Məhkəmə qərarları › İş №1-1(092)-5/2023

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-5/2023

09.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-5/2023 09.02.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X13 oğlunun katibliyi, Dövlət ittihamçısı: Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Naxçıvan şəhər Hüquq Məsləhətxanasının müdiri, vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1992-ci ildə Şahbuz rayonunun Biçənək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli (himayəsində bir azyaşlı uşağı olan), tam orta təhsilli, əvvəllər məhkum olunmamış, Şahbuz rayonunun Biçənək kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, N №-li hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 1-ci taqım komandirinin müavini-manqa komandiri vəzifəsində xidmət edən, barəsində 02 dekabr 2022-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş MAHHX HQ-su, çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəis kimi öz tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Belə ki, o, MAHHX HQ-su kimi N №-li hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 1-ci taqım komandirinin müavini-manqa komandiri vəzifəsində, çavuş hərbi rütbəsində xidmət edərkən 2022-ci ilin sentyabr ayının sonlarında, təxminən saat 10 radələrində komandiri olduğu manqanın xidmət apardığı, şərti olaraq “Ramazan” adlandırılan mövqenin yataqxanasının qarşısında tabeliyində olan əsgər Zərərçəkmiş şəxs “döyüş növbətçiliyinin təşkili və aparılması” kitabında göy rəngli qələmlə imza etməsi səbəbindən onun sifət nahiyəsinə 2-3 şillə zərbəsi vurub, daha sonra mövqenin yataqxanasında bu səbəbdən onun yaxasından tutub silkələməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Bundan başqa, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2022-ci ilin oktyabr ayının 6-da, saat 09:30 radələrində şərti olaraq “Ramazan” adlandırılan mövqenin yataqxanasının qarşısında şəxsi heyətə məxsus şapşapları yumaması və bir ədəd təlim mərmisini itirməsi səbəbindən tabeliyində olan əsgər Zərərçəkmiş şəxs sifət nahiyəsinə 2- 3 şillə zərbəsi vurub, həmin zərbələrin təsirindən əsgər Zərərçəkmiş şəxs yerə düşən dəmir dəbilqəsini sərt şəkildə onun başına qoymaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə barəsində elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində 2017-ci ilin may ayından etibarən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət etdiyini, xidmət yerinin şərti olaraq “Ramazan” adlanan döyüş mövqeyi olduğunu, 2022-ci ilin sentyabr ayının axırlarında tabeliyində olan əsgər Zərərçəkmiş şəxs saat 10:00-dan 12:00-dək döyüş növbətçiliyi naryadına təyin olunduğunu, onun həmin gün saat 10 radələrində döyüş növbətçiliyinə getməmişdən əvvəl yataqxanada döyüş növbətçiliyinin təşkili və aparılması kitabında qara rəngli qələm əvəzinə göy rəngli qələm ilə qol çəkdiyini, mövqedə bütün kitabların qara rəngli qələmlə yazıldığını, kitabların yazılmasında yol verilən bu cür halların yoxlamalar zamanı rəis heyəti tərəfindən onlara nöqsan tutulduğunu, həmin kitaba baxanda Zərərçəkmiş şəxs göy rəngli qələmlə qol çəkməsini görüb əsəbləşdiyini, həmin vaxt Zərərçəkmiş şəxs döyüş növbətçiliyində olduğunu və onun yataqxanaya gəlməsinə təqribən 30 dəqiqə qalmasına baxmayaraq onun yerinə əsgər göndərərək, onu yataqxanaya çağırtdığını, Zərərçəkmiş şəxs yataqxanaya gəldikdə yataqxananın qarşısında ondan yol verdiyi bu nöqsanın səbəbini soruşduğunu, cavabında Zərərçəkmiş şəxs yuxulu olduğu üçün qələmin rənginə fikir vermədiyini dediyini, bu vaxt əsəbləşib Zərərçəkmiş şəxs sifət nahiyəsindən 2-3 şillə zərbəsi vurduğunu, həmin vaxt əsgər Şahid1 onları gördüyünü, daha sonra isə bu səbəbdən mövqenin yataqxanasında əsgər Zərərçəkmiş şəxs yaxasından tutub silkələdiyini, həmin vaxt isə taqım komandiri Nurlan Ağasənlinin yataqxanaya girib onun əsgər Zərərçəkmiş şəxs dartışdırdığını gördüyünü, ondan nəyə görə belə etməsini soruşduğunu, taqım komandirinə əsgər Zərərçəkmiş şəxs döyüş növbətçiliyinin təşkili və aparılması kitabında qara rəngli qələmlə yox, göy rəngli qələmlə qol çəkdiyini dediyini, Nurlan Ağasənlinin ona əsgərlə işinin olmamasını tapşırdığını, bundan sonra hər kəsin öz işi ilə məşğul olduğunu, yol verilən nöqsanın yeni kitab alınaraq aradan qaldırıldığını, bundan başqa 06 oktyabr 2022-ci il tarixində, saat 07:30 radələrində mövqenin yataqxanasında aparılan təmizlik işləri zamanı onun əvvəlcədən verdiyi tapşırıq əsasında əsgər Şahid4 əsgər Zərərçəkmiş şəxs yataqxanadakı şapşapları yumasını dediyini, lakin əsgər Zərərçəkmiş şəxs əsgər Elşən Səfərli ilə birlikdə saat 08:00-dan 10:00-dək döyüş növbətçiliyi xidmətinə çıxdığını və şapşapları yumadığını, həmin gün təxminən saat 09:30 radələrində özünün yataqxanada olan şapşapların təmiz olmadığını görüb əsgər Şahid4 nəyə görə şapşapların yuyulmamasını soruşduğunu, onun da Zərərçəkmiş şəxs şapşapları yumasını dediyini, lakin Zərərçəkmiş şəxs döyüş növbətçiliyinə getdiyi üçün vaxtının olmadığını bildirdiyini, bundan sonra Şahid4 müşahidə məntəqəsinə zəng vurub Zərərçəkmiş şəxs yataqxanaya çağırmasını tapşırdığını və çölə çıxdığını, 2-3 dəqiqə sonra Zərərçəkmiş şəxs yataqxananın qarşısına gəldiyini, ondan nəyə görə şapşapları yumadığını soruşduğunu, Zərərçəkmiş şəxs döyüş növbətçiliyinə getməsi səbəbindən şapşapları yumağa vaxtının olmadığını bildirdiyini, Zərərçəkmiş şəxs verilən tapşırığı vaxtında yerinə yetirmədiyi üçün əsəbləşib onu danladığını, bu zaman gözünün Zərərçəkmiş şəxs üzərində olan patron daraqlarındakı mərmilərə sataşdığını və patron daraqlarında olan təlim mərmisinin birinin yerində olmadığını gördüyünü, bu səbəbdən də Zərərçəkmiş şəxs üzərində olan patron daraqlarındakı mərmiləri saymağa başladığını, bu vaxt Zərərçəkmiş şəxs patron daraqlarında olan təlim mərmisinin birinin həqiqətən də yerində olmadığını gördüyünü, ondan mərminin harda olmasını soruşduqda bilmədiyini dediyini, ona müşahidə məntəqəsinə gedib mərmini axtarmasını dediyini, Zərərçəkmiş şəxs müşahidə məntəqəsinə getdiyini, bir az sonra qayıdıb gələndə mərmini tapa bilmədiyini, Zərərçəkmiş şəxs təlim mərmisini itirməsindən də əsəbləşib onun sifət nahiyəsindən 2-3 şillə zərbəsi vurduğunu, bu vaxt həmin zərbələrin təsirindən onun başında olan dəmir dəbilqəsinin yerə düşdüyünü, dəbilqəni götürüb sərt şəkildə onun başına qoyduğunu, bundan sonra Zərərçəkmiş şəxs silah sursatını və qoruyucu jiletini təhvil verib Batabat tabor mərkəzinə getməsini və itirdiyi mərmini tapıb gətirməsini tapşırdığını, əsgər Zərərçəkmiş şəxs qarşı etdiyi əməllərindən peşiman olduğunu, sonradan ondan üzr istədiyini, Zərərçəkmiş şəxs də onu bağışladığını, xidmət etdiyi dövr ərzində heç kəsə qarşı bu cürə hərəkətlərə yol vermədiyini bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə məhkəmə istintaqında özünü təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs verdiyi ifadəsində N sentyabr 2022-ci ildən N nömrəli hərbi hissənin 17-ci bölüyünün 1-ci taqımının 1-ci manqasının atıcı-operatoru vəzifəsində, şərti adı “Ramazan” olan mövqedə xidmət etdiyini, təxminən 2022-ci ilin sentyabr ayının sonlarında saat 10:00-dan 12:00-dək döyüş növbətçiliyi xidmətinə təyin olunduğunu, saat 10 radələrində müşahidə məntəqəsinə çıxmazdan əvvəl döyüş növbətçiliyinin aparılması jurnalına göy rəngli qələmlə qol çəkdiyini, lakin mövqedə bir qayda olaraq bütün sənədləri qara rəngli qələmlə işlədiklərini, həmin vaxt yuxulu olduğundan qələmin rənginə fikir vermədiyini, kitabı göy rəngli qələmlə imzaladığı üçün yataqxananın qarşısında manqa komandiri çavuş Təqsirləndirilən şəxs əsəbləşib onun sifətindən 2-3 dəfə şillə zərbəsi vurduğunu, sonra mövqenin yataqxanasında onun yaxasından tutub silkələdiyini, bu vaxt taqım komandiri leytenant Nurlan Ağasənlinin yataqxanaya daxil olduğunu, Təqsirləndirilən şəxs nəyə görə onu dartışdırdığını soruşduğunu, onun kitabı göy rəngli qələmlə imzaladığını bildirdiyini, bundan sonra leytenant X4 Quliyevə onunla işinin olmamasını tapşırıdığını, daha sonra özünün müşahidə məntəqəsinə gedib xidmətini davam etdirdiyini, bundan başqa 06 oktyabr 2022-ci ildə saat 08:00-dan 10:00-dək döyüş növbətçiliyi xidmətinə təyin olunduğunu, həmin gün saat 07:30 radələrində yataqxanada növbəyə çıxmağa hazırlaşarkən əsgər Şahid4 ona yataqxanada olan şapşapları yumağını tapşırdığını, ona döyüş növbətçiliyinə getdiyi üçün şapşapları yumağa vaxtının olmadığını dediyini və biraz sonra döyüş növbətçiliyi xidmətinə getdiyini, təxminən saat 09:30 radələrində əsgər Şahid4 rabitə ilə müşahidə məntəqəsinə zəng vurub çavuş Təqsirləndirilən şəxs onu çağırmasını dediyini, onun da mövqenin yataqxanasına getdiyini, yataqxananın qarşısına çatanda çavuş Quliyevin onu yanına çağırdığını, ondan nəyə görə şapşapları yumadığını soruşduğunu, döyüş növbətçiliyinə getdiyi üçün şapşapları yumağa vaxtının qalmadığını dediyini, bu vaxt çavuş Quliyevin əsəbləşib qışqıraraq ona “çıxart sənin mərmilərini sayacam” dediyini, daha sonra daraqlarında olan mərmiləri saymağa başladığını, bu vaxt patron daraqlarında olan təlim mərmilərdən birinin əksik gəldiyini, Təqsirləndirilən şəxs ondan bir mərminin harda olmasını soruşduğunu, bilmədiyini dediyini, ona gedib mərmini tapmağını tapşırdığını, dərhal müşahidə məntəqəsinə gedib mərmini axtardığını, lakin tapa bilmədiyini, yenidən yataqxananın qarşısına qayıdıb çavuş Quliyevə mərmini tapa bilmədiyini dediyini, çavuş Quliyevin onun üzərinə qışqırıb sifətindən 2-3 şillə zərbəsi vurduğunu, həmin şillə zərbələrinin təsirindən başında olan dəmir dəbilqəsinin yerə düşdüyünü, bu vaxt çavuş Quliyevin dəbilqəni götürüb zərblə onun başına qoyduğunu, bundan sonra çavuş Quliyevin ona hirslənib tabor mərkəzinə getməyini və itirdiyi mərmini tapıb gətirməsini dediyini, yataqxanaya gedib silah-sursatını və zirehli jiletini təhvil verdikdən sonra mövqedən çıxıb təkbaşına Batabat tabor mərkəzinə yollandığını, bir neçə saat sonra tabor mərkəzinə çatdığını, oraya çatanda tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini ilə qarşılaşdığını, ona yaxınlaşıb çavuş Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə məlumat verdiyini, çavuş Təqsirləndirilən şəxs daha sonra ona qarşı etdiyi hərəkətlərə görə ondan üzr istədiyini, özünün onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, çavuş Təqsirləndirilən şəxs bundan əvvəl nə onunla, nə də digər əsgərlərlə pis rəftar etmədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, N №-li hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 1-ci taqımının 1-ci manqasında heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində şərti adı “Ramazan” olan mövqedə xidmət etmiş Şahid3 verdiyi ifadəsində özünün 2022-ci ilin oktyabr ayının 6-da saat 09:30 radələrində mövqenin yataqxanasının qarşısında təmizlik işləri gördüyünü, həmin vaxt əsgər Zərərçəkmiş şəxs döyüş növbətçiliyindən yataqxananın qarşısına gəldiyini, çavuş Təqsirləndirilən şəxs ondan nəyə görə yataqxanadakı şapşapları yumamasını soruşduğunu, onun da növbəyə getdiyi üçün vaxtının olmadığını bildirdiyini, bu vaxt çavuş Təqsirləndirilən şəxs əsəbləşərək Zərərçəkmiş şəxs üzərində olan patron daraqlarındakı mərmiləri saymağa başladığını, Zərərçəkmiş şəxs darağındakı təlim mərmilərindən birinin yerində olmadığını görən çavuş Quliyevin onu müşahidə məntəqəsinə göndərib mərmini tapmasını tapşırdığını, Zərərçəkmiş şəxs də müşahidəyə getdiyini və bir az sonra qayıdıb gəldikdə mərmini tapa bilmədiyini dediyini, çavuş Quliyevin əsəbləşib Ömərin sifət nahiyəsindən 2-3 şillə zərbəsi vurduğunu, bu zaman Zərərçəkmiş şəxs başında olan dəmir dəbilqəsinin yerə düşdüyünü, çavuş Quliyevin dəbilqəni götürüb zərblə Ömərin başına qoyduğunu, daha sonra ona silah-sursatını təhvil verib tabor mərkəzinə getməsini və itirdiyi mərmini tapıb gətirməsini tapşırdığını, Zərərçəkmiş şəxs də silah-sursatını təhvil verdikdən sonra mövqenin ərazisini tərk edib tabor mərkəzinə yollandığını gördüyünü, bundan başqa əsgər yoldaşlarından, eləcə də Zərərçəkmiş şəxs 2022-ci ilin sentyabr ayının sonlarında döyüş növbətçiliyinin təşkili və aparılması kitabında qara rəngli qələm əvəzinə göy rəngli qələmlə qol çəkdiyi üçün çavuş Quliyevin əsgər Zərərçəkmiş şəxs sifətindən bir neçə şillə zərbəsi vurmasını eşitdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, N №-li hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 1-ci taqımının 1-ci manqasında baş atıcı vəzifəsində, əsgər hərbi rütbəsində şərti adı “Ramazan” olan mövqedə xidmət etmiş Şahid4 verdiyi ifadəsində 2022-ci ilin sentyabr ayının axırlarında əsgər Zərərçəkmiş şəxslə birlikdə saat 10:00-dan 12:00-dək döyüş növbətçiliyi xidmətinə təyin olunduqlarını, saat 10 radələrində növbəyə hazırlaşdıqlarını, silah otağından silah-surat və zirehli geyimini götürən zaman əsgər Zərərçəkmiş şəxs yataqxanada döyüş növbətçiliyi kitabına qol çəkməyə getdiyini, daha sonra onun da gəlib silah-sursatını götürdüyünü və birlikdə xidmətə getdiklərini, döyüş növbətçiliyində olarkən Zərərçəkmiş şəxs ona çavuş Təqsirləndirilən şəxs onun sifətindən şillə zərbələri vurduğunu dediyini, ondan səbəbini soruşduqda döyüş növbətçiliyi kitabına göy rəngli qələmlə qol çəkdiyini bildirdiyini, xidmət etdikləri mövqedə gündəlik görüləcək təmizlik işlərinin əsgərlər arasında bölüşdürüldüyünü və bu bölgünün bütün heyət tərəfindən bilindiyini, 06 oktyabr 2022-ci il tarixində əsgər Zərərçəkmiş şəxs əsgər Elşən Səfərovla birlikdə birinci növbə olduqlarını və əvvəlcədən müəyyən olunmuş bölgüyə əsasən paspas və şapşapları yumalı olduqlarını, özünün də 06 oktyabr 2022-ci il tarixində yataqxanada müvafiq bölgü üzrə təmizlik işləri ilə məşğul olduğunu, həmin gün saat 07:30 radələrində şapşapların yuyulmadığını görüb bu barədə Zərərçəkmiş şəxs dediyini, lakin onun da döyüş növbətçiliyinə getdiyini, vaxtının olmadığını bildirdiyini, bunadan sonra Zərərçəkmiş şəxs əsgər Elşən Səfərovla birlikdə hazırlaşıb döyüş növbətçiliyinə getdiklərini, saat 09:30 radələrində yataqxanada təmizlik işləri görən zaman çavuş Təqsirləndirilən şəxs onun yanına gəlib nəyə görə şapşapların yuyulmadığını soruşduğunu, Zərərçəkmiş şəxs döyüş növbətçiliyinə getdiyi üçün yumadığını bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs ona rabitə ilə zəng edib Zərərçəkmiş şəxs çağırmasını dediyini və çölə çıxdığını, müşahidəyə zəng edib Zərərçəkmiş şəxs çavuş Quliyevin onu çağırdığını dediyini, bir az sonra Zərərçəkmiş şəxs aşağı düşdüyünü, Zərərçəkmiş şəxs və çavuş Quliyevin yataqxananın qarşısında, onun da yataqxananın içində olduğunu, çavuş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs danladığını, daha sonra onun üzərində olan daraqlardakı mərmiləri saymağa başladığını, sonra isə Zərərçəkmiş şəxs müşahidəyə gedib qayıtdığını, bu vaxt onun da yataqxanadan çölə çıxdığını, çavuş Quliyevin Zərərçəkmiş şəxs bir neçə şillə zərbəsi vurduğunu, ona müşahidəyə gedib Zərərçəkmiş şəxs əvəz etməsini dediyini, içəri girib silah-sursatı götürüb müşahidəyə qalxdığını, həmin vaxt Zərərçəkmiş şəxs çöldə olmadığını, müşahidədən qayıtdıqdan sonra Zərərçəkmiş şəxs bir ədəd təlim mərmisini itirdiyi üçün çavuş Quliyevin onu vuraraq tabor mərkəzinə gedib itirdiyi mərmini tapıb gətirməsini tapşırdığını eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, N №-li hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 1-ci taqımının 1-ci manqasında atıcı qumbaraatan köməkçisi vəzifəsində, əsgər hərbi rütbəsində şərti adı “Ramazan” olan mövqedə xidmət edən Şahid1 verdiyi ifadəsində 2022-ci ilin sentyabr ayının axırlarında saat 10 radələrində əsgər Zərərçəkmiş şəxs döyüş növbətçiliyinin aparılması jurnalına göy rəngli qələmlə qol çəkməsi səbəbindən mövqenin yataqxanasının qarşısında çavuş Təqsirləndirilən şəxs əsəbləşdiyini və əsgər Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir neçə şillə zərbəsi vurduğunu, özünün Zərərçəkmiş şəxs vurulan şillə zərbələrindən yalnız birini gördüyünü, bundan başqa heç nə görmədiyini, daha sonra əsgər yoldaşlarından 06 oktyabr 2022-ci ildə saat 09:30 radələrində mövqenin yataqxanasının qarşısında çavuş Quliyevin yataqxanada olan şapşapları yumadığına görə Zərərçəkmiş şəxs irad tutaraq onun üzərində olan daraqlardakı patronları sayarkən bir ədəd təlim mərmisinin yerində olmadığını görüb sifətindən şillə zərbələri vuraraq təkbaşına tabor mərkəzinə göndərməsini eşitdiyini göstərmişdir. Həmçinin əsgər Şahid1 ifadəsində çavuş Təqsirləndirilən şəxs bundan əvvəl nə ona, nə də digər əsgərlərə qarşı pis rəftar etmədiyini, onlarla dost kimi olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, N №-li hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 1-ci taqımının 1-ci manqasında qumbaraatan vəzifəsində, əsgər hərbi rütbəsində şərti adı “Ramazan” olan mövqedə xidmət edən Şahid2 verdiyi ifadəsində 06 oktyabr 2022-ci ildə yataqxananın arxa tərəfində olan yanacaq anbarının arxasını süpürdüyünü, bu vaxt yataqxananın qarşısından səs-küy eşitdiyini, yataqxananın qarşısına getdiyi zaman çavuş Təqsirləndirilən şəxs Ömər Mirəzyevə hirslənib onun sifətindən 1-2 şillə zərbəsi vurduğunu, bu zaman Zərərçəkmiş şəxs başında olan dəmir dəbilqəsinin yerə düşdüyünü, çavuş Quliyevin dəbilqəni götürüb zərblə Ömərin başına qoyduğunu, daha sonra ona silah-sursatını təhvil verib tabor mərkəzinə getməsini və itirdiyi mərmini tapıb gətirməsini tapşırdığını, Zərərçəkmiş şəxs də silah-sursatını təhvil verdikdən sonra mövqenin ərazisini tərk edib tabor mərkəzinə yollandığını gördüyünü, bundan başqa çavuş Quliyevin əsgər Ömər Mirəzyevə zor tətbiq etməsi hallarını müşahidə etmədiyini, yalnız 2022-ci ilin sentyabr ayının sonlarında döyüş növbətçiliyinin təşkili və aparılması kitabında qara rəngli qələm əvəzinə göy rəngli qələmlə qol çəkdiyi üçün çavuş Quliyevin əsgər Zərərçəkmiş şəxs sifətindən bir neçə şillə zərbəsi vurmasını əsgər yoldaşlarından eşitdiyini, çavuş Təqsirləndirilən şəxs bundan əvvəl nə ona, nə də digər əsgərlərə qarşı pis rəftar etmədiyini, onlarla hər hansı bir probleminin olmadığını, onlarla dost kimi olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, N №-li hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün komandiri, kapitan Şahid5 verdiyi ifadəsində 06 oktyabr 2022ci ildə təxminən saat 10:30 radələrində leytenant Nurlan Ağasənlinin rabitə ilə onunla əlaqə saxladığını və çavuş Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək onu təkbaşına tabor mərkəzinə göndərməsi barədə məlumat verdiyini, həmin gün təxminən saat 12 radələrində əsgər Zərərçəkmiş şəxs tabor mərkəzinə gəldiyini, tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini kapitan Vurğun Mursaquliyevin yanına gedib ona məruzə etdiyini, özünün də onların yanına getdiyini, bundan sonra əsgər Zərərçəkmiş şəxs ona və Vurğun Mursaquliyevə saat 09:30 radələrində döyüş növbətçiliyində olarkən çavuş Quliyev onu döyüş növbətçiliyindən ayırıb yataqxanaya çağırdığını, yataqxananın qarşısında ondan nəyə görə yataqxanadakı şapşapları yumadığını soruşduğunu, onun da döyüş növbətçiliyinə getdiyi üçün şapşapları yumağa vaxtının qalmadığını dediyini, bu vaxt çavuş Quliyevin əsəbləşib onu danladığını, çavuş Quliyevin daraqlarında olan mərmiləri sayan zaman patron daraqlarında olan təlim mərmilərdən birinin əksik gəldiyini, Təqsirləndirilən şəxs ondan bir mərminin harda olmasını soruşduğunu, bilmədiyini dediyini, ona gedib mərmini tapmağı tapşırdığını, dərhal müşahidə məntəqəsinə gedib mərmini axtardığını, lakin tapa bilmədiyini, bu barədə yenidən yataqxananın qarşısına qayıdıb çavuş Quliyevə mərmini tapa bilmədiyini dediyi zaman çavuş Quliyevin onun üzərinə qışqırıb sifətindən 2-3 şillə zərbəsi vurduğunu, həmin şillə zərbələrinin təsirindən başında olan dəmir dəbilqəsinin yerə düşdüyünü, bu vaxt çavuş Quliyevin dəbilqəni götürüb zərblə onun başına qoyduğunu, çavuş Quliyevin ona hirslənib tabor mərkəzinə getməyini və itirdiyi mərmini tapıb gətirməsini dediyini, bundan başqa 2022-ci ilin sentyabr ayının sonlarında saat 10 radələrində döyüş növbətçiliyinə getməmişdən əvvəl döyüş növbətçiliyinin aparılması jurnalında qara rəngli qələmlə yox, göy rəngli qələmlə qol çəkdiyi üçün çavuş Elmədiin Quliyevin onun sifət nahiyəsindən 2-3 şillə zərbəsi vurduğunu, daha sonra isə yaxasından tutub silkələdiyini bildirdiyini, əsgər Zərərçəkmiş şəxslə etdikləri bu söhbətdən bir gün sonra özünün “Ramazan” mövqeyinə getdiyini, Təqsirləndirilən şəxs yanına çağırıb baş verənləri ondan soruşduğunu, onun da əsgər Zərərçəkmiş şəxs dediklərini təsdiq etdiyini bildirmişdir. Həmçinin kapitan Şahid5 öz ifadəsində Təqsirləndirilən şəxs ilə təqribən 2-3 ay müddətində birlikdə xidmət etdiklərini, Təqsirləndirilən şəxs tələbkar bir hərbi qulluqçu olduğunu, onun barəsində şəxsi heyət tərəfindən hər hansı bir narazıçılıq, şikayət olmadığını, xidmət etdikləri mövqedə Təqsirləndirilən şəxs kimi əsgərlərə ehtiyac olduğunu, özünün onu müsbət xarakterizə edə biləcəyini, hətta xidmətlərinə görə N sentyabr 2022-ci il tarixində kiçik çavuş Təqsirləndirilən şəxs “çavuş” hərbi rütbəsinin verildiyini bildirərək, onun barəsində verdiyi xasiyyətnamədə qeyd olunan halları baş vermiş cinayət hadisəsi ilə əlaqələndirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəyini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işi başlama və icraata qəbul etmək haqqında” 17 noyabr 2022-ci il tarixli qərardan görünür ki, əsgər Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 1-2). X5 “Məhkəmə-Tibbi Ekspertizası”nın 02 noyabr 2022-ci il tarixli 249 №-li ekspert rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs bədən səthində qərarın təsviri hissəsində göstərilmiş, yəni 2022-ci ilin sentyabr, oktyabr aylarında baş vermiş hadisələrlə bağlı hər hansı xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır (İ.v İ cild 42). N №-li hərbi hissə komandirinin N sentyabr 2021-ci il tarixli, 256 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, X9 Komandanının birinci müavini–qərargah rəisinin 09 sentyabr 2021-ci il tarixli, 0156əç №-li əmrinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “a” bəndinə və “b” bəndinə müvafiq olaraq kiçik çavuş Təqsirləndirilən şəxs 5-ci motoatıcı taborun 17-ci motoatıcı bölüyünün 2-ci taqımının 2-ci manqasının komandiri vəzifəsindən azad edilərək, 5-ci motoatıcı taborun 17-ci motoatıcı bölüyünün 1-ci taqım komandirinin müavini-manqa komandiri vəzifəsin təyin olunmuşdur (İ.v İ cild 14). N №-li hərbi hissə komandirinin N sentyabr 2022-ci il tarixli, 261 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, X9 X8 üzrə müavininin N sentyabr 2022-ci il tarixli, 0155 əş №-li əmrinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 49-cu maddəsinin “q” və 50-ci maddəsinin “v” bəndinə əsasən 5-ci taborun 17-ci bölüyünün 1-ci taqım komandirinin müavini-manqa komandiri kiçik çavuş Təqsirləndirilən şəxs “çavuş” hərbi rütbəsi verilmişdir (İ.v İ cild 15). N №-li hərbi hissə komandirinin N sentyabr 2022-ci il tarixli, 251 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Mirzəyev X6 Ümumqoşun Ordu Komandanının birinci müavini–qərargah rəisinin 03 sentyabr 2022-ci il tarixli, 64 №-li sərəncamı ilə N nömrəli hərbi hissədən gəldiyi üçün N sentyabr 2022-ci il tarixdən hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 1-ci taqımının 1-ci manqasında atıcı-operator vəzifəsinə təyin edilərək, şəxsi heyətin siyahısına və bütün növ təminat növlərinə daxil edilmişdir (İ.v İ cild 13). N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş arayışda çavuş Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olduğu göstərilmişdir (i.v İ cild 22). Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat statistik informasiya bölməsi tərəfindən tərtib edilmiş 10 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v İ cild 91). N №-li hərbi hissə tərəfindən təqdim edilmiş 01 noyabr 2022-ci il tarixli, 1353 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır (i.v İ cild 39). N №-li hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün komandiri kapitan Şahid5 tərəfindən verilmiş 12 oktyabr 2022-ci il tarixli xidməti xasiyyətnamədən görünür ki, çavuş Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Belə ki, həmin xasiyyətnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız, bacarıqsız bir hərbi qulluqçu kimi göstərmiş, verilən əmr və göstərişləri vaxtı-vaxtında icra etməmişdir. Komandirlərin və rəislərin əmrlərinə tabe olmaqda çətinlik çəkmiş, hərbi işi vicdanla öyrənməmiş, komandirlərin ona öyrətdiklərini möhkəm və səylə yadda saxlamamış, öz xidməti vəzifələrini nümunəvi yerinə yetirməmişdir.....O, komandirlərin və bölmənin kollektivi arasında nüfuz qazanmamış, şəxsi heyətinə qarşı səmimi və mehriban olmamışdır (i.v İ cild 17). Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şahbuz rayon Biçənək kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Belə ki, həmin xasiyyətnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs öz müsbət hərəkətləri ilə Şahbuz rayon Biçənək kənd ictimaiyyəti arasında özünə məxsus hörmət qazanmış, o, öz üzərinə düşən bütün ictimai vəzifələrin və ona tapşırılan işlərin öhdəsindən həmişə bacarıqla gəlmiş, nümayəndəlik tərəfindən həyata keçirilən ictimai tədbirlərdə yaxından iştirak etmiş, əhali arasında mədəni rəftarı ilə hörmət qazanmışdır (i.v İİ cild 238). Şahbuz rayon İcra Hakimiyyəti Başçısının Biçənək kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8/18 №-li arayışdan, o cümlədən AZ-İİ 214029 №-li nikah haqqında və AZ-İV 631009 №-li doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Şahbuz rayonunun Biçənək kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır və onun ailə üzvləri-2002-cı il təvəllüdlü arvadı Quliyeva (Hüseynəliyeva) Nuray Səfər qızından, 2020-ci il təvəllüdlü oğlu X1 ibarətdir (İ.v İ cild 144-145, İİ cild 237). “Qətimkan tədbirinin seçilməsi haqqında” 02 dekabr 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ.v İ cild 134-135). Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisələrlə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə CM-in 329.2.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X7rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar həmçinin tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverni Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 329.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinə əsasən komandir (rəis) Azərbaycan Respublikasının siyasətini ardıcıllıqla və möhkəm surətdə həyata keçirməli; tabeliyində olanların təlim-tərbiyəsinin təşkiledicisi və rəhbəri olmalı; hərbi hissənin, gəminin (bölmənin) idarə olunması üsullarını daim təkmilləşdirməli; kadrlarla bacarıqla işləməli; öz təşkilatçılıq qabiliyyətini inkişaf etdirməli və metodik vərdişini təkmilləşdirməli; tabeliyində olanların təlim-tərbiyəsinin səmərəliliyinin artırılması işinə kömək göstərə biləcək bütün yenilikləri həyata keçirməli; tabeliyində olanlara qarşı yüksək tələbkarlıq və prinsipiallıq göstərməklə nöqsanlara göz yummamalı, tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, MAHHXHQ-su çavuş Təqsirləndirilən şəxs N №-li hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 1-ci taqım komandirinin müavini-manqa komandiri vəzifəsində, çavuş hərbi rütbəsində xidmət edərkən 2022-ci ilin sentyabr ayının sonlarında, təxminən saat 10 radələrində komandiri olduğu manqanın xidmət apardığı, şərti olaraq “Ramazan” adlandırılan mövqenin yataqxanasının qarşısında tabeliyində olan əsgər Zərərçəkmiş şəxs “döyüş növbətçiliyinin təşkili və aparılması” kitabında göy rəngli qələmlə imza etməsi səbəbindən onun sifət nahiyəsinə 2-3 şillə zərbəsi vurmuş, daha sonra eyni səbəbdən mövqenin yataqxanasında əsgər Zərərçəkmiş şəxs yaxasından tutub silkələmiş, bundan başqa o, 2022-ci ilin oktyabr ayının 6-da, saat 09:30 radələrində isə şərti olaraq “Ramazan” adlandırılan mövqenin yataqxanasının qarşısında şəxsi heyətə məxsus şapşapları yumaması və bir ədəd təlim mərmisini itirməsi səbəbindən tabeliyində olan əsgər Zərərçəkmiş şəxs sifət nahiyəsinə 2- 3 şillə zərbəsi vurmuş, həmin zərbələrin təsirindən əsgər Zərərçəkmiş şəxs yerə düşən dəmir dəbilqəsini sərt şəkildə onun başına qoymaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Bununla da Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə təkrar zor tətbiq etməsi) mövcud olmuşdur. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsi, o cümlədən şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə istintaqında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etməsi mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, qanunla müəyyən edilmiş qaydada ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmədə təqsirli bilinən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinin müddəalarına müvafiq olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat statistik informasiya bölməsinin tələbnaməsi, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, eləcə də iş materiallarına əlavə edilmiş Şahbuz rayon İcra Hakimiyyəti Başçısının Biçənək kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8/18 №-li arayış, xx.xx.2023-cü il tarixli xasiyyətnamə, o cümlədən AZ-İİ 214029 №-li nikah haqqında və AZ-İV 631009 №-li doğum haqqında şəhadətnamələrin surətləri ilə öz təsdiqini tapır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsinin onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, yuxarıda da qeyd olunduğu kimi cinayət işinin materiallarında təqsirləndirilən şəxsi xarakterizə edən iki xasiyyətnamə vardır. Bunlardan biri Təqsirləndirilən şəxs hərbi qulluqçu kimi fəaliyyət göstərdiyi N №-li hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün komandiri kapitan Şahid5 tərəfindən, digəri isə onun daimi yaşadığı yer üzrə Şahbuz rayon İHB-nın Biçənək kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmişdir. Kapitan Şahid5 tərəfindən verilmiş 12 oktyabr 2022-ci il tarixli xidməti xasiyyətnamədə çavuş Təqsirləndirilən şəxs xidmət etdiyi müddət ərzində özünü nizamintizamsız, bacarıqsız bir hərbi qulluqçu kimi göstərdiyi, verilən əmr və göstərişləri vaxtıvaxtında icra etmədiyi, komandirlərin və rəislərin əmrlərinə tabe olmaqda çətinlik çəkdiyi, hərbi işi vicdanla öyrənmədiyi, komandirlərin ona öyrətdiklərini möhkəm və səylə yadda saxlamadığı, öz xidməti vəzifələrini nümunəvi yerinə yetirmədiyi.....Onun komandirlərin və bölmənin kollektivi arasında nüfuz qazanmadığı, şəxsi heyətinə qarşı səmimi və mehriban olmadığı qeyd olunmuşdur. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şahbuz rayon İHB-nın Biçənək kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədə isə Təqsirləndirilən şəxs öz müsbət hərəkətləri ilə Şahbuz rayon Biçənək kənd ictimaiyəti arasında özünə məxsus hörmət qazandığı, onun öz üzərinə düşən bütün ictimai vəzifələrin və ona tapşırılan işlərin öhdəsindən həmişə bacarıqla gəldiyi, nümayəndəlik tərəfindən həyata keçirilən ictimai tədbirlərdə yaxından iştirak etdiyi, əhali arasında mədəni rəftarı ilə hörmət qazandığı qeyd olunmuşdur. Qeyd etmək lazımdır ki, cəzanın təyini zamanı nəzərə alınmalı mühüm hallardan biri də cinayət törətmiş şəxsin şəxsiyyətidir. Məhz elə bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hər iki xasiyyətnamənin məzmununu cəzanın müəyyən edilməsinə təsiri baxımından təhlil edərək, hesab edir ki, Şahbuz rayon İHB-nın Biçənək kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs şəxsiyyətinin gerçək cizgiləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxsin şəxsiyyəti barədə məlumatlı mənbədən verilmiş bu xasiyyətnamədə onun şəxsiyyəti yaşadığımız cəmiyyətin bir fərdi, bir insan, bir vətəndaş kimi qiymətləndirilmiş, onun əxlaqa və mənəviyyata, sosial dəyərlərə münasibətini səciyələndirən hallara yer verilmişdir. N №-li hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün komandiri kapitan Şahid5 tərəfindən verilmiş 12 oktyabr 2022-ci il tarixli xidməti xasiyyətnamədə isə Təqsirləndirilən şəxs şəxsiyyəti bir hərbi qulluqçu kimi qiymətləndirilmiş, onun şəxsiyyətinin cizgiləri xidməti fəaliyyəti ilə əlaqələndirilmişdir. Lakin buna baxmayaraq məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş kapitan Şahid5 öz ifadəsində Təqsirləndirilən şəxs barəsində verdiyi xasiyyətnamədə qeyd olunan halları təkzib edərək, həmin halları Təqsirləndirilən şəxs barəsində açılmış cinayət işi ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs bölük komandiri olan kapitan Şahid5 Təqsirləndirilən şəxs ilə təqribən 2-3 ay müddətində birlikdə xidmət etdiklərini, Təqsirləndirilən şəxs tələbkar bir hərbi qulluqçu olduğunu, onun barəsində şəxsi heyət tərəfindən hər hansı bir narazıçılıq, şikayət olmadığını, xidmət etdikləri mövqedə Təqsirləndirilən şəxs kimi əsgərlərə ehtiyac olduğunu, özünün onu müsbət xarakterizə edə biləcəyini, hətda xidmətlərinə görə N sentyabr 2022-ci il tarixində kiçik çavuş Təqsirləndirilən şəxs “çavuş” hərbi rütbəsinin verildiyini bildirmişdir. Beləliklə də, məhkəmə çavuş Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı onun tabeliyində xidmət etmiş və məhkəmə istintaqında ifadə vermiş əsgərlərin, onun bölük komandiri olan kapitan Şahid5, o cümlədən Şahbuz rayon İHB-nın Biçənək kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə qeyd olunan halların uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Şahbuz rayon İHB-nın Biçənək kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə N №-li hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün komandiri kapitan Şahid5 tərəfindən verilmiş 12 oktyabr 2022-ci il tarixli xidməti xasiyyətnamədən üstün tutularaq, onun cəzasını yüngülləşdirən hallardan biri kimi nəzərə alınmalıdır. Belə ki, həmin xasiyyətnamədə Təqsirləndirilən şəxs şəxsiyyəti yaşadığımız cəmiyyətin bir fərdi, bir insan, bir vətəndaş kimi qiymətləndirilmiş, beləliklə də onun şəxsiyyətinin gerçək cizgiləri müəyyən edilmişdir. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirli bilinən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzanın növü və miqdarının seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qeyd etmək zəruridir ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində müəyyən edilmiş və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışdığından və məhkəmədə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama və azadlıqdan məhrumetmə cəzalarının təyin edilməsini ədalətli və məqsədə uyğun hesab etmir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama və azadlıqdan məhrumetmə cəzalarının işin faktiki hallarına, təqsirli bilinən şəxsin şəxsiyyətinə, əməlin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla ağır olmaları qənaətinə gəlir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirli bilinən şəxsə intizam xarakterli hərbi hissədə saxlama və azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsi onun ailəsi ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirli bilinən şəxsin özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər ki, bu kimi hallar da məhkumun islah olunması məqsədinə xidmət edə, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, yuxarıda sadalanan və təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən halların məcmusunu (Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini) müstəsna hal hesab edərək, təqsirkar Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunmasını, onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növünün-hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, müstəsna hal kimi qiymətləndirilmiş cəzanı yüngülləşdirən halların məcmusu təqsirli bilinən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, onun şəxsiyyətinin təhlükəli olmadığına inam yaradır. Sadalanan bu səbəblər məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama və azadlıqdan məhrumetmə cəzaları tətbiq edilmədən də, onun islah olunması və bununla cəzanın məqsədlərinə nail olunması mümkündür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində qeyd olunur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Həmçinin “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 8-ci bəndində göstərilmişdir ki, cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Cinayət Məcəlləsinin 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-nin 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; X11rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilən hazırki məhkəmə aktı bu tələblərə cavab verir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 02 dekabr 2022-ci il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.8-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza hərbi qulluqçuların xidmət yeri üzrə hərbi hissə komandiri tərəfindən icra edilir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hökmün icrası təqsirli bilinən şəxsin hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, təqsirli bilinən şəxs Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dindirilməsi zamanı aparılmış videoçəkilişin olduğu 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197 və 346-cı maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, cinayət işi üzrə 15 noyabr 2022-ci il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı Quliyev X2 Muxtar Respublikası Hərbi Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edildiyindən, hazırki iş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə (Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi) ödənilməli olan haqdan ibarətdir. Odur ki, təqsirli bilinən şəxsə göstərilmiş hüquqi yardıma görə Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi təqdim edəcəyi hesabata uyğun olaraq bu sahədə müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla, hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Şəhər Hüquq Məsləhətxanasına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində həmin məcəllənin 62-ci maddəsi tətbiq edilməklə aylıq pul təminatından 15% (on beş faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dindirilməsi zamanı aparılmış videoçəkilişin olduğu 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi təqdim edəcəyi hesabata uyğun olaraq bu sahədə müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla, hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Şəhər Hüquq Məsləhətxanasına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm 20 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar