Məhkəmə qərarları › İş №1-1(092)-45/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №1-1(092)-45/2024

13.06.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1-1(092)-45/2024 13.06.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs X6 iştirakları ilə xx xxxxxx 1989-cu ildə Babək rayon Tumbul kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmayan, evli, 2 azyaşlı uşaq atası, orta təhsilli, Babək rayonu, Tumbul kəndində daimi qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, 10 may 2024-cü il tarixdən barəsində başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Naxçıvan” X5 MAHHXHQ-su baş çavuş hərbi rütbəsində, sürücü vəzifəsində xidmət edən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Naxçıvan” X2 Naxçıvan şəhərində yerləşən mühəndis-istehkam bölüyünün mühəndis-yol taqımının 1-ci yol maşınları manqasının sürücüsü vəzifəsində, baş çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 15 mart 2024-cü il tarixdə saat 14:04-də müvafiq sürücülük vəsiqəsi olmaqla idarə etdiyi, “Naxçıvan” X7 komandirinin 01 yanvar 2024-cü il tarixli, 5 nömrəli əmri ilə ona təhkim edilmiş və texniki cəhətdən saz vəziyyətdə olan “MAZ” markalı N 076 SQ hərbi nömrə nişanlı avtomobil ilə Ordubad rayonunun Dəstə kəndi ərazisində yerləşən 22-ci sərhəd zastavasının ərazisindəki sərhəd dirəklərinə texniki qulluq göstərib Araz çayının kənarında yerləşən torpaq yol ilə təxminən 15-20 km saat sürətlə hərəkət edib 22-ci sərhəd zastavasına qayıdan zaman sərhəd zastavasının 1 kilometrliyində, yəni 15-ci sahədə “X9” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin “yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar” kimi tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub torpaq yolun kifayət qədər enli və düz olmasına baxmayaraq avtomobilin hərəkət istiqaməti üzrə yolun sol tərəfində yerləşən, daşdan hörülmüş hasara toxunmaması üçün sükanı sağa döndərib hərəkət zolağından çıxaraq yolun sağ kənarında olan yumşaq torpaq kütləsinin üzərinə çıxması səbəbindən idarəetməni itirdiyi üçün avtomobilin ön təkərləri istiqamətini sağ tərəfə dəyişmiş, həmin vaxt o, avtomobili sola, yəni yola tərəf çevirmək istəsə də artıq gecikdiyi üçün avtomobil 21 metr hündürlükdən sağ tərəfdə yerləşən Araz çayına aşmış və törətdiyi qəza ilə ehtiyatsızlıqdan avtomobilin arxa yük yerində əyləşmiş “Naxçıvan” X2 mühəndis-istehkam bölüyünün mühəndis taqımının 1-ci manqasının istehkamçısı, əsgər Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvumaya aid “alın nahiyyəsinin sağ yarısında və çənəaltı nahiyyədə yaralar, sağ mil sümüyünün distal diafizinin aşağı 1/3-nin sınığı”xəsarətlərini almasına səbəb olmuşdur Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs izahatında artıq tamami ilə sağaldığını, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını, həmçinin ona dəymiş maddi ziyanın və xəstəxana xərclərinin təsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən tamami ilə ödənildiyini bildirərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs da izahatında həmin əmələ görə özünü təqsirli saydığını, Zərərçəkmiş şəxs müalicə xərclərini qarşıladığını, ona dəymiş ziyanı tamami ilə ödədiyini, Zərərçəkmiş şəxs məhkəmədə barışıq ərizəsi verdiyini, hərbi hissənin ona qarşı mülki iddiasının olmadığını, törətdiyi əməldən peşiman olduğunu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilməsini məhkəmədən xahiş etdiyini göstərdi. Məhkəmə hazırlığı iclasında dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnikleytenantı Dövlət ittihamçısı çıxışında göstərdi ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyətindən azad edilir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs izahatında Zərərçəkmiş şəxs müalicə xərclərini qarşıladığını, ona dəymiş ziyanı tamami ilə ödədiyini, onunla barışdığını, Zərərçəkmiş şəxs də bu barədə barışıq ərizəsini məhkəməyə təqdim etmişdir, hərbi hissənin ona qarşı mülki iddiası yoxdur. Cinayət işi üzrə 19 mart 2024-cü ildə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, 28 mart 2024-cü il tarixli, 558 №-li ekspert rəyində əsgər Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı bədən səthi üzərindəki xəsarətlərin-alın nahiyyəsinin sağ yarısında və çənəaltı nahiyyədə yaraların, sağ mil sümüyünün distal diafizinin aşağı 1/3-nin sınığının küt əşyanın təsirindən törəndiyi, eləcədə yol-nəqliyyat hadisəsi nəticəsində yarana biləcəyi, xəsarətlərin yaranma müddətinin qərarda göstərilən tarixə uyğun gəldiyi və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətinə aid olduğu göstərilmişdir. Cinayət işi üzrə 29 mart 2024-cü ildə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş, 15 aprel 2024-cü il tarixli, 345 №-li ekspert rəyində MAZ 631708 markalı, N 076 SQ hərbi qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X9” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olduğu, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olduğu, həmin maddənin tələblərinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduqları göstərilmişdir. X3 müavini-“Naxçıvan” X2 komandiri polkovnik Bəhmən Babayev tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-38\3-2-1457\24 saylı məktubunda cinayət hadisəsi nəticəsində hərbi hissəyə məxsus MAZ” markalı, N 076 SQ hərbi nömrə nişanlı avtomobilə dəymiş maddi ziyan tamamilə ödənildiyindən, hərbi hissənin Təqsirləndirilən şəxs qarşı hər hansı mülki iddiasının olmadığı göstərilmişdir. Təqsirləndirilən şəxs məxsus BC 954220 nömrəli sürücülük vəsiqəsinə əsasən hadisə baş verərkən onun sürücülük hüququ və “MAZ” markalı, N 076 SQ hərbi nömrə nişanlı avtomobili idarə etməyə hüququ olmuşdur. Təqsirləndirilən şəxs “MAZ” markalı, N 076 SQ hərbi nömrə nişanlı avtomobili həmin marşrut üzrə idarə etməsi üçün 13 mart 2024-cü il tarixli, 4268 nömrəli yol vərəqəsi verilmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin dispoziiiyasında göstərilir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyat vasitələrini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismar qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmasına səbəb olma həmin Məcəllənin Qeyd hissəsinin 2-ci yarımbəndində göstərilir ki, 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərşəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamiilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə məhkəmə yuxarıda göstərilən qanunvericiliyin müddəalarına əsasən belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamami ilə ödəməsini, zərərçəkmiş şəxsin ondan hər hansı bir şikayət və tələbinin olmamasını, hərbi hissənin ona qarşı mülki iddiası olmamasını nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndi və CPM-nin 40.3-cü maddəsinin tələblərinə əsasən o, Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və barəsində başlanmış cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən isə 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü, maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə hazırlığı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Naxçıvan” X4 saxlanılan “MAZ” markalı, N 076 SQ hərbi nömrə nişanlı avtomobil qərar qanuni qüvvəsin aldıqdan sonra “Naxçıvan” X2 istifadəsinə verilməlidir. Cinayət işi üzrə ekspertiza xərci olan 80(səksən) manat qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Cinayət işinin materiallarıənda saxlanılan Təqsirləndirilən şəxs məxsus BC 954220 saylı sürücülük vəsiqəsi qərar qanuni qüvvəsin aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndini , Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 305, 344-347, 356 və 381-385-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Naxçıvan” X4 saxlanılan “MAZ” markalı, N 076 SQ hərbi nömrə nişanlı avtomobil qərar qanuni qüvvəsin aldıqdan sonra “Naxçıvan” X2 istifadəsinə verilsin. Cinayət işi üzrə ekspertiza xərci olan 80 (səksən) manat qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Cinayət işinin materiallarıənda saxlanılan Təqsirləndirilən şəxs məxsus BC 954220 saylı sürücülük vəsiqəsi qərar qanuni qüvvəsin aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. Qərardan apellyasiya şikayəti və ya protest Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər. Sədrlik edən Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar