Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-6/2025 15.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hüseynov Səxavət Səməd oğlunun sədrliyi, XN məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, mütəxəssis X3 Təqsirləndirilən şəxs və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili MüdafiəçiN iştirakları ilə xx xxxx N993-cü il tarixdə Babək rayonunun Didivar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, subay, Naxçıvan MR Hərbi Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 3N9.N.5-ci maddəsi ilə təqsirli bilinib barəsində həmin Məcəllənin 6N-ci maddəsi tətbiq edilməklə aylıq pul təminatından N5 % məbləğində pul dövlət nəfinə tutulmaqla 0N il 0N ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş və hazırda məhkumluğu ödənilməyən, Babək rayonunun Didivar kəndində daimi qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində NN noyabr N0N4-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, kiçik gizir Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏNETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəsinin tabeliyində olan N9 nömrəli hərbi hissənin 3-cü ağır yükdaşıma bölüyünün, N-ci ağır yükdaşıma taqımının komandiri vəzifəsində, kiçik gizir hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən N9 may N0N4-cü il tarixdə, saat N radələrində hərbi hissənin əsgər yataqxanasının dəhlizində şəxsi heyətin düzülüşü zamanı tabeliyində olan, həmin hərbi hissənin N-ci ağır yükdaşıma bölüyünün N-ci ağır yükdaşıma taqımının N-ci ağır yükdaşıma manqasının takelajçısı əsgər Zərərçəkmiş şəxs3 doğum gününü təbrik etməsi üçün ona sıradan çıxmasını bildirmiş və həmin vaxt əsgər Zərərçəkmiş şəxs3 sıradan düzgün çıxmadığı üçün sol ayağı ilə sonuncunun sol əlindən bir təpik zərbəsi vurub ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Naxçıvan N9 nömrəli hərbi hissədə həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, N0N4-cü ilin iyun ayının sonlarında, saat NN radələrində bölüyün əşya otağında əşyaları sayarkən dəbilqələrin kəsir gəlməsi səbəbindən əsəbiləşib təlim lapatkasının taxta hissəsi ilə orada olan həmin bölüyün N-ci ağır yükdaşıma taqımının N-ci ağır yükdaşıma manqasının takelajçısı, əsgər Zərərçəkmiş şəxs5 sol qoluna bir zərbə vurub ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Naxçıvan şəhərində yerləşən N9 nömrəli hərbi hissədə həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, N0N4-cü ilin iyul ayının əvvəllərində saat N9 radələrində tabeliyində olan, həmin bölüyün N-ci ağır yükdaşıma taqımının N-ci ağır yükdaşıma manqasının takelajçısı, əsgər Zərərçəkmiş şəxs5 ayaqyalın vəziyyətdə hərbi hissənin əsgər yeməkxanasının qarşısını süpürməsi barədə tapşırıq vermiş və həmin vaxt əsgər Zərərçəkmiş şəxs5 ayaqyalın vəziyyətdə süpürməyəcəyini dediyi üçün o, sol əli ilə əsgər Zərərçəkmiş şəxs5 boyun nahiyəsindən tutub aşağı əyərək sağ qolunun dirsək hissəsi ilə kürək nahiyəsinə bir zərbə vurub, daha sonra onun boynunu sol qolunun arasına salıb sıxaraq ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs Naxçıvan N9 nömrəli hərbi hissədə həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 03 avqust N0N4-cü il tarixdə saat N0:N radələrində hərbi hissənin əsgər yataqxanasının qarşısında olan zaman tabeliyində olan, həmin hərbi hissənin N-ci ağır yükdaşıma bölüyünün N-ci ağır yükdaşıma taqımının N-ci ağır yükdaşıma manqasının takelajçısı, əsgər Zərərçəkmiş şəxs4 yanına çağırıb, onun sıraya tez keçməsi məqsədilə əlində olan, uc hissəsinə 3 ədəd yivli şurup bağlanmış taxta parçası ilə əsgər Zərərçəkmiş şəxs4 sol qoluna 4 zərbə vuraraq ona dərəcəsi təyin olunmayan “sol bazunun bayır səthinin çapıq toxumaları” xəsarətini yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Habelə, Təqsirləndirilən şəxs N9 nömrəli hərbi hissədə həmin vəzifədə xidmət edərkən, 07 avqust N0N4-cü il tarixdə saat N radələrində hərbi hissənin əsgər yataqxanasında şalvar ütüləyən zaman gördüyü işi tez bitirməsi üçün uc hissələrinə 3 ədəd yivli şurup bağlanmış taxta parçasının taxta hissəsi ilə tabeliyində olan, hərbi hissənin N-ci ağır yükdaşıma bölüyünün N-ci ağır yükdaşıma taqımının 3-cü ağır yükdaşıma manqasının takelajçısı, əsgər Zərərçəkmiş şəxsN sol qoluna N zərbə, sağ əli ilə kürək nahiyəsindən N yumruq zərbəsi vuraraq ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs Naxçıvan şəhərində yerləşən N9 nömrəli hərbi hissədə xidmətdə olarkən, N avqust N0N4-cü il tarixdə saat N radələrində hərbi hissənin əsgər yataqxanasında heç bir səbəb olmadan tabeliyində olan, həmin hərbi hissənin N-ci ağır yükdaşıma bölüyünün N-ci ağır yükdaşıma taqımının 3-cü ağır yükdaşıma manqasının takelajçısı, əsgər Zərərçəkmiş şəxsN sifətinin sol tərəfinə sağ əli ilə bir sillə zərbəsi, sol çiyin nahiyəsinə bir yumruq zərbəsi vurub, daha sonra əlindəki ağac parçası ilə sol qoluna daha bir zərbə endirərək rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs N9 nömrəli hərbi hissədə xidmətdə olarkən N avqust N0N4-cü il tarixdə saat NN:30 radələrində hərbi hissənin əsgər yataqxanasının qarşısında heç bir səbəb olmadan tabeliyində olan, həmin hərbi hissənin N-ci ağır yükdaşıma bölüyünün N-ci ağır yükdaşıma taqımının N-ci ağır yükdaşıma manqasının takelajçısı, əsgər Zərərçəkmiş şəxs6 sol qoluna uc hissəsinə 3 ədəd yivli şurup bağlanmış taxta parçası ilə bir zərbə vurub, əli ilə sol qolundan tutub sıxaraq özünə tərəf dartmış, daha sonra sağ dirsəyi ilə sol kürək nahiyəsinə bir zərbə endirmiş və yerə yıxdıqdan sonra yerdə onun sol baldır nahiyəsinə daha iki təpik zərbəsi vuraraq, ona dərəcəsi təyin olunmayan “sağ saidin ön-bayır səthinin deşilmiş yarası” xəsarətini yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs N9 nömrəli hərbi hissədə həmin hərbi xidmətdə olarkən, N avqust N0N4-cü il tarixdə saat NN:40 radələrində əsgər yataqxanasının qarşısında heç bir səbəb olmadan tabeliyində olan, həmin hərbi hissənin N-ci ağır yükdaşıma bölüyünün N-ci ağır yükdaşıma taqımının N-ci ağır yükdaşıma manqasında takelajçı vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs6 sağ ayağının baldır nahiyəsindən əlindəki nazik çubuqla bir zərbə vuraraq, ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs N9 nömrəli hərbi hissədə xidmətdə olarkən, N avqust N0N4cü il tarixdə, saat N7 radələrində sıra meydanında sıraya yubanması səbəbindən tabeliyində olan, həmin hərbi hissənin N-ci ağır yükdaşıma bölüyünün N-ci ağır yükdaşıma taqımının N-ci ağır yükdaşıma manqasında takelajçı vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs3 sağ çiyin nahiyəsinə bir yumruq zərbəsi vurmuş və sol əli ilə əynində olan kitelin yaxasından tutub özünə tərəf çəkərək sağ dirsəyi ilə sinəsinə daha bir zərbə endirmiş, əsgər Zərərçəkmiş şəxs3 zərbənin təsirindən önə doğru əyilən zaman o, kürək nahiyəsinə sağ dirsəyi ilə bir zərbə vuraraq, onu yerə yıxmış və yerdə olan zaman nalayiq ifadə işlədərək sol omba nahiyəsinə bir təpik zərbəsi vurub, ona güclü fiziki ağrı yetirməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs N9 nömrəli hərbi hissədə xidmətdə olarkən, N avqust N0N4cü il tarixdə, saat N0:30 radələrində hərbi hissənin sıra meydanında heç bir səbəb olmadan tabeliyində olan, həmin hərbi hissənin N-ci ağır yükdaşıma bölüyünün N-ci ağır yükdaşıma taqımının N-ci ağır yükdaşıma manqasında takelajçı vəzifəsində xidmət edən, əsgər Zərərçəkmiş şəxs6 sinəsindən sol əli ilə bir yumruq vuraraq rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Habelə, Təqsirləndirilən şəxs N9 nömrəli hərbi hissədə xidmətdə olarkən,N8 avqust N0N4-cü il tarixdə, saat 09:30 radələrində hərbi hissənin idman şəhərciyində su qabının üzərində birkasının olmaması səbəbindən tabeliyində olan, həmin hərbi hissənin 3-cü ağır yükdaşıma bölüyünün N-ci ağır yükdaşıma taqımının N-ci ağır yükdaşıma manqasında takelajçısı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs5 nalayiq ifadə işlədib onun sifət və boyun nahiyəsindən hər iki əli ilə tutub sıxaraq ona dərəcəsi təyin olunmayan “boyunun sağ yan səthinin sıyrığı” xəsarətini yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.N-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində hadisəni törətdiyi vaxt N saylı hərbi hissənin nəzdində olan N9 saylı hərbi hissədə kiçik gizir hərbi rütbəsində xidmət etdiyini, hal hazırda isə xidmət yerinin dəyişdirilərək N saylı hərbi hissədə xidmətini davam etdirdiyini, əsgərlər Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxsN, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3 N9 nömrəli hərbi hissədə xidmət edərkən görüb tanıdığını və həmin əsgərlərin onun tabeliyində xidmət etdiklərini, yadında qaldığı N0N4-cü ilin iyun ayının sonlarında, bölüyün əşya otağında əsgər Zərərçəkmiş şəxs5 tələsdirərək əşya otağında olan əşyaları və dəbilqələri saymağını tapşırdığını, onun da həmin əşyaları sayarkən həmin vaxt tələsdiyindən dəbilqələrin kəsir gəlməsini ona dedikdə əsəbləşərək sapı taxtadan olan təlim lapatkalarından birini sağ əlinə alıb əsgər Zərərçəkmiş şəxs5 sol qolundan bir dəfə vurduğunu, N8 avqust N0N4-cü il tarixdə, həftənin bazar günü tabor üzrə cavabdeh olduğundan günün nizam qaydasına uyğun olaraq şəxsi heyəti idman tədbirinə çıxardaraq orada şəxsi heyətin üzərində olan su qablarını yoxlayarkən əsgər Zərərçəkmiş şəxs5 məxsus su qabının üzərində ona məxsus ad-soyad yazılan birkanın olmadığını görüb ondan bunun səbəbini soruşduqda əsgər Zərərçəkmiş şəxs5 ona kobud şəkildə su qabına su dolduranda su qabının üzərindəki onun adını göstərən birkasının islanıb korlandığını dediyini, bu barədə niyə ona qabaqcadan məlumat vermədiyini soruşduqda yenə əsgər Zərərçəkmiş şəxs5 əvvəlki qaydada ona gobud cavab qaytardığını, həmin vaxt onunla aralarında sözlü mübahisə yarandığını, mübahisə zamanı əsəbləşərək əsgər Zərərçəkmiş şəxs5 hər iki əli ilə sifət və boyun nahiyəsindən tutub sərt şəkildə sıxdığını, Zərərçəkmiş şəxs5 də ona qarşı əsəbi halda nələrsə deyib qarşılıq verdiyini, oradakı əsgərlərin araya girib onları ayırdıqlarını, həmin vaxt deyəsən onun boynunu bərk sıxdığından burnunun qanadığını, bundan başqa, N0N4-cü ilin iyul ayının əvvəllərində saat N9 radələrində əsgər Zərərçəkmiş şəxs5 ona yaxınlaşıb gün növbətçisi naryadından çıxdığı üçün ayağının altının şişdiyini, buna görə də çəkmələrini çıxarması üçün icazə istədiyini, həmin vaxt ona icazə verib corablarını da çıxartmasını dediyini, sonra ona süpürgə gətirib ayaqyalın yataqxananın qarşısını süpürməsini tapşırdığını, onun da yerdə olan tikanlı otların və daşların ayağına batması səbəbindən süpürə bilməyəcəyini bildirdikdə bir neçə dəfə ona verilmiş tapşırığı yerinə yetirməsini tapşırsa da tapşırığı icra etmədiyini, bu səbəbdən də əsəbiləşərək sol əli ilə Zərərçəkmiş şəxs5 boynundan tutub aşağı əyərək dirsəyi ilə onun kürəyindən bir dəfə vuraraq onun boynunu sol qolunun arasına salıb bərkdən sıxdığını, 03 avqust N0N4-cü il tarixdə tabor üzrə cavabdeh olarkən həmin gün saat N0:N radələrində əsgər Zərərçəkmiş şəxs4 yataqxanaya tərəf gəldiyini görüb onu tələsdirmək məqsədi ilə sıraya keçməsi üçün yataqxananın qarşısında əlindəki taxtanın şuruplu tərəfi ilə onun sol qolundan 3-4 dəfə zarafatla vurduğunu və sonra onun gün növbətçisi naryadı olduğunu bildikdən sonra yataqxanaya göndərdiyini, 07 avqust N0N4-cü il tarixdə, saat N radələrində nahar düzülüşü vaxtı yataqxanada olan əsgərləri sıraya çağırmaq üçün yataqxanaya girərkən əsgər Zərərçəkmiş şəxsN yataqxanada şalvarını ütülədiyini gördüb ona yaxınlaşaraq ondan burada nə etdiyini soruşub zarafatla onu tələsdirmək məqsədi ilə əlindəki taxta parçasının şuruplu olmayan tərəfi ilə onun sol qolundan bir dəfə, kürək nahiyəsindən isə əli ilə bir dəfə yumruqla vurduğunu, N avqust N0N4-cü il tarixdə, səhər saatlarında yataqxanaya girən zaman tumbuçkada əsgər ƏliyeviTanrıverdi Anar oğlunu görüb həmin vaxt nəyəsə görə əsəbiləşdiyi üçün heç bir səbəb olmadan yarı zarafat, yarı ciddi sağ əli ilə onun sifətindən bir şillə, sonra əlinin içi ilə onun sol çiyin nahiyəsindən bir yumruq vurub əlində olan ağac parçası ilə qolundan bir dəfə vurduğunu, yadında qalmayan tarixdə taborun şəxsi heyətinin yataqxananın dəhlizində düzüldüyünü, həmin gün əsgər Zərərçəkmiş şəxs3 ad günü olduğundan onu sıranın qarşısına çıxarıb təbrik etmək istədiyini, həmin vaxt əsgər Zərərçəkmiş şəxs3 sıradan düzgün, nizamnamənin tələblərinə uyğun çıxmadığı üçün sol ayağı ilə zarafatla onu tələsdirmək məqsədi ilə sol əlindən N təpik vurduğunu sonra ona sıraya keçməsini dediyini, N avqust N0N4-cü il tarixdə, saat N7 radələrində əsgər Zərərçəkmiş şəxs3 sıraya gecikdiyinə görə əsəbləşib onu yanına çağıraraq sıraya gecikməyinin səbəbini soruşaraq zarafatla sol əli ilə onun sağ çiyin nahiyəsindən yumruqla itələyib kitelinin yaxasından tutub özünə tərəf çəkərək dirsəyi ilə sinəsindən bir dəfə vurduğunu, əsgər Zərərçəkmiş şəxs3 yerə çökən zaman sağ dirsəyi ilə onun kürək nahiyəsindən də bir dəfə vuran zaman əsgər Zərərçəkmiş şəxs3 yerə yıxıldığını, N avqust N0N4-cü il tarixdə, səhər saatlarında hərbi hissənin yataqxanasının qarşısında əsgər Zərərçəkmiş şəxs6 görüb onu yanına çağıraraq ondan həmin vaxt yataqxanasının qarşısında nə etdiyini soruşub əlində olan taxta parçasının şuruplu tərəfi ilə zarafatla onun sağ qolundan bir dəfə vurduqda onun cavab qaytarmasını görüb sol qolundan tutaraq özünə tərəf dartıb sağ kürək nahiyəsindən bir dəfə də vurduğunu, yerə yıxıldıqda onun yerdən qalxması üçün ayağı ilə onun sol baldır nahiyəsinə iki təpik də vurduğunu, əsgər Zərərçəkmiş şəxs6 ayağa qalxıb yataqxanaya getdiyini, bir neçə dəqiqə sonra onun yataqxanadan çölə çıxıb ona hərbi salam verib yanından keçən zaman əlindəki nazik çubuqla zarafatla onun sağ ayağından bir dəfə də vurduğunu, bundan başqa yadında qalmayan tarixdə və yadında qalmayan səbəbdən Zərərçəkmiş şəxs6 zarafatla sinəsindən bir dəfə yumruqla vurduğunu, törətdiyi əməli səmimi etiraf edib əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslərdən üzr istədiyini, zərərçəkmiş şəxslərin də onu bağışladıqlarını, ondan şikayət və tələblərinin olmadığını, məhkəmədən ona azadlıqdan məhrumetmə ilə ələqadar olmayan yüngül cəza verilməsini xahiş etdiyini göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxsN ifadəsində kiçik gizir Təqsirləndirilən şəxs hərbi xidmət müddətində görüb tanıdığını və onunla həmin vaxt tabelçilik münasibətində olduğunu, 07 avqust N0N4-cü il tarixdə, saat N radələrində yataqxanada şalvarını ütüləyən zaman kiçik gizir Təqsirləndirilən şəxs yataqxanaya daxil olaraq ona yaxınlaşıb nə etdiyini soruşaraq səbəbsiz yerə əlində olan taxta parçası ilə onun sol qolundan bir dəfə, sonra isə kürək nahiyəsindən zarafatla bir yumruq vurduğunu, N8 avqust N0N4-cü il tarixdə, saat 09:30 radələrində kiçik gizir Təqsirləndirilən şəxs bölükdə su qablarını yoxlayan zaman əsgər Zərərçəkmiş şəxs5 su qabında birkanın olmadığını görüb ona irad tutaraq hər iki əli ilə onun boğaz və üz nahiyələrindən tutub sıxdığını, əsgər Zərərçəkmiş şəxs5 burnunun qanadığını gördüyünü, həmin vaxt hər ikisinin bir-birinin ünvanına nalayiq ifadələr də işlətdiklərini, N avqust N0N4-cü il tarixdə, səhər saatlarında bölüyün əsgər yataqxanasının pəncərəsinin qabağından keçərkən pəncərədən kiçik gizir Təqsirləndirilən şəxs yataqxananın içərisində əsgər Zərərçəkmiş şəxsN sifətindən şillə ilə vurduğunu gördüyünü, N avqust N0N4-cü il tarixdə yataqxananın qarşısında düzülən zaman həmin vaxt əsgər Zərərçəkmiş şəxs3 sıraya gecikməsi səbəbindən kiçik gizir Təqsirləndirilən şəxs onu yanına çağıraraq müxtəlif nahiyələrindən yumuruqla və təpiklə vurduğunu, 03 avqust N0N4-cü il tarixdə, şam yeməyindən çıxıb yataqxanaya gələn zaman yataqxananın qarşısında Təqsirləndirilən şəxs əlindəki taxta parçasının şuruplu tərəfi ilə əsgər Zərərçəkmiş şəxs4 sol qolundan 3-4 dəfə vurduğunu gördüyünü, Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onu bağışladığını ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində Təqsirləndirilən şəxs tabeliyində xidmət etdiyini, N9 may N0N4-cü il tarixdə, saat N radələrində taborun şəxsi heyəti yataqxananın dəhlizində düzülən vaxt Təqsirləndirilən şəxs şəxsi heyətin önə gələrək kimin ad günü olduğunu soruşduğunu, həmin gün onun ad günü olduğundan “bu gün mənim ad günümdür” deyə bildirdiyini, Təqsirləndirilən şəxs ona sıradan çıxmağını dediyini, buna görə o, sıradan çıxıb Təqsirləndirilən şəxs tıərəf gəldiyini, cərgədən çıxanda bir az qaydalara uyğun çıxmadığını, Təqsirləndirilən şəxs zarafatla onun niyə cərgədən düzgün çıxmadığını deyib sol ayağı ilə onun sol əlindən bir dəfə təpiklə vurduğunu, təpik əl sümüyünə dəydiyindən güclü ağrı hiss etdiyini, bundan başqa N avqust N0N4-cü il tarixdə, saat N7 radələrində tabor növbətçisindən icazə alıb, hərbi hissənin ərazisində olan əsgər yataqxanasındakı ayaqyoluna getdiyini, oradan qayıdan zaman şəxsi heyətin hərbi hissənin sıra meydanında düzüldüyünü görüb sıraya durmaq üçün kiçik gizir Təqsirləndirilən şəxs icazə alıb sıraya keçərkən onu yanına çağırıb anidən əli ilə onun çiyin nahiyəsindən bir yumruq vurub əli ilə kitelinin yaxasından tutub özünə tərəf çəkərək sağ dirsəyi ilə sinəsindən bir dəfə vurduğunu, sinəsi ağrıdığı üçün önə doğru əyilən zaman kürək nahiyəsindən də yenidən dirsəyi ilə vurduğunu, həmin vaxt ağrıya dözə bilməyib yerə yıxıldığını, yerdə onun sol yan nahiyəsinə bir təpik vuraraq ona qarşı nalayiq ifadə işlətdiyini, kiçik gizir Təqsirləndirilən şəxs bağışladığını, ondan şikayət və tələbinin olmadığıənı göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində Təqsirləndirilən şəxs tabeçiliyində xidmət etdiyini, 03 avqust N0N4-cü il tarixdə tabor üzrə gün növbətçisi təyin edildiyini, həmin gün saat N0:N radələrində şam yeməyindən çıxıb yataqxananın qarşısına gələrkən Təqsirləndirilən şəxs ona yaxınlaşıb heç bir səbəb olmadan və heç nə demədən əlindəki taxta parçasının şuruplu tərəfi ilə zarafatla onun sol qolundan 4 dəfə vurduğunu, həmin vaxt şurupların ucu qoluna az da olsa batdığından uzun müddət qolunda bərk ağrı hiss etdiyini, Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs5 ifadəsində kiçik gizir Təqsirləndirilən şəxs tabeliyində xidmət etdiyini, N0N4-cü ilin iyun ayının sonlarında, yadında qalmayan tarixdə əşya otağında əşyaları sayan zaman əşyalardan birinin, dəbilqələri səhv sayması səbəbindən kəsir gəldiyini, bunu orada olan kiçik gizir Təqsirləndirilən şəxs məruzə etdiyini, Təqsirləndirilən şəxs da onun yanına gələrək səbəbsiz yerə onu danlayaraq lapatkanın taxta sapı ilə onun sol qolundan bir dəfə vurduğunu, buna görə sol qolunun göyərdiyini, sonradan yenidə dəbilqələri sayan zaman bütün dəbilqələrin yerində olduğunu və bunu ona məruzə etdiyini, N0N4-cü ilin iyul ayının əvvəllərində, saat N9 radələrində tabor üzrə gün növbətçisi naryadını təhvil verdikdən sonra ayaqları ağrıdığından həmin gün tabor üzrə cavabdeh olan kiçik gizir Təqsirləndirilən şəxs hərbi hissənin yeməkxanasının qarşısında yaxınlaşıb ona ayaqlarının ağrıdığını bildirərək çəkmələrini çıxararaq bir az ayağının dincəlməsi üçün icazə istədiyindən ona icazə verdiyini, onun da ayaqlarını çəkmədən çıxararaq bir az ayaqyalın gəzdiyini, bir azdan Təqsirləndirilən şəxs ona süpürgə gətirib yeməkxananın qarşısını ayaqyalın süpürməsini tapşırdıqda ona ayağının altının ağrıdığını, yerdə olan daşların ayağına batacağını, bu səbəbdən də süpürə bilməyəcəyini dedikdə təkidlə ona verilən tapşırığı yerinə yetirməsini bildirdikdə yenidən etiraz edib ayaqyalın süpürə bilməyəcəyini dediyini, həmin vaxt anidən sol əli ilə onun boynundan tutub aşağı əyərək sağ dirsəyi ilə kürəyindən bir zərbə vurduğunu, kürəyi bərk ağrıdığını, ağrının təsirindən ona qarşı nalayiq ifadələr işlətdikdə kiçik gizir Təqsirləndirilən şəxs ona “niyə mənə söyüş söydün?” deyərək yenidən onun boğazını sol qolunun arasına salıb sıxdığını, boğazının bərk ağrıdığını, N8 avqust N0N4-cü il tarixdə, saat 09:30 radələrində Təqsirləndirilən şəxs əsgərlərin su qablarına baxan zaman onun da su qabına baxarkən su qabının birkasının olmadığını görüb ona irad tutaraq birkanın nə səbəbə olmadığını soruşub ona əsəbləşdiyini, bu zaman aralarında mübahisə yarandığını, mübahisə zamanı anidən Təqsirləndirilən şəxs hər iki əli ilə onun sifət və boğaz nahiyəsindən tutub sıxaraq ona qarşı nalayiq ifadə işlətdiyini, sıxma nəticəsində burnunun qanadığını, orada olan əsgərlərin onları ayırdıqlarını, onun da Təqsirləndirilən şəxs qarşı söyüş söydüyünü, həmin vaxt əsəbi olduğundan ağladığını, Təqsirləndirilən şəxs təhqir etdiyinə görə inzibati qaydada hərbi hissə komandanlığı tərəfindən cəzalandırıldığını, Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində ifadəsi alınmış əsgər Zərərçəkmiş şəxs6 ifadəsində kiçik gizir Təqsirləndirilən şəxs hərbi xidmət müddəti görüb tanıdığını, N avqust N0N4-cü il tarixdə, saat NN:30 radələrində hərbi hissənin əsgər çayxanasından yataqxanaya tərəf gedən zaman Təqsirləndirilən şəxs onu görüb yanına çağıraraq haradan gəldiyini soruşub əlində olan bir ucuna 3 ədəd şurup bağlanmış taxta parçasının şuruplu tərəfi ilə onun sağ qolundan bir dəfə vurduğunu, həmin vaxt qolunun qanadığını və bərk ağrıdığını, ondan nə üçün onu vurmasını soruşanda cavabında “yaxşı edirəm” deyərək onun sol qolundan tutub dartaraq sağ dirsəyi ilə onun sol kürək nahiyəndən bir dəfə də vuraraq yerə yıxdığını, daha sonra yerdə onun sol baldır nahiyəsindən iki təpik vurduğunu, bundan sonra yerdən qalxaraq yataxanaya getdiyini, təxminən N0 dəqiqə sonra özünə gəlib yataqxanadan çölə çıxdıqda Təqsirləndirilən şəxs orada görüb ona hərbi salam verib yanından keçərkən heç bir səbəb olmadan əlindəki nazik çubuqla onun ayağının baldır nahiyəsindən bir dəfə vurduğunu, bundan başqa, həmin gün saat N0:30 radələrində sıra meydanında tək olarkən heç bir səbəb olmadan kiçik gizir Təqsirləndirilən şəxs sol əli ilə onun sinəsindən bir yumruq zərbəsi də vurduğunu, zərbənin təsirindən sinəsinin ağrıdığını, bütün olanlara baxmayaraq onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər ŞahidN ifadəsində N8 avqust N0N4-cü il tarixdə, saat 08:30 radələrində bölüyün şəxsi heyəti səhər idmanı üçün hərbi hissənin idman şəhərciyinə getdiyini, həmin gün tabor üzrə cavabdehin kiçik gizir Təqsirləndirilən şəxsolduğunu, İdman şəhərciyində olan zaman saat 09:30 radələrində Təqsirləndirilən şəxs su qablarını yoxlayarkən əsgər Zərərçəkmiş şəxs5 su qabında ona məxsus isimlik olmadığını görüb ona öz iradını bildirdikdə əsgər Zərərçəkmiş şəxs5lə onun arasında mübahisə yarandığını, həmin vaxt kiçik gizir Təqsirləndirilən şəxs əsəbiləşib hər iki əli ilə əsgər Zərərçəkmiş şəxs5 boğaz və sifət nahiyəsindən tutub sıxdığını gördüyünü, orada olan əsgər yoldaşları ilə birlikdə onları ayırdıqlarını, həmin vaxt kiçik gizir Təqsirləndirilən şəxsla əsgər Zərərçəkmiş şəxs5 bir birlərinə qarşı nalayiq ifadələr də işlətdiklərini eşitdiyini göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər ŞahidN ifadəsində N8 avqust N0N4-cü il tarixdə, saat 08:30 radələrində bölüyün şəxsi heyyəti səhər idmanı üçün idman şəhərciyinə getdiklərini, həmin gün tabor üzrə cavabdeh kiçik gizir Təqsirləndirilən şəxs olduğunu, idman meydançasında kiçik gizir Təqsirləndirilən şəxs həmin vaxt əsgərlərin üzərində olan su qablarını yoxlayarkən əsgər Zərərçəkmiş şəxs5 su qabının birkasının olmadığını görüb ondan bunun səbəbini soruşduqda əsgər Zərərçəkmiş şəxs5 ona su qabını yuyarkən isimliyin isladığını, bu səbəbdən də olmadığını dedikdə onların arasında mübahisə yarandığını, mübahisə zamanı kiçik gizir Təqsirləndirilən şəxs anidən hər iki əli ilə əsgər Zərərçəkmiş şəxs5 boğaz və sifət nahiyəsində tutub sıxmağa başladığını, əsgər Zərərçəkmiş şəxs5 burnunun qanadığını görüb tez onları aralaşdırdıqlarını, həmin vaxt hər ikisinin də bir birlərinin ünvanına nalayiq ifadələr işlətdiklərini gördüyünü göstərdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid3 ifadəsində N8 avqust N0N4-cü il tarixdə, saat 08:30 radələrində səhər idmanına getdiklərini, həmin gün tabor üzrə cavabdehin kiçik gizir Təqsirləndirilən şəxs olduğundan əsgərlərin üzərində olan su qablarını yoxlayarkən həmin vaxt cərgədə olan əsgər Zərərçəkmiş şəxs5 su qabında isimliyin olmadığını görüb ondan nə səbəbə isimliyin olmadığını soruşduqda onun da kobud cavab qaytardığını, bu səbəbdən də aralarında mübahisə yarandığını, mübahisə zamanı kiçik gizir Təqsirləndirilən şəxs hər iki əli ilə onun sifət və boğaz nahiyəsindən tutub sıxdığını, həmin vaxt əsgər Zərərçəkmiş şəxs5 burnunun qanadığını, sonra bir birlərinə qarşı nalayiq ifadələr işlətdiklərini gördüyünü göstərdi. Hərbi xidmətdən tərxis olunmuş, teleqramma ilə müraciət edərək ailə vəziyyəti ilə əlaqədar məhkəmə baxışı iclaslarında iştirak etməyən, ibtidai istintaq zamanı ifadəsi alınmış məhkəmə baxışında ifadəsi tədqiq edilərək elan edilmiş əsgər Zərərçəkmiş şəxsN ifadəsində kiçik gizir Təqsirləndirilən şəxs hərbi xidmət müddətində görüb tanıdığını və onun tabeliyində xidmət etdiyini, N avqust N0N4-cü il tarixdə, saat N radələrində hərbi hissə üzrə gün növbətçisi olan zaman yataqxanada, tumbuçkada dayandığını, həmin vaxt yataqxanada heç kimin olmadığını, həmin vaxt Təqsirləndirilən şəxs əlində taxta çubuqla yataqxanaya girib ona yaxınlaşaraq heç bir səbəb olmadan sağ əli ilə onun sifətinin sol tərəfindən bir şillə vurduğunu, sonra sağ əli ilə sol çiyin nahiyəsindən bir dəfə yumruqla vuraraq sol əlindəki ağac parçası ilə onun sol qolundan bir dəfə də vurduğunu, həmin vaxt qolunun bərk ağrıdığını, N8 avqust N0N4-cü il tarixdə, saat 09:30 radələrində kiçik gizir Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs5 su qabının birkası olmadığından ona irad tutaraq hər iki əli ilə onun boyun və sifət nahiyəsini tutub sıxdığını əsgər Zərərçəkmiş şəxs5 burnunun qanadığını, gördüyünü, Təqsirləndirilən şəxs ondan üzr istədiyini, onu bağışladığını, ondan şikayət və tələbinin olmadığını göstərmişdi. N-cild iş vərəqə N45-də olan cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs6 bədən səthi üzərinə hər hansı xəsarət olub-olmamasını müəyyən etmək məqsədı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və alınmış 30 avqust N0N4-cü il tarixli, 45N nömrəli ekspert rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs6 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar olunan xəsarət – sağ saidin ön bayır səthinin deşilmiş yarası – deşici alətin və ya iti uclu əşyanın təsirindən törənməyə xarakterikdir, N avqust N0N4-cü il tarixdə və qərarın təsviri hissəsində göstərilmiş şəraitdə törənməsi istisna edilmir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin olunmur. N-cild iş vərəqə N46-da olan cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs4 bədən səthi üzərinə hər hansı xəsarət olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspert rəyi alınmışdır. 30 avqust N0N4-cü il tarixli, 45N nömrəli ekspert rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs4 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar olunan xəsarət – sol bazunun bayır səthinin çapıq toxumaları – səthi deşilmiş yaraların izləri olub deşicialətin (alətlərin) və ya iti uclu əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdir, 03 avqust N0N4-cü il tarixdə və qərarın təsviri hissəsində göstərilən şəraitdə törənməsi istisna olunmur, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin olunmur. N-cild iş vərəqə N47-də olan cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs5 bədən səthi üzərinə hər hansı xəsarət olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və alınmış 30 avqust N0N4-cü il tarixli, 453 nömrəli ekspert rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs5 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar olunan xəsarət – boyunun sağ yan səthinin sıyrığı – bərk küt əşyanın təsirindən törənməyə xarakterikdir, N8 avqust N0N4-cü il tarixdə və qərarın təsviri hissəsində göstərilən şəraitdə törənməsi istisna olunmur, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin olunmur. N-cild iş vərəqə N49-da olan cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi ekspertizasından keçirilmiş, təqdim edilmiş 05 sentyabr N0N4-cü il tarixli, 479 nömrəli ekspert rəyində əsgər Zərərçəkmiş şəxs3 bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar edilmədiyi göstərilsə də, ekspert müayinəsi zamanı əsgər Zərərçəkmiş şəxs3 kiçik gizir Təqsirləndirilən şəxs N9 may N0N4-cü il tarixdə, saat N radələrində və N avqust N0N4-cü il tarixdə saat N7 radələrində ona zor tətbiq edib vurduğunu göstərmişdir. N-cild iş vərəqə N50-də olan cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxsN məhkəmə-tibbi ekspertizasından keçirilmiş, təqdim edilmiş 05 sentyabr N0N4-cü il tarixli, 480 nömrəli ekspert rəyində əsgər Zərərçəkmiş şəxsN bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar edilmədiyi göstərilsə də, ekspert müayinəsi zamanı əsgər Zərərçəkmiş şəxsN kiçik gizir Təqsirləndirilən şəxs N avqust N0N4-cü il tarixdə, saat N radələrində ona zor tətbiq etdiyini göstərmişdir. N-cild iş vərəqə N5N-də olan cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxsN məhkəmə-tibbi ekspertizasından keçirilmiş, təqdim edilmiş 05 sentyabr N0N4-cü il tarixli, 48N nömrəli ekspert rəyində əsgər Zərərçəkmiş şəxsN bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar edilmədiyi göstərilsə də, ekspert müayinəsi zamanı əsgər Zərərçəkmiş şəxsN kiçik gizir Təqsirləndirilən şəxs 07 avqust N0N4-cü il tarixdə, saat N4:N radələrində ona zor tətbiq etdiyini göstərmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışlarda N nömrəli hərbi hissənin tərkibində olan N9 nömrəli hərbi hissənin hərbi qulluqçusu, kiçik gizir Təqsirləndirilən şəxsla N9 nömrəli hərbi hissənin əsgərləri Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxsN və Zərərçəkmiş şəxsN arasında tabelik münasibətlərinin olduğu, kiçik gizir Təqsirləndirilən şəxs onlara rəis hesab olunduğu göstərilmişdir. N saylı hərbi hissə komandirinin N yanvar N0N9-cu il tarixli 06 saylı əmrdən çıxarışından görünür ki, kiçik gizir Təqsirləndirilən şəxs həmin tarixdən N saylı hərbi hissənin tabeliyində olan N9 saylı hərbi hissənin 3-cü ağıryük daşıma bölüyünün N-ci yükdaşıma taqımının komandiri təyin edilməklə şəxsi heyyətin siyahısına daxil olunub bütün növ təminatlara qoyulduğu göstərilmişdir. N saylı hərbi hissə komandirinin N8 oktyabr N0N4-cu il tarixli N70 saylı əmrdən çıxarışından görünür ki, kiçik gizir Təqsirləndirilən şəxs həmin tarixdən N saylı hərbi hissənin komendant bölüyünün N-ci avtomobil taqımının komandiri vəzifəsinə təyin edilməklə şəxsi heyyətin siyahısına daxil edilib bütün növ təminatlara qoyulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş 9NN saylı hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışdan görünür ki, kiçik gizir Təqsirləndirilən şəxs 0N yanvar N0N5ci il tarixdən hərbi hissə komandirinin bir saylı əmri ilə 9NN saylı hərbi hissənin madditexniki təminat bölüyünün avtomobil taqımının komandiri vəzifəsinə təyin edilmişdir və həmin vəzifədə xidmət edir. Cinayət işinin materiallarına əlavə edilmiş 06 sentyabr N0N4-cü il tarixli, 783 nömrəli arayışdan görünür ki, hərbi xidmətə yararlı olub-olmamasını müəyyən etmək məqsədilə kiçik gizir Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onun sağlam və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. N saylı hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, həmin hərbi hissədə xidmət edərkən Təqsirləndirilən şəxs mənfi xarakterize olunmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş, Naxçıvan MR Səhiyyə Nazirliyinin Y.Budaqov adına XN sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda dayanmadığı göstərilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş,“Babək Rayon Mərkəzi Xəstəxanası” X6 sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs xəstəxanaya müraciət etmədiyi, dispanser qeydiyyatda dayanmadığı göstərilmişdir. Cinayət işi üzrə N-ci cild iş vərəqə 37-də olan təqsirləndirilən şəxs kiçik gizir Təqsirləndirilən şəxs xidməti vərəqədən çıxarışından görünür ki, N9 nömrəli hərbi hissə komandiri tərəfindən xx.xx.N0N3-cü il tarixdə cavabdehliyi düzgün təşkil etmədiyinə görə “şiddətli töhmət” xx.xx.N0N3-cü il tarixdə cavabdehliyi zamanı günü nizam qaydasını şəxsi heyət tərəfindən yerinə yetirilməsinə nəzarət etmədiyinə görə “şiddətli töhmət” xx.xx.N0N3-cü il tarixdə park növbətçisi olduğu zaman xidmət yerini öz başına tərk edərək qoşun xidmətinin tələblərini kobud şəkildə pozduğuna görə VTUOBX-ilə, xx.xx.N0N4-cü il tarixdə cavabdeh olduğu zaman vəzifəsinin icrasına səhlənkar yanaşdığına görə “şiddətli töhmət” xx.xx.N0N4-cü il tarixdə sutkalıq naryadın yerbəyerinə gecikdiyinə görə “şiddətli töhmət” (şifahi), xx.xx.N0N4-cü il tarixdə növbətçi olduğu zaman təyin olunmamış vaxtda yatdığına görə “şiddətli töhmət” verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Nazçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 3-N(09N)-NN3\N0N4 saylı qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs5 həmin iş üzrə kiçik gizir Təqsirləndirilən şəxs təhqir etməsinə görə cəzalandırılması üçün qərarın surəti xidmət etdiyi N saylı hərbi hissə komandanlığına göndərilmişdir. Cinayət işi üzrə N-ci cild iş vərəqə NNN-də olan Nigahın pozulması haqqında şəhadətnamədən görünür ki, təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs ilə həyat yoldaşı X4 arasındakı nikah qeydiyyatı xx.xx.N0N4-cü il tarixli Babək rayon məhkəməsinin qətnaməsi ilə pozulmuşdur və o hal hazırda subay sayılır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya şöbəsindən alınmış tələbnamədən və cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs X5 MR Hərbi Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 3N9.N.5-ci maddəsi ilə təqsirli bilinib barəsində həmin Məcəllənin 6N-ci maddəsi tətbiq edilməklə, aylıq pul təminatından N5% (on beş) məbləğində pul dövlət nəfinə tutulmaqla N (bir) il, N (iki) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.N-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmçinin CM-nin 83.6-cı maddəsində göstərilmişdir ki, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Həmin məcəllənin N8.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Naxçıvan MR Hərbi Məhkəməsinin xx.xx.N0N3-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlinə görə ona təyin edilmiş hərbi xidmət üzrə məhdudlaşdırma cəzası azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğundan onun əməli residiv kimi qiymətləndirilə bilməz. Lakin kiçik gizir Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyindən və götürülmədiyindən o məhkumluğu olan hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin tərkibində olan N9 saylı hərbi hissədə gizir hərbi rütbəsində xidmət edərkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” və 47-ci maddəsində nəzərdə tutulan “komandir (rəis) tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir” tələblərini kobudluqla pozaraq rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxslərə qarşı zor tətbiq etmişdir. Beləliklə, məhkəmə toplanaraq tədqiq edilmiş sübutlara qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.N-ci maddəsi ilə tövsif edilmiş və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.N-ci maddəsinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N5.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N.N-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarında qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər hüquqi xarekterli tədbirlər işgəncə və digər qəddar, qeyri insani, yaxut ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını, törətdiyi əməli səmimi etraf etməsini, cəzanı yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsinə əsasən cinayət işi üzrə cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N.N-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və Azərbaycan Respublikası CM-nin 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə hökm çıxararkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alır və məhkəmə belə hesab edir ki, eyni maddənin sanksiyası daxilində Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə ilə əlaqadar olmayan əvvəlki məhkumluğu ola-ola yenidən cinayət əməli törətməsi onun artıq islah olunmamasına dəlalət edir və məhkəmə ona cəza təyin edərkən əvvəlki ödənilməmiş məhkumluğunu, hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterize olunmasını, əməlin bir neçə şəxsə qarşı (altı zərərçəkmiş şəxsə) tötədilməsini, şəxsiyətini nəzərə alaraq ona ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 3N9.N.N-ci madəsinin sanksiyası daxilində aşağı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd etməyi lazım bilir ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.N.N-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı N5 yanvar N0N5-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində NN noyabr N0N4-cü il tarixdə seçilmiş “ başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəsini alanadək barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili MüdafiəçiN ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına N80 (yüz səksən) manat miqdarında pul köçürülməlidir Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə olunması tələb edilən əmlak yoxdur Cinayət işi üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin maddi sübutlar üçün nəzərdə tutulmuş otağında saxlanılan bir ədəd taxta parçası hökm qanunu qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan bir ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 35N-353, 356, 38N və 384.N-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.N -ci maddəsi ilə təqsirli bilinib N (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı N5 yanvar N0N5-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində NN noyabr N0N4-cü il il tarixdə seçilmiş “ başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəsini alanadək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cinayət iş üzrə məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili MüdafiəçiN ödənilməsı üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına N80 (yüz səksən) manat miqdarında pul köçürülsün. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə olunması tələb edilən əmlak yoxdur. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan bir ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilsin. Cinayət işi üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin maddi sübutlar üçün nəzərdə tutulmuş otağında saxlanılan bir ədəd taxta parçası hökm qanunu qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №1-1(092)-6/2025
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-6/2025
15.01.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver