Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-59/2024 14.11.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 2005-ci il tarixdə Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Kəngərli rayonunun Şahtaxtı kəndində daimi qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayan, barəsində 28 avqust 2024-cü il tarixdə komandanlığın müşahidəsi altına vermə növündə qətimkan tədbiri seçilmiş N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İmranov X2 Nazirliyinin N nömrəli hərbi hissəsinin 5-ci taborunun 17-ci bölüyünün 2-ci taqımının 2-ca manqasında qumbaraatan vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən tabelik münasibətində olmadığı, həmin bölüyün 2-ci taqımının 1-ci manqasında atıcı-sanitar vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs bir gün əvvəl heç bir səbəb olmadan əsgər Şahid1 yanında onun ünvanına nalayiq ifadələr işlətməsini öyrəndikdən sonra 19 iyun 2024-cü il tarixdə, saat 09 radələrində taborun 17-ci bölüyünə məxsus əşya saxlancının arxasında sonuncudan ünvanına nalayiq ifadələr işlədib-işlətməməsini soruşan zaman əsgər Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsini təsdiq etmiş, əsgər Təqsirləndirilən şəxs ona anasına qarşı etdiyi nalayiq ifadəyə görə üzr istəməsini demiş, əsgər Zərərçəkmiş şəxs sağ əlinin baş barmağı ilə şəhadət barmağını dairəvi şəkildə tutub ona göstərərək yenidən əsgər Zərərçəkmiş şəxs onun ünvanına təkrar nalayiq ifadələr işlətdiyi üçün aralarında yaranmış mübahisə zamanı o, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42, 138-ci və İntizam Nizamnaməsinin 1 və 3-cü bəndlərində göstərilmiş “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməlidir” kimi tələbləri kobud surətdə pozub, əsgər Zərərçəkmiş şəxs sifətinə bir yumruq zərbəsi vuraraq, ona dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid “sağ çənə sümüyünün cisminin sınığı, 31-32-ci dişlərin arasında keçən sınıqları” xəsarətini yetirməklə sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində 18 iyun 2024-cü il tarixdə, saat 20 radələrində yataqxanada olan zaman əsgər Şahid1 ona həmin gün səhər saatlarında əsgər Zərərçəkmiş şəxs onun arxasınca nalayiq ifadələr işlətdiyini dediyini, bundan sonra həmin gün əsgər Zərərçəkmiş şəxs heç nə demədiyini, 19 iyun 2024-cü il tarixdə, səhər yerbəyerindən sonra bölük komandiri Elvin Hüseynov onu, əsgərlər Şahid1, Zərərçəkmiş şəxs və Şahid3 təmizlik işləri görmək işinə ayırıb köhnə paltar geyinmələrini tapşırıb bölüyün əşya saxlancına göndərdiyini, əşya saxlancına çatdıqdan sonra, saat 09:00 radələrində əsgər Zərərçəkmiş şəxs saxlancın arxasına siqaret çəkmək üçün keçdiyini, onun barəsində nalayiq ifadə işlədib-işlətməməyini dəqiqləşdirmək üçün əşya saxlancının arxasına, onun yanına getdiyini, əsgər Şahid1 da onun arxasınca oraya gəldiyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs söyüş söyüb-söymədiyini soruşan zaman əsgər Zərərçəkmiş şəxs ona “bəli, sənin arxanca əsgər Şahid1 yanında nalayiq ifadələr işlətdiyini, “onunbununla ana zarafatı edir, sən də onunla dostluq edirsən, qardaş deyirsən demişəm” dediyini, həmin ifadələrə görə əsgər Zərərçəkmiş şəxs üzr istəməsini dediyini, lakin əsgər Zərərçəkmiş şəxs ondan üzr istəməyərək sağ əlinin baş barmağı ilə şəhadət barmağını birləşdirib yumru işarəsi göstərib “sən bundan olmusan” deyərək, yenə nalayiq ifadələr işlətdiyini, həmin vaxt həmin ifadələrə görə özünü saxlaya bilmədiyini, əsəbiləşərək sol əli ilə əsgər Zərərçəkmiş şəxs sifətinin sağ tərəfindən bir dəfə yumruq zərbəsi vurub, ona “nə demisən, özünə getsin” dediyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs söymədiyini, onu təhqir etmədiyini, həmin vaxt orada olan əsgər Şahid1 onu tutub oradan uzaqlaşdırdığını, həmin gün axşamtərəfi yataqxanaya qayıdanda əsgər Zərərçəkmiş şəxs orada gördüyünü, əsgər Zərərçəkmiş şəxs əli ilə ağzını tutaraq çətinliklə danışa bildiyini, həmin vaxt onu vurmağına görə əsgər Zərərçəkmiş şəxs üzr istədiyini, əsgər Zərərçəkmiş şəxs isə ona “günah məndədir, mən sənə nalayiq ifadələr işlətdim” deyərək onunda üzr istədiyini, həmin vaxt orada barışdıqlarını, sonra əsgər Zərərçəkmiş şəxs hərbi hissənin tibb məntəqəsinə, oradan da 205 nömrəli hərbi hospitala göndərildiyini, müayinələr nəticəsində onun çənəsində sınıq aşkarlandığını eşitdiyini, etdiyi əmələ görə peşman olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə məhkəmədə ifadə vermiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş N nömrəli hərbi hissənin 5-ci motoatıcı taborunun 17-ci bölüyünün 2-ci taqımının 1-ci manqasında atıcısanitar vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs ifadəsində 18 iyun 2024-cü il tarixdə, saat 09 radələrində bölük komandiri kapitan Elvin Hüseynov onu, əsgər Şahid1, əsgər Təqsirləndirilən şəxs, əsgər Şahid3, əsgər Şahid2 taborun səngərlərinin təmizliyinə ayırıb, əşya saxlancına köhnə paltar geyinmək üçün göndərdiyini, əşya saxlancında əsgər Şahid1 köhnə çəkmə istəyən zaman o, çəkmələri əsgər Təqsirləndirilən şəxs verəcəyini dediyini, həmin vaxt o, əsgər Təqsirləndirilən şəxs arxasınca nalayiq ifadələr işlədib “onunla-bununla ana zarafatı edir, sən də çəkməni ona verirsən, mənə vermirsən, ona qardaş deyib dostluq edirsən” dediyini, əsgər Şahid1 həmin vaxt ondan əsgər Təqsirləndirilən şəxsla zarafatının olub-olmadığını soruşanda ona zarafatının olduğunu bildirdiyini, ertəsi gün, 19 iyun 2024-cü il tarixdə səhər yerbəyerindən sonra, saat 09 radələrində bölük komandiri kapitan Elvin Hüseynov onu, əsgərlər R.Cəfəvoru, Şahid3 və Təqsirləndirilən şəxs taborun ərazisində təmizlik işlərinə ayırdığını, köhnə paltar geyinmək üçün onları əşya saxlancına göndərdiyini, həmin vaxt 09 radələrində saxlancın arxasına siqaret çəkmək üçün keçdiyini, ondan sonra əsgər Təqsirləndirilən şəxs, onun arxasınca isə əsgər Şahid1 saxlancın arxasına gəldiklərini, həmin vaxt əsgər Təqsirləndirilən şəxs ondan arxasınca söyüş söyüb-söymədiyini soruşduqda o, əsgər Təqsirləndirilən şəxs “bəli, mən sənin arxanca danışmışam, əsgər Şahid1 sənin barəndə nalayiq ifadələr işlədib sənin onun-bununla ana zarafatı etdiyini demişəm” dediyini, əsgər Təqsirləndirilən şəxs isə nalayiq ifadələrə görə ondan üzr istəməyini dediyini, həmin vaxt əsgər Təqsirləndirilən şəxs sağ əli ilə yumru işarəsi göstərib “sən bundan olmusan, çıx get, sənin südünü belə edim” ifadəsini işlətdiyini, həmin vaxt əsgər Təqsirləndirilən şəxs əsəbiləşərək sol əli ilə onun sifətinin sağ tərəfindən bir yumruq vuraraq “nə demisən özünə getsin” ifadəsini işlətdiyini, əsgər Şahid1 əsgər Təqsirləndirilən şəxs kənara çəkdiyini, əlini ağzına tutan zaman qan gəldiyini gördüyünü, sonra kapitan E.Hüseynovun yanına gedərək dişini laxlatdığı üçün qanadığını bildirdiyini, lakin əsgər Təqsirləndirilən şəxsla mübahisə etdiyini bildirmədiyini, kapitan E.Hüseynov onu taborun tibb məntəqəsinə göndərdiyini, orada isə 205 nömrəli hərbi hospitala göndərildiyini, hospitalda rentgen müayinəsi zamanı çənəsində sınıq aşkarlandığını, bundan sonra əsgər Təqsirləndirilən şəxs onu yumruqla çənəsindən vurduğunu dediyini, əsgər Təqsirləndirilən şəxs ondan üzr istədiyini, əsgər Təqsirləndirilən şəxs hər hansı şikayət və ya tələbi olmadığını, onunla hadisədən sonra barışdığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 5-ci motoatıcı taborunun 17-ci bölüyünün 2-ci taqımının 2-ci manqasında atıcı vəzifəsində xidmət edən əsgər Şahid1 ifadəsində 18 iyun 2024-cü il tarixdə hərbi hissənin 5-ci tabor mərkəzində səhər yerbəyərindən sonra bölük komandiri kapitan Elvin Hüseynov onu, əsgərlər Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Şahid3, Şahid2 səngərlərdə təmizlik işlərinə kömək etmək üçün ayırdığını, onları köhnə paltarlar geyinmək üçün 17-ci bölüyün əşya saxlancına göndərdiyini, əşya saxlancında olan 2 ədəd köhnə çəkmədən birini özü geyindiyini, digərini isə daha əvvəl ondan istədiyindən əsgər Təqsirləndirilən şəxs saxladığını, həmin vaxt əsgər Zərərçəkmiş şəxs saxlanca daxil olaraq köhnə çəkmə istəyən zaman ona 1 ədəd köhnə çəkmə qaldığını və onu da əsgər Təqsirləndirilən şəxs verəcəyini bildirdiyini, əsgər Zərərçəkmiş şəxs isə həmin vaxt əsgər Təqsirləndirilən şəxs barəsində nalayiq ifadələr işlədib “əsgər Təqsirləndirilən şəxs onun-bununla ana zarafatı edir, sən də botinkanı ona verirsən, mənə vermirsən, ona qardaş deyib dostluq edirsən” dediyini, daha sonra əsgər Zərərçəkmiş şəxs oradan çıxıb getdiyini, həmin gün saat 20 radələrində yataqxanada olarkən əsgər Təqsirləndirilən şəxs yaxınlaşıb əsgər Zərərçəkmiş şəxsla zarafatının olub-olmadığını soruşduğunu, əsgər Təqsirləndirilən şəxs ona əsgər Zərərçəkmiş şəxsla zarafatının olmadığını dediyini, həmin vaxt ona əsgər Zərərçəkmiş şəxs onun arxanca nalayiq ifadələr işlətdiyini bildirdiyini, səhəri gün, 19 iyun 2024-cü il tarixdə, səhər yerbəyerindən sonra bölük komandiri kapitan Elvin Hüseynov onu, əsgərlər Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid3 təmizlik işləri görmək üçün ayırdığını, köhnə paltar geyinmək üçün onları əşya saxlancına göndərdiyini, saat 09:00 radələrində əsgər Zərərçəkmiş şəxs saxlancın arxasına keçib siqaret çəkən zaman əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs yanına getdiyini, onların mübahisə edə biləcəyini düşünüb onun arxasınca getdiyini, həmin vaxt əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs arxasınca söyüş söyüb-söymədiyini soruşduğunu, əsgər Zərərçəkmiş şəxs isə təsdiq edərək əvvəlki gün arxasınca nalayiq ifadə işlətdiyini dediyini, əsgər Təqsirləndirilən şəxs həmin vaxt ondan dediyi sözlərə görə üzr istəməsini tələb etdiyini, lakin əsgər Zərərçəkmiş şəxs ondan üzr istəməyərək sağ əli ilə dairə işarəsi göstərib “sən bundan olmusan, sənin südünü belə edim” dediyini, həmin vaxt əsgər Təqsirləndirilən şəxs əsəbiləşib sol əli ilə əsgər Zərərçəkmiş şəxs sağ sifət nahiyəsindən 1 yumruq vurduğunu, ona “nə demisən özünə getsin” ifadəsini işlətdiyini, əsgər Şahid1 əsgər Təqsirləndirilən şəxs kənara çəkdiyini, əlini ağzına tutan zaman qan gəldiyini gördüyünü, sonra əsgər Zərərçəkmiş şəxs ağzının qanını yumaq üçün kömək etdiyini, sonradan əsgər Zərərçəkmiş şəxs bölük komandirinə kapitan E.Hüseynovun yanına gedərək ona dişinin laxladığını və qanadığını bildirdiyini eşitdiyini, buna görə əsgər Zərərçəkmiş şəxs ilk öncə tibb məntəqəsinə, daha sonra isə 205 nömrəli hərbi hospitala göndərildiyini, hospitalda müayinə olunarkən onun çənəsində sınıq aşkarlandığını, hərbi hospitalda izahat verərkən əsgər Təqsirləndirilən şəxsla mübahisə etməsini, nəticədə xəsarət almasını dediyini, daha sonra həmin hadisə ilə bağlı araşdırma aparıldığını, əsgər Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmasını eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 3-cü taqımının 1-ci manqasında tuşlayıcı vəzifəsində xidmət edən əsgər Şahid2 ifadəsində 19 iyun 2024-cü il tarixdə, səhər yerbəyerindən sonra bölük komandiri kapitan Elvin Hüseynov əsgərlər Şahid1, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid3 mövqedə səngərləri təmizləmək üçün ayırdığını, köhnə paltar geyinmələri üçün onları əşya saxlancına göndərdiyini, həmin vaxt mövqeyə qalxan maşın tələsdiyi üçün onları tez gəlmələri üçün çağırmaq məqsədilə bölük komandiri kapitan E.Hüseynov onu həmin əsgərlərin arxasınca göndərdiyini, əşya saxlancının yanına çatdıqda əsgər Zərərçəkmiş şəxs ağzından qan gəldiyini gördüyünü, Zərərçəkmiş şəxs nə üçün ağzının qanadığını soruşduqda sonuncu dişinin laxladığını və qanadığını bildirdiyini, bundan sonra Zərərçəkmiş şəxs bölük komandiri kapitan E.Hüseynova dişinin laxlayaraq qanadığını bildirdiyini, kapitan E.Hüseynov da əsgər Zərərçəkmiş şəxs taborun tibb məntəqəsinə göndərdiyini, onun isə mövqeyə işləməyə getdiyini, tabor mərkəzinə qayıdanda əsgər Zərərçəkmiş şəxs hərbi hissənin tibb məntəqəsinə oradan isə 205 nömrəli hərbi hospitala təxliyyə edildiyini eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş 23 iyul 2024-cü il tarixdə ordu sıralarından tərxis olunmuş Şahid3 ifadəsində 19 iyun 2024-cü il tarixdə, səhər yerbeyerindən sonra bölük komandiri kapitan Elvin Hüseynov onu və əsgərlər Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Şahid1 taborun ön xətt bölmələrinin səngərlərində təmizlik işləri görmək üçün ayırdığını və köhnə paltar geyinmək üçün bölüyün əşya saxlancına göndərdiyini, əşya saxlancına çatdıqdan sonra təxminən saat 09:00 radələrində saxlancın içərisinə girdiyini, digər əsgərlər isə saxlancdan çöldə olduqlarını, bir az keçəndən sonra saxlancdan çölə çıxanda həmin vaxt əsgər Zərərçəkmiş şəxs ağzının qanadığını gördüyünü, həmin vaxt əsgər Şahid1 onun yanında olduğunu, onun əlinə su tökərək ağzının qanını yumasına kömək etdiyini, əsgər Şahid1 nə olduğunu soruşan zaman o, əsgər Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxs arxasınca nalayiq ifadələr işlətdiyini, əsgər Təqsirləndirilən şəxs da həmin nalayiq ifadələrə görə əsgər Zərərçəkmiş şəxs ondan üzr istəməsini tələb etdiyini, lakin əsgər Zərərçəkmiş şəxs üzr istəməyərək bir daha onun ünvanına nalayiq ifadələr işlətdiyini, buna görə əsgər Təqsirləndirilən şəxs sol əli ilə onun sağ sifət nahiyəsindən 1 dəfə yumruqla vurduğunu dediyini, daha sonra əsgər Zərərçəkmiş şəxs bölük komandiri kapitan E.Hüseynovun yanına getdiyini, ona dişinin laxladığını və qanadığını bildirdiyini, buna görə əsgər Zərərçəkmiş şəxs ilk öncə tibb məntəqəsinə, daha sonra 205 nömrəli hərbi hospitala göndərildiyini, sonra hərbi hospitalda müayinələr nəticəsində onun çənə nahiyəsində sınıq aşkarlanması müəyyən edildiyini, hərbi hospitalda izahat verərkən əsgər Təqsirləndirilən şəxs ona zor tətbiq edib vurmasını dediyini göstərmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsinə əlavə edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 23 iyul 2024-cü il tarixli, 257 №-li qərardan görünür ki, əsgər Zərərçəkmiş şəxs cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 9-cu vərəqəsinə əlavə edilmiş raportdan görünür ki, xx.xx.2024-cü il tarixində 5-ci taborun 17-ci bölüyünün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Zərərçəkmiş şəxs “Sağ çənə sümüyü cisminin az yerdəyişkən sınığı, 31- 32-ci dişlərin arasından keçən yerdəyişmiş sınıqları” diaqnozu ilə hərbi hissənin tibb məntəqəsinə müraciət etdiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 11-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş 24 iyun 2024-cü il tarixli, 798 №-li arayışdan görünür ki, N nömrəli hərbi hissənin 5-ci taborunun 17-ci bölüyünün 2-ci taqımının 1-ci manqasının atıcı-sanitarı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Zərərçəkmiş şəxs ilə həmin bölüyün 2-ci taqımının 2-ci manqasının qumbaraatanı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs arasında tabelik münasibətlərinin olmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 12-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissənin zədələnmələrin qeydiyyatı kitabından çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə “Sağ çənə sümüyü cisminin az yerdəyişən sınığı, 31-32-ci dişlərin arasından keçən yerdəyişmiş sınıqları” diaqnozu ilə hərbi hissənin tibb məntəqəsində qeydiyyata alınmışdır. Cinayət işinin 1-ci cildinin 15-16-cı vərəqələrinə əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamələrdən görünür ki, zərər çəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 17-18-ci vərəqələrinə əlavə edilmiş xidmət vərəqələrindən görünür ki, təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs xidmət müddətində komandanlıq tərəfindən həvəsləndirilməyib, lakin müxəlif vaxtlarda, müxtəlif səbəblərdən 5 sutka, 2 sutka, 1 sutka, 1 sutka və 5 sutka növbədən kənar naryad cəzaları ilə cəzalandırılmış, zərər çəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs isə xidmət müddətində komandanlıq tərəfindən yoxlama atış çalışması zamanı “əla” qiyməti aldığına görə xx.xx.2024-cü il tarixdə “Təşəkkür” ilə həvəsləndirilmiş, ancaq müxəlif vaxtlarda, müxtəlif səbəblərdən “Töhmət”, 4 sutka, 3 sutka, 3 sutka və 5 sutka növbədən kənar naryad cəzaları ilə cəzalandırılmışdır. Cinayət işinin 1-ci cildinin 21-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N oktyabr 2023-cü il tarixli, 287 №-li əmrindən çıxarışdan əsgər Təqsirləndirilən şəxs həmin tarixdən həmin hərbi hissənin 5-ci taborun 17-ci bölüyünün 2ci taqımının 2-ci manqasının qumbaraatanı vəzifəsinə təyin edildiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 22-ci vərəqəsinə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N sentyabr 2023-cü il tarixli, 262 №-li əmrindən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara qoyulduğu və həmin hərbi hissənin 5-ci motoatıcı taborun 17-ci bölüyünün 2-ci taqımının 1-ci manqasının atıcı-sanitarı vəzifəsinə təyin edildiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 45-ci vərəqəsinə əlavə edilmiş 02 iyul 2024-cü il tarixli, 534 №-li arayışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı olubolmamasını müəyyən etmək məqsədilə hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onun sağlam və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 48-ci vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cildinin 56-58-ci vərəqələrinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 1254 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthi üzərindəki xəsarətlər:sağ çənə sümüyünün cisminin sınığı, 31-32-ci dişlərin arasından keçən sınıqları, sınıqlar küt alətin təsirindən törəndiyi, eləcədə həmçinin bilavasitə dediyi şəraitdə yarana biləcəyi, xəsarətlərin yaranma müddətinin müayinə olunanın dediyi vaxta uyğun gəldiyini və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan “Az ağır” dərəcəli bədən xəsarətinə aid edildiyi göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 134-cü vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 187-ci vərəqəsinə əlavə edilmiş “X3 Mərkəzi” PHŞ-in tabeliyində Kəngərli rayon Mərkəzi Xəstəxanasından verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Kəngərli rayon Mərkəzi Xəstəxanasına heç bir müraciət etmədiyi göstərilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar ilə təsdiq olunur. Cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin əsgər Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə “Siz” deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə təqsirli bilinib cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakterli qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, qeyd olunan cinayətlər təsnifatına görə az ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, törətmiş olduğu cinayət əməlini səmimi etiraf edib, əməlindən peşman olması cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxsin əxlaqsız hərəkətləri və ifadələri nəticəsində törətməsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Belə ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi onun öz ailəsi ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsin özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidməti vəzifələrin icrasını layiqincə yerinə yetirməklə nümunəvi xidmət aparmaq, o cümlədən hərbi xidmətdən tərxis olunacağı təqdirdə isə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət xidmət etdiyi hərbi hissə komandanlığına, tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Cinayət işi üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat miqdarında pul köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidməti vəzifələrin icrasını layiqincə yerinə yetirməklə nümunəvi xidmət aparmaq, o cümlədən hərbi xidmətdən tərxis olunacağı təqdirdə isə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti xidmət apardığı hərbi hissə komandanlığı, xidmətdən tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə Bakı şəhəri, Sabunçu rayon Probasiya şöbəsi həyata keçirsin. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat miqdarında pul köçürülsün. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm icraya yönəldikdən sonra ləğv edilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim İlham İbrahimov
Məhkəmə qərarları › İş №1-1(092)-59/2024
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-59/2024
14.11.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver