Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-47/2024 04.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakimlər: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Həsənov Polad Vəli oğlu və Hüseynov Səxavət Səməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Seyidov Eyvaz Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 199N-ci il tarixdə Şərur rayonunun Sovetabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli (himayəsində 3 azyaşlı uşağı olan), orta təhsilli, əvvəllər məhkum olunmamış, yaşayış yeri üzrə Şərur rayonunun Arpaçay kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci bölüyünün 1-ci tağımının N-ci manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən, barəsində 10 may N0N4-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.N-ci və 177.N.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, MAHHXHQ-su kimi Müdafiə Nazirliyinin Kəngərli rayonu Qıvraq qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin mühəndis-istehkam bölüyünün N-ci taqımının N-ci manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən 19 oktyabr N0N3-cü il tarixdə tabeliyində olan, komandiri olduğu manqanın baş istehkamçısı, əsgər Zərərçəkmiş şəxs üzərində smartfon tipli mobil telefon gəzdirdiyini bilib həmin gün saat 19 radələrində bölüyün əsgər yataqxanasında əsgər Zərərçəkmiş şəxs yaxınlaşmış və üzərində, yəni kəmərinin altında olan, sonuncuya məxsus “Samsung Galaxy S10+” markalı smartfon tipli mobil telefonu götürərək yanından ayrılmışdır. Təqsirləndirilən şəxs qeyd edilən mobil telefonu həmin gün Şərur rayonunun Arpaçay kəndində yerləşən yaşadığı evə aparmış və axşam saatlarında əsgər Zərərçəkmiş şəxs başqa bir mobil telefon vasitəsilə onunla əlaqə saxlayaraq, həmin gün üzərindən aşkar edərək götürdüyü “Samsung Galaxy S10+” markalı mobil telefonu qaytarmasını xahiş etmiş, Təqsirləndirilən şəxs N00 (iki yüz) manat müqabilində mobil telefonu özünə qaytaracağını ona bildirmiş, daha sonra Təqsirləndirilən şəxs NN oktyabr N0N3-cü il tarixdə saat 1N radələrində yaşadığı Şərur rayonu Arpaçay kəndində əsgər Zərərçəkmiş şəxs aşkar edib götürdüyü “Samsung Galaxy S10+” markalı mobil telefonu işə salıb mobil telefonda olan məlumatlara baxan zaman telefonda “Leobank” mobil tətbiqinin olduğunu görmüş, tətbiqə daxil olmaq istədikdə bunun üçün şifrə tələb olunmuş və o, “8585” şifrəsini daxil etdikdə mobil tətbiqin açıldığını, həmçinin əsgər Zərərçəkmiş şəxs məxsus 5411******5758 nömrəli “Leobank” kart hesabında 1804 manat məbləğində pul olduğunu görmüşdür. Bundan sonra o, qeyd edilən kart hesabında olan pulu gizli olaraq ələ keçirib qanunsuz qazanc əldə etmək qərarına gələrək, bu məqsədlə həmin kart hesabından öz adına olan "xxxx" ASC-yə məxsus 416973****9439 nömrəli “XNN” kartına həmin gün saat 1N:N7-də 100 (yüz) manat, saat 1N:N8-də N00 (iki yüz) manat, saat 1N:33-də 300 (üç yüz) manat, saat 1N:41-də N00 (iki yüz) manat, saat 18:01-də 430 (dörd yüz otuz) manat olmaqla cəmi 1N30 (min iki yüz otuz) manat, bundan başqa Kəngərli rayonunun Qıvraq qəsəbəsində yerləşən mobil telefon mağazasının satıcısı Şahid5 adına olan "xxxx" ASCyə məxsus 416973******1936 nömrəli kart hesabına həmin gün saat 1N:54-də 500 (beş yüz) manat, onunla eyni hərbi hissədə xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid4 xahişi ilə sonuncunun sosial şəbəkədə tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan Səbinə adlı şəxsin verdiyi 4169****1693 nömrəli kart hesabına həmin gün saat 17:11-də N1 (iyirmi bir) manat, saat 17:17-də isə 10 (on) manat məbləğində pul köçürüb, ümumilikdə vahid niyyətlə 1761 (min yeddi yüz altmış bir) manat məbləğində pulu ələ keçirərək, elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs ümumilikdə 1761 (min yeddi yüz altmış bir) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmiş və bir neçə gün sonra əsgər Zərərçəkmiş şəxs məxsus mobil telefonu təmənnasız olaraq ona geri qaytarmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş MAHHXHQ-su Təqsirləndirilən şəxs barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N9-cu ilin iyul ayında N nömrəli hərbi hissənin mühəndis-istehkam bölüyünün N-ci taqımının N-ci manqasının komandiri vəzifəsinə təyin olunmuş, NN yanvar N0N4-cü ildə xidmət yeri N nömrəli hərbi hissəyə dəyişdirilmiş, hazırda həmin hərbi hissədə manqa komandiri vəzifəsində xidmət edir. Əsgər Zərərçəkmiş şəxs N №-li hərbi hissədə xidmətə gələndən sonra tanımış, manqasının əsgəri olmaqla tabeliyində əvvəl istehkamçı, sonra baş istehkamçı vəzifəsində xidmət etmiş, N0N3-cü ilin oktyabr ayının N7-də xidmət müddəti bitdiyinə görə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi və X16 komandanlığı tərəfindən hərbi qulluqçulara mobil telefonlar, o cümlədən smartfon tipli telefonlar işlədilməsi qadağan edilmiş, bu əmrlər hərbi hissədə düzülüşlərdə komandirlər tərəfindən şəxsi heyətə elan edilmiş, müddətli hərbi xidmət edən əsgərlərdə mobil telefon aşkar edildikdə dərhal bu barədə bölük komandirinə və yuxarı komandirlərə məruzə edilməsi zabitlərin, gizirlərin, MAHHXHQ-ın, manqa komandirlərinin üzərinə hərbi hissə komandanlığı tərəfindən vəzifə kimi qoyularaq tapşırıq verilmişdir. Mühəndis-istehkam bölüyündə xidmət etmiş əsgər X11 xidmətdə olarkən “Samsung JN” markalı smartfon tipli mobil telefon istifadə etmiş, ancaq Eltac Hüseynovda mobil telefon olmasını bilsə də o, evli olduğundan ailəsi ilə telefonla əlaqə saxladığından onun telefon işlətməsini hərbi hissə komandanlığına məruzə etməmişdir. Tərxis olunmasına az vaxt qalanda Eltac Hüseynovdan telefonu ona hədiyyə etməsini xahiş etmiş, Eltac Hüseynov razılaşıb telefonu ona hədiyyə edəcəyini bildirmişdir. Eltac Hüseynov N0N3-cü ilin sentyabr ayının sonunda ordu sıralarından tərxis olunarkən həmin telefonu istifadə etmələri üçün əsgərlər ŞahidN, Şahid1 və Zərərçəkmiş şəxs vermişdir. Həmin əsgərlərə telefonu işlətmələrini, tərxis olunanda ona vermələrini demişdir. N0N3-cü ilin təxminən oktyabr ayının ortalarına yaxın ŞahidN başqa, “Samsung Galaxy S10+” markalı smartfon telefon görmüş, kimə məxsus olmasını soruşanda Zərərçəkmiş şəxs onun telefonu olmasını bildirmişdir. Zərərçəkmiş şəxs gizli işlətməsini, tutulmamasını tapşırmışdır. Təxminən bir həftə sonra əsgərlər ŞahidNlə Şahid1 ona yaxınlaşıb Eltac Hüseynovun verdiyi telefonu gizir XN4 Xudaverdiyevdən aldığını demişlər. X17 telefonu alıb gətirməyi tapşırmış, Elçin Babayev telefonu Zərərçəkmiş şəxs qaytaracağını demişdir. Bundan sonra Zərərçəkmiş şəxs X17 həmin telefonu alıb ŞahidNlə Şahid1 vermişdir. Zərərçəkmiş şəxs həmin telefonu gizir Elçin Babayevə tutdurması acığına gəlmiş, ona görə ŞahidNlə Şahid1 Zərərçəkmiş şəxs telefonunu tutub götürəcəyini, şübhələnməsin deyə onların da telefonunu götürəcəyini, sonra onlara 50 manat pul verəcəyini, həmin pulu Zərərçəkmiş şəxs yanında ona verəcəklərini tapşırıb bundan sonra onların telefonunu qaytaracağını demişdir. 19 oktyabr N0N3-cü il tarixində axşam saat 18 radələrində yataqxanaya gəlib Zərərçəkmiş şəxs, Şahid1 və ŞahidN yataqxanada boş kubrikə çağırmış, X17 telefonu alıb-almadıqlarını soruşmuş, Şahid1lə ŞahidN almadıqlarını demişlər, onların üst-başını yoxlamış, Zərərçəkmiş şəxs belindəki kəmərinin altında ona məxsus olan “Samsung Galaxy S10+” markalı telefonunu götürmüş, sonra isə əlini Şahid1 şalvarının cibinə salıb Eltac Hüseynovun telefonunu da götürmüşdür. Onlara “siz mənə yalan danışmısınız” deyib telefonları götürüb yaşadığı evə getmişdir. Evdə olanda axşam vaxtı Zərərçəkmiş şəxs, ŞahidN və Şahid1 ona zəng edib telefonları qaytarmasını istəmişlər, Zərərçəkmiş şəxs “sənin telefonunu qaytarmağımı istəyirsənsə N manat verməlisən, Şahid1lə ŞahidN isə onların telefonunu qaytarmağım üçün ikisi bir yerdə 50 manat verməlidirlər, pulu verməsəniz telefonu aparıb komandirə məruzə edəcəm” demiş, pulu vermələri üçün 1 ya N gün vaxt vermişdir. Növbəti gün ŞahidN 50 manat pul verib Zərərçəkmiş şəxs yanında həmin pulu ona qaytarmasını demişdir. Günortadan sonra ŞahidN ona verdiyi 50 manatı Zərərçəkmiş şəxs yanında gətirib vermişdir. Həmin vaxt Zərərçəkmiş şəxs “bu gün axşamadək pulu verməsən telefonu birbaşa hərbi hissə komandirinə məruzə edəcəm” demiş, Zərərçəkmiş şəxs isə pulu tapacağını bildirmişdir. Axşam evə getdikdən sonra Zərərçəkmiş şəxs yenə ona zəng edib “150 manatım var, telefonu gətir ver, 50 manat da kartına atacam” demiş, Zərərçəkmiş şəxs nağd N manat pul verməsini, kartına atmamasını demiş, Zərərçəkmiş şəxs 50 manat da növbəti gün tapacağını bildirmişdir. Zərərçəkmiş şəxs lazım deyil, telefonu məruzə edəcəm deyib danışığı bitirmişdir. Zərərçəkmiş şəxs bu barədə telefonunu ondan götürəndən sonra MAHHXHQ əsgər Şahid3 demiş, Şahid3 ondan telefonu qaytarmağını istəmiş, ancaq qaytarmamışdır. NN oktyabr N0N3-cü il tarixdə MAHHXHQ əsgər Şahid3lə telefonla danışıq zamanı o, həmin telefonu satmaq istədiyini MAHHXHQ əsgər Şahid3 bildirdikdə, Şahid3 ona telefonu satmamasını, telefonda “Leobank” mobil tətbiqinin olduğunu, həmin tətbiqdə 1750 manat pul olduğunu, tətbiqin parolunun da “8585” olduğunu ona bildirmiş, o Şahid3 həmin pulu çəkəcəyini bildirdikdə, Şahid3 ona Qıvraq qəsəbəsində mağaza işlədən Şahid5 500 manat borcu olduğunu, həmin puldan onun Şahid5 olan borcunu bağlamasını, geri qalan pulu isə özünün götürməsini demiş, bundan sonra o, NN oktyabr N0N3-cü il tarixdə, bazar günü özünə məxsus telefonla Şahid3lə danışa-danışa həmin mobil tətbiqə daxil olmuş, orda həqiqətən də pul olduğunu görərək həmin pulları özünə məxsus karta və ittiham aktında qeyd olunan kartlara köçürmüşdür. Həmin vaxt o, Şahid3 Şahid5 olan borcunu ödəmək üçün Şahid5 zəng vurmuş və onun bank kartının nömrəsini soruşub, onun kartına 500 manat pul göndərdiyini və bu pulun Şahid3 borcu olduğunu ona bildirmiş, əsgər Zərərçəkmiş şəxs atası N0N4-cü ilin yanvar ayında ondan şikayət edəndən sonra barəsində aparılan ibtidai araşdırma zamanı Zərərçəkmiş şəxs geri ödəmək üçün Şahid3 zəng vuraraq onun borcu üçün Şahid5 göndərdiyi 500 manatı geri istəmiş, bu səbəbdən də Şahid3 N0N4-cü ilin fevral ayında onun kartına 400 manat pul göndərmişdir. O, ittiham olunduğu oğurluq əməllərini Şahid3lə birlikdə törətmiş, xidmət yeri N №-li hərbi hissəyə dəyişdirildikdən sonra orada xidmət edən MAHHXHQ-su Elşən Mahmudovla söhbət zamanı ona da bu barədə demiş, sadəcə olaraq nədənsə Şahid3 ibtidai araşdırma zamanı etdiyi əməllərini (“Leobank” mobil tətbiqində pul olmasını ona deməsini, tətbiqin parolunu və tətbiqdən oğurlanan pullardan Şahid5 göndərilən 500 manatın Şahid3 borcuna görə göndərilməsini) danmış, üzləşdirmə zamanı o, bu hərəkətlərinin hamısını inkar etmiş, törədilən cinayəti onun üzərinə yıxmışdır. Cinayət işinin ibtidai araşdırması zamanı ilk dövrlər o, bu barədə ifadə verərkən cinayəti tək törətdiyini, mobil tətbiqdəki parolu təsadüfən yığdığını bildirmiş, lakin sonrakı dövrlərdə Şahid3 ona köməklik etmədiyini görüb həqiqət barədə ifadələr vermiş, lakin heç bir formada Cəfərin cinayətlə əlaqəsini sübuta yetirə bilmədiyini, bu səbəbdən də bütün cinayəti boynuna götürdüyünü bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs kartından pulları çəkdikdən sonra gedib Şərur şəhərində olan Kapitalbanka məxsus bankomatdan öz kartına köçürdüyü pulların hamısını, yəni 800 (səkkiz yüz) manatı çəkib çıxarmışdır. Şərur rayonunda eyni hərbi hissədə MAHHXHQ kimi xidmət edən əsgər Şahid6lə rastlaşmış, N0N3-cü ilin noyabr ayında ondan götürdüyü N10 manat borcunu qaytarmış, sonra taksi ilə Naxçıvan şəhərinə gəlib həmin pullarla kafedə yeyib içmişdir. Restoranda olanda MAHHXHQ əsgər Səxavət Sadıqov zəng edib kartında pul olubolmamasını soruşmuş, pulu olduğunu bildirdikdə Səxavət Sadıqovun xahişi ilə onun verdiyi bank kartına N1 və 10 manat pul köçürmüşdür. Daha sonra isə Zərərçəkmiş şəxs hesabından öz kartına 430 manat da əlavə pul köçürmüşdür. Onu da Qıvraq qəsəbəsində olan bankomatdan çəkib özü üçün xərcləmişdir. Zərərçəkmiş şəxs hesabından ümumilikdə 1761 manat pul oğurlamışdır. Növbəti gün, yəni N3 oktyabr N0N3-cü il tarixdə hərbi hissəyə getmiş, Zərərçəkmiş şəxs çağırıb ona N manatı daha istəmədiyini, telefonunu da komandirlərə məruzə etməyəcəyini, tərxis olunanda telefonunu qaytaracağını demişdir. Pulları çəkib qurtardıqdan sonra “Leobank” proqramını Zərərçəkmiş şəxs telefonundan silmiş, simkartını sındırıb atmışdır. N7 oktyabr N0N3-cü il tarixdə Zərərçəkmiş şəxs telefonununu hərbi hissəyə gətirib saat 10-11 radələrində qədəmə adlanan yerdə Zərərçəkmiş şəxs qaytarmış, həmin gün Zərərçəkmiş şəxs tərxis olunub getmişdir. N0N4cü ilin yanvar ayında Zərərçəkmiş şəxs və atası Şahid9 zəng edərək ondan köçürdüyü pulları geri qaytarmasını istəmişlər, maddi vəziyyəti yaxşı olmadığından pulu qaytara bilməmişdir, bundan sonra Şahid9 bununla bağlı hərbi hissə komandanlığına şikayət etmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində etdiyi əməllərindən peşman olduğunu, himayəsində 3 azyaşlı uşağının olduğunu, zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanın 1 il müddətində hər ay 150 manat olmaqla ödənilməsi ilə bağlı razılığa gəldiklərini, bugünədək zərərçəkmişə 300 manat pul ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə məhkəmə istintaqında özünü təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında törətdiyi əməllərə görə özünü tam təqsirli bilməsinə dair ifadəsinin “NN oktyabr N0N3-cü il tarixdə MAHHXHQ əsgər Şahid3lə telefonla danışıq zamanı Şahid3 ona telefonda “Leobank” mobil tətbiqinin olduğunu, həmin tətbiqdə 1750 manat pul olduğunu, tətbiqin parolun da “8585” olduğunu ona bildirməsi, oğurladığı pullardan Şahid3 Qıvraq qəsəbəsində mağaza işlədən Şahid5 olan 500 manat borcunu ödəməsi” ilə bağlı hissəsini cinayət işinin materiallarına uyğun olmayan, işin faktiki halları ilə təkzib edilən ifadə kimi qəbul edir və qiymətləndirir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və təqsirləndirilən şəxsin qeyd edilən ifadəsinin həmin hissəsini mötəbər sübut hesab etmir. Belə ki, məhkəmə törədilmiş cinayət əməlində Şahid3 da iştirakının olması ilə bağlı təqsirləndirilən şəxsin fikirlərinə nəzərən qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı dövründə dindirilmiş istər Zərərçəkmiş şəxs, istər Şahid5, istərsə də əlavə şahid qismində dindirilmiş MAHHXHQ-su X1N onun ifadəsində Şahid3 ilə bağlı qeyd olunanları təkzib edərək, onun yalan danışdığını bildirmişlər. Şahid3 ölkə ərazisində olmadığından onun məhkəmə istintaqında iştirakını təmin etmək və dindirilmək mümkün olmamışdır. Həmçinin qeyd etmək lazımdır ki, “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.N0N4-cü il tarixli qərardan (i.v İİİ cild 19-38) görünür ki, törədilmiş cinayət əməlində Şahid3 da iştirakının olması ilə bağlı təqsirləndirilən şəxsin bildirdikləri cinayət işinin ibtidai araşdırılması zamanı müstəntiq tərəfindən də araşdırılmış, lakin Təqsirləndirilən şəxs dediyi xüsusatlar öz təsdiqini tapmamışdır. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə təqsirli olması onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Həmçinin qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3-1 və 311.N-ci maddələri ilə ittiham elan edilmiş, lakin məhkəmə baxışının gedişində, 04 oktyabr N0N4-cü il tarixli məhkəmə iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs əməllərində ona istinad edilən Cinayət Məcəlləsinin 311.N-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından həmin hissədə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan imtina etmiş, məhkəmənin 04 oktyabr N0N4-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 177.N.3-1 və 311.N-ci maddələri ilə aparılan cinayət təqibinə onun Cinayət Məcəlləsinin 311.N-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham olunmasına dair hissədə xitam verilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N0NN-ci ilin oktyabr ayının N6-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb N №-li hərbi hissəyə göndərilmiş, N0N3-cü ilin yanvar ayının 4-də N №-li hərbi hissənin mühəndis-istehkam bölüyünün N-ci tağım, N-ci manqasına istehkamçı vəzifəsinə təyin olunmuşdur. Manqa komandiri MAHHXHQ əsgər Təqsirləndirilən şəxs olmuşdur. Hazırda Abşeron rayonunun Masazır kəndində yaşayır. Hərbi xidmətə gəlməmişdən əvvəl Bakı şəhəri Novxanı kəndində “My Beach” istirahət mərkəzində kassir işləmiş, oradan aldığı əmək haqqının bir qismini əvvəlcədən “Leobank” bankında adına açdırdığı kart hesabına köçürüb saxlamış, hesabında 1800 manat pul yığıldıqdan sonra bank tərəfindən 1800 manatlıq kredit təklif olunmuşdur. Həmin bankın mobil tətbiqini də özünə məxsus “Samsung Galaxy S10+” telefonuna yükləmiş, oradan pulları idarə etmişdir. N0NN-ci ilin oktyabr ayında hərbi xidmətə gələcəyindən yığdığı 1800 manat pulu hissə-hissə çıxarıb xərcləmişdir. Ancaq bankın təklif etdiyi 1800 manat kredit pul hesabında qalmışdır. Mobil telefonunda “Leobank” mobil tətbiqinə daxil olmaq üçün “8585” şifrəsini təyin etmişdir. Həmin şifrəni ondan başqa heç kim bilməmişdir. Hərbi xidmətə gedərkən telefonu söndürüb Culfa rayonu Göydərə kəndində yaşadığı evə qoymuş, onun telefonunu heç kəs işlətməmişdir. Hərbi xidməti bitirməyə az qalmış nişanlı olduğundan əlaqə saxlamaq üçün mobil telefonunu gətirdib işlətmək qərarına gəlmiş, N0N3-cü ilin oktyabr ayının əvvəlləri qardaşı onun üçün mülki geyim və mobil telefonunu gətirib hərbi hissədə ona vermişdir. Telefonu üzərində gizlədib gizli olaraq işlətməyə başlamış, ancaq manqa komandiri Təqsirləndirilən şəxs hardansa bunu hiss etmiş, 1-N gün sonra bunu bilmiş, tərxis olunan əsgərləri çağırıb ayaqyolu tərəfdə düzmüş, həmin vaxt telefonu ŞahidN görmüş, Təqsirləndirilən şəxs həmin telefonun onun olduğunu, evdən gətirdiyini demişdir. Təqsirləndirilən şəxs “işlət, ancaq problem olmasın” demişdir. Telefona şifrə qoymamış, lakin telefonda olan “Leobank” mobil tətbiqi şifrəli olmuş, şifrəni kiməsə deməmişdir. N0N3-cü ilin oktyabr ayının təxminən 17-19-u aralığında saat təxminən saat 18-19 radələrində kazarmada düzül komandası verilmiş, düzülüş vaxtı Təqsirləndirilən şəxs kazarmaya gəlmiş, tərxis olunacaq əsgərləri istifadə olunmayan kubrikə tərəf çağırmışdır, ŞahidN və Şahid1lə birlikdə onun yanına getmişlər. Təqsirləndirilən şəxs orada onları yoxlamış, onun kəmərinin altında gizlətdiyi telefonunu götürmüş, sonra Şahid1 telefonunu götürmüşdür. Şahid1 olan telefon Eltac Hüseynov tərxis olunarkən istifadə etmək üçün onlara verdiyi telefon olmuşdur. Təqsirləndirilən şəxs telefonları götürəndən sonra getmiş, onun arxasınca gedib nə üçün belə etdiyini soruşmuş, Təqsirləndirilən şəxs “siz mənə qarşı düz hərəkət etmədiniz” deyib getmişdir. Axşam ŞahidN və Şahid1 cavabdeh olan hərbi qulluqçulardan birinin telefonu ilə Təqsirləndirilən şəxs zəng etmişlər, nə üçün telefonları götürdüyünü soruşmuşlar, Təqsirləndirilən şəxs “mənə qarşı səhv hərəkət etmisiniz, ona görə də 1 gün vaxtınız var, N manat Elmanın telefonuna görə, 50 manat da digər telefona görə verməlisiniz, versəniz qaytaracam, verməsəniz daha telefonları qaytarmayacam” demişdir. Telefonunun hərbi hissə komandirinə məruzə olunmasını istəməmiş, tərxis olunduqdan təxminən N həftə sonra toyu olacağından telefon işlətməyi barədə hərbi hissə komandirinə məruzə olunacağı təqdirdə tərxis olunmasının gecikəcəyini düşündüyündən N manat pulu Təqsirləndirilən şəxs verməyə razı olmuşdur. Bundan sonra Masazır kəndində yaşayan dostuna zəng edib ondan 150 manat pul istəmiş, o göndərə biləcəyini demiş, 50 manat da başqa tanışlarından tapacağını düşünmüşdür. Növbəti gün Təqsirləndirilən şəxs görüb ona 1-N gün də vaxt verməsini, 150 manat tapdığını, 50 manat da tapacağını demişdir, Təqsirləndirilən şəxs tam N manat verəcəyini deyib buna görə bazar gününə qədər vaxt vermişdir. Həmin gün ŞahidNlə Şahid1 telefonlarını götürmək üçün Təqsirləndirilən şəxs qədəmədə 50 manat verib telefonu geri almışlar. Bundan sonra həftənin bazar günü səhər saat 11-1N radələrində Təqsirləndirilən şəxs zəng edib pul tapdığını, telefonu qaytarmasını demiş, Təqsirləndirilən şəxs əsəbi halda işim var tez-tez zəng eləsən telefonu çırpıb yerə qıracam demişdir. Növbəti gün hərbi hissəyə gəldikdə Təqsirləndirilən şəxs ona tərxis olunan günü telefonunu qaytaracağını demişdir. Təqsirləndirilən şəxs pul tapdığını desə də Təqsirləndirilən şəxs pul lazım olmadığını, istəmədiyini, tərxis olunan günü telefonunu qaytaracağını demişdir. N7 oktyabr N0N3-cü ildə tərxis olunan gün MAHHXHQ əsgər Şahid3 və ŞahidNlə Təqsirləndirilən şəxs telefonu qaytarması üçün xəbər göndərmiş, Təqsirləndirilən şəxs də gəlib götürməsini demişdir. Qədəməyə gedib Təqsirləndirilən şəxs telefonunu almış, həmin vaxt ona “bəs N manat istəmişdin, mən də verirdim, niyə pulu götürüb telefonu qaytarmadın?” deyə soruşmuş, Təqsirləndirilən şəxs “həmin vaxt təcili pul lazım idi uşağa dərman alacaqdım, sonra lazım olmadı, özüm tapdım” demişdir. Telefonu ondan alandan sonra yataqxanaya gəlmiş, telefonu açdıqda üzərində nömrə olmadığını, telefonda olan bir çox proqramın, o cümlədən “Leobank” mobil tətbiqinin silindiyini görmüşdür. Təqsirləndirilən şəxs yanına qayıdıb nə üçün nömrəsinin olmadığını və telefondakı proqramların sildiyini soruşmuş, əsəbi olduğundan nömrəni qırıb atdığını, proqramları da sildiyini demişdir. N7 oktyabr N0N3-cü ildə ordu sıralarından tərxis olunmuşdur. N0N4-cü ilin yanvar ayının 9-da bibisinin oğlu ona zəng edib “Leobankdan” zəng edildiyini, onunla əlaqə saxlaya bilmədiklərini, kredit borcu olduğunu, ödənilməli olduğunun deyildiyini bildirmişdir. Bankın əməkdaşının nömrəsini götürüb zəng etmiş, kredit borcu olduğunu və 3 aydır ödənilmədiyini öyrənmişdir. Bankın nümayəndəsinə kreditdən istifadə etmədiyini bildirmiş, həmin şəxs N0N3-cü ilin oktyabr ayında hesabından kredit çəkildiyini və pulların köçürüldüyü kart hesablarını demişdir. Həmin gün “Milliön” aparatında bankdan deyilən kart nömrəsini yazmış, orada kart sahibinin ad, soyad və ata adının baş hərflərindən kartın Təqsirləndirilən şəxs məxsus olduğunu, telefonu MAHHXHQ Təqsirləndirilən şəxs olan vaxt “Leobank” tətbiqinə girib verilən krediti hesabından öz kartına köçürdüyünü başa düşmüşdür. Təqsirləndirilən şəxs nömrəsini öyrənib zəng etmiş, ona telefonundakı “Leobank” proqramından öz kartına pul göndərdiyini demiş, Təqsirləndirilən şəxs kartından pul çəkdiyini etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun kartından çəkdiyi pulları geri qaytarmadığından atası gedib hərbi hissəyə şikayət etmişdir. N nömrəli hərbi hissənin mühəndis-istehkam bölüyündə xidmət edərkən istifadə etdiyi “Sаmsung Galaxy S10+” markalı mobil telefonunda olan ''Leobank'' mobil tətbiqinin parolunu heç kim bilməmiş, bu barədə heç kimə deməmiş, həmçinin hərbi hissədə istifadə edərkən həmin tətbiqə kiminsə yanında daxil olmamışdır. Təqsirləndirilən şəxs onun kart hesabından pul çəkməsini N7 oktyabr N0N3-cü il tarixdə tərxis olunarkən nə Təqsirləndirilən şəxs nə də Şahid3 ona deməmişdir. Təqsirləndirilən şəxs kart hesabından pul oğurlanmasını yalnız bankdan zəng edildikdən sonra bilmişdir. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində özünün Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin olmadığını, lakin ondan oğurladığı pulların geri qaytarılmasını tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, oğlu Zərərçəkmiş şəxs N0NN-ci ilin oktyabr ayında hərbi xidmətə getmiş, N №-li hərbi hissədə xidmət etmiş, xidmətini başa vurub hazırda Bakı şəhərində yaşamaqla Masazır qəsəbəsində işləyir. Zərərçəkmiş şəxs N0N3-cü ilin oktyabr ayında təxris olunmamışdan əvvəl telefonla əlaqə saxlayaraq mülki geyim dəsti və smartfon telefonunun ona göndərilməsini istəmiş, N0N3-cü ilin oktyabr ayın təxminən 10-da digər oğlu Elmanın paltarlarını və telefonunu hərbi hissəyə aparıb ona vermiş, Zərərçəkmiş şəxs N0N3-cü ilin oktyabr ayının sonları tərxis olunmuşdur. Zərərçəkmiş şəxs tərxis olunduqdan sonra evlənmiş, toyu olmuş, Bakı şəhərinə köçmüşdür. 09 yanvar N0N4-cü il tarixdə bacısı oğlunun zəng edərək Elmanın bankdan kredit götürdüyünü, borcunu ödəmədiyinə görə onun nömrəsinə “Unibank”dan zəng edildiyini demişdir. Bundan sonra Elmana zəng edib nə kredit olmasını soruşmuş, o kredit götürmədiyini demiş, bankla əlaqə saxlamış, bankdan borcun məbləğini və köçürüldüyü kart hesabını öyrəndikdən sonra kartından kredit pul çəkildiyini öyrənmiş, bununla bağlı hesabat sənədini Zərərçəkmiş şəxs vermişlər. Zərərçəkmiş şəxs gedib ödəniş aparatında pulun köçürüldüyü kartın kimə məxsus olmasını yoxladıqda kart hesabının manqa komandiri MAHHXHQ əsgər Təqsirləndirilən şəxs məxsus olduğunu bilmişdir. Elman hərbi xidmətdə olanda N0N3-cü ilin oktyabr ayında manqa komandiri MAHHXHQ əsgər Təqsirləndirilən şəxs hərbi hissədə onun işlətdiyi smartfon telefonunu alıb, özü ilə evinə apardığını, sonradan təxris olunanda Təqsirləndirilən şəxs onun telefonunu qaytardığını, telefon onda olduğu müddətdə bankın Elmana təklif etdiyi 1800 manat kredit pulu telefondakı proqramdan istifadə etməklə öz kartına və başqa kartlara köçürərək oğurlamışdır. Elman Bakıda olduğundan Təqsirləndirilən şəxs mobil nömrəsini verib, onunla danışmağını istəmişdir. Təqsirləndirilən şəxs ilə telefonla əlaqə saxladıqda o, Elmanın kartından 1800 manat məbləğində pul çəkdiyini, imkanı olduğu vaxtlarda hissəhissə ödəyəcəyini Elmanla razılaşdırdığını demişdir. Təqsirləndirilən şəxs birlikdə notariusa gedib borcu ödəyəcəyi barədə sənəd təsdiqlətməyi təklif etmiş, Təqsirləndirilən şəxs vaxtının olmadığını, işdən çıxa bilmədiyini demişdir. Ona tez-tez zəng etmiş, Təqsirləndirilən şəxs hərdən bir bəhanə etmiş, buna görə N nömrəli hərbi hissəyə gedib orada ərizə ilə müraciət edərək məsələnin həll olunmasını, yəni pulun qaytarılmasını xahiş etmişdir. Həmçinin Şahid9 ifadəsində məhkəmə baxışı dövründə özlərinin Təqsirləndirilən şəxs ilə oğluna dəymiş ziyanın ödənilməsi ilə bağlı razılığa gəldiklərini, hər ay 150 manat olmaqla, bugünədək Təqsirləndirilən şəxs tərəfindən onlara 300 manat pulun ödənildiyini, hazırki vəziyyətdə oğlunun Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N №-li hərbi hissənin artileriya divizionunda baş tuşlayıcı vəzifəsində xidmət edir, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs N0N3-cü ilin ortalarında hərbi hissədə avtoparkda işçi qüvvədə görüb tanımışdır, normal yoldaşlıq münasibəti yaranmışdır. O, N0N3-cü ilin oktyabr ayının NN-də bazar günü evdə olarkən axşamtərəfi “İmo” proqramı vasitəsilə tanıdığı Səbinə adlı qızla danışan zaman qız telefonunda internetin qurtarmasını, onun bank kartına internet yükləməsi üçün N0 manat pul köçürməsini xahiş etmiş, kartının 16 rəqəmli şifrəsinin şəkilini ona atmış, maaş kartında pul olmadığı üçün Təqsirləndirilən şəxs zəng edib kartında pul olub-olmamasını soruşduqda olmasını bildirdiyindən o, 16 rəqəmli şifrəni ona göndərərək həmin karta N0 manat pul köçürməsini, sonra qaytaracağını demiş, Təqsirləndirilən şəxs həmin karta N0 manat pul köçürmüş, sonra yenə həmin qızla danışdıqda N0 manatdan bank komissiya çıxdığına görə internet yükləyə bilmədiyini demiş, Təqsirləndirilən şəxs zəng edib həmin karta 10 manat da atmasını xahiş etmiş, onun da karta 10 manat göndərdiyini, bir neçə gündən sonra 30 manat pulu qaytarıb Təqsirləndirilən şəxs verdiyini, bundan sonra Təqsirləndirilən şəxs barəsində araşdırma aparılanda onun həmin pulu əsgərin kart hesabından köçürməsini öyrənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, onun Kəngərli rayonu Qıvraq qəsəbəsində mağazası vardır, mobil telefonlar və aksesuarları, saatlar, hədiyyələr, ətirlərin satışı ilə məşğuldur. MAHHXHQ əsgər Təqsirləndirilən şəxs iki ilə yaxın olar tanıyır, N №-li hərbi hissədə xidmət etdiyi müddətdə Təqsirləndirilən şəxs mütəmadi olaraq onunla alver etmiş, Təqsirləndirilən şəxs ondan telefonlar, ətir, hədiyyəlik əşyalar, telefon aksesuarları almışdır. N0N3-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs ona olan borcu təxminən 500- 600 manat olmuş, N0N3-cü ilin oktyabr ayının NN-də Təqsirləndirilən şəxs özünə məxsus mobil telefonundan onun nömrəsinə zəng edib borcuna görə kartına 500 manat pul atmaq istədiyini demiş, özünə məxsus kartın 16 rəqəmli şifrəsini Təqsirləndirilən şəxs demiş, sonra hesabına 500 manat pul köçürülmüşdür. Onun 500 manat pul atmasından sonra onun borcundan nisyə dəftərindən 500 manat silmişdir. Bundan bir müddət sonra N0N4-cü ilin yanvar ayının sonunda hərbi prokurorluğa çağırılanda Təqsirləndirilən şəxs ona borcuna görə göndərdiyi 500 manat pulu hansısa əsgərin kartından oğurlayıb göndərdiyini öyrənmişdir. Təqsirləndirilən şəxs öz borcunu ödəmək üçün onun kartına 500 manat pul göndərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N №-li hərbi hissənin mühəndisistehkam bölüyündə sürücü vəzifəsində xidmət edir, N0N3-cü ilin avqust və ya sentyabr aylarında Təqsirləndirilən şəxs hərbi hissədə ondan N manat borc pul istəmiş, uşağı olduğunu, xəstəxanada xərci çıxdığını demişdir. Axşam verəcəyini demiş, həmin gün axşam xidmətdən sonra Şərur rayonu Tumaslı kəndinə yaşadığı evində olarkən Təqsirləndirilən şəxs ona zəng edib yaşadığı kəndə gəldiyini demiş, evdən pul götürüb kənd mərkəzinə getmiş, Təqsirləndirilən şəxs N10 manat borc pul vermiş, Maaş vaxtı ondan borcunu istədikdə vəziyyətinin pis olduğunu, borcları olduğunu, düzəldib pulunu verəcəyini demişdir. Bundan sonra təxminən N0N3-cü ilin oktyabr ayının sonlarında bazar günü Şərur şəhərində bazara getmiş, təsadüfən Təqsirləndirilən şəxs ilə rastlaşmış, görüşdükdən sonra Təqsirləndirilən şəxs cibindən N10 manat pul çıxarıb verərək borcunu qaytardığını bildirmişdir. N0N4-cü ilin yanvar ayının sonlarında hərbi hissədə Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs telefonunu əlindən alıb apardığını, sonra telefonun içində olan bank kartından 1500 manatdan yuxarı pul çıxardığını, həmin pulları öz kartına yüklədiyini eşitmişdir. Bundan sonra onu hərbi hissə komandanlığına çağırmışlar, Təqsirləndirilən şəxs ona borcu olduğunu soruşmuşlar, N10 manat borcu olduğunu, N0N3-cü ilin oktyabr ayında qaytardığını demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N saylı hərbi hissədə mühəndisistehkam bölüyünün komandiri vəzifəsində xidmət edir, N0N4-cü ilin yanvar ayının sonlarında hərbi hissədə olarkən hərbi hissə komandiri MAHHXHQ əsgər Təqsirləndirilən şəxs yanına çağırmış, qayıdandan sonra onu çağırıb nə baş verməsini soruşmuş, Təqsirləndirilən şəxs N0N3-cü ilin oktyabr ayının ortalarında əsgər Zərərçəkmiş şəxs smartfon telefon aşkar etdiyini, telefonu evinə aparıb, evdə telefona baxanda bank proqramına girdiyini, orada pul olduğunu gördüyünü gizli olaraq həmin pulları öz kart hesabına köçürdüyünü, sonra telefonu xidmətdən tərxis olunmamışdan əvvəl Zərərçəkmiş şəxs qaytardığını, Zərərçəkmiş şəxs də tərxis olunub getdikdən sonra kartından pul çəkilməsindən xəbər tutduğunu, Elmanın atası dəfələrlə zəng etsə də pulu qaytarmadığını, buna görə də Zərərçəkmiş şəxs atasının hərbi hissə komandirinin yanına gəlib şikayət etdiyini demişdir. Təqsirləndirilən şəxs danlamış, nə üçün belə əməl törətdiyini soruşmuş, o, borcları olduğunu, Zərərçəkmiş şəxs kartında pul olduğunu görəndə həmin pulları öz hesabına göndərib çıxararaq pulların bir qismini borclarına verdiyini, bir qismini isə şəhərə gedib yeyib-içib xərclədiyini demişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X1N verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N0N3-cü ilin mart ayından N №-li hərbi hissədə xidmət edir, Təqsirləndirilən şəxsı N №-li hərbi hissədə xidmət edərkən tanımış, törətdiyi hadisə ilə əlaqədar N0N4-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs xidmət yerinin N №-li hərbi hissəyə dəyişdirildikdən sonra həmin hərbi hissədə onunla söhbət edərkən Həsənli ona N №-li hərbi hissədə xidmət etdiyi zaman tabeliyində olan əsgərdə smartfon telefon tutmasını, telefonda olan bank mobil proqramından 1800 manata qədər pul çəkib xərcləməsini, əsgər tərxis olunandan sonra pulu çəkməsinin bilinməsini, odur ki, atasının şikayət etməsini, barəsində araşdırma aparılmasını bildirmiş, lakin Təqsirləndirilən şəxs ona əsgərin mobil telefonundakı bank tətbiqinə necə girməsi, Şahid3 ona şifrə verib-verməməsi barədə heç nə deməmişdir. Şahidlər Şahid8, Şahid1, ŞahidN və Şahid3 məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar ərizə və teleqramlar ilə (Şahid8 xx.xx.N0N4-cü il tarixli ərizə ilə, Şahid1-xx.xx.N0N4cü tarixli teleqram ilə, ŞahidN -xx.xx.N0N4-cü tarixli teleqram ilə) məhkəməyə müraciət edərək müvafiq olaraq xidməti zərurət ilə, səhhətləri və ailə vəziyyətləri ilə əlaqədar olaraq məhkəmə iclaslarına gələ bilmədiklərini, ibtidai araşdırma dövründə verdikləri ifadələrini təsdiq etdiklərini bildirərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Həmçinin Şahid3 respublika ərazisində olmadığından onun məhkəmədə iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə şahidlər Şahid8, Şahid1, ŞahidN və Şahid3 məhkəmə iclaslarına gəlmələrini istisna edən halları üzrlü səbəb hesab edərək və onların ifadələrinin ittihamın həll edilməsində oynadığı rolu, yəni ittihamın yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrinə əsaslanmadığını, o cümlədən proses iştirakçılarının da bu barədə etirazlarının olmamasını (xüsusilə Şahid3 münasibətdə) nəzərə alaraq, onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və ifadələrinin elan edilməsini, o cümlədən hökmün əsaslandırılması zamanı onların ibtidai istintaq zamanı verdikləri ifadələrinə istinad olunmasını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 3N9-cu maddələrinə əsasən mümkün hesab etmişdir. Məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid8 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, N №-li hərbi hissə komandirinin 1-ci müavini, qərargah rəisi vəzifəsində xidmət edir, N №-li hərbi hissəyə təyin olunduqdan sonra hərbi hissənin mühəndis-istehkam bölüyündə MAHHXHQ əsgərin tabeliyində olan əsgərdən smartfon tipli telefon aşkar edib götürməsini, telefonun içərisində olan bank hesabından pullarını çəkməsini eşitmişdir. Smartfon tipli telefonlar bütün hərbi qulluqçular üçün qadağan olunmuş, sadə tipli telefonlardan isə zabit, gizir və müddətdən artıq hərbi qulluqçulara öz ailə üzvləri və bir-birləri ilə əlaqə saxlamaları üçün icazə verilmişdir. Müddətli hərbi qulluqçulara, yəni əsgərlərə nə smartfon nə də sadə telefon işlədilməsinə icazə verilməmişdir. Bununla bağlı Müdafiə Nazirliyinin və X16 komandanlığının müvafiq əmrləri olmuş, həmin əmrlər bütün hərbi qulluqçular üçün məcburi olmuşdur. Hərbi hissənin şəxsi heytənin düzülüşlərində, o cümlədən bölmə komandirləri bölmələrin düzülüşlərində Müdafiə Nazirliyinin və X16 komandanlığının müvafiq əmrləri şəxsi heyətə çatdırmış, mütəmadi olaraq bu barədə zabit, gizir, MAHHXHQ-ın düzülüşündə çatdırılaraq onların hamısının üzərinə müddətli əsgərlərdə qadağan olunmuş əşya kimi mobil telefon aşkar edildiyi halda dərhal bölmə komandiri vasitəsilə aidiyyəti üzrə hərbi hissə komandanlığına məruzə etmək vəzifə kimi qoyulmuşdur. Hərbi hissə komandanlığına hər hansı əsgərin mobil telefon işlətməsi ilə bağlı məlumat verildikdə telefon götürülərək, xidməti araşdırma təyin edilməli, xidməti araşdırma zamanı həmin telefona vizual və məlumat bazasına baxış keçirilib akt tərtib olunmalı, əgər baxış zamanı başqa qanunazidd əməllər aşkar edilməzsə həmin intizam pozuntusunu törətmiş hərbi qulluqçu və ya əsgər intizam məsuliyyətinə cəlb edilməli, telefon aktla özünə qaytarılmalı, əgər intizam pozuntusunu törədən müddətli hərbi xidmətdə olan əsgərdirsə valideyini dəvət olunaraq telefon valideyinə təhvil verilməlidir. Təqsirləndirilən şəxs tabeliyində olan əsgər Zərərçəkmiş şəxs mobil telefonunu qaytarması və məruzə etməməsi müqabilində N manat pul istəməsindən məlumatı olmamış, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs tabeliyində olan əsgərdən smartfon tipli telefon aşkar etdikdə onun dərhal telefonu təqdim etməklə hərbi hissə komandlığına məruzə edilməsi üçün bölmə komandirinə məlumat vermək vəzifəsi olmuşdur (i.v İİ cild 104-107). Məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, N №-li hərbi hissənin mühəndisistehkam bölüyündə 1-ci tağımın 3-cü manqasında istehkamçı vəzifəsində xidmət etmiş, xidmət etdiyi vaxtlar bölükdə bəzi əsgərlər gizli şəkildə mobil telefon istifadə etmişlər. Həmin əsgərlərdən biri Eltac Hüseynov olmuş, sarı rəngli “Samsung JN” markalı mobil telefon işlətmişdir. N0N3-cü ilin sentyabr ayının N9-da Eltac Hüseynov hərbi xidmətdən tərxis olunarkən istifadə etmələri üçün telefonu Zərərçəkmiş şəxs vermiş, birlikdə telefondan istifadə etmişlər. N0N3-cü ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs də ailə üzvləri mobil telefon gətirmişlər, bu barədə Təqsirləndirilən şəxs bilmişdir. Eltac Hüseynovun telefonunu isə çox vaxt istifadəsiz kubrikdə yatağın altına və ya balıncın altına qoymuşlar, istifadə etmişlər. N0N3-cü ilin oktyabr ayının ortalarında gizir Babayev Elçin həmin telefonu aşkar edib götürmüş, bundan sonra Təqsirləndirilən şəxs gəlib ona, ŞahidN və E.X4 tərxis olunanda telefonu ona verəcəyinə söz verdiyini, gedib həmin telefonu gizir E.Babayevdən almalarını demişdir. Bundan sonra Zərərçəkmiş şəxs gedib gizir E.Babayevdən telefonu almış, sonra telefon ŞahidN və onda olmuşdur. N0N3-cü ilin oktyabr ayının təxminən 18-i və ya 19-u Təqsirləndirilən şəxs ona və ŞahidN “Elmanın telefonunu götürəcəm, sonra siz işlətdiyiniz telefonu da götürəcəm, sonra sizə 50 manat verəcəm, həmin 50 manatı gətirib verərsiniz mənə, guya siz həmin 50 manatı özünüz verdiniz və mən telefonunuzu qaytaracam” demişdir. Bundan sonra həmin gün axşamtərəfi yataqxanada cavabdeh olan MAHHXHQ düzülüş vermiş, Təqsirləndirilən şəxs gəlib tərxis olunan əsgərlərlə işi olduğunu bildirib onu, ŞahidN və Zərərçəkmiş şəxs istifadəsiz kubrikə aparmış, orada əlini atıb Zərərçəkmiş şəxs kəmərindən telefonunu, sonra isə onun üstündə olan E.Hüseynovun telefonunu götürmüş, heç nə demədən çıxıb getmişdir. Həmin gün axşam cavabdehlərdən birinin telefonu ilə Təqsirləndirilən şəxs zəng etmişlər, nə üçün telefonları götürdüyünü soruşmuşlar, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs telefonunu qaytarması üçün N manat verməli olduğunu, digər telefonu qaytarması üçün isə onların 50 manat verməli olduqlarını demişdir. Növbəti gün səhər vaxtı Təqsirləndirilən şəxs gəlib ŞahidN 50 manat vermiş, günortadan sonra ŞahidN aparıb həmin pulu Təqsirləndirilən şəxs qaytarmış, Təqsirləndirilən şəxs telefonu ona qaytarmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yenə N manat gətirib verməsini, sonra telefonunu qaytaracağını demişdir. Bundan sonra Zərərçəkmiş şəxs pulu düzəltmiş, lakin Təqsirləndirilən şəxs pulu istəməmiş və telefonu verməkdən imtina etmiş, tərxis olunanda telefonu qaytaracağını demişdir. N6 oktyabr N0N3-cü il tarixdə ordu sıralarından tərxis olunmuş, tərxis olunanda E.Hüseynovun telefonunu işlənməyən kubrikdə yatağın altına qoymuş, kimin götürməsini bilməmişdir. Bir müddət sonra N0N4-cü ilin fevral ayının əvvəli Bakı Hərbi Prokurorluğuna çağırıb izahatını almışlar, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs telefonundakı bank hesabından özünə pul çəkib oğurladığını bilmişdir. Həmin gün Zərərçəkmiş şəxs zəng edib danışmış, Zərərçəkmiş şəxs bankdan borcu olması barədə bildiriş gəldiyini, Təqsirləndirilən şəxs telefonundakı bank hesabından pul oğurladığını demişdir (i.v İ cild 186-191). Məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş ŞahidN ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, N №-li hərbi hissənin mühəndisistehkam bölüyünün 1-ci tağım, 3-cü manqasında istehkamçı vəzifəsində xidmət etmiş, N0N3-cü ilin oktyabr ayının əvvəllərində əsgər Zərərçəkmiş şəxs nişanlı olduğundan evlərindən istifadə üçün “Samsung” markalı telefon gətirmiş, bu barədə Zərərçəkmiş şəxs manqa komandiri MAHHXHQ Təqsirləndirilən şəxs bilmişdir. Bundan başqa N0N3-cü ilin oktyabr ayının əvvəlləri tərxis olunan Eltac Hüseynovda da telefon olmuş, o tərxis olunanda telefonu əsgərlərin istifadəsi üçün vermişdir. N0N3-cü ilin oktyabr ayının təxminən 18-i və ya 19-u yataqxanada cavabdeh olan şəxs düzülüş vermiş, Təqsirləndirilən şəxs yataqxanaya gəlib tərxis olunan əsgərləri yanına çağırmış, istifadəsiz kubrikə aparmış, orada üst-başlarını yoxlamış, Zərərçəkmiş şəxs kəmərindən onun telefonunu götürmüş, sonra Şahid1 üstünü axtarıb onun üstündən də E.Hüseynovun təxris olunanda verib getdiyi sarı rəngli “Samsung” markalı telefonu götürüb cibinə qoyub çıxmışdır. Hər iki telefonu götürüb axşam vaxtı olduğundan çıxıb evinə getmişdir. Bundan sonra axşam vaxtı MAHHXHQ hərbi qulluqçulardan birinin telefonunu alıb Elman və Seymurla birlikdə Təqsirləndirilən şəxs telefonuna zəng etmişlər, nə üçün telefonları götürdüyünü soruşmuşlar, Təqsirləndirilən şəxs Elmanın telefonuna görə N manat, Şahid1 götürdüyü telefona görə isə 50 manat ona pul verməli olduqlarını bildirmiş, 1 gün vaxt vermişdir. Növbəti gün səhər vaxtı Təqsirləndirilən şəxs gəlib ona 50 manat pul vermiş, günortadan sonra gətirib həmin pulu ona verməsini demişdir. Günortadan sonra həmin 50 manat pulu gətirib əsgərlərin yanında Təqsirləndirilən şəxs qaytarmış, bundan sonra həmin gün Təqsirləndirilən şəxs Şahid1 götürdüyü telefonu qaytarıb özünə vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs də N manat pul gətirib verməsini demişdir. Sonra Zərərçəkmiş şəxs 150 manat pul tapdığını Təqsirləndirilən şəxs demiş, Təqsirləndirilən şəxs N manat olmadığı halda telefonu qaytarmayacağını demişdir. Bundan sonrakı günlərdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs N manat pul vermək istədiyini demiş, ancaq Təqsirləndirilən şəxs telefonunu qaytarmaqdan imtina etmiş, tərxis olunanda telefonu qaytaracağını bildirmişdir. N7 oktyabr N0N3-cü il tarixdə Zərərçəkmiş şəxs hərbi xidmətdən tərxis olunan gün bölükdəki MAHHXHQ əsgər Şahid3lə Təqsirləndirilən şəxs telefonu qaytarması ilə bağlı xəbər göndərmiş, Təqsirləndirilən şəxs Şahid3 Zərərçəkmiş şəxs telefonundakı bank hesabından pul çəkdiyini demiş, Şahid3 bu barədə Zərərçəkmiş şəxs demiş, o da telefonu qaytarmasını demişdir. Təqsirləndirilən şəxs telefonu qaytarıb həmin gün Zərərçəkmiş şəxs vermişdir (i.v İ cild 179-184). Məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, N nömrəli hərbi hissənin mühəndisistehkam bölüyündə baş istehkamçı vəzifəsində xidmət etmişdir. MAHHXHQ əsgər Təqsirləndirilən şəxs həmin bölüyə xidmətə gəldiyi vaxtdan tanımış, əsgər Zərərçəkmiş şəxs bölükdə xidmət etidiyi müddətdə tanımışdır. N0N3-cü ilin oktyabr ayının sonlarına doğru, əsgər Zərərçəkmiş şəxs tərxis olunmasına 4-5 gün qalmış yataqxanada ona yaxınlaşıb Təqsirləndirilən şəxs onun smartfon tipli telefonunu götürüb vermədiyini demiş, Təqsirləndirilən şəxs telefonu qaytarmasını deməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs telefonunu götürəndən sonra Təqsirləndirilən şəxs telefonu qaytarması üçün ondan N manat pul istədiyini, ancaq sonra N manat pulu almaqdan və telefonu qaytarmaqdan imtina etdiyini demişdir. Həmin gün qədəmədə Təqsirləndirilən şəxs ilə görüşüb Zərərçəkmiş şəxs telefonunu qaytarmasını demiş, Təqsirləndirilən şəxs “mən ona vaxt qoymuşdum ki, mənə N manat pul çatdırsın, o da həmin vaxta çatdırıb pulu verməyibdir, ona görə telefonu qaytarmayacam” demişdir. Onunla çox söhbət etmiş, Təqsirləndirilən şəxs telefonu qaytarmayacağını, telefonun evində olduğunu demişdir. Söhbətin sonunda Təqsirləndirilən şəxs onunla razılaşıb telefonu qaytaracağını, ancaq telefonun içərisində bank proqramından pulunu çəkdiyini demişdir. Nə qədər pul çəkdiyini soruşduqda 1800 manat pul çəkdiyini demişdir, onu danlayıb niyə pulunu çəkdiyini soruşmuş, Təqsirləndirilən şəxs borcları olduğunu çəkib borclarını verdiyini demişdir. Təqsirləndirilən şəxs “əsgər Zərərçəkmiş şəxs de ki, telefondakı bank hesabından pulunu çəkmişəm, əgər problem olmayacaqsa, başqa yerdə deməyəcəksə, şikayət etməyəcəksə telefonu qaytarım verim özünə” demişdir. Gedib yataqxananın qarşısında siqaret çəkilən yerdə Zərərçəkmiş şəxs bu barədə demiş, Zərərçəkmiş şəxs ona telefonu lazım olduğunu, “Təqsirləndirilən şəxs de, telefonumu qaytarıb versin” demişdir. Həmin gün yenə qədəməyə gedib Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs telefonunu qaytarmasını demiş, Təqsirləndirilən şəxs “Zərərçəkmiş şəxs tərxis olunan günü, mülki formanı geyinəndə gəlib telefonu məndən götürər demişdir”. Həmin gündən 1-N gün sonra Zərərçəkmiş şəxs tərxis olunmuş, gedib qədəmədə işləyən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs telefonunu verməsini demiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs özünün gəlib telefonu almasını demişdir. Zərərçəkmiş şəxs bu barədə demiş, o, da gedib Təqsirləndirilən şəxs telefonunu alıb sonra da tərxis olunub hərbi hissədən getmişdir. N0N4-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs zəng edib Zərərçəkmiş şəxs telefonundakı bank hesabından çəkdiyi pulları geti qaytarmasını tələb etmiş, Təqsirləndirilən şəxs az-az qaytaracağını demiş, o da razılaşmamış, hərbi hissə komandanlığına şikayət etmişdir. Zərərçəkmiş şəxs tərxis olunanda toyu olacağından, ona problem yaranmaması üçün, həm də Təqsirləndirilən şəxs ilə yaxın münasibəti olduğundan Təqsirləndirilən şəxs N manatı Zərərçəkmiş şəxs istəsə də sonra imtina etdiyindən, 1800 manat pulu da hesabdan çəkməsini ona yazığı gəldiyi üçün məruzə etməmişdir. Zərərçəkmiş şəxs telefonunu heç vaxt görməmiş, telefonda “Leobank” tətbiqinin olmasını bilməmiş, həmçinin tətbiqdəki hesabda pul olmasını, tətbiqin parolunu bilməmişdir. Təqsirləndirilən şəxs Qıvraq qəsəbəsində telefon mağazası işlədən Şahid5 onun borcunu ödədiyi hal olmamışdır. Təqsirləndirilən şəxs xidmət yeri əməkhaqqısı birqat olan hərbi hissəyə köçürüldükdən sonra ona yazığı gəldiyi üçün, aralarında yaxın münasibətləri olduğu üçün onun kart hesabına N0N4-cü ilin fevral ayında yardım məqsədilə 400 manat pul göndərmişdir. Mobil telefonla Təqsirləndirilən şəxs ilə tez-tez danışsa da Zərərçəkmiş şəxs telefonundakı mobil bank tətbiqinin parolunu və içərisində pul olmasını bilmədiyindən bu barədə Təqsirləndirilən şəxs heç nə deməmişdir (i.v İİ cild 6-11, 83-86, NN1-NN5, N48- N50, İİİ cild 15-18). Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin və şahid qismində dindirilmiş şəxslərin, o cümlədən məhkəmə iclaslarında iştirak etməmələri səbəbindən ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan olunaraq tədqiq olunmuş şəxslərin ifadələrindən görünür ki, onların ifadələri bir-birini istisna etmir. Məhkəmə ifadələrin bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisələrin təqsirləndirilən şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” N8 fevral N0N4-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3-1-ci maddəsi ilə cinayət işi başlanmış, XN isə cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 1-N). “Əməlin tövsif edilməsi haqqında” 15 may N0N4-cü il tarixli qərardan görünür ki, ********* ibtidai istintaq nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3-1-ci maddəsindən Cinayət Məcəlləsinin 177.N.3-1 və 311.N-ci maddələrinə tövsif edilmişdir (i.v İİ cild NN6-NN8). “Cinayət işinin materiallarına əlavə edilmiş bank hesablarına dair çıxarışlara baxış keçirilməsi haqqında” 18 mart N0N4-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs məxsus 5411********5758 nömrəli, Təqsirləndirilən şəxs məxsus 416973******9439 nömrəli, Şahid5 məxsus 416973******1936 nömrəli plastik bank kartlarından çıxarışlar cinayət işinə əlavə edilərək həmin çıxarışlara baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs məxsus qeyd edilən kartdan xx.xx.N0N3-cü il tarixdə saat 1N:N7-də Təqsirləndirilən şəxs məxsus 416973******9439 nömrəli karta 100 manat, saat 1N:N8-də N manat, 1N:33-də 300 manat, saat 1N:41-də N manat, saat 18:01-də 430 manat, həmin tarixdə saat 1N:54-də Şahid5 məxsus 416973******1936 nömrəli karta 500 manat, həmin tarixdə saat 17:11-də 416973******1693 nömrəli karta N1 manat, saat 17:17-də 10 manat, ümumilikdə 1761 manat pul vəsaitləri köçürülməsi müəyyən edilmişdir (i.v İ cild 198). Zərərçəkmiş şəxs X1 məhkəmə baxışı dövründə məhkəməyə ünvanlandığı xx.xx.N0N4-cü il tarixli teleqramdan görünür ki, o, törədilmiş cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı Təqsirləndirilən şəxs ilə razılaşma əldə etmiş və onun maddi ziyanla bağlı Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur (İİİ cild 180). N №-li hərbi hissə komandirinin N iyul N9-cu il tarixli, 185 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, MAHHXHQ-su Həsənli X8 Ümumqoşun Ordu Komandanının 01 iyul N9-cu il tarixli, N əç №-li əmri ilə hərbi hissənin mühəndis-istehkam bölüyünün N-ci tağımının N-ci manqasının komandiri vəzifəsinə təyin edildiyinə görə xx.xx.N9-cu il tarixdən etibarən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlamışdır (İ.v İ cild 14). N №-li hərbi hissə komandirinin NN yanvar N0N4-cü il tarixli, 19 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, MAHHXHQ-su Həsənli X8 Ümumqoşun Ordu Komandanının Şəxsi heyət üzrə müavininin xx.xx.N0N4-cü il tarixli, N əç №-li əmri ilə hərbi hissənin 1-ci bölüyünün 1-ci tağımının N-ci manqasının komandiri vəzifəsinə təyin edildiyinə görə xx.xx.N0N4-cü il tarixdən etibarən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlamışdır (İ.v İ cild 136). N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş 18 yanvar N0N4-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həmin hərbi hissədə xidmət etdiyi müddətdə komandanlıq tərəfindən mənfi xarakterizə olunmuşdur (i.v İ cild 16). Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat statistik informasiya bölməsindən alınmış 30 yanvar N0N4-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v İ cild 144). N05 №-li hərbi hissə tərəfindən təqdim edilmiş 03 fevral N0N4-cü il tarixli, 44 №-li arayışdan görünür ki, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs 03 fevral N0N4-cü il tarixdə N05 №-li hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir və o, sağlam olmaqla hərbi xidmətə yararlıdır (i.v İ cild 140). ünvan 3 Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.N0N4-cü il tarixli, 5-N8- N0/N-136/N4 və 5-N8-N0/N-137/N4 №-li arayışlardan, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin, o cümlədən AZ-İ 784857 №-li Nikah haqqında, AZ-İİİ 96157N, AZ-İİİ 75N55N və AZ-İV 786135 №-li doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Şərur rayonunun Arpaçay kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır və onun ailə üzvləri 1997-cu il təvəllüdlü arvadı Həsənli (Hüseynova) Ləman Yusif qızından, N6-cı il təvəllüdlü oğlu- X6, N8-ci il təvəllüdlü qızı-X3, N0NN-ci il təvəllüdlü qızı-X7 ibarətdir (i.v İ cild N7-N9, İİİ cild 18N-184). Təqsirləndirilən şəxs arvadı X10 adına verilmiş xx.xx.N0N4-cü il tarixli, ********** №-li Məşğulluq haqqında arayışdan görünür ki, X15 heç bir yerdə işləmir (i.v İİİ cild 181). “Qətimkan tədbirinin seçilməsi haqqında” 10 may N0N4-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ.v İİ cild 143-144). Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 177.N.3-1-ci maddəsi ilə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisələr ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə təqsirləndirilən şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin müvafiq maddəsinin (CM-in 177.N.3-1-ci maddəsinin) tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən halların mövcudluğu və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.N-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr N005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci N8.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N6.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N44.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N1-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar N009-cu il, “Xirvisari Finlandiyaya qarşı” N7 sentyabr N001-ci il, “X13rşı” 09 dekabr 1994cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 199N-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverni Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart N0-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3-1-ci maddəsinə əsasən elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talanması əməlinin törədilməsi cinayət məsuliyyəti yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart N005-ci il tarixli, 1 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarının N-ci bəndinə görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarının 7-ci bəndinə görə təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarının N6-cı bəndinə görə məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.N.1-177.N.3-N, 177.N.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 177.N.3-1-ci maddəsinin şərh edilməsinə dair” NN iyun N5-ci il tarixli qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 177.N.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bankomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır....... Ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi və emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil edərək və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfinə daxil olmur, sadəcə bank-emitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir və banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından fərqli olaraq, saxlanc yerinə (bankomatın seyfinə) fiziki daxil olma baş vermir. Konkret şəxşin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vəsaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olan identifikasiya nömrəsini (pin kodu) bankın kompyuter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlmişdir ki, ödəniş kartında şəxs haqqında və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı kimi qiymətləndirilməli, ondan istifadə edilməklə törədilən oğurluq cinayəti isə Cinayət Məcəlləsinin 177.N.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs MAHHXHQ-su kimi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mühəndis-istehkam bölüyünün N-ci taqımının N-ci manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən tamah niyyəti ilə elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla etdiyi oğurluq əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərtləri mövcud olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi, o cümlədən şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs tamah niyyəti ilə elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli yolla talayıb, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etməsi mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməllərinə görə təqsirli bilinib, qanunla müəyyən edilmiş qaydada ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3-1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.14 və 59.Nci maddələrinin müddəalarına müvafiq olaraq Təqsirləndirilən şəxs himayəsində 3 (üç) azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, ziyanın ödənilməsi ilə bağlı tərəflərin razılıq əldə etməsini, təqsirləndirilən şəxsin məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, o cümlədən məhkəmə istintaqında şahid qisminddə dindirilmiş zərərçəkmiş şəxsin atası Şahid9 ifadələri, zərərçəkmiş şəxs X1 məhkəmə baxışı dövründə məhkəməyə ünvanlandığı xx.xx.N0N4-cü il tarixli teleqram, ünvan 3 Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.N0N4-cü il tarixli, 5-N8-N0/N-137/N4 №-li arayış, o cümlədən AZ- İ 784857 №-li Nikah haqqında, AZ-İİİ 96157N, AZ-İİİ 75N55N və AZ-İV 786135 №-li doğum haqqında şəhadətnamələrin surətləri və Təqsirləndirilən şəxs arvadı X10 adına verilmiş xx.xx.N0N4-cü il tarixli, ********** №-li Məşğulluq haqqında arayışla öz təsdiqini tapır. Eyni zamanda qeyd etmək lazımdır ki, məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul N3-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral N7-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzanın növü və miqdarının seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3-1-ci maddələrinin sanksiyasında-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.N-ci və 58.3-cü maddələrinin müddəalarına əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Əlavə olaraq qeyd etmək lazımdır ki, məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etsəydi belə, bu Təqsirləndirilən şəxs hərbi qulluqçu olması səbəbindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5N-1.6-cı maddəsinin tələblərinə görə də, mümkün olmayacaqdı. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5N-1.6-cı maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, təqsirli bilinən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni təqsirləndirilən şəxsin məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, ziyanın ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslə razılıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin cəzanın təqsirli bilinən Təqsirləndirilən şəxs ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkmədən də onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını qanuni, əsaslı, ədalətli, o cümlədən sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətli hesab edir. Məhkəmə hesab edir ki, cinayətin baş vermə şəraiti, cəzanı yüngülləşdirən halların məcmusu, o cümlədən təqsirkarın cinayətin törədilməsindən sonrakı davranışı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, onun şəxsiyyətinin təhlükəli olmadığına inam yaradır. Sadalanan bu səbəblər məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, bu hökmlə Təqsirləndirilən şəxs təyin ediləcək cəza onun tərəfindən real çəkilmədən də, onun islah olunması və bununla da cəzanın məqsədlərinə nail olunması mümkündür. Başqa sözlə, məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növünün (azadlığın məhdudlaşdırılması cəzasının) təyin edilə bilməməsi səbəbindən ona sanksiyada daha ağır cəza növü kimi nəzərdə tutulmuş cəmiyyətdən təcrid etmə ilə bağlı real çəkilməli olan cəzanın təyin edilməsi onun ailə münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, heç bir yerdən dolanışıq üçün əlavə gəliri olmayan ailəsini, xüsusən himayəsində olan 3 azyaşlı uşağını ciddi məhrumiyyətlərə düçar edə bilər ki, bu kimi hallar da cəzanın məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsinə əsasən şərti hesab edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək üçün Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən edilməli və onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidmət etdiyi müddət ərzində xidməti vəzifələrinin icrasını layiqincə yerinə yetirməklə nümunəvi xidmət aparmaq vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət hazırda xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə müvafiq icra və probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.N-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Həmin məcəllənin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru, hərbi qulluqçular üzərində isə hərbi hissələrin və ya müəssisələrin komandanlığı həyata keçirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr N0N1-ci il tarixli qərarında göstərilmişdir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 198N-ci il tarixli qərar; XN1rşı iş üzrə N6 oktyabr 1984-cü il tarixli qərar) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilən hazırki məhkəmə aktı bu tələblərə cavab verir. Məhkəmə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 10 may N0N4-cü il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələblərinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci-təqsirli bilinən Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli olan haqdan ibarətdir. Belə ki, cinayət işi üzrə N8 iyun N0N4-cü il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından o, məhkəmənin müvafiq qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, onun hüquqlarının müdafiəsi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi həvalə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.N-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 9N.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral N001ci il tarixli, 31 №-li qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.N və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, təqsirli bilinən şəxsə göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına onun vəkil işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.N.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib N (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş N (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası N (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidmət etdiyi müddət ərzində xidməti vəzifələrinin icrasını layiqincə yerinə yetirməklə nümunəvi xidmət aparmaq vəzifələri qoyulsun. Sınaq müddəti dövründə Təqsirləndirilən şəxs davranışına nəzarət hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə müvafiq İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri bu hökm icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. İş üzrə məhkəmə xərci- Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 300 ( üç yüz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N0 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Abil Orucəliyev (sədrlik edən) Polad Həsənov Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №1-1(092)-47/2024
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-47/2024
04.10.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver