Məhkəmə qərarları › İş №1-1(092)-5/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-5/2025

24.06.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-5/2025 24.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakimlər: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Orucəliyev Abil Elmar oğlundan və Hüseynov Səxavət Səməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1972-ci il ildə Naxçıvan MR-nın Şərur rayonunun Dəmirçi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində xidmətdə olmuş, polkovnik-leytenant, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Dəmirçi kəndində qeydiyyatda olmaqla, hazırda Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3, 32.5, 321.1 və 341.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün birbaşa və dolayı yolla qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən külli miqdarda şəxsən və vasitəçidən istifadə etməklə maddi nemət olan rüşvət almış, çağırışçıların qanuni əsas olmadan hərbi xidmətdən yayınmaları üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarına kömək etmiş, bundan başqa o, rəis kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 27 aprel 2020-ci il tarixdən 08 aprel 2023-ci il tarixədək keçmiş Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün birbaşa və dolayı yolla Naxçıvan Muxtar Respublikası üzrə hərbi qeydiyyatlı müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüquq olmayan və olan, habelə təkrar tibbi müayinəyə yönəldilən çağırışçılardan müxtəlif vaxtlarda və ayrı-ayrı şəxslərdən şəxsən və vasitəçidən istifadə etməklə təkrarən külli miqdarda maddi nemət olan ümumilikdə 2.464.425.00 (iki milyon dörd yüz altmış dörd min dörd yüz iyirimi beş) manat rüşvət almış, bununla da o çağırışçıların qanuni əsas olmadan hərbi xidmətdən yayınmaları üçün növbəti hərbi çağırışdan boyun qaçırmalarına köməklik etmişdir. Bundan başqa o, Naxçıvan MR-nın Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün birbaşa və dolayı yolla vasitəçidən istifadə etməklə 2022-ci ilin iyun ayında Şərur rayon sakini Şahid80 işə düzəlməsi müqabilində xidməti otağında şəxsən təkrarən külli miqdarda maddi nemət olan 17000 (on yeddi min) manat rüşvət almış və bununla da Şahid80 keçmiş Naxçıvan MR-nın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin çağırış bölməsinin gənclərlə iş üzrə zabiti vəzifəsinə təyin edilməsinə nail olmuşdur. Bundan başqa o, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün birbaşa və dolayı yolla 2022-ci ilin may ayında Ordubad rayon sakini Şahid90 işə düzəlməsi müqabilində xidməti otağında vasitəçidən istifadə etməklə şəxsən təkrarən külli miqdarda maddi nemət olan 15000 (on beş min) manat rüşvət almış və bununla da Şahid90 keçmiş Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsində zabit vəzifəsinə təyin edilməsinə nail olmuşdur. Bundan başqa o, Naxçıvan MR-nın Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün birbaşa və dolayı yolla 2022-ci ilin iyun ayında Babək rayon sakini Şahid24 işə düzəlməsi müqabilində Naxçıvan şəhəri, 3-cü mikrorayon ərazisində vasitəçidən istifadə etməklə şəxsən təkrarən külli miqdarda maddi nemət olan 15000 (on beş min) manat rüşvət almış və bununla da Şahid24 keçmiş Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsində maliyyə, madditexniki təminat bölməsinin rəisi vəzifəsinə təyin edilməsinə nail olmuşdur. Bundan başqa o, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün birbaşa və dolayı yolla 2022-ci ilin iyul ayının 18-də Babək rayon sakini Şahid31 işə düzəlməsi müqabilində xidməti otağında vasitəçidən istifadə etməklə şəxsən təkrarən külli miqdarda maddi nemət olan 15000 (on beş min) manat rüşvət almış və bununla da Şahid31 keçmiş Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsinin çağırış bölməsinin gənclərlə iş üzrə zabiti vəzifəsinə təyin edilməsinə nail olmuşdur. Bundan başqa o, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün birbaşa və dolayı yolla 2022-ci ilin may ayında Culfa rayon sakini Şahid36 xidməti iş yerinin dəyişdirilməsi müqabilində xidməti otağında vasitəçidən istifadə etməklə şəxsən təkrarən maddi nemət olan 3500 (üç min beş yüz) manat rüşvət almış və bununla da Şahid36 xidməti iş yerinin Ordubad rayon şöbəsindən Culfa rayon şöbəsinə dəyişdirilməsinə nail olmuşdur. Bundan başqa o, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün birbaşa və dolayı yolla 2021-ci ilin aprel ayında Babək rayon sakini Abışova (Həsənova) Yeganə Yusif qızından işə düzəlməsi müqabilində xidməti otağında vasitəçidən istifadə etməklə şəxsən təkrarən maddi nemət olan 4000 (dörd min) manat rüşvət almış və bununla da Şahid34 keçmiş Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon şöbəsində müfəttiş vəzifəsinə təyin edilməsinə nail olmuşdur. Bundan başqa o, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün birbaşa və dolayı yolla 2022-ci ilin iyun ayında Şərur rayon sakini Şahid98 işə düzəlməsi müqabilində xidməti otağında vasitəçidən istifadə etməklə şəxsən təkrarən külli miqdarda maddi nemət olan 15000 (on beş min) manat rüşvət almış və bununla da Şahid98 keçmiş Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon şöbəsinin gənclərlə iş üzrə zabiti vəzifəsinə təyin edilməsinə nail olmuşdur. Bundan başqa o, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün birbaşa və dolayı yolla 2022-ci ilin may ayında Babək rayon sakini Şahid100 işə düzəlməsi müqabilində xidməti otağında vasitəçidən istifadə etməklə şəxsən təkrarən külli miqdarda maddi nemət olan 8000 (səkkiz min) manat rüşvət almış və bununla da Şahid100 keçmiş Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin çağırış bölməsinin müffətişi vəzifəsinə təyin edilməsinə nail olmuşdur. Bundan başqa o, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün birbaşa və dolayı yolla 2022-ci ilin iyun ayında Şərur rayon sakini Şahid104 işə düzəlməsi müqabilində xidməti otağında vasitəçidən istifadə etməklə şəxsən təkrarən külli miqdarda maddi nemət olan 15000 (on beş min) manat rüşvət almış və bununla da Şahid104 keçmiş Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinin çağırış bölməsinin gənclərlə iş üzrə zabiti vəzifəsinə təyin edilməsinə nail olmuşdur. Bundan başqa o, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxslər üçün birbaşa və dolayı yolla 2022-ci ilin may ayında Ordubad rayon sakini Şahid91 işə düzəlməsi müqabilində xidməti otağında şəxsən təkrarən külli miqdarda maddi nemət olan 15000 (on beş min) manat rüşvət almış və bununla da Şahid91 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsinin səfərbərlik hazırlığı, səfərbərlik və qeydiyyat bölməsinin zabiti vəzifəsinə təyin edilməsinə nail olmuşdur. Bundan başqa Cəlilov X14 Muxtar Respublikası Ali Məclisinin sədrinin 27 aprel 2020ci il tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edildikdən sonra rəis kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etməklə və “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin tələblərinə zidd olaraq 28 aprel 2020-ci il tarixli 07 nömrəli əmrlə özü-özünə “polkovnik” hərbi rütbəsi, eyni zamanda 12 may 2020-ci il tarixli əmrlə özüözünə “usta” məharəti dərəcəsi vermiş, bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3, 32.5, 321.1 və 341.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini, məhkəmə baxışının gedişi zamanı sualları cavablandırarkən özünü yalnız CM-nin 311.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamı ilə 2020-ci ilin aprel ayının 27-də Naxçıvan MR-nın SHXÇÜDX-nin rəisi vəzifəsinə təyin edildiyini, rəhbərlik etdiyi dövrdə Naxçıvan MR-nın Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin mərkəzi aparatının strukturu səfərbərlik və çağırış idarələri, qeydiyyat, kadrlar, təsərrüfat və maliyyə şöbələrindən və təhqiqat bölməsindən ibarət olduğunu, ştat üzrə mərkəzi aparatının 24 nəfər işçisinin olduğunu, Xidmətin tabeçiliyində Naxçıvan, Şərur və Babək rayon idarələri, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayon şöbələri olduğunu, ümumilikdə xidmətin ümumi ştat üzrə 235, faktiki olaraq isə 160 nəfər şəxsi heyəti olduğunu, həmin vəzifəyə təyin olunduqdan sonra şəxsi heyətlə tanış olduğunu, hər birinə xidmət zamanı nizam-intizamlı olmaları barədə göstəriş verdiyini, vətəndaşlarla yaxşı formada davranmalarını şəxsi heyətə tapşırdığını, rayonlar da şəxsi heyətlə görüş keçirdiyini, onlara da həmin tapşırıqları verdiyini, xidməti vəzifəsində çalışdığı müddətdə daimi tabeliyində olan şəxslərə nümunəvi olmalarını, hərbi xidmətə çağrılan çağrışçılarla nümunəvi davranmalarını dediyini, xidmətə yararlı və yararlı olmayanların həkim komisiyalarından keçirilmələrində maksimum dərəcədə iştirak etdiyini, həkim komissiyalarının tərtib etdiyi aktların düzgünlüyünə nəzarət etdiyini, rayon və şəhər rəislərinə əvvəlki qaydada yəni müəyyən olunmuş məbləğdə çağırışçılardan pul yığılmasını dediyini, bir illik möhlətə görə 1800 manat, üç illik möhlətə görə 3000 manat, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlılardan 5000 manat alınmasını tapşırmadığını, həkim komissiyalarının aktına əsasən çağırışçılara möhlət hüququ verildiyini, bunun müqabilində həkimlərə 200-300 manat pul verilməsini bildirdiklərini, 2020-2022-ci illər ərzində Naxçıvan MR-nın Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin rəisləri tərəfindən “Hərbi uçotdan çıxarmaqla hərbi xidmətə yarasızdır”, “Dinc dövrdə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlıdır”, “hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilməklə əsassız olaraq möhlət hüquq verilmiş çağırışçılardan ümumilikdə təxminən 800- 900 min manat rüşvət toplandığını, həmin rüşvətin toplanmasında onun vasitəçi olduğunu, bütün qanunsuz hərəkətlərini Ali Məclisin sabiq sədri X7 Talıbovun göstərişi əsasında etdiyini, hər çağırış rübündə Xidmətin yerli idarə və şöbələri tərəfindən əsassız olaraq möhlət hüququ verilmiş çağırışçılardan və birdəfəlik hərbi bilet verilmiş şəxslərdən qanunsuz rüşvət alınaraq adlı siyahıları ilə ona verildiyini, öz növbəsində toplanmış pulları Seymur Talıbovun sürücüsü Həsən adlı şəxsə verdiyini, toplanmış həmin qanunsuz pullardan ona hər dəfəsində 10 min manat, yerli idarə və şöbələrə isə yığdıqları pulun 10 faizi qədər pul verildiyini, həmin toplanmış rüşvətdən ona cəmi təxminən 80 min manat pul verildiyini, işlədiyi müddətdə ona verilmiş 80 min manat vəsaiti xidmətin təsərrüfat xərclərinə sərf etdiyini, xidmətə təyin olunarkən Ali Məclisin rəhbərliyi tərəfindən ona polkovnik rütbəsi verilməsi deyildiyini, aradan bir müddət keçəndən sonra Ali Məclisin hüquq şöbəsi ilə telefon əlaqəsi saxladıqda ona polkovnik rütbəsinin verilməsi barədə sərəncam olmamsını öyrəndikdən sonra özünün əmri ilə özünə polkovnik rütbəsi və “usta” məharəti dərəcəsi verdiyini, xidməti vəsiqəsi Ali Məclis tərəfindən möhürlənib verildiyini, vəsiqənin üzərində olan şəklində polkovnik rütbəsi olduğunu, özünün rüşvət almadığını, ancaq rüşvət verdiyini, bu baxımdan özünü təqsirli bilmədiyini özünü yalnız vasitəçi kimi gördüyünü ğöstərmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini, onun törətmiş olduğu cinayət əməlləri ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri və digər sübutlarla tam təsdiq edilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəisi vəzifəsində xidmət etdiyi dövrdə Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayında Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunduğunu, Təqsirləndirilən şəxs xidmətə rəis təyin edildikdən sonra rayon şəhər xidmət rəislərin tanışçılıq kimi toplayıb iclas keçirdikdən sonra möhlət üçün 1800 manat, sülh dövründə yararsız müharibə dövründə məhdud yararlı üçün hərbi biletin verilməsi üçün 5000 min manat, təkrar müayinələr üçün 3000 min manat alınıb verilməsi üçün tapşırıqlar verdiyini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və olan, habelə təkrar tibbi müayinəyə yönəldilən çağırışçılardan rüşvət formasında ümumilikdə 825.200 (səkkiz yüz iyirmi beş min iki yüz) manat məbləğində rüşvət alındığını, 2020-ci ilin aprel ayında olan çağırış daxil olmaqla 2022-ci ilin oktyabr ayınadək olan çağırışlar üzrə tərəfindən Təqsirləndirilən şəxs çatdırılmış vəsaitin məbləği 620.000 manat təşkil etdiyini, 2022-ci ilin oktyabr ayından sonra Təqsirləndirilən şəxs tərəfindən çağırışçılardan rüşvət formasında pul vəsaitlərinin alınmasının dayandırılması barədə göstəriş gəldiyini, Təqsirləndirilən şəxs təqdim etdiyi siyahıda həmin məbləğin artıq olmasının səbəbi Naxçıvan MR SHXÇDX-nin Naxçıvan şəhəri üzrə hərbi xidmətə çağırılmış çağırışçıların müəyyən hissəsindən şəhər idarəsi tərəfindən rüşvət formasında pul əldə edilməməsi olduğunu, belə ki, Naxçıvan şəhərindən hərbi xidmətə çağırılan çağırışçıların müəyyən hissəsi Təqsirləndirilən şəxs birbaşa xahiş edərək möhlət hüququnun verilməsini istədiklərini, bu səbəbdən də onun təqdim etdiyi rəqəmlə Təqsirləndirilən şəxs jurnalda qeyd etdiyi rəqəmlər arasında uyğunsuzluq olduğunu, qeyd edilən çağırışçılar şəhər idarəsində qeydiyyatda olaraq hərbi xidmətə çağırılsalar da onlar birbaşa xidmət rəisinə və ya xidmətin hər hansısa əməkdaşı vasitəsi ilə Təqsirləndirilən şəxs xahiş edərək möhlət hüququnun verilməsini təmin etdiklərini, həmin çağırışçıların sənədləri isə onun tərəfindən toplanılaraq hərbi həkim komissiyasına təqdim edildiyini və möhlət hüququnun verilməsinin baş tutduğunu göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsinin rəisi vəzifəsində xidmət etdiyi dövrdə 2020-ci ilin aprel ayında Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edildikdən sonra kollektiv formada və təklikdə tapşırıq verdiyini, həmin tapşırığın yuxarının tapşırığı olduğunu dediyini, Təqsirləndirilən şəxs tərəfindən 3 illik möhlət almış çağırışçılardan təkrar tibbi müayinə zamanı 3.000 manat, sülh dövründə yararsız müharibə dövründə məhdud yararlı üçün hərbi biletin verilməsi üçün 5.000 manat, möhlət hüququ almaq istəyən çağırışçılardan 1.800 manat məbləğində rüşvət formasında pul vəsaiti alınaraq onun özünə çatdırılması barədə tapşırıq aldığını, onun Təqsirləndirilən şəxs tapşırığı ilə 2020-ci ilin iyul ayından 2022-ci ilin oktyabr ayınadək qeyd edilən məbləğlərdə pul vəsaitlərini çağırışçılardan əldə edərək birbaşa Təqsirləndirilən şəxs özünə təqdim etdiyini, çağırışçılardan rüşvət formasında əldə edilən pul vəsaitləri Təqsirləndirilən şəxs təqdim edildikdən bir müddət sonra sonuncu onu yanına çağıraraq təqdim edilmiş məbləğin 10 faizi miqdarında pul vəsaitini ona verdiyini, onun tərəfindən 2020-ci ilin iyul çağırışından 2022-ci ilin oktyabr ayınadək olan müddət ərzində çağırışçılardan ümumilikdə 116.000 manat məbləğində pul vəsaiti əldə edilərək Təqsirləndirilən şəxs verdiyini, həmin vəsaitin 10 faizi, yəni 11.600 manat məbləğində olan hissəsi sonradan Təqsirləndirilən şəxs tərəfindən ona qaytarıldığını, qalan 104.400 manat məbləğində pul vəsaiti isə Təqsirləndirilən şəxs qaldığını, ona çatan 11.600 manat məbləğində pul vəsaiti şöbənin dəftərxana ləvazimatlarına, təsərrüfat və digər xərclərinə sərf etdiyini, 2022-ci ilin oktyabr ayından sonra Təqsirləndirilən şəxs tərəfindən çağırışçılardan rüşvət formasında pul vəsaitlərinin alınmasının dayandırılması barədə göstəriş gəldiyini, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi siyahı üzrə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və olan, habelə təkrar tibbi müayinəyə yönəldilən çağırışçılardan rüşvət formasında ümumilikdə 120.800 (bir yüz iyirmi min səkkiz yüz) manat məbləğində rüşvət alınması göstərildiyini, həmin məbləğin onun qeyd etdiyi 116.000 manat məbləğindən artıq olmasının səbəbi Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılan çağırışçıların müəyyən hissəsinin Təqsirləndirilən şəxs birbaşa və ya xidmətin hər hansısa əməkdaşına çıxaraq rüşvətin birbaşa Təqsirləndirilən şəxs çatdırılması olduğunu, həmin məbləğlərin qeydiyyatı onda aparılmadığını, bu səbəbdən də onun təqdim etdiyi rəqəmlə Təqsirləndirilən şəxs jurnalda qeyd etdiyi rəqəmlər arasında uyğunsuzluq olduğunu, qeyd edilən çağırışçılar Şahbuz rayon şöbəsində qeydiyyatda olaraq hərbi xidmətə çağırılsalarda onlar birbaşa xidmət rəisinə və ya xidmətin hər hansısa əməkdaşı vasitəsi ilə Təqsirləndirilən şəxs xahiş edərək möhlət hüququnun verilməsini təmin etdiklərini, həmin çağırışçıların sənədləri isə onun tərəfindən toplanılaraq hərbi həkim komissiyasına təqdim edildiyini və möhlət hüququnun verilməsi baş tutduğunu göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid48 ifadəsində 2020-ci ilin yanvar ayında Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon şöbəsinə rəis təyin olunduğunu, haliyədə təqaüddə olduğunu, Təqsirləndirilən şəxs Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həmin ilin aprel ayının 27-də rəis təyin olunduğunu, Təqsirləndirilən şəxs rəis təyin olunarkən bütün rayon şəhər xidmət rəisləri və aparat işçilərinin iştirakçılarının iştirakı ilə təqdim olunduğunu, təqdim olunandan sonra xidmət rəislərin saxladıb kollektiv şəkildə və təklikdə 3 illik möhlət almış çağırışçılardan təkrar tibbi müayinə zamanı 3.000 manat, sülh dövründə yararsız müharibə dövründə məhdud yararlı üçün hərbi biletin verilməsi üçün 5.000 manat, möhlət hüququ almaq istəyən çağırışçılardan 1.800 manat məbləğində rüşvət formasında pul vəsaiti alınaraq onun özünə çatdırılması barədə tapşırıq verdiyini, 2020-ci ilin aprel ayında olan çağırış daxil olmaqla 2022-ci ilin oktyabr ayınadək olan müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və olan, habelə təkrar tibbi müayinəyə yönəldilən çağırışçılardan rüşvət formasında ümumilikdə 350.000 min manat alıb Təqsirləndirilən şəxs kabinetində ona verdiyini, Təqsirləndirilən şəxs təqdim etdiyi siyahıda həmin məbləğin artıq olmasının səbəbi Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılan çağırışçıların müəyyən hissəsinin Təqsirləndirilən şəxs xahiş edərək möhlət hüququnun verilməsini tələb etməsi və ya xidmətin hər hansısa əməkdaşı vasitəsi ilə çağırışçıdan əldə edilən rüşvətin birbaşa Təqsirləndirilən şəxs çatdırılması olduğunu, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi siyahı üzrə 500.100 (beş yüz min yüz) manat məbləğində rüşvət alınması göründüyünü, Təqsirləndirilən şəxs verilmiş pulun on faizinin onlara qaytarıldığını, təsərüfat xərci, dəftərxana xərcinin ödənilmədiyini, 2022-ci ilin oktyabr ayından sonra Təqsirləndirilən şəxs tərəfindən çağırışçılardan rüşvət formasında pul vəsaitlərinin alınmasının dayandırılması barədə göstəriş gəldiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid29 ifadəsində oğlunun “Korona virus” xəstəliyi ilə əlaqədar karantində olduğundan univeristetə sənəd verə bilmədiyini, oğlunun sənəd verməsi üçün 2020-ci ilin iyul ayında oğlu Şahid28 həqiqi hərbi xidmətdən 3 aylıq möhlət hüququnun alınması üçün Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon şöbəsinin rəisi Hafiz Nəcəfova 1.800 manat məbləğində pul verdiyini bildirdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid99 ifadəsində 2022-ci ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətdən 1 illik möhlət hüququnun alınması üçün Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsinin əməkdaşı Tural adlı şəxsə 1.800 manat məbləğində pul verdiyini bildirdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon şöbəsinin rəisi vəzifəsində xidmət edən Şahid50 ifadəsində Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayının 27-də Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon rəislərini toplantı təşkil etdiyini, həmin toplantı zamanı, həmçinin xidmət rəislərini Təqsirləndirilən şəxs təklikdə qəbul edərək onlara 3 illik möhlət almış çağırışçılardan təkrar tibbi müayinə zamanı 3.000 manat, hərbi xidmətə getmədən hərbi bilet almaq istəyən çağırışçılardan 5.000 manat, 1 (bir) illik möhlət hüququ almaq istəyən çağırışçılardan 1.800 manat məbləğində rüşvət formasında pul vəsaitləri alınması barədə göstəriş verildiyini, Təqsirləndirilən şəxs tapşırığı ilə 2020-ci ilin iyul ayından 2022-ci ilin oktyabr ayınadək qeyd edilən məbləğlərdə pul vəsaitlərini çağırışçılardan əldə edərək birbaşa Təqsirləndirilən şəxs özünə təqdim etdiyini, çağırışçılardan rüşvət formasında əldə edilən pul vəsaitləri Təqsirləndirilən şəxs təqdim edildikdən bir müddət sonra sonuncu onu yanına çağıraraq təqdim edilmiş məbləğin 10 faizi miqdarında pul vəsaitini ona geri verdiyini, 2020-ci ilin iyul çağırışından 2022-ci ilin oktyabr ayınadək olan müddət ərzində çağırışçılardan ümumilikdə 132.000 manat məbləğində pul vəsaiti əldə edilərək Təqsirləndirilən şəxs təqdim edildiyini, həmin vəsaitin 10 faizi, yəni 13.200 manat məbləğində olan hissəsi sonradan Təqsirləndirilən şəxs tərəfindən ona verildiyini, qalan 118.800 manat məbləğində pul vəsaiti isə Təqsirləndirilən şəxs qaldığını, ona çatan 13.200 manat məbləğində pul vəsaiti şöbənin dəftərxana ləvazimatlarına, təsərrüfat və digər xərclərinə sərf edildiyini, xidmət etdiyi dövrdə Sədərək kənd sakini Şahid113 hərbi xidmətdən 3 illik möhlət hüququnun verilməsi üçün sonuncudan 5.000 manat məbləğində pul vəsaiti əldə edərək həmin dövrdə ümumi tələb üzrə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində xidmət etmiş Təqsirləndirilən şəxs verdiyini, daha sonra 5.000 manat məbləğində pul vəsaitinin 500 manatını Təqsirləndirilən şəxs ona təqdim etdiyini, Sədərək rayon Heydərabad qəsəbəsi sakini Şahid20 hərbi xidmətdən 3 illik möhlət hüququnun verilməsi üçün sonuncudan 3.000 manat məbləğində pul vəsaiti əldə edərək ümumi tələb üzrə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində xidmət etmiş Təqsirləndirilən şəxs təqdim etdiyini, daha sonra 3.000 manat məbləğində pul vəsaitinin 300 manatını Təqsirləndirilən şəxs ona verdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsinin rəisi vəzifəsində xidmət etmiş Şahid4 ifadəsində Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayının 27-də Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon rəislərini, eləcə də onu yanına çağıraraq toplantı təşkil etdiyini, həmin toplantı zamanı Təqsirləndirilən şəxs tərəfindən 3 illik möhlət almış çağırışçılardan təkrar tibbi müayinə zamanı 3.000 manat, hərbi xidmətə getmədən hərbi bilet almaq istəyən çağırışçılardan 5.000 manat, 1 (bir) illik möhlət hüququ almaq istəyən çağırışçılardan 1.800 manat məbləğində rüşvət formasında pul vəsaitləri əldə edərək həmin vəsaitlərin ona təqdim edilməsi barədə göstəriş verdiyini, Naxçıvan MR SHXÇDX-nin Ordubad rayon şöbəsinin rəisi vəzifəsində xidmət etdiyi dövrdə hər kvartal yığılan pulları Təqsirləndirilən şəxs xidməti otağına apararaq siyahı üzrə hesablanaraq ona verdiyini, Ordubad rayon şöbəsində qeydiyyatda olan digər çağırışçılardan da rüşvət formasında pul vəsaitləri əldə edilərək onlara möhlət hüququ verildiyini, Təqsirləndirilən şəxs tapşırığı ilə 2020-ci ilin aprel ayından 2022-ci ilin oktyabr ayınadək Ordubad rayon üzrə müddətli həqiqi hərbi xidmət çağırışçılarından rüşvət formasında əldə edilərək tərəfindən Təqsirləndirilən şəxs çatdırılan vəsaitin ümumi məbləği 410.000 manat təşkil etdiyini, həmin vəsaitin 10 faizi, yəni 41.000 manatı sonradan Təqsirləndirilən şəxs tərəfindən ona verildiyini, qalan vəsait, yəni 369.000 manat Təqsirləndirilən şəxs qaldığını, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi qeydiyyat dəftəri üzrə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və olan, habelə təkrar tibbi müayinəyə yönəldilən çağırışçılardan rüşvət formasında ümumilikdə 527.850 (beş yüz iyirmi yeddi min səkkiz yüz əlli) manat məbləğində pul vəsaiti alınması qeyd olunduğunu, Ordubad rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılan çağırışçıların müəyyən hissəsinin Təqsirləndirilən şəxs birbaşa xahiş edərək möhlət hüququnun verilməsini istəmələri və ya xidmətin hər hansısa əməkdaşı vasitəsi ilə birbaşa çağırışçıdan əldə edilən rüşvətin birbaşa Təqsirləndirilən şəxs çatdırılması olduğunu, həmin məbləğlərin qeydiyyatı onda aparılmadığını, bu səbəbdən də onun təqdim etdiyi rəqəmlə Təqsirləndirilən şəxs jurnalda qeyd etdiyi rəqəmlər arasında uyğunsuzluq olduğunu, 2022-ci ilin oktyabr ayından sonra Təqsirləndirilən şəxs tərəfindən çağırışçılardan rüşvət formasında pul vəsaitlərinin alınmasının dayandırılması barədə göstəriş gəldiyini, ona verilmiş 41000 min manat pulu təsərüfat və dəftərxana xərcləri verilmədiyindən həmin pulu ora və digər xərclərə xərclədiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinin rəisi vəzifəsində xidmət etmiş Şahid101 ifadəsində Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsinin rəisi işlədiyi müddətdə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri olmuş Təqsirləndirilən şəxs tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsi tərəfindən hərbi xidmətə çağırılmış çağırışçılara hərbi xidmətdən möhlət hüququnun verilməsi üçün tərəfindən rüşvət formasında qanunsuz pul vəsaitləri əldə edilərək Təqsirləndirilən şəxs çatdırıldığını, rüşvət formasında əldə edillmiş pul vəsaitləri Təqsirləndirilən şəxs çatdırıldıqdan 15-20 gün sonra sonuncu onu yanına çağıraraq öz iş otağında verilmiş pul vəsaitlərinin 7 faizi məbləğində olan hissəsini ona geri verdiyini, Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayında Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunduğunu və 2023-cü ilin aprel ayınadək həmin vəzifədə xidmət etdiyini, xidmət etdiyi dövrdə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsi tərəfindən hərbi xidmətə çağırılmış çağırışçılara möhlət hüququnun verilməsi üçün rüşvət formasında ümumilikdə 390.810 (üç yüz doxsan min səkkiz yüz on) manat məbləğində pul vəsaiti əldə edilərək tərəfindən Təqsirləndirilən şəxs xidmət apardığı kabinetdə ona çatdırıldığını, həmin vəsaitin 7 faizi, yəni 27.356 (iyirmi yeddi min üç yüz əlli altı) manatı Təqsirləndirilən şəxs tərəfindən ona geri verildiyini, Şərur rayonu Muxtar Respulika üzrə böyük rayon olduğundan çağırışçıları çağırmaqda çətinlik çəkdiyini, hər bir çağırışçının evinə gedildiyini, yanacaq pulu verilmədiyini, çağırışçıları Naxçıvan şəhərinə gətirilmələri üçün çətinlik yarandığını, dəftərxana xərci, təsərüfat xərci verilmədiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid64 ifadəsində 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmət Üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinə dəvət edildiyini, “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” olmaqla hərbi xidmətdən 3 illik möhlət hüququnun alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisinin köməkçisi Əli adlı şəxsə Xidmətin inzibatı binasının yaxınlığında, 5.000 manat məbləğində pul verdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid58 ifadəsində 2021-ci ilin iyul ayında həqiqi hərbi xidmətdən 1 illik möhlət hüququnun alınması üçün Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər şöbəsinin rəisi Şahid3 1.800 manat məbləğində pul verdiyini bildirdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid56 ifadəsində hərbi xidmətə yararsız olmasına baxmayaraq Şahid79 tərəfindən ondan əsassız olaraq rüşvət formasında 700 manat məbləğində pul alaraq xidmət rəisinə çatdırıldığını göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid78 ifadəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsində bölmə rəisi vəzifəsində xidmət etdiyini, 2020-ci ilin aprel ayında Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə Təqsirləndirilən şəxs təyin edildiyini, Təqsirləndirilən şəxs rəis təyin edildikdən sonra şəhər və rayon rəislərinə iclas keçirərək həmin iclasda 3 illik möhlət almış çağırışçılardan təkrar tibbi müayinə zamanı 3.000 manat, hərbi xidmətə getmədən hərbi bilet almaq istəyən çağırışçılardan 5.000 manat, 1 (bir) illik möhlət hüququ almaq istəyən çağırışçılardan 1.800 manat məbləğində rüşvət formasında pul alınaraq Təqsirləndirilən şəxs çatdırılması barədə tapşırıq verildiyini, müxtəlif məbləğlərdə çağrışçılardan əldə edilmiş pul vəsaitləri tərəfindən Şahid3 çatdırıldıqdan sonra onun da həmin pul vəsaitlərini Təqsirləndirilən şəxs təqdim etdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid76 ifadəsində Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayının 27-də Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunduqdan sonra xidmətin şəhər və rayon rəislərini eləcə də, mərkəzi aparatın şöbə rəislərinə, əsasən çağırış və qeydiyyat şöbə rəislərinə 3 illik möhlət almış çağırışçılardan təkrar tibbi müayinə zamanı 3.000 manat, dinc dövründə hərbi xidmətə yararsız müharibə dövründə məhdud yararlı olmaqla hərbi bilet əldə etmək istəyən çağırışçılardan 5.000 manat, 1 (bir) illik möhlət hüququ almaq istəyən çağırışçılardan 1.800 manat məbləğində rüşvət formasında pul vəsaitləri əldə edərək həmin vəsaitlərin ona təqdim edilməsi barədə tapşırıq verdiyini, Təqsirləndirilən şəxs xidmət rəisi olduğu müddətdə verdiyi tapşırıqlara uyğun olaraq çağırışçılara hərbi xidmətə möhlət hüququnun verilməsi və Müdafiə Nazirliyinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissələrindən başqa digər qoşun növlərinə, yəni Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, X13 MR ərazisində yerləşən hərbi hissələrində hərbi xidmət keçmək istəyən hərbi qulluqçulardan 1000-1500 manat məbləğində pul vəsaitlərini əldə edərək Təqsirləndirilən şəxs çatdırdığını, Təqsirləndirilən şəxs Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olduqdan sonra 2020-ci ilin aprel ayından 2022-ci ilin noyabr ayınadək olan çağırışlar üzrə çağırışçılardan rüşvət formasında əldə edilərək tərəfindən Təqsirləndirilən şəxs təqdim edilmiş pul vəsaitinin ümumi məbləği 250.000 manat təşkil etdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid82 ifadəsində həmin müddət komissiyanın baş həkimi vəzifəsində işlədiyini, rayon və şəhər həkimləri tərəfindən verilən aktlara baxılıb təsdiq edildiyini, verilmiş rəylərə sənəd əlavə edərək çağırışçılara möhlət verildiyini, komissiyada 9 həkim olduğunu, göz həkimi, travmatoloq və digər sahələr üzrə həkim olduğunu, hər bir çağırışçıdan 30 manat, 3 illik möhlətə görə 50 manat onlara pul verildiyini, pulu səfərbərlik xidmətinin işçisi Şahid76 verdiyini, komissiya zamanı Təqsirləndirilən şəxs onun yanında oturaraq kimlərə köməklik olmalı olmasını dediyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid77 ifadəsində Təqsirləndirilən şəxs daxili işlər orqanlarında xidmət etdiyi vaxtdan tanıdığını, Şərur rayon polis şöbəsində işləyərkən Təqsirləndirilən şəxs onun komandiri olduğunu, Şahid80 onun qardaşı oğlu olduğunu, Təqsirləndirilən şəxs Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olduğundan şəxsən onu tanıdığından Tufanı həmin quruma işə düzəltməyə fikirləşdiyini, 2022-ci ilin aprel ayında Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə getdiyini və Təqsirləndirilən şəxs qəbulunda olduğunu, qardaşı oğlu Şahid80 ali təhsilli olduğunu, orduda zabit kimin xidmət etdiyini və ehtiyata buraxıldığını, Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işləmək istədiyini bildirdiyini, Təqsirləndirilən şəxs ona “1 həftədən sonra qardaşının oğlunu gətirərsən mənim yanıma” məzmunlu sözlər dediyini, təxminən 1 həftə sonra onun Tufanla birlikdə Təqsirləndirilən şəxs qəbuluna getdiyini, Təqsirləndirilən şəxs onları qəbul edərək Tufanla söhbət etdiyini, daha sonra Tufan otaqdan çıxdığını, Təqsirləndirilən şəxs Şahid80 xidmətə qəbul etmək müqabilində ondan 17.000 manat məbləğində rüşvət istədiyini, onlar bir-iki ay ərzində Təqsirləndirilən şəxs Tufanın işə qəbul edilməsi müqabilində rüşvət formasında istədiyi 17.000 manat məbləğində pul vəsaitini topladıqlarını, 2022-ci ilin may ayının sonlarında Təqsirləndirilən şəxs qəbuluna getdiyini, xidməti otağında 17.000 manat pulu əlbəəl sonuncuya təqdim etdiyini, bir neçə gün sonra Təqsirləndirilən şəxs əmri ilə X25 Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsində zabit kimi xidmət etməyə başladığını göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid80 ifadəsində 2022-ci ilin təxminən aprel ayında Naxçıvan MR Səfərbərlik xidmətinə işə qəbul olunmaq üçün əmisi Şahid77lə birlikdə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin rəisi Təqsirləndirilən şəxs qəbulunda olduqlarını, əmisi Nofəl ilə Təqsirləndirilən şəxs arasında əvvəlcədən tanışlıq münasibətləri olduğunu, Təqsirləndirilən şəxs həmin vaxt onunla söhbət etdiyini, əmisi Nofəl Təqsirləndirilən şəxsla görüşdüyünü və əmisindən onun işə qəbul olunmağı üçün mal-heyvanlarını və pay torpaqlarını satdıqlarını rüşvət formasında 17.000 (on yeddi min) manat məbləğində pulu Təqsirləndirilən şəxs verdiklərini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid79 ifadəsində Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayının 27-də Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunduqdan sonra xidmətin rayon rəislərini eləcə də, mərkəzi aparatın şöbə rəislərinə, əsasən çağırış və qeydiyyat şöbə rəsilərinə 3 illik möhlət almış çağırışçılardan təkrar tibbi müayinə zamanı 3.000 manat, hərbi xidmətə getmədən hərbi bilet almaq istəyən çağırışçılardan 5.000 manat, 1 (bir) illik möhlət hüququ almaq istəyən çağırışçılardan 1.800 manat məbləğində rüşvət formasında pul vəsaitləri əldə edərək həmin vəsaitlərin özünə təqdim edilməsi barədə tapşırıq verdiyini, o, rəhbərliyin tapşırığı üzrə hərbi vəzifəlilərdən qeyd edilən məbləğlərdə pul vəsaitlərini toplayaraq Təqsirləndirilən şəxs təqdim etdiyini, hərbi vəzifəlilər xidmətin şəhər və rayon şöbələrinin hərbi-həkim komissiyası tərəfindən yoxlanışdan keçirilərkən barələrində dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmaları barədə qərar qəbul edilsə də, xidmət rəisi Təqsirləndirilən şəxs həmin hərbi vəzifəlilərdən rayon rəisləri tərəfindən pul alınmasından şübhə etdiyi üçün onları yenidən xidmətə dəvət edib pul verib-verməmələrini dəqiqləşdirdikdən sonra onları təkrar tibbi müayinəyə göndərəcəklərini bildirib onlardan ***-**** manat məbləğləri aralığında pul vəsaitlərini tələb edərək əldə etdiyini, bu yolla onun 2020-ci ilin aprel ayında başlayaraq 2022-ci ilin oktyabr ayı daxil olmaqla hər ay 7.000-8.000 manat məbləğində, ümumilikdə 250.000 manat məbləğində pul vəsaiti əldə edərək Təqsirləndirilən şəxs verdiyini, 2022-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs tərəfindən çağırışçılardan rüşvət formasında pul vəsaitlərinin alınmasının dayandırılması barədə göstəriş gəldiyini, həmin vaxtdan sonra çağırışçılardan rüşvət formasında pul vəsaitlərinin alınmasının dayandırıldığını göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid20 ifadəsində Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırıldığını, hərbi xidmətdən 3 illik möhlət hüququnun verilməsi üçün Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sədərək şöbəsinin rəisi Şahid50 xidməti otağında ona 3.000 (üç min) manat məbləğində pul verdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid123 ifadəsində təkrar tibbi müayinə zamanı böyrəyində kəskin duzlaşma diaqnozu qoyularaq hərbi xidmətdən yayınması üçün Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon şöbəsinin rəisi Şahid50 rüşvət formasında 1.500 manat məbəğində pul vəsaiti verdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid130 ifadəsində 2022-ci ilin avqust ayında Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırıldığını, hərbi xidmətdən 3 illik möhlət hüququnun verilməsi üçün həmin Xidmətin Sədərək rayon şöbəsinin rəisi Şahid50 rüşvət formasında 7.000 manat məbəğində pul vəsaiti verildiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid115 ifadəsində 2021-ci ildə həqiqi hərbi xidmətdən möhlət hüququnun alınması üçün atası Zülfüqar Məmmədhəsənov vasitəsi ilə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon şöbəsinin rəisi Şahid50 3.000 manat məbləğində pul verildiyini bildirdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində onun 2022-ci ilin sentyabr ayında Naxçıvan MR SHXÇDX-nin Sədərək rayon şöbəsi tərəfindən yoxlanışa çağırıldığını, səhhətində problem aşkar olmasına baxmayaraq, xidmətin işçisi Mərdan Amancayevə 3.000 manat pul vəsaiti verdiyini, sonuncu həmin pul vəsaitini Sədərək rayon şöbəsinin rəisi Şahid50 verdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid28 ifadəsində ali məktəbə sənəd verilməsi üçün atası Şahid29 Babək rayon səfərbərlik xidmətinin rəisi Şahid48la danışaraq 6 ay vaxt verilməsi üçün 1800 manat pul verdiyini göstərmişdir Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid75 ifadəsində Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsinin rəisi vəzifələrini icra etdiyi dövrdə ona Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Təqsirləndirilən şəxs tərəfindən 3 illik möhlət almış çağırışçılardan təkrar tibbi müayinə zamanı 3.000 manat, hərbi xidmətə getmədən hərbi bilet almaq istəyən çağırışçılardan 5.000 manat, 1 (bir) illik möhlət hüququ almaq istəyən çağırışçılardan 1.800 manat məbləğində rüşvət formasında pul vəsaiti tələb olunaraq sonuncuya çatdırılması barədə tapşırıq verildiyini, 25 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs onu xidməti otağına çağıraraq Kəngərli rayon şöbəsinin rəisi vəzifəsinin icrasını ona həvalə etdiyini, həmin dövrdən sonra onun Təqsirləndirilən şəxs tərəfindən ümumi qoyulmuş tələblərə əsasən, çağırışçılardan rüşvət formasında pul vəsaitləri əldə edilərək sonuncuya çatdırılmasını təmin etdiyini, o, 2021-ci ilin avqust ayında xidməti vəzifələrinin icrasına başladıqdan sonra həmin ilin oktyabr ayı üzrə çağırış da daxil olmaqla 2022-ci ilin oktyabr ayınadək olan müddət ərzində 5 çağırış dövründə hər rüb üzrə orta hesabla 10.000 manat olmaqla, ümumilikdə, 50.000 manat məbləğində pul vəsaitini çağırışçılardan toplayaraq Təqsirləndirilən şəxs verdiyini, Kəngərli rayonu Qıvraq qəsəbə sakini Şahid18 Müşviq oğluna 3 illik möhlət hüququnun verilməsi üçün Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsinin çağırış bölməsinin rəisi Şahid59 tərəfindən rüşvət formasında 2022-ci ilin iyul ayında 7.000 manat məbləğində pul vəsaiti əldə edilərək çağırışçıya möhlət hüququnun verilməsi təmin edildiyini, həmin çağırışçıdan Şahid59 vasitəsilə 7.000 manat məbləğində pul vəsaiti əldə edilərək tərəfindən Təqsirləndirilən şəxs çatdırıldığını, Təqsirləndirilən şəxs həmin pul vəsaitindən ona hər hansı məbləğdə pul vəsaiti vermədiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid34 ifadəsində Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi Təqsirləndirilən şəxsla atası Şahid23 dostluq münasibətləri olduğunu, atası onun həmin xidmətdə işlə təmin edilməsi ilə bağlı Təqsirləndirilən şəxs müraciət etdikdən sonra sonuncuya rüşvət formasında 4.000 (dörd min) manat məbləğində pul vəsaiti verdikdən sonra 16 aprel 2021ci il tarixdə xidmətin Babək rayon şöbəsində müfəttiş vəzifəsinə təyin edilərək xidmətə başladığını göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid23, Təqsirləndirilən şəxs keçmiş iş yoldaşı olduğunu, onunla həmişə səmimi münasibətinin olduğunu, Təqsirləndirilən şəxs Xidmətə rəis təyin olunduqdan sonra onun kabinetinə gedərək qızı Şahid34 işə götürməsini xahiş etdiyini, onunda sənədləri toplayıb gətirməsini bildirdiyini, sənədləri topladıqdan sonra Təqsirləndirilən şəxs xidməti otağına gedib sənədləri ona verdiyini, qızı Yeganənin Babək rayon xidmətində qeydiyyatçı kimi əmrini verdiyini, bunun müqabilində Təqsirləndirilən şəxs ondan 4000 min manat pul istədiyini, onunda həmin 4000 min manat pulu Təqsirləndirilən şəxs otağında ona verdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid38 ifadəsində Naxçıvan SHXÇDX-nin Babək rayon şöbəsinin təsərrüfat müdiri vəzifəsində işlədiyini, oğlu X24 ali təhsilli olsa da 2022-ci ilə qədər işsiz olduğunu, bu səbəbdən də o, oğluna iş tapmaq və onu Naxçıvan SHXÇDX-də işə düzəltmək üçün Babək rayon şöbəsinin rəisi Şahid48 müraciət etdiyini, Şahid48 onu qəbul edərək dinlədiyini və oğlunun işə qəbulu məsələsini Xidmət rəisi Təqsirləndirilən şəxsla danışacağını qeyd etdiyini, bundan bir müddət sonra Şahid48 Təqsirləndirilən şəxsla danışdığını, sonuncunun iş məsələsi ilə bağlı 10.000 manat istədiyini bildirdiyini, o, 400 manat maaş aldığından buna gücü çatmayacağını dediyindən, Şahid48 yenidən Təqsirləndirilən şəxsla danışdığını, növbəti görüşlərində Şahid48 Təqsirləndirilən şəxs yekun olaraq 8.000 manata razılaşdığını bildirdiyini, onun da bu məbləğlə razılaşdığını və Şahid48 bildirdiyini, bundan bir müddət sonra oğlu Arif Rəhimov Xidmətin Kadrlar şöbəsinin rəisi Orxan Mirzəliyev tərəfindən çağırıldığını və zəruri sənədlərin toplanması tapşırıldığını, sənədlər hazır edilərək təqdim edildikdən sonra, Şahid48 8000 manatın verilməsini istədiyini, bundan sonra o, Naxçıvanbankdan 5000 manat kredit götürdüyünü, 3000 manat dost-tanışdan borc tapdığını və ümumilikdə 8000 manat düzəltdiyini, 8000 manat pulu 2022-ci ilin may ayında aparıb xidməti otağında şəxsən əlbəəl Şahid48 təqdim etdiyini, bundan sonra xx.xx.2022-ci il tarixdə oğlu X31 Cəlilovun əmri ilə Xidmətin Naxçıvan şəhər idarəsinə müfəttiş vəzifəsinə təyin edildiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid33 ifadəsində Azərbaycan Respublikası SHXÇDX-nin Naxçıvan MR üzrə baş idarəsinin Babək rayon şöbəsində səfərbərlik hazırlığı, səfərbərlik bölməsinin zabiti vəzifəsində işlədiyini, 2020-ci ilin aprel ayında Təqsirləndirilən şəxs Naxçıvan MR SHXÇDX-nin rəisi təyin edildikdən sonra xidmətin Babək rayon şöbəsinə gələrək iclas keçirdiyini, hərbi xidmətə möhlət hüququnun verilməsi üçün 1800 manat, təkrar müayinə 3.000 (üç min) manat, hərbi biletin alınması üçün 5000 min manat pul vəsaitinin alınmasını və bunun rəhbərliyin göstərişi olduğunu bildirdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid116 ifadəsində 2022-ci ilin aprel ayında Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırıldığını, hərbi xidmətdən 3 illik möhlət hüququnun verilməsi üçün tanışı Rüfət Nuriyev vasitəsi ilə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Təqsirləndirilən şəxs rüşvət formasında 2.500 manat məbəğində pul vəsaiti verdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid32 ifadəsində 2020-ci ilin aprel ayında Təqsirləndirilən şəxs Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edildikdən sonra bir sıra işlər tamamilə dəyişildi, əvvəllər qanuni yolla həll olunan məsələlər artıq pulla həll olunduğunu, Təqsirləndirilən şəxs bununla əlaqədar tapşırıq verdiyini və yuxarının tapşırığı olduğunu dediyini, Babək rayon şöbəsində çağırış bölməsinin rəisi vəzifəsində xidmət edən zaman 6 aylıq və 1 illik möhlət hüququnun verilməsi üçün pul aldığını, həmin pulu Babək rayon Dövlət Xidmətinin rəisi Şahid48 göstərişi ilə aldığını, Şahid48da göstərişi Təqsirləndirilən şəxs verdiyini, vətəndaşlardan qısa müddətli möhlət üçün 1800 manat pul alaraq onların işlərini həll etdiklərini, xidmət etdiyi müddətdə təxminən 25 nəfər çağırışçıdan 1800 manat olmaqla ümumilikdə 45000 manat pulu alaraq onlara möhlət hüququ verdiyini, həmin pulu Şahid48, Şahid48 isə Təqsirləndirilən şəxs verdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid31 ifadəsində 2022-ci ilin may ayında Naxçıvan MR Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə düzəlmək üçün müraciət etdiyini, xidmətin kadrlar şöbəsinin əməkdaşı Orxan Mirzəliyevlə danışdığını, sənədləri düzəldib ona verdiyini, Orxan Mirzəliyev imtahanın vaxtın ona dediyini, imtahanı bitirdikdən sonra 2022-ci ilin iyul ayının 16-dan xidmət rəisinin köməkçisi Şahid47 xidmət rəisinin göstərişidir, bizim xidmətə işə qəbul olunmaq üçün 15000 manat pul verməlisən dediyini, onunda bankdan kredit götürərək Şahid47 kabinetində pulu ona verdiyini və Naxçıvan MR Səfərbərlik Xidmətinin Şahbuz rayon şöbəsində işə düzəldiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid22 ifadəsində universitet imtahanında iştirak etmək üçün Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon şöbəsi tərəfindən möhlət hüququnun verilməsi məqsədilə Babək rayon şöbəsinin adını xatırlamadığı əməkdaşına həmin xidmətin inzibati binasının birinci mərtəbəsində 1.800 manat məbləğində pul vəsaiti verdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid44 ifadəsində 2020-ci ildə həqiqi hərbi xidmətə çağırıldığını, hərbi xidmətdən 1 illik möhlət hüququnun alınması üçün Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Babək rayon şöbəsinin rəisi Şahid48 1.800 manat məbləğində pul verdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid18 Müşviq oğlu ifadəsində 2021-ci ildə onun Səfərbərlik və Hərbi Xidmət Üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsi tərəfindən hərbi xidmətə çağırıldığını qeyd edərək hərbi xidmətdən möhlət hüququ alması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisinin köməkçisi Əli adlı şəxsə Xidmətin inzibatı binasında 5.000 manat məbləğində pul verdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində 2020-ci ilin aprel ayında Təqsirləndirilən şəxs Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edildikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR üzrə rayon rəislərini, eləcə də Şərur rayonunun rəisi Şahid101 yanına çağıraraq toplantı təşkil etdiyini və həmin toplantı zamanı X17 Diviziyasında xidmət keçmək istəyən hərbi çağırışçılardan 1.000 manat, AR Daxili İşlər Nazirliyinin X4 MR üzrə N saylı hərbi hissəsində xidmət keçmək istəyən hərbi çağırışçılardan 1.500 manat, Naxçıvan MR Fövqaladə Hallar Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmət keçmək istəyən hərbi çağırışçılardan 1.500 manat məbləğlərində rüşvət formasında pul vəsaitləri əldə edilərək hərbi xidmətlərini qeyd edilən qoşun növlərində keçmələrinin təmin edilməsi barədə tapşırıq verdiyini, xidmətinin Şərur rayonu şöbəsinin çağırış bölməsinin rəisi vəzifəsində xidmət etdiyi dövrdə Təqsirləndirilən şəxs Şahid101 verdiyi tapşırıq üzrə sonuncunun göstərişi ilə X19 Diviziyasında xidmət keçmək istəyən hərbi çağırışçılardan 1.000 manat, AR Daxili İşlər Nazirliyinin X4 MR üzrə N saylı hərbi hissəsində xidmət keçmək istəyən hərbi çağırışçılardan 1.500 manat, Naxçıvan MR Fövqaladə Hallar Nazirliyinin N saylı hərbi hissəsində hərbi xidmət keçmək istəyən hərbi çağırışçılardan 1.500 manat məbləğlərində rüşvət formasında pul vəsaitləri əldə edərək həmin pul vəsaitlərini Şahid101 şəxsən özünə çatdırdığını, həmçinin həmin dövrdə hərbi xidmətdən 1 illik möhlət hüququ almaq istəyən hərbi çağırışçılardan 1.800 manat məbləğində pul vəsaiti əldə edilərək çağırışçılara 1 illik möhlət hüququnun verilməsi təmin edildiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid47 ifadəsində 2021-ci ilin aprel ayından Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin kadrlar və sənədlərlə iş şöbəsinin baş zabiti (xidmət rəisinin köməkçisi) vəzifəsinə təyin olunduğunu, onun Təqsirləndirilən şəxs göstərişi ilə Şahid31 Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmaq üçün 15000 (on beş min) manat məbləğində pul vəsaiti əldə etdiyini, Şahid31 2022-ci ilin yay aylarında kadrlar şöbəsində əlində pul yerləşdirilmiş bağlı vəziyyətdə olan sellofan torbanı ona verib həmin poketin Təqsirləndirilən şəxs çatacağını bildirdiyini, onun həmin sellefon torbanı sonuncudan götürüb Təqsirləndirilən şəxs xidməti otağına apardığını və Təqsirləndirilən şəxs təqdim edərək həmin poketin Şahid31 tərəfindən verildiyini dediyini, Təqsirləndirilən şəxs həmin torbanı ondan alıb masasının üzərinə qoyduqdan sonra otağı tərk etdiyini, Şahid36 2022-ci ilin yay aylarında xidmət yerini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan MR üzrə baş idarəsinin Ordubad rayon şöbəsindən Culfa rayon şöbəsinə dəyişmək üçün atası Şahid46 onun vasitəsilə Təqsirləndirilən şəxs 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti verdiyini, Şahid36 Naxçıvan şəhəri 3-cü mikrorayon ərazisində “Fərda şirniyyat” mağazasından bir qədər aşağıda görüşdüyünü, Şahid46 içərisində pul vəsaiti olan kağız zərfi ona təqdim edərək zərfin Təqsirləndirilən şəxs çatacağını dediyini, həmin zərfi götürdükdən bir gün sonra Təqsirləndirilən şəxs təqdim etdiyini və zərfin Şahid36 atası Şahid46 tərəfindən verildiyini dediyini, Təqsirləndirilən şəxs zərfi ondan aldığını və onun xidməti otağını tərk etdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində 2021-ci ilin 30 sentyabr tarixindən sonra oğlu Aşqinin 18 yaşı tamam olduğundan xidmətə çağrıldığını, Aqşinin “”Neftçi” futbol komandasında oynadığından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinə xidmətə getmək istəmədiyindən Şahid101 3 illik möhlət üçün 5500 manat pul verdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid81 ifadəsində 15 ildən artıqdır ki, Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsində dəri-zöhrəvi həkim kimi işlədiyini, Təqsirləndirilən şəxs Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis təyin olunduqdan sonra .öbənin əmıkdaşları çağırışçılara möhlət verilməsi üçün aktlarında dəri-zöhrəvi xəstəliyin maddəsini qoyduqlarını, həmin xəstəliyin aktlarda göstərilməsinə görə çağırışçılara möhlət verildiyini, çağırışçıların aktlarına həmin maddəni yazdığına görə 30 manat ona pul verildiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid104 ifadəsində 2022-ci ilin iyul ayında Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsində zabit vəzifəsinə işə qəbul olunması müqabilində xidmətin kadrlar şöbəsinin rəisi kapitan Orxan Mirzəliyev vasitəsi ilə xidmət rəisi Təqsirləndirilən şəxs 15.000 manat məbləğində pul verdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid98 ifadəsində 2022-ci ilin yaz aylarında Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon şöbəsinə zabit vəzifəsinə işə qəbul olunması üçün xidmətin kadrlar şöbəsinin rəisi kapitan Orxan Mirzəliyev vasitəsi ilə xidmət rəisi Təqsirləndirilən şəxs 15.000 manat məbləğində pul verdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində Naxçıvan MR Şərur rayonunda qeydiyyatda olan oğlu X5 həqiqi hərbi xidmətdən 3 illik möhlət hüququ alması müqabilində 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinin inzibati binasında şöbənin əməkdaşı Şahid11 şöbənin rəisi Şahid101 çatdırılması üçün 3.000 (üç min) manat rüşvət verdiyini, bundan sonra oğlu Aslan Məmmədova həqiqi hərbi xidmətdən 3 illik möhlət hüququ verildiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində 2020-ci ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakultəsini bitirdiyini, evli olduğunu, 3 övladı olduğunu, onun həqiqi hərbi xidmət keçmədiyini, 2009-cu ilin iyul ayında Çəmənli kənd tam orta məktəbini bitrdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsi tərəfindən müvafiq komissiyadan keçmək üçün çağırıldığını, həmin vaxt o, “böyrək çatışmazlığı” xəstəliyindən əziyyət çəkdiyi üçün hərbi həkim komissiyasının rəyi əsasında hərbi xidmətə yararsız hesab edildiyini və ona 3 illik möhlət hüququ verildiyini, bundan sonra ona müvafiq olaraq 2013, 2016 və 2019-cu illərdə də 3 (üç) illik möhlət hüququ verildiyini, 2022-ci ilin mart ayının sonlarında o, yoxlanışlardan keçmək üçün yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinə çağırıldığını, həmin vaxt oranın rəisi olan Şahid101 adlı şəxs öz xidməti otağında ona “sənə yenidən birdəfəlik, yəni 3 (üç) illik möhlət hüququ verilməsi üçün 3000 (üç min) manat pul verməlisən” məzmunlu sözlər dediyini, o, həmin vaxt 3000 (üç min) manatı verməyəcəyi təqdirdə ona hər hansısa problem yarana biləcəyini başa düşdüyünü, eyni zamanda ailəli olduğu üçün də hərbi xidmətə getmək istəmədiyini, beləliklə, onun 2022-ci ilin mart ayında 3000 (üç min) manat pulu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsində rəis olan Şahid101 xidməti otağında şəxsən əlbəəl təqdim etdiyini, Şahid101 həmin zərfi ondan aldığını və oturduğu masanın siyirməsini açaraq oraya qoyduğunu, təxminən 1 (bir) aydan sonra ona Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsindən hərbi biletin götürülməsi üçün zəng gəldiyini, sonradan onun hərbi biletini onlardan təhvil aldığını göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid16 ifadəsində həqiqi hərbi xidmətdən 3 illik möhlət hüququ alması müqabilində 2022-ci ilin mart ayında Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinin inzibati binasında şöbənin qeydiyyat üzrə zabiti Şahid11 vasitəsilə Şərur rayon şöbəsinin rəisi vəzifəsində xidmət etmiş Şahid101 3.000 (üç min) manat rüşvət verdiyini, bundan sonra ona həqiqi hərbi xidmətdən 3 illik möhlət hüququnun verilməsi təmin edildiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid112 ifadəsində 2021-ci ilin iyul ayında atası Məhərrəm Abbasov vasitəsilə həqiqi hərbi xidmətdən 1 illik möhlət hüququnun alınması üçün Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinin əməkdaşına 1.800 manat məbləğində pul verdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində 2021-ci ilin iyul ayında Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırıldığını, hərbi xidmətdən 3 illik möhlət hüququnun verilməsi üçün atası Sahib Zamanov tərəfindən Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon şöbəsinin rəisi Şahid50 rüşvət formasında 5.000 manat məbəğində pul vəsaiti verdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid87 ifadəsində 2022-ci ilin aprel ayında hərbi xidmətə çağrıldığını, xidmətini Naxçıvan şəhərində yerləşən N №-li hərbi hissədə keçirdiyini, bununla əlaqədar atasının kiməsə 1000 manat pul verdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid95 ifadəsində 2022-ci ilin iyul ayında atası Kamal Əhmədov vasitəsilə həqiqi hərbi xidmətdən 1 illik möhlət hüququnun alınması üçün Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinin adını xatırlamadığı əməkdaşına 1.800 manat məbləğində pul verdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid35 ifadəsində hərbi xidmətdən müvəqqəti möhlət hüququnun müddəti bitdiyi üçün 2022-ci ilin mart ayında Naxçıvan SHXÇDX-nin Şahbuz şöbəsindən ona çağırış vərəqəsi göndərildiyini, onun bundan sonra şöbəyə gedərək şöbə rəisi Şahid1 ilə görüşdüyünü, söhbət zamanı növbəti 3 il üçün möhlət hüququ almaq üçün yuxarıların, yəni Naxçıvan SHXÇDX-nin rəisi Təqsirləndirilən şəxs tapşırığı ilə 3000 manat pul verməli olduğunu bildirdiyini, onun da müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi üçün məcbur qalaraq Şahid1 dedikləri ilə razılaşdığını, bundan sonra növbəti gün hərbi xidmətdən möhlət almaq üçün 3.000 manat pulu xidməti otağında şəxsən əlbəəl Şahid1 təqdim etdiyini, bundan bir neçə günü sonra ona hərbi xidmətdən 3 illik möhlət hüququ verildiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid92 ifadəsində 2022-ci ilin iyul ayında həqiqi hərbi xidmətdən 1 illik möhlət hüququnun alınması üçün Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinin adını xatırlamadığı əməkdaşına 1.800 manat məbləğində pul verdiyini bildirdiyini və həmin şəxs pulun şöbə rəisi Şahid101 çatacağını bildirdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid103 ifadəsində 2022-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətdən 1 illik möhlət hüququnun alınması üçün Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinin rəisi Şahid101 2.000 manat məbləğində pul verdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid59 ifadəsində həqiqi hərbi xidmətdən 3 illik möhlət hüququnun alınması üçün Naxçıvan MR Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin əməkdaşına 2021-ci ildə 3.100 manat məbləğində pul vəsaiti verdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid109 ifadəsində 2021-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətdən 1 illik möhlət hüququnun alınması üçün atası Salman Cəfərov vasitəsi ilə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinin əməkdaşına 1.800 manat məbləğində pul verdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid96 ifadəsində 2022-ci ildə atası Mehman Əsədov vasitəsilə həqiqi hərbi xidmətdən 1 illik möhlət hüququnun alınması üçün Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinin adını xatırlamadığı əməkdaşına 1.800 manat məbləğində pul verdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid74 ifadəsində övladı Şahid90 işə düzəlmək üçün Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə müraciət etdiyini, onun həmin müraciətdən sonra 2022-ci ilin may ayında Xidmətin kadrlar şöbəsi tərəfindən 15.000 (on beş min) manat məbləğində pul tələb olunduğunu bildirdiyini, bir neçə gündən sonra həmin pul vəsaitini topladıqdan sonra Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rəisi Təqsirləndirilən şəxs xidmətin 2-ci mərtəbəsində yerləşən xidməti otağında 90 ədəd 100 manatlıq, 120 ədəd 50 manatlıq şəklində olmaqla, ümumilikdə 15.000 (on beş min) manat məbləğində pulu ona verdiyini və bundan sonra oğlu işə qəbul olduğunu göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid90 ifadəsində 2022-ci ilin may ayında Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsinə zabit vəzifəsinə işə qəbul olunması üçün atası Şahid74 vasitəsi ilə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Təqsirləndirilən şəxs 15.000 manat məbləğində pul verdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid110 ifadəsində 2021-ci ildə həqiqi hərbi xidmətdən 3 illik möhlət hüququnun alınması üçün Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinin rəisi Şahid101 3.000 manat məbləğində pul verdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid68 ifadəsində ağ ciyarında yaranmış xəstəliklə əlaqədar bir neçə dəfə xidmətdə möhlət verildiyini, sonuncu dəfə 2021-ci ilin may ayında Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Orduabad rayon şöbəsinin rəisi vəzifəsində xidmət etmiş Şahid4 3.000 manat məbləğində pul verdiyini, buna görədə 3 illik möhlət hüququnun verildiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid27 ifadəsində 2021-ci ildə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi üçün Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Culfa rayon şöbəsinin rəisi Vüsal adlı şəxsə 2.000 (iki min) manat pul vəsaiti verdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X10 ifadəsində 2022-ci ildə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsinin rəisi Şahid1 3.500 manat məbləğində pul vəsaiti verməklə “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” olmaqla ona 3 illik möhlət hüququ verildiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid26 ifadəsində 2020-ci ildə orta məktəbi bitirib ali məktəbə keçirilən imtahanlarda yüksək bal toplaya bilmədiyindən və təkrar hazırlaşdığı üçün atası Şahid37lə birlikdə Səfərbərlik Xidmətinin Babək rayon şöbəsinə getdiklərini, atasının Hafiz müəllimlə danışaraq ona 1800 manat pul verərək 6 ay müddətinə möhlət hüququ verildiyini və hazırda universitetə qəbul olunaraq 3-cü kursda təhsil aldığını göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid46 ifadəsində oğlu Şahid36 Naxçıvan MR SHXÇDX-nin Ordubad rayon şöbəsində baş məsul icraçı kimi işləməsinə baxmayaraq, ailə vəziyyəti ilə əlaqədar Culfa rayon şöbəsinə keçmək istədiyini, xidmətin Kadrlar şöbəsinin rəisi Elmar Məmmədli bu məsələnin həll olunması üçün Təqsirləndirilən şəxs 3500 manat pul istədiyini bildirdiyini, onun həmin məbləği Təqsirləndirilən şəxs çatdırması üçün Elmar Məmmədliyə verdiyini, bundan sonra onun oğlu Şahid36 Culfa rayon şöbəsində baş məsul icraçı vəzifəsinə təyin edildiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid65 ifadəsində hərbi xidmətdən birdəfəlik möhlət hüququnun verilməsi üçün 2021-ci ilin oktyabr ayında Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsinin rəisi vəzifəsində xidmət etmiş Şahid4 4.000 manat məbləğində pul vəsaiti verdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid69 ifadəsində 2022-ci ilin iyul ayında həqiqi hərbi xidmətdən 3 illik möhlət hüququnun alınması üçün Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsinin rəisi Şahid4 3.000 manat məbləğində pul verdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid37 ifadəsində 2020-ci ildə həqiqi hərbi xidmətdən 1 illik möhlət hüququnun alınması üçün atası Şahid26 vasitəsilə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon şöbəsinin rəisi Hafız Nəcəfova 1.800 manat məbləğində pul verdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid71 ifadəsində 2021-ci ilin iyun ayında müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağının yoxlanılması ilə bağlı Səfərbərlik və Hərbi Xidmət Üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsinə çağırıldığını, hərbi həkim komissiyasında yoxlanış zamanı dəri zöhrəvi xəstəliyi olduğu müəyyən edildiyini, bundan sonra o, həmin komissiyanın göndərişi ilə yoxlanış üçün Naxçıvan şəhəri X2 getdiyini, orada müayinə zamanı onda dəri zöhrəvi xəstəlik olması bir daha təsdiq olunduğunu, bundan sonra o, bütün sənədləri götürürək Səfərbərlik və Hərbi Xidmət Üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsinə qayıtdığını, 3-4 gün sonra Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsinin rəisi Vüqar adlı şəxsə həmin xidmətin inzibati binasının birinci mərtəbəsində yerləşən soldan birinci otaqda 3.000 (üç min) manat məbləğində pul vəsaiti verdiyini, bundan sonra ona müddətli həqiqi hərbi xidmətdən 3 il müddətinə möhlət hüququ verildiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid43 ifadəsində o, 2021-ci ildə Naxçıvan MR SHXÇDX-nin Culfa rayon şöbəsi tərəfindən yoxlanışa çağırıldığını, səhhətində problem aşkar olunmasına baxmayaraq, ona hərbi xidmətə göndəriləcəyi bildirildiyini, bundan sonra o, şöbənin zabiti Tahir adlı şəxsə hərbi xidmətdən möhlət hüququ alması üçün 2.500 manat pul verdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid73 ifadəsində müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamasının yoxlanılması ilə bağlı sonuncu dəfə 2022-ci ilin yanvar ayında yoxlanışdan keçdikdən sonra sağlam olduğunun müəyyən edildiyini bildirdiyini, bundan sonra o, Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsinin rəisi Vüqar adlı şəxsə xidməti otağında 3.000 (üç min) manat məbləğində pul vəsaiti verməklə hərbi xidmətdən möhlət hüququ almasını göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid67 ifadəsində 2021-ci ilin iyul ayında oğluna həqiqi hərbi xidmətdən 3 illik möhlət hüququnun alınması üçün Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsinin rəisi Şahid4 3.000 manat məbləğində pul verdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid124 ifadəsində 2022-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətdən 3 illik möhlət hüququnun alınması üçün atası Bəxtiyar Əsgərov vasitəsi ilə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsinin rəisi Şahid4 3.000 manat məbləğində pul verdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid89 ifadəsində 2007-2011ci illərdə Naxçıvan Özəl Universitetinin iqtisadiyyatın hüququn tənzimlənməsi ixtisasını bitirdiyini, təlim-tədris kurslarında iştirak etdiyini, Naxçıvan MR SHXÇDX-də işlədiyini, çağırışçıların tibbi komissiyasının keçirilməsinə nəzarət və çağırışçılara dair protokolların hazırlanmasına və digər sahələrə baxdığını, şöbə rəisi Şahid76 hər çağırış qurtardıqdan sonra 100 manat məbləğində pul verərək həmin pulu xidmət rəisi Təqsirləndirilən şəxs verdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid36 ifadəsində 2014-2022ci illərdə Naxçıvan SHXÇDX-nin Ordubad rayon şöbəsinin baş məsul icraçısı vəzifəsində xidmət etdiyini, ailəsi Culfa şəhərində yaşadığından dəfələrlə yerdəyişmə ilə bağlı müraciət etsə də müsbət nəticə əldə etmədiyini, 2022-ci ilin may ayının ortalarında atası Şahid46 Naxçıvan SHXÇDX-nin sabiq rəisi Təqsirləndirilən şəxs qəbulunda olduğunu və onun xidmət yerinin dəyişdirilməsini xahiş etdiyini, Təqsirləndirilən şəxs atasının xahişini nəzərə alacağını bildirdiyini və bu məsələni Kadrlar şöbəsinin əməkdaşı Elmar Məmmədliyə həvalə etdiyini, Elmar Məmmədli də Təqsirləndirilən şəxs adından onun xidmət yerinin dəyişdirilməsi üçün 3500 manat pul istədiyini, atası Şahid46 da məcbur qalaraq 2022-ci ilin may ayının sonlarında həmin 3500 manat pulu aparıb Elmar Məmmədliyə çatdırdığını, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs əmri ilə o, Xidmətin Culfa rayon şöbəsinə təyin edildiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid45 ifadəsində 20 iyun 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon şöbəsinin kadrlar və sənədlərin qeydiyyatı bölməsində kadrlar və şəxsi heyətlə iş üzrə zabit vəzifəsində xidməti fəaliyyətinə başladığını, 2020-ci ilin aprel ayında Culfa rayon şöbəsinin çağırış bölməsinin rəisi vəzifəsinə təyin olunduğunu 2020-ci ilin aprel ayında Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə Təqsirləndirilən şəxs təyin edildiyini, Təqsirləndirilən şəxs Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon rəislərini, eləcə də Culfa rayonunun rəisi Şahid2 çağıraraq iclas təşkil etdiyini, iclas zamanı onun bütün rayon rəislərinə 3 illik möhlət almış çağırışçılardan təkrar tibbi müayinə zamanı 3.000 manat, hərbi xidmətə getmədən hərbi bilet almaq istəyən çağırışçılardan 5.000 manat, 1 (bir) illik möhlət hüququ almaq istəyən çağırışçılardan 1.800 manat məbləğində rüşvət formasında pul vəsaitləri əldə edərək həmin vəsaitləri ona təqdim etmələri barədə tapşırıq verdiyini, onun bu tapşırıqdan sonra çağırışçılardan qeyd edilən məbləğlərdə pul vəsaitləri toplayaraq Şahid2 təqdim etdiyini, sonuncu öz növbəsində həmin vəsaitləri Təqsirləndirilən şəxs çatdırdığını göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid91 ifadəsində 2022-ci ilin may ayında Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsinə zabit vəzifəsinə işə qəbul olunması üçün Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Təqsirləndirilən şəxs 15.000 manat məbləğində pul verdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid117 ifadəsində hərbi xidmətdən möhlət hüququnun verilməsi üçün dayısı Ramin Quliyev vasitəsi ilə Naxçıvan MR Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin əməkdaşına 2.000 manat məbləğində pul vəsaiti verdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi siyahı üzrə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və olan, habelə təkrar tibbi müayinəyə yönəldilən çağırışçılardan rüşvət formasında ümumilikdə 179.000 (bir yüz yetmiş doqquz min) manat məbləğində rüşvət alınması barədə faktları təsdiq etdiyini, Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayında Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olduğunu, 2020-ci ilin aprel ayında olan çağırış daxil olmaqla, 2022-ci ilin oktyabr ayınadək olan çağırışlar üzrə tərəfindən Təqsirləndirilən şəxs çatdırılmış vəsaitin ümumi məbləği 179.000 manat təşkil etdiyini, 2022-ci ilin oktyabr ayından sonra Təqsirləndirilən şəxs tərəfindən çağırışçılardan rüşvət formasında pul vəsaitlərinin alınmasının dayandırılması barədə göstəriş gəldiyini, qeyd edilən vəsaitin 10 faizi, yəni 17.900 manatı sonradan Təqsirləndirilən şəxs tərəfindən ona verildiyini, həmçinin həmin vəsaitdən 12.600 manat hərbi həkim komissiyasının üzvlərinə verildiyini, qeyd edilən vəsaitlər çıxıldıqdan sonra Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və olan, habelə təkrar tibbi müayinəyə yönəldilən çağırışçılardan rüşvət formasında əldə edilərək Təqsirləndirilən şəxs çatan vəsaitin ümumi məbləği 148.500 manat təşkil etdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid111 ifadəsində 2021-ci ilin oktyabr ayında atası Əfqan Heydərov vasitəsilə həqiqi hərbi xidmətdən 3 illik möhlət hüququnun alınması üçün Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinin əməkdaşına 6.000 manat məbləğində pul verdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində oğlu Şahid14 2020-ci ildə ali məktəbə qəbul imtahanlarında fərqlənmədiyindən, lakin imtahanlara təkrar hazırlaşmağa başladığını görüb Səfərbərlik Xidmətinin Şərur rayon şöbəsinə gedərək oranın rəisi Şahid101la danışdığını, Şahid101 1800 manat pul verib 1 il müddətinə möhlət hüququ verildiyini, bundan sonra oğlu Ümüdün universitetə qəbul olunduğunu və haliyədə 4-cü kursda təhsil aldığını göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində 2021-ci ildə universitetə qəbul imtahanında iştirak etmək məqsədilə hərbi xidmətdən 1 illik möhlət hüququnun alınması üçün atası Şahid13 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinin rəisi Şahid101la görüşərək sonuncunun xidməti otağında ona 1.800 manat məbləğində pul vəsaiti verdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid57 ifadəsində hərbi xidmətə yararsız olmasına baxmayaraq, hərbi xidmətdən 3 illik möhlət hüququ alması müqabilində Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı Şahid79 500 (beş yüz) manat məbləğində pul vəsaiti verdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid100 ifadəsində 2022-ci ilin may ayında Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinə müfəttiş vəzifəsinə işə qəbul olunması müqabilində atası Şahid38 vasitəsi ilə xidmətin Babək rayon şöbəsinin rəisi Şahid48 8.000 manat məbləğində pul verildiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid55 ifadəsində 2020-ci ildə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həkim tibbikomissiyasından keçərkən həkimlər tərəfindən ona xidmətə yararlı olması barədə rəy verildiyini, lakin səhhətində olan “Hepatet B” virusu ilə əlaqədar hərbi həkim komissiyasının rəyindən şikayət etdikdən sonra Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinin Cəfər adlı əməkdaşı tərəfindən dəvət edildiyini ona səhhətində olan problemi bildirdikdən sonra sonuncunun xidmət rəisi Təqsirləndirilən şəxs qəbuluna gedərək geri qayıtdıqda hərbi xidmətdən möhlət hüququnun verilməsi üçün sonuncu tərəfindən 2.500 manat məbləğində pul tələb edildiyini, onun 2.500 manat məbləğində pul vəsaitini toplayaraq Təqsirləndirilən şəxs köməkçisi Əli adlı şəxsə təqdim etdiyini, bundan sonra ona hərbi xidmətdən 3 illik möhlət hüququ verildiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid86 ifadəsində X27 bürosunda müavin vəzifəsində çalışdığını, hərbi xidmətə 2022-ci ilin iyul ayında olan çağırış üzrə Şərur rayon hərbi komissarlığından çağırıldığını, hərbi xidmətini AR Daxili İşlər Nazirliyinin X1 N saylı hərbi hissəsinin Şərur rayonu taborunda keçdiyini, onun hərbi xidmətini qeyd edilən hərbi hissədə keçməsi üçün atası, Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinin çağırış bölməsinin rəisi Şahid8 2022-ci ilin iyun ayının əvvəllərində şəxsi maaşınında 1.500 manat məbləğində pul verdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid41 ifadəsində nəvəsi İmranın 13 iyul 2021-ci il tarixdə 18 yaşı tamam olduğu üçün Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Babək rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırıldığını, nəvəsinin təhsili ilə əlaqədar hərbi xidmətdən 1 illik möhlət hüququnun alınması üçün Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Babək rayon şöbəsinin rəisi Hafiz müəllimlə görüşərək 1.800 (bir min səkkiz yüz) manat məbləğində pul vəsaitini sonuncunun xidməti otağında ona verdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid94 ifadəsində 2021-ci ilin iyun ayında həqiqi hərbi xidmətdən 1 illik möhlət hüququnun alınması üçün Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon şöbəsinin adını xatırlamadığı əməkdaşına 1800 manat, 2022-ci ilidə həqiqi hərbi xidmətdən 1 illik möhlət hüququnun alınması üçün Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon şöbəsinin adını xatırlamadığı həmin əməkdaşına 1.800 manat məbləğində pul verdiyini bildirdiyini, pulu verdiyi şəxs pulların Babək şöbəsinin rəisi Hafis müəllimə çatacağını dediyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid72 ifadəsində 2021-ci ilin yanvar ayında Səfərbərlik Xidmətinin Ordubad rayon şöbəsinə çağrıldığını, dəri zöhrəvi xəstəliyinin olduğunu, Naxçıvan şəhərinə X2 göndərildiyini, Ordubad rayon şöbəsinin rəisi ondan 1800 manat pul alıb 3 il müddətinə möhlət hüququ verdiyini, 2024-cü ilin yanvar ayında yenidən Səfərbərlik Xidmətinin Ordubad rayon şöbəsinə çağırılaraq yoxlanışlardan keçirilib 1800 manat pul alınaraq 3 il müddətinə möhlət hüququ verildiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid40 ifadəsində həqiqi hərbi xidmətdən 3 illik möhlət hüququ alması müqabilində Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı Şahid79 500 (beş yüz) manat məbləğində pul vəsaiti verdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid42 ifadəsində 2022-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Culfa rayon şöbəsinin rəisi Vüsala 1.600 (bir min altı yüz) manat məbləğində pul vəsaiti verməklə xəstə olduğundan hərbi xidmətdən 3 illik möhlət hüququ aldığını göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid121 ifadəsində 2020-ci ildə həqiqi hərbi xidmətə çağırıldığını, tibbi müayinələr zamanı həkimlər tərəfindən ona mədəaltı vəzin xroniki iltihabı və öddə polip diaqnozu qoyulduğunu, buna baxmayaraq Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəisinin rəhbərliyin göstərişi ilə ondan 3.000 manat məbləğində pul istəyərək aldığını göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid53 ifadəsində 2020-ci ildə hərbi xidmətə çağrıldığını, lakin universitetə qəbul olmaq üçün imtahan vermək istəməsi səbəbi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsindən möhlət hüququ alması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin binasının qarşısında idarənin rəisinə 1.800 manat məbləğində pul verdiyini və ona 1 il müddətinə möhlət hüququ verildiyini qeyd etdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid51 ifadəsində oğlu, Şahid86 2001-ci il təvəllüdlü olduğunu, X23 Məlumat bürosunda müavin vəzifəsində çalışdığını, Toğrul hərbi xidmətə 2022-ci ilin iyul ayında olan çağırış üzrə Şərur rayon hərbi komissarlığından çağırıldığını, o, hərbi xidmətini AR Daxili İşlər Nazirliyinin X1 N saylı hərbi hissəsinin Şərur rayonu taborunda keçdiyini, oğlunun hərbi xidmətini qeyd edilən hərbi hissədə keçməsi üçün Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinin çağırış bölməsinin rəisi Şahid8 1.500 manat məbləğində pul verdiyini, pul vəsaitini 2022-ci ilin iyun ayının əvvəllərində şəxsi maşınında Şahid8 təqdim etdiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid63 ifadəsində Naxçıvan Dövlət Universitetində oxuduğu zaman müəyyən fənlər üzrə kəsrləri yarandığı üçün 2020ci ildə qeydiyyatda olduğu Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsi tərəfindən hərbi xidmətə çağırıldığını bildirdiyini, həmin dövrdə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin adını xatırlamadığı əməkdaşına hərbi xidmətdən 1 illik möhlət hüququnun verilməsi üçün Naxçıvan şəhər idarəsinin inzibati binasının 1-ci mərtəbəsində yerləşən xidməti otaqda həmin əməkdaşa 2.000 (iki min) manat məbləğində pul verdiyini və ona 1 illik möhlət hüququ verildiyini göstərmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid70 ifadəsində 2021-ci ilin iyun ayında müddətli həqiqi hərbi xidmətə yararlı olub-olmamağının yoxlanılması ilə bağlı Səfərbərlik və Hərbi Xidmət Üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsinə çağrıldığını, orada olarkən Səfərbərlik və Hərbi Xidmət Üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsinin adını xatırlamadığı əməkdaşına həmin xidmətin inzibati binasının birinci mərtəbəsində sağdan birinci otaqda 2.000 (iki min) manat pul vəsaitini verdiyini, bunun müqabilində ona müddətli həqiqi hərbi xidmətə getməməsi ilə bağlı 3 il müddətinə möhlət hüququ verildiyini göstərmişdir. Məhkəmə iclasına üzrlü səbəbdən gəlməyən Şahid19 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunaraq tədqiq edildi, o istintaq orqanına vermiş olduğu ifadəsində 2020-ci ildə ali təhsili başa vurduqdan sonra Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsi tərəfindən hərbi xidmətə çağrıldığını, lakin səhhətində problemlər olduğundan hərbi xidmətə getmək istəmədiyi üçün Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı Şahid76 3 illik möhlət hüququnun verilməsinə köməklik etməsini xahiş etdiyini bildirdiyini, Şahid76 Təqsirləndirilən şəxsla danışdıqdan sonra Şahid19 3 illik möhlət hüququnun verilməsi üçün ondan 5.000 (beş min) manat məbləğində pul istədiyini, o, bir gün sonra 5.000 (beş min) manat məbləğində pul vəsaitini Naxçıvan şəhərində yerləşən “57” adlanan ərazidə Şahid76 çatdırdığını və hərbi həkim komissiyasından keçdikdən sonra ona 3 illik möhlət hüququnun verilməsi təmin edildiyini göstərmişdir. Məhkəmə iclasına üzrlü səbəbdən gəlməyən Şahid93 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunaraq tədqiq edildi, o istintaq orqanına vermiş olduğu ifadəsində 2020-ci ildə həqiqi hərbi xidmətdən 3 illik möhlət hüququnun alınması üçün Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı Şahid79 2.000 manat məbləğində pul verdiyini bildirmişdir. Məhkəmə iclasına üzrlü səbəbdən gəlməyən Şahid125 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunaraq tədqiq edildi, o istintaq orqanına vermiş olduğu ifadəsində 2022-ci ilin aprel ayında müddətli həqiqi hərbi xidmətdən 1 illik möhlət hüququnun alınması üçün Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəisi Şahid3 1.800 manat məbləğində pul verdiyini bildirmişdir. Məhkəmə iclasına üzrlü səbəbdən gəlməyən Şahid120 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunaraq tədqiq edildi, o istintaq orqanına vermiş olduğu ifadəsində gözündə retina yırtığı olduğu halda 2022-ci ildə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsi tərəfindən hərbi xidmətə çağırıldığını, hərbi xidmətə yararsız olduğu halda hərbi xidmətdən 3 illik möhlət hüququnun verilməsi üçün Naxçıvan şəhər şöbəsinin rəisinə 1.800 manat məbləğində pul vəsaiti verdiyini bildirmişdir. Məhkəmə iclasına üzrlü səbəbdən gəlməyən Şahid108 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunaraq tədqiq edildi, o istintaq orqanına vermiş olduğu ifadəsində 2021-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətdən 1 illik möhlət hüququnun alınması üçün babası Hüseynqulu Həsənov vasitəsi ilə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon şöbəsinin rəisi Şahid48 1.800 manat məbləğində pul verdiyini bildirmişdir. Cinayət işi üzrə Şahid25 xx.xx.2024-cü il tarixli teleqramla məhkəməyə müraciət edərək Türkiyə Respublikasına müalicəyə getdiyinə görə istintaqa verdiyi izahatını təsdiq etməsini, Şahid24 10 yanvar 2025-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək xəstəliyi ilə əlaqədar məhkəməyə gələ bilmədiyini ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini göstərmişdir, Şahid97 xx.xx.2025-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etməsini, hal-hazırda xəstə olduğu üçün müalicə aldığını, Şahid49 xx.xx.2025-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək səhhətilə əlaqədar məhkəmədə iştirak edə bilmədiyini, hal-hazırda müalicəsi ilə əlaqədar Bakı şəhərində olduğunu, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsini, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini, Şahid11 xx.xx.2025-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək səhhətilə əlaqədar Bakı şəhərində müalicə aldığı üçün xx.xx.2025-ci il tarixdə məhkəmədə şahid qismində iştirak edə bilməyəcəyini, ibtidai istintaqda verdiyi izahatının düzgünlüyünü və əlavəsi olmadığını, ibtidai istintaqda verdiyi izahatının əsas götürülməsini, Şahid127 xx.xx.2025-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs cinayət işi üzrə şahid qismində tanındığını, məhkəmə prosesində səhhətilə bağlı iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməsini və onun iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini, Şahid17 xx.xx.2025-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək 1- 1(092)-5/2025 saylı iş üzrə 04 fevral 2025-ci il tarixdə təyin edilmiş məhkəmə iclasında səhətilə əlaqədar iştirak edə bilməyəcəyini, şahid qismində verdiyi ifadəsini təsdiqlədiyinin nəzərə alınmasını, Şahid129 xx.xx.2025-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə şahid qismində tanındığını, səhətilə bağlı üzrlü səbəbdən məhkəməyə gələ bilmədiyini, ibtidai istintaq dövrü verdiyi ifadəni təsdiq etməsini, məhkəmə baxışı iclaslarını onun iştirakı olmadan keçirilməsini, Şahid113 xx.xx.2025-ci il tarixdə məhkəmənin ünvanına daxil olmuş Notariat ofisində təsdiqlənmiş xx.xx.2025-ci il tarixli ərizəsində ibtidai istintaq orqanına vermiş olduğu ifadəsini təsdiq etdiyini, xx.xx.2025-ci ildə keçirilməli olan məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə və işə baxılmasına etiraz etməməsini, Şahid83 Mühit oğlu xx.xx.2025-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət işiylə əlaqədar məhkəməyə şahid qismində iştirak etməyə çağırıldığını, ancaq hal-hazırda Bakı şəhərində kurs təlimlərində iştirak etdiyinə görə gələ bilməyəcəyini, verdiyi ifadənin düzgün qəbul edilməsini, şahid X18 xx.xx.2025-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixə saat 10:30-a təyin edilmiş məhkəmə prosesində səhhətilə bağlı iştirak edə bilməyəcəyini, məhkəmə iclasını onsuz keçirilməsini, Şahid66 xx.xx.2025-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs cinayət işinin xx.xx.2025-ci tarixə saat 10:30-da keçiriləcək məhkəmə iclasına şahid qismində çağırıldığını, qeyd olunan tarixdə məhkəmə iclasında ailə vəziyyəti ilə əlaqədar üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməsini, müraciətinin nəzərə alınmasını, Şahid85 xx.xx.2025-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə şahid qismində tanındığını, Bakı şəhərində yaşadığından və səhhətilə əlaqədar üzrlü səbəbdən məhkəməyə gələ bilmədiyini, istintaq dövrü verdiyi ifadəsini təsdiq etməsini, onun iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini, Şahid126 anası xx.xx.2025-ci il tarixli məktub ilə məhkəməyə müraciət edərək Şahid126 anası olaraq məktubu qəbul etdiyini və Şahid126 ölkə xaricində olduğu üçün ona zəng edib məlumat verdiyini, o, Təqsirləndirilən şəxs tanımadığını və 09 aprel 2025-ci ildə keçiriləcək məhkəmə baxışı iclasında şahid qismində iştirak edə bilməyəcəyini, nəzərə alınmasını, Şahid84 xx.xx.2025-ci il tarixdə telefon məlumatı ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə şahid qismində məhkəməyə çağrıldığını, lakin Sumqayıt şəhərində zavodda işlədiyindən işi ilə əlaqədar heç bir yerə çıxa bilmədiyini, işdən icazə ala bilmədiyini, həftənin hər günü işdə olduğunu, bazar günündən başqa vaxtı olmadığını, bu səbəbdən də məhkəməyə gələ bilmədiyini və teleqramda vura bilməməsi barədə məlumat verərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və onun iştirakı olmadan məhkəmə baxışı iclaslarının keçirilməsini xahiş etmişdirlər. Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən xx.xx.2025-ci il tarixdə daxil olmuş arayışa əsasən Şahid128 ünvan 1 ünvanda yaşamadığı və arayışa qoşulmuş tələbə arayışından da məlum olur ki, Şahid128 hal hazırda Türkiyə Respublikasında Doktoranturada təhsil aldığı və tələbə olduğu göstərilmişdir. Naxçıvan MR Babək Rayon İcra Hakimiyyəti Şəkərabad kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdən Naxçıvan MR Hərbi Məhkəməsinin ünvanına daxil olmuş 28 aprel 2025-ci il tarixli,172 №-li arayışa əsasən Şahid30 Babək rayon Şəkərabad kəndində pasport qeydiyyatında durmadığı və yaşamadığı göstərilmişdir. Şahid88 xx.xx.2025-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixə təyin olunmuş məhkəmə iclasında anasının səhhətilə əlaqədar Bakı şəhərində olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, şahidlər Şahid25, Şahid24, Şahid97, Şahid49, Şahid11, Şahid127, Şahid17, Şahid129, Şahid113, Şahid83 Mühit oğlunun, X6, Şahid66, Şahid85, Şahid126, Şahid84, Şahid128, Şahid30 və Şahid88 məhkəmə iclasına gəlməsini istisna edən halı üzrlü səbəb hesab edərək, onların iştirakı olmadan məhkəmə baxışı iclaslarının keçirilməsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən mümkün hesab etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Plenum qərarının tövsiyyəsinə görə şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə şahidlərin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olur ki, onlar CPM-nin 329-cu maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmçinin qeyd olunan Plenum qərarında şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər CPM-nin yuxarıda qeyd olunan maddəsi ilə yanaşı insan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması tövsiyyəsilə edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı hər hansı bir cinayət törətmədiyi barədə vermiş olduğu ifadələrə tənqidi yanaşır. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddə ilə təqsirli bidiyini, digər maddələrlə təqsirli bilmədiyini, onun rüşvət almadığını, rüşvət verdiyini, polkovnik rütbəsini və “usta” məharəti dərəcəsini Ali Məclis tərəfindən deyildiyindən özü tərəfindən əmrləşdirdiyi kimi ifadələri, həmçinin məhkəmə iclasında şahid qismində ifadə vermiş Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəisi Şahid3 ifadəsində 2020-ci ilin aprel ayında olan çağırış daxil olmaqla 2022ci ilin oktyabr ayınadək olan çağırışlar üzrə tərəfindən Təqsirləndirilən şəxs 620.000 manat pul verdiyini, həmin xidmətin Şahbuz rayon şöbəsinin rəisi Şahid1 ifadəsində 2020-ci ilin aprel ayında olan çağırış daxil olmaqla 2022-ci ilin oktyabr ayınadək olan çağırışlar üzrə tərəfindən Təqsirləndirilən şəxs 116.000 manat pul verdiyini, həmin xidmətin Babək rayon şöbəsinin rəisi Şahid48 ifadəsində hərbi xidmətə çağırışla bağlı qeyd olunan müddət ərzində xidmətin rəisi Təqsirləndirilən şəxs 500.100 (beş yüz min yüz) manat rüşvət formasında pul verdiyini, xidmətin Sədərək rayon şöbəsinin rəisi Şahid50 ifadəsində 2020ci ilin iyul çağırışından 2022-ci ilin oktyabr ayınadək olan müddət ərzində çağırışçılardan ümumilikdə 132.000 manat xidmətin rəisi Təqsirləndirilən şəxs rüşvət formasında verdiyini, həmin xidmətin Ordubad rayon şöbəsinin rəisi Şahid4 ifadəsində 2020-ci ilin aprel ayından 2022-ci ilin oktyabr ayınadək Ordubad rayon üzrə müddətli həqiqi hərbi xidmət çağırışçılarından rüşvət formasında Təqsirləndirilən şəxs 410.000 min manat verdiyini, həmin xidmətin Şərur rayon şöbəsinin rəisi Şahid101 ifadəsində xidmət zamanı çağrışçılardan 390.810 (üç yüz doxsan min səkkiz yüz on) manat məbləğində pul əldə edilərək tərəfindən Təqsirləndirilən şəxs kabinetdə ona çatdırıldığını, həmin xidmətin Culfa rayon şöbəsinin rəisi Şahid2 ifadəsində 2020-ci ilin aprel ayında olan çağırış daxil olmaqla, 2022-ci ilin oktyabr ayınadək olan çağırışlar üzrə tərəfindən Təqsirləndirilən şəxs 179.000 manat rüşvət formasında pul verdiyini, Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Şahid76 ifadəsində 2020-ci ilin aprel ayından 2022-ci ilin noyabr ayınadək olan çağırışlar üzrə çağırışçılardan rüşvət formasında əldə edilərək tərəfindən Təqsirləndirilən şəxs təqdim edilmiş pul vəsaitinin ümumi məbləği 250.000 manat verdiyini, həmçinin iş üzrə digər şahidlər də Təqsirləndirilən şəxs müxtəlif məbləğlərdə işə düzəltmək üçün, müəyyən müddətə möhlət verilməsi üçün, təkrar həkim komissiyasından keçmək və yaxud hərbi biletin alınması üçün müxtəlif miqdarlarda rüşvət alması şahid ifadələri ilə yanaşı, məhkəmə iclasında araşdırılaraq tədqiq edilmiş sübutlarla yanaşı Təqsirləndirilən şəxs istintaq orqanına vermiş olduğu, istintaq orqanına və məhkəmə araşdırması zamanı ifadəsində şəxsən özü tərəfindən tərtib olunaraq yazıldığını göstərmiş “Qeydiyyat dəftəri”ndə göstərilmiş siyahı ilə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən digər sənədləri də sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 və oğlu Şahid7 ifadələrində 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətdən 1 illik möhlət hüququ alması müqabilində atası Şahid6 vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinin inzibati binasında ona 2.200 (iki min iki yüz) manat rüşvət verdiyini, Şahid7 həqiqi hərbi xidmətdən 1 illik möhlət hüququ verilməsini göstərmişlər. Şahidlər Şahid6 və oğlu Şahid7 ifadələrində 2020-ci ilin yanvar ayında möhlət verilməsi üçün verilmiş pul Təqsirləndirilən şəxs xidmət müddətinə aid olmadığından müdafiəçinin vəsatəti əsasında sübutlar siyahısından protokol qaydasında qərarla xaric edilmişdir. Dövlət ittihamçısı çıxışında İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə baxışı iclasına şahid qismində dəvət olunmalarına baxmayaraq məhkəmə iclasına gəlməyən şahidlər Şahid21, Şahid52, Şahid54, Şahid60, Şahid61, Şahid62, X20, Şahid105, Şahid106, Şahid107, Şahid114, Şahid118, Şahid122 və Şahid131 məhkəmə baxışı iclaslarına gəlməyərək ibtidai istintaq zamanı verdikləri ifadələrilə bağlı münasibətləri olmadığından həmin şəxslərin istintaq orqanına vermiş olduqları ifadələri sübutlar siyahısından xaric edilməsini təklif etdiyini göstərmişdir. Məhkəmə dövlət ittihamçısının təklifini və digər tərəflərin çıxışlarındakı qeyd olunan məhkəmə iclasına gəlməyən şahidlərlə bağlı qeyd etdiklərini dinləyərək şahidlər Şahid21, Şahid52, Şahid54, Şahid60, Şahid61, Şahid62, X20, Şahid105, Şahid106, Şahid107, Şahid114, Şahid118, Şahid122 və Şahid131 sübutlar siyahısından xaric edilsin. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin 8-ci cildinin 22-79-cu vərəqələrindən görünür ki, Cəlilov X14 Muxtar Respublikası Ali Məclisinin sədrinin 27 aprel 2020-ci il tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edildikdən sonra, yəni 28 aprel 2020-ci il tarixli 07 nömrəli əmrlə özü-özünə “polkovnik” hərbi rütbəsi, eyni zamanda 12 may 2020-ci il tarixli əmrlə özü-özünə “usta” məharəti dərəcəsi vermişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əssnamə”nin 5.3-cü bəndinə əsasən, Xidmətin hərbi qulluqçuları “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunlarına, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinə və digər qanunvericilik aktlarına müvafiq olaraq hərbi xidmət keçir, Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquq və imtiyazlardan istifadə edirlər. Həmin Əsasnamənin 5.1-ci bəndinə (xx.xx.2023-cü il tarixədək olan variantda) müvafiq olaraq Xidmətin aparatı, Xidmətin strukturuna daxil olan qurumlar, (hüquqi şəxslər, təşkilatlar və.s) habelə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vahid sistemini təşkil edir. Əsasnamənin 5.6.16-ci bəndinə əsasən Xidmətin hərbi qulluqçularına polkovnik və 1-ci dərəcəli kapitan rütbəsi də daxil olmaqla hərbi rütbələr, habelə ilk zabit rütbəsi, vaxtından əvvəl və növbədənkənar hərbi rütbələr Səfərbərlik və Hərbi Xidmətə çağırış Üzrə Dövlət Xidmətinin rəisi tərəfindən verilir. Cəlilov X14 Muxtar Respublikası Ali Məclisinin sədrinin 27 aprel 2020-ci il tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilməmişdən öncə “polis polkovnik-leytenantı” xüsusi rütbəsini daşımışdır. Azərbaycan Respublikası Prezidenitinin 2021-ci il 21 iyun tarixli 1371 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası”na əlavəyə əsasən, “polis polkovnik-leytenantı” xüsusi rütbəsi, “polkovnik-leytenant” hərbi rütbəsinə uyğunlaşdırılmışdır. Cinayət işinin materiallarından, habelə Təqsirləndirilən şəxs şəxsi işindəki sənədlərdən görünür ki, Səfərbərlik və Hərbi Xidmətə çağırış Üzrə Dövlət Xidmətinin rəisinin Təqsirləndirilən şəxs “polkovnik” hərbi rütbəsi verməsinə dair hər hansı əmri olmadığı görünür. Cinayət işinin 8-ci cildinin 103a-103b vərəqələrinə əlavə edilmiş, 31 oktyabr 2024-cü ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsindən daxil olmuş hərbi vəzifəlilərin şəxsi işlərindəki sənədlərə keçirilmiş baxışdan görünür ki, AR vətəndaşı 29 noyabr 1984-cü il təvəllüdlü Şahid36 Naxçıvan MR Culfa rayonunda anadan olmuşdur. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisi polkovnik Təqsirləndirilən şəxs 2022-ci il 27 may tarixli 10 nömrəli əmri ilə Şahid36 Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin baş məsul icraçısı vəzifəsinə təyin edilmişdir. Şahid90 Naxçıvan MR Ordubad rayonunda anadan olmuşdur. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisi polkovnik Təqsirləndirilən şəxs 2022-ci il 07 iyun tarixli 011 nömrəli əmri ilə Şahid90 Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin zabiti (gənclərlə iş üzrə) vəzifəsinə təyin edilmişdir. Əliyev X9 MR Ordubad rayonunda anadan olmuşdur. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisi polkovnik Təqsirləndirilən şəxs 2022-ci il 07 iyun tarixli 011 nömrəli əmri ilə Əliyev X9 Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsinin Səfərbərlik hazırlığı, səfərbərlik və qeydiyyat bölməsinin zabiti (kadrlar və sənədlərlə iş üzrə) vəzifəsinə təyin edilmişdir. Tağıyev X15 MR Şərur rayonunda anadan olmuşdur. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisi polkovnik Təqsirləndirilən şəxs 2022-ci il 08 avqust tarixli 012 nömrəli əmri ilə Tağıyev X15 Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin zabiti (gənclərlə iş üzrə) vəzifəsinə təyin edilmişdir. Məmmədov X3 MR Şərur rayonunda anadan olmuşdur. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisi polkovnik Təqsirləndirilən şəxs 2021-ci il 17 aprel tarixli 031 nömrəli əmri ilə Məmmədov X3 Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında Kadrlar və sənədlərlə iş şöbəsinin zabiti, 2021-ci il 01 iyun tarixli 046 nömrəli əmri ilə Kadrlar və sənədlərlə iş şöbəsinin baş zabiti (xidmət rəisinin köməkçisi) vəzifəsinə təyin edilmişdir. Abışova (Həsənova) X12 MR Şərur rayonunda anadan olmuşdur. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisi polkovnik Təqsirləndirilən şəxs 2021-ci il 16 aprel tarixli əmri ilə Abışova (Həsənova) X12 Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon şöbəsində Həqiqi hərbi xidmətə çağırış bölməsinin müfəttişi (çağırışçılarla iş üzrə) vəzifəsinə təyin edilmişdir. Ruşanov X16 MR Babək rayonunda anadan olmuşdur. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisi polkovnik Təqsirləndirilən şəxs 2022-ci il 08 avqust tarixli 012 nömrəli əmri ilə Ruşanov X16 Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz rayon idarəsinin Həqiqi hərbi xidmətə çağırış bölməsinin zabiti (gənclərlə iş üzrə) vəzifəsinə təyin edilmişdir. Göründüyü kimi 2020-2023-cü illər ərzində Naxçıvan MR-nın Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələriə rəşvət müqabilində işə götürülmüş hərbi vəzifələrinin ifadələri ilə şəxsi işlərində olan məlumatların eynilik təşkil etməsi bir daha Təqsirləndirilən şəxs və digərlərinin törətdiyi cinayət əməllərinin vaxtı və cinayətlərin törədilmə üsülünu sübuta yetirir. Cinayət işinin 8-ci cildinin 134-cü vərəqələrindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə 04 noyabr 2024-cü il tarixdə istintaq orqanına özünün icra etməklə tərtib etdiyi, özündə Naxçıvan Muxtar Respublikası üzrə qeydiyyatda olan həqiqi hərbi xidmət qulluqçularından rüşvət formasında əldə edilən pul vəsaitlərinin məbləği və adlı siyahısını əks etdirən qeydiyyat kitabçası təqdim etdiyi görünür. Cinayət işinin 8-ci cildinin 140-141-ci vərəqələrinə əlavə edilmiş qeyd edilən kitabçadan görünür ki, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsi tərəfindən 2020-ci ilin aprel ayından 2022-ci ilin oktyabr ayınadək hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət çağırışçılarından 81.470,00 (səksən bir min dörd yüz yetmiş) manatı hərbi həkim komissiyasının üzvlərinə verilməklə, ümumilikdə 808.700,00 (səkkiz yüz səkkiz min yeddi yüz) manat, qalıq məbləğ 727.230,00 (yeddi yüz iyirmi yeddi min iki yüz otuz) manat, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsi tərəfindən 2020-ci ilin aprel ayından 2022-ci ilin oktyabr ayınadək hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət çağırışçılarından 45.000,00 (qırx beş min) manat hərbi həkim komissiyasının üzvlərinə verilməklə, ümumilikdə 525.300,00 (beş yüz iyirmi beş min üç yüz) manat, qalıq məbləğ 480.300,00 (dörd yüz səksən min üç yüz) manat, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsi tərəfindən 2020-ci ilin aprel ayından 2022-ci ilin oktyabr ayınadək hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət çağırışçılarından 42.170,00 (qırx iki min yüz yetmiş) manat hərbi həkim komissiyasının üzvlərinə verilməklə, ümumilikdə 547.900,00 (beş yüz qirx yeddi min doqquz yüz) manat, qalıq məbləğ 505.730,00 (beş yüz beş min yeddi yüz otuz) manat, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Babək rayon şöbəsi tərəfindən 2020-ci ilin aprel ayından 2022-ci ilin oktyabr ayınadək hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət çağırışçılarından 45.800,00 (qırx beş min səkkiz yüz) manat hərbi həkim komissiyasının üzvlərinə verilməklə, ümumilikdə 501.700,00 (beş yüz bir min yeddi yüz) manat, qalıq məbləğ 455.900,00 (dörd yüz əlli beş min doqquz yüz) manat, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Culfa rayon şöbəsi tərəfindən 2020-ci ilin aprel ayından 2022-ci ilin oktyabr ayınadək hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət çağırışçılarından 12.450,00 (on iki min dörd yüz əlli) manat hərbi həkim komissiyasının üzvlərinə verilməklə, ümumilikdə 179.000,00 (yüz yetmiş doqquz min) manat, qalıq məbləğ 166.550,00 (yüz altımış altı min beş yüz əlli) manat, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Sədərək rayon şöbəsi tərəfindən 2020-ci ilin aprel ayından 2022-ci ilin oktyabr ayınadək hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət çağırışçılarından 16.500,00 (on altı min beş yüz) manat hərbi həkim komissiyasının üzvlərinə verilməklə, ümumilikdə 193.800,00 (yüz doxsan üç min səkkiz yüz) manat, qalıq məbləğ 177.300,00 (yüz yetmiş yeddi min üç yüz) manat, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsi tərəfindən 2020-ci ilin aprel ayından 2022-ci ilin oktyabr ayınadək hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət çağırışçılarından 12.100,00 (on iki min yüz) manat hərbi həkim komissiyasının üzvlərinə verilməklə, ümumilikdə 119.800,00 (yüz on doqquz min səkkiz yüz) manat, qalıq məbləğ 107.700,00 (yüz yeddi min yeddi yüz) manat, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsi tərəfindən 2020-ci ilin aprel ayından 2022-ci ilin oktyabr ayınadək hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət çağırışçılarından 11.860,00 (on bir min səkkiz yüz altmış) manat hərbi həkim komissiyasının üzvlərinə verilməklə, ümumilikdə 129.400,00 (yüz iyirmi doqquz min dörd yüz) manat, qalıq məbləğ 117.540,00 (yüz on yeddi min beş yüz qırx) manat, 2020-ci ilin aprel ayından 2022-ci ilin oktyabr ayınadək Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin şəhər idarəsi və rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət çağırışçılarından ümumilikdə 267.350,00 (iki yüz altmış yeddi min üç yüz əlli manat) hərbi həkim komissiyasının üzvlərinə verilməklə 3.005.600,00 (üç milyon beş min manat altı yüz) manat, qalıq məbləğ 2.738.250,00 (iki milyon yeddi yüz otuz səkkiz min iki yüz əlli) manat məbləğində rüşvət formasında pul vəsaitləri əldə edilərək Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəisi Təqsirləndirilən şəxs rəsmi qaydada paket formasında vermələri tam təsdiq olunur. Məhkəmə tərkibi bu işlə bağlı belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin sabiq rəisi Təqsirləndirilən şəxs xidməti vəzifəsindən istifadə edərək Xidmətin rayon, şəhər rəislərindən və xidmətin aparatının məsul işçilərindən, həmçinin birbaşa özü tərəfindən cəmi 2.738.250,00 (iki miliyon yeddi yüz otuz səkkiz min iki yüz əlli) manat rüşvət almışdır. Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikası qanununun 8.2-ci maddəsində qeyd olunur ki, vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli beş manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz. Həmin qanunun 9.2.1-ci maddəsinə əsasən vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər tələb etməsi, əldə etməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifi və ya vədi qəbul etməsi göstərilmişdir ki, Təqsirləndirilən şəxs xidməti vəzifəsini layiqincə yerinə yetirməsi üçün Muxtar Respublikanın sabiq rəhbərliyinin yaxın qohumlarına rüşvət formasında pul alaraq verdiyini göstərmişdir Cinayət işinin 8-ci cildinin 80, 224-225-ci vərəqələrində olan, Təqsirləndirilən şəxs səciyyələndirən hallar məhkum olunmaması, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasıdır. Cinayət işinin 8-ci cildinin 142-143-cü vərəqələrinə əlavə edilmiş qeyd edilən qeydiyyat kitabçasından görünür ki, özündə cinayətin vaxtını və əlamətlərini saxladığı üçün iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmədə Təqsirləndirilən şəxs xidmət etdiyi dövrdə rüşvət formasında toplanmış pul vəsaitlərinin ona deyil, tapşırıq əsasında Naxçıvan Muxtar Respublikasının rəhbər vəzifəli şəxslərinə və onların qohumlarına çatmasını öz müdafiəsi üçün dəlil kimi göstərmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3, 32.5, 321.1 və 341.1-ci maddələrində nəzərdə tutulan əməllərinin cinayət olmasını aradan qaldıran hallar, eləcə də həmin maddələrdə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, həmin maddələr ilə göstərilən cinayətləri törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Beləliklə, məhkəmə tərkibi tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3, 32.5, 321.1 və 341.1-ci maddələrində nəzərdə tutulan cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayət əməllərinin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3, 32.5, 321.1 və 341.1-ci maddələrində nəzərdə tutulan əməllərinin cinayət olmasını aradan qaldıran hallar, eləcə də həmin maddələrlə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, həmin maddələrdə göstərilən cinayətləri törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3, 32.5, 321.1 və 341.1-ci maddələri ilə təqsirli bilinib cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakterli qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3-cü maddəsinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə, 321.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə azadlıqdan məhrum etmə və 341.1ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, qeyd olunan cinayətlər təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3, 32.5, 321.1 və 341.1-ci maddələri ilə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, həmin maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətlər ağır cinayətlər kateqoriyasına aid olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəlini tutulduğu andan 15 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında”, Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Təqsirləndirilən şəxs məxsus özündə cinayətin vaxtını və əlamətlərini saxladığı üçün iş üzrə maddi sübut kimi tanınmış qeydiyyat kitabçası cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3, 32.5, 321.1 və 341.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəllənin 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəllənin 32.5, 321.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəllənin 341.1-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 15 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məxsus özündə cinayətin vaxtını və əlamətlərini saxladığı üçün iş üzrə maddi sübut kimi tanınmış qeydiyyat kitabçası cinayət işinin materiallarında saxlanılsın. Cinayət işinin materiallarının elektron variantı olan 1 (bir) ədəd “CD” disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İlham İbrahimov Hakimlər Abil Orucəliyev Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar