Məhkəmə qərarları › İş №1-1(092)-57/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-57/2025

29.09.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-57/2025 29.09.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Burosunun vəkili Müdafiəçi iştirakları ilə, Naxçıvan MR Hərbi Məhkəməsinin inzibati binasında xx xxxx 1999-cu il tarixdə Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində doğulmuş, (FİN xxxxxxx) Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, Vətən müharibəsi iştirakçısı, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş, Ünvanda daimi qeydiyyatda olmaqla, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun 7ci bölüyünün 1-ci taqımının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edən, barəsində xx.xx.N5-ci il tarixdən “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, N nömrəli hərbi hissənin zabitlər üçün nəzərdə tutulmuş yataqxanasında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Belə ki, Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun 7-ci bölüyünün 1-ci taqımının komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən 01 iyun N5-ci il tarixdə saat 07:40-da hərbi hissənin 3-cü taborunun əsgər yataqxanasının qarşısında bölüyün şəxsi heyətinin düzülüşü zamanı tabeliyində olan, həmin bölüyün 2-ci taqımının 3-cü manqasının atıcısı, əsgər Zərərçəkmiş şəxs sıranın qarşısına çıxarıb əvvəlki gün bölüyün əsgəri X5 ilə sözlü mübahisə etməsi səbəbindən əvvəlcə ona iradını bildirib, bununla bağlı qanuni tədbir görmək əvəzinə daha sonra sol əlinin üzərindən bir təpik zərbəsi, boyun nahiyəsinin arxa tərəfindən isə bir yumruq zərbəsi vurmuş və ardınca boyun nahiyəsindən tutub başını aşağıya sıxmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 329.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində N nömrəli hərbi hissənin 3-cü taborunun 7-ci bölüyünün 1-ci taqımının komandiri vəzifəsinə təyin edilməklə hazırda da həmin vəzifədə və baş leytenant hərbi rütbəsində xidmət etdiyini, əsgər Zərərçəkmiş şəxs xidmət müddətində tanıdığını və onun tabeçiliyində xidmət etdiyini 31 may N5-ci il tarixdə saat 22:10 radələrində tabor komandirinin ona zəng edərək əsgərlər Zərərçəkmiş şəxs və X2 arasında sözlü mübahisə olduğunu bu barədə araşdırma aparmasına göstəriş verdiyindən dərhal 3-cü taborun əsgər yataqxanasına gedib hər iki əsgəri zabitlər üçün nəzərdə tutulmuş xidməti otağa çağıraraq aralarında baş vermiş mübahisənin səbəbini soruşduqda əsgər Emil Quliyevin əsgərlər Zərərçəkmiş şəxs, Şahid2 və Şahid5la mağazadan aldıqları şirin suyu içmək üstündə sözlü mübahisələrinin yarandığını, həmin vaxt orada olan kəşfiyyat bölüyünün baş giziri Vüqar Hümbətovun da hər ikisinin səs-küy etdiyini görərək tabor komandirinə məruzə etdiyini bildirdiyini, əsgərlərin dediyinə inanmadığı üçün hər ikisinin bədəninə baxış keçirsə də, xəsarət izlərinə rast gəlmədiyi üçün tabor komandirinin mobil telefon nömrəsinə zəng edərək əsgərlərin arasında baş vermiş mübahisənin səbəbini aydınlaşdırdığını, bədənlərinə baxış keçirdiyini heç bir problemin olmadığını və səhər ətraflı araşdıracağını deyib evlərinə getdiyini, 01 iyun N5-ci il tarixdə saat 07:40 radələrində 7-ci bölüyün şəxsi heyəti əsgər yataqxanasının qarşısında düzdükdən sonra əsgər Zərərçəkmiş şəxs bir gün qabaqki mübahisəyə görə sıranın qarşısına çıxararaq axşamkı məsələ ilə ələqadar ona irad bildirərək sağ əlini onun sol ciyninə qoyaraq əsgər yoldaşı ilə dalaşmasının səbəbini soruşsa da, sonuncu yenə mübahisə etmədiklərini bildirməklə ona kobud cavab qaytardıqda onun etdiyi hərəkətlərə əsəbiləşərək ayağı ilə əsgər Zərərçəkmiş şəxs sol əlinin üstündən bir dəfə vurduqda əsəbi halda dönüb yenə ona cavab qaytardığını, onun bu hərəkətlərindən əsəbləşərək sağ əli yarımbükülü vəziyyətdə əsgər Zərərçəkmiş şəxs boyunun arxa nahiyəsindən bir dəfə vurduqdan sonra əsgər Zərərçəkmiş şəxs hər iki əlini yanına sıxaraq, nizamnamə qaydalarına uyğun olaraq sırada necə durmasını ona göstərmək üçün onu baş nahiyəsindən aşağı əydiyini, onun da sıranın qarşısında olan stola bir təpik vuraraq sıradan çıxaraq taborun əsgər yataqxanasının qarısında olan su novdanına tərəf gedib sağ əli ilə bir dəfə navdana yumruq zərbəsi vuraraq qışqırmağa başladığını, Zərərçəkmiş şəxs səsinə tabor komandiri mayor Mircəlal İsaqov gələrək əsgərin niyə ağlamağının səbəbini soruşduqda, baş verənlər barəsində ona ətraflı məlumat verdiyini, əsgər Zərərçəkmiş şəxs su novdanına yumruqla vurmasından sonra onun sağ əlinin üst bükək hissəsinin qanadığını gördüyünü, törətdiyi əməldən peşman olduğunu, əsgər Zərərçəkmiş şəxs üzr istədiyini göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınmış N nömrəli hərbi hissənin 3-cü taborunun 7-ci bölüyünün əsgəri Zərərçəkmiş şəxs ifadəsində 31 may N5-ci il tarixdə saat 22:20 radələrində 7-ci bölüyün şəxsi heyətinin bir qismi ilə yataqxananın qarşısında siqaret çəkilən yerdə əsgərlər Şahid2, Zahir Hüseynov və Şahid5la birlikdə “duşes” limonadı içdiklərini, həmin vaxt onlarla eyni bölükdə xidmət edən əsgər Emil Quliyevin onlara yaxınlaşaraq nə üçün onsuz su içdiklərini, onu niyə tək qoymalarını dedikdə, Emil Quliyevə tək oturduğundan nəsə işinin olduğunu düşündüyü üçün çağırmadığını bildirdiyini, E.Quliyevin ona onu bu səbəbə görə bir daha danışdırmamağını dedikdə bu səbəbdən aralarında sözlü mübahisə yarandığından səsə 4-cü taborun kəşfiyyat bölüyünün baş giziri Vüqar Hümbətovun oraya gələrək onları yataqxananın qarşısında düzərək bu barədə 3-cü taborun cavabdehi kapitan Eyvaz Eyvazova məlumat verdiyini, E.Eyvazov da onları yataqxananın ikinci mərtəbəsində düzüb kimlərin mübahisə etdiyini soruşduqda E.Quliyevlə birlikdə sıranın qarşısına çıxdıqdan sonra onları otağına çağıraraq dalaşmaqlarının səbəbini soruşduqda, sadəcə sözlü mübahisə etdiklərini dedikdən sonra xidmət etdikləri bölməyə getdiklərini, həmin gün saat 22:50 radələrində baş leytenant Təqsirləndirilən şəxs əsgər yataqxanasına gələrək onu və E.Quliyevi otağına çağıraraq aralarındakı mübahisənin səbəbini aydınlaşdırdıqdan sonra tabor komandiri mayor Mircəlal İsaqova zəng edərək əsgərlərin yalnız su içmək üstündə sözlü mübahisə etmələri barədə məruzə etdiyini, bundan sonra baş leytenant Təqsirləndirilən şəxs onlara baş vermiş mübahisə barədə sabah danışaçağını deyib yataqxanadan getdiyini, 01 iyun N5-ci ildə saat 07:40-da səhər yeməyini yedikdən sonra taborun yataqxanasının qarşısında şəxsi heyətlə birlikdə düzüldüklərini, əsgər E.Quliyev isə zabitlərin sacını kəsmək üçün getdiyindən sırada olmadığını, baş leytenant Təqsirləndirilən şəxs onu sıranın qarşısına çıxararaq sağ əlini onun sol çiyninə qoyub hündürdən bu əsgərə görə ancaq əziyyət çəkərsiniz, sıralarda qalarsınız deyib sağ ayağı ilə onun sol əlindən bir təpik zərbəsi vurduğunu, o, geriyə dönüb baxan zaman Təqsirləndirilən şəxs ona düz dur deməklə sağ əlinin yumruğunun içəri hissəsi ilə yenə onun boynundan 1 dəfə də vurduqda cərgənin qarşısında pis olduğundan və əsəbləşərək ona, onu niyə vurmasını soruşduqda Təqsirləndirilən şəxs sağ əli ilə onun boynundan tutaraq başını aşağı əydikdən sonra özü də başını onun başına tərəf yaxınlaşdırıb gülümsəyərək lağ formasında “sən də məni vur“ dediyini, Təqsirləndirilən şəxs onu vurduğu halda gülümsəməsindən daha da əsəbiləşərək dayandığı yerdə dərs keçmək üçün üzərinə ləvazimatlar yığılmış, sıranın qarşısına qoyulmuş taxta stola yaxınlaşıb sağ ayağı ilə bir dəfə taxta stolu vurduğunu, sonra isə yataqxananın divarına yaxınlaşıb divara bərkidilmiş su “novdanın” borusuna sağ əli ilə bir yumruq zərbəsi də vuraraq əsəblərini sakitləşdirmək istədiyini, zərbənin təsirindən əlinin üstü və barmaqları yaralandığından qışqıraraq ağlamağa başladığını, həmin vaxt əsgər yoldaşları özünə nəsə etməməsi üçün onu qucaqlayıb sakitləşdirən zaman Təqsirləndirilən şəxs əsgər yoldaşlarına ”buraxın görək başqa nələr edəcək” dediyini, bundan sonra ağlamağına görə səsini eşidən hərbi hissə komandiri və tabor komandiri mayor Mircəlal İsaqov da taborun qarşısına gələrək baş vermiş hadisə barədə məlumatlandıqlarını, Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 3-cü taborunun 7-ci bölüyünün əsgəri Şahid1 ifadəsində baş leytenant Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə tanıdığını, 01 iyun N5-ci il tarixdə həftənin bazar günü əsgər yeməkxanasında səhər yeməyini yedikdən sonra tabor yataqxanasının qarşısında şəxsi heyətlə birlikdə düzüldüklərini, saat təqribən 07:40 radələrində baş leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs sıranın qarşısına çıxararaq nəyə görəsə əlini Zərərçəkmiş şəxs sol çiyninə qoyub “bundan sonra bu əsgərə görə ancaq əziyyət çəkərsiniz, sıralarda qalarsınız” dedediyini, Zərərçəkmiş şəxs həmin vaxt sol əlini ayağına tərəf tutmadığından Təqsirləndirilən şəxs sağ ayağı ilə Zərərçəkmiş şəxs sol əlinin üzərindən bir dəfə təpiklə vurduğunu, Zərərçəkmiş şəxs də geriyə dönüb ona baxanda baş leytenant Təqsirləndirilən şəxs ona sırada düz dayanmasını bildirdiyini və sağ əlinin içərisi ilə Zərərçəkmiş şəxs boynunun arxasından 1 dəfə möhkəm vurduğunu, həmin vaxt Zərərçəkmiş şəxs “cənab baş leytenant yumruq niyə atırsınız” dedikdə Təqsirləndirilən şəxs sağ əli ilə Zərərçəkmiş şəxs boynundan tutaraq başını aşağı əyib sonra özü də başını Zərərçəkmiş şəxs başına tərəf yaxınlaşdırıb gülərək lağ formasında “sən də mənə vur” dediyindən Zərərçəkmiş şəxs əsəbləşərək sıranın qarşısına qoyulmuş stola yaxınlaşıb bir təpik vurduqdan sonra yataqxananın divarına yaxınlaşıb su “novdanına” sağ əli ilə bir yumruq zərbəsi vurduğunu və qışqıraraq hirsindən ağladığını, zərbənin təsirindən əlinin üst bükük hissəsinin qanamağa başladığını, bir azdan tabor komandirinin də onların yanına gələrək Zərərçəkmiş şəxs sakitləşdirdikdən sonra onu tibb məntəqəsinə göndərdiklərini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 3-cü taborunun 7-ci bölüyünün əsgəri Şahid2 ifadəsində əsgər Zərərçəkmiş şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə tanıdığını, 31 may N5-ci tarixdə saat 22:20 radələrində Zərərçəkmiş şəxs və Şahid5la yataqxananın qarşısında siqaret çəkilən yerdə “duşes” limanadı içərkən əsgər yoldaşları Emil Quliyevin onlara yaxınlaşıb “mənsiz su içirsiniz, məni niyə tək qoymusunuz, məni niyə çağırmırsınız, bundan sonra məni danışdırmayın” sozlərini işlətdikdə Zərərçəkmiş şəxs də əsgər E.Quliyevə danışdırma deyirsən danışdırmaram cavabını verdiyini, həmin vaxt əsgər E.Quliyevlə Zərərçəkmiş şəxs münasibətləri yaxşı olmasına baxmaraq sözlü mübahisə etdiklərini, lakin həmin vaxt bir-birlərinə qarşı hər hansı bir nalayiq ifadələr işlətmədiklərini, həmin vaxt orada olan baş gizir Vüqar Hümbətovun onların sözlü mübahisəsini eşidib tabor üzrə cavabdeh olan kapitan Eyvaz Eyvazova məruzə etdiyini, E.Eyvazovun da şəxsi heyəti əsgər yataqxanasında düzərək kimlərin mübahisə etdiyini soruşduqda əsgərlər E.Quliyevlə Zərərçəkmiş şəxs sıranın qarşısına çıxdıqlarından onların gözləmələrini deyib qalan şəxsi heyətə isə yataqxanaya getməklərini dediyini, orada onllara nə deməsindən xəbərinin olmadığını, 01 iyun N5-ci il tarixdə saat 07:40 radələrində səhər yeməyindən sonra yataqxanasının qarşısında şəxsi heyətlə birlikdə düzüldüklərini, orada baş leytenant Fıruz Məmmədov əsgər Zərərçəkmiş şəxs sıranın qarşısına çıxardıb əlini Zərərçəkmiş şəxs sol çiyninə qoyaraq uca səslə ”bu əsgərə görə ancaq əziyyət çəkərsiniz, sıralarda qalarsınız“ deyib sağ ayağı ilə onun sol əlindən təpiklə bir dəfə vurmaqla əlinin düz tutmasını dediyini, bundan sonra Zərərçəkmiş şəxs geriyə dönüb baxdıqda baş leytenant Təqsirləndirilən şəxs sırada düz dur deməklə sağ əlinin yumruğunun içəri hissəsi ilə Zərərçəkmiş şəxs boynunun arxasından bir dəfə də möhkəm vurduğunu, Zərərçəkmiş şəxs ona “cənab baş leytenant yumruq niyə atırsınız, sırada düz durmuşam, niyə bu kimi hərəkətlər edirsiniz” dedikdə baş leytenant Təqsirləndirilən şəxs sağ əli ilə Zərərçəkmiş şəxs boynundan tutaraq başını aşağı əyərək, özü də başını aşağı əyib Zərərçəkmiş şəxs başına tərəf yaxınlaşdırıb lağ formasında gülərək “Gəl sən də mənə vur dediyini, Zərərçəkmiş şəxs də onun dediklərinə əsəbləşərək hirslə dayandığı yerdən sıranın qarşısına çıxaraq orada ortalığa qoyulmuş stola yaxınlaşıb stola bir təpik vurub ardınca isə yataqxananın divarında olan su “novdanın” dəmir borusuna sağ əli ilə bir yumruq zərbəsi vurduğunu, zərbənin təsirindən yumuruğunun bükülən hissəsinin qanadığını gördüyünü göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3, Şahid4 və Şahid5 da məhkəmə istintaqında ifadə verən digər şahidlər Şahid1 və Şahid2 ifadələrinə uyğun ifadələr verdilər. Cinayət işinin materiallarına əlavə edilmiş N nömrəli hərbi hissənin N iyul N5-ci il tarixli arayışından müəyyən olunmuşdur ki, baş leytenant Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında xx.xx.N5-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 11-ci maddəsinin tələblərinə əsasən tabelik münasibətləri olmuşdur. Daxili Xidmət Nizamnaməsinin 11-ci maddəsinə əsasən baş leytenant Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs rəis hesab edilmişdir. N nömrəli hərbi hissənin yaralanma və travma hallarının qeydiyyatı kitabından çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs “sağ əl barmaqların üst səthinin sıyrılmış, cızılmış yaraları” diaqnozu ilə tibb məntəqəsinə müraciət edərək, xx.xx.N5-ci il tarixdə taqım komandiri baş leytenant Təqsirləndirilən şəxs ona zor tətbiq etməsinə əsəbiləşərək su novdanına vurduğunu göstərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertinin xx.xx.N5-ci il tarixli, 282 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət – sağ əlin arxa səthinin sıyrıqları – bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsi istisna olunmur, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. xx.xx.N5-ci il tarixdə əsgər Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı xx.xx.N5ci il tarixdə saat 07:40 radələrində əsgər yataqxanasının qarşısında baş leytenant Təqsirləndirilən şəxs onun sol əlinə təpiklə vurduqdan sonra başının arxasından da yumruqla vurmasını bildirmişdir. Təqsirləndirilən şəxs – N nömrəli hərbi hissə komandirinin N sentyabr N2-ci il tarixli, 256 nömrəli əmrinə əsasən həmin hərbi hissənin 4-cü taborun 14-cü bölüyünün 2-ci taqımının komandiri vəzifəsinə, N nömrəli hərbi hissə komandirinin N oktyabr N4-cü il tarixli, 313 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin 3-cü taborun 7-ci bölüyünün 1-ci taqımının komandiri vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissənin təqdim etdiyi xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmuşdur. Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Hərbi Həkim Komissiyasının xx.xx.N5-ci il tarixli arayışına əsasən hərbi xidmətə yararlıdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.N5-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısıdır və Vətən qarşısında göstərdiyi xidmətlərinə görə xx.xx.N1-ci il tarixdə “Qubadlının azad olunmasına görə”, xx.xx.N2-ci il tarixdə isə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Cinayət işinə əlavə edilmiş arayışdan görünür ki, zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs N nömrəli hərbi hissə komandirinin N mart N5-ci il tarixli, 86 nömrəli əmrinə əsasən həmin hərbi hissənin 3-cü taborunun 7-ci bölüyünün 2-ci taqımının 3-cü manqasının atıcısı vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli İbtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-cı maddəsi ilə tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Pilenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcürbəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimaii təhlükəlilik dərəcəsini, şəxsiyətini, cəzanı yünğülləşdirən halları nəzərə alaraq ona ittiham olunduğumaddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini səmimi etraf edib, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onu bağışlamasını, ondan şikayət və tələbinin olmamasını, Vətən müharibəsi iştirakçısı olmasını və vətən qarşısında göstərdiyi xidmətlərinə görə xx.xx.N1-ci il tarixdə “Qubadlının azad olunmasına görə”, xx.xx.N2-ci il tarixdə isə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, Vətən müharibəsi iştirakçısı olmasını və vətən qarşısında göstərdiyi xidmətlərinə görə xx.xx.N1-ci il tarixdə “Qubadlının azad olunmasına görə”, xx.xx.N2-ci il tarixdə isə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini ailəsinin həyat şəraitinə təsirini eləcə də işdə olan digər yüngülləşdirici halları nəzərə alaraq onun törətdiyi əmələ görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının verilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.2-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş şəxsin aylıq pul təminatından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğində pul tutulur. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.8-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza hərbi qulluqçuların xidmət yeri üzrə hərbi hissə komandiri tərəfindən icra edilir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilmiş olduğu hüquqi yardıma görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq göstərdiyi hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilməsi üçün Naxçıvan şəhər Vəkil Bürosunun hesabına pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Cinayət iş üzrə ittiham aktının elektron variantının saxlanıldığı bir ədəd DVD diski cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 334- 347, 349, 351- 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinib aylıq pul təminatından 12 (on iki) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 6(altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N nömrəli hərbi hissənin komandirinə, xidmət yerini dəyişərsə həmin hərbi hissə komandanlığına həvalə olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilməsi üçün Naxçıvan şəhər Vəkil Bürosunun hesabına pul ödənilsin. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Cinayət iş üzrə ittiham aktının elektron variantının saxlanıldığı bir ədəd DVD diski cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm 20 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar