Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-53/2024 02.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1988-ci il tarixdə Şahbuz rayonunun Gömür kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, Naxçıvan MR Hərbi Məhkəməsinin xx.xx.N24-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə məhkum olunmuş, Şahbuz rayonunun Kolanı kəndində qeydiyyatda olmaqla, Naxçıvan şəhəri 58-ci məhəllə, döngə 3, ev 45-də yaşayan, barəsində 25 iyul N24-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində xidmət etmiş, haliyədə müvəqqəti işsiz Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: 09 avqust N24-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Naxçıvan Hərbi Prokurorluğundan daxil olmuşdur. Məhkəmənin hazırlıq iclasının 22 avqust N24-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Belə ki, Orucov X6 Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun 2-ci bölüyünün baş çavuşu vəzifəsində, kiçik gizir hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən 12 iyun N24-cü il tarixdə saat N radələrində 1-ci taborun yataqxanasının qarşısında olan zaman tabeliyində olan, həmin bölüyün 1-ci taqımının 2-ci manqasında atıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs yanına çağıraraq 1-ci taborun yataqxanasının zabitlər otağından ona məxsus səhra çantasını gətirməsi barədə tapşırıq vermiş, əsgər Zərərçəkmiş şəxs yataqxanadan gec gəldiyini görüb yanına çağıraraq kitelinin yaxasından tutub özünə tərəf çəkərək sağ əli ilə başından bir yumruq zərbəsi vurmuş, əsgər Zərərçəkmiş şəxs başında ağrı hiss etdiyi üçün geriyə çəkilən zaman yenidən sonuncunun sifətinə sağ əli ilə bir yumruq zərbəsi vuraraq, ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində o, N nömrəli hərbi hissənin 1-ci taborunun, 2-ci bölüyünün, baş çavuşu vəzifəsində, kiçik gizir hərbi rütbəsində xidmət etdiyini, N iyul N24-cü il tarixdə hərbi xidmətdən ehtiyata buraxıldığını, xx.xx.N24-cü il tarixdə saat N radələrində hərbi hissənin 1-ci taborunun yataqxanasının qarşısında olan zaman tabeliyində olan, 2-ci bölüyün atıcısı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs yanına çağıraraq düzülüşə gecikdiyini və cəld bölüyün yataqxanasında yerləşən zabitlər otağından səhra çantasını gətirməsini tapşırıq verdiyini, əsgər Zərərçəkmiş şəxs yataqxanaya getdiyini və təxminən on dəqiqə keçməsinə baxmayaraq yataqxanadan qayıtmadığını, o, isə 15:30-da keçirilən düzülüşə gecikdiyi üçün bölüyün atıcısı vəzifəsində xidmət edən əsgər Şahid3 yataqxananın qarşısında görüb yanına çağırıb zabitlər otağından səhra çantasını gətirməsini və əsgər Zərərçəkmiş şəxs da yanına göndərməsini tapşırıq verdiyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs yataqxananın ikinci mərtəbəsinin pəncərəsindən görüb soyadı ilə uca səslə çağırdığını, daha sonra əsgər Zərərçəkmiş şəxs yanına gəldiyini və səhra çantasını əsgər Şahid3 verdiyini dediyini, o, isə gecikdiyi üçün əsəbi olduğundan əsgər Zərərçəkmiş şəxs kitelinin yaxasından tutub özünə tərəf çəkib qışqıraraq verdiyi tapşırığı niyə vaxtında yerinə yetirmədiyini deyib başından sağ əli ilə bir yumruq zərbəsi vurduğunu, vuran zaman əsgər Zərərçəkmiş şəxs geri çəkildiyini, geriyə çəkilən zaman onun sol sifət nahiyəsindən yenidən sağ əli ilə bir yumruq zərbəsi vurduğunu, bundan sonra əsgər Zərərçəkmiş şəxs getdiyini və bir neçə dəqiqə sonra əsgər Şahid3 səhra çantasını gətirdiyini və düzülüşə getdiyini, günorta düzülüşündən sonra təxminən saat N radələrində o, yataqxananın qarşısında olan zaman əsgər Zərərçəkmiş şəxs yanına çağırıb verdiyi tapşırığı ləng icra etdiyi üçün əsəbi olduğundan vurduğunu dediyini və peşman olduğunu deyib üzr istədiyini, əsgər Zərərçəkmiş şəxs isə “taborun qarşısında məni vurmağınız düzgün deyil” dediyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs sifət və baş nahiyəsində hər hansı xəsarət izi görmədiyini və özündən də hər hansı xəsarət alıb-almadığını soruşan zaman əsgər Zərərçəkmiş şəxs heç bir xəsarət almadığını bildirdiyini, ondan üzr istəyərək barışdığını göstərmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə onun törətmiş olduğu cinayət əməli ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və digər sübutlarla tam təsdiq edilmişdir. Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün tam etirafı, iş üzrə məhkəmədə ifadə vermiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs ifadəsində xx.xx.N24-cü il tarixdə saat 18:00-dan xx.xx.N24-cü il saat 17:30-dək xidmət etdiyi 2-ci bölükdə gün növbətçisi təyin olunduğunu, xx.xx.N24-cü il tarixdə saat N radələrində hərbi hissənin 1-ci taborunun yataqxanasının qarşısında təyin olunmuş yerdə siqaret çəkib qayıdarkən yataqxananın qarşısında bölüyün baş çavuşu kiçik gizir Təqsirləndirilən şəxs onu uca səslə yanına çağırıb düzülüşə gecikdiyini, cəld bölüyün yataqxanasının yan tərəfində yerləşən zabitlər otağından səhra çantasını gətirməyini dediyini, o, çantanı götürmək üçün dərhal yataqxananın ikinci mərtəbəsində yerləşən zabitlər otağına getdiyini, lakin otaqda nə qədər axtarsa da kiçik gizir Təqsirləndirilən şəxs aid olan çantanı tapa bilmədiyini, çantanı tapa bilmədiyi üçün də otaqdan kimə aid olduğunu bilmədiyi bir ədəd səhra çantası götürüb çıxdığını, yataqxananın dəhlizində bölük komandiri kapitan Pərvin Quliyev ondan səhra çantasının harada olduğunu soruşduğunu və çantasını gətirməyi istədiyini, o, kapitan P.Quliyevin çantasını götürmək üçün yataqxanada yerləşən onun xidməti otağına gedib səhra çantasını götürüb özünə verdiyini, bu zaman bölüyün əsgəri Şahid3 ona yaxınlaşıb Təqsirləndirilən şəxs səhra çantasını istədiyini və onu da Təqsirləndirilən şəxs çağırdığını dediyini, o, isə əsgər Şahid3 Təqsirləndirilən şəxs səhra çantasını tapmadığını və başqa səhra çantası götürdüyünü deyib çantanı ona verdiyini, həmin vaxt kiçik gizir Təqsirləndirilən şəxs yataqxananın qarşısından onu soyadı ilə uca səslə çağırdığını eşitdiyini, dərhal Təqsirləndirilən şəxs yanına yataqxananın qarşısına getdiyini, Təqsirləndirilən şəxs yaxınlaşıb çantanı əsgər Şahid3 verdiyini dediyini, bu zaman Təqsirləndirilən şəxs onun kitelinin yaxasından tutub özünə tərəf çəkib qışqıraraq “verdiyim tapşırığı niyə vaxtında yerinə yetirmirsən” deyərək başından sağ əli ilə bir dəfə yumruq zərbəsi vurduğunu, vuran zaman başında ağrı hiss edib geri çəkildiyini, geriyə çəkilən zaman Təqsirləndirilən şəxs onun sol sifət nahiyəsindən yenidən sağ əli ilə bir dəfə yumruq zərbəsi vurduğunu, bundan sonra yataqxanaya gün növbətçisinin xidmət apardığı təyin olunan yerə getdiyini, təxminən on dəqiqə sonra xidmət yerində olan zaman bölüyün əsgəri Şahid3 ona yaxınlaşıb niyə kefsiz olduğunu soruşduğunu, o, isə kiçik gizir Təqsirləndirilən şəxs gecikdiyi üçün əsəbiləşdiyini və onu başından, sifət nahiyəsindən vurduğunu dediyini, əsgər Şahid3 isə hadisənin nə vaxt baş verdiyini soruşduğunu, o, isə yataqxananın qarşısında olduğunu dediyini və heç kimə məlumat vermədiyini bildirdiyini, daha sonra əsgər Şahid3 getdiyini, həmin vaxt yataqxanada güzgüyə baxan zaman sol sifət nahiyəsində qızartı gördüyünü, günorta yerbəyerindən sonra təxminən saat N radələrində yataqxanada xidmət yerində olan zaman Təqsirləndirilən şəxs onu yataqxanadan çölə yanına çağırıb “sən intizamlı əsgərsən, verdiyim tapşırığı ləng icra etdiyin üçün əsəbi olduğumdan səni vurdum, peşmanam, təsəvvür elə ki, qardaşın vurub səni” deyib üzr istədiyini, o, isə Təqsirləndirilən şəxs “taborun qarşısında məni vurmağınız düzgün deyil” dediyini, Təqsirləndirilən şəxs isə xəsarətinin olub-olmadığını soruşduğunu, o, isə heç bir xəsarətinin olmadığını bildirdiyini, Təqsirləndirilən şəxs ondan üzr istədiyi üçün hərbi hissə komandanlığına Təqsirləndirilən şəxs onu vurması barədə məlumat vermədiyini, həmin gün saat N radələrində atası İntiqam Əsgərovla danışmaq üçün hərbi hissənin ərazisində olan poçta getdiyini, poçtda olan telefon vasitəsi ilə atası İ.Əsgərovla danışan zaman onunla eyni vaxtda xidmətə gələn və həmin hərbi hissənin 3-cü taborunun 7-ci bölüyünün 3-cü taqımının 3-cü manqasında pulemyotçu vəzifəsində əsgər hərbi rütbəsində xidmət edən qardaşı əsgər Şahid1 yanına gəlib niyə kefsiz olduğunu və kiçik gizir Təqsirləndirilən şəxs niyə onu qışqıraraq çağırdığını soruşduğunu, o, isə telefonda atası ilə danışdığı üçün demədiyini, bu zaman atası telefonda qardaşının ona dediklərini eşidib nə olduğunu soruşduğunu, o, isə kiçik gizir Təqsirləndirilən şəxs çantasını gec gətirdiyi üçün onu vurduğunu dediyini, atası İntiqam Əsgərov isə ona Təqsirləndirilən şəxs şikayət edəcəyini bildirdiyini, daha sonra yataqxanaya gedən zaman qardaşı əsgər Şahid1 onun sol sifət nahiyəsində qızartı olduğunu dediyini və ondan nə olduğunu soruşduğunu, o, isə kiçik gizir Təqsirləndirilən şəxs çantasını gec gətirdiyi üçün əsəbiləşərək başından və sol üz nahiyəsindən yumruq zərbələri vurduğunu dediyini, kiçik gizir Təqsirləndirilən şəxs ondan üzr istədiyini və Təqsirləndirilən şəxs bağışladığını, şikayətinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin 3-cü taborunun 7-ci bölüyünün 3-cü taqımının 3-cü manqasında pulemyotçu vəzifəsində xidmət edən əsgər Şahid1 ifadəsində N iyun N24-cü ildə hərbi hissənin ərazisinə patrul növbətçiliyinə təyin olunduğunu, 12 iyun N24-cü il saat N radələrində bölüyün baş çavuşu gizir Ərkan İlhamoğlu yataqxanaya gəlib köhnə isti gödəkçəni ona verib hərbi hissənin çamaşırxanasına aparıb təhvil verməyini dediyini, o, isə saat 16:00-da patrul növbətçiliyini təhvil alacağından gecikməmək üçün dərhal gödəkçəni götürüb çamaşırxanaya yollandığını, hərbi hissənin 1-ci taborunun yataqxanasının yaxınlığından keçərkən 1-ci taborun 2-ci bölüyün baş çavuşu kiçik gizir Təqsirləndirilən şəxs qardaşı əsgər Zərərçəkmiş şəxs qışqıraraq soyadı ilə çağırdığını eşitdiyini, həmin vaxt növbətçiliyə gecikməmək üçün əhəmiyyət verməyib gödəkçəni çamaşırxanaya təhvil verib patrul xidmətini təhvil almağa getdiyini, saat 18:00-da xidməti təhvil verdikdən sonra saat 19:00 radələrində atası İntiqam Əsgərovla danışmaq üçün hərbi hissənin ərazisində yerləşən poçta getdiyini, poçtda qardaşı əsgər Şahid1 telefonla danışdığını görüb ona yaxınlaşdığını və atası İ.Əsgərovla danışdığını, kefsiz olduğunu gördüyünü, qardaşı əsgər Zərərçəkmiş şəxs niyə kefsiz olduğunu və kiçik gizir Təqsirləndirilən şəxs niyə onu qışqıraraq çağırdığını soruşduğunu, əsgər Zərərçəkmiş şəxs isə atası ilə danışdığı üçün heç nə demədiyini, həmin vaxt atası onun qardaşına dediklərini eşitdiyini və nə olduğunu soruşduqda, qardaşı əsgər Zərərçəkmiş şəxs atasına kiçik gizir Təqsirləndirilən şəxs səhra çantasını gec gətirdiyi üçün vurduğunu dediyini, daha sonra o, da atası ilə telefonla danışdığını və atası İ.Əsgərov Təqsirləndirilən şəxs hansı səbəbdən qardaşını vurduğunu soruşduğunu, o, isə məlumatının olmadığını bildirdiyini, atası isə kiçik gizir Təqsirləndirilən şəxs şikayət edəcəyini dediyini, daha sonra qardaşı Zərərçəkmiş şəxsla yataqxanaya gedən zaman qardaşının sol üz nahiyəsində qızartı olduğunu görüb yenidən nə olduğunu soruşduğunu, qardaşı əsgər Samir Əsgərov isə kiçik gizir Təqsirləndirilən şəxs çantasını gec gətirdiyi üçün əsəbiləşərək onu vurması barədə hadisəni ona danışdığını, növbəti gün atasının kiçik gizir Təqsirləndirilən şəxs qardaşı əsgər Zərərçəkmiş şəxs vuraraq zor göstərməsi barədə şikayət etdiyini eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin 1-ci taborunun 2-ci bölüyünün 3-cü taqımının 2-ci manqasında qumbaraatan vəzifəsində xidmət edən əsgər Şahid2 ifadəsində 12 iyun N24-cü il saat N radələrində siqaret çəkmək üçün yataqxanadan çölə çıxdığını, yataqxanadan çölə çıxan zaman yataqxananın qarşısında kiçik gizir Təqsirləndirilən şəxs qışqıraraq bölüyün əsgəri Zərərçəkmiş şəxs kitelinin yaxasından tutaraq özünə tərəf çəkib sağ əli ilə başından bir dəfə yumruqla vurduğunu gördüyünü, həmin vaxt əsgər Zərərçəkmiş şəxs geri çəkildiyini, geri çəkilən zaman kiçik gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs sol sifət nahiyəsindən yenidən bir dəfə yumruqla vurduğunu gördüyünü göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin 1-ci taborunun komandiri vəzifəsində xidmət edən mayor X8 ifadəsində 13 iyun N24-cü il saat N radələrində hərbi hissənin avtomobil parkının girişində olan zaman qərargah rəisi polkovnik-leytenant Samiq Niftalıyev ona telefonla zəng edərək kiçik gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs vurmasını, əsgər Zərərçəkmiş şəxs atasının şikayət etdiyini dediyini və əsgər Zərərçəkmiş şəxsla kiçik gizir Təqsirləndirilən şəxs qərargaha aparmağı barədə göstəriş verdiyini, ərazidə 2-ci bölüyün əsgəri Yaqub Xalıqovu görüb yanına çağırıb bölüyün əsgəri Zərərçəkmiş şəxs yanına çağırması barədə tapşırıq verdiyini, həmin gün kiçik gizir Təqsirləndirilən şəxs isə buraxılışda olduğunu, daha sonra əsgər Zərərçəkmiş şəxs yanına gəldiyini və əsgər Zərərçəkmiş şəxs kimin vurub, döydüyünü və hərbi hissə komandanlığına niyə məlumat verməməsi barədə soruşduğunu, əsgər Zərərçəkmiş şəxs isə kiçik gizir Təqsirləndirilən şəxs yataqxanada zabitlər otağından səhra çantasını gətirmək tapşırığını verdiyini, kapitan P.Quliyevin yataqxanada səhra çantasını vermək üçün gecikdiyindən kiçik gizir Təqsirləndirilən şəxs əsəbiləşib kitelinin yaxasından tutaraq başından və sifət nahiyəsindən yumruqla vurduğunu dediyini, o, isə atasının şikayət etdiyini bildirdiyini, bundan sonra 2-ci bölüyün komandiri kapitan Pərvin Quliyevi telefonla zəng edib yanına çağırdığını, kapitan P.Quliyev həmin vaxt bölük komandirləri toplantısından çıxıb yanına gəldiyini və hadisə barədə məlumatının olubolmamasını soruşduğunu, kapitan P.Quliyev isə məlumatının olmadığını bildirdiyini, daha sonra o, əsgər Zərərçəkmiş şəxsla birlikdə hərbi hissənin qərargahına gedib əsgər Zərərçəkmiş şəxs qərargah rəisinə təqdim etdiyini, qərargah rəisi əsgər Zərərçəkmiş şəxs hadisə barədə sorğu-sual etdikdən sonra ona kiçik gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs vurması barədə raport yazmağını, hərbi hissədə araşdırma başlanılması barədə göstəriş verdiyini və həmin gün araşdırma başlandığını, N iyul N24-cü il tarixdə müvafiq əmrlə kiçik gizir Təqsirləndirilən şəxs hərbi rütbəsi kiçik gizir rütbəsindən əsgər rütbəsinə endirildiyini və hərbi hissədən ehtiyata buraxıldığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin 1-ci taborunun 2-ci bölüyünün komandiri vəzifəsində xidmət edən kapitan X7 ifadəsində 13 iyun N24-cü il saat N radələrində hərbi hissənin ərazisində yerləşən avtomobil parkında bölük komandirlərinə keçirilən metodiki məşğələdə iştirak edən zaman 1-ci taborun komandiri mayor Murad Əliyev ona telefonla zəng edib avtomobil parkının girişinə çağırdığını, o, məşğələ rəhbərindən icazə alıb avtomobil parkının girişinə qarovul evinin yanına mayor Murad Əliyevin yanına getdiyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs da orada olduğunu, mayor M.Əliyev ona kiçik gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs vurduğunu dediyini və hadisədən məlumatının olub-olmamasını soruşduğunu, mayor M.Əliyevə bu barədə məlumatının olmadığını dediyini, oradan toplantıya qayıtdığını, həmin gün nahar fasiləsi zamanı hərbi hissənin yataqxanasının yan tərəfində kiçik gizir Təqsirləndirilən şəxs görüb yanına çağırdığını və Təqsirləndirilən şəxs nə vaxt və hansı səbəbdən əsgər Zərərçəkmiş şəxs vurduğunu soruşduğunu, Təqsirləndirilən şəxs isə 12 iyun N24-cü il saat N radələrində əsgər Zərərçəkmiş şəxs özünün səhra çantasını gətirmək tapşırığı verdiyini, əsgər Zərərçəkmiş şəxs isə gec gəldiyi üçün əsəbiləşib vurduğunu və peşman olduğunu dediyini, N iyul N24-cü il tarixdə müvafiq əmrlə kiçik gizir Təqsirləndirilən şəxs hərbi rütbəsi əsgər hərbi rütbəsinə endirildiyini və hərbi hissədən ehtiyata buraxıldığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 3-cü taqımının 1-ci manqasında heyət nəfəri-atıcı vəzifəsində xidmət edən əsgər Şahid3 ifadəsində 12 iyun N24-cü il saat N radələrində hərbi hissənin 1-ci taborunun yataqxanasının qarşısında olarkən kiçik gizir Təqsirləndirilən şəxs onu yanına çağırıb yataqxanadan zabitlər otağından səhra çantasını gətirməyini və əsgər Zərərçəkmiş şəxs yanına çağırmağını dediyini, o, yataqxanaya qalxan zaman dəhlizdə əsgər Zərərçəkmiş şəxs gördüyünü və kiçik gizir Təqsirləndirilən şəxs onu çağırdığını dediyini, əsgər Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs çantasını aparmağa gəldiyini, lakin tapa bimədiyi üçün başqasına aid olan səhra çantası götürdüyünü bildirdiyini, o, isə Təqsirləndirilən şəxs çantasını götürməyə gəldiyini deyib çantanı əsgər Zərərçəkmiş şəxs aldığını və səhv götürdüyü çantanı dəyişdirmək üçün zabitlər otağına getdiyini, əsgər Zərərçəkmiş şəxs isə həmin vaxt Təqsirləndirilən şəxs yanına getdiyini, kiçik gizir Təqsirləndirilən şəxs özünə aid olan səhra çantasını axtarıb tapdıqdan sonra yataqxanadan çölə çıxıb kiçik gizir Təqsirləndirilən şəxs özünə verdiyini, daha sonra su qabını götürmək üçün yataqxanaya qayıtdığını, həmin gün əsgər Zərərçəkmiş şəxs gün növbətçisi təyin olunduğu üçün gün növbətçisi üçün təyin olunan yerdə kefsiz halda dayandığını görüb əsgər Zərərçəkmiş şəxs yaxınlaşıb niyə kefsiz olduğunu soruşan zaman əsgər Zərərçəkmiş şəxs ona kiçik gizir Təqsirləndirilən şəxs onu vurduğunu dediyini, o isə nə vaxt, hansı səbəbə və harasından vurduğunu soruşduğunu, əsgər Zərərçəkmiş şəxs isə onun səhv çantanı dəyişdirməyə gedən zaman Təqsirləndirilən şəxs yataqxananın qarşısında yumruqla başından və sifət nahiyəsindən vuraraq üzərinə qışqırmasını dediyini göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı özünü tam təqsirli bildiyini, bu səbəbdən Təqsirləndirilən şəxs elan olunmuş ittihamın və barəsində çıxarılan ittiham hökmünün əsasına özünün tam etirafı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, həmçinin digər sübutlarla tam sübuta yetir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsinə əlavə edilmiş, cinayət işinin başlanması haqqında 15 iyul N24-cü il tarixli qərardan məlum olur ki, əsgər Zərərçəkmiş şəxs cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 8-9-cu vərəqələrinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N aprel N24-cü il tarixli, 95 №-li və 26 oktyabr N23-cü il tarixli, 303 №-li əmrindən çıxarışlardan görünür ki, əsgər Zərərçəkmiş şəxs, 1-ci motoatıcı taborun 2-ci bölüyünün 1-ci taqımının 2-ci manqasının atıcısı, kiçik gizir Təqsirləndirilən şəxs, 4-cü motoatıcı taborun 13-cü bölüyünün baş çavuşu- 1-ci motoatıcı taborun 2-ci bölüyünün baş çavuşu vəzifəsinə təyin olunmuşdur. Cinayət işinin 1-ci cildinin 14-15-ci vərəqələrinə əlavə edilmiş xidməti xasiyyətnamələrdən görünür ki, zərər çəkmiş şəxs, əsgər Zərərçəkmiş şəxs komandanlıq tərəfindən müsbət, təqsirləndirilən şəxs, kiçik gizir Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 16-cı vərəqəsinə əlavə edilmiş xidmət vərəqəsindən görünür ki, baş çavuş, kiçik gizir Təqsirləndirilən şəxs xidmət müddətində komandanlıq tərəfindən həvəsləndirilməyib və müəyyən səbəblərdən müxtəlif vaxtlarda “Şiddətli töhmət” və “Töhmət” cəzaları ilə cəzalandırılıbdır. Cinayət işinin 1-ci cildinin 17-ci vərəqəsinə əlavə edilmiş xidməti vərəqədən görünür ki, atıcı əsgər Zərərçəkmiş şəxs xidmət müddətində komandanlıq tərəfindən həvəsləndirilməyib və cəzalandırılmayıbdır. Cinayət işinin 1-ci cildinin 22-ci vərəqəsinə əlavə edilmiş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş hərbi qulluqçunun 5 №-li nəzarət işindən görünür ki, Orucov X3 MR Hərbi Məhkəməsinin xx.xx.N24-cü il tarixli, 1-1(092)-11/N24 №li hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə təqsirli bilinib aylıq pul təminatından 12% dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. Cinayət işinin 1-ci cildinin 46-cı vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş 14 iyun N24-cü il tarixli, 757 №-li arayışdan məlum olur ki, N nömrəli hərbi hissənin 1-ci taborunun 2-ci bölüyünün baş çavuşu, kiçik gizir Təqsirləndirilən şəxs ilə həmin bölüyün 1-ci taqımının 2-ci manqasının atıcısı, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri olduğu görünür. Cinayət işinin 1-ci cildinin 47-ci vərəqəsinə əlavə edilmiş 478 №-li arayışdan görünür ki, kiçik gizir Təqsirləndirilən şəxs N iyun N24-cü ildə hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 57-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N iyul N24-cü il tarixli, 185 №-li əmrindən çıxarışdan görünür ki, 1-ci motoatıcı taborun 2-ci bölüyünün baş çavuşu kiçik gizir Təqsirləndirilən şəxs, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.7-ci bəndinə və Azərbaycan Respublikası Silahlı X1 61-ci maddəsinin “i” bəndinə əsasən “kiçik gizir” hərbi rütbəsindən məhrum edilərək, rütbəsi “əsgər” hərbi rütbəsinədək endirilməklə Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Cinayət işinin 1-ci cildinin 60-62-ci vərəqəsinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 05 iyul N24-cü il tarixli, 1281 №-li ekspert rəyində zərər çəkmiş şəxs, əsgər Zərərçəkmiş şəxs bədən səthi üzərində heç bir xəsarət və xəsarət izləri müəyyən edilmədiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 66-cı vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən alınmış tələbnaməyə əsasən kiçik gizir Orucov X4 Hərbi Məhkəməsinin xx.xx.N10-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 331.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilərək 1 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmiş, Füzuli Hərbi Məhkəməsinin xx.xx.N12 tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 128, 331.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası, 100 manat məbləğində cərimə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilərək 2 il sınaq müddəti verilməklə şərti tətbiq olunmuş və qeyd olunan məhkumluq tam ödənilmişdir. Naxçıvan MR Hərbi Məhkəməsinin xx.xx.N24-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 329.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə 1 il müddətinə hərbi xidmət üzrə mədudlaşdırma cəzasına məhkum edilmiş, ordu sıralarından tərxis olunduğundan Naxçıvan MR Hərbi Məhkəməsinin xx.xx.N24-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş hərbi xidmət üzrə məhdudlaşdırma cəzası dəyişdirilərək 800 manat məbləğində cərimə cəzası ilə əvəz olunmuş, Şahbuz rayon İcra və Probasiya bölməsinin 12 sentyabr N24-cü il tarixli 237106/1/N24 №-li məktubu və məktuba əlavə edilmiş Kapital banka məxsus qəbzlərlə həmin qərarın tam icra edildiyi göstərilmişdir. Təqsirləndirilən şəxs cərimə cəzasını ödədiyi gündən bir il keçmədiyindən Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən məhkum olunmuş hesab edilir. Cinayət işinin 1-ci cildinin 100-cü vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 alınmış məktubda Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmadığı göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlarda residiv nəzərə alınmadığından Təqsirləndirilən şəxs cinayətin residivi hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair 28 sentyabr N22-ci il tarixli Plenum qərarından da görünür ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum olunmadığından cinayətin residivi hesab edilmir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsə zor tətbiq etməsi özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama cəza növləri hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara tətbiq edilir. Elə buna görə də Təqsirləndirilən şəxs hərbi hissədən ehtiyata buraxıldığından onun barəsində hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəza növləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağın olması, həmin Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə etməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, qeyd olunan cinayətlər təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun N03-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və əvvəllər məhkum olduğunu, təyin edilmiş cərimə cəzasını tam ödəsədə, Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən məhkumluğunun ödənilmədiyini nəzərə alaraq, barəsində törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə zalından həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “İnsan Hüquqlarının və X5 Haqqında” Konvensiyanın 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə158.6). Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 02 oktyabr N24-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 41 (qırx bir) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 246 (iki yüz qırx altı) manat miqdarında pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 02 oktyabr N24-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm icraya yönəldikdən sonra ləğv edilsin. İş üzrə məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 41 (qırx bir) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət büdcəsi vəsaiti hesabına Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 246 (iki yüz qırx altı) manat miqdarında pul ödənilsin. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan N gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İlham İbrahimov
Məhkəmə qərarları › İş №1-1(092)-53/2024
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-53/2024
02.10.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver