Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-46/2023 18.12.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan MR Vəkillər Kollegiyasının üzvü, Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Naxçıvan MR Hərbi Məhkəməsinin inzibati binasında xx xxxx 2005-ci il tarixdə Şərur rayonunun Aralıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tam orta təhsilli, əvvəllər məhkum olunmamış, Şərur rayonunun Yuxarı Aralıq kəndində daimi qeydiyyatda olmaqla, Heydər Əliyev adına Hərbi İnstitutun 2-ci kursunun kursantı, kursantlar üçün nəzərdə tutulmuş yataqxanada yaşayan, 31 avqust 2023-cü il tarixdə barəsində başqa yerə getməmək növündə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə baxışı iclasında baxaraq M Ü ƏYYƏN E T D İ Təqsirləndirilən şəxs Heydər Əliyev adına Hərbi İnstitutun 2-ci kursant taborunun 8ci kursant bölüyünün (1-ci kurs) kursantı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 2023-cü ilin fevral ayının əvvəllərində məzuniyyətə buraxıldığı üçün yaşadığı Şərur rayonunun Yuxarı Aralıq kəndinə getmiş, qabaqcadan tanış olduğu, xx xxxxxx 2007ci il tarixdə Siyaqut kəndində anadan olmuş, həmin kəntdə daimi qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs ilə aralarında yaxın münasibət yarandığı üçün bir neçə gün sonra, yəni 08 fevral 2023-cü il tarixdə saat 15 radələrində o, Zərərçəkmiş şəxs ilə görüşüb Siyaqut kəndində yerləşən, lakin içərisində yaşayışın olmadığı vətəndaş X6 məxsus evin həyətyanı sahəsində olan köməkçi tikiliyə gedərək orada öz cinsi ehtirasını təmin etmək məqsədilə Zərərçəkmiş şəxs razılığı əsasında əvvəlcə sonuncunun dodaq və boyun nahiyəsindən öpüb, daha sonra onunla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuş və bununla da o, on dörd yaşı tamam olmuş, lakin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olaraq, ona qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Heydər Əliyev adına Hərbi İnstitutun 1-ci kursunu bitirdikdən sonra məzuniyyətə buraxıldığı üçün 15 avqust 2023-cü il tarixdə valideynlərinin yaşadığı Şərur rayonunun Yuxarı Aralıq kəndinə gedərək, bir neçə gün sonra, yəni 2023-cü ilin avqust ayının ortalarında saat 14 radələrində Zərərçəkmiş şəxs ilə rayonun Siyaqut kəndi ərazisində yerləşən, vətəndaş X2 məxsus yaşayış evinin yaxınlığında görüşüb öz cinsi ehtirasını təmin etmək məqsədilə Zərərçəkmiş şəxs razılığı ilə sonuncunun sinə və dodaq nahiyələrindən öpməklə on dörd yaşı tamam olmuş, lakin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayının ortalarında saat 12 radələrində Zərərçəkmiş şəxs ilə görüşüb onunla birlikdə idarə etdiyi, atası Şahid3 məxsus “OKA” markalı **-BG-*** dövlət qeydiyyatlı avtomobillə Şərur rayonunun Siyaqut kəndi yaxınlığından keçən Arpaçay yatağında yerləşən, X3 məxsus “Daş istehsalatı Sexi”nin yanına gedərək orada avtomobili saxlayıb avtomobilin arxa oturacağına keçərək öz cinsi ehtirasını təmin etmək məqsədilə əvvəlcə Zərərçəkmiş şəxs razılığı ilə onun sinə və dodaq nahiyələrindən öpmüş və daha sonra onunla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmaqla on dörd yaşı tamam olmuş, lakin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olaraq, ona qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs 27 avqust 2023-cü il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs ilə görüşüb onunla birlikdə idarə etdiyi, atası Şahid3 məxsus “OKA” markalı **-BG-*** dövlət qeydiyyatlı avtomobillə Şərur rayonunun Siyaqut kəndi ərazisində yerləşən “X12”nun yaxınlığındakı çöllük əraziyə gedərək orada avtomobili saxlayıb, avtomobilin arxa oturacağına keçərək öz cinsi ehtirasını təmin etmək məqsədilə Zərərçəkmiş şəxs razılığı ilə sonuncunun sinə və dodaq nahiyələrindən öpüb, daha sonra onunla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmaqla on dörd yaşı tamam olmuş, lakin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olaraq, ona qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi alınmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində Bakı şəhərində Heydər Əliyev adına Hərbi İnstitutun 2-ci kursunda oxuduğunu, hadisəni isə həmin inistitutun 1-ci kursunda oxuyarkən törətdiyini, təqribən 2022-ci ilin iyul ayında inistitutdan kəndlərinə, Şərur rayonu, Yuxarı Aralıq kəndinə gəldiyini, kəntdə olarkən dostlarından qonşu Siyaqut kəndində toy mərasimi olduğunu eşitdiyini, onun da maraqlı olduğu üçün həmin toya baxmaq üçün Siyaqut kəndinə getdiyini, toy çadır toyu olduğunu, toya baxarkən diqqətinin gəlinin yanında duran bir qıza cəlb olunduğunu, həmin qızdan xoşunun gəldiyindən onunla maraqlandığını, orada olan dostu və həmin qızın sinif yoldaşı Həsənalı Səfərovdan həmin qızın kim olduğunu soruşduğunu, onun da həmin qızın Zərərçəkmiş şəxs olduğunu ona dediyini, Həsənalı Səfərovdan həmin qızla onu tanış etməyi xahiş etsə də Həsənalının bundan imtina etdiyini, sonralar bir neçə dəfə həmin kəndə gedib Tamamla görüşmək istədiyini, lakin nə qədər maraqlansa da onu tapa bilmədiyini, 2022-ci il avqust ayının ortalarında məzuniyyət vaxtı bitdiyindən Bakı şəhərinə qayıdıb təhsilini davam etdirdiyini, 2023-cü ilin yanvar ayının sonlarında Tamamın sinif yoldaşı Həsənalının vasitəçiliyi ilə özünə məxsus “İnstagram” sosial şəbəkəsindən Zərərçəkmiş şəxs ilə yazışaraq onunla yaxından tanış olduqlarını, həmin vaxt Tamamın 16 yaşına çatmadığını, təqribən 15 yaşı olduğunu bildiyini, 2023-cü ilin fevral ayının 2-dən 12-dək 10 günlüyünə məzuniyyətə buraxıldığından valideyinlərini görmək üçün yaşadığı kəntlərinə gəldiyini, kəntdə olarkən artıq sosial şəbəkədə yaxından tanıdığı və tanış olduğu qonşu Siyaqut kəndində yaşayan Tamamı görmək üçün 06 fevral 2023-cü il tarixdə onun oxuduğu məktəbin yanına gedərək əvvəlcədən razılaşdıqları kimi orada onunla görüşüb bir az söhbət etdiklərini, artıq onu sevdiyini hiss etdiyini və bu barədə orada ona da dediyini, qarşılıqlı Tamamın da onu sevdiyini ona dediyini, həmin gün onunla məktəbin yanında, yolda onunla bir az söhbət edib kəndlərinə qayıtdığını, iki gün sonra 08 fevral 2023-cü il tarixdə, saat 15 radələrində yenidən Tamamla görüşmək üçün onun təhsil aldığı məktəbin yanına gedərək orada onunla görüşüb hər ikisinin kimsənin olmadığı bir yerə gedib söhbət etmək, bir az sevişmək barədə razılaşdıqlarını, buna görə də Tamamla birlikdə onun yaşadığı evin yaxınlığında olan, kimsənin yaşamadığı X6 məxsus olduğunu bildikləri həyətyanı sahədə olan köhnə yarı tikilinin içərisinə keçərək Tamamla bir az sevgi münasibətində olub öpüşdüklərini, həmin vaxt ehtiraslı olduğundan onunla cinsi əlaqədə olmaq istədiyini ona dediyini, Tamamın da onunla razılaşdığını, Tamamın razılığı ilə və könüllü onunla cinsi əlaqədə olduğunu, sonra Zərərçəkmiş şəxs dediyinə görə onun bakirəliyinin pozulduğunu bildiyini, həmin vaxt onu evlərinə qoyub kəndlərinə qayıtdığını, kəntdə olarkən anasına Tamamı sevdiyini dediyini, valideyinlərinin də 2023-cü ilin fevral ayının sonlarında Tamamgilin evlərinə gedərək el qaydası ilə onun sözünü aldıqlarını, 2023-cü ilin avqust ayında məzuniyyətə buraxıldığı üçün kəndlərinə gəldiyini, məzuniyyətə gələndən sonra razılaşdıqları kimi, Tamamla yenidən görüşməyə başladıqlarını, 2023-cü ilin avqust ayının ortalarında yadında qalmayan tarixdə günorta saatlarında onların kəndinə gedərək Zərərçəkmiş şəxs ilə sevişib öpüşdüklərini, həmin vaxtdan bir neçə gün sonra Tamamın ona mesaj yazaraq valideyinlərinin alver üçün Türkiyə Respublikasına getdikləri barədə mesaj yazaraq özlərinə məxsus çöl sahəsinə, gedəcəyini dediyindən və onu görmək və sevişmək ehtirası olduğundan, atasına məxsus “OKA” markalı, **-BG-*** seriyalı avtomobillə Tamamın dediyi çöl sahəsinə gedərək oradan onu da götürüb onunla kəntdən bir az aralı çöllük sahəyə, çay yatağının yanında olan, “Əlövsətin pirket sexi” dedikləri yerin yanına getdiklərini, maşını dəmir çənin yanında saxlayıb arxa oturacaqda oturmuş Tamamın yanına keçib onunla bir az sevgi münasibətində olub öpüşdüyünü, daha sonra yenə onunla onun razılığı ilə qeyri-təbii və təbii yolla cinsi əlaqədə olduğunu, sonra onu oradan evlərinə apardığını, 27 avqust 2023-cü il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs ilə yenidən onun razılığı ilə atasına məxsus “OKA” markalı, avtomobillə Tamamın dediyi çöllük əraziyə gedərək orada onu da maşına mindirib “çınqıl zavodu” adlanan yerin yaxınlığına getdiklərini, həmin ərazidə maşını saxlayıb arxa oturacaqda oturmuş Zərərçəkmiş şəxs yanına keçərək arxa oturacaqda oturub bir az onunla sevişdikdən sonra onunla öpüşərək onun razılığı ilə qeyri-təbii və təbii yolla onunla cinsi əlaqədə olduğunu, cinsi əlaqədə olub bitirdikdən sonra anidən maşının yanında kiminsə qışqıra-qışqıra maşını ağacla döydüyünü görüb maşından yerə düşdükdə Zərərçəkmiş şəxs əmisi Şahid1 olduğunu gördüklərini, onun şalvarını yarı geymiş halda yerə düşdüyünü, yerdə Şahid1la arasında mübahisəsi yarandığını, bir az onunla mübahisə edərək tez maşınına minib oradan aralaşdığını, Tamamın da evlərinə getdiyini, sonradan bildiyinə görə Şahid1 polis əməkdaşlarına bu barədə şikayət etdiyini, bu barədə Şərur rayon polis şöbəsində araşdırma aparıldığını, törətdiyi əməli onun razılığı ilə etdiyini, artıq ailəsi tərəfindən el qaydası ilə onunla nişanlandıqlarını, Tamamı sevdiyini, azyaşlı olduğundan onunla ailə həyatı qura bilmədiyini, hər iki ailənin sıx yaxın münasibətdə olmasını, gələcəkdə onunla ailə quracaqlarını, Zərərçəkmiş şəxs ailə üzvlərinin ondan hər hansı şikayət və tələblərinin olmamasını, törətdiyi əməldən son dərəcə peşiman olmasını, gəncliyini, Bakı şəhərində Heydər Əliyev adına Hərbi İnstitutun 2-ci kursunda oxuduğunu, gələcəyin zabiti olma arzusunu nəzərə alıb məhkəmədən ona yüngül cəza verməsini xahiş etdiyini göstərdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində xx xxxxxx 2007-ci il tarixdə Şərur rayonu, Siyaqut kəndində anadan olduğunu, 2022-ci ilin yay aylarında həmkəndlisi və yaxın rəfiqəsi Duyğunun toy mərasimində iştirak edərkən toy mərasimində sonradan adının Təqsirləndirilən şəxs olmasını öyrəndiyi oğlanın ona baxmasını gördüyünü, toydan bir neçə gün sonra sinif yoldaşı Həsənalınin ona üzərində sosial şəbəkə proqramına məxsus profil adı yazılmış kağız parçası verib “Duyğunun toyunda sənə baxan oğlanın səndən xoşu gəlir və həmin oğlan səninlə maraqlanır ona cavab yazarsan” desə də onun üçün maraqsız olduğundan həmin profilə heç nə yazmadığını, bir neçə gün sonra adının Murad olduğunu bildiyi həmin şəxsin qırmızı maşınla evlərinin yanında dolanmasını gördüyünü, təqribən 2022-ci ilin sentyabr ayının ortalarında Muradın ondan xoşunun gəlməsini öyrənsə də 2023-cü ilin fevral ayından onunla sosial şəbəkə vasitəsi ilə yaxından tanış olduğunu, 2023-cü ilin fevral ayının əvvəllərində Təqsirləndirilən şəxs oxuduğu institutdan öz kəndlərinə, bir neçə gün sonra isə onu görmək üçün Siyaqut kəndinə gəldiyini, əvvəlcədən razılaşdıqları kimi həmin gün oxuduğu məktəbdən çıxdıqdan sonra, saat 15 radələrində Təqsirləndirilən şəxslə görüşüb bir az söhbət etdiklərini, səhəri gün yenə məktəbdən çıxdıqdan sonra təkrar onunla görüşdüyünü, növbəti gün yenə onunla görüşmək qərarına gələrək Muradla təklikdə söhbət etmək üçün onların evinə qonşu olan X6 məxsus və yaşayış olmayan evin həyətində olan köməkçi tikiliyə gedib orada xeyli söhbət etdikdən sonra Təqsirləndirilən şəxslə öpüşdüyünü, sonra onun razılığı ilə Muradla həm qeyri-təbii, həm də təbii yolla cinsi əlaqədə olduğunu, həmin vaxt bakirəliyinin pozulduğunu, bu barədə Murada da dediyini, valideyinlərinin isə bundan xəbərinin olmadığını, özünün də onlara heç nə demədiyini, onunla demək olar ki, hər gün yazışdıqlarını, Muradın 2023-cü ilin avqust ayının ortalarında evlərinə, məzuniyyətə gəldikdən bir neçə gün sonra onunla həmkəndliləri, Sara adlı şəxsin evinin yanında olan küçədə görüşərək öpüşdüklərini və sevivişdiklərini lakin cinsi əlaqədə olmadıqlarını, bir neçə gün sonra valideynlərinin Türkiyə Respublikasına, alverə getdiklərini, valideyinləri gedən gün saat təqribən 12 radələrində Muradla danışan zaman ona çöl otlaq ərazilərinə gedəcəyini əgər istəyirsə orada görüşə biləcəklərini dediyini, Təqsirləndirilən şəxs onu gözləməsini, gəlib özünün aparacağını desə də onu gözləməyib evdən çıxıb gedən zaman Təqsirləndirilən şəxs çöllük ərazidə maşınla onu gözləməsini gördüyünü, onun maşınına minib onunla onlara məxsus çöl əraziyə getdiklərini, Təqsirləndirilən şəxs maşını “Əlövsətin pirket sexi” adlanan yerin yanındakı böyük çənin arxa tərəfində saxlayaraq maşının arxa oturacağına, onun yanına keçərək, onunla bir qədər söhbət etdikdən sonra Təqsirləndirilən şəxslə öpüşdüyünü və öz razılığı ilə Muradla qeyri-təbii və təbii yolla cinsi əlaqədə olduğunu, təqribən 27 avqust 2023-cü il tarixdə valideyinlərinin əsgərlikdə olan qardaşını görmək üçün hərbi hissəyə getdiklərini, anası Qanuni nümayəndə da gedərkən bir az gec gələcəklərini, ona çöl ərazidə olan heyvanların otlaq yerini dəyişməyi tapşırdığından bu barədə Muradı məlumatlandırıb həmin gün saat 13 radələrində heyvanların otlaq yerini dəyişməyə getdiyini, heyvanların otlaq yerini dəyişəndən sonra evə qayıdarkən Təqsirləndirilən şəxs maşınla çöllük əraziyə gəlməsini görüb onun maşınına mindiyini, Muradın maşını “çınqıl zavodu” dedikləri yerin yaxınlığına sürüb orada saxlayaraq maşının arxa oturacağına, onun yanına keçib onunla öpüşdükdən sonra onunla qeyri-təbii və təbii yolla cinsi əlaqədə olduğunu, bu arada bayırda bərk səs gəldiyini, maşından eşiyə baxdıqda əmisi Şahid1 maşının yanında gördüyünü, həmin vaxt özünün paltarlı olsa da Muradın tam geyinmədiyini, əmisi Şahid1 əsəbi halda əlində olan ağac parçası ilə maşının üstündən vurub onlara aşağı düşmələrini dediyini, Muradın maşından aşağı düşdükdən sonra əmisi Şahid1la mübahisə etdiyini, özünün tez maşından düşüb evlərinə tərəf qaçdığını, bir qədər sonra Muradın arxadan maşınla gəlib onu evlərinə apardığını, həmin vaxt bərk qorxduğunu, bir azdan əmisinin onlara gələrək atasına bu barədə məlumat verdiyini və deyəsən gedib polisə də şikayət etdiyini, sonradan baş vermiş hadisəni anasına və polisə ətraflı danışdığını, hadisə olan zaman az yaşlı olduğundan hadisənin nə ilə nəticələnəcəyini dərk etmədiyini, Muradla birbirlərini sevdiklərindən sonrakı günlərdə Təqsirləndirilən şəxs ailə üzvlərinin gəlib onu Muradla nişanladıqlarını, hər iki ailənin də buna razı olduqlarını, hal-hazırda Muradla aralarında olan sevgi münasibəti davam etdiyini, ondan hər hansı bir şikayət və tələbinin olmadığını, məhkəmədən cavanlıqlarını nəzərə alıb Muradı bağışlamasını xahiş etdiyini göstərdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində Zərərçəkmiş şəxs anası olduğunu, qızı Tamamın az yaşlı olduğunu, 27 avqust 2023-cü il tarixdə əri Şahid2la birlikdə N nömrəli hərbi hissədə əsgər kimi xidmət edən oğlu Namiq Mədədovun yanından evlərinə gələrkən qaynı Şahid1 onların evində olmasını və bərk əsəbi olduğunu gördüyünü, onun əsəbi halda qızı Tamamla bağlı nələrsə dediyini eşitdiyini, ondan nə olmasını soruşduqda Şahid1 onlara Tamamla Murad adlı qonşu kəntdən olan bir oğlanla otlaq sahəsində maşında gördüyünü dediyini, sonra onun polisə bu barədə şikayət etdiyini də bildiklərini, qızı Tamamdan nə olmasını soruşan zaman onun bütün olanları olduğu kimi ona danışaraq “mən Muradı sevirəm, onunla evlənmək fikrim var, Murad da məni qarşılıqlı sevir” dediyini, bu barədə ondan soruşduqda Tamamın Muradla könüllü şəkildə əlaqədə olduğunu bildiyini, Tamamın tibbi ekspertiz keçirildiyini və onun bakirəliyinin pozulmasını öyrəndiyini, sonradan əri Şahid2 Muradgilin ailəsi ilə maraqlandığını və onların ailələrinə uyğun olduqlarını dediyini, sonrakı günlərdə Təqsirləndirilən şəxs ailə üzvlərinin gələrək Tamamın sözünü aldıqlarını, 30 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs atası Şahid3 və onun arvadı Şahid4 qızı Zərərçəkmiş şəxs üzük taxaraq onu Təqsirləndirilən şəxslə nişanladıqlarını, Muraddan və onun ailə üzvülərindən hər hansı şikayət və tələbinin olmadığını, hər ikisinin gənc və həyata yeni qədəm qoymalarını nəzərə alıb məhkəmədən təqsirləndirilən şəxsi bağışlamasını xahiş etdiyini göstərdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində İbtidaii istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək qızı Tamamın azyaşlı olduğunu, 27 avqust 2023-cü ildə arvadı Qanuni nümayəndə ilə əsgərlikdə olan oğlu Namiqi görmək üçün onun xidmət etdiyi hərbi hissəyə getdiklərini, həmin vaxt qızları Tamamın evdə tək qaldığını, gedərkən ona çöl ərazidə olan heyvanlara baxmağı tapşırdığını, hərbi hissədən evlərinə gəldikdə evdə qardaşı Vaqifin də olmasını gördüyünü, Vaqifin ona olanlar barədə ətraflı məlumat versə də qardaşının onları hansı vəziyyətdə görməsi barədə ona heç nə demədiyini, lakin bütün hadisə barədə və onların yaxın münasibətdə olmaları barədə polis əməkdaşlarına şikayət etdiyini bildiyini, 2023-cü ilin fevral ayında arvadı Bağdagülün qızı X13 kəndində yaşayan Təqsirləndirilən şəxs adlı oğlandan xoşunun gəlməsini və onunla evlənmək fikrinin olmasını, həmin ailə ilə maraqlanmasını dediyini, həmin oğlanın ailəsi ilə maraqlandıqdan sonra onların ailələrinə uyğun olmasını yoldaşına dediyini, bir neçə gün sonra Muradın atası Məmmədqulu ilə anası Xəyalə onlara gələrək yaxından tanış olduqdan sonra onların Tamamı oğlanlarına sözlədiklərini, 30 avqust 2023-cü il tarixdə isə Muradın atası və anası qızları Tamamı Murada nişanladıqlarını, Təqsirləndirilən şəxs ailəsi ilə barışdığını, Muraddan və onun ailə üzvlərindən hər hansı bir şikayəti və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində Yuxarı Aralıq kəndində ailəsi ilə birlikdə yaşadığını, Muradin onun böyük oğlu olduğunu, Muradın Bakı şəhərində yerləşən “Heydər Əliyev” adına Hərbi İnstitutda təhsil aldığını, 2023-cü ilin fevral ayında arvadı Şahid4 ona Muradın Şərur rayonu, Siyaqut kəndində yaşayan Zərərçəkmiş şəxs adlı qızdan xoşunun gəldiyini, onunla evlənmək fikrinin olmasını dediyini, özünün həmin qızın ailəsi ilə maraqlanıb bir qərar verəcəyini dediyini, Tamamgilin ailəsi ilə maraqlandıqdan sonra arvadı ilə birlikdə gedib el qaydası ilə onun sözünü aldıqlarını, 27 avqust 2023-cü il tarixdə, axşam saatlarında evdə olarkən polis əməkdaşlarının onlara gəlib Muradı soruşduqlarını, niyə soruşduqlarını bilmədiklərini, axşam çağı Murad evə gəldikdən sonra polis əməkdaşları Muradı da götürüb özləri ilə polis şöbəsinə apardıqlarını, polis şöbəsində Muradla Tamam maşında olarkən Tamamın əmisi Vaqifin onları yaxınlıq edərkən tutmasını və sonra Muradla onun arasında mübahisə olmasını öyrəndiyini, sonradan Muradın əvəllər də bir neçə dəfə Tamamla yaxın cinsi əlaqədə olmalarını ona dediyini, 30 avqust 2023-cü ildə Zərərçəkmiş şəxs ailə üzvləri ilə görüşüb Zərərçəkmiş şəxs üzük taxıb onu Muradla nişanladıqlarını, lakin hələlik Tamamın azyaşlı olduğundan onlar arasında rəsmi nikah qeydiyyatı olmadığını, Tamam onun oğlunun nişanlısı olduğunu, hər iki ailə arasında da hər hansı bir şikayət və mübahisənin olmadığını, Tamamın da onun ailəsinin bir üzvü olmasını, hər ikisinin gənc olmasını nəzərə alıb, Muradın törətdiyi əməli bağışlayıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdiyini göstərdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində oğlu Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayında ona Şərur rayonu, Siyaqut kəndində yaşayan Zərərçəkmiş şəxs adlı qızdan xoşunun gəldiyini, onunla evlənmək istəməsini dediyini, bu barədə əri Şahid3 dediyini, sonralar həmin ailə ilə maraqlandıqlarını və onların ailələrinə uyğun olduqlarını öyrəndiklərini, bir neçə gün keçdikdən sonra Tamamın ailəsi ilə görüşüb onun sözünü oğlanları Murada aldıqlarını, 30 avqust 2023-cü il tarixdə üzük alıb aparıb Zərərçəkmiş şəxs barmağına taxıb onu Murada nişanladıqlarını, nişantaxmadan bir neçə gün qabaq yəni 27 avqust 2023-cü il tarixdə polis əməkdaşları Muradı polis şöbəsinə apardıqlarını, əri Məmmədqulunun da polisə getdiyini, orada Muradın Tamamın əmisi ilə dalaşmasını, Tamamın əmisi Vaqifin onları maşında yaxın münadsibətdə, cinsi əlaqədə, olduqları vaxt gördüyünü öyrəndiyini, oğlu Muradin Tamamla bir neçə dəfə yaxın əlaqədə olmasını bildiklərini, Tamam azyaşlı olduğuna görə oğlunun onunla nigah qeydiyyatından keçmədiyini, qanunun da buna yol vermədiyini, hər iki ailə arasında hər hansı bir şikayət və tələbin olmadığını, məhkəmədən oğlu Muradı bağışlamasını xahiş etdiyini göstərdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Şərur rayonu, Siyaqut kəndində yaşadığını, Şahid2 onun qardaşı, Zərərçəkmiş şəxs isə qardaşı qızı olduğunu, əkin və torpaq sahəsi kənddən bir qədər aralıda, qardaşı Nurlanın Mədədovun əkin sahəsinin yanında olduğunu, 27 avqust 2023-cü il tarixdə, günorta saatlarında əkin sahəsini suvaran zaman qardaşı qızı Tamamın özlərinə məxsus çöl sahəsinə tərəf getməsini gördüyünü, onun getməsindən bir neçə dəqiqə sonra isə nömrəsini bilmədiyi bir qırmızı rəngli avtomobilin onun yanımdan keçərək Tamam tərəfə gedərək onu da götürüb gözdən itdiyini, tez avtomobilin arxasıca getməyə başladığını, həmin avtomobilin dalıncan bir qədər getdikdən sonra həmin avtomobilin yanına çatdığını, həmin avtomobilin arxa hissəsinə yaxınlaşıb pəncərədən içəri baxanda maşının içərisində Tamamla tanımadığı, sonradan adının Murad olduğunu öyrəndiyi Yuxarı Aralıq kəndində yaşayan həmin şəxslə yaxın münasibətdə olmalarını gördüyünü, onları o, vəziyyətdə görüb əsəbləşərək Təqsirləndirilən şəxslə qarşılıqlı mübahisə edib itələşdiklərini, sonra Muradın şalvarını geyinib avtomobilinə əyləşərək getdiyini, əsəbi halda qardaşı Nurlanın evinə gedib ona Muradın Tamamı qaçırtmasını, onları tutmasını deyib barəsində polis əməkdaşlarına da Muradla Tamamın maşında əlaqədə olması barədə şikayət etdiyini, sonradan qardaşı Şahid2 Təqsirləndirilən şəxs ailəsi ilə qabaqcadan razılaşmasını, onların Tamamın sözünü almalarını bildiyini, sonralar bildiyinə görə Muradın ailəsi Tamamın barmağına üzük taxıb onu Muradla nişanladıqlarını, göstərdi. Cinayət işi üzrə 28 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi, atası Şahid3 məxsus “OKA” markalı, “**-BG-***” markalı avtomobilə baxış keçirilmiş, baxış zamanı “OKA” markalı, “**-BG-***” markalı avtomobilin yan arxa pəncərələrinin içəridən qara rəngli üzlüklə örtüldüyü, avtomobilin arxa oturacağının üzərinin boz rəngli, üzəri naxışlı parça ilə örtüldüyü, həmin boz rəngli, üzəri naxışlı parçanın üzərindən qadın tükünə bənzər 3-4 ədəd saç tükünün aşkar edilərək götürüldüyü göstərilmişdir. Məhkəmə-tibbi ekspertin 28 avqust 2023-cü il tarixli, 1185 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir zədə və ya zədə izləri yoxdur. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmuşdur, tamlığın pozulma müddəti 2-3 həftədən çoxdur, yəni köhnədir. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinin müayinəsində qeyri-təbii yolla cinsi əlaqədə olmaya xarakterik əlamətlər – çapıq toxuma, qançır, düz bağırsağın ampulyar hissəsinin genişlənməsi, şüavari büküşlərin kobudlaşması vardır. Zərərçəkmiş şəxs uzun müddət qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs hal-hazırda hamilə deyildir. Məhkəmə-tibbi ekspertin 03 noyabr 2023-cü il tarixli, 2058 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində cinsi əlaqədə olmaya maneəçilik törədən hər hansı xəsarət, xəstəlik və ya törəmə, həmçinin zöhrəvi xəstəlik yoxdur. Təqsirləndirilən şəxs cinsi əlaqədə olma qabiliyyətinə malikdir. Məhkəmə-tibbi bioloji ekspertin 02 noyabr 2023-cü il tarixli, 73/MTB nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli mayka, bir ədəd qısaqol köynək, bir ədəd şalvar, bir ədəd alt tumanı və Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol köynək və bir ədəd idman şalvarı üzərində spermaya şübhəli ləkələr yoxdur. Təqdim olunmuş 06 ədəd tük nümunəsi insanın baş tükləridir. Əsas morfoloji əlamətlərinə görə bu tüklər öz aralarında, həmçinin Zərərçəkmiş şəxs başının tük nümunələri ilə əsas morfoloji əlamətlər üzrə (rəngi, piqment, beyin və qabıq maddəsinin xüsusiyyətləri, optik kənarları, kutikulası) Zərərçəkmiş şəxs tük nümunələri ilə oxşarlıq təşkil edir. Bununla da Təqsirləndirilən şəxs, törətdiyi cinayət əməli özünün səmimi ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin, şahidlərin ifadələri və digər istintaq sübutları ilə tam sübuta yetirilmişdir. Təqdim edilmiş 04 sentyabr 2023-cü il tarixli, 1370 nömrəli arayışda kursant M.M.X8 adına Hərbi İnstitutun 2-ci kursunda əyani təhsil aldığı göstərilmişdir. Heydər Əliyev adına Hərbi İnstitut rektorunun 11 avqust 2022-ci il tarixli, 62 №-li əmrindən çıxarışda Heydər Əliyev adına Hərbi Liseyin məzunu Təqsirləndirilən şəxs 11 avqust 2022-ci il tarixdə Heydər Əliyev adına Hərbi İnstituta qəbul olunduğu, əsgər rütbəsi verilməklə kursant vəzifəsinə təyin olunduğu, 2-ci kursant taborunun 8-ci kursant bölüyündə hazırlıq kursu keçdiyi göstərilmişdir. Heydər Əliyev adına Hərbi İnstitut rektorunun 14 avqust 2023-cü il tarixli, 229 №-li əmrindən çıxarışda Təqsirləndirilən şəxs 14 avqust 2023-cü il tarixdən 12 sentyabr 2023cü il tarixədək yay tətili məzuniyyətinə getdiyi, 12 sentyabr 2023-cü il tarixli, 262 №-li əmrindən çıxarışda Təqsirləndirilən şəxs 12 sentyabr 2023-cü il tarixdə yay tətili məzuniyyətindən qayıtdığı göstərilmişdir. Heydər Əliyev adına Hərbi İnstitut tərəfindən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Şərur rayon Yuxarı Aralıq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Şərur rayon Yuxarı Aralıq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş arayışlarda Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Şərur rayonu, Yuxarı Aralıq kəndində qeydiyyatda olmaqla yaşadığı göstərilmişdir. Şərur rayon Siyaqut kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş arayışlardan görünür ki, Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə Şərur rayonu, Siyaqut kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Şərur rayon Siyaqut kənd tam orta məktəbi tərəfindən verilmiş arayışda Zərərçəkmiş şəxs 2022-2023 tədris ilində Siyaqut kənd tam orta məktəbin İX sinfini bitirdiyi göstərilmişdir. Şərur rayon Siyaqut kənd tam orta məktəbi tərəfindən verilmiş xasiyyətnamədə Zərərçəkmiş şəxs müsbət xarakterizə edilmişdir. X7 Limanına sorğu edilərək alınmış məktubda Təqsirləndirilən şəxs 15 avqust 2023-cü il tarixdə «j20257» saylı Bakı-Naxçıvan aviareysi ilə X7 Limanı vasitəsi ilə Naxçıvan Muxtar Respublikasına girişinin, 08 sentyabr 2023-cü il tarixdə «j22152» saylı Naxçıvan-Bakı aviareysi ilə Naxçıvan Muxtar Respublikasından çıxışının qeydə alındığı göstərilmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyinin Yaqub Budaqov adına Naxçıvan MR X1 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs xəstəxanada psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmadıqları göstərilmişdir. Şərur rayon Mərkəzi xəstəxanasına sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs xəstəxanada ruhi-əsəb və narkoloji qeydiyyatda dayanmadıqları göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsindən alınmış tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, əməlindən səmimi peşmançılıq çəkərək günahını etiraf etməsini, törətdiyi əməldən son dərəcə peşman olmasını, zərərçəkmiş şəxslə nişanlı olmasını, yaşadığı ərazi üzrə və kursant kimi oxuduğu Heydər Əliyev adına Hərbi İnstitut tərəfindən müsbət xarakterizə olunmasını, cəzasını yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq, barəsində törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cəzanın tətbiq edilməsini bir halda qanunun tələbləri baxımından, digər halda isə ədalət və humanizm prinsipləri baxımından mümkün saymır. Belə ki, onun cinayətin törədilməsindən sonrakı davranışını (etdiyi əməldən səmimi peşimançılıq çəkdiyini və zərərçəkmiş şəxslə barışdığını), cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halın isə olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının real tətbiq edilməsini ədalət və humanizm prinsipləri baxımından cəzanın məqsədlərinə uyğun hesab etmir və yuxarıda qeyd olunan cəzanı yungüləşdirən halları nəzərə alıb Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayaraq təqsirləndirdiyi Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində sanksiyasında göstərilən müəyyən müddətə azadlıqdan məhrum edtmə cəzasına Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti və o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hökm çıxararkən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini müəyyən edərkən konkret cinayət hərəkətinin törədilmə vəziyyətinin məcmusunu (təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, dərəcəsi və xarakteri və s.) nəzərə alır. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 58.3 və 70.2-ci maddələrində göstərilən hallar barəsində tətbiq ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini həm məqsədə müvafiq, həm də mümkün edir. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti və işin halları ilə bağlı yuxarıda göstərilənlər onun hazırki vəziyyətdə ictimai təhlükəli olmamasına dəlalət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarəti oxuduğu Heydər Əliyev adına Hərbi İnstitutun rəhbərliyi, Heydər Əliyev adına Hərbi İnstitutdan tərxis olunarsa yaşadığı yer üzrə Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək və davranışları ilə islah olunmasını sübut etmək vəzifələri ona bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət iş üzrə maddi sübut kimi götürülmüş Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli mayka, bir ədəd qısaqol köynək, bir ədəd şalvar, bir ədəd alt tumanı və Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol köynək və bir ədəd idman şalvarı istifadəyə yararlı olduğundan hökm qanuni qüvvəyə mindikdən sonra özlərinə qaytarılmalıdır. Cinayət iş üzrə maddi sübut kimi götürülmüş “OKA” markalı, “**-BG-***” dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilən zaman avtomobilin arxa oturacağının üzərindən aşkar edilərək götürülmüş saç tükləri və müqayisəli təhqiqatın aparılması üçün Zərərçəkmiş şəxs alın, təpə, ənsə, sağ gicgah, sol gicgah nahiyələrindən götürülmüş saç tükləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Naxçıvan MR Vəkillər Kollegiyasının üzvü, Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş olduğu 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Şərur rayon Vəkil Bürosunun hesabına 180 ( yüz səksən) manat miqdarında pul köçürülməlidir. Cinayət işi üzrə məhkəmə kompüter-texniki ekspertizası rəyinə əlavə edilmiş 1 (bir) ədəd xarici yaddaş qurğusu və Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılan zaman aparılmış vidioçəkilişin olduğu bir ədəd DVD cinayət işinin materiallarına əlavə edilərək ciayət işində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 199.4, 345- 349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2(iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq olunsun və onun barəsində 1(bir) il 6(altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarəti oxuduğu Heydər Əliyev adına Hərbi İnstitutun rəhbərliyi, Heydər Əliyev adına Hərbi İnstitutdan tərxis olunarsa yaşadığı yer üzrə Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək və davranışları ilə islah olunmasını sübut etmək vəzifələri ona bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Cinayət iş üzrə maddi sübut kimi götürülmüş Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli mayka, bir ədəd qısaqol köynək, bir ədəd şalvar, bir ədəd alt tumanı, Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol köynək və bir ədəd idman şalvarı istifadəyə yararlı olduğundan hökm qanuni qüvvəyə mindikdən sonra özlərinə qaytarılsın. Cinayət iş üzrə maddi sübut kimi götürülmüş “OKA” markalı, “**-BG-***” dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilən zaman avtomobilin arxa oturacağının üzərindən aşkar edilərək götürülmüş saç tükləri və müqayisəli təhqiqatın aparılması üçün Zərərçəkmiş şəxs alın, təpə, ənsə, sağ gicgah, sol gicgah nahiyələrindən götürülmüş saç tükləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Naxçıvan MR Vəkillər Kollegiyasının üzvü, Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş olduğu 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Şərur rayon Vəkil Bürosunun hesabına 180 ( yüz səksən) manat miqdarında pul köçürülsün. Cinayət işi üzrə məhkəmə kompüter-texniki ekspertizası rəyinə əlavə edilmiş 1 (bir) ədəd xarici yaddaş qurğusu və Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılan zaman aparılmış vidioçəkilişin olduğu bir ədəd DVD cinayət işinin materiallarına əlavə edilərək ciayət işində saxlanılsın. Hökmdən 20 gün müddətində Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №1-1(092)-46/2023
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-46/2023
18.12.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver