Məhkəmə qərarları › İş №1-1(092)-6/2023

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-6/2023

17.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-6/2023 17.02.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi iştirakları ilə, Naxçıvan Мuxtar Respublikası Hərbi Məhkəməsinin inzibati binasında 18 avqust 2003-cü ildə Fizuli rayonunun 5 saylı Qayıdış qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tam orta təhsilli, əvvəllər məhkum olunmayan, Cəbrayıl rayonunun Şıxlar kəndində qeydiyyatda olan, N saylı hərbi hissədə atıcı vəzifəsində xidmət edən, barəsində 23 dekabr 2022-ci il tarixdən komandanlığın müşahidəsi altına vermək haqqında qətimkan tədbiri seçilmiş əsgər, həmin hərbi hissənin əsgər yataqxanasında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq M Ü ƏYYƏN E T D İ : Təqsirləndirilən şəxs N saylı hərbi hissənin “Vışka” adlanan mövqeyində xidmət edərkən 09 oktyabr 2022-ci ildə saat 11:30 radələrində müşahidə məntəqəsində əsgər Şahid1 ilə sözlü mübahisə edərkən onunla eyni bölmədə xidmət edən tabeçilik münasibətlərində olmayan əsgər Zərərçəkmiş şəxs buna görə onlara irad tutması səbəbindən aralarında yaranmış mübahisə zəminində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” tələblərinə zidd olaraq müşahidə məntəqəsinin içərisində əsgər Zərərçəkmiş şəxs qarşı nalayiq ifadə işlədib sol göz nahiyəsinə yumruqla vurmaqla ona “sol gözaltı nahiyənin qançırı, hematoması ilə müşahidə olunan, sol əng sümüyünün qapalı, xətti sınığı” xəsarətini yetirərək qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozub sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində 15 oktyabr 2021-ci ildə SHXÇDX-nin Cəbrayıl rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırıldığını, hal-hazırda N nömrəli hərbi hissənin 4-cü taborunda xidmət etdiyini, əsgər Zərərçəkmiş şəxs də onunla birlikdə xidmət etdiyini, xidmət yerinin ermənistanla sərhədə yaxın olduğunu, 09 oktyabr 2022-ci il tarixdə əsgər yoldaşı Şahid1la birlikdə saat 11:30 radələrində döyüş növbəsində olarkən anidən yadına Şahid1 bundan əvvəlki növbədə, yəni saat 05:30 radələrində xidmətdə olarkən boynundakı şərfi üzünə dolaması və qəribə hərəkətlər etməsi yadına düşdüyünü, erməni postlarının onların postlarına yaxın olduğundan, həmdə həmin vaxt havanın qaranlıq və küləkli olmasından və Şahid1 belə hərəkətlərindən bərk qorxaraq ona nəyə görə axşam növbədə olanda o, cürə hərəkət etməsinin səbəbini soruşduğunu, Şahid1 da ”ağcaqanadlar sifətimi yeyirdi, ona görə də məcbur qalıb şərfi sifətimə doladım, bunu səni qorxutmaq üçün etmədim” dediyini həmin vaxt doğurdanda bərk qorxduğundan ciddi şəkildə ona öz etirazını yüksək səslə bildirdiyini, ərazidə təmizlik işləri ilə məşğul olan əsgər Zərərçəkmiş şəxs onların səsini eşidib onlara tərəfə gələrək nə olmasını soruşduqda əsgər Şahid1 onu müşahidə məntəqəsinə çağıraraq məni göstərib “gəl bunu burdan apar, məni əsəbləşdirir, məni narahat edir” dediyini, Zərərçəkmiş şəxs müşahidə məntəqəsinin içərisinə girərək onlardan niyə yüksək səslə danışdıqlarını soruşduqda olanları olduğu kimi ona danışdığını, Zərərçəkmiş şəxs onlara “ növbəni dəyişdikdən sonra yataqxanada bunları müzakirə edərsiniz, bura postdu, belə şeyləri burada müzakirə etməyin” deyib getmək istərkən onun dediyi sözlərin xoşuna gəlmədiyini, bu səbəbdən də əsəbləşib onların hər ikisinə “sizin qanınızda erməni qanı axır, siz müsəlman deyilsiz, müsalman belə hərəkət etməz” sözlərini dediyini, Zərərçəkmiş şəxs ondan həmin sözləri kimə deməsini soruşduqda “hər ikinizə deyirəm, mənə inanmırsınız, elə şeylərdən qorxuram” cavabını verdiyini, Zərərçəkmiş şəxs də əsəbləşərək ona “mən nə edim ki, sən qorxursan” deyib var-yox söyüşü söydüyünü, həmin söyüşün ona çox pis təsir etdiyini, həmin sözlərin təsiri altında əsəbləşib sağ əli ilə onun sol göz nahiyəsinə bir yumruq zərbəsi vurduğunu, onun sol gözünü tutaraq yataqxanaya tərəf getdiyini, bir azdan döyüş növbəsindən çıxdıqdan sonra yataqxanaya getdiklərini, yataqxanada baş leytenant Şahid2 onları yanına çağırıb ondan nəyə görə Zərərçəkmiş şəxs vurmasını soruşduğunu, hadisənin necə baş verməsini ətraflı olduğu kimi ona danışdıqdan sonra onun və Zərərçəkmiş şəxs tabor mərkəzinə göndərildiklərini, Mustafazadənin sifətində şişkinlik olduğundan onu hərbi hissəyə oradan da hospitala göndərildiyini, bir müddət sonra Zərərçəkmiş şəxs sol gözaltı almacıq sümüyünün sındığını bildiyini, törətdiyi əməldən peşman olduğunu, xidmət müddətinin başa çatmasına çox az müddət qaldığını, atası ilə anasının ayrı yaşadığını, qardaşının uzun müddətdir xəstə olduğunu, Zərərçəkmiş şəxs üzr istədiyini, zərərçəkmiş şəxsin də onu bağışladığını, məhkəmədən ona yüngül cəza verməsini xahiş etdiyini göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs ifadəsində əsgər Təqsirləndirilən şəxs ilə eyni mövqedə xidmət etdiklərini, 09 oktyabr 2022-ci il tarixdə əsgər Hüseynağa Əliyevlə ərazidə təmizlik işləri apararkən təxminən saat 11:30 radələrində 1-ci müşahidə mövqeyindən qışqırıqlı səs-küy gəldiyini eşitdiyini, həmin vaxt orada əsgərlər Təqsirləndirilən şəxslə Şahid1 döyüş növbəsində olduqlarını bildiyini, onların nəyə görə uca səslə danışmalarını öyrənmək üçün müşahidə məntəqəsinə tərəf gedib orada onlardan nəyə görə uca səslə danışdıqlarını soruşduğunu, əsgər Təqsirləndirilən şəxs Şahid1 axşam müşahidədə olanda şarfı boynuna dolayaraq müəyyən səslər çıxarıb onu qorxutduğunu dediyini, onlara “ bu məsələni burda müzakirə etməyin, bura döyüş postudur, növbənin dəyişilməsinə az qalıb, növbə dəyişiləndən sonra yataqxanada müzakirə edərsiniz” dediyini, onun dediklərinin Təqsirləndirilən şəxs xoşuna gəlmədiyini, bu səbəbdən də ona qarşı təhqiramiz ifadələr işlətdiyini, Təqsirləndirilən şəxs həmin ifadələri kimə deməsini soruşduqda “hər ikinizə deyirəm, siz müsəlman deyilsiniz, ermənidən betərsiniz, qanınızda erməni qanı var” cavabını verdiyini, onun dediyi sözlərdən bərk narahat olduğunu, əsəbləşib onun da Təqsirləndirilən şəxs qarşı nalayiq ifadələr işlədiyni, Abdullayev ona tərəf gələrək anidən müşahidə məntəqəsinin içərisində ona yaxınlaşıb əsəbi halda nəsə deyərək sol gözünün altından bir yumruq zərbəsi vurduğunu, əsgər Şahid1 dərhal onları aralaşdırdığını, zərbənin dəydiyi yerin bərk ağrıdığını, sağ əlini gözünə tutub yataqxanaya getdiyini, Təqsirləndirilən şəxs onun sol gözünün altından yumruq zərbəsi vurması barədə bölük komandirinin şəxsi heyyətlə iş üzrə müavini baş leytenant Şahid2 məruzə etdiyini, Şahid2 da Təqsirləndirilən şəxs nəyə görə onu vurmasını soruşduğunu, olanları ətraflı ona danışdığını, bir az sonra Təqsirləndirilən şəxslə Şahid1 xidmət vaxtları başa çatdığından yataqxanaya gəldiklərini, baş leytenant Şahid2 onları yanına çağırıb mübahisənin necə baş verməsini soruşduğunu, Təqsirləndirilən şəxs də hadisənin necə baş verməsini olduğu kimi Şahid2 danışdığını, bundan sonra onun sifətində şişkinlik olduğundan hərbi hissəyə, oradan isə hospitala göndərildiyini, sifətinin rentgen müayinəsi edildiyini, sol almacıq sümüyündə sınıq aşkar edildiyini, artıq sağaldığını, Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 ifadəsində hər iki əsgərlə birlikdə “Vışka” postunda xidmət etdiyini, 09 oktyabr 2022-ci il tarixdə saat 04:00dan saat 06:00-dək Təqsirləndirilən şəxslə döyüş postunda xidmətdə olarkən ağcaqanad boyun hissəsini və üzünü yediyindən şarfla həmin hissələri örtdüyünü, həmin vaxt ondan bir az aralıda olan Təqsirləndirilən şəxs ona “bu nə formadır baş gözünü bağlamısan, məni niyə qorxudursan, mən belə şeylərdən qorxuram” dediyini, ona “mən bunu qəsdən etmədim, ağcaqanadlar məni yediyi üçün baş-gözümü örtmüşəm” dediyini bu səbəbdən də aralarında mübahisə yarandığını, səhərsi gün saat 11:30 radələrində yenə postda olarkən axşamki məsələ ilə bağlı yenə bərkdən mübahisə edərək bir-birlərini sözlə təhqir etdiklərini, həmin vaxt səs-küyü eşidən və yaxınlıqda təmizlik işləri aparan əsgər Zərərçəkmiş şəxs onlara tərəf gəldiyini gördüyünü, onun müşahidəyə gəlib içəriyə girərək onlardan nəyə görə uca səslə danışdıqlarını, niyə mübahisə etdiklərini soruşduğunu, Təqsirləndirilən şəxs ona “axşam növbədə olarkən Şahid1 qəsdən şarfı ağzına dolayaraq məni qorxudub” dediyini, Zərərçəkmiş şəxs isə “burda səs salmayın, növbənin dəyişilməsinə az qalıb, növbə dəyişiləndən sonra yataqxanada söhbət edərsiniz” dediyini, həmin vaxt Təqsirləndirilən şəxs “siz müsəlman deyilsiniz, məni başa düşmürsüz, sizin qanınızda erməni qanı axır, məni niyə qorxudursunuz” dediyini, G. Mustafazadənin Təqsirləndirilən şəxs həmin sözü kimə deməsini soruşduğunu, Təqsirləndirilən şəxs hər ikinizə deyirəm “ hər ikiniz də ermənidən betərsiniz” cavabını verdiyini, bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı nalayiq ifadələr işlətdiyini, Təqsirləndirilən şəxs həmin sözləri özünə götürüb ondan niyə onu təhqir etməsini deyərək anidən onun sol gözünün altından bir yumruq zərbəsi vurduğunu, Zərərçəkmiş şəxs əlini gözünə tutduğunu, tez onları aralaşdırdığını, bundan sonra Zərərçəkmiş şəxs yataqxanaya getdiyini, bir azdan növbə vaxtı qurtardığından özlərinin də yataqxanaya getdiklərini, axşam üstü Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs tabor mərkəzinə aparıldığını, bir neçə gün sonra hospitalda müayinə zamanı onun sol gözaltı almacıq sümüyünün sındığını eşitdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş baş leytenant Şahid2 ifadəsində N saylı hərbi hissənin 4-cü taborunun 13-cü bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etdiyini, hər iki əsgəri xidmət müddətində tanıdığını, 09 oktyabr 2022-ci il tarixdə şərti olaraq “Vışka” adlanan mövqedə əsgərlər Şahid1la Təqsirləndirilən şəxs 1-ci müşahidə məntəqəsinə 3-cü növbə döyüş növbətçiliyinə təyin edildiklərini, həmin gün onların saat 10:00-dan 12:00-dək döyüş növbəsində olduqlarını, saat 11:10 radələrində əsgərlər Gündüz Mustadazadə ilə Hüseynağa Əliyevin mövqenin ərazisini təmizləməyə ayırdığını, saat 11:35 radələrində Zərərçəkmiş şəxs yataqxanaya gəlib əsgər Təqsirləndirilən şəxs müşahidə məntəqəsində onun sol gözündən bir yumruq zərbəsi vurduğunu məruzə etdiyini, həmin vaxt Zərərçəkmiş şəxs sol gözünün altının qızardığını gördüyünü, ondan Təqsirləndirilən şəxs onu nəyə görə vurmasını soruşduğunu, Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxs onu nəyə görə vurmasını olduğu kimi ona danışdığını, müşahidənin başına qalmaması üçün onların xidmət müddətinin başa çatmasını gözlədiyini, saat 12 radələrində Təqsirləndirilən şəxslə Şahid1 növbədən çıxıb yataqxanaya gəldiklərini, onları yanına çağırıb hadisənin necə baş verməsini ondan da soruşduğunu, Təqsirləndirilən şəxs də hadisəni Zərərçəkmiş şəxs dediyi kimi olanları ona danışdığını, bundan sonra hadisə barədə yuxarı komandanlığa məruzə etdikdən sonra Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs tabor mərkəzinə göndərdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ-su kiçik çavuş Şahid3 ifadəsində N nömrəli hərbi hissənin 4-cü taborunun 13-cü bölüyünün 1-ci taqımının 3-cü manqasının komandiri vəzifəsində xidmət etdiyini, 09 oktyabr 2022-ci il tarixdə gündüz vaxtı dəyişdirici olduğundan əsgərlər Təqsirləndirilən şəxslə Şahid1 saat 10:00 radələrində silah-sursatlar verib 1-ci müşahidə məntəqəsinə aparıb döyüş növbətçiliyinə təyin etdiyini, təxminən saat 11:10 radələrində baş leytenant Şahid2 əsgərlər Zərərçəkmiş şəxs və Hüseynağa Əliyevi mövqenin ərazisində təmizlik işləri görməyə ayırdığından onların da tapşırığı yerinə yetirmək üçün əraziyə getdiklərini, saat 11:35 radələrində Zərərçəkmiş şəxs yataqxanaya gəlib əsgər Təqsirləndirilən şəxs onun sol gözündən yumruqla vurması barədə baş leytenant Şahid2 məruzə etdiyini, Şahid2 ondan hadisənin necə baş verməsini soruşduğunu, Zərərçəkmiş şəxs də hadisəni olduğu kimi ona danışdığını, onun sifətinə baxdıqda həqiqətən də sifətinin və gözaltı nahiyəsinin qızardığını və şişdiyini gördüyünü, saat 12:00 radələrində növbəni dəyişdirib Təqsirləndirilən şəxslə Şahid1 yataqxanaya gətirdiyini, yataqxanada baş leytenant Şahid2 hadisənin necə baş verməsini onlardan da soruşduğunu, Təqsirləndirilən şəxs də hadisəni olduğu kimi Şahid2 danışdığını, bundan sonra baş leytenant Ə. Abdullunun bu barədə bölük komandiri kapitan Şahid4 məruzə etdikdən sonra Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs tabor mərkəzinə göndərildiklərini, bir neçə gün sonra eşitdiyinə görə hospitalda müayinə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sol gözünün altından yumruqla vurması nəticəsində onun sol əng sümüyünün sındığını göstərdi. İbtidai istintaq zamanı ifadəsi alınmış, məhkəmə istintaqında ifadəsi tədqiq edilərək elan edilmiş Şahid4 ifadəsində 09 oktyabr 2022-ci il tarixdə “4-cü post” adlanan mövqedə olarkən saat 12:15 radələrində baş leytenant Ə. Abdullunun daxili rabitə vasitəsilə ona zəng vuraraq “Vışka” mövqeyində əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini və onun sol gözündən bir yumruq vurduğunu məruzə etdiyini, dərhal “Vışka” mövqeyinə gedərək hər ikisini yanına çağırıb nə olmasını, əsgər Təqsirləndirilən şəxs niyə əsgər Zərərçəkmiş şəxs vurmasını soruşduğunu, onun da hadisənin necə baş verməsini olduğu kimi ona danışdığını, Zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs dediklərini təsdiq etdiyini, həmin vaxt Zərərçəkmiş şəxs sol gözünün altının qızardığını və az qaraldığını gördüyünü, hadisə barədə tabor komandirinə məruzə edib Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs tabor mərkəzinə göndərdiyini, sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sol gözünün altından yumruqla vurması nəticəsində onun sol əng sümüyünün sındığını eşitdiyini göstərmişdi. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 39-da olan Zərərçəkmiş şəxs barəsində 19 oktyabr 2022-ci il tarixdə məhkəmə-tibb ekspertizası təyin edilmiş, 21 oktyabr 2022-ci il tarixli 235 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sol gözaltı nahiyənin qançırı və hematoması ilə müşayiət olunan sol əng sümüyünün qapalı, xətti sınığı-bərk küt əşyanın təsirindən törənməyə xarakterik olduğu, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsinin istisna edilmədiyi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olduğu göstərilmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 44-də olan Təqsirləndirilən şəxs N №-li hərbi hissədə hərbi həkim komissiyasından keçirilmiş, təqdim olunmuş 29 oktyabr 2022-ci il tarixli, 1344 №-li arayışda onun sağlam olmaqla hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 30-da olan N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışda Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında tabelik münasibətləri olmadığı göstərilmişdir. Cinayət işi üzrə 1-ci cild iş vərəqə 26-da olan N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. 1-ci cild iş vərəqə 58-də olan Naxçıvan Muxtar Respublikası DİN-nin Təşkilat İnspeksiya İdarəsindən alınmış tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən məhkəməyə təqdim olunmuş və N saylı hərbi hissə komandiri Şahin Qəhrəmanov tərəfindən verilmiş arayışdan görünür ki, təqsirləndirilən şəxsin atası X3 vətən uğrunda gedən döyüşlərdə Fizuli, Cəbrayıl və Qubadlı ərazilərindən Fizuli müalicə Diaqnostika mərkəzinə yaralı hərbiçilərin və şəhidlərin gətirilməsində müstəsna köməklik etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər hüquqi xarekterli tədbirlər işgəncə və digər qəddar, qeyri insani, yaxut ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərər çəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurması özünün etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxs və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanları tərəfindən Azərbaycan Respublikası CM-nin 332.2.5-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətmiş olduğu cinayətdə təqsirini boynuna alaraq əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, xidmət müddətinin başa çatmasına az vaxt qalmasını, atası X2 vətən uğrunda gedən döyüşlərdə yaralı hərbiçilərin və şəhidlərin xəstəxanaya gətirilməsində müstəsna köməklik etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzaların növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 332.2.5-ci maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki bu da cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 332.2.5-ci maddəsinin sanksiyasında olan hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmadığından məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs bu cəzanın təyin olunması düzgün deyil. Ona görə ki, o, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçudur. Eyni zamanda məhkəmə, Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının da tətbiq edilməsini mümkün saymır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallarının mövcudluğunu nəzərə alaraq onun barəsində intizam xarakterli hərbi hissədə saxlama cəzasının real təyin edilməsini də ədalət və humanizm prinsipləri baxımından məqsədəmüvafiq hesab etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3 və 70.2-ci maddələrində göstərilən hallar Təqsirləndirilən şəxs barəsində tətbiq ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini həm məqsədə müvafiq, həm də mümkün edir. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti və işin halları ilə bağlı yuxarıda göstərilənlər onun hazırki vəziyyətdə ictimai təhlükəli olmamasına dəlalət edir. Bundan başqa, ona təyin ediləcək cəzanın real icra edilməsi onun ailəsinin həyat şəraitinə mənfi təsir göstərə bilər, onun artıq hərbi xidmətdən tərxis olunmasına az qalması və mümkün şəraitin bir qədər dəyişməsi də təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsini həm mümkün həm də, məqsədə müvafiq edir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs artıq xidmət müddəti başa çatmasına az qalmasına və onun barəsində olan yüngülləşdirici halları nəzərə alaraq onun törətdiyi əmələ görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş iİntizam xarakterli hərbi hissədə saxlama cəzasını verməyi, lakin törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını və digər halları nəzərə alaraq və eləcə də Təqsirləndirilən şəxs təyin olunan cəzanı çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilib sınaq müddəti verilməklə şərti məhkum etmənin təyinini və hələlik xidmətini davam etdirməsi üçün xidmət etdiyi hərbi hissənin komandanlığının sərəncamına verilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübüt etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət hazırda xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına, hərbi xidmətdən tərxis olunduqdan sonra daimi yaşadığı yer üzrə Cəbrayıl rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, sınaq müddətində komandanlığın icazəsi olmadan, tərxis olunduqdan sonra davranışına nəzarət edən orqana, yəni daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək və davranışları ilə islah olunmasınıı sübut etmək vəzifələri ona bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs dindirilməsi zamanı aparılmış video çəkilişin olduğu bir ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilməlidir. Cinayət işi üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçiyə (Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi) göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.5-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş intizam xarakterli hərbi hissədə saxlama cəzası şərti olaraq tətbiq olunsun və onun barəsində 9 (doqquz) ay sınaq müddəti təyin edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışlarına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, müəyyən yerlərə getməmək və davranışları ilə islah olunmalarını sübut etmək vəzifələri qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərində nəzarət N saylı hərbi hissə komandanlığı, hərbi xidmətdən tərxis olunduqdan sonra isə Cəbrayıl rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. . Cinayət işi üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. İş üzrə məhkəmə xərci olan Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən müdafiəçiyə, Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi təqdim edəcəyi hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Cinayət işi üzrə Təqsirləndirilən şəxs dindirilməsi zamanı aparılmış video çəkilişin olduğu bir ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilsin. Hökmdən 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar