Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-48/2024 09.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Seyidov Eyvaz Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali-hərbi təhsilli, əvvəllər məhkum olunmamış, yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2n, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin tabeliyində olan N nömrəli hərbi hissənin 2-ci bölüyünün 4-cü qrupunun komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edən, 27 may N4-cü il tarixdə “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.2 və 232.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Baş leytenant Təqsirləndirilən şəxs döyüş sursatını qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, Müdafiə Nazirliyinin Ordubad rayonunda yerləşən N nömrəli hərbi hissəsinin 2-ci bölüyünün 4-cü qrupunun komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən Azərbaycan Respublikasının Qarabağ bölgəsində həyata keçirilən X5 əməliyyatlarında iştirak etməkdən ötrü xidmət etdiyi hərbi hissənin şəxsi heyəti ilə birlikdə N sentyabr N3-cü il tarixdən 27 sentyabr N3-cü il tarixədək Ağdərə rayonunun Heyvalı kəndinə ezam olunmuş, həmin kənddə döyüş tapşırığını icra etdiyi müddətdə erməni silahlı birləşmələrinə aid olan 2 ədəd 5.45 mm, N ədəd 7.62 mm çaplı döyüş sursatını, RPK markalı silaha aid, həmin silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi hesab edilən 2 ədəd, AKM markalı silaha aid, həmin silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi hesab edilən 2 ədəd, SVD markalı silaha aid, həmin silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi hesab edilən 3 ədəd patron sandıqçasını hərbi qənimət kimi götürərək öz əşya kisəsinə qoymuşdur. 27 sentyabr N3-cü il tarixdə döyüş əməliyyatları başa çatdığından hərbi hissənin şəxsi heyəti Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Müdafiə Nazirliyinə məxsus olan bölməyə qayıtmış, orada olarkən yuxarı komandir və rəislər tərəfindən şəxsi heyətə özlərinə təhkim olunmuş silah-sursatdan başqa döyüş əməliyyatları zamanı götürülən bütün növ hərbi qəniməti Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr N0-ci il tarixli 1170 nömrəli fərmanının 6.3-cü bəndinə əsasən inventarlaşdırılaraq dövlət əmlakının siyahısına alınmasından ötrü təhvil vermək tapşırılmış, qrup komandirlərinə tabeliklərində olan şəxsi heyəti yoxlayaraq özlərinə təhkim olunmuş silah-sursatdan başqa nə varsa götürüb təhvil vermələri bildirilmiş, lakin baş leytenant Təqsirləndirilən şəxs döyüş əməliyyatları vaxtı hərbi qənimət kimi götürdüyü ümumilikdə 294 ədəd döyüş sursatını, RPK markalı silaha aid 2 ədəd, AKM markalı silaha aid 2 ədəd, SVD markalı silaha aid 3 ədəd patron sandıqçasını təhvil verməmişdir. 29 sentyabr N3-cü il tarixdə şəxsi heyət hərbi hissənin daimi dislokasiya rayonuna, yəni Ordubad rayonuna qayıtdıqdan sonra yuxarı komandir və rəislər tərəfindən şəxsi heyətə yenidən özlərinə təhkim olunmuş bütün növ silah-sursatı sayla təhvil verməsi, kiminsə üzərində, çantasında qalan hərbi qənimət kimi götürülmüş döyüş əmlakı varsa Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən inventarlaşdırılaraq dövlət əmlakının siyahısına alınmasından ötrü hərbi hissənin raketartilleriya, silah təchizatı xidmətinə təhvil verilməsi tapşırılmış, Təqsirləndirilən şəxs yenə də həmin döyüş sursatlarını və patron sandıqçalarını təhvil verməyib Ordubad şəhərində kirayə yaşadığı evə apararaq qanunsuz olaraq 16 noyabr N3-cü il tarixədək orada saxlamış, 16 noyabr N3-cü il tarixdə isə Ordubad şəhəri İstanbul küçəsi bina 22 ev 21 ünvanına köçdüyündən döyüş sursatlarını və patron sandıqçalarını özü ilə həmin ünvana daşıyıb, 21 noyabr N3-cü il tarixədək orada saxlamış və qeyd edilən döyüş sursatları həmin tarixdə X6 Xidmətinin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş baş leytenant Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N3-cü ilin sentyabr ayının 9-da xidmət etdiyi N nömrəli hərbi hissənin bütün heyəti Kəlbəcər rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəyə ezam olunmuş, N sentyabr N3-cü il tarixədək həmin hərbi hissənin ərazisində qaldıqdan sonra N sentyabr N3-cü il tarixdə X5 əməliyyatlarının başlanması ilə birlikdə N nömrəli hərbi hissənin 1-ci və 2-ci bölüklərinin şəxsi heyəti ilə birlikdə Ağdərə rayonunun ərazisinə yollanmış, həmin gün axşam saatlarında komandiri olduğu 2-ci bölüyün 4-cü qrupunun şəxsi heyəti ilə birlikdə Ağdərə rayonunun Heyvalı kəndinə çatmışdır. Təxminən 7-8 gün Heyvalı kəndində qalıb verilmiş döyüş tapşırığına əsasən yerləşdikləri ərazidə müşahidə aparıb növbətçilik təşkil etmişdirlər. Eyni zamanda kənddə olan evlərdə və digər yaşayış yerlərində arama-tarama fəaliyyəti həyata keçirmişlər. Komandiri olduğu qrubun şəxsi heyəti ilə əvvələr ermənilərin yaşadığı evlərdə arama-tarama işləri görən zaman əvvəlcə özü evlərə girmiş, daha sonra isə şəxsi heyətə içəriyə girib axtarış etməsini tapşırmışdır. Həmin kəndin ərazisindəki evlərdən tapdığı döyüş sursatlarını və silahın komplekt hissələrini özünə məxus olan çantaya atmış, Heyvalı kəndində olduqları müddətdə 2 ədəd 5.45 mm-lik döyüş patronu, N ədəd 7.62 mm-lik döyüş patronu, 2 ədəd RPK, 2 ədəd AKM, 3 ədəd də SVD silahlarına məxsus olan daraq tapmış, həmin sursatları və daraqları tapanda tək olduğundan və onları tapdıqca çantasına atdığından bu barədə heç kəsin məlumatı olmamış, bu haqda yuxarı komandir və rəislərindən heç kəsə məruzə etməmişdir. Təxminən 27 sentyabr N3cü il tarixdə o, hərbi hissənin şəxsi heyəti ilə birlikdə Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə aid olan hərbi hissəyə getmiş, orada N nömrəli hərbi hissədə olarkən onlara verilmiş hər şeyi təhvil verdikdən sonra əvvəlcə Şəmkir korpusuna, daha sonra isə Gəncə şəhərinə gedərək Müdafiə Nazirliyinə məxsus olan yük təyyarəsi ilə Naxçıvana qayıtmışdırlar. 29 sentyabr N3-cü ildə N nömrəli hərbi hissənin şəxsi heyəti ilə birlikdə Naxçıvana qayıtmış, hərbi hissənin daimi dislokasiya yerinə qayıtdıqdan hərbi hissə komandiri bütün şəxsi heyətə kiminsə üzərində, cibində və ya çantasında qalan hərbi qənimət kimi götürülmüş silah-sursat varsa təhvil verməsini tapşırmış, bundan sonra şəxsi heyət özləri ilə gətirdikləri bütün əşya əmlakları, silahsursatı təhvil verməyə başlamış,həmin vaxt o, Ağdərə rayonunun Heyvalı kəndindən hərbi qənimət kimi götürdüyü ümumilikdə 294 ədəd döyüş patronunu və 7 ədəd darağı unutduğundan əşya kisəsində saxlayıb hərbi hissəyə təhvil verməmiş, həmin gün axşam evə buraxılan zaman əşya kisəsini özü ilə birlikdə Ordubad şəhərində kirayə yaşadığı evə aparmışdır. Həmin evdə onunla eyni hərbi hissədə xidmət edən baş leytenant Heydər Muradlı və kiçik-gizir Şahid6lə birlikdə yaşamış, Heydər Muradlı və Şahid6 Naxçıvanlı olduqları üçün həmin gün öz evlərinə getmişdirlər. Ordubad şəhərində yaşadığı evdə tək olmuş, evə gəldikdən sonra əşya kisəsindən tapdığı 294 ədəd patronu, 7 ədəd darağı, Ermənistan Respublikası silahlı qüvvələrinə aid olan komifliyaj rəngli N ədəd səhra geyim formasını Ermənistan Respublikası silahlı qüvvələrinə aid olan əşya kisəsinin içərisinə qoymuş, həmin əşya kisəsini də evin dəhlizinidə olan paltar şkafının üstünə qoymuşdur. Ermənistan Respublikası silahlı qüvvələrinə məxsus olan səhra geyimini və əşya kisəsini də Ağdərə rayonunun Heyvalı kəndindən, ermənilər yaşamış evindən götürmüşdür. Əməliyyatdan qayıtdıqdan sonra onlara 2 gün istirahət verildiyindən 30-31 sentyabr N3-cü ildə xidmətə getməmiş, 01 oktyabr N3-cü il tarixdən başlayaraq öz gündəlik xidmətini davam etdirmiş, Ağdərə rayonunun ərazisində sursat və daraqlar tapmağı barədə heç kəsə məlumat verməmiş, unutduğundan həmin daraqları və sursatları hərbi hissəyə təhvil verməmiş, öz yaşadığı evdə saxlamış, 16 noyabr N3-cü ildə bölük komandiri baş leytenant Şahid1 kirayə yaşadığı Ordubad şəhəri, İstanbul küçəsi, bina 22, ev 21 ünvanına köçmüş, həmin evdə onlardan başqa N nömrəli hərbi hissədə bölük komandiri olan baş leytenant Şahid2 da yaşamış, evə köçəndə evdə heç kəs olmamış, Ağdərə rayonundan tapdığı sursatları və daraqları özü ilə birlikdə həmin evə gətirmiş, Ermənistan silahlı qüvvələrinə aid əşya kisəsinin içərisində qoyulmuş vəziyyətdə otaqdakı 2 mərtəbəli çarpayın yuxarı mərtəbəsinin üzərinə qoymuş, çantanın içərisində sursat olması barədə heç kəsə heç nə deməmişdir. Səhərisi gün, yəni 17 noyabr N3-cü il tarixdə növbəti məzuniyyətə çıxmış, məzuniyyətdə olduğu dövrdə N nömrəli hərbi hissədə xidmət edən baş leytenant X1 barəsindən aparılan araşdırma üzrə onun baş leytenant Şahid1 və baş leytenant Şahid2la birlikdə kirayədə yaşadığı Ordubad şəhəri, İstanbul küçəsi, bina 22, ev 21 ünvanına baxış zamanı onun Ağdərə rayonun ərazisindən tapdığı sursat və daraqlar, o cümlədən özünün xidməti istifadəsində olan dəbilqə aşkar edilmiş və o, bu səbəbdən 22 noyabr N3-cü il tarixdə vaxtından əvvəl məzuniyyətdən geri qayıtmışdır. Həmçinin baş leytenant Təqsirləndirilən şəxs ifadəsində etdiyi əməllərindən peşman olduğunu, antiterror əməliyyatları zamanı Ağdərə rayonunun Heyvalı kəndində ermənilərin yaşadığı evlərdə arama-tarama işləri görən zaman tapdığı ümumilikdə 294 ədəd döyüş patronunu və 7 ədəd darağı antiterror əməliyyatları bitdikdən sonra istər Kəlbəcər rayonunun Vəng kəndində olan toplanma məntəqəsində, istərsə də, xidmət etdiyi hərbi hissənin Ordubad şəhərində yerləşən daimi dislokasiya yerində unutduğundan təhvil vermədiyini, səhra çantasını yeni kirayə qaldığı evə apardıqdan sonra onu açıb içərisinə baxmadığını, sursatları və daraqları evdə saxlamaqda elə bir məqsədinin olmadığını, sursatların və daraqların ümumi çəkisinin 4 kiloqramdan artıq olduğunu, başında yara olduğundan başqa hərbi qulluqçular istifadə etməsin deyə xidməti istifadəsində olan dəbilqəni özü ilə kirayə yaşadığı evə apardığını, bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə məhkəmə istintaqında özünü təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında törətdiyi əməllərə görə özünü tam təqsirli bilməsinə dair ifadəsinin “antiterror əməliyyatları zamanı Ağdərə rayonunun Heyvalı kəndində ermənilərin yaşadığı evlərdə arama-tarama işləri görən zaman tapdığı ümumilikdə 294 ədəd döyüş patronunu və 7 ədəd darağı unutduğundan təhvil verməməsi” ilə bağlı hissəsini cinayət işinin materiallarına uyğun olmayan və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qəbul edir və qiymətləndirir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və təqsirləndirilən şəxsin qeyd edilən ifadəsinin həmin hissəsini mötəbər sübut hesab etmir. Belə ki, məhkəmə belə qənaətə gəlir ki, antiterror əməliyyatları bitdikdən sonra istər Kəlbəcər rayonunun Vəng kəndində olan toplanma məntəqəsində, istərsə də, baş leytenant Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissənin Ordubad şəhərində yerləşən daimi dislokasiya yerində antiterror əməliyyatlarında iştirak etmiş şəxsi heyətə yuxarı komandanlıqlar tərəfindən dəfələrlə üzərlərində olan əlavə silah və sursatların, o cümlədən hərbi qənimət kimi götürülmüş əmlakların təhvil verilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, 27 sentyabr N3-cü il tarixdə baş leytenant Təqsirləndirilən şəxs Kəlbəcər rayonunun Vəng kəndində olan toplanma məntəqəsində yalnız Ağdərə rayonunun Heyvalı kəndinə yollanmazdan əvvəl Kəlbəcər rayonunda yerləşən N nömrəli hərbi hissədə onlara verilmiş əlavə sursatları təhvil verərək, Naxçıvandan gələn vaxt özü ilə gətirdiyi silah-sursatı və hərbi qənimət kimi götürdüyü əmlakları özündə saxlamış, 29 sentyabr N3-cü il tarixdə xidmət etdiyi hərbi hissənin Ordubad şəhərində yerləşən daimi dislokasiya yerində isə yalnız əməlliyatlara gedərkən xidmət etdiyi hərbi hissədən ona verilmiş silahını və 1 döyüş dəsti sursatını təhvil vermiş, hərbi qənimət kimi götürdüyü əmlakları isə özündə saxlayaraq Ordubad şəhərində kirayə yaşadığı evə aparmış, 16 noyabr N3-cü il tarixədək həmin əmlakları orada saxlamış, 16 noyabr N3-cü il tarixdə isə Ordubad şəhəri İstanbul küçəsi bina 22 ev 21 ünvanına köçdüyündən döyüş sursatlarını və patron sandıqçalarını özü ilə həmin ünvana apararaq 21 noyabr N3-cü il tarixədək orada saxlamışdır. Beləliklə də, baş leytenant Təqsirləndirilən şəxs antiterror əməliyyatları bitdikdən sonra 29 sentyabr N3-cü il tarixdə xidmət etdiyi hərbi hissənin daimi dislokasiya rayonuna, yəni Ordubad rayonuna qayıtdıqdan sonra onun hərbi qənimət kimi götürdüyü əmlakları aidiyyəti üzrə yuxarı komandanlığına təhvil vermək üçün yetərincə vaxtı, zamanı və imkanı olmuşdur. Həmçinin məhkəmə bir xüsusata diqqət yetirməyi zəruri hesab edir ki, baş leytenant Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi idafəsində unutduğu üçün qənimət kimi götürdüyü əmlakları aidiyyəti üzrə yuxarı komandanlığına təhvil vermədiyini bildirsə də, nədənsə o, Ordubad şəhərində kirayə yaşadığı evdən 16 noyabr N3-cü il tarixdə Ordubad şəhəri İstanbul küçəsi bina 22 ev 21 ünvanına köçərkən həmin əmlakları götürməyi unutmamış, həmin əmlakları yeni köçdüyü mənzilə daşımışdır. Məhkəmə hərbi xidmət zamanı bir hərbi qulluqçunun üzərində qanunsuz olaraq ən azı N ədəd sursatın aşkar edilməsi və ya ona təhkim edilmiş N ədəd sursatın əskik gəlməsi halında, həmin hərbi qulluqçunun məruz qalacağı məhrumiyyətləri nəzərə alaraq, hesab edir ki, baş leytenant Təqsirləndirilən şəxs yaşadığı evdə ümumilikdə 294 ədəd döyüş patronunu və 7 ədəd darağı unutqanlıqdan saxlaması, o cümlədən onları yaşadığı bir ünvandan digər bir ünvana daşıyarkən bunun onun üçün yarada biləcəyi məhrumiyyətləri dərk etməməsi, orta hesabla götürüldükdə təqribən cəkisi 4 kiloqramdan artıq olan həmin əmlakların yerini dəyişərkən onların fərqinə varmaması ağlabatan və inandırıcı deyil. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yayınmaq, eləcə də öz məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşdür. Bundan başqa məhkəmə hesab edir ki, ümumilikdə götürdükdə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsinin digər hissələri, məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri ilə kəskin ziddiyyətli və ya uyğunsuz görünmür. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə antiterror əməliyyatları zamanı Ağdərə rayonunun Heyvalı kəndində ermənilərin yaşadığı evlərdə arama-tarama işləri görən zaman tapdığı ümumilikdə 294 ədəd döyüş patronunu və 7 ədəd darağı antiterror əməliyyatları bitdikdən sonra təhvil verməyərək qanunsuz olaraq əldə edib saxlamaq və daşımaqda təqsirli olması (qeyd: məhkəmə təqsirləndirilən şəxsə istinad olunan əməllərin tövsifi ilə bağlı məsələləri aşağıda ayrıca həll edəcəkdir), onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, ekspert rəyi, həmçinin sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Həmçinin qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.2 və 232.1-ci maddələri ilə ittiham elan edilmiş, lakin məhkəmə baxışının gedişində, 09 oktyabr N4-cü il tarixli məhkəmə iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs əməllərində ona istinad edilən Cinayət Məcəlləsinin 232.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından həmin hissədə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan imtina etmiş, məhkəmənin 09 oktyabr N4-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 228.2.2 və 232.1-ci maddələri ilə aparılan cinayət təqibinə onun Cinayət Məcəlləsinin 232.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham olunmasına dair hissədə xitam verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə zərərçəkmiş hüquqi şəxsin (N №-li hərbi hissənin) nümayəndəsi qismində tanınmış leytenant X3 məhkəmə istintaqında verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, cənab baş qərargah rəisinin əmrinə əsasən, toplantı məntəqələrində əməliyyat keçən bölmələr yaxın yerlərdə yaradılmışdı və onlara ciddi nəzarət olunurdu. Silah-sursat, digər əşya və avadanlıqlar yoxlanılırdı. Toplama məntəqəsinə gələn sursatlar nümayəndə vasitəsilə qəbul olunur. Qəbul çeşidləri məntəqəsində aidiyyəti üzrə şöbələr vardır. Atıcı, yerüstü artilleriya, raket bölmələri kimi 3 şöbə var. Sursatların çeşidlənməsi N №-li hərbi hissəyə həvalə olunmuşdu. Antiterror zamanı döyüş sursatları və ləvazimatları təqdim edə bilməyən əsgərlər rast xidmətində onları rast xidmətinin rəisinə təhvil verirdilər. Xidmət etdiyim N №li hərbi hissədə döyüş sursatlarının çeşidləmə və qeydiyyatı həyata keçirilir. Həmçinin silahların yararlılıq dərəcəsi də yoxlanılır. Yararsız sursatlar aktlaşdırılaraq 3-cü dərəcəyə keçirilir. Rəhbər şəxslərin göstərişindən sonra məhv edilirdi. Təqsirləndirilən şəxs da aşkarladığı sursatı məntəqəyə çatdırmalı idi ki, onlar da N №-li hərbi hissəyə göndərsinlər. Silah və silahın ehtiyat hissələri təyin olunmuş qaydada mərkəzi silah-sursat arsenalına, yəni N №-li hərbi hissəyə təhvil verilir. Həmçinin leytenant X3 ifadəsində iş üzrə müəyyən olunmuş sursatların N №-li hərbi hissəyə təhvil verilməsini tələb etdiklərini, hal-hazırda zərərçəkmiş hüquqi şəxs N №-li hərbi hissənin təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, təqsirkar şəxslərin barələrində qanunamüvafiq qərarın qəbul edilməsini istədiklərini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin komandiri mayor Şahid5 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, N3-cü ilin noyabr ayının sonlarında xidmətdə olan vaxt hərbi hissənin 2-ci bölüyünündə xidmət edən baş leytenant Təqsirləndirilən şəxs yaşadığı evdə çox sayılı döyüş sursatları və silah daraqları aşkar edilərək götürüldüyünü öyrənmiş, həmin vaxt Təqsirləndirilən şəxs məzuniyyətdə, Bakı şəhərinə olmuş. Buna görə ona zəng edib vaxtından əvvəl məzuniyyətdən qayıtması tapşırılmışdır. Təqsirləndirilən şəxs yanına çağırıb onunla söhbət edərək həmin döyüş sursatlarını və daraqları haradan əldə etdiyini soruşmuş, Təqsirləndirilən şəxs onları X5 əməliyyatlarında iştirak edən vaxt hərbi qənimət kimi götürdüyünü demişdir. Təqsirləndirilən şəxs nəyə görə onları hərbi hissəyə təhvil vermədiyini və evinə apardığını soruşduqda o, yadından çıxdığını, ona görə təhvil vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs xidmət etdiyi bölüyün şəxsi heyəti X5 əməliyyatları vaxtı Ağdərə rayonunun Heyvalı kəndində döyüş tapşırığı icra etmiş, onun özü də həmin istiqamətdə olmuş, 27 sentyabr N3-cü il tarixdə döyüş əməliyyatları başa çatdığı üçün Kəlbəcər rayonunun Vəng kəndinə gələndə hərbi hissənin bütün şəxsi heyətinə, o cümlədən Təqsirləndirilən şəxs da tapşırıq verib kim hərbi qənimət kimi silahsursat və ya digər RAS əmlakı götürübsə hamısını təhvil verməsini demiş, həmçinin 29 sentyabr N3-cü il tarixdə Ordubad rayonuna, hərbi hissənin daimi dislokasiya yerinə qayıtdıqdan sonra da bu barədə şəxsi heyətə dəfələrlə tapşırıqlar versə də Təqsirləndirilən şəxs nə ona, nə də ki başqa komandir heyətini onda hərbi qənimət kimi götürülmüş döyüş sursatları və daraqlar olması barədə heç nə deməmişdir. Həmçinin mayor Şahid5 ifadəsində baş leytenant Təqsirləndirilən şəxs çox savadlı bir zabit olduğunu, antiterror əməliyyatları zamanı ən təhlükəli tapşırıqlara Təqsirləndirilən şəxs cəlb edildiyini bildirərək, barəsində ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 2-ci bölüyünün 3-cü qrupunun komandiri, leytenant Şahid7 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, N3-cü ilin sentyabr ayının 19-da Qarabağ bölgəsində həyata keçirilən antiterror əməliyyatları zamanı xidmət etdiyi hərbi hissənin şəxsi heyəti də həmin əməliyyatlara cəlb edilmiş, N sentyabr N3-cü il tarixdə N nömrəli hərbi hissənin 1-ci və 2-ci bölüklərinin şəxsi heyəti Ağdərə rayonuna göndərilmiş, o, komandiri olduğu qrupun şəxsi heyəti ilə birlikdə Laçın kolidorunu görən yüksəklikdə mövqelənmişdir. Bölüyün digər qruplarına başqa döyüş tapşırıqları verilmiş, 27 sentyabr N3-cü il tarixədək onlar Ağdərə rayonunun ərazisində qaldıqdan sonra, həmin vaxt Kəlbəcər rayonunun Vəng kəndinə qayıdıb həmin kənddə Müdafiə Nazirliyinə məxsus hərbi hissədə yerləşmişdirlər. Orada olan vaxt yuxarı komandanlıq tərəfindən komanda verilmişdir ki, hər kəs öz qrupunun şəxsi heyətini yoxlasın, əməliyyatlar vaxtı hərbi qənimət kimi götürülmüş bütün silah-sursatın təhvil verilməsini təmin etsin, şəxsi heyət Naxçıvandan gələn vaxt özü ilə gətirdiyi silah-sursatdan başqa hər şeyi təhvil versin. Hər qrup komandiri öz tabeliyində olan şəxslərin silah-sursatını yoxlayıb təhvil aldıqdan sonra artıq olan bütün növ silah-sursatı kənar yığıb hərbi hissənin RAS xidmət rəisinə təhvil vermiş, həmin vaxt yuxarı komandir heyəti tərəfindən kimdəsə artıq silah-sursat qalıbqalmaması soruşulub qaldığı halda təhvil verilməsi tapşırılmışdır. Həmin tapşırıqlar verilən vaxt xidmət etdiyi bölüyün bütün qrup komandiriləri, o cümlədən baş leytenant Təqsirləndirilən şəxs da orada olmuş və tapşırıqları almışdır. Vəng kəndində 1 gecə qaldıqdan sonra Şəmkir ordu korpusuna gəlib 29 sentyabr N3-cü il tarixdə isə Gəncə şəhər hava limanı vasitəsi ilə Naxçıvana, hərbi hissənin daimi dislokasiya yerinə qayıtmışdırlar. Hərbi hissəyə çatanda ilk olaraq hərbi hissnin 1-ci və 2-ci bölüklərinin şəxsi heyətləri gəlmiş, hərbi hissə komandiri mayor Şahid5 da onlarla birlikdə hərbi hissəyə qayıtmış, həmin vaxt hərbi hissə komandiri bütün şəxsi heyəti düzüb bölük komandirilərinin silah-sursatı yoxlayıb sayla təhvil almasını, kiminsə üzərində, çantasında qalmış hərbi qənimət kimi götürülən sursat, silah və ya silah hissəsi varsa təhvil verməsini tapşırmış, eyni tapşırıqları bölük komandiri baş leytenant Şahid1 də şəxsi heyətə çatdırmışdır. Qruplar şəklində silah-sursatları sayıb təhvil verdikdən sonra axşam saatlarında şəxsi heyətə istirahət verildiyi üçün evə buraxılmış, 2 gün sonra isə xidmətə qayıtmışdırlar. Sonrakı günlərdə öz gündəlik xidmətlə məşğul olmuş, həmin vaxtlarda da dəfələrlə sıranın qarşısında komandir heyəti tərəfindən şəxsi heyətə, o cümlədən baş leytenant Təqsirləndirilən şəxs çatdırılmışdır ki, kim hərbi qənimət kimi RAS əmlakı gətiribsə gətirib təhvil versin. N3-cü ilin noyabr ayının ortalarında baş leytenant Təqsirləndirilən şəxs məzuniyyətə buraxılmış, hərbi hissədə xidmət edən baş leytenant Rövşən Quliyevin barəsində qanunsuz odlu silah əldə edib saxlamasına görə araşdırma aparılarkən 21 noyabr N3-cü il tarixdə bölükdə olan vaxt bölük komandiri baş leytenant Şahid1 və baş leytenant Şahid2 təhqiqat xidmətinin əməkdaşı ilə birlikdə yaşadıqları evə getdiklərini, Təqsirləndirilən şəxs çantasından çoxlu döyüş sursatları, müxtəlif silahlara aid daraqlar çıxdığını öyrənmişdir. Həmçinin leytenant Şahid7 ifadəsində antiterror əməliyyatları zamanı özünün də çoxlu sayda silah və sursat tapdığını, tapdığı bütün əmlakları gətirib Heyvalı kəndində yuxarı rəislərinə təhvil verdiyini, baş leytenant Təqsirləndirilən şəxs çox savadlı, təcrübəli, gələcəyi olan bir zabit olduğunu, özünün bir xüsusi təyinatlı kimi çox şeyi ondan öyrəndiyini bildirərək, Təqsirləndirilən şəxs barəsində ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 2-ci bölüyünün 2-ci qrupunun komandiri, leytenant Şahid8 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində antiterror əməliyyatları başlayanda xidmət etdiyi hərbi hissənin də şəxsi heyətinin oraya ezam olunması tapşırığı verildiyindən hərbi hissə əvvəlcə Kəlbəcər rayonunda yerləşən hərbi hissəyə göndərilmiş, həmin hərbi hissədə olarkən şəxsi heyətə Naxçıvandan aparılan silah və sursatdan əlavə 2-ci döyüş dəsti verilmiş, N sentyabr N3-cü il tarixədək orada qaldıqdan sonra döyüş əməliyyatları başlandığı üçün komanda verilib Ağdərə rayonunun Heyvalı kəndi istiqamətinə göndərilmişdirlər. Həmin istiqamətə N nömrəli hərbi hissənin 1-ci və 2-ci bölüklərinin şəxsi heyətləri göndərilmiş, digər bölüklərə isə başqa döyüş tapşırğı verilmişdir. Heyvalı kəndinin giriş hissəsində komandiri olduğu qrupun şəxsi heyəti ilə yerləşmiş, bölüyün digər qrupları isə başqa istiqamətdə olmuşdur. 27 sentyabr N3-cü il tarixdə döyüş əməliyyatlarının başa çatdığı bildirildiyindən hərbi hissənin şəxsi heyəti geriyə çəkilərək Kəlbəcər rayonunun Vəng kəndinə gəlmiş, Vəng kəndində Müdafiə Nazirliyinin modul tipli bir hərbi hissəsində N gün qalmışdırlar. Həmin hərbi hissədə olan vaxt hərbi hissə komandiri, onun müavinləri, hərbi hissənin RAS xidmətinin rəisi tərəfindən tapşırıq verilmişdir ki, hər kəs özü ilə Naxçıvandan gələrkən ona təhkim olunmuş, silahsursatdan başqa hərbi qənimət kimi götürülən, eləcə də gücləndirmə məqsədi ilə verilmiş bütün növ silah-sursatı ayırıb kənara yığsın, sayla təhvil versin. Həmin tapşırıqlar şəxsi heyətin hamısının olduğu sıranın qarşısında verilmiş, hamı həmin tapşırıqları almış, bundan sonra bölük komandiri baş leytenant Şahid1 də bölüyün şəxsi heyətini düzüb, həm şəxsi heyətə, həm də 4 qrup komandinin dördünə eyni tapşırıqları təkrarən çatdırmış, qrup komandirilərinə tabeliklərində olan şəxsi heyətin silah-sursatını (Kəlbəcərdə onlara verilmiş 2-ci döyüş dəstini) sayla təhvil almalarını, hərbi qənimət kimi götürülən nə qədər RAS əmlakı varsa ayırıb kənara yığmalarını və hərbi hissənin RAS xidmətinə təhvil vermələrini dediyindən silah-sursatı sayla təhvil alıb, artıq qalan nə vardısa ayıraraq təhvil verib 29 sentyabr N3-cü il tarixdə Gəncə şəhər hava limanına gəlib oradan Naxçıvana, hərbi hissənin daimi dislokasiya yerinə qayıtmışdırlar. Hərbi hissəyə gəlib çatanda hərbi hissə komandiri mayor Şahid5 şəxsi heyətə təkrar silah-sursatın və əşya əmlakın yoxlanılaraq sayılması, kiminsə üzərində, çantasında yaddan çıxıb qalan hərbi qənimət kimi götürülmüş hər hansı silah-sursat varsa təhvil vermələrini tapşırmışdır. Həmin tapşırıqlar verilən vaxt da xidmət etdiyi bölüyün bütün şəxsi heyəti, o cümlədən 4 qrup komandirinin dördü də sırada olmuş və həmin tapşırıqları almışdırlar. Bundan sonra bölük komandiri Şahid1 də eyni tapşırıqları şəxsi heyətə vermiş, bütün silah-sursatı, əşya əmlakı sayla təhvil verib qurtardıqdan sonra istirahət verilmiş, sonrakı günlərdə komandir heyəti tərəfindən şəxsi heyətə tez-tez kimdəsə döyüş vaxtı götürülmüş silah-sursat varsa gətirib təhvil verməsi tapşırılmış, hətta məzuniyyətə gedən şəxslər olduğu üçün sonradan problem yaranması deyə çantalara diqqətlə baxılması, yaddan çıxıb qalan sursat və ya silah hissəsi varsa təhvil verilməsi deyilmişdir. 22 noyabr N3-cü il tarixdə hərbi hissədə olarkən baş leytenant Təqsirləndirilən şəxs bölük komandiri baş leytenant Şaməddən Məmmədzadə ilə birlikdə yaşadığı evdən Təqsirləndirilən şəxs məxsus olan çantadan çox sayılı döyüş sursatları, silah daraqları aşkar edilərək götürüldüyünü öyrənmişdir. Həmçinin leytenant Şahid8 ifadəsində antiterror əməliyyatları zamanı özünün də qarşısına çoxlu sayda silah və sursat çıxdığını, lakin onları götürmədiyini, baş leytenant Təqsirləndirilən şəxs çox savadlı, təcrübəli zabit olduğunu, özünün xidməti dövründə bir çox naliyyətlərinin olduğunu və onun bu naliyyətlərinin 50 faizini baş leytenant Təqsirləndirilən şəxs borclu olduğunu, onu Təqsirləndirilən şəxs öyrətdiyini bildirərək, Təqsirləndirilən şəxs barəsində ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 3-cü bölüyünün 2-ci qrup komandirinin müavini, kiçik-gizir Şahid6 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, N3-cü ilin yay aylarında Təqsirləndirilən şəxs ona qalmağa yerinin olmadığını, onun Ordubad şəhərində kirayə yaşadığı evə köçmək istədiyini bildirmiş, o da razılıq verdikdən sonra evə köçərək onunla birlikdə yaşamağa başlamış, həmin evdə baş leytenant Heydər Muradlı ilə birlikdə qalmışdır. N3cü ilin sentyabr ayında xidmət etdiyi hərbi hissənin şəxsi heyəti X5 əməliyyatlarında iştirak etməkdən ötrü Kəlbəcər və Ağdam rayonlarına ezam olunmuş, həmin ayın sonlarında şəxsi heyət Naxçıvana, hərbi hissənin daimi dislokasiya yerinə qayıtmış, həmin gün 2 günlük istirahət verildiyindən Babək rayonuna, ailəsinin yanına getmiş, baş leytenant Heydər Muradlı da yeni ailə qurduğu üçün kirayə yaşadıqları evə getməyəcəyini, ailəsinin yanına, Şahbuz rayonuna gedəcəyini bildirmişdir. N3-cü ilin oktyabr ayının 1-də xidmətə gəlmiş, təxminən 10-15 gün sonra isə məzuniyyətə çıxıb Bakı şəhərinə getmiş, ezamiyyətdən qayıtdıqdan sonra məzuniyyətə çıxanadək Ordubad şəhərində kirayə yaşadığı evə getmiş, gündəlik Babək rayonuna gedib-qayıtmış, kirayə haqqının verilməsinə görə Təqsirləndirilən şəxsla aralarında narazılıq olduğu üçün Təqsirləndirilən şəxs başqa yerə köçmüşdür. Sonradan Təqsirləndirilən şəxs öz bölük komandiri baş leytenant Şahid1 ilə birlikdə yaşamağa başladığını, onun həmin evdə saxladığı çantasından qanusuz olaraq əldə edilmiş sursat və silah hissələri aşkar edildiyini öyrənmişdir. Şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar müvafiq telefonoqram və teleqramlar ilə (Şahid3-xx.xx.N4-cü tarixli telefonoqram ilə, Şahid1 və Şahid2-xx.xx.N4-cü tarixli, Şahid4-xx.xx.N4-cü tarixli teleqramlar ilə) məhkəməyə müraciət edərək xidməti zərurət ilə əlaqədar olaraq məhkəmə iclaslarına gələ bilmədiklərini, ibtidai araşdırma dövründə verdikləri ifadələrini təsdiq etdiklərini bildirərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 məhkəmə iclaslarına gəlmələrini istisna edən halları üzrlü səbəb hesab edərək və onların ifadələrinin ittihamın həll edilməsində oynadığı rolu, yəni ittihamın yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrinə əsaslanmadığını nəzərə alaraq, onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və ifadələrinin elan edilməsini, o cümlədən hökmün əsaslandırılması zamanı onların ibtidai istintaq zamanı verdikləri ifadələrinə istinad olunmasını Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 317 və 329-cu maddələrinə əsasən mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş şahid N nömrəli hərbi hissənin 2-ci bölüyünün komandiri baş leytenant Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 15 iyun N1-ci il tarixdən N nömrəli hərbi hissənin N nömrəli taborunun 2-ci bölüyünün komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edir, baş leytenant Təqsirləndirilən şəxs hərbi xidmət müddətində görüb tanımış, onunla hər hansı qohumluq münasibətləri, düşmənçiliyi və ya ədavəti yoxdur. N3-cü ilin sentyabr ayının 9-da N nömrəli taborun tərkibində Kəlbəcər rayonuna göndərilmiş, orada olarkən N nömrəli hərbi hissədə yerləşib bir neçə gün həmin hərbi hissədə qalmışdırlar. Ezamiyyətə getməmişdən əvvəl şəxsi heyətin hamısı özlərinə təhkim olunmuş silahlarını və 1 döyüş dəsti sursat götürmüş, N sentyabr N3-cü il tarixdə N nömrəli taborun 1-ci və 2ci bölükləri Ağdərə rayonuna yollanmış, Ağdərə rayonuna getməmişdən əvvəl N nömrəli hərbi hissədə hər bölüyə əlavə sursat da verilmiş, həmin sursatı bölüyün qrupları arasında bərabər bölüşdürmüş, N sentyabr N3-cü il tarixdə Ağdərə rayonuna çatıb 27 sentyabr N3cü il tarixədək həmin rayonun Heyvalı kəndi istiqamətində yerləşmişdirlər. Bölüyün qrupları almış olduqları tapşırıqlara əsasən fərqli istiqamətlərdə olmuş, özü də bölüyün 1-ci qrupu ilə hərəkət etmişdir. 27 sentyabr N3-cü il tarixdə komanda verildiyindən taborun bütün şəxsi heyəti Kəbəcər rayonun Vəng kəndində olan Müdafiə Nazirliyinin nömrəsini bilmədiyim hərbi hissəsinə cəmləşmiş, N nömrəli taborun komandiri bütün şəxsi heyəti düzüb Naxçıvandan gələrkən kimə hansı silah və sursat təhkim olunmuşdursa onlardan başqa üzərlərində nə qədər silah, silahın komplekt hissəsi, sursat və ya digər partlayıcı maddə varsa təhvil verilməsini tapşırmış, o da komandiri olduğu 2-ci bölüyün şəxsi heyətini düzüb 4 qrup komandirini, o cümlədən baş leytenant Təqsirləndirilən şəxs yanına çağırıb hər kəsin öz qrupunu yoxlamasını, qrupun şəxsi heyətinə, eləcə də özlərinə təhkim olunmuş silah-sursatdan başqa nə qədər silah-sursat varsa təhvil vermələrini tapşırmışdır. Hər şeyi təhvil verdikdən sonra şəxsi heyətdən kiminsə üzərində özünə təhkim olunmamış hər hansı silah, silahın komplekt hissəsi, döyüş sursatı və ya digər partlayıcı maddə qalıbqalmamasını soruşmuş, eyni zamanda ondan başqa hərbi hissənin RAS xidmətini rəisi kapitan Şahid4 də bu barədə soruşub kimdəsə qalan nəsə varsa təhvil verməsini bildirmiş, lakin heç kəs əlavə heç nə təhvil verməmişdir. 29 sentyabr N3-cü il tarixədək Vəng kəndində qaldıqdan sonra həmin gün Gəncə şəhər hava limanında Müdafiə Nazirliyinə məxsus olan yük təyyarəsi ilə Naxçıvana, hərbi hissənin daimi dislokasiya yerinə gəlmişdirlər. 29 sentyabr N3-cü ildə günorta saatlarında şəxsi heyət hərbi hissənin daimi dislokasiya olunduğu Ordubad şəhərinə çatdıqdan sonra N nömrəli taborun komandiri bütün şəxsi heyəti düzüb hər kəsin öz silah-sursatını və əşya əmlakını sayla təhvil verməsini, döyüş əməliyyatları zamanı kiminsə üzərində hər hansı sursat, silah hissəsi və ya silah qalıbsa təhvil verməsini bildirmiş, yenə də öz bölüyünün şəxsi heyətini düzüb qrup komandirlərinə bu barədə tapşırıqlar verib silah otağında silahları təhvil almış, şəxsi heyət isə qrup komandirinin başçılığı ilə silah-sursatı təhvil verimişdirlər. Həmin gün şəxsi heyətdən kimsə özünə təhkim olunan silah-sursatdan başqa nəsə təhvil verməmiş, təkcə özü Ağdərə rayonunun ərazisində hərbi qənimət kimi götürdüyü N ədəd RPK-74 silahını hərbi hissənin RAS xidməti rəisinə və Ordu Qərargahının bir nəfər mayor rütbəli zabitinə təhvil vermiş, bütün silah-sursatı və əşya əmlakı təhvil aldıqdan sonra şəxsi heyətdən bir daha kimdəsə nəsə qalıb-qalmadığını soruşmuş, heç kəs heç nə deməmiş, axşam saatlarında istirahət verildiyi üçün Ordubad şəhəri, İstanbul küçəsi, bina 22, ev 21 ünvanında kirayə yaşadığı evə getmişdir. Ordubad şəhərində yaşadığı evdə 1-ci bölük komandiri baş leytenant Şahid2la birlikdə yaşamış, qrup komandiri baş leytenant Təqsirləndirilən şəxs noyabr ayında onların yanına köçmək istədiyini demiş, o da problem olmadığını bildirmiş, noyabr ayının ortalarında N nömrəli hərbi hissədə bölük komandirilərinin toplantısında, Şahid2 isə N nömrəli hərbi hissədə ixtisasartırma kursunda olarkən Təqsirləndirilən şəxs ona zəng vurub Ordubad şəhərində yaşadıqları evə köçməsi üçün komandirdən icazə almasını xahiş etmiş, o da Təqsirləndirilən şəxs əşyalarını evə köçürməsi üçün N nömrəli taborun komandiri mayor Şahid5 icazə almışdır. 17 noyabr N3cü il tarixdə Təqsirləndirilən şəxs məzuniyyətə getmiş, bir gün sonra toplantı bitdiyi üçün o da Ordubada qayıtmış, lakin Şahid2 kursda olduğuna görə qayıtmamış, Təqsirləndirilən şəxs əşyalarına fikir verməmişdir. 21 noyabr N3-cü il tarixdə xidmətdə olarkən onunla eyni hərbi hissədə xidmət edən baş leytennat X1 evindən sursat və silah hissələri çıxdığı üçün barəsində araşdırma başlanıldığını eşitmiş, həmin gün onunla eyni evdə qalan Şahid2 araşdırma ilə əlaqədar X6 Xidmətinin təhqiqatçısına döyüş əməliyyatları vaxtı ermənilərə aid bəzi əşyalar gətirdiyini, həmin əşyaları birlikdə yaşadıqları evdə saxladığını dediyi üçün onun və Şahid2 yazılı razılıqlarından sonra təhqiqatçı yaşadıqları evə gəlmiş, evdə olan vaxt Şahid2 döyüş vaxtı götürdüyü erməni şəkillərini, yaddaş kartlarını, bir miqdar erməni pulunu təhqiqatçıya təqdim etmiş, evdə olarkən çarpayının yanında erməni silahlı qüvvələrinə aid olan N ədəd əşya kisəsi olduğundan təhqiqat xidmətinin əməkdaşı həmin səhra kisəsinin kimə məxsus olduğunu soruşmuş, ona səhra kisəsinin baş leytenant Təqsirləndirilən şəxs aid olduğunu demişdirlər. Şübhəlin olduğundan onların yanında həmin əşya kisəsi açılıb içinə baxılmış, içərisindən Ermənistan Respublikası Silahlı Qüvvələrinə aid olan 1 dəst komfliyaj rəngli səhra geyim forması, N ədəd dəbilqə, N ədəd göy rəngli çanta, həmin çantanın içərisindən isə snayper silahına aid olan daraqlar, avtomat silahına aid daraqlar, əl pulemyotuna aid olan daraqlar, 7.62 mm çaplı və 5.45 mm çaplı döyüş mərmiləri aşkar edilib götürülmüşdür (i.v İ cild 129-133, İİ cild 65-69). Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş şahid N nömrəli hərbi hissənin 1-ci bölüyünün komandiri, baş leytenant Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin iyun ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmət edir, N1-ci ilin iyun ayının 15-dən N nömrəli hərbi hissənin N nömrəli taborunun 1-ci bölüyünün komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edir, baş leytenant Təqsirləndirilən şəxs hərbi xidmət müddətimdə görüb tanımışdır. Onunla hər hansı qohumluq, düşmənçilik münasibətlərim yoxdur. N sentyabr N3-cü il tarixdə xidmət etdiyi N nömrəli hərbi hissənin şəxsi heyəti Müdafiə Nazirliyinin Kəlbəcər rayonunun ərazisində xidmət edən N nömrəli hərbi hissəsinə ezam olunmuş, komandiri olduğu bölüyün bütün şəxsi heyəti həmin hərbi hissəyə ezam olunmuş, həmin hərbi hissəyə ezam olunarkən şəxsi heyət özlərinə əvvəlcədən təhkim olunmuş silahlarını və bir döyüş dəsti sursat götürmüş, N sentyabr N3-cü il tarixdə komanda verildiyi üçün Ağdərə rayonunun ərazisinə yollanmışdırlar. 27 sentaybr N3-cü il tarixdə xidmət etdiyi N nömrəli hərbi hissənin şəxsi heyətinə Kəlbəcər rayonunun Vəng kəndinə getmək tapşırığı verilmiş, bütün şəxsi heyətlə birlikdə həmin kəndə gedib orada olan Müdafiə Nazirliyinin bir hərbi hissəsinə gəldikdən sonra Naxçıvandan gələn zaman özləri ilə gətirdikəri silah-sursatdan başqa nə qədər silah-sursat varsa hamısını təhvil vermələri tapşırılmışdır. Təxminən 2 gün Vəng kəndində qaldıqdan sonra 29 sentyabr N3cü il tarixdə xidmət etdiyi hərbi hissənin bütün şəxsi heyəti əşya-əmlak və silah sursatla birlikdə Naxçıvana qayıtmış, 29 sentyabr N3-cü il tarixdə saat N radələrində hərbi hissənin daimi dislokasiya olunduğu Ordubad şəhərinə çatdıqdan sonra hərbi hissə komandiri mayor Şahid5 bölmə komandirlərinə bir daha şəxsi heyətdən silah-sursatı sayla təhvil almağı, kiminsə üzərində, əşya kisəsində hərbi qənimət kimi götürülmüş silah və ya onun komplekt hissəsi və ya sursat qalıbsa təhvil verməsini tapşırmışdır. Həmin gün axşam saatlarınadək əşya-əmlakı və silah-sursatı yerbəyer edib qurtardıqdan sonra şəxsi heyətə 2 gün istirahət verilmişdir. Təqsirləndirilən şəxs bölük komandiri baş leytenant Şamməddin Məmmədzadə ilə birlikdə ünvan 4 ünvanında yaşamış, N3-cü ilin noyabr ayının ortalarında Təqsirləndirilən şəxs əvvəl yaşadığı evdən çıxdığı üçün onlarla qalmağı xahiş etdiyindən Ş.Məmmədov da ona razılıq vermiş, o, N nömərli hərbi hissədə ixtisas artırma kursunda olan zaman Təqsirləndirilən şəxs yaşadıqları evə köçmüşdür. Təqsirləndirilən şəxs həmin evə köçəndə kursda olduğu üçün evdə olmamış, daha sonra Təqsirləndirilən şəxs məzuniyyətə getdiyi üçün onu evdə görməmişdir. N3-cü ilin noyabr ayının 20-də komandiri olduğu bölükdə qrup komandiri olan baş leytenant X1 barəsində hərbi qənimət kimi götürülmüş silahı və döyüş sursatını taladığı üçün araşdırma başlanılmış, həmin araşdırma ilə əlaqədar izahat verən vaxt döyüş əmiliyyatları vaxtı ermənilərə məxsus müxtəlif əşyaları, o cümlədən şəkilləri, döş nişanlarını, erməni pullarını, yaddaş kartlarını götürdüyünü, evdə saxladığını demiş, təhqiqat xidmətinin əməkdaşı ondan həmin əşyaları təqdim etməsini xahiş etdiyi üçün onunla birlikdə Ordubad şəhərində kirayə yaşadığı evə getmişdir. Onunla birlikdə Şahid1, xidmət etdiyi hərbi hissənin qərargah rəisi kapitan Şahid3 və ev sahibi Murad Muradlı da gəlmiş, evdə olan vaxt döyüşdən götürdüyü əşyaları təqdim etikdən sonra evdə olan çarpayının yanında Ermənistan Respublikası silahlı qüvvələrinə aid olan bir ədəd əşya kisəsi olduğunun görüb içində nə olduğunu bilmək üçün içərisinə baxarkən içindən N ədəd erməni səhra geyim dəsti, N ədəd Azərbaycan ordusuna məxsus dəmir dəbilqə, N ədəd mülki çanta çıxmış, daha sonra çantanı açanda həmin çantadan 3 ədəd SVD darağı, 2 ədəd avtomat darağı, 2 ədəd RPK darağı, N ədəd 7.62 mm-lik, 2 ədəd 5.45 mm-lik döyüş mərmisi aşkar edilib götürülmüşdür. Həmin əşya kisəsi baş leytenant Təqsirləndirilən şəxs məxsus olmuş, evdə olduğu müddətdə onun əşyalarına fikir verməmiş, əvvəlcədən Təqsirləndirilən şəxs çantada sursat saxladığını bilməmişdir (i.v İ cild 141-145, İİ cild 70-73). Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş şahid N nömrəli hərbi hissənin qərargah rəisi kapitan Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 2013-ci ilin iyun ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətə başlamış, 22 oktyabr N2-ci il tarixdə N nömrəli hərbi hissənin qərargah rəisi vəzifəsinə təyin olunmuş, hal-hazırda həmin vəzifədə, kapitan hərbi rütbəsində xidmətini davam etdirir. Baş leytenant Təqsirləndirilən şəxs hərbi xidmət müddətində görüb tanımışam. O, xidmət etdiyi hərbi hissənin 2-ci bölüyünün 4-cü qrup komandiri vəzifəsində xidmət edir. Onunla hər hansı qohumluq münasibətləri, düşmənçiliyi və ya ədavəti yoxdur. N3-cü ilin noyabr ayında N nömrəli hərbi hissədə xidmət edən baş leytenant X1 barəsində X6 xidməti tərəfindən araşdırma aparılmış, R.Quliyevin qanunsuz olaraq odlu silah əldə edib saxlaması ilə bağlı aparılan araşdırma zamanı X6 Xidmətinin təhqiqaçısı ilə birlikdə baş leytenant Şahid2 evinə getmiş, Şahid2 əvvəlcədən döyüş əməliyyatlarından ermənilərə aid əşyalar götürüb öz evində saxladığını dediyindən həmin əşyaları təhqiqatçıya təqdim etməsi üçün oraya getmişdirlər. Evdə olan vaxt Şahid2 döyüş vaxtı götürdüyü ermənilərə aid foto şəkilləri, döş nişanlarını, yaddaş kartlarını təhqiaqtçıya təqdim etmiş, Həmin vaxt çarpayının yanında bir ədəd Ermənistan Silahlı Qüvvələrinə aid olan əşya kisəsi olmuş, həmin əşya kisəsinin kimin olduğunu soruşanda Şahid2 və onunla birlikdə evdə qalan baş leytenant Şamməddin Məmmədzadə əşya kisəsinin evə yeni köçən Təqsirləndirilən şəxs aid olduğunu bildirmiş, erməni silahlı qüvvələrinə aid əşya kisəsi olduğu üçün təhqiaqçı onun içərisində araşdırma ilə bağlı hər hansı əhəmiyyətli şeylər ola biləcəyini deyib əşya kisəsini içinə baxmış, həmin əşya kisəsindən avtomat və snayper daraqları, erməni əsgərinin forması, dəbilqə və çox sayılı daraqlar və sursatlar çıxmış, orada döyüş sursatları sayıldıqda N ədəd 7.62 mm-lik, 2 ədəd 5.45 mm-lik mərmi, 3 ədəd SVD darağı, 2 ədəd avtomat darağ, 2 ədəd RPK darağı olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs məzuniyyətdə olduğu üçün evdə olmamış, o, məzuniyyətdən qayıtdıqdan sonra Təqsirləndirilən şəxs əşya kisəsini, formanı, daraqları və sursatlarını döyüş əməliyyatları zamanı Ağdərə rayonunun ərazisindən hərbi qənimət kimi götürüb hərbi hissəyə gətirdiyini, orada şəxsi heyət silah-sursatı təhvil verən vaxt həmin şeyləri təhvil vermədiyini və özü ilə birlikdə yaşadığı evə apardığını, sonrada Şahid1 və Şahid2la birlikdə yaşadığı evə köçəndə həmin əşyaları da özü ilə birlikdə oraya apardığını öyrənmişdir (i.v İ cild 191-196, İİ cild 80-83). Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş şahid N nömrəli hərbi hissənin raket-artileriya, silah təchizatı xidmətinin rəisi kapitan Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 2013-cü ilin iyul ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmət edir, N3-cü ilin avqust ayının 19-dan N nömrəli hərbi hissənin RAS xidmətinin rəisi vəzifəsinə təyin olunmuş, halhazırda həmin vəzifədə, kapitan hərbi rütbəsində xidmətini davam etdirir, baş leytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə hərbi xidmət müddətində görüb tanımış, onunla hər hansı qohumluq münasibətləri, düşmənçiliyi və ya ədavəti yoxdur. N3-cü ilin sentyabr ayında xidmət etdiyi N nömrəli hərbi hissənin şəxsi heyəti X5 əməliyyatlarında iştirak etmiş, sentyabr ayının sonlarında şəxsi heyət hərbi hissəyə qayıtdıqdan sonra hamıya döyüş əməliyyatları vaxtı hərbi qənimət kimi götürülmüş bütün növ RAS əmlakı hərbi hissəyə təhvil verilməsi tapşırılmış, N3-cü ilin noyabr ayında N nömrəli hərbi hissənin zabiti baş leytenant Rövşən Quliyevin barəsində qanunsuz olaraq odlu silahı və döyüş sursatını əldə etməsinə görə araşdırma aparılarkən 21 noyabr N3-cü il tarixində X6 xidmətinin əməkdaşı leytenant Ramil Əliyev Təqsirləndirilən şəxs yaşadığı evə getmiş, Təqsirləndirilən şəxs həmin evdə N nömrəli hərbi hissənin zabiti baş leytenant Şahid2la birlikdə qalmış, Şahid2 təhqiqatçıya döyüş əməliyyatları vaxtı götürdüyü bəzi əşyaları təqdim edəcəyi üçün oraya getmişdirlər. Hərbi hissə komandirinin göstərişinə əsasən o də onlarla birlikdə həmin evə getmiş, oraya çatanda evə daxil olmayıb çöldə gözləmiş, bir müddət sonra təhqiqatçı Şahid3, N nömrəli hərbi hissənin qərargah rəisi kapitan Şahid3, həmin evdə qalan zabitlər Şahid2 və Şammədin Məmmədzadə çölə çıxanda içəridə Təqsirləndirilən şəxs məxsus olan çantadan döyüş sursatları, erməni forması, müxtəlif silahlara aid daraqlar və dəbilqə çıxdığını öyrənmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs məzuniyyətdə olmuş, məzuniyyətini Bakı şəhərində keçirdirdiyi üçün həmin döyüş sursatlarını özü könüllü təhvil verməmiş, təhqiqatçı aşkar edib götürmüşdür (i.v İ cild 216- 220, İİ cild 84-86). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin, o cümlədən məhkəmə iclaslarında iştirak etməmələri səbəbindən ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan olunaraq tədqiq olunmuş şəxslərin ifadələrindən görünür ki, onların ifadələri bir-birini istisna etmir. Məhkəmə ifadələrin bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisələrin təqsirləndirilən şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəyini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 17 aprel N4-cü il tarixli qərardan görünür ki, hazırki cinayət işi həmin tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu baş leytenant X1 Azərbaycan Respublikası CM-in 228.2.2, 232.2.2 və 232.2.3-cü maddələri ilə təqsirləndirildiyi ********* nömrəli cinayət işindən həmin hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.2 və 232.1-ci maddələri ilə ayrılmışdır (i.v İ cild 1-3). “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” 15 may N4-cü il tarixli qərardan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 94-95). Məhkəmə baxışı dövründə qəbul edilmiş 03 sentyabr N4-cü il tarixli qərardan görünür ki, hazırki iş üzrə Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin cinayət prosesində zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməklə, həmin iş üzrə Müdafiə Nazirliyinin N №-li hərbi hissəsi zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İİİ cild 18-21). N №-li hərbi hissə komandirinin N mart N1-ci il tarixli, 32 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, baş leytenant Kərimov X4 nazirinin müavini-X10 Komandanının xx.xx.N1-cü il tarixli, N №-li əmri ilə həmin hərbi hissənin 2-ci xüsusi təyinatlı bölüyünün 4cü xüsusi təyinatlı qrupunun komandiri vəzifəsinə təyin edilmişdir (i.v İİ cild 55). N №-li hərbi hissə komandirinin N sentyabr N3-cü il tarixli, 163 №-li və 29 sentyabr N3-cü il tarixli, 176 №-li əmrlərindən edilmiş çıxarışlardan görünür ki, baş leytenant Təqsirləndirilən şəxs X5 əməliyyatlarında iştirak etmək üçün N sentyabr N3-cü il tarixdən 29 sentyabr N3-cü il tarixədək X2 3-cü Ordu Korpusunun N №-li hərbi hissəsinin daimi dislokasiya məntəqəsində ezamiyyətdə (3-cü Ordu Korpus komandirinin sərəncamında) olmuşdur (i.v İ cild 57-58). 21 noyabr N3-cü il tarixli, 258 nömrəli aktdan görünür ki, 21 noyabr N3-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Ordubad şəhəri, İstanbul küçəsi, bina 22, ev 21 ünvanında saxladığı özünə məxsus olan Ermənistan Respublikası Silahlı Qüvvələrinə aid komufliyaj rəngli əşya kisəsindən Ermənistan Respublikası Silahlı Qüvvələrinə aid olan 1 dəst komfliyaj rəngli səhra geyim forması, N ədəd dəbilqə, 1ədəd göy rəngli çanta, həmin çantanın içərisindən isə snayper silahına aid olan 3 ədəd daraq, avtomat silahına aid olan 2 ədəd daraq, əl pulemyotuna aid olan 2 ədəd daraq, N ədəd 7.62 mm-lik, 2 ədəd 5.45 mm-lik döyüş mərmisi aşkar edilib, müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (i.v İ cild 29-30). Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr N3-cü il tarixli 1175 №-li məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, cinayət işinin ibtidai araşdırması zamanı baş leytenant Təqsirləndirilən şəxs məxsus olan Ermənistan Respublikası Silahlı Qüvvələrinə aid komufliyaj rəngli əşya kisəsindən götürülmüş snayper silahına aid olan 3 ədəd darağın, avtomat silahına aid olan 2 ədəd darağın, əl pulemyotuna aid olan 2 ədəd darağın, N ədəd 7.62 mm-lik, 2 ədəd 5.45 mm-lik döyüş mərmisinin silahın komplekt hissələri, döyüş sursatı hesab edilib-edilməməsi və istifadəyə yararlı olub olmamasının müəyyən edilməsindən ötrü məhkəmə-ballistik ekspertizası təyin edilmiş, 20 dekabr N3-cü il tarixli 1175 nömrəli ekspert rəyində göstərilmişdir ki-
1. Tədiqata təqdim edilmiş 02 (iki) ədəd patron keçmiş SSRİ-də (hal hazırki Rusiya Federasiyası) Ulyanovsk silah zavodunda 1979-cu ildə zavod üsulu ilə istehsal edilmiş, 5.45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AK-74”, “AKS-74”, “AKS- 74U” konstruksiyalı avtomatlarda, “RPK-74”, “RPKS-74”, “RPK-74M” əl pulemyotlarında və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdırlar.
2. Tədiqata təqdim edilmiş 09 (doqquz) ədəd patron keçmiş SSRİ-də (hal hazırki Rusiya Federasiyası) Klinovsk silah zavodunda 1974, 1976, 1980-ci illərdə zavod üsulu ilə istehsal edilmiş, 7.62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AKM”, “AKS”, “AKMS” konstruksiyalı avtomatlarda, “RPK”, “RPKS” əl pulemyotlarında, “SKS” karabinində və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş xüsusi gülləli (izburaxan) patronlardır, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdırlar.
3. Tədiqata təqdim edilmiş 86 (səksən altı) ədəd patrondan – 4N ədədi keçmiş SSRİdə (hal hazırki Rusiya Federasiyası) Tula silah zavodunda 1959, 1964, 1965, 1967, 1973, 1974, 1975, 1991-ci illərdə zavod üsulu ilə istehsal edilmiş, 35 ədədi keçmiş SSRİ-də (hal hazırki Ukrayna) Luqansk silah zavodunda 1971, 1973, 1974-cü illər zavod üsulu ilə istehsal edilmiş, 4 ədədi isə keçmiş SSRİ-də (hal hazırki Rusiya Federasiyası) Podolsk silah zavodunda 1959, 1968, 1976-cı illərdə zavod üsulu ilə istehsal edilmiş, 4 ədədi isə keçmiş SSRİ-də (hal hazırki Rusiya Federasiyası) Ulyanovsk silah zavodunda 1957, 1968, 1975-ci illərdə zavod üsulu ilə istehsal edilmiş, 2 ədədi isə keçmiş SSRİ-də (hal hazırki Rusiya Federasiyası) Klinovsk silah zavodunda 1973-cü il zavod üsulu ilə istehsal edilmiş, 7.62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AKM”, “AKS”, “AKMS” konstruksiyalı avtomatlarda, “RPK”, “RPKS” əl pulemyotlarında, “SKS” karabinində və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdırlar.
4. Tədiqata təqdim edilmiş 27 (iyirmi yeddi) ədəd patrondan – Serbiya Respublikası, Ujiçe şəhəri “Prvi Partizan” silah zavodunda 2018-ci ildə zavod üsulu ilə istehsal edilmiş, 7.62x54 mm kalibrli olmaqla, həmin kalibrə malik “SVD”, “Mosin” karabinlərində, “PK”, “PKM” pulemyotlarında və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdırlar.
5. Tədiqata təqdim edilmiş 170 (bir yüz yetmiş) ədəd patron keçmiş SSRİ-də (hal hazırki Rusiya Federasiyası) Novosibirsk silah zavodunda 1969,1975-ci illərdə zavod üsulu ilə istehsal edilmiş, 7.62x54 mm kalibrli olmaqla, həmin kalibrə malik “SVD”, “Mosin” karabinlərində, “PK”, “PKM” pulemyotlarında və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş LPS tipli patronlardır, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdırlar.
6. Tədiqata tədqiq edilən 02 (iki) ədəd sandıqça “Kalaşnikov” konstruksiyalı, “AKM”,“AKMS” markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 30 (otuz) ədəd 7,62 mm kalibrli patron tutumuna malik olan sandıqçadır, təyinatı üzrə istifadəyə yararlıdırlar.
7. Tədiqata tədqiq edilən 02 (iki) ədəd qəhvəyi rəngli sandıqça “Kalaşnikov” konstruksiyalı, “AKM”,“AKMS” markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 30 (otuz) ədəd 7,62 mm kalibrli patron tutumuna malik olan sandıqçadır, tədqiq edilən 02 (iki) ədəd qara rəngli sandıqça “Kalaşnikov” konstruksiyalı, “RPK”,“RPKS” markalı əl pulemyotlarının funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 40 (qırx) ədəd 7,62 mm kalibrli patron tutumuna malik olan sandıqçadır, təyinatı üzrə istifadəyə yararlıdırlar.
8. Tədiqata tədqiq edilən 03 (üç) ədəd sandıqça “SVD” markalı snayper tüfənginin funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 10 (on) ədəd 7,62x54 mm kalibrli patron tutumuna malik olan sandıqçadır, təyinatı üzrə istifadəyə yararlıdırlar (i.v İ cild 69-80). “Əşyaların maddi sübut kimi tanınması və məsul saxlanca verilməsi haqqında” 29 dekabr N3-cü il tarixli, 919 №-li qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ordubad şəhəri, İstanbul küçəsi, bina 22, ev 21 ünvanından aşkar edilmiş N ədəd 7.62 mm, 2 ədəd 5.45 mm kalibirli döyüş mərmisi, snayper silahına aid olan 3 ədəd daraq, avtomat silahına aid olan 2 ədəd daraq, əl pulemyotuna aid olan 2 ədəd daraq, Ermənistan Respublikası Silahlı Qüvvələrinə aid N ədəd komufliyaj rəngli əşya kisəsi, Ermənistan Respublikası Silahlı Qüvvələrinə aid olan 1 dəst komfliyaj rəngli səhra geyim forması və N ədəd dəbilqə iş üzrə maddi sübut kimi tanınmışdır (i.v İ cild 111-114). 30 sentyabr N3-cü il tarixli, 581 №-li raportdan, 04 dekabr N3-cü il tarixli, 795 №-li məktubdan və 20 fevral N4-cü il tarixli arayışdan görünür ki, N №-li hərbi hissənin inventarında olan silah-sursat və digər döyüş əmlakı həmin dövr üçün siyahıya uyğun yerində olmuşdur (i.v İ cild 94-95, 208). Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat statistik informasiya bölməsindən alınmış 28 noyabr N3-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v İ cild 54). N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş 25 noyabr N3-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən müsbət xarakterizə olunmuşdur (i.v İ cild 61). İş materiallarına əlavə edilmiş “İgidliyə görə” medalın İ-2196 №-li vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.N3-cü il tarixli, 4158 №-li Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilmişdir (i.v İİ cild 237). N №-li hərbi hissə tərəfindən təqdim edilmiş 25 noyabr N3-cü il tarixli, 1260 №-li arayışdan görünür ki, baş leytenant Təqsirləndirilən şəxs 25 noyabr N3-cü il tarixdə N №-li hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir və o, hərbi xidmətə yararlıdır (i.v İ cild 45). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X13 tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış xx.xx.N4-cü il tarixli, 526 №-li cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tibb müəssisəsində müalicədə olmamışıdır (i.v İİ cild 108). “Qətimkan tədbirinin seçilməsi haqqında” 27 may N4-cü il tarixli qərardan və həmin tarixli müvafiq protokoldan görünür ki, həmin tarixdə baş leytenant Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ.v İİ cild 139-142). Məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 228.2.2-ci maddəsi ilə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” N sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X8rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverni Məhkəmənin “Maksimov Rusiyaya qarşı” N mart 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs baş leytenant Təqsirləndirilən şəxs X5 əməliyyatları zamanı Ağdərə rayonunun Heyvalı kəndində döyüş tapşırığını icra etdiyi müddətdə hərbi qənimət kimi əldə etdiyi (tapdığı) döyüş sursatlarını və patron sandıqçalarını aidiyyəti üzrə yuxarı komandanlığa təhvil verməyib, qeyd olunan predmetləri mənimsəməklə (qanunsuz olaraq əldə etməklə) Ordubad şəhərində kirayə yaşadığı evə aparıb 16 noyabr N3-cü il tarixədək orada saxlaması, 16 noyabr N3-cü il tarixdə isə Ordubad şəhəri İstanbul küçəsi bina 22 ev 21 ünvanına köçdüyündən döyüş sursatlarını və patron sandıqçalarını özü ilə həmin ünvana aparmasından ibarət cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs həmin əməllərini Cinayət Məcəlləsinin 228.2.2-ci maddəsi ilə tövsif edərkən onun yaşadığı ünvandan 16 noyabr N3-cü il tarixdə Ordubad şəhəri İstanbul küçəsi bina 22 ev 21 ünvanına köçməsi ilə əlaqədar olaraq sözügedən döyüş sursatlarını və patron sandıqçalarını özü ilə həmin ünvana aparmasını təkrarlıq əlaməti kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin məcəlləsnin 16.2-ci maddəsində isə qeyd olunmuşdur ki, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Həmçinin təkrarlıqla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında qeyd edilmişdir ki, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə hesab edir ki, təkrarlıqda aralarında zaman fasiləsi olan iki cinayətdən söhbət gedir. Baş leytenant Təqsirləndirilən şəxs X5 əməliyyatları zamanı Ağdərə rayonunun Heyvalı kəndində döyüş tapşırığını icra etdiyi müddətdə hərbi qənimət kimi əldə etdiyi döyüş sursatlarını və patron sandıqçalarını aidiyyəti üzrə yuxarı komandanlığa təhvil verməyib, qanunsuz əldə edərək Ordubad şəhərində kirayə yaşadığı evə aparıb 16 noyabr N3-cü il tarixədək orada saxlaması, 16 noyabr N3-cü il tarixdə isə Ordubad şəhəri İstanbul küçəsi bina 22 ev 21 ünvanına köçdüyündən döyüş sursatlarını və patron sandıqçalarını özü ilə həmin ünvana aparmasından ibarət cinayət əməlləri ilə bağlı ona elan olunmuş ittihama nəzər saldıqda görərik ki, onun törətdiyi əməllər vahid cinayət olmuş, o, 16 noyabr N3-cü il tarixdə yaşadığı ünvandan ünvan 6 törətməmiş, sadəcə olaraq törətdiyi cinayətin predmetinin yerini dəyişdirmişdir. Məhkəmə hesab edir ki, baş leytenant Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməllərinin istintaq orqanı tərəfindən səhvən cinayət qanununun ağır maddəsi ilə tövsif olunması ittihamın əsassız olaraq ağırlaşdırılmasına, dolayısıyla təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına şərait yaratmış olur. Bu səbəbdən də məhkəmə hesab edir ki, dövlət ittihamçısının məhkəmə baxışı zamanı bu barədə vəsatəti də nəzərə alınmaqla, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan əməlləri (qanunsuz olaraq döyüş sursatını və digər predmetləri əldə etməsi, saxlaması və daşıması) vahid cinayət əməli kimi qiymətləndirilərək, ona Cinayət Məcəlləsinin 228.2.2-ci maddəsi ilə verilmiş ittiham (cinayətin təkrar törədilməsi) Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 318.1.-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə də, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən halların mövcudluğu və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozitiv şərtlərindən göründüyü kimi cinayətin predmeti odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğulardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli qərarının 4-cü bəndində qeyd olunmuşdur ki, döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibind dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzildən götürülən predmetlərin Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan döyüş sursatına aid olması cinayət işi üzrə alınmış 20 dekabr N3-cü il tarixli, 1175 №-li məhkəmə-ballistik ekspertizasının rəyi ilə təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayətin obyektiv cəhəti qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmədə ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli qərarının 9-cu bəndinə əsasən CM-nin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr N0-ci il tarixli fərmanından görünür ki, Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılmış, fərmanda həmin komendantlıqların öz fəaliyyətlərini Azərbaycan Respublikasıının Müdafə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə əlaqələndirmələri göstərilmişdir. Fərmanın 6.3 bəndində müvəqqəti komendantlıqlara fəaliyyət göstərdikləri ərazidə başqa vəzifələrlə yanaşı aşkar edilən hərbi texnikanın, silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin toplanması, inventarlaşdırlması və mühafizəsi tapşırılmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş N3-cü ilin sentyabr ayında Qarabağ bölgəsində X5 əməliyyatının keçirilməsi zamanı Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr N0-ci il tarixli fərmanının icrası ilə əlaqədar olaraq Müdafə Nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş qərargah rəisinin 22 sentyabr N3-cü il tarixli əmrindən görünür ki, Qarabağ iqtisadi rayonunda qanunsuz silahlı birləşmələrə məxsus silah, sursat, hərbi texnika və digər hərbi texniki əmlakların toplanması, qeydiyyata alınması, mərkəzi tabelikdə olan arsenal, baza və təmir müəssələrinə daşınması məqsədi ilə toplanma məntəqələri yaradılmış, döyüş sursatlarının N №-li hərbi hissəyə daşınaraq müvafiq qaydada sənədləşdirilib qeydiyyata alınması əmr edilmişdir. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, baş leytenant Təqsirləndirilən şəxs X5 əməliyyatları zamanı Ağdərə rayonunun Heyvalı kəndində döyüş tapşırığını icra etdiyi müddətdə hərbi qənimət kimi əldə etdiyi (tapdığı) döyüş sursatlarını və patron sandıqçalarını (ümumilikdə 294 ədəd döyüş patronunu və 7 ədəd darağı) inventarlaşdırılaraq dövlət əmlakının siyahısına alınmasından ötrü aidiyyəti üzrə yuxarı komandanlığa təhvil verməyib, qeyd olunan predmetləri mənimsəməklə (qanunsuz olaraq əldə etməklə) Ordubad şəhərində kirayə yaşadığı evə aparıb 16 noyabr N3-cü il tarixədək orada saxlaması, 16 noyabr N3-cü il tarixdə isə Ordubad şəhəri İstanbul küçəsi bina 22 ev 21 ünvanına köçdüyündən döyüş sursatlarını və patron sandıqçalarını özü ilə həmin ünvana aparmasından ibarət əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) mövcud olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsi, o cümlədən şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş müvafiq ekspert rəyi və işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında baş leytenant Təqsirləndirilən şəxs hərbi qənimət kimi götürdüyü döyüş sursatını qanunsuz olaraq əldə edib saxlaması və daşıması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin müddəalarına müvafiq olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilməsini, N3-cü ilin sentyabr ayının 19-dan 27-dək keçirilən X5 əməliyyatlarında iştirak etməsini, bir hərbi qulluqçu kimi xidmətdə fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin, məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin komandiri mayor Şahid5, N nömrəli hərbi hissənin 2-ci bölüyünün 3-cü qrupunun komandiri, leytenant Şahid7, N nömrəli hərbi hissənin 2-ci bölüyünün 2-ci qrupunun komandiri, leytenant Şahid8 ifadələri, N №-li hərbi hissə komandirinin N sentyabr N3-cü il tarixli, 163 №-li və 29 sentyabr N3-cü il tarixli, 176 №-li əmrlərindən edilmiş çıxarışlar, o cümlədən N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş 25 noyabr N3-cü il tarixli xidməti xasiyyətnamə və “İgidliyə görə” medalın İ-2196 №-li vəsiqəsinin surəti ilə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirli bilinən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzanın növü və miqdarının seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında- iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının əvəzinə Cinayət Məcəlləsinin 50.1-ci maddəsinin tələblərinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Başqa sözlə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin bir epizod üzrə törədilməsi, cinayətin törədilmə şəraiti və üsulu, baş vermiş nəticənin ağırlıq dərəcəsi və.s kimi hallar təqsirləndirilən şəxsin sabit kriminal meyilliliyinə və nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə dəlalət etmir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrumetmə cəzalarının işin faktiki hallarına, təqsirli bilinən şəxsin şəxsiyyətinə, əməlin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla ağır olmaları qənaətinə gəlir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə bağlı cəzanın təyin edilməsi təqsirləndirilən şəxsin özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər ki, bu kimi hallar da məhkumun islah olunmasına, həmçinin Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsinə xidmət edə, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Məhkəmə hesab edir ki, baş leytenant Təqsirləndirilən şəxs barəsində hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsi haqqında qərarın çıxarılması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.4-cü maddəsinə əsasən islah işləri birinci dərəcə əlilliyi olan şəxslərə və hərbi qulluqçulara təyin edilmir. Həmin məcəllənin 50.1-ci maddəsinə əsasən isə hərbi xidmət üzrə məhdudlaşdırma hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir. Məhkəmə təqsirli bilinən şəxsə təyin olunan cəzanın növünü müəyyən edərkən cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul N2-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyini də nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd olunmuşdur ki, cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Məhkəmə təqsirkar Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 27 may N4-cü il tarixində seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.8-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza hərbi qulluqçuların xidmət yeri üzrə hərbi hissə komandiri tərəfindən icra edilir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, təqsirkar Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132, 346 və 353-cü maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar– Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində saxlanılan- N ədəd 7.62 mm, 2 ədəd 5.45 mm kalibirli döyüş mərmisi, snayper silahına aid olan 3 ədəd daraq, avtomat silahına aid olan 2 ədəd daraq, əl pulemyotuna aid olan 2 ədəd daraq Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinə təhvil verilməli, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində saxlanılan-Ermənistan Respublikası Silahlı Qüvvələrinə aid N ədəd komufliyaj rəngli əşya kisəsi, Ermənistan Respublikası Silahlı Qüvvələrinə aid olan 1 dəst komfliyaj rəngli səhra geyim forması, o cümlədən iş materiallarına əlavə edilmiş 1ədəd göy rəngli çanta məhv edilməli, N ədəd dəbilqə isə Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinə təhvil verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci-təqsirli bilinən Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli olan haqdan ibarətdir. Belə ki, cinayət işi üzrə 27 iyun N4-cü il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı Kərimov X4çinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından o, məhkəmənin müvafiq qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, onun hüquqlarının müdafiəsi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 №-li qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, təqsirli bilinən şəxsə göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi vəkil işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə,
HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 50.1-ci maddəsinin tələblərinə əsasən aylıq pul təminatından 12% (on iki faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il 2 (iki) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinə, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri bu hökm icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. İş üzrə maddi sübutlar- Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində saxlanılan- N ədəd 7.62 mm, 2 ədəd 5.45 mm kalibirli döyüş mərmisi, snayper silahına aid olan 3 ədəd daraq, avtomat silahına aid olan 2 ədəd daraq, əl pulemyotuna aid olan 2 ədəd daraq Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinə təhvil verilsin, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində saxlanılan-Ermənistan Respublikası Silahlı Qüvvələrinə aid N ədəd komufliyaj rəngli əşya kisəsi, Ermənistan Respublikası Silahlı Qüvvələrinə aid olan 1 dəst komfliyaj rəngli səhra geyim forması, o cümlədən iş materiallarına əlavə edilmiş N ədəd göy rəngli çanta məhv edilsin, N ədəd dəbilqə isə Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinə təhvil verilsin. İş üzrə məhkəmə xərci-Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm 20 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Abil Orucəliyev