Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-50/2024 18.07.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Naxçıvan MR Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 2005-ci ildə Kəngərli rayon Xök kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Naxçıvan şəhəri Qaraçuq kəndində qeydiyyatda olan, Müdafiə Nazirliyinin N №-li hərbi hissənin 4-cü taborunda, əsgər hərbi rütbəsində xidmət edən, barəsində 11 iyun 2024-cü il tarixdən komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbiri seçilmiş, N saylı hərbi hissənin əsgər yataqxanasında yaşayan, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin 4-cü motoatıcı taborunun rabitə taqımının telefon manqasının telefonçusu vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 26 mart 2024-cü il tarixdə saat 16:30da taborun ərazisindən taborun əsgər yataqxanasına gələn zaman aralarında tabelik münasibəti olmayan, həmin taborun 11-ci motoatıcı bölüyünün 3-cü taqımının 3-cü manqasının baş atıcısı əsgər Zərərçəkmiş şəxs yataqxananın giriş hissəsində dayandığını görüb içəriyə keçməsindən ötrü əsgər Zərərçəkmiş şəxs kobud formada kənara çəkilməsini dediyi üçün əsgər Zərərçəkmiş şəxs hər iki əli ilə onun boyun nahiyəsindən tutaraq geriyə doğru itələmiş və bu zəmində aralarında yaranmış mübahisə zamanı əsgər Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını tənzimləyən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı”, 42-ci maddəsində göstərilən “hərbi qulluqçular həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməli”, 138-ci bəndlərində göstərilmiş “əsgər hərbi nizamnamələrin tələblərini möhkəm bilməli və vicdanla yerinə yetirməlidir” kimi tələblərini kobud surətdə pozub əsgər Zərərçəkmiş şəxs sifətinə bir yumruq zərbəsi vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid “burunun küt travması, sol aşağı göz qapağının dərialtı hematoması, burun sümüklərinin sınığı” xəsarətlərini yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi alınmış təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində 20 oktyabr 2023-cü il tarixdə SHXÇDX-nin Naxçıvan şəhər idarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq hadisə olan vaxt N №-li hərbi hissənin 4-cü taborunun rabitə taqımının telefon manqasında telefonçu vəzifəsində xidmət etdiyini, zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs xidmət müddətində görüb tanıdığını, onunla eyni taborda xidmət etdiklərini, xx.xx.2024-cü il tarixdə taborun əsgər çayxanasından bölüyün yataqxanasına gələrkən yataqxananın içəri tərəfdən giriş hissəsində əsgər Zərərçəkmiş şəxs və minaatan batereyasının əsgəri Şahid1 söhbət etdiklərini görüb həmin vaxt çox əsəbi olduğundan giriş hissədə, qapıda dayanan əsgər Zərərçəkmiş şəxs içəri girməsi üçün ona “yol ver içəri keçim, yol verməsən vuraram uçarsan” dediyini, əsgər Zərərçəkmiş şəxs də onun dediyi sözlərdən əsəbləşərək anidən arxaya çönüb hər iki əli ilə onun boğaz nahiyəsindən tutub geriyə doğru itələdiyini, itələyən zaman onun özünü saxlaya bilməyərək, geriyə getdiyini, həmin vaxt yataqxanaya daxil olan rabitə taqımının əsgəri Şahid6 onu arxadan tutub yıxılmağına imkan vermədiyini, daha sonra onun əsgər Zərərçəkmiş şəxs yaxınlaşıb anidən onun burun nahiyəsindən sağ əli ilə bir dəfə yumruqla vurduğunu, əsgər Zərərçəkmiş şəxs zərbənin təsirindən burun nahiyəsini tutaraq yerə oturduğunu, həmin vaxt orada olan əsgərlər Şahid6, Şahid2 və Şahid1 onu geri çəkərək dalaşmaqlarına imkan vermədiklərini, bu zaman MAHHXHQ-su çavuş Şahid7 yataqxanandan bərk səs-küy eşidib onların yanına gələrək nə baş verdiyini soruşduğunu, ona Zərərçəkmiş şəxslə sadəcə mübahisə etdiklərini dediyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs yataqxanadan çölə çıxdığını, çavuş Şahid7 nəsə şübhələnib əsgər Şahid2 əsgər Zərərçəkmiş şəxs onları yanına çağırması üçün göndərdiyini, bir neçə dəqiqə sonra əsgər Zərərçəkmiş şəxs oraya gəldiyini, çavuş Şahid7 onu və əsgər Zərərçəkmiş şəxs bölük komandirinin şəxsi heyətlə iş üzrə müavininin yanına aparıb onların mübahisə etmələri barədə ona məruzə etdiyini, baş leytenant Şahid5 onları sorğusual etdikdən sonra onu hadisəni öz tağım komandirimə məruzə etmək üçün baş leytenant Şahid4 yanına göndərdiyini, onun da, baş leytenant Şahid4 yanına gedib əsgər Zərərçəkmiş şəxslə aralarında olan mübahisəni olduğu kimi ona danışdığını, səhərsi gün rabitədə olarkən əsgər Zərərçəkmiş şəxs sol gözaltı nahiyəsinin qaraldığını gördüyünü, sonradan tabor komandirinin də baş verənlərdən xəbərinin olduğunu, sonraki müayinələr zamanı onun burnunda sınıqlar aşkar olunduğunu, bir müddət Zərərçəkmiş şəxs 205 saylı hərbi hospitalda müalicə olunduğunu, özünün də tez-tez onunla maraqlandığını, artıq onun sağaldığını, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini, zərərçəkmiş şəxsin də onu bağışladığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində N №-li hərbi hissənin 4-cü taborunun 11-ci bölüyünün 3-cü taqımının 3-cü manqasında baş atıcı vəzifəsində xidmət edərkən əsgər Təqsirləndirilən şəxs xidmət müddətində tanıdığını, xx.xx.2024-cü il tarixdə qızdırması olduğu üçün taborun tibb məntəqəsində qızdırmasını ölçdürüb bölüyün yataqxanasına gələrkən yataqxananın qapısının giriş hissəsində əsgər yoldaşı Şahid1 ondan niyə xəstələnməsini soruşaraq əli ilə onun boğaz nahiyəsindən qızdırmasını yoxladığını, həmin vaxt rabitə taqımının əsgəri Təqsirləndirilən şəxs oraya gələrək içəri girib heç bir səbəb olmadan ona “yol ver keçim içəri, yoxsa vuraram uçarsan” dediyini, onun niyə o, cürə dediyini başa düşmədiyini, bəlkə də zarafat etdiyini fikirləşdiyini, lakin onun dediyini ciddi qəbul edib əsəbiləşərək əsgər Təqsirləndirilən şəxs boğaz nahiyəsindən hər iki əli ilə tutub arxaya doğru itələdiyini, itələyən zaman əsgər Təqsirləndirilən şəxs geriyə getdiyini, bu zaman yataqxanaya daxil olan rabitə taqımının əsgəri Şahid6 əsgər Təqsirləndirilən şəxs yıxılmaması üçün arxadan tutduğunu, əsgər Təqsirləndirilən şəxs özünü düzəldərək ona doğru gəlib sağ əli ilə anidən bir dəfə onun burun nahiyəsindən yumruqla vurduğunu, həmin vaxt zərbənin təsirindən burun nahiyəsində güclü ağrı olduğundan yerə oturduğunu və oturan zaman burnundan qan gəldiyini, Bu zaman orada olan əsgərlər Şahid6, Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs geri çəkərək onun yenə vurmasına imkan vermədiklərini, yaxınlıqda olan çavuş Şahid7 səs-küyü eşidib onların yanlarına gəldiyini, özünün çavuş Şahid7 olanları bilməməsi üçün və burnunun qanını yumaq üçün ayağa qalxaraq sanitar qovşağa getdiyini, bir azdan əsgər Şahid2 gəlib çavuş Şahid7 onu çağırdığını dediyini, əl üzünü yuyub yataqxanaya qayıtdıqdan sonra çavuş Şahid7 onu və əsgər Təqsirləndirilən şəxs bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini baş leytenant Şahid5 yanına aparıb mübahisə etmələri barədə ona məruzə etdiyini, baş leytenant Şahid5 əsgər Təqsirləndirilən şəxs öz tağım komandirinə məruzə etməsi üçün onun yanına göndərib sonra onu hadisə barədə sorğu-sual etdikdə əsgər Təqsirləndirilən şəxs ilə itələşdiyini bildirdiyini, daha sonra əsgər Təqsirləndirilən şəxs ilə bir-birilərindən üzr istəyib barışmaqları barədə tapşırıq verdiyindən rabitə qovşağında əsgər Təqsirləndirilən şəxs ilə bir-birilərindən üzr istəyib barışdıqlarını, səhərsi gün yuxudan duranda sol gözaltı nahiyəsinin qaraldığını və burun nahiyəsinin şişdiyini görüb dərhal tibb məntəqəsinə getdiyini, orada və məntəqənin həkimi tibb xidməti baş leytenantı Şahid3 onu müayinə edib gözaltı nahiyəsinə nə olduğunu soruşduqda əvvəlcə ona yalan danışsada sonradan baş vermiş hadisə barədə ona olduğu kimi məlumat verdiyini, onun da baş vermiş hadisəni tabor komandiri mayor Elçin İsrayılova məruzə etdiyini, tabor komandiri mayor Elçin İsrayılovun da hər ikisini də çağırıb baş vermiş hadisəni ətraflı öyrəndikdən sonra hadisə barədə yuxarı komandanlığa məruzə etdiyini, burun hissəsindən sınıq xəsarəti aldığından və gözaltı nahiyəsində qaraltılar olduğundan bir müddət 205 №-li hərbi hospitalda müalicə aldığını, artıq sağalıb xidmətini davam etdirdiyini, təqsirləndirilən şəxsin ondan üzr istədiyini, onu bağışladığını, ondan hər hansı bir şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 ifadəsində N №-li hərbi hissənin 4-cü taborununda xidmət etdiyini, 26 mart 2024-cü il tarixdə, tabor mərkəzinin ərazisinə partul nəfəri təyin olunduğunu, çöldə hava yağışlı olduğu üçün saat 16:30 radələrində yataqxananın içəri tərəfdən girişində dayandığını, bu zaman əsgər Zərərçəkmiş şəxs yataqxanaya girərək qızdırması olduğundan ondan səhhətinin necə olmasını soruşarkən həmin vaxt rabitə taqımının əsgəri Təqsirləndirilən şəxs yataqxanaya daxil olaraq əsgər Zərərçəkmiş şəxs heç bir səbəb olmadan “yol ver keçim içəri, yoxsa vuraram uçarsan” dediyini, bəlkə də zarafat etdiyini, əsgər Zərərçəkmiş şəxs isə arxaya çönüb onun boğaz nahiyəsindən hər iki əli ilə tutub geriyə doğru itələdiyini, onun da səndəlləyib arxaya getdiyini, bu zaman əsgər Təqsirləndirilən şəxs arxasınca yataqxanaya daxil olan rabitə taqımının əsgəri Şahid6 əsgər Təqsirləndirilən şəxs yıxılmaması üçün tutub özünə tərəf çəkdiyini, əsgər Təqsirləndirilən şəxs də özünü toparlayıb əsgər Zərərçəkmiş şəxs burun nahiyəsindən sağ əli ilə bir dəfə yumruqla vurduğunu, əsgər Zərərçəkmiş şəxs zərbənin təsirindən yerə oturduğunu və burnunun qanadığını, daha sonra onların dava etmələrinə imkan vermədiklərini, həmin vaxt tabor növbətçisi çavuş Şahid7 səs-küyə oraya gələrək baş vermiş hadisəni yuxarı komandanlığa məruzə etdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid2 ifadəsində N №-li hərbi hissənin 4-cü taborununda xidmət etdiyini, 26 mart 2024-cü il tarixdə bölük üzrə gün növbətçisi təyin edildiyini, saat təqribən 16:30 radələrində yataqxananın girişində növbətçi üçün təyin edilmiş yerdə dayandığını, həmin vaxt əsgər Şahid1lə əsgər Zərərçəkmiş şəxs yataqxananın girişində dayanıb söhbət edərkən rabitə taqımının əsgəri Təqsirləndirilən şəxs yataqxanaya daxil olaraq onun əsgər Zərərçəkmiş şəxs səbəbsiz yerə “ yol ver, vuraram uçarsan” deməsini eşitdiyini, əsgər Zərərçəkmiş şəxs isə heç nə deməyərək hər iki əli ilə əsgər Təqsirləndirilən şəxs boğaz nahiyəsindən tutub geriyə doğru itələdiyini, bu zaman əsgər Təqsirləndirilən şəxs səndəlləyərək arxaya doğru getdikdə onun arxasınca yataqxanaya daxil olan əsgər Şahid6 onu yıxılmaması üçün arxadan tutduğunu, əsgər Təqsirləndirilən şəxs isə qarşılıqlı olaraq onun burun nahiyəsindən sağ əli ilə bir yumruq zərbəsi vurduğunu gördüyünü, həmin vaxt əsgər Zərərçəkmiş şəxs zərbənin təsirindən yerə oturduğunu, burnunun qanadığını, orada olan əsgərlərlə birlikdə onları aralaşdırdıqlarını, daha sonra tabor növbətçisi çavuş Şahid7yevin oraya gələrək baş vermiş hadisə barədə yuxarı komandanlığa məruzə etdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin 4-cü taborunun tibb məntəqəsinin rəisi vəzifəsində xidmət edən tibb xidməti baş leytenantı Şahid3 oğlu ifadəsində 27 mart 2024-cü il tarixdə yəməkxanadan çıxan zaman əsgər Zərərçəkmiş şəxs yataqxananın girişində dayandığını görüb onun qızdırmasını ölçmək üçün yanına çağıraraq tibb məntəqəsinə apardığını, tibb məntəqəsinə gedən zaman əsgər Zərərçəkmiş şəxs sol gözaltı nahiyəsində qaraltı görüb ondan gözaltı nahiyəsinə nə olduğunu soruşduğunu, əsgər Zərərçəkmiş şəxs isə ona “bilmirəm yatdım durdum, səhər belə oldu” dediyini, onun, isə sol gözaltı nahiyəsindəki qaraltının zərbə nəticəsində yarana biləcəyindən şübhələnərək təkidlə yenidən əsgər Zərərçəkmiş şəxs nə olduğunu soruşduqda yenə də demədikdə dərhal bu barədə tabor komandiri mayor Elçin İsrayılova məruzə etdiyini, tabor komandiri əsgər Zərərçəkmiş şəxs yanına çağıraraq sorğu-sual etdikdən sonra onu hərbi hissənin tibb məntəqəsinə göndərilməsi barədə tapşırıq verdiyini, sonradan öyrəndiyinə görə əsgər Təqsirləndirilən şəxs hansısa səbəbdənsə əsgər Zərərçəkmiş şəxs gözaltı burun nahiyəsindən vurduğunu göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin 4-cü taborunun 11-ci bölüyünün bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət edən baş leytenant Şahid5 ifadəsində 26 mart 2024-cü il tarixdə, saat 16:35 radələrində taborda xidməti otağında olan zaman tabor növbətçisi çavuş Şahid7 rabitə taqımının əsgəri Təqsirləndirilən şəxs və 11-ci bölüyün 3-cü taqımının 3-cü manqasının əsgəri Zərərçəkmiş şəxs yanına gətirərək onların mübahisə etmələri barədə məruzə etdiyini onun həmin əsgərlərdən nə baş verdiyini soruşduqda sadəcə mübahisə etdiklərini dediklərini, sonra əsgər Təqsirləndirilən şəxs aidiyyəti üzrə öz taqım komandiri baş leytenant Şahid4 yanına göndərərək əsgər Zərərçəkmiş şəxs nə üçün mübahisə etdiklərini soruşduqda, əsgər Təqsirləndirilən şəxs ilə yataqxananın girişində itələşdiklərini bildirdiyini, hər iki əsgəri bir birləri ilə üzr istəmək üçün baş leytenant Şahid4 yanına göndərdikdən sonra hadisə barədə tabor komandiri mayor Elçin İsrayılova məruzə etdiyini, növbəti gün 27 mart 2024-cü il tarixdə səhər saatlarında əsgər Zərərçəkmiş şəxs qızdırma ilə bağlı tibb məntəqəsinə müraciət etdiyini, orada müayinə olunan zaman tibb məntəqəsinin həkimi baş leytenant Şahid3 onun sol gözaltı nahiyəsində qaraltı aşkar edib tabor komandiri mayor E.İsrayılova məruzə etdiyini, sonralar hadisənin necə baş verdiyini ətraflı öyrəndiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin 4-cü taborunun əsgəri Şahid6 ifadəsində 26 mart 2024-cü il tarixdə ərazidə işlədikdən sonra istirahət etmək üçün saat 16:30 radələrində taborun yataqxanasına gəldiklərini, həmin vaxt əsgər Təqsirləndirilən şəxs ondan qabaqda gedərkən həmin vaxt onun nəyə görəsə bərk əsəbi olduğunu, onun əsgər yataqxanasına daxil olduğunu və onun arxasınca yataqxananın qapısını açıb içəriyə girərkən əsgər Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs boğaz nahiyəsindən tutub itələdiyini gördüyünü, həmin vaxt əsgər Təqsirləndirilən şəxs geriyə doğru gələn zaman onu arxadan tutub saxladığını, sonra onların dava etmələrinə imkan verməmək üçün əsgər Təqsirləndirilən şəxs arxasına keçirən zaman əsgər Təqsirləndirilən şəxs anidən sağ əli ilə əsgər Zərərçəkmiş şəxs burun nahiyəsinə bir yumruq zərbəsi vurduğunu, əsgər Zərərçəkmiş şəxs isə burun nahiyəsini tutub yerə oturduğunu, onun burnundan qan gəldiyini gördüyünü, tez orada olan əsgərlərlə birlikdə onları aralaşdırdıqlarını, səhərsi gün əsgər Zərərçəkmiş şəxs sol gözaltı nahiyəsinin qaraldığını gördüyünü göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin 4-cü taborunun 11-ci bölüyünün 3-cü taqımının 1-ci manqasının komandiri vəzifəsində xidmət edən çavuş Şahid7 ifadəsində 25 mart 2024-cü il tarixdən 26 mart 2024-cü il tarixədək tabor üzrə növbətçi təyin edildiyini, 26 mart 2024-cü il tarixdə saat 16:30 radələrində yataqxananın içərisində növbətçilik kitablarını yazarkən, yataqxananın giriş hissəsindən bərk səs-küy gəldiyini eşidib çölə çıxdığını, orada əsgər Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs üzbəüz dayandığını, əsgər Şahid2la əsgər Şahid1 isə onların yanlarında durduğunu gördüyünü, orada əsgər Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs mübahisə etmələrindən şübhələnib yanlarına gedən zaman əsgər Zərərçəkmiş şəxs yataqxanadan çıxıb sanitar qovuşağına tərəf getdiyini görüb dərhal əsgər Şahid2 Zərərçəkmiş şəxs arxasınca göndərib onun yanına gətirməsini bildirdiyini, həmin vaxt əsgər Təqsirləndirilən şəxs nə olduğunu soruşan zaman onun boğaz nahiyəsində qızartılar gördüyünü, hər ikisindən nə baş verdiyini soruşduqda hər ikisinində susduğunu, əsgər Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini baş leytenant Şahid5 yanına aparıb əsgərlərin mübahisə etmələri və əsgər Təqsirləndirilən şəxs boğaz nahiyəsində qızartı olması barədə məruzə etdiyini, növbəti gün taborda olan zaman hər iki əsgərin bir birləri ilə dalaşdıqlarını və əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs burun nahiyəsindən yumruqla vurduğunu öyrəndiyini göstərdi. İbtidai istintaq zamanı ifadəsi alınmış, məzuniyyətdə olduğundan məhkəmə istintaqında iştirak etməyən, ifadəsi tədqiq edilərək elan edilmiş şahid, baş leytenant Şahid4 ifadəsində 26 mart 2024-cü il tarixdə, saat 16:40 radələrində taborun rabitə qovşağında olan zaman əsgər Təqsirləndirilən şəxs qovşağa gələrək ona yataqxanada əsgər Zərərçəkmiş şəxs ilə mübahisə etməsini bildirdiyini, onun, isə əsgər Zərərçəkmiş şəxs hərbi hissədən yeni gəldiyini və yorğun olduğunu bildirib bir az sonra onunla bu mövzuda söhbət edəcəyini dediyini, bir müddət sonra onu yanına çağırıb nə üçün mübahisə etməsini soruşduqda əsgər Zərərçəkmiş şəxs yataqxananın giriş hissəsində dayandığından ona yol verməsini bildirən zaman əsgər Zərərçəkmiş şəxs onun boğaz nahiyəsindən hər iki əli ilə tutaraq itələdiyini dediyini, əsgər Təqsirləndirilən şəxs bədən baxışı keçirdikdə onun boğaz nahiyəsində qızartı gördüyünü, ondan dava edib-etməməsini soruşduqda sonuncu dava etmədiyini sadəcə mübahisə edib itələşdiyini bildirdiyini, bu zaman əsgər Zərərçəkmiş şəxs rabitə qovşağına gəldikdə onları sorğu-sual edib sonra biri-birilərindən üzr istəyib barışmalarını təklif etdiyini, onların da bir birlərindən üzr istəyib barışdıqlarını, daha sonra onları yataqxanaya göndərib bu barədə tabor komandiri mayor Elçin İsrayılova məruzə etdiyini, 27 mart 2024-cü il tarixdə səhər saatlarında əsgər Zərərçəkmiş şəxs tibb məntəqəsində qızdırması ilə əlaqədar yoxlanan zaman məntəqənin həkiminin onun sol gözaltı nahiyəsində qaraltı müşahidə etdiyini və bu barədə yuxarı komandanlığa məruzə etdiyini öyrəndiyini göstərmişdi. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 72-74-də olan Məhkəmə-tibbi ekspertin 09 aprel 2024-cü il tarixli 695 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onda “burunun küt travması, sol aşağı göz qapağının dərialtı hematoması, burun sümüklərinin sınığı” xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olduğu göstərilmişdir. Xəsarətlərin yerinə yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 64-də olan N №-li hərbi hissədən alınmış arayışda hərbi hissənin 4-cü motoatıcı taborunun rabitə taqımının telefon manqasında telefonçu vəzifəsində xidmət edən əsgər Təqsirləndirilən şəxs ilə həmin taborun 11-ci motoatıcı bölüyünün 3-cü motoatıcı taqımının 3-cü manqasının baş atıcısı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri olmadığı göstərilmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 30-da olan N nömrəli hərbi hissənin tibb xidmətindən alınmış raportda hərbi hissənin 4-cü taborunun 11-ci bölüyünün 3-cü taqımının 3-cü manqasında baş atıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs “burun tağının küt travması, burun sümüklərinin qapalı yerdəyişməyən sınığı, göz qapaqlarının dərialtı hematoması” diaqnozu ilə müraciət etməsi və 28 mart 2024-cü il tarixdə 205 nömrəli hərbi hospitala göndərilməsi göstərilmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 49-da olan N nömrəli hərbi hissənin yaralanma və travma hallarının qeydiyyatı kitabından çıxarışda əsgər Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə “burun tağının küt travması, burun sümüklərinin qapalı yerdəyişməyən sınığı, göz qapaqlarının dərialtı hematoması” diaqnozu ilə hərbi hissənin tibb məntəqəsinə müraciət etməsi və xx.xx.2024-cü il tarixdə 205 №-li hərbi hospitala təxliyyə olunması göstərilmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 77-də olan Hərbi-Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 298 nömrəli arayışından görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 26-da olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən alınmış tələbnamədən görünür ki, əsgər Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi üzrə 1-ci cild səifə 45-də olan xidməti xasiyyətnamədən görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə olunub. Beləliklə məhkəmə belə hesab edir ki,Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını tənzimləyən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı”, 42-ci maddəsində göstərilən “hərbi qulluqçular həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməli”, 138-ci bəndlərində göstərilmiş “əsgər hərbi nizamnamələrin tələblərini möhkəm bilməli və vicdanla yerinə yetirməlidir” kimi tələblərini kobud surətdə pozaraq Zərərçəkmiş şəxs burun nahiyəsinə yumuruqla vurması nəticəsində sonuncuya “burun tağının küt travması, burun sümüklərinin qapalı yerdəyişməyən sınığı, göz qapaqlarının dərialtı hematoması” xəsarəti yetirmişdi. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir, o, qanunla müəyyən edilmiş qaydada cəzalanmalıdr. Əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin hüquqi tövsifi ondan ibarətdir ki, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmadır və həmin maddənin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən törədilmiş əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin onu bağışlamasını, törətdiyi əməli səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası CM-nin 54.1-ci maddəsinə əsasən hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa, üç aydan iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq, barəsində törətdiyi əməli nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsini məqsədə müvafiq sayır. Hökmün icrası N saylı hərbi hissənin komandirinə həvalə olunmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs N saylı hərbi hissəyə təhvil verildiyi vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarında qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülməlidir. Cinayət işi üzrə ittiham aktının elektron variantının saxlanıldığı bir ədəd CD diski cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməsi təklif olunan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 54-cü maddəsini və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 5 (beş) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilsin. Hökmün icrası N saylı hərbi hissənin komandirinə həvalə olunsun. Hökmün icrası Təqsirləndirilən şəxs N saylı hərbi hissəyə təhvil verildiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülsün. Cinayət işi üzrə ittiham aktının elektron variantının saxlanıldığı bir ədəd CD diski cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməsi təklif olunan əmlak yoxdur. Hökmdən 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №1-1(092)-50/2024
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-50/2024
18.07.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver