Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-58/2025 02.03.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, X5, Zərərçəkmiş şəxs7 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxslərin müdafiəçiləri Naxçıvan Şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Naxçıvan MR Hərbi Məhkəməsinin inzibati binasında xx xxx 1988-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, (FİN xxxxxxx), ali təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla Naxçıvan şəhəri, 12-ci məhəllə, döngə 1 ünvanında yaşayan, barəsində 23 iyun 2025-ci il tarixdən həbs qətimkan tədbiri seçilməklə hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq Təcridxanasında saxlanılan, Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq hərbi qulluqçusu Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4cü maddələri ilə 30 avqust 1974-cü il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, (FİN xxxxxxx),orta təhsilli, evli, "xxxx" QSC-nin mühafizəçisi vəzifəsində işləmiş, hal-hazırda işsiz, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində 03 iyul 2025-ci il tarixdən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan şəhərində yerləşən Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Hərbi-əks kəşfiyyat idarəsinin 1-ci şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində, mayor hərbi rütbəsində xidmət edərkən 2023-cü il avqust ayının əvvəllərində hər hansı şəxsin Dövlət Təhlükəsizliyi Xidmətində və ya digər qurumlarda qulluğa qəbulunun təşkil və ya təmin etməyə heç bir səlahiyyətə və ya real imkanlara malik olmadığı halda, ayrı-ayrı şəxslərə həmin imkanlara malik olması barədə qabaqcadan yalan məlumatlar verib inandıraraq, bundan sonra bununla bağlı ona müraciət edəcək şəxslərə onların özlərinin, yaxud övladlarının yüksək vəzifəli şəxslərin vasitəsi ilə müvafiq dövlət orqanlarına qulluğa qəbulunu təşkil və ya təmin edəcəyinə dair yalan vədlər verməklə həmin şəxslərdən müxtəlif məbləğlərdə pul alıb həmin pulları ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə o, qeyd olunan vəzifədə mayor hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, 2023-cü ilin avqust ayının əvvəllərindən başlayaraq 2024-cü ilin iyul ayının sonlarınadək olan müddət ərzində ayrı-ayrı vaxtlarda Naxçıvan şəhərində müxtəlif yerlərdə vətəndaşlar X21, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 ilə görüşüb onların qanunsuz olaraq əmlakını ələ keçirmək məqsədilə özünün adını çəkmədiyi yüksək vəzifəli şəxslərlə yaxşı əlaqələrə malik olduğunu deyib onları inandırmaqla həmin vətəndaşların övladlarını həqiqi hərbi xidmətə qəbul etdirəcəyinə dair yalan vədlər verib hissə-hissə olmaqla vətəndaşlar S.Ə.Talıbovdan 9500 (doqquz min beş yüz) manat, Zərərçəkmiş şəxs1 7700 (yeddi min yeddi yüz) manat, Zərərçəkmiş şəxs2 8200 (səkkiz min iki yüz) manat və Zərərçəkmiş şəxs4 8370 (səkkiz min üç yüz yetmiş) manat məbləğində pullar alaraq sonrakı müddət ərzində verdiyi vədlər üzrə həmin şəxslərin xeyrinə heç bir iş görməyib həmin vətəndaşlardan ələ keçirdiyi həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həmçinin o, qeyd olunan vəzifədə və mayor hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, 2024-cü ilin iyul ayının sonlarında digər vətəndaşların əmlakını təkbaşına ələ keçirə bilməyəcəyi qənaətinə gələrək, 2015-ci ildən aralarında dostluq münasibətlərinin olduğu Naxçıvan şəhər sakini, vətəndaş Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxs2la birgə 27 iyul 2024-cü il tarixdə vətəndaş Zərərçəkmiş şəxs5 3000 (üç min) manat, 2024-cü ilin may ayından 2025-ci ilin aprel ayının əvvəllərinədək nağd və köçürmə yolu ilə vətəndaş Zərərçəkmiş şəxs3 39900 (otuz doqquz min doqquz yüz) manat, 2024-cü ilin dekabr ayında nağd və köçürmə yolu ilə vətəndaş Zərərçəkmiş şəxs7 6120 (altı min yüz iyirmi) manat, 2024-cü ilin noyabr ayından 2025-ci ilin may ayının sonlarınadək olan müddət ərzində isə vətəndaş Zərərçəkmiş şəxs6 6462 (altı min dörd yüz altmış iki) manat məbləğində olmaqla, həmin vətəndaşlardan ümumilikdə 94252 (doxsan dörd min iki yüz əlli iki) manat məbləğində pul alıb sonrakı müddət ərzində həmin şəxslərə verdiyi vədlərin icrası ilə bağlı onların xeyrinə hər hansı iş görməyərək ələ keçirdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bütün zərərçəkmiş şəxslərə münasibətdə həqiqətən onlara qarşı dələduzluq edərək təqribən dörd nəfərə qarşı isə Təqsirləndirilən şəxs2 ilə birlikdə onları aldatdıqarını və pullarını öz şəxsi işləri üçün xərclədiklərini, yalnız Zərərçəkmiş şəxs3 münasibətdə onun göstərdiyi rəqəmlərin doğru olmadığını, müəyyən miqdarının şişirdildiyini, belə ki, hadisəni törədərkən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin Hərbi-əks kəşfiyyat idarəsində xidmət etdiyini, 14 fevral 2025-ci il tarixdən törətdiyi əməllərə görə həmin orqandan ehtiyata buraxıldığını, 2023-cü il avqust ayının əvvəllərində xidməti işi ilə əlaqədar N nömrəli hərbi hissənin ərazisində X21 adlı şəxslə tanış olarkən onun əsgərlikdə olan oğlu Əli Talıblı ilə görüşmək üçün gəldiyini dediyini, həmin şəxsin maddi imkanının yaxşı olduğunu öyrəndikdən sonra onu aldadaraq müəyyən qisim pulunu ələ keçirmək və guya oğlunu işə götürmək məqsəd ilə hərbi hissədə xidmət edən tabor komandirlərindən biri ilə əlaqə saxlayıb əsgər Ə.Talıblının görüş üçün yanlarına göndərilməsini xahiş etdiyini, bir az sonra həmin əsgərin də onların olduqları yerə gəlincə ona və atasına yalan vədlər verərək işlədiyi yerdə vakant yerlər olması haqqında həqiqətə uyğun olmayan məlumatlar verərək yalançı sözlərlə həmin şəxsi aldadaraq gələcək planları üçün onu inandırdığını, Sadəddın Talıbovun da ona inanaraq oğlu Əlinin həmin orqana işə düzəldilməsi ilə bağlı ondan bu barədə xahiş etdiyini, Sadəddın Talıbovun ona inandığını görüb istifadə etdiyi mobil danışıq nömrəsini ona verdiyini, təxminən 3 gün sonra S.Ə.Talıbovla saat 19 radələrində Naxçıvan şəhərində yerləşən “Kafe 357” adlı çayxanada təklikdə görüşüb söhbət edən zaman onu aldadaraq yalandan oğlunu Naxçıvan DTX-nin Xüsusi təyinatlı dəstəsinə işə düzəldəcəyini lakin bir az vaxt alacağını, bu iş üçün müəyyən miqdarda pula ehtiyac olduğunu bildirərək müxtəlif vaxtlarda dələduzluq yolu ilə ümumiyyətlə S.Talıbovdan 9500 manat məbləğində pul alıb onu aldatdığını, ələ keçirdiyi həmin pulları öz şəxsi ehtiyacları üçün xərclədiyini, zərərçəkmiş şəxs məhrum Sadəddın Talıbova vurmuş olduğu maddi ziyanı tamami ilə oğlu Əliyə və ailəsinə tam olaraq ödədiyini, bundan başqa, 2010-cu ildən tanıdığı və yaxın dostluq münasibətində olduğu Qıvraq kənd sakini X22 ilə səmimi münasibətlərindən istifadə edib ona 2024-cü ilin may ayının əvvələrində zəng edərək qohumundan, tanışlardan, yaxınlarından ali təhsilli, sağlam, savadlı uşaqlar varsa onunla görüşməsini, işlədiyi orqanda işə düzəltməsi ilə bağlı onunla əlaqə saxlamasını dedikdə Elməddin Rzayevin də ona tam inanaraq onunla telefon əlaqəsi saxlayıb sinif yoldaşı Zərərçəkmiş şəxs1 övladı Hüseynin ali təhsilli olmasına baxmayaraq işsiz olmasını, iş axtarmasını ona bildirdiyindən bu barədə guya yalandan ona köməklik edəcəyini deyib Elməddini inandırdığını, onun da 07 may 2024-cü il tarixdə saat 22 radələrində Qıvraq qəsəbə sakini, sinif yoldaşı Zərərçəkmiş şəxs1 ilə görüşərək oğlunun DTX-də xidmətə qəbulla bağlı onunla danışıb Zərərçəkmiş şəxs1 razılığını aldıqdan sonra Elməddinin ona zəng edərək bu barədə onu məlumatlandırdığını, Zərərçəkmiş şəxs1 aldadaraq pulunu ələ keçirmək məqsədi ilə Elməddinə yalandan Zərərçəkmiş şəxs1 6000 manat pul verməsi müqabilində 01 sentyabr 2024-cü il tarixədək oğlunun DTX-də xidmətə qəbul etdirəcəyini bildirdiyini, sonradan Zərərçəkmiş şəxs1 özü ilə görüşərkən həmin vaxt Ə.Bəylərovun ona deyilən məbləğdə pulunun olmadığını bildirdikə ona belə fürsətin birdə ələ düşməyəcəyini, bir daha fikirləşməsini deyib onu yenidən aldatdığını, elə həmin gün təqribən saat 23 radələrində Zərərçəkmiş şəxs1la danışarkən onun cəmi 2000 manat məbləğində pul tapdığını bildirdikdə “ondan nə alsam qənimətdir” məqsədi ilə elə həmin gün onun yaşadığı Qıvraq qəsəbəsindəki evlərinə gedərək onunla görüşüb 2000 manat pulunu ondan götürərək səhərsi günü pulun qalan hissəsini də çatdırmasını dediyini, Zərərçəkmiş şəxs1 da onun dediyi yalanlara tam inanaraq 08 may 2024-cü il tarixdə axşam saatlarında Qıvraq qəsəbəsində yerləşən parkda onunla görüşərək qalmış 4000 manat məbləğində pulu ona verdiyini, sonradan Zərərçəkmiş şəxs1 əlavə pul almaq üçün onunla telefon əlaqəsi saxlayıb sonuncuya oğlunun xidmətə qəbul edilməsi ilə əlaqədar yuxarı rəhbərlikdən əlavə 1000 manat məbləğində pul istədiklərini dediyini, Z. Bəylərov da ona 1000 manat məbləğində pulu verdiyini, əlavə olaraq yalandan ondan yenə güya Bakı şəhərinə getmək üçün bilet pulu və sənədlər üçün 200 manat da istəyib kart nömrəsinə atmasını istədiyini, onun da həmin kart nömrəsinə 200 manat məbləğində pul atdığını, yenidən 2025-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs1 onun yalanlarına tam inandığını görüb onunla telefon əlaqəsi saxlayıb oğlunun hərbi–həkim komissiyasından keçirilib barəsində müsbət tibbi rəyin alınması üçün özünün vasitəsilə komissiya üzvlərinə çatdırılması üçün əlavə 500 manat məbləğində pul verilməli olduğunu dediyini, Zərərçəkmiş şəxs1 da həmin gün onun kart nömrəsinə 500 manat məbləğində pul köçürdüyünü, Zərərçəkmiş şəxs1 aldadaraq ondan ümumilikdə 7700 manat məbləğində pulu öz şəxsi ehtiyaclarına xərcləyərək oğlu Hüseynin xidmətə qəbul edilməsi ilə əlaqədar heç bir iş görmədiyini, Zərərçəkmiş şəxs1 vurmuş olduğu 7700 manat məbləğində maddi ziyanı tamami ilə ödədiyini, bundan başqa, digər zərərçəkmiş şəxs vətəndaş Zərərçəkmiş şəxs2 2010-cu ildən tanıdığı və yaxın dostluq münasibətində olduğu Qıvraq kənd sakini Elməddin Rzayev vasitəsilə tanıdığını, Elməddin Rzayevlə söhbət zamanı Zərərçəkmiş şəxs2 oğlu Asimanı hansısa orqana işə qəbul olunmasına köməklik etməsini dediyindən Elməddinə mobil nömrəsini ona verib “mənə zəng etsin” dediyini, 2024-cü ilin may ayının yadında qalmayan tarixində Zərərçəkmiş şəxs2 onun istifadəsində olan ***-***-**-** saylı mobil danışıq nömrəsinə zəng edib oğlu Asimanın DTX-də işə qəbul olunmaq istədiyini dediyini, həmin vaxt Zərərçəkmiş şəxs2 E.Rzayevə inandığını görüb sonuncunun pulunu ələ keçirmək məqsədi ilə yalandan ona müxtəlif vədlər verərək onu inandırıb 6500 manat məbləğində pul verməsi müqabilində ən geci 01 sentyabr 2024-cü il tarixədək Şahid4 DTX-nin Naxçıvan Baş İdarəsində xidmətə qəbul etdirə biləcəyini bildirdiyini, həmin söhbətdən bir neçə gün sonra saat 15 radələrində Zərərçəkmiş şəxs2 və oğlu Şahid4la “Kafe 357” adlı çayxanada görüşərək 6500 manat məbləğində pulu ondan alaraq ona narahat olmamasını, uşağının sentyabr ayının birindən işə çıxacağını və DTX-nın Naxçıvan İdarəsində asobist kimi işləyəcəyini dediyini, 2024-cü ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs2la telefon əlaqəsi yaradıb sonuncunu yenidən aldadıb pulunu ələ keçirmək məqsədilə guya oğlunun xidmətə qəbul edilməsi ilə əlaqədar bütün işlərin hazır olduğunu və şəxsi sənədlərinin rəhbərlik səviyyəsində yoxlanılması üçün əlavə 1000 manat məbləğində pul lazım olduğunu dediyini, Zərərçəkmiş şəxs2 isə onunla razılaşaraq həmin gün Naxçıvan şəhərində yerləşən “57 bazar” adlanan ərazidə öz avtomobilində 1000 manat məbləğində pulu ona verdiyini, 2024-cü ilin noyabr ayının ortalarında Zərərçəkmiş şəxs2 yenidən pul almaq qərarına gələrək və sonuncu ilə telefon əlaqəsi yaradıb ona oğlunun hərbi-həkim komissiyasından keçməli olduğunu, ona görə də barəsində müsbət rəy alınması üçün komissiyanın üzvlərinə verilməsi adı ilə əlavə olaraq 500 manat məbləğində pul verilməli olduğunu deyib sonuncunu inandıraraq ondan istifadəsində olan **********511845 bank kart nömrəsi vasitəsi ilə 500 manat məbləğində pulunu aldığını, 2024-cü ilin dekabr ayının əvvəllərində yenə Zərərçəkmiş şəxs2la telefon əlaqəsi yaradıb sonuncunu yenidən aldadaraq xidmətə qəbul prosesinin sona çatdığını və Şahid4la Bakı şəhərinə gedəcəyini deyib öz bank kart nömrəsinə 200 manat məbləğində pul köçürülməsini deyib onu aldadaraq yenə ondan 200 manat məbləğində pul aldığını, Zərərçəkmiş şəxs2 ümumilikdə oğlunun işə qəbulu ilə bağlı 8200 manat məbləğində pul aldığını, sonuncudan almış olduğu pulları öz şəxsi ehtiyaclarına xərclədiyini, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı tamami ilə ödədiyini, digər Zərərçəkmiş şəxs4 da dostu Elməddin Rzayevin vasitəsilə tanıdığını, Zərərçəkmiş şəxs4 2024-cü ilin iyun ayının əvvəllərində “WhatssApp” vasitəsilə onunla telefon əlaqəsi yaradıb Elməddin Rzayevin qohumu olduğunu deyərək oğlunu DTX-də xidmətə qəbul etdirmək istəməsini bildirdikdə ona yalandan guya Elməddinə bu barədə dediyini, DTX Naxçıvan Baş İdarəsində dörd boş yer olduğunu, yaxşı işçilər axtardıqlarını dedikdə Zərərçəkmiş şəxs4 oğlu Hafisin işsiz olmasından gileylənərək onun həmin xidmətə necə qəbul olunması soruşduqda ona 5000 min manata həll edəcəyini deyərək, “iş normalda altı aya düzəlir, mən sənin işini beş aya düzəldəcəm, bu telefon söhbəti deyil, gəl görüşək ətraflı danışaq” deyə cavab verdiyini, elə həmin gün saat 18 radələrində Zərərçəkmiş şəxs4la “Kafe 357” adlı çayxanada görüşüb aralarındakı söhbət zamanı sonuncuya yaxşı əlaqələrinin olduğunu deyib oğlu Hafisi DTX-də xidmətə qəbul etdirəcəyini bildirib onu inandırdığını, bir müddət sonra Zərərçəkmiş şəxs4 5000 manat məbləğində pulu nağd şəkildə ona verdiyini, növbəti gün səhər saatlarında yenə onu aldadaraq onunla telefon əlaqəsi yaradıb aralarındakı danışıq zamanı ona yalandan oğlunun şəxsi sənədlərində müəyyən problemlər olduğuna görə əlavə 2000 manat məbləğində pul lazım olduğunu deyib onu inandıraraq ondan kart vasitəsi ilə 2000 manat məbləğində pul aldığını, 2024-cü ilin dekabr ayının əvvəllərində yenə pula ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs4la telefon əlaqəsi yaradıb sonuncuya yenidən yalan danışıb guya oğlu Hafisin xidmətə qəbul edilməsi ilə əlaqədar hərbi-həkim komissiyasından keçməli olduğunu və buna görə təyyarə biletlərinə 170 manat məbləğində pul lazım olduğunu deyib ondan həmin məbləğdə pul aldığını, sonrakı müddətlərdə Zərərçəkmiş şəxs4 növbəti dəfə aldadaraq guya sonuncunun oğlunun xidmətə qəbul edilməsi ilə əlaqədar hərbi-həkim komissiyasından keçiriləcəyini deyib Şahid6 barəsində müsbət tibbi rəyin alınmasından ötrü Zərərçəkmiş şəxs4 bank kart nömrəsinə 1300 manat məbləğində pul köçürməsini istədiyini, Zərərçəkmiş şəxs4 isə ona inanaraq 2025-ci ilin yanvar ayının əvvəllərində hissə-hissə və hər dəfəsində 600 manat olmaqla onun bank kart nömrəsinə ümumilikdə 1200 manat məbləğində pul köçürdüyünü, ümumilikdə Zərərçəkmiş şəxs4 oğlunun DTX-də xidmətə qəbul edilməsi ilə əlaqədar sonuncudan 8370 manat məbləğində pul aldığını, aldığı pulları öz şəxsi ehtiyaclarına xərclədiyini, Zərərçəkmiş şəxs4 vurmuş olduğu maddi ziyanı tam olaraq ödədiyini, digər zərərçəkmiş şəxs həm də yaxın qohumu Zərərçəkmiş şəxs5 2024-cü ilin iyul ayında onunla telefon əlaqəsi saxlayıb X18 şəhərində yerləşən N nömrəli hərbi hissəsində xidmətə qəbul olunmaq istədiyini və bununla bağlı ona köməklik etməsini xahiş etdikdə ona sonra əlaqə saxlayacağını dediyini, bir neçə gün sonra Zərərçəkmiş şəxs5 pulunu ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5lə telefon əlaqəsi saxladıqda Zərərçəkmiş şəxs5 ona Daxili Qoşunlarda xidmətə qəbul olunmaq istədiyini bildirdikdə bu barədə ona köməklik edəcəyini deyərək onu inandırmaq üçün müvafiq şəxsi sənədlərin toplamasını tapşırdığını və ona aralarındakı qohumluq münasibətinə görə 4000 (dörd min) manat pul verməsi müqabilində qısa müddət ərzində onu xidmətə qəbul etdirəcəyini dediyini, sonuncudan almaq istədiyi pulu mərc oyunlarının hesablarına yatırtmaq və qalanlarını şəxsi ehtiyaclarına xərcləmək istədiyindən pulun həmin gün ona çatdırmasını tapşırdığını, Zərərçəkmiş şəxs5 də ona zəng edib xidmətə qəbulla əlaqədar cəmi 3000 (üç min) manat məbləğində pul verəcəyini dediyini, Zərərçəkmiş şəxs5 həmin 3000 (üç min) manat pulu verməyə ehtiyat etdiyini görüb həmin gün yaxın dostu Təqsirləndirilən şəxs2 ilə Naxçıvan şəhərində “Kafe 357” adlı çayxanada görüşərək qohumu Zərərçəkmiş şəxs5 xidmətə qəbul adı ilə pul istədiyini və həmin işlərdə ona köməklik göstərməsini xahiş etdiyini, danışıq zamanı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs5 istədiyi pulu ona verməkdə tərəddüd etdiyini bildirərək, telefonunun adlar qeyd edilən hissəsində Seyrunun adını “X19 rəisi” kimi yazıb Seyruna Zərərçəkmiş şəxs5lə görüşəcəyəni deyərək Zərərçəkmiş şəxs5 yanında ona zəng edərək, Təqsirləndirilən şəxs2 telefon danışığı zamanı guya Təqsirləndirilən şəxs2 X19 rəisi olduğunu və onun səs qeydində “Abbas müəllim bu işin qiyməti 7-8 mindi, sizin bacınız oğlu olduğuna görə üç minə düzəldərəm” deməsini tapşırdığını, Təqsirləndirilən şəxs2 da onun təklifi ilə razılaşaraq həmin gün saat 17 radələrində Zərərçəkmiş şəxs5lə Naxçıvan şəhəri, H.Əliyev prospektində yerləşən “Mərkəzi Aptekin” yanında təklikdə görüşərkən onu inandırıb onun pulunu ələ keçirmək üçün onun yanında telefonunun kontaktında əvvəlcədən yazmış olduğu “X19 rəisi” əslində isə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil danışıq nömrəsinə “WhatsApp” mobil tətbiq vasitəsilə zəng edib Təqsirləndirilən şəxs2 “Abbas müəllim bu işin qiyməti 7-8 mindi, sizin bacınız oğlu olduğuna görə üç minə düzəldərəm” sözlərini qısa formada dediyini, danışıq səsini eşidən Zərərçəkmiş şəxs5 3000 (üç min) manat məbləğində pulu çıxardıb sayaraq ona verdiyini, elə həmin gün Təqsirləndirilən şəxs2la görüşərək Zərərçəkmiş şəxs5 aldığı 3000 manat puldan 1000 manatını elektron mərc qumar oyunlarında oynaması üçün Təqsirləndirilən şəxs2 verdiyini, qalan pulu isə öz şəxsi ehtiyaclarına xərclədiyini, Zərərçəkmiş şəxs5 vurmuş olduğu 3000 (üç min) manat məbləğində maddi ziyanı tam olaraq ödədiyini, digər zərərçəkmiş şəxs vətəndaş Zərərçəkmiş şəxs6 2021-ci ildən “Cahan Ticarət” mərkəzində işlədiyindən onu yaxından tanıdığını, onunla tez-tez alışveriş etdiyindən onunla səmimi normal münasibətlərinin olduğunu, 17 noyabr 2024-cü il tarixdə saat 13 radələrində Rəfayılın işlədiyi mağazadan alış-veriş etmək üçün həmin ticarət mərkəzinə gedərkən orada ona ünsüyətdə olarkən ona müxtəlif orqanlarda yaxşı iş yerlərinin olduğunu, həmin yerlərə ali təhsilli adamlar axtardığını deyərək əsas məqsədinin onu aldadaraq onun müəyyən məbləğdə pulunu ələ keçirmək olduğunu, Zərərçəkmiş şəxs6 da ona inanaraq qardaşı oğlu Şahid7 onun vasitəsi ilə işə düzəltmək məqsədi ilə yanlarına çağırdığını və orada Şahid7 hal-hazırda Miqrasiya xidmətində işləyən tanışlarının olduğunu, tez lazım olan sənədlərin təcili çıxarılıb ona verilməsini, və bu işin qiymətinin 10 mindən çox olmasını, lakin onu 6 minə düzəldəcəyini deyərək onlardan bir az aralanaraq guya yalandan Miqrasiya xidmətində kiminləsə danışması görüntüsü yaradaraq onların yanına qayıdıb yalandan Miqrasiya Xidmətində işləyən tanışlarının biri ilə danışdığını və həmin şəxsin Ülvini xidmətə qəbul etməyə hazır olduğunu, ilkin olaraq 1500 manat istədiyini dediyini, 18 noyabr 2024-cü il tarixdə ilkin olaraq Rəfayil Əsgərovun mobil danışıq nömrəsinə zəng edərək ondan 1500 manat pulu özünə məxsus bank kart nömrəsinə göndərilməsini tapşırdığını, onun da həmin gün saat 11 radələrində onun kart nömrəsinə 1500 manat məbləğində pul köçürdüyünü, 26 noyabr 2024-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs6la telefon əlaqəsi yaradıb 1500 manat pulu da onun qardaşı oğlu Ülvi ilə Cahan Ticarət Mərkəzində görüşüb ondan götürdüyünü, 03 dekabr 2024-cü il tarixdə saat 15 radələrində Rəfayil Əsgərova zəng edərək əlavə 1000 manat pul istəyərək “kadrlar şöbəsinin rəisinə çatmalıdı” dediyini, elə həmin gün saat 16 radələrində Şahid7 ilə “Cahan” Ticarət Mərkəzindəki çayxanada görüşüb 1000 manat məbləğində pulu ondan aldığını, 10 dekabr 2024-cü il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs6la əlaqə yaradıb ondan əlavə olaraq yalandan işin düzəlməsi üçün yenə 1000 manat pul da istədiyini, onun da deyilən yalanlara inanaraq özünə məxsus həmin bank kart nömrəsinə 1000 manat məbləğində pul köçürdüyünü, sonrakı müddətlərdə Zərərçəkmiş şəxs6 telefon zənglərinə cavab verməyərək onlardan aldığı pulların az bir hissəsini qumar oyunlarına sərmayə etməsi üçün Təqsirləndirilən şəxs2 verdiyini, qalan hissəsini isə öz ehtiyacları üçün xərclədiyini, bir müddət sonra yenə pula ehtiyacı olduğu üçün 05 mart 2025-ci il tarixdə Zərərçəkmiş şəxs6la telefon əlaqəsi saxlayıb sonuncuya yalan danışaraq Ülvinin xidmətə qəbulu ilə bağlı bütün proseslərin artıq yekunlaşdığını, tibbi yoxlanışdan keçib müsbət tibb rəyin alınması üçün həkimlərin 500 manat pul istədiklərini dediyini, Zərərçəkmiş şəxs6 da yenə ona inanaraq həmin gün onun kart nömrəsinə 500 manat pul köçürdüyünü, 13 may 2024-cü il tarixdə pula ehtiyacı olduğundan Zərərçəkmiş şəxs6 aldadıb pulunu ələ keçirmək məqsədilə yenə Rəfayıl ilə telefon əlaqəsi yaradıb sonuncuya “Ülvinin əmri verilib, o qəbula getməlidi, qəbulda forma ilə olmalıdı, təcili karta 462 manat pul atırsan, onun forması alınır, gəlib məndən götürüb qəbula gedər, Allah xeyrini versin” deyə bildirdiyini, Zərərçəkmiş şəxs6 da ona inanıb həmin gün bank kart nömrəsinə onun istədiyi 462 manat pulu göndərdiyini, sonra Zərərçəkmiş şəxs6la yenidən əlaqə saxlayıb həmin məsələyə görə əlavə olaraq 200 manat da məbləğində pulun lazım olduğunu deyərək həmin pulun bank kart nömrəsinə göndərməsini bildirdiyini, Zərərçəkmiş şəxs6 da axşam saatlarında onun bank kart nömrəsinə 200 manat məbləğində pul köçürdüyünü, 28 may 2025-ci il tarixdə Naxçıvan şəhərində yerləşən “Nəqşi Cahan” restoranında təsadüfən Zərərçəkmiş şəxs6la rastlaşdıqda Zərərçəkmiş şəxs6 qohumunun xidmətə qəbulu prosesinin nəticəsi ilə maraqlandıqda ona bir qədər sonra məlumat verəcəyini deyib restorandakı otağa gedib telefonda Təqsirləndirilən şəxs2 mobil danışıq nömrəsini “Miqrasiya müəllim” kimi qeyd edib ona zəng edərək “Rəfayıl var idi, o qardaşı oğlunun Miqrasiya Xidmətində işə düzəltmək adı ilə pul almışdım e, o burdadı, yanında zəng edəcəm deyərsən ki, bir-iki günə o namizədin məsələsi həll olunacaq bazar ertəsi yüz faiz əmri veriləcək, birinci gün o uşağın əmri veriləcək, şirinlik verərsən də yəqin, 300 manat şirinlik verərsən” sözlərini deməsini bildirdiyini, sonra yenidən Zərərçəkmiş şəxs6 yanına qayıdaraq onun yanında “Miqrasiya müəllim” kimi yazdığı şəxsə, yəni Təqsirləndirilən şəxs2 zəng edərək Təqsirləndirilən şəxs2 danışdıqları kimi Seyidovun ona “bir-iki günə o namizədin məsələsi həll olunacaq, bazar ertəsi yüz faiz əmri veriləcək, birinci gün o uşağın əmri veriləcək, şirinlik verərsən də yəqin, 300 manat şirinlik verərsən” sözlərini bildirdiyini, Zərərçəkmiş şəxs6 da sevinərək onun bank kart nömrəsinə yenə 300 manat məbləğində pul köçürdüyünü, ümumilkdə Zərərçəkmiş şəxs6 6462 manat məbləğində pulun bir qismini də həmin vaxt dost münasibətində olduqları Seyruna verərək onunla birlikdə vətəndaş Zərərçəkmiş şəxs6 ələ keçirdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs6 xeyrinə heç bir iş görmədiyini, hələlik onun 6462 manat pulunu ödəyə bilmədiyini, gələcəkdə özünə düşən həmin pulların son məbləğinə qədər ödəyəcəyinə də söz verdiyini, digər Zərərçəkmiş şəxs7 sinif yoldaşı Şahid3 vasitəsi ilə tanıdığını, belə ki, 2024-cü ilin dekabr ayının əvvəllərində saat 15 radələrində “Kafe 357” adlı çayxanada olarkən sinif yoldaşı Şahid3 ilə görüşərkən ona işlədiyi orqanda işləmək üçün yaxşı idmançı, ali təhsilli kadr axtardığını, əgər elə tanıdığı biri varsa uyğun kadr olmaqla gələcəkdə iş barədə köməkliyi dəyəcəyini dediyini, Şahid3 ona əmisi nəvəsi Şahid2 işsiz olduğunu, ona iş axtardıqlarını dedikdə Nızami Binyətlini yanlarına çağırmasını istədiyini, təxminən 15-20 dəqiqədən sonra Şahid2 kafeyə gəldikdə onunla yalançıq bir qədər sorğusual etdikdən sonra ondan atası Zərərçəkmiş şəxs7 mobil telefon nömrəsini alıb onun atası ilə danışaraq onu kafeyə dəvət etdiyini, bir az sonra Zərərçəkmiş şəxs7 oraya gəldikdə onunla təklikdə görüşərək onu aldadıb pulunu ələ keçirmək üçün Qələndərə “müəllim oğlunuzla danışdım, oğlunuz həm idmançıdı, həm də ki, tərbiyəli uşaqdı. Sorğusual elədim, tam bizə uyğun kadrdı, biz ildə bir dəfə kadr təklifi verməliyik, mən də təsadüfən Sarvanla söhbət elədim. Sarvan da Nizaminin adını verdi. İnşallah Nizamiyə dedim, gəlsin hazırlaşsın, sənədləri gətirsin versin mən sənədləri aparıb təqdim edəcəm, ondan sonra araşdıracaqlar. Bakıya tibb yoxlanışına göndərəcəklər, oradan gələndən sonra DTX-nin Naxçıvan Baş İdarəsinə işə qəbul olunacaq, maaşı da olacaq 2000-2500 arası, ondan sonra bir illik kurs üçün Bakıya göndəriləcək, həm işləyəcək, həm də ki oxuyacaq” deyə bildirdiyini, Zərərçəkmiş şəxs7 da bununla bağlı ona minnətdarlıq etdikdə o, sonuncuya “müəllim bilirsən də, bunun şirinliyi olmalıdı da 8000 manat verməniz müqabilində oğlunuzu xidmətə qəbul etdirəcəyəm” dediyini, onun isə maddi vəziyyəti yaxşı olmadığına görə həmin pulu verə bilməyəcəyini dediyini, sonradan Şahid3la telefon əlaqəsi saxlayıb “Nizaminin xahişini rəhbərlikdən etmişəm, xidmətə qəbulunun razılığını almışam, 7000 manata həll eləyərəm, imkanı yoxdursa yarısını indi versin, yarısını əmri veriləndən sonra verər” deyə bildirdiyini, Şahid3 bir müddət sonra onunla telefon əlaqəsi saxlayıb onun yalanlarına inanaraq həmin pulu hissə-hissə olmaqla verməyə razı olduğundan həmin pulun 1000 manatını həmin gün Naxçıvan şəhərində yerləşən “X42”nin yanında görüşüb onlardan aldığını, təxminən 2-3 gün sonra “WhatssApp” vasitəsilə Zərərçəkmiş şəxs7la əlaqə yaradıb kadrlara verilməsi üçün 1000 manat pul istəyərək kartına atmasını dediyini, elə həmin gün Zərərçəkmiş şəxs7 da onun bank kart nömrəsinə 1000 manat məbləğində pul köçürdüyünü, təxminən on gün sonra Zərərçəkmiş şəxs7la yenidən əlaqə yaradıb onu aldadıb oğlunun işi ilə ələqadar DTX əməkdaşı ilə görüşdüyünü deyərək 2000 manat məbləğində pulun özünə məxsus bank kart nömrəsinə köçürülməsini istədiyni, Zərərçəkmiş şəxs7 da həmin gün 2000 manat məbləğində pulu həmin bank kart nömrəsinə köçürdüyünü, 2024-cü ilin dekabr ayının sonlarında WhatssApp” vasitəsilə Zərərçəkmiş şəxs7la əlaqə yaradaraq ona oğlunun xidmətə qəbulu ilə bağlı bütün məsələlərin yekunlaşdığını, uşağın hərbi-həkim komissiyasından keçməli olduğunu təyyarə biletlərinə və barəsində müsbət tibb rəy alınması üçün komissiyanın üzvlərinə çatdırılması üçün əlavə 2120 manat pul verməli olduğunu bildirdiyini, Zərərçəkmiş şəxs7 isə maddi vəziyyətinin yaxşı olmamasını bildirib həmin məbləği verə bilməyəcəyini ona bildirdiyindən Təqsirləndirilən şəxs2 ona bu işdə köməklik edəcəyini düşünüb əvvəlcədən onunla razılaşdıqları kimi onun istifadəsində olan mobil danışıq nömrəsinə Q.Bünyətova göndərilməsi üçün “Salam Abbas müəllim, necəsiz, nətərsiz, Abbas müəllim bu gün saat beşə kimi o X8 var e, onun sənədlərini, 2000 manat pulu göndərin təcili Bakıya, yanvarın səkkizi- onu arası gəlməlidi komissiyaya yaxşı, yaddan çıxmasın bu gün təcili göndərin ki, sənədlər hazırlansın” məzmununda mətn mesajı göndərdiyini, ardınca isə Təqsirləndirilən şəxs2 zəng edib həmin mətn mesajını səs mesajı kimi özünə göndərməsini bildirdiyini, Təqsirləndirilən şəxs2 isə onunla bu işlərdə ortaq olduğundan onun dediklərini icra etdiyini, özü isə həmişə olduğu kimi, Təqsirləndirilən şəxs2 səs mesajını WhatssApp tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs7 yönəltdiyini, Zərərçəkmiş şəxs7 isə dərhal inanıb 30 dekabr 2024-cü il tarixdə onun bank kart nömrəsinə əlavə olaraq 2000 və 120 manat olmaqla 2120 manat məbləğində pul atdığını, ümumilikdə Zərərçəkmiş şəxs7 oğlunun DTX-də xidmətə qəbul etdirəcəyi vədi ilə onu aldadaraq ondan 6120 manat məbləğində pul aldığını, aldığı pulların bir qismini, yarısını elektron mərc, qumar oyunlarının hesablarına sərmayə etməsi üçün nağd və köçürmə yolu ilə onunla dostluq əlaqəsi saxladığı Təqsirləndirilən şəxs2 verdiyini, qalan pulları isə öz şəxsi ehtiyaclarına xərclədiyini, Zərərçəkmiş şəxs7 vurmuş olduqları 6120 manat məbləğində maddi ziyanı hələlik imkanı olmadığından öz üzərinə düşəni ödəyə bilmədiyini, həmin pulları Təqsirləndirilən şəxs2 ilə birlikdə xərclədiklərini, qumar oyunlarına qoyduqlarını, indi də Təqsirləndirilən şəxs2 vətəndaş Zərərçəkmiş şəxs7 dələduzluq yolu ilə ələ keçirdikləri pulları onunla birlikdə və onun köməkliyi ilə həyata keçirsə də həmin pulların ödənilməsində onun yaxına gəlmədiyini, ona heç bir köməklik etmək istəmədiyini, bütün planları onunla birlikdə qurduqlarını, gələcəkdə özünə düşən həmin pulların son məbləğinə qədər ödəyəcəyinə də söz verdiyini, bundan başqa, digər zərərçəkmiş şəxs vətəndaş Zərərçəkmiş şəxs3 əvvəllər tanımadığını və onunla heç bir münasibəti olmadığını, 18 may 2024-cü il tarixdə saat 12 radələrində Naxçıvan şəhərində yerləşən “Atəşgah Sığorta” şirkətində olarkən əvvəllər görüb tanımadığı bir şəxslə qarşılaşdığını, həmin şəxslə, yəni Zərərçəkmiş şəxs3lə görüşüb söhbətləşdikdən sonra həmin şəxsin ali təhsilli və işsiz olduğunu öyrəndikdən sonra ona özü ilə bağlı müəyyən məlumatları verib ondan DTX-də işləmək istəyinin olub-olmaması ilə maraqlandıqda Zərərçəkmiş şəxs3 onun təklifinə müsbət yanaşaraq özü haqqında müəyyən məlumat verdikdən sonra ona DTX-da yaxşı əlaqələrinin olduğunu, həmin orqanda işə düzəldə biləcəyini dediyini, həmin vaxt Zərərçəkmiş şəxs3 ona ürəkdən inandığını görüb ondan istifadə etmək qərarına gəldiyini, belə ki, mobil danışıq nömrəsini ona verib bir müddət sonra onunla Naxçıvan şəhərində, xatırlamadığı restoranların birində təklikdə görüşərək ona bunların hamısının xərci olduğunu, sənədlərini yoxlanması üçün, özünün yoxlamadan keçməsi üçün və digər məsələlər üçün 5000 manata gücünün çatıb-çatmamasını, sonralar yenə əlavə pula ehtiyac olacağını dedikdə onun da razılaşdığını, sonra Zərərçəkmiş şəxs3 həmin gün saat 19 radələrində onunla telefon əlaqəsi yaradıb DTX-nin Naxçıvan Baş İdarəsinin yerləşdiyi inzibati binanın qarşısında təklikdə görüşüb gətirdiyi 5000 manat pulu ona verdiyini, orada ona “bax a Uğur bu iş elə-belə iş deyil, sənin qabaqda nə qədər işlərin var, sənin akademiya məsələni həll eləməliyik, idmanını həll eləməliyik, çox işimiz var, sənə nə pul desəm gətir çatdır ki, sənin məsələni həll eləyək qurtarsın, özüm şəxsən həll eləyəcəm” deyə bildirdiyini, bundan sonra müxtəlif vaxtlarda ondan onu aldadaraq ondan cəmi 29550 manat məbləğındə pul aldığını, Uğurun ibtidaii istintaq zamanı izahatında göstərdiyi 44900 manat rəqəmin, məhkəmə istintaqında isə göstərdiyi 39900 manatın da şişirdilmiş rəqəm olduğunu, öz üzərinə düşənı qaytaracağını, pulların nənəsinin əli ilə verildiyini ondan bir o, qədər pul almadığını, alınmış olduğu həmin pulları müxtəlif bəhanə və yalanlarla aldığını, ödəmədiyini, bu barədə Uğurun nənəsinin də yalan danışdığını, Uğurun onun dediyi ilə oturub durduğunu, sərbəst hərəkət etmədiyini, ondan nağdı nə qədər pul aldığını xatırlamadığını, digər məbləğdə pulları isə Uğurun onun və Seyrunun kart hesabına müxtəlif vaxtlarda atdığını, dəqiq həmin rəqəmləri xatırlamadığını, borclu olduğu şəxslərlə bağlı müdafiəçisi vasitəsi ilə də müəyyən işlər aparıldığını, hələlik elə bir razılığın əldə edilmədiyini, həmin məbləğlərin də onun üçün elə də böyük məbləğ olmadığını, Zərərçəkmiş şəxs3 və ondan başqa bir neçə başqa şəxsi Təqsirləndirilən şəxs2 vasitəsi ilə, birlikdə müxtəlif bəhanələrlə aldadaraq aldığını, həmin vaxt Təqsirləndirilən şəxs2la yaxın dostluq münasibətində olduğunu həmin şəxslərdən təqribən dördünün aldadılmasında onun yaxından xidmətindən istifadə etdiyini, belə ki, həmin aldatdığı şəxslərə guya V.Seyidovun haralardasa yüksək vəzifələrdə xidmət etdiyini və bu işlərdə onun köməkliyinə ehtiyac duyulduğunu, V.Seyidovun da hər dəfə onun işinə yaradığını, yalanlarının nəticə verdiyini, həmin şəxslərdən istədikləri pulları rahatlıqla aldıqlarını, hər dəfə dostluq əlaqəsi saxladığı Təqsirləndirilən şəxs2 da müxtəlif miqdarda pul verdiyini, demək olar ki, pulların bir qisminin onun kartına atıldığını, dəfələrlə marketlərdən onun evinə bazarlıq da etdiyini, mərc qumar oyunlarında onunla birlikdə oynadıqlarını, mərc oyunlarında udduqlarının da uduzduqlarının da olduğunu, artıq onunla dostluq münasıbətlərinin olmadığını, həbsdə olduğu müddətdə Seyrunun bir dəfə də olsun onunla maraqlanmadığını, bir dəfə də yanına gəlmədiyini, bu səbəbdən də ondan incidiyini, zərərçəkmiş şəxslərdən aldadaraq aldığı həmin məbləğdə pulları əgər buraxılarsa, azadlıqda qalarsa öz üzərinə düşənləri tamami ilə ödəməyə hazır olduğunu, Seyrunla həmin pulları bir yerdə xərclədilklərini, bir yerdə yeyib içdiklərini, əgər Seyrunun yaxın gələrsə Uğura və digərlərinə dəyən ziyanı ödəmək istədiyini, bu işin axırının əvvəlcədən yaxşı qurtarmayacağını bildiyini, nə vaxtsa da həmin Seyrunla yeyib-içdikləri, qumara qoyduqları pulları qaytarmağın hesabı olduğunu, artıq içəridə olduğu vaxtlar dönədönə bunları fikirləşsə də artıq gec olduğunu, öz payına düşəni gələcəkdə mütləq qaytaracağını, törətdiyi əməldən peşman olduğunu, hər bir zərərçəkmiş şəxslərdən üzr istədiyini göstərdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə əvvəlcə özünü təqsirli bilməsə də məhkəmə istintaqının sonraki proseslərində özünü tam təqsirli bilərək ifadəsində hal-hazırda heç bir yerdə işləmədiyini, Təqsirləndirilən şəxs1 2015-ci ildən tanıdığını, onunla aralarında yaxın dostluq münasibətlərinin olduğunu, ara-bir elektron mərc, qumar oyunlarının istifadəçisi olduğunu, özünə məxsus "xxxx" ASC-yə aid **********765131 bank kart nömrəsindən həmin oyunların hesablarına pullar da qoyduğunu, 2024-cü ilin iyul ayının sonlarında Naxçıvan şəhərində yerləşən “Kafe 357” adlı çayxanada Təqsirləndirilən şəxs1la görüşərkən sonuncu ona elektron mərc oyunlarının hesabına çoxlu miqdarda pul qazanmaq istədiyini dediyini, bundan sonra isə söhbətinə davam edib ona işə düzəltmək adı ilə ayrı-ayrı şəxslərdən pul alıb həmin pulları onun adına açılmış oyun hesablarına pul qoyub pul qazanmaq istədiyini və özünə həmin işlərdə köməklik etməsini təklif etdiyini, Təqsirləndirilən şəxs1 ona vətəndaşların pulunu hansı məqsədlə ələ keçirmək fikrinin ona deməyərək, savadsız olduğundan onun məqsədlərini düşünməyərək və onunla yaxın dostluq əlaqəsində olduğundan onun dediklərinə etraz etmədiyini, Təqsirləndirilən şəxs1 onu kimlərəsə DTX-nin vəzifəli şəxsi kimi təqdim edəcəyini, mobil telefonunun adlar siyahısında adını DTX işçisi kimi qeyd edərək özünə əvvəlcədən dediyi məzmunda səs mesajları yazıb göndərəcəyini, lazım olarsa vətəndaşlarla görüşdürəcəyini və hər şeyi özü təşkil edəcəyini bildirdiyini, Təqsirləndirilən şəxs1la aralarında olan dostluq münasibətinə, ona olan inamına görə Abbasın təklifi ilə razılaşıb ona da həmin işlərdə köməklik göstərəcəyini bildirdiyini, təqribən 2024-cü il iyul ayının sonlarında günorta saatlarında Təqsirləndirilən şəxs1la “Kafe 357” adlı çayxanada görüşdüyü zaman Təqsirləndirilən şəxs1la ona qohumu Zərərçəkmiş şəxs5 X18 şəhərində yerləşən hərbi hissəsində xidmətə qəbul adı ilə ondan 3000 manat pul almaq istədiyini deyərək onu təlimatlandırıb ona “Məhəmmədə demişəm ki, 3000 manat pul ver, səni orda xidmətə düzəldim, pul vermək istəmir, onun birtəhər pulunu almaq istəyirəm, mənə həmin işdə sənin köməyin lazımdı, həm də ki, pulunu alıb oyunlara yükləmək istəyirəm” deyə bildirib ona “kontaktda sənin adını X19 rəisi kimi yazacam onun yanında sənə zəng edəcəm, mikrofon rejimində qoyacam həmin vaxt telefonda deyərsən ki Abbas müəllim bu işin qiyməti 7-8 mindi, sizin bacınız oğlu olduğuna görə üç minə düzəldərəm” deməsini tapşırdığını, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs5lə Naxçıvan şəhərində görüşərkən əvvəlcədən razılaşdıqları kimi, Təqsirləndirilən şəxs1 ona zəng edərək qabaqcadan Zərərçəkmiş şəxs5 yanında olduğunu deyib onunla rəsmi danışmağa başladığını, daha sonra o, danışıq zamanı Təqsirləndirilən şəxs1 razılaşdıqları kimi, “Abbas müəllim bu işin qiyməti yeddi-səkkiz mindi, sizin bacınız oğlu olduğuna görə mən həmin uşağın məsələsini 3 minə düzəldərəm” sözlərini dediyini, elə həmin gün bir neçə saatdan sonra Təqsirləndirilən şəxs1la görüşərək onunla birlikdə mərc oyunlarına sərmayə qoyulan yerə gedərək Təqsirləndirilən şəxs1 orada mərc oynu oynadığını, lakin bu işə görə ondan heç vaxt pul almadığını, onun da heç vaxt ona pul vermədiyini, Zərərçəkmiş şəxs5 üzbəüz tanımadığını, onunla hər hansı bir əlaqəsinin də olmadığını, sadəcə yaxın münasibətdə olduğu Təqsirləndirilən şəxs1 dediklərini icra etsə də Abbasın pul işlərinə qarışmadığını, Abbasın bütün pulları çox vaxt onun yanında mərc oyunlarına qoyduğunu, ona isə həmin pullardan bir qəpik də olsun vermədiyini, digər Zərərçəkmiş şəxs3 da əvəllər tanımadığını, onunla heç bir münasibəti və hər hansı bir yaxın təmaslarının olmadığını, bir-iki dəfə Abbasın yanında çayçıda olarkən onu gördüyünü, iş barəsində olmasa da elə belə onunla söhbət etdiyini, oradan da tanıdığını, Təqsirləndirilən şəxs1 hələ 2024-cü ilin yay aylarında ona vətəndaş Zərərçəkmiş şəxs3 DTX-də xidmətə qəbul etdirməsi adı ilə ona yalan vədlər verərək ondan pul aldığını bildirsə də, Zərərçəkmiş şəxs3 nə qədər pul alması haqqında heç bir məlumatının olmadığını, Təqsirləndirilən şəxs1 2024-cü ilin oktyabr ayının sonlarında onun mobil danışıq nömrəsinə zəng edib WhatssApp tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs3 yönləndirib onun 1000 manat pulunu ələ keçirməsi üçün “Seyid bu Uğurla danışıram ondan 1000 manat pul almaq istəyirəm, sən mənə səs at ki, Abbas müəllim bir şey ki siz özünüz gedirsiniz də Bakıya, pulu aparın orda idman rəisinə tapşırmışıq, demişik, özləri bilir nədir, nə deyil, ad familyanı ver get orada həll elə, pulu ver demişəm orda həll elə bitsin” məzmununda mətn mesajı göndərdiyini, ardınca ona həmin mətn mesajını səs mesajı kimi özünə göndərməsini dediyini, tapşırığa uyğun olaraq həmin mətn mesajı eyni qaydada ona göndərdiyini, bir müddət keçdikdən sonra özünə məxsus "xxxx" ASC-nə aid **********765131 bank kart nömrəsinə 1000 manat məbləğində pul köçürüldüyündən bu barədə Təqsirləndirilən şəxs1 məlumat verdiyini, həmin gün “Kafe 357” adlı kafedə sonuncu ilə görüşərkən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 tərəfindən onun bank kart nömrəsinə köçürülmüş 1000 manat məbləğində puldan 860 manat pulu köçürmə yolu ilə öz kartına göndərdiyini, 140 manatını isə özünün mərc qumar oyunlarına sərmayə qoyduğunu və qumar oynaması üçün ona pul vermədiyini, əlavə olaraq Zərərçəkmiş şəxs3 05 noyabr 2024-cü il tarixdə onun həmin bank kart nömrəsinə 3000 manat məbləğində pul köçürdüyünü, elə həmin gün Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 5000 manat məbləğində pul almaq üçün ona WhatssApp tətbiqi vasitəsilə “Abbas müəllim axşamın xeyir, Abbas müəllim mən aparıram üç mini verəm, o üç minə razılaşmır, deyir ki, beş min verəssən, üç min mümkün deyil, indi mən yoldayam, şofer zəng eləmişdi. Sən iki mini tez at, mən aparım pulu verim, işi həll eləyək, 6-cı günü də pulu məndən götürün, 6-cı gün pulu qaytaracam, sən tez pulu mənə at ki, məsələni həll eləyək tay işi yubatmayaq” mətn mesajı göndərib həmin mesajı səs mesajı kimi özünə göndərməsini bildirmişdir. O, da həmin gün dərhal Təqsirləndirilən şəxs1 yazdığı mətn mesajını mobil tətbiq vasitəsilə səs mesajı kimi Təqsirləndirilən şəxs1 göndərdiyini, bir saat sonra onun bank kart nömrəsinə 2000 manat məbləğində pul köçürüldüyünü, Təqsirləndirilən şəxs1 onun bank kart nömrəsinə köçürülmüş cəmi 5000 manat məbləğində puldan 120 manatını mərc, qumar oyunlarına sərmayə etməsi üçün onun bank kart nömrəsinə göndərsə də sonradan yenə həmin pulu özünün şəxsən mərc oyunlarına qoyaraq oynadığını, ona vermədiyini, əlavə olaraq Təqsirləndirilən şəxs1 2024-cü ilin dekabr ayında onunla görüşüb Zərərçəkmiş şəxs3 əlavə 2000 manat məbləğində pulunu almaq üçün onun adını telefonun adlar siyahısında “Mehkeme” kimi yazacağını bildirib “Abbas müəllim vallah danışdım 2000 manat pul deyir. Sənədi o şəkildə göndərmək istəyirsənsə deyim get görüş ver həll eləsin. 6-da adam işdən çıxacaq o vaxta kimi görüş” mətn mesajını “WhatssApp” tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs3 yönləndirməsi üçün özünə göndərməsini dediyindən həmin mətn mesajını olduğu kimi yazıb Təqsirləndirilən şəxs1 göndərdiyini, və dekabr ayının sonlarında Zərərçəkmiş şəxs3 tərəfindən bank kart nömrəsinə 2000 manat məbləğində pul köçürüldüyündən həmin 2000 manat pulu Təqsirləndirilən şəxs1 verdiyini, Novruzovun da ona həmin puldan heç nə qaytarmadığını, yadında qaldığı 2024-cü ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 aldadıb yenidən pul almaq üçün əvvəlcədən onunla görüşüb telefonunda adını “Kamal DTX” kimi yazaraq ona “formalar uzağı yanvarın 4-5-i Naxçıvanda olacaq” məzmununda mətn mesajı yazıb özünə göndərməsini bildirdiyindən o da Təqsirləndirilən şəxs1 tapşırığına uyğun olaraq həmin mətn mesajını Təqsirləndirilən şəxs1 göndərdiyini, sonra Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 bank kart nömrəsinə 1650 manat məbləğində pul köçürməsini eşitdiyini, həmin puldan da ona verilmədiyini, həmçinin, Təqsirləndirilən şəxs1 2025-ci ilin yanvar ayında onunla görüşüb Zərərçəkmiş şəxs3 yeni üsulla pulunu ələ keçirmək üçün telefonunda onun adını “Kamran DTX” kimi qeyd etdiyini və ona “Abbas müəllim Anar müəllimə dedim siz mənim başıma vallah oyun açırsız, 2500 manat deyir. At pulu aparım verim, xatanızı çəkin məndən” məzmununda mətn mesajı yazmasını tapşırdığından o da öz növbəsində Təqsirləndirilən şəxs1 dediyi kimi həmin mətn mesajını yazaraq ona göndərdiyini, ümumiyyətlə Üğurun müxtəlif vaxtlarda onun kartına yadında qalmayan miqdarda pullar atdığını, Abbasın pulları yalnız onun yanında mərc oyunlarına, qumara qoyduğunu, əksər pullarını da mərc oyunlarında qumar oynayaraq uduzduğunu, lakin bəzi mesajların və səs yazılarının da ona aid olduğunu, digər zərərçəkmiş şəxs vətəndaş Zərərçəkmiş şəxs7 da tanımadığını, həmin şəxsə aid məlumatları Təqsirləndirilən şəxs1 eşitdiyini, belə ki, 2024-cü ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs1la görüşləri zamanı ona yalandan güya Zərərçəkmiş şəxs7 oğlu Şahid2 6000 manat pul verməsi müqabilində DTX-də xidmətə qəbul etdirəcəyi ilə bağlı aralarında danışıq olması ilə bağlı məlumat verərək 2024-cü ilin dekabr ayının sonlarında “WhatssApp” mobil proqram təminatı vasitəsilə istifadəsində olan mobil danışıq nömrəsindən onun istifadəsində olan mobil danışıq nömrəsinə “Salam Abbas müəllim, necəsiz, nətərsiz, Abbas müəllim bu gün saat beşə kimi o X8 var e, onun sənədlərini 2000 manat pulu göndərin təcili Bakıya, yanvarın səkkizi, onu arası gəlməlidi komissiyaya yaxşı, yaddan çıxmasın bu gün təcili göndərin ki, sənədlər hazırlansın” deyə məzmununda mətn mesajı göndərdiyini, ardınca isə ona zəng edərək yazdığı mətn mesajını Zərərçəkmiş şəxs7 yönləndirib ondan pul almaq üçün səs mesajı kimi özünə göndərməsini tapşırdığını, tapşırığa uyğun olaraq həmin mətn mesajını olduğu kimi səsləndirib səs mesajı formasında “WhatssApp” tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs1 göndərrdiyini, digər zərərçəkmiş şəxs vətəndaş Zərərçəkmiş şəxs6 da tanımadığını, Təqsirləndirilən şəxs1la görüşən zaman Zərərçəkmiş şəxs6 qardaşı oğlu Şahid7 Naxçıvan MR-nın Dövlət Miqrasiya Xidmətində işə düzəltmək adı ilə 5000 manat məbləğində pul alması ilə bağlı məlumatı olduğunu, 2025-ci ilin may ayının sonlarında Təqsirləndirilən şəxs1 “WhatssApp” vasitəsilə ona zəng edərək “Seyid, o Rəfayıl var idi e, sənə demişdim mən burda Nəqşi Cahanda oturmuşam. Təsadüfən burda onla rastlaşdım, hələ də elə bilir ki, uşağın işi düzəlir, sənin adını Miqrasiyada işləyən Elnur kimi yazacam telefonda çıxıb indi həyətdə onunla görüşəcəm. Onun yanında sənə zəng edəcəm və deyəcəm ki, sən Elnur müəllimsən, mikrofona qoyacam. Həmin vaxt ona deyərsən ki, salam Abbas müəllim bir-iki günə o namizədin məsələsi həll olunacaq, bazar ertəsi yüz faiz əmri veriləcək, birinci gün o uşağın əmri veriləcək, 300 manat şirinlik verərsən də yəqin. Denən görək nə olur. İtirmə ha özünü” deyə bildirdiyini, təqribən bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs1 ona WhatssApp vasitəsilə yenidən zəng edib Zərərçəkmiş şəxs6 salamlayıb Təqsirləndirilən şəxs1 əvvəlcədən dediyi kimi Zərərçəkmiş şəxs6 “bir-iki günə o namizədin məsələsi həll olunacaq, bazar ertəsi yüz faiz əmri veriləcək, birinci gün o uşağın əmri veriləcək, 300 manat şirinlik verərsən də yəqin” deyə bildirib onunla sağollaşdığını, Təqsirləndirilən şəxs1 həmin pullardan ona bir manat da olsa nağdı vermədiyini, yalnız onun yanında mərc oyunlarına qoyduğunu, əksər pullarını da mərc oyunlarında uduzduğunu, onun qanunsuz əməllərindən xəbərdar olduğunu, lakin Abbasın bir neçə dəfə onun evləri üçün alış-veriş və bazarlıq etdiyini, bir neçə dəfə də müalicəsi üçün ona müəyyən miqdarda pul verdiyini, mesajların və səs yazılarının da şəxsən özünə aid olduğunu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6 özünə münasibətdə dəymiş ziyanı tamami ilə ödədiyini, zərərçəkmiş şəxslərdən üzr istədiyini, törətdiyi əmələ görə peşman olduğunu göstərdi, Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş vətəndaş Zərərçəkmiş şəxs1 ifadəsində Təqsirləndirilən şəxs1 Kəngərli rayonu Qıvraq qəsəbə sakini X22 vasitəsilə tanıdığını, Elməddin Rzayev 07 may 2024-cü il tarixdə saat 18 radələrində ona zəng edərək DTX-nin Naxçıvan Baş İdarəsində xidmət edən Təqsirləndirilən şəxs1 ilə yaxşı münasibətlərinin olduğunu deyib həmin şəxsin güya onun xidmət etdiyi yerdə boş iş yerinin yaranması və əsasən ali təhsilli kadrların axtarılması ilə bağlı məlumat verdiyini bildirdikdə oğlu Hüseyinə iş axtardığından belə fürsətin bir də ələ düşməyəcəyini fikirləşərək Elməddin Rzayev vasitəsi ilə Təqsirləndirilən şəxs1la görüşüb tanış olduqlarını, görüş zamanı Təqsirləndirilən şəxs1 oğlunun ali təhsili haqqında məlumatları öyrəndikdən sonra ona yalan vədlər verərək guya savadlı adamlar axtardığını deyərək və yalanlar danışaraq onu tamami ilə inandırdığını, oğlunun işinin 6 aya düzələcəyini, təqribən 2000 manat maaş alacağını, kursa gedib-gələndən sonra ilbəil maaşının artacağını, bu işin qiymətinin təqribən 13-14 min manat olduğunu, lakin guya ona görə altı minə düzələcəyini deyib yenə tam əminliklə onu inandırdığını, həmin şəxsin sözlərinə tam inandığını, həmin axşam Təqsirləndirilən şəxs1 ona zəng edərək pulla bağlı ondan fikirlərini soruşduğunu, o, da yalnız 2000 manat düzəldə bildiyini dediyini, həmin gün Təqsirləndirilən şəxs1la gecə saatlarında onunla yaşadığı evin həyətində görüşərək 2000 manat məbləğində pulu ondan alaraq qalmışını da təcili düzəltməsini, uşağın sentyabr ayının 1-dən işə çıxacağını dediyini, səhəri gün, Təqsirləndirilən şəxs1 onunla yenidən telefon əlaqəsi saxlayıb aralarındakı danışıq zamanı ona artıq oğlunun xidmətə qəbul edilməsi ilə əlaqədar adını çəkmədiyi vəzifəli şəxsdən xahiş etdiyini deyərək pulun qalan hissəsinin verilməsini istədiyini, həmin gün saat 21-22 radələrində Təqsirləndirilən şəxs1la Qıvraq qəsəbəsində yerləşən parkda görüşüb 4000 manat məbləğində pulu ona verdiyini, Təqsirləndirilən şəxs1 həmin pulu aldıqdan sonra bir daha ona oğlu Hüseynin 01 sentyabr 2024-cü il tarixdən işə başlayacağını bildirdiyini, bir neçə gündən sonra Təqsirləndirilən şəxs1 ona zəng edərək oğlunun xidmətə qəbul edilməsi ilə əlaqədar özünün vasitəsilə adını çəkmədiyi yüksək vəzifəli şəxsə əlavə 1000 manat pul çatdırmalı olduğunu bildirdiyini, 02 iyul 2024-cü il tarixdə saat 12 radələrində Naxçıvan şəhəri C.Məmmədquluzadə küçəsində yerləşən “Ukrayna” restoranının yanında Təqsirləndirilən şəxs1la təklikdə görüşərək 1000 manat məbləğində pulu ona verdiyini, Təqsirləndirilən şəxs1 2024-cü ilin dekabr ayının əvvəllərində onunla telefon əlaqəsi yaradıb aralarındakı danışıq zamanı oğlunun xidmətə qəbul prosesinin başa çatdığını deyib Bakı şəhərinə gedib-qayıtması üçün təyyarə biletlərinə və müəyyən sənədlərə görə öz bank kart nömrəsinə əlavə 200 manat məbləğində pul köçürülməsini dediyini, 12 dekabr 2024-cü il tarixdə yenə onun dediklərinə inanaraq həmin pulu onun verdiyi kart nömrəsinə atdığını, lakin oğlunu heç hara aparmadıqlarını, Təqsirləndirilən şəxs1 05 yanvar 2025-ci il tarixdə onunla telefon əlaqəsi yaradıb aralarındakı danışıqları zamanı ona oğlunun Bakı şəhərində yerləşən hərbi-həkim komisiyasından keçirilməli olduğunu və 25 yanvar 2025-ci il tarixdən işə başlayacağını deyib özünün vasitəsilə komissiya üzvlərinə çatdırılması üçün bank kartının nömrəsinə 500 manat məbləğində pulun köçürülməsini istədiyini, Təqsirləndirilən şəxs1 dediklərinə bir daha inanıb 05 yanvar 2025-ci il tarixdə özünə məxsus bank kart nömrəsindən Təqsirləndirilən şəxs1 məxsus bank kart nömrəsinə 500 manat məbləğində pul köçürüb bu barədə onu məlumatlandırdığını, bundan sonrakı müddətlərdə Təqsirləndirilən şəxs1la əlaqə saxlayıb oğlunun xidmətə qəbul edilməsi ilə bağlı verdiyi vədləri xatırlatdıqda sonuncu müxtəlif bəhanələr gətirməklə hər hansı konkret cavab vermədiyini, bundan sonra o, Təqsirləndirilən şəxs1 onu aldatdığını başa düşüb bununla bağlı onun iş yerinə şikayət ərizəsi ilə müraciət etdiyini, sonradan Təqsirləndirilən şəxs1 ona vurmuş olduğu 7700 manat məbləğində maddi ziyanı tam olaraq özünə qaytardığından onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş vətəndaş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində yaxın qohumu X22 ilə görüşüb söhbətləşərkən E.Rzayev ona DTX-nin Naxçıvan Baş İdarəsində xidmət edən mayor Təqsirləndirilən şəxs1 haqqında məlumat verərkən oğlu Asimanın uşaqlıqdan Dövlət Təhlükəsizlik orqanlarında xidmət etməyə böyük həvəsi olduğundan Elməddinin ona dediyinə görə həmin orqanda savadlı, ali təhsilli işçilər axtardıqlarını dediyindən həmin şəxslə, ətraflı danışması üçün Təqsirləndirilən şəxs1 mobil danışıq nömrəsini ona verdiyini, bir neçə gün sonra həmin şəxsə zəng edərək E.Rzayevin adını çəkib tanışlıq verərək oğlunun DTX-də iş imkanları haqqında soruşaraq ona oğlu barədə ətraflı məlumat verdikdə Təqsirləndirilən şəxs1 ona həll edəcəyini lakin 6500 manata uşağın işin həll eləmək olar, uzağı sentyabrın biri işə çıxacaq” deyib onu tamami ilə inandırdığından həmin məbləglə bağlı onunla razılaşdığını, 2024-cü ilin may ayının ortalarında günorta saatlarında istifadəsində olan mobil telefonla ona zəng edib həmin gün oğlu Abbası onunla tanış etmək məqsədi ilə Naxçıvan şəhərində yerləşən “Kafe 357” adlı çayxanada görüşüb 6500 manat məbləğində pulu ona verərək oğlunu da onunla tanış etdiyini, həmin vaxt Təqsirləndirilən şəxs1 ona “ağsaqqal narahat olma, pulu verirsən uşaq sentyabr ayının birindən işə çıxacaq, DTX-nın Naxçıvan İdarəsində osobist kimi işləyəcək, sən arxayın ol” deyə bildirdiyini, 2024-cü ilin sentyabr ayının əvvəllərində oğlunun xidmətə qəbulu ilə bağlı hər hansı irəliləyişin olmadığını görüb Təqsirləndirilən şəxs1la telefon əlaqəsi saxlayaraq bu barədə maraqlandıqda, ona seçkilərin keçirilməsi ilə əlaqədar başının qarışıq olduğunu deyib ətraflı məlumat verəcəyini bildirdiyini, bundan sonra, Təqsirləndirilən şəxs1 2024-cü ilin oktyabr ayının əvvəllərində ona zəng edərək oğlunun xidmətə qəbulu ilə əlaqədar hər şeyin qaydasında olması haqqında məlumat verib adını çəkmədiyi vəzifəli şəxsə çatdırılması üçün əlavə 1000 manat məbləğində pul istədikdə Təqsirləndirilən şəxs1 istədiyi pulu verməyə razı olduğunu deyib elə həmin gün saat 16 radələrində Naxçıvan şəhərində “57 Bazar” adlanan ərazidə Təqsirləndirilən şəxs1la görüşüb 1000 manat məbləğində pulu sonuncuya verib Təqsirləndirilən şəxs1 qeyd olunan məsələ ilə bağlı maraqlandıqda ona “narahat olma hər şey qaydasındadı, tezliklə işin düzələcək, çox tələsirsiniz, bir az gözləyin” dediyini, sonrakı vaxtlarda Təqsirləndirilən şəxs1 oğlunun DTX-nin Naxçıvan Baş İdarəsində qulluğa qəbul edilərək əməliyyatçı vəzifəsinə qəbul olunması ilə bağlı yalan vəd verib aldadaraq onun 8200 manat məbləğində pulunu ələ keçirməsini və verdiyi vəd üzrə oğlunun xeyrinə heç bir iş görmədiyini başa düşüb sonuncudan pulunun geri qaytarılmasını tələb etdiyini, bundan sonra o, Təqsirləndirilən şəxs1 onu aldatdığını baş düşüb bununla bağlı onun işlədiyi DTX-nin Naxçıvan Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət etdiyini, Təqsirləndirilən şəxs1 cinayət nəticəsində ona vurmuş olduğu 8200 manat məbləğində maddi ziyanı tam olaraq özünə qaytardığından onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş vətəndaş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində Təqsirləndirilən şəxs1 yaxın qohumu Elməddin Rzayev vasitəsilə tanıdığını, oğlu, Şahid6 müddətli həqiqi hərbi xidməti bitirdikdən sonra heç bir rəsmi yerdə işləmədiyindən və onun Dövlət Təhlükəsizlik Xidmətində işləməyə böyük həvəsi olduğundan 2024-cü ilin iyun ayının əvvəllərində Elməddin Rzayev öz istifadəsində olan mobil danışıq nömrəsindən onun istifadəsində olan mobil danışıq nömrəsinə adi qaydada zəng edib salamlaşdıqdan sonra ona oğlunun diplomunu alıb almaması ilə maraqlanaraq DTX-da osobist iş yeri olduğunu, orada işləyən Abbas adlı dostu olduğunu, həmin dostunun savadlı işçi axtardığı barədə məlumat verdikdə Elməddinə “təki uşaq işləsin, nömrəsini ver özüm danışım” deyə bildirdiyini, bundan sonra E.Rzayevdən onun mobil telefonunu aldıqdan sonra həmin gün özünə məxsus mobil danışıq nömrəsindən A.Novuzovun istifadəsində olan mobil danışıq nömrəsinə zəng edərək Təqsirləndirilən şəxs1la tanış olaraq növbəti gün onunla Naxçıvan şəhərində yerləşən “Kafe 357” adlı çayxanada görüşüb onunla ətraflı söhbət edəcəyini dediyini, 05 iyun 2024-cü il tarixdə saat 15 radələrində onun mobil danışıq nömrəsinə zəng edərək aralarındakı danışıq zamanı Abbasın ona “ bu iş belədi ki, iş altı aya düzəlir, mən sənin işini beş aya düzəldəcəm, beş mini verirsən həll eləyirəm, gəl görüşək, ətraflı deyəcəm, gəl kafe 357-yə” deyə bildirdiyini, həmin vaxt o, Təqsirləndirilən şəxs1 yalançı sözlərinə inanıb yaşadığı evdən özünə məxsus 5000 manat məbləğində pulu götürüb qardaşı Asim Nəcəfovla birlikdə “Kafe 357” adlı çayxanaya gələrək Təqsirləndirilən şəxs1la təklikdə orada görüşdüklərini, Təqsirləndirilən şəxs1la görüşüb tanış olduqdan sonra sonuncu ona təklikdə “burda DTX-da osobist işləyirəm, geniş əlaqələrim var, bir ilim qalır, pensiyaya çıxacam, ali təhsilli uşaqları işə götürürlər, uşağın işini həll edəyəcəm, uşağı osobist düzəldəcəm, uşağı Qıvraqdakı N nömrəli hərbi hissədə osobist düzəldəcəm altı aya düzələr, ancaq çalışacam ki, uşağın işi beş aya düzəlsin” deyə bildirdiyini, Təqsirləndirilən şəxs1la ilkin danışığı zamanı sonuncu ona beş min manat verməsi müqabilində oğlunun xidmətə qəbul etdirməsini təşkil edəcəyini bildirdiyini, Abbasın sözlərinə inanıb cibindən 5000 manat pulu çıxardıb sayaraq Təqsirləndirilən şəxs1 verdiyini, 06 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 səhər saatlarında “WhatssApp” mobil proqram təminatı vasitəsilə ona zəng edib yalandan ətraflı məlumat vermədən “ağsaqqal, oğlunun şəxsi işində nəsə problem yaranır, əlavə 2000 manat da verməlisən, yuxarıya verim ki onu həll eləsinlər, sənədləri qaydasına qoyaq” deyə bildirib ona bank kart nömrəsini göndərdiyindən ona inanıb onun göndərdiyi bank kart nömrəsinə birdəfəlik olaraq 2000 manat məbləğində pul köçürüb ona dediyini, bir müddət keçdikdən sonra o, Təqsirləndirilən şəxs1la telefon əlaqəsi saxlayıb həmin məsələ ilə bağlı maraqlandıqda sonuncu ona başının qarışıq olduğunu deyib qısa bir müddət ərzində işi həll edəcəyini bildirdiyini, Təqsirləndirilən şəxs1 02 dekabr 2024-cü il tarixdə günorta saatlarında onunla telefon əlaqəsi saxlayıb aralarındakı danışıq zamanı ona oğlunun xidmətə qəbulu ilə əlaqədar prosesin yekunlaşdığını bildirib Şahid6 Bakı şəhərində hərbi-həkim komissiyasından keçmək üçün təyyarə biletlərinə və müəyyən sənədlərə görə özünə məxssus bank kart nömrəsinə 170 manat məbləğində pul köçürülməli olduğunu dediyini, yenə Təqsirləndirilən şəxs1 sözlərinə inanıb oğluna bu barədə tapşırıq verdiyini, oğlunun da həmin gün Təqsirləndirilən şəxs1 məxsus **********511845 bank kart nömrəsinə 170 manat məbləğində pul köçürdüyünü, 2025-ci ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs1 bir xəbər çıxmadığını görüb onunla telefon əlaqəsi yaradıb oğlunun işi ilə maraqlandıqda Təqsirləndirilən şəxs1 ona oğlu Şahid6 hərbi-həkim komissiyasından keçməli olduğunu və barəsində müsbət tibbi rəyin alınması üçün özünün vasitəsilə həmin komissiyanın üzvlərinə 1200 manat məbləğində pul verməli olduğunu deyib həmin pulun özünə məxsus bank kart nömrəsinə köçürülməsini istədiyini, həmin vaxt Təqsirləndirilən şəxs1 onunla rahat və arxayın şəkildə danışmasına inanıb oğlunun xidmətə qəbulunun qısa müddət ərzində düzələcəyinə ümid edib onun istədiyi həmin pulun köçürülməsinə razılıq verərək bununla bağlı oğluna dediyini, oğlu da 03 və 06 yanvar 2025-ci il tarixlərdə “MilliÖN” ödəmə terminalı və özünə məxsus bank hesabı vasitəsilə Təqsirləndirilən şəxs1 **********511845 bank kart nömrəsinə hər dəfəsində 600 manat olmaqla 1200 manat məbləğində pul köçürdüyünü, bundan sonrakı müddətlərdə o, Təqsirləndirilən şəxs1la telefon əlaqəsi yaradıb işin nəticəsi ilə bağlı maraqlandıqda Təqsirləndirilən şəxs1 ona müxtəlif bəhanələr gətirdiyini görüb aldadıldığını başa düşüb bununla bağlı DTX-nin Naxçıvan Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət etdiyini və onun varəsində araşdırma aparıldığını, istintaq müddətində Təqsirləndirilən şəxs1 ona vurmuş olduğu 8370 manat məbləğində maddi ziyanı tam olaraq özünə qaytardığından onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş vətəndaş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində Təqsirləndirilən şəxs1 ilə aralarında qohumluq münasibətlərinin olduğunu, Təqsirləndirilən şəxs2 isə tanımadığını, hərbi xidmətini başa vurduqdan sonra bir müddət işsiz qaldıqdan sonra Daxili Qoşunlarda xidmətə qəbul olunmaq qərarına gəldiyini, yaxın qohumu Təqsirləndirilən şəxs1 DTX-nin Naxçıvan Muxtar Respublikası Baş İdarəsində əməliyyat işləri üzrə müvəkkil vəzifəsində xidmət etməsindən məlumatlı olduğundan 21 iyul 2024-cü il tarixdə saat 11 radələrində həmin xidmətə qəbul olunması ilə bağlı özünə köməklik göstərilməsi üçün istifadəsində olan mobil danışıq nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə zəng edib ondan köməklik istədiyini, Təqsirləndirilən şəxs1 da ona maraqlanıb xəbər edəcəyini dediyini, bir müddət sonra Təqsirləndirilən şəxs1 günorta saatlarında ona zəng edərək müəyyən sənədləri özü ilə gətirməsini və guya ona görə bir az qiyməti aşağı edib 4 minə endirdiyini, axşamçağına kimi pulu gətirməsini tapşırdığını, Təqsirləndirilən şəxs1 sözlərinə inanaraq onunla razılaşıb həmin pulu verə biləcəyini bildirsə də, bir az keçdikdən sonra sonuncu ilə telefon əlaqəsi saxlayıb xidmətə qəbul edilməsi ilə əlaqədar yalnız 3000 manat məbləğində pula gücünün çatdığını dediyini, həmin vaxt Təqsirləndirilən şəxs1 ona “problem yoxdu, mən danışaram üç minə də həll edərəm, pulu gətir şəhərə zəng elə görüşək” cavabını verdiyindən həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs1la telefon əlaqəsi yaradıb Naxçıvan şəhərində onunla görüşərək özünə aid şəxsi sənədlərin surətini Təqsirləndirilən şəxs1 verdiyini, həmin vaxt Novruzov telefonun kontaktında “X19 rəisi” kimi yazılmış şəxsə “WhatssApp” mobil tətbiq vasitəsilə səs ucaldan rejimində zəng edərək həmin şəxsə “oğlan yanımdadı pulu verdi” deyə bildirdiyini, sonra həmin şəxs Təqsirləndirilən şəxs1 “bu işin qiyməti yeddi-səkkiz mindi, Sizin bacınız oğlu olduğuna görə üç minə düzəldərəm” deyə cavab verdiyini, Təqsirləndirilən şəxs1 həmin şəxslə aralarındakı danışığına inanıb özünə məxsus 3000 manat pulu cibindən çıxardaraq ona verdiyini, növbəti günlərdə Təqsirləndirilən şəxs1 tapşırığı üzrə Daxili Qoşunların N nömrəli hərbi hissəsinə gedib qaçış və dartınma idman hərəkətlərindən ibarət olan normativlərdən imtahan verərək kəsildiyini, ardınca Təqsirləndirilən şəxs1 zəng edərək imtahanlardan keçə bilməməsi haqqında məlumat verdikdə Təqsirləndirilən şəxs1 ona anlaşılmazlıq olduğunu deyərək tapşırığı üzrə növbəti imtahanlardan keçiriləcəyini bildirdiyini, sonrakı müddət ərzində həqiqi hərbi xidmətə qəbul olunmadığını görüb Təqsirləndirilən şəxs1la telefon əlaqəsi saxlayıb həmin məsələnin nəticəsi ilə bağlı maraqlandıqda ona müxtəlif bəhanələr gətirdiyini görüb Təqsirləndirilən şəxs1 ona yalan vəd verib xeyrinə heç bir iş görməməklə onu aldadaraq 3000 manat məbləğində pulunu ələ keçirməsini başa düşərək onun işlədiyi yerə şikayət etdiyini, Təqsirləndirilən şəxs1 cinayət əməli nəticəsində ona vurmuş olduğu 3000 manat məbləğində maddi ziyanı tam olaraq özünə qaytardığından onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində Naxçıvan şəhərində yerləşən “Cahan” Ticarət Mərkəzində kişi geyimləri mağazasında satıcı kimi işlədiyini, Şahid7 onun qardaşı oğludur. Təqsirləndirilən şəxs1 2021-ci ildən tanıdığını, onunla normal səmimi yoldaşlıq münasibətlərinin olduğunu, onun DTX-nin Naxçıvan Baş İdarəsində xidmət etməsindən məlumatlı olduğunu, Təqsirləndirilən şəxs2 isə tanımadığını, onunla hər hansı münasibətinin olmadığını, sonradan onun da əməllərini öyrəndiyini, 17 noyabr 2024-cü il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs1 onun işlədiyi mağazadan alış-veriş etmək üçün gələrkən aralarında olan söhbət zamanı ona ali təhsilə malik olan qardaşı oğlu Şahid7 işsiz olduğunu, ona münasib iş axtardığını bildirdiyini, Təqsirləndirilən şəxs1 ona “Rəfayıl, Gömrük Komitəsində, Naxçıvan Şəhər Polis idarəsində, Miqrasiya Xidmətində yaxşı işlər olduğunu, savadlı, təhsilli işçilər axtardıqlarını deyərək onu inandırdığını və uşaqla söhbət etmək istədiyini dediyini, ona tamami ilə inanıb istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsindən qardaşı oğlu Şahid7 istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə zəng edib tez bir zamanda yanına gəlməsini tapşırdığını, Şahid7 təxminən 15-20 dəqiqədən sonra onların yanına gəldikdə Ülvini Təqsirləndirilən şəxs1la tanış etdikdən sonra sonuncu Şahid7 ilə söhbətə başlayıb ali təhsili, hərbi xidməti haqqında sorğu-sual etdikdən sonra “bilirsiniz necədi, əminə dediyim dövlət orqanlarından Miqrasiya xidməti sənə tam uyğundu, rəhbərlikdə işləyən tanışlarım var, köhnə DTX işçiləridi, gəl səni düzəldim ora, diplomunun, hərbi biletinin, şəxsiyyət vəsiqəsinin üzünü çıxardıb verirsən mənə, mən işə başlayıram. Deyim ki, Miqrasiyaya düzəlmək istəyirsənsə pul verməlisən, özüm sənin işini düzüb qoşacam, dekabrın 17-18-i işə çıxassan, bu işin qiyməti 10 mindi, mən sənin bu məsələni altı minə düzəldəcəm, üç mini bəri başdan, üç mini də işə çıxandan sonra verəssən” deyə bildirdiyini, Təqsirləndirilən şəxs1 özündən əmin və arxayın danışmasına görə ona inanaraq onun dedikləri ilə razılaşdığını, Təqsirləndirilən şəxs1 onların yanından aralanıb bir neçə dəqiqədən sonra geri qayıdıb Naxçıvan MR-nın Miqrasiya Xidmətində adını çəkmədiyi vəzifəli şəxslə danışdığını deyərək həmin şəxsin bu məsələyə razılıq verdiyini, ilkin olaraq 1500 manat pul istədiyini, qalan pulun isə hissə-hissə verilməsini bildirdiyini, Təqsirləndirilən şəxs1 18 noyabr 2024-cü il tarixdə saat 09 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil danışıq nömrəsindən “WhatssApp” vasitəsilə onun istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsinə zəng edərək Ülvinin işi ilə bağlı təcili 1500 manat məbləğində pulun verilməli olduğunu bildirib həmin pulun **********511845 bank kart nömrəsinə köçürülməsini istədiyini, həmin gün saat 11 radələrində “Cahan” Ticarət Mərkəzinin qarşısında quraşdırılmış “MilliÖN” ödəmə terminalı vasitəsilə həmin kart nömrəsinə 1500 (min beş yüz) manat pulu köçürüb qəbzi özündə saxlayaraq Təqsirləndirilən şəxs1 bu barədə məlumat verdiyini, bir saatdan sonra isə Təqsirləndirilən şəxs1 Cahan Ticarət Mərkəzinə gəlib Şahid7 ilə görüşərək onun şəxsi sənədlərinin surətini götürdüyünü, Təqsirləndirilən şəxs1 26 noyabr 2024-cü il tarixdə saat 15 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil danışıq nömrəsindən ona zəng edib aralarındakı razılaşdıqları kimi pulun qalan hissəsini, 1500 manat məbləğində pulun verilməsini bildirdikdən sonra Ülvini yanına çağırıb Təqsirləndirilən şəxs1 çatdırılması üçün 1500 manat məbləğində pulu verdiyini, Şahid7 də həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs1la “Cahan” Ticarət Mərkəzinin qarşısında yerləşən çayxanada görüşüb 1500 manat məbləğində pulu sonuncuya verdiyini, Təqsirləndirilən şəxs1 03 dekabr 2024-cü il tarixdə saat 15 radələrində istifadəsində olan mobil danışıq nömrəsindən WhatssApp vasitəsilə ona zəng edib “Rafayıl mənə zəng eləmişdilər, uşağın işi həll olmaq üzrədi, 1000 manat pulu bu gün çatdır, kadrlar şöbəsinin rəisinə çatmalıdı” deyə bildirib həmin pulu nağd şəkildə götürmək istədiyini, həmin gün 1000 manat pulu Təqsirləndirilən şəxs1 çatdırması üçün Şahid7 verdiyini, Şahid7 də həmin gün saat 16 radələrində “Cahan” Ticarət Mərkəzində Təqsirləndirilən şəxs1la görüşüb 1000 manat pulu ona verdiyini, Təqsirləndirilən şəxs1 10 dekabr 2024-ü il tarixdə saat 13 radələrində “WhatssApp” vasitəsilə onunla telefon əlaqəsi yaradıb Şahid7 işlərinin yekunlaşdığını və onun xidmətə qəbul edilməsi ilə əlaqədar qalmış 1000 manat məbləğində pulun bank kart nömrəsinə köçürülməsini istədiyini, həmin gün saat 15 radələrində Təqsirləndirilən şəxs1 məxsus **********511845 bank kart nömrəsinə 1000 manat məbləğində pul köçürdüyünü, bundan sonrakı müddətlərdə o, Təqsirləndirilən şəxs1la dəfələrlə telefon əlaqəsi saxlayıb işin nəticəsi ilə maraqlandıqda sonuncu ona hər dəfə yeni bəhanələr gətirərək xidmətə qəbul prosesinin davam etdiyini bildirdiyini, 05 mart 2025-ci il tarixdə aralarındakı telefon danışığı zamanı Təqsirləndirilən şəxs1 ona Şahid7 xidmətə qəbul edilməsi ilə əlaqədar barəsində müsbət tibbi rəyin alınması üçün əlavə 500 manat məbləğində pul tələb olunduğunu və pulun öz bank kart nömrəsinə köçürülməsini istədiyini, elə həmin gün Təqsirləndirilən şəxs1 bank kart nömrəsinə 500 manat məbləğində pul köçürdüyünü, Təqsirləndirilən şəxs1 13 may 2025-ci il tarixdə saat 12 radələrində istifadəsində olan ***- ***-**-** saylı mobil danışıq nömrəsinə zəng edib ona “Ülvinin əmri verilib, təcili formasını geyinib nazirin qabağına çıxmalıdı, ona görə də Ülvinin boyunun hündürlüyünü öyrən mənə denən, tez ol səndən cavab gözləyirəm” deyə bildirdiyini, təcili Ülvi ilə əlaqə saxlayıb boyunun hündürlüyünü öyrənərək bu barədə məlumatları Təqsirləndirilən şəxs1 bildirdirdikdə ona “Rəfayıl forma pulu istəyirlər, təcili karta 462 manat pul atırsan, onun forması alınır, gəlib məndən götürüb qəbula gedər. Allah xeyrini versin” deyə bildirdiyini, yenə Təqsirləndirilən şəxs1 dediklərinə inanıb həmin gün saat 17 radələrində onun bank kart nömrəsinə 462 manat pul köçürdüyünü, Təqsirləndirilən şəxs1 saat 19 radələrində ona adi qaydada zəng edərək “əlavə iki dənə şalvar hazırlanmalıdı, onsuz da bunun əmri çıxıb, qəbulda onu soruşa bilərlər ona görə də tez karta 200 manat da at onu da tikdirək” deyə bildirdikdən sonra Təqsirləndirilən şəxs1 həmin bank kart nömrəsinə 200 manat məbləğində pul köçürdüyünü, 28 may 2025-ci il tarixdə saat 20 radələrində Naxçıvan şəhərində yerləşən “Nəqşi Cahan” restoranında olarkən həmin restoranın həyətində Təqsirləndirilən şəxs1la qarşılaşıb ondan Ülvinin işinin nə yerdə olduğunu soruşduqda ona Naxçıvan MR-nın Miqrasiya Xidmətinin rəis müavini, Elnur müəllimin üç namizədin işə qəbulla bağlı əmrlərini verəcəyini, namizədlərdən birinin sənədləri hazır olmadığı üçün Ülvinin qəbula gedə bilmədiyini dediyini, Təqsirləndirilən şəxs1 təxminən bir saatdan sonra ona zəng edib restoranın həyətinə çıxmasını dediyini, aralarında olan söhbət zamanı sonuncu ona “indi Elnur müəllimlə sənin yanında danışacam, gör nə deyir” deyə bildirmiş və telefonun kontaktında “Miqrasiya müəllim” adı ilə qeyd edilən şəxsə səs ucaldan rejimdə zəng edib danışmağa başladığını, Təqsirləndirilən şəxs1 danışıq zamanı “Elnur müəllim salam necəsiz, o namizəd var idi Şahid7 onun əmisi yanımdadı, əmr verilməməsindən narahat olurlar, özü də sizi eşidir, o namizədin məsələsi nə yerdədi?, mən DTX işçisiyəm sən də polkovnik-leytenant keçmiş DTX işçisi, bu mənə inanmır” deyə soruşduqda, danışan şəxs “bir-iki günə o namizədin məsələsi həll olunacaq, bazar ertəsi yüz faiz əmri veriləcək, birinci gün o uşağın əmri veriləcək, şirinlik verərsən də yəqin, 300 manat şirinlik verərsən” deyə bildirdiyini, bundan sonra o, Təqsirləndirilən şəxs1 “Elnur müəllim” kimi təqdim etdiyi ibtidaii istintaq və məhkəmə istintaqı zamanı sonradan səsindən tanıdığı Təqsirləndirilən şəxs2 olduğunu bildiyini və həmin şəxsən danışığına son dərəcə inanıb 300 manat pulu Təqsirləndirilən şəxs1 verməyə razı olaraq həmin pulu növbəti gün verəcəyini deyib səhəri gün, yəni 29 may 2025-ci il tarixdə saat 10 radələrində “MilliÖN” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan bank kart nömrəsinə 300 manat məbləğində pul köçürdüyünü, o, bundan sonrakı müddətlərdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə onu aldadaraq 6462 manat pulunu ələ keçirdiklərini və onun xeyrinə heç bir iş görmədiklərini anladığını, lakin məhkəmənin sonraki mərhələsində Təqsirləndirilən şəxs2 ona vurmuş olduğu 1000 manat ziyanı ödədiyindən onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını, lakin Təqsirləndirilən şəxs1 qalmış maddi ziyanı ödəmədiyindən ondan şikayətçi olduğunu, qalmış məbləği ondan istədiyini, onu bağışlamadığını, onun cəzalandırılmasını məhkəmədən xahiş etdiyini göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş vətəndaş Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində Təqsirləndirilən şəxs1 əmisi oğlu Şahid3 vasitəsilə tanıdığını, Təqsirləndirilən şəxs2 isə əvəllər tanımadığını, təqribən 2024-cü ilin dekabr ayının əvvəllərində saat 16 radələrində əmisi oğlu Şahid3 ona zəng edərək Naxçıvan şəhərində Kafe 357-də sinif yoldaşı Abbasla çay içdiyini, onun DTX-də işlədiyini, tanıdığı və bildiyi qohum-əqrəbandan ali təhsilli, idmançı, qabiliyyətli uşaq axtardığını deyərək oğlu Nizaminin ağlına gəldiyini, “fikrin varsa Nizamini göndər gəlsin burda Abbasla görüşüb söhbət eləsin” deyə bildirdikdə, Sarvanın dedikləri ilə razılaşıb tez oğlu Nizami ilə əlaqə saxlayıb dərhal onların yanına getməsini dediyini, təxminən bir saatdan sonra oğlu onunla telefon əlaqəsi saxlayıb “ata, getdim danışdım, adam mənə dövlətçiliklə bağlı, idman dərəcəmlə bağlı suallar verdi, dedi elə tam bizə uyğun adamsan, atana da denən gəlsin onunla söhbət edim, deyir ki, elə gözləyirik atan gəlsin kafedəyik” deyə bildirdiyini, onun da Təqsirləndirilən şəxs1la görüşmək üçün həmin kafeyə gedərək orada Təqsirləndirilən şəxs1 görüb onunla tanış olduğunu, bundan sonra Təqsirləndirilən şəxs1 oğlu Nizaminin işi ilə bağlı ətraflı məlumat verib “ oğlunuz həm idmançıdı, həm də ki, tərbiyəli uşaqdı, sorğu-sual elədim, tam bizə uyğun kadrdı, gəlsin hazırlasın sənədləri gətirsin versin mənə, sənədləri aparıb təqdim edəcəm, ondan sonra araşdıracaqlar, Bakıya tibb yoxlanışına göndərəcəklər, oradan gələndən sonra DTX-nin Naxçıvan Baş İdarəsinə işə qəbul olunacaq maaşı da olacaq 2000-2500 arası, ondan sonra bir illik kurs üçün Bakıya göndəriləcək, həm işləyəcək, həm də ki, oxuyacaq, müəllim bilirsən də, bunun şirinliyi olmalıdı da, səkkiz minə oğlunun işini düzəldərəm” deyə bildirdiyini, söhbət zamanı Təqsirləndirilən şəxs1 maddi vəziyyətinin yaxşı olmadığını deyərək istədiyi həmin pulu verə bilməyəcəyini bildirib onunla sağollaşdığını,təxminən bir saatdan sonra əmisi oğlu Şahid3 ona zəng edərək Təqsirləndirilən şəxs1 yarı-yarı vermək şərti ilə 7000 manat pul verməsi müqabilində Nizaminin xidmətə qəbulunun təşkil edəcəyi ilə bağlı məlumatları çatdırdıqda o, Sarvana maddi vəziyyəti haqqında gileylənərək Təqsirləndirilən şəxs1 yalan sözlərinə inanıb ilkin olaraq 1000 manat məbləğində pulu verməyə razı olduğunu deyib həmin gün ona çatdırılması üçün 600 manat məbləğində pulu Şahid3 verdiyini, Şahid3 da həmin gün Təqsirləndirilən şəxs1la Naxçıvan şəhərində görüşüb qeyd olunan məbləğdə pulu sonuncuya verdiyini, həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs1la əlaqə saxlayıb Naxçıvan şəhərində “Mərkəzi Aptek”in yanında onunla razılaşdıqları pulun qalan hissəsini 400 manat məbləğində pulu ona verdiyini, 11 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edərək Şahid2 xidmətə qəbul edilməsi ilə əlaqədar adını çəkmədiyi vəzifəli şəxsə özünün vasitəsilə 1000 manat məbləğində pul çatdırmalı olduğunu deyib həmin pulun bank kart nömrəsinə köçürülməsini istədiyini, bundan sonra Təqsirləndirilən şəxs1 dediklərinə inanıb 11 dekabr 2024-cü il tarixdə özünə məxsus "xxxx" ASC-nə aid **********568999 bank kart nömrəsindən **********511845 bank kart nömrəsinə 1000 manat məbləğində pul köçürdüyünü, 21 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 “WhatssApp” proqram təminatı vasitəsilə ona zəng edərək Nizaminin işi ilə bağlı Bakı şəhərində olduğunu deyib adını çəkmədiyi vəzifəli şəxsə çatdırılması üçün bank kart nömrəsinə 2000 manat məbləğində pul köçürməsini tapşırdığını, oğlunun xidmətə qəbul olunacağından ümidlənib həmin gün **********511845 bank kart nömrəsinə yenə 2000 manat məbləğində pul köçürdüyünü, Təqsirləndirilən şəxs1 2024-cü il dekabr ayının sonlarında ona zəng edərək oğlunun xidmətə qəbul edilməsi ilə əlaqədar Bakı şəhərinə gedib hərbi-həkim komissiyasından keçirilib müsbət rəyin alınması üçün adını çəkmədiyi vəzifəli şəxslərə və təyyarə biletlərinə görə 2120 manat məbləğində pul verməli olduğunu dedikdə, o oğlu Nizaminin xidmətə qəbul edilməsi ilə bağlı yubanma olduğunu bildirib gileyləndiyini, Təqsirləndirilən şəxs1 30 dekabr 2024-cü il tarixdə ona “WhatssApp” mobil proqram təminatı vasitəsilə yönləndirilmiş səs mesajını dinlədikdə orta yaşlı bir şəxsin “Salam Abbas müəllim necəsiz, Abbas müəllim bu gün saat beşə kimi o Şahid2 var e, onun sənədlərini 2000 manat pulu göndərin təcili Bakıya, yanvarın səkkizi onu arası gəlməlidi komissiyaya təcili göndərin ki, sənədlər hazırlansın” dediyini sonradan həmin şəxsin oğlunun xidmətə qəbul edilməsi ilə əlaqədar səlahiyyətli şəxs olduğunu zənn edib sonradan ibtidaii istintaq və məhkəmə istintaqı zamanı səsindən tanıdığı həmin şəxsin Təqsirləndirilən şəxs2 olduğunu bildiyini və həmin şəxsin danışığına son dərəcə inanıb ona inanaraq dərhal Təqsirləndirilən şəxs1 **********511845 bank kart nömrəsinə 2120 manat məbləğində pul köçürüb sonuncunu məlumatlandırdığını, 2025-ci ilin yanvar ayının əvvəllərində oğlunun Bakı şəhərinə aparılmadığını görüb Təqsirləndirilən şəxs1la telefon əlaqəsi saxlayaraq bu barədə maraqlandıqda sonuncu hər dəfə ona yeni-yeni yalanlar uyduraraq oğlunun ayın sonunadək Bakı şəhərinə gedəcəyini dediyini, o, bundan sonrakı müddətlərdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə onu aldadaraq 6462 manat pulunu ələ keçirdiklərini və onun xeyrinə heç bir iş görmədiklərini anlayıb DTX-nin Naxçıvan Baş İdarəsinə şikayət ərizəsi yazdığını, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli nəticəsində onu aldadaraq ondan aldıqları 6120 manat məbləğində puldan Təqsirləndirilən şəxs2 özünə məxsus 500 manatı ödədiyindən onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını, lakin Təqsirləndirilən şəxs1 qalmış maddi ziyanı ödəmədiyindən ondan şikayətçi olduğunu, onu bağışlamadığını, qalmış məbləği ondan istədiyini, onun cəzalandırılmasını məhkəmədən xahiş etdiyini göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş vətəndaş Zərərçəkmiş şəxs3 ibtidaii istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində Naxçıvan şəhərində yerləşən “Atəşgah Sığorta” şirkətininin ofisində işləyərkən 18 may 2024-cü il tarixdə saat 12 radələrində şirkətin ofisində əvvəllər görüb tanımadığı sonradan tanışçılıqlarının yarandığı Təqsirləndirilən şəxs1 ilə qarşılaşarkən şirkətin müdiri Bəxtiyar müəllim vasitəsi ilə bir birlərinə qarşı ünsüyətlərinin yarandığını və yaxından tanıdıqlarını, ofisin həyətində siqaret çəkərkən Təqsirləndirilən şəxs1 ondan həmin şirkətdə işləyibişləmədiyini soruşduqda həmin şirkətdə işləməsini dedikdə Təqsirləndirilən şəxs1 da fikirləşmədən ona Dövlət Təhlükəsizlik Xidmətində işləyib işləməsini təklif edərək özünün də həmin orqanda işlədiyini bildirərək ona “boy-buxunun yaxşıdı, görünüşün normaldı, bizim üçün uyğunsan” deyib özü də bilmədən onun yalan toruna düşdüyünü, həmin tanışlıqda Təqsirləndirilən şəxs1 uzun müddətdən bəri xidmətdə olduğuna görə adını çəkmədiyi yüksək vəzifəli şəxslərlə yaxşı əlaqələrinin olduğunu və onu xidmətə qəbul etdirə biləcəyini deyib onun mobil danışıq nömrəsini götürdüyünü, evə getdikdən sonra anası və nənəsinin də razıılıqlarını alıb elə həmin gün saat 14 radələrində Təqsirləndirilən şəxs1la “Qədim Dünya” restoranında görüşdükdə Təqsirləndirilən şəxs1 ondan təhsili, tərcümeyi halı və ailə vəziyyəti haqqında ətraflı məlumat aldığını və özü haqqında ona ətraflı məlumat verərək atasının da uzun müddətdən bəri onlardan ayrı yaşadığını, onunla heç bir münasibətlərinin olmadığını da dediyini, sonra adını çəkmədiyi vəzifəli şəxslər vasitəsilə onu Dövlət Təhlükəsizlik Xidmətinin Naxçıvan Baş İdarəsində xidmətə qəbul etdirəcəyini bildirib ardınca ona “ bilirsən bu məsələlər pulla düzəlir, ona görə də sənə deyim sənin haqqında araşdırma getməlidi, sənədlərin yoxlamadan keçəcək, bu məsələlərə başlamaq üçün 5000 manat pul lazımdı, sənədləri, pulu gətir. Gücün çatar verməyə?” deyə soruşduqda ona gücünün çatacağını ona dediyini, sonra evə gəlib bu barədə nənəsi Şahid1 danışıb məsləhətləşdiklərini, nənəsinin də onunla razılaşdığını, Təqsirləndirilən şəxs1 dediklərinə tam inanıb nənəsindən 5000 manat məbləğində pulu götürüb zərfə qoyaraq saat 19 radələrində Naxçıvan MR-nın Dövlət Təhlükəsizlik Xidmətinin yerləşdiyi inzibati binanın qarşısında Təqsirləndirilən şəxs1la görüşüb pul qoyulmuş zərfi və onun əvvəlcədən tapşırdığı şəxsi sənədlərin surətlərini də ona verdiyini, Təqsirləndirilən şəxs1 pulu və sənədləri aldıqdan sonra ona “Uğur bilirsən də nətərdi? bura xidmətə düzəltmək çətindi, sənin akademiya məsələni, idman məsələni, kurs məsələni həll etməliyik, yaxşı yerə təyin olunmağına görə yuxarıya pul çatmalıdı, sənin iş məsələnlə əlaqədar mənə nə deyilsə gəlib sənə deyəcəm, sən də hissə-hissə bunu verəcəksən, yəni bu elə-belə iş deyil” kimi sözlər dediyini, sonra, Təqsirləndirilən şəxs1 19 may 2024-cü il tarixdə saat 10 radələrində ona zəng edərək “Uğur, işlər yaxşı gedir, sənin verdiyin sənədlər var idi e? şəxsi sənədlərin o yoxlamadan keçəcək, Füzuli müəllim yoxlayacaq, nəsə problem olmasın əlavə 1000 manat pul istəyir, kart atacam sənə həmin karta 1000 manat pul göndər” mesajını göndərdiyini, onun da Abbasın dediklərinə inanıb “MilliÖN” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 kart nömrəsinə 1000 manat pul köçürərək pulu göndərməyinə dair qəbzi də özü üçün saxladığını, Təqsirləndirilən şəxs1 25 iyun 2024-cü il tarixdə saat 19 radələrində ona zəng edib sənədlərinin Bakı şəhərində yoxlamadan keçiriləcəyini deyib buna görə ondan 1000 manat məbləğində pulu bank kart nömrəsinə köçürülməsini istədiyini, pulun köçürülməsi üçün ona tətbiq vasitəsilə üzərində Səkinə Rəşidova yazılmış ”Azərtürkbank” ASC-nə aid **********379158 bank kart nömrəsini göndərdiyini, həmin gün “MilliÖN” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 yuxarıda qeyd etdiyi kart nömrəsinə əlavə 1000 manat pul köçürdüyünü, Təqsirləndirilən şəxs1 01 sentyabr 2024-cü il tarixdə onunla telefon əlaqəsi yaradıb birlikdə Bakı şəhərinə gedib iki gün müddətində hospitalda qalmaları üçün bank kart nömrəsinə 300 manat məbləğində pulun köçürülməsini istədiyindən o, da həmin tarixdə “Dan yeri” alış-veriş mərkəzində quraşdırılmış “MilliÖN” ödəmə terminalı vasitəsilə qeyd olunan kart nömrəsinə 300 manat məbləğində pul köçürdüyünü, Təqsirləndirilən şəxs1 2024-cü ilin oktyabr ayının əvvəllərində onunla telefon əlaqəsi yaradıb “Uğur, Bakıda DTXnin Akademiyasında bir illik kurs keçməlisən” deyə bildirdikdə o, sonuncuya Bakıda qalmaq üçün yerinin olmadığını, kurs keçmək istəmədiyini dedikdə Təqsirləndirilən şəxs1 həmin gün axşam saatlarında onun yaşadığı Naxçıvan şəhəri, B.ünvan 4 ünvanına gəlib həmin evin həyətyanı sahəsində onunla və nənəsi ilə görüşərək kursa getməməsi üçün ondan əlavə 5000 manat pul verməsi müqabilində adını çəkmədiyi DTX-də işləyən yüksək vəzifəli tanışı vasitəsilə onu kurs keçməkdən azad edəcəyini bildirdiyini, onun da kursa getməməsi üçün nənəsinin yanında 5000 manat məbləğində pulu verdiyini, Təqsirləndirilən şəxs1 13 oktyabr 2024-cü il tarixdə səhər saatlarında onunla telefon əlaqəsi yaradıb 2025-ci ilin fevral ayında Bakı şəhərində DTX-nin akademiyasında təşkil olunan bir aylıq kursda iştirak etməli olduğunu dedikdə, yenə ona Bakı şəhərində qalmaq imkanının olmadığını bildirdiyini, həmin vaxt, Təqsirləndirilən şəxs1 ona kursda iştirakının məcbur olduğunu bildirib yenə onu aldadaraq 1000 manat məbləğində pul verməsi müqabilində adını çəkmədiyi şəxs vasitəsilə onu kursdan azad etdirə biləcəyini dedikdə ona inanıb 1000 manat pulu onun bank kartına köçürdüyünü, Təqsirləndirilən şəxs1 2024cü ilin oktyabr ayının ortalarında saat 15 radələrində onunla telefon əlaqəsi yaradıb xidmətə qəbul edilməyi üçün əsas şərtlərdən birinin də idman normativlərinin olduğunu deyib dartınma və qaçış idman hərəkətlərinin icra səviyyəsi ilə maraqlanaraq 5000 manat pul verməsi müqabilində DTX-də işləyən adını çəkmədiyi vəzifəli şəxs vasitəsilə idman normativindən keçiriləcəyini dediyini, onun da yenə Təqsirləndirilən şəxs1 inanıb həmin pulu verməyə razı olduğunu deyib həmin gün saat 22 radələrində Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində yerləşən Naxçıvan Gənclər Şəhərciyində mebel dükanında Təqsirləndirilən şəxs1la görüşüb 5000 (beş min) manat məbləğində pulu təklikdə ona verdiyini, Təqsirləndirilən şəxs1 2024-cü ilin oktyabr ayının sonlarında “WhatssApp” mobil tətbiqi vasitəsilə onunla telefon əlaqəsi yaradıb ona “sənin idman məsələsini həll eləmişik, sən özün həmin normativlərdə iştirak etməyəcəksən, sənin əvəzinə həll edəcəklər məsələni, özüm Bakıya gedirəm, idman rəisinə 1000 manat pul lazımdır dedikdə ona bu məsələnin çox uzandığını deyərək şikayətləndiyini, Təqsirləndirilən şəxs1 da 28 oktyabr 2024-cü il tarixdə günorta saatlarında WhatsApp vasitəsilə ona yönləndirilmiş səs mesajı göndərərək səs mesajında bir şəxsin “Abbas müəllim bir şey ki siz özünüz gedirsiniz də Bakıya, pulu aparın orda idman rəisinə tapşırmışıq, demişik, özləri bilir nədir, nə deyil, ad familyanı ver get orada həll elə, pulu ver demişəm orda həll elə bitsin” formalı səs yazısını eşitdikdən sonra həmin şəxsin DTX-də işləyən hər hansı vəzifəli şəxs olduğuna inanıb Təqsirləndirilən şəxs1 zəng edərək həmin pulu verməyə razı olduğunu bildirərək “MİLLİÖN” ödəmə terminalı vasitəsilə həmin bank kart nömrəsinə 1000 (min) manat məbləğində pul köçürdüyünü, Təqsirləndirilən şəxs1 2024-cü ilin noyabr ayının əvvəllərində səhər saatlarında onunla telefon əlaqəsi yaradıb “Uğur akademiya məsələn qəlizdi, kurs keçməlisən, əlavə pul istəyirlər, düzdür məndən verdiyin beş min manatı alanda dedilər ki, məsələn həll olundu. İndi deyirlər ki, yox e gəlib kurs keçsin, özüm girmişəm qəbula xahiş eləmişəm, o pula razı olmurlar, girib birtəhər xahiş eləmişəm. Həll eləmək üçün əlavə beş min pul istəyirlər, verə biləcəksən?” deyə soruşduqda, o həmin vaxt maddi imkanlarının zəif olduğunu və buna görə yalnız 3000 manat pul verə biləcəyini dedikdə Təqsirləndirilən şəxs1 da onunla razılaşdığını, yenə onun yalan sözlərinə inanıb 05 noyabr 2024-cü il tarixdə saat 18 radələrində “ “MİLLİÖN” ödəmə terminalı vasitəsilə onun **********765131 bank kart nömrəsinə 3000 (üç min) manat məbləğində pul köçürüb bu barədə ona Təqsirləndirilən şəxs1 məlumat verdiyini, bir neçə dəqiqədən sonra whatssapp vasitəsilə Abbas tərəfindən ona yönləndirilmiş səs mesajı göndərildiyini həmin səs mesajını dinlədikə əvvəllər səs mesajını dinlədiyi həmin şəxsin “Abbas müəlim axşamın xeyir, Abbas müəllim mən aparıram o üç mini verəm, o üç minə razılaşmır, deyir ki, beş min verəssiniz, o üç min mümkün deyil. İndi mən yoldayam, şoferi zəng vurmuşdu, sən iki mini də tez at mən aparım pulu verim, işi həll eləyək” sözlərini eşitdiyini, səs mesajını dinləyib həmin şəxsin vəzifəli şəxs olduğunu zənn edərək qalan 2000 manat məbləğində pulu verməyə razı olduğunu, həmin vaxt evə qayıdıb 2000 manat pul götürmüş və həmin gün saat 20 radələrində “MİLLİÖN” ödəmə terminalı vasitəsilə **********765131 bank kart nömrəsinə 2000 (iki min) manat məbləğində pul köçürüb bu barədə Təqsirləndirilən şəxs1 məlumatlandırdığını, Təqsirləndirilən şəxs1 06 noyabr 2024cü il tarixdə saat 10 radələrində WhatssApp tətbiqi vasitəsilə onunla əlaqə yaradıb “Uğur xidmətə qəbul edilmək üçün rəhbərlik tərəfindən tapşırıqlar verilib. Sənin əməliyyat bacarığın yoxlanılır, o biri namizədlər də tapşırıqları icra edirlər.Tapşırıqlar belədi, sən Tik- Tok-da bir qızla tanış olub məlumat verməlisən, fərqi yoxdu istədiyin qızla, sonra bir nəfərlə tanış olub istədiyin mövzuda onu danışdırıb səsin yazmalısan, o tapşırıqları icra etməlisən” deyə bildirdikdə, sonuncuya həmin tapşırıqları icra edə bilməyəcəyini dediyini, Təqsirləndirilən şəxs1 isə ona “indi nətər eləyək? o tapşırıqları hamı verməlidi” deyə bildirmiş və bir az keçdikdən sonra onunla yenidən telefon əlaqəsi yaradıb həmin tapşırıqlardan azad olunması üçün 5000 manat pul verməli olduğunu, yalnız bundan sonra həmin tapşırıqların icra olunmasına dair arayış yazılıb şəxsi işinin arasına qoyulacağını dediyini, yenə də onun dediklərinə inanıb həmin pulu verməyə razı olduğunu bildirdikdə, sonuncu pulun öz şəxsi “M 10” elektron pul hesabına köçürülməsini istəyərək həmin gün saat 19 radələrində “MİLLİÖN” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 ***-***-**- ** mobil danışıq nömrəsi ilə qeydiyyatdan keçdiyi “M10” elektron pul hesabına 50 (əlli) və 4950 (dörd min doqquz yüz əlli) manat olmaqla ümumilikdə 5000 (beş min) manat məbləğində pul köçürüb bu barədə ona məlumat verdiyini, bundan əlavə, Təqsirləndirilən şəxs1 2024-cü ilin noyabr ayının sonlarında yəni 26-30 noyabr 2024-cü il tarixləri aralığında saat 11 radələrində istifadəsində olan ***-***-**-** mobil danışıq nömrəsindən onun mobil danışıq nömrəsinə zəng edib “Uğur hər şey yaxşı gedir, sənin o biri məsələlərini həll eləmişəm, şəxsiyyət vəsiqən, hərbi biletin diplomunun surətləri məndə onları Asan Xidmətə təsdiq elətdirəcəm, ən vacib işlərimizdən biri də şəxsi sənədlərinin DTX tərəfindən qəbul edilməsidi. sənədlərini geri qaytarsalar bu qədər gördüyümüz iş heç nə olacaq. Sənədlərdə nə qədər istəsən nöqsan tapa bilərlər, 5000 manat pul istəyirlər, sənədin DTX-nin mərkəzi aparatından keçməsi üçün” deyə bildirdiyini, bundan sonra, saat 19 radələrində Təqsirləndirilən şəxs1 zəng edib 5000 manat pulu verməyə razı olduğunu dedikdə, yenə Novruzov həmin pulu “M10” hesabına göndərməsini istədikdə eyni qaydada yenə onun verdiyi həmin hesaba 5000 min manat məbləğində pul göndərdiyini, Təqsirləndirilən şəxs1 04 dekabr 2024-cü il tarixdə saat 12 radələrində ona zəng edib “Uğur, işlərin qaydasında gedir bu qədər əziyyət çəkmişik istəyirəm DTX-nin Naxçıvan Baş İdarəsində işləyəsən, Naxçıvanın rayonlarına da təyin edə bilərlər səni, ona görə sənin işini qaranti eləmək üçün mərkəzi aparatda işləyən bir nəfərə 1500 manat şirinlik verə bilərsən?” deyə soruşduqda Təqsirləndirilən şəxs1 dediklərinə inanıb 04 dekabr 2024-cü il tarixdə saat 17 radələrində “MİLLİÖN” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 məxsus kart nömrəsinə 1500 manat məbləğində pul köçürüb bu barədə onun özünə məlumat verdiyini, Təqsirləndirilən şəxs1la əvvəlki görüşləri zamanı sonuncuya ailə vəziyyəti, atasının anasından ayrılmaqla onlardan ayrı yaşaması, özünün atası ilə hər hansı əlaqəsinin olmaması ilə bağlı bütün məlumatları dediyindən Təqsirləndirilən şəxs1 12 dekabr 2024-cü il tarixdə saat 14 radələrində Whatsapp vasitəsilə onunla əlaqə yaradıb atası X14 aid məlumatların DTX-nin mərkəzi kompyuter bazasında yoxlanılarkən sonuncunun yalandan cinayət məsuliyyətinə cəlb olunduğunu bildirib həmin məsələnin xidmətə qəbulunda böyük maneə olacağını ona deyərək “Uğur narahat olma bir şey fikirləşərik, Kəngərli rayon məhkəməsində hakim bir tanışım var, uzağı ondan xahiş edəcəm işin həll olunar” dediyini, bir müddət keçdikdən sonra, təxminən dekabr ayının sonlarında Təqsirləndirilən şəxs1 “WhatsApp” vasitəsilə adı “Mehkeme” kimi qeyd edilmiş şəxslə yazışmalarına dair ekran şəkillərini ona göndərdiyini, həmin yazışmalara baxdıqda adı “Mehkeme” kimi qeyd edilmiş şəxsin Təqsirləndirilən şəxs1 “Abbas müəllim vallah danışdım 2000 manat pul deyir. Sənədi o şəkildə göndərmək istəyirsənsə deyim get görüş ver həll eləsin. 6-da adam işdən çıxacaq o vaxta kimi görüş” mətn mesajını gördükdən sonra ondan istədiyi pulu verə bilib-bilməyəcəyini soruşduqda həmin yazışmaların həqiqiliyinə inanaraq 27 dekabr 2024-cü il tarixdə saat 17 radələrində yenə “MİLLİÖN” ödəmə terminalı vasitəsilə onun **********765131 bank kart nömrəsinə 2000 (iki min) manat məbləğində pul köçürdüyünü, Təqsirləndirilən şəxs1 27 dekabr 2024-cü il tarixdə onunla telefon əlaqəsi yaradaraq “DTX-nin formasını verəcəklər sənə, dərziyə getməlisən ölçülərini götürəcəklər, get dərziyə ölçülərini götür mənə denən” deyə bildirdikdə, sonuncunun sözlərinə inanıb dərziyə gedərək öz ölçüləri barədə Təqsirləndirilən şəxs1 məlumat verdiyini, həmin vaxt Təqsirləndirilən şəxs1 adını “Kamal DTX” kimi qeyd etdiyi şəxslə yazışmalarının ekran şəkillərini ona göndərib ardınca ona zəng edərək bədən ölçülərinin Bakı şəhərinə göndərilib oradan sifariş veriləcəyini və formaların hazırlanmasına görə 1650 manat məbləğində pulun bank kart nömrəsinə göndərilməli olduğunu dediyini, yenə onun sözlərinə inanıb 28 dekabr 2024-cü il tarixdə evdə olarkən özünə məxsus "xxxx" ASC-nə aid **********953166 bank kart nömrəsindən Təqsirləndirilən şəxs1 qeyd etdiyi bank kart nömrəsinə 1650 manat məbləğində pul köçürdüyünü, bundan başqa yenə Təqsirləndirilən şəxs1 2025-ci ilin yanvar ayının əvvəllərində istifadəsində olan mobil danışıq nömrəsindən “WhatssApp” vasitəsilə ona adı “Kamran DTX” kimi yazılmış şəxslə yazışmalarının olduğu ekran şəkillərini göndərərək həmin mətn mesajlarını oxuduqda adı “Kamran DTX” kimi qeyd olunan şəxsin Təqsirləndirilən şəxs1 “Abbas müəllim salam demək Zərərçəkmiş şəxs3 1-ci gün özünüzlə bərabər saat 3-də olursuz DTX binasında. Mənə zəng vurursunuz, qəbul edirəm namizədi söhbət aparılır sonra poliklinikaya aparırsız, kitabça açdırırsız, Naxçıvana çıxır işə. Amma deyim biləsiz 5-ci idarəyə alınmır əmri veriləcək Babək rayon şöbəsinə, bir az işləyər sonra 5-ci idarəyə verərik, 2 il işləsin özünə deyin rəisə nə qədər dedim alınmır. Sağ olun gözləyirəm Abbas müəllim Anar müəllimə dedim siz mənim başıma vallah oyun açırsız, 2500 manat deyir. At pulu aparım verim, xatanızı çəkin məndən” sözlərinin yazıldığını gördüyünü, bundan sonra Təqsirləndirilən şəxs1 onunla telefon əlaqəsi yaradıb həmin mesajları oxuyub-oxumadığını soruşaraq sonuncuya həmin mətn mesajlarını oxuduğunu bildirib həmin məbləği hissəhissə verəcəyini bildirdiyini, sonra 08 və 17 yanvar 2025-ci il tarixlərdə “MİLLİÖN” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 məxsus **********511845 nömrəli bank kartına 2000 (iki min) manat və 500 (beş yüz) manat olmaqla ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində pul köçürdüyünü, Təqsirləndirilən şəxs1 02 fevral 2025-ci il tarixdə saat 19 radələrində onunla telefon əlaqəsi yaradıb “deməli Uğur işlərin qurtarıb, kadrlar idarəsinin rəisi ilə bir yerdəyəm, birinci gün işə çıxırsan, oturmuşam burda Ukrayna restoranında, 1300 manat şirinlik istəyir, işin qurtarıb e, heç bir şey qalmayıb” deyə bildirdikdə, sonuncunun sözlərinə inanıb 03 fevral 2025-ci il tarixdə saat 21:33-də ünvan 5 ünvanında yerləşən "xxxx" ASC-nin qarşısında quraşdırılmış “MİLLİÖN” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 məxsus **********511845 nömrəli bank kartına 1300 (min üç yüz) manat məbləğində pul köçürdüyünü, Təqsirləndirilən şəxs1 19 fevral 2025-ci il tarixdə saat 09 radələrində onunla telefon əlaqəsi yaradıb “Uğur kostyum şalvarını geyinirsən, saat 11-də olursan Naxçıvan Baş İdarəsində, saat 11-də Baş idarə rəisi səni qəbul edəcək, hər şey qurtardı, qəbul eləyib tapşırıqların verir, çıxırsan işə, səni qəbula yazıblar, güclə salmışam qəbula, 600 manat şirinlik istəyirlər” dediyini, Təqsirləndirilən şəxs1 sözlərinə inanıb həmin gün sonuncunun dediyi qaydada hazırlaşıb DTX-nin Naxçıvan Baş İdarəsinin qarşısına gəldiyini, Təqsirləndirilən şəxs1la həmin yerdə telefon əlaqəsi saxlayıb bu barədə məlumat verdikdə sonuncu rəisin yerində olmadığını bildirərək həmin pulun göndərilməsini istədiyindən 19 fevral 2025-ci il tarixdə saat 11 radələrində “MİLLİÖN” ödəmə terminalı vasitəsilə sonuncunun **********511845 nömrəli bank kartına 600 (altı yüz) manat məbləğində pul köçürdüyünü, Təqsirləndirilən şəxs1 11 yanvar 2025ci il, 01 fevral 2025-ci il, 29 mart 2025-ci il və 03 aprel 2025-ci il tarixlərində ona zəng edib guya xidmətə qəbul edilməsi ilə bağlı adını çəkmədiyi vəzifəli şəxslərə vermək adı ilə ondan müxtəlif məbləğlərdə pullar istədiyini, o da hər dəfəsində Təqsirləndirilən şəxs1 sözlərinə inanıb ödəmə terminalları vasitəsilə yuxarıda qeyd etdiyi bank kart nömrəsinə 11 yanvar 2025-ci il tarixdə 200 manat, 01 fevral 2025-ci il tarixdə 100 manat, 29 mart 2025-ci il tarixdə 300 manat, 03 aprel 2025-ci il tarixdə 450 manat məbləğində pul köçürdüyünü, yadına düşdüyünə və xatırladığına görə Təqsirləndirilən şəxs1 nağd olaraq əlbəəl 15450 manat pul verdiyini, əvvəllər səhvən, yalnış hesablamamasına görə ondan 44900 manat məbləğində pul tələb etsə də sonradan Təqsirləndirilən şəxs1 və Seyruna göndərdiyi pulların bank kartlarını araşdırarkən həmin məbləğin səhv olduğunu, onlara 5 min manat pul az göndərdiyini bildiyini, bu səbəbdən də onlardan 44900 manat yox 39900 məbləğində pul vasitini istədiyini, 2025-ci ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs1 ona verdiyi vədlərin icrası ilə bağlı hər hansı iş görməyib onu aldadaraq ümumilikdə ondan aldatma və dələduzluq yolu ilə 39900 (otuz döqquz min doqquz yüz) manat məbləğində pulunu ələ keçirdiyini, həmin pullardan bank kartları və köçürmə vasitəsi ilə
22. 800 manat və 1600 manat 15450 manat isə nağd olaraq ödədiyini, sonradan Təqsirləndirilən şəxs1 vasitəsi ilə ona səs atan guya səlahiyyətli şəxsin sonradan ibtidaii istintaq və məhkəmə istintaqı zamanı səsindən tanıdığı və bir neçə dəfə Abbasla çayçıda görüşən zaman həmin şəxsin heç bir vəzifəsi olmayan sadəcə onun pullarını ələ keçirmək məqsədləri olan Təqsirləndirilən şəxs2 olduğunu bildiyini həmin şəxsin kartına ümumilikdə müxtəlif vaxtlarda 9000 min manat pul atdığını, bu günə qədər Təqsirləndirilən şəxs1 ona vurmuş olduğu 39900 (otuz doqquz min doqquz yüz) manat məbləğində maddi ziyanı ödəmədiyini, onun burada dediklərinin tamami ilə yalan olduğunu, müxtəlif vaxtlarda ona əgər həmin məbləğdən müəyyən qismini nağd olaraq ödəyərsə müəyyən qismindən imtina edəcəyini təklif etsə də ona bu günə qədər bir manat da olsun onlar tərəfindən ödənilmədiyini, lakin hər dəfə ona müəyyən yalanlar danışdığını, sonrakı müddətlərdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə onu aldadaraq 39900 (otuz doqquz min doqquz yüz) manat pulunu ələ keçirdiklərini və onun xeyrinə heç bir iş görmədiklərini, Təqsirləndirilən şəxs2 cinayət əməli nəticəsində onu aldadaraq ondan aldığı 9000 manatı ödədiyindən onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını, lakin Təqsirləndirilən şəxs1 ondan aldığı 30900 (otuz min doqquz yüz) manat məbləğində maddi ziyanı hələ də ödəmədiyindən ondan şikayətçi olduğunu, onu bağışlamadığını, qalmış məbləği ondan istədiyini, onun cəzalandırılmasını məhkəmədən xahiş etdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş vətəndaş Şahid1 ifadəsində Zərərçəkmiş şəxs3 onun nənəsi olduğunu və onunla birlikdə yaşadığını, Təqsirləndirilən şəxs1 nəvəsi Zərərçəkmiş şəxs3 vasitəsilə tanıdığını, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 vasitəsi ilə tanıdığını, Zərərçəkmiş şəxs3 2024-cü ilin may ayının əvvəllərində evə gəlib ona DTX-da işləyən Təqsirləndirilən şəxs1 adlı şəxslə tanış olduğunu deyərək onun həmin xidmətə qəbul olunması ilə bağlı ona köməklik edəcəyini və xidmətə qəbul etdirilməsi üçün ilkin olaraq 5000 manat məbləğində pul istəməsini bildirdiyini, həmin vaxt Uğura həmin xidmətə qəbulun çətin olduğunu, nə istəyirsə verməsini dediyini, həmin vaxtdan başlayaraq Təqsirləndirilən şəxs1 müxtəlif vaxtlarda müxtəlif yalan vədlərlə dələduzluq yolu ilə onlardan Uğurun DTX-nin Naxçıvan Baş İdarəsinə təyin olunması, güya onun qəbula yazılması, ayrı-ayrı vəzifəli şəxslərə şirinlik, sovqat verilməsi adı ilə nəvəsi Uğuru aldadaraq nağd və köçürmə yolu ilə hissə-hissə olmaqla ümumilikdə 39900 manat pulunu ələ keçirərək mənimsədiyini və onu xeyrinə heç bir iş görmədiyini bu günə qədər də bir manat da olsun qaytarmadığını, nəvəsi Uğurdan həmin pulların yalan vədlər verilərək aldadılmasında Təqsirləndirilən şəxs1 ilə yanaşı Təqsirləndirilən şəxs2 da bərabər rolunun olduğunu, hər ikisinə inanmadığını, onların yalançı və dələduz olduqlarını Azərbaycan Respublikasının qanunlarına və ədalət məhkəməsinə inandıqlarını, yaşlı və xəstə qadın olduğunu, bütün olanlara baxmayaraq ona nağd şəkildə 30000 (otuz) min manat verərlərsə nəvəsinin və özünün təqsirləndirilən şəxslərdən şikayətçi olmayacaqlarını əks təqdirdə hər ikisindən şikayətçi olduqlarını, məhkəmədən onların layiqli cəzalanmalarını xahiş etdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində atası X11 Hərbi Kollecində müəllim işlədiyini, X9 atasının əmisioğlu olduğunu Təqsirləndirilən şəxs1 isə yaxın qohumu Sarvan vasitəsi ilə tanıdığını, onun X7 idarəsində işlədiyini bildiyini, atası Qələndərin və yaxın qohumları Sarvanın onun DTX-də işləmək istəməsindən xəbərlərinin olduğunu,2024-cü il dekabr ayının əvvəllərində saat təqribən 15-16 radələrində atasının ona zəng edərək Naxçıvan şəhərində yerləşən Kafe-357-yə çağıraraq orada olan əmisi Sarvan vasitəsi ilə sonradan tanıdığı DTX-də işləyən Abbas adlı şəxslə tanış etdiyini, Abbasla tanışlıq zamanı onun DTX-nə savadlı,qabliyyətli, hündürboy idmançı şəxslər axtardığını deyərək “bu dediklərimi səndə görürəm və bizə münasibsən, çox güman ki, səni ora götürəcəyik qalmışını atanla söhbət edəcəyəm”-sözlərini deyib onu arxayın saldığını, sonraki mərhələlərdə Təqsirləndirilən şəxs2 da onunla birlikdə bu ad altında müxtəlif bəhanələrlə yalan vədlər verərək birlikdə onları aldadaraq ümumilikdə 6120 manat pul aldığını öyrəndiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində Təqsirləndirilən şəxs1 əvvəllər tanımadığını onun Rzayev Elməddin vasitəsilə tanıdığını 07 may 2024-cü il tarixdə gecə saatlarında evdə olarkən atası Zərərçəkmiş şəxs1 onu yanına çağıraraq Dövlət Təhlükəsizlik Xidmətində işləmək istəyib-istəmədiyini soruşduğunu onun da əvvəlldəndə həmin orqanda i.ləmək həvəsini olduğunu bildirdiyini həmin vaxt DTX-də işləyən Təqsirləndirilən şəxs1da oradan tanıdığını həmin vaxt kəndliləri Elmədin Rzayevin evində atasıgilin yanında olduğunu Təqsirləndirilən şəxs1 orada olduğunu Təqsirləndirilən şəxs1 ondan həmin orqanda həvəsi olub-olmadığını soruşduqda ona müsbət cavab verdiyini sonradan müxtəlif bəhanələrnən atasına yalan vədlər verərək onu DTX-də guya işə düzəltmək adı ilə atasının 7700 manat pulunu aldığını, sonradan onların pullarını tamami ilə qaytardığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş vətəndaş Şahid6 ifadəsində hərbi xidmətdən tərxis olunduqdan sonra bir müddət işsiz olduğunu, X22 babasının əmisi nəvəsi olduğunu, Təqsirləndirilən şəxs1ı da onun vasitəsi ilə tanıdıqlarını, yadında qalmayan tarixdə atası Rasimin onu yanına çağıraraq Dövlət Təhlükəsizlik Xidmətində işləmək istəyib-istəmədiyini soruşduğunu onun da həmin orqanda işləmək həvəsini olduğunu bildirdiyini, həmin vaxt DTX-də işləyən Təqsirləndirilən şəxs1da oradan tanıdığını həmin vaxt Təqsirləndirilən şəxs1la tanışlıq zamanı onun DTX-nə savadlı,qabliyyətli, hündürboy idmançı şəxslər axtardığını deyərək “bu dediklərimi səndə görürəm və bizə münasibsən, çox güman ki, səni ora götürəcəyik qalmışını atanla söhbət edəcəyəm”-sözlərini deyib onu arxayın saldığını, sonrakı mərhələlərdə bu ad altında müxtəlif bəhanələrlə yalan vədlər verərək atasından ümumilikdə 8370 manat pul aldığını öyrəndiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində Təqsirləndirilən şəxs1 əvvəllər tanımadığını, onu Rzayev Elməddin vasitəsilə tanıdığını, yadında qalmayan tarixdə evdə olarkən atasını onu yanına çağıraraq Dövlət Təhlükəsizlik Xidmətində işləmək istəyib-istəmədiyini soruşduğunu onun da əvvəlldəndə həmin orqanda lşəmək həvəsini olduğunu bildirdiyini həmin vaxt DTX-də işləyən Təqsirləndirilən şəxs1 da oradan tanıdığını, həmin vaxt kəndliləri Elmədin Rzayevin evində atasıgilin yanında olduğunu Təqsirləndirilən şəxs1 orada olduğunu, Təqsirləndirilən şəxs1 ondan həmin orqanda həvəsi olub-olmadığını soruşduqda ona müsbət cavab verdiyini sonruandan müxtəlif bəhanələrlə atasına yalan vədlər verərək onu DTX-də guya işə düzəltmək adı ilə ondan 8200 manat pulunu aldığını göstərdi. İbtidai istintaq zamanı ifadəsi alınmış, üzürlü səbəblərdən məhkəmə baxışı iclasında iştirak etməyən, məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X23 ifadəsində 12 iyul 2023-cü il tarixdə SHXÇDX-nin Naxçıvan şəhər idarəsindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində gənc əsgər hazırlıq kursunu keçdiyini, atası X21 08 aprel 2025ci il tarixdə onkoloji xəstəliyə görə Türkiyə Respublikasının İstanbul şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişdiyini, əvvəllər Təqsirləndirilən şəxs1 tanımadığını, onunla hər hansı münasibəti olmadığını, onu məhrum atası X21 vasitəsi ilə tanıdığını, belə ki, 2023-cü ilin avqust ayının əvvəllərində N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olarkən hərbi hissənin həyətində söhbətgahda görüş zamanı Təqsirləndirilən şəxs1 atasının yanında görüb onunla tanış olduğunu, həmin vaxt, Təqsirləndirilən şəxs1 onunla hal-əhval olduqdan sonra onun xidmət şəraiti ilə maraqlandığını, bundan sonra Təqsirləndirilən şəxs1 ona Dövlət Təhlükəsizlik Xidmətində işləmək istəyinin olubolmaması ilə bağlı soruşduqda ona müsbət cavab verdiyini, həmin vaxt orada olan atası Sadəddin onu tanış edərək “Əli, Abbas müəllim hərbi hissənin osobistidi, atası ilə də yaxın yoldaşam” ona inanmaq olar deyə bildirdikə Təqsirləndirilən şəxs1 da özünü təqdim edib Dövlət Təhlükəsizlik Xidmətində əməliyyat işləri üzrə müvəkkil vəzifəsində, mayor hərbi rütbəsində xidmət etdiyini bildirib ardınca ona “rəhbərlikdən bizə tapşırıq gəlib ki, özünüz kadr seçin, yetişdirin və orqana götürək” deyib onun fikirini soruşduqda ona müsbət cavab verdiyini, sonra Təqsirləndirilən şəxs1 atası ilə aralarında söhbət edib danışmaları üçün bir-birlərinə mobil telefon nömrələrini verdiklərini, 12 iyul 2024-cü il tarixdə hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra atası Sadəddin Talıbovla aralarındakı söhbət zamanı atası onun DTX-də xidmətə qəbul edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs1la 2023-cü ilin avqust ayında görüşüb sonuncuya ilkin olaraq 8000 manat məbləğində pul verdiyini, daha sonra isə 2023-cü ilin noyabr ayının sonlarında onun xidmətə qəbul edilməsi ilə əlaqədar zabitlik kursuna göndərilməsi və əlverişli iş yerinə təyin olunmasından ötrü əlavə olaraq 1000 manat məbləğində pul da verdiyini ona bildirdiyini, Təqsirləndirilən şəxs1 18 iyul 2024-cü il tarixdə saat 14 radələrində atasının istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək “ağsaqqal oğlunun işləri hazırdı, uzağı bir həftəyə Bakıya hərbi-həkim komissiyasına gedəcək, o komissiyada hamını kəsirlər, gəl 500 manat verək uşağı rahat komissiyadan keçirtsinlər, təcili karta at, indi göndərirəm kartı, bir saat sonra mən həmin adamla görüşəcəm” deməsini eşitdiyini, atasınin da onun yalanlarına inanıb Təqsirləndirilən şəxs1 inanıb həmin pulu göndərməyə razı olduğunu dediyini, bundan sonra Təqsirləndirilən şəxs1 “WhatssApp” vasitəsilə kart nömrəsini atasına göndərdiyini, atası da Təqsirləndirilən şəxs1 göndərdiyi bank kart nömrəsinə köçürülməsi üçün ona 500 manat məbləğində pul verdiyini, o da dostu Zərərçəkmiş şəxs3 Samir oğlunun vasitəsilə 18 iyul 2024-cü il tarixdə yuxarıda qeyd olunan bank kart nömrəsinə 500 (beş yüz) manat məbləğində pul köçürdüyünü, Təqsirləndirilən şəxs1 onu aldadaraq 9500 manat məbləğində pulunu ələ keçirməsini başa düşərək 2025-ci ilin yanvar ayında DTX-nin Naxçıvan Baş İdarəsinə şikayət etdiyini, Təqsirləndirilən şəxs1 cinayət əməli nəticəsində ona vurmuş olduğu 9500 manat məbləğində maddi ziyanı tam olaraq özünə qaytardığından onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərmişdir. İbtidai istintaq zamanı ifadəsi alınmış, üzürlü səbəblərdən məhkəmə baxışı iclasında iştirak etməyən, məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş Şahid7 ifadəsində uzun illərdir işləmədiyini,müəyyən yerlərdə iş axtardığını, yadında qalmayan tarixdə əmisı Rafayıl Seyfullah oğlunun onu Cahan Ticarət mərkəzində işlədiyi yerə çağıraraq həmin yerdə məni Təqsirləndirilən şəxs1 ilə tanış edib “ yaxın dostumdur gələcəkdə iş barədə sənə köməklik edəcək” dediyini, Təqsirləndirilən şəxs1 da ondan Miqrasiya xidmətində işləyim işləməməsini soruşduqda onun da etiraz etməyərək təkliflə razılaşdığını, bundan sonra Təqsirləndirilən şəxs1 müxtəlif bəhanələrlə atasına və əmisinə yalan vədlər verərək onu guya həmin orqanda işlə təmin edəcəyini bildirərək işə düzəltmək adı ilə Təqsirləndirilən şəxs2 da onunla birlikdə bu ad altında müxtəlif bəhanələrlə yalan vədlər verərək onları aldadaraq onlardan 6462 manat pullarını aldığını göstərdi. İbtidai istintaq zamanı ifadəsi alınmış, üzrlü səbəblərdən məhkəmə baxışı iclasında iştirak etməyən, məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş Şahid3 ifadəsində DTX-nin Naxçıvan Baş İdarəsində xidmət etdiyini, mayor Təqsirləndirilən şəxs1 onun sinif yoldaşı olmaqla aralarında səmimi yoldaşlıq münasibətlərinin olduğunu, 2024cü ilin dekabr ayının əvvəllərində saat 16 radələrində Naxçıvan şəhərində “Kafe 357” adlı çayxanada olarkən təsadüfən Təqsirləndirilən şəxs1la həmin kafedə görüşən zaman Təqsirləndirilən şəxs1 ona işlədiyi yerə işləmək üçün yaxşı kadr axtardığını dediyini, həmin vaxt onun sözlərinə inanıb ona əmisi nəvəsi Şahid2 haqqında məlumat verərək qohumunun ali təhsilli və karate üzrə 2-ci dan qara kəmər ustası olduğunu və DTX-da işləmək arzusunda olduğunu deyərək ona köməklik etməsini xahiş etdiyini, Təqsirləndirilən şəxs1 isə ondan Şahid2 olduqları yerə çağırmasını istədiyini, bundan sonra o, əmisi oğlu Zərərçəkmiş şəxs7la telefon əlaqəsi yaradaraq Təqsirləndirilən şəxs1 dediklərini ona bildirdiyini, təxminən 15 dəqiqədən sonra Şahid2 onların yanına gəldikdə Təqsirləndirilən şəxs1la onu tanış etdiyini, Təqsirləndirilən şəxs1 Nizami ilə tanış olub ondan təhsili və müəyyən digər bəzi məlumatları aldıqdan sonra atası ilə tanış olmaq istədiyini bildirdiyini, onun atası Zərərçəkmiş şəxs7la təklikdə kafedə söhbət etdikdən onunla sonra telefon əlaqəsi saxlayıb ona “Sarvan tam bizlikdi, kadrlarla danışmışam, təsdiqin də almışam, uşağı DTX-ya düzəldərəm, ancaq bunun xərci var, kadrlara çatmalıdı, sənə görə 1000 manat keçirəm, 7000 manat versin işin düzəldək. İmkanı yoxdursa yarısını indi versin, yarısını əmri veriləndən sonra verər” deyə bildirdiyini, onun da öz növbəsində Zərərçəkmiş şəxs7 zəng edib bu barədə ona məlumat verdikdə maddi vəziyyətinin yaxşı olmamasına görə istədiyi pulu Təqsirləndirilən şəxs1 verə bilməyəcəyini dedikdə Zərərçəkmiş şəxs7 dediklərini də Təqsirləndirilən şəxs1 çatdırdıqda ona “belə hörmət eləyərəm 1000 manat indi versin, qalanın da ayın axırı verər” deyə cavab verdiyini, Bundan sonra Zərərçəkmiş şəxs7 hissə-hissə Təqsirləndirilən şəxs1 həmin pulu verməyə razı olduğunu və həmin gün Təqsirləndirilən şəxs1la Naxçıvan şəhərində yerləşən “Mərkəzi Aptek”in yanında görüşüb Q.Bünyətovun ona verdiyi 600 manat pulu Təqsirləndirilən şəxs1 verdiyini, Zərərçəkmiş şəxs7 həmin gün Təqsirləndirilən şəxs1la görüşüb razılaşdığı pulun qalan hissəsini, yəni 400 manat pulu ona verdiyini, sonrakı müddətlərdə bildiyinə görə sonraki mərhələlərdə Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs1la birlikdə bu ad altında müxtəlif bəhanələrlə yalan vədlər verərək birlikdə onları aldadaraq Zərərçəkmiş şəxs7 oğlunun DTX-də xidmətə qəbul etdirəcəyinə dair yalandan vəd verib aldadaraq ümumilikdə onun 6120 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildiyini göstərmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittihamlar üzrə təqsirlilikləri özlərinin etirafedici ifadələri ilə yanaşı, iş üzrə toplanmış kifayət qədər sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, rəsmi sənədlər və digər mötəbər, təkzibedilməz sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. 23 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə nəzərdə tutulmuş ittiham elan edilmiş və Bakı Hərbi Məhkəməsinin 23 iyun 2025-ci il tarixlı qərarı ilə barəsində 14 iyul 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. 20 iyun 2025-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət təqibi başlanmış, 03 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona qeyd edilən maddələrlə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 07 iyul 2025-ci il tarixdə iş üzrə ibtidai istintaq müddəti Respublika Hərbi prokurorunun müavini tərəfindən 2 (iki) ay müddətinə, yəni 14 sentyabr 2025-ci il tarixədək uzadılmışdır. Bakı Hərbi Məhkəməsinin 10 iyul 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 2 (iki) ay müddətinə, yəni 14 sentyabr 2025-ci il tarixədək uzadılmışdır. 18 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.2-ci maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və.178.2.4-cü maddələrinə tövsif edilərək həmin tarixdə ona qeyd edilən maddələrlə ittiham elan edilmişdir. 21 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamın məzmunu dəyişdirilərək ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. Baxış keçirilməsi haqqında 29 may, 16 iyun və 23 iyul 2025-ci il tarixli protokollordan, ona edilmiş əlavələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 2023-cü ilin avqust ayının əvvəllərindən 2025-ci ilin iyun ayının əvvəllərinədək olan müddət ərzində zərərçəkmiş şəxslər S.Ə.Talıbov, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, və Zərərçəkmiş şəxs4la, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 münasibətdə “WhatssApp” mobil proqram təminatı vasitəsindən istifadə etməklə aralarında səsli və yazılı formada danışıqlar apararaq həmin vətəndaşların özlərinin və onların qohumlarının DTX-də və digər dövlət orqanlarında xidmətə qəbul edilməsi ilə bağlı vəd verib həmin şəxslərdən müxtəlif məbləğlərdə pul istəyib almışlar. Baxış keçirilməsi haqqında 14 avqust 2025-ci il tarixli protokoldan görünür ki, qeyd olunan cinayət hadisələrin baş verdiyi tarixlərdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bank kart nömrələrinə zərərçəkmiş şəxslər tərəfindən müxtəlif məbləğlərdə pullar köçürülmüşdür. «Naxtell» mobil operatoru tərəfindən təqdim olunmuş özündə telefonla aparılmış danışıqlara dair məlumatları əks etdirən CD diskə baxış keçirilməsi haqqında 15 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**- ** mobil danışıq nömrəsi ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7, habelə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-**, ***-***-**- **, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil danışıq nömrələri arasında 01 avqust 2023-cü il tarixdən 18 iyun 2025-ci tarixədək olan müddət ərzində çoxsaylı danışıqlar aparılmışdır. İş materiallarına əlavə edilmiş qəbzlərin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs3 19 may 2024-cü il tarixdən 29 mart 2025-ci il tarixədək olan müddət ərzində Naxçıvan şəhərində yerləşən ayrı-ayrı ödəmə terminalları vasitəsilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus bank kart nömrələrinə, eləcə də elektron pul hesablarına müxtəlif məbləğində pul köçürmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş 1-ci cild iş vərəqə 221-284 və 253-259 da olan “Million” elektron ödəmə vasitəsi ilə ödəmə çeklərindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 adlarına məxsus kart hesablarına müxtəlif vaxtlarda ödəmələr olduğu görsənir. Cinayət işinin materiallarına əlavə edilmiş 4-cü cild iş vərəqə 01-95 də olan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, vətəndaş X15 və vətəndaş X12 məxsus bank hesablarından çıxarışlar aparılaraq ciayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 2-ci cild iş vərəqə 199-215-da olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında gedən səs yazılarında görünür ki, törədilmiş cinayət əməlini Ü.Babayevə, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 münasibətdə birlikdə törədiblər. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxsin hüquqi varisi Ə.S.Talıblının ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməlləri nəticəsində onlara vurmuş olduğu maddi ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxs1 xx xxx 1988-ci il tarixdə ünvan 6 ünvanında daimi qeydiyyatda olmaqla Naxçıvan şəhəri, 12-ci məhəllə, döngə 1 ünvanında yaşayır. ünvan 8miş 227 saylı, 23 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 aşağıdaki ailə üzvüləri vardır. X24. xx.xx.1991-ci il doğumlu- arvadı. X20. xx.xx.2014-cü il doğumlu- oğlu. X13-16.06. 2016- qızı. X25- xx.xx.2020- qızı. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 23 iyul 2012-ci il tarixli 1470 nömrəli əmri ilə leytenant hərbi rütbəsi almaqla həqiqi hərbi xidmətə qəbul olunmuş, 01 yanvar 2023-cü il tarixdən 07 fevral 2025-ci il tarixədək olan müddət ərzində Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Mutar Respublikası üzrə baş idarəsinin Hərbi əks-kəşfiyyat idarəsinin 1-ci şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət etmiş, Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavininin 07 fevral 2025-ci il tarixli RM/39-şh nömrəli əmri ilə tutduğu vəzifədən azad olunmaqla ehtiyata buraxılmışdır. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 2 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs1 müsbət xarakterizə edilir. Təqsirləndirilən şəxs2 30 avqust 1974-cü il tarixdə ünvan 9 ünvanında daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsillidir, evlidir, hal-hazırda işsizdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 2 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs2 müsbət xarakterizə edilir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yaqub Budaqov adına xəstəxanadan verilmiş xx.xx.2025-ci il tarixli 328-34-4\2-2448 saylı arayışdan görünür ki, təqsirləndirilən şəxs Seyidov X16 MR X3 dispanser qeydiyyatındadır. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmış, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyi tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs2 Ümumi xəstəliklər üzrə ikinci dərəcəli (qrup) əlildir Əməliyyat və Statistik İnformasiya şöbəsindən alınmış tələbnamədə Təqsirləndirilən şəxs2 məhkumluğunun olması ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. Əməliyyat və Statistik İnformasiya şöbəsindən alınmış tələbnamədə Təqsirləndirilən şəxs1 məhkumluğunun olması ilə bağlı heç bir məlumatın olmadığı göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 eyni zamanda zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 ilə eyni cinayət əməlini birlikdə törədərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6 aldatma və dələduzluq yolu ilə onların müxtəlif məbləğdə pullarını alaraq mərc qumar oyunlarında və öz şəxsi məqsədləri üçün xərclədikləri tam sübuta yetir təsdiq olunur. Bu hal hər iki təqsirləndirilən şəxsin məhkəmədə özlərinin bir-birinə qarşı verdikləri ifadələrlə eyni zamanda zərərçəkmiş şəxslərin və şahidlərin verdikləri ifadələrlə də sübut olunur və məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi bəzi həqiqətə uyğun olmayan ifadələrini özünü müdafiyə xarakterli ifadələr kimi qiymətləndirir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ibtidaii istintaq zamanı və məhkəmə istintaqı zamanı bütün ifadələrində göstərir ki, Təqsirləndirilən şəxs1 2025-ci ilin yanvar ayının əvvəllərində istifadəsində olan mobil danışıq nömrəsindən “WhatssApp” vasitəsilə ona adı “Kamran DTX” kimi yazılmış, sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 adlı şəxslə yazışmalarının olduğu ekran şəkillərini ona göndərdikdə həmin mətn mesajlarını oxuyarkən adı “Kamran DTX” kimi qeyd olunan Təqsirləndirilən şəxs2 adlı həmin şəxsin Təqsirləndirilən şəxs1 “Abbas müəllim salam demək Zərərçəkmiş şəxs3 1-ci gün özünüzlə bərabər saat 3-də olursuz DTX binasında. Mənə zəng vurursunuz, qəbul edirəm namizədi söhbət aparılır sonra poliklinikaya aparırsız, kitabça açdırırsız, Naxçıvana çıxır işə. Amma deyim biləsiz 5-ci idarəyə alınmır əmri veriləcək Babək rayon şöbəsinə, bir az işləyər sonra 5-ci idarəyə verərik, 2 il işləsin özünə deyin rəisə nə qədər dedim alınmır. Sağ olun gözləyirəm Abbas müəllim Anar müəllimə dedim siz mənim başıma vallah oyun açırsız, 2500 manat deyir. At pulu aparım verim, xatanızı çəkin məndən” ifadəsini və başqa səs yazılarını da işlətdiyini, məhkəmə istintaqında həmin səs yazısının Təqsirləndirilən şəxs2 aid olduğunu və həmin şəxsin məhkəmədə də şəxsən həmin səs yazılarının özünə aid olduğunu etraf etdiyini, müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs2 məxsus **********765131 bank nömrəsinə cəmi 9000 (doqquz) min (28 oktyabr 2024-cü il tarixdə 1000 manat, 13.10. 2024-cü il tarixdə 1000 manat, 27 dekabr 2024-cü il tarixdə 2000 manat, 05 noyabr 2024-cü il tarixdə 2000 manat, 05 noyabr 2024-cü il tarixdə 3000 manat) pul ataraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 vahid niyətlərindən və qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdikləri əməldən xəbərinin olmadığını, həmin şəxslərin dələduzluq əməllərinə inananaraq həmin pulları onlara verdiyini, Təqsirləndirilən şəxs2 da məhkəmə istintaqında pul köçürmələrin və səs yazılarının da ona aid olduğunu, həmin pulların bir qisminin qumarda uduzduqları, bir qismini isə öz şəxsi məqsədləri üçün xərclədikləri tam sübut olunur və təsiq olunur. Digər Zərərçəkmiş şəxs7 münasibətdə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs7 övladı Şahid2 işə götürmək adı ilə ondan da hər ikisi müxtəlif bəhanələrlə müəyyən məbləğdə pul almaq məqsədi ilə vahid niyətlərindən və qabaqcadan əlbir olan bir qrup şəxs halında öz aralarında tərtib etdikləri proqrama əsasən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs7 “WhatssApp” mobil proqram təminatı vasitəsilə yönləndirilmiş səs mesajını dinlədikdə orta yaşlı bir şəxsin “Salam Abbas müəllim necəsiz, Abbas müəllim bu gün saat beşə kimi o, Şahid2 var e, onun sənədlərini 2000 manat pulu göndərin təcili Bakıya, yanvarın səkkizi onu arası gəlməlidi komissiyaya təcili göndərin ki, sənədlər hazırlansın” ifadəsini işlətdiyini məhkəmə istintaqında həmin səs yazısının Təqsirləndirilən şəxs2 aid olduğunu bildiyini və Təqsirləndirilən şəxs2 da həmin səs yazısının ona aid olduğunu məhkəmədə verdiyi ifadəsində etiraf etdiyini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə Zərərçəkmiş şəxs7 münasibətdə də dələduzluq əməli etdiklərinin, cinayət işinin materiallarından da görünür ki, Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs2 məxsus kart nömrəsinə 500 (beş yüz) manat məbləğındə pulun eyni məqsədlə göndərdiyi tam sübut olunur. Digər zərərçəkmiş şəxs X6 münasibətdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək “indi Elnur müəllimlə sənin yanında danışacam, gör nə deyir” deyə bildirmiş və telefonun kontaktında “Miqrasiya müəllim” adı ilə qeyd edilən şəxsə Təqsirləndirilən şəxs1 onun yanında səsucaldan rejimdə zəng edib kiminləsə danışmağa başladığını, Təqsirləndirilən şəxs1 danışıq zamanı “Elnur müəllim salam necəsiz, o namizəd var idi Şahid7 onun əmisi yanımdadı, əmr verilməməsindən narahat olurlar, özü də sizi eşidir, o namizədin məsələsi nə yerdədi?, mən DTX işçisiyəm sən də polkovnik-leytenant keçmiş DTX işçisi, bu mənə inanmır” deyə soruşduqda, danışan şəxs “bir-iki günə o namizədin məsələsi həll olunacaq, bazar ertəsi yüz faiz əmri veriləcək, birinci gün o uşağın əmri veriləcək, şirinlik verərsən də yəqin, 300 manat şirinlik verərsən” ifadəsini işlətdiyini, məhkəmə istintaqında həmin səs yazısının Təqsirləndirilən şəxs2 aid olduğunu bildiyini və Təqsirləndirilən şəxs2 da həmin səs yazısının ona aid olduğunu məhkəmədə verdiyi ifadəsində etiraf etdiyini və hər ikisinin dələduzluq əməli etdiklərini, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs2 məxsus bank nömrəsinə 1000 (min) manat manat pulun eyni məqsədlə göndərdiyi tam sübut olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özü də ifadəsində etraf etdi ki, digər Təqsirləndirilən şəxs1la birlikdə yuxarıda adları göstərilən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 qarşı dələduzluq əməlini törədərək zərərçəkmiş şəxslərdən həmin pulların alınmasında Təqsirləndirilən şəxs1 ilə eyni cinayət əməlini birlikdə törətmiş, alınmış pulların müəyyən qismini onun pul kartına atdıqlarını, müəyyən qismini isə Abbasın nağd şəkildə ona verməsi Təqsirləndirilən şəxs1 və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Şahid2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 və şahidlərin məhkəməyə verdiyi ifadələrdə də öz əksini tapmışdır. Digər zərərçəkmiş şəxslərə münasibətdə (S.Ə.Talıbov, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5, və Zərərçəkmiş şəxs4la) isə Təqsirləndirilən şəxs1 həmin əməli tək törətdiyi məhkəmə istintaqı zamanı sübut olunmuşdur. Həmin zərərçəkmiş şəxslərə vurulmuş ziyan isə Təqsirləndirilən şəxs1 tərəfindən tamami ilə ödənilmişdir. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6 məhkəməyə mülkü iddia ilə müraciət edərək onlara dəymiş ziyanı hər iki təqsirləndirilən şəxsdən tələb etmişdilər. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü,mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Qeyd edilən halları məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində, Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməldə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcuddur. Məhkəmə bu nəticəyə gələrkən məhkəmə istintaqında tədqiq edilmiş çoxsaylı obyektiv sübutları, o cümlədən təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin məhkəmə istintaqı zamanı ayrı-ayrılıqda vermiş olduqları ifadələri (eyni zamanda cinayət işinin materiallarına əlavə edilmiş bank ödəniş və terminal ödəniş qəbzlərinin surətini və səs yazılarını) əsas tutmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və ya müdafiəçiləri iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşlar. Təqsirləndirilən şəxslərin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində onlara imkan yaradılmış, təqsirləndirilən şəxslər və onların müdafiəçiləri sübutların tədqiqində iştirak etmişlər, onlar məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar vermişlər və sərbəst şəkildə müdafiə hüquqlarını həyata keçirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd etmək lazımdır ki, «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 yanvar 2002-ci il tarixli, 1 saylı Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 iyun 2025-ci il tarixli Plenum Qərarında göstərilir ki, CM-nin 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-nin 178.2.1-ci maddəsi) hesab edilir. Həmin Plenum qərarında məhkəmələrə tövsiyə edilir ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl etsinlər. Həmçinin məhkəmələrə izah edilir ki, dələduzluğun törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı zərər çəkmiş şəxs cinayət təqibi mərhələsində CPM-nin 179- 183-cü maddələrinin tələblərinə əməl etməklə mülki iddia verdikdə, həmin iddialara cinayət işi ilə birlikdə baxılmalı və zərərin ödənilməsi haqqında əsaslandırılmış qərar qəbul edilməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadələrindən də görünür ki, onların əsas məqsədi dələduzluq və aldatma yolu ilə zərərçəkmiş şəxsləri aldatmaq onların əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək və yaxud onların əmlak hüquqları əldə etmək olub. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlı isə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar törətdikləri cinayət əməllərinə görə təqsirli bilinib həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin dispozisiyasından və sanksiyasından görünür ki, Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, eyni əməllər –qabaqcadan əlbir olan bir qrup şəxs tərəfində törədildikdə, təkrar törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Bu da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayət sayılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsləri, zərərçəkmiş şəxsləri və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olmaları onların həmin cinayəti məhkəmə iclasında tam etiraf etmələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, eləcə də tədqiq edilmiş protokollarla və eləcə də işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında törətdiyi əməli səmimi etiraf edib özünü tam təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, ailəli olmasını, himayəsində üç azyaşlı övladının olmasını, bir neçə zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı tamami ilə ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterize olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində onların cəzalarını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 21 iyun 2025-ci il tarixdən 23 iyun 2025-ci il tarixədək 2(iki) gün (4-cü cild iş vərəqə 131-132 və 206-222) şübhəli şəxs qismində tutulması haqqında Azərbaycan Respublikası Hərbi prokurorluğunun istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə mayoru E.Süleymanlı tərəfindən qərar qəbul edilmiş, 23 iyun 2025-ci il tarixdən Baki Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir və hal hazırda həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,. 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ona təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. (Onun barəsində həmin maddələrin sanksiyası daxilində nəzərdə tutulmuş cərimə cəzasının və ya müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının verilməsi cəzanın məqsədini təmin edə bilmir). Törədilmiş əmələ görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o, halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədini təmin etməsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində saxlanıldığı 21 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında özünü tam təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ailəli olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ilk dəfə cinayət əməli törətməsini, cinayət hadisəsinin törədilməsində özünə aid olan hissədə zərərçəkmiş şəxslərə dəymiş ziyanı könüllü olaraq tamami ilə ödəməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, özünün xəstə və ikinci qrup əlil olmasını, yaşayış yeri üzrə müsbət xarakterize olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən onların şəxsiyyətini, törətdiyi cinayətin xarekterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuna uyğun hesab edir. Azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinin tələbinə uyğun olaraq məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş məhkumun yaşayış yerini (tamami ilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək vəzifələri qoyur. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Təqsirləndirilən şəxs2 üzərinə hər gün yaşadığı ünvanı, ünvan 10 gün saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Üzərlərində nəzarətin həyata keçirilməsi yaşayış yerləri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə mülki iddia vermiş zərərçəkmiş şəxslərə Zərərçəkmiş şəxs3, Şahid2, Zərərçəkmiş şəxs6 münasibətdə mülki iddianın təmin edilməsi nəticəsinə gəlir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası CPM-in 181.1 -ci maddəsinə görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; Həmin Məcəllənin 183.1 -ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Həmin Məcəllənin 183.3-cü maddəsinə görə Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. "Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsinə əsasən cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası CPM-in 183.4 -ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zərurəti olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. Belə ki, cinayət işinin matreallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 ona məxsus kart hesabına atdığı 9000 (min) manat pulu ona qaytardığından ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs2 münasibətdə mülkü iddiadan imtina edir. Cinayət işinin matreallarına əlavə edilmiş Zərərçəkmiş şəxs7 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 ona məxsus kart hesabına atdığı 500 manat pulu ona qaytardığından ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs2 olan münasibətdə mülkü iddiadan imtina edir. Cinayət işinin matreallarına əlavə edilmiş Zərərçəkmiş şəxs6 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 ona məxsus kart hesabına atdığı 1000 (min) manat pulu ona qaytardığından ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs2 olan münasibətdə mülkü iddiadan imtina edir. Məhkəmə sözügedən iddia ərizələrini məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə, eləcə də cinayət işinin materiallarında olan sənədlərlə əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Belə ki, Məhkəmə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Şahid2, Zərərçəkmiş şəxs6 verdikləri mülkü iddiaya münasibətdə araşdırılmış sübutlara istinad etməklə və verilmiş mülkü iddialara münasibətdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirlilik dərəcəsini müəyyən edərək belə hesab edir ki, verilmiş mülkü iddialar qismən təmin edilməli, Zərərçəkmiş şəxs3 aldatma yolu ilə əldə etdikləri 39900 (otuz doqquz min doqquz yüz) manat pulun 9(doqquz) min manatı Təqsirləndirilən şəxs2 tərəfindən zərərşəkmiş şəxsə ödənildiyindən qalmış 30900(otuz min doqquz yüz) manat mülki cavabdeh qismində tanınmış Təqsirləndirilən şəxs1 alınaraq Zərərçəkmiş şəxs3, X1 dələduzluq və aldatma yolu ilə alınmış 6462 (altı min dörd yüz altmış iki) manat pulun 1000 min manatı Təqsirləndirilən şəxs2 tərəfindən zərərşəkmiş şəxsə ödənildiyindən qalmış 5462( beş min dörd yüz altmış iki) manatı mülki cavabdeh qismində tanınmış Təqsirləndirilən şəxs1 alınaraq X6, Zərərçəkmiş şəxs7 dələduzluq və aldatma yolu ilə alınmış 6120 (altı min yüz iyirmi) manat pulun 500 manatı Təqsirləndirilən şəxs2 tərəfindən zərərşəkmiş şəxsə ödənildiyindən qalmış 5620( beş min altı yüz iyirmi) manatı mülki cavabdeh qismində tanınmış Təqsirləndirilən şəxs1 alınaraq Zərərçəkmiş şəxs7 ödənilməlidir. Belə ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, X10 və Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs2 qarşı verilmiş mülki iddiadan imtina etdiklərindən Təqsirləndirilən şəxs2 qarşı verilmiş mülki iddiaya münasibətdə xitam verilməli, mülki cavabdeh qismində tanınmış Təqsirləndirilən şəxs1 münasibətdə isə təmin edilməlidir. Zərərçəkmiş şəxs3 ödədiyi 225 (iki yüz iyirmi beş) manat məbləğində dövlət rüsumunun 182 (yüz səksən iki) manatı Təqsirləndirilən şəxs1 alınaraq Zərərçəkmiş şəxs3 qaytarılmalı, qalmış hissəsi Zərərçəkmiş şəxs3 aid hesab edilməlidir. Zərərçəkmiş şəxs X2 ödədiyi 84(səksən dörd) manat 62(altmış iki) qəpik məbləğində dövlət rüsumunun 74 (yetmiş dörd) manatı Təqsirləndirilən şəxs1 alınaraq zərərçəkmiş şəxs X6 qaytarılmalı, qalmış hissəsi X6 aid hesab edilməlidir. Zərərçəkmiş şəxs7 ödədiyi 81( səksən bir) manat 20(iyirmi) qəpik məbləğində dövlət rüsumunun 76 (yetmiş altı) manatı Təqsirləndirilən şəxs1 alınaraq Zərərçəkmiş şəxs7 qaytarılmalı, qalmış hissəsi Zərərçəkmiş şəxs7 aid hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci-təqsirli bilinən Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli olan haqdan ibarətdir. Belə ki, cinayət işi üzrə 07 iyun 2024-cü il tarixində həyata keçirilən məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs1 müdafiəçinin xidmətini ödəmək üçün kifa¬yət qədər vəsaiti olmadığından o, məhkəmənin müvafiq qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, onun hüquqlarının müdafiəsi Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi1 həvalə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü mad¬dəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 saylı qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsiərində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata uyğun olaraq Azərbaycan Respublikası Nazirlər kabinetinin 28 aprel 2025-ci il tarixli 141 saylı qərarı ilə bir iş saatı 11 manat olmaqla 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi1 vəkil işlədiyi Naxçıvan şəhər Asan Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədiyindən təqsirləndirilən şəxlər barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə təqsirləndirilən şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan bir ədəd CD diski cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351, 352, 353.1, 353.2, 353.4, 354, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlandığı və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində saxlanıldığı 21 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarından kənara çıxmamaq, yaşayış yeri üzrə ünvan 3 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrası yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, X10 və Zərərçəkmiş şəxs7 tərəfindən Təqsirləndirilən şəxs2 qarşı verilmiş olduqları mülki iddiadan imtina etdiklərindən Təqsirləndirilən şəxs2 qarşı verilmiş mülki iddiaya münasibətdə xitam verilsin, Təqsirləndirilən şəxs1 münasibətdə isə iddia təmin edilsin. Təqsirləndirilən şəxs1 30900 (otuz min doqquz yüz) manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs3 qaytarılsın. Zərərçəkmiş şəxs3 ödədiyi 225 (iki yüz iyirmi beş) manat məbləğində dövlət rüsumunun 182 (yüz səksən iki) manatı Təqsirləndirilən şəxs1 alınaraq Zərərçəkmiş şəxs3 qaytarılsın. Qalmış hissəsi Zərərçəkmiş şəxs3 aid hesab edilsin. Təqsirləndirilən şəxs1 5462 (beş min dörd yüz altmış iki) manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs6 qaytarılsın. Zərərçəkmiş şəxs X5 ödədiyi 84 manat 62(altmış iki) qəpik məbləğində dövlət rüsumunun 74 (yetmiş dörd) manatı Təqsirləndirilən şəxs1 alınaraq Zərərçəkmiş şəxs6 qaytarılsın. Qalmış hissəsi Zərərçəkmiş şəxs6 aid hesab edilsin. Təqsirləndirilən şəxs1 5620 (beş min altı yüz iyirmi) manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs7 qaytarılsın. Zərərçəkmiş şəxs7 ödədiyi 81( səksən bir) manat 20(iyirmi) qəpik məbləğində dövlət rüsumunun 76 (yetmiş altı) manatı Təqsirləndirilən şəxs1 alınaraq Zərərçəkmiş şəxs7 qaytarılsın. Qalmış hissəsi Zərərçəkmiş şəxs7 aid hesab edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs1 dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi yardıma görə Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarı ilə bir iş saatı 11 manat olmaqla 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi1 vəkil işlədiyi Naxçıvan şəhər Asan Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat məbləğində pul ödənilsin. İş üzrə xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. İş üzrə təqsirləndirilən şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Cinayət işi üzrə ittiham aktının elektron variantının olduğu 1 (bir) ədəd CD diski cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Səxavət Hüseynov