Məhkəmə qərarları › İş №1-1(092)-6/2021

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-6/2021

26.02.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-6/2021 26.02.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Həsənov Polad Vəli oğlunun sədrliyi, hakimlər İbrahimov İlham Sadət oğlu və Hüseynov Səxavət Səməd oğlundan ibarət tərkibdə, Seyidov Eyvaz Yusif oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə mayoru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1996-cı ildə Şərur rayonunun Həmzəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmayan, evli, 2 uşaq atası, orta təhsilli, Şərur rayonunun Həmzəli kəndində qeydiyyatda olmaqla Şərur rayonunun Danyeri kəndində yaşayan, müvəqqəti işsiz, barəsində 29 sentyabr 2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxx 1996-cı ildə Şahbuz rayonunun Kükü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmayan, evli, 1 uşaq atası, orta təhsilli, Şahbuz rayonunun Kükü kəndində qeydiyyatda olmaqla ünvan 4-da yaşayan, müvəqqəti işsiz, barəsində 29 sentyabr 2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Naxçıvan şəhəri, Əziz Əliyev küçəsində yerləşən “Dan Yeri” AVM-in 1-ci mərtəbəsindəki marketdən pul oğurlamaları, həmin AVM-də işlədiyi üçün binanın içərisini daha yaxşı tanıdığından onun içəri daxil olub pulu götürməsi barədə razılığa gəlib ondan, cinayət törədərkən istifadə etməsi üçün vint açan, əlcək və dəmir ling götürmüş, bununla bağlı öz aralarında qurduqları plana uyğun olaraq 21 sentyabr 2020-ci il tarixdə Naxçıvan şəhərində Təqsirləndirilən şəxs2 ilə görüşərək, bir neçə saat birlikdə olduqdan sonra 22 sentyabr 2020-ci il tarixdə gecə saatlarında ondan ayrılıb, saat 05 radələrində “Dan Yeri” AVM-in yaxınlığına gələrək təhlükəsizlik kameralarında əks olunmaması üçün AVM-in elektrik enerjisini transformatordan ayırmış, sonra binanın arxa hissəsindən pəncərənin şüşəsini sındıraraq 1-ci mərtəbədəki anbara, oradan isə marketin icarədarı Zərərçəkmiş şəxs iş otağına qanunsuz daxil olmaqla, otaqdakı masanın sürmələrindən bağlamalarda olan, sonuncuya məxsus təxminən 33-38 min ABŞ dolları, qalan hissəsi isə AZN olmaqla, ümumilikdə 315000 (üç yüz on beş min) manat məbləğində pulu özü ilə gətirdiyi çantaya yığaraq marketdən çıxıb razılaşdıqları Naxçıvan- Babək yolunun üzərində olan körpünün altına piyada gedərək Təqsirləndirilən şəxs2 ilə görüşüb onun idarə etdiyi VAZ 2107 markalı avtomobilə mindikdən sonra oğurladıqları pulları bölüşdürmək üçün ona vermiş, Təqsirləndirilən şəxs2 həmin pullardan bir qismini götürərək aralarında böldükdən sonra qalan pulları gələcəkdə bölüşdürmələri üçün yaşadığı ünvan 1 ünvanına aparıb karton qutuya yığaraq evin arxa tərəfindəki torpağa basdırmaqla gizlətmiş, o, həmin hərəkətləri ilə özgə əmlakını, yəni Zərərçəkmiş şəxs məxsus əmlakı talamaqla ona küllü miqdarda ziyan vurmuş, 26 sentyabr 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən qeyd edilən ünvana baxış keçirilərkən, həmin yerdən 173224 (yüz yetmiş üç min iki yüz iyirmi dörd) manat və 28000 (iyirmi səkkiz min) ABŞ dolları nağd pul aşkar edilib götürülərək Zərərçəkmiş şəxs qaytarılmış, pulun qalan hissəsi isə təqsirləndirilən şəxslərin valideynləri tərəfindən sonuncu ilə razılaşdırılaraq ona tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Naxçıvan şəhəri, Əziz Əliyev küçəsində yerləşən “Dan Yeri” AVM-in 1-ci mərtəbəsindəki marketdən pul oğurlamaları və Təqsirləndirilən şəxs1 “DanYeri” AVM-də işlədiyindən və binanın içərisini daha yaxşı tanıdığından, onun içəri daxil olub pulu götürməsi barədə razılığa gəlib, ona cinayəti törədərkən istifadə etməsi üçün vint açan, əlcək və dəmir ling vermiş, bununla bağlı öz aralarında qurduqları plana uyğun olaraq 21 sentyabr 2020-ci il tarixdə Naxçıvan şəhərində Təqsirləndirilən şəxs1lə görüşərək, bir neçə saat birlikdə olduqdan sonra 22 sentyabr 2020-ci il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs1 razılaşdıqları oğurluğu etmək məqsədi ilə ondan ayrılıb saat 05 radələrində “Dan Yeri” AVM-in yaxınlığına gələrək təhlükəsizlik kameralarında əks olunmaması üçün AVM-in elektrik enerjisini transformatordan ayırmış, binanın arxa hissəsindən pəncərənin şüşəsini sındıraraq 1-ci mərtəbədəki anbara, oradan isə marketin icarədarı Zərərçəkmiş şəxs iş otağına qanunsuz daxil olmaqla, otaqdakı masanın sürmələrindən bağlamalarda olan sonuncuya məxsus, təxminən 33-38 min ABŞ dolları, qalan hissəsi isə AZN olmaqla, ümumilikdə 315000 (üç yüz on beş min) manat məbləğində pulu özü ilə gətirdiyi çantaya yığaraq, marketdən çıxıb razılaşdıqları Naxçıvan-Babək yolunun üzərində olan körpünün altına piyada gələrək, onunla görüşmüş, bundan sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ 2107 markalı avtomobilə mindikdən sonra oğurladıqları pulları bölüşdürmək üçün ona vermiş, Təqsirləndirilən şəxs2 həmin pullardan bir qismini götürüb aralarında böldükdən sonra qalan pulları gələcəkdə bölüşdürmələri üçün yaşadığı ünvan 2 ünvanına aparıb karton qutuya yığaraq evin arxa tərəfindəki torpağa basdırmaqla gizlətmiş, o, həmin hərəkətləri ilə özgə əmlakını, yəni Zərərçəkmiş şəxs məxsus əmlakı talamaqla ona küllü miqdarda ziyan vurmuş, 26 sentyabr 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən qeyd edilən ünvana baxış keçirilərkən, həmin yerdə 173224 (yüz yetmiş üç min iki yüz iyirmi dörd) manat və 28000 (iyirmi səkkiz min) ABŞ dolları nağd pul aşkar edilib götürülərək Zərərçəkmiş şəxs qaytarılmış, pulun qalan hissəsi isə təqsirləndirilən şəxslərin valideynləri tərəfindən sonuncu ilə razılaşdırılaraq ona tam şəkildə ödənilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 törətdiyi əməli səmimi etiraf etmiş, ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək, məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 hərbi xidmət dövründə tanımış, hərbi xidməti qurtardıqdan sonra 2020-ci ilin əvvəllərində “Dan Yeri” AVM-də dondurma sexində işləyərkən sezon bağlananda isə “Həyat Klub” adlanan kafeni işlədərkən ora gəlib-getdiyindən yenidən görüşüb münasibət qurmuşlar. 06 sentyabr 2020-ci ildə “Dan Yeri” AVM-də dondurma sexində işi bağlandığından kameraları söndürüb oradan çıxıb yaşadıqları Şərur rayonun Dan Yeri kəndinə getmiş, arada şəhərə gələndə tanışı Şahid1 kirayə qaldığı evdə qalmış, Əli ona şəhərə gələndə evə girib-çıxa bilməsi üçün açar vermişdir. İşdən çıxandan təxminən 5-6 gün sonra Təqsirləndirilən şəxs2 ilə Naxçıvan şəhərində yerləşən “Böyük Bağ” deyilən çayxanada görüşüb söhbət edərkən Təqsirləndirilən şəxs2 ona borcunun çox olduğunu, “bir yer ola yaraq, bu borcdan qurtaraq” demiş, sonra isə ona “sən Dan Yerində işləmisən, oranın altını da , üstünüdə bilirsən” demiş, bu barədə söhbət edəndə ona marketin müdirinin otağında pul olduğunu, hər gün ora pul girdiyini, dövriyyədə pul olduğunu demiş, həmin gün bu mövzuda söhbətləri olmuş, oradan oğurluq etmələri barədə razılaşmışlar. Bu barədə sentyabr ayı ərzində “Göl” kafedə “Böyük bağ” adlanan çayxanada görüşüb bir neçə dəfə söhbət etmişlər. Bundan təxminən 1-2 gün sonra Mircavidlə həmin çayxanada yenidən görüşmüş oğurluq barədə yenə danışaraq sonra gedib “ Dan Yeri” AVM-in arxasına ətrafa, kameraların olduğu yerə, transformatora baxıb, içəri girəndə kameralar işləməsin deyə transformatordan işığı söndürəcəklərini qərarlaşdırmışlar. Sonra Təqsirləndirilən şəxs2 mikrorayonda, “Billur” adlı restoranın yanında yerləşən evinə getmiş, evdə heç kim olmamış, Təqsirləndirilən şəxs2 evin zirzəmisindən ona fəhlə əlcəyi, otvyorka, qapı açmaq üçün dəmir parçası vermiş, daha sonra birlikdə Şahid1 kirayədə yaşadığı evə getmişlər həmin vaxt Şahid1 işdə olmuş, evdə Təqsirləndirilən şəxs2 oğurluqda istifadə etməsi üçün verdiyi alətləri, oğurluq etdikdən sonra paltarını dəyişmək üçün şalvarını, köynəyini, ayaqqabısını özünə məxsus olan tünd göy rəngli idman çantasına yığmış sonra Mircavid taksi çağırmış, taksi ilə “Söyüdlük” deyilən yeməkxanaya gedib orada oturub pivə içmişlər. Bu vaxt yenə söhbət edərkən Mircavid 5 ildir DTX-da işlədiyini kifayət qədər təcrübəsi olduğunu demiş, ona “ Dan Yeri” AVM-ə hansı yolla getməsi, kameralardan yayınmağı, oğurluq edərkən əlcəkdən istifadə etməyi izah edib onu oğurluq etməyə ürəkləndirib narahat olmamağını bildirmiş, heç kimin bilməyəcəyini, pulu götürüb böləcəklərini demişdir. Həmin vaxt nə pul götürsələr yarı-yarıya böləcəklərini razılaşmışlar. İşlərin bağlandığını, pul lazım olacağını düşünüb onun təklifi ilə razılaşmışdır. Həmin gün, 2020-ci ilin sentyabr ayının 18-i olmuş, gecə saat 12-yədək “Söyüdlük” restoranında olarkən gedib oğurluğu etməsini, sonra Mircavidin gəlib onu götürməsini razılaşmışlar. Daha sonra Mircavid taksi çağırıb getmiş, gedərkən ona Qoşadizə kəndində Tumbul kəndinə gedən yolda yerləşən 3-cü körpünün yanından onu götürəcəyini demiş, bir müddət gözləyib sentyabr ayının 18-dən 19-na keçən gecə saat 4-5 radələrində ara məhəllələri ilə “Dan Yeri ” AVM-in arxa tərəfinə getmiş, ancaq qorxub çəkindiyindən içəri girməmiş, 2-3 dəqiqə orada dayandıqdan sonra dondurma sexinə girib orada yatmışdır. Səhəri gün, yəni 19 sentyabr 2020-ci ildə saat 11 radələrində Mircavid ona zəng edib nə olmasını soruşduqda ona qorxduğu üçün içəri girmədiyini demiş, “Dan Yeri” AVM-in arxa tərəfində onunla görüşüb, “Böyük bağ” dakı çayxanaya getmişlər Mircavid orada ondan yenə nə olmasını soruşduqda qorxub, çəkindiyindən oğurluq etmədiyini bildirmişdir. Sonra yaşadığı Şərur rayonun Danyeri kəndinə getmiş, kənddə olarkən dəfələrlə Mircavidlə telefon danışıqları olmuşdur. 21 sentyabr 2020-ci ildə saat 11 radələrində kənddən taksi ilə Naxçıvan şəhərinə gəlmiş, “Böyük bağ” da çayxanada Mircavidlə görüşüb gecə oğurluğu edəcəklərini razılaşmışlar. Əvvəl ikisi də birlikdə getməyi planlaşdırmış, sonra Mircavid ona boyu uca olduğunu, tez tanınacağını, onun görünüşündə isə insanların çox olduğunu, bilinməyəcəyini, oraya girib-çıxdığını, bələdçiliyi olduğunu demişdir. Həmin vaxt onun girib pulları götürməsi sonra Mircavidin gəlib onu götürməsi, pulları bərabər bölüşdürəcəkləri barədə razılaşmışlar. Mircavid ona axşam oğurluğu etdikdən sonra gəlib onu 3-cü körpünü yanından maşınla götürəcəyini, sonra da balığa gedəcəklərini bildirmişdir. Sonra Mircavidlə ayrılıb evə getmiş, həmin gün axşam saat təxminən 20-21 radələrində Mircavid gəlib onu dostu Şahid1 evindən metal rəngli VAZ-2107 markalı avtomobillə götürmüş, həmin vaxt Əli evdə olmamış, əvvəlcədən Mircavidin verdiyi alətləri və paltarlarını yenə idman çantasına qoyub, jaket götürüb evdən çıxmışlar. X4 şəhərində yerləşən “SV” adlı restorana getmiş, Mircavidin tanımadığı dostları ilə birlikdə orada pivə içmiş, sentyabr ayının 21-dən 22-nə keçən gecə saat 01-02 radələrinə qədər orada pivə içib Mircavidin dostları getdikdən sonra Mircavidlə restorandan çıxıb maşınla 20 dəqiqə şəhərdə gəzmiş, sonra Mircavid onu aparıb “Əyləncə adası”nın bulvar adlanan hissəsində maşından düşürmüş, bundan sonra o, bulvarla tək piyada hərəkət edib “Söyüdlük” restoranının yanındakı körpünün yanına getmiş, həmin vaxt əynində tünd göy rəngli, uzun qollu papaqlı, idman paltarı stilində gödəkcə, uzun qol köynək, qara rəngli cins şalvar, üzəri qara rəngli, alt hissəsi ağ rəngli idman ayaqqabısı olmuş, əvvəlcədən hazırladığı idman çantasını isə çiyninə asmış, ora çatdıqdan sonra körpünün altından keçib çöllük ərazi ilə birinci dəfə getdiyi kimi təxminən 500 metr getdikdən sonra “Sovetabad” adlanan yerə çatıb, bir məhləyə çıxmışdır. Ora çatanda gecə saat 02-03 radələri olmuş, təxminən saat 05 radələrinə kimi orada gözləmiş, sonra gödəkcənin papağını başına çəkib ara məhələləri ilə “Dan Yeri” AVM-in yerləşdiyi küçəyə dönmüşdür. Mircavidlə əvvəlcədən danışıb, planlaşdıraraq gedib baxdıqları transformatorun yanına getmiş, planlaşdırdıqları qaydada transformatorun yan tərəfində olan elektrik ayrıcı qolları aşağı endirmiş, həmin vaxt məhəllənin, marketin, ətrafda olan bütün evlərin işığı sönmüşdür. Sonra “Dan Yeri” AVM-in arxa tərəfinə gedib fəhlə əlcəyini geyinib uzun müddətdir marketin pəncərəsinə dayalı olan taxta pilləkənlə yuxarı qalxıb Mircavidin ona verdiyi otvyorka ilə şüşəsini vurub sındırmış, şüşə parçalarını təmizləyib çantanı pəncərədən içəri atıb sonra özü pəncərədən içəri girmişdir. Zərərçəkmiş şəxs otağına tərəf gedib bağlı olan plastik qapısını özü ilə götürdüyü təxminən 20 sm-lik dəmir parçasını qapı ilə çərçivəsi arasına salıb sıxmaqla açmışdır. Həmin vaxt içəri qaranlıq olduğundan alışqanın üzərindəki fanarın işığını yandırmaqla hərəkət etmiş, içəri daxil olduqdan sonra otağın sağ tərəfinə qoyulmuş stola yaxınlaşıb, stolun sağ tərəfində olan sürməli gözü açmış, orada rezinlə bağlanmış 50 və 100 manatlıq pul dəstələri görüb götürərək idman çantasının içərisinə yığmış, bundan sonra sürməli gözün aşağısında olan qapaqlı gözü açmış, orada da müxtəlif nominallarda manat pullar və 100 dollarlıq pul dəstələrini görüb götürərək çantaya qoymuş və sonra qayıdıb anbarın pəncərəsindən küçəyə çıxmışdır. Oradan isə gəldiyi yolla geri qayıdıb Mircavidlə danışdıqları kimi çaylaq, kolluq ərazi ilə əvvəl 2-ci körpünün yanına qədər getmiş, yolu tapa bilmədiyindən ***-***-**-** mobil nömrəsi ilə Mircavidin ***-***-**-** nömrəsinə zəng edib “whatsapla vururam aç, işim var” demiş, sonra ***-***-**-** mobil nömrəsi ilə onun həmin nömrəsində olan whatsapına görüntülü zəng edib yolu tapa bilmədiyini deyib ətrafı göstərmiş, Mircavid də yolu izah etmişdir. 3-cü körpünün altına getmiş, ora çatanda təxminən saat 08 radələri olmuş, təxminən 40-45 dəqiqə orada gözləyib Mircavidə zəng etmiş, bir müddət sonra Mircavidin gəlib onu VAZ-2107 markalı maşınla oradan götürmüş və Əshabi-Kəhf ziyarətgahına getmişlər. Ziyarətgaha çatmamış yolun sağ tərəfində olan “qaynayan bulağ”-ın yanında Mircavid maşını saxlamış, maşını orada saxlayandan sonra dərədə yeri qazıb çantanı, oğurluğa gedəndə geyindiyi bütün paltarları, əlcəyi və otvyorkanı basdırmışlar. Mircavid dəmir parçasını isə əraziyə tullamışdır. Pulların bir qismini götürüb aralarında böldükdən sonra maşına minib ziyarətgaha qalxmışlar. Mircavid 150 manata qurbanlıq qoyun alıb kəsdirmiş, sonra birlikdə şəhərə getmişlər. Maşınla binanın qarşısına gələndə, binanın həyətində Mircavid avtomobildə polis əməkdaşı olduğunu, onu tanıdığını, şübhələnə biləcəyini bildirərək evə pulu bölməyə gəlməmişdir. Bir az sonra Mircavidin zəng edib polis buradadır, gələ bilmirəm, pulları aparıram basdıram, bir-iki günə bölərik demiş, onunla razılaşmışdır. Bundan sonra Şərur rayonunun Dan Yeri kəndinə getmiş, araşdırma aparılarkən onu da polis şöbəsinə çağırdıqda oğurluqdan xəbəri olmadığını demişdir. 26 sentyabr 2020-ci ildə təxminən saat 14 radələrində onu polis idarəsinə çağırıb kamera görüntüsündəki şəxsin o, olub-olmadığını soruşduqda əvvəl bunu inkar etmiş, sonra isə hər şeyi etiraf edib Mircavidlə oğurluq etmələri barədə razılaşmaqlarını və baş verənləri bildirmiş, sonra Mircavidi də polis şöbəsinə çağırmışlar. Mircavid də hər şeyi boynuna alıb, birlikdə oğurluğu planlaşdırıb etdiklərini etiraf etmişdi. Gedib basdırdığı alətlərin və paltarların yerini göstərmiş, bundan sonra polis işçiləri Mircavidin pulları basadırdığı yeridə aşkar edib götürmüşlər. İstintaq təcridxanasında olarkən evlə telefonla əlaqə saxlayanda vurulan ziyanın qalan hissəsinin valideyinləri tərəfindən ödənilməsini öyrənmiş, tutduğu əməldən peşman olmuşdur. Təqsirləndirilən şəxs1 son sözündə törətdiyi əməldən son dərəcə peşman olduğunu, törətdiyi oğurluq hərəkətinə görə utandığını və bir daha belə halların təkrarlanmayacağına söz verdiyini göstərərək, həmçinin ilk dəfə cinayət törətməsini və iki azyaşlı övladının olmasını nəzərə alaraq ona daha yüngül cəza verilməsini xahiş etmişdir. Digər Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 noyabr 2020-ci il tarixdən Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Komendatura şöbəsində növbətçi vəzifəsinə təyin olunmuş, həmin vaxtdan orada hərbi qulluqçu kimi kiçik çavuş rütbəsində xidmət aparmışdır. Təqsirləndirilən şəxs1 2014-cü ildə hərbi xidmət dövründə tanımış, hərbi xidmətdən sonra yenidən münasibətləri yaranmış, dostluq etməyə başlamışlar. 02 sentyabr 2020-ci il tarixdə Naxçıvan şəhərində yerləşən kafedə söhbət edərkən Yadulla “Dan Yeri” marketin kassasını yarmağı təklif etmiş, o, marketə bələdçiliyi olduğunu, orada təkcə maneəçilik törədən dondurma sexinə quraşdırılmış kamera olduğunu, onu da 06 sentyabr 2020-ci ildə anbarı təhvil verib bağlayanda söndürəcəyini demişdir. 10 sentyabr 2020-ci ildə saat 12 radələrində “Böyük Bağ” deyilən çayxanada onunla yenidən görüşüb “Dan Yeri” marketdən oğurluq etmək barədə söhbət etmişlər. 15 sentyabr 2020-ci ildə Yadullanın tanışı Şahid1 kirayədə yaşadığı binaya getmiş, həmin vaxt Yadulla paltarları, yəni kapşonkalı koftanı, idman çantasını ayaqqabını və otvyorkanı hazırladığını bildirərək, gedək “Dan Yeri” marketin kassasını yaraq demişdir. Bir qədər orada olub bu barədə söhbət etdikdən sonra oradan çıxıb evə gedərkən Yadulla ona “ayın 18-i zəngləşərik” demişdir. 18 sentyabr 2020-ci ildə binanın qabağına gəlib Yadullaya zəng edərək həyətə düşməsini bildirmiş, Yadulla gələndən sonra taksiyə minib onun yaşadığı ünvan 3 ünvanındakı evə getmişlər. Evdən əlavə olaraq Yadullaya dəmir ling, otvyorka və əlcək vermiş və o, həmin əşyaları torbaya yığmışdır. Oradan Naxçıvan şəhərində yerləşən ”Söyüdlük” restoranına gedib, yemək yeyib orada oğurluq barədə danışanda Yadulla ona “Söyüdlük”-də 1-ci körpünün altına keçəcəyini, orada oturub saat 4-5-ə qədər gözləyib sonra “Dan Yeri “ marketinə oğurluğa gedəcəyini bildirmişdir. Onunla bu barədə danışdıqdan sonra gecə saat 24 radələrində taksi çağırıb evə getmiş, gedərkən səhər gəlib onu körpünün altından götürəcəyini demiş, 2020-ci ilin sentyabr ayının 18-dən 19-na keçən gecə saat 04:00-da Yadulla ona ”mən getdim” yazdıqda ona “xəbər edərsən” yazıb yatmışdır. Səhər saat 06 radələrində oyananda Yadullanın onun ***-***-**-** nömrəsinə ***-***-**-** mobil nömrəsindən 10-15 dəfə zəng etdiyini görmüş və geri ona zəng etsə də o telefonunu açmamışdır. 19 sentyabr 2020-ci ildə saat 09 radələrində “Dan Yeri” AVM-in arxasına gedərək Yadullaya zəng edəndə telefonu açıb dondurma sexində yatıb yuxuya qaldığını bildirmişdir. Sonra görüşdükdə Yadulla ona dünən axşam alınmadığını, transformatoru söndürə bilmədiyini deyib oğurluğu 21 sentyabr 2020-ci ildə gecə edəcəyini demişdir. 20 sentyabr 2020-ci ildə Naxçıvan MR DTX-də növbətçilik xidmətində olduğundan həmin gün saat 09-da işə gedib, növbəti gün, yəni 21 sentyabrda saat 09-da işdən çıxıb evə getmişdir. Həmin gün saat 18 radələrində Şahid2 VAZ-2107 markalı, **-BG-*** nömrə nişanlı avtomobili Bakıdan qonağı gələcəyini deyərək alıb, Yadullanı götürmək üçün kirayədə qaldığı “İmişlinin” binasına getmiş, onu götürüb birlikdə “SV” restoranına getmişlər. Yeyib-içdikdən sonra Yadulla ilə oradan çıxıb maşını sürüb Sahil parkına gedib oranın dayanacağında maşını saxlamış, Yadulla maşından düşüb 1-ci körpünün altına getmiş, gedəndə ona zəng vuracağını demişdir. Bundan sonra Uzunoba gölünə balıq tutmağa getmiş, orada balıq tutarkən gecə saat təxminən 05 radələrində Yadulla ***-***-**- ** mobil nömrəsindən onun ***-***-**-** nömrəsinə zəng edib whatsapdan onu yığmasını istəmiş, ona whatsapdan zəng elədikdə Yadulla ona işini həll etmiş, körpünün yanına gedən yolu tapa bilmədiyini, oradan necə çıxacağını soruşmuş, ona Babək rayonu ilə Naxçıvan şəhərini birləşdirən körpüyə getməsini, saat 09-da gəlib onu götürəcəyini bildirmişdir. 22 sentyabr 2020-ci ildə səhər saat 08 radələrində maşınla Naxçıvan şəhəri ilə Babək rayonunu birləşdirən körpünün aşağısına getmiş, oraya çatanda Yadullanın əlində çanta ilə onu gözlədiyini görmüşdür. O, maşına minib kameralara düşməməsi üçün arxa oturacaqda uzanmış, bundan sonra maşını Əshabi-Kəhf ziyarətgahı istiqamətində sürüb getmişdir. Həmin ziyarətgahın yolunda bulağın yanında maşını saxlamış, sonra Yadulla ilə “Dan Yeri” AVM-in marketindən oğurladığı pulları çantadan çıxarıb selefon torbaya yığmışlar. Yadulla oğurluq edərkən geyindiyi paltarları və istifadə etdiyi otvyorkanı çantaya qoyaraq dərədə yer qazıb basdırmış, özü isə dəmir lingi orada kolluqların arasına atıb, ziyarətgaha qalxmışlar. Qalxarkən oğurlanmış pullardan bir qismini götürüb aralarında bölmüşlər. Həmin pulun 150 manatına qurbanlıq alıb kəsdirmiş, sonra şəhərə getmişlər. Yadullanı Naxçıvan şəhərində kirayədə yaşadığı evə aparmış, məhəllədə polis olduğu üçün o, evə getmiş, pul isə özündə qalmışdır. Oradan çıxıb evə gedərkən yolda mağazadan bir rulon selefon torba alıb evə gedərək pulu qaraja qoymuş, orada 1,5,10,20,50,100 manatlıq və 100 dollarlıq pul dəstələri olmuşdur. Qarajda selefonla pul bağlamalarını sarıyıb karton yeşiyə yığıb gələcəkdə bölüşdürmək məqsədi ilə çuvala qoyaraq evin arxasında basdırmışdır. Bu barədə heç kimə, heç nə deməmiş, həmin gün aralarında böldükləri puldan ətriyyat dükanına 170 manat borcunu vermişdir. Bundan sonra Yadulla ilə bir-iki dəfə telefonla danışmış, pulu bölmək üçün aranın sakitləşməsini gözləmişlər. 26 sentyabr 2020-ci ildə saat 15 radələrində onu polis idarəsinə çağırdıqda Yadulla orada olmuş, o hər şeyi etiraf edib, pulların onda olduğunu, yaşadığı evin həyətində basdırdığını bildirmişdir. Polis əməkdaşları ünvan 4 ünvanında, evin arxasında basdırdığı yeri qazaraq pulları çıxartmış, pullar onun iştirakı ilə sayıldıqda 173224 manat və 28000 ABŞ dolları olduğu müəyyən edilmişdir. Polis əməkdaşları həmin pulu aşkar edib, protokollaşdırb götürmüş, həmin vaxta qədər ailə üzvlərindən heç kimin bundan məlumatı olmamışdır. İstintaq təcridxanasında saxlanıldığı müddətdə evlə telefon əlaqəsi saxlayanda atası Miryaqubun özlərinə məxsus torpaq sahəsini Zərərçəkmiş şəxs adına keçirməklə ona dəyən ziyanın qalan hissəsini ödədiyini öyrənmiş, tutduğu əməldən peşman olmuş, peşmanlığının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 son sözündə törətdiyi əməldən son dərəcə peşman olduğunu, törətdiyi oğurluq hərəkətinə görə utandığını və bir daha belə halların təkrarlanmayacağına söz verdiyini göstərərək, həmçinin ilk dəfə cinayət törətməsini, həyat yoldaşının onkoloji xəstə olmasını və bir azyaşlı övladının olmasını nəzərə alaraq ona daha yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Naxçıvan şəhəri, Əziz Əliyev küçəsində yerləşən “Dan Yeri” AVM-in 1-ci mərtəbəsindəki marektdən pul oğurlamaları üçün Təqsirləndirilən şəxs1 “DanYeri” AVM-də işlədiyindən və binanın içərisini daha yaxşı tanıdığından, onun içəri daxil olub pulu götürməsi barədə razılığa gəlib ona cinayəti törədərkən istifadə etməsi üçün vint açan, əlcək və dəmir ling vermiş, bununla bağlı öz aralarında qurduqları plana uyğun olaraq 21 sentyabr 2020-ci il tarixdə Naxçıvan şəhərində Təqsirləndirilən şəxs1lə görüşərək bir neçə saat birlikdə olduqdan sonra 22 sentyabr 2020-ci il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs1 razılaşdıqları oğurluğu etmək məqsədilə ondan ayrılıb saat 05 radələrində “Dan Yeri” AVM-in yaxınlığına gələrək təhlükəsizlik kameralarında əks olunmaması üçün AVM-in elektrik enerjisini transformatordan ayırmış, binanın arxa hissəsindən pəncərənin şüşəsini sındıraraq 1-ci mərtəbədəki anbara, oradan isə marketin icarədarı Zərərçəkmiş şəxs iş otağına qanunsuz daxil olmaqla, otaqdakı masanın sürmələrindən bağlamalarda olan sonuncuya məxsus, təxminən 33-38 min ABŞ dolları, qalan hissəsi isə AZN olmaqla, ümumilikdə 315000 (üç yüz on beş min) manat məbləğində pulu özü ilə gətirdiyi çantaya yığaraq marketdən çıxıb razılaşdıqları Naxçıvan-Babək yolunun üzərində olan körpünün altına piyada gələrək onunla görüşmüş, bundan sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ 2107 markalı avtomobilə mindikdən sonra oğurladıqları pulları bölüşdürmək üçün ona vermiş, Təqsirləndirilən şəxs2 həmin pullardan bir qismini götürüb aralarında böldükdən sonra qalan pulları gələcəkdə bölüşdürmələri üçün yaşadığı ünvan 2 ünvanına aparıb karton qutuya yığaraq evin arxa tərəfindəki torpağa basdırmaqla gizlətmiş, o, həmin hərəkətləri ilə özgə əmlakını, yəni Zərərçəkmiş şəxs məxsus əmlak talamaqla ona küllü miqdarda ziyan vurmuşdur. Bununla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır və Təqsirləndirilən şəxs2 həmin cinayət əməlini törətməsi, məhkəmə istintaqı zamanı özünün etirafı, cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, həmçinin işin digər halları ilə tam sübuta yetirilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Naxçıvan şəhəri, Əziz Əliyev küçəsində yerləşən “Dan Yeri” AVM-in 1-ci mərtəbəsindəki marketdən pul oğurlamaları üçün, həmin AVM-də işlədiyindən binanın içərisini daha yaxşı tanıdığından onun içəri daxil olub pulu götürməsi barədə razılığa gəlib ondan, cinayət törədərkən istifadə etməsi üçün vint açan, əlcək və dəmir ling götürmüş, bununla bağlı öz aralarında qurduqları plana uyğun olaraq 21 sentyabr 2020-ci il tarixdə Naxçıvan şəhərində Təqsirləndirilən şəxs2 ilə görüşərək, bir neçə saat birlikdə olduqdan sonra 22 sentyabr 2020-ci il tarixdə gecə saatlarında ondan ayrılıb saat 05 radələrində “Dan Yeri” AVM-in yaxınlığına gələrək təhlükəsizlik kameralarında əks olunmaması üçün AVM-in elektrik enerjisini transformatordan ayırmış, sonra binanın arxa hissəsindən pəncərənin şüşəsini sındıraraq 1-ci mərtəbədəki anbara, oradan isə marketin icarədarı Zərərçəkmiş şəxs iş otağına qanunsuz daxil olmaqla, otaqdakı masanın sürmələrindən bağlamalarda olan, sonuncuya məxsus təxminən 33-38 min ABŞ dolları, qalan hissəsi isə AZN olmaqla, ümumilikdə 315000 (üç yüz on beş min) manat məbləğində pulu özü ilə gətirdiyi çantaya yığaraq marketdən çıxıb razılaşdıqları Naxçıvan-Babək yolunun üzərində olan körpünün altına piyada gedərək Təqsirləndirilən şəxs2 ilə görüşüb onun idarə etdiyi VAZ 2107 markalı avtomobilə mindikdən sonra oğurladıqları pulları bölüşdürmək üçün ona vermiş, Təqsirləndirilən şəxs2 həmin pullardan bir qismini götürərək aralarında böldükdən sonra qalan pulları gələcəkdə bölüşdürmələri üçün yaşadığı ünvan 1 ünvanına aparıb karton qutuya yığaraq evin arxa tərəfindəki torpağa basdırmaqla gizlətmiş, o, həmin hərəkətləri ilə özgə əmlakını, yəni Zərərçəkmiş şəxs məxsus əmlakı talamaqla ona küllü miqdarda ziyan vurmuşdur. Bununla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlni törətmişdir. Onun əməlində cinayət tərkibi vardır və Təqsirləndirilən şəxs1 həmin cinayət əməlini törətməsi, məhkəmə istintaqı zamanı özünün etirafı, cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, həmçinin işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, 12 fevral 2021-ci il tarixdə məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, 2017-ci ildən ünvan 5 ünvanında yerləşən Dan Yeri AVM-nin 1ci mərtəbəsində yerləşən marketi icarəyə götürmüş, hər gün kassada oturan işçilər tərəfindən gündəlik satışdan yığılan pullar marketin 1-ci mərtəbəsində yerləşən anbarın içərisində olan iş otağında gətirilib ona təhvil verilmiş, o da həmin pulları ayın sonunda ödənişlərin və firmalarla olan hesablaşmaların həll edilməsi üçün cəmələyərək otaqda olan masanın sürmələrinə qoymaqla orada saxlamışdır. Hər gün olduğu kimi sentyabr ayının 21-də də gün sonunda satışdan yığılan pulları iş otağındakı sürməyə qoymuş, saat 00:45də marketi bağlayıb öz evinə getmiş, növbəti gün yəni 22 sentyabrda saat 08 radələrində yaşadığı evdən çıxıb marketə gedib pultla qapıları açmaq istəsə də, qapılar açılmamışdır. Yoxlayarkən elektriklərin sönülü olduğunu görmüş buna görə marketin arxa tərəfindəki qapını açarla açaraq işçilərlə birlikdə içəri girmişdir. Öz iş otağına tərəf gedərkən otağın qapısının açıq olduğunu görmüş, otağa daxil olub alış-verişdən toplanan pulların yerində olub-olmamasını yoxlayanda, masanın sürməli və qapaqlı gözlərinə ümumilikdə 315000 manat pulun orada olmadığını aşkar etmişdir. Daha sonra marketin arxa tərəfinə keçib baxdıqda özləri tərəfindən marketin arxa tərəfinə söykənmiş taxta pilləkənin olduğu yerdə şüşələrdən birinin qırıq olduğunu görmüş, marketdən oğurluq edildiyini başa düşüb Naxçıvan şəhər polis idarəsinə ərizə ilə müraciət etmiş, polis əməkdaşları tərəfindən bu hadisə ilə bağlı araşdırma başlanmışdır. Bir neçə gün sonra polis şöbəsindən ona məlumat verilərək marketdən oğurluq edənin Dan Yeri AVM-nin dondurma sexində işləyən Yadulla və dostu Mircavid adlı şəxs olduğu, oğurladıqları puldan 173224 manatın və 28000 ABŞ dollarının aşkar edildiyi bildirilmişdir. Buna görə işlətdiyi marketin fəaliyyətini davam etdirilməsi firmalara olan borclarını və digər ödənişlərini verə bilməsi üçün ərizə ilə müraciət edərək aşkar olunan pulların ona qaytarılmasını xahiş etmiş, həmin pullar müvafiq sənədləşmədən sonra ona qaytarılmışdır. Oğurluq nəticəsində otaqdakı masanın gözlərindən təxminən 33-38 min məbləğində ABŞ dolları və müxtəlif əskinazlar da dəstələr halında manat olmaqla, ümumilikdə 315000(üç yüz on beş min) manat oğurlanmış oğurlanan pulun 220824(iki yüz iyirmi min səkkiz yüz iyirmi dörd) manatını ilkin istintaq dövründə polis əməkdaşları tərəfindən aşkar edilərək ona qaytarılmış, istintaqın sonrakı gedişində Təqsirləndirilən şəxs1 atası R.Əliyev ona 5000(beş min) manat məbləğində maddi ziyan ödəmiş, həmçinin Təqsirləndirilən şəxs2 atası Şahid3 arvadı Şahid5 adına olan Naxçıvan şəhərində yerləşən torpaq sahəsini onun adına keçirməklə ona dəyən maddi ziyanı tam ödəmiş, onlarla razılaşmış, vurulan ziyanı tam ödədiklərindən M.Seyidazadədən və Təqsirləndirilən şəxs1 hər hansı şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1lə hərbi xidmət müddətindən tanışlığı yaranmış, hərbi xidmətdən sonra 2016-cı ilin aprel ayında Bakı şəhərinə getmiş, orada olduğu müddətdə hərdən bir onunla telefon vasitəsi ilə əlaqə saxlamış 2020-ci ilin iyul ayının 22-də “Naxçıvan” X3 işə qəbulla əlaqədar sənəd vermək üçün Naxçıvan şəhərinə gəlmişdir. Həmin müddətdə Yadulla “Dan Yeri” AVM-in zirzəmisində olan dondurma sexində işləyirmiş. Təqsirləndirilən şəxs1lə görüşüb onun kirayə tutduğu evdə bir müddət birlikdə qalmışlar. 2020-ci ilin iyul ayının təxminən sonlarında bir dəfə birlikdə evdən çıxıb yolda gedərkən, işsizlik barədə söhbət edərkən Yadulla ona sentyabr ayının əvvəlində işinin bağlanacağını, nə edəcəyini, harada işləyəcəyini bilmədiyini bildirib “dəli şeytan deyir ki, Dan Yeri marketinin kassasından gedib pulları götür” demişdir. Həmin vaxt ona gic-gic danışmamasını, ailəsinə, uşaqlarına yazığı gəlməsini bildirdikdə, o, “nə bilim qardaş, bəlkədə kameraları söndürsən heç kim bilməz” demişdir. Bir daha ona məsləhət verib bunu etməməsini bildirəndə zarafatla, sözgəlişi dediyini bildirmişdir. Ona gedib dövlət orqanlarına sənəd verməsini məsləhət görmüşdür. 2020-ci ilin avqust ayının 15-də işə qəbul olunaraq “Naxçıvan” X2 qərargah bölüyünə baş sürücü vəzifəsinə təyin edilmiş, həmin ayın sonlarında ünvan 6 ünvanında kirayə ev tutub orada yaşamağa başlamışdır. Yadulla isə işləri bağlanandan sonra Şərur rayonun Dan Yeri kəndinə getmiş, ara-sıra şəhərə gələndə gəlib onunla qalmış, nə vaxt gəlsə evə girə bilsin deyə evin açarlarından birini ona vermiş, onlardan başqa evdə heç kim qalmamışdır. 2020-ci ilin sentyabr ayında Yadulla ona zəng edib onun pul qabından 200 manat götürdüyünü, səhər gətirib verəcəyini dedikdə ona problem yoxdur demiş, bundan sonra Yadullanı görməmiş, dediyinə görə kənddə olmuş, telefonla danışanda niyə gəlmədiyini soruşduqda o, gələcəyini demişdir. 21 sentyabr 2020-ci ildə saat 07-də işə gedib nahar fasiləsində evə gəlib yenidən işə getmiş, həmin gün saat 20-də işdən çıxıb evə gəlmiş, gün boyu evdə olmuşdur. 22 sentyabr 2020-ci ildə yenə saat 07-də işə getmiş, saat 14 radələrində nahar fasiləsinə gələndə evin giriş qapısında Yadulla ilə qarşılaşmış, onun evə nə vaxt gəlməsini bilməmiş, salamlaşıb hal-əhval tutmuş, sonra sağollaşıb getmişdir. Yadulla hara getməsini deməmişdir. Evə girəndə pul qabının yanında 200 manat pul görüb Yadullanın ondan aldığı borcu qaytarmasını başa düşmüşdür. O, pulu hardan alması barədə heç nə deməmiş, bundan əvvəl dostu Mircavidin ona borcu olmasını dediyindən pulu ondan almasını düşünmüşdür. Sentyabr ayının 23-dən Mircavid yenə eyni nömrədən ona zəng edib Yadullanın polis idarəsində olduğunu bildirib ona yemək aparmasını demiş, axşam işdən gələndən sonra polis idarəsinə gedib ona yemək vermişdir. Həmin vaxt nə söhbət olduğunu soruşduqda Yadulla onluq bir şey olmadığını, evə gedəcəyini demişdir. Həmin gün saat 11 radələrində nahara evə gəlmiş bu ərəfədə Mircavid zəng edib onunla görüşmək istədiyini bildirmiş, “Böyük Bağ” deyilən yerdəki çayxanaya gedib görüşmüşlər. X6 ilə bağlı söhbət etməyə başlamış, “Yadulla oğurluq eləməyib, kameraya iri cüssəli adam düşüb, Yadulla olmaz, inanmıram o edə” demişdir. Bir az oturduqdan sonra ondan ayrılıb işə getmişdir. Bir neçə gün sonra isə Yadulla və onun dostu Mircavidin birlikdə bu oğurluğu planlaşdırıb belə bir iş gördükləri məlum olmuşdur. Həmin vaxt Mircavidin qəsdən onunla görüşüb üstündən fikir yayındırmaq istədiyini başa düşmüş, həmin vaxta qədər onun bu işdə əli ola biləcəyini ehtimal belə etməmişdir. Həmin oğurluqda başqa kiminsə iştirakını, marağını və məlumatının olmasını bilməmişdir. Mircavidi Yadullaya görə tanımış aralarında yaxın münasibət olmamış başqa vaxtlarda onunla telefon əlaqəsi saxlayıb görüşməmişdir. Yadullanın Mircaviddən başqa dostunu tanımamış, onun oğurluq edilən marketdən kiminləsə dostluğunun, tanışlığının olub-olmamasını bilmir. Pulun yeri və məbləği barədə kimdənsə nəsə soruşmasını, bu barədə məlumatı haradan əldə etməsi barədə heç bir məlumatı yoxdur. Yadulla bu barədə ona heç nə deməmişdir. Yadulla və Mircavidin oğurluq etmələrindən əvvəlcədən məlumatı olmamış, onlar bu barədə ona heç nə deməmiş və onlara heç bir köməklik etməmişdir. Yadullanın evdə olduğu müddətdə evə hər hansı alət, vasitə, paltar, əlcək, idman çantası və ya digər əşyalar gətirməsini və ya özü ilə aparmasını görməmişdir. Yadullanın və ya Mircavidin yaşadığı evə hər hansı məbləğdə pul gətirmələri və evdə saxlamaları halı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, oğlu Yadulla “Dan Yeri” AVM-də dondurma sexində mövsümi işdə, ilin yaz-yay aylarında işləmişdir. 2020-ci ilin sentyabr ayında işi dayanmış ona görə kənddə olmuş, arada bir Naxçıvan şəhərinə gedib dostu Əligildə qalırmış. 2020-ci ilin sentyabr ayının 22-də Yadulla şəhərə getmiş həmin gün onun telefonlarına zəng vurduqda zəng çatmadığından onun dostu Əliyə zəng vurub Yadullanın telefonuna zəng çatmadığını deyib harda olmasını soruşmuşdur. Əli gözlə, maraqlanıb xəbər edirəm demiş, bir az keçəndən sonra ona zəng vurub “Dan Yeri” AVM-də oğurluq olduğunu buna görə oranın bütün işçilərinin izahatlarının alınması üçün polisə yığıldığını, narahat olmamalarını, izahatı alınandan sonra ötürüləcəyini bildirmişdir. Sonradan oğlu Yadullanın Mircavid adlı şəxslə “Dan Yeri” AVM-dən oğurluq etməsini ona görə polis şöbəsinə aparıldığını öyrənmişdir. Orada nə qədər pul oğurlanmasını dəqiq bilməmiş sonradan təxminən 315000 manat pul oğurlanmasını həmin pulu oğlu Yadullanın Mircavidə verməsini, onun da aparıb həyətlərində basdırmasını, ancaq polis şöbəsində hər ikisinin oğurluq etmələrini etiraf edib, pulun harada olmasını dediyini polislərin də gedib pulu aşkar etdiklərini, orada təxminən 220000-ə yaxın pul olmasını eşitmişdir. Qalan pulun harada olmasından xəbəri olmamış, onun oğurladığı puldan kiməsə verməsini, göndərməsini eşitməmiş, Yadulla evə pul gətirməmişdir. Zərərçəkmiş şəxslə razılaşmış, ona dəyən maddi ziyanın qarşılığında ona 5000 manat pul ödəmiş, o da oğlundan şikayətçi olamayacağını demiş, ona görə bu halın, həmçinin onun azyaşlı uşağının, əlil qardaşının olmasını nəzərə alıb oğlu Təqsirləndirilən şəxs1 köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, Naxçıvan şəhərində anadan olmuş, atası Kazıma məxsus VAZ 2107 markalı **-BG-*** nömrəli avtomobili ilə tanışları, dostları, qohumları ora-bura aparmaqla, onların verdiyi pulla maddi təminatını qarşılamışdır. Təqsirləndirilən şəxs2 dostu Orxana görə tanımış, Orxanla bərabər işlədiyi üçün Mircavid də oraya gəlib saçını düzəltdirmiş, onunla münasibəti oradan yaranmışdır. Mircavidə maşın lazım olanda ona zəng vurmuş onu işlədiyi yerə aparıb qarşılığında pul almışdır. 21 sentyabr 2020-ci ildə Mircavid qonaqları olduğunu deyib ondan maşınını istəmiş, Mircavidə qonaqlarını hara lazımdırsa aparacağını dedikdə, ona qonaqlarının qadın olduğunu onun aparmasının düzgün olmayacağını deyib onu razı salmışdır. Mircavid maşını ondan alıb getmişdir. 22 sentyabrda təxminən saat 12 radələrində Mircavidə zəng edib maşını istəmiş, zəng vurandan təxminən 10-15 dəqiqə sonra Mircavid gəlib onu götürmüş, həmin vaxt maşında tanımadığı bir nəfər olmuş, onları gətirib böyük bağ adlanan çayxananın yanında düşürmüşdür. Həmin vaxt Mircavid maşında oturan şəxsə sən düş gəlirəm demiş, maşında ikisi olanda maşını yudurtması və yanacaq vurması üçün ona pul verib onunla sağollaşmışdır. Onun oğurluq edəcəyindən maşını bu məqsədlə işlətməsindən məlumatı olmamış, onun yanında bu barədə söhbət etməmişdir. Maşını ona qaytarandan təxminən 3-4 gün sonra ona zəng vurub “Dan Yeri” marketdən oğurluq olduğunu dostu Yadullanın da orada işlədiyi üçün izahat alınmasından ötrü polis şöbəsinə aparıldığını deyib, ona yemək aparması üçün onu gəlib götürməsini istəmişdir. Mircavidi götürüb Naxçıvan şəhər polis idarəsinə aparmış, o, gedib yemək verib qayıtmış, bir-iki gün sonra “Dan Yeri” AVM-dən oğurluq edənin Mircavidlə Yadullanın olduğunu eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X5 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, Babək rayonun Sirab kəndində anadan olmuş, hazırda orada yaşayır, təxminən 2019-cu ilin noyabr ayından Naxçıvan şəhərinin Heydər Əliyev küçəsi 9-cu binanın 1-ci mərtəbəsində yerləşən ətriyyat və hədiyyələr mağazasını işlədir. Mağazada müxtəlif növ ətirlər bəzək növləri, hədiyyələr, kişi və qadın eynəkləri satmış, işlədiyi mağazadan gün ərzində müxtəlif adamlar alış-veriş etmiş, Təqsirləndirilən şəxs2 də onun işlədiyi mağazadan alış-veriş etdiyinə görə tanımış, onunla arasında dostluq qohumluq və ya ədavət olmamışdır. 2020-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs2 onun işlədiyi mağazadan şampun, ətir, bəzək ləvazimatları, eynək və başqa əşyalar götürdüyünə görə mağazaya təxminən 170 manat borcu yaranmış, sentyabr ayının ortalarında gətirib borcunu ödəməsi üçün ona bir neçə dəfə zəng vurmuş, sentyabr ayının təxminən 22-23-də o, mağazaya gələrək borcunun hamısını vermişdir. Həmin gündən 1-2 gün sonra mağazadan gəlib nisiyə eynək götürmüş, oktyabr ayının ortalarında eynəyin pulunu istəmək üçün onun ***-***-**-** mobil nömrəsinə zəng vurmuş, ancaq onun nömrəsinə zəng çatmamış, daha sonra onun harada olmasını maraqlandıqda Mircavidin “Dan Yeri” AVM-dən oğurluq etməsinə görə həbs edildiyini eşitmişdir. Ancaq onun kiminlə oraya girib oğurluq etməsindən məlumatı olmamış, mağazaya ödədiyi 170 manat pulun oğurluq yolu ilə əldə edilmiş, pul olmasını bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək, ifadəsində göstərmişdir ki, 2020-ci ilin sentyabr ayının 22-də Mircavidlə görüşüb söhbət edəndə Mircavid ondan Dan Yeri AVM-dən oğurluq olmasından xəbərinin olub-olmamasını soruşmuş, ona eşitmişəm dedikdə o, Yadullanın da polis şöbəsinə aparılmasını bildirmiş, sonra onun oğurluq etmədiyini, eləsə də boynuna almayacağını demiş, bir az gəzdikdən sonra vaxtın varsa gedək Yadullanı görək demiş, onunla razılaşıb Naxçıvan şəhər polis idarəsinə getmişlər. Yadulla polis şöbəsində onları görüb çölə çıxmış şöbənin həyətində təxminən 5 dəqiqə söhbət etmiş, oradan Cavid Yadulladan incildilib-incidilməməsini soruşmuş, o, da heç kimin onu incitmədiyini sadəcə oğurluqla bağlı suallar verdiklərini demiş və şöbədən çıxanda ona zəng vurmasını istəmiş, o, da yaxşı çıxanda əlaqə saxlayarıq demişdir. Orada onlar başqa heç nə söhbət etməmiş, ondan kənarlaşıb söhbət etdikləri hal olmamış, sonra Yadulla polis şöbəsində qalmışdır. Bir neçə dəqiqə şəhərdə gəzdikdən sonra Mircavidlə “SV” restoranına getmiş, orada söhbət edərkən Mircavid oğurluğ edənin tapılmayacağını, deyilənə görə kameraların söndürüldüyünü, tapılmasa həmin adamın kef edəcəyini demişdir. Sonra Mircavid ondan 300000 manat pulla nə iş görülə biləcəyini soruşduqda, ona böyük məbləğ pul olduğunu, nə iş isdəsən görə biləcəyini ancaq pul kimdədirsə Naxçıvanda nə iş görsən tez tutulacağını demiş, Mircavid həmin pulu kənara çıxarmağın çətin olduğunu, aparan adamın ilişə biləcəyini bildirmişdir. Bir neçə gün sonra dostu Əkbər ona zəng vurub Dan Yeri AVM-dən oğurluğu Mircavidlə Yadullanın etdiyini, pulun da Mircavidin evindən tapıldığını demiş, həmin vaxt ona inanmayıb Mircavidin mobil nömrəsinə zəng vurmuş, ancaq o açmamış, Əkbərin dediyinin düzgün olduğunu fikirləşib sonra ona zəng vurmamış, həmin vaxta kimi onların oğurluq etmələrini bilməmişdir. Məhkəmə istintaqında iştirak etməyən Şahid5 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi elan edilərək cinayət prosesi tərəflərinin iştirakı ilə tədqiq edilmişdir. Şahid5 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, böyük oğlu Təqsirləndirilən şəxs2 ailəsi ilə birlikdə onlarla yaşamışdır. 2020-ci ilin sentyabr ayının 21-də Mircavid növbədən çıxıb səhər təxminən saat 10 radələrində evə gəlmiş, günortadan sonra işi olduğunu bildirib getmiş, həmin gün axşam evə gəlib paltarını dəyişib Uzunoba gölünə balıq tutmağa getdiyini bildirib evdən çıxıb getmiş, gecə evə gəlməmiş. 22 sentyabr 2020-ci ildə saat 12 radələrində oğlu Mətinin otağını yığışdırmağa getmiş, orada olan zaman evin arxa hissəsindən səs gəldiyini eşidib pəncərədən baxanda Mircavidin həyətdə üzümlükdə olduğunu görmüşdür. Onun üzümləri budadığını düşünüb pəncərədən üzümləri buduyursansa diblərinə su qoy demiş, daha sonra ona fikir verməyib öz işini görmüşdür. Sentyabr ayının 23-də Mircavid işə gedib ayın 24-də növbədən çıxıb saat 10 radələrində evə gəlmiş, daha sonra harasa getmiş, evdə olmamışdır. 26 sentyabr 2020-ci ildə saat 12 radələrində polis əməkdaşları Mircavidlə birlikdə həyətə gəlib baxmış, əri Miryaqub və onun qardaşı Sabir həyətdə olmuşlar. Mircavid evin arxasını göstərib, pulu orada basdırdığını bildirmiş, polislər həmin yeri qazmaq üçün evin arxasına getmiş, Miryaqub balkonda qalmış qardaşı Sabir polislərin yanında evin arxasına getmiş, polislər pulları çıxararaq gətirib evin qabağında saydıqdan sonra getmişlər. Həmin vaxt Mircavidin oğurluq etməsini, basdırdığı pulun oğurluq etdiyi yerdən götürdüyü pul olduğunu bilmiş, həmin vaxt Cavidin bir neçə gün qabaq evin arxasında olduğu yadına düşmüş, ancaq Cavidin oğurladığı pulu həmin vaxt evin arxasında basdırdığını sonradan başa düşmüşdür. Sonrakı günlərdə Cavid dostu Yadulla ilə birlikdə oğurluq etdiklərinə görə barəsində cinayət işi başlanmış, hər ikisi həbs edilmişdir. Cinayət işi üzrə 27 noyabr 2020-ci ildə məhkəmə trasoloji ekspertizası təyin edilmiş, 08 dekabr 2020-ci il tarixli 205 20 nömrəli ekspert rəyində mağazanın anbarının qapısı üzərində sıxma nəticəsində yaranmağa xarakterik alət izlərinin olduğu, qapının tağında yaranmış zədələrin xaricdən sıxılma nəticəsində əmələ gəldiyi, qapının tağının üzərində olan zədənin (izin) bərk, küt, ucu küt predmetin təsirindən yaranmağa xarakterik olduğu, belə predmetə tədqiqata təqdim edilmiş lingin də aid olduğu göstərilmişdir. Cinayət işi üzrə 27 noyabr 2020-ci ildə məhkəmə komputer-texniki ekspertizası təyin edilmiş, 30 dekabr 2020-ci il tarixli 5/909 nömrəli ekspert rəyində təqdim edilmiş, bir ədəd sensor ekran və “Android 10” əməliyyat sistemi təchiz olunmuş “Samsung Galaxy A20” markalı “SM-A205 F/DS” modelli “**********23652, **********23650” imei kodlu smartfonun hal-hazırda işlək vəziyyətdə istifadəyə yararlı olduğu, “ Samsung Galaxy A-20” markalı “SM-A205F/DS” modelli mobil smartfonun yaddaşında toplanmış hal-hazırda mövcud olan məlumatların müəyyən olan “Tədqiqi hissəsi”-nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsung Galaxy A-20” markalı “SM A-205 F/DS” modelli mobil smartfonun yaddaşında hər hansı bir məlumatlarının (telefon kitabçası, foto, video, audio, faytlar “whatsapp”, “instragram”, “facebook”, sosial şəbəkələr vasitəsilə aparılmış məlumat mübadiləsi və sair) pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılmasının mümkün olmadığı, “Samsung Galaxy A-20” markalı “SM-A205F/DS” modelli mobil smartfonun yaddaşında “+994 60 300-00-28” abonent nömrəsi və istifadəçi adı ilə qeydiyyatdan keçmiş “Whatsapp” proqram təminatında və “ +994 60 300 00 95” abonent nömrəsi ”XX” istifadəçi adı ilə qeydiyyatdan keçmiş “WhatsappBussines” proqram təminatında (çat seansı, foto, video, audio fayllar, çıxan, gələn, buraxılmış video və səsli zənglər) , “İnstagram” sosial şəbəkəsinə aid “aldanmış duyqular” adlı istifadəçi profilinin “Direct” bölməsində (çat seansı) məlumat mübadiləsinin müəyyən olunduğu, lakin rəyin “Tədqiqi hissəsi” nin 3-cü bəndində göstərilən səbəblərə görə qeyd edilən məlumatların köçürülərək istintaq orqanına təqdim etməyin mümkün olmadığı, rəyin “Tədqiq hissəsi” nin 5-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsung Galaxy A-20” markalı “SM-A205F\DS” modelli mobil smartfonunun yaddaşında “İnstagram” sosial şəbəkəsinə aid “aga 17515”adlı və “ozel 009” adlı istifadəçi profillərinin “online” (internet şəbəkəyə qoşulması) rejimində işləməsi səbəbindən həmin profillərin “Direct” bölməsində hər hansı bir məlumat mübadiləsinin olub-olmamasını müəyyən etməyin mümkün olmadığı, təqdim edilmiş “Samsung Galaxy A-20” markalı “SM-A20F/DS” modelli smartfonun hal-hazırda yaddaşında “+994 60-300-00-95” abonent nömrəsi və istifadəçi adı ilə qeydiyyatdan keçmiş “Whatsapp” proqram təminatında “+994 60 222-66-66” abonent nömrəsi ilə aparılmış məlumat müəyyən olunmadığı göstərilmişdir. Bunlarla yanaşı məhkəmə istintaqında dindirilən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara qarşı irəli sürülmüş ittiham üzrə özlərini tam təqsirli bilərək, cinayəti törətdiklərini etiraf etmişlər ki, məhkəmə onların bu etiraflarını iş üzrə olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərək inandırıcı qəbul etmişdir. Çünki, onların məhkəmə istintaqı zamanı verdiyi ifadələrində cinayət əməlini törətmələrinə dair etirafları zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə tam təsdiqini tapmışdır. Bütün bu sadalananlara görə məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilən əməldə cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Cinayət əməlini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən törətmişlər. Onların törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə tövsif edilmişdir. Onların bu əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, ibtidai araşdirma mərhələsindən başlayaraq törətdiyi cinayətləri səmimi etiraf etməklə cinayətin sübuta yetirilməsində yaxından köməklik göstərməsini, himayəsində iki azyaşlı uşağının olmasını və cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməllərində onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməllərə görə cəzalanmalı və ona təqsirli bilindiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsiyyətinə uyğun, ədalətli cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Naxçıvan MR Daxili İşlər Nazirliyinin Tİİ-dən alınmış tələbnamədə Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmadığı göstərilmişdir. Odur ki, ona residivə görə cəza təyin etmək üçün hec bir əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respubilkası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respubilkası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən cəza təyin edilməsinin ümumi əsaslarını – törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, həmin maddənin tələbinə görə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs1 əlavə cəzaların təyin edilməsinə zərurət yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini, ibtidai araşdirma mərhələsindən başlayaraq törətdiyi cinayətləri səmimi etiraf etməklə cinayətin sübuta yetirilməsində yaxından köməklik göstərməsini, himayəsində bir azyaşlı uşağının olmasını, həyat yoldaşının onkoloji xəstə olmasını və cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməllərində onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməllərə görə cəzalanmalı və ona təqsirli bilindiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsiyyətinə uyğun, ədalətli cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Naxçıvan MR Daxili İşlər Nazirliyinin Tİİ-dən alınmış tələbnamədə Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmadığı göstərilmişdir. Odur ki, ona residivə görə cəza təyin etmək üçün hec bir əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respubilkası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respubilkası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən cəza təyin edilməsinin ümumi əsaslarını – törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, həmin maddənin tələbinə görə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs2 əlavə cəzaların təyin edilməsinə zərurət yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təqsirli bilindikləri Azərbaycan Respubilkası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyası daxilində təyin edilməlidir. Eyni zamanda məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətlərini, habelə cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı cəza çəkmədən də islah olunmalarını mümkün sayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzanın sınaq müddəti müəyyən edilməklə, şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Həmin maddəyə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər(70.1-ci maddə), və məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır (70.2-ci maddə). Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur....(70.3-cü maddə). İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həkim müayinəsindən keçirilmiş Naxçıvan Muxtar Respublikası Xəstəxanası publik hüquqi şəxs tərəfindən təqdim olunmuş 29 sentyabr 2020-ci il tarixli arayışlarda hər ikisinin sağlam olması göstərilmişdir. Odur ki, məhkəmə onların barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar müəyyən etməmişdir. İşdə mülki iddia yoxdur və işin məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, ittihamda göstərilmiş 315000 (üç yüz on beş min) manat məbləğində maddi ziyanın 173224 (yüz yetmiş üç min iki yüz iyirmi dörd) manat və 28000 (iyirmi səkkiz min) ABŞ dolları nəğd pul aşkar edilib götürülərək Zərərçəkmiş şəxs qaytarılmış, pulun qalan hissəsi isə təqsirləndirilən şəxslərin valideynləri tərəfindən sonuncu ilə razılaşdırılaraq ona tam şəkildə ödənilmişdir. Məhkəmə iş üzrə məhkəmə məsrəfləri məsələsini müzakirə edərək belə qənaətə gəlmişdir ki, məhkəmə kompüter-texniki ekspertizasının keçirilməsi ilə əlaqədar aparılmış tədqiqatın dəyəri 53 (əlli üç) manat, 65 qəpik Təqsirləndirilən şəxs2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:142593, Büdcə səviyyəsinin kodu:3, SAP(XİİS) hesabı, Adı: X1, Kodu:210005, VÖEN **********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə maddi sübutlar məsələsini həll edərək belə nəticəyə gəlmişdir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut Təqsirləndirilən şəxs1 məxsus oğurluq əməlini törədərkən əynində olan geyim əşyaları Təqsirləndirilən şəxs1 qaytarılmalı, bir cüt əlcək, 1 ədəd dəmir ling, 1 ədəd vint açan və idman çantası məhv edilməli, Təqsirləndirilən şəxs2 istifadə etdiyi “Samsung Galaxy A20” markalı “SM-A205 F/DS” modelli “**********23652, **********23650” imei kodlu smartfon mobil telefon Təqsirləndirilən şəxs2 qaytarılmalı, Təqsirləndirilən şəxs2 istifadə etdiyi “Samsung Galaxy A20” markalı “SM-A205 F/DS” modelli “**********23652, **********23650” imei kodlu smartfon mobil telefonun yaddaşından toplanmış məlumatların köçürüldüyü 2 ədəd DVD- R disk və müşahidə kameralarının görüntülərinin yazıldığı 4 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilməlidir Məhkəmə qətimkan tədbiri məsələsini müzakirə edərək belə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Naxçıvan Şəhər Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qərarları ilə 4(dörd) ay müddətinə seçilmiş və Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 06 yanvar 2021-ci il tarixli qərarları ilə 2(iki) ay müddətinə uzadılmış həbs qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından dərhal azad edilməlidirlər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356 və 381- 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 6 (altı) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq olunsun və barəsində 2 (iki) il 6 (altı) ay sınaq müddəti təyin edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və Naxçıvan Muxtar Respublikası ərazisindən kənara getməmək vəzifələri qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərində nəzarət yaşadığı ərazi üzrə Şərur rayon İcra və Probasiya Şöbəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs1 barəsində Naxçıvan Şəhər Məhkəməsinin 29 sentyabr 2020ci il tarixli qərarı ilə 4 (dörd) ay müddətinə seçilmiş və Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 06 yanvar 2021-ci il tarixli qərarı ilə 2 (iki) ay müddətinə uzadılmış həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinsin və 5 (beş) il, 6 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq olunsun və barəsində 2 (iki) il sınaq müddəti təyin edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və Naxçıvan Muxtar Respublikası ərazisindən kənara getməmək vəzifələri qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərində nəzarət yaşadığı ərazi üzrə Naxçıvan Şəhər İcra və Probasiya şöbəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs2 barəsində Naxçıvan Şəhər Məhkəməsinin 29 sentyabr 2020ci il tarixli qərarı ilə 4 (dörd) ay müddətinə seçilmiş və Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 06 yanvar 2021-ci il tarixli qərarı ilə 2 (iki) ay müddətinə uzadılmış həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. İş üzrə məhkəmə məsrəfi olan məhkəmə kompüter-texniki ekspertizasının keçirilməsi ilə əlaqədar aparılmış tədqiqatin dəyəri 53 (əlli üç) manat, 65 (altmış beş) qəpik Təqsirləndirilən şəxs2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:142593, Büdcə səviyyəsinin kodu:3, SAP(XİİS) hesabı, Adı: X1, Kodu:210005, VÖEN **********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 məxsus oğurluq əməlini törədərkən əynində olan geyim əşyaları Təqsirləndirilən şəxs1 qaytarılsın. Bir cüt əlcək, 1 ədəd dəmir ling, 1 ədəd vint açan və idman çantası məhv edilsin. Təqsirləndirilən şəxs2 istifadə etdiyi “Samsung Galaxy A20” markalı “SM- A205 F/DS” modelli “**********23652, **********23650” imei kodlu smartfon mobil telefon Təqsirləndirilən şəxs2 qaytarılsın. Təqsirləndirilən şəxs2 istifadə etdiyi “Samsung Galaxy A20” markalı “SM-A205 F/DS” modelli “**********23652, **********23650” imei kodlu smartfon mobil telefonun yaddaşından toplanmış məlumatların köçürüldüyü 2 ədəd DVD- R disk və müşahidə kameralarının görüntülərinin yazıldığı 4 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilsin. Hökmdən, apellyasiya şikayəti və ya protest Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə elan olunduğu andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar