Məhkəmə qərarları › İş №1-1(092)-48/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-48/2025

11.08.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-48/2025 11.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Yusifov Qibləli Sefil oğlunun, Müdafiəçi: Naxçıvan MR Vəkillər Kollegiyasının üzvü, Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, Təqsirləndirilən şəxs: Əsgər Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx N06-cı il tarixdə Şərur rayonunun Zeyvə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Şərur rayonunun Zeyvə kəndində qeydiyyatda olan, barəsində 26 iyun N25-ci il tarixdə komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər hərbi rütbəsində xidmətdə olarkən, məzuniyyətdən 04 may N25-ci il tarixdə saat 12:00-dək hərbi hissəyə gəlməli olduğu halda gəlməmiş, 07 may N25-ci il tarixdə saat N radələrində hərbi hissənin zabitləri tərəfindən Şərur rayonunun Zeyvə kəndi ərazisində saxlanılaraq saat N radələrində hərbi hissəyə gətirilmiş, bununla da, Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi üzrlü səbəblər olmadan üç gündən artıq, lakin on gündən çox olmayaraq hərbi hissəsinə vaxtında getməmişdir. Əsgər Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Naxçıvan şəhərində yerləşən N nömrəli hərbi hissəsinin mexanikləşdirilmiş bölüyünün 4-cü mexanikləşdirilmiş taqımının 4cü döyüş maşınının tuşlayıcı-operatoru vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 26 mart N25-ci il tarixdən N aprel N25-ci il tarixədək Müdafiə Nazirliyinin N5 nömrəli hərbi hospitalında “sol ağciyərin aşağı payında ocaqlı kölgəlik” diaqnozu ilə stasionar müalicədə olmuş, müalicədən sonra hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərək xx.xx.N25-ci il tarixli 254 nömrəli arayışla “hərbi xidmətə müvəqqəti yararsızdır, xəstəliyə görə N gün müddətinə məzuniyyət verilməlidir” qərarı verildiyindən, N nömrəli hərbi hissə komandirinin N aprel N25-ci il tarixli 112 nömrəli əmri ilə N (on beş) gün müddətinə, 04 may N25-ci il tarixədək xəstəliyə görə məzuniyyətə buraxılmış, məzuniyyətdən 04 may N25-ci il tarixdə saat 12:00-dək hərbi hissəyə gəlməli olduğu halda gəlməmiş, 07 may N25-ci il tarixdə saat N radələrində hərbi hissənin zabitləri tərəfindən Şərur rayonunun Zeyvə kəndi ərazisində saxlanılaraq saat N radələrində hərbi hissəyə gətirilmiş, bununla da, Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi üzrlü səbəblər olmadan üç gündən artıq, lakin on gündən çox olmayaraq hərbi hissəsinə vaxtında gəlməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində N oktyabr N24-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə çağrılıb N hərbi hissənin mexanikləşdirilmiş bölüyünün 4-cü mexanikləşdirilmiş taqımının 4-cü döyüş maşınının tuşlayıcı-operatoru vəzifəsinə təyin edildiyini, hazırda həmin vəzifədə, əsgər hərbi rütbəsində xidmət etdiyini, xidmətdə olarkən 26 mart N25-ci il tarixdə pinevmoniya xəstəliyi ilə bağlı N5 nömrəli hərbi hospitala göndərilib stasionar müalicəyə qəbul olunduğunu, hospitalda 24 gün müalicə aldıqdan sonra N aprel N25-ci il tarixdə ona xəstəliklə bağlı məzuniyyət verildiyini, N aprel N25-ci il tarixdə saat N radələrində hərbi hissənin tibb məntəqəsinin rəisi baş leytenant Şahid3 hospitala gələrək ona məzuniyyət biletini hospitala təhvil verdiyini dediyini, həmçinin 04 may N25-ci il tarixdə saat 12:00-dək hərbi hissədə olmağını deyib təlimatlandırdığını, həmin gün saat 14 radələrində hospitaldan çıxmış və atası Şahid4la birlikdə yaşadıqları Şərur rayonunun Zeyvə kəndinə getdiyini, yaşadığı kənddə sevdiyi qız olduğunu, 03 may N25-ci il tarixdə sevdiyi qızla görüşən vaxt sevdiyi qız ona ailəsinin onu başqası ilə nişanlayacaqlarını dediyini, həmin sözdən sonra narahatlıq hissi keçirdiyini, həmçinin də məzuniyyətinin qurtarmasına az qaldığından özünün narahat olduğunu, növbəti gün 04 may N25-ci il tarixdə günorta saatlarında sevdiyi qızın anası ilə söhbət edib qızı heç kimə verməməsini, hərbi xidmətdən qayıtdıqdan sonra ailə quracağını dediyini, qızın anası da onunla razılaşaraq onu gözləyəcəklərini dediyini, daha sonra onların evindən çıxdığını, lakin qızın anası onu gözləyəcəklərini desə də, onun yenədə narahatlıq keçirdiyini, sevdiyi qızın başqasına veriləcəyini düşündüyünü, həmin gün məzuniyyəti bitsə də narahat olduğu üçün hərbi hissəyə qayıtmadığını, heç kimə də bu barədə məlumat vermədiyini, atası Şahid4 da ona məzuniyyət vaxtının bitdiyindən onu hərbi hissəyə aparacağını dediyini, onun isə getməyəcəyini dediyini, atası Şahid4 səbəbini soruşduqda onun səbəbini demədiyini, həmin gün və növbəti gün 0N may N25-ci il tarixdə hərbi hissədən də heç kimin onu axtarmadığını, bundan sonra 06 may N25-ci il tarixdə, saat 24 radələrində kəndin mağazasından spirtli içki olan pivə alıb Zeyvə kənd orta məktəbinin həyətinə getdiyini, orada pivəni içdikdən sonra yenədə sevdiyi qızın başqası ilə nişanlanacağını düşünüb narahat olduğunu, bu səbəbdən əvvəlcədən üzünü qırxmaq üçün aldığı üzqırxanı qırıb kəsici hissəsini çıxardaraq kəsici hissə ilə sol qolunun biləkdən yuxarı hissəsinə kəsiklər atdığını, həmin vaxt qolu qanamış və bir neçə dəqiqə orada oturduqdan sonra yaşadığı evə getdiyini, özünə xəsarət yetirməyi ilə bağlı heç kimə məlumat vermədiyini, növbəti gün 07 may N25-ci il tarixdə saat N radələrində evdə olduğu vaxt atası Şahid4 yanına gəlib ona hərbi hissədən zəng vurulduğunu və hərbi hissəyə getməli olduğunu dediyini, onun isə cavabında getməyəcəyini dediyini, təxminən bir neçə dəqiqə sonra atası telefonunu gətirib hərbi hissənin zabiti mayor Şahid1la danışmağını dediyini, onun mayor Şahid1la danışarkən ona məzuniyyət vaxtının 04 may N25-ci il tarixdə bitdiyini, hərbi hissəyə qayıtmalı olduğunu bildirdiyini, onun da cavabında qayıtmayacağını deyib telefonu atasına verdiyini, sonra həmin gün saat N radələrində evdən çıxıb kənd mərkəzinə doğru getdiyini, yolda gedən zaman hərbi hissənin zabiti mayor Sərxan İsgəndərovla iki nəfər kənd sakini onu saxladığını, onu saxladıqdan sonra mayor Şahid1la atası Şahid4 da yanlarına gəldiyini, orada bir neçə dəqiqə söhbət etdikdən sonra zabitlər onu avtomobilə mindirib hərbi hissəyə gedəcəklərini dediklərini, yolda gedən zaman zabitlər ondan özünü necə hiss etdiyini soruşduqlarını, onun da 06 may N25-ci il tarixdə özünə xəsarət yetirdiyini deyib sol qolunu göstərdiyini, onlar da sol qolunda olan xəsarət izlərini görüb səbəbini soruşduqlarını, onun da sevdiyi qızla mübahisə etdiyi üçün özünə xəsarət yetirdiyini bildirdiyini, bundan sonra ondan hərbi hissəyə nə üçün vaxtında gəlmədiyini soruşan zaman zabitlərə cavab vermədiyini, təxminən saat N radələrində xidmət etdiyi hərbi hissəyə çatdıqlarını, onu hərbi hissənin tibb məntəqəsinə apararaq müayinə olunduqdan sonra N5 nömrəli hərbi hospitala aparıb hospitalın nevrologiya şöbəsinə yerləşdirildiyini, etdiyi hərəkətlərdən peşman olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri onun etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş rəsmi sənədlər və digər mötəbər, təkzibedilməz sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin ideoloji iş və mənəvi psixoloji təminat bölməsinin rəisi vəzifəsində xidmət edən mayor Şahid2 məhkəmə iclasında şahid qismində dindirilmiş N №-li hərbi hissənin şəxsi heyətinin uçot bölməsinin rəisi vəzifəsində xidmət edən mayor Şahid1 vermiş olduğu ifadə ilə oxşar ifadə vermişdir. Onun ifadəsilə də Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli sübuta yetir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin ideoloji iş və mənəvi psixoloji təminat bölməsinin rəisi vəzifəsində xidmət edən mayor Şahid2 ifadəsində 07 may N25-ci il tarixdə saat N radələrində hərbi hissənin uçot bölmə rəisi mayor Şahid1 yanına gəlib ona əsgər Təqsirləndirilən şəxs xx.xx.N25-ci il tarixdə məzuniyyətdən hərbi hissəyə qayıtmalı olduğu halda hərbi hissəyə gəlmədiyini, onunla birgə Şərur rayonunun Zeyvə kəndinə getməklərini dediyini, onun da razılaşdıqdan təxminən on beş dəqiqə sonra mayor Şahid1la birlikdə hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçunun avtomobili ilə Şərur rayonunun Zeyvə kəndində getdiklərini, təxminən saat N radələrində Zeyvə kəndinə çatdıqlarını, kənddə Şahid4la zəngləşib harada olduğunu soruşduqlarını, Şahid4 da kənd mərkəzində gözləməklərini dediyini, təxminən on dəqiqə sonra əsgər Təqsirləndirilən şəxs atası Şahid4 onların yanlarına gəldiyini, əsgər Təqsirləndirilən şəxs harada olduğunu soruşduqlarını, Şahid4 isə onlara Təqsirləndirilən şəxs kənddə olduğunu, lakin hazırda harada olduğunu dəqiq bilmədiyini dediyini, onun da mayor Şahid1la belə razılaşaraq hərəsi bir avtomobilə əyləşib fərqli istiqamətlərdə əsgər Təqsirləndirilən şəxs axtarmağı qərarlaşdıqlarını, mayor Şahid1la Şahid4 həmin müddətdən artıq hərbi qulluqçunun avtomobili ilə başqa istiqamətə getdiyini, onun da iki nəfər kənd sakinləri ilə birlikdə onların avtomobili ilə kəndin başqa istiqamətinə doğru getdiklərini, kənd içində əsgər Təqsirləndirilən şəxs axtarmağa başladıqlarını, təxminən on beş dəqiqə sonra əsgər Təqsirləndirilən şəxs kənd içində piyada yol kənarı ilə getdiyini gördüyünü, onun avtomobillə Təqsirləndirilən şəxs təxminən 10 metr irəliyə gedib avtomobildən düşdüyünü, əsgər Təqsirləndirilən şəxs vəziyyətinin necə olduğunu soruşduğunu, əsgər Təqsirləndirilən şəxs da ona gəlməməsini deyib qaçmağa başladığını, həmin vaxt yanındakı kənd sakinləri Təqsirləndirilən şəxs arxasınca qaçdığını, onun da dərhal mayor Şahid1 zəng edib əsgər Təqsirləndirilən şəxs tapdığını və “üç yol” adlandırılan yerə gəlmələrini dediyini, sonra onun da əsgər Təqsirləndirilən şəxs arxasınca qaçdığını, lakin onların ondan uzaqlaşdığını görüb qayıdıb avtomobilin yanında gözlədiyini, bir neçə dəqiqə sonra yaxın məsafədən səs-küy gəldiyini və əsgər Təqsirləndirilən şəxs getmək istəmədiyini dediyini eşitdiyini, həmin vaxt kənd sakinləri əsgər Təqsirləndirilən şəxs avtomobilin yanına gətirdiyini, bu zaman mayor Şahid1la Şahid4 da yanlarına gəldiyini, daha sonra əsgər Təqsirləndirilən şəxs gəldikləri avtomobilə əyləşdirib hərbi hissəyə gətirdiklərini, yolda gedən zaman onun əsgər Təqsirləndirilən şəxs sorğu-sual edib vəziyyətinin necə olduğunu soruşduğunu, əsgər Təqsirləndirilən şəxs da sol qolunu ona göstərib özünə xəsarət yetirdiyini dediyini, onun da əsgər Təqsirləndirilən şəxs sol qoluna baxdıqda sol qolunun biləyindən biraz yuxarı hissəsində cızıqlar olduğunu gördüyünü, əsgər Təqsirləndirilən şəxs hansı səbəbdən özünə xəsarət yetirdiyini soruşduğunu, əsgər Təqsirləndirilən şəxs da sevdiyi qızla mübahisə etdiyi üçün 06 may N25-ci il tarixdə saat 24 radələrində özünə xəsarət yetirdiyini dediyini, daha sonra Təqsirləndirilən şəxs nə üçün məzuniyyət vaxtı bitsə də hərbi hissəyə qayıtmamasının səbəbini soruşduqda əsgər Təqsirləndirilən şəxs ona cavab vermədiyini, saat N radələrində hərbi hissəyə çatdıqlarını, əsgər Təqsirləndirilən şəxs özünə xəsarət yetirməsi barədə hərbi hissə komandanlığına məruzə etmiş, komandanlığın tapşırığına əsasən əsgər Təqsirləndirilən şəxs hərbi hissənin tibb məntəqəsində müayinə olunduğunu, daha sonra əsgər Təqsirləndirilən şəxs N5 nömrəli hərbi hospitala göndərildiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin tibb xidmətinin rəisi vəzifəsində xidmət edən tibb xidməti baş leytenantı Şahid3 ifadəsində əsgər Təqsirləndirilən şəxs pnevmoniya xəstəliyi ilə bağlı 26 mart N25-ci il tarixdə N5 nömrəli hərbi hospitala göndərildiyini, hospitalda müalicə aldıqdan sonra hərbi həkim komissiyasının 16 aprel N25-ci il tarixli arayışına əsasən məzuniyyətə buraxılmasına ehtiyac olduğundan hərbi hissə komandirinin əmrinə əsasən N aprel N25-ci il tarixdən 04 may N25-ci il tarixədək N gün müddətinə yaşadığı Şərur rayonunun Zeyvə kəndinə göndərildiyini, N aprel N25-ci il tarixdə saat N radələrində hərbi hissənin uçot bölmə rəisi mayor Şahid1 əsgər Təqsirləndirilən şəxs məzuniyyət biletini ona verdiyini onun da hospitala gedib əsgər Təqsirləndirilən şəxs məzuniyyət biletini hospitalın kargüzarlığına təqdim etdiyini, sonra da əsgər Təqsirləndirilən şəxs hospitalda təlimatlandırıb 04 may N25-ci il tarixdə saat 12:00-dək xidmət yerində olmalı olduğunu çatdırdığını, daha sonra hərbi hissəyə qayıdıb bu barədə mayor Şahid1 məlumat verdiyini, sonra əsgər Təqsirləndirilən şəxs 04 may N25-ci il tarixdə xidmət yerində olub-omadığını bilmədiyini, 07 may N25-ci il tarixdə mayor Şahid1 əsgər Təqsirləndirilən şəxs 04 may N25-ci il tarixdə xidmət yerinə qayıtmadığını, 07 may N25-ci il tarixdə yaşadığı Şərur rayonunun Zeyvə kəndində aşkar edildiyini, həmçinin əsgər Təqsirləndirilən şəxs 06 may N25-ci il tarixdə sevdiyi qızla mübahisə etdiyi üçün özünə xəsarət yetirdiyindən hospitala aparıldığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində N aprel N25-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs hərbi hissədən yaşadıqları kəndə N gün müddətinə məzuniyyətə göndərildiyini, 04 may N25-ci il tarixdə Təqsirləndirilən şəxs məzuniyyət vaxtı bitdiyindən hərbi hissəyə getməsini dediyini, lakin Təqsirləndirilən şəxs ona getməyəcəyini bildirdiyini, Təqsirləndirilən şəxs hansı səbəbdən getmək istəmədiyini soruşduqda, Təqsirləndirilən şəxs səbəbin deməyib hərbi hissəyə getməyəcəyini dediyini, ona heçnə demədiyini, hərbi hissəyə də bu barədə məlumat vermədiyini, sonra 07 may N25-ci il tarixdə saat 19 radələrində kənddə olduğu vaxt Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissədən ad soyadını xatırlamadığı bir nəfər hərbi qulluqçu onunla mobil telefon vasitəsi ilə danışıb Təqsirləndirilən şəxs məzuniyyət müddətinin 04 may N25-ci il tarixdə başa çatdığını və hansı səbəbdən hərbi hissəyə qayıtmadığını soruşduğunu, onun isə cavabında oğlu Təqsirləndirilən şəxs xidmət yerinə qayıtmasını desə də Təqsirləndirilən şəxs onu saymadığını və xidmət yerinə qayıtmadığını dediyini, həmin hərbi qulluqçu da bu barədə tədbir görüləcəyini deyib telefonu söndürdüyünü, bundan bir saat sonra təxminən saat N radələrində həmin hərbi qulluqçu ona zəng edib Zeyvə kəndinin mərkəzində olduğunu dediyini, onun isə gözləmələrini və yanlarına gələcəyimi dediyini, təxminən on beş dəqiqə sonra yanlarına getdiyini, iki nəfər zabitin kənd mərkəzində gözlədiyini gördüyünü, zabitlər ona Təqsirləndirilən şəxs hərbi hissəyə aparmağa gəldiklərini dediyini, həmçinin Təqsirləndirilən şəxs harada olduğunu soruşduqlarını, onun isə kənddə olduğunu, lakin dəqiq yerini bilmədiyini dediyini, onlar hərəsi bir istiqamətdə getdiyini, onun da zabitlərin biri ilə başqa istiqamətə gedib Təqsirləndirilən şəxs axtarmağa başladıqlarını, təxminən iyirmi dəqiqə sonra həmin zabitlərdən biri yanında olan zabitə zəng edib Təqsirləndirilən şəxs tapdığını dediyini, onlar kənddə “üç yol” adlandırılan yerə getdiyini, Təqsirləndirilən şəxs zabitin yanında olduğunu gördüyünü, onlara yaxınlaşdıqdan sonra zabit ona oğlu Təqsirləndirilən şəxs sol qolunu kəsərək özünə xəsarət yetirdiyini dediyini, Təqsirləndirilən şəxs hərbi hissəyə aparacaqlarını deyib avtomobilə mindirib apardıqlarını, evə qayıdarkən qızının Vəkilin kənddə bir qız istədiyini, həmin qızı başqasına verəcəklərini fikirləşib qolunu doğradığını dediyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin şəxsi heyətinin uçot bölməsinin rəisi vəzifəsində xidmət edən mayor Şahid1 ifadəsində əsgər Təqsirləndirilən şəxs pnevmoniya ilə bağlı N5 nömrəli hərbi hospitalda müalicə aldıqdan sonra hərbi həkim komissiyasının 16 aprel N25-ci il tarixli arayışına əsasən məzuniyyətə buraxılmasına ehtiyac olduğundan hərbi hissə komandirinin əmrinə əsasən N aprel N25-ci il tarixdən N (on beş) gün müddətinə 04 may N25-ci il tarixədək Şərur rayonuna məzuniyyətə buraxıldığını, N aprel N25-ci il tarixdə əsgər Təqsirləndirilən şəxs məzuniyyət biletini hərbi hissənin tibb xidmət rəisi, tibb xidməti baş leytenantı Şahid3 verib hospitala təqdim etməsini və əsgər Təqsirləndirilən şəxs təlimatlandırmasını dediyini, baş leytenant Şahid3 də tapşırığı yerinə yetirdikdən sonra yanına gəlib məzuniyyət biletini hospitalın kargüzarlığına təqdim etdiyini və əsgər Təqsirləndirilən şəxs da təlimatlandırıb 04 may N25-ci il tarixdə saat 12:00-dək xidmət yerində olmalı olduğunu çatdırdığını, 0N may N25ci il tarixdə də bölmə tərəfindən say tərkibi verilmədiyi üçün əsgər Təqsirləndirilən şəxs məzuniyyətdən qayıtmamasından məlumatı olmadığını, növbəti gün 06 may N25-ci il tarixdə isə bölmə tərəfindən say tərkibi verilən zaman əsgər Təqsirləndirilən şəxs yerində olduğu yazıldığı göstərildiyindən əsgər Təqsirləndirilən şəxs xidmət yerində olduğunu düşündüyünü, 07 may N25-ci il tarixdə say tərkibi olmadığından gizir Fərid Əliyevi yanına çağırıb say tərkibini gətirməsini dediyini, gizir F.Əliyev də say tərkibini gətirdiyini, baxdıqda əsgər Təqsirləndirilən şəxs məzuniyyətdə olduğu yazıldığını gördüyünü, onun əsgər Təqsirləndirilən şəxs 04 may N25-ci il tarixdə xidmət yerində olmalı olduğunu bildiyindən mexanikləşdirilmiş bölüyün şəxsi heyətinə toplanış verdiyini, bölük düzüləndən sonra gizir F.Əliyevdən əsgər Təqsirləndirilən şəxs harada olduğunu soruşduğunu, gizir F.Əliyev isə ona məzuniyyətdə olduğunu dediyini, onun isə gizir F.Əliyevə əsgər Təqsirləndirilən şəxs 04 may N25-ci il tarixdə xidməti yerində olmalı olduğunu dediyini, əsgər Təqsirləndirilən şəxs valideyninin nömrəsini tapmasını istədiyini, təxminən 10 dəqiqə sonra əsgər Təqsirləndirilən şəxs atası Şahid4 zəng edib əsgər Təqsirləndirilən şəxs harada olduğunu soruşduğunu, Şahid4 da Təqsirləndirilən şəxs kənddə olduğunu dediyini, onun əsgər Təqsirləndirilən şəxs 04 may N25-ci il tarixdə xidmət yerində olmasını dediyini, əsgər Təqsirləndirilən şəxsla danışdırmasını istədiyini, Şahid4 da Təqsirləndirilən şəxs yanında olmadığını dedikdə onun Şahid4 əsgər Təqsirləndirilən şəxs telefon nömrəsini alıb zəng edib harada olduğunu və niyə gəlmədiyini soruşduğunu, əsgər Təqsirləndirilən şəxs isə qayıtmayacağını dediyini, onun da aidiyyəti üzrə hərbi hissə komandanlığına məruzə etdiyini, sonra hərbi hissənin ideoloji iş və mənəvi psixoloji təminat bölməsinin rəisi mayor Şahid2 yanına gedib əsgər Təqsirləndirilən şəxs xidmət yerinə qayıtmadığını və onunla birgə Şərur rayonunun Zeyvə kəndinə getməklərini dediyini, mayor Şahid2 da razılaşmış və təxminən on beş dəqiqə sonra mayor Şahid2la birlikdə hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçunun avtomobili ilə Şərur rayonunun Zeyvə kəndinə getdiyini, saat N radələrində Zeyvə kəndinə çatdıqlarını, kənddə Şahid4la zəngləşib harada olduğunu soruşduğunu, Şahid4 da ona kənd mərkəzində gözləməklərini dediyini, təxminən on dəqiqə sonra yanlarına gəldiyini, Şahid4la görüşüb əsgər Təqsirləndirilən şəxs harada olduğunu soruşduğunu, Şahid4 isə Təqsirləndirilən şəxs kənddə olduğunu, lakin hazırda harada olduğunu dəqiq bilmədiyini dediyini, onun da mayor Şahid2la razılaşaraq hərəsi bir avtomobilə əyləşib fərqli istiqamətlərdə əsgər Təqsirləndirilən şəxs axtarmaq qərarına gəldiklərini, mayor Şahid2 ona zəng edib əsgər Təqsirləndirilən şəxs tapdığını və “üç yol” adlandırılan yerə gəlməyini dediyini, həmin yerə gedib əsgər Təqsirləndirilən şəxs gəldikləri avtomobilə əyləşdirib hərbi hissəyə doğru hərəkət etməyə başladıqlarını, yolda gedən zaman əsgər Təqsirləndirilən şəxs sorğu-sual edib vəziyyətinin necə olduğunu soruşduğunu, əsgər Təqsirləndirilən şəxs da sol qolunu göstərib özünə xəsarət yetirdiyini dediyini, onun da əsgər Təqsirləndirilən şəxs sol qoluna baxdıqda sol qolunun biləyinin yuxarı hissəsində cızıqlar olduğunu gördüyünü, daha sonra əsgər Təqsirləndirilən şəxs hansı səbəbdən özünə xəsarət yetirdiyini soruşduğunu, əsgər Təqsirləndirilən şəxs da sevdiyi qızla mübahisə etdiyi üçün 06 may N25-ci il tarixdə saat 24 radələrində özünə xəsarət yetirdiyini dediyini, daha sonra əsgər Təqsirləndirilən şəxs nə üçün məzuniyyət vaxtı bitsə də hərbi hissəyə qayıtmamasının səbəbini soruşduqda əsgər Təqsirləndirilən şəxs cavab vermədiyini, əsgər Təqsirləndirilən şəxs özünə xəsarət yetirməsi barədə hərbi hissə komandanlığına məruzə etdiyini, saat N radələrində hərbi hissəyə çatdıqlarını, əsgər Təqsirləndirilən şəxs hərbi hissənin tibb məntəqəsində müayinə olunduqdan sonra komandanlığın tapşırığına əsasən əsgər Təqsirləndirilən şəxs N5 nömrəli hərbi hospitala göndərildiyini göstərmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsinə əlavə edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 13 iyun N25-ci il tarixli, 316 №-li qərardan görünür ki, əsgər Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 5-ci vərəqəsinə əlavə edilmiş raporta əsasən N №-li hərbi hissənin mexanikləşdirilmiş bölüyünün 4-cü mexanikləşdirilmiş taqımının 4-cü döyüş maçınının tuşlayıcı-operatoru müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs N (on beş) gün müddətinə xx.xx.N25-ci il tarixdən xx.xx.N25-ci il tarixədək N5 №-li hərbi hissənin arayışına əsasən xəstəliyə görə məzuniyyətə buraxılmış, xx.xx.N25-ci il tarixdə xidmət yerinə qayıtmalı olduğu halda xx.xx.N25-ci il tarixdə yaşadığı ünvandan gətirilərək N5 №-li hərbi hissəyə təxliyə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 6-cı vərəqəsinə əlavə edilmiş sənədə əsasən əsasən N №-li hərbi hissənin mexanikləşdirilmiş bölüyünün 4-cü mexanikləşdirilmiş taqımının 4-cü döyüş maşınının tuşlayıcı-operatoru müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs N (on beş) gün müddətinə xx.xx.N25-ci il tarixdən xx.xx.N25-ci il tarixədək xəstəliklə əlaqədar məzuniyyətə buraxılmış və xx.xx.N25-ci il tarixində saat 18:00-dək qayıtmalı olduğu halda qayıtmamışdır. xx.xx.N25-ci il tarixdə saat 21:00 radələrində yaşadığı ünvandan onu xidmət yerinə geri qaytarmaq mümkün olmuşdur. Lakin əsgər Təqsirləndirilən şəxs məzuniyyətdə olarkən “Sol qoluna iti alətlə çoxsaylı kəsiklər ataraq özünə xəsarət yetirdiyindən hərbi hissəyə gətirilmədən N5 №-li hərbi hissəyə aparılmış və hal-hazırda müalicəsi davam edir” faktı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 14-N-ci vərəqələrinə əlavə edilmiş xidmət vərəqələrindən görünür ki, təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs N №-li hərbi hissədə xidməti zamanı özünü intizamsız bir hərbi qulluqçusu kimi göstərmiş, hərəkətləri ilə şəxsi heyətə pis nümunə olmuşdur. Vəzifə borclarını yerinı yetirməkdə çətinlik çəkir,öz üzərində çalışmır, onunla aparılan söhbətlərdən nəticə çıxartmır, hərbi nizamnamələrin tələblərin zəif bilir və gündəlik xidmətində onların tələblərinə əməl etmir. Hərbi geyim formasını səliqəsiz daşıyır. Xidmət etdiyi bölmədə digər hərbi qulluqçulara pis nümunə olur. Növbəni düzgün təşkil etmədiyi və vəzifə borcunu zəif bildiyinə görə 2 (iki) dəfə “məzəmmət” cəza növündə cəza verilmişdir. Cinayət işinin 1-ci cildinin 73-cü vərəqəsinə əlavə edilmiş ekspertin rəyinə əsasən sol saidin orta1/3-nin ön-iç səthində üfüqi istiqamətli, xətt formalı ən böyüyü 1,4x0,1 sm, ən kiçiyi 0,6x0,1sm ölçülərdə, konturları hamar, solğun çəhrayımtıl rəngli, çoxsaylı səthi çapıq toxumalar vardır. Əsgər Təqsirləndirilən şəxs almış olduğu xəsarət-sol saidin ön səthinin çoxsaylı, səthi kəsilmiş yaraları- kəsici alətin (alətlərin) və ya iti kənarlı əşyanın (əşyaların) təsirindən törənməyə xarakteriktirdir, göstərilən tarixdə və şəraitdə törənməsi istisna olunmur, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcə təyin olunmur. Cinayət işinin 1-ci cildinin 74-76-cı vərəqlərinə əlavə edilmiş 1823 saylı Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının rəyinə əsasən müayinə olunan Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik olmamış, hərbi xidmətə çağırılana kimi yoxlanılan şəxsdə nevrotik reaksiyalar olması, bununla əlaqədar özünə səthi kəsmələrlə xəsarətlər yetirdiyi məlum olur. Təqsirləndirilən şəxs göstərilən əməli hər hansı psixi xəstəliklə bağlı olmamış, həmin əməli törətməsi onda yaranan istero-nevrotik (dissosiativ) reaksiya ilə əlaqədar olmamışdır. Təqsirləndirilən şəxs özünə xəsarət yetirməsi məqsədyönlü şəkildə deyil, əməli həmin dövrdə onda yaranmış istero-nevrotik (dissosiativ) reaksiya ilə əlaqədar olmuşdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 333.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar ilə təsdiq olunur. Cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsi və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin əsgər Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun N03-cü il tarixli, 4 saylı qərarının 1ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakterli qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin N-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası nəzərdə tutulmuşdur ki, qeyd olunan cinayətlər təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsi, törətmiş əməli səmimi etiraf edərək, həmin əməllərindən peşman olması cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 02 aprel N12-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü mad.). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alır. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini səmimi etiraf edib əməlindən peşman olması və məhkəmədə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədiyindən, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində cəza təyin olunması daha ədalətli olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 54.1-ci maddəsinə əsasən hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa, üç aydan iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilə bilər. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, cinayətin baş vermə şəraitini və həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni təqsirləndirilən şəxsin şəxsiyyətini, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələbləri nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə intizam xarakterli hərbi hissədə saxlama cəza növünün təyin olunması haqqında qərar çıxarılmasını qanuni, əsaslı, ədalətli, o cümlədən sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 08 iyul N25-ci il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hökmün icrası N nömrəli hərbi hissə komandanlığına həvalə olunmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin N3.1-ci maddəsinə əsasən məhkumun intizam xarakterli hərbi hissədə cəza çəkdiyi vaxt müddətli həqiqi hərbi xidmət müddətinə hesablanmır. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş N (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Şərur rayon Vəkil Bürosunun hesabına 2N (iki yüz iyirmi) manat miqdarında pul köçürülməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun intizam xarakterli hərbi hissəyə (N nömrəli h/h) aparılıb təhvil verildiyi vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilsin. Hökmün icrası intizam xarakterli hərbi hissənin (N nömrəli h/h) komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun intizam xarakterli hərbi hissəyə (N nömrəli h/h) təhvil verildiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs intizam xarakterli hərbi hissədə cəza çəkdiyi müddət xidmət müddətinə hesablanmasın. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş N (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Şərur rayon Vəkil Bürosunun hesabına 2N (iki yüz iyirmi) manat miqdarında pul ödənilsin. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm icraya yönəldikdən sonra ləğv edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan N gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar