Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-61/2024 20.11.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakim: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Həsənli Elvina Yenibar qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1994-cü il tarixdə Yardımlı rayonunun Astanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay (qeyri-rəsmi nikahda olan), ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, yaşayış yeri üzrə Cəlilabad rayonunun Privolnoye kəndində qeydiyyatda olmaqla, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin Şərur rayonunun Yuxarı Yaycı kəndi ərazisində yerləşən 5-ci taborununun yataqxanasında yaşayan, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin 5-ci tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsində, kapitan hərbi rütbəsində xidmət edən, barəsində 08 oktyabr N0N4-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Belə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Şərur rayonunun Yuxarı Yaycı kəndi ərazisində yerləşən, şərti olaraq “Ağbulaq” adlandırılan 5-ci taborunda tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsində, kapitan hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, N4 avqust N0N4-cü il tarixdə saat N0 radələrində taborun yeməkxanasında yeməkxana naryadı təyin olunmuş əsgərlərə çirkli qabları masanın kənarına düzgün yığmamalarına görə irad bildirsə də əsgərlər əvvəlki günlərdə də qabları bu formada topladıqlarını deyib, onun sözünə əhəmiyyət vermədikləri üçün o, yeməkxanadan çıxıb taborun qərargahının qarşısına gələrkən yeməkxanadan onunla birlikdə çıxan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər ŞahidN əsgərlərə böyüklərlə danışıq qabiliyyətini öyrətmək lazım olduğunu demiş və bu zaman orada olan, həmin taborun 18-ci bölüyünün 3-cü taqımının 1-ci manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş çavuş Zərərçəkmiş şəxs kapitan Təqsirləndirilən şəxs bir neçə saat əvvəl başqa bir səbəbdən ona irad bildirməsinə görə dediyi sözləri ona ünvanladığını zənn edib kobud cavab verdiyi üçün aralarında sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı kapitan Təqsirləndirilən şəxs sağ əlini yumruq vəziyyətində tutub baş çavuş Zərərçəkmiş şəxs qarın nahiyəsinə dirəyərək geriyə doğru itələmiş və bu hərəkətindən sonra baş çavuş Zərərçəkmiş şəxs yenidən ona kobud cavab qaytardığını görüb, ərazidə olan digər hərbi qulluqçuların baş verənlərə şahid olmaması üçün onu zabitlər yataqxanasına dəvət etmişdir. Zabitlər yataqxanasına gəldikdən sonra o, bir qədər əvvəl aralarında yaranmış mübahisəni davam etdirərək yenidən sağ əlini yumruq vəziyyətində tutub baş çavuş Zərərçəkmiş şəxs qarın nahiyəsinə dirəyərək geriyə doğru itələmiş və daha sonra onun sol ayağından tutub qaldıraraq yerə yıxmaq istədikdə baş çavuş Zərərçəkmiş şəxs orada olan çarpayıya söykəndiyindən yıxılmamışdır. Bundan sonra o, əli ilə baş çavuş Zərərçəkmiş şəxs sifətindən arxaya doğru itələmək istədikdə dırnaqları Zərərçəkmiş şəxs sifətini cızmış və ona sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən “sifətin sol yarısının sıyrıqları” xəsarətlərini yetirərək, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş kapitan Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N3 iyun N016-cı il tarixdən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi xidmətə başlamış və N avqust N0N4-cü il tarixdə N nömrəli hərbi hissənin Şərur rayonunun Yuxarı Yaycı kəndi ərazisində yerləşən şərti olaraq “Ağbulaq” adlandırılan 5-ci taborunda tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsinə təyin edilmişdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş çavuş Zərərçəkmiş şəxs həmin taborda xidmət etdiyi dövrdən tanımış və aralarında heç vaxt düşmənçilik, ədavət, yaxud qohumluq münasibəti olmamışdır. O, qeyd edilən yerdə və vəzifədə xidmətdə olarkən xx.xx.N0N4-cü il tarixdə xidmət etdiyi taborda tabor üzrə cavabdeh təyin olunmuş, MAHHXHQ-su baş çavuş Zərərçəkmiş şəxs isə tabor növbətçisi təyin olunmuşdur. Saat 19 radələrində taborun yataqxanasında olan zaman baş çavuş Zərərçəkmiş şəxs ona yaxınlaşıb taborun yataqxanasına suyun gəlmədiyini demiş, o, isə baş çavuş Zərərçəkmiş şəxs özünün dəqiqləşdirəcəyini və ona birazdan yaxınlaşmağını deyib yataqxanadan çölə çıxmış, yataqxanadan çölə çıxan zaman adını xatırlamadığı əsgərlərdən biri ona yaxınlaşıb su nasosunun işləmədiyini demiş, o, isə həmin əsgərdən su nasosunun işləmədiyini haradan bildiyini soruşduqda, əsgər ona özünün baxıb gəldiyini demiş, o, isə su nasosunu işə salmağa əsgərin getməsini qadağan etdiyini deyib, kimin göndərdiyini soruşmuş, əsgər isə tabor növbətçisi baş çavuş Zərərçəkmiş şəxs göndərdiyini demişdir. Təxminən bir neçə dəqiqə sonra yataqxananın qarşısında uca səslə baş çavuş Zərərçəkmiş şəxs yanına çağırmış, baş çavuş Zərərçəkmiş şəxs yanına gəldikdən sonra uca səslə su nasosunu işə salmağa əsgər göndərdiyi üçün irad bildirmiş, baş çavuş Zərərçəkmiş şəxs isə nasosu işə salmaq üçün kimin təyin olunduğunu bilmədiyindən əsgər göndərdiyini demiş, o, isə su nasosunun yanına əsgər getməməsini təlimatlandırdığını deyib baş çavuş Zərərçəkmiş şəxs özünün nəzarət etməyini demiş, baş çavuş Zərərçəkmiş şəxs isə oldu deyib getmişdir. O, isə yeməkxanada səliqə səhmana nəzarət etmək üçün yeməkxanaya getmiş, yeməkxanada olan zaman yeməkxana naryadlarının çirkli qabları masanın kənarına düzgün yığmadıqlarını görüb irad bildirmiş, yeməkxana naryadlarından bəziləri isə ona əvvəllər qabları belə yığdıqlarını və həmçinin qabları daşıyan zaman stolun kənarına dağıldığını demiş, o, isə yenidən irad bildirib naryadları təlimatlandırıb yeməkxanadan çıxmışdır. Yeməkxanadan çıxan zaman taborda xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər ŞahidN də yanına gəlmiş və taborun yataqxanasına gedən zaman əsgər ŞahidN ümumi olaraq yeməkxana naryadlarına danışıq qabiliyyəti öyrətmək lazım olduğunu demiş, həmin vaxt baş çavuş Zərərçəkmiş şəxs da onlardan biraz aralıda yataqxananın qarşısında dayanmış, bu zaman baş çavuş Zərərçəkmiş şəxs ona yaxşı qışqırmağımız var deyərək cavab demiş, o, isə baş çavuş Zərərçəkmiş şəxs yaxınlaşıb uca səslə onun irad tuta biləcək şəxs olmadığını, vəzifə səlahiyyətlərini aşmağa məcbur etməməsini demiş, baş çavuş Zərərçəkmiş şəxs isə ona uca səslə vəzifə səlahiyyətlərini aşmağa məcbur etmədiyini, məcbur etsə onun kimi qışqırar demiş, bu zaman o, baş çavuş Zərərçəkmiş şəxs onunla bu tonda danışmağına qıcıqlanıb sağ əlini yumruq vəziyyətində tutub baş çavuş Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə itələyib səs tonunu aşağı salmasını deyərək taborun yataqxanasında yerləşən zabitlər yataqxanasına aparmışdır. Zabitlər yataqxanasında baş çavuş Zərərçəkmiş şəxs yenidən ona səs tonunu qaldırdığı üçün irad bildirib sağ əlini yumruq vəziyyətində tutub qarın nahiyəsindən bir dəfə itələmiş, baş çavuş Zərərçəkmiş şəxs təxminən bir-iki addım geriyə doğru getmiş və sonra ona doğru addımlayan zaman baş çavuş Zərərçəkmiş şəxs onu vura biləcəyini düşünüb sol əli ilə baş çavuş Zərərçəkmiş şəxs sol ayağından tutub qaldırıb sağ əli ilə kitelinin yaxasından tutub sağ ayağından badalaq verib yıxmaq istəmiş, baş çavuş Zərərçəkmiş şəxs isə hər iki əli ilə onun hər iki qolundan tutub geriyə doğru gedib yataqxanadakı iki mərtəbəli çarpayıya söykənmiş, bu zaman çarpayı sürüşdüyü üçün onlar iki çarpayının arasına keçmiş və o, sol əli ilə baş çavuş Zərərçəkmiş şəxs sol ayağını havada saxlayıb yıxmaq üçün sağ əli ilə sinə və sifət nahiyəsindən itələmiş, itələyən zaman baş çavuş Zərərçəkmiş şəxs söykəndiyi çarpayı yenidən sürüşmüş və o, önə əyildiyindən sol gicgah nahiyəsi çarpayının küncünə dəymişdir. Daha sonra o, baş çavuş Zərərçəkmiş şəxs sol ayağını sol əlindən buraxmış və hər iki əli ilə kitelinin yaxasından tutub yenidən çarpayıya söykəmiş və baş çavuş Zərərçəkmiş şəxs bildirdiyi iradı yeməkxana naryadlarına ünvanladığını demiş, baş çavuş Zərərçəkmiş şəxs isə ondan üzr istəyərək səhv başa düşdüyünü demiş və həmin vaxt baş çavuş Zərərçəkmiş şəxs sifətinin sol tərəfində sıyrıqlar olduğunu görmüşdür. Baş çavuş Zərərçəkmiş şəxs sifətinin sol tərəfində hansı səbəbdən sıyrıq olduğunu düşünüb sol əlinin çeçələ barmağının dırnağına baxdıqda qan olduğunu görmüş və dırnağı baş çavuş Zərərçəkmiş şəxs üzünə dəydiyi üçün xəsarət yetirdiyini düşünmüşdür. Bu zaman taborda xidmət edən kapitan Şahid3, MAHHXHQ-su əsgər ŞahidN və MAHHXHQ-su kiçik çavuş Şahid1 otağa daxil olmuş və onları aralaşdırmışlar. Onlar aralaşdıqdan sonra o, otaqda olanlara çölə çıxmaqları barədə göstəriş vermiş, həmin vaxt baş çavuş Zərərçəkmiş şəxs da digər hərbi qulluqçularla birlikdə otaqdan çıxmışdır. Daha sonra saat N1 radələrində taborun şəxsi heyətinə sıra meydanında düzülmək barədə əmr vermiş, taborun şəxsi heyəti sıra meydanında düzüldükdən sonra baş çavuş Zərərçəkmiş şəxs sıranın qarşısına çıxmaq barədə göstəriş vermiş, baş çavuş Zərərçəkmiş şəxs yanına gəldikdən sonra şəxsi heyətin qarşısında yeməkxana növbətçilərinə tutduğu iradı baş çavuş Zərərçəkmiş şəxs səhv başa düşərək özünə deyildiyini zənn edib ona kobud cavab verdiyini və bu səbəbdən aralarında anlaşılmamazlıq olduğunu demiş, həmçinin baş çavuş Zərərçəkmiş şəxs da kapitan Təqsirləndirilən şəxs yeməkxana naryadlarına tutduğu iradı özünə deyildiyini zənn edib kobud cavab verdiyini bildirib üzr istəmiş və o, baş çavuş Zərərçəkmiş şəxsla aralarında heç bir incikliyin olmadığını bildirib şəxsi heyətin qarşısında görüşüb, barışmışlar. Həmçinin kapitan Təqsirləndirilən şəxs ifadəsində MAHHXHQ-su baş çavuş Zərərçəkmiş şəxs qarşı etdiyi əməlindən peşman olduğunu, hadisədən sonra ondan üzr istəyərək onunla barışdığını, zərərçəkmiş şəxsin onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını, rəsmi olaraq nikaha düşməsə də, evli olduğunu və həyat yoldaşının hamilə olduğunu, xidməti dövründə fərqləndiyi üçün müxtəlif fəxri fərman və medallarla təltif olunduğunu, N0N3-cü ildə “Antiterror” əməliyyatlarında iştirak etdiyini bildirərək, barəsində ədalətli hökm çıxarılmasını və ya zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə məhkəmə istintaqında özünü təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, ekspert rəyi, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş MAHHXHQsu baş çavuş Zərərçəkmiş şəxs verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, 01 dekabr N017-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmətə başlamış, 11 may N0N1-ci il tarixdə xidmət yeri N nömrəli hərbi hissənin Şərur rayonunun Yuxarı Yaycı kəndi ərazisində yerləşən şərti olaraq “Ağbulaq” adlandırılan 5-ci taboruna dəyişdirilmişdir. Kapitan Təqsirləndirilən şəxs 5-ci taborda xidmət etdiyi dövrdən tanımış və aralarında heç vaxt düşmənçilik, ədavət, yaxud qohumluq münasibəti olmamışdır. O, qeyd edilən yerdə və həmin taborun 18-ci bölüyünün 3-cü taqımının 1-ci manqasının komandiri vəzifəsində xidmətdə olarkən xx.xx.N0N4-cü il tarixdə xidmət etdiyi taborda tabor növbətçisi təyin olunmuş, kapitan Təqsirləndirilən şəxs isə tabor üzrə cavabdeh təyin olunmuşdur. Saat 19 radələrində taborun şəxsi heyətinə axşam yeməyinə getmək üçün taborun sıra meydanında düzülüş komandası vermiş, taborun şəxsi heyəti düzüldükdən sonra adını xatırlamadığı əsgərlərdən biri ona yaxınlaşıb ayaqyoluna suyun gəlmədiyini və bu səbəbdən yuyuna bilmədiyini demiş, o, isə çəndə suyun qurtardığını düşünüb əsgərə su nasosunu işə salmaq üçün kimin təyin olunduğunu soruşmuş, əsgər isə kimin təyin olunduğunu bilmədiyini demiş, bu zaman adını xatırlamadığı əsgərlərdən biri su nasosunu işə salmağı bacardığını demiş, o, isə həmin əsgəri su nasosunu işə salması üçün göndərmiş, bir neçə dəqiqə sonra həmin əsgər qayıtmış və su nasosunun işə düşmədiyini bildirmişdir. O, isə tabor üzrə cavabdeh kapitan Təqsirləndirilən şəxs məruzə etmək üçün yataqxanaya getmiş, yataqxananın dəhlizində kapitan Təqsirləndirilən şəxs suyun gəlmədiyini məruzə etmiş, kapitan Təqsirləndirilən şəxs isə ona birazdan yaxınlaşmağını deyib yataqxanadan çölə çıxmışdır. Təxminən bir neçə dəqiqə sonra kapitan Təqsirləndirilən şəxs yataqxananın qarşısında uca səslə onu yanına çağırmış, o, isə dərhal yataqxanadan çölə çıxıb kapitan Təqsirləndirilən şəxs yaxınlaşmış, kapitan Təqsirləndirilən şəxs ona uca səslə su nasosunu işə salmağa əsgər göndərdiyi üçün irad bildirmiş, o, isə nasosu işə salmaq üçün kimin təyin olunduğunu bilmədiyindən əsgər göndərdiyini demiş, kapitan Təqsirləndirilən şəxs isə ona özünün gedib nəzarət etməsini tapşırıb yeməkxanaya tərəf getmişdir. Saat N0 radələrində yataqxananın qarşısına gəlib sıra meydanının kənarında durmuş, təxminən 10 dəqiqə sonra kapitan Təqsirləndirilən şəxs MAHHXHQ-su əsgər ŞahidNlə yeməkxana tərəfdən gəlmiş və ondan biraz aralıdan keçərkən kapitan Təqsirləndirilən şəxs bunlara danışıq tərzini öyrətmək lazımdır dediyini eşitmiş, o, isə kapitan Təqsirləndirilən şəxs biraz əvvəl su nasosunu işə salmağa əsgər göndərdiyi üçün irad tutduğundan bu sözü ona dediyini zənn edib kapitan Təqsirləndirilən şəxs sizin də yaxşı qışqırmağınız var demiş, kapitan Təqsirləndirilən şəxs isə ona yaxınlaşıb uca səslə irad tutaraq ona vəzifə səlahiyyətlərini aşmağa məcbur etməməsini demiş, o, isə kapitan Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərini aşmağa məcbur etmədiyini, məcbur etsə onun kimi qışqıracağını demiş, həmin vaxt kapitan Təqsirləndirilən şəxs sağ əlini yumruq vəziyyətində tutub qarın onun nahiyəsindən itələyib taborun yataqxanasında yerləşən zabitlər yataqxanasına aparmışdır. Zabitlər yataqxanasında kapitan Təqsirləndirilən şəxs ona yenidən səs tonunu qaldırdığı üçün irad bilrmiş, o, isə heç nə deməmiş, bu zaman kapitan Təqsirləndirilən şəxs sağ əlini yumruq vəziyyətində tutub yenidən onun qarın nahiyəsindən itələmiş, o, isə təxminən bir-iki addım geriyə doğru getmiş və durduğu yerə qayıtmaq üçün kapitan Təqsirləndirilən şəxs qarşısına gələndə kapitan Təqsirləndirilən şəxs anidən ona yaxınlaşıb sol əli ilə onun sol ayağından tutub qaldırıb sağ əli ilə kitelinin yaxasından tutub sağ ayağından badalaq verib yıxmaq istəmiş, o, isə yıxılmamaq üçün hər iki əli ilə kapitan Təqsirləndirilən şəxs hər iki qolundan tutub geriyə doğru gedib yataqxanadakı iki mərtəbəli çarpayıya söykənmişdir. Bu zaman çarpayı sürüşdüyü üçün onlar iki çarpayının arasına keçmiş və kapitan Təqsirləndirilən şəxs sol əli ilə onun sol ayağını havada saxlayıb yıxmaq üçün sağ əli ilə sinə və sifət nahiyəsindən itələmiş, həmin vaxt kapitan Təqsirləndirilən şəxs sağ əli onun sifətinin sol tərəfinə dəymiş və sifətinin sol tərəfində acışma hiss etmişdir. Həmin vaxt söykəndiyi çarpayı yenidən sürüşmüş və kapitan Təqsirləndirilən şəxs önə əyildiyindən sifətinin sol tərəfi çarpayının küncünə dəymişdir. Daha sonra kapitan Təqsirləndirilən şəxs onun sol ayağını buraxıb hər iki əli ilə onun kitelinin yaxasından tutub yenidən çarpayıya söykəyib biraz əvvəl bildirdiyi iradı yeməkxana naryadlarına ünvanladığını demiş, o, isə kapitan Təqsirləndirilən şəxs onu yenidən yıxmaq istəyəcəyini düşünüb hər iki əli ilə kapitan Təqsirləndirilən şəxs hər iki qolundan tutub səhv başa düşdüyündən kobud cavab verdiyini deyib üzr istəmiş, bu zaman taborda xidmət edən kapitan Şahid3, MAHHXHQ-su əsgər ŞahidN və MAHHXHQsu kiçik çavuş Şahid1 otağa daxil olmuş və onları aralaşdırmışlar. Kapitan Təqsirləndirilən şəxs isə onlara çölə çıxmaqları barədə göstəriş vermiş, o, zabitlər yataqxanasından çıxıb dəhlizdə olan güzgüyə baxan zaman sifətinin sol tərəfində sıyrıqlar olduğunu görmüş və həmin xəsarətlərin mübahisə zamanı kapitan Təqsirləndirilən şəxs dırnağının cızması səbəbindən əmələ gəldiyini başa düşmüşdür. Daha sonra saat N1 radələrində kapitan Təqsirləndirilən şəxs taborun şəxsi heyətinə sıra meydanında düzülmək barədə əmr vermiş, taborun şəxsi heyəti sıra meydanında düzüldükdən sonra onu sıranın qarşısına çıxarıb şəxsi heyətin qarşısında yeməkxana növbətçilərinə tutduğu iradı onun səhv başa düşüb özünə deyildiyini zənn edib kobud cavab verdiyini demiş və aralarında anlaşılmamazlıq olduğunu, heç bir incikliyin olmadığını bildirmiş, həmçinin o, da kapitan Təqsirləndirilən şəxs yeməkxana növbətçilərinə tutduğu iradı ona dediyini zənn edib kobud cavab verdiyini bildirmiş və üzr istəmişdir. Daha sonra kapitan Təqsirləndirilən şəxslə şəxsi heyətin qarşısında görüşüb, barışmışlar, həmin vaxt kapitan Təqsirləndirilən şəxs sol gicgah nahiyəsində qızartı olduğunu görmüşdür. Düzülüşdən sonra taborun yataqxanasının qarşısında olarkən MAHHXHQ-su əsgər ŞahidN ona yaxınlaşıb necə olduğunu, hər hansı xəsarətinin olub-olmadığını soruşmuş, o, isə hadisəni olduğu kimi danışmış və sadəcə sifətinin sol tərəfində sıyrıq olduğunu demişdir. Həmçinin MAHHXHQ-su baş çavuş Zərərçəkmiş şəxs ifadəsində hadisədən dərhal sonra kapitan Təqsirləndirilən şəxslə qarşılıqlı şəkildə bir-birilərindən üzr istəyərək barışdıqlarını, özünün onu bağışlamaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barışdıqlarından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ-su kiçik çavuş Şahid1 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, N4 avqust N0N4-cü il tarixdən saat 08:00-dan N5 avqust N0N4-cü il saat 08:00-dək xidmət etdiyi artilleriya batareyasının şəxsi heyəti üzrə cavabdeh təyin olunmuş, tabor üzrə cavabdeh kapitan Təqsirləndirilən şəxs, tabor növbətçisi isə MAHHXHQ-su baş çavuş Zərərçəkmiş şəxs təyin edilmişdir. Saat 19 radələrində batareyanın şəxsi heyəti ilə birlikdə axşam yeməyinə gedib qayıtdıqdan sonra əl-üzünü yuyub yataqxanaya daxil olmuş, saat N0 radələrində yataqxanada olarkən yataqxanada olan zabitlər otağından səs-küy gəldiyini eşitmiş, həmin vaxt kapitan Şahid3 və MAHHXHQ-su əsgər ŞahidN də yataqxananın dəhlizində olmuş, onlar səs-küyü eşidib dərhal zabitlər yataqxanasına daxil olmuşlar və daxil olan zaman görmüş ki, yataqxanadakı iki mərtəbəli çarpayıların arasında kapitan Təqsirləndirilən şəxs MAHHX HQ baş çavuş Zərərçəkmiş şəxs kitelinin yaxasından tutub çarpayıya söykəmiş, baş çavuş Zərərçəkmiş şəxs isə kapitan Təqsirləndirilən şəxs hər iki qolundan tutmuşdur. O, kapitan Şahid3 və MAHHXHQ-su əsgər ŞahidNlə dərhal yaxınlaşıb kapitan Təqsirləndirilən şəxslə baş çavuş Zərərçəkmiş şəxs aralaşdırmış, aralaşdırdıqdan sonra kapitan Təqsirləndirilən şəxs onlara çölə çıxmaqları barədə göstəriş vermiş və onlar çölə çıxan zaman baş çavuş Zərərçəkmiş şəxs da yataqxanadan çölə çıxmışdır. Daha sonra saat N1 radələrində kapitan Təqsirləndirilən şəxs taborun şəxsi heyətinə sıra meydanında düzülmək barədə əmr vermiş, taborun şəxsi heyəti sıra meydanında düzüldükdən sonra kapitan Təqsirləndirilən şəxs taborun şəxsi heyətinin qarşısında baş çavuş Zərərçəkmiş şəxs sıranın qarşısına çıxmağı barədə əmr vermiş, baş çavuş Zərərçəkmiş şəxs sıranın qarşısına çıxdıqdan sonra kapitan Təqsirləndirilən şəxs yeməkxana növbətçilərinə tutduğu iradı baş çavuş Zərərçəkmiş şəxs səhv başa düşüb özünə deyildiyini zənn edib kobud cavab verdiyini demiş və bu səbəbdən aralarında anlaşılmamazlıq olduğunu, həmçinin aralarında heç bir inciklik olmadığını bildirmiş, baş çavuş Zərərçəkmiş şəxs da kapitan Təqsirləndirilən şəxs yeməkxana növbətçilərinə bildirdiyi iradı özünə deyildiyini zənn etdiyindən kobud cavab verdiyini deyib üzr istəmişdir. Daha sonra taborun şəxsi heyətinin qarşısında kapitan Təqsirləndirilən şəxslə baş çavuş Zərərçəkmiş şəxs görüşüb, barışmış, həmin vaxt baş çavuş Zərərçəkmiş şəxs sol gözünün ətrafında sıyrıqlar olduğunu görmüş, həmçinin kapitan Təqsirləndirilən şəxs də sol gicgah nahiyəsində qızartı olduğunu görmüş, başqa hər hansı xəsarət aldıqlarını görməmişdir. Bundan sonra hadisə barədə hərbi hissə komandanlığına məruzə edildiyini öyrənmiş və həmin gün axşam saatlarında kapitan Təqsirləndirilən şəxslə baş çavuş Zərərçəkmiş şəxs hərbi hissəyə göndərilmişlər. Təxminən bir neçə gün sonra hərbi hissədə baş çavuş Zərərçəkmiş şəxs hadisənin hansı səbəbdən baş verdiyini soruşduqda baş çavuş Zərərçəkmiş şəxs hadisəyə səbəb kapitan Təqsirləndirilən şəxs yeməkxana növbətçilərinə bildirdiyi iradi özünə deyildiyini zənn edib kapitan Təqsirləndirilən şəxs kobud cavab verdiyini demiş və bu səbəbdən aralarında mübahisə yarandığını bildirmiş, həmçinin sol gözünün ətrafını kapitan Təqsirləndirilən şəxs əli üzünə dəyən zaman dırnağının zədələdiyini demiş və kapitan Təqsirləndirilən şəxs də sol gicgah nahiyəsinin çarpayının küncünə dəydiyindən xəsarət aldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş MAHHXHQ-su əsgər ŞahidN və kapitan Şahid3 oxşar məzmunlu ifadələr verərək, Şahid1 ifadəsində göstərilənləri təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, şahidlərin ifadələri bir-birini istisna etmir. Məhkəmə onların bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq hesab edir ki, hadisələrin təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N4-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəyini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.N0N4-cü il tarixli qərardan görünür ki, MAHHXHQ-su baş çavuş Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 81-8N). Məhkəmə hesab edir ki, bu sübutla cinayət işi üzrə zərərçəkmiş şəxsin kimliyi öz təsdiqini tapır. N №-li hərbi hissənin zədələnmələrin qeydiyyatı kitabından edilmiş çıxarışdan görünür ki, MAHHXHQ-su baş çavuş Zərərçəkmiş şəxs xx.xx.N0N4-cü il tarixdə “sol gözaltı nahiyənin sıyrılmış yarası” diaqnozu ilə hərbi hissənin tibb məntəqəsində qeydiyyata alınmışdır (i.v İ cild 39). X1 “Məhkəmə-Tibbi Ekspertizası”nın N6 avqust N0N4-cü il tarixli, 463 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət- “sifətin sol yarısının sıyrıqları”- tinli bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin olunmur (i.v İ cild 57). Məhkəmə hesab edir ki, bu sübutlarla baş vermiş hadisə nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına zərər vurulması, vurulan zərərin xarakteri və dərəcəsi öz təsdiqini tapır. N №-li hərbi hissə komandirinin N avqust N0N4-cü il tarixli N16 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, kapitan Təqsirləndirilən şəxs həmin tarixdən hərbi hissənin 5-ci motoatıcı tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsinə təyin edilmişdir (İ.v İ cild 30). N №-li hərbi hissə komandirinin N oktyabr N0N3-cü il tarixli N95 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdən hərbi hissənin 5-ci motoatıcı taborun 18-ci motoatıcı bölüyünün 3-cü taqım komandirinin müavini-manqa komandiri vəzifəsinə təyin edilmişdir (İ.v İ cild 31). N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xx.xx.N0N4-cü il tarixli arayışdan göründüyü kimi hərbi hissənin 5-ci taborunun 18-ci bölüyünün 3-cü taqımının 1ci manqasının komandiri-taqım komandirinin müavini MAHHXHQ-su baş çavuş Zərərçəkmiş şəxs 5-ci tabor komandirinin maddi-texniki təminat üzrə müavini kapitan Təqsirləndirilən şəxs tabeliyində xidmət edir (İ.v İ cild 51). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hərbi qulluqçu olmaları və onlar arasında tabelik münasibətlərinin olması öz təsdiqini tapır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Təşkilat İnspeksiya İdarəsinin Əməliyyat statistik informasiya bölməsindən alınmış xx.xx.N0N4-cü il tarixli tələbnamədən görünür ki, kapitan Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v İ cild 61). Məhkəmə hesab edir ki, bu sübutla kapitan Təqsirləndirilən şəxs məhkumluğunun olmaması və ona residivə görə cəza təyin etmək üçün əsasların olmaması öz təsdiqini tapır. N05 №-li hərbi hissə tərəfindən təqdim edilmiş 30 avqust N0N4-cü il tarixli 760 №-li arayışdan görünür ki, kapitan Təqsirləndirilən şəxs 30 avqust N0N4-cü il tarixdə N05 №-li hərbi hissənin Qarnizon Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və kapitan Təqsirləndirilən şəxs sağlam olmaqla hərbi xidmətə yararlı hesab edilmişdir (i.v İ cild 54). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış xx.xx.N0N4-cü il tarixli, 11866 №-li və xx.xx.N0N4-cü il tarixli 1N511 №-li cavab məktublarından görünür ki, Cəlilabad rayonunun Privolnoye kəndində yaşayış yeri üzrə daimi qeydiyyatda olan, xx.xx.1994-cü təvəllüdlü Təqsirləndirilən şəxs həmin tibb müəssisəsində müalicədə olmamışıdır (i.v İ cild 155). “Cəlilabad rayon Mərkəzi Xəstəxanası” X4 tərəfindən Naxçıvan Hərbi Prokurorluğuna ünvanlanmış xx.xx.N0N4-cü il tarixli, 18-1-3N/N-1668/N0N4 №-li cavab məktubundan görünür ki, xx.xx.1994-cü təvəllüdlü Təqsirləndirilən şəxs həmin xəstəxanada ruhi-əsəb və narkoloji xəstə kimi dispanser qeydiyyatı olmamışdır (i.v İ cild 94). Məhkəmə hesab edir ki, bu sübutlarla Təqsirləndirilən şəxs sağlamlıq və hərbi xidmətə yararlılıq vəziyyəti, onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasların olmaması öz təsdiqini tapır. N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xx.xx.N0N4-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs kapitan Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmuşdur (İ.v İ cild 3N). N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xx.xx.N0N4-cü il tarixli arayışdan görünür ki, kapitan Təqsirləndirilən şəxs xx.xx.N0N3-xx.xx.N0N3-cü il tarixlərində Ağdam rayon istiqamətində gedən “Antiterror” əməliyyatlarında iştirak edib (İ.v İİ cild 71). Kapitan Təqsirləndirilən şəxs xidməti vərəqəsinin surətindən görünür ki, o xidmət müddəti ərzində vəzifə borclarını layiqincə yerinə yetirdiyinə görə və xidmətdə fərqləndiyinə görə müvafiq hərbi hissə komandanlıqları tərəfindən müxtəlif tarixlərdə N5 (iyirmi beş) dəfə müxtəlif həvəsləndirmə tədbirləri ilə mükafatlandırılıb (İ.v İİ cild 59-70). Notariat qaydasında təsdiq edilmiş medal vəsiqələrinin surətlərindən görünür ki, xidmət müddəti ərzində təqsirləndirilən şəxs kapitan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin N4 iyun N0N1-ci il tarixli, N7N4 №-li Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin N4 iyun N0N1-ci il tarixli, N7N0 №-li Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Nazrlər Kabinetinin 1N mart N0N4-cü il tarxli, 148s №-li Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə, Azərbaycan Respublikası Müdafiə nazirinin N6 iyun N018-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” Yubiley medalı ilə, N6 iyun N0N3-cü il tarixli əmri ilə ”Qüsursuz Xidmətə görə” 3-cü Dərəcəli medal ilə təltif edilmişdir (i.v İİ cild 53-57). Məhkəmə hesab edir ki, bu sübutla kapitan Təqsirləndirilən şəxs bir hərbi qulluqçu kimi şəxsiyyətini və işə münasibətini xarakterizə edən hallar öz təsdiqini tapır. “Qətimkan tədbirinin seçilməsi haqqında” 08 oktyabr N0N4-cü il tarixli qərardan görünür ki, həmin tarixdə kapitan Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ.v İ cild 1N7-1N8). Məhkəmə hesab edir ki, bu sübutla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi öz təsdiqini tapır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs notariat qaydasında təsdiq edilmiş xx.xx.N0N4-cü il tarixli ərizələrindən görünür ki, onlar barışmışlar və zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur (i.v İİ cild 11, 13 ). Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 3N9.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən halların mövcudluğu və cəzanı ağırlaşdıran halların olmaması təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr N005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci N8.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.N-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1N6.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N44.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar N009-cu il, “Xirvisari Finlandiyaya qarşı” N7 sentyabr N001-ci il, “XNrşı” 09 dekabr 1994cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 199N-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverni Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart N010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 3N9.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvəllərin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsinə əsasən hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar. Vəzifəsindən asılı olmayaraq, hərbi qulluqçular xidmət məsələləri üzrə bir-birinə «Siz» deyə müraciət etməlidirlər. Hərbi qulluqçular bir-birinə şəxsən müraciət etdikdə, qoşun yaxud xidmət növünü göstərmədən hərbi rütbələrini deməlidirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 47-ci maddəsinə əsasən komandir (rəis) Azərbaycan Respublikasının siyasətini ardıcıllıqla və möhkəm surətdə həyata keçirməli; tabeliyində olanların təlim-tərbiyəsinin təşkiledicisi və rəhbəri olmalı; hərbi hissənin, gəminin (bölmənin) idarə olunması üsullarını daim təkmilləşdirməli; kadrlarla bacarıqla işləməli; öz təşkilatçılıq qabiliyyətini inkişaf etdirməli və metodik vərdişini təkmilləşdirməli; tabeliyində olanların təlim-tərbiyəsinin səmərəliliyinin artırılması işinə kömək göstərə biləcək bütün yenilikləri həyata keçirməli; tabeliyində olanlara qarşı yüksək tələbkarlıq və prinsipiallıq göstərməklə nöqsanlara göz yummamalı, tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, kapitan Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi) mövcud olmuşdur. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsi, o cümlədən şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də məhkəmə istintaqında tədqiq edilmiş “Məhkəmə-Tibbi Ekspertizası”nın 04 sentyabr N0N4-cü il tarixli 463 №-li rəyi və işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etməsi mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin hazırki cinayət işinə onların barışması ilə bağlı xitam verilməsinə dair müraciətləri və iş materiallarında olan yazılı ərizələrinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə cinayət işinə tərəflərin barışması nəticəsində xitam verilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.N və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul N011-ci il tarixli qərarına əsasən mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində qeyd olunmuşdur ki, • 73.1. Böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. • 73.N. Bu Məcəllənin 1N7.1, 1N8, 1N9, 130, 131.N, 133.1, 134, 14N.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. • 73.3. Başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.N və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul N011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ictimai təhlükəsizliyə və ictimai qaydaya qarşı və ya dövlət hakimiyyəti əleyhinə olan cinayət işlərində tərəflərin barışması nəticəsində cinayət təqibinə xitam verilməsi CM-in 73-cü maddəsinin tələbləri ilə uyğunsuzluq təşkil etmiş olardı. CM-in 73-cü maddəsinin mənasına görə cinayət məsuliyyətindən azad edilmə yalnız konkret şəxslərin hüquqlarına və qanuni maraqlarına qəsd edən cinayətlər üzrə yolveriləndir. Buna görə də, məsələn, ədalət mühakiməsi əleyhinə olan işlərdə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə CM-in 73-cü maddəsinin tələblərinə cavab verməyən kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 0N aprel N01N-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1N və 59.N-ci maddələrinin müddəalarına müvafiq olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsdən üzr istəyərək, onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə edilməsini, bir hərbi qulluqçu kimi xidmətdə fərqləndiyinə görə yuxarı komandanlıqlar tərəfindən dəfələrlə müxtəlif medal və həvəsləndirmə tədbirləri ilə təltif edilməsini, xx.xx.N0N3-xx.xx.N0N3-cü il tarixlərində Ağdam rayon istiqamətində gedən “Antiterror” əməliyyatlarında iştirak etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə istintaqında verdikləri ifadələri, onların notariat qaydasında təsdiq edilmiş xx.xx.N0N4-cü il tarixli ərizələri, N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xx.xx.N0N4-cü il tarixli xidməti xasiyyətnamə, N №-li hərbi hissənin komandanlığı tərəfindən verilmiş xx.xx.N0N4-cü il tarixli arayış, kapitan Təqsirləndirilən şəxs xidməti vərəqəsinin surəti və notariat qaydasında təsdiq edilmiş medal vəsiqələrinin surətləri ilə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.N-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul N013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral N017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirli bilinən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzanın növü və həddinin seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, kapitan Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsinin sanksiyasında- bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində müəyyən edilmiş (maddə 59.1.1N) və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmişlə barışdığından ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni N il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini (cinayətin bir epizod üzrə törədilməsini, həyata keçirilmə üsulunu, baş vermiş nəticənin ağırlıq dərəcəsini və.s), onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Başqa sözlə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin bir epizod üzrə törədilməsi, cinayətin törədilmə üsulu, baş vermiş nəticənin ağırlıq dərəcəsi, təqsirkarın cinayətin törədilməsindən sonrakı davranışı, yəni onun hadisənin törədilməsindən dərhal sonra zərərçəkmişə yaxınlaşaraq ondan üzr istəməsi və.s kimi hallar təqsirləndirilən şəxsin sabit kriminal meyilliliyinə və nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə dəlalət etmir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama və azadlıqdan məhrumetmə cəzalarının işin faktiki hallarına, təqsirli bilinən şəxsin şəxsiyyətinə, əməlin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla ağır olmaları qənaətinə gəlir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə ilə bağlı cəzanın təyin edilməsi onun öz ailəsi ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsin özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər ki, bu kimi hallar da məhkumun islah olunmasına, həmçinin Cinayət Məcəlləsinin 41.N-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsinə xidmət edə, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməz. Məhkəmə hesab edir ki, kapitan Təqsirləndirilən şəxs barəsində hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsi haqqında qərarın çıxarılması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətlidir. Məhkəmə təqsirli bilinən şəxsə təyin olunan cəzanın növünü müəyyən edərkən cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.N-ci maddələrinin şərh edilməsinə dair” N5 iyul N0NN-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyini də nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd olunmuşdur ki, cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Məhkəmə təqsirkar Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı 08 oktyabr N0N4-cü il tarixdə seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələblərinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.8-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza hərbi qulluqçuların xidmət yeri üzrə hərbi hissə komandiri tərəfindən icra edilir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi N №-li hərbi hissənin komandanlığına, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandanlığına həvalə olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, təqsirli bilinən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. İş üzrə məhkəmə xərci, maddi sübut, mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq pul təminatından 8% (səkkiz faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 4 (dörd) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs hazırda xidmət etdiyi Müdafiə Nazirliyinin N №-li hərbi hissənin komandirinə, xidmət yerini dəyişərsə həmin hərbi hissənin komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri bu hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan N0 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm N0 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Abil Orucəliyev
Məhkəmə qərarları › İş №1-1(092)-61/2024
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-61/2024
20.11.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver