Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-50/2025 09.09.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X2 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 16 avqust 2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, (Fin № xxxxxxx) subay, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmayan, Zəngilan rayonunun Zəngilan kəndində daimi qeydiyyatda olan, 27 iyun 2025-ci il tarixdən barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmiş, N №-li hərbi hissənin 3-cü taborun 9-cu bölüyünün 2-ci taqımının 1-ci manqasının qumbaraatanı vəzifəsində xidmət edən əsgər, həmin hərbi hissənin əsgər yataqxanasında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Naxçıvan MR Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəsinin 3-cü taborunun 9-cu bölüyünün 3-cü taqımının 1-ci manqasında atıcı qumbaraatan vəzifəsində əsgər hərbi rütbəsində xidmət edərkən 30 aprel 2025-ci il tarixdə saat 18 radələrində əsgər yataqxanasında yerləşən məişət otağında ona yeni verilən hərbi formanı geyinib divarda olan güzgüdə özünə baxarkən, 9-cu bölüyün 2-ci taqımının 2-ci manqasında tuşlayıcı vəzifəsində xidmət edən əsgər Şahid2 oraya gələrək həmin vaxt məişət otağında olan 9-cu bölüyün əsgəri Zərərçəkmiş şəxs müraciət edərək “əsgər Nəriman İmanov su çiçəyi xəstəliyi ilə bağlı postdan tibb məntəqəsinə gətirilib” dediyini, bu zaman əsgər Təqsirləndirilən şəxs Şahid2 səslənərək “Nəriman normal oğlan deyil” dedikdə, Zərərçəkmiş şəxs “O, bizim bratımızdı, elə oğlan deyil” cavabını vediyini, bu söhbətdən sonra Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında mübahisə yarandığını, mübahisə zəminində Təqsirləndirilən şəxs tabelilik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 42 və 138-ci maddələrinin “hərbi qulluqçuların biri-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməli olmaları”na dair tələblərini kobud surətdə pozub Zərərçəkmiş şəxs boynundan əli ilə tutub özünə tərəf çəkərək burun nahiyəsinə başı ilə bir zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığın uzun müddətli (21 gündən çox) pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid “burun sümüklərinin qapalı yerini dəyişmiş qəlpəli sınığı ilə müşayiət olunan burun belinin sola əyilməsi (deformasiyası) və burun tənəffüsünün şişkinlik fonunda zəifləməsi” xəsarətini yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində 10 iyul 2024-cü il tarixdə SHXÇDX-nin Zəngilan rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılaraq gənc əsgər təlim kursunu bitirdikdən sonra, N nömrəli hərbi hissənin 3-cü tabor 9-cu bölüyündə atıcı-qumbaraatan köməkçisi vəzifəsində xidmət etdiyini, əsgər Zərərçəkmiş şəxs hərbi xidmət dövründə görüb tanıdığını, 30 aprel 2025-ci il tarixdə saat 18 radələrində əsgər yataqxanasının məişət otağında yeni verilən formaları geyinib sıra baxışına hazırlaşarkən həmin vaxt orada, aynanın qarşısında durub əynindəki formaya baxan əsgər yoldaşı Zərərçəkmiş şəxs qarşısına keçib aynada öz formasının əyninə necə olmasına baxarkən əsgər yoldaşı Şahid2 məişət otağına daxil olub Zərərçəkmiş şəxs əsgər yoldaşları Nəriman İmanovun su çiçəyi xəstəliyinə yoluxduğundan postdan tibb məntəqəsinə gətirildiyini bildirdikdə Şahid2 “Nəriman normal oğlan deyil” cavabını verdiyini, Zərərçəkmiş şəxs isə ona “o, bizim bratımızdı, qaqaş” cavabını verdikdə onun dediyinə əsəbləşərək ona səsini kəsməsini, Orxanla danışdığını, dedikdə Zərərçəkmiş şəxs ona “sən kimsən ki” dediyini, onun dediklərindən qıcıqlanaraq əsəbi halda ona tərəf dönərək sol əli ilə onun boynundan tutub özünə tərəf çəkərək burun nahiyəsinə başı ilə bir kəllə zərbəsi vuraraq kənara çəkildiyini, həmin vaxt güzgünün yanında duran əsgər Şahid2 onun yanına gəlib belindən qucaqlayaraq onu kənara çəkdiyini, Zərərçəkmiş şəxs burnu qanadığından orada olan əsgər Şahid3 tez onu sanitar qovşağa apardığını, Zərərçəkmiş şəxs burnun qanını yuyub sanitar qovşağından çölə çıxıb bölük komandiri kapitan Şahid1 yanına gedib olanları ona danışdığını, sonra əsgər Zərərçəkmiş şəxs tibb məntəqəsinə oradan isə hospitala apardıqlarını, orada müayinə zamanı onun burnunda sınıqlar əmələ gəldiyini bildiyini, törətdiyi əməldən peşman olduğunu, əsgər yoldaşı Zərərçəkmiş şəxs üzr istədiyini, Gürkanın da onu bağışladığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs ifadəsində N nömrəli hərbi hissənin 3-cü taborunun 9-cu bölüyündə əsgər rütbəsində xidmət etdiyini, 30 aprel 2025-ci il tarixdə şəxsi heyətə yeni formalar verildiyindən saat 18:45 radələrində formasını geyinib məişət otağına gələrək aynanın qarşısında durub formasına baxarkən əsgər yoldaşı Təqsirləndirilən şəxs onun qarşısına keçib öz formasına baxdığını, həmin vaxt onunla eyni kənddə yaşayan əsgər Şahid2 məişət otağına daxil olub ona kəndçiləri və əsgər yoldaşları Nəriman İmanovun su çiçəyi xəstəliyinə yoluxduğundan tibb məntəqəsinə gətirdiklərini dediyini, əsgər Təqsirləndirilən şəxs aynada özünə baxabaxa ona “Nəriman yaxşı oğlan deyil” dedikdə gülərək ona “o, bizim bratımızdı, yaxşı oğlandır” cavabını verdikdə Təqsirləndirilən şəxs ona aqressiv formada “sən səsini kəs, sənlik deyil” dediyini, ona “özün səsini kəs və sənlik də deyil” deyərkən Təqsirləndirilən şəxs sözünü bitirmədən əlini onun boynuna atıb özünə tərəf çəkərək burun nahiyəsinə bir kəllə zərbəsi vurduğunu, həmin vaxt burnunda şiddətli ağrı hiss etdiyini, bir anlıq qulaqları cingildədiyindən heç nə eşitmədiyini, orada olan əsgərlər Şahid3 və Şahid2 onları aralaşdıraraq qırağa çəkdiklərini, burnu qanadığından sanitar qovşağa getdiyini, burnunun qanı dayanmadığından şkafdan belyonu götürüb burnuna tutaraq həmin vəziyyətdə baş verən hadisə barədə bölük komandiri, kapitan Şahid1 yanına gedib ona məruzə edib oradan tibb məntəqəsinə getdiyini, orada müayinə olunduqdan sonra burnunda sınıqlar olması şübhəsi yarandığından əsaslı müayinə üçün hospitala göndərdiyini, hospitalda rentgen müayinəsindən keçən zaman əsgər Təqsirləndirilən şəxs vurması zamanı burnunda qırıqlar əmələ gəldiyini öyrəndiyini, bir neçə vaxt xəstəxanada müalicə olunduğunu, artıq sağalıb xidmətini davam etdirdiyini, əsgər yoldaşı Təqsirləndirilən şəxs bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid2 ifadəsində N nömrəli hərbi hissənin 3-cü taborunun 9-cu bölüyündə, əsgər rütbəsində xidmət etdiyini, əsgər Təqsirləndirilən şəxs hərbi xidmət dövründən tanıdığını, əsgər Zərərçəkmiş şəxs isə onunla eyni kənddən olduğunu, 30 aprel 2025-ci il tarixdə saat 18:40 radələrində yataqxananın içərisində olan məişət otağına gələrkən həmin vaxt orada olan əsgərlər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məişət otağında onlara yeni verilən formaları geyinib aynada özlərinə baxdıqlarını görüb kəndlisi, əsgər Zərərçəkmiş şəxs “kəndçimiz əsgər Nəriman İmanov su çiçəyi xəstəliyinə yoluxduğundan hərbi hissənin tibb məntəqəsinə gətiriblər” dedikdə əsgər Təqsirləndirilən şəxs aynada özünə baxa-baxa ortalığa “Nəriman normal oğlan deyil” dedikdə Zərərçəkmiş şəxs ona “O, bizim bratımızdı, elə sən deyən oğlan deyil, qaqaş ” cavabını verdiyini, əsgər Təqsirləndirilən şəxs isə əsəbi halda Zərərçəkmiş şəxs aqressiv formada “mənimlə düzgün danış, sən kimsən, səsini kəs” deyib əlini anidən onun boynuna atıb özünə tərəf çəkərək burun nahiyəsinə bir kəllə vurduğunu, o və orada olan əsgər Şahid3 hərəsi birini tutaraq onları kənara çəkdiklərini, əsgər Zərərçəkmiş şəxs burnunun qanadığını, orada olan əsgər Şahid3 Zərərçəkmiş şəxs burnunun qanını yuması üçün sanitar qovşağa apardığını, bir azdan əsgər Zərərçəkmiş şəxs özü gedib bölük komandirinə olanlar barədə məruzə etdiyini, sonradan onun burnunun sındığını eşitdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid3 ifadəsində N nömrəli hərbi hissənin 3-cü taborunun 9-cu bölüyünün 2-ci taqımının 3-cü manqasında atıcı vəzifəsində xidmət etdiyini, 30 aprel 2025-ci il tarixdə saat 18:40 radələrində yataqxananın içərisində olan məişət otağında olarkən həmin vaxt orada olan əsgərlər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məişət otağında onlara yeni verilən formaları geyinib aynada özlərinə baxdığını gördüyünü, əsgər yoldaşları Şahid2 də orada olduğunu, Şahid2 su götürəndən sonra əsgər Zərərçəkmiş şəxs “kəndçimiz əsgər Nəriman İmanov su çiçəyi xəstəliyinə yoluxduğundan dağdan hərbi hissənin tibb məntəqəsinə gətirilib” dediyini, həmin vaxt əsgər Təqsirləndirilən şəxs da aynada özünə baxa-baxa “Nəriman ümumiyyətlə normal oğlan deyil” dedikdə Zərərçəkmiş şəxs ona “O, bizim bratımızdı, elə oğlan deyil.” cavab verdiyini, əsgər Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aqressiv və əsəbi formada “mən sözü Babayevə deyirəm, sən səsini kəs və mənimlə düzgün danış” dedikdə, Zərərçəkmiş şəxs da “mən belə danışıram” cavabını verdiyini, həmin vaxt əsgər Təqsirləndirilən şəxs əlini əsgər Zərərçəkmiş şəxs boynuna atıb özünə tərəf çəkərək onun burun nahiyəsinə bir kəllə vurduğunu, Zərərçəkmiş şəxs burnunun qanadığını, tez araya girərək hər ikisini aralaşdırdığını, əsgər Zərərçəkmiş şəxs burnunun qanını yuması üçün sanitar qovşağa apardığını, Zərərçəkmiş şəxs ayaqyolundan çıxandan sonra gedib bölük komandirinə olanlar barədə məruzə etdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş 3-cü taborunun 9-cu bölüyünün komandiri kapitan Şahid1 ifadəsində 30 aprel 2025-ci il tarixdə saat 17:30 radələrində yataqxanada xidməti otağında olarkən şəxsi heyyətə verilmiş yeni formalarının əyri kəsirini düzəltmək üçün göstəriş verdiyini, təqribən saat 18:40 radələrinə otaqda olanda əsgər Zərərçəkmiş şəxs oraya gəlib burnuna nəsə olduğunu, deyəsən sındığını dediyini, ondan səbəbini soruşduqda o, əsgər Təqsirləndirilən şəxsla arasında mübahisə olduğunu, onun da anidən burnundan kəllə ilə vurduğunu dediyini, burnuna baxdıqda burnunun həm qanadığını həm də şişdiyini gördüyünü, onu təcili tibb bölüyünə göndərib əsgər Təqsirləndirilən şəxs otağına çağıraraq ondan hadisənin necə olmasını soruşduqda o da hadisəni olduğu kimi ona danışdığını, baş vermiş hadisə barədə raport yazıb qərargaha məlumat verərək tibb məntəqəsinə gedib orada həkimdən əsgər Zərərçəkmiş şəxs burununda sınıqlar olduğunu öyrəndiyini göstərdi. Cinayət işi üzrə Zərərçəkmiş şəxs xx.xx.2025-ci ildə məhkəmə-tibbi ekspertizasından keçirilmiş, təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 316 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs burun sümüklərinin qapalı yerini dəyişmiş qəlpəli sınığı ilə müşayiət olunan burun belinin sola əyilməsi (deformasiyası) və burun tənəffüsünün şişkinlik fonunda zəifləməsi xəsarətini aldığı, bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə əmələ gələ biləcəyi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətli (21 gündən çox) pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edildiyi göstərilmişdir. N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışda göstərilmişdir ki, N №-li hərbi hissənin 3-cü taborunun 9-cu bölüyünün 2-ci taqımının 1-ci manqasının qumbaraatanı əsgər Zərərçəkmiş şəxs ilə həmin bölüyün 3-cü taqımının 1-ci manqasının atıcıqumbaraatan köməkçisi Təqsirləndirilən şəxs arasında tabelilik münasibətləri yoxdur. Hər ikisi əsgər vəzifəsindədir. X1 Sisteminin məhkumluq məlumatları portalından edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Təqsirləndirilən şəxs N №-li hərbi hissədə hərbi həkim komissiyasından keçirilmiş, təqdim olunmuş 1572 №-li arayışda onun hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixiatriya xəstəxanası X4 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmadığı göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X4 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs mərkəzdə qeydiyyatda olmadığı göstərilmişdir. Təqsirləndirilən şəxs – xx.xx.2005-ci ildə Bakı şəhərində doğulmuşdur. Subaydır. Orta ixtisas təhslillidir. Zəngilan rayonunun Zəngilan kəndində qeydiyyatdadır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin əsgəri. N №-li hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli 287 №-li əmrinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Təqsirləndirilən şəxs N №-li hərbi hissədən gəldiyinə görə xx.xx.2024-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək 3-cü taborun 9-cu bölüyünün 3-cü taqımının 1-ci manqasının atıcıqumbaraatan köməkçisi vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə komandanlıq tərəfindən mənfi xarakterizə edilmişdir. Beləliklə məhkəmə belə hesab edir ki,Təqsirləndirilən şəxs tabelilik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını tənzimləyən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı”, 42-ci maddəsində göstərilən “hərbi qulluqçular həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməli”, 138-ci bəndlərində göstərilmiş “əsgər hərbi nizamnamələrin tələblərini möhkəm bilməli və vicdanla yerinə yetirməlidir” kimi tələblərini kobud surətdə pozaraq zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs burun nahiyəsinə kəllə ilə vurması nəticəsində zərərçəkmiş şəxsin burun sümüklərinin qapalı yerini dəyişmiş qəlpəli sınığı ilə müşayiət olunan burun belinin sola əyilməsi (deformasiyası) və burun tənəffüsünün şişkinlik fonunda zəifləməsi xəsarətini aldığı, bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə əmələ gələ biləcəyi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətli (21 gündən çox) pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarəti yetirmişdi. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tabelilik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir, o, qanunla müəyyən edilmiş qaydada cəzalanmalıdr. Əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsinin hüquqi tövsifi ondan ibarətdir ki, tabelilik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmadır və həmin maddənin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən büş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən törədilmiş əməl az ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin onu bağışlamasını, törətdiyi əməli səmimi etiraf edib peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası CM-nin 54.1-ci maddəsinə əsasən hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa, üç aydan iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq, barəsində törətdiyi əməli nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsini məqsədə müvafiq sayır. Hökmün icrası N saylı hərbi hissənin komandirinə həvalə olunmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs N saylı hərbi hissəyə təhvil verildiyi vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarında qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat miqdarında pul köçürülməlidir. Cinayət iş üzrə ittiham aktının elektron variantının saxlanıldığı bir ədəd DVD-R diski cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməsi təklif olunana əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 8 (səkkiz) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilsin. Hökmün icrası N saylı hərbi hissənin komandirinə həvalə olunsun. Hökmün icrası Təqsirləndirilən şəxs N saylı hərbi hissəyə təhvil verildiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat miqdarında pul köçürülsün. Cinayət iş üzrə ittiham aktının elektron variantının saxlanıldığı bir ədəd DVD-R diski cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməsi təklif olunana əmlak yoxdur. Hökmdən 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №1-1(092)-50/2025
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-50/2025
09.09.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver