Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-7/2022 29.03.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakimlər: Orucəliyev Abil Elmar oğlunun sədrliyi, İbrahimov İlham Sadət oğlu və Hüseynov Səxavət Səməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X5 qızının katibliyi, Dövlət ittihamçısı: Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1982-ci ildə Şərur rayonunun Xok kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində üç azyaşlı uşağı olan), ali təhsilli, əvvəllər məhkum olunmayan, Kəngərli rayonunun Xok kəndində daimi qeydiyyatda olmaqla, Naxçıvan şəhəri, ünvan 1 ünvanında yaşayan, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi aparatının Mülki Müdafiə İşinin Təşkili şöbəsinin, Mülki Müdafiə İşinin Təşkili və Planlaşdırılması bölməsinin rəisi vəzifəsində xidmət etmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, mayor Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkət müqabilində vəzifəli şəxsə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə digər şəxsləri təkrarən təhrik etmişdir. Belə ki, o, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi aparatının Mülki Müdafiə İşinin Təşkili şöbəsinin, Mülki Müdafiə İşinin Təşkili və Planlaşdırılması bölməsinin rəisi vəzifəsində xidmət edərkən öz qulluq mövqeyindən istifadə edərək özgə əmlakını ələ keçirmək məqsədi ilə bilə-bilə yalan məlumatlar verməklə başqa səlahiyyətli vəzifəli şəxsə verəcəyini bildirib, aldadaraq rüşvət verməyə təhrik etməklə Kəngərli rayon, Böyükdüz kənd sakini Şahid1 onu Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəltmək adı ilə 2018-ci ilin avqust ayında Naxçıvan şəhərində qayınatası Şahid14 vasitəsi ilə göndərdiyi 2500 (iki min beş yüz) manat pulu alıb bir müddət sonra özünə qaytarıb, yenidən işə düzəldilməsi ilə əlaqədar müraciət etdikdə təkrarən onu rüşvət verməyə təhrik edərək 2019-cu ilin fevral ayında Kəngərli rayonunun Böyükdüz kəndində 2500 (iki min beş yüz) manat, həmin məqsədlə əlavə pul verməli olduğunu bildirib 07 may 2020-ci ildə həmin kənddə 500 (beş yüz) manat, 12 iyul 2021-ci il tarixdə taksi vasitəsi ilə göndərdiyi 3000 (üç min) manat pulu almaqla, Sədərək rayon sakini Şahid2 onu Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəltmək adı ilə 2020-ci ilin iyun ayında Naxçıvan şəhəri, “Danyeri Market”in yanında 2500 (iki min beş yüz) manat alıb bir müddət sonra Şahid2 pulu qaytarmasını tələb etdikdə həmin puldan 2000 (iki min) manatını verib gələcəkdə işə düzəlməsinə köməklik edəcəyini bildirərək 500 (beş yüz) manatını özündə saxlayıb yenidən müraciət etdikdə 13 iyul 2021-ci ildə Şahid2 qohumu X4 bankomat kartına göndərdiyi 1500 (min beş yüz) manat, 2021-ci ilin oktyabr ayında Şərur rayonunun “Arpaçay” yanacaq doldurma məntəqəsinin yaxınlığında görüşməklə verdiyi əlavə 4000 (dörd min) manat pulu almaqla, Kəngərli rayonunun Şahtaxtı kənd sakini Şahid3 onu Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəltmək adı ilə 2020-ci ilin dekabr ayında ona çatdırması üçün Kəngərli rayonunun Xok kəndində yerləşən ərzaq mağazasının sahibinə verdiyi 3000 (üç min) manat pulu almaqla, Kəngərli rayonu, Şahtaxtı kənd sakini Şahid12 oğlu X31 Hallar Nazirliyində işə düzəltmək adı ilə 2021-ci ilin fevral ayında, Naxçıvan şəhəri, 1 nömrəli tam orta məktəbin yaxınlığında 3000 (üç min) manat pul almaqla, Kəngərli rayonunun Şahtaxtı kənd sakini Şahid4 övladları Kənan və Şahid17ləri, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəltmək adı ilə 2021-ci ilin mart ayında Kəngərli rayonunun Şahtaxtı kəndində 4000 (dörd min) manat, 2021-ci ilin iyun ayında Naxçıvan şəhərində kürəkəni Şahid13 vasitəsi ilə göndərdiyi əlavə 4000 (dörd min) manat, 2021-ci ilin sentyabr ayının əvvəllərində Naxçıvan şəhəri, 3-cü mikrorayonda yerləşən “Billur” restoranının yaxınlığında eyni məqsədlə 2500 (iki min beş yüz) manat və milli valyuta ilə dəyəri 3570 (üç min beş yüz yetmiş) manat təşkil edən 2100 (iki min yüz) ABŞ dolları olmaqla ümumilikdə 6070 (altı min yetmiş) manat pul almaqla, həmin kənd sakini Şahid5 onu Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəltmək adı ilə 21 yanvar 2021-ci ildə Naxçıvan şəhəri, 3-cü mikrorayonda yerləşən Fövqəladə Hallar Nazirliyinin xidməti yaşayış binasının yanında 3000 (üç min) manat, 23 sentyabr 2021-ci ildə Naxçıvan şəhər avtovağzalının yanında həmin məqsədlə əlavə 1000 (bir min) manat pul almaqla, Nəxçıvan şəhər sakini Şahid6 2021-ci ilin mart ayının ortalarında sonuncunun oğlu Şahid16 Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəltmək adı ilə Naxçıvan şəhəri, 57-ci məhəllədə 6000 (altı min) manat pul almaqla, Culfa rayon, Yaycı kənd sakini Şahid7 2021-ci ilin iyun ayında sonuncunun oğlu Şahid21 Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəltmək adı ilə Culfa şəhərində, Culfa rayonu Kommunal Müəssisələr Kombinatının yaxınlığında 3500 (üç min beş yüz) manat pul almaqla, Culfa rayon Ərəfsə kənd sakinləri Şahid8 oğlu Musa Hacıyevi, Şahid9 oğlu X26 Hallar Nazirliyinin Akademiyasına qəbul etdirəcəyini vəd edərək 2020-ci ilin oktyabr ayında Naxçıvan şəhərində, “Cahan” Ticarət Mərkəzinin yaxınlığında hər birindən 6000 (altı min) manat, 2021-ci ilin iyul ayında Culfa rayonunun Ərəfsə kəndində hər birindən eyni ad altında əlavə 500 (beş yüz) manat pul almaqla, Culfa rayon, Ərəzin kənd sakini Şahid10 2021-ci ilin may ayında sonuncunun əmisi oğlu Şahid15 Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəltmək adı ilə Naxçıvan şəhəri, Z.Əliyeva küçəsində, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yanında 6000 (altı min), 2021-ci ilin iyul ayında Naxçıvan şəhərində, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xidməti binasının yanında həmin məqsədlə əlavə 3000 (üç min) manat pul almaqla, Ordubad rayon, Anabad kənd sakini Şahid11 qardaşı oğlu X21 Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində işə düzəltmək adı ilə 2021-ci il sentyabr ayında Naxçıvan şəhəri, 57-ci məhəllədə 10000 (on min) manat pul almaqla ayrı-ayrı şəxslərdən müxtəlif vaxtlarda ümumilikdə 82070 (səksən iki min yetmiş) manat pul alıb adları qeyd edilən şəxsləri təkrar rüşvət verməyə təhrik edərək öz qulluq mövqeyindən istifadə edib aldatma yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə barəsində elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək verdiyi ifadəsində anası Bəsti Səfərovanın insult keçirdiyindən 2012-ci ildən 2019-cu ilədək yataq xəstəsi olduğunu, buna görə rəhmətə gedənədək onu daimi müalicə etdirib dərmanlarını alıb baxıcı tutduğunu, arvadı Gülnar Səfərovanın “Hepatit B” xəstəsi, həmçinin onda psixi xətəlik olduğundan daim dərman qəbul edib müalicə aldığını, oğlu Suat Səfərov xroniki asmaburonxit xəstəsi olduğundan mütəmadi dərman qəbul etdiyini, bu ehtiyaclarına görə çoxlu pul lazım olduğunu, 2012-ci ildən banklardan kredit götürməyə başladığını, evin ərzağını, uşaqlarının paltarlarını və digər ehtiyaclarını mağazalardan nisyə götürdüyündən borcların üst-üstə yığışdığını, bu səbəbdən maddi vəziyyətinin ağır olduğunu, Fövqalədə Hallar Nazirliyində işlədiyi müddətdə aylıq 1021 (bir min iyirmi bir) manat əməkhaqqı aldığını, həmin maaşla banklara olan kreditlərini ödəyib gündəlik xərclərini qarşılaya bilmədiyini, Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi aparatının Mülki Müdafiə İşinin Təşkili şöbəsinin, Mülki Müdafiə İşinin Təşkili və Planlaşdırılması bölməsinin rəisi vəzifəsində xidmət edərkən iş üçün ona müraciət edən Şahid1 onu Naxçıvan MR FHN-də işə düzəltmək adı ilə 2018-ci ilin avqust ayında Naxçıvan şəhərində qayınatası Şahid14 vasitəsi ilə göndərdiyi 2500 (iki min beş yüz) manat pulu alıb sonra işin alınmadığını bildirib özünə qaytardığını, bir müddət sonra Şahid1 yenidən işə düzəldilməsi ilə əlaqədar müraciət etdikdə 2019-cu ilin fevral ayında Kəngərli rayonunun Böyükdüz kəndində görüşməklə ondan 2500 (iki min beş yüz) manat pul aldığını, 07 may 2020-ci ildə həmin kənddə yenə 500 (beş yüz) manat, daha sonra əlavə pul göndərməsini bildirərək 12 iyul 2021-ci ildə taksi vasitəsilə göndərdiyi 3000 (üç min) manat pulu aldığını, Sədərək rayon sakini Şahid2 onu Naxçıvan MR FHN-də işə düzəltmək adı ilə 2020-ci ilin iyun ayında Naxçıvan şəhəri, “Danyeri Market”in yanında 2500 (iki min beş yüz) manat alıb bir müddət sonra pulu qaytarmasını tələb etdikdə həmin puldan 2000 (iki min) manatını verib gələcəkdə işə düzəlməsinə köməklik edəcəyini bildirərək 500 (beş yüz) manatını özündə saxladığını, sonra yenidən müraciət etdikdə 13 iyul 2021-ci ildə ona qohumu X7 bankomat kartına 1500 (bir min beş yüz) manat pul göndərməsini tapşırdığını, Şahid2 həmin gün pulu karta göndərdiyini, Şaməddin Cəfərovun pulu çəkib ona verdiyini, lakin hansı məqsədlə göndərilməsini bilmədiyini, 2021-ci ilin oktyabr ayında ona əlavə pul verməli olduğunu deyib Şərur rayonunun “Arpaçay” yanacaq doldurma məntəqəsinin yaxınlığında görüşməklə verdiyi 4000 (dörd min) manat pulu aldığını, Ramin Babayevi işə düzəltmək üçün 2021-ci ilin fevral ayında atası Şahid12, qardaşı Şahid13 və Şahid5la birlikdə gəlib Naxçıvan şəhəri, 1 nömrəli tam orta məktəbin yaxınlığında onunla görüşdüklərini, həmin vaxt Şahid12 ona bunun üçün 3000 (üç min) manat pul verdiyini, mart ayının əvvəllərində X28 müqavilə müddəti uzadıldığından problem yaranmaması üçün pulu qardaşına qaytardığını, Kəngərli rayonunun Şahtaxtı kənd sakini Şahid3 onu işə düzəltmək adı ilə 2020-ci ilin dekabr ayında Kəngərli rayonunun Xok kəndində olan ərzaq mağazasına verməsini tapşırıb oradan götürərək 3000 (üç min) manat pul aldığını, Şahtaxtı kənd sakini Şahid4 övladları Kənan və Şahid17ləri işə düzəltmək adı ilə 2021-ci ilin mart ayında yaşadığı kənddə 4000 (dörd min) manat, 2021-ci ilin iyun ayında kürəkəni Şahid13 vasitəsilə göndərdiyi 4000 (dörd min) manat, 2021-ci ilin sentyabr ayının əvvəllərində Naxçıvan şəhəri, 3-cü mikrorayonda yerləşən “Billur” restoranının yaxınlığında 2500 (iki min beş yüz) manat və milli valyuta ilə 3570 (üç min beş yüz yetmiş) manat dəyərində 2100 (iki min bir yüz) ABŞ dolları olmaqla, ümumilikdə 14070 (on dörd min yetmiş) manat, Şahid5 onu işə düzəltmək adı ilə 21 yanvar 2021-ci ildə Naxçıvan şəhəri, 3-cü mikrorayonda yerləşən FHN-nin xidməti yaşayış binasının yanında 3000 (üç min) manat, 2021-ci ilin sentyabr ayının 23-də Naxçıvan şəhər avtovağzalının yanında 1000 (bir min) manat olmaqla ümumilikdə 4000 (dörd min) manat, Naxçıvan şəhər sakini Şahid6 2021-ci ilin mart ayının ortalarında oğlu Şahid16 işə düzəltmək adı ilə Naxçıvan şəhəri, 57-ci məhəllədə 6000 (altı min) manat, Culfa rayon, Yaycı kənd sakini Şahid7 2021-ci ilin iyun ayında oğlu Şahid21 işə düzəltmək adı ilə Culfa şəhərində, onun işlədiyi idarənin yanında 3500 (üç min beş yüz) manat, Culfa rayon, Ərəfsə kənd sakinləri Şahid8 oğlu Musa Hacıyevi, Şahid9 oğlu X29 Hallar Nazirliyinin Akademiyasına qəbul etdirəcəyini vəd edərək 2020-ci ilin oktyabr ayında Naxçıvan şəhərində, Cahan Ticarət Mərkəzinin yaxınlığında hər birindən 6000 (altı min) manat, daha sonra 2021-ci ilin iyul ayında Culfa rayonunun Ərəfsə kəndinə getməklə əlavə olaraq hər birindən 500 (beş yüz) manat olmaqla ümumilikdə 13000 (on üç min) manat, Culfa rayon, Ərəzin kənd sakini Şahid10 əmisi oğlu Şahid15 işə düzəltmək adı ilə 2021-ci ilin may ayında Naxçıvan şəhəri, Z.Əliyeva küçəsində, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yanında 6000 (altı min), 2021-ci ilin iyul ayında Naxçıvan şəhərində, FHN-nin xidməti binasının yanında 3000 (üç min) manat olmaqla ümumilikdə 9000 (doqquz min) manat, Ordubad rayon Anabad kənd sakini Şahid11 qardaşı oğlu Elmir Səfərovu işə düzəltmək adı ilə 2021-ci ilin sentyabr ayında Naxçıvan şəhəri, 57-ci məhəllədə 10000 (on min) manat pul aldığını, müxtəlif şəxslərdən aldığı pulların 6000 (altı min) manatını özünün götürdüyünü, 19000 (on doqquz min) manatını isə ayrı-ayrı vaxtlarda Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi aparatının Mülki Müdafiə İşinin Təşkili şöbəsinin rəisi vəzifəsində, polkovnik rütbəsində 2021-ci ilin aprel ayınadək xidmət etmiş, hal-hazırda təqaüddə olan Şahid23, yerdə qalan digər hissəsinin isə Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X12 rəisi polkovnik-leytenant Şahid22 verdiyini, ayrı-ayrı vaxtlarda Şahid23 və Şahid22 pul verərkən yanlarında heç kəsin olmadığını, adətən bu pulları onların xidməti otaqlarında verdiyini, lakin əlində Şahid23 və Şahid22 pul verməsini təsdiq edən heç bir sübutunun olmadığını, Şahid23 və Şahid22 özü tərəfindən onlara pul verilməsini inkar etmələri ilə bağlı verdikləri ifadələrə heç bir məna verə bilmədiyini, müxtəlif şəxslərdən pul alandan sonra onların telefon vasitəsilə mütəmadi olaraq əlaqə saxlayıb mesaj yazdıqlarını, bu barədə özünün dəfələrlə Şahid23 və Şahid22 bildirdiyini, lakin hər dəfəsində Şahid23 və Şahid22 onu bir bəhanə ilə aldatdıqlarını, bu səbəbdən də özünün də ona pul vermiş şəxsləri hərdən bir bəhanə ilə aldatdığını, Şahid23 və Şahid22 pul verməsini sübut edə bilmədiyindən, onlardan verdiyi pulları ala bilmədiyindən qardaşları vasitəsilə Kəngərli rayonu Xok kəndində onun adına olan evini satıb 20000 (iyirmi min) manat pul toparlayaraq vətəndaşlardan aldığı pulların bir qismini qaytardığını, etdiyi əmələ görə peşman olduğunu, törətdiyi əməlini Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğuna gedərək səmimi etiraf etdiyini, himayəsində üç azyaşlı uşağının olmasını, müxtəlif şəxslərdən aldığı ümumilikdə 82070 (səksən iki min yetmiş) manat məbləğində pulun 7500 (yeddi min beş yüz) manatının barəsində cinayət təqibi başlanıladək özü tərəfindən, 20000 (iyirmi min) manatının isə istintaqın gedişində qardaşları vasitəsilə həmin şəxslərə qaytardığını, məbləğin qalan hissəsini də aldatdığı şəxslərə qaytaracağını bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında törətdiyi əməllərə görə özünü qismən təqsirli bilməsinə dair ifadəsinin müxtəlif şəxslərdən aldığı pulların 6000 (altı min) manatını özünün götürməsi və 19000 (on doqquz min) manatını ayrı-ayrı vaxtlarda Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi aparatının Mülki Müdafiə İşinin Təşkili şöbəsinin rəisi vəzifəsində, polkovnik rütbəsində 2021-ci ilin aprel ayınadək xidmət etmiş Şahid23, yerdə qalan digər hissəsinin isə Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X12 rəisi polkovnikleytenant Şahid22 verməsi ilə bağlı hissəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qəbul edir və qiymətləndirir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və təqsirləndirilən şəxsin qeyd edilən ifadəsinin həmin hissəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yayınmaq, eləcə də öz məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, eləcə də məhkəmədə tədqiq olunmuş şahid ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində Kəngərli rayonunun Böyükdüz kəndində yaşadığını, FHN-də işləyən Təqsirləndirilən şəxs ilk dəfə 2018-ci ilin avqust ayında Böyükdüz kəndində gördüyünü, qayınatası Şahid14 2018-ci ilin təqribən avqust ayında kənddə görüşərkən onun Fövqəladə Hallar Nazirliyində işə düzəldilməsinə köməklik göstərməsi ilə bağlı Rəcəbdən xahiş etdiyini, Rəcəbin isə “kürəkənin zəng etsin, köməklik edərəm” deyə bildirdiyini, bundan sonra qayınatası Şahid14 Rəcəbin onu Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyini bildirib onun telefon nömrəsini verdiyini, özünün Rəcəbə zəng vurub Böyükdüz kəndində onunla görüşdüyünü və FHN-də işləmək istədiyini bildirdiyini, 2-3 gündən sonra Rəcəbin onun ***-***-**-** mobil nömrəsinə zəng vurub işə düzəlmək üçün оnа 2500 (iki min beş yüz) manat pul verməsini dediyini, onunla razılaşıb 2500 (iki min beş yüz) manat pulu Rəcəbə çatdırması üçün qayınatası Tarverdiyə verdiyini, 2018-ci ilin avqust ayının 10-da qayınatasının pulu aparıb Rəcəbə verdiyini, onunla zəng edib işinin düzəldilməsi barədə maraqlandıqda hər dəfə bir vaxt dediyini, 2019-cu ilin fevral ayında Rəcəbin pulunu qayınatası Tarverdiyə qaytarıb işin alınmadığını bildirdiyini, 2019-cu ilin mart ayında zəng vurub yenə də onu işə düzəltməyi ilə bağlı müraciət etdikdə Rəcəbin 2500 (iki min beş yüz) manat verməsini, onu sürücü kimi işə düzəldəcəyini dediyini, onunla razılaşıb 2019-cu ilin fevral ayında kənddə görüşərək pulu ona verdiyini, 2020-ci ilin may ayının 7-də onunla “whatsap”da yazışıb işini soruşduqda Rəcəbin ona 500 (beş yüz) manat pul və 2 ədəd sənəd üçün şəkilinin lazım olduğunu dediyini, kəndə gələndə onunla görüşüb 500 (beş yüz) manatı verdiyini, Rəcəbin pulu alandan sonra mütləq sürücülük vəsiqəsi almasını tapşırdığını, həmin tarixdən sürücülük kursuna gedib sürücülük vəsiqəsi aldığını, sonra bir neçə dəfə ona zəng vurub işini soruşduqda hərdən bir bəhanə ilə yalan danışdığını, 2021-ci ilin iyun ayında Naxçıvan şəhər mərkəzi stadionunun yanında görüşəndə Rəcəbin 3000 (üç min) manat da əlavə verməli olduğunu bildirdiyini, həmin gün Qıvraq qəsəbəsinə gedib Kapital bankın Kəngərli rayon Filialına müraciət edərək 4450 (dörd min dörd yüz əlli manat kredit götürüb 12 iyul 2021-ci ildə 3000 (üç min) manatını Rəcəbin yolladığı taksi ilə ona göndərdiyini, Rəcəbin zəng edib pulu aldığını dediyini, sonradan Rəcəbin onu aldatmasını bilib, pulunu qaytarmadığından prokurorluğa şikayət etdiyini, iş üzrə cinayət işi başlanıldıqdan sonra Təqsirləndirilən şəxs ondan aldığı ümumilikdə 6000 (altı min) manat puldan 1600 (bir min altı yüz) manatının Təqsirləndirilən şəxs qardaşı tərəfindən ona geri qaytarıldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid14 oxşar məzmunlu ifadə verərək, şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərilənləri təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində Sədərək rayon Poçt Şöbəsində poçtalyon vəzifəsində işlədiyini, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Təqsirləndirilən şəxs rayona tədbirlərə gələrəkən görüb tanıdığını, 2020-ci ilin iyun ayının əvvəllərində Rəcəbin yoxlama məqsədilə rayona gəldiyini, onun Sədərək rayon İcra Hakimiyyətinin əməkdaşı Natiq adlı şəxs ilə birlikdə ərazini gəzdiklərini, Natiqi əvvəlcədən tanıdığından sonradan rayonda ona yaxınlaşıb Təqsirləndirilən şəxsla onu Nazirlikdə işə düzəltməsi üçün danışmasını dediyini, Natiqin zəng edib onunla danışdıqdan sonra Rəcəbin ***-***-**-** nömrəsini ona verdiyini, bundan sonra özünün Rəcəbin nömrəsinə zəng edib danışaraq onu FHN-nin Sədərək rayon Yanğınsöndürmə İdarəsində yanğınsöndürən düzəlməsinə kömək etməsini bildirdiyini, Rəcəbin bunun üçün 2500 (iki min beş yüz) manat pul gətirməsini dediyindən 2020-ci ilin iyun ayında Naxçıvan şəhərində, Danyeri marketin arxa tərəfində görüşdüklərini, 2500 (iki min beş yüz) manat pulu Təqsirləndirilən şəxs verdiyini, bundan sonra ona bir neçə dəfə zəng edərək soruşduqda Rəcəbin ona səbr etməsini, düzələcəyini bildirdiyini, lakin işin alınmadığını görüb ona pulu qaytarmasını dediyini, həmin ərəfələrdə Təqsirləndirilən şəxs Sədərək rayonuna gələndə ondan aldığı 2500 (iki min beş yüz) manatın 2000 (iki min) manatını ona geri qaytardığını, gələcəkdə işə düzəldilməsinə kömək edəcəyini bildirməklə 500 manatı özündə saxladığını, 2021-ci ilin iyul ayında Rəcəbə zəng edib Sədərək rayon Yanğınsöndürmə Şöbəsində boş yer olduğunu, oraya işə düzəldilməsinə kömək etməsini xahiş etdiyini, Rəcəbin ona X22 adlı şəxsin əməkhaqqı kartının şəklini “whatsap” vasitəsilə ona ataraq 1500 (bir min beş yüz) manat pulu həmin karta göndərməsini, 500 (beş yüz) manatın əvvəldən onda olduğunu dediyini, 2021-ci ilin iyul ayının 13-də 1500 (bir min beş yüz) manat pulu həmin karta göndərdiyini, bir qədər sonra onunla danışdıqda Rəcəbin pulu bankomatdan çəkdiyini bildirdiyini, Rəcəbin ona pulu başqasına verdiyini, işi həmin şəxsin düzəldəcəyini dediyini, lakin həmin şəxsin adını demədiyini, 2021-ci ilin oktyabr ayının ortalarında Rəcəbin telefonda ona “sənin işin düzəlir, amma 4000 (dörd min) manat da əlavə verməlisən, 10 gündən sonra sənin işin düzələcək” dediyini, buna görə Şərur rayonunda, Arpaçay yanacaqdoldurma məntəqəsinin yanında görüşüb, istədiyi 4000 (dörd min) manat pulu Rəcəbə verdiyini, sonradan Rəcəbin onu aldatmasını bilib prokurorluğa gələrək ərizə ilə ondan şikayət etdiyini, iş üzrə cinayət işi başlanıldıqdan sonra Təqsirləndirilən şəxs ondan aldığı ümumilikdə 6000 (altı min) manat puldan 1600 (bir min altı yüz) manatının Təqsirləndirilən şəxs qardaşı tərəfindən ona geri qaytarıldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində 2022-ci ilin yanvar ayınadək Kəngərli rayonunun Qıvraq qəsəbəsində "xxxx" MMC-də operator vəzifəsində işlədiyini, qardaşı Nurlanın ona Fövqəladə Hallar Nazirliyində işləyən Rəcəb adlı şəxslə əvvəllər icra hakimiyyətində bir yerdə işlədiyini bildirib onun nömrəsini verib işə düzəldilməsi üçün köməklik edə biləcəyini dediyini, 2020-ci ilin dekabr ayında Şahtaxtı kəndində Rəcəblə görüşüb Fövqəladə Hallar Nazirliyinə yanğınsöndürən işinə düzəlmək istədiyini bildirdiyini, Rəcəbin ona 4000 (dörd min) manata işə düzəldiləcəyini, pulu kiməsə verəcəyini dediyini, lakin kimə verəcəyini demədiyini, 1 həftə sonra Rəcəbin ona zəng vurub 3000 (üç min) manat pul düzəltməsini dediyini, onun pulu Xok kəndində olan mağazaya verməsini tapşırdığından 2020-ci il dekabr ayında 3000 (üç min) manat pulu Xok kəndində olan ərzaq mağazasının sahibinə verib Rəcəbin götürəcəyini bildirdiyini, bir qədər sonra Rəcəblə danışanda onun pulu götürməsini dediyini, Rəcəb ondan kimlik, tərcümeyi hal, şəkil və hərbi bileti istədiyindən həmin sənədləri notariusda təsdiqlədib Naxçıvan şəhərində ona verdiyini, arada istifadə etdiyi ***-***-**-** nömrəsindən Rəcəbin ***-***-**-** nörməsinə zəng vurub işlə maraqlandıqda Rəcəbin onu hərdən bir bəhanə ilə aldatdığını, sonradan Rəcəbin onu aldatmasını bilib prokurorluğa gələrək ərizə ilə ondan şikayət etdiyini, iş üzrə cinayət işi başlanıldıqdan sonra Təqsirləndirilən şəxs ondan aldığı ümumilikdə 3000 (üç min) manat puldan 860 (səkkiz yüz altmış) manatının Təqsirləndirilən şəxs qardaşı tərəfindən ona geri qaytarıldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində Kəngərli rayonunun Şahtaxtı kəndində yaşadığını, övladları Kənan və Anar işsiz olduqlarından kürəkəni Şahid13 onları Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək üçün adam tapmasını dediyini, bundan sonra kürəkəni Anarın bir nəfərlə danışdığını, həmin şəxsin oğullarını işə düzəldə biləcəyini dediyini, sonra Anarın həmin adamın bunun üçün 4000 (dörd min) manat pul istəməsini bildirdiyini, 2021-ci il mart ayında kürəkəni Şahid13lə birlikdə Fövqəladə Hallar Nazirliyində işləyən Təqsirləndirilən şəxsla Şahtaxtı kəndində görüşüb ona oğlu Kənanı işə düzəltməsini dediklərini, Rəcəbin bunun üçün ondan 4000 (dörd min) manat pul aldığını, həmin vaxt Rəcəbdən digər oğlu Anarı da işə düzəltməsini xahiş etdiyini, onun imkan olarsa edəcəyini dediyini, 2021-ci ilin iyun ayında kürəkəni Anarın Rəcəbin zəng vurub oğlu Anarı da işə düzəldə biləcəyini, buna görə 4000 (dörd min) manat istədiyini bildirdiyini, bu məqsədlə 4000 (dörd min) manatı kürəkəni Anara verdiyini, onun aparıb həmin pulu Rəcəbə çatdırdığını, 2021-ci il sentyabr ayının əvvəlində kürəkəni Anarın Rəcəbin əlavə olaraq 6000 (altı min) manat da pul istədiyini dediyini, 6000 (altı min) manat məbləğində borc pul tapıb kürəkəni Şahid13 və oğlu Şahid17lə birlikdə Naxçıvan şəhərində 3-cü mikrorayonda Rəcəblə görüşdüklərini, həmin vaxt özü ilə götürdüyü 2500 (iki min beş yüz) manat pulu və 3570 (üç min beş yüz yetmiş) manat dəyərindəki 2100 (iki min bir yüz) dolları Rəcəbə verdiklərini, ümumikdə götürəndə Rəcəbə 14070 (on dörd min yetmiş) manat pul verdiyini, Rəcəbin işin sentyabr ayının 20-si ilə oktyabr ayının 10-na kimi düzələcəyini bildirdiyini, ancaq övladları Anar və X37 Nazirliyinə işə düzəltmədiyini, soruşanda hərdən bir bəhanə gətirdiyini, sonradan Rəcəbin onları aldatmasını bilib prokurorluğa gələrək ərizə ilə ondan şikayət etdiyini, iş üzrə cinayət işi başlanıldıqdan sonra Təqsirləndirilən şəxs ondan aldığı ümumilikdə 14070 (on dörd min yetmiş) manat puldan 3740 (üç min yeddi yüz qırx) manatının Təqsirləndirilən şəxs qardaşı tərəfindən ona geri qaytarıldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid17 oxşar məzmunlu ifadə verərək, şahid qismində dindirilmiş Şahid4 ifadələrində göstərilənləri təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid12 verdiyi ifadəsində Anar və Ramin Babayevlərin onun övladları olduğunu, Raminin Bakı şəhərində Daxili Qoşunlarda işlədiyini, 2021-ci ilin fevral ayında oğlu Raminlə danışanda onun Daxili Qoşunlarda müqavilə vaxtının başa çatdığını, Naxçıvana gəlib Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən kimi işləmək istədiyini bildirdiyini, bu barədə onun qardaşı Anarla da danışdığını, Anarın bunu həmkəndlisi Şahid5 dediyini, onun Fövqəladə Hallar Nazirliyində işləyən Rəcəb adlı tanışı ilə danışdığını, Rəcəbin Ramini işə düzəltmək üçün 3000 (üç min) manat pul istədiyini, 2021-ci ilin fevral ayında oğlu Anar və Əmrahla birlikdə Naxçıvan şəhərində 1 nömrəli məktəbin yanında Rəcəblə görüşərək həmin 3000 (üç min) manat pulu ona verdiyini, həmin ilin mart ayında X28 müqavilə müddətini uzatdıqları üçün Anarın gedib Rəcəbdən 3000 (üç min) manat pulu geri alıb gətirib ona verdiyini, Təqsirləndirilən şəxs ondan aldığı (üç min) manat pulu geri qaytardığından hadisə ilə əlaqədar ondan heç bir şikayət və tələbinin olmadığı göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid13 oxşar məzmunlu ifadə verərək, şahid qismində dindirilmiş Şahid4 və Şahid12 ifadələrində göstərilənləri təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində Kəngərli rayonunun Şahtaxtı kəndində yaşadığını, əvvəllər Daxili İşlər Nazirliyinin N №-li hərbi hissəsində xidmət etdiyini, oradan ehtiyyata buraxılmamışdan əvvəl Fövqəladə Hallar Nazirliyində yanğın söndürən kimi işləmək istədiyini, onunla birlikdə Daxili Qoşunlarda xidmət edən MAHHXHQ əsgər Arzuman Cəfərovla söhbət edərkən onun bibisi oğlu Təqsirləndirilən şəxs FHN-də işlədiyini, vəzifə sahibi olduğunu, Rəcəbin onu işə düzəldə biləcəyini bildirdiyini, sonra Arzumanın onun xahişi ilə Rəcəblə danışıb nömrəsini verib özünün danışmasını dediyini, 2021-ci ilin yanvar ayının ortalarında Rəcəbə istifadə etdiyi ***-***-**-** mobil nömrəsindən zəng edərək ona nömrəni Arzumanın verdiyini, onunla görüşüb söhbət etmək istədiyini dediyini, həmin gün iş vaxtından sonra saat 21 radələrində Naxçıvan şəhərində “Dan Yeri” marketinin arxasında onun Niva markalı avtomobilində görüşdüklərini, Rəcəbə yanğın söndürən kimi işə düzəlmək istəyini bildirdikdə 3500 (üç min beş yüz) manat verərsə düzəldəcəyini, pulun 3000 (üç min) manatını əvvəldən, qalanını isə düzələndən sonra verməsini bildirdiyini, Rəcəblə tanışlığından sonra Bakı şəhərində Daxili Qoşunlarda işləyən dostu X35 ilə bu barədə söhbət etdiyini, onun hərbi xidmətinin başa çatdığını, Fövqəladə Hallarda yanğın söndürən kimi işləmək istədiyini dediyini, Rəcəbə zəng edərək bu barədə bildirdikdə onun “sən nə qədər pul verəssənsə, o da o qədər pul verər” cavabını verdiyini, sonra Rəcəbin nömrəsini özlərinin danışması üçün Naxçıvan şəhərində yaşayan Raminin qardaşı Anara verdiyini, daha sonra Anar, onun atası Şahid12 və özünün Təqsirləndirilən şəxsla Naxçıvan şəhərində 1 №-li orta məktəbin yanında görüşdüklərini, Anarın atasının 3000 (üç min) manat pulu sayıb Təqsirləndirilən şəxs verdiyini, sonradan X28 xidmət müddəti artırıldığından Təqsirləndirilən şəxs pulu geri aldığını, 21 yanvar 2021-ci ildə özünün Təqsirləndirilən şəxs istədiyi pulu düzəldib ona zəng edərək mərhum babası X14 ilə birlikdə Naxçıvan şəhərinə getdiklərini, Naxçıvan şəhəri, 3-cü mikrorayonda FHN-nin işçilərinin yaşadığı binanın yaxınlığında Rəcəblə görüşüb ona 3000 (üç min) manat pul verdiyini, Rəcəbin pulu alaraq işin düzəlməsinin bir neçə ay çəkəcəyini, onun işə düzəlməsini kadrların rəisinin yerinə baxan adama deməsini bildirdiyini, bundan sonra Rəcəblə arada telefonla əlaqə saxladıqda onun boş yerin olmadığını, bir müddət gözləməsini dediyini, avqust ayının 9-da babasının rəhmətə getdiyini, babasının qırxı günü Rəcəbin ***-***-**-** nömrəsindən onun nömrəsinə “Whatsapla” 1000 (bir min) manat da təcili istədiklərini, işin düzəlməsi üçün gətirməsini yazdığını, səhəri gün saat 11 radələrində onunla Naxçıvan şəhərində avtovağzalın yanında görüşdüklərini, Rəcəbin ağ rəngli Vaz 2107 markalı maşınla gəldiyini, avtomobili sürəni tanımadığını, maşına oturub 1000 (bir min) manat pulu sayıb Rəcəbə verdiyini, Rəcəbin ona FHN-də kadrlara yaxınlaşıb adını qeydiyyata saldırmasını dediyindən təqribən 2021-ci ilin aprel-may aylarında Nazirliyə gedib orada kadrlar bölməsinə yaxınlaşdığını, kadrların zabiti, kapitan rütbəsində olan bir şəxslə danışıb onu Rəcəb müəllimin göndərməsini bildirdiyini, həmin şəxsin onun adını, anket məlumatlarını qeyd edib yaşının 30-a yaxınlaşdığını, Daxili Qoşunlardan gizir kimi çıxdığından orada işinin düzəlməsinə inanmadığını, yenə də onunla əlaqə saxlayacaqlarını dediyini, həmin şəxslə olan söhbət barədə Rəcəbə dedikdə “onun elə deməyinə fikir vermə, mən danışmışam, işin həll olunacaq, sənə deyənin bu barədə xəbəri yoxdu” cavabını verdiyini, Təqsirləndirilən şəxs verdiyi pullardan onun kiməsə verməsini bilmədiyini, 2021-ci ilin oktyabr ayının ortalarında Rəcəbin ona zəng edib gedib geyim forması almasını, birinci gündən işə çıxmasını dediyini, sonra onun sistemdə nəsə problem çıxmasını dediyini, bundan sonra Rəcəbin onu aldatmasını başa düşüb Naxçıvan MR Hərbi Prokurorluğuna gələrək ərizə ilə müraciət etdiyini, iş üzrə cinayət işi başlanıldıqdan sonra Təqsirləndirilən şəxs ondan aldığı ümumilikdə 4000 (dörd min) manat puldan 1050 (bir min əlli) manatının Təqsirləndirilən şəxs qardaşı tərəfindən ona geri qaytarıldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid10 verdiyi ifadəsində Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində mühasibat uçotu sektorunun müdiri vəzifəsində işlədiyini, Naxçıvan MR Fövqəladə Hallar Nazirliyində işləyən mayor Təqsirləndirilən şəxs tədbirlərlə bağlı xidmətə gəlib-getdiyindən görüb tanıdığını, Ərəzin kəndində yaşayan əmisi oğlu Şahid15 işsiz olduğundan ondan iş tapmağına köməklik etməsini xahiş etdiyini, 2021-ci ilin may ayında bu barədə Təqsirləndirilən şəxs müraciət edib FHN-də iş olarsa əmisi oğlunun oraya işə düzəlməsinə köməklik etməsini dediyini, Təqsirləndirilən şəxs ona Babək rayonunda yanğınsöndürmə idarəsində boş yer olduğunu, 10000 (on min) manata əmisi oğlunu orada işə düzəldəcəyini bildirib başdan 6000 (altı min) manat istədiyini, qalanını əmr veriləndən sonra vermələrini dediyini, bu barədə əmisi oğlu Röyalla danışdıqda razılaşıb ona 6000 (altı min) manat pul verdiyini, səhəri gün işlədiyi idarənin qarşısında, Zərifə Əliyev küçəsində 6000 (altı min) manat pulu Təqsirləndirilən şəxs verdiyini, onun 2-3 aya işin həll olunacağını bildirdiyini, 2021-ci ilin iyul ayında Rəcəbin ona zəng edib işin düzəldiyini, 3000 (üç min) manat da gətirməsini dediyini, bunu Röyala dedikdən sonra onun axşamtərəfi 3000 (üç min) manatı verdiyini, səhəri gün Rəcəbə zəng vurub FHN-nin 3-cü mikrorayonda yerləşən hərbi şəhərciyində, binanın qabağında 3000 (üç min) manat pulu maşında ona verdiyini, sonrakı müddətdə iş düzəlmədiyindən hər həftə özünə məxsus ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə zəng edib danışdığını, bir neçə dəfə də onun ***-***-**-** nömrəsində olan “whatsapa” mesaj yazıb işin nə yerdə olması barədə soruşduğunu, Rəcəbin hər dəfə işin düzələcəyini bildirdiyini, sonra onu aldatmasını başa düşüb prokurorluğa müraciət etdiyini, iş üzrə cinayət işi başlanıldıqdan sonra Təqsirləndirilən şəxs ondan aldığı ümumilikdə 9000 (doqquz min) manat puldan 2400 (iki min dörd yüz) manatının Təqsirləndirilən şəxs qardaşı tərəfindən ona geri qaytarıldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid15 oxşar məzmunlu ifadə verərək, şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərilənləri təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 verdiyi ifadəsində Culfa rayonunun Kommunal Müəssisələr Kombinatında işlədiyi müddətdə X5 əməkdaşı mayor Təqsirləndirilən şəxs yoxlamaya gəldiyi vaxtlarda görüb tanıdığını, 2021-ci ilin iyun ayından Təqsirləndirilən şəxs yoxlama ilə bağlı yenidən idarəyə gələndə söhbət zamanı kadr çatışmazlığı olduğunu dedikdə kadr çatışmazlığı varsa onlara kadr verə biləcəyini bildirdiyini, Rəcəbin ondan kimi nəzərdə tutmasını soruşduqda oğlu Şahid21 işsiz olduğunu, oğlu Asimanın hərbi xidmət dövründə zabit hazırlıq kursunu keçdiyindən leytenant rütbəsində ehtiyyata buraxılmasını dediyini, “Rəcəbin onun yanında mobil telefonla kiməsə zəng edib “Sizə bir nəfər göndərirəm, məlumatlarını qeyd edərsiniz” dediyini, sonra oğlunun saat 13-ə qədər hərbi bileti ilə şəxsiyyət vəsiqəsini götürüb Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin “Kadr”larına çatdırmasını bildirdiyini, bunu oğluna dedikdə onun FHN-nin kadrlar bölməsinə gedib müraciət etdiyini, qayıdandan sonra orada sənədlərinin surətini çıxarıb barəsində olan məlumatları götürdüklərini bildirdiyini, 2 gün sonra, saat 12 radələrində Təqsirləndirilən şəxs sonu 02-00 olan mobil nömrəsindən onun ***-***-**-** nömrəsinə zəng edib oğlunun işi ilə əlaqədar görüşmək istədiyini dediyini, həmin gün nahardan sonra Naxçıvan şəhərinə gedib “Şəfa” özəl tibb müəssəsinin yanında təklikdə Təqsirləndirilən şəxsla görüşdüyünü, Təqsirləndirilən şəxs oğlunun işə düzəldilməsi üçün 3500 (üç min beş yüz) manat verməsinin deyildiyini, lakin pulun kimə çatacağını demədiyini, Rəcəbin oğlunu alaya ərzaq xidmət rəisi götürəcəklərini bildirdiyini, ona razılıq verib 2 gün sonra Culfa şəhərinə gələndə idarənin yaxınlığında təklikdə 3500 (üç min beş yüz) manat pulu Rəcəbə verdiyini, bir müddət sonra Culfa şəhərinə gələndə kadr anketi, tərcümeyi-hal, şəxsiyyət vəsiqəsinin surətini hazırlamalarını deyib həmin sənədləri götürdüyünü, ona zəng edib iş barədə soruşduqda oğlunun idman normativləri verib tibbi komissiyadan keçib Bakı şəhərinə əmr almağa gedəcəyini, gözləmələrini dediyini, sonra oktyabr ayının 10-u Fövqəladə Hallar Nazirliyinin yaranması gününədək oğlunun işinin həll olunacağını bildirib həmin ərəfələrdə ailə tərkibi və yaşayış yerindən arayış istədiyini, oğlu Asimanın həmin sənədləri alıb Naxçıvan şəhərinə gedərək “57 bazarının” yanında Rəcəbə verdiyini, 2021-ci ilin oktyabr ayının 10-u keçəndən sonra xəbər çıxmadığından bu barədə soruşduqda sistemin işləmədiyini, məlumatları göndərə bilmədiklərini, Bakıdan usta gəlib düzəldəcəyini, ondan sonra həll olunacağını dediyini, sonra Təqsirləndirilən şəxs onları aldatmasını görüb Naxçıvan Hərbi Prokurorluğuna gələrək ərizə yazıb ondan şikayət etdiyini, iş üzrə cinayət işi başlanıldıqdan sonra Təqsirləndirilən şəxs ondan aldığı 3500 (üç min beş yüz) manat puldan 950 (doqquz yüz əlli) manatının Təqsirləndirilən şəxs qardaşı tərəfindən ona geri qaytarıldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 verdiyi ifadəsində Culfa rayon Ərəfsə kənd icra nümayəndəliyində mühasib işlədiyini, Təqsirləndirilən şəxs onların yaşadığı kəndə gəlib-gedərkən görüb tanıdığını, bir dəfə oğlu Musanın FHN-nin akademiyasına qəbul edilməsi ilə bağlı köməklik göstərilməsi məqsədilə Təqsirləndirilən şəxs müraciət etdiyini, Rəcəbin ona oğlu 11-ci sinifə çatanda Fövqəladə Hallar Nazirliyinin akademiyasına qoyulmasına köməklik edəcəyini dediyini, 2020-ci ildə onun kəndə gəlib oğlunun 10-cu sinifdə oxumasını öyrənib akademiyaya adını yazılması üçün sənədlərini hazırlamasını, onun akademiyaya girməsi üçün 6000 (altı min) manat pul lazım olacağını bildirdiyini, buna görə 6000 (altı min) manat pul düzəltdiyini, qaynı Şahid9 oğlu da 10-cu sinifi bitirdiyindən, onun da Fövqəladə Hallar Nazirliyinin akademiyasına getməsi üçün sənədlərini verməsini təklif etdiyini, Hikmətin də buna görə 6000 (altı min) manat düzəltdiyini, Rəcəbə zəng vurub bu barədə razılıq aldıqdan sonra 2020-ci il oktyabr ayında Hikmətlə Naxçıvan şəhərinə gəlib ümumilikdə 12000 (on iki min) manat pulu Cahan Ticarət Mərkəzinin yaxınlığında Rəcəbə verdiklərini, onun 2021-ci il sentyabr ayında hər ikisinin uşağını akademiyaya düzəldəcəyini dediyini, uşaqların sənədlərini hazırlayıb 2021-ci il mart-aprel ayında aparıb Fövqəladə Hallar Nazirliyinə verdiklərini, 2021-ci il iyul ayında imtahan olduğunu, həmin ay Rəcəbin ona zəng vurub uşaqların məktəbə girməsi üçün onun və Hikmətin əlavə 500 (beş yüz) manat verməsini bildirdiyini, Rəcəbin kəndə gəlib hərəsindən 500 (beş yüz) manat olmaqla ümumilikdə 1000 (bir min) manat pul alıb getdiyini, sentyabr ayı çatsa da oğlunun çağırılmadığını, buna görə Rəcəbə zəng vurduqda düzələcəyini bildirsə də, onları akademiyaya qəbul etdirməyib pullarını qaytarmadığını, bununla bağlı prokurorluğa müraciət edib məlumat verdiklərini, iş üzrə cinayət işi başlanıldıqdan sonra Təqsirləndirilən şəxs ondan aldığı ümumilikdə 6500 (altı min beş yüz) manat puldan 1750 (bir min yeddi yüz əlli) manatının Təqsirləndirilən şəxs qardaşı tərəfindən ona geri qaytarıldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 verdiyi ifadəsində Culfa rayonunun Ərəfsə kəndində yaşadığını, Təqsirləndirilən şəxs kürəkənləri Şahid8 görə tanıdığını, Hicranın Rəcəbin FHN-də işlədiyini, onun Hicranın oğlu Musa ilə maraqlanıb məktəbi bitərəndə Fövqəladə Hallar Nazirliyinin akademiyasına qoyacağını, bunun üçün 6000 (altı min) manat pul lazım olacağını dediyini, bu barədə Hicran ona dedikdə Rəcəbə onun oğlunu da akademiyaya qəbul edilməsinə köməklik etməsini deməsini xahiş etdiyini, buna görə hərəsinin 6000 (altı min) manat düzəldib 2020-ci ilin oktyabr ayında Hicranla birlikdə Naxçıvan şəhərinə gəlib ümumilikdə 12000 (on iki min) manat pulu Cahan Ticarət Mərkəzinin yaxınlığında Rəcəbə verdiklərini, Rəcəbin onlara 2021-ci ilin sentyabr ayında hər ikisinin uşağını akademiyaya düzəldəcəyini bildirib həkimdən keçmək və sənədlər toplamaq üçün siyahı verdiyini, 2021-ci ilin mart-aprel ayında sənədləri Hicranın aparıb Fövqəladə Hallar Nazirliyinə çatdırdığını, 2021-ci ilin iyul ayında imtahan olduğunu, Rəcəbin Hicrana uşaqlarının imtahandan keçdiyini bildirdiyini, 2021-ci ilin yay aylarında Rəcəbin Hicrana zəng edib uşaqların təhsil almaları üçün hərəsindən əlavə olaraq 500 manat pul istədiyini, bir müddət sonra kəndə gələndə Hicranın kənd yolunda təklikdə pulu Rəcəbə verdiyini, lakin uşaqların akademiyaya düzəlmədiyini, Rəcəbin onları aldadıb pullarını aldığını, bununla bağlı prokurorluğa müraciət edib məlumat verdiklərini, iş üzrə cinayət işi başlanıldıqdan sonra Təqsirləndirilən şəxs ondan aldığı ümumilikdə 6500 (altı min beş yüz) manat puldan 1750 (bir min yeddi yüz əlli) manatının Təqsirləndirilən şəxs qardaşı tərəfindən ona geri qaytarıldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid18 verdiyi ifadəsində 2021-ci ilin avqust ayında əmisi Şahid11 ailəsi və babası Aslan Səfərovla Bakı şəhərindən Ordubad rayonuna istirahətə gəldiklərini, 2021-ci ilin avqust ayının 25-də babasının rəhmətə getdiyini, buna görə əmisinin Ordubadda bir müddət qaldığını, əmisi Namiq Ordubad rayonunda olarkən onun işləmədiyini bilib atası ilə bu barədə danışıb onun Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinə sənədlərini verməsinə razılaşdıqlarını, 2021-ci ilin sentyabr ayının ortalarında əmisi Namiqlə Naxçıvan şəhərinə gedərək sənədlərini Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinə verdiyini, bir neçə gün gözləmələrinə baxmayaraq FHN-dən işlə bağlı zəng edilmədiyini, bundan sonra əmisi Namiqin Bakı şəhərinə qayıdanadək FHN-də bir adam taparaq işini sürətləndirmək qərarına gəldiyini, anasının kimdənsə maraqlanıb FHN-nin əməkdaşı Rəcəb adlı bir şəxsin mobil nömrəsini taparaq əmisi Namiqə verdiyini, Rəcəblə əmisinin danışıb 2021-ci ilin sentyabr ayının ortalarında Naxçıvan şəhərində görüşüb onun işə düzəlməsi ilə bağlı söhbət etdiyini, əmisi Ordubada qayıtdıqdan sonra atasına Rəcəbin onun Ordubad Yanğınsöndürmə şöbəsində işə düzəldilməsi üçün 10000 (on min) manat pul istəməsini dediyini, atasının razılaşıb pulu topladığını, sentyabr ayının 20-də əmisi ilə Naxçıvan şəhərinə gedib “57 yolu”nun üstündə əmisinin Təqsirləndirilən şəxsla görüşüb 10000 (on min) manat pulu selofan torbanın içərisində ona verdiyini, Rəcəbin sənədlərinin 1 ay müddətində yoxlanacağını, iş alınmasa pulu geri qaytaracağını bildirdiyini, oktyabr ayının 10-da Rəcəbin ona zəng edib əmrinin verildiyini bildirdiyini, lakin işə nə zaman çıxacağını demədiyini, 1 həftə sonra xəbər çıxmadığından əmisinin ona zəng etsə də Rəcəbin nömrəsinə zəng çatmadığını, sonra Rəcəbin onları aldatmasına görə əmisinin onun barəsində şikayət etdiyini, iş üzrə cinayət işi başlanıldıqdan sonra Təqsirləndirilən şəxs əmisi Şahid11 aldığı 10000 (on min) manat puldan 3700 (üç min yeddi yüz) manatının Təqsirləndirilən şəxs qardaşı tərəfindən onlara geri qaytarıldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsində Naxçıvan şəhəri, Gənclər şəhərciyində baytar apteki olduğunu, oğlu İntizam işsiz olduğundan Kəngərli rayonunun Xok kəndindən olan tanışı Valehə oğlunu işə düzəltmək istədiyini dediyini, 2021-ci ilin mart ayının əvvəllərində Valehin ona Fövqəladə Hallar Nazirliyində iş olduğunu, orada işləyən Rəcəb adlı şəxsə yanına gəlməsini deyəcəyini, özünün onunla danışıb oğlunu işə düzəltməsini xahiş etməsini bildirdiyini, 2021-ci ilin mart ayının ortalarında aptekdə olarkən Fövqəladə Hallar Nazirliyinin işçisi Rəcəbin aptekə gəldiyini, ona oğlu İntizamı işə düzəltməsini dediyini, Rəcəbin ona öyrənib deyəcəyini, bir neçə gündən sonra Rəcəbin iş üçün 11000 (on bir min) manat pul lazım olduğunu, 6000 (altı min) manatını əvvəldən, 5000 (beş min) manatını iş düzələndən sonra verməsini, bir aya oğlunu işə düzəldəcəyini dediyini, Rəcəbin Nazirlikdə bir nəfərin vasitəsilə oğlunun işə düzələcəyini bildirdiyini, onunla oğlunu Babək rayon,Yanğınsöndürmə Şöbəsinə işə düzəltməsi barədə razılaşdıqlarını, 10 gün sonra Rəcəbin ona zəng edib növbəti gün pulu gəlib götürəcəyini bildirdiyini, səhəri gün evdən 6000 (altı min) manat pul götürüb Naxçıvan şəhəri, 57-ci məhəllədə, körpününün yanında görüşərək pulu Rəcəbə verdiyini, Rəcəbin oğlunun işini bir aya həll edəcəyini deyib getdiyini, bundan sonra hər ay Rəcəbə zəng vurub işin nə yerdə olmasını soruşduqda hər dəfə gələn ay düzələcəyini bildirdiyini, sonra Rəcəbin onu aldatmasının məlum olduğunu, bununla bağlı prokurorluğa müraciət edib ifadə verdiyini, iş üzrə cinayət işi başlanıldıqdan sonra Təqsirləndirilən şəxs ondan aldığı 6000 (altı min) manat puldan 1600 (bir min altı yüz) manatının Təqsirləndirilən şəxs qardaşı tərəfindən ona geri qaytarıldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid16 oxşar məzmunlu ifadə verərək, şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərilənləri təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid20 verdiyi ifadəsində 2019-cu ilin dekabr ayından FHN-nin X13 İdarəsinin, X41 Bölməsinin baş mühəndis-inspektoru vəzifəsində xidmət etdiyini, özünün “VAZ 2107” markalı, ** BB *** dövlət nömrə nişanlı şəxsi minik maşını olduğunu, 2021-ci ilin sentyabr ayının 23-də mayor Təqsirləndirilən şəxsla xidməti işləri ilə bağlı həmin maşınla Naxçıvan şəhər Mənzil İstismar sahələrini gəzərək Mülki Müdafiə işi ilə əlaqədar aparılan işlərlə tanış olduqlarını, əraziləri gəzərkən Rəcəbin mobil telefonuna zəng gəldiyini, danışandan sonra Naxçıvan şəhər Avtovağzalının yanına getmələrini, orada bir adamla görüşəcəyini dediyindən maşını avtovağzalın yanına sürdüyünü, orada orta yaşlı bir adamın maşına əyləşib Rəcəbə 1000 (bir min) manat pul sayıb verib getdiyini, Rəcəbin pulu kənddən qardaşının göndərdiyini, qardaşı qızı xəstə olduğundan bankla Bakıya yola salacağını dediyini, lakin həmin gün onun maşını ilə banka getmədiyini, 2021-ci ilin oktyabr ayının sonlarında Rəcəbin FHN-də işə düzəltmək adı altında vətəndaşlardan aldadıb pul aldığı üçün onun barəsində Naxçıvan MR Hərbi Prokurorluğunda araşdırma aparılmasını eşitdiyini, X32 Nazirliyində vətəndaşların işə qəbul edilməsi ilə bağlı hər hansı səlahiyyəti olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polkovnik-leytenant Şahid22 verdiyi ifadəsində 2009-cu ildən Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin aparatının Maliyyətəsərrüfat şöbəsinin rəisi vəzifəsində xidmət etdiyini, mayor Təqsirləndirilən şəxs və təqaüddə olan polkovnik Şahid23 Fövqəladə Hallar Nazirliyində xidmətə başladıqdan sonra görüb tanıdığını, Təqsirləndirilən şəxs Nazirliyin Mülki müdafiə işinin təşkili şöbəsinin bölmə rəisi vəzifəsində xidmət etdiyini, 23 oktyabr 2021-ci ildə səhər xidmətə gələrkən xidmət yoldaşlarından Təqsirləndirilən şəxs barəsində prokurorluqda araşdırma aparıldığını, onun işə düzəltmək üçün ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul aldığını öyrəndiyini, onunla arasında heç vaxt kiminsə FHN-də işə düzəldilməsi ilə bağlı söhbət, danışıq olmadığını, Rəcəbin ona hansısa vətəndaşın işə düzəldilməsi ilə bağlı pul vermədiyini, Təqsirləndirilən şəxs yalan danışdığını, bütün bunları 05 noyabr 2021-ci il tarixdə cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxsla üzləşdirilən zaman onun üzünə də dediyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid23 verdiyi ifadəsində Naxçıvan MR Fövqəladə Hallar Nazirliyində müxtəlif vəzifələrdə xidmət etdiyini, 2010-cu ildə Nazirliyin Mülki Müdafiə İşinin Təşkili şöbəsinin rəisi vəzifəsinə təyin edilməklə xx.xx.2021-ci ilədək həmin vəzifədə xidmət edərək yaşa görə təqaüdə çıxdığını, mayor Təqsirləndirilən şəxs Nazirlikdə xidmət etdiyi müddətdə tanıdığını, onun tabeliyində mülki müdafiənin təşkili şöbəsinin, mülki müdafiə işinin təşkili və planlaşdırılması bölməsinin rəisi vəzifəsində xidmət etdiyini, FHN-nin X12 rəisi, polkovnik-leytenant Şahid22 da xidmət müddətində tanıdığını, onunla xidməti münasibəti olduğunu, Təqsirləndirilən şəxs xidmətinin yaxşı qiymətləndirmədiyini, onun şəxsi maraqlarını xidməti maraqlarından üstün tutan, öz üzərində çalışmayan insan olduğunu, müxtəlif bəhanələr gətirərək tez-tez icazə aldığını, xidməti işlərindən boyun qaçırmağa çalışdığını, ona bir dəfə təqdimatla intizam cəzası verilməklə 13- 14-cü əməkhaqqından məhrum edildiyini, rəisi olduğu müddətdə kiminsə yanına gəlib müxtəlif səbəblərdən Rəcəbin borclu olmasını bildirdiyi, ondan şikayət etdiyi halların olmadığını, Təqsirləndirilən şəxs xidmət müddətində bütün təminatlara qoyulmaqla Nazirliyinin yataqxanasında xidməti evlə təmin edildiyini, özünün attestasiya komissiyasının üzvü olduğundan mülki müdafiə alayında imtahanların keçirilməsində iştirak etdiyini, hər ilin aprel ayında akademiyaya qəbul üçün namizədlərlə yoxlama keçirilib bilik və dünya görüşlərinin yoxlanıldığını, kimisə işə götürmək səlahiyyəti olmadığını, Natiq, Tarverdi, Sədirəddin, Hicran adlı, Əlirzayev soyadlı şəxsləri tanımadığını, Təqsirləndirilən şəxsla həmin şəxslərin və ya qeyrisinin pul müqabilində FHN-da işə düzəldilməsi ilə bağlı söhbəti olmadığını, ona pul müqabilində kimisə işə düzəldəcəyini demədiyini, 2020-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs hava şəraitini nəzərə almayıb xidməti maşını çıxışa yazdığını, sürücü tərəfindən maşın idarə olunarkən qəza olduğunu, buna görə xərci Təqsirləndirilən şəxs çəkməsini dediyini, 2020-ci ilin dekabr ayında nazirin ondan zirzəmilərin vəziyyəti haqqında raport istədiyini, Təqsirləndirilən şəxs məzuniyyətdə olduğu müddətdə zirzəmilərlə bağlı televiziyada kadr yayımlandığını, iclasda buna görə Təqsirləndirilən şəxs günahlandırdığını, onun da etiraz etdiyini, fəaliyyəti onu qane etmədiyindən növbəti rütbəsinin verilməsi ilə bağlı təqdimat vermədiyini, bütün bunlara görə Təqsirləndirilən şəxs pul alınması ilə bağlı ona iftira atdığını, Təqsirləndirilən şəxs yalan danışdığını, bütün bunları 05 noyabr 2021-ci il tarixdə cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxsla üzləşdirilən zaman onun üzünə də dediyini bildirmişdir. Şahid11 xx.xx.2022-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar olaraq Bakı şəhərində müalicə aldığından məhkəmə iclaslarına gələ bilmədiyini, ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Şahid11 məhkəmə iclasına gəlməsini istisna edən halı üzrlü səbəb hesab edərək, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən mümkün hesab etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid11 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində 2021-ci ilin avqust ayında ailəsi ilə birlikdə Ordubad rayonuna gəldiyini, avqust ayının 25-də atasının rəhmətə getdiyini, Ordubad rayonunda olarkən qardaşı Şahid19 oğlu Elmirin işsiz olduğundan iş axtarmasını eşitdiyini, bu onu narahat etdiyindən onun sənədlərini Ordubad rayon yanğın söndürmə şöbəsində işləməsi üçün Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinə vermək qərarına gəldiklərini, 2021-ci ilin sentyabr ayının ortalarında Elmirlə birlikdə Nazirliyə gedib sənədlərini tanımadığı bir əməkdaşa verdiklərini, bir neçə gün gözlədikdə xəbər çıxmadığından Elmirin işə qəbul edilməsinə kömək etməsi üçün bir adam tapmağa çalışdığını, Elmirin anası Qəmər Muxtarovanın vasitəsilə FHN-nin əməkdaşı Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsini tapıb zəng edərək onunla görüşüb Elmirin işə düzəldilməsi ilə bağlı kömək etməsini xahiş etdiyini, Rəcəbin bu işin qiymətinin 10000 (on min) olduğunu, pulun yuxarıya çatacağını, ona pul qalmayacağını, uşağın gələcəkdə gedib xidməti paltarını alanda ona şirinlik verərsə ona çatanın bunun olacağını bildirdiyini, ona bu barədə uşağın atasına deyib xəbər edəcəyini dediyini, Ordubad rayonuna qayıdıb Elmirin atası ilə bu barədə söhbət etdiyini, qardaşının 10000 (on min) manat pul düzəldib ona verdiyini, 2 gün sonra Rəcəb cavabını öyrənmək üçün zəng edib hazır olarsa səhər Naxçıvan şəhərinə gəlməsini bildirdiyini, növbəti gün, sentyabr ayının 20-də səhər vaxtları Elmirlə birlikdə Naxçıvan şəhərinə gəlib ***-***-**-** mobil nömrəsi ilə Rəcəbə zəng edib “57 yolu”nun üstündə bir döngədə görüşərək 10000 (on min) manat pulu ona verdiyini, Rəcəbin Elmirin telefon nömrəsini alıb nə sənədlər lazım olarsa zəng edib deyəcəyini, sənədlərin 1 ay yoxlanacağını, iş alınmazsa pulu qaytaracağını dediyini, bundan sonra Elmirin onunla danışdığını, oktyabr ayının 10-da Rəcəbin Elmirə əmrinin verildiyini bildirdiyini, bir həftə sonra özü Rəcəbə zəng edib işlə maraqlanmaq istədikdə ona zəng çatmadığını, sonra Rəcəbin onları aldatmasına görə prokurorluğa şikayət etdiyini göstərmişdir (i.v İİ cild 182-185). Şahid21 xx.xx.2022-ci il tarixli teleqramla məhkəməyə müraciət edərək özünün Bakı şəhərində olduğunu, əmək fəaliyyətlə əlaqədar məhkəmə iclaslarına gələ bilmədiyini, ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Şahid21 məhkəmə iclasına gəlməsini istisna edən halı üzrlü səbəb hesab edərək, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən mümkün hesab etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə icasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid21 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində atası Şahid7 Culfa rayonunun Kommunal Müəssisələr Kombinatında mühasib işlədiyi müddətdə Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin əməkdaşı mayor Təqsirləndirilən şəxs tanıdığını, özünün ali təhsilli olmasına baxmayaraq işsiz olduğunu, hərbi xidmətdə olarkən ehtiyat zabit hazırlıq kursu keçdiyindən leytenant rütbəsi aldığını, buna görə atasının onu FHN-də işə düzəltmək istədiyini, 2021-ci ilin iyun ayında atasının zəng edib hərbi bileti ilə şəxsiyyət vəsiqəni götürüb tez Naxçıvan şəhərinə, Fövqəladə Hallar Nazirliyinə getməsini, orada qəbul günü olduğunu, zabitlərə ehtiyac olduğundan müraciət etməsini bildirdiyini, buna görə ora gedib müraciət etdiyini, bir zabitin müvafiq qeydiyyatlar götürüb sənədlərini özünə qaytararaq ehtiyac olarsa əlaqə saxlayacaqlarını dediyini, həmin vaxtlarda FHN-nin əməkdaşı Təqsirləndirilən şəxs atasına zəng edib onun işi ilə bağlı Naxçıvan şəhərində görüşmək istədiyini dediyini, atası onunla görüşərkən Rəcəbin 3500 (üç min beş yüz) manat verərsə işin düzəlməsinə kömək edəcəyini dediyini, 2-3 gün sonra Təqsirləndirilən şəxs Culfa rayonuna gələndə atasından 3500 (üç min beş yüz) manat aldığını, sonradan atası onunla əlaqə saxlayanda Təqsirləndirilən şəxs hərdən bir şey dediyini, 2021-ci ilin oktyabr ayının əvvəllərində yenidən zəng edəndə oktyabr ayının 10-u Fövqəladə Hallar Nazirliyinin yaranması gününədək işin həll olunacağını bildirdiyini, Təqsirləndirilən şəxs atası ilə danışanda yaşayış yerindən və ailə tərkibi haqqında arayış alıb aparıb ona verməsini tapşırdığından həmin arayışları alıb Naxçıvan şəhərinə gedərək “57 bazarının” yanında Təqsirləndirilən şəxs verdiyini, iş düzəlmədiyindən 2021-ci ilin oktyabr ayının ortalarında özünün Təqsirləndirilən şəxs zəng edib daha işi istəmədiyini, pulu və sənədlərini qaytarmasını dediyini, Təqsirləndirilən şəxs atasının əziyyətini yerə vurmamasını, işin hazır olduğunu, 2 gün də səbr eləməsini bildirdiyini, sonradan Təqsirləndirilən şəxs onları aldatmasını görüb atasının gedib şikayət etdiyini göstərmişdir (i.v İİİ cild 20-23). Şahid19 xx.xx.2022-ci il tarixli telefonoqramla məhkəməyə müraciət edərək özünün Moskva şəhərində olduğunu, əmək fəaliyyəti ilə əlaqədar olaraq məhkəmə iclaslarına gələ bilmədiyini, ibtidai araşdırma dövründə verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Həmçinin Şahid19 Moskva şəhərində yaşaması ilə bağlı yaşayış yeri üzrə Ordubad rayon icra hakimiyyətinin Ordubad şəhər İ.Ə.D.Ü. nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış da məhkəməyə təqdim olunmuşdur. Məhkəmə, Şahid19 məhkəmə iclasına gəlməsini istisna edən halı üzrlü səbəb hesab edərək, onun iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən mümkün hesab etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid19 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində oğlu Elmir işsiz olduğundan onu evlərinin yaxınlığında olan Ordubad rayon yanğın söndürmə şöbəsində işə düzəltmək istədiklərini, 2021-ci ilin avqust ayında qardaşı Namiqin ailəsi ilə birlikdə Ordubad rayonuna gəldiklərini, avqust ayının 25-də atası Aslan rəhmətə getdiyindən Namiqin bir müddət rayonda qaldığını, həmin ərəfələrdə Namiqin Elmirin işsiz olmasını öyrəndiyini, yas məclisində kiminsə arvadı Qəmərə Naxçıvan MR Fövqəladə Hallar Nazirliyində işləyən Rəcəb adlı şəxsin nömrəsini verib oğlu Elmirin işə girməsinə köməklik edə biləcəyini bildirdiyini, Qəmərin də həmin nömrəni Namiqə verdiyini, Namiqlə oğlu Elmirin FHN-nə gedərək sənədləri ora təqdim etdiklərini, sonra Namiqin Rəcəblə görüşdükdə onun Elmiri yanğınsöndürməyə işə düzəldə biləcəyini deyib bunun üçün 10000 manat istədiyini, borc alıb 10000 manat düzəldərək Elmirin tezliklə işə düzəlməsi üçün Namiqə verdiyini, Namiqin həmin pulu Naxçıvan şəhərində Rəcəbə çatdırdığını, pulun verilməsindən xeyli müddət keçməsinə baxmayaraq Rəcəbin Elmirin işini düzəltməyib pulu qaytarmadığını, qardaşı Namiqin Rəcəbin onları aldatmasını bilib buna görə prokurorluğa müraciət etdiyini, özünün də bununla bağlı ifadə verməklə məlumat verdiyini, Təqsirləndirilən şəxs qardaşlarının onunla Naxçıvan şəhərində görüşərək Rəcəbin onlardan aldığı pulun 2700 manatını qaytardıqlarını, qalan pulu gələcəkdə verəcəklərini bildirdiklərini göstərmişdir (i.v İİ cild 209- 214). Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7, Şahid8, Şahid9, Şahid10, Şahid11 tərəfindən Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğuna verilmiş şikayət ərizələrindən görünür ki, həmin şəxslər Təqsirləndirilən şəxs müxtəlif vədlər qarşılığında pul verdiklərini, lakin Təqsirləndirilən şəxs həmin vədləri yerinə yetirmədiyini bildirərək, onlara dəymiş ziyanın geri qaytarılmasını xahiş etmişlər (i.v İ cild -17,21, 25, 29, 37, 41, 46, 51, 55, 60, İİ cild-181). “Təqdim edilmiş mobil telefona baxış keçirilməsi və səs yazısının götürülməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan, “məhkəmə-fonoskopik ekspertizası təyin etmək haqqında” xx.xx.2021-ci il tarixli qərardan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-fonoskopik ekspertizası”nın 20 dekabr 2021-ci il tarixli, 4/1689 nömrəli rəyindən görünür ki, cinayət işi üzrə Şahid5 istintaqa təqdim etdiyi 21 yanvar 2021-ci ildə 3000 manat pulu Təqsirləndirilən şəxs verərkən onun danışığını mobil telefonla qeydə aldığı səs yazısı üzrə məhkəmə-fonoskopik ekspertizası təyin edilmiş, ekspertin 20 dekabr 2021-ci il tarixli, 4/1689 nömrəli rəyində ekspertizaya təqdim edilmiş 1 ədəd “Bingo” markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərin “K3” kimi işarə olunmuş diktorun səsi və nitqinin Təqsirləndirilən şəxs məxsus olduğu göstərilmişdir (i.v İ cild -154-156, İİİ cild- 66-67, Vİİİ cild- 187-190) . “Təqdim edilmiş mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istintaq orqanına təqdim etdiyi, ona məxsus “SAMSUNG” markalı mobil telefonuna baxış keçirilmiş, baxış zamanı telefonda “Nurlanın Qardaşı” adı ilə qeyd edilmiş X9 istifadə etdiyi ***-***-**-** nömrədən və Şahid5 istifadə etdiyi ***-***-**-** nömrədən müxtəlif vaxtlarda zənglər gəlməsi, Şahid5 həmin nömrə vasitəsilə ona “telfonu acmirsan axiri necə olacaq bu meselen?” məzmunlu SMS göndərilməsi, həmçinin telefonun kontaktlarda olan Şahid13 istifadə etdiyi ***-***-**-** nömrənin “Anar Şahtaxtı”, Şahid10 istifadə etdiyi ***-***-**-** nömrənin isə Əbulfəz DETMDK” adı ilə qeyd edilməsi müəyyən edilmişdir (i.v İİ cild 31-33). Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 5-1(092)-5/2021 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş (060) 512-00-14, (060) 396-02-00, (070) ***-**-** və (051) ***-**-** saylı mobil telefon nömrələrinin kimin adına qeydiyyatda olmasına dair məlumatların, həmçinin qeyd olunan nömrələrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində daxil olan və həmin nömrələrdən çıxan zənglər, SMS mətnləri barədə məlumatların müvafiq olaraq "xxxx" MMC, "xxxx" MMC-dən (Nar Mobile MMC) və "xxxx" MMC –dən ("xxxx" MMC) əldə edilməsi, qərarın icrasının müvafiq olaraq "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-yə həvalə edilməsi qərara alınmışdır (i.v İİ cild 175-177). "xxxx" MMC və Azərfon” MMC-nin təqdim etdiyi disklərə baxış keçirilməsi haqqında protokollardan, o cümlədən "xxxx" MMC-nin təqdim etdiyi nömrə məlumat sistemindən çıxarışa baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə məhkəmə qərarı əsasında Təqsirləndirilən şəxs istifadə etdiyi (060) 512-00-14, (060) 396-02-00, (070) ***-**-** və (051) ***-**-** nömrələri üzrə telefonla ötürülən məlumatlar ələ keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəsi ilə Şahid6 məxsus (070) ***-**-** nömrə arasında 2021-ci ilin avqust, sentyabr, oktyabr aylarında, Təqsirləndirilən şəxs məxsus (060)396-02-00 nömrəsi ilə Şahid6 məxsus (070) ***-**-** nömrə arasında 2021-ci il iyul, avqust, oktyabr aylarında, Şahid13 məxsus (060) ***-**-** nömrə arasında 2021-ci il yanvar, fevral, mart, aprel, may, iyun, avqust, sentyabr, oktyabr aylarında, Şahid8 məxsus (070) ***-**-** nömrə arasında 2020-ci il oktyabr, noyabr, 2021-ci il mart, iyul, avqust, sentyabr, oktyabr aylarında, Şahid1 məxsus (060) ***-**-** nömrə arasında 2020-ci il aprel, may, avqust, dekabr, 2021-ci il mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr aylarında danışıqların olması, Təqsirləndirilən şəxs (051) ***-**-** nömrəsindən Şahid1 (060) ***-**-** nömrəsinə 03 aprel 2020-ci il tarixdə “Zeng edirem 10 deqiqeye” məzmunlu mesaj yazılması, Təqsirləndirilən şəxs məxsus (060)396-02-00 nömrəsi ilə Şahid1 məxsus (060)511-55-53 nömrə arasında 2019-ci il yanvar, 2021-ci il avqust, oktyabr aylarında, Şahid10 məxsus (070) ***-**-** nömrə arasında 2021-ci il may, iyun, iyul, avqust, sentyabr, oktyabr aylarında, Təqsirləndirilən şəxs məxsus (060)396-02-00 nömrəsi ilə Şahid10 məxsus (070)364-87-89 nömrəsi arasında 2019-cu il may, Şahid7 məxsus (070) ***- **-** nömrə arasında 2021-ci il iyul, avqust, sentyabr, oktyabr aylarında, Şahid11 məxsus (070) ***-**-** nömrə arasında 2021-ci il sentyabr ayında, Təqsirləndirilən şəxs məxsus (051) ***-**-** nömrəsi ilə X15 məxsus (060) ***-**-** nömrə arasında 2020-ci il aprel, 2021-ci il mart, may aylarında, Təqsirləndirilən şəxs məxsus (060)396-02-00 nömrəsi ilə Şahid3 məxsus (060)287-88-89 nömrə arasında 2021-ci il aprel, may, iyul, avqust, oktyabr aylarında, Şahid2 məxsus (060) ***-**-** nömrə arasında 2021-ci il mart, aprel, iyun, iyul, avqust aylarında, R.Əlirzayevə məxsus (070) ***-**-** nömrə arasında isə 2020-ci il avqust, sentyabr, noyabr, dekabr, 2021-ci il yanvar, iyul, avqust, sentyabr, oktyabr aylarında, Şahid5 məxsus (051) ***-**-** nömrə arasında 2021-ci il yanvar, fevral, aprel, may, iyun aylarında, Təqsirləndirilən şəxs məxsus (060)396-02-00 nömrəsi ilə Şahid5 məxsus (060)210-50-65 nömrə arasında 2021-ci il iyul, avqust, sentyabr, oktyabr aylarında danışıqların aparılması, həmçinin xx.xx.2021-ci il, saat 11:50-də həmin nömrədən Təqsirləndirilən şəxs (051) ***-**-** nömrəsinə “HE ZEHMET OLMASA YİGARSİZ O USAGİN İSİ YENE ALİNMİB”, xx.xx.2021-ci il, saat 18:19-da “Salam vaxdiz olanda zehmet olmasa yigarsiz da,” məzmunlu mesajlar yazılması, Şahid2 ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsinə 25 dekabr 2020-ci il tarixdə “Bir xeber verin melim telfonu acin belə olmaz axi” mətnli iş üçün əhəmiyyət kəsb edən SMS göndərildiyi müəyyən edilmişdir (i.v İİİ cild 99-100, İV cild 1-143, Vİİİ cild 29-31). “Təqdim edilmiş mobil telefona baxış keçirilməsi və yazışmaların götürülməsi haqqında” xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixli protokollardan görünür ki, cinayət işi üzrə Sədrəddin İmanovun, Şahid2 və Şahid10 təqdim etdikləri mobil telefonlara baxış zamanı “whatsap” proqram tətbiqi vasitəsilə Təqsirləndirilən şəxsla aralarında ayrı-ayrı vaxtlarda sonuncunun vəd etdiyi işlə bağlı iş üçün əhəmiyyət kəsb edən yazışmalar aparılması müəyyən edilmişdir (i.v İ cild 158-200, İİ cild 21-28,81-143). Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 5-1(092)-6/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs və vətəndaş X23 tərəfindən 2018-ci ilin avqust ayının 1-dən 2021-ci ilin oktyabr ayının 23-dək aparılan maliyyə əməliyyatları və bank hesablarının vəziyyəti ilə bağlı məlumatların əldə edilməsi, qərarın icrasının müvafiq olaraq Azərbaycan Respublikası Mərkəzi X33 Respublikası İdarəsinə, "xxxx" ASC-nin Naxçıvan Filialına, "xxxx" ASC-yə, "xxxx" ASC-nin Naxçıvan Baş Ofisinə, "xxxx" ASC-nin Naxçıvan şəhər Filialına, "xxxx" ASC-nin Naxçıvan şöbəsinə həvalə edilməsi qərara alınmışdır (i.v İİİ cild 111-113). "xxxx" ASC-nin Naxçıvan Filialının təqdim etdiyi Təqsirləndirilən şəxs və vətəndaş X23 tərəfindən 2018-ci ilin avqust ayının 1-dən 2021-ci ilin oktyabr ayının 23-dək aparılan maliyyə əməliyyatları və bank hesablarının vəziyyəti ilə bağlı məlumatlardan görünür ki, 13 iyul 2021-ci il tarixdə Şahid2 kart hesabından X1 hesabına 1500 (bir min beş yüz) manat göndərilmiş,15 (on beş) manat xidmət haqqı tutulmaqla 1485 (bir min dörd yüz səksən beş) manat həmin gün hesabdan məxaric edilmişdir (i.v İİİ cild 193-227). 05 noyabr 2021-ci il tarixli “üzləşdirmə haqqında” protokollardan görünür ki, cinayət işinin ibtidai istintaqı zamanı Şahid22, Şahid23 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs müxtəlif şəxslərdən aldığı pulların 6000 (altı min) manatını özünün götürməsi və 19000 (on doqquz min) manatını ayrıayrı vaxtlarda Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi aparatının Mülki Müdafiə İşinin Təşkili şöbəsinin rəisi vəzifəsində, polkovnik rütbəsində 2021-ci ilin aprel ayınadək xidmət etmiş Şahid23, yerdə qalan digər hissəsinin isə Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin X12 rəisi polkovnik-leytenant Şahid22 verməsi Şahid22 və Şahid23 tərəfindən inkar edilmiş, Təqsirləndirilən şəxs yalan danışması və onlara iftira atması onun üzünə qarşı da deyilmişdir (i.v İİ cild 240-246). xx.xx.2022 və xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs məxsus İMEİ 3555xx/xx/295662/2” kodlu, “Samsung” markalı mobil telefon və Təqsirləndirilən şəxs səs yazısının olduğu 2 (iki) ədəd DVD disk cinayət işi üzrə sübut əhəmiyyəti daşıdığından maddi sübut kimi tanınmışdır (i.v Vİİİ cild 172- 174, 194-196). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şahid23,Şahid22, Şahid1, Şahid2, Şahid3, Şahid5, Şahid12, Şahid13, Şahid4, Şahid6, Şahid7, Şahid10un, Şahid15, Şahid11, Şahid8, Şahid9, Şahid14 və Şahid19 əməllərində cinayət tərkibi olmadığından onların barələrində cinayət işinin başlanılması rədd edilmiş, X10, X16, X27, MAHHXHQ kiçik çavuş X2, X3, X24, X8 Şahid20 hərəkətlərində cinayət tərkibi yaradan əlamətlər olmadığından onların barəsində cinayət təqibi həyata keçirilməmişdir (i.v Vİİİ cild 203-234). Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin 09ş №-li, xx.xx.2011-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin 07 mart 2011-ci il tarixli, 278/ş №-li əmri ilə 1 (bir) il 6 (altı) ay müddətinə həqiqi hərbi xidmətə çağırılaraq xidmətini davam etdirmək üçün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin sərəncamına göndərilmiş ehtiyatda olan leytenant Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzi Aparatının mülki müdafiə işinin təşkili şöbəsinin mülki müdafiə işinin təşkili və planlaşdırılması bölməsinin mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə iş üzrə baş köməkçisi vəzifəsinə təyin edilmişdir (i.v İ cild 84). Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin 068ş №-li, xx.xx.2018-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Nazirliyin Mərkəzi Aparatının mülki müdafiə işinin təşkili şöbəsinin mülki müdafiə işinin təşkili və planlaşdırılması bölməsinin mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə iş üzrə baş zabiti kapitan Təqsirləndirilən şəxs 15 avqust 2018-ci il tarixdən Nazirliyin Mərkəzi Aparatının mülki müdafiə işinin təşkili şöbəsinin mülki müdafiə işinin təşkili və planlaşdırılması bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir (i.v İ cild 85). Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin 066ş №-li, xx.xx.2021-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Nazirliyin Mərkəzi Aparatının mülki müdafiə işinin təşkili şöbəsinin mülki müdafiə işinin təşkili və planlaşdırılması bölməsinin rəisi mayor Təqsirləndirilən şəxs həmin tarixdən vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin sərəncamına çıxarılmışdır (i.v İİ cild 76). Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyininin Əməliyyat və statistik informasiya bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v İİ cild 215). N №-li hərbi hissə tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 303 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi həkim komissiyasından keçirilmiş, şəhadətləndirilmə nəticəsində Təqsirləndirilən şəxs “şəkərli diabet tip 2, yüngül dərəcə, İİ (ikinci) dərəcəli hepatosteatoz” diaqnozu qoyularaq sıradan kənar hərbi xidmətə yararlı olduğu qeyd edilmişdir (i.v İİ cild 30). Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirinin müavini tərəfindən verilmiş xidməti xasiyyətnamələrdən görünür ki, təqsirləndirilən şəxs Səfərov X18 Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində xidmət müddətində mənfi xarakterizə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş 09 mart 2022-ci il tarixli arayışdan görünür ki, Nazirliyin Mərkəzi Aparatının mülki müdafiə işinin təşkili şöbəsinin mülki müdafiə işinin təşkili və planlaşdırılması bölməsinin rəisi vəzifəsində xidmət etmiş mayor Təqsirləndirilən şəxs xidmət etdiyi dövrdə aylıq əmək haqqısı 1122 (bir min yüz iyirmi iki) manat olmuşdur. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 30/026 №-li arayışdan, AZE 05078515 № -li şəxsiyyət vəsiqəsinin, o cümlədən AZ-İ 254257 №-li nikah haqqında və AZ-İ 796989, AZ-İİ 337359, AZ-İİİ 309738 №li doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, təqsirləndirilən şəxs Səfərov X19 rayon Xok kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin zabit-gizir ailələri üçün xidməti yaşayış binası, Naxçıvan şəhəri, Babək məhəlləsi, bina-24, mənzil-28 ünvanında yaşayır və onun himayəsində olan ailə üzvləri-1982-ci il təvəllüdlü arvadı Səfərova (Məmmədova) Gülnar Camal qızından, 2007-ci il təvəllüdlü oğlu X25, 2009-cu il təvəllüdlü qızı X17, 2015-ci il təvəllüdlü qızı X11 ibarətdir (i.v İ cild 91-96). Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X20 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə tərəflərin çəkişməsi prinsipini təmin etməklə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və ya müdafiəçisi vasitəsilə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşlar. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi sübutların tədqiqində iştirak etmişlər, onlar məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar vermişlər və sərbəst şəkildə müdafiə hüquqlarını həyata keçirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, cinayət işi üzrə toplanmış sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspert rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarın 1-ci bəndində qeyd edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin plenum qərarının 4-cü bəndində göstərilmişdir ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Həmin plenum qərarının 33-cü bəndində göstərilmişdir ki, şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-nin 178.2.4cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir. Dələduzluğun törədilməsi nəticəsində ələ keçirilmiş əmlakın dəyərinə dair mübahisə yarandıqda onun dəyəri məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi əsasında, belə əmlak məhv edildikdə və ya itirildikdə isə iş üzrə toplanmış sübutlar əsasında müəyyən edilir. Plenum qərarının 36-cı bəndində isə göstərilmişdir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29, 312-ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsi, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkət müqabilində vəzifəli şəxsə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə digər şəxsləri təkrarən təhrik etməsi mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməllərini törətməkdə təqsirli olması onun həmin cinayəti məhkəmə iclasında tam etiraf etməsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, eləcə də tədqiq edilmiş “məhkəmə-fonoskopik ekspertizası”nın 20 dekabr 2021-ci il tarixli, 4/1689 nömrəli rəyi, “Təqdim edilmiş mobil telefona baxış keçirilməsi haqqında”, "xxxx" MMC və Azərfon” MMC-nin təqdim etdiyi disklərə baxış keçirilməsinə haqqında, o cümlədən "xxxx" MMC-nin təqdim etdiyi nömrə məlumat sistemindən çıxarışa baxış keçirilməsi haqqında protokollarla və eləcə də işdə olan digər materiallarla kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə adları yuxarıda qeyd edilmiş şəxslərdən ümumilikdə 82070 (səksən iki min yetmiş) manat məbləğdə pullarını aldatma yolu ilə dələduzluq edib ələ keçirmiş, həmin məbləğdən 27500 (iyirmi yeddi min beş yüz) manatı göstərilən şəxslərə qaytarmış, 54570 (əlli dörd min beş yüz yetmiş) manat məbləğdə pul isə həmin şəxslərə qaytarılmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs dələduzluqla konkret şəxslərdən aldığı pullardan aşağı məbləğ 1500 (bir min beş yüz) manat, yuxarı məbləğ isə 14070 (on dörd min yetmiş) manat olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 178.2-ci maddəsi az ağır, Azərbaycan Respublikası CM-in 312.2-ci maddəsi isə ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları, 312.2-ci maddəsinin sanksiyasında isə səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs könüllü olaraq gəlib təqsirini boynuna almasını, məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, evli və himayəsində 3 (üç) azyaşlı uşağının olmasını, ilk dəfə cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.11-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət hadisəsini hərbi vəziyyət zamanı törətməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli və “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin” xx.xx.2020-ci il tarixli Fərmanlarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə 2020-ci ilin sentyabr ayının 28-dən dekabr ayının 12-dək Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər...Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar; X43rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin epizodlarının çoxluğu, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həçminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət edir. Bu səbəbdən də, ona ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə və ya azadlığın məhdudlaşdırılması cəzaları təyin edildiyi halda həmin cəzalar nə təqsirləndirilən şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə-Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini, o cümlədən sosial ədalətin bərpasını təmin edə bilməyəcəkdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi cinayətlərin məcmusunu yaradır və ona həmin məcəllənin 66-cı maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edilməli və təyin edilmiş cəzaları qismən toplamaq yolu ona qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1-ci maddə) və cinayətlərin məcmusuna cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. ...(66.3-cü maddə). Məhkəmə tərkibi cəzaçəkmə müəsissəsinin növünü müəyyən edərkən belə qənaətə gəlir ki, Azərbaycan Respublikası CM-in 178.2-ci maddəsi az ağır, Azərbaycan Respublikası CM-in 312.2-ci maddəsi isə ağır cinayətlər kateqoriyasına aid olduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinə dair məsələni müzakirə edib belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərarı ilə 3 (üç) ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 06 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1 (bir) ay müddətinə uzadılmış, məhkəmədə də həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi həmçinin cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılmalı məsələsini də müzakirə edərək belə nəticəyə gəlmişdir ki, cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən etibarən həbsdə saxlanıldığı müddət azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq, onun cəzaçəkmə müddətinin əvvəli 29 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132 və 346-cı maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus İMEİ 3555xx/xx/295662/2” kodlu, “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Eyni zamanda məhkəmə tərkibi hesab edir ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs səs yazısının olduğu 2 (iki) ədəd DVD disk, o cümlədən cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs və şahidlərin iptidai istintaq dövründə dindirilməsi, həmçinin Təqsirləndirilən şəxs ilə şahidlər Şahid22 və Şahid23 arasında üzləşdirmə istintaq hərəkətinin həyata keçirilməsi zamanı aparılmış videoçəkilişlərin olduğu 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə “məhkəməfonoskopik ekspertizası”nın keçirilməsi üçün məhkəmə xərci -300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:14259, Büdcə səviyyəsinin kodu:3, SAP(XİİS) hesabı, Adı: X6, Kodu:210005, VÖEN **********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə tərkibi hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsini 99-1.1-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs məxsus xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Bu səbəbdən də məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 29 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus İMEİ 3555xx/xx/295662/2” kodlu, “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs səs yazısının olduğu 2 (iki) ədəd DVD disk, o cümlədən cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs və şahidlərin ibtidai istintaq dövründə dindirilməsi, həmçinin Təqsirləndirilən şəxs ilə şahidlər Şahid22 və Şahid23 arasında üzləşdirmə istintaq hərəkətinin həyata keçirilməsi zamanı aparılmış videoçəkilişlərin olduğu 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə “məhkəmə-fonoskopik ekspertizası”nın dəyəri olan 300 (üç yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:14259, Büdcə səviyyəsinin kodu:3, SAP(XİİS) hesabı, Adı: X6, Kodu:210005, VÖEN **********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) köçürülsün. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm 20 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abil Orucəliyev Hakimlər İlham İbrahimov Səxavət Hüseynov
Məhkəmə qərarları › İş №1-1(092)-7/2022
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-7/2022
29.03.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver