Məhkəmə qərarları › İş №1-1(092)-61/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-61/2025

04.12.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-61/2025 04.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Həsənov Polad Vəli oğlunun sədrliyi, Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1986-cı il tarixdə Şərur rayonunda doğulmuş, Şərur rayonunun Tənənəm kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, cinayət törədilən zaman Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci minaatan batareyasının 1ci minaatan taqımının 2-ci minaatanının sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş, 13 avqust N5-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmaqla qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Şərur rayon şöbəsinə göndərilmiş, hazırda işsiz, barəsində xx.xx.N5-ci il tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 134-cü mаddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Eyvazov X4 Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci minaatan batareyasının 1-ci minaatan taqımının 2-ci minaatanının sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 16 iyun N5-ci il tarixdə saat 19:30 radələrində iş vaxtı bitdiyindən xidmət yerindən çıxıb Şərur rayonunun Tənənəm kəndində yerləşən fərdi yaşayış evinə getmiş, həmin gün saat 20 radələrində yuyunmaq üçün hamama gedərkən arvadı Zərərçəkmiş şəxs evin zirzəmisində gizlin şəkildə mobil telefonla başqa şəxsə mesaj yazmasını görüb yanına gedərək mobil telefonu sonuncunun əlindən aldıqdan sonra Zərərçəkmiş şəxs mobil telefonun təhlükəsizlik kodunu istəmişdir. Arvadı Zərərçəkmiş şəxs mobil telefonun təhlükəsizlik kodunu deməkdən imtina etdiyinə üçün aralarında yaranmış ailə münaqişəsi zəminində əsgər Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs yaşadıqları evə apardıqdan sonra mobil telefonun təhlükəsizlik kodunu ona demədiyi üçün əsəbiləşərək mətbəxdə olan qaz sobasının üzərindəki çaydanı götürüb içərisində olan qaynar suyu qəsdən arvadı Zərərçəkmiş şəxs üzərinə atmış, sonra onun saçından tutub yerə yıxaraq balon qapağını bağlayan dəmir alətlə başına və sifətinə vurmuş, əli ilə və köynəklə sonuncunun boğazından sıxmışdır. Fiziki zorakılığa məruz qalan Zərərçəkmiş şəxs səsinə övladı Şahid5 gələrək mübahisəni sonlandıqmadıqları halda əlində olan üzqırxanla özünə xəsarət yetirəcəyini bildirsə də, Təqsirləndirilən şəxs buna məhəl qoymayaraq arvadı Zərərçəkmiş şəxs ayağa qaldırıb boğazını sıxaraq divara söykəmişdir. Həmin vaxt kömək məqsədilə gələn Təqsirləndirilən şəxs həmkəndlisi Şahid4 Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs zor tətbiq etməsini görüb onu kənara çəkmiş, Zərərçəkmiş şəxs çölə çıxıb həyətyanı sahəyə qaçarkən Təqsirləndirilən şəxs soyuducunun üzərində olan məişətdə istifadə edilən bıçağı götürərək onun arxasınca qaçmışdır. Zərərçəkmiş şəxs həyətyanı sahədə arxasına dönərək qaçarkən ayağı sürüşərək arxası üstə yerə yıxılmış, həmin vaxt onun arxasınca qaçan Təqsirləndirilən şəxs da ayağı sürüşdüyündən onun üzərinə yıxıldığından sağ əlində olan mətbəx bıçağı arvadı Zərərçəkmiş şəxs sol qolaltı nahiyəsini kəsmişdir. Təqsirləndirilən şəxs göstərilən əməlləri nəticəsində arvadı Zərərçəkmiş şəxs sağlamlığının qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid “sifətin, boyunun və döş qəfəsinin sol yarısının, sağ çiyinin ön səthinin, sağ ayağın İV barmağının İ-İİ dərəcəli termiki yanıqları” və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan “sol bazunun yuxarı 1/3-nin iç səthinin deşilmiş-kəsilmiş yarası, sol gözün ağlı qışasının və sol yanağın selikli qişasının qansızmaları, sol gicgahın yumşaq toxumalarının əziyi” xəsarətləri yetirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, barəsində istintaq olunan cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin aparılması üçün cinayət işinin istintaqının tapşırıldığı Naxçıvan Hərbi Prokurorluğunun böyük müstəntiqi, ədliyyə kapitanı X7 12 avqust N5-ci il tarixdə Şahid5 Şərur rayonu Tənənəm kəndində yerləşən fərdi yaşayış evində şahid qismində ifadəsini alarkən həmin vaxt yaşayış evinin həyətyanı sahəsində olan Təqsirləndirilən şəxs və arvadı Zərərçəkmiş şəxs arasında yenidən ailə münaqişəsi zəminində mübahisə yaranmış, bu səbəbdən saat 12:40 radələrində ədliyyə kapitanı Nadir Tahirov istintaq hərəkətlərini dayandırıb yaşayış evindən çıxarkən Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxsla birlikdə yaşamaq istəmədiyini bildirib həyətə getmiş, Təqsirləndirilən şəxs sonuncunun bu hərəkətindən əsəbiləşib yaşadığı evdən məişətdə istifadə edilən bıçağı götürərək həyətyanı sahədə arvadı Zərərçəkmiş şəxs üzərinə hücum edib onu öldürməklə hədələməyə başlamış, buna görə Zərərçəkmiş şəxs qızı Şahid1 ilə birlikdə ədliyyə kapitanı N.Tahirova məxsus avtomobilin arxa oturacaqlarına minib qapını örtmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs oturduğu avtomobilin arxa sol qapısını açıb onu öldürməklə hədələməyə davam edərək əlində olan bıçağı ona istiqamətləndirərkən ədliyyə kapitanı N.Tahirov onu qolundan tutub kənara çəkmiş, sonra Təqsirləndirilən şəxs avtomobilin arxa sağ qapısını açıb təkrar arvadı Zərərçəkmiş şəxs qarşı həmin hərəkətlərini davam etdirərkən ədliyyə kapitanı N.Tahirov onu avtomobildən uzaqlaşdırmış, bundan istifadə edən Zərərçəkmiş şəxs avtomobildən düşüb həyətyanı sahədə olan qapını açaraq qonşu həyətə keçmək istədikdə yenidən H.Şahid5ndə olan bıçaqla sonuncunun arxasınca qaçmış, ədliyyə kapitanı N.Tahirov Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs təkidlə öldürməklə hədələməsini və hədənin icra ediləcəyi üçün real əsaslar olmasını görüb Təqsirləndirilən şəxs arxasınca qaçıb tutaraq onun sağ əlində olan bıçağı əlindən alarkən Təqsirləndirilən şəxs yaxınlıqda olan dəmir su qabının içərisinə yıxılmış, həmin vaxt ədliyyə kapitanı N.Tahirov sol əli ilə Təqsirləndirilən şəxs bıçaq olan sağ əlini yerə sıxaraq onu zərərsizləşdirdikdə Təqsirləndirilən şəxs öz hərəkətlərini davam etdirməsinə maneə olan N.Tahirovun sol qol nahiyəsindən dişləmiş, sonuncunun onu buraxmadığını görüb bıçağın kəsici hissəsindən sol əli ilə yapışmış, Təqsirləndirilən şəxs əlində olan mətbəx bıçağını almaq üçün köməyə gəlmiş oğlu Şahid5 bıçağın dəstək hissəsindən tutub dartdıqda bıçağın dəstək hissəsi əyilərək qırılmış və bıçağın kəsici hissəsi Təqsirləndirilən şəxs əlinin iç səthini kəsmişdir. Bununla da, Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməklə arvadı Zərərçəkmiş şəxs hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla öldürməklə hədələmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 134-cü mаddələri ilə ona elan edilmiş ittiham üzrə ilkin olaraq özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 01 yanvar N0-ci il tarixdə Azərbaycan Respubikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmaqla, N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursunu keçdikdən sonra N nömrəli hərbi hissədə hərbi xidmətə başlamışdır. 20 dekabr N4-cü il tarixdən N nömrəli hərbi hissənin 2-ci minaatan batareyasının 1-ci minaatan taqımının 2-ci manaatanının sürücüsü vəzifəsinə təyin edilməklə 13 avqust N5-ci il tarixədək həmin vəzifədə və əsgər hərbi rütbəsində xidmət etmiş, xx.xx.N5-ci il tarixdən isə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmaqla qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Şərur rayon şöbəsinə göndərilmişdir. Zərərçəkmiş şəxs ilə 2006-ci ilin sentyabr ayında ailə həyatı qursa da, rəsmi nikaha 14 yanvar 2009-cu il tarixdə düşmüş və evliliklərindən üç övladı - iki qızı və bir oğlu vardır. Birinci hadisədə yəni, 13 iyun N5-ci il tarixdə işdən evə gəlmiş, yeməklərini yeyib və yatmağa getmişlər. Siqareti qurtarmış, siqaret kitelin cibində olduğundan Əfsanədən kitelinin harada olduğunu soruşmuş, o da kitelin uşaqların yataq otağında olduğunu demişdir. Kitelin cibindən siqareti götürmək üçün uşaqların yataq otağına gedəndə mobil telefonun işığının qızı Cuşvərin üzünə düşdüyünü görmüşdür. Uşağın mobil telefon işlətməsinə qarşı olduğunu, çünki övladlarının oxuyub təhsil almasını istəmişdir. Telefonu uşaqdan almış, özlərinin yatdığı yataq otağına gəmiş, Əfsanədən bunun səbəbini soruşmuş, o da bilmədiyini demişdir. Telefondan o qədər də anlayışı olmasa da, baxmış ki, telefonda whatsapp işarəsi vardır və onun üzərinə toxunanda yazışmaları, videoları, səs yazılarını görmüşdür. Əfsanədən bunun nə olduğunu soruşduğu vaxt Əfsanə “qız bıçaq götürüb çölə qaçdı” demiş, bu vaxt o da qızın dalınca çıxmış, gecə saat 22:00-dan səhər saat 07:30-dək Cuşvəri axtarsa da tapa bilməmişdir. Evə gəlib hazırlaşmış işə gedəndə həmin telefonu da özü ilə işə aparmışdır. İşə gedəndə Əfsanəyə “qızı başa sal” demiş, işdə olduğu zaman telefonda olan səs yazılarına qulaq asmış, söhbətləri oxumuş, hətta anasına da zəng edib qızının etdiyi əməlləri demişdir. İyin ayının 14-ü axşam işdən evə gələndə Əfsanəyə “qızı çağır” demiş, Əfsanə də Cuşvərin buralarda olduğunu, gələcəyini demişdir. Kiçik qızı bacısının aşağı qaçdığını demiş, o da qızı axtarmağa çıxmış və Cuşvəri kənd mərkəzində qapının küncündən tapıb evə gətirmişdir. Qızı danlamış, onu başa saldığını, “ona səni hazırlıqlara qoymuşam, oxu əlinə sənət al sonra mən sənə istədiyin telefonu alacam” demiş, qızı döyməmiş, sadəcə başa salmış, Əfsanəyə də “qızı başa sal” demişdir. Həmin gün keçdiyini, 15 iyun tarixində poliqonda qalmışdır. Əfsanə “tutduğum əməlimdən peşmanam, məni Əshabi-Kəhfə apar tövbə edəcəm” demiş, o da razılaşmışdır. Söhbət edəndə Əfsanə doşab aparıb satacağını və uşaqlara əyin-baş alacağını demiş, o da telefonunu düzəltdirməsi üçün ona vermiş, günorta saatlarında işdə olduğu vaxt əlaqə saxlamış, nə edə bildiklərini soruşmuş, Əfsanə al-ver etdiyini, telefonu düzəltirdiyini və yolda olduqlarını demişdi. 16 iyun tarixində işdən evə gəlmiş, Əfsanəyə çay qoymasını tapşırmış, Əfsanə də “yaxşı” deyib çay qoymağa getmiş, oğlu Əliyə pul verib “Əli çox susamışam anan çay hazırlayana qədər get hərəmizə bir dənə olmaqla 2 Hell al gətir içək” demiş və Əli dükana getmişdi. Paltarını dəyişib otaqdan çıxanda kiçik qızı cizgi filminə baxmaq üçün telefonunu istəmiş, telefonunu ona vermiş və o, bala balkon dedikləri balkonda uzanıb telefona baxmağa başlamışdı. Aşağıya enib hamama getmək istədikdə Cuşvərin ayaqyoluna, Əfsanənin isə zirzəmiyə getdiyini görmüşdür. Ayaqyolu ilə hamam bir yerdə olduğundan yuyunmaq üçün qızın çıxmasını gözləmiş, həmin vaxt Əfsanənin dalınca zirzəmiyə enəndə Əfsanənin zirzəminin pəncərəsinin yanında dayanıb telefonla yazışdığını görmüşdür. Əfsanəyə “bu nədir?” deyə soruşduğunda “bay mən ölüm yenə tutuldum, mən ölüm yenə tutuldum” demiş və telefonu arxasına aparmışdı. Onu qucaqlayıb telefonu əlindən almaq istədikdə o tez telefonu kilidə salmış, telefonu əlindən almış, “telefonun kilidini aç” dediyində “bilmirəm” demiş, dəfələrlə açmasını desə də açmamışdı. Həmin vaxt Cuşvər də gəlmiş, Əfsanə qışqırmağa başlayıb, “Cuşvər qoyma bu bizi öldürəcək” demiş, ona “əgər mən səni öldürmək istəsəydim may ayının 13-ü öldürərdim, 14-ü öldürərdim, 15-i öldürərdim, qalx yuxarı” demiş, Əfsanəni zorla yuxarı qaldırmış və yuxarıda yenə də təkidlə telefonun şifrəsini istəsə də şifrəni deməmişdi. Əfsanə ayaqlarını yerə döyə-döyə uşaqların otağına keçmiş, onu qorxutmaq məqsədi ilə çaydanı götürüb Əfsanəyə “şifrəni de, yoxsa bunu təpənə atacam” demiş, Əfsanə yenə də “açmıram” demiş, o da çaydanla Əfsanəyə vurmuş, Əfsnanə “vay yandım vay yandım” dediyində o “yanmazsan” demişdir. Əfsanə bala balkona çıxmış, o da dalınca çıxmış və onun başına iki dəfə yumruqla vurmuşdur. Köynəklə Əfsanəni boğmaq söhbəti olmadığını, yalan olduğunu demişdır. Həmin vaxt Cuşvər kənd çayxanasına qaçıb Həmzəni çağırmış, Həmzə gəlib onu kənara itələmiş, bunlar qaçmış və Həmzə ilə yerdə həyətə enmişlər. Əlində bıçaq filan heç nə olmadığını, onun Əfsanəni öldürmək niyyəti olmadığını, əgər belə niyyəti olsaydı onu ayın 13-ü öldürə biləcəyini, gecə öldürəcəyini, 14-ü öldürəcəyini, 15-i öldürəcəyini demişdir. Birinci dəfə verdiyi izahatında da bunu qeyd etmiş, sadəcə onu çaydanla vurmuş, onu da qəsdən vurmadığını, telefonun kodunu açsın deyə qorxutmaq məqsədilə vurduğunu demişdi. İkinci hadisədə 11 avqust N5-ci ildə işdə olduğunu, ondan əvvəl hərbi prokurorluğun müstəntiqi gəlib kənd mərkəzinin inzibati binasında onun, uşaqların izahatını almışdı. Uşaqları-9 yaşlı qızını və oğlu Əlini heç kimə əmanət etmədiyi üçün özü ilə birlikdə işə aparıb-gətirirmiş, evdə qalsalar nəsə ola biləcəyini, çölə çıxsalar kimsə nəsə deyəcəyini, özünə nəsə edəcəyini düşünmüş və buna görə də uşaqları iki ay özü ilə birlikdə işə aparmışdır. 11 avqust N5-ci ildə işdə olduğu vaxt batareya komandiri ona “səni hərbi hissəyə çağırırlar” demiş, hərbi hissəyə getmiş, onu çağırdıqlarını demiş, zampolitin köməkçisinin çağırdığını demişlər. Qərargahın içində onu görmüş, “cənab mayor məni çağırmısız” demiş, o da “hə keç içəri” demiş, içəri keçdiyində X8u görmüş, Nadir Tahirovu əvvəldən tanımamış, “məni tanıyırsan?” soruşduğunda “xeyr” demiş, o da ona “hərbi prokurorluğun hər şeyi mənəm” demişdi. Ona demiş ki, “sən bilirsən neyləmisən?”, “nə etmişəm?” deyə soruşmuş, cavabında “sən adam öldürməyə cəhd göstərmisən” demiş, o da “xeyr mən adam öldürməyə cəhd göstərməmişəm, əgər adam öldürəsi olsaydım həmin vaxtlar öldürərdim” demişdi. 11 avqust N5-ci il tarixdə işdə olduğu vaxt ona zəng edərək səhər evdə olmağını, gəlib uşaqların izahatını alacağını demiş, səhəri gün uşaqları götürüb işə getmiş, vəziyyəti zampolitlə danışıb, buraxılış kağızını götürüb uşaqlarla evə qayıtmışdır. Evə çatmış, Nadir Tahirov mobil telefonuna zəng edib “darvaza qapını aç” deyib telefonu söndürmüş, oğlumu qapını açması üçün göndərmiş, Nadir Tahirov maşını həyətə sürəndən sonra darvaza qapısı açıq qalmışdı. Həmin vaxt paltarını dəyişib çıxmış ki, Əfsanə, müstəntiq və qızım gəlib. X8 uşaqdan izahat almaq üçün gəldiyini demiş, onu qırağa aparıb “heç bir söhbət-falan lazım deyil” dediyində o da ona “mənim nə işimə qalıb” demişdi. Müstəntiqə Əfsanəni göstərib “xahiş edirəm bunlar içəri keçməsin” demiş, Əfsanəylə Cuşvər həyətdə oturmuş sonra müstəntiq içəridə kompyuteri qoşmuş, Əfsanəni çağırıb barışmaq istəyib-istəmədiyini soruşmuş və Əfsanə də “yox” demişdi. Sonra onlar çölə çıxmış, müstəntiq Əlidən izahat almağa başlamış sonra Nadir Tahirov siqaret çəkmək üçün balkona çıxmış, soyuducunu açıb içinə, üstünə baxmış və döşəyi qaldırıb altına baxmışdı. Ondan nə lazım olduğunu soruşanda, o cavabında “səndə bıçaq olub” demiş, o da “rəis, hansı evdə bıçaq olmur ki? Hər evdə bıçaq var və ikincisi də ki, izahatımda da bildirmişəm ki, mənim əlimdə bıçaq olmayıb, o sadəcə çaydanı götürüb onun başına vurmuşam” demişdi. Müstəntiq Əfsanəni çağırıb anasının yuyub şkafda qaşıqların içinə, şkafın başına qoyduğu meyvə bıçağı göstərib “Əfsanə xanım bu bıçaq idi?” deyə soruşduğunda Əfsanə “yox böyük bıçaq idi” cavabını vermişdi. Müstəntiq kiçik qızımdan soruşub ki, “atan bıçağı neyləyib?”. Qızım “Bilmirəm axı polis əmi, yəqin nənəm bıçağı bibimgilə aparıb badımcan soymağa” demiş, müstəntiq “elə mənə bu lazım idi, mən sənin yeznəni də, ananı da, bacını da hərbi prokurorluğa apararam onda aydın olar” demiş, o da demiş ki, “ay rəis birinci o uşaqdı, ikinci də mən izahatımda da demişəm ki, məndə bıçaq olmayıb” demişdi. Müstəntiq kompyuterini yığışdırıb maşına qoyanda o pilləkənləri enmiş, böyük qızının kiçik qızını götürüb həyətdən qaçdığını görmüş, bu kənd kamerasına da düşmüş və həmin görüntünü telefonuna da köçürmüşdü. Hərbi prokurorluqdan heç kəs gedib kənd mərkəzindəki görüntüləri çıxarmamış, şahidləri dindirməmişdi. O Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə heç bir əlaqəsi olmadığını demişdi. Kiçik qızını Cuşvərdən almaq üçün qonşunun həyəti ilə kəsə yolla qaçanda Nadir Tahirov da dalınca qaçmış, palçıq olduğu üçün sürüşmüş, ayağı palçığa girmiş, ayağındakı şəpit burulmuş, Nadir Tahirov onu arxadan qucaqlamış, ayağı sürüşüb qalota keçmiş və həmin vaxt Mehdi ilə Nuşabə də çatmışdı. Əliyə demiş ki, “Əli atana kömək et. Atanam axı kömək elə”. Nuşabə “xaxın uşağının ürəyi dayandı axı ötür görək” demişdi. O setkadan hobbanıb 10-15 metr qaçdıqdan sonra qaça bilməyib çökmüş, çökən vaxtı Nadir Tahirov maşınla həyətdən çıxmış, yolda Əfsanəni və qızlarını da götürüb getmişdi. Əli gəlib “ata bacımı qaçırdılar demiş, o maşından bacısını almaq istəyəndə Cuşvər onun əlini dişləmiş, rəis də qapını bağlayıb maşını sürüb getmişdi”. Evə gəlib telefon naqilini hazırlamış və özünü öldürmək qərarına gəlmişdi. Əliyə kənd mərkəzinə gedib bir az fikrini dağıtmağı tapşırmış, Əli getdikdən sonra 102 xidmətinə zəng edib “övladını Naxçıvan Hərbi Prokurorluğunun müstəntiqi Nadir Tahirovla həyat yoldaşı Əfsanənin qaçırdığını, özünü bu səbəbdən öldürürəm” demiş və telefonu söndürmüşdür. Özünü asmaq üçün tövlədə nərdivanı qoyub çıxmaq istəyəndə Əlinin “ay ata səni çağırırlar” deməsini eşitmiş, çölə çıxanda hərbi polislə onların bölməsinin polis rəisinin həyətdə olduğunu görmüşdü. Köhnə hamama keçib orada ot biçən, odun doğrayan üçün saxladığı 2 litr benzini götürüb çölə çıxmış, benzini başına tökmüş, alışqanı əlinə almış, “bir metr yaxına gələ bilməzsiz, mənim uşağımı qaçırıblar” demişdi. Həmin vaxt hərbi polisin leytenantı hərbi prokurorun müavininə zəng etmiş, adını xatırlamadığı həmin müəllim “sən özünə heç nə eləmə, mən sənə söz verirəm, gəlirəm söhbət edərik” demişdi. Sonra hərbi hissənin komandiri, onun müavini, polis rəisi, rayon prokurorluğu da gəlib çatmış, onu sakitləşdirmişlər və benzini əlindən almışlar. Komandir dedi ki, “hər şey yaxşı olacaq, səni hərbi hissəyə aparıram, uşaqlarını da gətirəcəklər yanına, orda sənə ev verəcəyik uşaqlarınla bərabər yaşayacaqsan” demiş və onu hərbi hissəyə aparmışlar. Gecə dedim ki, “cənab polkovnik bəs mənim uşaqlarım?”. Dedi ki “gələcəklər”. Səhəri gün onu hərbi prokurorluğa gətirmişlər və bir saatın içində onu tərxis etmişlər. Yəqin ki, məsləhət belə imiş ki, təxris etmişlər. Ancaq onun 134-cü maddə ilə heç bir əlaqəsi olmamış və orda yazılanların çoxu şər və böhtan olduğunu demişdir. Təqsirləndirilən şəxs son sözündə özünü təqsirli bildiyini, törətdiyi əməllərdən son dərəcə peşman olduğunu və bir daha belə halların təkrarlanmayacağına söz verdiyini bildirərək ona daha yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, Eyvazov X4 Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci minaatan batareyasının 1-ci minaatan taqımının 2-ci minaatanının sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 16 iyun N5-ci il tarixdə saat 19:30 radələrində iş vaxtı bitdiyindən xidmət yerindən çıxıb Şərur rayonunun Tənənəm kəndində yerləşən fərdi yaşayış evinə getmiş, həmin gün saat 20 radələrində yuyunmaq üçün hamama gedərkən arvadı Zərərçəkmiş şəxs evin zirzəmisində gizlin şəkildə mobil telefonla başqa şəxsə mesaj yazmasını görüb yanına gedərək mobil telefonu sonuncunun əlindən aldıqdan sonra Zərərçəkmiş şəxs mobil telefonun təhlükəsizlik kodunu istəmişdir. Arvadı Zərərçəkmiş şəxs mobil telefonun təhlükəsizlik kodunu deməkdən imtina etdiyinə üçün aralarında yaranmış ailə münaqişəsi zəminində əsəbiləşərək mətbəxdə olan qaz sobasının üzərindəki çaydanı götürüb içərisində olan qaynar suyu qəsdən arvadı Zərərçəkmiş şəxs üzərinə atmış, həmin vaxt kömək məqsədilə gələn Təqsirləndirilən şəxs həmkəndlisi Şahid4 Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs zor tətbiq etməsini görüb onu kənara çəkmiş, Zərərçəkmiş şəxs çölə çıxıb həyətyanı sahəyə qaçarkən Təqsirləndirilən şəxs soyuducunun üzərində olan məişətdə istifadə edilən bıçağı götürərək onun arxasınca qaçmışdır. Zərərçəkmiş şəxs həyətyanı sahədə arxasına dönərək qaçarkən ayağı sürüşərək arxası üstə yerə yıxılmış, həmin vaxt onun arxasınca qaçan Təqsirləndirilən şəxs da ayağı sürüşdüyündən onun üzərinə yıxıldığından sağ əlində olan mətbəx bıçağı arvadı Zərərçəkmiş şəxs sol qolaltı nahiyəsini kəsmişdir. Təqsirləndirilən şəxs göstərilən əməlləri nəticəsində arvadı Zərərçəkmiş şəxs sağlamlığının qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid “sifətin, boyunun və döş qəfəsinin sol yarısının, sağ çiyinin ön səthinin, sağ ayağın İV barmağının İ-İİ dərəcəli termiki yanıqları” və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan “sol bazunun yuxarı 1/3-nin iç səthinin deşilmişkəsilmiş yarası, sol gözün ağlı qışasının və sol yanağın selikli qişasının qansızmaları, sol gicgahın yumşaq toxumalarının əziyi” xəsarətləri yetirmiş və Təqsirləndirilən şəxs bu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 -ci maddəsində nəzərdə tutulmuş, “Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlinin törədilməsi ilə nəticələnmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, barəsində istintaq olunan cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin aparılması üçün cinayət işinin istintaqının tapşırıldığı Naxçıvan Hərbi Prokurorluğunun böyük müstəntiqi, ədliyyə kapitanı X7 12 avqust N5-ci il tarixdə Şahid5 Şərur rayonu Tənənəm kəndində yerləşən fərdi yaşayış evində şahid qismində ifadəsini alarkən həmin vaxt yaşayış evinin həyətyanı sahəsində olan Təqsirləndirilən şəxs və arvadı Zərərçəkmiş şəxs arasında yenidən ailə münaqişəsi zəminində mübahisə yaranmış, bu səbəbdən saat 12:40 radələrində ədliyyə kapitanı Nadir Tahirov istintaq hərəkətlərini dayandırıb yaşayış evindən çıxarkən Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxsla birlikdə yaşamaq istəmədiyini bildirib həyətə getmiş, Təqsirləndirilən şəxs sonuncunun bu hərəkətindən əsəbiləşib yaşadığı evdən məişətdə istifadə edilən bıçağı götürərək həyətyanı sahədə arvadı Zərərçəkmiş şəxs üzərinə hücum edib onu öldürməklə hədələməyə başlamış, buna görə Zərərçəkmiş şəxs qızı Şahid1 ilə birlikdə ədliyyə kapitanı N.Tahirova məxsus avtomobilin arxa oturacaqlarına minib qapını örtmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs oturduğu avtomobilin arxa sol qapısını açıb onu öldürməklə hədələməyə davam edərək əlində olan bıçağı ona istiqamətləndirərkən ədliyyə kapitanı N.Tahirov onu qolundan tutub kənara çəkmiş, sonra Təqsirləndirilən şəxs avtomobilin arxa sağ qapısını açıb təkrar arvadı Zərərçəkmiş şəxs qarşı həmin hərəkətlərini davam etdirərkən ədliyyə kapitanı N.Tahirov onu avtomobildən uzaqlaşdırmış, bundan istifadə edən Zərərçəkmiş şəxs avtomobildən düşüb həyətyanı sahədə olan qapını açaraq qonşu həyətə keçmək istədikdə yenidən H.Şahid5ndə olan bıçaqla sonuncunun arxasınca qaçmış, ədliyyə kapitanı N.Tahirov Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs təkidlə öldürməklə hədələməsini və hədənin icra ediləcəyi üçün real əsaslar olmasını görüb Təqsirləndirilən şəxs arxasınca qaçıb tutaraq onun sağ əlində olan bıçağı əlindən alarkən Təqsirləndirilən şəxs yaxınlıqda olan dəmir su qabının içərisinə yıxılmış, həmin vaxt ədliyyə kapitanı N.Tahirov sol əli ilə Təqsirləndirilən şəxs bıçaq olan sağ əlini yerə sıxaraq onu zərərsizləşdirdikdə Təqsirləndirilən şəxs öz hərəkətlərini davam etdirməsinə maneə olan N.Tahirovun sol qol nahiyəsindən dişləmiş, sonuncunun onu buraxmadığını görüb bıçağın kəsici hissəsindən sol əli ilə yapışmış, Təqsirləndirilən şəxs əlində olan mətbəx bıçağını almaq üçün köməyə gəlmiş oğlu Şahid5 bıçağın dəstək hissəsindən tutub dartdıqda bıçağın dəstək hissəsi əyilərək qırılmış və bıçağın kəsici hissəsi Təqsirləndirilən şəxs əlinin iç səthini kəsmişdir. Bununla da, Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməklə arvadı Zərərçəkmiş şəxs hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla öldürməklə hədələmişdir. Təqsirləndirilən şəxs bu əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddələrində nəzərdə tutulmuş öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda” cinayət əməllərinin törədilməsi ilə nəticələnmişdir. Onun əməllərində cinayət tərkibi vardır və Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi, məhkəmə istintaqı zamanı özünün etirafı, cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə ailə həyatı qurduqdan bir müddət sonra onunla münasibətləri pisləşmiş, bir neçə dəfə aralarında sözlü mübahisələri olduğundan boşanmaq üçün məhkəməyə müraciət etsə də, sonradan barışmışdır. Hüseynlə əvvəldən də mübahisələri olurmuş, qız üstündə davaları olduğunu, Hüseyn qızla danışdığından buna görə də aralarında mübahisə yaranırmış. O telefon üstündə də mübahisələrinin olduğunu desə də, onların telefon üstündə mübahisələri olmamış, dəfələrlə döyülməyi də danışdığı qıza görə olurmuş. Ayın 18-də telefon tutulması hadisəsində əvvəl Cuşvərdə telefon tutmuşdu. Cuşvərin telefon işlətdiyini bilirdi. Qızı gecə baxmaq üçün telefonu ondan istəmiş, o da etiraz etməmiş və ona demiş ki, “qızın yazışmaları var”. Uşaq da bilmişdi ki, atası döyəcək, ona görə də qaçmışdı. Əgər onun yazışması var idisə, onu döyərdi də, bıçaqlayardı da. Səhərə qədər qızı axtarsaq da tapa bilmədik. Səhər Hüseyn işə gedəndə mənə qızı başa salmağı tapşırmış və Hüseyn işə gedəndən sonra qızı evə qayıtmış və onu başa salmışdı. Axşamüstü Hüseyn işdən gələndə Cuşvər “atam məni döyəcək” deyib yenə qorxub evdən qaçmış və kənddə yerləşən idarədə gizlənmişdi. Cuşvərə dedim ki, “atan döyməz. Başa salacaq. Döysəydi telefonu səndən alanda döyərdi”. Səhəri gün Hüseyn işə gedəndə “naryadam” demişdi. İşdən gələndə “çay qoy içək” demiş, o da çaydanı qaz sobasının üstünə qoymuşdu. Telefon əlində olduğu üçün telefonu zirzəmidə gizlətməyə aparmış və Hüseyn telefonu əlində görmüşdü. O da tez telefonu kilidə salmış. Demiş ki, “gəl çıxaq üstə”. Heç nə etməyəcəyinə and içib məni üstə aparmış və anama zəng etmişdi. Anam da “işin olmasın, əlini vurma, gəlib aparacam, boşatdıracam” demiş və telefonu söndürmüşdü. Onu da içəri qovmuş, dönmüş ki, çaydan Hüseynin əlindədir. Çaydanın altını yenicə keçirmişdim və qaynar olduğunu bilirdim. Hüseyn əlində çaydan içəri keçmiş, demişəm ki, “Hüseyn etmə yanaram”. Üstündə paltar olan stulu götürmüş ki, atsa paltara dəysin. Bir dəfə çaydanın suyunu atmış, suyun bir hissəsi çaydanda qalmışdı və yalvarsam da suyu atmışdı. Əgər qorxutmaq niyyəti olsa idi, çaydanı atmazdı. Çaydanın qaynar olduğunu bilirmiş. O balkona qaçanda saçından yapışmış, ayağı sürüşmüş və yıxılmışdı. Banka bağlayan balkonun pəncərəsində imiş, götürüb başına və çənəsinə vurmuşdu. Polislər vurduğu yerlərin şəklini çəkiblər. Vurduğu üçün ağzım qanamışdı, huşum getmişdi və yerə yıxılmışdım. Sonra köynəyi götürmüş əlinə dolamış onunla var gücü ilə boğmağa başlamış, ürəyi soyumamış və köynəyi yerə atıb əli ilə boğmağa başlamışdı. Əli hamamdan götürdüyü ülgüclə “ata anamı buraxmasan özümü doğrayacam” demiş, Hüseynin əli boğazında olduğu vəziyyətdə Əliyə tərəf dönüb “Əli eləmə, Əli eləmə” demişdi. Qızım deyəsən daş idi çırpıb şüşəni qırmışdı, demişəm ki, “anan ölsün qırdın ki, şüşə ilə bizi kəssin?”. Sonra Həmzə gəlmiş Hüseyni tutmuş və mən qaçmışam. Arxaya döndüm ki, qara saplı bıçaqla dalıma düşüb, ayağım büdrəyib yıxılmışam. Həmzə də Hüseynə mane olmaq üçün ayağını atmış və Hüseyn üstümə yıxılmışdı. Həmin vaxt Hüseynin əlindəki bıçaq qoluma keçmiş, qolumu yaralamışdı. Hüseyn öldürmək məqsədi ilə gəlirmiş və Həmzə Hüseyni tutub saxlamışdı. O da durub qonşunun həyətinə qaçmış, və həmin vaxt qızı polisə zəng etmişdi. İkinci dəfə baş verən hadisədə X8 zəng etdi ki, “Uşaqlardan izahat götürəcəyəm. Sən də gedək bıçağı göstər ki, bıçağı təhvil verək”. Nadir müəllimin maşını ilə evə getmişik, evə çatanda Nadir müəllim Hüseynə zəng etdi ki, “qapını aç”. Qapı bağlı imiş, oğlu Əli darvazanı açmış, Nadir Tahirov maşını həyətə sürmüşdü. Maşından düşəndə Hüseyn uşaqlara tərəf getməyə qoymamış, uşağın biri pəncərədən baxırmış. Əli ağlayırdı ki, “mama getmə”. Əslində barışacaqdım. Ancaq Hüseyn uşaqları məndən soyudub, onları yanıma gəlməyə qoymurdu. Acığa düşdüm, Tahirov Əlinin izahatını almaq istəyəndə gördü ki, Hüseynlə dilləşirik ona “çölə çıx” demiş, o da Cuşvəri götürüb çölə çıxmış, bunlar evdə qalmışdı və içəridə nə danışdıqlarını bilməmişəm. Bir az keçmiş Nadir Tahirov onu çağırdı ki, “Əfsanə xanım gəl içəri, göstər görək bıçaq hansıdır?”. Ancaq Nadir müəllimin içəridə haranısa yoxlamağını, hara baxmağını görməmişəm. Nadir müəllim də, biz də durduğumuz vaxt balaca qızı demiş ki, “atam yorğanın altına bıçaq, dəhrə qoyur. atam səni bıçaqlayacaq”. O da Nadir müəllimə demiş ki, “qorxuram, içəri gəlsəm Hüseyn mənə nəsə edər”. Nadir müəllim ona demiş ki, “qorxma, gəl bıçağı göstər”. Tahirov bıçağı göstərmiş, demişəm “yox o deyil”, çünki bıçaq qara saplı idi. Nadir müəllim uşaqlardan bıçağın harda olmasını soruşmuş, uşaqlar da demiş ki, “bıçaq bibimgildədir. Nənəm bibimgilə aparıb”. Nadir müəllim Hüseynə bıçağı təhvil verməyini desə də Hüseyn bıçağı verməmiş, Nadir Tahirovda “heç nə. Nə deyirəm ki” demiş və çantasını yığışdırmışdı ki, getsin. Həyətdə maşına tərəf gedəndə Əli ilə Xanım pilləkəndə durub baxırmış, onları aparmaq fikrim yox idi, qızım ağlayaraq “mama, mama” deyib çağırdı, döndüm, qızım dedi ki, “qaç”. Gördüm ki, Hüseyn bıçağı cibindən çıxarıb dalımca qaçırmış. Nadir müəllim mənə dedi ki, “tez maşına min yoxsa səni öldürəcək”. Qonşuya tərəf qaçmışam, qonşunun qapısı bağlı imiş. Əlimi başıma qoyub yerə çökmüşəm ki, ta məni vuracaq. Həmin vaxt Nadir müəllim çatıb Hüseyni tutmuş, ikisi də qalota yıxılmışdı. Nadir müəllim Hüseynin əlindən sıxdı ki, bıçağı atsın. Bıçağın ağız hissəsi də Hüseynin əlində imiş. Əliyə demişəm ki, “Əli qaç bıçağı atanın əlindən al”. Hüseyn bıçağı atanda bıçaq əlini kəsmişdi. Hüseyn bıçağı qırıb qonşunun həyətinə atmışdı ki, götürməsinlər, görsünlər ki qırıqdı. Böyük qızım bizim darvazadan, özüm də qonşunun həyətindən çıxdım. Cuşvərə dedim ki, bacını da götür gəl. Mən qızın əlindən yapışıb həyətdən çıxmamışam. Əgər mən uşağı oğurlayıramsa, polisə niyə zəng edirdim? Uşağı oğurlamaq fikrim olsaydı elə uşağı götürüb kənddən çıxardım ki, məni tapmasınlar. Gözləmişik ki, polis gəlsin. Qonşunun divarının yanında gözləmişik. Nadir müəllim gəldi, biz onun maşınına minəndə Əli gəldi ki, “mama qızı ver bura”. Demişəm ki, “Əli sən də gəl otur maşına gedək. Vallah səni də öldürəcək. Getmə”. Əli “yox heç nə etməyəcək qızı ver bura” demiş və kiçik qızını götürmək istəmişdi. Əli qızı dartanda bacısı Əlinin əlini dişləmiş, Əli əlini çəkəndə maşının qapısını örtüb getmişik. Onlar dalaşanda qonşular-Mehdi, Nuşabə orada olmamışlar. Onlar və Nadir müəllim olmuş və başqa heç kim olmamışdı. Kənd mərkəzində polislərin gəlməsini gözləmişik. Hüseyn şər olduğunu deyir, ancaq vallah şər deyil. O izahatını əvvəl necə vermişsə, eyni qayda da dediyini bildirmişdi. Bu övladlarının gözü qarşısında olan hadisədir. Birinci dəfə də, ikinci dəfə də bıçaq Hüseynin əlində olmuş, Həmzə də bıçağı Hüseynin əlində görmüş və bıçağı Hüseynin əlindən Həmzə alıbmış. Polis əməkdaşlarına baş verənləri danışan zaman demişlər ki, “Hüseyn hərbçi olduğu üçün biz bu işə baxa bilmərik, bizlik deyil”. Ancaq şəkili çəkib götürmüşdülər. O şər atmadığını, birinci dəfəki mübahisələrindən sonra o şikayətini geri götürmüş ki, qoy gedib işləsin, işində olsun. Ancaq baxmışam ki, yox dəyişən heç nə yoxdur. Onu vururmuş, qanını tökürmüş. Əvvəllər mübahisə edəndə onu uşaqlara görə bağışlamışam. Birinci dəfə qızının əlində telefon görmüş, sonuncu dəfə ayın 18-də onun əlində telefon tutanda ona demiş ki, “mənə xəyanət etdin, mən də qisas aldım. yaşa gör necə olur?” O yazışmaq, danışmaq məqsədilə etmədiyini, yazışdığı adamın da kim olduğunu bilməmiş və tanımamışdır. Ona xəyanət edəndə elə olacağını bilmirdi?. Sadəcə Hüseyndən qisas almaq, qısqandırmaq üçün etmiş və başqa məqsədi olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, Şahid4 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün o kənd mərkəzində olmuşdur. Cuşvər gəldi ki, “atam-anam savaşır”. Həmin vaxt heç kəs mübahisəni yatışdırmağa getməmişdi. O kənd mərkəzinə yenicə çatıb maşından düşmüşdü. Saman gətirdiyi üçün üst-başı pis imiş və elə maşında paltarını düzəldib getmiş Hüseyngilə. Cuşvər ondan əvvəl həyətə çatmışdı. Həyətə çatmışam ki, telefon haqq-hesabıdır. Balaca koridorda-şüşəbənddə idilər. Hüseyn “telefonu ver deyirdi”. Hüseyni tutub Əfsanəyə “çıx get” demişəm. Qonşu ilə məsafə səhv etmirəmsə 4-5 metr olardı. Əfsanə qonşuya keçmişdi. Vəssalam. Davanı aralamış və Əfsanə Cuşvərlə getmişdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş, Şahid5 ifadəsində göstərmişdir ki, hadisənin tarixini tam xatırlamadığını, həmin gün atası işdən gəlmiş, çay istəmiş sonra ona “Əli get 2 su al gətir hərəmiz birini içək” demiş və o su almaq üçün evdən çıxmışdır. Evə bir az gec gəlmiş, evə çatmış ki, atası ilə anası telefon üstündə mübahisə edirlər. Atası telefonun şifrəsini açmasını deyirmiş, anası isə bilmədiyini deyirmiş. Sonra atası qaz piltəsinin üstündən qaynar çaydanı götürüb anasının üstünə atmış, anası “yandım” deyib qışqırıb çölə qaçmış və həyətin qarşısında yerə yıxılmışdı. Atası anasının dalınca həyətə qaçanda anasının üstünə yıxılmışdı. Ancaq atasının əlindəki bıçağın anasının bədəninə batıb-batmamasını görməmiş və xatırlamamışdır. Həmin vaxt Həmzə əmi gəlib çatmış, atasını tutmuşdu. Anası qonşu Nazim əmigilin həyətinə qaçmışdı. Həmin gün axşam problemi aydınlaşdırmaq üçün dayısı, anası və xalası gəlmiş, ancaq atası onlara “çıxın burdan” deyib qovmuşdu. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 13 iyun N5-ci il tarixdə gizlin işlətdiyi mobil telefon atası Təqsirləndirilən şəxs tərəfindən aşkar edilib atasının anası ilə mübahisə etdiyini eşitdikdən sonra evdən çıxıb qaçmış, atası işə getdikdən sonra evə qayıtmışdır. 16 iyun N5-ci il tarixdə, saat 19 radələrində evlərinin zirzəmisində anası Zərərçəkmiş şəxs mobil telefonda kimləsə yazışanda atası gəlib onu görmüş və anasından kiminlə yazışdığını soruşsada, anası bu barədə heç nə deməyib telefonu kilidə salmışdır. Bundan sonra atası anası Zərərçəkmiş şəxs “gəl otağa səninlə işim var, sənə heç nə etməyəcəm” deyib nənəsi Telliyə zəng vuraraq məlumat vermişdir. Atası Təqsirləndirilən şəxs telefon danışığını yekunlaşdırdıqdan sonra anasını evə apardıqdan sonra onu çölə çıxarıb qapını örtmüşdür. Bir müddət sonra anasının içəridən qışqıraraq “eləmə yandım, yandım” dediyini eşidib küçəyə qaçmış, kəndin çayxanasından qonşuları Şahid4 yaxınlaşıb atasının anasını döydüyünü və üstünə isti su tökdüyünü deyərək köməklik etməsini istəmişdir. Bundan sonra Şahid4 onunla birlikdə evlərinə gəlib atasını anasından aralamış, həmin vaxt atası anasını yerdə əli ilə boğazından yapışıb sıxdığından yaxınlıqda olan baltanın arxa, kəsici olmayan hissəsi ilə anasını buraxması üçün atasının kürəyindən vurmuşdur. Şahid4 həmin vaxt atasına “yekə kişisən, bu nədir edirsən?” dedikdə atası “çəkil bu tərəfə onu öldürəcəm” deyə bildirmişdir. Anası Təqsirləndirilən şəxs əlindən çıxan kimi həyətə qaçmağa başlayanda atası H.Şahid5ndə evlərində hər gün istifadə etdikləri, qara saplı bıçağı götürüb anası Zərərçəkmiş şəxs ardınca getmişdir. Həmin vaxt qaçarkən anası yerə yıxıldıqda atası Təqsirləndirilən şəxs anasının üstünə yıxıldığına görə bıçaq anasının qolunun altına dəymişdir. Anası Təqsirləndirilən şəxs əlindən çıxıb kəndin sahə müvəkkilinə tərəf getdikdən sonra o, yerdən atasının telefonunu götürüb polisə zəng vurub atasının Zərərçəkmiş şəxs bıçaqladığını və üzünü isti su ilə yandırdığını demişdir. 12 avqust N5-ci il tarixdə Şərur rayon Tənənəm kəndində yaşadıqları evdə olarkən X8 bacısı Şahid2 dindirmədən getdiyini bildirdikdən sonra anası Zərərçəkmiş şəxs da evdə qalmayaraq Təqsirləndirilən şəxsla barışmayıb çıxıb gedəcəyini demişdir. Anasının bu sözündən sonra atası Təqsirləndirilən şəxs pilləkənlərdən geri qayıdıb evə daxil olmuş, o anası ilə birlikdə N.Tahirovun maşının yanında olarkən pilləkənin yanında olan bacısı Şahid2 qışqıraraq qaçmaqlarını, atası Təqsirləndirilən şəxs bıçaq götürdüyünü demişdir. O, bunu eşidən kimi qaçmaq istərkən X8 ona və anasına avtomobilinə minməklərini demiş, o, anası Zərərçəkmiş şəxs ilə birlikdə cəld maşının arxa oturacaq hissəsinə minmişdir. O, avtomobilin arxa sağ, anası Zərərçəkmiş şəxs isə arxa sol tərəfində oturmuşdur. Atası anası Zərərçəkmiş şəxs oturan tərəfi, sol qapını açaraq əlindəki bıçağı ona tərəf uzatmış, lakin atasının qolundan tutan X8 onu kənara çəkmişdir. O, qapını açıb avtomobildən yerə düşüb avtomobilin qabaq hissəsinə tərəf qaçmış, həmin vaxt atası o, düşdüyü istiqamətə gəlib ona çəkil anasını öldürəcəyini deyib sonra avtomobilin qapısını açıb təkrar içəri, anasına tərəf bıçaqla vurmaq istədikdə X8 təkrar atasının qolundan tutub kənara çəkməklə qarşısında durub onu sakitləşdirmək istədikdə, o “102” xidmətinə zəng vurmaq üçün atasının yerdə olan mobil telefonunu götürüb zəng edərək məlumat vermişdir. Anası Zərərçəkmiş şəxs da həmin vaxt müstəntiqin atasını kənarlaşdırmasını görüb avtomobildən düşərək həyətyanı sahədən qonşuları Nazim Eyvazovun həyətinə açılan qapıya tərəf qaçmış, həmin vaxt qapı bağlı olduğundan anası qapını aça bilməmiş, anası dizləri üstə yerə çökmüş, atası da əlində bıçaq onu öldürmək üçün arxasınca qaçmışdır. Atası Zərərçəkmiş şəxs çatana yaxın müstəntiq N.Tahirov atasını tutmaqla əlində olan bıçağı almağa çalışmış, bu vaxt müstəntiq atasının əlindən tutandan sonra onlar yerdə olan dəmir su qabına yıxılmışlar. Müstəntiq atasının bıçaq olan əlində tutub saxlamaqla onu zərərsizləşdirmişdir. Anası Zərərçəkmiş şəxs də həmin qapını açıb qaçmağa başladıqda ona bacısı Şahid2 da özü ilə gətirməyini demişdir. O, bacısı Şahid2 əlindən tutub darvaza qapısından çıxaraq kəndin mərkəz yolu ilə qaçmağa başlamış, yolda anasını da görüb onunla birlikdə kəndin çıxış yoluna tərəf qaçdıqda, həmin vaxt müstəntiq N.Tahirovun avtomobillə gəlməsini görmüşdür.N.Tahirov yanlarına çatan zaman avtomobili saxlamış, anası onları xilas edərək aparmasını istədiyindən, müstəntiq T.Tahirov onları avtomobilə əyləşdirib kənddən çıxarmışdır. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində məhkəmə iclasına dəvət olunaraq dindirilmiş, Şahid6 ifadəsində göstərmişdir ki, hadisə N5-ci il sentyabr ayında olmuşdur. Səhər saat təqribən 11:00 radələrində o, hüzur yerindən, xeyir-şər evindən yaşadığı evə qayıtmışdır. Həmin vaxt səs gəlmiş və bir kəndçi olduqlarına görə səsə tərəf qaça-qaça getmişdir. Təqsirləndirilən şəxsgilin qapılarının yanında boğanaq səsi, rəis burax-rəis burax deyə səslər eşitmişdir. Həmin səsin Təqsirləndirilən şəxsə aid olduğunu aid eləmək olmuşdur. Təqsirləndirilən şəxsgilin darvaza qapıları örtülü olmuş, o, qapını açıb Təqsirləndirilən şəxsgilin həyətinə girmişdir. Qapını açıb içəri girəndə Təqsirləndirilən şəxsi görməmiş, biraz rəli gedəndən sonra qonşu həyətdə setqa ilə qalot olan yerdə tanımadığı bir şəxsin Təqsirləndirilən şəxsi tutduğunu və Təqsirləndirilən şəxsin rəis ötür-rəis ötür deyə qışqırdığını görmüşdür. Təqsirləndirilən şəxsi tutan həmin şəxsi tanımamış və həmin şəxsin onların kəndçisi olmadığını görmüşdür. Həmin vaxtı o orada Təqsirləndirilən şəxsin həyat yoldaşını, oğlu Əlini və digər övladlarını görməmişdir. O, yaxınlaşıb həmin şəxsə Təqsirləndirilən şəxsi ötürməsini demişdir. Həmin tanımadığı şəxs ona “mən müstəntiqəm” demişdir. O, Təqsirləndirilən şəxsi tutan adama müstəntiq adamı niyə belə edir demişdir. Müstəntiq Təqsirləndirilən şəxsin hər iki qolundan və birdə setqadan tutmuşdur. Biraz sonra ora kəndçiləri olan X3 gəlmişdir. Əliquliyevə Nüşabə müstəntiq olan şəxsə “burax adamı öldürəssən” demişdir. Təqsirləndirilən şəxs ona yoldaşı Zərərçəkmiş şəxs hara getdiyini soruşduqda o, bilmədiyini demişdir. Müstəntiq Təqsirləndirilən şəxsi ötürmüş və sonra müstəntiq maşınına minib getmişdir. Müstəntiq Təqsirləndirilən şəxsi buraxandan sonra Təqsirləndirilən şəxs heç bir ifadə işlətməmişdir. O, həyətə girən zaman müstəntiqin maşını Təqsirləndirilən şəxsgilin həyətində olmuş, müstəntiqin maşınını rəngi ağ olmuşdur. Həyətə girən zaman müstəntiqin maşınında heç kim olmadığını görmüşdür. Həmçinin müstəntiq maşınına minib gedən vaxtı da maşının yanında kimsə olmadığını bildirmişdir. Olanlardan sonra çıxıb evinə getmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində məhkəmə iclasına dəvət olunaraq dindirilmiş, X3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə bir məhəllədə yaşamışdır. Onun evi məhəllənin sonunda Təqsirləndirilən şəxsgilin evi isə məhəllənin əvvəlində olmuşdur. Tarixi tam olaraq xatırlamadığı bir gün o, həyətdə olan zaman məhlədən səs-küy gəldiyini görmüşdür. Səsküyün hansı səbəbdən gəldiyini bilmək üçün məhəlləyə çıxaraq məhəllədəki evlərin qapılarına baxa-baxa getmiş və səs-küyün Təqsirləndirilən şəxsgildən gəldiyini görmüşdür. Təqsirləndirilən şəxsin ailəli olduğunu əvvəlcədən bilmiş və əvvəllərdə yoldaşı ilə yola getmədiklərini eşitmişdir. Təqsirləndirilən şəxsgilə gedən zaman qapılarında Təqsirləndirilən şəxsin oğlu Şahid5 durduğunu görmüş və gələn zaman yolda Təqsirləndirilən şəxsin həyat yoldaşını və digər övladlarını görməmişdir. O, həmin vaxtı həyətə girən zaman Təqsirləndirilən şəxsin qonşularının həyətində tanımadığı bir nəfərin Təqsirləndirilən şəxsin qollarından tutduğunu görmüşdür. Həmin vaxtı onlara yaxınlaşaraq tanımadığı həmin şəxsə “sən kimsən Təqsirləndirilən şəxsin qolundan tutmusan burax görək” demişdir. Ondan sonra həmin şəxs Təqsirləndirilən şəxsin qolundan buraxmış və xatırladığı qədər həmin şəxs ya prokuror yada polis olduğunu demişdir. Şahid6da həmin vaxtı orada olduğunu görmüşdür. Onun Şahid6 Təqsirləndirilən şəxsin oğlu Şahid5 görübgörməməsi barədə məlumatı olmamışdır. Müstəntiq həmin vaxtı Təqsirləndirilən şəxsi hansı səbəbdən tutması barədə heç nə deməmişdir. O, Təqsirləndirilən şəxsdən nə olduğunu soruşduqda Eyvazov Hüseyin övladının aparıldığını demişdir. Eyvazovdan kimin apardığını soruşduqda övladını anasının apardığını bildirmişdir. Müstəntiq Təqsirləndirilən şəxsi buraxdıqdan sonra Təqsirləndirilən şəxsgilin həyətində olan maşınına minərək getdiyini bildirmişdir. Müstəntiqin maşınının rəngi ağ olmuş ancaq hansı model maşın olduğunu bilməmişdir. Müstəntiq maşına minib gedən zaman darvaza qapısının açıq ya örtülü olduğuna fikir verməmiş, sonra özüdə çıxıb yaşadığı evə getmişdir. İş materiallarında olan, məhkəmə-tibbi ekspertizasının 18 iyun N5-ci il tarixli, 312 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən – sifətin, boyunun və döş qəfəsinin sol yarısının, sağ çiyinin ön səthinin, sağ ayağın İV barmağının İ-İİ dərəcəli termiki yanıqları – yüksək hərarətin yerli təsirindən, sol bazunun yuxarı 1/3-nin iç səthinin deşilmiş-kəsilmiş yarası – deşici-kəsici alətin təsirindən, sol gözün ağlı qışasının və sol yanağın selikli qişasının qansızmaları, sol gicgahın yumşaq toxumalarının əziyi – bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitlərdə törənmələri istisna edilmir, dərəcəsinə görə yanıq yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül zərər vurmaya aiddir, digər xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş məhkəmə trasoloji ekspertizasının 27 avqust N5-ci il tarixli, 879 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 02 ədəd predmet kustar üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən məişət-təsərrüfat təyinatlı mətbəx bıçağının hissələridir – tiyəsi və dəstəyidir.Tədqiqata təqdim edilmiş predmetlər üzərində sonradan onların təyinatını dəyişəcək hər hansı əlavə və dəyişikliklər edilməmişdir. İş materiallarına əlavə edilmiş Şərur rayon Polis İdarəsinin İbadulla Polis Bölməsinin məsul növbətçisi, polis baş leytenantı Elçin İbrahimlinin 16 iyun N5-ci il tarixli raportundan görünür ki, xx.xx.N5-ci il tarixdə Şərur rayon Tənənəm kənd sakini Şahid1 Daxili İşlər Nazirliyinin “102” xidməti mərkəzinə zəng edərək atası Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs döyməsi və sifət nahiyəsinə qaynar su tökməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan Şərur rayon Polis İdarəsinin İbadulla Polis Bölməsinin rəisi, polis mayoru Orxan Məmmədovun 16 iyun N5-ci il tarixli raportundan görünür ki, xx.xx.N5-ci il tarixdə Şərur rayon Tənənəm kənd sakini Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs döyməklə sifət nahiyəsinə qaynar su tökmüşdür. Zərərçəkmiş şəxs 17 iyun N5-ci il tarixdə Şərur rayon Polis İdarəsinə müraciət edərək əri Təqsirləndirilən şəxs xx.xx.N5-ci il tarixdə onu döyməsi və üzərinə qaynar su tökməklə xəsarət yeriməsinə görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. İş materiallarında olan Şərur rayon Mərkəzi xəstəxanasının xx.xx.N5-ci il tarixli arayışından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.N5-ci il tarixdə Şərur rayon mərkəzi xəstəxanasının Təcili yardım şöbəsində müayinədə olmuş və ona ilkin tibbi yardım göstərilməklə, Zərərçəkmiş şəxs boyun, üz, və sinə nahiyəsinin 2-ci dərəcəli yanığı (5- 6℅), çiyin nahiyəsinin kəsilmiş yarası diaqnozları qoyulmuşdur. Zərərçəkmiş şəxs 17 iyun N5-ci il tarixdə Naxçıvan Hərbi Prokurorluğuna müraciət edərək əri Təqsirləndirilən şəxs xx.xx.N5-ci il tarixdə onu döyməsi, üzərinə qaynar su tökməsi və bıçaqla xəsarət yeriməsini bildirmişdir. Cinayət işinin materiallarında olan əşyaların tanınmaya təqdim edilməsi haqqında protokollardan və əlavələrdən görünür ki, Zərərçəkmiş şəxs və Şahid1 12 avqust N5-ci il tarixdə Təqsirləndirilən şəxs əlində olan bıçağı tanıyaraq, hadisə baş verən zaman həmin bıçağın olmasını təsdiq etmişlər. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə ifadəsində özünü qismən təqsirli bilsə də son sözündə özünü təqsirli bilərək, cinayət əməllərini törətdiyini etiraf etmişdir ki, məhkəmə onun bu etirafını iş üzrə olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərək inandırıcı qəbul etmişdir. Çünki, onun cinayət əməllərini törətməsinə dair etirafları zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə tam təsdiqini tapmışdır. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməllərinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisələrinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisələr ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə Cinayət Məcəlləsinin 128 və 134-cü mаddələrinin tərkib əlamətlərinin eyniliyi, cinayətlərin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Bütün bu sadalananlara görə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən əmələrldə cinayət tərkibi mövcuddur. Cinayət hadisələri Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir. Onun törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 134-cü mаddələri ilə tövsif edilmişdir. Onun bu əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Buna görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri müəyyən olunduğundan, törətmiş olduğu cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cinayətlərin törədilməsi hallarına və şəxsiyyətinə uyğun ədalətli cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməllərindən peşman olmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını və himayəsində bir azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan xidməti tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs xidmət müddətində müsbət xarakterizə olunmuşdur. Təqsirləndirilən şəxs əməllərində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respubilkası Cinayət Məcəlləsinin 128-ci və 134-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş və sanksiya daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respubilkası Cinayət Məcəlləsinin 128-ci vmaddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respubilkası Cinayət Məcəlləsinin 134-cü maddəsinin sanksyasında isə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən cəza təyin edilməsinin ümumi əsaslarını-törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, həmin maddənin tələbinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci və 134cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi cinayətlərin məcmusunu yaradır və buna görə də onlara həmin məcəllənin 66-cı maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edilməli və təyin edilmiş cəzaları təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Belə ki, həmin maddəyə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1-ci maddə) və Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz.....(66.2-ci maddə). Təqsirləndirilən şəxs, təqsirli bilindiyi cinayətlər böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Həmin Məcəllənin 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Cinayət Məcəlləsinin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 20:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, ibtidai araşdırma zamanı X1 Sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmaması ilə bağlı sorğu verilmiş, həmin sorğu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sistemində yoxlanılmış və 16 iyul N5-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs barəsində Şərur rayon Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinin 05 fevral N4-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işinin başlanılması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən rədd edilmişdir. Odur ki, ona residivə görə cəza təyin etmək üçün heç bir əsas yoxdur. Təqsirləndirilən şəxs əlavə cəzaların təyin edilməsi üçün əsaslar müəyyən olunmamışdır. İş materalında olan 2061 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin N iyul N5-ci il tarixli 526 nömrəli göndərişi ilə N iyul N5-ci il tarixdə N saylı hərbi hissənin Qarnizon hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və komissiya onun “İ(birinci) dərəcəli alimentar piylənmə” Hərbi xidmətə yararlıdır-A olması barədə qərar qəbul etmişdir. Həmçinin Naxçıvan MR Səhiyyə Nazirliyi, Y.Budaqov adına Naxçıvan MR X2 sorğu verilərək alınmış cavabdan məlum olur ki, Təqsirləndirilən şəxs psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda durmur. Odur ki, məhkəmə onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi üçün əsaslar müəyyən etməmişdir. İş üzrə maddi sübut olan məişət-təsərrüfat təyinatlı mətbəx bıçağı hissələri – tiyəsi və dəstəyi ilə birlikdə hökm qanuni qüvvəsini alıb icraya yönəldikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə məhkəmə xərcləri məhkəmə-ballistik ekspertizasının keçirilməsi zamanı aparılmış tədqiqatın dəyəri olan 67 (altmış yeddi) manat pul Təqsirləndirilən şəxs tutlaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi “ekspertiza xərclərinə dair” bildirişdə göstərilmişbüdcə təsnifat kodu:142330, büdcə səviyyəsi kodu 2, X9 MR İdarəsi- kodu 502906, VÖEN-**********, müxbir hesab AZ88NABZ********************, SWİFT BİK-NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN-**********, hesab- AZ21NABZ******************** hesaba ödənilməlidir. Məhkəmə qətimkan tədbiri məsələsini müzakirə edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.N5-ci il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldildikdən sonra ləğv edilməlidir. Məhkəmə həmçinin cəza çəkilmə müddətinin hansı tarixdən başlanılmalı məsələsini də müzakirə edərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli yaşadığı yer üzrə müvafiq İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 134-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza olaraq 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikası ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Şərur rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində xx.xx.N5-ci il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldikdən sonra ləğv edilsin. İş üzrə maddi sübut olan məişət-təsərrüfat təyinatlı mətbəx bıçağı hissələri – tiyəsi və dəstəyi ilə birlikdə hökm qanuni qüvvəsini alıb icraya yönəldikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərcləri məhkəmə-ballistik ekspertizasının keçirilməsi zamanı aparılmış tədqiqatın dəyəri olan 67 (altmış yeddi) manat pul Təqsirləndirilən şəxs tutlaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi “ekspertiza xərclərinə dair” bildirişdə göstərilmişbüdcə təsnifat kodu:142330, büdcə səviyyəsi kodu 2, X9 MR İdarəsi- kodu 502906, VÖEN-**********, müxbir hesab AZ88NABZ********************, SWİFT BİK-NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN-**********, hesab- AZ21NABZ******************** hesaba ödənilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən, apellyasiya şikayəti və ya protest Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Polad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar