Məhkəmə qərarları › İş №1-1(092)-46/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Qərar — İş №1-1(092)-46/2025

11.08.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1-1(092)-46/2025 11.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1993-cü ildə Babək rayonunun Payız kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı,(Fin № xxxxxxx), evli, tam orta təhsilli, əvvəllər məhkum olunmamış, Babək rayonunun Payız kəndində daimi qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində 19 iyun N0N5-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N7.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Əliyev XN Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü divizionunun N-ci batareyasından 4-cü heyət rəisinin müavini vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətdə olarkən, 15 aprel N0N5-ci il tarixdə, saat 14:10 radələrində Naxçıvan şəhəri, Xətai məhəlləsində yerləşən “Hünər Market”dən su və siqaret alıb həmin marketdən çıxarkən həmin vaxt marketin yanında “Meyvə bağları” adlanan köşkdə satıcı kimi fəaliyyət göstərən, Babək rayon Qahab kənd sakini vətəndaş Zərərçəkmiş şəxs görüb onun iki gün əvvəl, yəni 13 aprel N0N5-ci il tarixdə avtomobili ilə onu təqib edən şəxs olub-olmadığını aydınlaşdırmaq məqsədilə yanına çağırmış, Zərərçəkmiş şəxs bu barədə soruşan zaman, sonuncunun ona nalayiq ifadə işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı vətəndaş Zərərçəkmiş şəxs sifət və boyun nahiyələrindən yumruq zərbələri, sinə nahiyəsindən isə təpik zərbəsi vuraraq ona dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid “çənə sümüyünün sol bucağının qapalı, yerini dəyişmiş sınığı” xəsarətini yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs ifadə verərək Təqsirləndirilən şəxs ilə barışdığını, artıq sağaldığını, hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını, həmçinin ona dəymiş 5000(beş min) manat maddi ziyanın və xəstəxana xərclərinin Təqsirləndirilən şəxs tərəfindən tamami ilə ödənildiyini bildirərək notarial qaydada yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs ifadəsində ona verilmiş ittiham üzrə özünü tam təqsirli bilərək Zərərçəkmiş şəxs üzr istədiyini, onun bütün müalicə xərclərini qarşılayaraq ona 5000(beş min) manat verdiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını göstərərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N7.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilməsini məhkəmədən xahiş etdiyini göstərdi. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs müdafiəçisi, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin mövqeyini müdafiə edərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə artıq barışdığını, ona dəymiş ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığından Azərbaycan Respublikası CM-nin 73.N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlməsini və onun barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N7.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı çıxışında göstərdi ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N7.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Ona görə ki, məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs izahatından da görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamami ilə ödənilib və təqsirləndirilən şəxsi bağışlayıb ondan şikayət və tələbi yoxdur. Konstiutusiya Məhkəməsinin N5 iyul N0NN-ci il tarixli qərarındada göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.N-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.N-ci maddəsinə əsasən bu Məcəllənin 1N7.1, 1N8, 1N9, 130, 131.N, 133.1, 134, 14N.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan halda qanunvericiliyin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N7.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.N-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.N-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N7.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Ona görə ki, Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi barışıq ərizəsindən və verdiyi izahatından görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamami ilə ödədiyindən onu bağışlayır ondan hər hansı bir şikayət və tələbi yoxdur. Belə ki, Konstiutusiya Məhkəməsinin N5 iyul N0NN-ci il tarixli qərarındada göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.N-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.N-ci maddəsinə əsasən bu Məcəllənin 1N7.1, 1N8, 1N9, 130, 131.N, 133.1, 134, 14N.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.N-ci maddələrinə əsasən isə 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü, maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut – baş vermiş hadisənin video görüntüsünün olduğu cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.N-ci maddəsini, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.N, 41.3, 43.1.1 və 43.1.N-ci 305, 344-347, 356 və 381-385-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N7.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N7.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut – baş vermiş hadisənin video görüntüsünün olduğu cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın Qərardan apellyasiya şikayəti və ya protest Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə qərar elan olunduğu andan N0 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər. Sədrlik edən Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar