Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-62/2025 03.10.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Həsənov Polad Vəli oğlunun sədrliyi, Axundova (Məmmədova) Nərmin Fərəməz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1999-cu il tarixdə Babək rayonu, Zeynəddin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, N nömrəli hərbi hissədə xidmət edən, Babək rayonu, Zeynəddin kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, N nömrəli hərbi hissənin 2-ci motoatıcı taborunun 4-cü bölüyünün 1-ci taqımının 1-ci manqasının komandiri, MAHHX HQ kiçik çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: MAHHX HQ kiçik çavuş Hacıyev X1 Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci motoatıcı taborunun, 4-cü bölüyünün, 1-ci taqımının, 1-ci manqasının komandiri vəzifəsində xidmət edərkən, 21 avqust 2025-ci il tarixdə, saat 11:10 radələrində hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı hərbi hissənin şərti olaraq “Admiral” adlandırılan ön xətt mövqeyində döyüş növbətçiliyinin aparılmasını yoxlama məqsədilə müşahidə məntəqəsinə getmiş, ehtiyat müşahidə məntəqəsində həmin manqada atıcı vəzifəsində xidmət edən əsgərlər Zərərçəkmiş şəxs ilə əsgər Şahid müşahidənin içərisində çökmüş vəziyyətdə olduqlarını görüb əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlədərək, sol diz nahiyəsindən bir təpik zərbəsi vurmaqla rəis kimi öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əsgər Zərərçəkmiş şəxs ilə əsgər Şahid 21 avqust 10:00-dan 12:00-dək döyüş növbətçiliyində olmuşlar. 21 avqust 2025-ci il tarixdə, saat 11:10 radələrində döyüş növbəsini yoxlamaya getmiş və döyüş növbəsini yoxlayan zaman əsgər Zərərçəkmiş şəxs və əsgər Şahid əsas müşahidə məntəqəsini tərk edib, ehtiyat müşahidə məntəqəsində divara söykənərək oturduqlarını görmüşdür. Onların yanına yaxınlaşıb əsgər Zərərçəkmiş şəxs sol diz nahiyəsindən bir dəfə təpiklə vurub, ona qarşı nalayiq ifadələr işlətmişdir. Bundan sonra Zərərçəkmiş şəxs və Şahid ayağa qalxmışlar. Zərərçəkmiş şəxs nə səbəbə döyüş növbətçiliyini pozduğunu soruşmuş, o, isə heç bir cavab verməmişdir. Sonra isə Zərərçəkmiş şəxs və Şahid döyüş növbətçiliyini davam etdirmələri üçün əsas müşahidə məntəqəsinə göndərmişdir. Təqsirləndirilən şəxs son sözündə məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, MAHHX HQ kiçik çavuş Hacıyev X1 Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci motoatıcı taborunun, 4-cü bölüyünün, 1-ci taqımının, 1-ci manqasının komandiri vəzifəsində xidmət edərkən, 21 avqust 2025-ci il tarixdə, saat 11:10 radələrində hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı hərbi hissənin şərti olaraq “Admiral” adlandırılan ön xətt mövqeyində döyüş növbətçiliyinin aparılmasını yoxlama məqsədilə müşahidə məntəqəsinə getmiş, ehtiyat müşahidə məntəqəsində həmin manqada atıcı vəzifəsində xidmət edən əsgərlər Zərərçəkmiş şəxs ilə əsgər Şahid müşahidənin içərisində çökmüş vəziyyətdə olduqlarını görüb əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlədərək, sol diz nahiyəsindən bir təpik zərbəsi vurmaqla rəis kimi öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs bu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş, “Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi” cinayət əməlinin törədilməsi ilə nəticələnmişdir. Onun əməlində cinayət tərkibi vardır və Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi, məhkəmə istintaqı zamanı özünün etirafı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə toplanmış materiallar, zərərçəkmiş şəxsin və şahid ifadələri, həmçinin işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər X2 ifadəsində göstərmişdir ki, 21 avqust 2025-ci il tarixdə, saat 10:00-dan 12:00-dək əsgər Şahid ilə birlikdə xidmət elədiyi N nömrəli hərbi hissənin “Admiral” mövqeyində döyüş növbətçisi təyin olunmuşlar. 21 avqust 2025-ci il tarixdə, saat 11:00 radələrində əsgər Şahid ilə birlikdə əsas müşahidə məntəqəsindən ehtiyat müşahidə məntəqəsinə keçərək orada divara söykənib çökmüş vəziyyətdə oturmuşlar. Saat 11:10 radələrində MAHHX HQ kiçik çavuş Təqsirləndirilən şəxs döyüş növbətçiliyinin aparılmasını yoxlayan zaman onları ehtiyat müşahidə məntəqəsində oturaq vəziyyətdə görmüşdür. Təqsirləndirilən şəxs yaxınlaşaraq onun sol diz nahiyəsindən bir dəfə təpiklə vurub nalayiq ifadələr işlətmişdir. Təqsirləndirilən şəxs onun sol diz nahiyəsindən bir dəfə təpiklə vurarkən təpiklə vurmanın hissiyatın hiss etmiş, ağrı hiss etməmişdir. Həmin təpik zərbəsindən heç bir xəsarət almamışdır. Bundan sonra əsgər Şahid ilə ayağa qalxaraq döyüş növbətçiliyini davam elətdirmək üçün əsas müşahidə məntəqəsinə getmişlər. MAHHX HQ kiçik çavuş Təqsirləndirilən şəxslə barışmışlar və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xidməti yeri olan “Admiral” mövqeyində əsgər yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə 21 avqust 2025-ci il tarixdə, saat 10:00-dan 12:00-dək döyüş növbətçisi təyin olunmuşlar. 21 avqust 2025-ci il tarixdə, saat 11:00 radələrində əsgər Zərərçəkmiş şəxs ilə birlikdə yorğun olduqları üçün əsas müşahidə məntəqəsindən ehtiyat müşahidə məntəqəsinə keçərək, orada divara söykənib oturmuşlar. Saat 11:10 radələrində MAHHX HQ kiçik çavuş Təqsirləndirilən şəxs döyüş növbəsinin aparılmasını yoxlayan zaman onları oturaq vəziyyətində görüb yaxınlaşaraq əsgər Zərərçəkmiş şəxs sol diz nahiyəsindən bir dəfə təpiklə vuraraq ona nalayiq ifadə işlətmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs heç bir cavab verməmiş və ayağa qalxmışlar. Sonra MAHHX HQ kiçik çavuş Təqsirləndirilən şəxs yataqxanaya getmiş, əsgər Zərərçəkmiş şəxs və özü döyüş növbətçiliyini davam elətdirmək üçün əsas müşahidə məntəqəsinə qayıtmışlar. İş materiallarından görünür ki, məhkəməyədək sadələşdirilmiş icraat zamanı Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasından keçirilmiş, təqdim edilmiş 02 sentyabr 2025-ci il tarixli, 485 nömrəli ekspert rəyində əsgər Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində 21 avqust 2025-ci il tarixdə törənməyə uyğun gələn hər hansı xəsarət və ya xəsarət izləri aşkar olunmadığı göstərilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim edilmiş 27 avqust 2025-ci il tarixli 1051 nömrəli arayışdan görünür ki, N nömrəli hərbi hissəsinin 2ci motoatıcı taborunun, 4-cü bölüyünün 1-ci taqımının 1-ci manqasının komandiri vəzifəsində xidmət edən MAHHX HQ kiçik çavuş Təqsirləndirilən şəxs ilə həmin taqımın 1ci manqasının atıcısı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri var və MAHHX HQ kiçik çavuş Təqsirləndirilən şəxs ona rəis hesab edilir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək, cinayəti törətdiyini etiraf etmişdir ki, məhkəmə onun bu etirafını iş üzrə olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərək inandırıcı qəbul etmişdir. Çünki, onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsində cinayət əməlini törətməsinə dair etirafları zərərçəkmiş şəxsin, şahid ifadələri və işin digər halları ilə tam təsdiqini tapmışdır. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 329.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Bütün bu sadalananlara görə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən əməldə cinayət tərkibi mövcuddur. Cinayət hadisəsi Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar» və 47-ci maddəsində göstərilən «komandir (rəis)… tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətini alçalda biləcək hərəkətlər etməməlidir» tələbini pozmaqla, qəsdən törədilmişdir. Onun törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun bu əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Buna görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri müəyyən olunduğundan, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsiyyətinə uyğun ədalətli cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini səmini etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs xidmət müddətində müsbət xarakterizə olunmuşdur. Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən cəza təyin edilməsinin ümumi əsaslarını-törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunaca cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, həmin maddənin tələbinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, ibtidai araşdırma zamanı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə MAHHX HQ kiçik çavuş Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmaması müəyyən etmək məqsədilə Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya idarəsinin Əməliyyat-Statistik İnformasiya şöbəsinə tələbnamə göndərilmiş və alınmış cavabda Təqsirləndirilən şəxs məhkumluğunun olması ilə bağlı heç bir məlumatın olmadığı müəyyən edilmişdir. Odur ki, ona residivə görə cəza təyin etmək üçün heç bir əsas yoxdur. Təqsirləndirilən şəxs əlavə cəzaların təyin edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi üçün əsaslar müəyyən etməmişdir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçi Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan Asan Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Məhkəmə qətimkan tədbiri məsələsini müzakirə edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində hökmün icrası məqsədilə qətimkan tədbirinin seçilməsinə zəruri əsaslar yoxdur. Məhkəmə həmçinin cəza çəkilmə müddətinin hansı tarixdən başlanılmalı məsələsini də müzakirə edərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmanın aparıldığı vaxtdan hesblanmalıdır. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50-ci, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinsin və 05 (beş) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkdiyi müddətdə aylıq pul təminatından 10% (on faiz) məbləğində pul tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmanın aparıldığı vaxtdan hesblansın. Təqsirləndirilən şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. Hökm üzrə təyin olunan cəzanın icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına, xidmət yerinin başqa hərbi hissəyə dəyişdirildiyi halda isə həmin hərbi hissənin komandanlığına həvalə edilsin. İş üzrə məhkəmə xərci olan Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən müdafiəçi Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim edəcəyi hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Hökmdən, apellyasiya şikayəti və ya protest Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Polad Həsənov
Məhkəmə qərarları › İş №1-1(092)-62/2025
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-62/2025
03.10.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver