Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-6/2024 05.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakimlər: İbrahimov İlham Sadət oğlunun sədrliyi, Hüseynov Səxavət Səməd oğlu və Orucəliyev Abil Elmar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Məmmədova Nərmin Fərəməz qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili, Müdafiəçi, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1988-ci il tarixdə Ordubad rayonunun Tivi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmayan, Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin sabiq hərbi qulluqçusu (gizir), Ordubad rayonunun Tivi kəndində qeydiyyatda olan, 30 aprel 2023-cü ildə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.3.2, 29, 186.3, 178.2.2, 178.2.3, 178.2.4 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmiş, habelə qanunsuz olaraq soyuq silahı əldə edərək, gəzdirmiş, həmçinin binaya qanunsuz daxil olmaqla özgənin külli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluğa və zərərçəkmiş şəxsə xüsusilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etməyə cəhd etmişdir. Belə ki, O.S.X8 Xidmətinin Sərhəd Nəzarətinin “Naxçıvan” X5 nəzarətçisi vəzifəsində, gizir hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən əvvəlcədən tanıdığı həmkəndlisi, Ordubad rayonunun Tivi kənd sakini Zərərçəkmiş şəxs2 ilə 2022-ci ilin oktyabr ayının sonlarında görüşüb söhbət edən zaman sonuncunun işsiz olduğunu, özünə iş axtardığını bilib real imkana və səlahiyyətə malik olmadığı, hətta Zərərçəkmiş şəxs2 işə düzəlməsinə kömək etmək niyyətində olmadığı halda tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs2 pulunu ələ keçirmək qərarına gələrək bu məqsədlə Zərərçəkmiş şəxs2 yalandan 7000 manat məbləğində pul verməklə onu Dövlət Sərhəd Xidmətində işə düzəldəcəyi adı ilə aldatmış və özünə inandırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən bir neçə gün sonra, yəni 2022-ci ilin oktyabr ayının sonlarında Zərərçəkmiş şəxs2 Naxçıvan şəhərində yerləşən avtovağzalda 3000 manat “birbank” mobil tətbiqi vasitəsi ilə bank kartına köçürmə yolu ilə, 3900 manat isə nağd şəkildə olmaqla, ümumilikdə vahid niyyətlə 6900 (altı min doqquz yüz) manat məbləğində pulu almış, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan əlavə, o, həmin vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olarkən əvvəlcədən tanıdığı, Ordubad rayonunun Xurs kənd sakini Zərərçəkmiş şəxs3 ilə 2023-cü ilin yanvar ayında Naxçıvan şəhərində yerləşən Cahan Ticarət Mərkəzinin qarşısında görüşüb söhbət edən zaman Zərərçəkmiş şəxs3 oğlu Abuzərə iş axtardığını bilib real imkana və səlahiyyətə malik olmadığı, hətta A.V.Qocazadənin işə düzəlməsinə kömək etmək niyyətində olmadığı halda tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs3 pulunu ələ keçirmək qərarına gələrək bu məqsədlə Zərərçəkmiş şəxs3 yalandan 7000 manat məbləğində pul verməklə oğlu A.V.Qocazadəni Bakı şəhərində dövlət işinə düzəldəcəyi adı ilə aldatmış və özünə inandırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən bir neçə gün sonra, yəni 2023-cü ilin yanvar ayının sonlarında Zərərçəkmiş şəxs3 Naxçıvan şəhərində yerləşən “Sizin market”-in qarşısında 7000 (yeddi min) manat məbləğində pulu almış, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olarkən aralarında tanışlıq münasibəti olan, Naxçıvan şəhər sakini Zərərçəkmiş şəxs1 ilə 2022-ci ilin noyabr ayının təxminən sonlarında ünvan 1 ünvanında yerləşən oyun zalında görüşən zaman sonuncunun işsiz olduğunu, özünə iş axtardığını bilib real imkana və səlahiyyətə malik olmadığı, hətta Zərərçəkmiş şəxs1 işə düzəlməsinə kömək etmək niyyətində olmadığı halda tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs1 pulunu ələ keçirmək qərarına gələrək bu məqsədlə Zərərçəkmiş şəxs1 yalandan 12.000 manat məbləğində pul verməklə onu Dövlət Sərhəd Xidmətində işə düzəldəcəyi adı ilə aldatmış və özünə inandırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs gəldikləri razılığa əsasən bir neçə gün sonra, yəni 03 dekabr 2022-ci il tarixdə Naxçıvan şəhərində yerləşən “Park AVM”-in qarşısında Zərərçəkmiş şəxs1la görüşüb sonuncu tərəfindən bank kartına köçürmə yolu ilə göndərilmiş 5000 manat, 09 dekabr 2023-cü il tarixdə yenə də həmin yerdə bank kartına köçürmə yolu ilə göndərilmiş 7000 manat məbləğində pulu almış, 2023-cü ilin fevral ayının ortalarında Zərərçəkmiş şəxs1 yalandan əlavə olaraq 18 000 manat pul verməklə onu gömrük orqanlarında işə düzəldəcəyi adı ilə aldatmış və özünə inandırmış, gəldikləri razılığa əsasən sonuncudan 24 fevral 2023-cü il tarixdə onunla ünvan 2 ünvanının qarşısında görüşərək sonuncu tərəfindən bank kartına köçürmə yolu ilə göndərilmiş 10.200 manat, nağd şəkildə verdiyi 5800 manat, 14 aprel 2023-cü il tarixdə Naxçıvan şəhər Ə.Qəmküsar küçəsində yerləşən ərzaq mağazasında Zərərçəkmiş şəxs1la görüşüb onun tərəfindən bank kartına köçürmə yolu ilə göndərilmiş 3000 manat olmaqla ümumilikdə vahid niyyətlə 31 000 (otuz bir min) manat məbləğində pulu almış, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Habelə, Orxan X8 Xidmətinin Sərhəd nəzarəti rəisinin 24 aprel 2023-cü il tarixli 81 ş/h nömrəli əmri ilə “xidməti uyğunsuzluğa” görə hərbi xidmətdən ehtiyata tərxis edildikdən sonra, həmin gün ünvan 3 ünvanında yerləşən Cahan Ticarət Mərkəzi MMC-dəki mağazada satılan qızıl-zinət əşyalarını oğurlamaqla qanunsuz qazanc əldə etmək qərarına gələrək, bu məqsədlə 25 aprel 2023-cü il tarixində saat 03 radələrində, yəni iş vaxtı başa çatdıqdan sonra həmin ticarət mərkəzinin qarşısına gəlib mühafizəçinin yerində, yəni giriş hissədə olmadığını, giriş hissədəki qapının isə bir qədər aralı vəziyyətdə olduğunu görüb, qanunsuz olaraq binaya daxil olaraq birinci mərtəbədə yerləşən, içərisində 278035 (iki yüz yetmiş səkkiz min otuz beş) manat məbləğində qızıl-zinət əşyalarının olduğu, vətəndaş Zərərçəkmiş şəxs4 məxsus 18 nömrəli mağazanın qarşısına gəlmış, əvvəlcədən əldə edərək gəzdirdiyi, soyuq silah hesab edilən bıçağı mağazanın şüşədən olan qapısının arasına saldıqda qapıların bir qədər aralandığını görüb, qapını aça biləcəyi qənaətinə gələrək əvvəlcə oğurluq cinayətini başa çatdırdıqdan sonra cinayətin izlərini itirməsi üçün Cahan Ticarət Mərkəzində yanğın törətməsi məqsədilə özü ilə gətirdiyi benzin yanacağını qızıl-zinət əşyalarının olduğu mağazanın qarşı tərəfində yerləşən və qapısı açıq olan mağazanın içərisindəki kağız qutuların üzərinə tökmüş, bu zaman ticarət mərkəzinin mühafizəçilərinin gəlməsini eşidib öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyərək ticarət mərkəzinin arxa qapısından qaçmaqla hadisə yerindən uzaqlaşmış, bununla da o, özgənin külli miqdarda əmlakını oğurlamağa və xüsusilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etməyə cəhd etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri aşağıda göstərilən vəziyyətdə törətmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.3.2, 29, 186.3, 178.2.2, 178.2.3, 178.2.4 və 228.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli olduğunu bildirərək Cahan Ticarət Mərkəzinə oğurluğa girmədiyini, yandırmaq istəsədə sonradan peşman olaraq yandırmaqdanda çəkindiyini, mühafizəçinin gəlməmişdən qabaq oranı tərk etmək fikrinə düşdüyünü göstərsədə məhkəmənin sonrakı mərhələsində özünü tam təqsirli bildiyini, Dövlət Sərhəd Xidmətinin X3 sərhəd nəzarətçisi vəzifəsində, gizir rütbəsində xidmət edərkən müxtəlif şəxslərə xeyli miqdarda borcu olduğunu, həmin borcların bir qismini birlikdə iş gördüyü şəxslərdən aldığını, restoran işinə girdiyini, həm də Bakı şəhərində maşın alıb “Bolt” taksi şirkətinə kirayəyə verdiyini, lakin işləri düz getmədiyində xeyli ziyan etdiyini, buna görə də həmin borcları ödəmək üçün əvvəlcədən tanıdığı Naxçıvan şəhər sakini Zərərçəkmiş şəxs1 işə düzəltmək adı ilə aldadıb 31 000 manat pulunu alarkən Zərərçəkmiş şəxs1 həmin pulun bir qismini onun kapital bank kartına yüklədiyini, bir qismini isə nağd şəkildə verdiyini, ümumilikdə 31000 (otuz bir min) manat pulunu aldadıb aldığını, Ordubad rayon Tivi kənd sakini Zərərçəkmiş şəxs2 işə düzəltmək adı ilə aldadıb 6900 manat pulunu, bunlardan başqa Ordubad rayonunun Xurs kənd sakini Zərərçəkmiş şəxs3 oğlu Abuzəri işə düzəltmək adı ilə aldadıb 7000 manat pulunu aldığını, 2023-cü ilin fevral ayında Cahan Motors şirkətindən ilkin ödəniş 13 000 manat olmaqla FAV T77 markalı, ** AF *** dövlət qeydiyyat nişanlı avtomobili kreditlə götürdüyünü, həmin maşının aylıq ödənişi 585 manat olduğunu, maşını aldıqdan 15-20 gün sonra maşında problem ortaya çıxdığını, ona görə də maşını Cahan Motors şirkətinə geri qaytardığını, bir neçə dəfə Cahan servisdə düzəldilməyə çalışılsa da maşını düzəltmək mümkün olmadığından Cahan Motors şirkətinə gedib ilkin ödəniş kimi verdiyi 13 000 manat pulu geri istədiyini, təxminən 1 ay sonra, 2023-cü ilin mart ayında ona 5000 manat pul verildiyini, geriyə qalan 8000 manat pulu isə maşın nə vaxt satılsa o vaxt verəcəklərini bildirdiklərini, daha sonra ona maşının düzəldiyini, 5000 manatı verib maşını götürməyini dedikləri üçün bir neçə gün yoxlamaq məqsədi ilə Cahan Motorsa gedib həmin maşını yenidən götürdüyünü, bir-iki gün maşını sürdükdən sonra həmin problem aradan qalxmadığından Cahan Motorsun rəhbərliyi ilə danışıb yerdə qalan pulunu istədiyini, ona maşın nə vaxt satılsa yerdə qalan 8000 manatdan 3000 manat çıxıb 5000 manatı qaytaracaqlarını bildirdiklərini, Cahan Motorsun ona borclu olduğu 8000 manat pulu vermədiklərini, buna görə də Cahan Ticarət Mərkəzindən oğurluq edib, daha sonra oranı yandıraraq onlara ziyan vurmaq fikrinə düşdüyünü, 25 aprel 2023-cü ildə gecə saatlarında Naxçıvan şəhərində yerləşən FAB kafedə oturub qəlyan çəkib borclarını fikirləşdiyini, Cahan Ticarət Mərkəzinə oğurluq etməyi fikrinə qoyduğu üçün maşını əvvəlcədən Reyhan market tərəfdəki ara məhlələrdə saxladığını, kafedə də gecə saatlarına qədər oturmağının səbəbi hamının çəkilməsi, şəhərdə heç kəsin olmaması olduğunu, təxminən saat 2 radələrində maşının yanına gedib əvvəlcədən maşında olan yun papağı, kepkanı və özünə məxsus olan, əvvəlcədən aldığı komando bıçağını götürdüyünü, əvvəlcədən maşının içinə qoyduğu təxminən 200 qr ölçüsü olan ətir qabındakı benzini də götürüb X9 ilə üzbəüz olan binaların yanına gəldiyini, Cahan ticarət mərkəzinin qarşısında mühafizəçilərin olmadığını görüb oraya getdiyini, ticarət mərkəzinin şüşə qapıları yarı açıq olduğunu, aradan keçib içəriyə girdiyini, sol tərəfdəki dəhlizlə gedib ayaqyoluna girdiyini, bir az gözlədikdən sonra ticarət mərkəzinin birinci mərtəbəsində olan qızıl dükanının yanına getdiyini, hələ də içəridə heç bir mühafizəçi olmadığını, əvvəlcə qızıl dükanına girmək üçün qapısını açmağa cəhd etdiyini, qapının bağlı oduğunu görüb özü ilə gətirdiyi əlindəki bıçağı qızıl dükanının aliminium materialdan olan qapısının arasına salıb sıxdığını, bir az sıxsada qapının açılmayacağını gördüyünü, həmin vaxt dayanıb digər dükandakı karopkaların üzərinə benzin tökdüyünü, əvvəlcə qızıl dükanının qapısını açıb daha sonra ticarət mərkəzindəki dükana benzin töküb qızılları götürməyi, bundan sonra isə izi itirmək üçün benzinə od verib çölə çıxmağı planlaşdırdığını, bu vaxt ticarət mərkəzinin ön qapısının açılmasının səsini eşitdiyini, mühafizəçinin səsini eşitdiyini, lakin nə dediyini bilmədiyini, qaçaraq çölə çıxıb meyvə bazarına enən pilləkənlərlə düşüb Türk məscidi tərəfdən ara məhlələrlə piyada Naxçıvan şəhəri, 2-ci mikrorayonda yaşadığı evə getdiyini, Ticarət Mərkəzinə girən zaman əvvəlcədən özü ilə götürdüyü yun papağa göz yerləri açıb üzünə keçirdiyini, üstündən isə kepka qoyduğunu, əllərində də əlcək olduğunu, ara məhlələrlə evə gedəndə həmin əşyaları zibil qabına atıb üstünə od vurub yandırdığını, özü ilə götürdüyü bıçağı N nömrəli hərbi hissədə xüsusi vasitələrin tətbiqi dəstəsində xidmət edərkən hərbi ləvazimatlar satılan dükandan aldığını, hansı dükan olmasını dəqiq xatırlamadığını, Zərərçəkmiş şəxs3 aldığı 7000 manat pulu qardaşı vasitəsi ilə qaytarıb, onunla barışıq əldə etdiyini, digər borclarını qaytara bilmədiyini göstərmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilməsi onun törətmiş olduğu cinayət əməlləri ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla tam təsdiq edilmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində Təqsirləndirilən şəxs əvvəlcədən işlədiyi idman zalında görüb tanıdığını, həmin zalda məşq etdiyi müddətdə aralarında ünsiyyət yarandığını, 2022-ci ilin noyabr ayının təxminən sonlarında Təqsirləndirilən şəxs onun ünvan 1 ünvanında işlətdiyi oyun zalına gəldiyini, orada onunla söhbət edən zaman dövlət işi axtardığını bildirdiyini, bu vaxt Orxan ona “sən iş axtarırdınsa niyə əvvəlcədən mənə demirdin, mənim qardaşım gömrükdə işləyir, mən sənə iş düzəldərdim” dediyini, ona qardaşından onu işə düzəldib-düzəldə bilməyəcəyini soruşmasını bildirdiyini, Təqsirləndirilən şəxs də “bir-iki günə sənə xəbər edəcəm” dediyini, bir-iki gün keçdikdən sonra Təqsirləndirilən şəxs onun ***-***-**-** nömrəsində olan vhatsapp hesabına “qardaşımla danışmışam gömrüyə inspektor düzəlmək üçün 25000 manat, qaçaqmalçılığa düzəlmək üçün isə 80000 manat pul istəyirlər” yazdığını, Təqsirləndirilən şəxs həm də ona Mehman adlı şəxslə vhatsapp yazışmalarının şəkilini də çəkib atdığını, həmin şəkildə Mehman adlı şəxs “etibarlı adamdısa danışım”, “qaçaqmalçılığa 80000 manat”, “inspektor vəzifəsinə 25000 manat istəyirlər” deyə yazdığını, Təqsirləndirilən şəxs həmin pulları verməyə gücünün çatmayacağını deyib Sərhəd Xidmətinə düzəldib-düzəldə bilməyəcəyini soruşduğunu, Təqsirləndirilən şəxs bir iki gün sonra yenə də onun ***-***-**-** nömrəsinə zəng vurub sərhəd xidmətinə işə düzəlmək üçün 12000 manat pul istədiklərini, ondan bəzi sənədlərini natoriat qaydada təsdiq elətdirib ona göndərməsini, bank kartına isə 12 000 manat pul vurmasını dediyini, 03 dekabr 2022-ci ildə Təqsirləndirilən şəxs ona vhatsapp vasitəsi ilə göndərdiyi sonu 0133 olan Kapital bank kartına 5000 manat pul yüklədiyini, 09 dekabr 2023-cü ildə isə yerdə qalan 7000 manat pulu da həmin karta yüklədiyini, həmin pulları Naxçıvan şəhərində yerləşən Park AVM-in qarşısındakı Milliön aparatı vasitəsi ilə yüklədiyini, həmin gün Təqsirləndirilən şəxs onun işlətdiyi oyun zalına gəlib ona özünün natoriat qaydada təsdiq olunmuş şəxsiyyət vəsiqəsinin surətini təqdim etdiyini, həmin surətin altında öz xətti ilə ondan 12 000 manat pul aldığını yazıb imzası ilə təsdiq edərək narahat olmamağını işin düzələcəyini bildirdiyini, bir müddət Orxandan xəbər çıxmadığını, yenə zəng edib nə olduğunu, işin niyə alınmadığını soruşduğunu, Təqsirləndirilən şəxs onu sərhəd xidmətinə düzəltməyəcəyini başa düşdükdən sonra qardaşı ilə danışmasını, gömrüyə düzəltməsini dediyini, 2023-cü ilin fevral ayının ortalarında Təqsirləndirilən şəxs ona əlavə olaraq 18 000 manat pul verməyini dediyini, 24 fevral 2023-cü ildə ünvan 4 ünvanında olan Milliön aparatı vasitəsi ilə Təqsirləndirilən şəxs kapital bank kartına 10200 manat pul yüklədiyini, əlavə olaraq 5800 manat pulu da ona əlbəəl verdiyini, milliön aparatı 10200 manatdan artıq pulu qəbul etmədiyi üçün həmin 5800 manatı karta yükləyə bilmədiyini, Təqsirləndirilən şəxs 16000 manat pul düzəltdiyini, yerdə qalan 2000 manatı da işə düzəldikdən sonra verəcəyini dediyini, 2023-cü ilin aprel ayınadək Təqsirləndirilən şəxs bir xəbər çıxmadığını, aprel ayının 12-də Təqsirləndirilən şəxs ona vhatsapp vasitəsi bir şəkil atıb həmin şəkili qardaşı Mehmanın göndərdiyini, adının siyahıda olduğunu, verdiyi 28000 manat puldan əlavə 7000 manat da istədiklərini bildirdiyini, Təqsirləndirilən şəxs artıq onu doladığını, gəlib valideynləri ilə danışmasını dediyini, Orxan həmin gün axşam onun yaşadığı evə gələrək valideynləri ilə danışdığını, onlara köməklik edib 4000 manatı özünün verəcəyini, həmin pulun qardaşı Mehmanın pulu olduğunu deyib 3000 manat vermələrini bildirdiyini, 14 aprel 2023-cü ildə Naxçıvan Şəhər Ə.Qəmküsar küçəsində yerləşən ərzaq mağazasında olan milliön aparatı vasitəsi ilə Təqsirləndirilən şəxs 4169 7388 4752 7961 nömrəli kapital bank kartına 3000 manat pul yüklədiyini, bir neçə gün Təqsirləndirilən şəxs xəbər çıxmadığını, sonra isə onu oğurluq etməyə cəhd edərkən tutulduğunu eşitdiyini göstərmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində Təqsirləndirilən şəxs ilə həmkəndli olduğunu, həmkəndli kimi münasibətilərinin olduğunu, 2022-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs ona zəng edib “əgər istəsən səni sərhəd xidmətinə işə düzəldə bilərəm” dediyini, o da Təqsirləndirilən şəxs köməklik edib onu işə düzəltməsini bildirdiyini, bu vaxt Təqsirləndirilən şəxs ona bundan ötrü 7000 manat pul istədiklərini, həmin pulu və özünün, ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin, nigah haqqında şəhadətnaməni və hərbi biletini götürüb Naxçıvan şəhərinə gəlməsini dediyini, həmin gün Naxçıvan şəhərinə gəlib avtovağzalında Təqsirləndirilən şəxslə görüşdüyünü, ona 3900 manat pulu əlbəəl verdiyini, telefonunda olan birbank mobil tətbiqinə girib maaş kartından Təqsirləndirilən şəxs kapital bank kartına 3000 manat da əlavə pul yükləyərək ona ümumilikdə 6900 manat pul verib 100 manatının çatmadığını bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxslə birlikdə Naxçıvan şəhər Nigah evində yerləşən natoriat ofisinə gedib özü ilə gətirdiyi sənədlərin surətlərini təsdiq etdirib Orxana verdiyini, bir neçə ay işi düzəlmədiyini, tez-tez Orxana zəng vurub işi maraqlandığını, Təqsirləndirilən şəxs hər dəfəsində bir bəhanə tapıb alınacağını bildirdiyini, 2023-cü ilin aprel ayının sonlarında Təqsirləndirilən şəxs oğurluq etdiyi üçün tutulduğunu eşitdiyini göstərmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində Cahan Ticarət Mərkəzinin birinci mərətbəsində yerləşən 17 nömrəli ətriyyat mağazasının özünə məxsus olduğunu, təxminən 10 ildir ki, həmin mağazanı işlətdiyini, mağazada ətriyyat və bəzək əşyaları satıldığını, 25 aprel 2023-cü ildə səhər saatlarında həmişəki kimi mağazaya gəldiyini, onun mağazasının və yan tərəfdəki qızıl mağazasının qarşısında polis əməkdaşları olmasını, qarışıqlıq olmasını gördüyünü, nə olduğunu orada olan şəxslərdən soruşanda gecə saat 03 radələrində bir nəfərin onun mağazası ilə qonşu olan qızıl mağazasından oğurluq etməyə cəhd edib daha sonra izləri itirmək üçün mağazaların qarşı tərəfinə benzin töküb yandırmaq istədiyini öyrəndiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Cahan Ticarət Mərkəzində mühafizəçi kimi işlədiyini, 24 aprel 2023-cü ildə saat 18:00-da işə gəlib növbəni təhvil aldığını, Cahan Ticarət Mərkəzinin paltarlar satılan “A” blokunda xidmət apardığını, eyni zamanda tez-tez mühafizəçiləri yoxladığını, “A” blokunda ondan başqa Şahid2 da olduğunu, 25 aprel 2023-cü il, saat 03 radələrinədək hər hansı problem olmadığını, hər şey qaydasında davam etdiyini, saat 03 radələrində “Gənclər Şəhərciyi” tərəfdə mühafizəni təşkil edən Şahid4 adlı şəxs ona zəng vuraraq, ərazidə tanımadığı bir nəfərin olduğunu, özünü şübhəli apardığını dediyini, o da dərhal gənclər şəhərciyi tərəfə getdiyini, Seyrun ərazidə şübhəli şəxs olduğunu, ora-bura getdiyini, həmin şəxsi çağırıb kim olmasını soruşduğunu, lakin onun qaçaraq uzaqlaşdığını bildirdiyini, bu vaxt o və Yaşar avtomobil parkı tərəfə gedib ətrafa baxdığını, heç kəsi görə bilməyib Cahan Ticarət Mərkəzinin “A” blokuna qayıtdığını, Yaşara içəriyə getməsini deyib özü isə mühafizəçiləri yoxlamağa getdiyini, mühafizəçiləri yoxladıqdan təxminən 15 dəqiqə sonra A blokuna qayıtdığını, bu vaxt Yaşar, içəriyə gələn zaman ticarət mərkəzinin qapısının aralı olduğunu, 18 nömrəli qızıl dükanının qarşısından kiminsə qaçıb arxa qapıdan çıxıb getdiyini dediyini, Yaşarla birlikdə 18 nömrəli qızıl dükanı tərəfə baxdığını, həmin dükanın qapısı bağlı, pəncərəsinin və ya qapısının şüşələri yerində olduğunu, hər hansı qırılmış və ya dağılmış bir şey olmadığını, həmin qızıl dükanı ilə üzbəüz olan, yeni düzəldilmiş dükanın qapısı açıq vəziyyətdə olduğunu, oradan benzin iyi gəldiyi üçün həmin dükana baxdıqda içəridə olan boş ayaqqabı qutularının üzərinə benzin töküldüyünü gördüyünü, bundan sonra digər mühafizəçilər Dərya və Novruzla birlikdə ticarət mərkəzinin ətrafında və içərisində axtarış etdiyini, lakin heç kəsi tapa bilmədiklərini, səhər açılan zaman mühafizə xidmətinin rəisi İntiqama zəng vuraraq hadisə barədə məlumat verdiyini, daha sonra polis əməkdaşları gəlib araşdırma apardığını, müşahidə kameraları ilə aparılmış video görüntülərə baxdıqda üzü bağlı, başında papaq olan bir nəfərin ticarət mərkəzinə girdiyini, 18 nömrəli qızıl dükanının qapısını əlində olan tam görə bilmədiyi alətlə açmağa çalışdığını, Yaşarın ön qapıdan içəriyə girən zaman onun qaçaraq getdiyini gördüyünü göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində 2020-ci ildən etibarən Cahan Ticarət Mərkəzi ilə üzbəüz olan “Gənclər Şəhərciyində” mühafizəçi kimi işlədiyini, 2023-cü ilin aprel ayının 25-də, saat 03 radələrində işdə olduğunu, təyin olunmuş ofisdə quraşdırılmış videokameralardan gələn görüntüləri izlədiyini, həmin vaxt bir nəfər tanımadığı orta yaşlarda üzü örtülü, başında papaq olan şəxsin yer üstü keçidə tərəf getdiyini gördüyünü, həmin şəxs keçidin yanına çatanda dayanıb təxminən 5-6 dəqiqə gözlədikdən sonra geriyə doğru qayıtdığını, ofisdən çıxaraq həmin şəxsə səslənərək kim lazım olduğunu soruşduğunu, lakin o, cavab verməyərək Gənclər Şəhərciyindəki “F” blokuna tərəf getdiyini, həmin yeri çəkən kamera olmadığı üçün onu görə bilmədiyini, həmin şəxsin hərəkətlərindən şübhələndiyinə görə baş mühafizəçi Şahid3 zəng vuraraq ərazidə bir nəfər şübhəli şəxsin olduğunu dediyini, 1-2 dəqiqə sonra Şəmsi və onun yanında olan, adını bilmədiyi digər mühafizəçi oraya gəlib ərazini gəzdikdən sonra heç kəsi tapa bilmədiklərini deyib geri qayıtdığını, səhər açılanda, gecə ərazidə gördüyü həmin şübhəli adamın Cahan Ticarət Mərkəzinin 1-ci mərtəbəsinə girdiyini, oradakı qızıl dükanından oğurluq etmək istəyən zaman mühafizəçilərin gəlməsini eşidib qaçdığını eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Cahan Ticarət Mərkəzində mühafizəçi işlədiyini, 2023-cü ilin aprel ayının 24-dən 25-dək işdə olduğunu, mühafizə etdiyi ərazi ticarət mərkəzinin meyvə-tərəvəz bazarının giriş hissəsi olduğunu, 25 aprel 2023-cü ildə saat 03 radələrində mühafizə rəisi Şahid3 ona zəng vuraraq Cahan Ticarət Mərkəzinə adam girdiyini, paltar satılan yerə getməsini dediyini, həmin yerə gedən zaman Şəmsi, Şahid2 və Novruz Həsənov içəridə olduğunu, o isə ticarət mərkəzinin giriş qapısı tərəfdə çöl tərəfindəki əraziyə baxdığını, bir az sonra onu içəriyə çağırdıqları üçün ticarət mərkəzinin içərisinə girdiyini, digər mühafizəçilər 18 nömrəli qızıl mağazasının yanında olduğunu, həmin mağazanın qapısı bağlı olduğunu, mağaza ilə üzbəüz boş dükanın qapısı isə açıq olduğunu, həmin dükandan benzin iyi gəldiyini, mühafizəçi Yaşar içəriyə girən zaman tanımadığı üzü bağlı olan bir nəfərin qızıl mağazasına girməyə çalışdığını gördüyünü, kim olduğunu soruşanda həmin adamın qaçıb getdiyini dediyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində 2020-ci ildən 2023-cü ilin iyul ayınadək Cahan Ticarət Mərkəzində mühafizəçi işlədiyini, 24 aprel 2023cü ildə saat 18:00-da işə gəldiyini, ticarət mərkəzinin A blokunda xidmət apardığını, 25 aprel 2023-cü ildə saat 03 radələrində baş mühafizəçi Şahid3 kimsə zəng vurub ərazidə bir nəfər tanımadıqları şübhəli adam olduğunu dediyini, buna görə də Şəmsi ilə birgə Cahan Ticarət Mərkəzindən çölə çıxıb əraziyə baxdığını, birlikdə avtomobil parkı tərəfə gedib əraziyə nəzər yetirdiyini, lakin heç kəsi görə bilmədiyini, içəri qayıdanda Şəmsi digər mühafizəçiləri yoxlamağa getdiyini, ticarət mərkəzinin ön giriş qapısına çatanda qapının aralı olduğunu görüb əvvəlcə mühafizəçilərdən kiminsə ayaqyoluna gəldiyini fikirləşdiyini, ona görə də bir-iki nəfər mühafizəçinin adını səsləyə-səsləyə pilləkənlər olan tərəfə getdiyini, bu vaxt kiminsə 18 nömrəli qızıl dükanının qarşısından qaçaraq getməsini hiss etdiyini, içəri qaranlıq olduğu üçün və dəhlizdə əşyalar çox olduğu üçün həmin adamı görə bilmədiyini, həmin şəxsi qaraltı kimi gördüyünü, arxasınca səsləyib kim olduğunu soruşduğunu, lakin heç bir cavab vermədən getdiyi üçün işçilərdən olmadığını başa düşdüyünü, ticarət mərkəzinin arxa qapısının açıldığını, həmin adamın qaçıb getdiyini eşitdiyini, oraya gedən zaman qapının da aralı vəziyyətdə olduğunu gördüyünü, ətrafda heç kəs olmadığını, həmin vaxt Şəmsi də içəriyə girdiyi üçün ona bu barədə məlumat verdiyini, onunla birlikdə qızıl dükanının yanına qayıtdığını, qızıl dükanının qapısı bağlı olduğunu, həmin dükanla üzbəüz olan yeni hazırlanmış boş dükanın qapısı açıq vəziyyətdə olduğunu, həmin dükana baxan zaman içəridən benzin iyi gəldiyini, diqqətlə baxanda dükanın içində olan boş ayaqqabı qutularının üzərinə benzin töküldüyünü başa düşdüyünü, daha sonra digər mühafizəçilər Dərya və Novruzla birlikdə əraziyə baxdığını, hər hansı itmiş və ya oğurlanmış şey olmadığını, səhər açılan kimi Şəmsi mühafizə xidmətinin rəhbərliyinə məlumat verdiyini, daha sonra polis əməkdaşları gəlib araşdırma apardıqlarını göstərmişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində hadisə yerinə gəldiklərini, baxış keçirən zaman içəridən benzin qoxusu gəldiyini, hadisə yerinə çatan zaman qızıl mağazasının sahibi artıq mağazanı açdığını, hadisə yerinə baxış keçirib, nümunələr götürdüklərini, sonra kamera otağına gedib orada video görüntülərə baxdıqlarını, əməliyyat-axtarış fəaliyyəti nəticəsində Təqsirləndirilən şəxsı şübhəli şəxs qismində saxladıqlarını, bu zaman ona hüquqları izah olunduğunu, ona hüquqlarını izah edərkən müdafiəçinin köməyindən istifadə etmək hüququnun olduğunu da izah etdiyini, lakin Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmaq istəmədiyini və bunun onun maddi imkanı ilə bağlı olmadığını bildirdiyini, Təqsirləndirilən şəxs bununla əlaqədar ərizə də yazdığını, video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs ifadə verdiyini, ilkin olaraq ifadəsində borcu olduğunu, vətəndaşlar ona zəng vurduğundan narahat olduğunu və buna görə özü ilə birgə müvafiq əşyalar götürərək Cahan Ticarət Mərkəzinə daxil olduğunu, orada baş verən əməli törətdiyini, mühafizəçilərin gəlməsini eşidib qaçıb getdiyini göstərmişdir. Cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 11 dekabr 2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsini, ona dəymiş maddi ziyan tam ödənildiyini, Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi olmamasını, sağlamlıq vəziyyətilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, növbəti məhkəmə baxışı iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 xx.xx.2023-cü il tarixli teleqramla məhkəməyə müraciət edərək cinayət işi üzrə məhkəmə iclasında səhhətilə əlaqədar olaraq iştirak edə bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etməsini, işə onun iştirakı olmadan baxılmasını istədiyini, heç bir şikayət və tələbinin olmamasını bildirmiş və digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5da xx.xx.2024-cü il tarixli teleqramla məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə zərərçəkmiş qismində tanındığını, hazırda səhhətilə əlaqədar müalicə olunduğundan üzrlü səbəbdən məhkəməyə gələ bilmədiyini, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmamasını, ibtidai istintaq dövrü verdiyi ifadəni təsdiq etməsini, məhkəmə baxışı iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 məhkəmə iclasına gəlmələrini istisna edən halları üzrlü səbəb hesab edərək, onların iştirakları olmadan məhkəmə baxışı iclasının keçirilməsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən mümkün hesab etmişdir. Məhkəmə, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 məhkəmə iclasına gəlməmələrini istisna edən halları üzrlü səbəb hesab edərək, onların iştirakları olmadan məhkəmə baxışı iclasının keçirilməsini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş, məhkəmə baxışı iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs əvvəlcədən tanımış, o, yaşadığı kəndlə qonşu kənd olan Tivi kəndinin sakini olmuş, 2023-cü ilin yanvar ayında Naxçıvan şəhərinə gəlmiş, Təqsirləndirilən şəxslə Cahan Ticarət Mərkəzinin yanında qarşılaşmış, söhbət əsnasında ona oğlu Abuzərin Bakı şəhərində olduğunu, iş axtardığını demiş, o da oğlunu Bakı şəhərində dövlət işinə düzəldə biləcəyini bildirmiş, həmin vaxt ətraflı danışmamış, nömrəsini verib onunla əlaqə saxlamasını bildirmişdir. Təxminən 10 gün sonra Orxanla əlaqə saxlayıb yenidən Naxçıvan şəhərində Cahan Ticarət Mərkəzinin yanında görüşmüş, Orxan ona oğlunu Bakı şəhərində dövlət işinə düzəldəcəyini, bunun üçün 7000 manat pul lazım olduğunu bildirmiş, lakin hansı işə, hansı idarəyə düzəldəcəyi barədə bir söz deməmişdir. Soruşduqda yaxşı iş olacağını bildirmiş, Orxana pulu hazır edəndə xəbər edəcəyini deyib ayrılmışdırlar. 2023-cü ilin yanvar ayının sonlarında Orxana zəng vuraraq pulu hazır etdiyini demiş, o da Naxçıvan şəhərindəki “Sizin Marketin” yanında görüşmələrini bildirmişdir. Orada Orxanla görüşmüş və 7000 manat pulu Təqsirləndirilən şəxs nağd şəkildə əlbəəl vermişdir. Təqsirləndirilən şəxs narahat olmamasını, uşağın işinin tez zamanda düzələcəyini deyib getmiş, yenə də hansı işə düzəldəcəyi barədə bir söz deməmişdir. Təxminən 3 ay müddətində tez-tez Orxana zəng vurub işin nə yerdə olduğunu soruşmuş, o da hər dəfəsində bir bəhanə demişdir. May ayının əvvəllərində isə Təqsirləndirilən şəxs oğurluq etmək istəyərkən saxlanıldığını eşitmişdir. Orxanın ondan aldığı 7000 manat pulu qardaşı Mehman tam həcmdə ona qaytarmışdır. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş, məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində Cahan Ticarət Mərkəzinə məxsus olan 18 nömrəli qızıl mağazasını təxminən 7-8 ildir ki işlədir, həmin mağazada ancaq qızıl zinət əşyaları satılır. Qızıl mağazasında təxminən 300 000 manat məbləğində qızıl zinət əşyaları olmuş və həmin qızıl mağazasının giriş qapısının açarı təkcə özündə olmuşdur. 2023-cü ilin aprel ayının 24-də, axşam saatlarında mağazanın qapısının bütün kilidlərini bağlayıb, pərdəsini çəkib evinə getmiş, 2023-cü ilin aprel ayının 25-də, saat 08 radələrində mağazaya gəlmiş, həmişəki kimi qapını açıb içəriyə daxil olmuş, hər hansı şübhəli vəziyyət görməmişdir. Bu zaman Cahan Ticarət Mərkəzinin mühafizəçiləri mağazaya gələrək gecə vaxtı tanımadıqları bir nəfər şəxsin həmin qızıl mağazasından oğurluq etməyə cəhd etdiyini bildirmiş, mağazaya təkrar baxmış, hər hansı kəsirin olmasını müəyyən etmədiyini göstərmişdir. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş, məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində Cahan Ticarət Mərkəzinin birinci mərtəbəsində yerləşən 19 nömrəli kişi geyimləri mağazasını 2017-ci ildən etibarən kirayə işlədir, mağazanın içərisində olan bütün əmlak ona məxsusdur, mağazada ancaq türkiyə istehsalı olan kişi geyimləri, kostyumlar, pencəklər, köynəklər, şalvarlar və digər geyim növləri satılır. Təqsirləndirilən şəxs əvvəlcədən tanımış, o, bir neçə dəfə mağazamdan al-ver etmiş, bəzən nisiyə mal da alıb maaş vaxtı olanda gətirib vermişdir. 25 aprel 2023-cü ildə saat 09 radələrində Cahan Ticarət Mərkəzinə gəlib mağazanı açmış, həmin vaxt mağazanın qarşısında adamlar toplaşdığını, polis əməkdaşları, bazar rəhbərliyindən şəxslər olduğunu görmüş, gecə saatlarında kimsə üzü bağlı bir nəfərin ticarət mərkəzinə qanunsuz daxil olub, onun mağazası ilə yanaşı olan qızıl mağazasından oğurluq etməyə çalışmış, oğurluq etdikdən sonra isə mağazaları yandırıb qaçmağa cəhd etdiyini, mağazalarla üzbəüz olan yeni qurulan mağazalara benzin tökdüyünü öyrənmişdir. Məhkəmə ifadələri elan olunmuş zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 elan olunmuş ifadələri məhkəmə araşdırması zamanı ifadə vermiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə ziddiyət təşkil etmədiyini, məzmunca törədilmiş cinayət əməli üzrə eynilik təşkil etdiyi müəyyən olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Plenum qərarının tövsiyyəsinə görə şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən zərər çəkmiş şəxslərin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-nin 327, 329, 330-cu maddələri ilə yanaşı insan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması vacib olduğu göstərilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsinə əlavə edilmiş, cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 28 aprel 2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs4 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 1-ci cildinin 132-ci vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat Statistik İnformasiya şöbəsindən verilmiş tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 134-cü vərəqəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 verilmiş xx.xx.2023-cü il tarixli, 627 №-li məktubdan Təqsirləndirilən şəxs psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmadığı göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 142-ci vərəqəsinə əlavə edilmiş yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 1-ci cildinin 158-ci vərəqəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X11 İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13- 43-14/2-1010/2023 №-li məktubdan Təqsirləndirilən şəxs adında hər hansı bir avtonəqliyyat vasitəsi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X11 İdarəsinin Qeydiyyat İmtahan və X7 qeydiyyatda durmadığı görünür. Cinayət işinin 1-ci cildinin 179-cu vərəqəsinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən verilmiş 05 iyul 2023-cü il tarixli, 03/431 №-li məktubdan Təqsirləndirilən şəxs daxil olmaqla ailə üzvləri (cəmi 6 nəfər) ilə birlikdə Ordubad rayonu, Tivi kəndində JN-245 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında 10508,73 m2 kənd təsərrüfatı təyinatlı, JN- 17A və JN-17B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”lər əsasında 2408,50 m2 həyətyanı torpaq sahələri verildiyi görünür. Cinayət işinin 1-ci cildinin 181-ci vərəqəsinə əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətindən verilmiş 19 iyul 2023-cü il tarixli, **********332400 №-li məktubdan Təqsirləndirilən şəxs Naxçıvan MR Dövlət Vergi Xidmətində vergi ödəyicisi kimi qeydiyyatdan keçmədiyi görünür. Cinayət işinin 2-ci cildinin 118-ci vərəqəsinə əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-38/16-2-9067/23 №-li məktubdan Təqsirləndirilən şəxs “Naxçıvan” X4 komandirinin xx.xx.2021-ci il tarixli 217ş/h №-li əmri ilə gizir qismində həqiqi hərbi xidmətə qəbul edilməklə “Naxçıvan” sərhəd nəzarəti məntəqəsinin 1-ci bölməsinin nəzarətçisi vəzifəsinə təyin edilmiş, Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2022-ci il tarixli 1527 ş/h №-li əmri ilə vəzifəsi Sərhəd Nəzarətinin “Naxçıvan” X5 nəzarətçisi vəzifəsinə dəyişdirilmiş, Sərhəd Nəzarəti rəisinin xx.xx.2023-cü il tarixli 81 ş/h №-li əmri ilə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq DSX-də həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxıldığı görünür. Cinayət işinin 2-ci cildinin 127-ci vərəqəsinə əlavə edilmiş məhkəmə-ballistik ekspertinin 06 sentyabr 2023-cü il tarixli, 799 nömrəli ekspert rəyində tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edildiyi göstərilmişdir. Cinayət işinin 3-cü cildinin 71-ci vərəqəsinə əlavə edilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının 13 noyabr 2023-cü il tarixli, 1070 saylı ekspert rəyində ekspertizaya təqdim olunmuş Naxçıvan şəhər 2 saylı notariat ofisi tərəfindən 09 dekabr 2022-ci il tarixdə 1S-12087 reyestr nömrəsi ilə təsdiq olunmuş Təqsirləndirilən şəxs adına olan verilmə tarixi 14 fevral 2017-ci il olan, AZE seriyalı 16964032 nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətinin arxa tərəfinin aşağı hissəsində “Mən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 12 min (on iki min) Azn almışam İmza (imza) Təqsirləndirilən şəxs” əlyazmaları və “İmza” sözü önündəki imza Təqsirləndirilən şəxs tərəfindən icra olunduğu göstərilmişdir. Cinayət işinin 3-cü cildinin 101-ci vərəqəsinə əlavə edilmiş "xxxx" MMC-dən verilmiş 16 noyabr 2023-cü il tarixli, 30 №-li məktubdan hal hazırda Təqsirləndirilən şəxs "xxxx" MMC-yə borcu olmadığı və "xxxx" MMC-nin də Təqsirləndirilən şəxs heç bir borcu olmadığı görünür. Cinayət işinin 3-cü cildinin 165-ci vərəqəsinə əlavə edilmiş məhəmə-əmtəəşünaslıq ekspertizasının 20 noyabr 2023-cü il tarixli, 1109 nömrəli ekspert rəyində qərarda göstərilən mağazalarda (təqdim edilmiş adlı siyahılara əsasən) təzə vəziyyətdə olan tədqiqat obyektlərinin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən nəzəri hesablama yolu ilə 513655.00 (beş yüz on üç min altı yüz əlli beş) manat müəyyən edildiyi, həmin rəyin tədqiqi hissəsində Cahan Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən 18 nömrəli qızıl mağazasında təzə vəziyyətdə olan tədqiqat obyektlərinin orta bazar qiymətləri ilə ümumi dəyərinin 278035.00 (iki yüz yetmiş səkkiz min otuz beş) manat müəyyən edildiyi göstərilmişdir. Məhkəmə fonoskopik ekspertizasının 21 noyabr 2023-cü il tarixli 3-16-16/2-4/1782 nömrəli rəyinə əsasən 1 ədəd “Verbatim” markalı DVD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarət olmaqla, həmin fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi- Təqsirləndirilən şəxs məxsus olduğu göstərilmişdir. Məhkəmə portret ekspertizasının 20 noyabr 2023-cü il tarixli 3-16-16/2-3/1826 nömrəli rəyinə əsasən “DVD-R” tipli diskin daxilindəki 5 (beş) ədəd fotoşəkildə və videogörüntülərdə əks olunmuş şəxsin əksər hallarda nisbətən siluet formasında əks olunması sifət elementlərinin maska, idman papağı ilə örtülməsi səbəbindən xarici görünüşünün anatomik elementləri-sifət cizgiləri, qaşların, gözlərin, burunun, burunüstü hissənin, ağzının, dodaqların, çənəsinin, göz qapaqlarının, qulaq seyvanının əks olunmadığı, sifətin ümumi komfiqurasiyası, burun əsası yanaqları isə tam və aydın əks olunmadığından eyniləşdirmə təhqiqatı üçün yararsız olduğu göstərilmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 21 noyabr 2023-cü il tarixli 3-16-16/2- 6/6014 nömrəli rəyinə əsasən hadisə yerindən götürülmüş benzin iyli olduğu şübhə edilən 2 ədəd qutu olan torbadakı, üzərində “RAMOLLİ ŞHİRT” yazısı olan qara rəngli qutunun üzərində neft məhsulu olan benzinə məxsus izlər olduğunu, lakin həmin torbadakı üzərində “Platin Gomlek” yazısı olan qutunun üzərində neft məhsullarına və yanacaqsürtkü materiallarına məxsus izlər aşkar edilmədiyi göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs məxsus olan bank kartlarına müxtəlif vaxtlarda köçürdüyü pulların qəbzlərində müəyyən edilmişdir ki, 03 dekabr 2022-ci il tarixdə, saat 13:32-də Naçıvan şəhər, ünvan 5 ünvanında qoyulmuş Milliön elektron ödəmə sisteminin 50047 №-li terminalı vasitəsi ilə H***** O***** S***** oğlu adına olan 416973******0133 nömrəli Kapital bank kartına 5000.00 azn, 09 dekabr 2022-ci il tarixdə, saat 14:02-də Naçıvan şəhər, ünvan 5 ünvanında qoyulmuş Milliön elektron ödəmə sisteminin 50047 №-li terminalı vasitəsi ilə H***** O***** S***** oğlu adına olan 416973******0133 nömrəli Kapital bank kartına 7000.00 azn, 24 fevral 2023-cü il tarixdə, saat 14:39-da Naçıvan şəhər, ünvan 6 ünvanında qoyulmuş Milliön elektron ödəmə sisteminin 51017 №-li terminalı vasitəsi ilə H***** O***** S***** oğlu adına olan 416973******0133 nömrəli Kapital bank kartına 10200.00 azn, 14 aprel 2023-cü il tarixdə, saat 14:58-də Naçıvan şəhər, Ə.Qəmküsar küçəsi, ev 11 ünvanında qoyulmuş Milliön elektron ödəmə sisteminin 51039 №-li terminalı vasitəsi ilə H***** O***** S***** oğlu adına olan 416973******7961 nömrəli Kapital bank kartına 7000.00 azn pul köçürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 özünün Kapital Bank kartından 1 illik çıxarışdan müəyyən edilmişdir ki, həqiqətən Zərərçəkmiş şəxs2 Kapital banka məxsus, sonu 7080 olan kartından 28 oktyabr 2022-ci ildə 3000.00 azn pul köçürülmüşdür. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs 25 aprel 2023-cü il tarixdə, saat 03 radələrində Cahan Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən 18 nömrəli qızıl mağazasının qapısını özü ilə gətirdiyi bıçaqla aralamağa çalışdıqdan sonra qapını aça biləcəyini görüb qarşı tərəfdəki dükanlardan birinin içərisinə gedib özü ilə gətirdiyi benzini dükanın içində olan boş ayaqqabı qutularının üzərinə tökdüyünü, həmin vaxt qarşı tərəfdəki uşaq paltarları satılan mağazanın gözünə sataşdığını, ticarət mərkəzindəki mağazaların fiziki şəxslərin mağazaları olmasını fikirləşib həmin mağazaları yandırmaq və qızıl mağazasından oğurluq etmək fikrindən yayındığını göstərsə də həmin hallar toplanmış sübutların məcmusu ilə, o cümlədən şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə digər zəruri sənədlərlə təkzib olunmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 29, 177.3.2, 29, 186.3, 178.2.2, 178.2.3, 178.2.4 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.3.2, 29, 186.3, 178.2.2, 178.2.3, 178.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinib cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakterli qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəllənin 186.3-cü maddəsinin sanksiyasında yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəllənin 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəllənin 228.4-cü maddəsinin sanksiyasında isə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, qeyd olunan cinayətlər təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal himayəsində 2 azyaşlı uşağının olması, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 şikayətləri və tələblərinin olmaması, Zərərçəkmiş şəxs3 vurmuş olduğu ziyanı ödəməsi və törətmiş olduğu cinayət əməlini səmimi etiraf edib, həmin əməlindən peşman olmasıdır. Azərbaycan Respublikası CM-in 29, 186.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini başqa cinayəti ört-basdır etmək məqsədilə törətməsi CM-in 61.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü mad.). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.3.2, 29, 186.3, 178.2.2, 178.2.3, 178.2.4 və 228.4-cü maddələri ilə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsində göstərilən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir tələbini rəhbər tutaraq, barəsində törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.3.2, 29, 186.3, 178.2.2, 178.2.3, 178.2.4 və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini, həmin cəzaları Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin olunmasını ədalət və cəzanın məqsədlərinə nail olmaq prinsipləri baxımından uyğun hesab edir. Həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətlər ağır cinayətlər kateqoriyasına aid olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli tutulduğu andan 28 aprel 2023cü il tarixdən hesablanmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında”, Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 55 (əlli beş) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat miqdarında pul köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə fonoskopik ekspertizası tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat, məhkəmə fiziki kimyəvi ekspertizası tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat, məhkəmə portret ekspertizası tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası mərkəzinin Vöen **********, hesab nömrəsi AZ34CTRE******************** hesaba ödənilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan bir ədəd soyuq silah hesab edilən bıçaq istifadəyə yararsız olduğundan məhv edilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur, mülki iddia verilməmiş və iddia qaldırmaq qaydası izah edilmişdir. İttiham aktının elektron variantı olan bir ədəd CD cinayət işində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 355, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.3.2, 29, 186.3, 178.2.2, 178.2.3, 178.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəllənin 29, 177.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 29, 186.3-cü maddəsi ilə 7 (yeddi) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 28 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm icraya yönəldikdən sonra ləğv edilsin. İş üzrə məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata uyğun olaraq təqsirləndirilən şəxsə göstərilmiş 55 (əlli beş) iş saatı həcmində hüquqi yardımla bağlı ödənilməsi üçün dövlət vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat miqdarında pul ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan bir ədəd soyuq silah hesab edilən bıçaq istifadəyə yararsız olduğundan məhv edilsin. Məhkəmə fonoskopik ekspertizası tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat, məhkəmə fiziki kimyəvi ekspertizası tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat, məhkəmə portret ekspertizası tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası mərkəzinin Vöen **********, hesab nömrəsi AZ34CTRE******************** hesaba ödənilsin. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur, mülki iddia verilməmişdir. Zərərçəkmiş şəxslərə mülki qaydada iddia qaldırmaq hüquqları izah edilmişdir. İttiham aktının elektron variantı olan bir ədəd CD cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlham İbrahimov Hakimlər: Səxavət Hüseynov Abil Orucəliyev
Məhkəmə qərarları › İş №1-1(092)-6/2024
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-6/2024
05.04.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver