Məhkəmə qərarları › İş №1-1(092)-5/2021

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-5/2021

21.01.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-5/2021 21.01.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ İbrahimov İlham Sadət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi, Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxx 1998-ci ildə Babək rayonunun Gülşənabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmayan, subay, tam orta təhsilli, Babək rayonunun Gülşənabad kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, N №-li hərbi hissənin 5-ci taborun kəşfiyyat taqımının komandirinin müavini, 1-ci kəşfiyyat manqasının qrup komandiri vəzifəsində xidmət edən, 17 dekabr N0N0-ci ildə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş MAHHXHQ əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olan əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə nizamnamə qaydalarını pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 5-ci taborunun kəşfiyyat taqım komandirinin müavini, 1-ci kəşfiyyat manqasının qrup komandiri vəzifəsində “İşıqlı” mövqeyində xidmət edərkən əsgər Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zamanı əsgər Şahid1 qarşı zor tətbiq etməsi səbəbindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsində nəzərdə tutulan “komandir (rəis)... tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir” tələblərinin ziddinə olaraq 03 oktyabr N0N0-ci il tarixdə, saat 09 radələrində hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan əsgər Zərərçəkmiş şəxs nalayiq ifadələr işlədərək sifətinə sillə zərbələri vurmaqla ona qarşı zor tətbiq etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli aşağıda göstərilən vəziyyətdə törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində 03 oktyabr N0N0-ci ildə təxminən saat 09 №Şahid1 sağ gözünü tutaraq dayandığını, onun gözünə baxdıqda gözünün qızarıb şişdiyini gördüyünü, ondan “gözünə nə olub?” deyə soruşduğunu, əsgər Şahid1 sualına cavab vermədiyini, dərhal şəxsi heyətə kunqun qarşısında düzülüş verdiyini, əsgər Şahid1 gözünü kimin bu vəziyyətə salmasını soruşduğunu, əsgər Zərərçəkmiş şəxs “mən vurmuşam” dedikdə ona əsəbləşib, “indi hansı var-yoxun belə-belə etdiyim buna cavab verəcək” deyərək Zərərçəkmiş şəxs sifətindən N sillə vurduğunu, etdiyi hərəkətlərə görə peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını göstərmişdir. Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində 03 oktyabr N0N0-ci il tarixdə səhər saat 09 radələrində əsgər Şahid1lə aralarında mübahisə olduğundan onun sağ gözünə 1 dəfə yumruqla vurduğunu, bundan sonra yanlarında olan əsgərlər ŞahidN və Məhəmməd Taştemirov onları aralaşdırdığını, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs gələrək Şahid1 gözündə xəsarət olduğunu görüb şəxsi heyəti kunqun qabağında düzdüyünü, Təqsirləndirilən şəxs sıranın qarşısına keçib Şahid1 gözündən kimin vurmasını soruşanda sıradan “mən vurmuşam” dediyini, bundan sonra MAHHXHQ əsgər Təqsirləndirilən şəxs “hansı var-yoxun belə-belə etdiyim buna cavab verəcək” deyərək onun sifətindən N sillə vurduğunu, Təqsirləndirilən şəxs vurduğu sillələr nəticəsində heç bir xəsarət almadığını, məhkəmə tibb ekspertizasından keçirildiyini, həmin rəydə leytenant Əhmədli Həsən tərəfindən aldığı xəsarətləri göstərdiyini, Təqsirləndirilən şəxsla barışdığını, ondan şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş ŞahidN ifadəsində 03 oktyabr N0N0-ci il tarixdə, səhər saat 09 radələrində “İşıqlı” adlanan mövqedə əsgərlər Məhəmməd Taştemirov və Zərərçəkmiş şəxs ilə birlikdə odun doğrayarkən əsgərlər Şahid1lə Zərərçəkmiş şəxs mübahisə etdiyini, Zərərçəkmiş şəxs Şahid1n sağ gözündən bir yumruq zərbəsi vurduğunu, həmin vaxt Məhəmməd Taştemirovla birlikdə onları aralaşdırdıqlarını, sonra MAHHXHQ əsgər Təqsirləndirilən şəxs həmin yerə gəldiyini, Şahid1 gözünün qızarıb şişdiyini görüb şəxsi heyətə kunqun qabağında düzülüş komandası verdiyini, şəxsi heyət düzüldükdən sonra sıranın qarşısına keçib Şahid1 gözündən kimin vurmasını soruşduğunu, Zərərçəkmiş şəxs “mən vurmuşam” dedikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxınlaşıb “hansı var-yoxunu belə-belə etdiyim buna cavab verəcək” deyib Zərərçəkmiş şəxs sifətinə N sillə vurduğunu göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində 03 oktyabr N0N0-ci il tarixdə, səhər saat 09 radələrində “İşıqlı” adlanan mövqedə əsgər Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yarandığını, Zərərçəkmiş şəxs onun sağ gözündən 1 yumruq zərbəsi vurduğunu, bundan sonra əsgərlər Taştemirov və Quliyev araya girib onları aralaşdırdığını, səsə əsgər Şahid3 və MAHHXHQ əsgər Təqsirləndirilən şəxs gəldiyini, Təqsirləndirilən şəxs şəxsi heyətə kunqun qarşısında düzülüş verdiyini, Təqsirləndirilən şəxs sıranın qarşısına keçib onun gözündən kimin vurmasını soruşduğunu, sıradan Zərərçəkmiş şəxs “mən vurmuşam” dediyini, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “hansı var-yoxun belə-belə etdiyim buna cavab verəcək” deyib sifətinə N sillə vurduğunu göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində 03 oktyabr N0N0-ci il tarixdə, səhər saat 09 radələrində “İşıqlı” adlanan mövqedə MAHHXHQ əsgər Təqsirləndirilən şəxs şəxsi heyətə düzülüş verməsini eşidib düzülüşə getdiyini, sırada olarkən əsgər Şahid1 sağ gözünün qızarıb şişdiyini gördüyünü, Təqsirləndirilən şəxs sıranın qarşısına keçib Şahid1 gözündən kimin vurmasını soruşduğunu, sıradan əsgər Zərərçəkmiş şəxs “mən vurmuşam” dediyini, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “hansı var-yoxun belə-belə etdiyim buna cavab verəcək” deyərək Zərərçəkmiş şəxs sifətinə N sillə vurduğunu göstərmişdir. Cinayət işinin 31-ci vərəqəsinə əlavə edilmiş N №-li-hərbi hissə komandanlığı tərəfindən verilmiş hərbi həkim komisiyasının N1 oktyabr N0N0-ci il tarixli, N3N8 №-li arayışda Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Cinayət işinin 15-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandirinin N avqust N019-cu il tarixli N19 №-li əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 3cü motoatıcı taborun kəşfiyyat taqım komandirinin müavini – 1-ci kəşfiyyat manqasının qrup komandiri vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 17-ci vərəqəsinə əlavə edilmiş N №-li-hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Cinayət işinin 16-cı vərəqəsindən görünür ki, N №-li hərbi hissənin əsgəri Zərərçəkmiş şəxs ilə MAHHXHQ əsgər Təqsirləndirilən şəxs arasında tabeçilik münasibətləri var. Cinayət işinin 33-cü vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən verilmiş tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmağı haqda heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 3N9.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” N5 iyun N003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsinin sanksiyasında bir ilədək hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsi, zərər çəkmiş şəxslə barışıq əldə edib, onunla barışmasını və törətdiyi cinayət əməlini səmimi etiraf edib, peşman olması cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayəti hərbi vəziyyət zamanı törətməsidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halın olmasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 3N9.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının tətbiq edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.N, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə təqsirli bilinib aylıq pul təminatından 10% dövlət nəfinə tutulmaqla 9 (doqquz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar