Məhkəmə qərarları › İş №1-1(092)-51/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-51/2025

11.09.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-51/2025 11.09.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Burosunun vəkili Müdafiəçi iştirakları ilə, Naxçıvan MR Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxx 199N-ci il tarixdə Ağstafa rayonunun Muğanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (iki azyaşlı uşaq atası), ali təhsilli, əvvəllər məhkum olunmamış, Vətən müharibəsi iştirakçısı, “Qubadlının azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə” Vətən müharibəsi iştirakçısı, “100 illik yubley”, “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş, Ağstafa rayonunun Muğanlı kəndində daimi qeydiyyatda olmaqla, Şahbuz şəhəri, 1 №li hərbi şəhərcik, bina N, mənzil 34-də yaşayan, barəsində 31 iyul N0N5-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, N №li hərbi hissədə xidmət edən, kapitan Təqsirləndirilən şəxs (xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmə İstintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, Müdafiə Nazirliyinin N №li hərbi hissəsinin 1-ci taborunun, 3-cü bölüyünün komandiri vəzifəsində, kapitan hərbi rütbəsində xidmət edərkən 17 aprel N0N5-ci il tarixdə, saat 14 radələrində həmin bölüyün Şahbuz rayonunun Kükü kəndi ərazisində yerləşən şərti olaraq “Qoqi- Dayaq” adlanan döyüş mövqeyinin yataqxanasında tabeliyində olan, həmin bölüyün 3-cü taqımının N-ci manqasında atıcı-qumbaraatan köməkçisi vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs ondan icazə alıb yataqxanadan çölə çıxıb geri döndükdən sonra paltarının və hərbi çəkməsinin yaş olmasını görüb əsəbiləşərək sağ əli ilə onun sifətinin sol tərəfindən bir şillə vuraraq ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində əsgər Zərərçəkmiş şəxs Musa oğlunu hərbi xidmət müddətində, N №li hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün şərti olaraq “Qoqi-Dayaq” adlanan döyüş mövqeyində xidmət edərkən tanıdığını, əsgər Zərərçəkmiş şəxs bölük komandiri olduğundan onunla aralarında tabelik münasibətinin olduğunu, 17 aprel N0N5-ci il tarixdə, saat 14 radələrində əsgər Zərərçəkmiş şəxs və əsgər Şahid1la yataqxanada olarkən, əsgər Hacıbəyovun ayaqyoluna getmək üçün ondan icazə alaraq yataqxanadan çölə çıxdığını, təxminən 30 dəqiqə sonra yataqxanaya qayıdarkən onun çəkməsinin və paltarının yaş olduğunu görüb yanına çağıraraq üst–başının və çəkmələrinin niyə yaş olduğunu ondan soruşduqda, cavab verməyib başını aşağı saldıqda ona çəkmələrini çıxarmasını dediyini, çəkmələrini çıxartdıqdan sonra onun ayağının və corablarının tamamilə yaş və su olduğunu görüb əsəbiləşərək özünü saxlaya bilməyib sağ əli ilə onun sifətinin sol tərəfindən bir şillə vurub paltarlarını dəyişməsi üçün bayıra çıxmasını dediyini, törətdiyi əməldən son dərəcə peşman olduğunu, ondan üzr istədiyini, məhkəmədən ailəsinin maddi vəziyyətini və peşmançılığını nəzərə almasını xahiş etdiyini göstərdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınmış əsgər Zərərçəkmiş şəxs ifadəsində N №li hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün 3-cü taqımının N-ci manqasında qumbaraatan vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etdiyini, kapitan Təqsirləndirilən şəxs onun bölük komandiri olduğundan onun tabeliyində xidmət etdiyini, 17 aprel N0N5-ci il tarixdə əsgər Şahid1la birlikdə yataqxanada olarkən saat 14 radələrində ayaqyoluna getmək üçün bölük komandiri Təqsirləndirilən şəxs icazə alaraq yataqxanadan çıxdığını, bir az sonra yataqxanaya qayıdarkən əl-üz yuma yerində əlini yumaq üçün su qabını su ilə doldurarkən bilmədən çəkməsi və paltarının su olduğunu, islatdığını, yataqxanada olan bölük komandiri Təqsirləndirilən şəxs onu görüb yanına çağıraraq ona çəkmələrini çıxarmasını tapşırdığını, çəkmələrini çıxardanda onun corablarının yaş olduğunu görüb əsəbiləşərək “niyə üst başını yaş edirsən, səhhətinə ziyandır deyib” sağ əli ilə onun sifətinin sol tərəfindən bir şillə vurduğunu, xəsarət almasa da, sifətində bərk ağrı hiss etdiyini, sonradan bölüyün əsgərlərinin də kapitan Təqsirləndirilən şəxs onu vurmasını bildiklərini, Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onu bağışladığını, ondan hər hansı şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, N №li hərbi hissənin 1-ci taborunun əsgəri Şahid1 ifadəsində əsgər Zərərçəkmiş şəxs ilə eyni bölükdə xidmət etdiklərini, bölük komandirlərinin kapitan Təqsirləndirilən şəxs olduğunu, 17 aprel N0N5-ci il tarixdə əsgər Zərərçəkmiş şəxs və bölük komandiri kapitan Təqsirləndirilən şəxslə birlikdə yataqxanada olarkən saat 14 radələrində əsgər Zərərçəkmiş şəxs ayaqyoluna getmək üçün Nəbiyevdən icazə istəyərək yataqxanadan çölə çıxaraq bir az sonra yataqxanaya qayıdarkən onun hərbi çəkməsi və paltarlarınin yaş olduğunu bölük komandiri görüb onu yanına çağıraraq çəkmələrini çıxarmasını tapşırdığını, çəkmələrini çıxartdıqda ayağının və corablarının yaş olduğunu görüb əsəbləşərək sağ əli ilə onun sifətinin sol tərəfindən bir şillə vurduğunu gördüyünü göstərdi. İbtidai istintaq zamanı ifadəsi alınmış məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş, ailə vəziyyəti ilə ələqadar ordu sıralarından tərxis olunaraq Baki şəhərində yaşayan, N №li hərbi hissənin 1-ci taborun 3-cü bölüyündə xidmət etmiş ŞahidN ifadəsində 17 aprel N0N5-ci il tarixdə, saat 14 radələrində yataqxanaya qayıdarkən yataqxananın içərisindən bölük komandiri kapitan Təqsirləndirilən şəxs qışqırıq səslərini eşitdiyini, həmin vaxt onun nə dediyini dəqiq eşidə bilməsə də, yataqxanada nə baş verməsini öyrənmək üçün yataqxanaya girən zaman əsgər yoldaşı Zərərçəkmiş şəxs yataqxanadan çölə çıxdığını, gözlərinin dolduğunu gördüyünü, ondan nə baş verdiyini soruşanda ayağının və üst-başının nəm və yaş olmasına görə kapitan Təqsirləndirilən şəxs onu vurduğunu dediyini, nə səbəbə vurmasını soruşanda cavab verməsə də sonradan onu niyə vurmasını əsgər yoldaşlarından öyrəndiyini göstərmişdi. Cinayət işinin materiallarına əlavə edilmiş arayışdan görünür ki, N №li hərbi hissənin hüququ işləri üzrə köməkçisi ədliyyə kapitanı Elnur Əliyevin hərbi hissə komandirinə ünvanlandığı 07 may N0N5-ci il tarixli raportdan görünür ki, 06 may N0N5-ci il tarixdə 1-ci taborun 3-cü bölüyünün şərti olaraq “Qoqi-Dayaq” adlanan döyüş mövqeyinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Zərərçəkmiş şəxs bölük komandiri kapitan Təqsirləndirilən şəxs onu vurması barədə şikayət etmişdir. Cinayət işinin materiallarında, o cümlədən N №li hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışda N №li hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün komandiri kapitan Təqsirləndirilən şəxs ilə həmin bölüyün 3-cü taqımının N-ci manqasının atıcıqumbaraatan köməkçisi, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Zərərçəkmiş şəxs Musa oğlu arasında tabelik münasibətlərinin olduğu, kapitan Təqsirləndirilən şəxs ona rəis sayıldığı göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 03 iyun N0N5-ci il tarixli, 1344 №li arayışdan görünür ki, hərbi xidmətə yararlı olub-olmamasını müəyyən etmək məqsədilə kapitan Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onun hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. “Respublika Narkoloji Mərkəzi” X5 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs Mərkəzdə narkoloji qeydiyyatda olmadığı göstərilmişdir. “Respublika Psixiatriya Xəstəxanası” X5 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs həmin Xəstəxanada müalicədə olmadığı göstərilmişdir. “Ağstafa rayon Mərkəzi Xəstəxanası” X5 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin narkoloji və psixiatr kabinetində qeydiyyatda olmadığı göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsindən alınmış tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmədiyi göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterize olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər hüquqi xarekterli tədbirlər işgəncə və digər qəddar, qeyri insani, yaxut ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs iki azyaşlı övladı, 11 sentyabr N0N0-ci il X3 və 17 may N0N5-ci il təvəllüdlü XN adlı övladları vardır. N №li hərbi hissə komandirinin N oktyabr N0N4-cü il tarixli, 306 №li əmrindən çıxarışda kapitan Təqsirləndirilən şəxs həmin hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara qoyulmaqla 1-ci taborun 3-cü bölüyünün komandiri vəzifəsinə təyin edildiyi göstərilmişdir. N №li hərbi hissə komandirinin N yanvar N0N5-ci il tarixli, 9 №li əmrindən çıxarışda əsgər Zərərçəkmiş şəxs Musa oğlunun bölüyün 3-cü taqımının N-ci manqasının atıcıqumbaraatan köməkçisi vəzifəsinə təyin edildiyi göstərilmişdir. N №li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Müdafiyə Nazirliyi N saylı hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısıdır və “Qubadlının azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə” Vətən müharibəsi iştirakçısı” “100 illik yubley”, “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif olunub. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirici hallar Vətən müharibəsi iştirakçısı olması və “ Qubadlının azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə” Vətən müharibəsi iştirakçısı” “100 illik yubley”, “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif olunması, törətdiyi əməli etiraf edib səmimi peşimançılıq çəkməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və onunla barışması, zərərçəkmiş şəxsin onu bağışlaması, himayəsində iki azyaşlı uşağının olmasıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 3N9.1-ci maddəsi ilə tövsif edilmiş və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, bu da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.N-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlin böyük ictimai təhlükə törətməyən cinayət əməli olmasını, vətən müharibəsi iştirakçısı olmasını, himamayəsində iki azyaşlı övladının olmasını, məhkəmə istintaqının bütün prosessi dövründə törətdiyi əməli səmimi etraf etməsini nəzərə alaraq barəsində hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd etməyi lazım bilir ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.N-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğində pul tutulur. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N saylı hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissə komandanlığına həvalə edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak və mülki iddia yoxdur. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat miqdarında pul köçürülməlidir. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan bir ədəd CD diski cinayət işinin materiallarına əlavə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖКМ ЕТDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq pul təminatından 1N (on iki) faiz məbləğində pul tutulmaqla 6 (altı) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N saylı hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissə komandanlığına həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökm icraya yönəldiyi gündən hesablansın. Cinayət işi üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak və mülki iddia yoxdur. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat miqdarında pul köçürülsün. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan bir ədəd CD diski cinayət işinin materiallarına əlavə edilsin. Hökmdən N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar