədiyini, o, da narahat olduğu üçün Təqsirləndirilən şəxsgilin evinə zəng edərək oğlunun onlarda olub olmamasını soruşduqda Təqsirləndirilən şəxsın anasının Zərərçəkmiş şəxsin Xök kəndində onların evində olduğunu və onu səhəri gün gətirəcəklərini dediyini, 14 mart N0N5-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs və arvadı ŞahidN Zərərçəkmiş şəxsi evlərinə gətirdiklərini, evin həyətinə daxil olduqdan sonra o, oğlundan gecə harada qaldığını soruşduqda Zərərçəkmiş şəxsin ona onun valideynlik etmədiyini, onunla maraqlanmadığını, evdən biryolluq qaçıb gedəcəyini deyərək evin həyətindən qaçaraq harasa getdiyini, həmin vaxt arvadı da Təqsirləndirilən şəxs və onun arvadına əsəbləşərək bununla bağlı polisə məlumat verəcəyini dediyini, onlar isə nəsə deyib getdiklərini, daha sonra yoldaşı ilə birlikdə Şahtaxtı kəndində olan növbətçi polislərin yanına gedib oğullarının evdən qaçdığını və geri qayıtmadığını dediklərini, növbəti gün 15 mart N0N5-ci il tarixdə arvadı ilə birlikdə yenə Kəngərli rayon Polis şöbəsinə gedib oğullarının evdən qaçdığını dediklərini, təxminən iki saat gözlədikdən sonra Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxsı polis şöbəsinə gətirdiklərini eşitdiklərini, sonraki araşdırmalarda onların bir birləri ilə müxtəlif vaxtlarda cinsi əlaqədə olmalarını öyrəndiklərini, oğlunun hələ 16 yaşına çatmadığını, Zərərçəkmiş şəxsin belə hərəkətlər etməsini heç ağıllarına da gətirmədiklərini, onu bu yola Təqsirləndirilən şəxsın sövq etdiyini, ondan şikayətçi olduqlarını, onu heç vaxt bağışlamayacaqlarını, o, da həyat yoldaşı Səminənin də ciddi pisxoloji sarsıntı keçirdiklərini, Təqsirləndirilən şəxsı qanunun yol verdiyi şəkildə ciddi cəzalandirılmasını xahiş etdiklərini göstərdi Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində özünə məxsus “Vaz N107” markalı avtomobili ilə taksi işlədiyi üçün Təqsirləndirilən şəxs da müştəri kimi ay ərzində gedəcəyi yerlərə apararaq haqq aldığını, N0N4-cü ilin avqust ayında Təqsirləndirilən şəxs ona telefonla zəng edərək onu Şahtaxtı kəndindən götürməyini dediyini, onun da avtomobili ilə Şahtaxtı kəndinə gedərək çöllük əraziyə gedən yolda Təqsirləndirilən şəxs və yanında da olan tanımadığı bir nəfər oğlanı götürdükdən sonra Təqsirləndirilən şəxs ona yanındakı oğlanın Şahtaxtı kəndində düşəcəyini dediyini, Şahtaxtı kəndinin girişində həmin oğlanı yerə saldığını, sonra Təqsirləndirilən şəxs Xök kəndindəki yaşadığı evinə apardığını, yolda gedən zaman Təqsirləndirilən şəxs yanındakı oğlanın kim olduğunu və Şahtaxtı kəndində nə işi olduğunu soruşduqda dostu olduğunu dediyini, təxminən bir neçə gün sonra Təqsirləndirilən şəxsın ona zəng edib şəhərə gedəcəyini dediyini, o, da Təqsirləndirilən şəxs yaşadığı evlərindən götürərkən Təqsirləndirilən şəxs ona Şahtaxtı kəndindən də bir nəfəri götürüb sonra şəhərə gedəcəklərini dediyini, o, da Şahtaxtı kəndinə gedərkən bir neçə gün əvvəl avtomobilə minən həmin oğlanı götürdüyünü, sonra Naxçıvan şəhərinə getdiklərini, maşında Təqsirləndirilən şəxs ona həmin oğlanın adının Zərərçəkmiş şəxsin olduğunu və yoldaşı Saranın xalası oğlu olduğunu dediyini, o, isə maraqlı olmadığı üçün başqa heç nə soruşmadığını, Naxçıvan şəhərinə çatarkən Zərərçəkmiş şəxsı “Cahan” ticarət mərkəzinin yanında düşürtdüyünü, Təqsirləndirilən şəxs isə xidmət etdiyi N nömrəli hərbi hissəyə apardığını, xatırladığı qədər 3-4 dəfə Təqsirləndirilən şəxs evlərindən, Zərərçəkmiş şəxsı isə Şahtaxtı kəndində götürüb bir yerdə şəhərə apardığını, N0N4-cü ilin dekabr ayında Təqsirləndirilən şəxs ona zəng edib Şahtaxtı kəndindəki çöllük ərazidən onu götürməyini dediyini, o, Şahtaxtı kəndindəki çöllüyə əraziyə gedərək Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs həmin ərazidən götürərək evlərinə apardığını, həmin vaxtlarda da Təqsirləndirilən şəxsdan Zərərçəkmiş şəxslə çöllük ərazidə nə işləri olduğunu soruşduqda onun heç nə demədiyini, həmin vaxtdan bir neçə gün sonra Təqsirləndirilən şəxs ona zəng edib harada olduğunu soruşduqda Naxçıvan şəhərində olduğunu dediyini, Təqsirləndirilən şəxsın onu hərbi hissədən götürərək “Cahan” ticarət mərkəzinin qarşısına aparmasını dediyini, onu götürüb deyilən yerə gedərkən orada Zərərçəkmiş şəxs adlı şəxsin də orada olduğunu gördüyünü, oradan Zərərçəkmiş şəxs da götürüb onları “Avtovağzal” otelinin qarşısına apararaq özünün də Xök kəndinə qayıtdığını, N0N5-ci ilin mart ayında Təqsirləndirilən şəxs yenə ona zəng edib evlərinin qarşısına gəlməyini dediyini, evlərinin qarşısında onu gözləyərkən Təqsirləndirilən şəxsın yoldaşı Sara və əvvəldən tanıdığı Zərərçəkmiş şəxs adlı həmin şəxsin avtomobilə əyləşərək Şahtaxtı kəndinə, Zərərçəkmiş şəxsin yaşadığı evə getdiklərini, orada Təqsirləndirilən şəxsın onu gözləməsini dediyini, onun da, təxminən yarım saat gözlədikdən sonra Zərərçəkmiş şəxsin yaşadığı evin həyətindən bərk səs-küy gəldiyini eşitdiyini, daha sonra o, onları Xök kəndinə apararkən Təqsirləndirilən şəxsdan nə üçün mübahisə etdiklərini soruşmadığını, təxminən bir-iki həftə sonra kənd camaatından Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxslə cinsi əlaqədə olduğunu öyrəndiyini, bu işlərlə yaxından uzaqdan heç bir əlaqəsinin olmadığını, yalnız ailəsini dolandırmaq üçün taksovatlıq etdiyini, Təqsirləndirilən şəxsı da hara getməsini, niyə getməsini soruşmadan bu səbəbdən pul müqabilində onu istədiyi yerlərə apardığını göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş ŞahidN ifadəsində 13 mart N0N5-ci il tarixdə saat NN radələrində həyat yoldaşı Təqsirləndirilən şəxs evə gəldiyi vaxt yanında bir oğlan uşağının da olduğunu gördüyünü, o, Təqsirləndirilən şəxsdan yanındakı oğlanın kim olduğunu soruşduqda Təqsirləndirilən şəxsın ona dostu olduğunu və adının Zərərçəkmiş şəxs olduğunu, Zərərçəkmiş şəxsın ailəsi ilə dava etdiyi üçün ailəsinin evə qoymadığını və bu səbəbdən də evlərinə qonaq gətirdiyini dediyini, o, Zərərçəkmiş şəxsdən onların ev telefonlarının nömrəsini alıb evlərinə zəng edərək onlara Zərərçəkmiş şəxsin onların evdə olduğunu, sabah gətirəcəklərini dediyini, növbəti gün 14 mart N0N5-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs işdən evə gələrək və taksi çağırıb onunla birlikdə Zərərçəkmiş şəxs Şahtaxtı kəndindəki onun yaşadığı evlərinə apardıqlarını, evin həyətinə daxil olduqdan sonra Zərərçəkmiş şəxs atası onu evdən çölə qovaraq oğlunu və onların ailəsini istəmədiyini deyib əsəbləşdiyini, Zərərçəkmiş şəxsin da evin həyətindən qaçaraq harasa getdiyini, daha sonra Zərərçəkmiş şəxs anası ona yaxınlaşıb Zərərçəkmiş şəxs hansı səbəbdən onların evlərində gecə qaldığını soruşub sözlü mübahisə etməyə başladığını, o, da ona uşağına sahib çıxmasını deyib evin həyətindən çıxaraq gəldikləri avtomobilə əyləşib Xök kəndinə doğru getdiklərini, Şahtaxtı kəndinin çıxışında Zərərçəkmiş şəxsı da görüb onu da götürərək evlərinə gətirdiklərini, yenə də həmin gün Zərərçəkmiş şəxs onlarda qaldığını, 15 mart N0N5-ci il tarixdə Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxslə polisə çağırıldığını və Zərərçəkmiş şəxs ailəsinin polisə şikayət etdiyini dediyini, həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs evə gəldikdə ondan nə baş verdiyini soruşduqda Təqsirləndirilən şəxsın ona Zərərçəkmiş şəxslə yaxın münasibətdə olduğunu dediyini, növbəti gün Təqsirləndirilən şəxs ona “İphone 14 pro max” markalı telefon verib Zərərçəkmiş şəxs məxsus olduğunu dedikdə o, da həmin telefonu götürüb Kəngərli rayon Polis şöbəsinə apararaq polisə təhvil verdiyini, bir azyaşlı övladlarının olduğunu, ailənin yeganə qazancgətirəni Təqsirləndirilən şəxsın olduğunu nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdini göstərdi. Məhkəmə-tibbi ekspertin 04 aprel N0N5-ci il tarixli 1N8 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onda “boyun nahiyəsinin sağ və sol yarısının qançırları” xəsarəti aşkar edilmişdir. Qeyd edilən xəsarətlərin bərk küt əşyanın təsirindən, eləcə də sorulma nəticəsində əmələ gəlmələrinin mümkün olduğu, məhkəmətibbi müayinədən N-4 gün əvvələ uyğun gəldiyi və sağlamlığa zərər vurmayan, dərəcəsi təyin olunmayan xəsarətlər olduğu göstərilmişdir. Həmçinin Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinin müayinəsində qeyri-təbii yolla cinsi əlaqədə olmaya xarakterik əlamətlərin – düz bağırsağın ampulyar hissəsinin genişlənməsi, arxa keçəcək sfinktorunun tonusunun azalması, çapıq toxumasının olması, şüavari büküşlərin hamarlaşması və kobudlaşması, yəni qeyri-təbii yolla cinsi əlaqədə olması, müddətinin N-3 həftə və daha əvvələ uyğun gəldiyi, yəni köhnə olduğu, qeyd olunan xəsarətlərin bərk cismin, eləcə də gərginləşmiş kişi cinsiyyət üzvünün arxa keçəcək dəliyinə yeridilməsi nəticəsində əmələ gəlməsinin mümkün olduğu, eləcə də çox saylı, yəni dəfələrlə qeyri-təbii yolla cinsi əlaqədə olmağa xarakterik olduğu göstərilmişdir. Məhkəmə-tibbi ekspertin 04 aprel N0N5-ci il tarixli 1N9 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onda “boyun nahiyəsinin sağ yarısının qançırı” xəsarəti aşkar edilmişdir. Qeyd edilən xəsarətlərin bərk küt əşyanın təsirindən, eləcə də sorulma nəticəsində əmələ gəlmələrinin mümkün olduğu, məhkəmətibbi müayinədən N-4 gün əvvələ uyğun gəldiyi və sağlamlığa zərər vurmayan, dərəcəsi təyin olunmayan xəsarətlər olduğu göstərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs arxa keçəcək dəliyinin müayinəsində qeyri-təbii yolla cinsi əlaqədə olmaya xarakterik əlamətlərin – düz bağırsağın ampulyar hissəsinin genişlənməsi, arxa keçəcək sfinktorunun tonusunun azalması, çapıq toxumasının olması, şüavari büküşlərin hamarlaşması və kobudlaşması, yəni qeyri-təbii yolla cinsi əlaqədə olması, müddətinin N-3 həftə və daha əvvələ uyğun gəldiyi, yəni köhnə olduğu, qeyd olunan xəsarətlərin bərk cismin, eləcə də gərginləşmiş kişi cinsiyyət üzvünün arxa keçəcək dəliyinə yeridilməsi nəticəsində əmələ gəlməsinin mümkün olduğu, eləcə də çox saylı, yəni dəfələrlə qeyri-təbii yolla cinsi əlaqədə olmağa xarakterik olduğu göstərilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs hər hansı yoluxucu və dermatoloji xəstəliklərinin olubolmamasının müəyyən edilməsi məqsədi ilə N3 aprel N0N5-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər mərkəzində zəruri müayinələrdən keçirilmiş, alınmış N3 aprel N0N5-ci il tarixli məktubda Təqsirləndirilən şəxs hər hansı dermatoloji və yoluxucu xəstəliklərin aşkar olunmadığı göstərilmişdir. Məhkəmə-ambulator psixiatrik ekspertizasının N6 may N0N5-ci il tarixli N46 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs “Homoseksualizm” psixi xəstəliyinə tutulmuş, Təqsirləndirilən şəxs həmin xəstəlik Zərərçəkmiş şəxslə cinsi əlaqədə olarkən və ona qarşı seksual xarakterli hərəkətlər edərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək imkanından məhrum etməmiş, Təqsirləndirilən şəxs həmin xəstəliyə orqanizmin ümumi xəstəliyi nəticəsində tutulmuş, Təqsirləndirilən şəxs homoseksualizm əlamətləri müşahidə olunur. Naxçıvan MR Səhiyyə Nazirliyi Yaqub Budaqov adına XN sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi qeydiyyatda dayanmadığı göstərilmişdir. X1 Sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmaması ilə bağlı sorğu verilmiş, həmin sorğu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sistemində yoxlanılmış və Təqsirləndirilən şəxs məhkumluğunun olmadığı müəyyən edilmişdir. İstintaq zamanı məhkəmə komputer-texniki ekspertizasının N9 aprel N0N5-ci il tarixli 419 nömrəli ekspert rəyinə əlavə edilmiş CD diskə N1 may N0N5-ci il tarixdə tərəfimdən baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsi ilə N8 fevral N0N5-ci il tarixdən 11 mart N0N5-ci il tarixədək Zərərçəkmiş şəxs aid ***-***-**-** mobil nömrəsi ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsindən danışdıqları müəyyən olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli 3 nömrəli əmrindən çıxarışda Təqsirləndirilən şəxs hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilib hərbi hissənin Nci reaktiv artilleriya divizionunun N-ci reaktiv artilleriya batareyasının saxlama və daşıma taqımının 3-cü nəqliyyat doldurucu maşınının baş sürücü-mexaniki vəzifəsinə təyin edildiyi göstərilmişdir. N nömrəli hərbi hissə komandirinin N dekabr N0N4-cü il tarixli 3N7 nömrəli əmrindən çıxarışda Təqsirləndirilən şəxs hərbi hissənin N-ci reaktiv artilleriya divizionunun N-ci reaktiv artilleriya batareyasının saxlama və daşıma taqımının 3-cü nəqliyyat doldurucu maşınının baş sürücü-mexaniki vəzifəsindən hərbi hissənin N-ci reaktiv artilleriya divizionunun 1-ci reaktiv artilleriya batareyasının saxlama və daşıma taqımının 3-cü nəqliyyat doldurucu maşınının baş sürücü-mexaniki vəzifəsinə təyin edildiyi göstərilmişdir. N nömrəli hərbi hissə komandirinin N aprel N0N5-ci il tarixli 101 nömrəli əmrindən çıxarışda Təqsirləndirilən şəxs xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığından hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı göstərilmişdir. N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə komandanlıq tərəfindən mənfi xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 15N.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 15N.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini, törətdiyi əməldən son dərəcə peşman olmasını, himayəsində bir azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını cəzasını yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar cinayət əməlini təkrar törətməsidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin N1 iyun N011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçilərinin vasitəsi ilə suallar vermişlər, habelə onlara qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.N, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və Azərbaycan Respublikası CM-nin 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə hökm çıxararkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alır və məhkəmə belə hesab edir ki, yuxarıda göstərilənlər habelə əməlin 16 yaşına çatmayan şəxsə qarşı cinayət əməli törətməsi, yəni cinsi əlaqədə olaraq seksual xarakterli hərəkətlər etməsi, hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterize olunması və zərərçəkmiş şəxsin 16 yaşına çatmayan şəxs olmasını nəzərə alaraq ona ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 15N.1-ci madəsinin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd etməyi lazım bilir ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.N-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 1N avqust N0N5-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində N aprel N0N5-ci il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəsini alanadək barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş N0 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına NN0 (iki yüz iyirmi) manat miqdarında pul köçürülməlidir Cinayət işi üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin maddi sübutlar üçün nəzərdə tutulmuş otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd “İphone 14 Pro max” markalı mobil telefon hökm qanunu qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. Cinayət işi üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin maddi sübutlar üçün nəzərdə tutulmuş otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Redmi 1N” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Cinayət işi üzrə 160 (yüz altmış) manat məhkəmə kompüter-texniki ekspertizası üzrə məhkəmə xərci hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ88NABZ ******************** saylı müxbir hesabına ödənilməlidir. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə olunması tələb edilən əmlak yoxdur. Cinayət işi üzrə ekspert rəylərinə əlavə olunmuş 5(beş) ədəd CD disk və ittiham aktının elektron variantının olduğu 1(bir) ədəd CD diski cinayət işinin materiallarına əlavə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15N.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 1N avqust N0N5-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəsini alanadək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cinayət işi üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin maddi sübutlar üçün nəzərdə tutulmuş otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd “İphone 14 Pro max” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılsın. Cinayət işi üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin maddi sübutlar üçün nəzərdə tutulmuş otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Redmi 1N” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. Cinayət işi üzrə 160 (yüz altmış) manat məhkəmə kompüter-texniki ekspertizası üzrə məhkəmə xərci hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ88NABZ ******************** saylı müxbir hesabına ödənilsin. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş N0 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına NN0 (iki yüz iyirmi) manat miqdarında pul köçürülsün. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə olunması tələb edilən əmlak yoxdur. Cinayət işi üzrə ekspert rəylərinə əlavə olunmuş 5(beş) ədəd CD disk və ittiham aktının elektron variantının olduğu 1(bir) ədəd CD diski cinayət işinin materiallarına əlavə edilsin. Hökmdən N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar