Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-46/2024 20.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9,Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Naxçıvan MR Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Səfərəlibəyov küçəsi, ev 1, mənzil 6da qeydiyyatda olan, 27 may 2024-cü il tarixdən barəsində başqa yerə getməmə barədə iltizam növündə qətimkan tədbiri seçilmiş, N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün, 1-ci taqımının komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmət edən, N saylı hərbi hissənin zabit yataqxanasında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏNETDİ: Əliyev X6 Nazirliyinin N nömrəli hərbi hissəsinin mühəndis-istehkam bölüyünün 1-ci taqımının komandiri vəzifəsində, leytenant hərbi rütbəsində xidmətdə olarkən 2023-cü ilin noyabr ayının əvvəllərində saat 15 radələrində bölüyün əsgər yataqxanasında şəxsi heyətə düzülüş komandası verdikdən sonra tabeliyində olan həmin bölüyün 2-ci mühəndis-istehkam taqımının 1-ci manqasının baş istehkamçısı əsgər Zərərçəkmiş şəxs8 sırada hərəkət etdiyini görüb, rəis kimi üzərinə düşən vəzifələri yerinə yetirib bununla bağlı qanuni tədbir görmək əvəzinə tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə əsgər Zərərçəkmiş şəxs8 sifətinə 1 sillə zərbəsi, qarnına isə 1 yumruq zərbəsi vuraraq, ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2023-cü ilin noyabr ayının əvvəllərində saat 18 radələrində N nömrəli hərbi hissənin 2-ci yataqxanasının qarşısında bölüyün şəxsi heyətinin düzülüşü zamanı həmin bölüyün hücum və əngəl taqımının 1-ci maneəqurma manqasının baş istehkamçısı, əsgər Zərərçəkmiş şəxs12 yaxınlaşaraq, hər hansı bir səbəb olmadan sonuncunun boyun və kürək nahiyəsindən bir sillə zərbəsi vurub, ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 29 dekabr 2023-cü il tarixində saat 22 radələrində bölüyün əsgər yataqxanasında şəxsi heyətə düzülüş komandası verdikdən sonra tabeliyində olan, həmin bölüyün 2-ci mühəndis-istehkam taqımının 2-ci manqasının istehkamçısı, əsgər Zərərçəkmiş şəxs7 ondan sıraya durmaq üçün icazə istədikdə əsgər Zərərçəkmiş şəxs7 kitelinin yaxasından yapışıb heç bir səbəb olmadan onun boyun nahiyəsinə bir yumruq zərbəsi, xaya nahiyəsinə bir təpik zərbəsi vurmuş və daha sonra əsgər Zərərçəkmiş şəxs7 kitelinin yaxasından tutub kürək nahiyəsini iki dəfə pəncərəyə çırpmışdır. Bundan sonra leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs7 sol qolunu tutub arxaya qatlayaraq, kitelinin qolundan tutub çəkəndə Zərərçəkmiş şəxs7 sağ qolu pəncərənin qarşısında olan qızdırıcının arasında qalmış və həmin vaxt orada olan əsgərlər onu aralaşdırıb kənara aparan zaman orada olan süpürgəni əsgər Zərərçəkmiş şəxs7 tərəf atdığı üçün süpürgənin plastik hissəsi sonuncunun başına dəymişdir. Həmin vaxt o, əsgər Zərərçəkmiş şəxs7 ünvanına nalayiq ifadələr işlətdiyi üçün sonuncu kitelini götürüb yataqxanadan qaçaraq çölə çıxmış və bundan sonra o, əsgər Zərərçəkmiş şəxs7 arxasınca gedib 2-ci yataqxanın yan tərəfində tutaraq yerə yıxıb, başına iki-üç sillə zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə rəis kimi öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 30 dekabr 2023-cü il tarixdə saat 22 radələrində mühəndis-istehkam bölüyünün əsgər yataqxanasında şəxsi heyətə düzülüş komandası verdikdən sonra tabeliyində olan həmin bölüyün 2-ci mühəndis-istehkam taqımının 2-ci manqasının istehkamçısı, əsgər Zərərçəkmiş şəxs7 sırada səs elədiyini görüb, rəis kimi üzərinə düşən vəzifələri yerinə yetirib bununla bağlı qanuni tədbir görmək əvəzinə belindəki kəmərini çıxarıb kəmərin dəmir tərəfi ilə onun əlinin üstündən bir dəfə vurmuş və həmin vaxt sırada olan, bölüyün 1-ci mühəndis-istehkam tağımının 1-ci manqasında istehkamçı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs5 və əsgər Zərərçəkmiş şəxs4 güldüklərini görüb onların yanına gələrək əlindəki kəmərin dəmir tərəfi ilə əsgər Zərərçəkmiş şəxs5 sol qolundan bir dəfə, əsgər Zərərçəkmiş şəxs4 isə kürəyindən bir dəfə vuraraq onlara güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan iki və daha çox şəxsə təkrarən zor tətbiq etmişdir. Habelə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2023-cü ilin dekabr ayının sonlarında saat N radələrində hərbi hissənin əsgər yeməkxanasında nahar yeməyi zamanı tabeliyində olan, mühəndis-istehkam bölüyünün hücum və əngəl taqımının 1-ci maneəqurma manqasının baş istehkamçısı əsgər Zərərçəkmiş şəxs13 yemək yeyərkən güldüyünü gürüb, rəis kimi üzərinə düşən vəzifələri yerinə yetirib bununla bağlı qanuni tədbir görmək əvəzinə ona yaxınlaşıb sonuncunun sifətindən bir sillə zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2024-cü ilin yanvar ayının əvvəllərində saat N radələrində hərbi hissənin ərazisindəki mühəndis şəhərciyində təmizlik işləri görən tabeliyində olan, həmin bölüyün 1ci mühəndis-istehkam taqımının 3-cü manqasının radiotelefonçusu əsgər Zərərçəkmiş şəxs10 ilə 1-ci mühəndis-istehkam taqımının 1-ci manqasının istehkamçısı əsgər Zərərçəkmiş şəxs3 zibil atmaq üstündə sözlü mübahisə etdiyini görüb, rəis kimi üzərinə düşən vəzifələri yerinə yetirib bununla bağlı qanuni tədbir görmək əvəzinə hər ikisinin başının arxasından tutub onları baş-başa vuraraq hər ikisinə güclü fiziki ağrı yetirməklə rəis kimi öz tabeliyində olan iki və daha çox şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2024-cü ilin yanvar ayının əvvəllərində saat N radələrində mühəndisistehkam bölüyünün əsgər yataqxanasında olan zaman tabeliyində olan həmin bölüyün 1ci mühəndis-istehkam taqımının 2-ci manqasının radiotelefonçusu, əsgər Zərərçəkmiş şəxs9 bölüyün əsgər yataqxanasında televizora baxdığını görüb, tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə yanına yaxınlaşaraq heç bir səbəb olmadan sağ əli ilə əsgər Zərərçəkmiş şəxs9 sol qulağından 3 sillə zərbəsi vurub ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2024-cü ilin yanvar ayının əvvəllərində saat 15 radələrində tabeliyində olan mühəndis-istehkam bölüyünün şəxsi heyətinin hərbi hissənin 2-ci əsgər yataqxanasının yanındakı siqaret çəkilən yerdə siqaret çəkdiyini görüb tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə onlara dağıl-düzül və döyüşə komandası vermiş, döyüşə komandası verdikdən sonra şəxsi heyətə sürünərək gəlib əllərini ayağına vurmalarını tapşırmış, əsgərlər sürünüb onun yanına gələrkən həmin bölüyün hücum və əngəl taqımının 1-ci maneəqurma manqasının istehkamçısı əsgər Zərərçəkmiş şəxs2 Rafiq oğlunun arxada qaldığına görüb onun sifətindən bir sillə zərbəsi, başından və kürəyindən isə iki yumruq zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2024-cü ilin yanvar ayının əvvəllərində bölüyün əsgər yataqxanasında olan zaman tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə bölüyün 2-ci mühəndis-istehkam taqımının 1-ci manqasının istehkamçısı əsgər X4 yanına çağırıb heç bir səbəb olmadan boynundan tutub aşağı əyərək, belindən bir yumruq zərbəsi vurub ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2024-cü ilin yanvar ayının ortalarında saat 16 radələrində bölüyün əsgər yataqxanasında olan zaman tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə tabeliyində olan, həmin bölüyün 1-ci mühəndis-istehkam taqımının 1-ci manqasının istehkamçısı əsgər Zərərçəkmiş şəxs3 yanına gedərək heç bir səbəb olmadan boyun nahiyəsindən 2-3 sillə zərbəsi vurub ona güclü fiziki ağrı yetirməklə rəis kimi öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 23 yanvar 2024-cü il tarixdə saat N radələrində bölüyün əsgər yataqxanasının giriş qapısının qarşısında olan zaman tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə tabeliyində olan, həmin bölüyün 1-ci mühəndis-istehkam taqımının 2-ci manqasının radiotelefonçusu əsgər Zərərçəkmiş şəxs9 yanına çağırıb heç bir səbəb olmadan əli ilə kitelinin yaxasından tutub arxaya itələyib divara çırparaq ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2024-cü ilin yanvar ayının sonlarında saat 12:30-da mühəndis-istehkam bölüyünün şəxsi heyəti hamama gedən zaman tabeliyində olan, həmin bölüyün 2-ci mühəndis-istehkam taqımının kəşfiyyat manqasının istehkamçısı, əsgər Zərərçəkmiş şəxs6 çəkmələrinin çirkli olmasını görüb, rəis kimi üzərinə düşən vəzifələri yerinə yetirib bununla bağlı qanuni tədbir görmək əvəzinə tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə onun yaxasından tutub ona qarşı nalayiq ifadə işlətməklə sinəsindən əli ilə bir dəfə vuraraq ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2024-cü ilin yanvar ayının sonlarında saat N radələrində bölüyün əsgər yataqxanasında olan zaman tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə tabeliyində olan həmin bölüyün hücum və əngəl taqımının 1-ci maneəqurma manqasında istehkamçısı, əsgər Zərərçəkmiş şəxs2 Rafiq oğluna yaxınlaşıb heç bir səbəb olmadan sifətindən 4-5 sillə zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Habelə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2024-cü ilin yanvar ayının sonlarında saat 20 radələrində bölüyün əsgər yataqxanasında şəxsi heyətə düzülüş komandası verdikdən sonra tabeliyində olan həmin bölüyün, 2-ci mühəndis-istehkam taqımının 2-ci manqasının istehkamçısı, əsgər Zərərçəkmiş şəxs7 sırada qollarını düz tutmadığını görüb, rəis kimi üzərinə düşən vəzifələri yerinə yetirib bununla bağlı qanuni tədbir görmək əvəzinə tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə onun kitelinin yaxasından tutub silkələmiş, sonra isə ünvanına nalayiq ifadə işlədib çənəsinin altından bir yumruq zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2024-cü ilin fevral ayının əvvəllərində tabeliyində olan, həmin bölüyün 2ci mühəndis-istehkam tağımının 1-ci manqasının istehkamçısı əsgər Zərərçəkmiş şəxs1 Şadiyar oğlunun əsgər X5 isimliyi ilə poçtdan telefon götürüb danışdığını bilib axşam saat 20 radələrində bölüyün əsgər yataqxanasında Zərərçəkmiş şəxs1 yaxınlaşıb niyə başqasının isimliyi ilə telefon götürüb danışmasını soruşmuş, əsgər Zərərçəkmiş şəxs1 da pulu olmadığını, əsgər M.Rəhimli pulu verdiyinə görə onun isimliyi ilə telefon götürüb ailəsi ilə danışdığını dedikdə ona qarşı nalayiq ifadə işlətmiş və bu zaman əsgər Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadə işlədilməsinə görə əsəbiləşib yumruğunu sıxdığı üçün leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 sinəsindən bir yumruq zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2024-cü ilin fevral ayının əvvəllərində saat N radələrində bölüyün əsgər yataqxanasında olan zaman tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə tabeliyində olan, həmin bölüyün hücum və əngəl tağımının 1-ci maneəqurma manqasının istehkamçısı əsgər Zərərçəkmiş şəxs2 Rafiq oğluna yaxınlaşıb heç bir səbəb olmadan ünvanına nalayiq ifadə işlədib sifətindən iki-üç sillə zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2024-cü ilin fevral ayının əvvəllərində saat N radələrində hərbi hissənin Şahbuz şəhəri ərazisində yerləşən mühəndis şəhərciyində olan zaman tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə tabeliyində olan, həmin bölüyün hücum və əngəl taqımının 1-ci maneəqurma manqasının istehkamçısı, əsgər Zərərçəkmiş şəxs2 Rafiq oğluna heç bir səbəb olmadan döyüşə komandası vermiş və sonuncu yerə uzandıqdan sonra kürəyindən bir yumruq zərbəsi vuraraq, dizini kürəyinə qoymuşdur. Bundan sonra leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadə işlətmiş və ayağa qalxdıqdan sonra qolundan tutub sağa-sola dartışdıraraq ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2024-cü ilin fevral ayının əvvəllərində saat N radələrində hərbi hissənin Şahbuz şəhəri ərazisində yerləşən mühəndis şəhərciyində olan zaman tabeliyində olan, həmin bölüyün hücum və əngəl tağımının 1-ci maneəqurma manqasının istehkamçısı, əsgər Zərərçəkmiş şəxs2 Rafiq oğlunun sırada qolunu tərpətdiyini görüb, rəis kimi üzərinə düşən vəzifələri yerinə yetirib bununla bağlı qanuni tədbir görmək əvəzinə tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə əsgər Zərərçəkmiş şəxs2 sifət və boyun nahiyəsindən iki sillə zərbəsi, sinəsindən isə əlinin içi ilə bir dəfə vuraraq ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2024-cü ilin fevral ayının əvvəllərində saat N radələrində hərbi hissənin Şahbuz şəhəri ərazisində yerləşən mühəndis şəhərciyində olarkən tabeliyində olan, həmin bölüyün hücum və əngəl tağımının 1-ci maneəqurma manqasının istehkamçısı, əsgər Zərərçəkmiş şəxs2 Rafiq oğlunun başındakı dəbilqənin əyri durduğunu görüb, rəis kimi üzərinə düşən vəzifələri yerinə yetirib bununla bağlı qanuni tədbir görmək əvəzinə tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə başından bir sillə zərbəsi, sinəsindən isə 3-4 yumruq zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Habelə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 10 fevral 2024-cü il tarixində saat 20 radələrində bölüyün əsgər yataqxanasında olan zaman pəncərənin qarşısında oturan, bölüyün 1-ci mühəndisistehkam taqımının 1-ci manqasının istehkamçısı, əsgər Zərərçəkmiş şəxs11 yaxınlaşıb heç bir səbəb olmadan boyun nahiyəsindən 3 sillə zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 12 fevral 2024-cü il tarixində saat N radələrində hərbi hissənin Şahbuz şəhəri ərazisində yerləşən mühəndis şəhərciyində olan zaman tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə tabeliyində olan, həmin bölüyün hücum və əngəl tağımının 1-ci maneəqurma manqasının istehkamçısı, əsgər Zərərçəkmiş şəxs2 Rafiq oğluna yaxınlaşıb heç bir səbəb olmadan ünvanına nalayiq ifadə işlədib sifətindən 3-4 sillə zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 13 fevral 2024-cü il tarixində saat N radələrində bölüyün əsgər yataqxanasında olan zaman tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə tabeliyində olan, həmin bölüyün 1-ci mühəndis-istehkam tağımının 2-ci manqasının radiotelefonçusu əsgər Zərərçəkmiş şəxs9 yaxınlaşıb heç bir səbəb olmadan onun sinəsindən və kürəyindən hər iki əli ilə iki sillə zərbəsi vurmuş və bu zaman əsgər Zərərçəkmiş şəxs9 oturduğu yerdən ayağa qalxdıqda o, sinəsinə, kürəyinə və hər iki qoluna daha 4 yumruq zərbəsi endirmişdir. Əsgər Zərərçəkmiş şəxs9 yenidən onu vurmaması üçün araxya çəkildikdə leytenant Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadə işlədərək yenidən ona yaxınlaşmış və hər iki əli ilə çiyinlərindən 2 sillə zərbəsi vurub kürək nahiyəsini çarpayıya çırparaq ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 14 fevral 2024-cü il tarixində saat 15 radələrində bölüyün əsgər yataqxanasının dəhlizində olan zaman tabeliyində olan, həmin bölüyün 2-ci mühəndisistehkam tağımının 1-ci manqasının istehkamçısı, əsgər X8 ona yaxınlaşıb əsgər Zərərçəkmiş şəxs11 telefonla danışmasından ötrü kafeyə getməsi üçün icazə istədikdə o, əsgər R.Hüseynlinin boyun nahiyəsindən bir sillə zərbəsi, hər iki qolundan isə iki yumruq zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2024-cü ilin fevral ayının ortalarında saat 15 radələrində bölüyün əsgər yataqxanasında olan zaman tabeliyində olan, həmin bölüyün hücum və əngəl tağımının 1ci maneəqurma manqasının istehkamçısı, əsgər Zərərçəkmiş şəxs2 Rafiq oğlunun yataqxanaya gec gəldiyini görüb, rəis kimi üzərinə düşən vəzifələri yerinə yetirib bununla bağlı qanuni tədbir görmək əvəzinə tabeliyindəki əsgər heyəti üzərində öz üstünlüyünü nümayiş etdirərək bununla onları qorxu altında saxlamaqla öz iradəsinə tabe etdirmək məqsədi ilə ünvanına nalayiq ifadə işlədib boyun nahiyəsindən bir sillə zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə ilkin ifadəsində özünü tamami ilə təqsirli bilməsə də məhkəməyə verdiyi sonrakı ifadələrində özünü qismən təqsirli bilərək ifadəsində H.Əliyev adına Zabitlər məktəbini qurtardıqdan sonra təyinatı üzrə N №-li hərbi hissənin mühəndis-istehkam bölüyünün 1-ci mühəndis-istehkam taqımın komandiri vəzifəsində xidmətə başladığını, həmin bölüyün digər taqım komandirləri vəzifəsi boş olduğundan bölükdə olan 3 taqımın şəxsi heyətinə də özünün nəzarət etdiyini, 2023-cü ilin noyabr ayının əvvəllərində saat təqribən 15 radələrində bölüyün şəxsi heyyətinin yataqxanada düzdüyünü, həmin vaxt cərgədə olan əsgər Zərərçəkmiş şəxs8 sırada o, tərəf bu tərəfə tərpəndiyini görüb ona iradını bildirsə də lakin onu döymədiyini, bəlkə də həmin vaxt nalayiq ifadə işlətdiyini, sadəcə əlini üzünə yox boynuna qoyaraq onu danladığını, 30 dekabr 2023-cü ildə, saat təqribən 22 radələrində bölüyün yataqxanasında səs-küy saldıqlarına görə ittiham aktında göstərildiyi kimi remenin dəmiri ilə yox, əsgər Zərərçəkmiş şəxs7 bel nahiyəsindən, əsgər Zərərçəkmiş şəxs4 sinəsindən və Zərərçəkmiş şəxs5 kürəyindən şillə ilə bir dəfə vurduğunu, başqa vaxtlarda onları vurmadığını, döymədiyini onlara qarşı nalayiq ifadələr işlətmədiyini, zor tətbiq etmədiyini, əsgər Zərərçəkmiş şəxs7 bir az problemli əsgər olduğunu, evlərinə, buraxılışa getməməsinin səbəbi kimi onu gördüyünü və günahkar da onu bildiyini, bu səbəbdən də yadında qalmayan tarixdə guya onun incidilməsini bəhanə edərək özünü binadan atmaq da istədiyini, buraxılış və digər məsələlərin onluq olmadığını, bu işlərə onun yox, tabor komandirinin baxmalı olduğunu onun diqqətinə çatdırdığını, bu barədə hərbi hissənin siyasi işlər üzrə müavini Qurban Behbudova da məruzə olunduğunu, lakin onu nə döydüyünü nə də ona qarşı zoraki hərəkətlər etdiyini, yalnız onu və digər tabeçiliyində olan əsgərləri nizam intizama dəvət etdiyini, 2024-cü ilin yanvar ayının əvvəllərində yadında qalmayan tarixdə və saatda poliqon ərazisində təmizlik işləri apardıqlarını, təmizlik işlərinə cəlb olunmuş əsgərlərdən Zərərçəkmiş şəxs10lə Zərərçəkmiş şəxs3 nəsə ciddi mübahisə etdiklərini və bir birlərinə qarşı nalayiq ifadələr işlətdiklərini görüb onları yanına çağırdığını, həmin vaxt hər ikisinə də hirslənib niyə dalaşdiqlarını soruşaraq boyunlarından yapışıb ittiham aktında göstərildiyi kimi baş-başa yox, çiyin-çiyinə vuraraq itələyib verilən tapşırığı yerinə yetirmələrini dediyini, onlara qarşı nalayiq ifadələr işlətmədiyini, onlara digər əsgərlərə qarşı da zor tətbiq etmədiyini, həmin vaxt bölük komandiri orada olduğundan olanları yuxarı komandanlığa məruzə etmədiyini, 2024-cü ilin fevral ayının yadında qalmayan tarixində əsgər Zərərçəkmiş şəxs1 əsgər Murad Rəhimlinin vasitəsilə telefon götürüb danışmasını bildiyi üçün şəxsi heyəti asudə vaxtda düzüb ona əsəbləşərək niyə ondan icazə almadan başqasının isimliyi ilə telefon götürürsən deyib əliylə onun sinəsindən itələdiyini, lakin vurmadığını, həmin vaxt onların istirahətini kəsdiyini, əsgər Rza Hüseynlini də vurmadığını, əsgər Zərərçəkmiş şəxs6 çəkmələri çirkli olduğuna görə ona hirslənib iradını bildirərək niyə çəkmələrini çirkli saxlamasını ondan soruşduğunu, ancaq onu vurmadığını, yadında qalmayan tarixdə əsgər Zərərçəkmiş şəxs2 poliqonda olanda ona və orada olan digər əsgərlərə döyüşə komandası vermədiyini, onların hərəkətlərinə gülmədiyini və həmin vaxt onu və digər əsgərləri döymədiyini və onlara qarşı nalayiq ifadələr və zoraki hərəkətlər etmədiyini, lakin yadında qalmayan tarixdə yataqxanada bir dəfə əsgər Zərərçəkmiş şəxs2 sinəsindən zarafatla iki dəfə vurduğunu, bundan başqa yanvar ayının əvvəllərində bölük təyin olunmayan yerdə və vaxtda siqaret çəkdiklərinə görə onları cəzalandırmaq üçün onlara qaçaraq komandası verdiyini, onların qaçmadığını görüb taqıma döyüşə komandası verdiyini, lakin onlara qarşı başqa zorakı hərəkətlər etmədiyini, heç vaxt onları yerdə süründürmədiyini, 2023-cü ilin dekabr ayının sonlarında nahar yeməyi vaxtı saat təxminən N radələrində yeməkxanada yemək yeyərkən orada işləyən mülkü yeməkxana işçisinin onu adı ilə yəni Vüsal kimi çağırdığını, həmin vaxt orada yemək yeyən bütün əsgərlərin eləcə də əsgər Zərərçəkmiş şəxs13 də buna güldüyünü, həmin vaxt onların ona güldüyünü zənn edib ona yaxın olan əsgər Zərərçəkmiş şəxs13 heç bir səbəb olmadan güldüyünə əsəbləşərək ona yaxınlaşaraq nəyə güldüyünü soruşaraq onun başından itələyib “sakit ol yeməyini ye” dediyini, lakin onu döymədiyini, yaxut da ona qarşı nalayiq ifadələr işlətmədiyini, zoraki hərəkətlər etmədiyini, bir dəfə də yadında qalmayan tarixdə ittiham aktında göstərildiyi kimi yox, yataqxananın əl-üz yuma yerində əl-üz yuyanı sındırdığına görə əsgər Zərərçəkmiş şəxs9 əsəbləşərək kürəyindən bir dəfə yataqxanada şillə ilə vurduğunu, başqa hallarda onu vurmadığını, döymədiyini və ona qarşı zorakı hərəkətlər etmədiyini, özünün həddən artıq, ciddi və tələbkar bir zabit olduğunu, buna görə də tabelyində olan əsgərlərin heç vaxt onu sevmədiklərini, ona hörmət etmədiklərini, bu cəhətdən də onların üzərinə düşən nizamnamənin tələblərini icra etmələrini tələb etdiyindən əsgərlərin ona qarşı münasibətlərinin mənfi olduğunu, onların intizamsızlıqlarına görə tez-tez onların istirahət vaxtlarını kəsdiyini, az istirahət verdiyini, çox vaxt da elədikləri intizamsızlıqlara görə onları buraxılışdan və görüşlərdən saxladığını, əsgərlərə qarşı etdiyi bəzi hərəkətlərin istintaq orqanları tərəfindən həddən artıq şişirdildiyini, ittiham aktında yazılanların əksəriyyəti ilə razı olmadığını, buna baxmayaraq bir zabit kimi hansı əsgərlərə qarşı nizamnamədən kənar hərəkətlər edibsə, həmin əsgərlərdən etdiyi hərəkətlərə görə məhkəmə zalında onlardan üzr istədiyini, zərərçəkmiş şəxslərin də onu bağışladığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs8 ifadəsində N №-li hərbi hissənin mühəndis-istehkam bölüyünün, 2-ci taqım, 1-ci manqasında baş istehkamçı vəzifəsində xidmət edərkən leytenant Təqsirləndirilən şəxs onun taqım komandiri olduğunu, 2023-cü ilin noyabr ayının əvvəllərində saat 15 radələrində yataqxanada olan zaman leytenant Təqsirləndirilən şəxs şəxsi heyəti yataqxanada düzdüyünü, sırada olan zaman tərpəndiyinə görə leytenant Təqsirləndirilən şəxs onun yanına yaxınlaşaraq sol əli ilə bir dəfə onun sifətindən sillə ilə vurduğunu, orada olan əsgər yoldaşları Şahid7, Şahid12 və digər əsgərlərin də Təqsirləndirilən şəxs onu vurmasını gördüklərini, hirsli şəkildə ondan onu niyə sillə ilə vurduğunu soruşduğunu, bir az sonra Təqsirləndirilən şəxs şəxsi heyəti çölə çıxarıb onu yanına çağıraraq onunla niyə uca səslə danışdığını soruşduqda ona “ məni niyə sillə ilə vurursunuz? mən bunu götürə bilmirəm” dediyini, leytenant Təqsirləndirilən şəxs ona “mən bunu bilmirdim, sən belə reaksiya verəcəksən, belə əsəbləşəcəksən, bundan sonra səni yumruqla vuraram” deyib yumruqla bir dəfə onun qarnından vurduğunu, leytenant Təqsirləndirilən şəxs bir neçə dəfə əsgər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs9ı döyməsini və onlara qarşı nalayiq ifadələr işlətməsini də gördüyünü, onun əsəbi və heç nəyi bağışlamayan bir zabit olduğunu, atasının xəstə olmasına görə onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs9 ifadəsində N №-li hərbi hissənin mühəndis-istehkam bölüyünün, 1-ci taqım, 2-ci manqasında radio-telefonçu vəzifəsində xidmət edərkən taqım komandirinin leytenant Təqsirləndirilən şəxs olduğunu, leytenant Təqsirləndirilən şəxs xidmət müddətində görüb tanıdığını, həmin bölükdə xidmət edərkən taqım komandiri leytenant Təqsirləndirilən şəxs onu bir neçə dəfə müxtəlif vaxtlarda döydüyünü, belə ki, 2024-cü il yanvar ayının əvvəlləri saat N radələrində bölüyün yataqxanasında olan zaman taburetkada oturub televizora baxarkən leytenant Təqsirləndirilən şəxs onun yanına gələrək heç bir səbəb olmadan sağ əli ilə sol qulağından sillə ilə 3 dəfə vurduğunu, həmin vaxt yanında olan əsgər yoldaşları Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs12 də Təqsirləndirilən şəxs onu vurmasını gördüklərini, 23 yanvar 2024-cü ildə saat N radələrində yataqxananın qarşısında leytenant Təqsirləndirilən şəxs heç bir səbəb olmadan bir əli ilə onun sinəsindən tutaraq onu itələyib divara çırparaq özünə tərəf çəkdiyini, 13 fevral 2024-cü ildə saat N radələrində yataqxanada saçını kəsdirməyə hazırlaşan zaman üst geyimini çıxarıb taburetkada oturub çarpayıya dayandığını, həmin vaxt leytenant Təqsirləndirilən şəxs onun yanına gələrək hər iki əli ilə sinəsindən və kürəyindən iki sillə vurduğunu, niyə onu vurduğunu soruşmaq üçün ayağa qalxanda yumruqla sinəsindən, kürəyindən və qollarından vuraraq ona qarşı nalayiq ifadə işlətdiyini, sonra yenə yanına gəlib hər iki əli ilə çiyinlərindən sillə ilə vurub kürəyini çarpayıya çırpdığını, 10 fevral 2024-cü ildə axşam saat 20 radələrində yataqxanada əsgər Zərərçəkmiş şəxs11 termometri qeyd edərkən leytenant Əliyevin ona yaxınlaşıb, boynundan 4-5 dəfə sillə ilə möhkəm vurduğunu gördüyünü, lakin niyə vurmasını bilmədiyini, 12 fevral 2024-cü ildə saat N radələrində poliqonda olan zaman leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs2 yaxınlaşıb heç bir səbəb olmadan sillə ilə onun sifətindən təxminən bir neçə dəfə vurduğunu gördüyünü, 2024-cü il fevral ayının əvvəllərində saat N radələrində leytenant Təqsirləndirilən şəxsin əsgər Zərərçəkmiş şəxs2 yataqxanada nəyə görəsə sillə ilə sifətindən bir neçə dəfə vurmasını, 2024-cü ilin yanvar ayının axırlarında saat N radələrində yataqxanada olan zaman yenə leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs2 yanına yaxınlaşıb səbəbsiz yerə sifətindən sillə ilə bir neçə dəfə vurmasını gördüyünü, 2024-cü ilin fevral ayının əvvəllərində əsgər Zərərçəkmiş şəxs1 əsgər Rəhimli Muradın isimliyi ilə poçtda telefon götürüb danışdığından kiminsə bunu leytenant Təqsirləndirilən şəxs dediyini, onun da axşam saat 20 radələrində yataqxanada olan zaman əsgər Zərərçəkmiş şəxs1 yaxınlaşıb “niyə başqasının isimliyi ilə telefon götürüb danışmısan” soruşaraq ona qarşı nalayiq ifadə işlətdiyini, əsgər Zərərçəkmiş şəxs1 da həmin nalayiq sözlərdən əsəbləşərək yumuruğunu sıxdıqda Zərərçəkmiş şəxs1 sinəsindən yumruqla vurduğunu, atasının xəstə olmasına görə onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs10 ifadəsində N №-li hərbi hissənin mühəndis-istehkam bölüyünün, 1-ci taqım, 3-cü manqasında radio-telefonçu vəzifəsində xidmət edərkən taqım komandirinin leytenant Təqsirləndirilən şəxs olduğunu, leytenant Təqsirləndirilən şəxs xidmət müddətində görüb tanıdığını, 2024-cü ilin yanvar ayının əvvəllərində təxminən saat 11:30 radələrində bölüklə birlikdə hərbi hissənin ərəzisini təmizləyərkən əsgər yoldaşı Zərərçəkmiş şəxs3 ondan yığılan zibili hara atacağını soruşduğunu, həmin vaxt çox yorğun olduğundan əsəbi halda ümumi olaraq ortalığa nalayiq ifadə işlədərək hara atırsan at özün bilərsən cavabını qaytardığını, əsgər Zərərçəkmiş şəxs3 də həmin sözləri leytenant Əliyevə dediyini, leytenant Əliyevin də onları yanına çağırıb hər ikisinin başının arxasından tutub baş-başa bərkdən çırpdığını, həmin vaxt başının bərk ağrıdığını, bir dəfə də leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs2 hansısa səbəbdən döyməsini gördüyünü, leytenant Təqsirləndirilən şəxs onu döyməsinə baxmayaraq atasının xəstə olmasına görə onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində N №-li hərbi hissənin mühəndis-istehkam bölüyündə istehkamçı vəzifəsində xidmət edərkən taqım komandirinin leytenant Təqsirləndirilən şəxs olduğunu, təqribən 10 fevral 2024-cü ildə axşam saat 20 radələrində yataqxanada leytenant Təqsirləndirilən şəxs şəxsi heyətin temperaturunu ölçərək ona köməklik edərkən Təqsirləndirilən şəxs onun yanına gələrək heç nə demədən səbəbsiz yerə onun boynunun arxasından 3 dəfə sillə ilə vurduğunu, həmin vaxt boynunun möhkəm ağrıdığını, bir dəfə də 13 fevral 2024-cü ildə saat N radələrində yataqxanada saçlarını kəsdirməyə hazırlaşan zaman əsgər Zərərçəkmiş şəxs9 üst geyimini çıxarıb taburetkada oturub çarpayıya dayandığını, bunu görən leytenant Təqsirləndirilən şəxs onun yanına gələrək hər iki əli ilə əsgər Zərərçəkmiş şəxs9 sinəsindən və kürəyindən sillə ilə vurduğunu, həmin vaxt əsgər Zərərçəkmiş şəxs9 ayağa qalxanda yumruqla yenə onun sinəsindən, kürəyindən və qollarından bir neçə dəfə vurub ona qarşı nalayiq ifadə işlədərək onun yanına gedib onu çarpayıya çırpdığını, bundan başqa 2024-cü ilin yanvar ayının əvvəlləri saat N radələrində bölüyün yataqxanasında televizora baxan zaman leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs9 yanına gələrək nəyə görəsə sağ əli ilə qulağından sillə ilə 2-3 dəfə vurmasını gördüyünü, atasının xəstə olmasına görə onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində N №-li hərbi hissənin mühəndis-istehkam bölüyünün, 3-cü taqım, 2-ci manqasında baş istehkamçı vəzifəsində xidmət edən zaman taqım komandirinin leytenant Təqsirləndirilən şəxs olduğunu, onu xidmət müddətində görüb tanıdığını, həmin taqımda xidmət edən zaman 2023-cü ilin noyabr ayının əvvəllərində saat təxminən 18 radələrində yataqxananın qarşısında sırada olan zaman leytenant Təqsirləndirilən şəxs onun yanına gələrək hər hansı bir səbəb olmadan boynundan və kürəyindən bir dəfə sillə ilə vurduğunu, həmin vaxt cərgədə olan digər əsgərlərin Təqsirləndirilən şəxs onu döyməsini gördüklərini, 2023-cü ilin dekabr ayının sonlarında saat təxminən 22 radələrində yataqxanada olan zaman leytenant Təqsirləndirilən şəxs onları yataqxanada düzərək həmin vaxt belindəki remeni çıxarıb əsgər yoldaşları Zərərçəkmiş şəxs4, Nihad Bağırlını və Zərərçəkmiş şəxs7 remenlə vurduğunu, lakin hansı səbəbə vurmasaını bilmədiyini, 2024-cü ilin fevral ayının əvvəllərində saat N radələrində idman şəhərciyinə daş aparılması üçün poliqonda olarkən leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs2 heç bir səbəb olmadan döyüşə komandası verdiyini, onun da yerə uzananda yerdə onu yumuruqla vurduğunu və dizini onun kürəyinə qoyub, irəli komandası verib güldüyünü, sonra onu təhqir edib ona qalx komandası verdiyini, atasına görə Əliyevi bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş N №-li hərbi hissənin əsgəri Zərərçəkmiş şəxs13 ifadəsində N №-li hərbi hissənin mühəndis-istehkam bölüyündə xidmət etdiyi müddət ərzində 2023-cü ilin dekabr ayının sonlarında nahar yeməyi vaxtı saat təxminən N radələrində yeməkxanada yemək yeyərkən əsgər yoldaşlarıyla söhbət edərkən orada işləyən mülkü işçilərdən kiminsə taqım komandiri Təqsirləndirilən şəxs adı ilə çağırdığını, bu səbəbdən də orada olanların hamısı kimi onun da güldüyünü, həmin vaxt orada olan Təqsirləndirilən şəxs də özünün ona yaxın olduğundan onun güldüyünü görüb, ona güldüyünü zənn edərək onun yanına gəlib sifətindən sillə ilə bir dəfə vurduğunu, onu vuranda orada olan əsgər yoldaşlarının da bunu gördüklərini, 2023-cü ilin dekabr ayının sonlarında saat 22 radələrində yataqxanada yat komandasına hazırlaşarkən leytenant Təqsirləndirilən şəxs yataqxanaya gəlib şəxsi heyəti düzdüyünü, həmin vaxt əsgər Zərərçəkmiş şəxs7 ondan sıraya durmaq üçün icazə istədikdə taqım komandiri Təqsirləndirilən şəxs ona həmin vaxt “qələt edirsən sıraya durursan, kənara çəkil, səninlə sonradan danışacağam” deyərək əsgər Zərərçəkmiş şəxs7 yaxınlaşıb onun yaxasından tutaraq yumruqla boynundan vurduğunu, orada olanların onu aralaşdırdıqda ona təpik də atdığını, təpiyin Zərərçəkmiş şəxs7 xayasından dəydiyini, sonra ona nalayiq ifadələr işlətdiyini, leytenant Təqsirləndirilən şəxs atasının xəstə olmasına görə bağışladığını, ondan hər hansı bir şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş N №-li hərbi hissənin əsgəri X8 ifadəsində 14 fevral 2024-cü ildə saat 15 radələrində yataqxanada olan zaman taqım komandirləri leytenant Təqsirləndirilən şəxs yaxınlaşıb “heç olmasa əsgər Zərərçəkmiş şəxs11 icazə ver o, nişanlıdı, çayçıya gedib, orada nişanlısı ilə telefonla danışsın” dediyini, həmin vaxt Təqsirləndirilən şəxs dəhlizdə sillə ilə onun boynundan bir dəfə, qollarından isə yumruqla iki dəfə vurduğunu, bundan başqa bir dəfə də 2024-cü ilin yanvar ayının əvvəllərində leytenant Təqsirləndirilən şəxs yataqxanada onu yanına çağırıb heç bir səbəb olmadan onun boynundan tutub aşağı əyərək belindən bir dəfə yumruqla vurduğunu, ondan qorxduğundan bu barədə heç kimə heç nə demədiyini, 2024-cü ilin fevral ayının əvvəllərində saat N radələrində poliqonda olan zaman əsgər Zərərçəkmiş şəxs2 kaskası başında əyri durduğundan leytenant Təqsirləndirilən şəxs onun yanına gəlib kaskasını düzəltdikdən sonra onun başından sillə ilə, sinəsindən isə yumruqla 3-4 dəfə vurduğunu, 13 fevral 2024-cü ildə saat N radələrində yataqxanada saçlarını kəsdirməyə hazırlaşan zaman əsgər Zərərçəkmiş şəxs9 üst geyimini çıxarıb taburetkada oturub çarpayıya dayandığından bunu görən leytenant Təqsirləndirilən şəxs onun yanına gəlib hər iki əli ilə əsgər Zərərçəkmiş şəxs9 sinəsindən və kürəyindən sillə ilə ayağa qalxanda isə yumruqla sinəsindən, kürəyindən və qollarından bir neçə dəfə vuraraq ona qarşı nalayiq ifadələr işlətdiyini gördüyünü, atasının xəstə olmasına görə leytenant Təqsirləndirilən şəxs bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində N №-li hərbi hissənin mühəndis-istehkam bölüyündə xidmət etdiyi müddət ərzində taqım komandiri vəzifəsində xidmət edən leytenant Təqsirləndirilən şəxs əsgər yoldaşlarından bir neçəsini döyməsini gördüyünü, belə ki, 2024-cü ilin yanvar ayının əvvəllərində təxminən saat 11:30 radələrində poliqonda təmizlik edən zaman əsgər Zərərçəkmiş şəxs3 əsgər Zərərçəkmiş şəxs10 yığılan zibili hara atacağını soruşduğunu, Zərərçəkmiş şəxs10 da Zərərçəkmiş şəxs3 tərəf dönüb nalayiq ifadə işlədib hara atırsan at özün bilərsən dediyini, əsgər Zərərçəkmiş şəxs3 də həmin sözləri leytenant Təqsirləndirilən şəxs dedikdə Təqsirləndirilən şəxs hər iki əsgəri də yanına çağırıb hər ikisini baş-başa vurduğunu, bundan başqa 10 fevral 2024-cü ildə saat 20 radələrində əsgər Zərərçəkmiş şəxs11 bölüyün yataqxanasında olarkən pəncərənin qarşısında oturub hər kəsin istiliyini yoxlamaq üçün termometrləri adlara görə oxuyub şəxsi heyətə verən zaman leytenant Təqsirləndirilən şəxs ona yaxınlaşıb heç nə demədən səbəbsiz yerə onun boynunun arxasından sillə ilə bir neçə dəfə vurduğunu gördüyünü, 2024-cü ilin yanvar ayının ortalarında təxminən saat 15:30 radələrində hərbi hissənin yataqxanasında olarkən leytenant V. Əliyev əsgər Zərərçəkmiş şəxs3 boynundan heç bir səbəb olmadan sillə ilə 2- 3 dəfə vurmasını gördüyünü, 2024-cü ilin fevral ayının ortalarında saat 15 radələrində yataqxanada olan zaman əsgər Zərərçəkmiş şəxs2 yataqxanaya gec gəldiyinə görə leytenant Əliyev ona hirslənərək onun qolundan tutub sıraya gətirərək sıranın qabağında onun boynunun arxasından sillə ilə bir dəfə vurduğunu gördüyünü göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid6 ifadəsində N №-li hərbi hissənin mühəndis-istehkam bölüyünün, 1-ci taqım, 1-ci manqasında xidmət edərkən taqım komandirinin leytenant Təqsirləndirilən şəxs olduğunu, 13 fevral 2024-cü ildə saat N radələrində mühəndis bölüyünün yataqxanasında saçlarını kəsdirməyə hazırlaşan zaman əsgər Zərərçəkmiş şəxs9 üst geyimini çıxarıb taburetkada oturub çarpayıya dayandığını, bunu görən leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs9 yanına gəlib hər iki əli ilə onun sinəsindən və kürəyindən sillə ilə vurduğunu, əsgər Zərərçəkmiş şəxs9 ayağa qalxıb narazılıq edəndə yumruqla onun sinəsindən, kürəyindən və qollarından bir neçə dəfə vurduğunu, həmin vaxt əsgər Zərərçəkmiş şəxs9 kənara çəkiləndə ona nalayiq ifadə işlədərək yenidən onun yanına gedərək hər iki əli ilə onun çiyinlərindən vurub çarpayıya çırpdığını gördüyünü göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid4 Müzəffər oğlu ifadəsində N №-li hərbi hissənin mühəndis-istehkam bölüyündə xidmət etdiyi müddət ərzində 2024-cü ilin fevral ayının əvvəllərində saat N radələrində yataqxanada saçlarını kəsdirən zaman leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs9 sinəsindən və kürəyindən sillə ilə vurduğunu, sonra Zərərçəkmiş şəxs9 ayağa qalxanda yumruqla onun sinəsindən, kürəyindən və qollarından bir neçə dəfə vurduğunu, əsgər Zərərçəkmiş şəxs9 kənara çəkildikdə ona qarşı nalayiq ifadələr işlədərək əsəbi halda onun yanına gəlib hər iki əli ilə çiyinlərindən vurub çarpayıya çırpdığını gördüyünü göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid10 ifadəsində N №-li hərbi hissənin mühəndis-istehkam bölüyündə xidmət etdiyi müddətdə 2024-cü ilin fevral ayının əvvəllərində saat N radələrində poliqonda olan zaman leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs2 heç bir səbəb olmadan döyüşə komandası verdiyini, o, yerə uzananda nəyə görəsə onu yerdə yumruqla vurduğunu, dizini onun kürəyinə qoyub, irəli komandası verib gülməyə başladığını, 2024-cü ilin fevral ayının əvvəllərində əsgər Zərərçəkmiş şəxs1 əsgər Rəhimli Muradın isimliyi ilə poçtda telefon götürüb danışdığını, bunu leytenant Təqsirləndirilən şəxs bildiyini və ona görə axşam saat 20 radələrində yataqxanada olan zaman əsgər Zərərçəkmiş şəxs1 yaxınlaşıb niyə başqasının isimliyi ilə icazəsiz telefon götürüb danışmasını soruşaraq ona qarşı nalayiq ifadə işlədərək Zərərçəkmiş şəxs1 sinəsindən bir dəfə yumruqla vurduğunu gördüyünü, bir dəfə də 10 fevral 2024-cü ildə saat 20 radələrində bölüyün yataqxanasında əsgərlərin istilikləri yoxlanan zaman əsgər Bağırlı da pəncərənin qarşısında oturub termometrləri adlara görə oxuyub şəxsi heyətə verərkən bu vaxt leytenant Əliyev Bağırlıya yaxınlaşıb heç nə demədən onun boynunun arxasından sillə ilə bir neçə dəfə vurduğunu, 2023-cü ilin noyabr ayının əvvəllərində saat 15 radələrində bölüyün yataqxanasında şəxsi heyətin düzüldüyünü, əsgər Zərərçəkmiş şəxs8 sırada tərpəndiyinə görə leytenant Əliyev onun yanına yaxınlaşıb sol əli ilə sifətini sığallayaraq sifətindən sillə ilə vurduğunu gördüyünü göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid7 ifadəsində N №-li hərbi hissənin mühəndis-istehkam bölüyündə xidmət etdiyi müddət ərzində taqım komandirləri leytenant Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayının sonlarında yat komandasına düzülən zaman əsgər Zərərçəkmiş şəxs7 döyməsini gördüyünü, belə ki, həmin vaxt leytenant Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 yumruqla boynundan, sonra təpiklə xayasından vuraraq onun sinəsindən tutub pəncərəyə çırpdığını və qolunu burduğunu, həmin vaxt əsgər Zərərçəkmiş şəxs7 ağlamağa başlayıb çölə qaçdığını, bundan başqa 2023-cü ilin noyabr ayının əvvəllərində saat 15 radələrində yataqxanada olan zaman leytenant Təqsirləndirilən şəxs şəxsi heyəti yataqxanada düzdüyünü, həmin vaxt əsgər Zərərçəkmiş şəxs8 sırada olan zaman tərpəşdiyinə görə leytenant Təqsirləndirilən şəxs onun yanına gəlib sol əli ilə K. Cəfərovun sifətinin sağ tərəfini sığallayaraq sifətindən sillə ilə vurduğunu, Cəfərov ona hirsli şəkildə “məni niyə sillə ilə vurursan” dedikdə leytenant Əliyev şəxsi heyətin içində Cəfərova heç nə deməyərək onun içəridə qalmasını deyib şəxsi heyəti çölə çıxardığını, sonra Zərərçəkmiş şəxs8la yataqxanada tək qaldığını, orada nə baş verdiyini bilmədiyini, sonra eşitdiyinə görə Zərərçəkmiş şəxs8 həmin vaxt döydüyünü, 2024-cü ilin yanvar ayının əvvəllərində saat 15 radələrində siqaret çəkilən yerdə taqım komandiri Təqsirləndirilən şəxs onlara heç bir səbəb olmadan döyüşə komandası verib müxtəlif idman hərəkətləri etdirdiyini, lakin orada həmin vaxt əsgər Zərərçəkmiş şəxs2 döyməsini, yaxut da ona qarşı hər hansı bir nalayiq ifadələr işlətməsini görmədiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid11 ifadəsində N №-li hərbi hissənin mühəndis-istehkam bölüyündə xidmət etdiyi müddətdə 2023-cü ilin dekabr ayının sonlarında saat 21 radələrində ayaqyolundan çıxıb yataqxanaya gedən zaman əsgər Zərərçəkmiş şəxs7 ağlayaraq aşağı düşdüyünü gördüyünü, ondan niyə ağlamasını soruşduqda heç nə demədiyini, ağlaya-ağlaya çölə çıxdığını, taqım komandiri leytenant Təqsirləndirilən şəxs isə yuxarıdan qışqırıb onu qoymayın çölə çıxsın dediyindən o və digər əsgərlərin onun arxasınca gedib onu besetkada saxladıqlarını, sonra Zərərçəkmiş şəxs7 əl-üzünü yuması üçün ayaqyoluna apardıqlarını, həmin vaxt taqım komandiri Təqsirləndirilən şəxs də oraya gəldiyini, sonradan əsgər yoldaşlarından eşitdiyinə görə yataqxanada leytenant Təqsirləndirilən şəxs hansısa səbəbdən Zərərçəkmiş şəxs7 döyməsini və təhqir etməsini eşitdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid8 ifadəsində N №-li hərbi hissənin mühəndis-istehkam bölüyündə xidmət etdiyi müddət ərzində taqım komandirlərinin leytenant Təqsirləndirilən şəxs olduğunu, 2024-cü ilin yanvar ayının axırlarında saat N radələrində yataqxanada olan zaman leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs2 yanına gələrək səbəbsiz yerə onun sifətindən sillə ilə bir neçə dəfə vurmasını gördüyünü, 10 fevral 2024-cü ildə saat 20 radələrində əsgər Zərərçəkmiş şəxs11 yataqxanada pəncərənin qarşısında oturub termometrləri adlara görə oxuyub şəxsi heyətə verərkən həmin vaxt orada olan leytenant Təqsirləndirilən şəxs ona yaxınlaşıb heç nə demədən və heç bir səbəb olmadan onun boynunun arxasından sillə ilə bir neçə dəfə vurduğunu gördüyünü, 2024-cü ilin yanvar ayının əvvəllərində təxminən saat 11:30 radələrində poliqonda təmizlik edən zaman əsgər Zərərçəkmiş şəxs3 əsgər Zərərçəkmiş şəxs10 yığılan zibili hara atacağını soruşduğunu, əsgər Zərərçəkmiş şəxs10 da Zərərçəkmiş şəxs3 nalayiq sözlərlə hara atırsan at özün bilərsən dediyini, onların söhbətini eşidən leytenant Təqsirləndirilən şəxs hər ikisini yanına çağıraraq saçlarından yapışıb baş-başa vurduğunu gördüyünü, 2023-cü ilin dekabr ayının 31-də hərbi hissənin yeməkxanasında yemək yeyərkən əsgər Zərərçəkmiş şəxs13in əsgərlərlə söhbət edərkən bərkdən güldüyünü görüb yəqin ona güldüyünü fikirləşərək onun üzündən sillə ilə bir dəfə vurduğunu gördüyünü, lakin əsgər Zərərçəkmiş şəxs1 əsgər yoldaşı M.Rəhimlinin isimliyini götürüb evləri ilə danışmasına görə taqım komandiri Təqsirləndirilən şəxs onu döyməsini eşitmədiyini və görmədiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid12 ifadəsində N №-li hərbi hissənin mühəndis-istehkam bölüyündə xidmət etdiyi müddət ərzində leytenant Təqsirləndirilən şəxs onun taqım komandiri olduğunu, 2024-cü ilin fevral ayının ortalarında saat 15 radələrində yataqxanada olan zaman əsgər Zərərçəkmiş şəxs2 yataqxanaya gec gəldiyini, bu səbəbdən də leytenant Təqsirləndirilən şəxs ondan niyə gec gəlməsini soruşaraq onun boynunun arxasından zarafatla sillə ilə bir dəfə vurmasını gördüyünü, 2023-cü ilin noyabr ayının əvvəllərində saat 15 radələrində yataqxanada olan zaman leytenant V. Əliyevin şəxsi heyəti cərgəyə düzdüyünü, həmin vaxt əsgər Kənan Cəfərov sırada olan zaman tərpəndiyinə görə onun yanına gəlib deyəsən zarafatla əli ilə Zərərçəkmiş şəxs8 sifətinin sağ tərəfini sığallayaraq bir dəfə sifətindən sillə ilə vurduğunu, Zərərçəkmiş şəxs8 da onu vurmasına etiraz etdikdə bütün əsgərləri eşiyə çıxarıb onunla içəridə tək qaldıqlarını, sonra aralarında nə olduğunu bilmədiyini, digər hallarda Təqsirləndirilən şəxs kimlərisə vurmadığını, döymədiyini və zoraki hərəkətlər etməsini görmədiyini göstərdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış, teleqrama ilə müraciət edərək hərbi xidmətdən tərxis olunduğunu, ailə vəziyyəti ilə ələqadar məhkəmə iclaslarında iştirak edə bilmədiyini, ibtidaii istintaq zamanı verdiyi ifadəsi tədqiq edilərək elan edilmiş Zərərçəkmiş şəxs1 ifadəsində N №-li hərbi hissənin mühəndis-istehkam bölüyünün, 2-ci taqım, 1-ci manqasında istehkamçı vəzifəsində xidmət edərkən taqım komandirinin leytenant Təqsirləndirilən şəxs olduğunu, leytenant Təqsirləndirilən şəxs xidmət müddətində görüb tanıdığını, 2024-cü ilin fevral ayının əvvəllərində əsgər yoldaşı Rəhimli Muradın isimliyi ilə poçtdan telefonla evləri ilə danışdığını, başqasının isimliyi ilə evləri ilə telefonla danışmasını eşidən leytenant Təqsirləndirilən şəxs axşam saat 20 radələrində yataqxanada onu yanına çağıraraq niyə başqasının isimliyi ilə telefon götürüb danışmasını ona irad tutaraq ona əsəbləşdiyini, onun da pulunun olmadığını, pulu əsgər Murad Rəhimlinin verdiyini, ona görə də onun isimliyi ilə telefon götürüb evləri ilə danışdığını dediyini, həmin vaxt leytenant Təqsirləndirilən şəxs daha da əsəbləşərək ona qarşı nalayiq ifadələr işlətdiyini, nalayiq ifadələrə görə şəxsi heyətin içində çox pis olduğunu, özünü sakitləşdirmək üçün yumruğunu sıxaraq sakitləşmək üçün nəyəsə vurmaq istədiyini, bunu görən Təqsirləndirilən şəxs onu yanına çağıraraq ondan niyə yumuruğunu sıxdığını soruşaraq anidən onun sinəsindən bir dəfə yumruqla vurduğunu, həmin vaxt heç bir xəsarət almadığını, orada olan əsgər Rəhimli Murad və digər əsgərlərlərin Təqsirləndirilən şəxs onu vurmasını gördüklərini, bundan başqa poliqonda olan zaman leytenant Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda əsgər Zərərçəkmiş şəxs2 vurduğunu gördüyünü, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərmişdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış, teleqrama ilə müraciət edərək hərbi xidmətdən tərxis olunduğunu, ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyən, məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş Zərərçəkmiş şəxs2 Rafiq oğlu ifadəsində N saylı hərbi hissədə xidmət edərkən taqım komandiri vəzifəsi vakant olduğundan leytenant Təqsirləndirilən şəxs həmin vəzifəni icra etdiyini, 12 fevral 2024-cü ildə saat N radələrində N №-li hərbi hissənin ərazisindəki poliqonda olan zaman leytenant Təqsirləndirilən şəxs ona yaxınlaşıb heç bir səbəb olmadan sillə ilə onun sifətindən 3-4 dəfə vurub ona qarşı nalayiq ifadələr işlətdiyini, 2024cü ilin fevral ayının əvvəllərində saat N radələrində bölüyün yataqxanasında olan zaman leytenant Təqsirləndirilən şəxs yenə heç bir səbəb olmadan sillə ilə onun sifətindən 2-3 dəfə vurduğunu, həmin vaxt yataqxanada olan bölüyün şəxsi heyətinin Təqsirləndirilən şəxs onu vurmasını gördüklərini, bundan başqa 2024-cü ilin yanvar ayının axırlarında saat N radələrində bölüyün yataqxanasında olan zaman Təqsirləndirilən şəxs onu yanına gəlib səbəbsiz yerə sifətindən sillə ilə 4-5 dəfə vurduğunu, 2024-cü ilin fevral ayının əvvəllərində saat N radələrində idman şəhərciyinə maşınla daş aparkən ərazidə Təqsirləndirilən şəxs ona heç bir səbəb olmadan döyüşə komandası verdiyini, yerə uzanandıqda yerdə yumruqla onu vuraraq dizini onun kürəyinə qoyub, irəli komandası verərək onu lağa qoyaraq güldüyünü, sonra ona qalx komandası verdiyini, həmin vaxt ona qarşı nalayiq ifadələr də işlətdiyini, bir azdan yenə onu yanına çağıraraq onun qolundan tutub sağa-sola dartışdıraraq əsgərlər arasında onu təhqir etdiyini, orada olan digər əsgərlərin Təqsirləndirilən şəxs bu hərəkətlərini gördüklərini, 2024-cü ilin fevral ayının ortalarında saat 15 radələrində yataqxanaya gec gəldiyi üçün leytenant Təqsirləndirilən şəxs ona niyə gec gəldiyini soruşduqda ona ayaqyolunda olduğunu deyib paltarlarını çarpayısının aşağısına yığmağa başladığını, bunu görən Təqsirləndirilən şəxs onun bu hərəkətinə qarşı əsəbləşərək onu danlamağa başlayaraq ona qarşı nalayiq ifadələr işlədərək onun qolundan tutub sıraya gətirərək orada onun boynunun arxasından sillə ilə bir dəfə vurduğunu, həmin vaxt orada olan əsgər Şahid12 və digər əsgərlərin də Təqsirləndirilən şəxs onu vurmasını gördüklərini, 2024-cü ilin fevral ayının əvvəllərində poliqonda dərsdə olan zaman saat N radələrində MAHHXHQ Bəhruz Həsənlinin onlara döyüşə komandası verdiyini, həmin vaxt yerdə sürünən zaman qoluna tikan batdığını, qolunun tikan batan hissəsini əliylə ovan zaman B.Həsənlinin bunu görüb ondan sırada niyə elə hərəkətlər etdiyini soruşduqda qoluna tikan batdığına görə elə etdiyini dediyini, həmin vaxt leytenant Təqsirləndirilən şəxs MAHHX HQ əsgər B.Həsənlidən nə olduğunu soruşduqda onun da, “əsgər Zərərçəkmiş şəxs2 sırada düz durmur, əmri yerinə yetirmir” dediyinə görə leytenant Təqsirləndirilən şəxs onu yanına çağırıb üzündən və boynunun arxasından sillə ilə, sinəsindən əli ilə vuraraq itələdiyini, 2024-cü ilin fevral ayının əvvəllərində saat N radələrində poliqonda mühəndis şəhərciyində olan zaman başındakı kaska əyri durduğuna görə leytenant Təqsirləndirilən şəxs onun yanına gəlib onun kaskasını düzəltdikdən sonra başından sillə ilə, sinəsindən isə yumruqla 3-4 dəfə vurduğunu, yadında qalan 2024-cü ilin yanvar ayının əvvəllərində saat 15 radələrində kurilkanın yanında siqaret çəkilən yerdə siqaret çəkərkən leytenant Təqsirləndirilən şəxs onlara dağıl-düzül komandası, sonra döyüşə komandası verdiyini, döyüşə komandasını icra edib yerə uzandıqlarını, Təqsirləndirilən şəxs onlara “sürünərək gəlib ayağıma əlinizi vurun, kim əlini gəlib ayağıma vursa ayağa qalxacaq” dediyini, sürünüb onun yanına gedərkən arxada qaldığına görə həmin vaxt leytenant Təqsirləndirilən şəxs onun sifətindən sillə ilə, başından və kürəyindən isə iki dəfə yumruqla vurduğunu, həmin vaxt orada olanları Təqsirləndirilən şəxs onu vurmasını gördüklərini, həmin vaxt Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs9 vurmasını gördüyünü, 2024-cü ilin fevral ayının əvvəllərində saat N radələrində yataqxanada saçlarını kəsdirən zaman əsgər Zərərçəkmiş şəxs9 üst geyimini çıxarıb taburetkada oturarkən leytenant Əliyevin onun yanına gəlib hər iki əli ilə sinəsindən və kürəyindən sillə ilə vurduğunu, əsgər Zərərçəkmiş şəxs9 ayağa qalxmaq istərkən yumruqla sinəsindən, kürəyindən və qollarından bir neçə dəfə vuraraq ona qarşı nalayiq ifadə işlətdiyini gördüyünü, leytenant Təqsirləndirilən şəxs ona qarşı bu hərəkətlərinə baxmayaraq onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərmişdi. İbtidai istintaqında zərərçəkmiş şəxs qismində tanınmış, xəstəliyi ilə əlaqədar Bakı şəhəri, Müdafiyə Nazirliyinin Mərkəzi Klinik Hospitalında müalicə alan, ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxışı iclaslarında iştirak edə bilməyən, 27 mart 2024-cü il tarixdə Naxçıvan Hərbi Prokurorluğunda verdiyi ifadəsi tədqiq edilərək elan edilmiş Zərərçəkmiş şəxs3 ifadəsində N №-li hərbi hissənin 5-ci taborunun 15-ci bölüyünün 2-ci taqım 1-ci manqasında atıcı vəzifəsində xidmət edərkən taqım komandirinin leytenant Təqsirləndirilən şəxs olduğunu, 2024-cü ilin yanvar ayının əvəllərində saat 11:30 radələrində bölüklə birlikdə hərbi hissənin poliqon ərazisini təmizləyən zaman əsgər yoldaşı Zərərçəkmiş şəxs10 yığılan zibilləri hara atacağını soruşduğunu, onun da nalayiq şəkildə hara atırsan at özün bilərsən dediyini, onun həmin deyilən sözləri Təqsirləndirilən şəxs dedikdə hər ikisini yanına çağıraraq bu sözlərə görə onu və əsgər Zərərçəkmiş şəxs10 baş-başa çırpdığını, 2024-cü ilin yanvar ayının ortalarında saat 15:30 radələrində bölüyün yataqxanasında olan zaman leytenant Təqsirləndirilən şəxs ona yaxınlaşıb səbəbsiz yerə boynunun arxasından sillə ilə 2-3 dəfə vurduğunu, Təqsirləndirilən şəxs onu vurması nəticəsində xəsarət almadığını, Təqsirləndirilən şəxs onu vurmasını əsgər yoldaşı Şahid5 və digər əsgər yoldaşlarının gördüklərini, onu bağışlamadığını göstərmişdi. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində tanınmış, teleqrama ilə müraciət edərək hərbi xidmətdən tərxis olunduğunu, ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyən, məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş Zərərçəkmiş şəxs4 ifadəsində N №-li hərbi hissənin mühəndis-istehkam bölüyündə xidmət edən zaman taqım komandirinin leytenant Təqsirləndirilən şəxs olduğunu, onun 2023-cü ilin dekabr ayının sonlarında saat təxminən 22 radələrində bölüyün yataqxanasında şəxsi heyəti düzdüyünü, həmin vaxt əsgər Zərərçəkmiş şəxs7 sırada bərk səs elədiyinə görə leytenant Təqsirləndirilən şəxs belindəki remeni çıxarıb dəmir tərəfi ilə 1-ci Zərərçəkmiş şəxs7 əlindən vurduğunu, sonra həmin vaxt o və əsgər Zərərçəkmiş şəxs5 da güldüyünə görə əsgər Zərərçəkmiş şəxs5 qolundan sonra isə həmin remenin dəmir tərəfi ilə onun kürəyindən bir dəfə vurduğunu, leytenant Təqsirləndirilən şəxs bağışladığını ondan şikayət və tələbinin olmadığını göstərmişdi. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində tanınmış, teleqrama ilə müraciət edərək halhazırda hərbi xidmətdən tərxis olunaraq ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyən, məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş Zərərçəkmiş şəxs5 ifadəsində N №-li hərbi hissənin mühəndis-istehkam bölüyündə xidmət edərkən taqım komandirinin leytenant Təqsirləndirilən şəxs olduğunu, 2023-cü ilin dekabr ayının sonlarında saat təxminən 22 radələrində bölüyün yataqxanasında əsgər Zərərçəkmiş şəxs7 səs elədiyinə görə leytenant Təqsirləndirilən şəxs belindəki remeni çıxarıb onu vurduğunu, həmin vaxt o və əsgər Zərərçəkmiş şəxs4 də güldüyünə görə leytenant Təqsirləndirilən şəxs əlindəki remenlə onu və əsgər Zərərçəkmiş şəxs4 də vurduğunu, leytenant Təqsirləndirilən şəxs bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərmişdi. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində tanınmış, xəstəliyi ilə ələqadar Naxçıvan şəhəri, Müdafiyə Nazirliyinin Mərkəzi Klinik Hospitalında, yoluxucu xəstəliklər bölməsində müalicə alan, ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş əsgər Zərərçəkmiş şəxs7 ifadəsində N №-li hərbi hissənin mühəndis-istehkam bölüyündə xidmət edən zaman taqımın komandirinin leytenant Təqsirləndirilən şəxs olduğunu, 29 dekabr 2023-cü ildə saat 22 radələrində yataqxanada yat komandasına hazırlaşarkən leytenant Təqsirləndirilən şəxs taqımı sıraya düzdüyünü, həmin vaxt bərk səs-küy gəldiyi üçün cərgədə kimin səs etdiyini soruşduqda həmin vaxt yubandığı üçün leytenant Təqsirləndirilən şəxs sıraya durmaq üçün icazə istədiyini, onun da əsəbi halda qələt edirsən, sıraya durursan deyib ona yaxınlaşaraq yaxasından yapışıb yumruqla boynunun arxasından bir dəfə vurduğunu, orada olan əsgərlərin onu oradan uzaqlaşdıranda Təqsirləndirilən şəxs ona yenə təpik atdığını, təpiyin onun xayasından dəydiyini leytenant Təqsirləndirilən şəxs sonra onun yaxasından tutub kürəyini iki dəfə pəncərəyə bərkdən çırparaq sol qolunu arxaya qatladığını, həmin vaxt əlinin isidicinin üstündə olduğundan sağ qolunun isidicinin arasında qaldığını və az da olsa əzildiyini, həmin vaxt orada olan əsgərlərin onu aralayb kənara apardıqlarını, Təqsirləndirilən şəxs əlində olan süpürgəni ona tərəf atdığını, süpürgənin plastik hissəsinin başına dəydiyini, sonra ona “sən küçə uşağı olubsan” dediyi üçün əsəblərini cilovlaya bilməyib ağlaya-ağlaya “mən küçə uşağı deyiləm” cavabını verdiyini, həmin vaxt leytenant Təqsirləndirilən şəxs ona “atan nə olub sən də nə olasan, sən yetim uşaqsan, kəmərdən aşağı oğlansan” dediyi üçün həmin sözlərdən daha da pis olub ağlayaraq yatağına tərəf gedərkən leytenant Təqsirləndirilən şəxs ailə tərbiyəsi gördüyünü, küçə uşağı olmadığını deyəndə, Təqsirləndirilən şəxs yenə ona nalayiq ifadələr işlədib yataqxanadan getdiyini, Təqsirləndirilən şəxs yataqxanadan çıxıb gedəndə o, kitelini götürüb yataqxanadan qaçaraq çölə çıxdığını, həmin vaxt onun qaçmasını görən leytenant Təqsirləndirilən şəxs pilləkənlərdə əsgərlərə onu tutub içəri gətirməsini deyərək o besetkanın yanına çatanda leytenant Təqsirləndirilən şəxs onun kitelinin boynunun arxasından tutub çəkərkən yerə yıxıldığını, yerdə Təqsirləndirilən şəxs onun başından sillə ilə iki-üç dəfə vura-vura güldüyünü, həmin vaxt orada olan əsgər Şahid11 onun yanına gələrək onu ayaqyoluna aparıb əl-üzünü yuyub yataqxanaya gətirdiyini, 30 dekabr 2023-cü ildə saat 22 radələrində bölüyün yataqxanasında olan zaman leytenant Təqsirləndirilən şəxs yataqxanaya gəldiyini, həmin vaxt onun nəyəsə görə səs elədiyini, bunu eşidən leytenant Təqsirləndirilən şəxs belindəki remeni çıxarıb remenin dəmir tərəfi ilə ağrıyan əlinin üstündən bir dəfə vurduğunu, orada olan əsgərlər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 də güldüyünə görə o, remenin dəmir tərəfi ilə Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 də əlindən remenlə vurduğunu, onu vurduğu üçün ağladığını, həmin gün əlinin ağrısından gecə yata bilmədiyini, 2024-cü ilin yanvar ayının sonlarında saat 20 radələrində bölüyün yataqxanasında Təqsirləndirilən şəxs şəxsi heyətə düzül komandası verdiyini, kitelini çıxarıb sıraya durduğunu, həmin vaxt qolu ağrıdığı üçün digər əliylə qolunu tutduğunu, bunu görən leytenant Əliyevin onun yanına yaxınlaşıb yaxasından tutaraq silkələdiyini və çənəsinin altından yumruqla bir dəfə də vurduğunu, həmin vaxt zərbənin təsirindən dilini dişlədiyini, leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs2 döyməsini gördüyünü, təqsirləndirilən şəxsi bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərmişdi. İbtidai istintaq zamanı ifadəsi alınmış, hərbi xidmətdən tərxis olunaraq ailə vəziyyəti ilə əlaqədar məhkəmə baxışı iclaslarında iştirak edə bilməyən ifadəsi tədqiq edilərək elan edilmiş zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs6 ifadəsində N №-li hərbi hissənin mühəndisistehkam bölüyünün, 2-ci taqım, 3-cü manqasında kəşfiyyatçı-istehkamçı vəzifəsində xidmət edərkən həmin vaxt taqım komandirinin leytenant Təqsirləndirilən şəxs olduğunu, hazırda N №-li hərbi hissənin 4-cü taborunun 13-cü bölüyünün 3-cü taqım 1-ci manqasında heyət nəfəri vəzifəsində xidmət etdiyini, leytenant Təqsirləndirilən şəxs xidmət müddətində görüb tanıdığını, 2024-cü ilin yanvar ayının sonlarında saat 12:30 radələrində bölüklə hamama gedərkən çəkmələri çirkli olduğundan divizion komandirinin onun patinkasının çirkli olduğunu görüb bunu leytenant Təqsirləndirilən şəxs irad tutduğunu, leytenant Təqsirləndirilən şəxs də düzülüş yerində onun yaxasından tutub sinəsindən əli ilə bir dəfə vurub ona qarşı nalayiq ifadə işlətdiyini, 12 fevral 2024-cü ildə saat N radələrində poliqonda olan zaman leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs2 yaxınlaşıb heç bir səbəb olmadan sillə ilə onun sifətindən təxminən 3-4 dəfə vurub ona qarşı nalayiq ifadələr işlətdiyini, 2024-cü ilin fevral ayının əvvəllərində saat N radələrində leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs2 yataqxanada heç bir səbəb olmadan sillə ilə sifətindən bir neçə dəfə vurmasını gördüyünü, 2024-cü ilin yanvar ayının axırlarında saat N radələrində yataqxanada olan zaman leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs2 yanına yaxınlaşıb səbəbsiz yerə sifətindən sillə ilə 4-5 dəfə vurmasını gördüyünü, Təqsirləndirilən şəxs bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərmişdi. İbtidai istintaq zamanı ifadəsi alınmış, hərbi xidmətdən tərxis olunaraq ailə vəziyyəti ilə əlaqədar məhkəmə baxışı iclaslarında iştirak edə bilməyən ifadəsi tədqiq edilərək elan edilmiş Şahid2 ifadəsində N №-li hərbi hissənin mühəndis-istehkam bölüyündə xidmət edərkən taqım komandirlərinin leytenant Təqsirləndirilən şəxs olduğunu, 2024-cü ilin fevral ayının əvvəllərində saat N radələrində poliqonda olarkən leytenant Əliyev əsgər Zərərçəkmiş şəxs2 Rafiq oğluna heç bir səbəb olmadan döyüşə komandası verərək yerdə Allahyarovu yumruqla vurduğunu, sonra dizini Zərərçəkmiş şəxs2 kürəyinə qoyub, irəli komandası verib gülərək ona qarşı nalayiq ifadələr işlətdiyini, ayağa qalxandan sonra isə Zərərçəkmiş şəxs2 qolundan tutub sağa-sola çəkdiyini, 2024-cü ilin fevral ayının əvvəllərində əsgər Zərərçəkmiş şəxs1 əsgər Rəhimli Muradın isimliyi ilə poçtda telefon götürüb evləri ilə danışdığını, bu səbəbdən də leytenant Təqsirləndirilən şəxs axşam saatlarında yataqxanada olan zaman əsgər Zərərçəkmiş şəxs1 yaxınlaşıb niyə başqasının isimliyi ilə telefon götürüb danışmasını soruşaraq ona qarşı nalayiq ifadə işlədərək onun sinəsindən bir dəfə yumruqla vurduğunu, 10 fevral 2024-cü ildə saat 20 radələrində bölüyün yataqxanasında əsgər Zərərçəkmiş şəxs11 pəncərənin qarşısında oturub termometrləri adlara görə oxuyub şəxsi heyətə verərkən leytenant Təqsirləndirilən şəxs ona yaxınlaşıb heç nə demədən, heç bir səbəb olmadan onun boynunun arxasından sillə ilə bir neçə dəfə vurduğunu gördüyünü göstərmişdi. İbtidai istintaq zamanı ifadəsi alınmış, hərbi xidmətdən tərxis olunaraq ailə vəziyyəti ilə əlaqədar məhkəmə baxışı iclaslarında iştirak edə bilməyən ifadəsi tədqiq edilərək elan edilmiş Şahid1 ifadəsində N №-li hərbi hissənin mühəndis-istehkam bölüyündə xidmət edərkən taqım komandirlərinin leytenant Təqsirləndirilən şəxs olduğunu, onun həmin dövrdə bir neçə əsgər yoldaşını döyməsini gördüyünü, belə ki, 2024-cü ilin fevral ayının əvvəllərində əsgər Zərərçəkmiş şəxs1 əsgər M. Rəhimlinin isimliyi ilə poçtda telefon götürüb danışdığını, bu səbəbdən də Təqsirləndirilən şəxs həmin gün axşam saat 20 radələrində yataqxanada olan zaman əsgər Zərərçəkmiş şəxs1 yaxınlaşıb niyə başqasının isimliyi ilə telefon götürüb danışmasını soruşaraq ona qarşı nalayiq ifadə işlədərək Zərərçəkmiş şəxs1 sinəsindən bir dəfə yumruqla vurduğunu gördüyünü, bir dəfə də 10 fevral 2024-cü ildə saat 20 radələrində bölüyün yataqxanasında istilikləri yoxlanılarkən əsgər Zərərçəkmiş şəxs11nin da pəncərənin qarşısında oturub termometrləri adlara görə oxuyub şəxsi heyətə verərkən leytenant Təqsirləndirilən şəxs ona yaxınlaşıb heç nə demədən onun boynunun arxasından sillə ilə bir neçə dəfə vurduğunu gördüyünü, 2023cü ilin dekabr ayının sonlarında saat təxminən 22 radələrində yataqxanada olan vaxt leytenant Əliyev onları yataqxanada düzdüyünü, həmin vaxt əsgər Zərərçəkmiş şəxs7 cərgədə səs elədiyinə görə leytenant Təqsirləndirilən şəxs belindəki remeni çıxarıb həmin remenlə onu vurduğunu, əsgər Zərərçəkmiş şəxs7 də ağladığını, orada olan əsgərlər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 da güldüklərinə görə leytenant V. Əliyevin onları da remenlə vurduğunu gördüyünü, 2023-cü ilin dekabr ayının sonlarında saat 22 radələrində yataqxanada yat komandasına hazırlaşan vaxt leytenant Təqsirləndirilən şəxs yataqxanaya gəlib şəxsi heyəti düzərkən əsgər Zərərçəkmiş şəxs7 sıraya durmaq üçün icazə istədikdə leytenant Təqsirləndirilən şəxs həmin vaxt ona qələt edirsən sıraya durusan deyərək ona yaxınlaşıb yaxasından tutub yumruqla boynundan, təpiklə xayasından vuraraq ona qarşı nalayiq ifadələr işlətdiyini gördüyünü göstərmişdi. İbtidai istintaqda ifadəsi alınmış, xidməti zərurətlə əlaqədar məhkəmə istintaqında iştirak etməyən, ifadəsi tədqiq edilərək elan edilmiş Şahid3 ifadəsində N №-li hərbi hissənin mühəndis-istehkam bölüyündə xidmət edərkən taqımın komandirinin leytenant Təqsirləndirilən şəxs olduğunu, 2024-cü ilin yanvar ayının əvvəllərində saat 15 radələrində siqaret çəkilən yerdə siqaret çəkərkən leytenant Təqsirləndirilən şəxs onlara dağıl-düzül komandası, sonra döyüşə komandası verdiyini, onların da döyüş komandasını icra edib yerə uzandıqlarını, sonra onlara sürünərək gəlib ayaqalarına əllərini vurmasını, kim əlini tez gəlib onun ayağına vursa ayağa qalxacağını dediyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs2 arxada qaldığına görə leytenant Təqsirləndirilən şəxs onun sifətindən sillə ilə, başından və kürəyindən isə iki dəfə yumruqla vurduğunu gördüyünü göstərmişdi. İbtidai istintaq zamanı ifadəsi alınmış, hərbi xidmətdən tərxis olunaraq ailə vəziyyəti ilə əlaqədar məhkəmə baxışı iclaslarında iştirak edə bilməyən ifadəsi tədqiq edilərək elan edilmiş Şahid9 ifadəsində N №-li hərbi hissənin mühəndis-istehkam bölüyündə xidmət etdiyi müddət ərzində leytenant Təqsirləndirilən şəxs bir neçə əsgər yoldaşlarını döyməsinin şahidi olduğunu, belə ki, 2024-cü ilin fevral ayının əvvəllərində axşam saat 20 radələrində yataqxanada leytenant Təqsirləndirilən şəxs şəxsi heyətin temperatorunu ölçdürən zaman əsgər Zərərçəkmiş şəxs11 da ona köməklik etdiyini, həmin vaxt leytenant Təqsirləndirilən şəxs onun yanına gedib onun boynunun arxasından sillə ilə bir neçə dəfə vurduğunu gördüyünü, bundan başqa taqım komandiri leytenant Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda əsgər Zərərçəkmiş şəxs7 və əsgər Zərərçəkmiş şəxs9 şillə və təpiklə döyməsini gördüyünü göstərmişdi. N №-li hərbi hissədən alınmış arayışda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 11-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdə olan bütün kiçik zabitlərin bütün çavuşlar, əsgərlər və matroslar üçün rəis hesab edildiyindən N №-li hərbi hissənin mühəndis-istehkam bölüyünün 1-ci taqımının komandiri vəzifəsində xidmət edən leytenant Təqsirləndirilən şəxs tabelyində olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçarına rəsi hesab edildiyi və aralarında tabelik münasibətlərinin olduğu göstərilmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 1-7-də olan cinayət işinin başlaması və icraata qəbul edilməsi haqqında 13 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9,Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, X8 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 79-da olan Zərərçəkmiş şəxs7 məhkəmə tibbi ekspertizasından keçirilmiş, təqdim edilmiş 23 fevral 2024-cü il tarixli, 110 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs7 bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 162-də olan Zərərçəkmiş şəxs2 məhkəmə tibbi ekspertizasından keçirilmiş, təqdim edilmiş 23 fevral 2024-cü il tarixli, 111 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs2 bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 163-də olan Zərərçəkmiş şəxs11 məhkəmə tibbi ekspertizasından keçirilmiş, təqdim edilmiş 23 fevral 2024-cü il tarixli, 112 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs11 bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərilmişdi. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 164-də olan Zərərçəkmiş şəxs9 məhkəmə tibbi ekspertizasından keçirilmiş, təqdim edilmiş 23 fevral 2024-cü il tarixli, 113 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs9 bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 165-də olan Zərərçəkmiş şəxs8 məhkəmə tibbi ekspertizasından keçirilmiş, təqdim edilmiş 23 fevral 2024-cü il tarixli, 117 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs8 bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 166-da olan zərərçəkmiş şəxs X8 məhkəmə tibbi ekspertizasından keçirilmiş, təqdim edilmiş 23 fevral 2024-cü il tarixli, 118 nömrəli ekspert rəyində R.R.Hüseynlinin bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 167-də olan Zərərçəkmiş şəxs6 məhkəmə tibbi ekspertizasından keçirilmiş, təqdim edilmiş 23 fevral 2024-cü il tarixli, 119 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs6 bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 168-də olan Zərərçəkmiş şəxs1 məhkəmə tibbi ekspertizasından keçirilmiş, təqdim edilmiş 23 fevral 2024-cü il tarixli, 120 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs1 bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 169-da olan Zərərçəkmiş şəxs12 məhkəmə tibbi ekspertizasından keçirilmiş, təqdim edilmiş 23 fevral 2024-cü il tarixli, 121 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs12 bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 170-də olan Zərərçəkmiş şəxs10 məhkəmə tibbi ekspertizasından keçirilmiş, təqdim edilmiş 23 fevral 2024-cü il tarixli, 122 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs10 bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 171-də olan Zərərçəkmiş şəxs13 məhkəmə tibbi ekspertizasından keçirilmiş, təqdim edilmiş 23 fevral 2024-cü il tarixli, 123 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs13 bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 172-də olan Zərərçəkmiş şəxs3 məhkəmə tibbi ekspertizasından keçirilmiş, təqdim edilmiş 23 fevral 2024-cü il tarixli, 124 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs3 bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 229-da olan Zərərçəkmiş şəxs5 məhkəmə tibbi ekspertizasından keçirilmiş, təqdim edilmiş 06 mart 2024-cü il tarixli, 190 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs5 bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 232-də olan Zərərçəkmiş şəxs4 məhkəmə tibbi ekspertizasından keçirilmiş, təqdim edilmiş 12 mart 2024-cü il tarixli, 216 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs4 bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı göstərmişdir. Naxçıvan Muxtar Respublikası DİN-nin Təşkilat İnspeksiya İdarəsindən alınmış tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. ` Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixiatriya xəstəxanası X9 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmadığı göstərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 195 №-li əmrindən çıxarışda leytenant Təqsirləndirilən şəxs hərbi hissənin mühəndis-istehkam bölüyünün 1-ci taqımının komandiri vəzifəsinə təyin edildiyi, hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edildiyi göstərilmişdir. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin ittiham aktinda xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığı tərəfindən mənfi xarakterizə olunması göstərilsə də cinayət işinin 1-ci cild iş vərəqə 147-də olan Təqsirləndirilən şəxs barəsində olan xidməti xasiyyətnamədən və Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən məhkəməyə təqdim olunmuş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterize olunmuşdur. Məhkəmə istintaqında ifadəsi alınmış zərərçəkmiş şəxslər və şahidlər eləcə də ifadələri tədqiq edilərək elan edilmiş məhkəmə iclasına gəlməyən zərərçəkmiş şəxslər və şahidlərin ifadələrində Təqsirləndirilən şəxs başqa N saylı hərbi hissədə heç kəsin onları döymədiyini və incitmədiyini, onlara qarşı zoraki hərəkətlər etmədiklərini göstərdilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcürbəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi zərərçəkmiş şəxslər və şahid ifadələrini sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxsin onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişdir. İttiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşdür. Onun əleyhinə ifadə verən zərərçəkmiş şəxslər və şahidlərə bilavasitə özü və həmçinin müdafiəçisinin vasitəsi ilə suallar vermişdir. Habelə ona qarşı irəli sürülmüş ittihamı və törətdiyi cinayət əməlini bütövlükdə qismən təqsirli bilməklə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əksetdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi və qismən günahkar bilməsinə görə verdiyi ifadələri özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və onun məhkəmə istintaqı zamanı verdiyi bəzi ifadələrini inandırıcı hesab etmir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi halları sübuta yetmir və onun törətdiyi cinayət əməli məhkəmə istintaqında ifadəsi alınmış zərərçəkmiş şəxslər və şahid ifadələri, ifadələri tədqiq edilərək elan edilmiş məhkəmə iclasına gəlməyə zərərçəkmiş şəxslər və şahidlərin ifadələri eləcə də cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci maddələri ilə tövsif edilmiş və onun törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin V. Əliyevin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci maddələrinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına daxildir Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını, gənc olmasını cəzanı yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cinayət işi üzrə cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və Azərbaycan Respublikası C.M-nin 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əməlin bir neçə şəxsə qarşı tötədilməsini, şəxsiyətini nəzərə alaraq ona ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 329.2.1 və 329.2.2-ci maddələrinin sanksiyası daxilində aşağı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd etməyi lazım bilir ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 20 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində 27 may 2024-cü il tarixdə seçilmiş “ başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəsini alanadək barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə olunması tələb edilən əmlak yoxdur. Cinayət işi üzrə ittiham aktının surəti olan bir ədəd CD disk cinayət işinin materiallarına əlavə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 20 avqust 2024-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində 27 may 2024-cü il il tarixdə seçilmiş “ başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəsini alanadək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə olunması tələb edilən əmlak yoxdur. Cinayət işi üzrə ittiham aktının surəti olan bir ədəd CD disk cinayət işinin materiallarına əlavə edilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkuma isə hökmün surəti verildiyi andan) Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №1-1(092)-46/2024
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-46/2024
20.08.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver