Məhkəmə qərarları › İş №1-1(092)-56/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-56/2024

31.10.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-56/2024 31.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Məmmədova Nərmin Fərəməz qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1987-ci il tarixdə Cəlilabad rayonunun Günəşli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ali hərbi təhsilli, evli (himayəsində N azyaşlı övladı olan), məhkumluğu olmayan, yaşayış yeri üzrə Cəlilabad rayonunun Günəşli kəndində qeydiyyatda olmaqla, Şahbuz rayonunun Şada kəndində yerləşən hərbi şəhərcikdə 6 №-li mənzildə yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun komandiri vəzifəsində xidmət etmiş, halhazırda isə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah rəisinin tədris üzrə köməkçisi–tədris bölmə rəisi vəzifəsində xidmət edən, 14 avqust N4-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, mayor Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin Şahbuz rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 4-cü taborunun komandiri vəzifəsində, mayor hərbi rütbəsində xidmətdə olarkən, N3-cü ilin oktyabr ayının ortalarında, saat 14 radələrində komandiri olduğu taborun 1N-ci bölüyünün 3-cü taqımının 1-ci manqasının Babək rayonu, Gərməçataq kəndi ərazisində yerləşən, şərti olaraq “Kurqan” adlanan döyüş mövqeyində olan zaman tabeliyində olan, həmin manqada qumbaraatan vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs yemək yediyini görüb onun yemək yeməsini məsxərəyə qoyaraq ona qarşı kobud ifadə işlətmiş, həmin vaxt əsgər Zərərçəkmiş şəxs bu hərəkətlərinə görə ona narazılığını bildirdikdə o, yaxınlaşaraq heç bir səbəb olmadan sonuncunun ünvanına nalayiq ifadə işlətmiş və sifətinə bir yumruq zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa, mayor Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən, 10 iyun N4-cü il tarixdə, saat 1N radələrində komandiri olduğu taborun 1N-ci bölüyünün 3-cü taqımının 1-ci manqasının Babək rayonu, Gərməçataq kəndi ərazisində yerləşən, şərti olaraq “Kurqan” adlanan döyüş mövqeyinin əsgər yataqxanasında manqanın müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını sıraya düzüb onların aylıq pul məvacibini paylayan zaman tabeliyində olan, həmin manqada qumbaraatan vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs qarnının yekə olmasını məsxərəyə qoyub heç bir səbəb olmadan onun qarın nahiyəsinə bir yumruq zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş mayor Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N iyul N3-cü il tarixdən N nömrəli hərbi hissənin 4-cü taborunun komandiri vəzifəsində xidmət edir. Taborun tabeliyində olan, şərti olaraq “Kurqan” adlanan döyüş mövqeyi Babək rayonu, Gərməçataq kəndi ərazisində yerləşir. Həmin mövqedə komandiri olduğu taborun 1N-ci bölüyünün 3-cü taqımının 1-ci manqası xidmət aparır. Əsgər Zərərçəkmiş şəxs şərti adı “Kurqan” olan mövqedə xidmət etdiyi müddətdə görüb tanımışdır. Əsgər Zərərçəkmiş şəxs onun tabeliyində xidmət etmişdir. Əsgər Zərərçəkmiş şəxs intizamsız əsgər olmuş, xidmətə münasibəti yaxşı olmamışdır. O, bir çox hallarda cəzalanmış, məhkəmə tərəfindən əsgər yoldaşı ilə arasında olan mübahisəyə görə ona inzibati qaydada 10 sutka həbs cəzası verilmişdir. N3cü ilin oktyabr ayının ortalarında, saat 14 radələrində, şərti adı “Kurqan” olan mövqedə yeni tikilən yataqxanaya baxmağa getmiş, yeni tikilən yataqxanadan aşağıda olan köhnə tikili yataqxanaya tərəf baxarkən əsgər Zərərçəkmiş şəxs kimləsə əl-qol hərəkətləri ilə zarafat etməsini görmüş, aşağıya düşdükdə əsgər Zərərçəkmiş şəxs nahar etməsini görüb ona “hələ donuz kimi yemək yeməyinə bax, kimə yumruq atırdın, zarafat edirdin?” demiş, sonuncu “mənə niyə elə deyirsiniz, mən zarafat edirdim” cavabını vermişdir. Onun etirazına əsəbiləşib maşından aşağı düşərək ona yaxınlaşmış və nalayiq ifadə ilə “mənə ağıl öyrədirsən, mən görmədim sən nə edirsən” dedikdən sonra yumruqla onun çənəsindən bir dəfə vurub “ağzını bağla, səni həbsə göndərəcəyəm” demişdir. 10 iyun N4cü il tarixdə, saat 11 radələrində şərti adı “Qaraquzey” olan mövqedən kapitan Ə.Ağakişiyevi götürüb şəxsi heyətin pulunu vermək üçün “Kurqan” mövqeyinə getmiş, mövqedə səngərləri yoxladıqda səngərlərin natəmiz olmasını görüb post böyüyü leytenant Şahid1 irad bildirərək yataqxanaya getmişdir. Yataqxanada maaşı payladıqdan sonra yataqxanada olan əsgərlər Zərərçəkmiş şəxs, Şahid3, ŞahidN, Şahid5 və Şahid4 cərgəyə düzüb “bunların intizamı aşağıdır, sizin postda hadisə çox olur, həbsə kim getməyib cərgədən bir addım önə çıxsın” demişdir. Əsgərlər Şahid5, Şahid4 və Şahid3 cərgədən önə çıxmışlar. Həmin vaxt əsgər Şahid4 şevronunu yapışqanla əyri yapışdırdığını görüb dartaraq şevronu qoparıb başına çırparaq düzgün formada tikməsini tapşırmışdır. Sonra Zərərçəkmiş şəxs leytenant Şahid1 göstərib “bu şərəfsizə bax, qarnına bax, görə hələ necə çıxıb” deyib, əli yarımbükülü vəziyyətdə əlinin arxası ilə onun qarnına bir dəfə vurub “bu qarnını verib qabağa, sənin səngərində də daşdan otdan gəzmək olmur” demişdir. Sonra leytenant Şahid1 “nə olsa məruzə et, bunları həbsə göndərim” deyib yataqxanada olan əsgərlərə nalayiq ifadə ilə gedib səngərləri təmizləmələrini tapşırmışdır. Sonra şərti adı “Mina” olan mövqeyə getmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində əsgər Zərərçəkmiş şəxs qarşı etdiyi əməllərindən peşman olduğunu, hadisədən sonra ondan üzr istəyərək onunla barışdığını, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını, himayəsində iki azyaşlı övladının olduğunu, ailədə yeganə qazanc gətirən şəxs olduğunu bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə məhkəmə istintaqında özünü təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, ekspert rəyi, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N iyun N3-cü il tarixdən N nömrəli hərbi hissənin 4-cü tabor, 1N-ci bölük, 3-cü taqım, 1-ci manqasında qumbaraatan vəzifəsində xidmət edir. N3-cü ilin oktyabr ayının ortalarında, saat 14 radələrində tabor komandiri mayor Təqsirləndirilən şəxs xidməti maşını ilə “Kurqan” mövqeyinə gəlmiş, aşağı yataqxanada yemək yeyən zaman mayor Təqsirləndirilən şəxs gəlib xidməti maşınında oturmuş halda onun yemək yeməsini məsxərəyə qoyaraq “donuz kimi yemək yeməyi bilirsən” demiş, onun bu sözünə narazılığını bildirdikdə mayor Bəndəliyev əsəbiləşib qapını açıb maşından yerə düşərək nalayiq ifadə ilə ona ağıl öyrətməməsini demiş və əli bükülü vəziyyətdə, əlinin yumşaq hissəsi ilə çənəsindən bir zərbə vurmuşdur. 10 iyun N4-cü il tarixdə, saat 11 radələrində mayor Təqsirləndirilən şəxs əsgərlərin maaşlarını vermək üçün “Kurqan” mövqeyinə gəlib onları yataqxanada düzmüşdür. O, əsgər Şahid4 kitelinin qolunda olan şevronunu əyri tikdiyi üçün dartıb formasından qopardaraq başına çırpmışdır. Sonra ona tərəf dönüb “bu şərəfsizə bax, qarnına bax, görə hələ necə çıxıb” demiş və həmin vaxt səbəbsiz yerə qarnından əlinin arxası ilə bir dəfə yüngülvari zərbə vurmuşdur. Sonra mayor Təqsirləndirilən şəxs onlara həbsə getməyənlərin qabağa çıxmasını tapşırmış, həbsə getməyən əsgərlər Şahid4, Şahid5 və Şahid3 cərgədən çıxmışlar. Mayor Təqsirləndirilən şəxs leytenant Şahid1 “nə olsa məruzə et, bunları həbsə göndərim” demişdir. Mayor Təqsirləndirilən şəxs mövqedən gedəndə onlara nalayiq ifadə işlədərək səngərləri təmizləmələrini tapşırmışdır. Səngərə gedəndə onun hərəkətləri pis təsir etdiyindən ağlamış, X8a zəng vurub mayor Təqsirləndirilən şəxs hərəkətlərindən bezməsini demişdir. X4 şikayəti barədə hərbi prokurorluğa məlumat vermişdir. Şikayət etdikdən sonra araşdırma aparılan zaman mayor Təqsirləndirilən şəxs mövqeyə gəlib ondan qarnından yumruqla, ya əlinin arxası ilə itələməsini soruşduqda əsgər yoldaşları ilə birlikdə onun yumruqla vurmasını demişlər. Həmçinin əsgər Zərərçəkmiş şəxs ifadəsində mayor Təqsirləndirilən şəxs ondan üzr istədiyini, özünün onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş ŞahidN verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, 04 yanvar N4-cü il tarixdən N nömrəli hərbi hissənin 4-cü tabor, 1N-ci bölük, N-ci taqım, 1-ci manqasında heyət nəfəri atıcı vəzifəsində, şərti adı “Gərməçataq” olan bölük mərkəzində xidmət etmiş, N4-cü ilin iyul ayında isə xidmətdən təxris olunmuşdur. O, N4-cü ilin iyun ayının 3-də şərti adı “Kurqan” olan mövqedə xidmət edən əsgər İlham Ağayev həbsə göndərildiyindən onu əvəz etmək üçün həmin mövqeyə getmişdir. 10 iyun N4-cü il tarixdə, saat 11 radələrində mayor Təqsirləndirilən şəxs mövqedə xidmət edən əsgərlərin maaşını vermək üçün posta gəlmiş, həmin vaxt əsgərlər X17 Nağıyev döyüş növbəsində olmuşlar. Mayor Təqsirləndirilən şəxs əvvəl gedib səngərləri yoxlamış, sonra yataqxanaya gəlmişdir. Yataqxanada o, Şahid5, Zərərçəkmiş şəxs, Şahid4 və Şahid3 düzülmüş, mayor Təqsirləndirilən şəxs maaşları tam şəkildə paylamış, sonra mayor Təqsirləndirilən şəxs həbsə getməyənlərin cərgədən çıxmasını tapşırmışdır. Əsgərlər Şahid4, Şahid3 və Şahid5 cərgədən bir addım qabağa çıxmış, onun cərgədən çıxmadığını görüb səbəbini soruşduqda “həbsə getməmişəm, hər hansı cəzam olmayıb” demişdir. Niyə qabağa çıxmadığını soruşduqda bu manqanın heyəti olmadığını, ehtiyat manqanın əsgəri olduğunu demişdir. Mayor Təqsirləndirilən şəxs əsgər Şahid4 şevronunu düzgün tikmədiyi üçün dartıb çiynindən qopardaraq başına çırpmışdır. Sonra mayor Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs tərəf dönüb ona “bu şərəfsizə bax, qarnına bax hələ, gör necə çıxıb” deyib əli yarımbükülü vəziyyətdə əlinin arxası ilə onun qarnından bir zərbə vurmuşdur. Sonra post başçısı leytenant Şahid1 “nə olsa bunları məruzə et, bunları da həbsə göndərim, baxdım səngərləriniz də pis gündədir” deyib onlara nalayiq ifadə işlədərək səngərləri təmizləmələrini tapşırmışdır. Bu tapşırıqdan sonra təmizlik üçün səngərə getmişlər. Səngərdə əsgər Zərərçəkmiş şəxs ağlamağa başladıqda ondan səbəbini soruşmuş, o, “mayor Bəndəliyevin əlindən bezmişəm, daha dözə bilmirəm, şikayət edəcəyəm” demişdir. Mayor Təqsirləndirilən şəxs mövqedən gedəndən sonra əsgər Zərərçəkmiş şəxs X8a telefonla zəng vurub baş verən halları ona bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid3 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki,10 iyun N4-cü il tarixdə, saat 11 radələrində mayor Təqsirləndirilən şəxs əsgər heyətinin maaşını vermək üçün posta gəlmiş, həmin vaxt maaşları vermək üçün onları yataqxanada düzmüş, saat 1N radələrində sırada olarkən mayor Təqsirləndirilən şəxs əsgər Şahid4 şevronunu dartıb çiynindən qopardaraq başına çırpmış, sonra əsgər Zərərçəkmiş şəxs tərəf dönüb “bu şərəfsizə bax, qarnına bax, gör necə çıxıb” deyib əli yarımbükülü vəziyyətdə əlinin arxası ilə onun qarnından bir zərbə vurmuşdur. Sonra onlara həbsə getməyənlərin sıradan çıxmasını tapşırmış, cərgədən o, Şahid4 və Şahid5 çıxmış, mayor Təqsirləndirilən şəxs leytenant Şahid1 “nə olsa məruzə et, bunları da həbsə göndərim” demiş, sonra onlara nalayiq ifadə işlədərək səngərləri təmizləmələrini tapşırmışdır. Buna görə təmizlik aparmaq üçün səngərə getmişlər. Səngərdə olarkən əsgər Zərərçəkmiş şəxs ağlamağa başlamış, səbəbin soruşduqda “kombat məni bezdirib onun əlindən bezmişəm, daha dözə bilmirəm, şikayət edəcəyəm” deyib atası Niyaməddinə zəng vurub şikayətləmiş, atası da bu barədə şikayət etmişdir. Bundan sonra araşdırma aparılmağa başlanmış, araşdırma zamanı mayor Təqsirləndirilən şəxs axşam saatlarında mövqeyə gəlib əsgər Zərərçəkmiş şəxs “mən səni əlimin dalı ilə itələmişəm, ya yumruqla vurmuşam?” dedikdə əsgər Zərərçəkmiş şəxs onu yumruqla vurmasını demiş, bundan sonra mayor Təqsirləndirilən şəxs “adam kişi olar” deyib mövqedən çıxıb getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid4, əsgər Şahid5 və MAHHXHQ əsgər Şahid6 ittihamın mahiyyətinə uyğun oxşar məzmunlu ifadələr verərək, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, şahidlər ŞahidN və Şahid3 ifadələrində göstərilənləri təsdiq etmişlər. Həmçinin şahid qismində dindirilmiş şəxslər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs başqa hər hansı bir əsgərə zor tətbiq etmədiyini, onun əsgərlərə qarşı münasibətinin yaxşı olduğunu, onun pis zabit olmadığını da bildirmişlər. Şahidlər Şahid1 və Şahid7 Mais oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar müvafiq teleqramlarla (Şahid1 xx.xx.N4-cü il tarixli, Şahid7 Mais oğlu xx.xx.N4-cü il tarixli teleqramlarla) məhkəməyə müraciət edərək müvafiq olaraq xidməti şəraitlə və səhhətləri ilə əlaqədar olaraq məhkəmə iclaslarına gələ bilmədiklərini, ibtidai araşdırma dövründə verdikləri ifadələrini təsdiq etdiklərini bildirərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə, şahidlər Şahid1 və Şahid7 Mais oğlunun məhkəmə iclaslarına gəlmələrini istisna edən halları proses iştirakçılarının razılığı ilə üzrlü səbəb hesab edərək və onların ifadələrinin ittihamın həll edilməsində oynadığı rolu, yəni ittihamın yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrinə əsaslanmadığını nəzərə alaraq, onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və ifadələrinin elan edilməsini, o cümlədən hökmün əsaslandırılması zamanı onların ifadələrinə istinad olunmasını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 3N9-cu maddələrinə əsasən mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş şahid leytenant Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 03 noyabr N3-cü il tarixdən şərti adı “Kurqan” olan mövqedə post başçısı vəzifəsində xidmət etmiş, tabor komandiri mayor Təqsirləndirilən şəxs olmuşdur. Mayor Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs hərbi xidmət müddəti görüb tanımış, onlarla arasında qohumluq, düşmənçilik münasibəti, ədavəti olmamışdır. Əsgər Zərərçəkmiş şəxs mayor Təqsirləndirilən şəxs tabeliyində xidmət etmişdir. 10 iyun N4-cü il tarixdə, saat 11 radələrində mayor Təqsirləndirilən şəxs “Kurqan” mövqeyində xidmət edən əsgərlərin maaşını vermək üçün mövqeyə gəldikdə ilk olaraq mövqenin səngərlərinə baxıb təmizləmələrini tapşırmış, sonra yataqxanada şəxsi heyətə maaşları paylamışdır. Mayor Təqsirləndirilən şəxslə birlikdə gəlmiş kapitan Ə.Ağakişiyev çöldə oturmuş, yataqxanaya girməmişdir. Yataqxanada əsgərlər Zərərçəkmiş şəxs, Şahid3, ŞahidN, Şahid5 və Şahid4 düzülmüşlər. Mayor Təqsirləndirilən şəxs “bunların intizamı aşağıdır, sizin postda hadisə çox olur, həbsə kim getməyib cərgədən bir addım önə çıxsın” demiş, əsgərlər Şahid5, Şahid4 və Şahid3 önə çıxmışlar. Həmin vaxt əsgərlər ŞahidN və Zərərçəkmiş şəxs cərgədə qalmış, mayor Təqsirləndirilən şəxs posta ezam gələn əsgər ŞahidN cərgədən niyə çıxmadığını soruşduqda o, ehtiyat manqanın əsgəri olduğunu və posta ezam gəldiyini demişdir. Bundan sonra mayor Təqsirləndirilən şəxs əsgər Şahid4 şevronunu dartıb formasından qopardıb başına çırpmışdır. Mayor Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs göstərib “bu şərəfsizə bax, qarnına bax, görə hələ necə çıxıb” deyib onun qarnına bir yumruq zərbəsi vurmuşdur. Sonra səngərlərin natəmiz olması səbəbindən əsgərlərə qışqıraraq nalayiq ifadə işlədib səngərləri təmizləmələrini tapşırmış, əsgərlər səngərləri təmizləməyə getmişlər. Mayor Təqsirləndirilən şəxs mövqedən getdikdən sonra əsgər Zərərçəkmiş şəxs yanına gəlib “cənab leytenant telefonu verin evlə əlaqə saxlayım” demiş, onun əhvalının pis olmasını görüb telefonu ona vermişdir. O, atasına zəng vurub mayor Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Araşdırma zamanı Zərərçəkmiş şəxs ona N3-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs onun yemək yeməsinə irad tutmasını, ona etiraz etdikdə çənəsinin altından yumruqla vurmasını və ona qarşı nalayiq ifadə işlətməsini demişdir (i.v İ cild 137-140). Məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid7 Mais oğlu ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 13 oktyabr NN-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. N3-cü ilin iyul ayından N4-cü ilin fevral ayının sonlarınadək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü tabor, 1N-ci bölük, 3-cü taqım, 1-ci manqasında pulemyotçu vəzifəsində xidmət etmişdir. N0 aprel N4cü il tarixdə müddətli həqiqi hərbi xidmətini başa vuraraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. N3-cü ilin oktyabr ayının ortalarında mayor Təqsirləndirilən şəxs xidməti zərurətlə bağlı şərti adı “Kurqan” olan döyüş mövqeyinə gəlmişdir. Saat 14 radələrində əsgər Zərərçəkmiş şəxs ilə əsgər yataqxanasında yemək yeyərkən mayor Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs yemək yeməsini görüb ona “donuz kimi yemək yeyirsən” demiş, əsgər Zərərçəkmiş şəxs “necə yeyirəm ki, cənab mayor?” dedikdə mayor Təqsirləndirilən şəxs “sən mənə cavab qaytarırsan?” deyib üzərinə gedərək Zərərçəkmiş şəxs çənəsinin altından yumruqla vuraraq ona qarşı zor tətbiq etmişdir (i.v İİ cild 10-14). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin, o cümlədən məhkəmə iclaslarında iştirak etməmələri səbəbindən ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan olunaraq tədqiq olunmuş şəxslərin ifadələrindən görünür ki, onların ifadələri bir-birini istisna etmir. Məhkəmə ifadələrin bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisələrin təqsirləndirilən şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəyini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Cinayət işi başlamaq haqqında” xx.xx.N4-cü il tarixli qərardan görünür ki, əsgər Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 1-N). Məhkəmə hesab edir ki, bu sübutla cinayət işi üzrə zərərçəkmiş şəxsin kimliyi öz təsdiqini tapır. N nömrəli hərbi hissə komandirinin N iyul N3-cü il tarixli, N05 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, mayor Təqsirləndirilən şəxs hərbi hissənin 4-cü taborunun komandiri vəzifəsinə təyin edilmişdir (i.v İ cild 33). N nömrəli hərbi hissə komandirinin N oktyabr N4-cü il tarixli, N93 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, mayor Təqsirləndirilən şəxs həmin tarixdən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah rəisinin tədris üzrə köməkçisi–tədris bölmə rəisi vəzifəsinə təyin edildiyinə görə N oktyabr N4-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminat növlərindən çıxarılmış və xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N №-li hərbi hissə komandirinin N iyun N3-cü il tarixli, 183 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Bayramov X3 Ümumqoşun Ordu Komandanının birinci müavini–qərargah rəisinin xx.xx.N3-cü il tarixli, 01 №-li sərəncamı ilə N nömrəli hərbi hissədən gəldiyi üçün həmin tarixdən hərbi hissənin 4-cü motoatıcı taborunun 1N-ci bölüyünün 3-cü taqımının 1-ci manqasının qumbaraatanı vəzifəsinə təyin edilərək, şəxsi heyətin siyahısına və bütün növ təminat növlərinə daxil edilmişdir (İ.v İ cild 3N). N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş 01 avqust N4-cü il tarixli, 10N3 №-li arayışdan görünür ki, N nömrəli hərbi hissənin 4-cü taborunun komandiri mayor Təqsirləndirilən şəxs ilə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri olmuşdur (i.v İ cild N44). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hərbi qulluqçu olmaları və onlar arasında tabelik münasibətlərinin olması öz təsdiqini tapır. X7 “Məhkəmə-Tibbi Ekspertizası”nın N1 iyun N4-cü il tarixli, 1178 №-li ekspert rəyindən görünür ki, ekspert müayinəsi zaman əsgər Zərərçəkmiş şəxs bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar olunmamışdır. (İ.v İ cild 73-75). Məhkəmə hesab edir ki, bu sübutla baş vermiş hadisələr nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına zərər vurulmaması öz təsdiqini tapır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat statistik informasiya bölməsindən alınmış tələbnamədən, Naxçıvan MR Hərbi Məhkəməsinin 0N dekabr N0-ci il tarixli hökmünün surətindən, N nömrəli hərbi hissə komandirinin N noyabr N1-cü il tarixli, 478 A №-li əmrinin və həmin tarixli Qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Naxçıvan MR Hərbi Məhkəməsinin 0N dekabr N0-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.N-ci və 311.1-ci maddələri ilə təqsirli bilinib aylıq pul təminatından 10% dövlət nəfinə tutulmaqla 1 (bir) il 8 (səkkiz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr N1-ci il tarixli “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarı əsasında N noyabr N1ci il tarixdə təyin olunmuş cəzadan azad edilmişdir (i.v İ cild 108, 166-177, NN-N3 ). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs əvvəllər məhkum olması, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələblərinə əsasən ona residivə görə cəza təyin etmək üçün əsasların olmaması öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar- residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. N05 №-li hərbi hissə tərəfindən təqdim edilmiş N0 iyul N4-cü il tarixli, 586 №-li arayışdan görünür ki, mayor Təqsirləndirilən şəxs N0 iyul N4-cü il tarixdə N05 №-li hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir (i.v İ cild 190). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X19 tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış xx.xx.N4-cü il tarixli, 9N08 №-li cavab məktubundan görünür ki, Cəlilabad rayonunun Günəşli kəndində yaşayış yeri üzrə daimi qeydiyyatda olan, xx.xx.1987-ci təvəllüdlü Təqsirləndirilən şəxs həmin tibb müəssisəsində müalicədə olmamışıdır (i.v İ cild NN6). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X19 tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış xx.xx.N4-cü il tarixli, xx/xx-8555 №-li cavab məktubundan görünür ki, xx.xx.1987-ci təvəllüdlü Təqsirləndirilən şəxs həmin tibb mərkəzində narkoloji xəstə kimi qeydiyyatda yoxdur (i.v İ cild NN8). “Cəlilabad rayon Mərkəzi Xəstəxanası” X18 tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış xx.xx.N4-cü il tarixli, 18-1-3N/N-1NN1/N4 №-li cavab məktubundan görünür ki, 1987-ci təvəllüdlü Təqsirləndirilən şəxs həmin xəstəxanada ruhiəsəb və narkoloji xəstə kimi dispanser qeydiyyatı olmamışdır (i.v İ cild N18). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs sağlamlıq və hərbi xidmətə yararlılıq vəziyyəti, onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasların olmaması öz təsdiqini tapır. N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xx.xx.N4-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs mayor Təqsirləndirilən şəxs komandanlıq tərəfindən müsbət xarakterizə olunmuşdur (İ.v İ cild 34). Məhkəmə hesab edir ki, bu sübutla mayor Təqsirləndirilən şəxs bir hərbi qulluqçu kimi şəxsiyyətini və işə münasibətini xarakterizə edən hallar öz təsdiqini tapır. N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xx.xx.N4-cü il tarixli arayışdan, AZ-İ 474694 №-li nikah haqqında, AZ-İİ 301004 və AZ-İİ 661910 №-li doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Şahbuz rayonunun Şada kəndində yerləşən hərbi şəhərcikdə 6 №-li mənzildə yaşayır, o rəsmi nikahda olmaqla onun ailə üzvləri 1983-cü il təvəllüdlü arvadı Bəndəliyeva (Gözəlova) Aytən Tofiq qızından, N010-cu il təvəllüdlü oğlu-X5, N011-ci il təvəllüdlü qızı-X1 ibarətdir (i.v İ cild 41-4N, İİ cild 173). Təqsirləndirilən şəxs arvadı XN adına verilmiş xx.xx.N4-cü il tarixli, ********** №-li məşğulluq haqqında arayışdan görünür ki, X6 heç bir yerdə işləmir (i.v İİ cild 174). Məhkəmə hesab edir ki, bu sübutlarla mayor Təqsirləndirilən şəxs rəsmi nikahda olması, himayəsində iki azyaşlı övladının olması və ailədə yeganə qazanc gətirən şəxs olması kimi hallar öz təsdiqini tapır. “Qətimkan tədbirinin seçilməsi haqqında” 14 avqust N4-cü il tarixli qərardan görünür ki, həmin tarixdə mayor Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ.v İİ cild 31-3N). Məhkəmə hesab edir ki, bu sübutla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi öz təsdiqini tapır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 3N9.N.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən halların mövcudluğu və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Zərərçəkmiş şəxs və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr N005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci N8.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.N-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N6.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N44.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar N009-cu il, “Xirvisari Finlandiyaya qarşı” N7 sentyabr N001-ci il, “X9rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 199N-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverni Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart N010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 3N9.N.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinə əsasən komandir (rəis) Azərbaycan Respublikasının siyasətini ardıcıllıqla və möhkəm surətdə həyata keçirməli; tabeliyində olanların təlim-tərbiyəsinin təşkiledicisi və rəhbəri olmalı; hərbi hissənin, gəminin (bölmənin) idarə olunması üsullarını daim təkmilləşdirməli; kadrlarla bacarıqla işləməli; öz təşkilatçılıq qabiliyyətini inkişaf etdirməli və metodik vərdişini təkmilləşdirməli; tabeliyində olanların təlim-tərbiyəsinin səmərəliliyinin artırılması işinə kömək göstərə biləcək bütün yenilikləri həyata keçirməli; tabeliyində olanlara qarşı yüksək tələbkarlıq və prinsipiallıq göstərməklə nöqsanlara göz yummamalı, tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, mayor Təqsirləndirilən şəxs rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etməsi ilə müşayiət olunan əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi) mövcud olmuşdur. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsi, o cümlədən şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında mayor Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etməsi mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.1N və 59.Nci maddələrinin müddəalarına müvafiq olaraq Təqsirləndirilən şəxs himayəsində N (iki) azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xx.xx.N4-cü il tarixli arayış, AZ-İ 474694 №-li nikah haqqında, AZ-İİ 301004 və AZ-İİ 661910 №-li doğum haqqında şəhadətnamələrin surətləri, eləcə də Təqsirləndirilən şəxs arvadı XN adına verilmiş xx.xx.N4-cü il tarixli, ********** №-li məşğulluq haqqında arayış və N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xx.xx.N4-cü il tarixli xidməti xasiyyətnamə ilə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul N013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral N017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirli bilinən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzanın növü və həddinin seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, mayor Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsinin sanksiyasında-bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində müəyyən edilmiş (maddə 59.1.1N) və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmişlə barışdığından ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.N-ci və 58.3-cü maddələrinin müddəalarına əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Əlavə olaraq qeyd etmək lazımdır ki, məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etsəydi belə, bu Təqsirləndirilən şəxs zabit olması səbəbindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 54-cü maddəsinin tələblərinə görə də, mümkün olmayacaqdı. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 54-cü maddəsinə əsasən intizam xarakterli hərbi hissədə saxlama növündə cəza-hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa, üç aydan iki ilədək müddətə təyin edilə bilər. Məhkəmə ədalətlilik prinsipinin fərdiləşdirici meyarının tələblərini rəhbər tutaraq, təqsirkar Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (cinayətin aralarında 8 aydan artıq bir müddət olan iki epizod üzrə törədilməsini, cinayət hadisələrinin həyata keçirilmə üsulunu, baş vermiş nəticənin ağırlıq dərəcəsini və.s), həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini (təqsirkar şəxsin məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, evli və himayəsində N (iki) azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən, o cümlədən məhkəmə istintaqında dindirilən şahidlər tərəfindən müsbət xarakterizə edilməsini, həmçinin cəzanın onun ailəsinin həyat şəraitinə təsirini), o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkmədən də onun islah olunmasını mümkün sayır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını qanuni, əsaslı, ədalətli, o cümlədən sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətli hesab edir. Məhkəmə hesab edir ki, cəzanı yüngülləşdirən halların məcmusu törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, Təqsirləndirilən şəxs şəxsiyyətinin təhlükəli olmadığına inam yaradır. Sadalanan bu səbəblər məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza onun tərəfindən real çəkilmədən də, onun islah olunması və bununla da cəzanın məqsədlərinə nail olunması mümkündür. Başqa sözlə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı real çəkilməli olan cəzanın təyin edilməsi onun ailə münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, heç bir yerdən dolanışıq üçün əlavə gəliri olmayan ailəsini, xüsusən himayəsində olan N (iki) azyaşlı uşağını ciddi məhrumiyyətlərə düçar edə bilər ki, bu kimi hallar da cəzanın məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsinə əsasən şərti hesab edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək üçün Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən edilməli və onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidmət etdiyi müddət ərzində tabeliyində olan şəxslərə münasibətdə nəzakətli və təmkinli olmaq, hərbi nəzakət və davranış qaydalarına ciddi riayət etmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət hazırda xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə müvafiq icra və probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.N-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Həmin məcəllənin 179-cu maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru, hərbi qulluqçular üzərində isə hərbi hissələrin və ya müəssisələrin komandanlığı həyata keçirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr N1-ci il tarixli qərarında göstərilmişdir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkəmə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 14 avqust N4-cü il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələblərinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi ilə təqsirli bilinərək N (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş N (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası 9 (doqquz) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidmət etdiyi müddət ərzində tabeliyində olan şəxslərə münasibətdə nəzakətli və təmkinli olmaq, hərbi nəzakət və davranış qaydalarına ciddi riayət etmək vəzifələri qoyulsun. Sınaq müddəti dövründə Təqsirləndirilən şəxs davranışına nəzarət hazırda xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə müvafiq İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri bu hökm icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Hökmdən elan olunduğu andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N0 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar