Məhkəmə qərarları › İş №1-1(092)-55/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-55/2025

16.09.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-55/2025 16.09.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs (SQ xxxxxxx) və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1987-ci ildə Zərdab rayonunun Bəyimli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, Qazax rayonu, Böyükcəfərli kəndində daimi qeydiyyatda olmaqla Ünvanda yaşayan, N nömrəli hərbi hissəsinin 1-ci taborun, 1-ci bölüyünün baş texniki baş gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi barədə böyük ictimaii təhlükə törətməyən aşkar cinayətlərə dair işlər üzrə məhkəməyədək sadələşmiş icraat materialına Naxçıvan MR Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqında müəyyən edilmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun, 1-ci bölüyünün baş texniki vəzifəsində xidmət edən baş gizir Təqsirləndirilən şəxs, 14 avqust N0N5-ci il tarixdə, hərbi hissə növbətçisinin köməkçisi naryadında olarkən həmin gün saat 1N:30 radələrində xidmət etdiyi taborun şəxsi heyətinin yerləşdiyi əsgər yataqxanasında xidməti otağından çıxaraq dəhlizdə ətrafa səpələnmiş kağız parçalarının töküldüyünü görüb həmin taborun minaatan batareyasının 1-ci taqımının 1-ci manqasında heyət nəfəri vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs təmizlik işlərinin görülməsinə göstəriş verdiyini, əsgər Zərərçəkmiş şəxs ideoloji otaqda işlədiyini, dəhlizə kağız parçalarını tökmədiyini bildirərək təmizləməkdən imtina etdikdə sonuncu əsəbləşərək onun sol boyun nahiyəsinə bir şillə zərbəsi vuraraq rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş baş gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində 14 avqust N0N5-ci il tarixdə saat 08 radələrində yataqxanada beş-altı nəfər əsgərin sıra baxışına hazırlaşaraq isimliklərinin kənarlarını dəhlizdə kəsərək yerə tökdüklərini, həmin gün hərbi hissə növbətçisinin köməkçisi olduğundan saat 1N:30 radələrində şəxsi heyəti nahar yeməyinə aparacağından xidməti otağından dəhlizə çıxarkən əsgərlərin kağızları kəsərək dəhlizdə yerə tökdülərini görüb, gün növbətçisi olan əsgər ŞahidN “süpürgə, xəkəndaz gətir ver, əsgərlər yerə tökülən kağız qırıqlarını təmizləsinlər” dediyini, əsgər ŞahidN süpürgə və xəkəndazı gətirərək əsgər Zərərçəkmiş şəxs verəndə imtina edib ona “mən ideoloji otağı süpürmüşəm, buranı da mən çirkləndirməmişəm ki, təmizləməyəcəyəm” dedikdə ona bir daha təmizləməməsinin səbəbini soruşduqda Zərərçəkmiş şəxs yenə eyni sözləri təkrarladığını, onun aqressiv şəkildə cavab qaytarmasına görə əsəbləşərək bir dəfə sağ əli ilə sol boyun nahiyyəsindən bir şillə vurduğunu, əlinin izi onun boynuna və üz nahiyyəsinə düşərək yerinin qızardığını, Zərərçəkmiş şəxs da əsəbi halda ona “heç kimin məni vurmağa ixtiyarı yoxdur” dedikdə Zərərçəkmiş şəxs “səsini başına atma, get ideoloji otağa” deyə göstəriş verdiyini, səs-küyə N-ci taborun komandiri kapitan Şahid5 otağından çıxaraq hər ikisini yanına çağırıb nə baş verdiyini soruşduqda baş vermiş hadisə barədə tabor komandiri Şahid5 məruzə etdiyini, Zərərçəkmiş şəxs üzr istədiyini, törətdiyi əməldən peşman olduğunu göstərdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs ifadəsində 14 avqust N0N5-ci il tarixdə, saat 1N:30-dək sıra baxışına hazır olmaları üçün tapşırığa əsasən şəxsi heyətin bir qismi ilə ideoloji otaqda çantalara, dəbilqələrə, qoruyucu jiletlərə isimlik tikdiklərini, həmin vaxt orada təxminən 6-7 nəfər əsgərin olduğunu, digərlərinin isə dəhlizdə isimliklərin kənarlarını kəsərkən yerə kağız parçaları tökdüklərini, işlərini yekunlaşdırdıqdan sonra ideoloji otaqdakı zibilləri yığışdıraraq oradan çıxdıqlarını, həmin vaxt onunla eyni taborda xidmət edən, həmçinin hissə növbətçisinin köməkçisi naryadında olan baş gizir Təqsirləndirilən şəxs hissə növbətçisinin otağından çıxıb dəhlizdə yerə tökülən kağız parçalarını görüb gün növbətçisi olan əsgər ŞahidN “get süpürgə və xəkəndaz gətir ver əsgərlər buranı təmizləsinlər” dediyini, əsgər ŞahidN süpürgə və xəkəndazı gətirib bir başa ona verdiyində ŞahidN “mən ideoloji otağı təmizlədim, kim bura kağızları kəsib tökübsə ona de gəlsin təmizləsin” dediyini, Təqsirləndirilən şəxs ona “başqa hərbi hissənin əsgərləri buranı çirkləndirməyib ki, özünüz çirkləndirmisiniz, götür təmizlə” dedikdə bir də dediyini təkrarlayaraq təmizləməyəcəyini bildirdiyini, bundan sonra süpürgəni əsgər Şahid3 əsgər ŞahidN alaraq “mən süpürərəm” dedikdə Təqsirləndirilən şəxs əsəbi halda ona dəhlizi təmizləməsini dediyini, bu sözdən sonra baş gizir Təqsirləndirilən şəxs ona yaxınlaşıb sağ əli ilə onun sol boyun nahiyəsindən bir dəfə şillə vurduğunu, həmin zaman sol boyun nahiyəsində güclü fiziki ağrı hiss etdiyini, ona “nə haqla məni vurursan? heç kimin məni vurmağa ixtiyarı yoxdur” dedikdə Təqsirləndirilən şəxs cavabında ona “keç ideoloji otağa görüm” dedikdə, həmin vaxt orada olan əsgərlər onları aralaşdırdıqlarını, səsküyə N-ci taborun komandiri kapitan Şahid5 xidməti otağından çıxaraq onun boyun nahiyəsinin qızardığını görüb baş vermiş hadisə ilə bağlı hərbi hissə komandirinə məruzə etdiyini, bundan sonra müayinə olunması üçün hərbi hissənin tibb məntəqəsinə, oradan isə N05 nömrəli hərbi hospitala göndərildiyini, orada elə bir ciddi xəsarətinin olmadığınıə bildirdiklərini, artıq sağalıb xidmətini davam etdirdiyini, baş gizir Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmədə şahid qismində dindirilmiş əsgər Şahid1 ifadəsində 14 avqust N0N5-ci il tarixdə, səhər yeməyindən sonra şəxsi heyətin həmin gün saat 1N:30-dək sıra baxışına hazır olmaları üçün təxminən 6- 7 nəfər əsgərlə birlikdə ideoloji otaqda çantalara, dəbilqələrə və qoruyucu jiletlərə isimlik tikdiklərini, dəhlizdə isə digər əsgərlərin isimliklərin kənarlarını kəsib yerə kağız parçaları tökdüklərini, həmin günü saat 1N:30 radələrində işlərini yekunlaşdırıb dəhlizdə nahar yeməyinə düzülərkən hərbi hissə növbətçisinin köməkçisi naryadında olan baş gizir Təqsirləndirilən şəxs xidməti otağından çıxıb ətrafa kağız parçaları töküldüyünü görüb gün növbətçisi, əsgər ŞahidN, süpürgə-xəkəndazı gətirib əsgərlərdən birinə verməsinı və dəhlizi təmizləmələrinə dair göstəriş verdiyini, əsgər ŞahidN süpürgəni gətirib onunla eyni taborda xidmət edən əsgər Zərərçəkmiş şəxs vermək istəyərkən Zərərçəkmiş şəxs ondan süpürgəni almaqdan imtina edib təkidlə süpürməyəcəyini bildirdiyini, bu səbəbdən də baş gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs verdiyi cavaba əsəbləşib sağ əli ilə onun sol boyun nahiyyəsindən bir dəfə şillə ilə vurduğunu gördüyünü, əsgər Zərərçəkmiş şəxs isə əsəbi halda buna etraz etdiyini, səs-küyə tabor komandiri kapitan Şahid5 xidməti otağından çıxaraq onların yanına gəlib hadisənin necə başvermə səbəblərini öyrəndiyini göstərdi. Məhkəmədə şahid qismində dindirilmiş əsgər ŞahidN Yasəf oğlu ifadəsində 14 avqust N0N5-ci il tarixdə gün növbətçisi naryadında olarkən səhər yeməyindən sonra şəxsi heyətin sıra baxışına hazır olmaları üçün ideoloji otaqda çantalara, dəbilqələrə, qoruyucu jiletlərə isimlik tikməyə başladıqlarını, bir azdan hərbi hissə növbətçisinin köməkçisi naryadında olan baş gizir Təqsirləndirilən şəxs xidməti otağından çıxıb, dəhlizdə isimliklərin kənarından kəsilən artıq kağızların yerə tökülmüş vəziyyətdə olduğunu görərək ona “get süpürgə, xəkəndaz gətir ver əsgərlər təmizləsin” göstərişini verdiyin, verilən tapşırığı yerinə yetirərək süpürgə ilə xəkəndazı gətirib onunla eyni taborda xidmət edə əsgər Zərərçəkmiş şəxs vermək istəyəndə xəkəndazı götürməkdən imtina edib ona kim zibil tökübsə o da təmizləsin dediyini, bunu eşidən əsgər Şahid3 süpürgəni götürərək dəhlizi təmizləməyə başladığını, həmin vaxt baş gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs dediklərini eşidib ona yaxınlaşaraq dəhlizi təmizləməsini deyib ona göstəriş verdiyini, Zərərçəkmiş şəxs da yenə dediklərini təkrar edib dəhlizi təmizləməkdən imtina etdiyini, baş gizir Təqsirləndirilən şəxs da əsəbləşərək Zərərçəkmiş şəxs sol boyun nahiyyəsindən bir dəfə şillə ilə vurduğunu, Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs “məni niyə vurursunuz? heç kim məni vura bilməz” deyib səs-küy saldığını, səs-küyə tabor komandirinin onları yanına çağırıb hadisəni necə baş verməsini öyrəndiyini gğstərdi. Məhkəmədə şahid qismində dindirilmiş əsgərlər Şahid4, Şahid5 və Şahid3 oxşar məzmunlu ifadələr verərək göstərilən xüsusatları təsdiq etdilər. Əsgər Zərərçəkmiş şəxs bədən səthində hər hansı xəsarət və ya xəsarət izinin olub-olmamasını, olduğu halda xəsarətin xarakterini, müddətini, göstərilən şəraitdə törədilməsinin mümkünlüyünü, yetirilmə alətini, ağırlıq dərəcəsini və sair xüsusatları müəyyənləşdirmək məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Naxçıvan Regional Məhkəmə-Tibbi Ekspertiza bölməsindən verilmiş 15 avqust N0N5-ci il tarixli, 435 nömrəli ekspert rəyində göstərilmişdir ki, əsgər Zərərçəkmiş şəxs həm məhkəmə-tibbi ekspertizası, həm də 14 avqust N0N5-ci il tarixdə N05 nömrəli hərbi hospitalda müayinəsi zamanı bədən səthində sözügedən hadisə ilə bağlı hər hansı xəsarət və ya xəsarət izləri aşkar olunmadı. Tibb məntəqəsində ona təyin edilmiş “Sol boyun nahiyəsinin zəif hiperemiyası” məhkəmə-tibbi nöqteyi nəzərdən xəsarət kimi qiymətləndirilmir. N nömrəli hərbi hissə komandirinin N noyabr N0N4-cü il tarixli, 318 nömrəli əmrindən çıxarışdan görünür ki, baş gizir Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 1-ci taborunun, 1-ci bölüyünün baş texniki vəzifəsinə təyin edilımişdir. Həmçinin, N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N5-ci il tarixli 4 nömrəli əmrinə əsasən əsgər Zərərçəkmiş şəxs N nömrəli hərbi hissənin 1-ci taborunun, minaatan batareyasının, 1-ci taqımının, 1-ci manqasına heyət nəfəri vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim edilmiş NN avqust N0N5-ci il 36 nömrəli arayışda baş gizir Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətlərinin olduğu göstərilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrlə baş gizir Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs müsbət xarakterizə olunmuşlar. Məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə baş gizir Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmamasını müəyyən etmək məqsədilə Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya idarəsinin Əməliyyat-Statistik İnformasiya şöbəsinə tələbnamə göndərilmiş və alınmış cavabda Təqsirləndirilən şəxs məhkumluğunun olması ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə tövsif edilmiş və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.N-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarənda qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf edib ondan üzr istəməsini, Zərərçəkmiş şəxs onu bağışlamasını, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını, ailənin yeganə qazanc gətirəni olmasını cəzasını yüngülləşdirən hallar kimi hesab edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, ailəsinin həyat şəraitinə təsirini eləcə də işdə olan digər yüngülləşdirici halları nəzərə alaraq onun törətdiyi əmələ görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının verilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.N-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğində pul tutulur. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.8-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza hərbi qulluqçuların xidmət yeri üzrə hərbi hissə komandiri tərəfindən icra edilir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hökmün icrası cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq N5 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilməsi üçün Naxçıvan şəhər Vəkil Bürosunun hesabına N75 (iki yüz yetmiş beş) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 334-347, 349, 351- 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə təqsirli bilinib aylıq pul təminatından 10% (on faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq N5 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilməsi üçün Naxçıvan şəhər Vəkil Bürosunun hesabına N75 (iki yüz yetmiş beş) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N0 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar