Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-53/2025 29.10.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlulunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və onların müdafiəçiləri Naxçıvan şəhər ASAN Vəkil Bürosunun vəkilləri Müdafiəçi4, MüdafiəçiN, Müdafiəçi3 və Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Naxçıvan MR Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 1997-ci il tarixdə Culfa rayonu Dizə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, evli (himayəsində iki azyaşlı uşağı olan), məhkum olunmayan, Culfa rayonu Dizə kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Sədərək rayonu Dəmirçi kəndi ərazisində yerləşən N-ci tank taborunun N-ci tank bölüyünün komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olan, 31 iyul N0NN-ci il tarixdən barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 (FİN xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.1 və 177.N.N-ci maddələri ilə xx xxxxxxxx 199N-ci il tarixdə Culfa rayonunun Yaycı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, evli (himayəsində bir azyaşlı uşağı olan), məhkum olunmayan, Culfa rayonu Yaycı kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, “Vətən müharibəsi iştirakçısı”, “Zəngilanın azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları ilə təltif olunmuş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Sədərək rayonu Dəmirçi kəndi ərazisində yerləşən N-ci tank taborunun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi vəzifəsində, kapitan hərbi rütbəsində xidmətdə olan, 01 avqust N0NN-ci il tarixdən barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsN(FİN xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.1 və 177.N.N-ci maddələri ilə xx xxxx 1996-cı il tarixdə Şərur rayonu Şəhriyar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, subay, məhkum olunmayan, Şərur rayonu Şəhriyar kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, hal- hazırda işsiz, 0N avqust N0NN-ci il tarixdən barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 (FİN xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.1 və 177.N.N-ci maddələri ilə xx xxxxxxx N000-ci il tarixdə Şərur rayonu, Qortçulu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, subay, məhkum olunmayan, Şərur rayonu Qortçulu kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, hal-hazırda işsiz, 04 avqust N0NN-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 (FİN xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.1 və 177.N.N-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Sədərək rayonu Dəmirçi kəndi ərazisində yerləşən N-ci tank taborunun N-ci tank bölüyünün komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olarkən N0NN-ci ilin mart ayının sonlarında xidmət yerində taborun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi, kapitan Təqsirləndirilən şəxsN yaxınlaşaraq taborun ərazisində tikiləcək, N nömrəli hərbi hissəyə məxsus inzibati binanın tikintisi üçün gətirilmiş dəmir armaturları birlikdə oğurlayıb satmağı təklif etmiş və kapitan Təqsirləndirilən şəxsN onun bu təklifini qəbul etdikdən sonra onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını oğurlayıb sataraq qanunsuz qazanc əldə etmək barədə razılığa gəlmişlər. Əldə olunmuş razılığa uyğun olaraq baş leytenant Təqsirləndirilən şəxs1 həmin gün komandiri olduğu bölüyün 3-cü taqımının N-ci heyətində tuşlayıcı operator vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs3 yanına çağırıb ucuz qiymətə tikinti materialları, yəni armatur və şveller satdığını deyərək, həmin tikinti materiallarını satın alacaq kimisə tapa bilib-bilməyəcəyini soruşduqda əsgər Təqsirləndirilən şəxs3 özünün N00 manat dəyərində həmin tikinti materiallarından ala biləcəyini demiş və tikinti materiallarını haradan əldə etməsi ilə maraqlandıqda baş leytenant Təqsirləndirilən şəxs1 kapitan Təqsirləndirilən şəxsNla birlikdə taborun ərazisindəki tikinti materiallarından oğurlayacaqlarını demişdir. Təqsirləndirilən şəxs3 razılıq verdiyi üçün təxminən 1-N gün sonra baş leytenant Təqsirləndirilən şəxs1 əsgərlər ŞahidN və Şahid1 yanına çağırıb yalandan mövqelərdə saxlanc tikintisində istifadə olunacağını deyərək taborun ərazisindəki armaturların içərisindən 8 ədədini götürərək nəzarət-buraxılış məntəqəsindən təxminən 100 metr kənarda yerləşən çöllük əraziyə aparmalarını tapşırmış və daha sonra özü 3 ədəd dəmir şveller götürərək aparıb armaturların olduğu yerə, yəni çöllük əraziyə qoyub bu barədə əsgər Təqsirləndirilən şəxs3 məlumat vermişdir. Əsgər Təqsirləndirilən şəxs3 həmin gün saat N1:N0-də qabaqcadan aparılacaq tikinti materiallarının oğurluq yolu ilə əldə olunmasını bilən Şərur rayonunun Qortçulu kənd sakini Təqsirləndirilən şəxs4 idarə etdiyi “Qazel” markalı “** BH ***” dövlət qeydiyyat nişanlı avtomobillə N-ci tank taborunun yaxınlığındakı çöllük əraziyə gəlmiş, həmin vaxt 1 ədədinin uzunluğu N metr, ümumi uzunluğu isə 40 metr olan, N40 manat dəyərindəki 8 ədəd 3N mm-lik armaturu və 1 ədədinin uzunluğu 3 metr, ümumi uzunluğu isə 9 metr olan 13N manat dəyərindəki 3 ədəd şvelleri, yəni ümumilikdə 37N manat dəyərindəki tikinti materiallarını qabaqcadan razılaşdıqları məbləğə, N00 manata əsgər Təqsirləndirilən şəxs3 satıb, həmin pulun N0 manatını kapitan Təqsirləndirilən şəxsN verərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən 0N aprel N0NN-ci il tarixdə yenidən kapitan Təqsirləndirilən şəxsN ilə taborun ərazisindəki, N nömrəli hərbi hissəyə məxsus armaturları oğurlayıb sataraq qanunsuz qazanc əldə etmək barədə razılığa gəldiyi üçün həmin gün əsgər Təqsirləndirilən şəxs3 yanına çağırıb bu barədə məlumat verərək oğurlayacaqları armaturları satın alacaq kimisə tapa bilib-bilməyəcəyini soruşmuş və sonuncu qabaqcadan əlbir olan bir qrup şəxs halında razılaşdığı Şərur rayonunun Qortçulu kənd sakini Təqsirləndirilən şəxs4 ilə əlaqə saxlayıb bu barədə bildirdikdə Təqsirləndirilən şəxs4 razılaşaraq özünün 300 manat dəyərində armatur ala biləcəyini demişdir. Əldə olunmuş razılığa əsasən baş leytenant Təqsirləndirilən şəxs1 həmin gün saat N0 radələrində taborun əsgərləri X6, ŞahidN, Şahid1, X11 və X7 yanına çağırıb yalandan mövqelərdə saxlanc tikintisində istifadə olunacağını deyərək taborun ərazisindəki armaturların içərisindən 43 ədədini götürərək nəzarət-buraxılış məntəqəsindən təxminən 100 metr kənarda yerləşən çöllük əraziyə aparmalarını tapşırmış və həmin vaxt kapitan Təqsirləndirilən şəxsN tabor növbətçisi, gizir Ruslan Ağaməmədovun bu barədə məlumatının olmaması üçün onu domino oynamaq adı ilə taborun qərargahına çağırmışdır. Əsgərlər armaturları çöllük əraziyə yığıb tabora qayıtdıqdan sonra qabaqcadan razılaşdıqlarından baş leytenant Təqsirləndirilən şəxs1 bu barədə əsgər Təqsirləndirilən şəxs3 məlumat verdiyi üçün həmin gün saat N1:40-da sonuncu Təqsirləndirilən şəxs4 idarə etdiyi “Qazel” markalı “** BH ***” dövlət qeydiyyat nişanlı avtomobillə N-ci tank taborunun yaxınlığındakı çöllük əraziyə gəlmiş, həmin vaxt baş leytenant Təqsirləndirilən şəxs1 ümumi uzunluğu 130.71 metr olan N06 manat 46 qəpik dəyərindəki N3 ədəd 3N mm-lik armaturu, ümumi uzunluğu 93.N4 metr olan 89 manat 88 qəpik dəyərindəki 17 ədəd NN mm-lik armaturu və ümumi uzunluğu 1N.N metr olan 18 manat 74 qəpik dəyərindəki 3 ədəd N8 mm-lik armaturu, yəni ümumilikdə 31N manat 8 qəpik dəyərindəki tikinti materiallarını qabaqcadan razılaşdıqları məbləğə, 300 manata Təqsirləndirilən şəxs4 satıb həmin pulun 100 manatını kapitan Təqsirləndirilən şəxsN verərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, X14 Nazirliyinin N nömrəli hərbi hissəsinin Sədərək rayonu, Dəmirçi kəndi ərazisində yerləşən N-ci tank taborunun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi vəzifəsində, kapitan hərbi rütbəsində xidmətdə olarkən, N0NN-ci ilin mart ayının sonlarında xidmət yerində olan zaman taborun N-ci tank bölüyünün komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olan Təqsirləndirilən şəxs1 yaxınlaşaraq ona taborun ərazisində tikiləcək, N nömrəli hərbi hissəyə məxsus inzibati binanın tikintisi üçün gətirilmiş dəmir armaturları birlikdə oğurlayıb satmağı təklif etmiş və o, baş leytenant Təqsirləndirilən şəxs1 bu təklifini qəbul etdikdən sonra onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını oğurlayıb sataraq qanunsuz qazanc əldə etmək barədə razılığa gəlmişlər. Əldə olunmuş razılığa uyğun olaraq baş leytenant Təqsirləndirilən şəxs1 həmin gün komandiri olduğu bölüyün 3cü taqımının N-ci heyətində tuşlayıcı operator vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs3 yanına çağırıb ucuz qiymətə tikinti materialları, yəni armatur və şveller satdığını deyərək, həmin tikinti materiallarını satın alacaq kimisə tapa bilib-bilməyəcəyini soruşduqda əsgər Təqsirləndirilən şəxs3 özünün N00 manat dəyərində həmin tikinti materiallarından ala biləcəyini demiş və tikinti materiallarını haradan əldə etməsi ilə maraqlandıqda baş leytenant Təqsirləndirilən şəxs1 onunla aralarında olan razılaşma barədə məlumat vermişdir. Əsgər Təqsirləndirilən şəxs3 oğurluq olduğunu bildiyi halda tikinti materiallarını almağa razılıq verdiyi üçün təxminən 1-N gün sonra baş leytenant Təqsirləndirilən şəxs1 əsgərlər ŞahidN və Şahid1 yanına çağırıb yalandan mövqelərdə saxlanc tikintisində istifadə olunacağını deyərək taborun ərazisindəki armaturların içərisindən 8 ədədini götürərək nəzarət-buraxılış məntəqəsindən təxminən 100 metr kənarda yerləşən çöllük əraziyə aparmalarını tapşırmış və daha sonra baş leytenant Təqsirləndirilən şəxs1 3 ədəd dəmir şveller götürərək aparıb armaturların olduğu yerə, yəni çöllük əraziyə qoymuşdur. Baş leytenant Təqsirləndirilən şəxs1 bu barədə əsgər Təqsirləndirilən şəxs3 məlumat verdikdən sonra sonuncu həmin gün saat N1:N0-də aparacaqları tikinti materiallarının oğurluq olduğunu bilən Şərur rayonunun Qortçulu kənd sakini Təqsirləndirilən şəxs4 idarə etdiyi “Qazel” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə N-ci tank taborunun yaxınlığındakı çöllük əraziyə gəlmiş və bundan sonra baş leytenant Təqsirləndirilən şəxs1 1 ədədinin uzunluğu N metr, ümumi uzunluğu isə 40 metr olan, N40 manat dəyərindəki 8 ədəd 3N mm-lik armaturu və 1 ədədinin uzunluğu 3 metr, ümumi uzunluğu isə 9 metr olan 13N manat dəyərindəki 3 ədəd şvelleri, yəni ümumilikdə 37N manat dəyərindəki tikinti materiallarını N00 manata əsgər Təqsirləndirilən şəxs3 satıb, həmin pulun N0 manatını ona vermiş və bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxsN həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən 0N aprel N0NN-ci il tarixdə yenidən baş leytenant Təqsirləndirilən şəxs1 taborun ərazisindəki, N nömrəli hərbi hissəyə məxsus armaturları oğurlayıb sataraq qanunsuz qazanc əldə etmək barədə təklifinə razılıq verdiyi üçün həmin gün baş leytenant Təqsirləndirilən şəxs1 əsgər Təqsirləndirilən şəxs3 yanına çağırıb bu barədə məlumat verərək oğurlayacaqları armaturları satın alacaq kimisə tapa bilib-bilməyəcəyini soruşmuş və sonuncu Təqsirləndirilən şəxs4 ilə əlaqə saxlayıb bu barədə maraqlandıqda Təqsirləndirilən şəxs4 oğurluq olduğunu bildiyi halda razılaşaraq özünün 300 manat dəyərində armatur ala biləcəyini demişdir. Əldə olunmuş razılığa əsasən baş leytenant Təqsirləndirilən şəxs1 həmin gün saat N0 radələrində taborun əsgərləri X6, ŞahidN, Şahid1, X11 və X8 yanına çağırıb yalandan mövqelərdə saxlanc tikintisində istifadə olunacağını deyərək taborun ərazisindəki armaturların içərisindən 43 ədədini götürərək nəzarət-buraxılış məntəqəsindən təxminən 100 metr kənarda yerləşən çöllük əraziyə aparmalarını tapşırmış və həmin vaxt kapitan Təqsirləndirilən şəxsN tabor növbətçisi, gizir Şahid4 bu barədə məlumatının olmaması üçün onu domino oynamaq adı ilə taborun qərargahına çağırmışdır. Əsgərlər armaturları çöllük əraziyə yığıb tabora qayıtdıqdan sonra baş leytenant Təqsirləndirilən şəxs1 bu barədə əsgər Təqsirləndirilən şəxs3 məlumat vermiş və həmin gün saat N1:40-da sonuncu Təqsirləndirilən şəxs4 idarə etdiyi “Qazel” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə N-ci tank taborunun yaxınlığındakı çöllük əraziyə gəlmişdir. Bunda sonra baş leytenant Təqsirləndirilən şəxs1 ümumi uzunluğu 130.71 metr olan N06 manat 46 qəpik dəyərindəki N3 ədəd 3N mm-lik armaturu, ümumi uzunluğu 93.N4 metr olan 89 manat 88 qəpik dəyərindəki 17 ədəd NN mm-lik armaturu və ümumi uzunluğu 1N.N metr olan 18 manat 74 qəpik dəyərindəki 3 ədəd N8 mm-lik armaturu, yəni ümumilikdə 31N manat 08 qəpik dəyərindəki tikinti materiallarını 300 manata Təqsirləndirilən şəxs4 satıb həmin pulun 100 manatını kapitan Təqsirləndirilən şəxsN vermiş və bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Sədərək rayonu, Dəmirçi kəndi ərazisində yerləşən N-ci tank taborunun N-ci tank bölüyünün 3-cü tank taqımının 3-cü heyətində tuşlayıcı-operator vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, N0NN-ci ilin mart ayının sonlarında xidmət yerində olan zaman taborun N-ci tank bölüyünün komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olan Təqsirləndirilən şəxs1 onu yanına çağırıb ucuz qiymətə tikinti materialları, yəni armatur və şveller satdığını deyərək, həmin tikinti materiallarını satın alacaq kimisə tapa bilib-bilməyəcəyini soruşduqda əsgər Təqsirləndirilən şəxs3 özünün N00 manat dəyərində həmin tikinti materiallarından ala biləcəyini demiş və tikinti materiallarını haradan əldə etməsi ilə maraqlandıqda baş leytenant Təqsirləndirilən şəxs1 taborun ərazisində tikiləcək, N nömrəli hərbi hissəyə məxsus inzibati binanın tikintisi üçün gətirilmiş dəmir armaturları birlikdə oğurlayıb satmaqla bağlı kapitan Təqsirləndirilən şəxsNla aralarında olan razılaşma barədə məlumat vermiş və o, oğurluq olduğunu bildiyi halda qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gələrək baş leytenant Təqsirləndirilən şəxs1 tikinti materiallarını almaqla bağlı təklifini qəbul etmişdir. Əldə olunmuş razılığa uyğun olaraq təxminən 1-N gün sonra baş leytenant Təqsirləndirilən şəxs1 əsgərlər ŞahidN və Şahid1 yanına çağırıb yalandan mövqelərdə saxlanc tikintisində istifadə olunacağını deyərək taborun ərazisindəki armaturların içərisindən 8 ədədini götürərək nəzarət-buraxılış məntəqəsindən təxminən 100 metr kənarda yerləşən çöllük əraziyə aparmalarını tapşırmış və daha sonra baş leytenant Təqsirləndirilən şəxs1 3 ədəd dəmir şveller götürərək aparıb armaturların olduğu yerə, yəni çöllük əraziyə qoymuşdur. Baş leytenant Təqsirləndirilən şəxs1 bu barədə məlumat verdikdən sonra o, həmin gün saat N1:N0-də aparacaqları tikinti materiallarının oğurluq olduğunu bilən Şərur rayonunun Qorçulu kənd sakini Təqsirləndirilən şəxs4 idarə etdiyi “Qazel” markalı “** BH ***” dövlət qeydiyyat nişanlı avtomobillə N-ci tank taborunun yaxınlığındakı çöllük əraziyə gəlmiş və bundan sonra 1 ədədinin uzunluğu N metr, ümumi uzunluğu isə 40 metr olan, N40 manat dəyərindəki 8 ədəd 3N mm-lik armaturu və 1 ədədinin uzunluğu 3 metr, ümumi uzunluğu isə 9 metr olan 13N manat dəyərindəki 3 ədəd şvelleri, yəni ümumilikdə 37N manat dəyərindəki tikinti materiallarını N00 manata baş leytenant Təqsirləndirilən şəxs1 alaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 həmin vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, 0N aprel N0NN-ci il tarixdə baş leytenant Təqsirləndirilən şəxs1 yanına çağırıb yenidən ona taborun ərazisindəki, N nömrəli hərbi hissəyə məxsus armaturları oğurlayıb sataraq qanunsuz qazanc əldə etmək barədə kapitan Təqsirləndirilən şəxsNla aralarında olan razılıq barədə məlumat verərək oğurlayacaqları armaturları satın alacaq kimisə tapa bilib-bilməyəcəyini soruşmuş və o, Şərur rayonunun Qorçulu kənd sakini Təqsirləndirilən şəxs4 ilə əlaqə saxlayıb bu barədə maraqlandıqda Təqsirləndirilən şəxs4 oğurluq olduğunu bildiyi halda razılaşaraq özünün 300 manat dəyərində armatur ala biləcəyini demişdir. Əldə olunmuş razılığa əsasən baş leytenant Təqsirləndirilən şəxs1 həmin gün saat N0 radələrində taborun əsgərləri X6, ŞahidN, Şahid1, X11 və X7 yanına çağırıb onlara yalandan mövqelərdə saxlanc tikintisində istifadə olunacağını deyərək taborun ərazisindəki armaturların içərisindən 43 ədədini götürərək nəzarət-buraxılış məntəqəsindən təxminən 100 metr kənarda yerləşən çöllük əraziyə aparmalarını tapşırmış və həmin vaxt kapitan Təqsirləndirilən şəxsN tabor növbətçisi, gizir Şahid4 bu barədə məlumatının olmaması üçün onu domino oynamaq adı ilə taborun qərargahına çağırmışdır. Əsgərlər armaturları çöllük əraziyə yığıb tabora qayıtdıqdan sonra baş leytenant Təqsirləndirilən şəxs1 bu barədə ona məlumat vermiş və o, həmin gün saat N1:40-da Təqsirləndirilən şəxs4 idarə etdiyi “Qazel” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə N-ci tank taborunun yaxınlığındakı çöllük əraziyə gəlmişdir. Bundan sonra baş leytenant Təqsirləndirilən şəxs1 ümumi uzunluğu 130.71 metr olan N06 manat 46 qəpik dəyərindəki N3 ədəd 3N mm-lik armaturu, ümumi uzunluğu 93.N4 metr olan 89 manat 88 qəpik dəyərindəki 17 ədəd NN mm-lik armaturu və ümumi uzunluğu 1N.N metr olan 18 manat 74 qəpik dəyərindəki 3 ədəd N8 mm-lik armaturu, yəni ümumilikdə 31N manat 08 qəpik dəyərindəki tikinti materiallarını 300 manata Təqsirləndirilən şəxs4 satmış, bununla da əsgər Təqsirləndirilən şəxs3, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Eyni zamanda istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 N7 mart N0NN-ci il tarixdə idarə etdiyi “Qazel” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Şərur rayonu Şəhriyar kəndində olarkən, əvvəlcədən tanıdığı, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Sədərək rayonu, Dəmirçi kəndi ərazisində yerləşən N-ci tank taborunun N-ci tank bölüyünün 3-cü tank taqımının 3-cü heyətində tuşlayıcıoperator vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmətdə olan Təqsirləndirilən şəxs3 xidmət yerinin yaxınlığından tikinti materialları gətirməklə bağlı təklifini qəbul edib razılaşaraq həmin gün saat N1:N0-də sonuncunun bildirdiyi yerə gedərkən qabaqcadan aparacaqları tikinti materiallarının oğurluq olduğunu bildiyindən taborun şəxsi heyətinin bilməməsi üçün idarə etdiyi “Qazel” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin işıqlarını söndürüb yavaş hərəkət edərək N-ci tank taborunun nəzarət-buraxılış məntəqəsindən təxminən 100 metr kənarda yerləşən çöllük əraziyə gəlmişdir. Bundan sonra əsgər Təqsirləndirilən şəxs3 qabaqcadan əldə edilmiş razılığa əsasən N-ci tank taborunun N-ci tank bölüyünün komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olan Təqsirləndirilən şəxs1 tərəfindən həmin yerə yığdırılmış, 1 ədədinin uzunluğu N metr, ümumi uzunluğu isə 40 metr olan, N40 manat dəyərindəki 8 ədəd 3N mm-lik armaturu və 1 ədədinin uzunluğu 3 metr, ümumi uzunluğu isə 9 metr olan 13N manat dəyərindəki 3 ədəd şvelleri, yəni ümumilikdə 37N manat dəyərindəki tikinti materiallarını N00 manata baş leytenant Təqsirləndirilən şəxs1 alaraq onunla birlikdə avtomobilin yük hissəsinə yığıb yaşadığı Şərur rayonu Şəhriyar kəndinə aparmış, bununla da Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs4 yaşadığı Şərur rayonu, Qorçulu kəndində olarkən, 0N aprel N0NN-ci il tarixdə baş leytenant Təqsirləndirilən şəxs1 əsgər Təqsirləndirilən şəxs3 N-ci tank taborunun ərazisində tikiləcək, N nömrəli hərbi hissəyə məxsus inzibati binanın tikintisi üçün gətirilmiş dəmir armaturları satın alacaq kimisə tapa bilib-bilməyəcəyini soruşduqda sonuncu Təqsirləndirilən şəxs4la əlaqə saxlayıb bu barədə maraqlandıqda o, oğurluq olduğunu bildiyi halda razılaşaraq 300 manat dəyərində N nömrəli hərbi hissəyə məxsus armaturu ala biləcəyini demiş, qabaqcadan əldə olunmuş razılığa əsasən baş leytenant Təqsirləndirilən şəxs1 həmin gün saat N0 radələrində taborun əsgərləri X6, ŞahidN, Şahid1, X11 və X7 yanına çağırıb onlara yalandan mövqelərdə saxlanc tikintisində istifadə olunacağını deyərək taborun ərazisindəki armaturların içərisindən 43 ədədini götürərək nəzarət-buraxılış məntəqəsindən təxminən 100 metr kənarda yerləşən çöllük əraziyə aparmalarını tapşırmış və həmin vaxt kapitan Təqsirləndirilən şəxsN tabor növbətçisi, gizir Şahid4 bu barədə məlumatının olmaması üçün onu domino oynamaq adı ilə taborun qərargahına çağırmışdır. Əsgərlər armaturları çöllük əraziyə yığıb tabora qayıtdıqdan sonra baş leytenant Təqsirləndirilən şəxs1 bu barədə əsgər Təqsirləndirilən şəxs3 məlumat verdiyindən saat N1:40-da sonuncu ilə birlikdə Təqsirləndirilən şəxs4 idarə etdiyi “Qazel” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə taborun yaxınlığına gəlmiş, həmin vaxt şəxsi heyətin bilməməsi üçün avtomobilin işıqlarını söndürüb yavaş hərəkət edərək nəzarət-buraxılış məntəqəsindən təxminən 100 metr kənarda yerləşən çöllük əraziyə gəlmişdir. Bundan sonra o, baş leytenant Təqsirləndirilən şəxs1 ümumi uzunluğu 130.71 metr olan N06 manat 46 qəpik dəyərindəki N3 ədəd 3N mm-lik armaturu, ümumi uzunluğu 93.N4 metr olan 89 manat 88 qəpik dəyərindəki 17 ədəd NN mm-lik armaturu və ümumi uzunluğu 1N.N metr olan 18 manat 74 qəpik dəyərindəki 3 ədəd N8 mm-lik armaturu, yəni ümumilikdə 31N manat 08 qəpik dəyərindəki tikinti materiallarını 300 manata alaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.1-ci və 177.N.N-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində N nömrəli hərbi hissənin Dəmirçi kəndi ərazisində yerləşən N-ci tank taborunun N-ci tank bölüyünün komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət etdiyini, N0NN-ci ilin mart ayının sonlarında taborun ərazisində olarkən kapitan Təqsirləndirilən şəxsN N nömrəli hərbi hissənin mexanikləşdirilmiş taboru üçün yataqxana, saxlanclar və yeməkxana tikintisi ilə bağlı tabor ərazisinə gələn armaturlardan gizli yolla, yəni oğurluqla satıb pul əldə etməklə bağlı ona təklif etdikdə onunla razılaşaraq MAHHXHQ-su əsgər yoldaşı Təqsirləndirilən şəxs3 kiməsə armatur lazım olub-olmaması barədə soruşduqda onun da əgər olarsa bir az özünə lazım olmasını dedikdə, ona kapitan Təqsirləndirilən şəxsN da bu işdən xəbərinin olmasını bildirdiyini, həmin vaxt Təqsirləndirilən şəxs3 onunla N00 manat müqabilində 100 metr 3N mm-lik armatur və N-6 ədəd şveller materialı vermək barədə razılaşaraq bu barədə kapitan Təqsirləndirilən şəxsN məlumat verdiyini, N7 mart N0NN-ci il tarixdə hərbi hissədə cavabdeh olan zaman tabeliyində xidmət edən əsgərlər ŞahidN və Şahid1 saat N1 radələrində taborun ərazisindəki akkumulyator sexinin yanından 8 ədəd 3N mm-lik, uzunluqları N metr olmaqla ümumilikdə 40 metr armatur materialını daşıdıb Nci nəzarət-buraxılış məntəqəsindən təxminən 100 metr məsafədəki çöllük əraziyə yığmaları barədə göstəriş verdiyini, əsgərlərin də onun göstərişinə əməl etdikdən sonra Ramala zəng edib bu barədə ona məlumat verdiyini, həmin gün saat N1:NN radələrində Təqsirləndirilən şəxs3 ona zəng edərək armaturları götürmək üçün “Qazel” markalı yük avtomobili ilə gəldiyini bildirdikdə ona almaturların olduğu yeri dediyini, həmin vaxt maşında Təqsirləndirilən şəxs3 başqa sürücünün də olduğunu, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs3 armaturlara baxıb N00 manatlıq armatur olmadığını bildirdikdə ona qalanını sonra verəcəyini dediyini, Təqsirləndirilən şəxs3 isə onunla razılaşmayıb pulunu geri istədikdə “bunları apar, ortada qalmasın, yenə armatur verəcəm, verə bilməsəm də pulunu qaytaracam” dediyini, onun da razılaşaraq armaturları gətirdiyi qazellə apardığını, təqribən bir gün sonra Təqsirləndirilən şəxs3 apardığı armaturları və şvellerləri geri gətirərək saxlancın kənarına yığdığını ona dediyindən onun 100 manatını geri qaytardığını, qalan 100 manatını isə əməkhaqqı alanda qaytaracağını dediyini, həmin pulun N0 manatını kapitan Təqsirləndirilən şəxsN verib “Musazadəyə 100 manat borclu qaldıq” dediyini, təqribən 0N aprel N0NN-ci il tarixdə nahar vaxtı taborun yaxınlığında yerləşən, Tahir adlı şəxsin işlətdiyi yeməkxanada olarkən yenə MAHHXHQ əsgər Təqsirləndirilən şəxs3 yanına çağırıb armatur olduğunu deyərək ondan armatur almağa adam tapmasını bildirdiyini, Təqsirləndirilən şəxs3 də onunla razılaşıb tanışı sürücü Aydına zəng edərək armatur lazım olub-olmamasını soruşduğunu, Təqsirləndirilən şəxs3 qiymətini soruşduqda ona “N8 mm-lik armaturun 1 metri 1 manat N0 qəpik, 3N mm-lik armatur isə 1 manat N0 qəpik olacaqdır” dediyini, o, da bu barədə Aydın adlı şəxsi məlumatlandırdığını, sürücünün də həmin qiymətlə razılaşaraq N8-lik armaturun 100 metrini, 3N-lik armaturun 130 metrini cəmi 300 manata alacağını dediyini, elə həmin gün, saat 1N radələrində taborun ərazisində olan zaman kapitan Təqsirləndirilən şəxsN “tikinti üçün gələn armaturlardan istəyən var” dedikdə o, etiraz etməyib onunla razılaşdığını, həmin gün tabor üzrə cavabdeh olarkən saat 18:30-da taborda xidmət edən zabit, gizir və MAHHXHQ heyəti iş vaxtı bitdiyi üçün çıxıb getdiklərini, tabor növbətçisi isə gizir Şahid4 olduğunu, kapitan Təqsirləndirilən şəxsNla tabor üzrə növbətçilərin başını qatmaq, N-ci postda olan patrul xidmətini oradan başqa yerə göndərtdirib armaturları çölə çıxartdırmaq barədə razılaşdıqlarını, MAHHXHQ əsgərlər Səbuhi Hüseynov, Şahid6 və Sahib Məmmədov patrul xidmətinə təyin olunduqlarını, saat N0:00-da N-ci postda olan MAHHXHQ-su əsgər S.Hüseynova orada qalmasın və ediləcək oğurluğu bilməsin deyə, onun yanına gəlib ona “get yataqxanada bir az istirahət et, hələlik sənə burada ehtiyac yoxdur, lazım olarsa deyəndə gələrsən” dediyini, əsas məqsədi nəzarət-buraxılış məntəqəsini boşaldaraq armaturları tabor ərazisindən rahat çıxarmaq olduğunu, sonra yataqxananın yanına gəlib orada olan əsgərlər İosif Karqinov, ŞahidN, Şahid1, Ruslan Həmidov və Rəsul Həsənzadəni çağırıb saxlancların yanında düzərək onlara akkumulyator sexinin yanındakı armaturlardan götürüb nəzarət-buraxılış məntəqəsindən təxminən 100 metr aralıya yığmaları barədə göstəriş verdiyini, əsgərlər bunun səbəbini soruşduqda “səngərlərdə və sığınacaqlarda istifadə edilmək üçün aparılacaq, həmin işi gündüz görməli idik, yadımdan çıxıb indiyə qalıbdır” dediyini, əsgərlərin də oğurluq olmasından məlumatlarının olmadan 43 ədəd armaturu deyilən yerə daşıdıqdan sonra onlara yataqxanaya qayıtmalarını və bu barədə heç kimə heç nə deməmələrini tapşırdığını, saat N1:40 radələrində MAHHXHQ əsgər Təqsirləndirilən şəxs3 ilə telefon əlaqəsi saxlayaraq razılaşdıqları formada, maşının işıqlarını yandırmadan əvvəl armaturların yığıldığı yerə gəlməsini dediyini, maşında Ramaldan və sürücüdən başqa əlavə bir nəfərin də olduğunu, orada Təqsirləndirilən şəxs3 ilə görüşüb ondan Aydının materialları almaq üçün verdiyi 19N manatı götürdüyünü, orada Təqsirləndirilən şəxs3 100 manat qabaqdan qalmış qalıq pulunu, əlavə olaraq N manat da su almaq üçün pul götürdüyünü, bu səbəbdən də razılaşdıqları 300 manatın müqabilində ona 19N manat qaldığını, pulu götürdükdən sonra onlar armaturları maşına yığaraq getdiklərini, tabora qayıdıb kapitan Təqsirləndirilən şəxsN xidməti otağında ona 100 manat pul verdiyini, o, N manatını isə bankomat kartına göndərdiyini, İstirahət otağında olarkən MAHHXHQ əsgər Təqsirləndirilən şəxs3 təxminən 1N-N0 dəqiqə sonra ona zəng edərək polis əməkdaşlarının onları saxladığını, armaturları haradan əldə etmələri barədə soruşduğunu dediyini, polis əməkdaşı ilə danışıb özünü mülki şəxs kimi təqdim edərək Naxçıvan şəhərində yerləşən bazarda armatur satışı ilə məşğul olmasını deyib armaturları onlara satdığını bildirdiyini, polis əməkdaşı onunla söhbət edə-edə maşında olan armaturların ölçüsü barədə soruşduqda, onun dediklərinin maşında olan armaturlarla üst-üstə düşdüyündən polis əməkdaşı inanaraq onları buraxdığını, bir qədər sonra təkrar Təqsirləndirilən şəxs3 zəng edərək Sədərək rayon Polis şöbəsinin əməkdaşları tərəfindən yenidən saxlanılaraq polis şöbəsinə aparıldığını dediyini, tez bu barədə kapitan Təqsirləndirilən şəxsN məlumat verdikdə onun da “Təqsirləndirilən şəxs3 ilə sən danışmısan, mənim adım heç yerdə hallanmır, hələlik heç kimə heç nə demə görək nə olur” dediyini, Təqsirləndirilən şəxs3 növbəti gün işə gəldikdə ona “sən öz boynuna al biz də sənə köməklik edərik” dediyini, lakin Təqsirləndirilən şəxs3 onunla razılaşmayıb hər şeyi hərbi hissə komandirinə dediyini, kapitan Təqsirləndirilən şəxsN, MAHHXHQ Təqsirləndirilən şəxs3 və Aydın adlı mülkü şəxslə birgə oğurluqda iştirak etdiklərini, oğurlanmış əmlakın dəyərinin cəmi 31N manat 08 qəpik dəyərindəki tikinti materialları olduğunu, həmin oğurlanan əmlakın da sonradan hərbi hissəyə təhvil verildiyini, törətdiyi əməldən peşman olduğunu, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini, azyaşlı övladlarının olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdiyini göstərdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.1-ci və 177.N.N-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində N nömrəli hərbi hissənin N-ci tank taborunun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi vəzifəsində, kapitan hərbi rütbəsində xidmət etdiyini, baş leytenant Təqsirləndirilən şəxs1, MAHHXHQ-su əsgər Təqsirləndirilən şəxs3 xidmət müddətində görüb tanıdığını, təqribən N0N4-cü ilin dekabr ayından başlayaraq taborun ərazisində N nömrəli hərbi hissənin mexanikləşdirilmiş taboru üçün yataqxana, texnika saxlanması üçün saxlanclar və yeməkxana tikildiyini, N0NN-ci ilin mart ayının sonlarında tabor ərazisində olan zaman baş leytenant Təqsirləndirilən şəxs1 ona “tikinti üçün tabora gələn armaturlardan satıb müəyyən miqdarda pul əldə etmək olar” dedikdə ona qorxduğunu “tutularıq, sonra məsuliyyətə cəlb olunarıq” dediyini, baş leytenant Təqsirləndirilən şəxs1 isə “narahat olma, elə edərik ki, bilinməz” dedikdə onun təklifini qəbul etdiyini, sonra bildiyinə görə Təqsirləndirilən şəxs1 MAHHXHQ əsgər Təqsirləndirilən şəxs3 N00 manatlıq armatur və şveller satacağı barədə razılaşdığını, N7 mart N0NN-ci il tarixdə razılığa görə həmin armatur və şvellerləri Təqsirləndirilən şəxs1 MAHHXHQ əsgər Təqsirləndirilən şəxs3 satıb N00 manat pul aldığını, lakin verdiyi pula münasibətdə az material verildiyi üçün Təqsirləndirilən şəxs3 həmin tikinti materiallarını qaytarıb yerinə qoyduğunu, buna görə də baş leytenant Təqsirləndirilən şəxs1 ondan aldığı N00 manat pulun 100 manatını qaytardığını, qalan 100 manatın N0 manatını isə ona verdiyini, baş leytenant Təqsirləndirilən şəxs1 ona Təqsirləndirilən şəxs3 100 manat borcunun qaldığını dediyini, 0N aprel N0NN-ci il tarixdə tabor ərazisində olan zaman baş leytenant Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq “tikinti üçün gətirilən armaturlardan götürüb satmaq istəyirəm, istiyən var” dedikdə, kim olmasını soruşduqda MAHHXHQ Təqsirləndirilən şəxs3 olmasını dediyini, yenə əvvəlki qaydada onunla razılaşdıqlarını, bundan sonra onunla birlikdə akkumulyator sexinin yanına gəlib orada olan armaturları ona göstərərək “götürəndə bunlardan götür” dediyini, həmin gün tabor komandiri məzuniyyətə getdiyindən onun vəzifələrini icra etdiyini, həmin gün də Təqsirləndirilən şəxs1 cavabdeh olduğu üçün onunla armaturların çıxarılması barədə razılaşdıqlarını, saat N1 radələrində tabor növbətçisi və onun köməkçisinin domino oynamaqla başlarının qatışdığından Təqsirləndirilən şəxs1 N-ci nəzarət-buraxılış məntəqəsində olan patrulu oradan bilərəkdən uzaqlaşdırıb armaturları tabor ərazisindən əsgərlər İosif Karqinov, ŞahidN, Şahid1, Ruslan Həmidov və Rəsul Həsənzadə vasitəsilə çölə, boş əraziyə daşıyıb yığdırdığını, baş leytenant Təqsirləndirilən şəxs1 əsgərlərə armaturların postlara göndəriləcəyini dediyini, baş leytenant Təqsirləndirilən şəxs1 oğurluq yerinə getdikdən sonra “Whatsapp” proqramı vasitəsilə tez-tez ona müəyyən mesajlar yazaraq MAHHXHQ əsgər Şahid6 həmin istiqamətə gedəcəyini ona görə də tez olmasını yazdığını, saat təqribən N1:NN radələrində MAHHXHQ əsgər Şahid6 N-ci posta gedəndən bir neçə dəqiqə sonra qışqıraraq “köməkçi” deyə səsləndiyini, ondan nə olmasını soruşduqda MAHHXHQ əsgər Şahid6 oradan motorsiklet səsi gəlməsini dediyini, baş leytenant Təqsirləndirilən şəxs1 mesaj yazıb maşın işığını söndürməsini dediyini, sonra baş leytenant Təqsirləndirilən şəxs1 N-ci posta getdiyini, bir az sonra baş leytenant Təqsirləndirilən şəxs1 xidməti otağının qarşısında ona 100 manat pul verib həll etdim “adama 9N manat düşübdür, N manatını mənim kartıma atarsan” dediyini, onun da tez N manat pulu onun bankomat kartına göndərdiyini, sonradan baş leytenant Təqsirləndirilən şəxs1 armaturları mülki şəxs olan Təqsirləndirilən şəxs4 adlı şəxsə satdığını bildiyini, pulu alandan təxminən 1N-N0 dəqiqə sonra baş leytenant Təqsirləndirilən şəxs1 ona armaturları alan mülki şəxsin, Təqsirləndirilən şəxs4 polislər tərəfindən tutulduğunu dediyini, həmin oğurlanan əmlakın da sonradan hərbi hissəyə təhvil verildiyini, törətdiyi əməldən peşman olduğunu, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini, azyaşlı övladının olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdiyini göstərdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş vətəndaş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.1-ci və 177.N.N-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində xidmət müddəti başa çatdığından hərbi xidmətdən ehtiyata buraxıldığını, N nömrəli hərbi hissənin N-ci tank taborunun N-ci tank bölüyündə MAHHXHQ əsgər hərbi rütbəsində xidmət edərkən bölük komandirinin baş leytenant Təqsirləndirilən şəxs1 olduğunu, N0NN-ci ilin mart ayında taborda dərsdə olan zaman baş leytenant Təqsirləndirilən şəxs1 onu yanına çağırıb “armatur var satıram almırsan?” dedikdə ondan nə armatur olmasını soruşduqda baş leytenant Təqsirləndirilən şəxs1 ona armatur və şvellerin olmasını dediyini, ehtiyacı olduğundan ona N00 manat məbləğində ala biləcəyini dedikdə baş leytenant Təqsirləndirilən şəxs1 onunla razılaşaraq materialların N nömrəli hərbi hissə üçün tikilən yataqxananın materiallarından götürəcəyini, daha armaturların istifadə olunmayacağını, artıq olduğunu və bu işdən kapitan Təqsirləndirilən şəxsN da məlumatının olduğunu dediyini, həmin malların təqribən oğurluq mal olduğunu bildiyini, onunla danışdıqdan sonra problem olmayacağını düşünüb ucuz qiymətə olduğu üçün N7 mart N0NN-ci il tarixdə, axşam saatlarında N00 manat dəyərində armaturlar və şvellerləri almaq barədə onunla razılaşdıqlarını, həmin gün baş leytenant Təqsirləndirilən şəxs1 tabor üzrə cavabdeh olduğunu, saat 18:30-da iş vaxtı qurtardığı üçün yaşadığı evə getdiyini, evdə olarkən qabaqcadan tanıdığı Təqsirləndirilən şəxs4 adlı şəxsin idarə etdiyi “Qazel” markalı, “** BH ***” nömrəli avtomobilini təmir etdirmək üçün atasına məxsus sexə gətirdiyini, atası Mustafanın onun avtomobilini təmir etdikdən sonra Aydına hərbi hissəyə gedib oradan armatur gətirəcəklərini dediyini, onun da soruşmadan razılaşdığını, təqribən saat N0 radələrində Təqsirləndirilən şəxs4 idarə etdiyi avtomobillə Sədərək rayonu, Dəmirçi kəndindən keçib torpaq yolla xidmət etdiyi N-ci taborun N-ci nəzarət-buraxılış məntəqəsinə tərəf getdiklərini, oraya az qalmış baş leytenant Təqsirləndirilən şəxs1 “Whatsapp” proqramı vasitəsilə ona avtomobilin işıqlarını söndürmələrini dediyini, nəzarətburaxılış məntəqəsindən 300-400 metr aralıda avtomobilin işıqlarını söndürüb dayandıqlarını, Aydının bunun səbəbini soruşduqda ona hərbi hissədən istifadə olunmayan armaturların gizlin satıldığını, onları alacağını dediyini, həmin vaxt Təqsirləndirilən şəxs4 da armaturların oğurluq olmasını bildiyini, bir qədər gözlədikdən sonra Təqsirləndirilən şəxs4 avtomobilin işıqlarını yandırmadan qaranlıqda avtomobili yavaş-yavaş idarə edərək N-ci nəzarət-buraxılış məntəqəsinə tərəf getdiklərini, baş leytenant Təqsirləndirilən şəxs1 nəzarət-buraxılış məntəqəsindən 90-100 metr qabaqda dayandığını görüb avtomobili saxladıqlarını, tez avtomobildən düşüb baş leytenant Təqsirləndirilən şəxs1 ilə görüşüb ona N00 manat pul verərək armaturların yığıldığı tıkanlıq əraziyə baxdıqda 8 ədəd 3N-lik armatur və 3 ədəd 3 metrlik şveller olmasını görüb verdiyi pulun müqabilində etiraz edərək materialların razılaşdıqlarından az olmasını bildirsə də sonradan Təqsirləndirilən şəxs1 təklifi ilə razılaşıb armaturları və şvellerləri avtomobilə yükləyib yaşadığı evə apardığını, yolda gedərkən Təqsirləndirilən şəxs4 əgər yenə armaturlar satılarsa ona da deməsini bildirdiyini, sonra baş leytenant Təqsirləndirilən şəxs1 onu aldadıb qalan armaturları verməyəcəyini düşünərək aldığı armaturları doğrayıb qaytarmaq məqsədi ilə götürdüyü yerə qaytararaq tökdüyünü və bu barədə baş leytenant Təqsirləndirilən şəxs1 məlumatlandıraraq həmin gün 100 manatını geri aldığını, 100 manatını isə əməkhaqqı aldığı vaxt verəcəyini dediyini, 0N aprel N0NN-ci il tarixdə nahar yeməyi zamanı baş leytenant Təqsirləndirilən şəxs1 təklifi ilə taborun yaxınlığında Tahir adlı Dəmirçi kənd sakinin kababxanasında yemək yeyərkən baş leytenant Təqsirləndirilən şəxs1 ona “artıq armatur var satıram, istəmirsən? istəməsən başqa almaq istəyən varsa tapa bilərsən?” dedikdə “mən istəmirəm, keçən dəfə mən armaturları apardığım maşının sürücüsü Aydın adlı şəxs tövlə tikir, əgər istəyirsənsə onunla danışım, istəsə ona satarsan” dediyini, Təqsirləndirilən şəxs1 də onunla razılaşdığını, dərhal Təqsirləndirilən şəxs4 zəng edib “keçən dəfəki adamda armatur var, satır istəmirsən?” dedikdə o, “münasib qiymətə versə alaram” dediyini, onunla danışan zaman 3N-lik armaturun metrini 1 manat N0 qəpiyə, N8-lik armaturun metrini 1 manat N0 qəpiyə olmaqla təqribən 300 manat dəyərində armatur alıb-satmaq barədə razılaşdıqlarını, sonra Təqsirləndirilən şəxs4 “mənim sənə 1N0 manat borcum var, bölük komandirinin də mənə 100 manat borcu var, N0 manatını sonra verəcəm, ancaq 100 manatı həmin 300 manatdan çıxarsan, N00 manat gətirərsən” deyib razılaşdıqlarını, Təqsirləndirilən şəxs1 axşam saatlarında gəlib mallarını aparmalarını dediyindən həmin gün saat N0 radələrində Təqsirləndirilən şəxs4 ona zəng vurub “çıx yola gəlirəm səni götürəm gedək armaturları alım” dediyini, sonra Təqsirləndirilən şəxs4 idarə etdiyi “Qazel” markalı, ** BH *** nömrəli avtomobillə gəlib onu götürərkən Təqsirləndirilən şəxs1 “Whatsapp” proqramı vasitəsilə ona səsli mesaj atıb “pulu bir az çox eləyin MTO-ya da pul çatacaq” dedikdə “hələ pul axtarırıq tapammamışıq” cavabını verdiyini, həmin vaxt Təqsirləndirilən şəxs4 özü ilə həmkəndlisi Şahid3 da fəhlə kimi gətirdiyini, ancaq Şahid3 oğurluqdan xəbəri olmadığını, saat N0:10 radələrində “Sarıdaş” restoranının yanından keçib torpaq yolla taborun N-ci nəzarət-buraxılış məntəqəsi istiqamətinə gedərək tabora çatmağa 300-400 metr qalmış yenə avtomobili saxlayıb işıqları söndürdüklərini, hava qaranlıq olsa da uzaqdan əsgərlərin armaturları daşımasını görüb “Whatsapp” proqramı vasitəsilə baş leytenant Təqsirləndirilən şəxs1 zəng vurduqda o, “əsgərləri yola salım getsinlər, sonra gələrsiz” dediyini, orada Təqsirləndirilən şəxs4 ona N00 manat borcunu verdiyini, ona da baş leytenant Təqsirləndirilən şəxs1 borcu olduğundan həmin 100 manat borc pulu bu formada həll etdiyini, Təqsirləndirilən şəxs4 su almaq üçün N manat da götürüb ona yekun olaraq 19N manat pul verdiyini, sonra əsgərlərin getdiyini görüb işıqları söndürülmüş vəziyyətdə avtomobillə armaturların yığıldığı yerə getdiklərini, orada Təqsirləndirilən şəxs4 armaturları sayıb fəhlə kimi gələn Şahid3la birlikdə avtomobilin yük hissəsinə yükləyərək 19N manat pulu baş leytenant Təqsirləndirilən şəxs1 verdiyini, Təqsirləndirilən şəxs1 də onlara “yolda sizi saxlayan olsa deyərsiz ki, armaturları Naxçıvan şəhərindən almışıq, problem olsa mənə zəng vuranda “qardaş” deyə müraciət edin, söhbəti tutacam” dediyini, armaturları yükləyib oradan uzaqlaşıb torpaq yolla Naxçıvan-Sədərək magistral yoluna çıxaraq magistral yolla təxminən N0-100 metr hərəkət etdikləri vaxt polis əməkdaşlarının onları saxlayaraq haradan və nə gətirmələrini soruşduqlarını, həmin vaxt aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 polis əməkdaşları ilə danışıb onları aldadaraq guya şəhərdə işlədiyini və malı onun satdığını dediyini, lakin bir qədər sonra təkrar polis əməkdaşları onları saxlayıb polis şöbəsinə apardıqlarını, orada həmin armaturların hərbi hissəyə məxsus əmlak olduğunu bildiklərini, həmin oğurlanan əmlakın da sonradan hərbi hissəyə təhvil verildiyini, törətdiyi əməldən peşman olduğunu göstərdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş vətəndaş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.1-ci və 177.N.N-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində Şərur rayonu Qortçulu kəndində qeydiyyatda olmaqla həmin yerdə yaşadığını özünə məxsus “Qazel” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili olduğunu, Şərur rayonu Şəhriyar kəndində yaşayan Təqsirləndirilən şəxs3 qabaqcadan tanıdığını, təqribən N7 mart N0NN-ci il tarixdə, axşam saatlarında avtomobilin benzin nasosu xarab olduğundan təmir etdirmək üçün Şəhriyar kəndinə, Təqsirləndirilən şəxs3 usta işləyən atası Mustafanın yanına gedərək maşını təmir edəndən sonra Təqsirləndirilən şəxs3 ona bir az dəmir aldığını, Dəmirçi kəndi tərəfdə olduğunu, onları gedib gətirə biləcəyini soruşduqda onunla razılaşdıqlarını, lakin həmin vaxt Təqsirləndirilən şəxs3 ona dəmirləri haradan almasını demədiyini, saat təqribən N1 radələrində Təqsirləndirilən şəxs3 xidmət etdiyi Sədərək rayonu, Dəmirçi kəndində olan tabora çöllük yolla gedib təpəlik yolda gözlədiklərini, Təqsirləndirilən şəxs3 komandirinin onlara gözləmələrini və gələndə işıqları söndürmələrini dediyini, Təqsirləndirilən şəxs3 nə üçün işıqları söndürməsini soruşduqda onun da “hərbi hissədən heç kimin bizi görməsin deyə belə edirik” dediyini, ondan “aldıqların nə armaturdu” deyə soruşduqda Təqsirləndirilən şəxs3 “komandir deyir ki, bunlar artıqdı, istifadə olmayacaq, satır, mən də alıram” cavabı verdiyini, həmin vaxt maşına yığdıqları armaturun oğurluq armatur olduğunu bildiyini, təqribən 1N-N0 dəqiqə orada gözləyəndən sonra sonradan tanıdığı baş leytenant Təqsirləndirilən şəxs1 onlara zəng vurub gəlmələrini dediyini, orada baş leytenant R.Təqsirləndirilən şəxs1Musazadə ilə görüşüb ondan qabaqcadan razılaşdıqları N00 manat pul alıb gedəndən sonra Təqsirləndirilən şəxs3 “düş aşağı armaturları yığaq” dediyindən onunla köməkləşib 8 ədəd armatur və 3 ədəd şvelleri avtomobilin yük hissəsinə yığaraq Təqsirləndirilən şəxs3 yaşadığı Şərur rayonu, Şəhriyar kəndinə getdiklərini, armaturları gətirən zaman yolda Təqsirləndirilən şəxs3 ilə danışıb armaturları neçəyə almasını soruşduqda 3N-lik armaturun metrini 1.N0 manatdan almasını dediyini, ona “olsa mənə də deyərsən” dedikdə Təqsirləndirilən şəxs3 “yaxşı, komandirlə danışaram, olsa xəbər edərəm” dediyini, 0N aprel N0NN-ci il tarixdə günorta saatlarında yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs3 zəng vurub “armatur var, komandir satır, istəmirsən?” dedikdə qiymətini soruşduqda 3N mm-lik armaturun 1 metrinin qiymətinin 1.N manat, N8 mm-lik armaturun 1 metrinin qiymətinin isə 1 yaxud N manat olmasını dediyini, Təqsirləndirilən şəxs3 ilə danışıb ucuz qiymətə olduğu üçün ümumilikdə 300 manat müqabilində 130 metr 3N mm-lik, 100 metr isə N8 mm-lik armatur almaq barədə razılaşdıqlarını, həmin gün axşam Təqsirləndirilən şəxs3 ilə danışaraq onu evlərindən götürərək fəhlə kimi Şərur rayonu, Qortçulu kəndində yaşayan, həmkəndlisi Şahid3 da kömək üçün özləri ilə götürdüklərini, ancaq ona armaturları gizlin olaraq hərbi hissədən almasını, armaturların oğurluq olmasını demədiklərini, Təqsirləndirilən şəxs3 və Şahid3la birlikdə R.Musazdənin xidmət etdiyi tabora eyni qaydada arxa nəzarət-buraxılış məntəqəsinə gedən çöllük yol ilə gedərək bir az aralıda heç kimin bilməməsi üçün avtomobilin işıqlarını söndürdüklərini, saat təqribən N1 radələrində uzaqdan əsgərlərin armatur daşıdığını gördüklərini, Təqsirləndirilən şəxs3 orada N00 manat pul verdiyini, Təqsirləndirilən şəxs3 1N0 manat borcu olduğundan ona “komandirin mənə 100 manat borcu var, həmin pulu bu puldan çıxaq” dediyindən onunla razılaşdığını, su alıb içmək üçün N manat da əlavə götürdüyünü, bir az sonra baş leytenant R.Təqsirləndirilən şəxs1Musazadəyə zəng vurub gəlmələrini dediyini, maşının işıqlarını yandırmadan armaturların yığıldığı yerə getdiklərini, orada Təqsirləndirilən şəxs3 baş leytenant Təqsirləndirilən şəxs1 ilə görüşüb ona 19N manat pul verdiyini, sonra armaturları sayaraq, 43 ədəd olmaqla 3N mm-lik, N8 mm-lik və NN mm-lik ölçüdə olduğunu gördüyünü, tez Şahid3la birlikdə armaturları avtomobilin yük hissəsinə yükləyərək torpaq yolla gedib Naxçıvan-Sədərək magistral yoluna çıxıb gedərkən yolda onları polis əməkdaşları saxladıqlarını, ilk olaraq baş leytenant Təqsirləndirilən şəxs1 polis əməkdaşı ilə danışıb onlara yalan məlumat versə də sonradan polis əməkdaşları təkrar onları saxlayıb polis şöbəsinə apardıqda orada bütün olanları onlara danışdıqlarını, həmin oğurlanan əmlakın da sonradan hərbi hissəyə təhvil verildiyini, törətdiyi əməldən peşman olduğunu göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş gizir Nümayəndə ifadəsində 1N noyabr N0N4-cü il tarixdən N nömrəli hərbi hissənin mənzil-istismar hissəsinin rəisi vəzifəsində xidmət etdiyini, Sədərək rayonu, Dəmirçi kəndində yerləşən N nömrəli hərbi hissənin N-ci tank taborunun ərazisində N nömrəli hərbi hissənin 4-cü taborunun şəxsi heyəti üçün əsgər yataqxanası və taborun zirehli texnikalarının saxlancı tikildiyini, lazım olan tikinti materiallarının alınması üçün N nömrəli hərbi hissə komandirinə bu barədə məruzə edildiyini, onun göstərişinə əsasən raportla X10 Maddi-Texniki Təminat İdarəsinə müraciət edildiyini, raportda ehtiyac olunan materiallar və miqdarları qeyd olunduğunu, raport təsdiqləndikdən sonra göstərilmiş sayda tikinti materiallarını qaimə ilə təhvil alıb tikinti sahəsinə aparıb tikinti işlərinə baxan baş gizir XN təhvil verdiyini, tikinti işlərinə cavabdeh olduğundan baş gizir M.Hüseynov aparılan tikinti işləri ilə bağlı gündəlik, lazım olan materiallarla bağlı isə həftədə iki dəfə olmaqla ona məlumat verdiyini, 03 aprel N0NN-ci il tarixdə, saat 09 radələrində baş gizir M.Hüseynov ona zəng edərək tikintidə istifadə ediləcək armaturların kəsir olduğunu, oğurlandığını bildirdiyini, təcili bu barədə hərbi hissə komandirinə məruzə etdiyini, sonradan N nömrəli hərbi hissədə xidmət edən kapitan Təqsirləndirilən şəxsN, baş leytenant Təqsirləndirilən şəxs1, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs3 tikinti materiallarını oğurlamasını, materialları “Qazel” markalı avtomobillə aparan zaman polis əməkdaşlarının onları saxlamasını öyrəndiyini, oğurlanmış əmlakların N nömrəli hərbi hissəyə məxsus olduğunu, bundan başqa N0NN-ci ilin mart ayının sonlarında həmin şəxslərin həmin yerdən armatur və şveller oğurladıqlarını, lakin sonradan aralarında olan anlaşılmazlığa görə həmin materialları yerinə, geri qaytardıqlarını, 0N aprel N0NN-ci il tarixdə hərbi hissənin həmin tikinti gedən yerindən N3 ədəd, ümumi uzunluğu 130.71 metr olan 3N mm-lik armatur, 17 ədəd, ümumi uzunluğu 93.N4 metr olan NN mm-lik armatur və 3 ədəd ümumi uzunluğu 1N.N metr olan N8 mm-lik armatur oğurlandığını, sonradan həmin tikinti materialları polis əməkdaşları tərəfindən tutulub hərbi hissəyə təhvil verildiyini, oğurlanmış əmlakın hərbi hissəyə qaytarıldığını, hərbi hissə tərəfindən şikayət və tələblərinin olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 ifadəsində N nömrəli hərbi hissənin Sədərək rayonu Dəmirçi kəndi ərazisində yerləşən N-ci tank taborunun N-ci tank bölüyündə əsgər rütbəsində xidmət etdiyini, bölük komandirinin baş leytenant Təqsirləndirilən şəxs1 olduğunu, N0NN-ci ilin mart ayının sonlarında, saat N0 radələrində əsgərlər ŞahidN və İosif Karqinovla birlikdə yeməkxananın qarşısında olarkən baş leytenant Təqsirləndirilən şəxs1 onları yanına çağırıb akkumulyator sexinin yanında olan armaturlardan daşıyıb N-ci nəzarət-buraxılış məntəqəsindən aralıda, çölə yığmalarını tapşırdığını, əsgər yoldaşı İ.Karqinov “niyə oraya yığırıq?” deyə soruşduqda baş leytenant Təqsirləndirilən şəxs1 mövqelərə gedəcəyini dediyini, birlikdə akkumulyator sexinin yanına gedib armatur götürüb deyilən yerə, N-ci nəzarət-buraxılış məntəqəsindən təxminən 80- 100 metr aralıda olan torpaq əraziyə qoyduqlarını, 0N aprel N0NN-ci il tarixdə baş leytenant Təqsirləndirilən şəxs1 axşam düzülüşündən sonra onlara onun yanına gəlməsini tapşırdığını, şam yeməyindən sonra əsgər ŞahidN ilə birlikdə onun dediyi yerə getdiklərini, baş leytenant Təqsirləndirilən şəxs1 çöldə gözləmələrini tapşırdığını, orada ondan başqa İ.Karqinov, Ruslan Həmidov və Rəsul Həsənzadənin də olduğunu, birlikdə baş leytenant Təqsirləndirilən şəxs1 göstərişi ilə akkumulyator sexinin yanına getdiklərini, baş leytenant Təqsirləndirilən şəxs1 onlara qalın və nazik armaturlardan götürüb arxasınca gətirmələrini tapşırdığını, onların da həmin armaturları hara və nə səbəbə aparmalarını bilməyərək armaturları götürüb onun arxasınca N-ci nəzarət-buraxılış məntəqəsindən çölə çıxıb torpaq yolla təxminən 80-90 metr gedərək baş leytenant Təqsirləndirilən şəxs1 dediyi yerə, yolun kənarına yığdıqlarını və bunu bir neçə dəfə təkrarladıqlarını, həmin vaxt təxminən 40-4N ədəd armatur daşıdıqlarını, sonra baş leytenant Təqsirləndirilən şəxs1 onlara gedib istirahət etmələrini tapşırdığını, sonradan daşıdıqları həmin armaturların oğurluq olduğunu bildiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər ŞahidN ifadəsində N0NN-ci ilin yanvar ayından N nömrəli hərbi hissənin əsgəri olduğunu, N0NN-ci ilin mart ayının sonlarında baş leytenant Təqsirləndirilən şəxs1 göstərişi ilə akkumulyator sexinin yanındakı 3N mm-lik armaturlardan daşıyıb N-ci nəzarət-buraxılış məntəqəsindən çölə yığdıqlarını, 0N aprel N0NN-ci il tarixdə, saat N0 radələrində məişət otağında paltar ütüləyərkən əsgər İ.Karqinovun gəlib baş leytenant Təqsirləndirilən şəxs1 bölüyün əsgərlərini çağırmasını dediyini, əsgər Şahid1la çölə çıxıb zabitlərin istirahət otağına getdiklərini, baş leytenant Təqsirləndirilən şəxs1 onlara çöldə gözləmələrini tapşırdığını, əsgərlər İ.Karqinov, Ruslan Həmidov və Rəsul Həsənzadə də gəldikdən sonra baş leytenant Təqsirləndirilən şəxs1 göstərişi ilə akkumulyator sexinin yanına gedərək oradan qalın və nazik armaturlardan götürüb N-ci nəzarət-buraxılış məntəqəsindən təxminən 80- 90 metr irəlidə armaturları yolun kənarına qoyduqlarını, bunu bir neçə dəfə təkrarladıqlarını, həmin vaxt təxminən 40-4N ədəd armatur daşıyıb baş leytenant Təqsirləndirilən şəxs1 dediyi yerə qoyduqlarını, sonra baş leytenant Təqsirləndirilən şəxs1 onları istirahət etmələri üçün yataqxanaya göndərdiyini, sonradan həmin armaturların satmaq məqsədilə oğurlamasını bildiklərini göstərdi. Məhkəmə istintaqında Şahid qismində dindirilmiş vətəndaş Şahid3 ifadəsində Şərur rayonu Qorçulu kəndində qeydiyyatda olmaqla həmin yerdə yaşadığını, Şərur rayonu Şəhriyar kəndində yaşayan Təqsirləndirilən şəxs3 qabaqcadan tanıdığını, Təqsirləndirilən şəxs4 isə onunla eyni kənddə yaşadığını, 0N aprel N0NN-ci il tarixdə, saat N1 radələrində kənd mərkəzindəki çayxananın qarşısında olarkən Təqsirləndirilən şəxs4 ona “armatur var almışam, maşına yığıb boşaltmağa kömək lazımdır 10 manat verəcəm, razısan?” dedikdə, gündəlik fəhləlik etdiyindən onunla razılaşdığını, onun “Qazel” markalı avtomobilinə minib Şəhriyar kəndinə gedərək oradan Təqsirləndirilən şəxs3 də götürüb Sədərək rayonu Dəmirçi kəndi ərazisinə getdiklərini, orada magistral yoldan torpaq yola daxil olub təpəlik ərazidə dayandıqlarını, Təqsirləndirilən şəxs3 kiminləsə danışıb pulun hazır olmasını bildirdiyini, orada Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs3 19N manat pul verdiyini, Təqsirləndirilən şəxs3 zəng gəldikdən sonra bir az qabağa getdiklərini, orada Təqsirləndirilən şəxs4 avtomobilin işığını niyəsə yandırmadığını, bir az irəli getdikdən sonra yol kənarında dayandıqlarını, Təqsirləndirilən şəxs3 avtomobildən düşüb kimləsə görüşdüyünü, sonra onlar avtomobildən düşüb armaturları maşına yığdıqdan sonra gəldikləri yolla qayıdıb Sədərək rayonu istiqamətində hərəkət edərkən yolda polis əməkdaşları onları saxlasalar da buraxdıqlarını, lakin bir az getdikdən sonra təkrar onları saxlayıb polis şöbəsinə apararkən həmin armaturların oğurluq armaturlar olduğunu sonradan bildiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş gizir Şahid4 ifadəsində N0N4-cü ilin dekabr ayından N nömrəli hərbi hissənin N-ci tank taborunun rabitə taqımının idarəetmə manqasının manqa komandiri-tank komandiri vəzifəsində xidmət etdiyini, 0N aprel N0NNci il tarixdə N-ci tank taboru üzrə növbətçi xidmətinə təyin olunduğunu, saat 18:00-da növbəni təhvil aldığını, həmin gün tabor üzrə cavabdeh baş leytenant Təqsirləndirilən şəxs1, tabor komandiri əvəzi kapitan Təqsirləndirilən şəxsN olduğunu, saat N1 radələrində məişət otağında olarkən N-ci bölüyün əsgərlərinin yataqxanadan çölə çıxmasını görüb hara getmələrini soruşduqda onlar baş leytenant Təqsirləndirilən şəxs1 çağırmasını dediklərini, sonra məişət otağında olarkən kapitan Təqsirləndirilən şəxsN ona yaxınlaşıb “Ruslan gəl domino oynayaq” dediyini, onunla razılaşıb domino oynamaq üçün bölük komandirlərinin otağına getdiklərini, həmin vaxt saat NN radələrinədək domino oynadıqlarını, köməkçisi gizir ŞahidN “əsgərlər axşam gəzintisinə hazırlaşsın, sonra termometriya olunar və yatarlar” tapşırığını verdiyini, əsgərlər saat NN:00-da yatdıqlarını, səhər saatlarında gizir ŞahidN onu yuxudan oyadıb axşam hərbi hissədən oğurluq olmasını dediyini, sonradan baş vermiş oğurluq hadisəsi barədə ətraflı öyrəndiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş gizir ŞahidN ifadəsində hadisə olan gün 0N aprel N0NN-ci il tarixdə saat 18:00-da növbəni təhvil alaraq xidmətə başladığını, həmin gün tabor üzrə cavabdeh isə baş leytenant Təqsirləndirilən şəxs1 olduğunu, köməkçi olduğundan patrul xidmətinə təyin olunan şəxsləri aparıb dəyişdirməli olduğu halda baş leytenant Təqsirləndirilən şəxs1 ona “sən yataqxanada qal, əsgərlərin səhərki gün hazırlığına nəzarət et, mən özüm patrulları dəyişəcəm” deməsinə razılaşdığını, saat N1:30-dək yataqxanada qaldığını, saat N1:30-da tabor növbətçisi gizir Şahid4 “əsgərlər axşam gəzintisinə hazırlaşsın, sonra termometriya olunarlar və yatarlar” dediyini, əsgərlər saat NN:00-da yatdıqlarını, növbəti gün saat 09:00-da tabor növbətçisinin istirahət vaxtı olduğundan onu əvəz etdiyini, səhərsi gün saat 11 radələrində hərbi polisin nümayəndəsi MAHHXHQ əsgər Təqsirləndirilən şəxs3 ilə birlikdə tabora gələrək MAHHXHQ əsgər Təqsirləndirilən şəxs3 ilə, sonra bəzi əsgərlərlə söhbət apardığını, sonradan bildiklərinə görə baş leytenant Təqsirləndirilən şəxs1 hərbi hissəyə məxsus almaturları bir neçə şəxslə birlikdə oğurlayaraq kimlərəsə, mülkü şəxslərə satdığını bildiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ əsgər Şahid6 ifadəsində 0N aprel N0NN-ci il tarixdə N-ci tank taborunda MAHHXHQ əsgər Sahib Məmmədov və MAHHXHQ əsgər Səbuhi Hüseynovla birlikdə patrul xidmətinə təyin olunduqlarını. 0N aprel N0NN-ci il tarixdə, saat 18:00-dan saat N0:00-dək 1-ci postda xidmət apardığını, saat N0:00-da onu MAHHXHQ əsgər S.Hüseynov dəyişməli olduğu halda dəyişmədiyini, bunun səbəbini soruşduqda MAHHXHQ əsgər S.Məmmədov ona yarım saatlıq xidmət aparıb qayıdacağını dediyini, postu təhvil verib yataqxanaya qayıdaraq saat NN:00-da təkrar N-ci nəzarət-buraxılış məntəqəsində xidmətə getdiyini, saat NN:N0-də xidmət yerində olan zaman səs gəlməsini eşidib tabor növbətçisinin köməkçisi gizir ŞahidN səslədiyini, kapitan Təqsirləndirilən şəxsN ondan nə olmasını soruşduqda ona “motorsiklet hərəkət edir, ancaq işıqları yanmır” dediyini, dəqiqləşdirmək üçün nəzarət-buraxılış məntəqəsi istiqamətə gedərkən orada heç nə görmədiyini, ətrafa baxarkən həmin istiqamətdə avtomobil işıqları yanmasını gördüyünü, həmin vaxt gələn səsin avtomobil səsi olmasını bildiyini, həmin avtomobilin səszis hərəkət edərək keçib getdiyini, baş leytenant Təqsirləndirilən şəxs1 ona bir də belə hal olduqda ona məlumat verməsini dediyini, səhərsi gün saat 10:00-dan saat 1N:00-dək patrul xidmətində olarkən tabora hərbi polisin nümayəndəsi gələrək əvvəlki gün axşam saatlarında tabordan armatur oğurlanmasını dediklərini, sonradan həmin vaxt MAHHXHQ əsgər Təqsirləndirilən şəxs3 baş leytenant Təqsirləndirilən şəxs1 ilə birlikdə mülki şəxslərə hərbi hissənin armaturlarını satmasını öyrəndiyini göstərdi. Cinayət işi üzrə alınmış 06 may N0NN-ci il tarixli daşınar əmlakın qiymətləndirilməsi barədə mütəxəssis hesabatında ümumi uzunluğu 130.71 metr olan N3 ədəd 3N mm-lik armaturun yekun məbləğinin N06 manat 46 qəpik, ümumi uzunluğu 93.N4 metr olan 17 ədəd NN mm-lik armaturun yekun məbləğinin 89 manat 88 qəpik və ümumi uzunluğu 1N.N metr olan 3 ədəd N8 mm-lik armaturun yekun məbləğinin 18 manat 74 qəpik, armaturların ümumi məbləğinin 31N manat 08 qəpik dəyərində olduğu göstərilmişdir. Cinayət işi üzrə alınmış 14 iyul N0NN-ci il tarixli daşınar əmlakın qiymətləndirilməsi barədə mütəxəssis hesabatında ümumi uzunluğu 40 metr olan 8 ədəd 3N mm-lik armaturun yekun məbləğinin N40 manat və ümumi uzunluğu 9 metr olan 3 ədəd şvellerin yekun məbləğinin 13N manat, tikinti materiallarının ümumi məbləğinin 37N manat olduğu göstərilmişdir. Cinayət işi üzrə tərtib olunmuş 06 may N0NN-ci il tarixli hadisə yerinə baxış keçirilməsi və NN may N0NN-ci il tarixli hadisə yerinə əlavə baxış keçirilməsi haqqında protokollardan görünür ki, hadisə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin Sədərək rayonu Dəmirçi kəndi ərazisində yerləşən N-ci tank taborunun ərazisində baş vermişdir. Taborun 1-ci nəzarət-buraxılış məntəqəsindən daxil olduqda qərargah binasına gedən yolun sol tərəfində N nömrəli hərbi hissəyə məxsus idman şəhərciyi, sağ tərəfində isə yataqxana binası tikilir. Köhnə boks binası deyilən yerin yanında akkumulyator sexi vardır. Həmin sexin yanında tikinti materialları, o cümlədən armaturlar vardır. Tikinti materialları yığılan yerlə üz-üzə durduqda sağ tərəfə doğru 1N0 metr aralıda N-ci nəzarət-buraxılış məntəqəsi vardır. N-ci nəzarət-buraxılış məntəqəsindən çölə çıxdıqda torpaq örtüklü yol görünür. Həmin yolun sağ tərəfi təpəlik, sol tərəfi isə dərəlikdir. Cinayət işi üzrə tərtib olunmuş 03 aprel N0NN-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şərur rayonu Qortçulu kəndində yaşayan Təqsirləndirilən şəxs4 məxsus “Qazel” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində N3 ədəd ümumi uzunluğu 130.71 metr olan 3N mm-lik armatur, 17 ədəd ümumi uzunluğu 93.N4 metr olan N6 mm-lik armatur və 3 ədəd ümumi uzunluğu 1N.N metr olan N8 mm-lik armatur aşkar edilmişdir. Cinayət işi üzrə tərtib olunmuş 18 iyul N0NN-ci il tarixli xarici yaddaş qurğusuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs3 göndərilmiş səs yazılarında “sağol Ramal sağol, mən indi hərbi hissəyə gedirəm, mən gedib çatanda hava qaralacaq, MTO özüdə cavabdehdi birdənə şeyliyə bilərik, gələ biləssənsə mən şeyləri çıxartdırım çölə aynoyunları”, “Ramal mən başladım çıxartmağa, 300 çıxardacam o, heç, yoğunları çıxarda bilməyəcəm, onları düzüblər yerə, sayıblar, az qalıb deyə sayırlar, sayı bilir Mahir, o, işçi qüvvənin üstündə olan, buda biraz tip adamdı, səhər gedər məruzə edər poxa keçərik, onnan çıxarda bilməyəcəm, 300 metr bubirisindən çıxardıram”, “Ramal, tapsa yaxşı olar, nağdı olsun, mtonun pulun verim, başa düşdün nətəri, gör neynirsən N0 manat böyük pul deyil, N00 manat deyilki N0 manatdı, düz qoş eləsin indi, artıq çıxarım N00 manatdıq olsun” və “Saata bax 10 dəqiqəyə gəl” sözləri əks olunmuşdur. Cinayət işi üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan MR üzrə Baş İdarəsinin Hərbi Əks-Kəşfiyyat İdarəsinə verilmiş əməliyyat tapşırığının cavabında göstərilmişdir ki, N nömrəli hərbi hissəsinin Sədərək rayonu ərazisində yerləşən N-ci tank taborunun ərazisindən armatur oğurlanmasında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs4 başqa digər şəxslərin iştirakı olmamış, kiminsə əvvəlcədən oğurluq hadisəsindən məlumatı olmamış, baş verənlər komandanlıqdan gizlədilmiş, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs3 hadisədən sonrakı davranışları və söhbətləri törədilən qanunsuz əməllə bağlı kapitan Təqsirləndirilən şəxsN və baş leytenant Təqsirləndirilən şəxs1 adının gizli saxlanılmasına, onların qeyri-qanuni fəaliyyətlərinin ört-basdır edilməsinə yönəlsə də, buna nail olunmamış, oğurluq hadisəsi zamanı armaturdan başqa digər əşya və əmlak oğurlanması halı müəyyən edilməmiş, 0N aprel N0NN-ci il tarixdə gecə saatlarında N nömrəli hərbi hissənin N-ci tank taborunun zabiti kapitan Təqsirləndirilən şəxsN, N-ci bölüyün komandiri baş leytenant Təqsirləndirilən şəxs1 və MAHHXHQ Təqsirləndirilən şəxs3 ilə sövdələşərək tabeliklərindəki əsgərlərə hərbi hissənin tikintisində istifadəsi nəzərdə tutulmuş N8 mm-lik və 3N mm-lik armaturları satmaq məqsədilə hərbi hissədən kənara çıxarılmaları barədə tapşırıq vermiş, həmin armaturları Şərur rayonu Qortçulu kənd sakini Təqsirləndirilən şəxs4 idarə etdiyi “Qazel” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə apararkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş 08 may N0NN-ci il tarixli, 3- NN-N1N/1-439/N0NN nömrəli məktubdan görünür ki, N nömrəli hərbi hissədə baş vermiş oğurluq faktı ilə bağlı oğurlanmış əmlaklar N nömrəli hərbi hissənin mənzil istismar xidməti tərəfindən qəbul edilərək qaimə əsasında tikinti işləri gedən ərazidə N nömrəli hərbi hissənin mühəndis bölməsinin baş texniki baş gizir XN təhvil verilir. N nömrəli hərbi hissədən heç kim maddi məsuliyyət daşımır. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxsN vətən müharibəsi uğrunda gedən döyüşlərdə iştirak edərək “Vətən müharibəsi iştirakçısı”, “Zəngilanın azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları ilə təltif olunmuşdur, ailəlidir və himayəsində bir azyaşlı övladı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 Həmizə oğlu vətən müharibəsi uğrunda gedən döyüşlərdə iştirak edərək “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur, ailəlidir və himayəsində iki azyaşlı övladı vardır. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş NN iyul N0NN-ci il tarixli, 3- NN-N13/N-791/N0NN nömrəli məktubdan görünür ki, baş vermiş oğurluq faktı ilə bağlı oğurlanmış materiallar təhvil verildiyindən hərbi hissəyə maddi ziyan vurulmamış, bununla bağlı hərbi hissənin mülki iddiası və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş 01 iyul N0NN-ci il tarixli, 1677 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 01 iyul N0NN-ci il tarixli, 1678 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxsN hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsindən alınmış tələbnamələrdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmadıqları göstərilmişdir. Təqsirləndirilən şəxs4 barəsində X1 Sisteminin məhkumluq məlumatları portalından edilmiş çıxarışdan görünür ki, o, əvvəllər məhkum edilməmişdir. Naxçıvan MR Səhiyyə Nazirliyinin Y.Budaqov adına Naxçıvan MR X4 sorğu verilərək alınmış məktubda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 dispanserdə psixi və narkoloji xəstə kimi qeydiyyatda olmadıqları göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 ali hərbi təhsillidir, N nömrəli hərbi hissə komandirinin N dekabr N0N4-cü il tarixli, N33 nömrəli əmri ilə həmin tarixdən hərbi hissənin N-ci tank taborunun N-ci tank bölüyünün komandiri vəzifəsinə təyin edilmişdir. Xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxsN – ali hərbi təhsillidir, N nömrəli hərbi hissə komandirinin N fevral N0NN-ci il tarixli, 46 nömrəli əmri ilə həmin tarixdən hərbi hissənin N-ci tank taborunun qərargah rəisinin maddi-texniki təminat üzrə köməkçisi vəzifəsinə təyin edilmişdir. Xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs3 – tam orta təhsillidir, subaydır. N nömrəli hərbi hissə komandirinin N dekabr N0N4cü il tarixli, N3N nömrəli əmri ilə həmin tarixdən hərbi hissənin N-ci tank taborunun N-ci tank bölüyünün 3-cü tank taqımının 3-cü heyətinin tuşlayıcı-operatoru vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N7 may N0NN-ci il tarixli, 14N nömrəli əmri ilə həmin tarixdən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Sərur rayon Şəhriyar kəndində yaşayır. Xidmət etdiyi müddətdə N nömrəli hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs4 – Tam orta təhsillidir, subaydır. Şərur rayonu Qorçulu kəndində yaşayır və inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən müsbət xarakterizə edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə məxsus əmlakların gizlin yolla oğurlanması faktı ilə bağlı istintaq zamanı N nömrəli hərbi hissə hüquqi şəxs kimi 1N iyul N0NN-ci il tarixdə zərərçəkmiş şəxs qismində tanınmış, N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş NN iyul N0NN-ci il tarixli vəkalətnaməyə əsasən hərbi hissənin hüquqlarının müdafiəsinin etibar edildiyi, hərbi hissənin mənzil-istismar hissəsinin rəisi, gizir Nümayəndə N8 iyul N0NN-ci il tarixli qərarla zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxslərə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin cinayət əməli ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.1-ci və 177.N.N-ci maddələrinin tərkib əlamətlərinin mövcudluğu, cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən halların olması, cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 3N1.N-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 14N-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsi cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 1N6.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxslərin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə yuxarıda şərh olunan sübutların cəminə əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 özlərinin səmimi etirafı ilə yanaşı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahid ifadələri eləcə də cinayət işinə əlavə edilmiş digər istintaq sənədləri ilə də təqsirləri tam sübuta yetir və onların oğurluq əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.1 və 177.N.N-ci maddələri ilə tövsif edilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Cinayət məsuliyyətindən azad etmək üçün əsaslar olmadığından təqsirləndirilən şəxslər göstərilən əsaslarla cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» NN iyun N003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N8.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza təyin edərkən onların şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən halları habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.1 və 177.N.N-ci maddələrinin dispozisiyasında göstərilir ki, oğurluq, yəni özgə əmlakını gizli olaraq talama, 177.N.1-ci maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və 177.N.N-ci maddəsində təkrar törədildikdəki kimi xarakterize olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.1 və 177.N.N-ci maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, bu da cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN-1.6-ci maddəsinin tələbinə əsasən azadlığın məhdudlaşdırılması cəzası hərbi qulluqçulara təyin edilmədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.1 və 177.N.N-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN hərbi qulluqçu olduqlarından onların barəsində təyin edilə bilməz. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N9-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini səmimi etiraf edib peşman olmasını, zərərçəkmiş tərəfin şikayət və tələbinin olmamasını, əvvəllər məhkum olunmamasını, himayəsində iki azyaşlı uşağının olmasını, 44 günlük Vətən müharibəsində iştirak edərək “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət işi üzrə cəzanı ağırlaşdıran hallar yoxdur Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N9-cu maddəsinə əsasən Təqsirləndirilən şəxsN törətdiyi cinayət əməlini səmimi etiraf edib əməlindən peşman olmasını, zərərçəkmiş tərəfin şikayət və tələbinin olmamasını, əvvəllər məhkum olunmamasını, himayəsində bir azyaşlı uşağının olmasını, 44 günlük Vətən müharibəsində iştirak edərək “Zəngilanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları ilə təltif olunmasını, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət işi üzrə cəzanı ağırlaşdıran hallar yoxdur Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N9-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlini səmimi etiraf edib əməlindən peşman olmasını, zərərçəkmiş tərəfin şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət işi üzrə cəzanı ağırlaşdıran hallar yoxdur Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N9-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs4 törətdiyi cinayət əməlin səmimi etiraf edib əməlindən peşman olmasını, zərərçəkmiş tərəfin şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterize olunmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət işi üzrə cəzanı ağırlaşdıran hallar yoxdur. Beləliklə də, istər cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin müəyyən qərarlarında da cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (cinayətin törədilməsini, həyata keçirilmə üsulunu, baş vermiş nəticənin ağırlıq dərəcəsini və.s), təqsirləndirilənlərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb (sanksiyada nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının onların barəsində tətbiq edilə bilməz, ona görə ki, hərbi qulluqçu statusu daşıyan şəxslərə qanunvericiliyin tələbinə uyğun olaraq həmin cəzalar təyin edilmir) onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının da təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab etmir. Azərbaycan Respublikası CM-nin 6N.1-ci maddəsinin tələblərinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, həmin Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilə bilər. Müstəsna hal Azərbaycan Respublikası CM-nin 6N.N-ci maddəsinin tələblərinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların məcmusunu, cəzanı ağırlaşdıran halların olmamasını müstəsna hal kimi qəbul edərək onların barələrində Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsinin tətbiq edilməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.1 və 177.N.N-ci maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəza növü olan hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının onların barəsində təyin edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin N0.N-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikası CM-nin N0.3-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN hal-hazırda xidmət etdiyi hərbi hissə komandanlığına, xidmət yerlərini dəyişərlərsə yeni xidmət etdiyi hərbi hissə komandanlığına həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 3N3.4.N-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN cəzaçəkmə müddətinin əvvəli onların aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcrid etmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral N017-ci il tarixli sərəncamının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında ”30 mart N006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Məhkəmə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N8-ci maddəsinə əsasən onların şəxsiyyətini, törətdiyi cinayətin xarekterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, habelə ilk dəfə cinayət əməli törətmələrini, ailələrinin yeganə qazanc gətirənləri olmasını, yaşadıqları yer üzrə müsbət xarakterize olunmalarını və ailə şəraitlərini nəzərə alaraq təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.1 və 177.N.N-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuna uyğun hesab edir. Azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin NN- 1-ci maddəsinin tələbinə uyğun olaraq məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş məhkumun yaşayış yerini (tamami ilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək vəzifələri qoyur. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərinə hər gün saat NN:00-dan növbəti gün saat 07:00-dək yaşadıqları yeri tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Üzərlərində nəzarətin həyata keçirilməsi yaşayış yerləri üzrə Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 hüquqlarını dövlət hesabına müdafiə etmiş, Naxçıvan şəhər ASAN Vəkil Bürosunun vəkilləri Müdafiəçi4, MüdafiəçiN, Müdafiəçi3 və Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsı üçün təqsirləndirilən şəxslərə göstərilmiş olduğu hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından müdafiyəçilərin təqdim etdiyi hesabata uyğun Naxçıvan şəhər ASAN Vəkil Bürosunun və Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Cinayət işi üzrə maddi sübut olan və Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində məsul saxlancda saxlanılan ümumi uzunluğu 130.71 metr olan N3 ədəd 3N mm-lik armatur, ümumi uzunluğu 93.N4 metr olan 17 ədəd NN mm-lik armatur, ümumi uzunluğu 1N.N metr olan 3 ədəd N8 mm-lik armatur hökm qanuni qüvvəyə mindikdən sonra N17 saylı hərbi hissəyə istifadəyə verilməlidir. Cinayət işi üzrə məhkəmə-əmtəşünaslıq ekspertizası üzrə məhkəmə xərci olan 1N0 (yüz əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada bərabər tutularaq “XN MMC-nin VÖEN:********** H/h:AZ16NİCB**********0001A3N090 "xxxx" ASC, kodu N07064 VÖEN ********** muxbir hesabı: AZ98NABZ ******************** saylı müxbir hesabına ödənilməlidir. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə olunması tələb edilən əmlak yoxdur. Cinayət iş üzrə ittiham aktının elektron variantının saxlanıldığı bir ədəd DVD diski cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 3N1-3N3, 3N6, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖКМ ЕТDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.1 və 177.N.N-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsi tətbiq edilməklə 1(bir) il 3(üç) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə aylıq pul təminatından dövlət nəfinə 1N (on beş) faiz məbləğində pul tutulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 hal-hazırda xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə yeni xidmət etdiyi hərbi hissə komandanlığına həvalə olunsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.1 və 177.N.N-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 3(üç) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsN cəza çəkdiyi müddətdə aylıq pul təminatından dövlət nəfinə 1N (on beş) faiz məbləğində pul tutulsun. Hökmün icrası Təqsirləndirilən şəxsN hal-hazırda xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə yeni xidmət etdiyi hərbi hissə komandanlığına həvalə olunsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsN cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.N.1 və 177.N.N-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 3(üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 üzərinə hər gün saat NN:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Şərur rayonunun Şəhriyar kəndində yerləşən evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.N.1 və 177.N.N-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1(bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 üzərinə hər gün saat NN:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Şərur rayonunun Qortçulu kəndində yerləşən evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Şərur rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 hüquqlarını dövlət büdcəsi hesabına müdafiə etmiş, Naxçıvan şəhər ASAN Vəkil Bürosunun vəkilləri Müdafiəçi4, MüdafiəçiN, Müdafiəçi3 və Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsı üçün təqsirləndirilən şəxslərə göstərilmiş olduğu hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından müdafiəçilərin təqdim etdiyi hesabata uyğun olaraq Naxçıvan şəhər ASAN Vəkil Bürosunun və Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına pul köçürülsün. Cinayət işi üzrə maddi sübut olan və Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində məhsul saxlancda saxlanılan ümumi uzunluğu 130.71 metr olan N3 ədəd 3N mm-lik armatur, ümumi uzunluğu 93.N4 metr olan 17 ədəd NN mm-lik armatur, ümumi uzunluğu 1N.N metr olan 3 ədəd N8 mm-lik armatur hökm qanuni qüvvəyə mindikdən sonra N17 saylı hərbi hissəyə istifadəyə verilsin. Cinayət işi üzrə məhkəmə-əmtəşünaslıq ekspertizası üzrə məhkəmə xərci olan 1N0 (yüz əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada bərabər tutularaq “XN” MMC-nin VÖEN:**********H/h: AZ16NİCB**********0001A3N090 "xxxx" ASC, kodu N07064 VÖEN ********** muxbir hesabı: AZ98NABZ ******************** saylı müxbir hesabına ödənilsin. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə olunması tələb edilən əmlak yoxdur. Cinayət iş üzrə ittiham aktının elektron variantının saxlanıldığı bir ədəd DVD diski cinayət işinin materiallarında saxlanılsın. Hökmdən N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №1-1(092)-53/2025
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-53/2025
29.10.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver