Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-69/2025 08.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Həsənov Polad Vəli oğlunun sədrliyi, Zeynalov Əbəlfəz Kazım oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1995-ci il tarixdə Şərur rayonunda doğulmuş, Kəngərli rayon Qabıllı kəndində daimi qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin zenit-raket taqımının 3-cü manqasının komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kiçik çavuş hərbi rütbəsində xidmət edən, barəsində xx.xx.2025-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Seyidov X1 Nazirliyinin N nömrəli hərbi hissəsinin zenit-raket taqımının 3-cü manqasının komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kiçik çavuş hərbi rütbəsində xidmət edərkən, 2025-ci ilin iyul ayının ortalarında saat 10 radələrində Kəngərli rayonunun Qıvraq qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin əsgər yataqxanasının arxasında “ağaclıq” adlanan ərazidə keçirilən dərs zamanı öz tabeliyində olan, həmin taqımın idarəetmə manqasının radiotelefonçusu-kəşfiyyatçısı vəzifəsində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs taborun vəzifəli şəxslərinin ad, soyad və rütbəsini soruşmuş, sonuncu taborun vəzifəli şəxslərinin kimlər olmasını bilməyərək güldüyündən, kiçik çavuş Təqsirləndirilən şəxs əlində olan çubuqla əsgər Zərərçəkmiş şəxs hər iki əlinin içərisindən iki dəfə zərbə vuraraq rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, 2025-ci ilin sentyabr ayının əvvələrində saat 11 radələrində Kəngərli rayonunun Qıvraq qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin əsgər yataqxanasının arxasında “ağaclıq” adlanan ərazidə keçirilən dərs zamanı tabeliyində xidmət edən əsgər Zərərçəkmiş şəxs vəzifə borclarını, həmçinin taborun vəzifəli şəxslərinin ad, soyad və rütbəsini soruşmuş, sonuncu verilən suallara cavab verə bilməyərək güldüyündən, kiçik çavuş Təqsirləndirilən şəxs sağ əli ilə əsgər Zərərçəkmiş şəxs sinəsindən bir dəfə yumruq zərbəsi vuraraq rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs N nömrəli hərbi hissədə xidmət edərkən tanımış, aralarında qohumluq əlaqəsi, hər hansı düşmənçilik və ədavəti olmamışdır. 2025-ci ilin iyul ayının ortalarında, saat 10 radələrində zenit-raket taqımının şəxsi heyəti ilə birgə Kəngərli rayon Qıvraq qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin əsgər yataqxanasının arxasında yerləşən dərs keçirilən əraziyə “ağaclıq” adlanan əraziyə getmiş, həmin gün o, taqım komandiri kiçik leytenant Mirsahib Əliyevin göstərişinə əsasən şəxsi heyətə dərs keçmək üçün ayrılmışdır. Dərs zamanı şəxsi heyətdən vəzifə borclarını və hərbi hissənin vəzifəli şəxslərinin ad, soyad və rütbələrini soruşmuş, növbə əsgər Zərərçəkmiş şəxs çatdıqda sonuncudan hərbi hissənin vəzifəli şəxslərinin ad, soyad və rütbəsini soruşmuş, lakin əsgər Zərərçəkmiş şəxs cavab verə bilməmiş və üstəlik gülümsəmişdir. Bu vaxt o, əsgər Zərərçəkmiş şəxs gülməyinə əsəbiləşərək dərsə gedərkən yolda tut ağacından qırdığı uzunluğu təxminən 50 sm olan əlindəki ağac çubuğu ilə Zərərçəkmiş şəxs hər iki əlinin içindən 2 dəfə zərbə vurmaqla vəzifə borclarını öyrənməyi barədə tapşırıq vermişdir. O, 2025-ci ilin sentyabr ayının əvvəllərində, saat 11 radələrində Kəngərli rayon Qıvraq qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin əsgər yataqxanasının arxasında yerləşən dərs keçirilən ərazidə yəni “ağaclıq” adlanan yerdə şəxsi heyətə dərs keçmək üçün ayrılmış, dərs zamanı o, 2025-ci ilin dekabr ayında hərbi hissəyə gələcək yoxlama ilə bağlı şəxsi heyətin vəzifə borclarını bilib-bilməməsini, eyni zamanda hərbi hissənin vəzifəli şəslərini tanıyıb-tanımamalarını öyrənmək üçün zenit-raket taqımının şəxsi heyətinə ixtisas və hərbi hissənin vəzifəli şəxslərinin ad, soyad və rütbələri ilə bağlı suallar vermişdir. Dərs zamanı şəxsi heyətin demək olar ki, hamısı verilən suallara cavab vermiş, lakin əsgər Zərərçəkmiş şəxs vəzifə borclarını və hərbi hissənin vəzifəli şəxslərinin ad, soyad və rütbəsini soruşduqda əsgər Zərərçəkmiş şəxs cavab verə bilməmiş və yenə gülmüşdür. O, əsgər Zərərçəkmiş şəxs dəfələrlə hərbi hissənin vəzifəli şəxslərinin ad, soyad və rütbəsini öyrətməyinə baxmayaraq Zərərçəkmiş şəxs yenə də cavab verə bilməmiş və üstəlik güldüyünə əsəbiləşərək Zərərçəkmiş şəxs sinəsindən sağ əli ilə bir dəfə yumruq zərbəsi vuraraq hərbi hissənin vəzifəli şəxslərinin ad, soyad və rütbəsini öyrənməyi barədə tapşırıq vermişdir. Zərərçəkmiş şəxslə barışdığını, aralarında heç bir şəxsi ədavətin olmadığını, etdiyi hərəkətlərdən peşman olduğunu, gələcəkdə xidmətini davam etdirmək istədiyini və bu cür halların bir daha təkrarlanmayacağını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə zərərçəkmiş şəxslə barışdığını, törətdiyi əməldən son dərəcə peşman olduğunu və bir daha belə halların təkrarlanmayacağına söz verdiyini bildirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, Seyidov X1 Nazirliyinin N nömrəli hərbi hissəsinin zenit-raket taqımının 3-cü manqasının komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kiçik çavuş hərbi rütbəsində xidmət edərkən, 2025-ci ilin iyul ayının ortalarında saat 10 radələrində Kəngərli rayonunun Qıvraq qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin əsgər yataqxanasının arxasında “ağaclıq” adlanan ərazidə keçirilən dərs zamanı öz tabeliyində olan, həmin taqımın idarəetmə manqasının radiotelefonçusu-kəşfiyyatçısı vəzifəsində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs taborun vəzifəli şəxslərinin ad, soyad və rütbəsini soruşmuş, sonuncu taborun vəzifəli şəxslərinin kimlər olmasını bilməyərək güldüyündən, kiçik çavuş Təqsirləndirilən şəxs əlində olan çubuqla əsgər Zərərçəkmiş şəxs hər iki əlinin içərisindən iki dəfə zərbə vuraraq rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan vəzifədə və hərbi rütbədə xidmətdə olarkən, 2025-ci ilin sentyabr ayının əvvəllərində saat 11 radələrində Kəngərli rayonunun Qıvraq qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin əsgər yataqxanasının arxasında “ağaclıq” adlanan ərazidə keçirilən dərs zamanı tabeliyində xidmət edən əsgər Zərərçəkmiş şəxs vəzifə borclarını, həmçinin taborun vəzifəli şəxslərinin ad, soyad və rütbəsini soruşmuş, sonuncu verilən suallara cavab verə bilməyərək güldüyündən, kiçik çavuş Təqsirləndirilən şəxs sağ əli ilə əsgər Zərərçəkmiş şəxs sinəsindən bir dəfə yumruq zərbəsi vuraraq rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs bu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsində nəzərdə tutulmuş, “Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi, eyni əməllər: təkrar törədildikdə” cinayət əməlinin törədilməsi ilə nəticələnmişdir. Onun əməllərində cinayət tərkibi vardır və Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi, məhkəmə istintaqı zamanı özünün etirafı, cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, həmçinin işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş əsgər Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, kiçik çavuş Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət edərkən tanımış, onunla arasında qohumluq əlaqəsi, hər hansı düşmənçilik və ədavəti olmamışdır. 2025-ci ilin iyul ayının ortalarında, saat 10 radələrində Kəngərli rayon Qıvraq qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin ərazisində, əsgər yataqxanasının arxasında “ağaclıq” adlanan yerdə zenit raket taqımın şəxsi heyətinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs dərs keçmişdir. Keçirilən dərs zamanı kiçik çavuş Təqsirləndirilən şəxs şəxsi heyətdən N nömrəli hərbi hissənin vəzifəli şəxslərinin ad, soyad və rütbələrini soruşmuş, növbə ona çatdıqda Təqsirləndirilən şəxs hərbi hissənin vəzifəli şəxslərinin ad, soyad və rütbəsini soruşmuş, o, da Təqsirləndirilən şəxs verdiyi suallarına cavab verə bilməyərək gülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs onun etdiyi hərəkətə əsəbiləşərək, dərs zamanı əlində olan ağac çubuğu ilə hər iki əlinin içindən 2 dəfə zərbə vurmuşdur. Bölməyə yeni gəldiyindən və gələcəkdə Təqsirləndirilən şəxs onu sıxışdıracağından qorxduğu üçün bu barədə hərbi hissənin vəzifəli şəxslərinə məlumat verməmişdir. 2025-ci ilin sentyabr ayının əvvəllərində, saat 11 radələrində, dərs vaxtında Kəngərli rayon Qıvraq qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin ərazisində, əsgər yataqxanasının arxasında dərs keçirilməsi üçün təyin edilmiş yerdə, “ağaclıqda” müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, kiçik çavuş Təqsirləndirilən şəxs ona ixtisası və hərbi hissənin vəzifəli şəxslərinin ad, soyad və rütbələri ilə bağlı suallar vermiş, lakin o, bu vaxt Təqsirləndirilən şəxs suallarına cavab verə bilməmiş və özündən asılı olmayaraq gülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əsəbiləşərək onun sinəsindən sağ əli ilə bir dəfə möhkəm yumruq zərbəsi vurmaqla hərbi hissənin vəzifəli şəxslərinin ad, soyad və rütbələrini öyrənməyi barədə tapşırıq vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin zenit raket taqımının 1-ci zenit raket manqasının sürücüsü, əsgər Şahid4 ifadəsində göstərmişdir ki, hərbi qulluqçular -- kiçik çavuş Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə tanımış, onlara qarşı münasibəti xidməti olmuş, aralarında hər hansı düşmənçilik və ya ədavət olmamışdır. 2025-ci ilin iyul ayının ortalarında, saat 10 radələrində Kəngərli rayon Qıvraq qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin ərazisində, əsgər yataqxanasının arxasında yerləşən “ağaclıq” adlanan sahədə zenit raket taqımına müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs dərs keçmiş, Təqsirləndirilən şəxs şəxsi heyətdən hərbi hissənin vəzifəli şəxslərinin ad, soyad və rütbələrini soruşmuşdur. Onunla eyni taqımda xidmət edən əsgər Zərərçəkmiş şəxs danışığında qüsurlar olmaqla yanaşı, oxuma və yazmağında problemlər də olduğundan vəzifə borcları və hərbi hissənin vəzifəli şəxslərinin ad, soyad və rütbələrini yadda saxlamaqda çətinlik çəkmışdır. Dərs zamanı Təqsirləndirilən şəxs taqımdan N nömrəli hərbi hissənin vəzifəli şəxslərinin ad, soyad və rütbələrini soruşan zaman növbə əsgər Zərərçəkmiş şəxs çatmış, Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs hərbi hissənin vəzifəli şəxslərinin ad, soyad və rütbəsini soruşan zaman əsgər Zərərçəkmiş şəxs cavab verə bilmədiyindən kiçik çavuş Təqsirləndirilən şəxs əlində olan ağac çubuğu ilə əsgər Zərərçəkmiş şəxs hər iki əlinin içərisindən 2 dəfə zərbə vurmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin zenit raket taqımının 2-ci zenit raket manqasının atıcı-zenitçisi, əsgər Şahid2 ifadəsində göstərmişdir ki, o, N nömrəli hərbi hissədə 2025-ci ilin iyun ayından xidmət etmişdir, Zərərçəkmiş şəxs ilə N nömrəli hərbi hissədə and içmədən sonra N nömrəli hərbi hissənin divizionunda bir yerdə xidmət aparmış, həmin vaxtdan Zərərçəkmiş şəxs tanımışdır, Zərərçəkmiş şəxs N nömrəli hərbi hissədə xidmət edən müddətdə də vəzifə borclarını öyrənməkdə çətinlik çəkmişdir. N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. N nömrəli hərbi hissəyə gələn vaxtan təqribən 2-3 ay sonra hərbi hissənin əsgər yataqxanasının arxasında yerləşən “ağaclıq” adlanan yerə kiçik çavuş Təqsirləndirilən şəxs rəhbərliyi ilə getmişlər. Həmin ərazidə olan vaxtı kiçik çavuş Təqsirləndirilən şəxs orada olan şəxsi heyətdən hərbi hissənin vəzifəli şəxslərinin ad, soyad və rütbələrini soruşmağa başlamışdır. O, Zərərçəkmiş şəxs yazıb oxuması zəif olduğundan ona vəzifəli şəxsləri öyrətməkdə köməklik göstərmiş, Zərərçəkmiş şəxs həmin vaxtı hərbi hissənin vəzifəli şəxslərini öyrənə bilsədə sonrakı vaxtlarda yenədə yadında saxlamamışdır. Onun fikrincə Zərərçəkmiş şəxs öyrənmək istəməmişdir. Dərsdə olduqları müddətdə kiçik çavuş Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs hərbi hissənin vəzifəli şəxslərini soruşduqda Zərərçəkmiş şəxs bilməyərək gülməyə başlamışdır. Zərərçəkmiş şəxs gülmək xarakteri olmuşdur. Məhkəmədə ifadə verən zaman Şahid2 cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan təkrarən şahid qismində dindirilmiş və ilkin olaraq kiçik çavuş Təqsirləndirilən şəxs hərbi hissənin vəzifəli şəxslərini bilmədiyi üçün Zərərçəkmiş şəxs əli ilə itələməsini qeyd etsə də, məhkəmənin sonrakı mərhələlərində ona verilən suallara cavab olaraq kiçik çavuş Təqsirləndirilən şəxs həmin epizod üzrə əsgər Zərərçəkmiş şəxs yumruqla vurmasını bildirərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqında iştirak etməyən Şahid3 məhkəməyə ünvanlandığı 18 noyabr 2025-ci il tarixli teleqramda Təqsirləndirilən şəxs cinayət işi üzrə şahid qismində tanındığını, hal hazırda ordu sıralarından tərxis olunduğunu və Bakı şəhərində yaşadığını, səhhəti və maddi cəhətdən problemi olduğu üçün məhkəmə iclaslarında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etdiyini və məhkəmə istintaqında iştirak etməyən digər Şahid1 da məhkəməyə 26 noyabr 2025-ci il tarixli teleqramla müraciət edərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə şahid qismində ifadə verdiyini, hərbi xidmətdən tərxis olub, Sumqayıt şəhərində yaşadığını, ailə vəziyyətilə əlaqədar olaraq məhkəməyə gələ bilmədiyini, ifadəsini təsdiq etdiyini, onun iştirakı olmadan məhkəmə baxışının keçirilməsini xahiş etmişdir. Cinayət işinin məhkəməyədək icraat zamanı Şahid3 və Şahid1 verdiyi ifadələri elan edilərək cinayət prosesi tərəflərinin iştirakı ilə tədqiq edilmişdir. Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, hərbi qulluqçular -- kiçik çavuş Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə tanımış, onlara qarşı münasibəti xidməti olmuş, aralarında hər hansı düşmənçilik və ya ədavət olmamışdır. 2025-ci ilin iyul ayının ortalarında, saat 10 radələrində şəxsi heyətin dərs keçdiyi yerdə Kəngərli rayon Qıvraq qəsəbəsində N nömrəli hərbi hissənin ərazisində, əsgər yataqxanasının arxasında yerləşən “ağaclıq” adlanan ərazidə zenit raket taqımına müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs dərs keçmişdir. Təqsirləndirilən şəxs şəxsi heyətdən ixtisas və hərbi hissənin vəzifəli şəxslərinin ad, soyad və rütbələrini soruşmuşdur. Həmin vaxt dərs keçən Təqsirləndirilən şəxs ağaclıqda olan zaman tut ağacından bir parça çubuq qırıb əlində saxlamaqla, həmin çubuqla silahın hissələrini göstərmişdir. Dərs zamanı hərbi hissənin vəzifəli şəxslərinin ad, soyad və rütbələrini soruşan zaman növbə əsgər Zərərçəkmiş şəxs çatmış, Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs hərbi hissənin vəzifəli şəxslərinin ad, soyad və rütbəsini soruşan zaman əsgər Zərərçəkmiş şəxs cavab verə bilməməsinə baxmayaraq bununla yanaşı əsgər Zərərçəkmiş şəxs gülmüşdür. Həmin zaman kiçik çavuş Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs əllərini qabağa gətirməsini bildirmiş, bu zaman kiçik çavuş Təqsirləndirilən şəxs əlində olan ağac çubuğu ilə əsgər Zərərçəkmiş şəxs hər iki əlinin içərisindən 2 dəfə zərbə vurduqdan sonra Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs vəzifə borcları ilə yanaşı hərbi hissənin vəzifəli şəxslərinin ad, soyad və rütbəsini öyrənməsi barədə tapşırıq vermişdir. 2025-ci ilin sentyabr ayının əvvəllərində, saat 11 radələrində Kəngərli rayon Qıvraq qəsəbəsində N nömrəli hərbi hissənin ərazisində, əsgər yataqxanasının arxasında yerləşən “ağaclıq” adlanan yerdə xidmət etdiyi taqıma müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs dərs keçmiş, həmin vaxt Təqsirləndirilən şəxs şəxsi heyətdən N nömrəli hərbi hissənin vəzifəli şəxslərinin ad, soyad və rütbələrini soruşmuşdur. Hərbi qulluqçu, kiçik çavuş Təqsirləndirilən şəxs dərs rəhbəri kimi əsgər Zərərçəkmiş şəxs hərbi hissənin vəzifəli şəxslərinin ad, soyad və rütbəsini soruşduqda Zərərçəkmiş şəxs cavab verə bilməmiş və yenidən gülmüşdür. Bu zaman kiçik çavuş Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs suala cavab verməməsinə baxmayaraq gülməsinə əsəbiləşərək Zərərçəkmiş şəxs sinəsindən sağ əli ilə bir dəfə möhkəm yumruq zərbəsi vurmuşdur. Əsgər Zərərçəkmiş şəxs şəxsi heyətin yanında kiçik çavuş Təqsirləndirilən şəxs onun vurmasına hər hansı bir reaksiya göstərməsə də, ağlamağa başlamışdır. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, hərbi qulluqçular -- kiçik çavuş Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə tanımış, onlara qarşı münasibəti xidməti olmuş, aralarında hər hansı düşmənçilik və ya ədavət olmamışdır. Müddətli həqiqi hərbi xidmətdə olduqları üçün xidmətin tələblərinə əsasən vəzifə borclarını, silahların taktiki xüsusiyyətlərini və hərbi hissənin vəzifəli şəxslərinin ad, soyad və rütbələrini bilmək bütün əsgərlərin vəzifəsidir. Onunla eyni taqımda xidmət edən əsgər Zərərçəkmiş şəxs isə qeyd etdiyi məsələlərlə bağlı problemi olmuş, belə ki, Zərərçəkmiş şəxs oxuma və yazmağı elədə yaxşı olmadığına görə, həmçinin, yaddaşında oxuduqlarını yadda saxlamasına görə zəiflik olduğundan Zərərçəkmiş şəxs vəzifə borcları və hərbi hissənin vəzifəli şəxslərinin ad, soyad və rütbələrini yadda saxlamaqda çətinlik çəkmişdır. 2025-ci ilin iyul ayının ortalarında, saat 10 radələrində şəxsi heyətin dərs keçdiyi yerdə Kəngərli rayon Qıvraq qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin ərazisində, əsgər yataqxanasının arxasında yerləşən “ağaclıq” adlanan ərazidə zenit raket taqımına müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs dərs keçmiş, Təqsirləndirilən şəxs şəxsi heyətdən hərbi hissənin vəzifəli şəxslərinin ad, soyad və rütbələrini soruşmuşdur. Dərs zamanı hərbi hissənin vəzifəli şəxslərinin ad, soyad və rütbələrini soruşan zaman növbə əsgər Zərərçəkmiş şəxs çatmış, Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs hərbi hissənin vəzifəli şəxslərinin ad, soyad və rütbəsini soruşan zaman əsgər Zərərçəkmiş şəxs cavab verə bilməməsinə baxmayaraq bununla yanaşı əsgər Zərərçəkmiş şəxs gülmüşdür. Həmin zaman kiçik çavuş Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs gülməsinə əsəbiləşib əlində olan ağac çubuğu ilə əsgər Zərərçəkmiş şəxs hər iki əlinin içərisindən 2 dəfə zərbə vurduqdan sonra Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs vəzifə borcları ilə yanaşı hərbi hissənin vəzifəli şəxslərinin ad, soyad və rütbəsini öyrənməsi barədə tapşırıq vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş N nömrəli hərbi hissənin N sentyabr 2025-ci il tarixli arayışından müəyyən olunmuşdur ki, kiçik çavuş Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidmət Nizamnaməsinin 11-ci maddəsinin tələblərinə əsasən tabeçilik münasibətləri olmuşdur. Daxili Xidmət Nizamnaməsinin 11-ci maddəsinə əsasən kiçik çavuş Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs rəis hesab edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 15 sentyabr 2025-ci il tarixli şifahi ərizənin qəbul edilməsi barədə protokoldan görünür ki, əsgər Zərərçəkmiş şəxs N nömrəli hərbi hissənin hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq etməsi barədə Naxçıvan Hərbi Prokurorluğuna müraciət etmişdir. İş materiallarından görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizasından keçirilmiş, təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 534 nömrəli rəyində əsgər Zərərçəkmiş şəxs bədən səthində 2025-ci ilin iyul və sentyabr aylarında törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək, cinayəti törətdiyini etiraf etmişdir ki, məhkəmə onun bu etirafını iş üzrə olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərək inandırıcı qəbul etmişdir. Çünki, onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsində cinayət əməlini törətməsinə dair etirafı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə tam təsdiqini tapmışdır. Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Həmin sübutlarla təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Bütün bu sadalananlara görə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən əməldə cinayət tərkibi mövcuddur. Cinayət hadisəsi Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar» və 47-ci maddəsində göstərilən «komandir (rəis)… tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətini alçalda biləcək hərəkətlər etməməlidir» tələbini pozmaqla, qəsdən törədilmişdir. Onun törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun bu əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İş materiallarında olan və cinayət işinin ibtidai istintaqı zamanı N nömrəli hərbi hissənin Zenit-raket taqımının komandiri kiçik leytenant Mirsahib Əliyev tərəfindən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini səmini etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri müəyyən olunduğundan, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsiyyətinə uyğun ədalətli cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarından görünür ki, ibtidai araşdırma zamanı X2 Sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmaması ilə bağlı sorğu verilmiş, həmin sorğu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sistemində yoxlanılmış və Təqsirləndirilən şəxs məhkumluğunun olması ilə bağlı heç bir məlumatın olmadığı müəyyən edilmişdir. Odur ki, ona residivə görə cəza təyin etmək üçün heç bir əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respubilkası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin xidmət etdiyi müddət ərzində nümunəvi xidmət etməsini və xidmət düvründə müsbət xarakterizə olunmasını, cinayət əməlini törədən zaman onun məqsədinin zərərçəkmiş şəxsin xidməti vəzifələrinin ona öyrətməyə çalışması olmasını, cinayətin törədilməsi zamanı hərəkətlərində kriminal meyilliliyin olmamasını və sonra onun davranışını müstəsna hal kimi qəbul edərək belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilərək ona həmin Məcəllənin 329.2.1-ci maddəsinin sanksiyasında müəyyən edilən bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzalarından daha yüngül cəza növü olan hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsi, onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə cəzanı yüngülləşdirən hallara habelə onun islah olunmasına və ya ailəsinin həyat şəraitinə təsirinə, həmçinin cəzanın məqsədlərinə uyğun olacaqdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, həmin Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilə bilər. Həmin maddəyə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər(62.2-ci maddə). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələbinə əsasən cəza təyin edilməsinin ümumi əsaslarını-törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, həmin maddənin tələbinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2 – maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs əlavə cəzaların təyin edilməsi üçün əsaslar müəyyən olunmamışdır. İş materalında olan Hərbi-Həkim Komissiyasının 2697 nömrəli arayışından məlum olur ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin N sentyabr 2025-ci il tarixli 3-25-217/2-977/2025 nömrəli göndərişi ilə 22 sentyabr 2025-ci il tarixdə N saylı hərbi hissənin Qarnizon hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və komissiya onun sağlam olması və hərbi xidmətə yararlı olması barədə qərar qəbul etmişdir. Həmçinin Naxçıvan MR Səhiyyə Nazirliyi, Y.Budaqov adına Naxçıvan MR X3 sorğu verilərək alınmış cavabdan məlum olur ki, Təqsirləndirilən şəxs psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatda durmur. Odur ki, məhkəmə onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi üçün əsaslar müəyyən etməmişdir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi vəsaiti hesabına həyata keçirən müdafiəçiyə, Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğdən ibarətdir. Məhkəmə belə qənaətə gəlir ki, həmin məbləğ Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim edəcəyi hesabata uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Məhkəmə qətimkan tədbiri məsələsini müzakirə edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində 15 oktyabr 2025-ci il tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldildikdən sonra ləğv edilməlidir. Məhkəmə həmçinin cəzaçəkmə müddətinin əvvəlinin hansı tarixdən hesablanması məsələsini də müzakirə edərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmanın aparıldığı vaxtdan hesblanmalıdır. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50-ci, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il 5 (beş) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkdiyi müddətdə aylıq pul təminatından 13% (on üç faiz) məbləğində pul tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun aylıq pul təminatından dövlət nəfinə tutulmanın aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəzasını çəkdiyi müddətdə vəzifəsində və ya rütbəsində yüksələ bilməz, cəzanın müddəti isə növbəti hərbi rütbənin verilməsi üçün xidmət illərinə hesablana bilməz. Hökm üzrə təyin olunan cəzanın icrası Təqsirləndirilən şəxs xidmət etdiyi N nömrəli hətbi hissənin komandanlığına, xidmət yerinin başqa hərbi hissəyə dəyişdirildiyi halda isə həmin hərbi hissənin komandanlığına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində 15 oktyabr 2025-ci il tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldildikdən sonra ləğv edilsin. İş üzrə məhkəmə xərci olan Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən müdafiəçiyə, Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim edəcəyi hesabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Hökmdən, apellyasiya şikayəti və ya protest Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Polad Həsənov
Məhkəmə qərarları › İş №1-1(092)-69/2025
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-69/2025
08.12.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver