Məhkəmə qərarları › İş №1-1(092)-65/2025

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-65/2025

01.12.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-65/2025 01.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Həsənov Polad Vəli oğlunun sədrliyi, Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Asif oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1986-cı il tarixdə Culfa şəhərində doğulmuş, ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci taborunun 6-cı bölüyünün 3-cü taqımının 1-ci manqasının komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kiçik çavuş hərbi rütbəsində xidmət edən, barəsində xx.xx.N0N5-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Əliyev X6 Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci taborunun 6-cı bölüyünün 3cü taqımının 1-ci manqasının komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kiçik çavuş hərbi rütbəsində xidmət edərkən, N0N5-ci ilin yanvar ayının əvvəllərində saat 19 radələrində Ordubad rayonu ərazisində yerləşən, şərti olaraq “Qartal” adlanan mövqenin əsgər yataqxanasında tabeliyində xidmət edən, həmin bölüyün 3-cü taqımının 1-ci manqasının atıcı-qumbaraatan köməkçisi vəzifəsində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs Asif oğlundan vəzifə borclarını, həmçinin taborun vəzifəli şəxslərini tanıyıb-tanımaması barədə soruşmuş, sonuncu tabora yeni gəldiyindən taborun vəzifəli şəxslərini tanımadığını dedikdə, kiçik çavuş Təqsirləndirilən şəxs əlinin içi ilə əsgər Zərərçəkmiş şəxs çənəsindən vuraraq, 17 iyun N0N5-ci il tarixdə isə saat 09 radələrində xidmət etdiyi şərti olaraq “Qartal” adlanan mövqenin əşya saxlanc otağının qarşısında tabeliyində xidmət edən əsgər Zərərçəkmiş şəxs təmizlik işləri görməsi ilə bağlı tapşırıq vermiş, lakin sonuncu qabları yuyacağını bildirdiyinə görə əsəbiləşib Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlədərək hər iki əli ilə onun sinəsindən geriyə doğru itələmiş, sonuncu da qarşılığında onu itələdiyindən daha da hiddətlənərək əsgər Zərərçəkmiş şəxs üzərinə gedib onun sol üz nahiyəsinə sağ əli ilə bir dəfə şillə vurmuş, sonra sonuncu da onun sağ üz nahiyəsinə bir dəfə şillə zərbəsi vurduqda Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs yaxasından tutaraq “sən mənə əl qaldırırsan, sən belə şişmisən” deyərək yenidən sağ əli ilə sonuncunun sol üz nahiyəsinə bir dəfə şillə ilə vurmuşdur. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs də kiçik çavuş Təqsirləndirilən şəxs sağ üz nahiyəsinə bir dəfə şillə ilə vurmuş, əşya saxlanc otağında təmizlik işləri ilə məşğul olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçular əsgər X8 və əsgər Şahid3 onları ayırmağa çalışarkən kiçik çavuş Təqsirləndirilən şəxs sağ əli ilə əsgər Zərərçəkmiş şəxs sol üz və göz nahiyəsinə bir neçə dəfə yumruq zərbələri vuraraq ona sağlamlığa zərər vurmayan xəsarətlər olduğuna görə dərəcəsi təyin olunmayan “sol göz qapaqlarının qançırı və alt dodağın selikli qişasının əzilmiş yarası” xəsarətlərini yetirərək, rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs bu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsində nəzərdə tutulmuş, “Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi eyni əməlləri təkrar törədildikdə və iki və ya daha çox şəxsə qarşı törədildikdə,” cinayət əməlinin törədilməsi ilə nəticələnmişdir. Onun əməllərində cinayət tərkibi vardır və Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi, iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılması, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılması zamanı özünün etirafı, cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, N0N5-ci ilin yanvar ayının əvvələrində “Qartal” adlanan mövqedə xidmətdə olarkən saat 19:00 radələrində tabeliyində olan əsgərlərdən vəzifə borclarını soruşmuş, Zərərçəkmiş şəxs vəzifə borcunu bilmədiyini demişdir. Taborun vəzifəli şəxslərini tanıyıb-tanımamasının səbəbini soruşduqda şəxsi heyətin yanında ona uca səslə taborun vəzifəli şəxslərini tanımaq onun vəzifəsi olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs etdiyi hərəkətə əsəbiləşmişdir. Həmin epizod üzrə əlinin içi ilə Zərərçəkmiş şəxs çənəsindən bir dəfə vurmasını xatırlamaqda çətinlik çəkdiyini, məhkəmə gedişatı zamanı verilən suallardan sonra əlinin içi ilə Zərərçəkmiş şəxs çənəsindən bir dəfə vurmasını və vəzifə borclarını öyrənməyini və qısa müddətə yenidən vəzifə borclarını soruşaçağı barədə tapşırıq verməsini xatırlamışdır. 17 iyun N0N5-ci il tarixdə isə saat 09 radələrində post başçısı kimi Ordubad rayonu ərazisində yerləşən şərti adı ilə “Qartal” adlanan mövqedə boşda olan əsgərlərin əşya saxlanc otağına gedərək oranı təmizləmələri barədə tapşırıq verərək digər xidməti işlərinin ardınca getmişdir. Bir müddət sonra əsgər yataqxanasının qarşısında əsgər Zərərçəkmiş şəxs Asif oğlunun əlində qazanla qab yumağa gedərkən görüb ona “get kaptyorkanı təmizlə” desə də, Zərərçəkmiş şəxs qab yumaq növbəsinin olduğunu buna görə də çirkli qabları yuyacağını bildirdikdə, ona yenidən “get kaptyorkanı təmizlə” demişdir. Bundan sonra Zərərçəkmiş şəxs “qoymursuz sözümü deyim, sonra qabları gec yuyanda deyirsiz ki, işdən qaçırsınız” deyib əşya saxlanc otağı istiqamətində getdikdə o, Zərərçəkmiş şəxs ardınca getmiş, əşya saxlanc otağının qarşısında Zərərçəkmiş şəxs “bezmişəm belə olmaz“ deyib yanından keçən zaman Zərərçəkmiş şəxs “nə tapşırıq verirəmsə onuda icra et” dedikdə aralarında yenidən mübahisə yaranmışdır. Əsgər Zərərçəkmiş şəxs post başçısı kimə ona cavab qaytarmasına əsəbiləşərək iki əli ilə sinəsindən geriyə doğru itələyib gedib verilən tapşırığı icra etməsini bildirdikdə, əsgər Zərərçəkmiş şəxs də onu sinəsindən geriyə doğru itələməklə müqavimət göstərmişdir. Bundan daha da əsəbiləşərək Zərərçəkmiş şəxs sol üz nahiyəsinə sağ əli ilə bir dəfə şillə vurmuşdur. Bunun ardınca Zərərçəkmiş şəxs ona qarşılıq verərək onun sağ üz nahiyəsinə sol əli ilə bir dəfə şillə zərbəsi vurmuşdur. Buna qəzəblənərək Zərərçəkmiş şəxs sinəsindən yapışaraq “əsgər mənə əl qaldırırsan” deyib sağ əli ilə Zərərçəkmiş şəxs sol üz nahiyəsinə bir dəfə şillə vurduqda sonuncu yenidən onun sağ üz nahiyəsinə bir dəfə şillə zərbəsi vurmuşdur. Həmin vaxt səslərinə əşya saxlanc otağında təmizlik işləri aparan əsgərlər X8 və əsgər Şahid3 gələrək onları ayırmağa çalışarkən yenidən sağ əli ilə Zərərçəkmiş şəxs sol üz və göz nahiyələrinə bir neçə dəfə yumruq zərbəsi vurmuşdur. Sonradan köməyə gələn X16 də digər əsgərlər kimi mübahisənin daha da böyüməsinin qarşısını almaqla onları aralaşdırmışdır. Baş vermiş hadisədən bir müddət sonra əsgər Zərərçəkmiş şəxs yanına çağıraraq üz nahiyəsinə baxış keçirdikdə dodağının şisməsini, sol gözünün içinin qızardığını və altının isə qaraldığını görmüşdür. Aralarında baş vermiş mübahisə barədə yuxarı komandanlığa məlumat verəcəyini, ikisinində etdikləri hərəkətlərə görə cavab verəcəklərini dedikdə Zərərçəkmiş şəxs qarşlıqlı dalaşmaqlarını, məruzə etməməyini və söhbəti bağlamağını demişdir. 18 iyun N0N5-ci il tarixdə əsgər Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə atasına zəng edərək aralarında baş vermiş mübahisə barəsində məlumat verdikdən sonra 19 iyun N0N5-ci il tarixdə hər ikisi şərti adı ilə “Qartal” adlanan mövqedən N nömrəli hərbi hissəyə göndərilmişdir. Təqsirləndirilən şəxs son sözündə Zərərçəkmiş şəxs Asif oğlundan bir daha üzr istədiyini, törətdiyi əməldən son dərəcə peşman olduğunu və bir daha belə halların təkrarlanmayacağına söz verdiyini bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Asif oğlu ifadəsində göstərmişdir ki, xx.xx.N0N4-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon şöbəsi tərəfindən müdddətli həqiqi hərbi xidmətə çağırılaraq N nömrəli hərbi hissədə gənc əsgərlərin ilkin hazırlıq kursunu keçdikdən sonra 05 oktyabr N0N4-cü il tarixdə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilməklə həmin hərbi hissənin 3-cü taborunun 9-cu bölüyünün 1-ci taqımının N-ci manqasının atıcı – qumbaraatan köməkçisi vəzifəsində xidmət etmişdir. 0N yanvar N0N5-ci il tarixdən isə ştat ixtisarları ilə əlaqədar olaraq N nömrəli hərbi hissənin Nci taborunun 6-cı bölüyünün 3-cü taqımının 1-ci manqasının atıcı – qumbaraatan köməkçisi vəzifəsinə təyin edilmiş, hazırda da həmin vəzifədə və rütbədə xidmətini davam etdirir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət edərkən tanımış, aralarında hər hansı qohumluq əlaqəsi, düşmənçilik və ədavəti olmamışdır. Xidməti yeri olan N nömrəli hərbi hissənin Kilid yaşayış məntəqəsində yerləşən şərti adı ilə “Qartal” adlanan mövqedə 17 iyun N0N5-ci il tarixdə saat 06:00-dan saat 08:00-dək döyüş növbətçiliyində olmuş, növbəni təhvil verərək əsgər yataqxanasına qayıdan zaman post başçısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs boşda olan əsgərlərin əşya saxlanc anbarına gedərək oranı təmizləmələri və dağınıq odunları səliqəli şəkildə yiğmaları barədə göstəriş vermişdir. Bölmədə növbəli şəkildə hər gün bir əsgər qabları yuduğu üçün 17 iyun N0N5-ci il tarixdə də növbə onun olduğu üçün yataqxananın içərisində olan qazanı götürərək yuyub təmizləməyə aparan zaman kiçik çavuş Təqsirləndirilən şəxs yataqxanada onu görərək nə üçün burda olduğunu və əşya saxlanc otağına getmədiyini soruşduqda, cavabında qab yumaq növbəsininin onun olduğunu və çirkli qabları yuyub təmizləyəcəyini dedikdə, kiçik çavuş Təqsirləndirilən şəxs əsgər “get kaptyorkanı təmizlə” dedikdən sonra sonuncuya müraciət etmək istəyərkən Təqsirləndirilən şəxs yüksək səslə nalayiq ifadə işlətdikdən sonra, o, kiçik çavuş Təqsirləndirilən şəxs “nə oldu çavuş Əliyev yenə başladınız?” deyib qazanı yerə qoyaraq əşya saxlanc anbarına getmişdir. Təqsirləndirilən şəxs onun ardınca kaptyorkanın qarşısına gələrək “yenə balşadınız, o nə deməkdir” dedikdə, sonuncuya “qoymursuz sözümü deyim, sonra da qabları gec yuyanda deyirsiniz ki, işdən qaçırsınız” dedikdə, Təqsirləndirilən şəxs “mənimlə söz güləşdirmə, səni məruzə edəcəyəm” dedikdə həmin vaxt ona özünüz bilərsiniz, nə edirsiniz edin gedin məruzə edin demişdir. Bunun ardınca Təqsirləndirilən şəxs əsəbiləşərək yüksəs səslə “sən sukaya oxşuyursan” ifadəsini işlətdikdə ona “nə sukalığımı görmüsünüz” demişdir. Təqsirləndirilən şəxs ona yaxınlaşaraq səsini yüksəltmə deyərək, onu iki əli ilə geriyə doğru itələdikdə, o, öz müqavimətini saxlayaraq yıxılmadığı üçün Təqsirləndirilən şəxs iki əli ilə arxaya doğru itələmişdir. Təqsirləndirilən şəxs itələdiyi üçün üzərinə gələrək sol üz nahiyəsinə sağ əli ilə bir dəfə şillə vurmuş, Təqsirləndirilən şəxs manqa komandiri olmasına baxmayaraq o, da onun sağ üz nahiyəsinə sol əli ilə bir dəfə şillə vərəbəsi vurmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs onun yaxasından tutaraq “sən mənə əl qaldırırsan, sən belə şişmisən” deyərək yenidən sağ əli ilə onun sol üz nahiyəsinə bir dəfə şillə vurmuşdur. Həmin anda əsəbiləşərək o, da sol əli ilə Təqsirləndirilən şəxs sağ üz nahiyəsinə bir dəfə şillə zərbəsi vurmuşdur. Bundan sonra əşya saxlanc otağında təmizlik işləri ilə məşğul olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçular əsgər X8 və əsgər Şahid3 onları ayırmağa çalışarkən kiçik çavuş Təqsirləndirilən şəxs sağ əli ilə onun sol üz nahiyəsinə bir neçə dəfə yumruq zərbələri vurmağa başlamışdır. Təqsirləndirilən şəxs sakitləşmədiyi, əsgərlər A.A.Qasımzadə və Şahid3 kiçik çavuş Təqsirləndirilən şəxs ona zor tətbiq etməsini dayandıra bilmədiyini görən xidmət yoldaşı əsgər X7 da onları ayırmaq üçün gəlmişdir. Bu zaman kiçik çavuş Təqsirləndirilən şəxs yenidən sağ əli ilə onun sol göz nahiyəsinə yumruq zərbəsi vurmuşdur. Xidmət yoldaşları onları ayırdıqdan sonra əsgər yataqxanasına getmişdir. Bir müddət sonra kiçik çavuş Təqsirləndirilən şəxs yanına gələrək “sən də əsgərsən, mən də əsgərəm, məruzə etsən ikimizi də tutacaqlar” dediyi üçün o, qorxduğundan baş vermiş hadisə barədə heç kimə məlumat verməmişdir. Lakin növbəti gün yəni 18 iyun N0N5-ci il tarixdə Təqsirləndirilən şəxs onu vurması nəticəsində gözünün altının qaralıb şişməsini, eləcə də içərisinin qızarmasını, dodağınında şişdiyini görərək narahat olduğundan bu barədə yuxarı komandanlığa məruzə etmək qərarına gəlmişdir. Lakin kiçik çavuş Təqsirləndirilən şəxs aralarında baş vermiş mübahisə nəticəsində xəsarət almağı barədə heç kimə məlumat vermək niyyəti olmamışdır. 18 iyun N0N5-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon vasitəsilə ailə üzvləri ilə əlaqə saxlayaraq atası X5 baş vermiş hadisə barədə məlumat verdikdən sonra, atası da bu barədə N nömrəli hərbi hissənin komandanlığına dediyindən 19 iyun N0N5-ci il tarixdə saat 13 radələrində onu Təqsirləndirilən şəxslə birlikdə mövqedən hərbi hissəyə gətirmişlər. Hərbi hissənin tibb məntəqəsində ilkin müayinədən sonra onu N0 iyun N0N5-ci il tarixdə müayinə və müalicə üçün N nömrəli hərbi hissəyə göndərmişlər. Hospitalda yekun müayinələrin sonunda ona “üz nahiyyəsinin küt travması, sol göz qapaqlarının hematoması, alt dodağın selikli qişasının çapılmış yarası” diaqnozları qoyulmuşdur. Bundan əlavə N0N5-ci ilin yanvar ayının əvvəllərində saat 19 radələrində “Qartal” adlı mövqedə yerləşən əsgər yataqxanasının içərisində manqa komandiri, kiçik çavuş Təqsirləndirilən şəxs bölüyə yeni gəldiyi üçün vəzifə borclarını, həmçinin taborun vəzifəli şəxslərini tanıyıb-tanımadığı barədə soruşduqda, bölməyə yeni gəldiyi üçün taborun vəzifəli şəxslərini tanımadığını dedikdə, Təqsirləndirilən şəxs “necə yəni bilmirsən” deyib ona yaxınlaşmaqla əlinin içi ilə çənəsindən vuraraq otur vəzifə borclarını və taborun vəzifəli şəxslərinin kim olmasını öyrənməyi barədə tapşırıq vermişdir. N0N5-ci ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs ona zor tətbiq etməsini yanında olan əsgər yoldaşı Şahid4 şahidlik etmişdir. O, qeyd etdiyi hadisə baş verən zaman elədə ciddi xəsarət almadığından və gələcəkdə Təqsirləndirilən şəxs onu sıxışdırcağından qorxduğundan bu barədə yuxarı komandanlığa məlumat verməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin N-ci taborunun 6-cı bölüyünün 3-cü taqımının 1-ci manqasının baş atıcısı, X3 ifadəsində göstərmişdir ki, hərbi qulluqçular kiçik çavuş Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs Asif oğlunu N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə tanımış, onlara qarşı münasibəti xidməti olmuş, aralarında hər hansı düşmənçilik və ya ədavət olmamışdır. 17 iyun N0N5-ci il tarixdə, saat 09:00 radələrində post başçısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs manqada boşda olan əsgərlərin əşya saxlanc otağını (kaptyorkanı) təmizləmələri barədə tapşırıq verdiyindən əsgər Şahid3 ilə birlikdə əşya saxlanc otağına gedərək oranı təmizləməyə başlamışdır. Həmin vaxt onlar yenicə kaptyorkanı təmizləməyə başladıqda əsgər Zərərçəkmiş şəxs, onun ardınca isə kiçik çavuş Təqsirləndirilən şəxs gəldiyini görmüşdür. Kaptyorkanın qarşısında kiçik çavuş Təqsirləndirilən şəxs gələrək əsgər Zərərçəkmiş şəxs Asif oğluna “o nə deməkdir, yenə başladınız” dedikdə, əsgər Zərərçəkmiş şəxs də ona “qoymursuz sözümü deyim, sonra da qabları gec yuyanda deyirsiz ki, işdən qaçırsız” demiş, kiçik çavuş Təqsirləndirilən şəxs də “mənimlə söz güləşdirmə, mən səni məruzə edəcəyəm” dedikdə, həmin vaxt əsgər Zərərçəkmiş şəxs “özünüz bilərsiniz, gedin məruzə edin” demişdir. Daha sonra kiçik çavuş Təqsirləndirilən şəxs əsəbiləşərək yüksək səslə “sən sukaya oxşuyursan” demiş, əsgər Zərərçəkmiş şəxs “nə sukalığımı görmüsünüz” bildirdikdə, bu zaman kiçik çavuş Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs yaxınlaşaraq “səsini mənə yüksəltmə” deyərək iki əli ilə onu geriyə doğru itələmişdir. Bundan sonra əsgər Zərərçəkmiş şəxs də onu iki əli ilə arxaya doğru itələmişdir. Təqsirləndirilən şəxs onu itələdiyinə görə əsgər Zərərçəkmiş şəxs yaxınlaşaraq sol üz nahiyəsinə sağ əli ilə bir dəfə şillə vurduqdan sonra əsgər Zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs sağ üz nahiyəsinə sol əli ilə bir dəfə şillə zərbəsi vurmuşdur. Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs yaxasından tutaraq “sən mənə əl qaldırırsan, sən belə şişmisən?” deyərək yenidən sağ əli ilə əsgər Zərərçəkmiş şəxs sol üz nahiyəsinə bir dəfə şillə vurmuş, əsgər Zərərçəkmiş şəxs də sol əli ilə onun sağ üz nahiyəsinə bir dəfə şillə zərbəsi vurmuşdur. Bundan sonra o, əsgər Şahid3 ilə onların yanına gedərək ayırmağa çalışarkən Təqsirləndirilən şəxs sağ əli ilə əsgər Zərərçəkmiş şəxs sol üz nahiyəsinə bir neçə dəfə yumruq zərbələri vurmağa başlamış, bundan sonra əsgər XN eşidərək onları ayırmaq üçün gələn zaman Təqsirləndirilən şəxs sağ əli ilə əsgər Zərərçəkmiş şəxs sol göz nahiyəsinə yumruq zərbəsi vurması nəticəsində əsgər Zərərçəkmiş şəxs sol gözünün alt nahiyəsindən xəsarət almış, həmçinin alt dodağı da üzünə aldığı zərbələrin təsirindən qanamışdır. O, X16, əsgər Şahid3 ilə birlikdə onları ayırdıqdan sonra yataqxananın qarşısına getmiş, bu zaman o, əsgər Zərərçəkmiş şəxs dodağında qan laxtasının və sol gözünün altının qaraldığını, gözünün içinin qızardığını görmüşdür. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs yataqxanaya gələrək əsgər Zərərçəkmiş şəxs “sən də - əsgərsən, mən də, məruzə etsən ikimizi də tutacaqlar” demişdir. Bundan sonra onlar barışmaqla bu barədə heç kimə məruzə etməmişlər. Növbəti gün əsgər Zərərçəkmiş şəxs atasına zəng edərək Təqsirləndirilən şəxslə dalaşmağı barədə məlumat verdiyindən 19 iyun N0N5-ci il tarixdə, saat 13:00 radələrində əsgər Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə birlikdə mövqedən yendirilib N nömrəli hərbi hissəyə getmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin tibb xidmət rəisi, tibb xidməti mayoru Şahid1 ifadəsində göstərmişdir ki, N9 dekabr N0N4-cü il tarixdən qeyd etdiyi vəzifədə və rütbədə xidmət edir. Hərbi qulluqçular kiçik çavuş Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs Asif oğlunu N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə tanımış, onlara qarşı münasibəti xidməti olmuş, aralarında hər hansı düşmənçilik və ya ədavət olmamışdır. 19 iyun N0N5-ci il tarixdə Culfa şəhərində yerləşən N nömrəli hərbi hissənin tibb xidməti rəisi kimi xidməti vəzifələrini icra edərkən həmin hərbi hissənin hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs Asif oğlu aldığı xəsarətlə bağlı tibb məntəqəsinə müraciət etmişdir. Əsgər Zərərçəkmiş şəxs müayinə edərək bədəninə baxış keçirdikdə, sonuncuda “sol almacığın dərialtı diaqnozu, alt dodağın selikli qişasının çapılmış yarası” diaqnozlarını qoymuşdur. Bundan sonra Zərərçəkmiş şəxs xəsarətləri harada hansı şəraitdə alması barədə soruşduqda, cavabında aşkar olunan xəsarətləri 17 iyun N0N5-ci il tarixdə saat 09 radələrində aralarında yaranmış mübahisə nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs onu vurması nəticəsində aldığını bildirmişdir. Bununla əlaqədar olaraq hadisənin baş vermə səbəbi və şəraitinin araşdırılması ilə bağlı hərbi hissə komandirinə raportla müraciət etmişdir. Məhkəmə istintaqında iştirak etməyən Şahid3 məhkəməyə ünvanladığı N7 noyabr N0N5-ci il tarixli teleqramda Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin məhkəmə baxışı iclasında maddi vəziyyəti ilə əlaqədar iştirak etməməsini və onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini xahiş etmişdir. Cinayət işinin məhkəməyədək icraat zamanı Şahid3 verdiyi ifadəsi elan edilərək cinayət prosesi tərəflərinin iştirakı ilə tədqiq edilmişdir. Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 17 iyun N0N5-ci il tarixdə saat 09:00 radələrində Kilid yaşayış məntəqəsində yerləşən “Qartal” adlanan mövqedə post başçısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs manqada boşda olan əsgərlərin əşya saxlanc otağına gedərək oranı təmizləməsi və odunları səliqəli şəkildə yığmaları barədə tapşırıq vermişdir. X3 ilə o, əşya saxlanc otağına (kaptyorkaya) gedərək oranı təmizləməyə başlamışlar. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs, ardınca isə kiçik çavuş Təqsirləndirilən şəxs gəldiyini görmüşlər. Əşya saxlanc otağının qarşısında kiçik çavuş Təqsirləndirilən şəxs gələrək əsgər Zərərçəkmiş şəxs “o nə deməkdir, yenə başladınız” demiş, əsgər Zərərçəkmiş şəxs də ona “qoymursuz sözümü deyim, sonra da qabları gec yuyanda deyirsız ki, işdən qaçırsız” dedikdə, MAHHXHQ kiçik çavuş Təqsirləndirilən şəxs “mənimlə söz güləşdirmə, mən səni məruzə edəcəyəm” demişdir. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs “özünüz bilərsiniz, gedin məruzə edin” demişdir. Daha sonra kiçik çavuş Təqsirləndirilən şəxs əsəbiləşərək yüksək səslə “sən sukaya oxşuyursan” demiş, əsgər Zərərçəkmiş şəxs də “nə sukalığımı görmüsünüz” soruşmuşdur. Bu zaman kiçik çavuş Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs yaxınlaşaraq “səsini mənə yüksəltmə” deyərək iki əli ilə onu geriyə doğru itələmiş, bundan sonra əsgər Zərərçəkmiş şəxs də onu iki əli ilə arxaya doğru itələmişdir. Həmin vaxt onların heç biri yerə yıxılmamışdır. Onu itələdiyinə görə kiçik çavuş əsgər Zərərçəkmiş şəxs yaxınlaşaraq sol üz nahiyəsinə sağ əli ilə bir dəfə şillə vurduqdan sonra əsgər Zərərçəkmiş şəxs də onun sağ üz nahiyəsinə sol əli ilə bir dəfə şillə zərbəsi vurmuşdur. Kiçik çavuş Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs yaxasından tutaraq “sən mənə əl qaldırırsan, sən belə şişmisən” deyərək yenidən sağ əli ilə əsgər Zərərçəkmiş şəxs sol üz nahiyəsinə bir dəfə şillə vurmuşdur. Əsgər Zərərçəkmiş şəxs də sol əli ilə onun sağ üz nahiyəsinə bir dəfə şillə zərbəsi endirmişdir. Bundan sonra əsgər Akif Qasımzadə ilə gedərək onları ayırmağa çalışarkən kiçik çavuş Təqsirləndirilən şəxs sağ əli ilə əsgər Zərərçəkmiş şəxs sol üz nahiyəsinə bir neçə dəfə yumruq zərbələri vurmağa başlamışdır. Bundan sonra X16 səsi eşidərək onları ayırmaq üçün gələn zaman kiçik çavuş Təqsirləndirilən şəxs sağ əli ilə əsgər Zərərçəkmiş şəxs sol göz nahiyəsinə yumruq zərbəsi endirməsi nəticəsində əsgər Zərərçəkmiş şəxs sol gözünün alt nahiyəsindən xəsarət almışdır. Həmçinin alt dodağı da qanamışdır. X16, əsgər Akif Qasımzadə və o, onları ayırdıqdan sonra yataqxananın qarşısına getmişlər. Bu zaman əsgər Zərərçəkmiş şəxs dodağında qan laxtasının və sol gözünün altının qaraldığını, gözünün içinin qızardığını görmüşlər. Bir müddət keçdikdən sonra kiçik çavuş Təqsirləndirilən şəxs yataqxanaya gələrək əsgər Zərərçəkmiş şəxs “sən də əsgərsən, mən də, məruzə etsən ikimizi də tutacaqlar” demiş, bundan sonra onlar barışmışlar və bu barədə heç kimə məruzə etməmişlər. Ertəsi gün əsgər Zərərçəkmiş şəxs atasına zəng edərək MAHHXHQ kiçik çavuş Təqsirləndirilən şəxslə dalaşmağı barədə məlumat vermişdir. 19 iyun N0N5-ci il tarixdə saat 13:00 radələrində əsgər Zərərçəkmiş şəxs MAHHXHQ kiçik çavuş Təqsirləndirilən şəxslə birlikdə mövqedən hərbi hissəyə getmişlər. N0N5-ci ilin yanvar ayının əvvəllərində “Qartal” adlanan mövqedə döyüş növbətçiliyindən qayıdarkən xidmət yoldaşı əsgər Zərərçəkmiş şəxs Asif oğlu ona taborun vəzifəli şəxslərini tanımadığını və vəzifə borclarını tam yiyələnə bilmədiyi üçün kiçik çavuş Təqsirləndirilən şəxs əsgər yataqxanasında əlinin içi ilə çənəsindən vurduğunu və bölməyə yeni gəldiyindən Təqsirləndirilən şəxs qorxduğu üçün bu barədə məruzə etmədiyini bildirmişdir. Məhkəməyə ünvanlanmış Kəngərli rayon Qarabağlar kənd İƏDÜ Nümayəndəliyindən verilmiş xx.xx.N0N5-ci il tarixli 718/N5 nömrəli arayışda iş üzrə şahid qismində tanınmış Şahid4 Kəngərli rayon Qarabağlar kəndində qeydiyyatda olması və halhazırda Türkiyə Respublikasında olması göstərilmişdir. Bu səbəbdən məhkəmə istintaqında iştirak etməyən Şahid4 cinayət işinin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilərək cinayət prosesi tərəflərinin iştirakı ilə tədqiq edilmişdir. Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövət Xidmətinin Kəngərli rayon şöbəsindən xx.xx.N0N4-cü il tarixdən hərbi xidmətə çağırılaraq N nömrəli hərbi hissədə ilkin gənc əsgərlərin kursunu keçdikdən sonra 03 aprel N0N4-cü il tarixdən N hərbi hissədə xidmətə başlamışdır. N0 oktyabr N0N4-cü il tarixdən yuxarıda qeyd etdiyi vəzifədə və rütbədə xidmət etmişdir. 19 iyul N0N5-ci il tarixdən müddətli həqiqi hərbi xidməti başa vuraraq ordu sıralarından ehtiyyata buraxılmaqla, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsində qeydiyyata düşmüşdür. Kiçik çavuş Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs Asif oğlunu N nömrəli hərbi hissədə xidmət edərkən tanımış, onlarla münasibəti xidmətidir, hər ikisi ilə arasında qohumluq, düşmənçilik, mübahisə və ya ədavət olmamışdır. 17 iyun N0N5-ci il tarixdə 08:00-dan saat 10:00-dək döyüş növbəsində olmuş, həmin gün saat 10:00-da döyüş növbətçiliyini təhvil verərək posta qayıtdıqda xidmət etdiyi manqanın kiçik çavuşu Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs Asif oğlunun saat 09:00 radələrində əvvəlcə sözlü sonra isə əlbəyaxa dalaşmaqları barədə demişdir. Daha sonar əsgər yataqxanasının içərisində olarkən əsgər Zərərçəkmiş şəxs sol gözünün altının qaraldığını, içərisinin qızardığını və dodağının şişdiyini gördükdə, əsgər Zərərçəkmiş şəxs nə baş verdiyini soruşduqda sonuncu cavabında qısa olaraq kaptyorkanın qarşısında kiçik çavuş Təqsirləndirilən şəxslə sözlü mübahisə etdikdən sonra Təqsirləndirilən şəxs onu vurması nəticəsində xəsarətlər aldığını bildirmişdir. N0N5-ci ilin yanvar ayının əvvəllərində əsgər Zərərçəkmiş şəxs mövqeyə yeni gəlmiş, bu zaman vəzifə borclarını soruşmaq üçün əsgər Zərərçəkmiş şəxs ilə onu kiçik çavuş Təqsirləndirilən şəxs yataqxananın içərisində sıraya çağıraraq vəzifə borclarını soruşmuşdur. Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs taborun vəzifəli şəxslərini soruşduqda əsgər Zərərçəkmiş şəxs taborun vəzifəli şəxslərini tanımadığını və taborun vəzifəli şəxslərini tanımaq onun vəzifə borcu olmadığını dedikdə, kiçik çavuş Təqsirləndirilən şəxs ona yaxınlaşaraq əlinin içi ilə əsgər Zərərçəkmiş şəxs çənəsinə bir dəfə vurmuş və “get vəzifə borclarını öyrən” demişdir. Cinayət işinin materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandiri, polkovnik İsmayıl Mədətovun arayışından müəyyən olunmuşdur ki, kiçik çavuş Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs Asif oğlu arasında tabelik münasibələri vardır. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs kiçik çavuş Təqsirləndirilən şəxs tabedir. Cinayət işi materiallarına əlavə edilmiş N nömrəli hərbi hissənin tibb xidməti rəisi, tibb xidməti mayoru Şahid1 N0 iyun N0N5-ci il tarixli raportundan müəyyən olunur ki, əsgər Zərərçəkmiş şəxs Asif oğlu xx.xx.N0N5-ci il tarixdə “ sol almacığın dərialtı diaqnozu, alt dodağın selikli qişasının çapılmış yarası” diaqnozları ilə tibb məntəqəsinə müraciət etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş N nömrəli hərbi hissənin “yaralanma və travma hallarının qeydiyyatı” kitabından çıxarışdan müəyyən olunur ki, əsgər Zərərçəkmiş şəxs Asif oğlu 19 iyun N0N5-ci il tarixdə “sol almacığın dərialtı diaqnozu, alt dodağın selikli qişasının çapılmış yarası” diaqnozları ilə tibb məntəqəsinə müraciət etmiş və deməsinə görə də həmin xəsarətləri 17 iyun N0N5-ci il tarixdə saat 09 radələrində aralarında yaranmış mübahisə nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs onu vurması nəticəsində aldığını bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertinin xx.xx.N0N5-ci il tarixli, 3N0 nömrəli rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər sol göz qapaqlarının qançırı və alt dodağın selikli qişasının əzilmiş yarası - bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənmələri istisna olunmur, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin olunmur. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertinin xx.xx.N0N5-ci il tarixli, 404 nömrəli rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthi üzərində N0N5-ci ilin yanvar ayında baş vermiş hadisə ilə bağlı hər hansı bir bədən xəsarəti və ya bunun görünən izi aşkar olunmamışdır. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək, cinayəti törətdiyini etiraf etmişdir ki, məhkəmə onun bu etirafını iş üzrə olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərək inandırıcı qəbul etmişdir. Çünki, onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsində cinayət əməlini törətməsinə dair etirafları zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə tam təsdiqini tapmışdır. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Bütün bu sadalananlara görə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən əməldə cinayət tərkibi mövcuddur. Cinayət hadisəsi Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar» və 47-ci maddəsində göstərilən «komandir (rəis)… tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətini alçalda biləcək hərəkətlər etməməlidir» tələbini pozmaqla, qəsdən törədilmişdir. Onun törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun bu əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İş materiallarında olan və cinayət işinin ibtidai istintaqı zamanı N nömrəli hərbi hissənin N-ci taborunun 6-cı bölüyünün komandiri kapitan Söhrab Əliyev tərəfindən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini səmini etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərini törətməsi onun kriminal meyilliliyindən deyil, onun bu cinayət əməllərini törətməsində zərərçəkmiş şəxsin onu bu cinayət əməlini törətməyə təhrik etməsi amili də olmuşdur. Məhkəmə bu halı da onun şəxsiyyətini səciyyələndirən müsbət hallardan biri kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməllərində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri müəyyən olunduğundan, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsiyyətinə uyğun ədalətli cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarından görünür ki, ibtidai araşdırma zamanı X1 Sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmaması ilə bağlı sorğu verilmiş, həmin sorğu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sistemində yoxlanılmış və Təqsirləndirilən şəxs məhkumluğunun olması ilə bağlı heç bir məlumatın olmadığı müəyyən edilmişdir. Odur ki, ona residivə görə cəza təyin etmək üçün heç bir əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin himayəsində ikisi azyaşlı övladı olmaqla dörd nəfər ailə üzvünün olmasını, himayəsində olan anası X4 Şəkərli diabet İİ tip orta forma xəstə olmasını və ailədə tək qazanc gətirənin olmasını birlikdə müstəsna hal kimi qəbul edərək belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsinin tətbiq edilərək ona həmin Məcəllənin 3N9.N.1-ci maddəsinin sanksiyasında müəyyən edilən bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzalarından daha yüngül cəza növü olan hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsi, onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə cəzanı yüngülləşdirən hallara habelə onun islah olunmasına və ya ailəsinin həyat şəraitinə təsirinə, həmçinin cəzanın məqsədlərinə uyğun olacaqdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, həmin Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilə bilər. Həmin maddəyə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər (6N.N-ci maddə). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən cəza təyin edilməsinin ümumi əsaslarını-törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, həmin maddənin tələbinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.N-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs əlavə cəzaların təyin edilməsi üçün əsaslar müəyyən olunmamışdır. İş materialında olan Hərbi-Həkim Komissiyasının 19N7 nömrəli arayışından məlum olur ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin N iyul N0N5-ci il tarixli N43 nömrəli göndərişi ilə 14 iyul N0N5-ci il tarixdə N nömrəli hərbi hissənin Qarnizon hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və komissiya onun “Sağtərəfli kəskin orta otit” xəstəlik olması və hərbi xidmətə yararlı olması barədə qərar qəbul etmişdir. Eyni zamanda iş materiallarında olan “X17 Mərkəzi” publik hüquqi şəxsinə sorğu verilərək alınmış məktubda Təqsirləndirilən şəxs xəstəxanada psixoloji və narkoloji xəstə kimi qeydiyyatda dayanmadığı göstərilmişdir. Odur ki, məhkəmə onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi üçün əsaslar müəyyən etməmişdir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçiyə, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Məhkəmə qətimkan tədbiri məsələsini müzakirə edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində N6 sentyabr N0N5-ci il tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldildikdən sonra ləğv edilməlidir. Məhkəmə həmçinin cəzaçəkmə müddətinin əvvəlinin hansı tarixdən hesablanması məsələsini də müzakirə edərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmanın aparıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50-ci, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkdiyi müddətdə aylıq pul təminatından 15% (on beş faiz) məbləğində pul tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmanın aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. Hökm üzrə təyin olunan cəzanın icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığına, xidmət yerinin başqa hərbi hissəyə dəyişdirildiyi halda isə həmin hərbi hissənin komandanlığına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində N6 sentyabr N0N5-ci il tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldildikdən sonra ləğv edilsin. İş üzrə məhkəmə xərci olan Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən müdafiəçiyə, Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim edəcəyi hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Hökmdən, apellyasiya şikayəti və ya protest Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə, elan olunduğu andan N0 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Polad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar