Məhkəmə qərarları › İş №1-1(092)-54/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-54/2024

16.09.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-54/2024 16.09.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Naxçıvan MR Hərbi Məhkəməsinin inzibati binasında xx xxxx 1991-ci il tarixdə Şərur rayonunun Qışlaqabbas kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, üç uşaq atası, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şərur rayonunun İbadulla kəndində daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində 09 avqust N0N4cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Şücaətə görə” medalları ilə təltif olunmuş, N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏNETDİ: Məhkəmə İstintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəsinin N-ci xüsusi təyinatlı bölüyünün N-ci xüsusi təyinatlı qrupunda kəşfiyyatçıqumbaraatan vəzifəsində, MAHHX HQ-kiçik çavuş hərbi rütbəsində xidmətdə olarkən N0 iyun N0N4-cü il tarixdə saat N radələrində hərbi hissənin idman şəhəriciyində, tabeliyində olan, həmin hərbi hissənin xüsusi silah taqımının snayper manqasının snayper kəşfiyyatçısı vəzifəsində xidmət edən MAHHX HQ- əsgər Zərərçəkmiş şəxs hərbi hissənin ərazisindəki ağaclardan yığdığı meyvələrdən orada olan hərbi qulluqçulara payladığını görüb, ona da meyvə verməsini istədikdə əsgər Zərərçəkmiş şəxs meyvə verməyərək, əli ilə ona nalayiq hərəkət göstərdiyi üçün aralarında mübahisə yaranmış və mübahisə zamanı o, əsgər Zərərçəkmiş şəxs boyun nahiyəsinin ön hissəsindən tutub badalaq verərək, yerə yıxmaq istəsə də, yaxınlıqda olan xidmət yoldaşları müdaxilə edərək mübahisə etmələrinə imkan verməmişlər. Bir neçə dəqiqə sonra o, idman şəhərciyində olan idman alətlərinin yanında dayanan zaman əsgər Zərərçəkmiş şəxs yanına gəldiyi üçün bir qədər əvvəl aralarında yaranmış narazılığa görə onlar yenidən mübahisə etməyə başlamış və mübahisə zamanı o, əsgər Zərərçəkmiş şəxs əynində olan qısaqol maykanın boyun hissəsindən tutaraq özünə tərəf çəkib, sifətinə bir yumruq zərbəsi vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid “sağ periorbital nahiyənin və sağ göz qapaqlarının hematoması ilə müşayiət olunan sağ gözün və gözətrafı nahiyənin küt travması” və dərəcəsi təyin edilməyən “boyun nahiyəsinin sağ yarısının sıyrığı” xəsarətlərini yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş MAHHX HQ-kiçik çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 3N9.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində 17 oktyabr N0N0-ci il tarixdən N nömrəli hərbi hissədə xidmət etdiyini, MAHHX HQ- əsgər X3 xidmət etdiyi dövrdən tanıdığını, N0 iyun N0N4-cü il tarixdə səhər saatlarında hərbi hissənin ərazisində butulkadan sərin su içərkən Zərərçəkmiş şəxs ondan su istə də butulkada az su qaldığından ona su vermədiyini, bu səbəbdən də Zərərçəkmiş şəxs deyəsən ondan incidiyini, lakin ona heç nə demədiyini, həmin gün saat təqribən N radələrində idman şəhərciyinə, idmana gedərkən Zərərçəkmiş şəxs də onlarla birlikdə idmana getdiyini, yolda Zərərçəkmiş şəxs hərbi hissənin ərazisində olan alma ağacından bir neçə alma dərərək həmin vaxt orada olan və həmin bölükdə xidmət edən MAHHX HQ çavuş T. Bəndalıyev və MAHHX HQ-əsgər ŞahidN versə də onun da alma istəməsinə baxmayaraq bayaqki su məsələsini ona xatırladaraq ona alma vermədiyini, bu səbəbdən də bir az ondan incik halda idman şəhərciyinə getdiklərini, saat təqribən 17:N0 radələrində idman şəhərciyində olarkən yol üstü orada olan tut ağacından tut yeyərkən zarafatla ortalığa “ağaclarda meyvə qalmadı, hamısınını yığıb qurtardılar” dediyini, bu sözləri Zərərçəkmiş şəxs yox ümumi ortaya dediyini, onun da həmin sözləri özünə götürərək ona qarşı sağ əli ilə nalayiq hərəkətlər etdiyini, Zərərçəkmiş şəxs bu hərəkətindən əsəbiləşib ona yaxınlaşaraq niyə elə etdiyini soruşub onun boyun nahiyəsindən tutub badalaq verərək onu yerə yıxmaq istədiyini, lakin gücünün çatmadığını, orada olan çavuş T. Bəndalıyevin və Ə. Allahverdiyevin onları aralaşdırdıqlarını, həmin vaxt qarşılıqlı bir-birlərinə nalayiq ifadələr işlətdiklərini, aranı sakitləşdirmək üçün təxminən 15-N0 metr aralıda olan idman alətlərinin yanına getdiyini, bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs də mübahisəni davam etdirmək üçün onun yanına gəldiyini, ona oradan çıxıb getməsini desə də onun getmədiyini və yenə qarşılıqlı bir birlərinə nalayiq ifadələr işlətdiklərini, bu zaman Zərərçəkmiş şəxs səsinin tonunu artıraraq ona nalayiq şəkildə “sənin var yoxunu belə-belə edərəm” dedikdə əsəblərini sakitləşdirə bilməyib sağ əlini onun sol çiyninə qoyub “ailəsinin qədrini bilən başqasının ailəsini söyməz” dediyini, bu zaman əsgər Zərərçəkmiş şəxs anidən onun sifətinə sağ əli ilə iki yumruq zərbəsi vurduğunu, zərbənin təsirindən dodağının qanadığını, həmin vaxt orada olanların onları yenə aralaşdırmaq istərkən əsəblərini sakitləşdirə bilməyib onun üzərində olan qısaqol maykanın boyun hissəsindən tutub özünə tərəf çəkərək sağ əli ilə onun sağ sifət nahiyəsindən bir yumruq zərbəsi vuraraq onun əynində olan qısaqol maykasını dartaraq cırdığını, deyəsən yumuruğun onun gözaltı nahiyəsinə dəydiyini və onun xəsarət aldığını, orada olanların onları aralaşdırdıqlarını, hadisə barədə yuxarı komandanlığa məruzə olunduğunu, hər ikisindən izahat alındıqdan sonra həmin gün saat N0 radələrində N nömrəli hərbi hospitala göndərildiklərini, hər ikisinin də artıq sağalaraq xidmətini davam etdirdiyini, könüllü olaraq N0N0-ci ilin sentyabrında N-ci Qarabağ döyüşlərində, aktiv döyüş əməliyyatlarında, ermənilərlə üz-üzə ən qaynar yerlərdə vuruşduğunu, 44 günlük vətən müharibəsində iştirak edərək, Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Şücaətə görə” medalları ilə təltif olunduğunu, törətdiyi əməllərdən son dərəcə peşman olduğunu, zərərçəkmiş şəxsdən dəfələrlə üzr istədiyini, zərərçəkmiş şəxsin də onu bağışladığını evli və himayəsində üç azyaşlı övladının olmasını, evlərinin yeganə qazanc gətirəni olmasını nəzərə alıb məhkəmədən ona törətdiyi cinayət əməlin sanksiyası daxilində daha yüngül cəza verilməsini xahiş etdiyini göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş MAHHX HQ- əsgər Zərərçəkmiş şəxs ifadəsində MAHHX HQ-kiçik çavuş Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdən tanıdığını, N0 iyun N0N4-cü il tarixdə saat N radələrində hərbi hissənin yataqxanasının arxasında olan zaman kiçik çavuş Təqsirləndirilən şəxs əlindəki butulkada buzlu suyu görüb ondan su istədiyini, onun da bəhanə gətirərək ona su vermədiyini, bu səbəbdən də öz-özünə ondan incidiyini, həmin gün saat təqribən N radələrində günün nizam qaydasına uyğun olaraq idman şəhərciyinə gedərkən hərbi hissənin ərazisində olan alma ağacından alma dərərək almalardan birini çavuş Şahid1 birini isə ŞahidN verərkən Təqsirləndirilən şəxs də ondan alma istədikdə ona su vermədiyini xatırladaraq ona alma vermədiyini, saat təqribən 17:N0 radələrində idman şəhərciyində olan zaman ərazidə olan tut ağacından tut yığarkən Təqsirləndirilən şəxs ortalığa yarı zarafat “ağaclarda meyvə qalmadı, hamısının yığıb qurtardılar” dediyini, həmin sözü özünə götürərək Təqsirləndirilən şəxs tərəf sağ əli ilə nalayiq hərəkət göstərdiyini, bu hərəkətinə qarşı Təqsirləndirilən şəxs ona yaxınlaşıb onun boyun nahiyəsindən tutub badalaq verərək onu yerə yıxmaq istəsə də yıxa bilmədiyini, həmin vaxt orada olan çavuş Şahid1lə əsgər ŞahidN onları aralaşdırdıqlarını, orada qarşılıqlı birbirlərinə nalayiq ifadələr işlətdiklərini, orada olanların Təqsirləndirilən şəxsı kənara, idman avadanlıqlarının yanına apardıqlarını, bir neçə dəqiqə sonra özünün də idman alətlərinin yanına getdiyini, həmin vaxt əsəbi olan Təqsirləndirilən şəxs ona onların yanlarından getməsini deyərək onunla mübahisə etdikdə orada qarşılıqlı bir birlərinə nalayiq ifadələr işlətdiklərini, həmin vaxt əsəbi olduğundan ona qarşı nalayiq şəkildə “sənin var yoxunu belə-belə edərəm” dedikdə, kiçik çavuş Təqsirləndirilən şəxs isə sağ əlini onun sol çiyninə qoyub “ailəsinin qədrini bilən kiminsə ailəsini təhqir etməz” dediyini, həmin vaxt əsəbi olduğundan kiçik çavuş Təqsirləndirilən şəxs sifətinə sağ əli ilə iki yumruq zərbəsi vurduğunu, vurduğu yumruq zərbələrindən birinin onun ağız nahiyəsinə digərinin isə alın nahiyəsinə dəydiyini, anidən Təqsirləndirilən şəxs onun üzərində olan qısaqol maykanın boyun hissəsindən tutub özünə tərəf çəkərək sağ əli ilə onun sağ sifət nahiyəsindən bir yumruq vurduğunu, zərbənin təsirindən gözaltı nahiyəsinin qızardığını, həmin vaxt əynində olan qısaqol maykanın da cırıldığını, orada olanların onları ayırdıqlarını, sonra hadisə barədə yuxarı komandanlığa məruzə olunduğunu, həmin gün saat N0 radələrində N nömrəli hərbi hospitala göndərildiklərini, hospitalda boyun nahiyəsinin sağ tərəfində sıyrıq, sağ gözaltı hissəsində və sağ qaşüstü nahiyəsində xəsarətlər aşkar edildiyini, müalicə olunaraq artıq sağaldığını, kiçik çavuş Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onu bağışladığını, özünün də Əliyevə qarşı etdiyi hərəkətlərə görə ondan üzr istədiyini, Təqsirləndirilən şəxs hər hansı bir şikayət və tələbinin olmadığını göstərdi Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHX HQ-çavuş Şahid1 ifadəsində xx.xx.N0N4-cü il tarixdə saat N radələrində bölük komandiri baş leytenant Şahid3 göstərişinə əsasən şəxsi heyəti idman şəhərciyinə apararkən MAHHX HQ-əsgər Zərərçəkmiş şəxs də onlarla birlikdə getdiyini, yolda onun ərazidəki alma ağacından bir neçə alma dərərək almalardan birini MAHHX HQ-əsgər ŞahidN birini isə ona verdiyini, MAHHX HQ-kiçik çavuş Təqsirləndirilən şəxs ondan alma istəsə də nəyə görəsə də ona alma vermədiyini, idman şəhərciyinə gedərkən yolüstü tut ağacından tut yeyərkən Təqsirləndirilən şəxs nə məqsədləsə “ağaclarda meyvə qalmadı, hamısını yığıb qurtardılar” dedikdə Zərərçəkmiş şəxs ona cavab olaraq Təqsirləndirilən şəxs tərəf əli ilə nalayiq hərəkət göstərdiyini, onun hərəkətlərindən əsəbləşən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs boyun nahiyəsindən tutub badalaq verərək onu yerə yıxmaq istədiyini, lakin onu yerə yıxa bilmədiyini, dərhal onları aralaşdırıb qırağa çəkdiklərini, həmin vaxt onlar bir birlərinə qarşı nalayiq ifadələr də işlətdiklərini, sonra aranı sakitləşdirmək üçün kiçik çavuş Təqsirləndirilən şəxs təxminən 15-N0 metr aralıda olan idman alətlərinin yanına gətirdiklərini, bir neçə dəqiqə sonra əsgər Zərərçəkmiş şəxs də onların yanına gəlib bir az aralıda dayandığını, Təqsirləndirilən şəxs onun gəlməsindən daha da əsəbləşərək Zərərçəkmiş şəxs yanlarından getməsini tələb etdiyini, orada yenə birbirlərinə qarşı nalayiq ifadələr işlətdiklərini, həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nalayiq şəkildə “sənin var yoxunu belə-belə edərəm” deməsini eşitdiyini, Təqsirləndirilən şəxs isə sağ əlini onun sol çiyninə qoyub “ailəsinin qədrini bilən kiminsə ailəsini söyməz” dedikdə Zərərçəkmiş şəxs anidən onun sifətinə sağ əli ilə iki yumruq zərbəsi vurduğunu, hadisənin böyüməsinə imkan verməyib onları aralaşdırarkən Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs üzərində olan qısaqol maykanın boyun hissəsindən tutub özünə tərəf çəkib sağ əli ilə onun sağ sifət nahiyəsindən bir yumruq zərbəsi vurduğunu gördüyünü, həmin vaxt Təqsirləndirilən şəxs üst dodağında qançır, Zərərçəkmiş şəxs isə sağ gözaltı nahiyəsində şişkinlik və boyun nahiyəsinin sağ tərəfində sıyrıq olduğunu gördüyünü, dərhal hadisə barədə yuxarı komandanlığa məlumat verdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHX HQ-əsgər ŞahidN ifadəsində xx.xx.N0N4-cü il tarixdə xidmət etdiyi bölük gün nizam qaydasına uyğun olaraq saat 17:00-da idman şəhərciyinə gedərkən MAHHX HQ-əsgər Zərərçəkmiş şəxs də onlarla birlikdə getdiyini, idman şəhərciyinə gedən zaman yolda Zərərçəkmiş şəxs ərazidəki alma ağacından bir neçə alma dərib ona və çavuş Şahid1 verdiyini, həmin vaxt kiçik çavuş Təqsirləndirilən şəxs də əsgər Zərərçəkmiş şəxs alma istəsə də ona nə vaxtsa su vermədiyini xatırladaraq alma vermədiyini, idman şəhərciyinin ərazisində tut ağacının yanında olan zaman kiçik çavuş Təqsirləndirilən şəxs ümumi olaraq ortalığa ağaclarda meyvə qalmadığını bildirdikdə Zərərçəkmiş şəxs həmin sözü özünə götürərək Təqsirləndirilən şəxs tərəfə sağ əli ilə nalayiq hərəkət etdiyini, bu zaman kiçik çavuş Təqsirləndirilən şəxs də əsəbiləşib onun boyun nahiyəsindən tutub badalaq verib onu yerə yıxmaq istəsə də bacarmadığını, çavuş Şahid1lə dərhal onları aralaşdırıb Təqsirləndirilən şəxs təxminən 15-N0 metr aralıda olan idman alətlərinin yanına apardıqlarını, bir neçə dəqiqə sonra əsgər Zərərçəkmiş şəxs də idman alətlərinin yanına gəlib bir az aralıda dayanaraq nəsə dediyini, həmin vaxt Təqsirləndirilən şəxs ona yanlarından getməsini dedikdə qarşılıqlı bir birlərinə nalayiq ifadələr işlətdiklərini, orada Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı var yox söyüşü söydüyünü, Təqsirləndirilən şəxs isə sağ əlini onun sol çiyninə qoyub “ailəsinin qədrini bilən kiminsə ailəsini söyməz” dediikdə Zərərçəkmiş şəxs anidən Təqsirləndirilən şəxs sifətinə sağ əli ilə iki yumruq zərbəsi vurduğunu, onları aralaşdırarkən Təqsirləndirilən şəxs də qarşılıqlı onun qısaqol maykasından tutub özünə tərəf çəkərək sağ əli ilə onun sifət nahiyəsindən bir yumruq vuraraq maykasıni cırdığını, həmin vaxt Təqsirləndirilən şəxs üst dodağında qançır, əsgər Zərərçəkmiş şəxs isə sağ gözaltı nahiyəsində şişkinlik olduğunu gördüyünü, baş vermiş hadisə barədə yuxarı komandanlığa məruzə olunduğunu göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş baş leytenant Şahid3 ifadəsində xx.xx.N0N4-cü il tarixdə saat N radələrində xidməti otağında olarkən MAHHX HQ-çavuş Şahid1 bölüyü idman şəhərciyinə aparması barədə göstəriş verdiyini, təxminən iyirmi dəqiqə sonra xidməti otağında olan zaman çavuş Şahid1 ona telefonla zəng edib kiçik çavuş Təqsirləndirilən şəxslə MAHHX HQ- əsgər Zərərçəkmiş şəxs dalaşdığı barədə məlumat verdiyini, o, isə hadisənin hansı səbəbdən baş verməsi barədə soruşduqda Şahid1 baş vermiş hadisəni olduğu kimi ona danışdığını, bundan sonra dərhal baş vermiş hadisə barədə hərbi hissə komandanlığına məruzə edərək hərbi hissə komandanlığının tapşırığına əsasən həmin gün hər ikisini də N nömrəli hərbi hissəyə göndərdiyini, oradan isə hər ikisinin xəsarətləri olduğundan müayinə və müalicə olunmaları üçün N nömrəli hərbi hospitala göndərildiklərini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş gizir Şahid5 ifadəsində xx.xx.N0N4-cü il tarixdə saat təqribən 17:00 radələrində tağımın MAHHX HQ- əsgəri Zərərçəkmiş şəxs hərbi hissədə tək olduğu üçün hərbi hissənin N-ci bölüyü ilə idman saatına getməsi barədə ona tapşırıq verdiyini, saat təqribən 17:N0 radələrində əsgər Zərərçəkmiş şəxs onun yanına gələrkən həmin vaxt N-ci bölüyün komandiri baş leytenant Şahid3 da otağa gəlib ona kiçik çavuş Təqsirləndirilən şəxslə əsgər Zərərçəkmiş şəxs dalaşmaları barədə onu məlumatlandırdığını, həmin vaxt Zərərçəkmiş şəxs sağ qaşüstü nahiyəsində şişkinlik olduğunu görüb ondan nə baş verdiyini soruşduqda onun da baş vermiş hadisəni olduğu kimi ətraflı ona danışdığını, dərhal baş vermiş hadisə barədə hərbi hissə komandanlığına məruzə edərək hərbi hissə komandirinin tapşırığına əsasən həmin gün kiçik çavuş Təqsirləndirilən şəxslə əsgər Zərərçəkmiş şəxs N nömrəli hərbi hissəyə oradan isə müayinə və müalicə olunmaları üçün N nömrəli hərbi hospitala göndərildiklərini göstərdi. İbtidai istintaq zamanı ifadəsi alınmış, üzrlü səbəblərdən məhkəmə baxışı iclasında iştirak etməyən, məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş şahid, Şahid4 ifadəsində baş vermiş hadisə günü hərbi hissənin növbətçisi olduğunu, xx.xx.N0N4-cü il tarixdə saat 17:N0 radələrində idman şəhərciyində iki nəfər MAHHX HQ -nin dalaşmaqları barədə ona məlumat verildiyini, həmin vaxt onların kim olmasını dəqiqləşdirmək üçün bölük komandirlərindən ətraflı məlumat aldıqdan bir müddət sonra kiçik çavuş Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs yataqxanada görüb onları yanına çağırdıqda hər ikisinin sifətlərində qızartı və şişkinlik gördüyünü, hadisənin necə və hansı səbəbdən baş verməsi və hadisə barədə onlardan ətraflı məlumat əldə etdikdən sonra dərhal hərbi hissənin qərargah rəisi mayor Nicat Bədirova və N nömrəli hərbi hissənin hissə növbətçisinə hadisə barədə məlumat verdiyini, daha sonra hərbi hissə komandanlığının tapşırığına əsasən hər ikisini də N nömrəli hərbi hissəyə, oradan isə N nömrəli hospitala göndərdiyini göstərmişdi. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertin N5 iyul N0N4-cü il tarixli 19 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onda “sağ periorbital nahiyənin və sağ göz qapaqlarının hematoması ilə müşayiət olunan sağ gözün və gözətrafı nahiyənin küt travması və boyun nahiyəsinin sağ yarısının sıyrığı” xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, “sağ gözün və gözətrafı nahiyənin küt travması” dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olduğu göstərilmişdir. “Boyun nahiyəsinin sağ yarısının sıyrığı” isə sağlamlığa zərər vurmayan dərəcəsi təyin olunmayan xəsarət olduğu göstərilmişdi. Cinayət işinə əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xx.xx.N0N4-cü il tarixli arayışdan göründüyü kimi MAHHX HQ kiçik çavuş Təqsirləndirilən şəxslə MAHHX HQ əsgər Zərərçəkmiş şəxs arasında DXN-nin 9-cu bəndinə əsasən tabelik münasibətləri olmuş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs rəis hesab olunmuşdur. Cinayət işinə əlavə edilmiş hərbi-Həkim Komissiyasının xx.xx.N0N4-cü il tarixli 543 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Yaqub Budaqov adına XN sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi qeydiyyatda dayanmadığı göstərilmişdir. Cinayət işinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1996-cı il doğumlu X4 ilə nigah qeydiyyatından keçməklə ailə qurmuşdur və birgə nigahlarından xx.xx.N015-ci il doğumlu X6, xx.xx.N019-cu il doğumlu X7 və xx.xx.N0N1-ci il doğumlu X8 adlı azyaşlı övladları vardır. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 44 günlük vətən müharibəsində iştirak edərək Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Şücaətə görə” medalları ilə təltif olunmuşdur. Cinayət işinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N yanvar N0N1-ci il tarixli 3 №-li əmrindən görünür ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin N-ci xüsusi təyinatlı bölüyün N-ci xüsusi təyinatlı qrupunun kəşfiyyatçı-qumbaraatanı vəzifəsinə təyin olunmuşdur. Cinayət işinə əlavə edilmiş N saylı hərbi hissə komandirinin N49 saylı, 07 noyabr N0N3-cü il tarixli əmrddən çıxarışından görünür ki, N-ci xüsusi təyinatlı bölüyün N-ci xüsusi təyinatlı qrupun kəşfiyyatçı–qumbaraatanı Təqsirləndirilən şəxs “kiçik-çavuş” hərbi rütbəsi verilmişdir. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs N №-li hərbi hissədə xidmət etdiyi müddətdə komandanlıq tərəfindən mənfi xarakterizə olunmuşdur. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayətə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, bu da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.N-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cəza Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.N-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, gənc olmasını, törətmiş olduğu cinayətdə təqsirini boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkməsini, xidmətini davam etdirmək arzusunda olmasını, 44 günlük vətən uğrunda gedən döyüşlərdə iştirak etməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində üç azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlin böyük ictimaii təhlükəli törətməyən əməl olmasını, zərərçəkmiş şəxslə barışığa cəhd göstərib onunla barışmasını, zərərçəkmişin onu bağışlamasını, məhkəmə istintaqının bütün prosessi dövründə özünü səmimi aparmasını, ailənin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının onun barəsində təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd etməyi lazım bilir ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.N-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğində pul tutulur. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N saylı hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə yeni xidmət etdiyi hərbi hissə komandanlığına həvalə edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak və mülki iddia yoxdur. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına N10 ( iki yüz on) manat miqdarında pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə. HÖКМ ЕТDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə aylıq pul təminatından dövlət nəfinə 1N (on iki) faiz məbləğində pul tutulsun. Hökmün icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığına, xidmət yerini dəyişərsə yeni xidmət etdiyi hərbi hissə komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak və mülki iddia yoxdur. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına N10 (iki yüz on) manat miqdarında pul köçürülsün. Hökmdən N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar