Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-51/2024 09.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, XN məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Naxçıvan MR Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxx 1978-ci il tarixdə Şərur rayonunun Yurdçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, evli, 3 uşaq atası, məhkum olunmayan, Kəngərli rayonu, Yurdçu kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, N nömrəli hərbi hissəsinin 4-cü taborunun 13-cü bölüyünün N-ci taqım komandirinin müavini-manqa komandiri vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olan, 11 iyun NN4-cü il tarixdən barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏNETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 13-cü bölüyünün N-ci taqım komandirinin müavini-manqa komandiri vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, həmin hərbi hissənin şərti adı “Cintəndiri” olan döyüş mövqeyində post böyüyü kimi xidməti vəzifələrini yerinə yetirən zaman, 07 fevral NN4-cü il tarixdə saat 17 radələrində tabeliyində olan, komandiri olduğu manqada tuşlayıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs mövqedə baş atıcı vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid1 ünvanına nalayiq ifadə işlətməsi və bu hərəkətinə görə iradını bildirdikdə etiraz etməsi səbəbindən əsəbiləşərək əsgər Zərərçəkmiş şəxs sinə nahiyəsinə N yumruq zərbəsi vurub, zərbənin təsirindən bir qədər arxaya gedib müşahidə məntəqəsinin divarına dəyməsinə səbəb olmaqla ona güclü fiziki ağrı yetirərək rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən şərti adı “Cintəndiri” olan döyüş mövqeyində post böyüyü kimi xidməti vəzifələrini yerinə yetirən zaman 17 fevral NN4-cü il tarixdə saat 1N radələrində döyüş mövqeyinin əsgər yataqxanasında həmin mövqedə baş atıcı vəzifəsində xidmət edən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid1 komandiri olduğu manqada tuşlayıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs silah otağının qıfılını istədiyini, sonuncunun isə qəsdən silah otağının qıfılını vermədiyini görüb əsəbiləşdiyi üçün yaxınlaşaraq əsgər Zərərçəkmiş şəxs kürək nahiyəsindən bir yumruq zərbəsi vurub itələyərək ona güclü fiziki ağrı yetirdikdən sonra ona qarşı nalayiq ifadə işlədərək rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş MAHHXHQ əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində N nömrəli hərbi hissənin 4-cü taborunun, 13-cü bölüyünün, N-ci taqım komandirinin müavini, 1-ci manqanın komandiri vəzifəsində xidmət etdiyini, əsgər Zərərçəkmiş şəxs onun komandiri olduğu manqada tuşlayıcı vəzifəsində, onun tabeliyində xidmət etdiyini, 07 fevral NN4-cü il tarixdə manqada tuşlayıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs manqada baş atıcı vəzifəsində xidmət edən MAHHXHQ əsgər Şahid1 qarşı nalayiq ifadə işlətdiyini eşitdikdən sonra şəxsi heyyəti düzərək əsgər Zərərçəkmiş şəxs cərgənin qabağında yanına çağıraraq ona öz irad bildirib, nalayiq ifadə işlətdiyinə görə irad tutduğunu, lakin əsgər Zərərçəkmiş şəxs də günahını boynuna almayıb ona qarşı öz etirazını bildirdikdə əsəbiləşib onun sinəsindən N yumruq zərbəsi vurub onu arxaya itələdiyini, zərbənin təsirindən həmin vaxt əsgər Zərərçəkmiş şəxs arxaya gedib müşahidə məntəqəsinin divarına dəydiyini, lakin xəsarət almadığını, 17 fevral NN4-cü il tarixdə, park təsərrüfat günü olduğundan xidmətdə olmayan şəxsi heyəti təmizlik və təsərrüfat işlərinə cəlb etdiyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs də yataqxananın təmizlik işlərinə, MAHHXHQ əsgər Şahid1 isə silah otağını səliqəyə salmasını tapşırdığını, saat təqribən 1N radələrində Şahid1 silah otağını təmizləyib qapını bağlamaq üçün qıfılı axtarsa da tapa bilmədiyindən bu barədə əsgər Zərərçəkmiş şəxs müraciət etdiyini, lakin əsgər Zərərçəkmiş şəxs qıfılın yerini ona dəqiq demədiyini, həmin vaxt təsadüfən orada olduğunu və Zərərçəkmiş şəxs Şahid1 qaytardığı cavabı eşitdiyini, onun laqeyid hərəkətlərinə əsəbiləşib Zərərçəkmiş şəxs kürəyindən bir yumruq zərbəsi vurduğunu, əsgər Zərərçəkmiş şəxs də dönüb tərs-tərs ona tərəf baxaraq yumruğunu sıxdığını görüb ona qarşı nalayiq ifadələr işlətdiyini, biri azyaşlı olmaqla 3 övladının olduğunu, ailədə yeganə onun işlədiyini, xidmət yerinin əsasən düşmənlə üzbəüz təmas xətti olduğunu, bu cəhətdən də stressli olduğunu, xidmət etdiyi illər ərzində komandanlıq tərəfindən heç bir cəza almadığını, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs dəfələrlə üzr istədiyini, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdiyini göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs ifadəsində N nömrəli hərbi hissənin 4-cü taborunun 13-cü bölüyünün N-ci taqımının 1-ci manqasında, tuşlayıcı vəzifəsində xidmət etdiyini, həmin vaxt post başçısı və manqa komandirlərinin MAHHXHQ əsgər Təqsirləndirilən şəxs olduğunu, MAHHXHQ əsgər Şahid1 isə manqada baş atıcı vəzifəsində xidmət etdiyini və hal hazırda ehtiyata buraxıldığını, Təqsirləndirilən şəxs ona bir başa rəis hesab edildiyini, Şahid1la isə aralarında tabelik münasibətlərinin olmadığını, 07 fevral NN4-cü il tarixdə, saat 17 radələrində yataqxanada yemək yeyən zaman Şahid1 ona “durun gedək idman meydançasında turnik edək” dedikdə ona “yeməyimizi yeyək gedək” cavabını verdiyini, Şahid1 isə “yox mən sizə idman etdirəcəyəm” dedikdə əsəbiləşib ona qarşı nalayiq ifadə işlətdiyini, deyəsən onun da mənim ona nalayiq ifadələr işlətməyimi Təqsirləndirilən şəxs dediyini, Təqsirləndirilən şəxs də şəxsi heyətə düzərək sırada Şahid1 qarşı nalayiq ifadə işlətməsi ilə bağlı irad tutaraq ona nalayiq sözlər deyərək əsəbiləşib yumruqla onun sinəsindən N dəfə vurduğunu, zərbənin təsirindən müşahidə məntəqəsinin divarına dəydiyini, lakin xəsarət almadığını, 17 fevral NN4-cü il tarixdə park təsərrüfat günü olduğundan mövqedə təmizlik işləri gördüyünü, saat 11 radələrində silah otağından yeşiyi çıxaran zaman silah otağının qıfılı və açarlarının yeşiyin üstündə olmasını görüb qıfılı götürüb silah otağının girişinin yanında olan tibb yeşiyinin üstünə qoyduğunu, həmin vaxt Şahid1 isə silah otağını təmizlədiyini, saat 1N radələrində Şahid1 silah otağının qıfılını axtaran zaman ondan qıfılın harada olmasını soruşduqda ona əli ilə tibb qutusunu göstərib orada olmasını dediyini, bu zaman onun arxasında olan Təqsirləndirilən şəxs onun kürəyindən yumruqla bir zərbə vurub itələyərək “get özün ver” dediyini, geri dönüb ona əsəbi şəkildə baxaraq əsəbiləşib yumruğunu sıxdığını, Təqsirləndirilən şəxs bunu görüb ona nalayiq ifadələr işlədib çölə çıxmasını bildirdiyini, sonra Təqsirləndirilən şəxs bu barədə bölük komandiri Şaiq İbadova zəng edib ona olanlar barəsində yalan məlumat verdiyini, təqsirləndirilən şəxsin ondan üzr istədiyini, onu bağışladığını, ondan heç bir şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər ŞahidN ifadəsində N nömrəli hərbi hissənin 4-cü taborunun 13-cü bölüyünün N-ci taqımının 1-ci manqasında xidmət etdiyini, həmin vaxt post başçısı və manqa komandirlərinin MAHHXHQ əsgər Təqsirləndirilən şəxs olduğunu, 07 fevral NN4-cü il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs şəxsi heyəti müşahidə məntəqəsinin qarşısında düzdüyünü, həmin vaxt Döyüş növbətçisi xidmətində olduğundan müşahidə məntəqəsinin qarşısında hava müşahidəsi apardığını və cərgədə olmadığını, lakin müşahidə məntəqəsinin yanından keçərkən Təqsirləndirilən şəxs əsəbi halda qışqıraraq əsgər Zərərçəkmiş şəxs sinəsindən əli ilə N dəfə vurmasını gördüyünü, sonra əsgər yoldaşlarından əsgər Zərərçəkmiş şəxs MAHHXHQ əsgər Şahid1 qarşı nalayiq ifadə işlətməsini, buna görə düzülüş olmasını öyrəndiyini, bir dəfə də NN4-cü ilin fevral ayının 17-də park təsərrüfat günü olduğundan şəxsi heyətin təsərrüfat və təmizlik işlərinə bölündüklərini, saat 1N radələrində yataqxanadan bərk səs-küy gəlməsini eşitdikdə nə olmasını bilmək üçün yataqxanaya gedəndə orada heç kimi görmədiyini, sonra mövqedəki əsgərlərdən əsgər Zərərçəkmiş şəxs MAHHXHQ əsgər Şahid1 silah otağının qıfılının yerini göstərməsi, lakin aparıb verməməsi səbəbindən Təqsirləndirilən şəxs həmin vaxt əsgər Zərərçəkmiş şəxs bir dəfə vurmasını eşitdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid3 ifadəsində N nömrəli hərbi hissənin 4-cü taborunun 13-cü bölüyünün N-ci taqımının 1-ci manqasında snayper vəzifəsində xidmət etdiyini, həmin vaxt post başçısı və manqa komandirlərinin MAHHXHQ əsgər Təqsirləndirilən şəxs olduğunu, 07 fevral NN4-cü il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs müşahidə məntəqəsinin qarşısında şəxsi heyəti düzərək sırada əsgər Zərərçəkmiş şəxs MAHHXHQ əsgər Şahid1 qarşı nalayiq ifadə işlətməsini ona irad tutaraq onun sinəsindən sağ əlinin içi ilə iki dəfə vurduğunu, zərbənin təsirindən onun divara dəydiyini gördüyünü, bir dəfə də 17 fevral NN4-cü il tarixdə, saat 1N radələrində kazarmanın çölünü təmizləyərkən içəridən bərk səs-küy gəlməsini eşitdiyini, həmin vaxt Təqsirləndirilən şəxs çölə çıxıb özünü söyərək əsgər Zərərçəkmiş şəxs tutduracağını dediyini, sonradan Zərərçəkmiş şəxs baş vermiş hadisəni olduğu kimi ona danışaraq həmin vaxt Təqsirləndirilən şəxs onun kürəyindən yumruqla vurmasını dediyini göstərdi. İbtidai istintaq zamanı ifadəsi alınmış, hal hazırda hərbi xidmətdən tərxis olunmuş, ailə vəziyyəti ilə ələqadar məhkəmə baxışı iclasında iştirak edə bilməyən, məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş Şahid4 ifadəsində N nömrəli hərbi hissənin 4-cü taborunda xidmət edərkən həmin vaxt manqa komandirlərinin MAHHXHQ əsgər Təqsirləndirilən şəxs olduğunu, 07 fevral NN4-cü il tarixdə, saat 17 radələrində post başçısı Təqsirləndirilən şəxs şəxsi heyəti müşahidə məntəqəsinin qarşısında düzdüyünü, həmin vaxt sırada onunla birlikdə əsgərlər Şahid5, ŞahidN, Şahid3 və Zərərçəkmiş şəxs dayandıqlarını, Təqsirləndirilən şəxs onları müşahidə məntəqəsinin içərisinə apararaq orada əsgər Zərərçəkmiş şəxs MAHHXHQ əsgər Şahid1 qarşı niyə nalayiq ifadə işlətməsini soruşduqda onun da cavab qaytarmasına əsəbiləşərək sağ əli yarımbükülü vəziyyətdə əsgər Zərərçəkmiş şəxs sinəsindən iki dəfə vurduğuniu gördüyünü, bir dəfə də 17 fevral NN4-cü il tarixdə, saat 1N radələrində ərazidə işləyərkən yataqxanadan bərk səs-küy gəlməsini eşitdiyini, yataqxanaya gəldikdə əsgər yoldaşlarından nə səs-küy gəlməsini soruşduqda əsgər Zərərçəkmiş şəxs Şahid1 silah otağının qıfılının yerini göstərsədə ancaq aparıb ona vermədiyini, buna görə də Təqsirləndirilən şəxs onu vurmasını dediklərini göstərmişdi. İbtidai istintaq zamanı ifadəsi alınmış, hal hazırda hərbi xidmətdən tərxis olunmuş, ailə vəziyyəti ilə ələqadar məhkəmə baxışı iclasında iştirak etməyən, məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş Şahid5 ifadəsində N nömrəli hərbi hissənin 4-cü taborunun 13-cü bölüyünün N-ci taqımının 1-ci manqasında qumbaraatan vəzifəsində xidmət edərkən həmin vaxt post başçısı və manqa komandirlərinin MAHHXHQ əsgər Təqsirləndirilən şəxs olduğunu, 07 fevral NN4-cü il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs şəxsi heyəti müşahidə məntəqəsinin qarşısında düzərək əsgər Zərərçəkmiş şəxs MAHHXHQ əsgər Şahid1 qarşı nalayiq ifadə işlətməsi ilə bağlı iradinı bildirərək ona qarşı nalayiq ifadə işlədərək onun sinəsindən iki dəfə yumuruqla vurduğunu gördüyünü, bundan başqa 17 fevral NN4-cü il tarixdə də əsgər Zərərçəkmiş şəxs Şahid1 silah otağının qapısının qıfılını vermədiyini, buna görə də Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs kürəyindən yumruqla bir dəfə vurmasını eşitdiyini göstərmişdi. İbtidai istintaq zamanı ifadəsi alınmış, məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş ailə vəziyyəti ilə ələqadar hal-hazırda Türküyə Respublikasına işləməyə getmiş və bu səbəbdən də məhkəmə baxışı iclasında iştirak etməyən Şahid1 ifadəsində 07 fevral NN4-cü il tarixdə, saat 17 radələrində yataqxanada yemək yeyilən zaman əsgərlərə “durun gedək turnik edək” dediyini, əsgər Zərərçəkmiş şəxs isə “yeməyimizi yeyək gedək” cavabını verdiyini, ona “yox mən sizə idman etdirəcəyəm” dedikdə əsgər Zərərçəkmiş şəxs nalayiq ifadə ilə “belə-beləsiz mənə nə xidmət öyrədəsiz” cavabını verdiyini, bu barədə manqa komandiri MAHHXHQ əsgər Təqsirləndirilən şəxs bildirdiyini, onun da şəxsi heyəti bayrda düzərək əsgər Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətməsi ilə bağlı irad bildirməsini, əsgər Zərərçəkmiş şəxs cavab qaytardığı üçün MAHHXHQ əsgər Təqsirləndirilən şəxs N dəfə onun sinəsindən vurmasını orada olan əsgərlərdən eşitdiyini, NN4-cü ilin fevral ayının ortalarında, park təsərrüfat günü olarkən, saat 1N radələrində silah otağında təmizlik işləri aparıb bitirdikdən sonra silah otağının qapısını bağlamaq istəyərkən qıfılı tapa bilmədiyindən qıfılın harada olmasını əsgər Zərərçəkmiş şəxs soruşduğunu, ancaq əsgər Zərərçəkmiş şəxs qıfılın harada olmasını tam olaraq deməyərək “elə oradadır” cavabını verdiyindən həmin vaxt orada olan MAHHXHQ əsgər Təqsirləndirilən şəxs qıfılın yerini dəqiq demədiyi üçün əsəbiləşərək əsgər Zərərçəkmiş şəxs kürəyindən yumruqla vurub itələyərək “ordadır demə ki, get açarı tap ver” dediyini əsgər Zərərçəkmiş şəxs isə onun üzünə dönüb tərs-tərs baxdıqda Təqsirləndirilən şəxs əsəbiləşib ona “səni məruzə edib tutduracam, məruzə etməyənin var-yoxunu belə-belə edim” dediyini göstərmişdi. Cinayət işi üzrə iş vərəqə 7N-74-də olan Məhkəmə-tibbi ekspertin 09 aprel NN4-cü il tarixli, 696 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində heç bir xəsarət və xəsarət izləri müəyyən edilməmişdir. Cinayət işi üzrə iş vərəqə N9-da olan cinayət işinin materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışdan görünür ki, N nömrəli hərbi hissənin 4-cü taborunun 13-cü bölüyünün N-ci taqımının 1-ci manqasının tuşlayıcısı əsgər Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 137-ci maddəsinə əsasən xidmət etdiyi manqanın komandiri MAHHXHQ əsgər Təqsirləndirilən şəxs tabeliyində xidmət edir. Cinayət işi üzrə iş vərəqə 17, 101-də olan cinayət işinin materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N aprel NN3-cü il tarixli, 108 №-li əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi hissənin 5-ci taborunun 16-cı bölüyünün 3-cü taqım komandirinin müavini-manqa komandiri vəzifəsindən azad olunaraq həmin tarixdə hərbi hissənin 4-cü taborunun 13-cü bölüyünün N-ci taqım komandirinin müavini-manqa komandiri vəzifəsinə təyin edilmişdir. Cinayət işi üzrə iş vərəqə 19, 10N-də olan cinayət işinin materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N yanvar NN4-cü il tarixli, 6 №-li əmrindən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs hərbi hissənin 4-cü taborunun 13-cü bölüyünün 3-cü taqımının N-ci manqasının tuşlayıcısı vəzifəsindən azad olunaraq həmin tarixdə hərbi hissənin 4-cü taborunun 13-cü bölüyünün N-ci taqımının 1-ci manqasının tuşlayıcısı vəzifəsinə təyin edilmişdir. Cinayət işi üzrə iş vərəqə 56-da olan cnayət işinin materiallarına əlavə edilmiş N8 mart NN4-cü il tarixli, NN6 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Cinayət işi üzrə iş vərəqə 63-də olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi üzrə iş vərəqə 134-də olan Naxçıvan MR Səhiyyə Nazirliyinin Yaqub Budaqov adına Naxçıvan MR X1 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs xəstəxanada psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmadıqları göstərilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdədə Təqsirləndirilən şəxs müsbət, Zərərçəkmiş şəxs mənfi xarakterizə edilmişdir. Cinayət işi üzrə iş vərəqə 104-də olan nigah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 15 may 1985-ci ildə doğulmuş Şərur rayon Yurtçu kənd sakini X4 ilə 11 iyul N06-cı ildə ailə həyatı qurmuşdur. Cinayət işi üzrə iş vərəqə 105-106-da olan 17 iyul N07-ci il təvəllüdlü X5, N8 oktyabr N09-cu il təvəllüdlü X3 və 01 mart N13-cü il təvəllüdlü X6 adlı övladları vardır. Cinayət işinə əlavə edilmiş Şərur rayon Aşağı Daşarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-N8-15 saylı 1N iyul NN4-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə şahid qismində tanınmış Şahid1 hal-hazırda ailəsi ilə birlikdə Türküyə respublikasına işləməyə getdiyindən məhkəmə baxışı iclasında iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf edib zərərçəkmiş şəxsdən üzr istəməsini, zərərçəkmiş şəxsin onu bağışlamasını, himayəsində bir azyaşlı övladı olmaqla 3 uşağının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını, düşmənlə üzbəüz, birbaşa təmas xəttində xidmət etməsini, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi ilə tövsif edilmiş və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarənda qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər hüquqi xarekterli tədbirlər işgəncə və digər qəddar, qeyri insani, yaxut ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası daha ağır cəza növü olduğundan həmin cəzanın da onun barəsində real tətbiq edilməsini bir halda qanunun tələbləri baxımından, digər halda isə ədalət və humanizm prinsipləri baxımından mümkün saymır. Ona görə ki, Təqsirləndirilən şəxs N17 saylı hərbi hissədə xidmət edərkən xidmətinin əsas hissəsini düşmənlə biavasitə üzbəüz sərhəddə, ön, təmas xəttdində aparır. Himayəsində biri azyaşlı olmaqla üç övladı vardır. Xidmət etdiyi müddət ərzində xidməti vərəqəsinə əsasən cəzalanmıyıb. N17 saylı hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterize olunur. Ailənin yeganə qazanc gətirənidir. Törətdiyi əməli səmimi etraf edib. Zərərçəkmiş şəxs onu bağışlayıb. Ondan şikayət və tələbi yoxdur. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral N17-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin müəyyən qərarlarında da cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, ailəsinin həyat şəraitinə təsirini eləcə də işdə olan digər yüngülləşdirici halları nəzərə alaraq onun törətdiyi əmələ görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını verməyi və eləcə də Təqsirləndirilən şəxs təyin olunan cəzanı çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilib sınaq müddəti verilməklə şərti məhkum etmənin təyinini və xidmətini davam etdirməsi üçün xidmət etdiyi N17 saylı hərbi hissənin komandanlığının sərəncamına verilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.N-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3 və 70.N-ci maddələrində göstərilən hallar Təqsirləndirilən şəxs barəsində tətbiq ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini həm məqsədə müvafiq, həm də mümkün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti və işin halları ilə bağlı yuxarıda göstərilənlər onun hazırki vəziyyətdə ictimai təhlükəli olmamasına dəlalət edir. Bundan başqa, ona təyin ediləcək cəzanın real icra edilməsi onun ailəsinin həyat şəraitinə mənfi təsir göstərə bildiyindən real təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsini həm mümkün həm də, məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət hazırda xidmət etdiyi N17 saylı hərbi hissənin komandanlığına, hərbi xidmətdən tərxis olunarsa daimi yaşadığı yer üzrə Kəngərli rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, sınaq müddətində komandanlığın icazəsi olmadan, tərxis olunduqdan sonra isə davranışına nəzarət edən orqana, yəni daimi yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək və davranışları ilə islah olunmasını sübut etmək vəzifələri ona bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına N10 (iki yüz on) manat miqdarında pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383- 384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib N(iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq olunsun və onun barəsində N(iki) il sınaq müddəti təyin edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək və davranışları ilə islah olunmasını sübut etmək vəzifələri qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərində nəzarət N17 saylı hərbi hissə komandanlığı, hərbi xidmətdən tərxis olunduqdan sonra isə Kəngərli rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. . Cinayət işi üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına N10 (iki yüz on) manat miqdarında pul köçürülsün. Hökmdən N gün müddətində Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №1-1(092)-51/2024
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-51/2024
09.08.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver