Məhkəmə qərarları › İş №1-1(092)-58/2024

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-58/2024

24.10.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-58/2024 24.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Məmmədova Nərmin Fərəməz qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxx N05-ci il tarixdə Tərtər rayonunun Qaraağacı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, yaşayış yeri üzrə Ağdam rayonunun Qarapirim kəndində qeydiyyatda olan, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin 5-ci motoatıcı taborunun 16-cı bölüyünün 3-cü taqımının 1-ci manqasında atıcı-sanitar vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən, barəsində 28 avqust N24-cü il tarixdə “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin (əsgər Zərərçəkmiş şəxs) sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, o, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin 5-ci motoatıcı taborunun 16-cı bölüyünün 3-cü taqımının Şahbuz rayonunun Gömür kəndi ərazisində yerləşən 1-ci manqasının şərti olaraq “Şimşək” adlandırılan döyüş mövqeyində sanitar-atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 13 iyul N24-cü il tarixdə tullantılar olan əraziyə atılmış soyuqdan qorunmaq üçün nəzərdə tutulan boyunluqlardan birini götürərək yataqxanaya gətirib paltar dolabına qoymuş, həmin manqada tuşlayıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs həmin boyunluğun özünə aid olduğunu düşünüb dolabdan götürərək istifadə etmiş, 15 iyul N24-cü il tarixində, saat 07 radələrində əsgər Təqsirləndirilən şəxs boyunluğun əsgər Zərərçəkmiş şəxs tərəfindən istifadə edildiyini görüb ondan həmin boyunluğu geri istədikdə əsgər Zərərçəkmiş şəxs boyunluğu vermədiyi üçün aralarında yaranmış mübahisə zamanı əsgər Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını tənzimləyən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42, 138-ci və İntizam Nizamnaməsinin 1 və 3-cü bəndlərində göstərilmiş “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı”, “nalayiq hərəkətlər etməməli”, “yüksək mədəniyyət, təvazökarlıq və təmkin nünuməsi göstərməlidir” kimi tələblərini kobud surətdə pozaraq hər iki əli ilə əsgər Zərərçəkmiş şəxs sinəsindən itələmiş və ardınca sifətinə bir yumruq zərbəsi vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid “sağ gözaltı nahiyənin qançırı ilə müşayiət olunan aşağı sağ 6-cı dişin və yuxarı sol 7-ci dişin tacının hissəvi sınıqları” xəsarətlərini yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş əsgər Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərmişdir ki, o, 14 oktyabr N23-cü il tarixdən N nömrəli hərbi hissənin 5-ci taborunun 16-cı bölüyünün 3-cü taqımının 1-ci manqasının xidmət apardığı şərti olaraq “Şimşək” adlandırılan döyüş mövqeyində sanitar-atıcısı vəzifəsində xidmət edir. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Zərərçəkmiş şəxs həmin manqada xidmət etdiyi dövrdən tanımış və aralarında heç vaxt düşmənçilik, ədavət, yaxud qohumluq münasibəti olmamışdır. O, qeyd edilən yerdə və vəzifədə xidmətdə olarkən 13 iyul N24-cü il tarixdə saat 11 radələrində mövqenin tullantılar olan ərazisindən bir ədəd boyunluğu götürüb yataqxanaya gətirərək yuyub təmizlədikdən sonra yataqxananın paltar dolabına qoymuş, mövqenin çörək və yeməyini bişirdiyi üçün həmin boyunluqdan yemək bişirən zaman üzünə isti vurmaması üçün istifadə etməyi düşünmüşdür. Həmin boyunluqlar təminatda olmadığından 11 iyul N24-cü il tarixdə manqa komandiri MAHHXHQ-su kiçik çavuş Şahid2 tapşırığı ilə hərbi hissədən yoxlama gəldiyi üçün mövqedən biraz aralıda yerləşən tullantılar olan əraziyə atılmışdır. 15 iyul N24-cü il tarixdə saat 06:00-da yataqxanada olan zaman paltar dolabına qoyduğu boyunluğun əsgər Zərərçəkmiş şəxs olduğunu və cibinə qoyduğunu görmüş, bu zaman əsgər Zərərçəkmiş şəxs yaxınlaşıb boyunluğu özünün tapıb gətirdiyini deyib boyunluğu ondan geri istəmiş, əsgər Zərərçəkmiş şəxs isə boyunluğun özünə aid olduğunu deyib verməyəcəyini bildirmişdir. Həmin vaxt o, əsgər Zərərçəkmiş şəxs boyunluğun kimə aid olmasını fikirləşməyini deyərək getmiş və həmçinin mübahisələri olmamışdır. Səhər yeməyi yeyən zaman əsgər Zərərçəkmiş şəxs yenidən boyunluğu verməsini istəmiş, əsgər Zərərçəkmiş şəxs isə ona yenidən boyunluğu verməyəcəyini bildirmiş, o, isə heçnə deməmiş və mübahisələri olmamışdır. Daha sonra saat 07 radələrində səhər yeməyini yedikdən sonra əsgər Şahid1 ilə əsgər Zərərçəkmiş şəxs yataqxananın dəhlizində stolun üstünü təmizləyən zaman yenidən əsgər Zərərçəkmiş şəxs yaxınlaşıb boyunluğu verməsini istəmiş və boyunluğu çörək bişirən zaman istinin üzünü yandırmaması üçün istifadə edəcəyəni demiş, əsgər Zərərçəkmiş şəxs isə ona döyüş növbətçiliyinə çıxdığı üçün özünün istifadə edəcəyini demişdir. O, əsgər Zərərçəkmiş şəxs şərikli istifadə etməyi təklif etmiş, əsgər Zərərçəkmiş şəxs isə yenidən boyunluğu verməyəcəyini bildirən zaman əsəbiləşdiyindən hər iki əli ilə onun sinə nahiyəsindən geriyə doğru itələmiş, əsgər Zərərçəkmiş şəxs təxminən bir-iki addım geriyə getmiş, o, yenidən əsgər Zərərçəkmiş şəxs yaxınlaşan zaman əsgər Zərərçəkmiş şəxs də hər iki əli ilə onun sinə nahiyəsindən geriyə doğru itələmiş, bu zaman o, təxminən bir iki addım geriyə getmişdir. Həmin vaxt stolun üzərində olan siqaretlərdən bir ədədi yerə düşmüş, əsgər Zərərçəkmiş şəxs əyilib siqareti yerdən götürən zaman o, sol əli ilə əsgər Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir yumruq zərbəsi vurmuşdur. Bu zaman əsgər Zərərçəkmiş şəxs burnundan qan gəlmiş və əsgər Şahid1 onları aralaşdırıb əsgər Zərərçəkmiş şəxs qolundan tutub yataqxanadan çölə aparmış, o, isə mövqenin ərzaq anbarına getmişdir. Bir neçə dəqiqə sonra geri qayıdaraq əsgər Şahid1 ilə birlikdə əsgər Zərərçəkmiş şəxs üzünü yumasına köməklik göstərmiş, həmin gün manqa komandiri MAHHXHQ-su kiçik çavuş Şahid2 hadisə barədə bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini baş leytenant Rəvan Qasımzadəyə məruzə etmiş, həmin gün axşam saatlarında o, və əsgər Zərərçəkmiş şəxs N hərbi hissənin tibb məntəqəsinə göndərilmişlər. Həmçinin əsgər Təqsirləndirilən şəxs ifadəsində əsgər Zərərçəkmiş şəxs qarşı etdiyi əməlindən peşman olduğunu, hadisədən sonra ondan üzr istəyərək onunla barışdığını, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə məhkəmə istintaqında özünü təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, müvafiq ekspert rəyi, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əmələ görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N nömrəli hərbi hissəyə göndərilmiş və həmin hərbi hissənin 5-ci taborunun 16-cı bölüyünün 3-cü taqımının 1-ci manqasının xidmət apardığı şərti olaraq “Şimşək” adlandırılan döyüş mövqeyində tuşlayıcısı vəzifəsində xidmət edir. 13 iyul N24-cü il tarixdə saat 13 radələrində yuyunmağa getdiyi üçün mövqeyin yataqxanasında olan paltar dolabından dəsmal götürərkən dolabda bir ədəd sarı rəngli boyunluq görmüş, boyunluğu götürüb arxa tərəfinə baxan zaman adının baş hərfini görüb bir müddət əvvəl posta hərbi hissədən yoxlama gəldiyi üçün mövqedən biraz aralıda yerləşən tullantılar olan əraziyə atılmış ona məxsus boyunluq olduğunu bilib axşam saatlarında döyüş növbətçiliyinə çıxan zaman istifadə etmək üçün onu götürmüş, daha sonra boyunluğu yuyub təmizləyib yataqxanaya yatdığı çarpayının yanına qoymuşdur. 14 iyul N24-cü il tarixdən saat 02:00dan 15 iyul N24-cü il tarixə saat 04:00-dək mövqeyin ərazisinə patrul nəfəri, 04:00-dan 06:00-dək isə mövqeyin müşahidə məntəqəsinə döyüş növbətçiliyinə təyin olunmuş və növbətçilik zamanı boyunluğu istifadə etmişdir. 15 iyul N24-cü il tarixdə saat 06:00-da döyüş növbətçiliyini təhvil verdikdən sonra yataqxanaya qayıtmış, həmin vaxt yataqxanada əsgər Təqsirləndirilən şəxs boyunluğu əlində görərək ona yaxınlaşıb boyunluğu tullantılar olan ərazidən özünün gətirdiyini və yuyub təmizlədiyini deyib ondan istəmiş, o, isə boyunluğu dolabdan götürdüyünü və üzərində adının baş hərfinin olduğunu, həmçinin özünə aid olduğunu deyib boyunluğu verməyəcəyini bildirmiş, əsgər Təqsirləndirilən şəxs isə ona fikirləşib boyunluğun kimə aid olmasını yadına salmasını deyib getmiş və həmçinin mübahisələri olmamışdır. Bundan sonra yataqxananın dəhlizində səhər yeməyi yeyən zaman əsgər Təqsirləndirilən şəxs yenidən ondan boyunluğu verməsin istəmiş, o, isə yenidən boyunluğu verməyəcəyini bildirmiş, əsgər Təqsirləndirilən şəxs isə heçnə deməmiş və həmçinin mübahisələri olmamışdır. Həmin gün saat 07 radələrində səhər yeməyini yedikdən sonra yataqxananın dəhlizində əsgər Şahid1 ilə stolun üstünü təmizləyərkən əsgər Təqsirləndirilən şəxs ona yaxınlaşıb yenidən boyunluğu ona verməsini istəmiş, o, isə əsgər Təqsirləndirilən şəxs aşbaz olduğu üçün ehtiyac olmadığını, özü döyüş növbətçiliyinə çıxdığı üçün özünə lazım olduğunu demiş, əsgər Təqsirləndirilən şəxs isə boyunluğu şərikli istifadə etməyi təklif etmiş, o, isə razılaşmayaraq əsgər Təqsirləndirilən şəxs yenidən boyunluğu verməyəcəyini bildirmişdir. Bu zaman əsgər Təqsirləndirilən şəxs hər iki əli ilə onun sinəsindən geriyə doğru itələmiş və o, təxminən bir-iki addım geriyə doğru getmiş, daha sonra əsgər Təqsirləndirilən şəxs yenidən ona yaxınlaşan zaman əsgər Təqsirləndirilən şəxs onu vurmasından ehtiyat edib özündən uzaqlaşdırmaq üçün hər iki əli ilə əsgər Təqsirləndirilən şəxs sinəsindən geriyə doğru itələmiş və bu zaman əsgər Nuruzadə bir-iki addım geriyə getmiş, arxadakı stolun üzərində olan siqaretlərdən bir ədədi yerə düşmüş, o, əyilib yerdən siqareti götürən zaman əsgər Təqsirləndirilən şəxs anidən ona yaxınlaşıb sifətin sağ tərəfinə bir yumruq zərbəsi vurmuşdur. Həmin vaxt burun nahiyəsində güclü ağrı hiss etmiş və burnundan qan gəlməyə başlamışdır. Bu zaman əsgər Şahid1 araya girib onları aralaşdırmış və əsgər Təqsirləndirilən şəxs ərzaq anbarına tərəf getmişdir. Daha sonra əsgər Şahid1 cibindəki dəsmalı çıxarıb onun burun nahiyəsinə tutub əl-üzünü yumağa yataqxanadan çölə aparmış, əl-üzünü yuyan zaman ağzında iki dişindən parça qopduğunu hiss etmişdir. O, əl-üzünü yuyan zaman Təqsirləndirilən şəxs də gəlib ona köməklik göstərmiş, daha sonra yataqxanaya qayıtmış və yataqxananın dəhlizində olan zaman mövqeyin baş atıcısı əsgər Fərid Nəcəfli onu görüb nə olduğunu soruşmuş, əsgər Şahid1 isə onu əsgər Təqsirləndirilən şəxs boyunluq səbəbindən vurduğunu demiş, daha sonra MAHHXHQ-su kiçik çavuş Şahid2 hadisə barədə bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini baş leytenant Rəvan Qasımzadəyə məruzə etmiş, həmin gün axşam saatlarında N hərbi hissənin tibb məntəqəsinə göndərilmişlər. Növbəti gün isə hərbi hissədə bu barədə araşdırma başlanmış və o, N5 nömrəli hospitala göndərilib ambulator müalicəyə qəbul olunmuşdur. Hospitalda müayinə olunan zamanı sağ gözündə, burun nahiyəsində və dişində xəsarət aşkar edilmişdir. Həmçinin əsgər Zərərçəkmiş şəxs ifadəsində hadisədən sonra əsgər Təqsirləndirilən şəxs ondan üzr istədiyini, özünün onu bağışlamaqla ona qarşı heç bir şikayətinin olmadığını, lakin dişlərinin düzəldilməsini istədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki,o, 15 iyul N24-cü il tarixdə saat 07 radələrində mövqeyin yataqxanasının dəhlizində səhər yeməyindən sonra əsgər Zərərçəkmiş şəxs ilə təmizlik işi görərkən əsgər Təqsirləndirilən şəxs yanlarına gəlib əsgər Zərərçəkmiş şəxs boyunluğu istəmiş, əsgər Fərid isə boyunluğun özünə aid olduğunu bildirib verməyəcəyini demiş, bu zaman onlar arasında mübahisə yaranmış, mübahisə zamanı əsgər Təqsirləndirilən şəxs hər iki əli ilə əsgər Zərərçəkmiş şəxs sinə nahiyəsindən geriyə doğru itələmiş, əsgər Zərərçəkmiş şəxs bir iki addım geriyə getmiş, daha sonra əsgər Təqsirləndirilən şəxs yenidən əsgər Zərərçəkmiş şəxs yaxınlaşan zaman əsgər Əlizadə əsgər Nuruzadənin sinə nahiyəsindən hər iki əli ilə geriyə doğru itələmiş, həmin vaxt əsgər Nuruzadə bir-iki addım geriyə getmişdir. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs aid olan, stolun üzərindəki siqaretlərdən bir ədədi yerə düşmüş, əsgər Zərərçəkmiş şəxs əyilib yerdən siqareti götürən zaman Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir yumruq zərbəsi vurmuşdur. Bu zaman o, dava etməmələri üçün araya girərərək, onları aralamış, əsgər Təqsirləndirilən şəxs ərzaq anbarına tərəf getmişdir. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs burnundan qan gəldiyini görüb cibindəki dəsmalı çıxarıb əsgər Fəridin burun nahiyəsinə tutub əl-üzünü yumaq üçün yataqxanadan çölə aparmış, daha sonra əsgər Zərərçəkmiş şəxs əl-üzünü yuduqdan sonra yataqxanaya qayıtmışlar. Yataqxananın dəhlizində olan zaman əsgər Fərid Nəcəfli içəri daxil olub və əsgər Zərərçəkmiş şəxs görüb nə olduğunu soruşmuş, o, isə əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs boyunluq səbəbindən vurduğunu demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N №-li hərbi hissənin 5-ci taborunun 16-cı bölüyünün 3-cü taqımının 1-ci manqasının komandiri vəzifəsində xidmət edən MAHHXHQ-su kiçik çavuş Şahid2 və N №-li hərbi hissənin 5-ci taborunun 16-cı bölüyünün 3-cü taqımının 1-ci manqasında qumbaraatan vəzifəsində xidmət edən əsgər Şahid3 oxşar məzmunlu ifadələr verərək, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs və Şahid1 ifadələrində göstərilənləri təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, şahidlərin ifadələri bir-birini istisna etmir. Məhkəmə onların bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisələrin təqsirləndirilən şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəyini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 14 avqust N24-cü il tarixli qərardan görünür ki, əsgər Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 79). Məhkəmə hesab edir ki, bu sübutla cinayət işi üzrə zərərçəkmiş şəxslərin kimliyi öz təsdiqini tapır. N nömrəli hərbi hissənin zədələnmələrin qeydiyyatı kitabından çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs xx.xx.N24-cü il tarixdə “burun tağının küt travması, aşağı göz qapağının dərialtı hematoması, sağ penordinal nahiyənin küt travması, zəif dərialtı qançırı və 46-27-ci dişlərin tacının hissəvi sınığı” diaqnozu ilə hərbi hissənin tibb məntəqəsində qeydiyyata alınmışdır (i.v İ cild 16). X1 “Məhkəmə-Tibbi Ekspertizası”nın 19 iyul N24-cü il tarixli, 363 №-li ekspert rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-“sağ gözaltı nahiyənin qançırı ilə müşayiət olunan sağ 6-cı dişin və yuxarı sol 7-ci dişin tacının hissəvi sınıqları”- küt əşyanın təsirindən törənməyə xarakterikdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənmələri mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir (i.v İ cild 50). Məhkəmə hesab edir ki, bu sübutlarla baş vermiş hadisə nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına zərər vurulması və vurulan zərərin dərəcəsi öz təsdiqini tapır. N №-li hərbi hissə komandirinin N oktyabr N23-cü il tarixli, 287 nömrəli əmrindən edilmiş çıxarışlardan görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi hissənin 3-cü taborun 8ci bölüyünün 3-cü taqımının 1-ci manqasının atıcı-qumbaraatan köməkçisi vəzifəsindən, həmin taborun 16-cı bölüyünün 3-cü taqımının 1-ci manqasının atıcı-sanitarı vəzifəsinə təyin olunmuşdur (i.v İ cild 23). N №-li hərbi hissə komandirinin N aprel N24-cü il, tarixli 93 nömrəli əmrindən edilmiş çıxarışlardan görünür ki, əsgər Zərərçəkmiş şəxs hərbi hissənin 5-ci motoatıcı taborun 17-ci bölüyünün 1-ci taqımının 2-ci manqasının tuşlayıcısı vəzifəsindən həmin taborun 16-cı bölüyünün 3-cü taqımının 1-ci manqasının tuşlayıcısı vəzifəsinə təyin olunmuşdur (i.v İ cild 22). N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş 17 iyul N24-cü il tarixli, 921 №-li arayışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri olmamışdır (i.v İ cild 15). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hərbi qulluqçu olmaları və onlar arasında tabelik münasibətlərinin olmaması öz təsdiqini tapır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və statistik informasiya bölməsindən alınmış 25 iyul N24-cü il tarixli tələbnamədən görünür ki, əsgər Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v İ cild 58). Məhkəmə hesab edir ki, bu sübutla Təqsirləndirilən şəxs məhkumluğunun olmaması öz təsdiqini tapır. N5 №-li hərbi hissə tərəfindən təqdim edilmiş 19 iyul N24-cü il tarixli, 579 №-li arayışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs 19 iyul N24-cü il tarixdə N5 №-li hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir və o, sağlam olmaqla, hərbi xidmətə yararlıdır (i.v İ cild 54). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış 13 avqust N24-cü il tarixli, 9913 №-li cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tibb müəssisəsində müalicədə olmamışıdır (i.v İ cild 76). “Ağdam Rayon Mərkəzi Xəstəxanası” X5 tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış 14 avqust N24-cü il tarixli, 18-1-21/3-2902/N24 №-li cavab məktubundan görünür ki, yaşayış yeri üzrə Ağdam rayonda qeydiyyatda olan Təqsirləndirilən şəxs “Ağdam Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin poliklinika şöbəsinin narkoloji və psixiatrik kabinetlərində xəstə kimi qeydiyyatda yoxdur (i.v İ cild 78). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs sağlamlıq və hərbi xidmətə yararlılıq vəziyyəti, onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasların olmaması öz təsdiqini tapır. N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş 16 iyul N24-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən mənfi xarakterizə olunmuşdur (İ.v İ cild 18). Məhkəmə hesab edir ki, bu sübutla əsgər Təqsirləndirilən şəxs bir hərbi qulluqçu kimi şəxsiyyətini və xidmətə münasibətini xarakterizə edən hallar öz təsdiqini tapır. “Qətimkan tədbirinin seçilməsi haqqında” 28 avqust N24-cü il tarixli qərardan görünür ki, həmin tarixdə əsgər Təqsirləndirilən şəxs barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmişdir (İ.v İ cild 147-148). Məhkəmə hesab edir ki, bu sübutla Təqsirləndirilən şəxs barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbirinin seçilməsi öz təsdiqini tapır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 332.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr N05-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N11-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar N09-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr N01-ci il, “X2rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverni Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart N10-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər..... Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 2-ci maddəsinə əsasən hərbi qulluqçu hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və vicdanla yerinə yetirməli; ...............döyüşçü yoldaşlığına sadiq olmalı, öz yoldaşlarına sözü və işi ilə kömək etməli, onları nalayiq hərəkətlərdən çəkindirməlidir. Həmin Nizamnamənin 5-ci maddəsinə əsasən hərbi qulluqçu ..........., əsgəri nəzakət və əsgəri salamlaşma qaydalarına ciddi riayət etməli, həmişə hərbi forma üzrə geyinməli, təmiz və səliqəli olmalıdır. Həmin Nizamnamənin 42-ci maddəsinə əsasən hərbi qulluqçular həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməli, ictimai yerlərdə və küçədə özlərini ləyaqətlə aparmalıdırlar. Həmin Nizamnamənin 138-ci maddəsinə əsasən isə ..... igid və intizamlı olmaq; nalayiq hərəkətlər etməmək və yoldaşlarını da belə hərəkətlərdən çəkindirmək; ..... hərbi nəzakət, davranış və əsgəri salamlaşma qaydalarına ciddi riayət etmək;....əsgərin vəzifəsidir. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, əsgər Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin 5-ci motoatıcı taborunun 16-cı bölüyünün 3-cü taqımının Şahbuz rayonunun Gömür kəndi ərazisində yerləşən 1-ci manqasının şərti olaraq “Şimşək” adlandırılan döyüş mövqeyində sanitar-atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, 13 iyul N24-cü il tarixdə tullantılar olan əraziyə atılmış soyuqdan qorunmaq üçün nəzərdə tutulan boyunluqlardan birini götürərək yataqxanaya gətirib paltar dolabına qoymuş, həmin manqada tuşlayıcı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs həmin boyunluğun özünə aid olduğunu düşünüb dolabdan götürərək istifadə etmiş, 15 iyul N24-cü il tarixində, saat 07 radələrində əsgər Təqsirləndirilən şəxs boyunluğun əsgər Zərərçəkmiş şəxs tərəfindən istifadə edildiyini görüb ondan həmin boyunluğu geri istədikdə əsgər Zərərçəkmiş şəxs boyunluğu vermədiyi üçün aralarında yaranmış mübahisə zamanı hər iki əli ilə əsgər Zərərçəkmiş şəxs sinəsindən itələmiş və ardınca onun sifətinə bir yumruq zərbəsi vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid “sağ gözaltı nahiyənin qançırı ilə müşayiət olunan aşağı sağ 6-cı dişin və yuxarı sol 7-ci dişin tacının hissəvi sınıqları” xəsarətlərini yetirməklə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurma) mövcud olmuşdur. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsi, o cümlədən şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş müvafiq ekspert rəyi və işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında əsgər Təqsirləndirilən şəxs onunla tabelik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs qarşı qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, onun sağlamlığına qəsdən yüngül zərər vurması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, qanunla müəyyən edilmiş qaydada ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinin müddəalarına müvafiq olaraq əsgər Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri ilə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul N13-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun N03-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun N03-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral N17-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəza ilə bağlı qısa şərh verməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında-bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qeyd etmək zəruridir ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində müəyyən edilmiş (59.1.12) və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışdığından ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni bir il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının Təqsirləndirilən şəxs təyin edilməməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin 50.4-cü maddəsinə tələblərinə görə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası-müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına tətbiq olunmadığından bu cəza növünün hazırda ordu sıralarında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edən əsgər Təqsirləndirilən şəxs təyin edilməsi cinayət qanunvericiliyi ilə mümkün deyil. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (cinayətin bir epizod üzrə törədilməsini, həyata keçirilmə üsulunu, baş vermiş nəticənin ağırlıq dərəcəsini və.s), onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun təqsirli bilindiyi maddənin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının işin faktiki hallarına, təqsirli bilinən şəxsin şəxsiyyətinə, əməlin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla ağır olması qənaətinə gəlir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirli bilinən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə onun cəmiyyətdən təcrid edilməsi Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Məhkəmə hesab edir ki, əsgər Təqsirləndirilən şəxs barəsində intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsi haqqında qərarın çıxarılması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, sosial ədalətin bərqərar olunması və hərbi intizamın möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir. Məhkəmə təqsirli bilinən şəxsə təyin olunan cəzanın növünü müəyyən edərkən cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul N22-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyini də nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd olunmuşdur ki, cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Məhkəmə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 28 avqust N24-cü il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələblərinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun intizam xarakterli hərbi hissəyə qəbul edildiyi gündən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs intizam xarakterli hərbi hissəyə təhvil verilməsi onun hazırda xidmət etdiyi N nömrəli hərbi hissəsinin komandanlığına həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci-təqsirli bilinən Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli olan haqdan ibarətdir. Belə ki, cinayət işi üzrə N sentyabr N24-cü il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs müddətli hərbi xidmət qulluqçusu olduğundan və onun müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından o, məhkəmənin müvafiq qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, onun hüquqlarının müdafiəsi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral N01ci il tarixli, 31 №-li qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, təqsirli bilinən şəxsə göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata uyğun olaraq 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi1 vəkil işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun intizam xarakterli hərbi hissəyə qəbul edildiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Təqsirləndirilən şəxs intizam xarakterli hərbi hissəyə təhvil verilməsi onun hazırda xidmət etdiyi N nömrəli hərbi hissəsinin komandanlığına həvalə edilsin. İş üzrə məhkəmə xərci- Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi1 işlədiyi Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan N gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar