Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-52/2024 14.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Naxçıvan MR Hərbi Məhkəməsinin inzibati binasında xx xxx 1997-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, Ağstafa rayonu Sadıqlı kəndində qeydiyyatda olmaqla N saylı hərbi hissənin zabitlər üçün nəzərdə tutulmuş yataqxanasında yaşayan, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində 1-ci taborun 3-cü bölüyünün 3-cü tağımının komandiri vəzifəsində xidmət edən, barəsində 14 iyun N4-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş kiçik leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Əliyev X2 Nazirliyinin Naxçıvan şəhərində yerləşən N №-li hərbi hissəsinin 1-ci taborunun 3-cü bölüyünün 3-cü tağımının komandiri vəzifəsində, kiçik leytenant hərbi rütbəsində xidmət edərkən 09 aprel N4-cü il tarixdə onun xidmət yerinə gəlməsi məlumatının yuxarı komandanlığa ötürülməməsi səbəbindən 10 aprel N4-cü il tarixdə saat N radələrində N №-li hərbi hissənin qərargah binasının yaxınlığında yerləşən sıra meydanında axşam yerbəyeri zamanı həmin hərbi hissənin komandiri, polkovnik Zərərçəkmiş şəxs növbəti gün üçün tapşırıqlarını şəxsi heyətə çatdırarkən, Təqsirləndirilən şəxs kənardan sıranın qarşısına çıxaraq ona rəis olan Zərərçəkmiş şəxs sözünü kəsib barəsində yuxarı komandanlığa düzgün məlumat verilmədiyinə görə nalayiq ifadə işlətmiş, buna görə polkovnik Zərərçəkmiş şəxs şəxsi heyəti sola döndərərək irəli getmələri barədə komanda verib ona tərəf gəlib söhbət etmək istəyərkən hərbi hissənin qərargah binasının yanında kiçik leytenant Təqsirləndirilən şəxs həmin səbəbdən polkovnik Zərərçəkmiş şəxs kitelinin yaxasından tutaraq dartmaqla və sol çiyin nahiyəsinə bir dəfə yumruqla vurmaqla rəisə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı zor tətbiq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində N3-cü ilin oktyabr ayının 26-dan N №-li hərbi hissənin 1-ci taborunun 3cü bölüyünün 3-cü tağım komandiri vəzifəsində, kiçik leytenant rütbəsində xidmət etdiyini, hərbi hissə komandiri polkovnik Zərərçəkmiş şəxs isə N №-li hərbi hissənin komandiri olduğunu, onu xidmət etdiyi müddətdə görüb tanıdığını, xidmətini daim müsbət istiqamətdə qurmaq istəsə də qura bilmədiyini, bir az ailə problemlərinin olduğunu, bu barədə hərbi hissə komandanlığı və yuxarı komandanlığa da məlumat verdiyini, qardaşının cavan rəhmətə getməsinin ona daha da pis təsir etdiyini, buna görə də xidmətdən tərxis olunmaq istədiyini, özündə də bir az səhlənkarlıq olduğundan xidmət yerinə tez-tez yubanmalarının olduğunu, bu səbəblərdən də hərbi hissə komandirinin ona münasibətinin mənfi olduğunu, belə ki, 08 aprel N4-cü il tarixdə hərbi hissədə axşam yerbəyeri vaxtı saat təqribən 19:03-də hərbi hissə komandiri sıranın qarşısında təlimatda olarkən icazə almadan, heç kimə heç nə demədən avtobusa yubandığını görüb icazəsiz nəzarət buraxılış məntəqəsinə, oradan da avtobusla evinə getdiyini, əvvəllər də belə halların az-az da olsa olduğunu, sonra zabit yoldaşlarından eşitdiyinə görə hərbi hissə komandiri onun cərgədən icazəsiz getməsinə görə tabor komandiri mayor Feliks Əliyevə onu bir də sıraya yubanarsa, yaxut da başqa qanunsuz hərəkətləri olarsa düzülüşlərə buraxmamasını tapşırdığını eşitdiyini, 09 aprel N3-cü il tarixdə yenə yuxudan gec durduğu üçün hərbi hissəyə saat 08-də gəlməli olduğu halda təqribən 08:15 radələrində gəldiyini, həmin vaxt ondan başqa bir neçə zabit və aşağı heyyətdən də orada yubananların olduğunu, hərbi hissənin NBM-də növbətçisi baş leytenant Vasif Yusifovu onlara hərbi hissəyə buraxmayaraq buraxılmama səbəbini hərbi hissə komandirinin “xidmət yerinə gecikənləri hərbi hissəyə buraxılmasınlar və yuxarı komandanlığa bu barədə məlumat verilsin” tapşırdığını verdiyini dediyini, hərbi hissəyə buraxılmadığına görə qayıdıb evlərinə getdiyini, nahar fasiləsindən yarım saat əvvəl hərbi hissəyə gəldikdə yenə NBM növbətçisi onu xidmət yerinə buraxmadıqda NBM-də növbətçisi baş leytenant Vasif Yusifova hərbi hissə komandirinə nahar fasiləsindən sonra onun tez gəldiyini məlumat vermələrini xahiş etdiyindən onun da hərbi hissə komandirinə məruzə edib onu hərbi hissəyə buraxdığını, saat 15:30 düzülüşünə sırada dursa da kapitan Mənsur Qarayevin onu sıraya buraxmayaraq komandirin tapşırığı olduğunu dediyini, sıradan çıxıb yataqxanaya getdiyini, bir müddət sonra hərbi hissə növbətçisi baş leytenant V.Yusifovun yanına gedərək xidmət yerinə gəlməsi barədə ordu komandanlığına məlumatın ötürülüb-ötürməməsini soruşduğunu, onun da bu barədə məlumatının olmadığını deyəsən hərbi hissə komandirinin tapşırığına əsasən yuxarı komandanlığa bu barədə məlumat ötürülmədiyini dediyini, həmin gün xidmətini davam etdirdiyini, səhərsi gün yəni 10 aprel N4-cü il tarixdə aprel ayının 9-da səhər düzülüşünə gecikməsinə görə, həm də günortadan sonra hərbi hissəyə gec gəlməsinə görə ondan izahat aldığını, aprel ayının 9-da və 10-da hərbi hissənin düzülüşlərinə buraxılmayaraq yataqxanada olduğunu, həmin izahatlarda onun hərbi hissəyə gəlmə vaxtları və hərbi hissədə olma vaxtları düzgün göstərilmədiyindən çox əsəbləşdiyini, yalan məlumatların onu nayrahat etdiyini, ona görə də 10 aprel N4-cü il tarixdə axşam saat 19 düzülüşündən əvvəl bütün olanları aydınlaşdırmaq üçün hərbi hissə komandiri polkovnik Zərərçəkmiş şəxs yaxınlaşıb fikirlərini ona çatdırmaq istədiyini, lakin hərbi hissə komandiri Zərərçəkmiş şəxs onu nəinki dinləmək istəmədiyini, heç ona əhəmiyyət də vermədiyini, sonra hərbi hissənin şəxsi heyətinin qərargah binasının yan tərəfində düzülərkən sıranın yanına gedib əsəbi halda anidən sıranın qarşısına tərəf çıxıb hərbi hissə komandirindən söz demək üçün icazə istəyib icazəsiz uca səslə “mənim barəmdə yuxarı komandanlığa yalan məlumat verənin var-yoxunu belə-belə edim” ifadəsini işlətdikdə hərbi hissə komandiri Zərərçəkmiş şəxs onun işlətdiyi ifadələrdən əsəbləşərək hərbi hissənin şəxsi heyətini sola döndərib qaçaraq komandası verdiyini, sonra ona tərəf gələrək anidən onun yaxasından tutub qərargaha tərəf aparanda onun da qarşılıqlı Zərərçəkmiş şəxs yaxasından tutaraq bir birlərini dartışdırdıqlarını, həmin vaxt anidən Zərərçəkmiş şəxs onun sağ göz nahiyəsinə yumruq zərbəsi vurduğunu, onun da Zərərçəkmiş şəxs çiyinlərindən yapışaraq ondan qurtarmaq üçün onu o, tərəf bu tərəfə dartışdırdığını, lakin dəqiq yadında qalan qətiyən onu vurmadığını, orada olan yuxarı rütbəli idarə heyəti zabitlərinin onları aralaşdırdıqlarını, gözaltı nahiyəsinin şişdiyini və qaraldığını, həmin vaxt Qurban bayramı olduğundan heç bir yerə, nə hospitala nə də hərbi hissənin tibb bölüyünə müraciyət edə bilmədiyini, bir müddət sonra gözaltı qaraltıların çəkildiyini, törətdiyi yuxarıda göstərdiyi əməllərə görə peşman olduğunu, zərərçəkmiş şəxs onu bağışlamasa da ondan üzr istədiyini göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində N №-li hərbi hissənin komandiri vəzifəsində, polkovnik rütbəsində xidmət etdiyini, kiçik leytenant Təqsirləndirilən şəxs N №-li hərbi hissəyə verilən vaxtdan görüb tanıdığını, ümumiyyətlə Təqsirləndirilən şəxs hərbi qaydalara əməl etməyən, verilmiş tapşırıqları icra etməyən, intizamsız bir zabit olduğunu, daim xidmət yerinə, düzülüşlərə yubandığını, 08 aprel N4-cü il tarixdə axşam düzülüşü olan vaxt, saat 19:03-də bütün hərbi hissənin həmişə olduğu kimi şəxsi heyəti hərbi hissənin sıra meydanında düzüldüyü halda kiçik leytenant Təqsirləndirilən şəxs heç kəsdən icazə almadan, heç kəsə demədən sıradan özbaşına çıxıb getdiyini, ona görə də 09 aprel N4-cü il tarixdə səhər vaxtı hərbi hissə növbətçisi baş leytenant Vasif Yusifova “saat 08:00-dan sonra hərbi hissəyə girişçıxışın qəti qadağan olduğunu, kimlər vaxtında xidmət yerinə gəlməzsə həmin şəxsləri hərbi hissəyə buraxılmasın” tapşırıq verdiyini, 09 aprel N4-cü il tarixdə səhər vaxtı Təqsirləndirilən şəxs həmişə olduğu kimi xidmət yerinə gecikdiyindən onun tapşırığına əsasən hərbi hissə növbətçisinin Təqsirləndirilən şəxs hərbi hissəyə buraxmadığını, onun da rahat şəkildə hərbi hissədən çıxıb getdiyini, həmin gün nahardan sonra Təqsirləndirilən şəxs hərbi hissəyə vaxtında gəlməsi barədə ona məruzə olunduğunu, onun da bəlkə düzəlib fikiri ilə Təqsirləndirilən şəxs hərbi hissəyə buraxılması barədə göstəriş verdiyini, icazə versə də 1-ci taborun komandiri mayor Feliks Əliyevə Təqsirləndirilən şəxs sıra düzülüşünə buraxmamasına göstəriş verdiyini, 10 aprel N4-cü il tarixdə axşam saat N radələrində axşam düzülüşünə gedərək şəxsi heyətə tapşırıqlarını çatdıran vaxt, qəflətən və icazə olmadan Təqsirləndirilən şəxs cərgənin yan tərəfindən sürətlə önə doğru çıxıb “bir dəqiqə olar?” “bir dəqiqə olar” deyərək ona tərəf gəldiyini, ona sıraya durmasını tələb etdikdə, Təqsirləndirilən şəxs göstərişə məhəl qoymadan sıranın qarşısına, mərkəzə tərəf gəlib üzünü ona tutaraq uca səslə “mənim barəmdə yuxarı komandanlığa səhv məlumat verənin var-yoxunu belə-belə edim” dediyini, həmin sözlərin və söyüşün bir başa ona ünvanlandığını, nüfuzuna xələl gəlməməsi üçün və şəxsi heyətin onun bu hərəkətlərini görməməsi üçün cərgədə olanlara sola dönüb oradan uzaqlaşmaları barədə komanda verdiyini, sonra Təqsirləndirilən şəxs yaxınlaşaraq onu qərərgaha, xidməti otağına aparıb onun nə üçün belə hərəkətlərə yol verməsinin səbəblərini soruşmaq istədiyini və məqsədinin də bu olduğunu, bu məqsədlə ona yaxılaşarkən bir birləri ilə tutaqlaşdıqlarını, həmin vaxt anidən Təqsirləndirilən şəxs gözləmədiyi halda birdən-birə hər iki əli ilə onun kitelinin yaxasından tutub onu o, tərəf bu tərəfə dartmağa başladığını, həmin vaxt orada olan hərbi hissənin yuxarı rütbəli zabitlərinin onu qucaqlayaraq kənara çəkmək istədiyini, anidən Təqsirləndirilən şəxs sağ əli ilə ona yumruq atdığını, yumruğun onun sol çiyin nahiyəsindən dəydiyini, lakin xəsarət almadığını, sonra orada olan zabitlərin onları aralaşdırdıqlarını, Təqsirləndirilən şəxs bağışlamadığını, qanun daxilində onun cəzalandırılmasını məhkəmədən xahiş etdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində N №-li hərbi hissə komandirinin maddi texniki təminat üzrə müavini vəzifəsində xidmət etdiyini, hadisə olan gün yəni 10 aprel N4-cü il tarixdə hərbi hissədə axşam düzülüşü zamanı, saat təqribən axşam N radələrində hərbi hissədə, təyin olunmuş yerdə bütün şəxsi heyətin düzüldüyünü, həmin vaxt hərbi hissə komandiri polkovnik Zərərçəkmiş şəxs həmişə olduğu kimi sıranın qarşısına çıxıb növbəti gün üçün tapşırıqlar verərkən anidən N saylı hərbi hissənin kiçik leytenantı Təqsirləndirilən şəxs sıranın yan tərəfindən qabağa çıxaraq uca səslə nəsə demək üçün hərbi hissə komandirinə tərəf əlini qaldıraraq hamının eşidəcəyi tərzdə “bir dəqiqə olar?” “bir dəqiqə olar” dediyini, hərbi hissə komandirinin də ona əhəmiyyət verməyərək cari tapşırıqlarını verməyə davam etdiyini, bundan sonra Təqsirləndirilən şəxs sıranın qabağına tərəf çıxıb hərbi hissə komandirinə tərəf uca səslə “mənim barəmdə yuxarı komandanlığa səhv məlumat verənin var yoxunu belə-belə edim” ifadəsini işlətdiyini, hərbi hissə komandiri Zərərçəkmiş şəxs danışığını yarımçıq kəsib briqadanın şəxsi heyətinə sola dönüb irəli getmələri barədə komanda verdikdən sonra qərargahın binasına tərəf gedərək Təqsirləndirilən şəxs nə üçün belə hərəkət etməsini soruşması üçün ona tərəf getdiyini, Təqsirləndirilən şəxs də qərargah binasının qarşısında Zərərçəkmiş şəxs tərəf gələrək cərgədən bir az aralıda onun kitelinin yaxasından tutub dartışdırdığını, Zərərçəkmiş şəxs isə onun əlini yaxasından tutub kənarlaşdırmaq istədiyini, həmin vaxt Təqsirləndirilən şəxs sağ əli ilə anidən Zərərçəkmiş şəxs tərəf yumruq atdığını, yumruqun Zərərçəkmiş şəxs sol çiyin nahiyəsinə dəydiyini gördüyünü, həmin vaxt qarşılıqlı dartışsalar da Zərərçəkmiş şəxs onu vurmasını görmədiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində hal-hazırda N №-li hərbi hissə komandirinin maddi texniki təminat üzrə müavini vəzifəsində xidmət etdiyini, hadisə olan vaxt N №-li hərbi hissə komandirin müavini vəzifəsində xidmətdə olduğunu, 08 aprel N4-cü il tarixdə N №-li hərbi hissədə axşam düzülüşündə hərbi hissə komandiri polkovnik Zərərçəkmiş şəxs gündəlik təlimata uyğun axşam düzülüşünü keçirərkən saat 19:03-də kiçik leytenant Təqsirləndirilən şəxs icazə almadan, heç kimə heç nə demədən və heç bir səbəb olmadan sıradan çıxıb hərbi hissəni tərk etdiyini, hərdən belə hallar təkrar olunduğundan və hərbi hissə komandiri onun intizamsızlıqlarını bildiyindən ona görə tabor komandiri mayor Feliks Əliyevi danlayıb bundan sonra onun olduğu sıraya Təqsirləndirilən şəxs gəlməməsini, yataqxanada qalmasını tapşırdığını, 10 aprel N4-cü il tarixdə saat N radələrində hərbi hissədə axşam düzülüşü zamanı polkovnik Zərərçəkmiş şəxs sıranın qarşısına çıxıb tapşırıqlarını verən vaxt Təqsirləndirilən şəxs birdən-birə heç bir səbəb olmadan sıranın yan tərəfindən çıxıb hərbi hissə komandirinin sözünü kəsərək uca səslə hamının eşidəcəyi tərzdə “bir dəqiqə olar?” “bir dəqiqə olar” dediyini, hərbi hissə komandirinin ona icazə verməyib öz tapşırıqlarını verməyə davam etdiyini, bundan sonra Təqsirləndirilən şəxs komandirin ona əhəmiyyət verməyib danışığını davam etdirdiyini görüb sıranın önünə tərəf gəlib uca səslə komandirə tərəf “mənim barəmdə yuxarı komandanlığa səhv məlumat verənin var-yoxunu” ifadəsini işlətdiyini, həmin vaxt Zərərçəkmiş şəxs danışığını dayandırıb şəxsi heyətə “sola dön, qaçaraq marş” komandası verdikdən sonra Təqsirləndirilən şəxs tərəf getdiyini, onun yanına çatıb qərargahın qarşısında onun qoluna girib söhbət etmək məqsədilə qərərgaha aparmaq istərkən hər ikisinin bir-birləri ilə dartışdıqlarını, anidən Təqsirləndirilən şəxs hər iki əli ilə Zərərçəkmiş şəxs yaxasından tutduqda qarşılıqlı yaxalaşdıqlarını və anidən heç kəsin gözləmədiyi halda Təqsirləndirilən şəxs əllərini yana çəkib sağ əli ilə Zərərçəkmiş şəxs yumruq atdığını, yumruqun Zərərçəkmiş şəxs çiynindən dəydiyini gördüyünü, Zərərçəkmiş şəxs isə onu vurmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində hadisə olan vaxt N №-li hərbi hissədə əməliyyat bölmə rəisi vəzifəsində xidmət etdiyini, 10 aprel N4-cü il tarixdə axşam saat N radələrindən N №-li hərbi hissədə axşam düzülüşü zamanı hərbi hissə komandiri polkovnik Zərərçəkmiş şəxs sıranın qarşısına gələrək şəxsi heyətə növbəti gün üçün tapşırıqlar verərkən həmin vaxt kiçik leytenant Təqsirləndirilən şəxs anidən sıranın ön tərəfınə çıxaraq komandirin danışığını yarımçıq kəsib uca səslə “bir dəqiqə olar?” dedikdə komandir ona olmaz deyərək öz tapşırıqlarını verməyə davam etdirdiyini, Təqsirləndirilən şəxs isə üzünü komandirə tərəf tutaraq “mənim barəmdə yuxarı komandanlığa səhv məlumat verənin var-yoxunu” ifadəsini işlətdiyini, bu sözdən sonra Zərərçəkmiş şəxs danışığını dayandıraraq hərbi hissənin şəxsi heyətini digər istiqamətə getməsi barədə tapşırıq verib ona tərəf gedərək onu qərargaha tərəf aparmaq istədiyini, qərərgahın qarşısında Təqsirləndirilən şəxs komandirin onunla dalaşacağını düşündüyündən komandiri qabaqlayıb onun yaxasından tutaraq dartışdırmağa başladığını, Zərərçəkmiş şəxs da onun əllərindən tutub yaxasından aralaşdırmaq istərkən həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir yumruq atdığını, yumruqun onun sol çiyninə dəydiyini gördüyünü, sonra onları aralaşdırdıqlarını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində N №-li hərbi hissədə kadrlar bölməsinin rəisi vəzifəsində xidmət etdiyini, 08 aprel N4-cü il tarixdə saat N radələrində hərbi hissədə axşam düzülüşü vaxtı hərbi hissə komandiri, polkovnik Zərərçəkmiş şəxs sıranın qarşısında onlara müəyyən tapşırıqlar verərkən həmin vaxt Təqsirləndirilən şəxs heç nə demədən, heç kimdən icazə almadan anidən sıradan çıxaraq hərbi hissənin nəzarət buraxılış məntəqəsinə tərəf gedib oradan da çıxıb evlərinə getdiyini, bunu görən hərbi hissə komandiri heç nə deməyərək çıxışına davam etdirdiyini, lakin həmin hadisəyə görə onun tabor komandiri mayor Feliks Əliyevi danlayaraq bundan sonra Təqsirləndirilən şəxs onun olduğu sıraya gəlməməsini, yataqxanada qalmasını tapşırdığını, 09 aprel N4-cü il tarixdə səhər saat 08-də, səhər yerbəyerində Təqsirləndirilən şəxs sırada olmadığını gördüyünü, 10 aprel N4-cü il tarixdə axşam saat N radələrində hərbi hissənin sıra meydanında briqadanın şəxsi heyətinin düzüldüyünü, gündəlik iş planına uyğun olaraq polkovnik Zərərçəkmiş şəxs onlara səhərsi gün üçün tapşırıqlar verərkən sıranın yan tərəfində cərgədə durmayan kiçik leytenant Təqsirləndirilən şəxs cərgənin ön hissəsinə çıxıb uca səslə hərbi hissə komandiri Zərərçəkmiş şəxs nə məqsədləsə “bir dəqiqə olar?” dediyini, komandirin onun dediklərinə əhəmiyyət verməyərək əsəbi halda ona əl çək get burdan dediyini, ancaq Təqsirləndirilən şəxs hərbi hissə komandirinə tərəf dönüb “mənim barəmdə yuxarı komandanlığa səhv məlumat verənin var-yoxuna” ifadəsini işlətdiyini, Zərərçəkmiş şəxs cərgədə olanlara tapşırıqları verməyi dayandırıb şəxsi heyətinə əks tərəfə getmələri barədə tapşırıq verib qərərgahın qarşısında dayanan Təqsirləndirilən şəxs yaxınlaşaraq onu qərargaha gəlməsini təklif etdisə də S.Əliyevin ona yaxınlaşaraq onunla dartışdığını gördüyünü, orada olanların onları aralaşdırdıqdan sonra zabit yoldaşlarından həmin vaxt Təqsirləndirilən şəxs mübahisə vaxtı Zərərçəkmiş şəxs çiynindən yumruqla vurmasını eşitdiyini göstərdi. İbtidai istintaq zamanı ifadəsi alınmış, xidməti zərurətlə əlaqədar məhkəmə istintaqında iştirak etməyən, ifadəsi tədqiq edilərək elan edilmiş Şahid4 ifadəsində hadisə olan vaxt N №-li hərbi hissə komandirinin birinci müavini- qərargah rəisi vəzifəsində xidmət etdiyini, N4-cü ilin aprel ayının 10-da saat N radələrində N №-li hərbi hissə komandiri polkovnik Zərərçəkmiş şəxs hərbi hissənin şəxsi heyəti ilə axşam yerbəyerini keçirən vaxt Təqsirləndirilən şəxs kənardan gələrək sıranın qarşısına çıxıb Zərərçəkmiş şəxs komandir “bir dəqiqə olar?” dedikdə Zərərçəkmiş şəxs ona etirazını bildirərək tapşırıqlarını verməyə davam etdirdiyini, Təqsirləndirilən şəxs isə yenə təhqiramiz formada Zərərçəkmiş şəxs tərəf “mənim barəmdə yuxarı komandanlığa səhv məlumat verənin var-yoxuna” ifadəsini işlətdikdə Zərərçəkmiş şəxs hərbi hissənin şəxsi heyətini sola döndərib “qaçaraq marş” komandası verərək qərargahın qarşısında ona yaxınlaşıb onun etdiyi hərəkətləri aydınlaşdırmaq üçün onun qolundan tutmaq istəyərkən Təqsirləndirilən şəxs hər iki əli ilə Zərərçəkmiş şəxs yaxasından tutub dartaraq ona tərəf yumuruq atdığını gördüyünü, yumuruğun onun çiynindən dəydiyini, orada olanlarla birlikdə onları aralaşdırdıqlarını, həmin vaxt Zərərçəkmiş şəxs onu vurmasını görmədiyini göstərmişdı. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 78-79-da olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 17 may N4-cü il tarixli qərardan görünür ki, xx xxxx 1980-cı ildə Culfa rayonunun Xanəgah kəndində doğulmuş, ali hərbi təhsilli, evli Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işi üzrə 16 aprel N4-cü ildə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, 22 aprel N4-cü il tarixli, 281 №-li ekspert rəyində zərərçəkmiş şəxs polkovnik Zərərçəkmiş şəxs bədən səthində hər hansı xəsarət və ya xəsarət izləri olmadığı göstərilmişdir. Təqsirləndirilən şəxs N №-li hərbi hissə komandirinin N iyul N9-cu il tarixli N №-li əmri ilə hərbi hissənin 2-ci taborunun 4-cü bölüyünün 3-cü tağımının komandiri vəzifəsinə təyin edilmiş, N №-li hərbi hissə komandirinin N iyun N0-ci il tarixli N №-li əmri ilə hərbi hissənin 5-ci taborunun 15-ci bölüyünün 1-ci tağım komandiri vəzifəsinə təyin edilmişdir. X4 komandanının 26 fevral N2-ci il tarixli 09r №-li əmri ilə Təqsirləndirilən şəxs hərbi rütbəsi leytenant hərbi rütbəsindən kiçik leytenant rütbəsinə bir pillə aşağı salınmışdır. X4 komandanının 16 oktyabr N3-cü il tarixli 082 №-li əmri ilə Təqsirləndirilən şəxs N №-li hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün 3-cü tağım komandiri vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs N №-li hərbi hissədə xidmət etdiyi müddətdə komandanlıq tərəfindən mənfi xarakterizə olunmuşdur. Təqsirləndirilən şəxs hərbi-həkim komissiyasından keçirilmiş, təqdim olunmuş 19 aprel N4-cü il tarixli 330 №-li arayışda onun hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli, hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 9-cu maddəsində nəzərdə tutulan “tabelikdə olanlar rəislərinə sözsüz tabe olmağa borcludurlar” tələblərinin ziddinə olaraq rəisə, habelə hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsə hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı və ya belə vəzifələrin yerinə yetirməsi ilə ələqadar zor tətbiq etmə və ya zor tətbiq etməklə müqvimət göstərmə onun özünün qismən etrafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxs və şahidlərin ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər sübutlarla tam sübuta yetirilir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyətindən azad olunması üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə tövsif edilmişdir və o, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, bu da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən halları habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs verdiyi sərbəst ifadəsində 10 aprel N4-cü il tarixdə saat təqribən N radələrində axşam düzülüşü zamanı guya hərbi hissə komandiri Zərərçəkmiş şəxs tərəfindən ona qarşı gobud hərəkətlər olduğunu və onu hərbi hissənin qərərgahına aparmaq istərkən onun qərərgaha getməməsi səbəbindən sağ gözaltı nahiyəsindən yumuruqla vurduğunu, həmin vaxt gözünün və gözaltı nahiyəsinin qaraldığını, həmin vaxt həkimə müraciət etməməsinin səbəbi isə nə hərbi hissənin tibb bölüyünün, nə də N saylı hərbi hissənin Qurban bayramı olduğuna görə işləmədiyini göstərsə də məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3 və Şahid5 Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini inkar edərək hadisə olan vaxtı cərgədə olduqlarını, həmin vaxt doğurdan da Təqsirləndirilən şəxs cərgənin qarşısında hərbi hissə komandirinə qarşı gobudluq və hörmətsizlik etdiyini, söyüş söyərək onun nüfuzunu aşağı saldığını, hərbi hissə komandirinin ona qarşı heç bir gobud hərəkətlər etmədiyini və onu vurmadığını, onun gözaltı nahiyəsində və gözündə qaralmalar olduğunu görmədiklərini, əksinə Təqsirləndirilən şəxs yumuruqla onun çiynindən vuraraq ona qarşı zor tətbiq etdiyini gördüklərini göstərdilər. Məhkəmə bu səbəbdən də Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində güya Zərərçəkmiş şəxs cərgənin qabağında, qərərgahın yanında onun gözaltı nahiyəsindən vurması hissəsini özünü müdafiyə xarakterli ifadə kimi qiymətləndirir və həmin hissəni sübut növü kimi qəbul etmir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edib zərərçəkmiş şəxsdən üzr istəməsini cəzanı yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə leytenant Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlin böyük ictimaii təhlükəli törətməyən əməl olmasını, zərərçəkmiş şəxslə barışığa cəhd göstərməsini, məhkəmə istintaqının bütün prosessi dövründə özünü səmimi aparmasını nəzərə alaraq təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının onun barəsində təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd etməyi lazım bilir ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.2-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğində pul tutulur. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N saylı hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə yeni xidmət etdiyi hərbi hissə komandanlığına həvalə edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak və mülki iddia yoxdur. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat miqdarında pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə. HÖКМ ЕТDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq pul təminatından 12 (on iki) faiz pul tutulmaqla 1 (bir) il 6(altı) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə yeni xidmət etdiyi hərbi hissə komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak və mülki iddia yoxdur. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat miqdarında pul köçürülsün. Hökmdən 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №1-1(092)-52/2024
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-52/2024
14.08.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver