Məhkəmə qərarları › İş №1-1(092)-5/2022

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-5/2022

21.02.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-5/2022 21.02.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ İbrahimov İlham Sadət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkili, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və təqsirləndirilən şəxs X3 iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin inzibati binasında 17 avqust 1995-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, məhkum olunmayan, Naxçıvan şəhəri S.Əliyev küçəsi, ev 11a-da daimi qeydiyyatda olmaqla, orada yaşayan, N №-li hərbi hissədə tuşlayıcı operator vəzifəsində xidmət etmiş, 05 noyabr 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Naxçıvan MR Ədliyyə Nazirliyi Pentensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslərə məxsus yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli yolla talamış, həmçinin iradəsindən asılı olmayan səbəblərə görə həmin cinayət əməlini başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə MAHHXHQ əsgər hərbi rütbəsində xidmət edərkən 2021-ci ilin sentyabr ayının sonlarında saat 20 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanında yerləşən evin hasarından aşmaqla həyətə qanunsuz daxil olaraq evin pilləkənlərinə qalxıb üzərində olan açarla qapını açıb evə girərək yataq otağına keçib güzgülü çəkməcənin birinci siyirməsindəki özgə əmlakı olan 2000 (iki min) ABŞ dolları və 200 (iki yüz) manat olmaqla ümumilikdə 3604 (üç min altı yüz dörd) manat məbləğindəki nəğd pulu gizli olaraq talamış, bundan başqa təkrarən 20 oktyabr 2021-ci il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 ünvanında yerləşən evin hasarından aşmaqla həyətinə qanunsuz daxil olaraq evin sanitar qovşağının pəncərəsinə vurulmuş plastik toru kəsib həmin pəncərədən içəri düşərək yataq otağına keçib balaca şkafın siyirməsindən tapdığı açar vasitəsi ilə otaqda olan paltar dolabındakı dəmir seyfi açaraq orada olan qızıl dəstinin içərisindən özgə əmlakı olan 4,54 qram çəkili, 750 əyarlı, üzərində 4 ədəd 2,2 sot və 1,2 sot brilyant qaşları olan 1 ədəd 740 (yeddi yüz qırx) manat dəyərində qızıl üzüyü, həmin qızıl dəsti qabının içərisində olan 800 (səkkiz yüz) manat məbləğindəki nəğd pulu, sonra isə həyətə çıxıb evin zirzəmisinin pəncərə torunu kəsib həmin pəncərədən zirzəmiyə qanunsuz daxil olaraq oradan 1 ədəd 70 (yetmiş) manat dəyərində drel dəstini və 1 ədəd 70 (yetmiş) manat dəyərində alət çantasını gizli olaraq talamış, bundan başqa, təkrarən 27 oktyabr 2021-ci il tarixdə, saat 23 radələrində Babək rayonunun Şəkərabad kəndi ərazisində yerləşən “Ahu” şadlıq sarayında Naxçıvan şəhər sakini Zərərçəkmiş şəxs3 oğlu Şahid3 keçirdiyi toy mərasimində toya yığılan pulların olduğu pul qutusunun kilidini sındıraraq saxlanc yerinə qanunsuz daxil olub oradan özgə əmlakı olan 1100 manat pulu gizli olaraq talamış, bununla da o, təkrarən ayrı-ayrı şəxslərə məxsus yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən 2021-ci ilin oktyabr ayının sonlarında saat 14 radələrində özgənin əmlakını gizli yolla talamaq məqsədilə Şahid1 məxsus ünvan 3 ünvanında yerləşən evin açıq olan darvaza qapısından həyətə qanunsuz daxil olaraq evin giriş qapısına tərəf gedib qapının əlcəyini endirdikdə açıq olduğunu görüb içəri girərək otaqları axtarmış, ancaq pul tapa bilməyib, həmçinin çöldən səs-küy gəldiyini eşidib qorxaraq öz iradəsindən asılı olmayan səbəblərə görə həmin cinayət əməlini başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli aşağıda göstərilən vəziyyətdə törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində N №-li hərbi hissədə MAHHXHQ-su kimi, tuşlayıcı operator vəzifəsində xidmət edib, hazırda tərxis edildiyini, N №-li hərbi hissədə xidmət etdiyi müddətdə bir neçə yerdən oğurluq elədiyini, 2021-ci ilin sentyabr ayının sonlarında işdən çıxıb evə getdiyini, paltarını dəyişdikdən sonra anasıgilə gedərkən döngənin başlığında birinci evin darvaza qapısında qıfılın olduğunu görüb həmin evdən oğurluq etmək qərarına gəldiyini, qapı qıfıllı olduğu üçün divara çıxıb oradan həyətə düşdüyünü, sonra pilləkənlərlə evin qapısına tərəf gedərkən açarın qapının üzərində olduğunu gördüyünü, qapının üzərində olan açarla qapını açıb içəri daxil olduqdan sonra sol tərəfdəki otağa daxil olub otaqdakı şkaflara baxdığını, ancaq heç nə tapa bilməyib otaqdan çıxaraq qarşıda olan yataq otağına girdiyini, oradakı balaca çəkməcəyə baxdığını, ancaq heç nə tapa bilmədiyini, daha sonra güzgülü çəkməcənin birinci siyirməsini açdıqda orada bir dəstə pul olduğunu görüb 2000 ABŞ dolları və 200 manat götürüb sonra gəldiyi yolla otaqdan çıxdığını, sonra həyətə gələrək qaz sayğacının üzərinə ayağını qoyaraq küçəyə çıxıb getdiyini, nə həyətə girərkən, nə də ki, həyətdən çıxıb gedərkən ətrafda heç kim olmadığından onu heç kimin görmədiyini, həmin evin kimə məxsus olduğunu əvvəlcədən bilmədiyini, 2021-ci ilin oktyabr ayının 20-də saat 20:00 radələrində “Limon” marketin yanındakı Mərasim Evinin sağ tərəfində olan asfalt yolla üzü aşağı istiqamətdə kirayə yaşadığı evə gedərkən, yolun sağ tərəfində yerləşən evlərə nəzər saldıqda 2 qapıda qıfıl olduğunu gördüyünü, əvvəl qıfıllı qapıların eyni həyətə açıldığını fikirləşdiyini, lakin qıfılla bağlanmış birinci qapının yanındakı hasar divarından çıxaraq həyətə düşdükdə eyni həyətlər olmadığını, arada hasar divarı çəkildiyini gördüyünü, həmin vaxtı hava qaranlıq olduğundan ətrafda heç kimin olmadığını, yanında olan alışqanın işığı ilə ətrafa nəzər saldığını, bu zaman həyətdən tiyəsi taxtadan olan köhnə bıçaq tapdığını, həmin həyətdəki evə yaxınlaşıb baxdıqda həmin evdə hər yerin toz-torpaq içərisində olduğunu gördüyünü, həmin evdə uzun müddətdir yaşayış olmadığını fikirləşdiyinə görə də digər evə tərəf gedəndə həmin evin balaca pəncərələrinin qonşu həyətə tərəf olduğunu gördüyünü, orada olan dəmirin üstünə qalxıb işıq saldıqda pəncərənin açıq vəziyyətdə olduğunu, pəncərədə plastik tor olduğunu görüb həyətdən tapdığı həmin bıçaqla balaca pəncərənin torunu yanlardan və aşağıdan kəsdiyini, həmin pəncərə yarı açılmış vəziyyətdə olduğundan əlini salaraq onun dəmirini çıxartdığını, pəncərəni tam açdığını, pəncərənin torunu yuxarı qaldırıb, həmin pəncərədən içəriyə sanitar qovşağına daxil olduğunu, əliylə pəncərənin içəri təfəfindən tutaraq ayaqlarını aşağıya sallayıb unitazın üzərinə düşdüyünü, sonra oradan çıxıb dəhlizə, oradan da salona daxil olduğunu, salona girəndə birdən ev sahibi gəlsə salonun pəncərəsindən qaçmaq üçün pəncərələrdən birini açıb torunu çıxarıb salonda divara söykədiyini, sonra televizorun altında yerləşən şkafa baxdığını, heç nə tapa bilmədiyini, ondan sonra yataq otağına daxil olduğunu, yataq otağında balaca siyirmələrə baxdığını, lakin bir şey tapa bilmədiyini, orada olan güzgülü şkafı açdıqda içərisində paltarlar və 1 ədəd dəmir kassanın olduğunu gördüyünü, kassanı götürüb yatağın yanında olan balaca şkafın üzərinə qoyduğunu, kassanın açarla da açıla biləcəyini görüb açarı tapmaq üçün kassanın yanına və arxasına baxdığını, orada heç nə olmadığından yatağın yanındakı balaca şkafın siyirməsinə baxan zaman orada olan balaca poşetin altından bir ədəd açar tapdığını, açarı kassaya salıb yoxladıqda kssanı açdığını, kassanın içərisində qara rəngli qutu, balaca poşetin içərisində olan kağızlar və bir neçə müxtəlif rənglərdə balaca qutular olduğunu, qara rəngli qutunu götürüb açdıqda içərisində dəst boyunbağı, sırğa və üzük olduğunu gördüyünü, həmin dəst qızılın yerləşdiyi kartonu götürdüyünü, onun altında bir ədəd ağ rəngli zərf tapdığını, həmin zərfi açdıqda içərisində müxtəlif əskinaslarda ümumilikdə 800 manat pul olduğunu görüb həmin pulları götürüb zərflə birlikdə cibinə qoyduğunu, sonra dəst olan sırğa, boyunbağı və üzükdən təkcə üzüyü götürüb cibinə qoyduğunu, sonra qalan heç nəyə dəyməyib bütün hər şeyi yığıb kassaya qoyub və açarla kassanı bağladığını, açarı həmin siyirməyə qoyub, paltar şkafının qapısını bağlayıb otaqdan çıxdığını, sanitar qovşağa daxil olub unitazın üzərinə pəncərədən çölə çıxdığını, daxil olduğu həyət ilə qonşu ev arasında olan hasar divarına çıxaraq yenidən oğurluq etdiyi həyətə düşdüyünü, həyətə baxdıqda evin zirzəmisinin olduğunu görüb pəncərədən işıq salıb baxanda oranı otağa oxşatdığından orada nağd pul olduğunu fikirləşdiyini, qapını bıçaqla açmaq istəsə də, aça bilmədiyindən pəncərəsinin torunu yanında olan həmin həyətdən tapdığı bıçaqla yanlardan və aşağı hissədən kəsərək oraya daxil olduğunu, içəri daxil olanda oraya köhnə əşyalar yığılaraq əl damı kimi istifadə olunduğunu gördüyünü, orada olan bir ədəd drel dəsti və onu qoymaq üçün qara rəngli boş çantanı götürdüyünü, sonra zirzəminin qapısına içəridən güc tətbiq edərək açmaq istəsə də aça bilmədiyini, zirzəminin pəncərəsindən birinci direl dəstini qoyduğu çantanı çölə atdığını, sonra özü həmin pəncərədən çölə çıxdığını, bıçağı həyətə tullayıb, qaranlıq olduğu üçün düşdüyü yeri görmədiyini, sonra gəldiyi divara çıxıb oradan küçəyə düşdüyünü, həmin vaxtı ətrafda heç kimin olmadığını, kirayə yaşadığı evə gedib, evdə həyat yoldaşı Şahid7 əlində olan drel dəstini haradan aldığını soruşduqda ona “özüm almışam” dediyini, həmin drel dəstini kirayə yaşadığı evin otağında giriş qapısının üzərində yerləşən rəfə qoyduğunu, oğurladığı üzüyü isə kirayə yaşadığı evin digər otağında divara bərkidilmiş “Beko” markalı kondisionerin borusunun kondisionerə daxil olan hissəsindəki deşiyə qoyduğunu, lazım olsa həmin drel dəstini və üzüyü sonra satacağını düşündüyünü, ancaq sonradan tutulduğu üçün sata bilmədiyini, 24 oktyabr 2021-ci il tarixdə səhər saat 09:30 radələrində gəzmək üçün şəhərə çıxdığını, sonra anasıgilə gəldiyini, təxminən yarım saatdan sonra anasıgilin evindən çıxdığını, gedərkən, Naxçıvan şəhəri “Həzrəti Zəhra” məscidinin yanında yerləşən və anasıgillə qonşuluqda yaşayan Valeh həkimin qaraj tərəfdən olan hasar qapılarının açıq olduğunu görüb, onun ailə üzvülərinin Bakı şəhərində olduğu üçün evdə tək yaşadığını bildiyindən saat təxminən 1-2 radələrində həmin evə qaraj qapısından həyətə daxil olduqdan sonra evin qapısına tərəf getdiyini, qapının əlcəyini endirdikə qapının açıq olduğunu görüb qapını açaraq evə daxil olduğunu, evə daxil olduqdan sonra girişdən sağa tərəf gedib oradakı otağa girdiyini, otaqdakı balaca çəkməcəyə baxdığını, ancaq heç nə tapa bilmədiyini, sonra həmin otağın içərisində olan qapıdan digər otağa keçdiyini, girişdən soldakı çəkməcəyə baxdığını, lakin heç nə tapa bilmədiyini, sonra sağdakı uşaq çarpayısının üzərinə çıxıb qarşıdakı şkafa baxmaq istədiyini, ancaq çöl tərəfdən səs-küy gəldiyini eşidib evdən çıxdığını, sonra gəldiyi yerdən çıxaraq oradan uzaqlaşdığını, həmin evdən heç nə götürə bilmədiyini, 27 oktyabr 2021-ci il tarixdə xidmət yoldaşı Şahid3 Babək rayon ərazisində yerləşən "Ahu" restoranında keçirilən toy mərasimində iştirak etdiyini, toy mərasiminə iş yoldaşları ilə birgə getdiyini, iş yoldaşları ilə içki içdikdən sonra sərxoş olduğunu, ondan sonra saat təxminən 23 radələrində toy mərasimi olan zaldan çölə çıxıb pul zərfləri olan kassaya tərəf getdiyini, tək olduğunu, yanında heç kimin olmadığını, kassanın qapısını stoldan götürdüyü çəngəl ilə açaraq orada olan pul zərflərindən bir neçəsini götürüb cibinə qoyduğunu, toydan çıxıb toy edilən restoranın qarşısında olan SV adlı restorana getdiyini, orada bir az oturduqdan sonra evə getdiyini, ancaq həmin vaxt çox sərxoş olduğundan, özündə olmadığından zərfləri necə açmağını, hara atmağını, kassanı açdığı çəngəli hara atmağını, evə necə getdiyini tam xatırlamadığını, səhər oyananda cibində 1100 manat olduğunu gördüyünü, ancaq bu barədə heç kimə heç nə demədiyini, Şahid3 ona zəng vurub “kameraya baxmışıq, restorandan oğurluq eləmisən, gətir pulu ver” dediyini, ona gətirib verəcəyini dediyini, ancaq aparıb vermədiyini, 30 oktyabr 2021-ci ildə səhər məhlədə olan zaman polis əməkdaşları ona yaxınlaşıb oğurluq etməkdə şübhəli olduğunu bildirib onu 1 nömrəli Polis Bölməsinə apardıqlarını, orada ondan yaşadığı küçədə yolun sağ tərəfində yerləşən Zərərçəkmiş şəxs2 məxsus evdən oğurluq edib-etməməyini soruşduqda polis əməkdaşlarının hər şeyi bildiyini başa düşərək törətdiyi oğurluğu etiraf etdiyini, zərərçəkmiş şəxlərə vurduğu ziyanı tam ödədiyini, iki az yaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını nəzərə alınıb ona köməklik edilməsini məhkəmədən xahiş etdiyini göstərmişdir. Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri ilə həmçinin, işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində xx.xx.2021-ci il tarixdə ailəsi ilə birlikdə Bakı şəhərinə getdiyini, xx.xx.2021-ci il tarixdə səhər saat 10:45 radələrində onlar Bakıdan qayıtdığını, yaşadıqları evə daxil olanda salonun pəncərəsinin torunun evin içərisində salonda qaz sobasının yanında divara söykənmiş vəziyyətdə olduğunu gördüyünü, evdə nəsə dəyişiklik olduğunu hiss edib yataq otağına getdiyini, paltar şkafını açıb orada olan kassaya baxdığını, kassanın əvvəlki yerindən biraz qabaqda olduğunu gördüyünü, həmin kassa həm şifrə, həm də açar vasitəsilə açıldığından kassanı şifrə vasitəsilə açdığını, kassaya baxanda qızılların orada olduğunu gördüyünü, yoldaşı ona aldığı ağ rəngli qızıl briliyant olan bir dəst üzük, boyunbağı, bilərzik, sırğa olan karobkanı götürərək açıb içərisinə baxanda dəstə aid boyunbağı, bilərzik və sırğanın yerində olduğunu, ancaq üzüyün yerində olmadığını gördüyünü, sonra həmin karobkanın alt hissəsinə baxanda orada olan 800 manat pulun yerində olmadığını gördüyünü, bu zaman heç nəyə toxunmayaraq dərhal ərazinin polis sahə inspektoruna məlumat verdiyini, ondan sonra çölə çıxıb polis əməkdaşlarının gəlməsini gözlədiyini, həyətdə olan zaman evin zirzəmisinin giriş qapısına güc tətbiq edildiyini və həmin zirzəminin pəncərəsinin torunun yan və aşağı tərəflərdən kəsildiyini gördüyünü, qapının amma açılmadığını, həmin qapını polis əməkdaşları gəldikdən sonra onların iştirakı ilə açarla açdıqlarını, içəri baxdıqda bir ədəd direl dəsti və bir ədəd parça materialdan olan alət çantasının da yerində olmadığını gördüyünü, sonra polis əməkdaşları evə və həyətin zirzəmisinə hal şahidlərinin iştirkaları ilə baxış keçirtdiklərini, bir neçə gündən sonra oğurluq edən şəxsin ünvan 4 ünvanında kirayə yaşayan Təqsirləndirilən şəxs olduğunu bildiyini, Təqsirləndirilən şəxs barəsində cinayət işi başlandığını, istintaqın zamanı Təqsirləndirilən şəxs atası Şahid6 oğlunun onun evindən götürdüyü 800 manat pulu, evdən götürülən çantanın dəyəri olan 70 manat pulu ona qaytarmaqla ona dəymiş ziyanı tam ödədiyini, Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbinin olmadığını, onu bağışladığını göstərmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində oğlu İlkinin N №-li hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etdiyini, toyu 27 oktyabr 2021-ci ildə Babək rayonu ərazisində yerləşən “Ahu” restoranında olduğunu, toya oğlu İlkin də öz dostlarını və xidmət yoldaşlarını çağırdığını, onlardan biri də oğluyla eyni hərbi hissədə xidmət edən Təqsirləndirilən şəxs olduğunu, başı toya gələn qonaqlara qarışdığını, toy öz axarında gedərkən qızı Ayselin əri Əli saat təxminən 23 radələrində gəlib onlara pul yığılan qutunun qapağının açıq olduğunu dediyini, tez həmin yerə getdikdə qutunun qapağının açıq olduğunu görüb restoranı işlədən Amil adlı şəxsi çağırdığını, orada vəziyyəti ona da bildirdikdə o, “narahat olmayın, pul yığılan qutunu çəkən kamera var, toy qurtaran kimi həmin kameraya baxıb qutunun kim tərəfindən açıldığını müəyyən edəcəyik” dediyini, sonra onlar yenidən həmin qutunu bağladıqlarını, toy qurtardıqdan sonra hər kəs getdikdə o, qızının əri Əli, arvadının qardaşı Azərin orada qaldığını, Amillə birlikdə həmin qutuyu müşahidə edən kameraya baxdığını, kameraya baxanda bir nəfər tanımadığı şəxsin pul yığılan qutunu açaraq oradan toya salınan pulların qoyulduğu zərflərin bir qismini götürdüyünü gördüyünü, həmin vaxt onun kim olmasını bilmədiyini, səhərisi gün yenidən kameraya baxmağa getdiyini, yenə həmin şəxsi tanımadığını, sonra oğluna zəng vurub restorana çağıraraq ona “sən gəl bax bəlkə sənin iş yoldaşlarından kimsə olar” dediyini, oğlu İlkin gəlib videoyaya baxanda həmin şəxsin iş yoldaşı Təqsirləndirilən şəxs olduğunu bildirdiyini, evə gedib toya çağırılan yaxın qohumlarından telefonla soruşdurduqda toydan təxminən 1100 manat məbləğdə pulun oğurlandığını bildiyini, sonra oğlu İlkin Rəfailə zəng vurub gətirib pulu ver dediyini, sonuncu da gətirib verəcəyini bildirdiyini, bir neçə gün keçdikdən sonra Rəfailin pulu gətirib vermiyəcəyini görüb 04 noyabr 2021-ci ildə polis şöbəsinə gedib müraciət etdiyini, orada ona Rəfailin barəsində cinayət işi başlandığını, hərbi qulluqçu olduğu üçün işin Hərbi Prokurorluğa göndərildiyi bildirildiyinə görə prokurorluğa ərizə ilə müraciət elədiyini, həmin 1100 manat pul istintaqın gedişində ərizəsi əsasında prokurorluqda ona qaytarıldığını, ona vurulan tamamilə ödəndiyindən Təqsirləndirilən şəxs şikayətinin və tələbinin olmadığını, onu bağışladığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində 27 sentyabr 2021-ci ildə axşam saat 23 radələrində evdə televizora baxarkən qızı Şərqi ona zəng vuraraq evinə çağırdığını, ondan nəsə olub-olmamasını soruşduqda, qızı “evin girişindəki, pas-paspasda ayaqqabı izi var, deyəsən evə oğru girib” dediyini, taksi çağırıb onun yaşadığı evə getdiyini, həyətə girəndə evin qarşısında ayaq izləri olduğunu gördüyünü, birlikdə qapını açıb evə girdiklərini, otağa girdikdə qızının qızıl-zinət əşyalarının stolun üstündə olduğunu, lakin onlara əl vurulmadığını, daha sonra yataq otağına keçdiklərini, qızı yataq otağında kamont dedikləri çəkməcənin birinci siyirməsini açıb orada pul qoyduğu qutuya baxdığını, pulların orada olduğunu gördüyünü, sonra o, pulları sayanda pulların içindən 2000 ABŞ dolları və 200 manat pulun kəsir olduğunu dediyini, sonra digər otaqlara baxdıqda evdən puldan başqa heç nə götürülmədiyi müəyyən olunduğunu, gecə gec olduğu üçün polis şöbəsinə getmədiyini, səhərisi gün qızı polis şöbəsinə müraciət edərək evdən oğurluq olması barədə məlumat verdiyini, 05 noyabr 2021-ci ildə də Naxçıvan şəhər Polis İdarəsindən qızının evindən oğurluq edənin qonşuları hərbi qulluqçu Təqsirləndirilən şəxs olduğunu, Təqsirləndirilən şəxs hərbi qulluqçu olduğundan cinayət işi başlayaraq prokurorluğa göndərildiyini, qızına dəymiş maddi ziyan Təqsirləndirilən şəxs atası Şahid6 tərəfindən ona tam ödənildiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ əsgər Şahid3 ifadəsində N nömrəli hərbi hissədə MAHHXHQ kimi baş atıcı vəzifəsində xidmət etdiyini, 27 oktyabr 2021-ci ildə Babək rayonu ərazisində yerləşən “Ahu” restoranında toy mərasimi keçirildiyini, toyun bütün xərclərini atası Azər çəkdiyini, toy mərasiminə xidmət yoldaşlarını çağırdığını, Təqsirləndirilən şəxs də toyuna gəldiyini, saat 18:00-da toy mərasiminin başladığını, toy mərasimi başa çatdıqdan sonra evə getdiklərini, atasından toyda pulların yığıldığı kassanın qapısının kilidinın qırılaraq kassadan pul götürülməsini eşitdiyini, həmin gün atası restoranın təhlükəsizlik kameralarının qeydə aldığı videolara baxdığını, ancaq həmin şəxsi tanımadığını, səhərisi gün atası Azər yenə kameraya baxmağa getdiyini, ona zəng vurub bir nəfərin vilka ilə kassanın qapısınının kilidini qırıb “sən gəl bax gör, sənin iş yoldaşlarındandır yoxsa-yox” dediyini, həmin gün saat 14 radələrində restorana getdiyini, təhlükəsizlik kamerasının qeydə aldığı videolara baxarkən kassanın qapısının kilidini vilka ilə qırıb pulları oğurlayan şəxsin xidmət yoldaşı Təqsirləndirilən şəxs olduğunu tanıyaraq atasına xidmət yoldaşı olduğunu dediyini, toya gələn qohum və xidmət yoldaşları ilə maraqlanandan sonra kassadan təxminən 1100 manat pul kəsir olduğunu bildiklərini, kameraya baxandan sonra Rəfaila zəng vurub gətirib oğurladığı pulları verməsini dediyini, onun gətirib verəcəyini bildirdiyini, bir neçə gün keçdikdən sonra pulu gətirib vermiyəcəyini bildiklərindən atası 04 noyabrda polis şöbəsinə gedib müraciət etdiyini, orada ona Rəfailin barəsində cinayət işi başlandığını, hərbi qulluqçu olduğu üçün işin Hərbi Prokurorluğa göndərildiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində “Ahu” şadlıq sarayını işlətdiyini, Naxçıvan şəhər sakini Zərərçəkmiş şəxs3 də qabaqcadan onların restoranında oğlu Şahid3 toy eləmək istədiyi üçün onunla 27 oktyabr 2021-ci il tarixində toy etmələri barədə razılaşdığını, toy başlamazdan qabaq restoranın pul yığılan qutusunu bağlayıb açarını toy sahibinin qohumu Azər adlı şəxsə verdiyini, həmin qutunu çəkən təhlükəsizlik kamerası olduğu üçün yanında heç kim dayanmadığını, saat təxminən 23 radələrində toy sahibi onu pul yığılan qutunun yanına çağırıb qutunun qırılması barədə məlumat verdiyini, onlar kameraya baxıb qutunu kimin açmasını öyrənmək istədikdə onlara “narahat olmayın, pul yığılan qutuyu çəkən kamera var” toy qurtarandan sonra toy sahibi Azər və yanında bir-iki nəfər birlikdə həmin kameraya baxdıqlarını, kameraya baxanda bir nəfərin pul yığılan qutunun kilidini yemək yeyilən vilka ilə əyib qutunu açaraq oradan toya salınan pulların qoyulduğu zərflərin bir qismini götürdüyünü gördüyünü, toy sahibi həmin vaxt onun kim olmasını bilmədiyini, səhərisi gün onlar yenidən kameraya baxmağa gəlsələrdə yenə həmin şəxsi tanımadıqlarını, toy sahibi zəng vurub oğlunu restorana çağırdığını, onun oğlu restorana gəldikdən sonra kameraya baxanda pul yığılan qutunu açanın oğlunun iş yoldaşı Təqsirləndirilən şəxs olduğu müəyyən olunduğunu, daha sonra həmin videonu DVD yaddaş diskinə atıb onlara verdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində Təqsirləndirilən şəxslə 2N8-ci ildə evləndiyini, Vüqar və Zəhra adlı 2 uşaqları olduğunu, onunla evləndikdən sonra Naxçıvan şəhəri M.Şəhriyar küçəsi, döngə 2, ev 19-da kirayə yaşadıqlarını, özünün Rəfayıla qarşı ifadə verdiyini, hüquqlarının izah olunduğunu, Təqsirləndirilən şəxs N №-li hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etdiyi müddət evə gələndə əlində drel dəsti olduğunu, ondan drel dəstini haradan almasını soruşduqda o, “özüm almışam” dediyini, həmin drel dəstini də yaşadıqları evin giriş qapısının üzərində yerləşən rəfə qoyduğunu, 30 oktyabr 2021-ci ildə evdə olarkən polis əməkdaşları Təqsirləndirilən şəxslə birlikdə yaşadıqları evə gəldiklərini, polis əməkdaşları ona ərin Təqsirləndirilən şəxs oğurluq edib, evi axtaracayıq dediklərini, polislər yaşadıqları evə baxış keçirdiklərini, Təqsirləndirilən şəxs həmin direl dəstini və otağın divarına bərkidilmiş “Beko” markalı kondisionerin borusunun kondisionerə daxil olan hissəsindəki deşikdən qızıl üzüyü çıxarıb polislərə təqdim etdiyini, həmin vaxt Təqsirləndirilən şəxs evə gətirdiyi drelin oğurluq olmasını bildiyini, 2 azyaşlı uşağının olmasının nəzərə alınıb əri Təqsirləndirilən şəxs köməklik göstərilməsini məhkəmədən xahiş etdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 ifadəsində özünə məxsus Niva markalı, **-BB-*** nömrəli maşını ilə bir ay Təqsirləndirilən şəxs və əlavə 2 hərbiçini 2021-ci ilin avqust ayının sonlarından sentyabr ayının sonlarınadək işə aparıb-gətirdiyini, sonra pulunu yubatdıqları üçün onları aparmadİğını, Təqsirləndirilən şəxs və başqa biri pulunu vermədiyini, Təqsirləndirilən şəxs bir neçə dəfə zəng vursada zəngin çatmadığını, onun 137 manat borcu olduğunu, sonrakı günlərdə təxminən sentyabr ayının sonlarında Təqsirləndirilən şəxs onun mobil nömərəsinə zəng vuraraq “4 №-li məktəbin qarşısındakı çayxanadayam gəl ora sənin borcunu verəcəm” dediyini, oraya gedib Təqsirləndirilən şəxs 137 manat borcunu verdiyini, təxminən oktyabr ayının sonlarında məhəllədə olanda Təqsirləndirilən şəxs oğurluq etdiyinə görə polislər tərəfindən saxlanıldığını eşitdiyini, Təqsirləndirilən şəxs ona verdiyi pulun oğurluq yolu ilə əldə edildiyini bilmədiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid10 ifadəsində Naxçıvan şəhəri İstiqlal 91-də yerləşən özünə məxsus ərzaq mağazasını işlətdiyini, Təqsirləndirilən şəxs onun mağazasından aylıq alış-veriş edən müştərilərdən olduğunu, onun mağazasından əvvəllər alışveriş edəndən sonra maaşda həmin pulları verdiyini, bu ilin mart ayından onun mağazasından yenə nisyə ərzaq məhsulları, spirtli içki, siqaret götürdüyünü, ona 778 manat borcu yarandığını, hər dəfə ona zəng vurub borcunu istəyəndə ona “məni ötüşdür, gələn ay verəcəm” dediyini, hər dəfə and içib onu inandırdığını. 2021-ci ilin sentyabr ayının sonunda saat 13:00 radələrində Təqsirləndirilən şəxs ona zəng vurub “hərbi hissədəyəm gəl sənə olan borcumdan 178 manatını verəcəm” dediyini, həmin vaxt öz maşını ilə onun xidmət etdiyi N №-li hərbi hissənin girişində yerləşən göbələk adlanan yerə getdiyini, oraya çatanda Təqsirləndirilən şəxs zəng vurub gəldiyini dediyini, bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs yanına gəldiyini, Təqsirləndirilən şəxs cibindən bir dəstə pul çıxardığını, həmin pulların içərisində dollar və manatlıq olduğunu, ona 200 dollar pul verib, borcundan 178 manat çıxmasını dediyini, ona cibində pul çoxdu, hazır gəlmişkən borcunun hamısını ver dedikdə Təqsirləndirilən şəxs “tək sən deyilsən başqa şəxslərə də borcum var” cavabını verdiyini, 178 manatı çıxdıqdan sonra pulun qalanını ona manatlıq şəklində qaytardığını, pulu qaytaranda bu qədər pulu haradan almasını soruşduğunu, “bibioğlum Bakıdan göndərib” dediyini, həmin gündən sonra Təqsirləndirilən şəxs görmədiyini, sonradan onun bir neçə yerdən oğurluq etdiyini, barəsində cinayət işi açılıb həbs edilməsini eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ əsgər Şahid11 ifadəsində MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs hərbi xidmətdə görüb tanıdığını, Şəfəq adlı tanışının çörək sexi olmasını Təqsirləndirilən şəxs də bildiyindən bir dəfə təxminən may ayında hərbi hissədə olarkən ona “uşağın ad günü olacaq, həmin tanışının sexindən danış mənə çörək, tort və bilinçik göndərsin, maaşda pulunu verəcəm” dediyini, Təqsirləndirilən şəxs nə demişdisə onların evlərinə göndərtdiyini, həmin göndərilənlərin qiyməti 80 manat olduğunu, ancaq Təqsirləndirilən şəxs həmin 80 manatı bir neçə ay vermədiyini, nə vaxt pulu istəsə maaşda verəcəm dediyini, təxminən sentyabr ayının sonlarında hərbi hissədə olarkən Təqsirləndirilən şəxs pulu verdiyini, 27 oktyabr 2021-ci ildə xidmət yoldaşı Şahid3 toyu olduğunu, həmin toyda iştirak etdiyini, Təqsirləndirilən şəxs də toya gəldiyini, onunla bir stolda əyləşdiyini, saat 21 radələrində özünü narahat hiss etdiyi üçün, A.İbrahimov onu evə apardığını, səhər işdə olarkən toyu olan Şahid3 ona zəng vurub söhbət edərkən axşam toyun pul yığılan qutu açılıb oradan pul olan zərflərin götürüldüyünü, kameraya baxanda həmin pul qutusunu Təqsirləndirilən şəxs açıb, oradan pulları götürməsini gördüyünü dediyini, Təqsirləndirilən şəxslə bir yerdə yeyib içsələrdə restorandan oğurluq edəcəyi barədə heç nə danışmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ əsgər Şahid12 ifadəsində 27 oktyabr 2021-ci ildə xidmət yoldaşı Şahid3 toyu olduğunu, Təqsirləndirilən şəxslə birlikdə toyda iştirak etdiklərini, Təqsirləndirilən şəxs toydan onlardan qabaq çıxıb getdiyini, səhər işdə olarkən toyu olan Şahid3 ona zəng vurub Təqsirləndirilən şəxs toydakı pul yığılan qutunun kilidini vilka ilə açıb, oradan pulları götürməsini dediyini, həmin gün bir masada oturub yeyibiçsələrdə Təqsirləndirilən şəxs onların yanında restorandan oğurluq edəcəyi barədə heç nə demədiyini, 2021-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs saat təxminən 21 radələrində ona zəng vurub gedək bir-iki bakal pivə içək dediyini, bir az keçəndən sonra o, taksi ilə evin yanına gəldiyini, tanımadığı taksi ilə Duzdağ otelə getdiklərini, Təqsirləndirilən şəxs oraya çatanda qiyməti 100 manat olan kupe zakaz verdiyini, orada əyləşib 50 manatlıq pivə içib istirahət etdiklərini, Təqsirləndirilən şəxs bu pulları hardan almasını soruşduqda atasının verdiyini dediyini, atasıgildən ayrı kirayə yaşadığı üçün, atasının ona köməklik etdiyini düşünüb ondan heç nə soruşmadığını, sonrakı günlərdə Təqsirləndirilən şəxs oğurluq elədiyinə görə polis tərəfindən saxlanıldığını öyrənəndə həmin xərclədiyi pulların da oğurluq pul olduğunu fikirləşdiyini, bir neçə gün sonra Təqsirləndirilən şəxs başqa yerlərdəndə oğurluq etməsini eşitdiyini göstərmişdir. Məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə istintaqında elan olunaraq tədqiq edilmişdir. O ifadəsində oğlu ilə Naxçıvan şəhəri N.Nərimanov küçəsi ev 6-da yaşayır, oğlu Nihad Bakı şəhərində universitetə daxil olduğundan hazırda həmin ünvanda tək yaşayır. Oğlu Bakı şəhərində oxuduğundan, orada qalıb işləmək istədiyindən ona Bakı şəhərində ipoteka ilə ev almaq üçün pul yığmış, yığdığı pulları, yəni 6600 ABŞ dollarını və 200 manatı yataq otağında güzgülü kamotun birinci çəkməcəsində saxlamış, pulun orada olmasını ondan başqa heç kim bilməmişdir. 27 sentyabr 2021-ci ildə axşam saat 20 radələrində evdən çıxıb qonaq evinin yanında yaşayan tanışının evinə getmiş, gedərkən evin qapısını kilidləsə də, açarını yaddan çıxardıb götürməmiş, ancaq həyət qapısını qıfılla bağladıqdan sonra açarını özüylə götürmüşdür. Saat təxminən 23 radələrində evə qayıtmış, küçə qapısını açarla açıb həyətə daxil olmuş, pilləkənlərlə evin qapısına tərəf qalxdıqda qapının ağzında olan pas-pasda ayaqqabı izi olduğunu görmüş, həmin vaxt evə oğru girməsindən şübhə edib qapını açmamış, atası Şahid2 zəng vurub yaşadığı evə çağırmış, onunla birlikdə qapını açıb içəri daxil olub salonda stolun üstünə baxdıqda işdən gələndən sonra çıxardığı qızıl-zinət əşyalarının yerində olduğunu görmüş, sonra yataq otağına girib kamotun 1-ci çəkməcəsini açıb pul qoyduğu qutuya baxmış, pulun orada olduğunu görmüş, ancaq az olduğundan şübhə edib həmin pulları saymış, sayarkən pulun içərisindən 20 ədəd 100 dollar və 2 ədəd 100 manatlığın götürüldüyünü bilmiş, sonra evin digər otaqlarına baxmış, evdən başqa heç nə götürülmədiyini bilmişdir. Oğurluğun ertəsi günü Naxçıvan şəhər Polis İdarəsinə şifahi müraciət etmiş, orada ona hadisənin araşdırılacağı bildirilmiş, daha sonra işləri olduğundan, qadın olduğu üçün şöbəyə getmək istəmədiyindən, atası da xəstə olduğundan oğurluq barədə maraqlana bilməmiş, 05 noyabr 2021-ci ildə atası Şahid2 Naxçıvan şəhər Polis İdarəsinə müraciət edərkən orada ona onun evindən oğurluq edənin Təqsirləndirilən şəxs adlı hərbi qulluqçu olduğunu, barəsində cinayət işi başlanılaraq Hərbi Prokurorluğuna göndərildiyini bildirilmiş, ona görə də ərizə ilə prokurorluğa müraciət etmişdir. Təqsirləndirilən şəxs onun evindən gizli yolla 2000 ABŞ dolları və 200 manat oğurlamış, onun atası Şahid6 oğlunun onun evindən oğurladığı 2000 ABŞ dollarını pulun qaytarıldığı günə olan məzənnə ilə 3404 manatı və əlavə olaraq götürdüyü 200 manatı, ümumilikdə 3604 manatı ona qaytarmış, ona dəymiş ziyan ödəndiyi üçün Təqsirləndirilən şəxs hər hansı şikayəti, tələbi və iddiası yoxdur. Onun iki az yaşlı uşağının olmasını, dəymiş ziyanın ödənilməsini nəzərə alıb Təqsirləndirilən şəxs bağışlayır. ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edildiyini və məhkəməyə ünvanladığı ərizəsində ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasına üzürlü səbəbdən iştirak etməyən şahid 1-ci qrup əlil Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifdəsi məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmişdir, O ifadəsində 19 oktyabr 2021-ci ildə arvadı Cəmilə Bakı şəhərinə getdiyindən evdə tək qalmamağı üçün qonşusu Cabbarın ailəsi ilə birlikdə axşamlar onun yanında qalıb paralij xəstəsi olduğundan dərmanlarını və yeməyini verdiklərini, həkim məsləhəti ilə hər gün bir neçə saat gəzdiyi üçün, 24 oktyabr 2021-ci ildə də bir az gəzmək üçün evdən çıxdığını, Böyük bağ adlanan yerdə təxminən bir-iki saat gəzib sonra qayıtdığını, Cabbar və arvadı da axşam olduğu üçün onlara gəldiyini, onlar oğlunun otağında qaldıqları üçün həmin otağa keçdiyini, otağa keçəndən sonra ondan “Valeh əmi siz evə ayaqqabı ilə girmisiz?” deyə soruşduqda onlara yox niyə? cavabını verdiyini, sonra onlar uşaq çarpayısının üzərində ayaqqabı izi olduğunu dedikdə onların yatdığı otağa keçdiyini, oradakı uşaq çarpayısının üzərində ayaqqabı izi olduğunu, kimsənin həmin kravatın üzərinə çıxıb qarşıdakı şkafa baxdığı üçün qapağının tam örtülmədiyini gördüyünü, sonra digər otağa da baxdığını, orada da dağınlıq olduğunu görüb evə oğru girməsindən şübhələndiyini, sonra zəng vurub polis çağırdığını, polislər gəlib onların evinə baxdıqdan sonra araşdırıb evinizə kim giribsə tapacayıq deyib getdiklərini, xəstə olduğu üçün şöbəyə gedib hadisə ilə maraqlana bilmədiyini, sonradan evlərinə onlardan bir az aralıda yaşayan Təqsirləndirilən şəxs girməsini eşitdiyini, evdə arvadının qızılları və 1000 manata yaxın pul olduğunu, Təqsirləndirilən şəxs evdən oğurluq etmək üçün girsə də, heç nə tapa bilməyib çıxıb getdiyini, o, evə girən zaman həyətdə heç kimin olmadığını, xəstə olduğu üçün yaddan çıxardıb evi və həyəti kilitləmədiyini, Təqsirləndirilən şəxs evə nə vaxt girməsini dəqiq bilmədiyini, evdən heç nə götürmədiyi üçün, körpə uşaqları olduğu üçün Təqsirləndirilən şəxs şikayəti olmadığını göstərmişdir. Cinayət işi üzrə Şahid6 Təqsirləndirilən şəxs oğlu olduğundan ona qarşı ifadə verməmək hüququndan istifadə edərək ifadə vermədiyini bildirdi. Məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməyən Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmişdir. Məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməyən Şahid4 və Şahid8 ibtidai istintaq zamanı vermiş olduğu ifadələri məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmişdir. Cinayət işinin 2-ci cild 92-ci vərəqəsində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 noyabr 2021-ci il tarixli, 310 №-li ekspert rəyində ekspertiza tədqiqatına təqdim edilmiş N ədəd qızıl üzüyün, əyarı 750, çəkisi 4.54 qram olan üzərindəki brilyant qaşları nəzərə alınmaqla orta bazar satış qiymətinin təxminən 740,00 (yeddi yüz qırx) manat müəyyən edildiyi, təqdim edilmiş N ədəd “ROYCE PROFESSİONAL ROTARY TOOL KİT RMG-330/163T” markalı direl dəstinin (bor maşın) orta bazar satış qiymətinin təxminən 70,00 (yetmiş) manat müəyyən edildiyi göstərilmişdir. Cinayət işinin 2-ci cild 122-128-ci vərəqəsinə əlavə edilmiş məhkəmə-daktiloskopik ekspertizasının 03 dekabr 2021-ci il tarixli, 324 №-li ekspert rəyində ********* №-li cinayət işi ilə əlaqədar tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a” əl-barmaq izinin şəxsiyyətin eyniləşdirilməsi tədqiqatı üçün yararlı olduğu, ********* №-li cinayət işi ilə əlaqədar tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a” əl-barmaq izinin Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş sağ əlinin adsız barmağından qaldığı, ********* №-li cinayət işi ilə əlaqədar tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “b”, “c” əl-barmaq izlərinin 2 saylı daktilolentin səthindəki papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri yayıldığından, tam və aydın əks olunmadığından şəxsiyyətin eyniləşdirmə tədqiqatı üçün yararsız olduğu göstərilmişdir. Cinayət işinin 2-ci cild 158-167-ci vərəqələrinə əlavə edilmiş məhkəmə portret ekspertizasının 14 dekabr 2021-ci il tarixli 3/1968 nömrəli ekspert rəyində tədqiqata təqdim edilmiş “CD-R” tipli diskdəki videogörüntüdən çıxarılmış fotoşəkillərdə əks olunmuş şəxsin xarici görünüşünün anatomik elementlərinin (sifətin ümumi konfiqurasiyası, saç xətti, alnı, burnu, çənəsi, yanaqları, gözləri, göz yarıqları, qaşları, qulaq seyvanı, çənəsi və s.) tam və aydın əks olunmadığından eyniləşdirmə tədqiqatı üçün yararsız olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cild 107-108-ci vərəqəsinə əlavə edilmiş təqsirləndirilən şəxs Əliyev X5 Əliyeva adına Naxçıvan şəhər X4 Şəxsində həkim komissiyasından keçirilmiş, təqdim olunmuş N noyabr 2021-ci tarixli 121 №-li icbari tibbi müayinə vərəqəsində onun sağlam olduğu göstərilmişdir. Cinayət işinin 2-ci cild 55-ci vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən verilmiş tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmağı haqda heç bir məlumat yoxdur. Cinayət işinin 1-ci cild 145-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Cinayət işinin 1-ci cild 144-cü vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandirinin N №-li N noyabr 2021-ci il tarixli əmri ilə Təqsirləndirilən şəxs “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmişdir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması, yəni oğurluq kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və yaxud onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir(7-ci bənd); özgənin əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən bilavasitə özgənin əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayət iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçıların, təhrikçilərin, köməkçilərin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya birbaşa kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapı, cəftə və qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət əməli aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); bu Məcəllənin 177-ci maddəsi “Qeyd” hissəsinin 3-cü bəndinə görə oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin “təkrarlıq” əlamətləri üzrə tövsif edilməsi üçün həmin Məcəllənin 177, 178, 180 və 181-ci maddələri ilə, habelə 179, 182, 183, 184 və 185-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsi (hər hansı ardıcıllıqla) əsas ola bilər (15-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan özgənin əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir (18-ci bənd); yaşayış sahəsinə, binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə - oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakının qiyməti müəyyən olunarkən, cinayətin törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yaşayış sahələrinə, binalara, başqa saxlanc yerlərinə daxil olub pul, qızıl əşyaları və başqa əşyalar oğurlaması, həmçinin öz iradəsindən asılı olmayan səbəblərə görə həmin cinayət əməlini başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidərin ifadələri, eləcə də cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29,177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Beləliklədə məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs iki azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, vurulmuş zərəri tamamilə ödəməsini, törətdiyi əməli səmimi etiraf edib, törətmiş olduğu əməldən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konustitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 02 aprel 2N2-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü mad.). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29,177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə zalından dərhal həbsdən azad olunmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulmasını məqsədə müvafiq hesab edir. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Cinayət işinin mteriallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən buraxılmışdır. Həmçinin 05 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbs müddətinin bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesab edildiyindən həmin müddətlər hesablanaraq qəti cəza təyin edilməlidir. (110×2=220÷30=7 ay 10 gün) Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında”, Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Cinayət işi üzrə daktilolentə köçürülməklə götürülmüş əl-barmaq izi və Təqsirləndirilən şəxs əl-barmaq izlərinin köçürülərək götürüldüyü daktilokarta və 4 (dörd) ədəd DVD yaddaş diski cinayət işinə əlavə edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Azərbaycan Respublikası Mərkəzi X6 Respublikası İdarəsində depozitdə saxlanılan Zərərçəkmiş şəxs2 məxsus olan, N ədəd əyarı 750, çəkisi 4.54 qram olan üzərində brillyant qaşları olan qızıl üzük və Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin maddi sübutlar otağında saxlanılan N ədəd “ROYCE PROFESSİONAL ROTARY TOOL KİT RMG-330/163T” markalı drel dəsti Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. Məhkəmə-portret ekspertizasının tədqiqatın dəyəri 347,45 ( üç yüz qırx yeddi manat qırx beş qəpik ) manat dövlət nəfinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 oktyabr 2021-ci il tarixdən N noyabr 2021-ci il tarixədək iki gün şübhəli şəxs qismində tutulduğu və 05 noyabr 2021-ci il tarixdən 20 fevral 2022-ci il tarixədək həbsdə saxlandığı cəmi 110 gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablansın və təyin edilmiş cəzadan çıxılsın. Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, X1 ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə daktilolentə köçürülməklə götürülmüş əl-barmaq izi və Təqsirləndirilən şəxs əlbarmaq izlərinin köçürülərək götürüldüyü daktilokarta və 4 (dörd) ədəd DVD yaddaş diski cinayət işinə əlavə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Azərbaycan Respublikası Mərkəzi X6 Respublikası İdarəsində depozitdə saxlanılan Zərərçəkmiş şəxs2 məxsus olan N ədəd əyarı 750, çəkisi 4.54 qram, üzərində brillyant qaşları olan qızıl üzük və Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin maddi sübutlar otağında saxlanılan N ədəd “ROYCE PROFESSİONAL ROTARY TOOL KİT RMG-330/163T” markalı drel dəsti Zərərçəkmiş şəxs2 qaytarılsın. Məhkəmə-portret ekspertizasının tədqiqatın dəyəri 347,45 ( üç yüz qırx yeddi manat qırx beş qəpik ) manat dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm icraya yönəldikdən sonra ləğv edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İlham İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar